1
00:00:07,280 --> 00:00:09,600
Mərhəmətli və bağışlayan Allahın adı ilə.

2
00:00:10,480 --> 00:00:16,400
Xoş gəlmisiniz, əziz qardaş və bacılar,

3
00:00:17,080 --> 00:00:19,000
həcc xidmətinin əməkdaşları!

4
00:00:22,040 --> 00:00:34,520
Siz qardaş və bacılar ən gözəl və ən əzəmətli məsuliyyətlərdən birini öhdənizə almısınız.

5
00:00:35,640 --> 00:00:40,840
Bu məsuliyyət İslamın

6
00:00:41,640 --> 00:00:47,960
bənzərsiz vacib əmri olan həcc işlərini

7
00:00:48,360 --> 00:00:52,000
müsəlman və mömin xalqımız üçün təşkil etməkdən ibarətdir.

8
00:00:52,640 --> 00:01:00,400
Eləcə də, cənab Qazi Əsgərin, Həcc və Ziyarət Komitəsinin

9
00:01:00,920 --> 00:01:10,560
möhtərəm sədrinin dedikləri kimi, möminlərin həccə getmələrini asanlaşdırmaq üçün

10
00:01:12,280 --> 00:01:23,520
tədbir tökən məsul vəzifəli qardaş və bacılara da çəkdikləri zəhmətə görə təşəkkür edirəm.

11
00:01:24,240 --> 00:01:25,880
Həqiqətən, belə lazımdır.

12
00:01:27,960 --> 00:01:45,720
Həccin uca hədəflərinin həyata keçirilməsi istiqamətində görülən işləri günbəgün daha da gözəlləşdirmək və asanlaşdırmaq, bu yöndə işləmək lazımdır.

13
00:01:49,160 --> 00:01:55,600
Bu işdə məsuliyyəti və rolu olan siz qardaş və bacılardan hər biriniz

14
00:01:56,000 --> 00:02:05,600
öz rolunuzu ən gözəl formada, kifayətedəcək səviyyədə motivasiya ilə,

15
00:02:06,840 --> 00:02:11,040
vaxtınızı əsirgəmədən, can yandıraraq ifa etməyə çalışın.

16
00:02:12,520 --> 00:02:19,040
Bu səy və zəhmətlər öz şirin nəticəsini verəcək;

17
00:02:19,240 --> 00:02:26,240
bu nəticə xalqdan ötrü məqbul həcc ziyarətinin reallaşmasından ibarətdir.

18
00:02:29,200 --> 00:02:33,920
Mənim tövsiyəm budur ki,

19
00:02:34,120 --> 00:02:38,960
həcc yalnız biz iranlılara aid deyil.

20
00:02:40,040 --> 00:02:46,280
Həcc İslama aiddir, İslam ümmətinə aiddir,

21
00:02:46,920 --> 00:02:50,840
İslamın yaşamasının zaminidir.

22
00:02:51,880 --> 00:03:03,440
Allah-təala həcc aylarına öz ehtiramını bildirib,

23
00:03:05,120 --> 00:03:09,960
həccin zamanı da, məkanı da ehtirama malikdir.

24
00:03:12,120 --> 00:03:19,560
Həcc əməllərinin ehtiramı bu prosesin nə qədər əzəmətli və təsirli olduğunu göstərir.

25
00:03:20,280 --> 00:03:24,560
Onu göstərir ki, bu vacib ibadət

26
00:03:26,760 --> 00:03:33,160
İslam ümməti üçün elə bir xüsusiyyətə malikdir ki,

27
00:03:33,440 --> 00:03:42,520
heç bir başqa vacib ibadət bu xüsusiyyətə malik deyil. Buna diqqət yetirmək lazımdır.

28
00:03:45,120 --> 00:03:57,480
Maraqlı olan budur ki, həccin fərqli və bir-birini tamamlayan iki cəhəti vardır.

29
00:03:58,400 --> 00:04:02,400
Bunların biri fərdi cəhət, digəri sosial cəhətdir.

30
00:04:02,920 --> 00:04:07,440
Bunların hər ikisinə riayət etmək və diqqət yetirmək lazımdır.

31
00:04:09,760 --> 00:04:15,840
Həccin fərdi cəhəti ayrı-ayrılıqda hacıların hər birinə aiddir.

32
00:04:17,440 --> 00:04:29,960
Hacıların hər biri bu zaman kəsimində – həcc və ümrə müddəti boyunca –

33
00:04:32,160 --> 00:04:41,960
Uca Allahla rabitə qurmalı, istiğfar etməli,

34
00:04:43,880 --> 00:04:48,000
özü üçün (mənəvi) sursat və azuqə hazırlamalıdır.

35
00:04:48,760 --> 00:04:53,240
Həccə aid olan şərafətli ayədə buyurulur:

36
00:04:53,240 --> 00:04:58,400
“Tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır”.

37
00:05:01,800 --> 00:05:03,840
Burada təqva tövsiyə edilir.

38
00:05:05,440 --> 00:05:15,600
Bu böyük nemətə nail olan hacıların hər biri

39
00:05:16,680 --> 00:05:25,840
öz “qabını” (yəni mənəvi aləmini), öz xurcununu doldurmaq fikrində olmalıdır.

40
00:05:26,520 --> 00:05:29,440
“Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz”.

41
00:05:30,560 --> 00:05:37,640
Günahlarının bağışlanmasını diləsinlər, tövbə etsinlər, dua etsinlər,

42
00:05:38,280 --> 00:05:49,360
Uca Allahdan istəsinlər, öz gələcəkləri,

43
00:05:49,520 --> 00:05:56,520
yaşayışları, fəaliyyətləri barədə Uca Allahın qarşısında əhd bağlasınlar. Bu, fərdi işdir.

44
00:05:58,080 --> 00:06:05,920
Həccin fərdi mərhələsində hər bir hacı

45
00:06:07,040 --> 00:06:13,080
bu hərəkət və səfərlə özünü Allaha yaxınlaşdırmalı,

46
00:06:14,880 --> 00:06:24,800
öz batinini təmizləməli, qalan ömrü üçün azuqə toplamalıdır.

47
00:06:25,120 --> 00:06:33,720
Fərdin bərəkət və mənəviyyatının mənbəyi bu səfərdə,

48
00:06:34,240 --> 00:06:37,320
bu əməllərdə, bu günlərdədir.

49
00:06:37,480 --> 00:06:39,120
Hacılar bunun qədrini bilməlidirlər.

50
00:06:39,320 --> 00:06:47,760
Elə şeylər var ki, yalnız bu səfər gedişində fərd üçün reallaşmaq imkanına malikdir.

51
00:06:48,480 --> 00:06:53,840
Kəbəni müşahidə etmək ibadətdir, Kəbənin ətrafında təvaf etmək ibadətdir,

52
00:06:54,400 --> 00:07:01,320
Məscidül-həramda namaz qılmaq ibadətdir, möhtərəm Peyğəmbərin məzarını ziyarət etmək ibadətdir.

53
00:07:03,280 --> 00:07:07,240
Ərəfat Allahla minacat meydanıdır,

54
00:07:07,560 --> 00:07:14,640
Məşərül-həram Allaha sarı yönəlmək meydanıdır, Mina da beləcə.

55
00:07:17,880 --> 00:07:23,480
Hacı bu əməllərin hər birindən

56
00:07:24,000 --> 00:07:29,080
öz batinini təmizləmək, öz məqamını yüksəltmək,

57
00:07:30,240 --> 00:07:37,920
bütün ömrü boyunca özünə azuqə toplamaq üçün istifadə etməlidir. Bu, həccin fərdi cəhətidir.

58
00:07:38,320 --> 00:07:41,080
Digər cəhət isə sosial cəhətdir.

59
00:07:43,240 --> 00:07:49,440
Həcc İslam vəhdətinin əks olunduğu ayindir.

60
00:07:50,840 --> 00:07:53,960
Fərqli rənglər, fərqli dərilər,

61
00:07:54,360 --> 00:07:59,320
müxtəlif millətlər, fərqli pasportlar, fərqli məzhəblər,

62
00:08:00,840 --> 00:08:06,000
fərqli zövqlər – hamı bir-birinin yanındadır və bir-birinə bənzəyir.

63
00:08:07,720 --> 00:08:16,240
Hamı birlikdə təvaf edir, birlikdə səy edir, birlikdə Ərəfatda və Məşərül-həramda qalır.

64
00:08:17,080 --> 00:08:21,600
Bu vəhdət xeyli əhəmiyyətlidir.

65
00:08:22,880 --> 00:08:30,720
İslam həmrəyliyinin, qəlb və söz birliyinin həqiqi nümayiş məkanı həccdir.

66
00:08:31,200 --> 00:08:33,360
Bu, yalnız İran xalqı üçün deyil,

67
00:08:33,840 --> 00:08:38,800
bütün dünya müsəlmanları üçün, İslam ümməti üçün belədir.

68
00:08:39,120 --> 00:08:46,800
İslam ümmətinin həqiqətini,

69
00:08:47,000 --> 00:08:52,080
İslam ümmətinin əhəmiyyətini zehnlərdən uzaqlaşdırmağa,

70
00:08:52,360 --> 00:09:02,200
müsəlmanları növbənöv təbəqələrə, növbənöv motivasiya daşıyıcılarına bölməyə,

71
00:09:02,400 --> 00:09:09,320
İslam ümmətinin əzəməti qarşısında millətçiliyi şişirtməyə,

72
00:09:09,640 --> 00:09:18,280
xalqı parçalamağa çalışan kəslərə Allahın lənəti olsun! Mühüm olan İslam ümmətidir,

73
00:09:18,800 --> 00:09:22,560
əzəmət İslam ümmətinə məxsusdur.

74
00:09:23,000 --> 00:09:27,720
Allah-Təala İslam ümmətinə öz mərhəmətini endirir.

75
00:09:27,880 --> 00:09:36,520
Həcc İslam ümmətinin formalaşmasını əks etdirir. “Bir ovuc bir xalvarın nümunəsidir”.

76
00:09:36,960 --> 00:09:39,280
“...Hər uzaq yoldan...”

77
00:09:41,040 --> 00:09:47,000
müsəlmanlar bir yerə toplaşırlar.

78
00:09:48,640 --> 00:09:55,720
Bir-biri ilə söhbət etmək, həmdil olmaq,

79
00:09:57,040 --> 00:10:03,320
bir-birinin dərdini dinləmək, kədərinə şərik olduğunu dilə gətirmək üçün necə böyük fürsətdir!

80
00:10:03,800 --> 00:10:07,920
Həccdən başqa harada bu fürsət ələ düşər?

81
00:10:08,160 --> 00:10:13,080
Həccin sosial cəhətlərindən biri də birlik cəhətidir.

82
00:10:15,920 --> 00:10:22,680
Digər sosial cəhət İslam ümmətinin əzəmətini göstərməkdir.

83
00:10:23,120 --> 00:10:31,920
Bir neçə milyon insanın müəyyən mərasimə toplaşması

84
00:10:32,280 --> 00:10:35,880
İslam ümmətini göstərmək deməkdir.

85
00:10:36,200 --> 00:10:41,120
Təsəvvür edin ki, yetmiş-səksən milyonluq bir ölkədən

86
00:10:41,360 --> 00:10:46,480
əlli min, altmış min ya yetmiş min nəfər burada iştirak edir. Bu,

87
00:10:47,320 --> 00:10:51,240
İslam ümmətinin əzəmətini göstərir.

88
00:10:51,880 --> 00:10:58,520
Digər cəhət bir-biri ilə təcrübə mübadiləsi aparmaqdır.

89
00:10:59,640 --> 00:11:05,720
İslam ölkələrinin bir çoxu praktiki nailiyyətlərə malikdir.

90
00:11:05,800 --> 00:11:10,920
Fərz edin ki, İran xalqının düşmənlə mübarizə,

91
00:11:11,600 --> 00:11:17,520
düşməni tanımaq, düşmənə etimad göstərməmək,

92
00:11:18,400 --> 00:11:25,000
dostla düşməni səhvsiz ayrıd etmək sahəsində təcrübəsi var.

93
00:11:26,480 --> 00:11:33,680
Biz dostu düşməndən ayırmaqda səhvə düçar olmamışıq.

94
00:11:33,840 --> 00:11:41,080
İnqilabın əvvəlindən indiyə kimi anladıq və bildik ki, həqiqi düşmən,

95
00:11:41,440 --> 00:11:47,720
qatı, inadkar, öz yolundan dönməyən düşmən

96
00:11:47,720 --> 00:11:53,000
dünya imperializmi və sionizmdir. Biz bunu anladıq.

97
00:11:54,800 --> 00:12:02,120
Bəzən bu əsas və real düşmən öz sözlərini başqalarının dili ilə deyirdi.

98
00:12:03,080 --> 00:12:07,600
Biz (həmin ikinci dərəcəli qüvvəni) düşmən saymaqla səhv etmədik,

99
00:12:07,880 --> 00:12:12,280
təkidlə söylədik ki, düşmən imperializmdir.

100
00:12:12,760 --> 00:12:18,520
Siz İran xalqının 22 Bəhməndə, Qüds Günündə, nəhəng mitinqlərdə söylədiyi şüarlara fikir verin;

101
00:12:18,680 --> 00:12:25,040
onların şüarı imperializmin əleyhinədir, Amerikanın əleyhinədir,

102
00:12:25,480 --> 00:12:30,200
sioinistlərin və işğalçı sionist rejiminin əleyhinədir. Şüarlar bunların əleyhinə yönəlib.

103
00:12:30,360 --> 00:12:34,920
Halbuki, bunlar bəzən öz sözlərini filan ölkənin dili ilə deyir,

104
00:12:34,920 --> 00:12:38,640
öz əməllərini filan İslam ölkəsinin vasitəsi ilə həyata keçirirlər.

105
00:12:38,840 --> 00:12:42,640
Amma biz həmin İslam ölkəsinin əleyhinə şüar söyləmədik,

106
00:12:42,800 --> 00:12:45,800
xalqımız həmin İslam ölkəsinin əleyhinə şüar səsləndirmədi.

107
00:12:46,400 --> 00:12:54,120
Niyə? Çünki bilirlər ki, o, həqiqi düşmən deyil; o, aldanıb; o, bir alətdir.

108
00:12:56,680 --> 00:12:59,320
Bu, düşməni tanımaqdır, bizim qazandığımız təcrübədir.

109
00:12:59,760 --> 00:13:06,760
Bəzi ölkələrdəki bəzi qruplar –

110
00:13:06,760 --> 00:13:12,200
onlar həm də İslami qruplaşmalar idi – müəyyən fürsətlər qazandılar,

111
00:13:12,480 --> 00:13:16,480
amma bu sahədə təcrübələri olmadığından səhvə yol verdilər.

112
00:13:17,120 --> 00:13:21,160
Həqiqi düşmənlə aranı düzəldib,

113
00:13:21,440 --> 00:13:27,680
dost sayılan tərəfə qarşı çıxdılar və bunun zərbəsini də aldılar.

114
00:13:28,160 --> 00:13:33,840
Uca Allah onlara nemət vermişdi, amma nemətin qədrini bilmədilər.

115
00:13:34,360 --> 00:13:38,720
İran xalqının qazandığı təcrübələrdən biri də vəhdət yaratmaqdır.

116
00:13:38,800 --> 00:13:42,640
Məgər ölkəmizdə üslub fərqləri azdırmı?

117
00:13:43,720 --> 00:13:50,920
Siyasi, ideoloji, əqidəvi məsələlərdə xeyli fərqliliklər var.

118
00:13:51,960 --> 00:13:56,600
Amma bu fərqliliklərə baxmayaraq, xalq öz vəhdətini qorudu.

119
00:13:56,800 --> 00:14:03,960
Ölkəmizin bəzi yerlərində konkret etnoslar yaşayır.

120
00:14:04,200 --> 00:14:11,880
Bu etnoslar 22 Bəhmən, Qüds Günü mərasimlərində,

121
00:14:12,280 --> 00:14:17,040
İnqilabı əks etdirən müxtəlif mərasimlərdə

122
00:14:17,440 --> 00:14:21,960
ölkənin digər fərdləri ilə eyni səviyyədə iştirak edirlər.

123
00:14:22,720 --> 00:14:25,600
Kürddilii bölgəmiz var, bəluçdilli bölgəmiz var,

124
00:14:25,600 --> 00:14:29,120
ərəbdilli bölgəmiz var, türkdilli bölgəmiz var.

125
00:14:29,520 --> 00:14:35,840
Bəzən İnqilabın xeyrinə, İslam Respublika quruluşunun xeyrinə onların fəaliyyəti

126
00:14:36,040 --> 00:14:39,840
digər yerlərin fəaliyyətindən daha qabarıq olur. Biz bunu da görmüşük.

127
00:14:40,040 --> 00:14:44,080
Bu, həmin İslam birliyidir və İran xalqı bunu təcrübədən keçirmişdir.

128
00:14:44,200 --> 00:14:48,370
Biz 35-36 ildir bu təcrübəyə malikik ki,

129
00:14:48,480 --> 00:14:53,940
xalqın fərdləri arasında vəhdət və birlik olmalıdır.

130
00:14:54,050 --> 00:14:59,250
Bu vəhdət və birliyin bərəkətindən böyük uğurlar qazanmışıq.

131
00:14:59,340 --> 00:15:06,220
Bəzi başqa ölkələr bunu bilmədilər, başa düşmədilər, indi də başa düşmürlər.

132
00:15:08,540 --> 00:15:14,940
Kiçik bir ixtilaf – dini, milli, hətta partiya ixtilafları – üzündən

133
00:15:15,400 --> 00:15:25,800
ölkə daxilində bir-birinin canına düşüb düşmən kimi bir-birini vururlar.

134
00:15:26,570 --> 00:15:29,450
Uca Allah öz nemətini onlardan geri alır.

135
00:15:31,970 --> 00:15:42,170
“Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?

136
00:15:42,450 --> 00:15:45,450
Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!” (“İbrahim” surəsi, 28-29-cu ayələr.)

137
00:15:47,110 --> 00:15:53,880
Nə zaman Allahın bu lütfünü,

138
00:15:53,880 --> 00:16:03,910
nemətini tanımasaq, şükür etməsək, bu nemətə nankor olsaq,

139
00:16:04,200 --> 00:16:09,280
Uca Allah da bu xalqa qarşı münasibətini dəyişər:

140
00:16:12,020 --> 00:16:18,280
“Bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”. (“Ənfal” surəsi, 53-cü ayədən bir hissə.)

141
00:16:20,080 --> 00:16:26,770
Nə qədər ki mən və siz doğru yolda hərəkət edirik, düzgün istiqamətə yönəlirik,

142
00:16:29,680 --> 00:16:36,910
özümüzü imkan daxilində ilahi iradəyə uyğunlaşdırırıq, –

143
00:16:37,370 --> 00:16:40,740
ümumilikdə götürəndə hələ ki, deyiləndən xeyli aşağı səviyyədəyik, –

144
00:16:41,140 --> 00:16:44,770
Uca Allah bizə olan nemətini davamlı edəcək.

145
00:16:45,110 --> 00:16:49,650
Amma özümüz özümüzü korlasaq, qarşıdurma yaratsaq,

146
00:16:49,880 --> 00:16:54,710
bir-birimizin əleyhinə fitnə qursaq, bir-birimizin yaxasından yapışsaq,

147
00:16:54,880 --> 00:16:58,710
Uca Allah öz nemətini aradan götürər. Allahın heç kimlə milli bağlılığı və qohumluğu yoxdur.

148
00:16:58,850 --> 00:17:06,540
“Bu, ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir”.

149
00:17:06,850 --> 00:17:10,200
Allah sizə verdiyi neməti, siz özünüz vəziyyəti korlamayınca

150
00:17:11,650 --> 00:17:14,510
sizdən almaz. Vəziyyəti korladığınız zaman

151
00:17:15,910 --> 00:17:19,110
nemət yox olar.

152
00:17:19,680 --> 00:17:27,110
İran xalqının təcrübəsi bundadır ki, ilahi neməti özü üçün qoruya bilmişdir.

153
00:17:29,220 --> 00:17:31,450
Bu təcrübələr kənara da ötürülməlidir.

154
00:17:33,420 --> 00:17:37,970
Bu gün İslam ölkələri fitnə ilə üzləşib.

155
00:17:39,570 --> 00:17:48,820
Görəsən, bunu anlayırlar ya yox? Bu gün nə şiəlik, nə İran,

156
00:17:49,480 --> 00:17:55,370
nə hər hansı bir məzhəb əleyhinə deyil, İslam əleyhinə fitnə var.

157
00:17:56,000 --> 00:17:59,250
Çünki Quran bütün müsəlmanlarındır.

158
00:17:59,370 --> 00:18:03,740
“Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!”

159
00:18:03,910 --> 00:18:07,540
deyə haray çəkən mərkəz və özək

160
00:18:07,540 --> 00:18:14,340
şiəlik deyil, Qurandır, İslamdır. Elə buna görə ona qarşı çıxırlar.

161
00:18:14,770 --> 00:18:23,250
Camaatı, xalqı oyadan hər bir mərkəzin, haqqı deyən hər bir boğazın əleyhinə gedirlər.

162
00:18:23,540 --> 00:18:31,800
İmperializmlə döyüşən hər bir əlin əleyhinə çıxırlar. Bu əl İslamın əlidir,

163
00:18:32,080 --> 00:18:37,170
bu boğaz İslamın boğazıdır; ona görə İslama qarşıdırlar.

164
00:18:38,280 --> 00:18:47,820
İslama qarşı durmağın, İslamla düşmənçiliyin də müxtəlif növləri və qismləri var.

165
00:18:50,250 --> 00:18:59,620
Oturub düşünürlər, nüfuz qazanmaq üçün, zərbə endirmək üçün yol tapırlar.

166
00:19:00,970 --> 00:19:06,310
İslam İnqilabının qələbəsinin ilk illərində xəbər tutduq ki,

167
00:19:07,310 --> 00:19:13,450
sionist rejim bir qrup hazırlayıb, ona pul verib tapşırıb ki,

168
00:19:13,450 --> 00:19:20,450
İslamla, şiəliklə bağlı düşünsünlər, mütaliə etsinlər, araşdırma aparsınlar.

169
00:19:20,770 --> 00:19:27,140
Yaxşı, bu mütaliə nə üçün idi? Mütaliə onun üçün idi ki, baxıb görsünlər,

170
00:19:27,450 --> 00:19:32,480
bu nəhəng faktoru, bu islami oyanışı

171
00:19:32,600 --> 00:19:37,020
necə zərərsizləşdirmək olar?

172
00:19:37,340 --> 00:19:39,940
Oyanmış, öz gücünü anlamış, iş görmək üçün

173
00:19:40,940 --> 00:19:47,370
qüdrəti olduğunu başa düşmüş müsəlman xalqlara necə zərbə vurmaq olar?

174
00:19:47,540 --> 00:19:49,420
Oturub (düşündülər), pullar xərclədilər.

175
00:19:50,680 --> 00:19:56,510
Bu dediyim onlardan biri idi.

176
00:19:56,770 --> 00:20:00,370
Bunların bəzilərindən xəbərdarıq, bəzilərinin də mövcudluğunu ehtimal edirik.

177
00:20:00,740 --> 00:20:04,250
Avropada, Amerikada, sionist rejimdə,

178
00:20:04,250 --> 00:20:10,420
onlara bağlı və onların hökmü altında olan bəzi ölkələrdə onlarla mərkəz yaradıldı ki, çıxış yolları tapsınlar;

179
00:20:10,480 --> 00:20:12,480
Görürsünüz ki, onlar qarşıdurma yaratmağı,

180
00:20:12,970 --> 00:20:18,740
vəhşilik törətməyi, İslamın adını batırmağı,

181
00:20:19,020 --> 00:20:26,420
İslam ölkələrini parçalamağı, müsəlman xalqları,

182
00:20:26,820 --> 00:20:35,680
eyni xalqın fərdlərini bir-birinin əleyhinə qızışdırmağı özlərinə zəruri iş hesab edirlər.

183
00:20:36,340 --> 00:20:41,740
Bir gün bu iş üçün vasitə, tutaq ki, Amerikanın “Blək-vater” təşkilatı olur,

184
00:20:42,140 --> 00:20:48,600
o biri gün isə vasitə İraqdakı ya Suriyadakı İŞİD və yaxud bunların tayları olur.

185
00:20:48,880 --> 00:20:52,450
Qarşıdurma yaratmağa vasitə axtarmaq üçün gəzib-dolaşırlar.

186
00:20:53,140 --> 00:20:56,770
Bunlar bizim əldə etdiyimiz təcrübələrdir, bunlar

187
00:20:57,000 --> 00:21:01,770
İran xalqının yaxından bilib anladığı işlərdir.

188
00:21:02,140 --> 00:21:08,310
Biz İslam məzhəbləri, şiə və sünnilər, müsəlman xalqları arasında

189
00:21:08,310 --> 00:21:14,020
birlik məsələsi üzərində bu qədər dururuq; bu, boş söz deyil.

190
00:21:14,940 --> 00:21:19,420
Biz dərdi də tanıyırıq, dərmanı da.

191
00:21:19,680 --> 00:21:24,450
İslam ümməti üçün ürəyimiz yanır, ona görə bu işin ardınca düşmüşük.

192
00:21:24,450 --> 00:21:29,280
(Vəziyyətə bu cür reaksiya vermək) İran xalqı üçün yerinə düşür, xalqların çoxu üçün yerinə düşməz.

193
00:21:29,280 --> 00:21:34,540
Bu təcrübələrin ötürülməsi, əks olunması, deyilməsi üçün həcc bir fürsətdir.

194
00:21:34,880 --> 00:21:38,050
Əlbəttə, buna qarşı çıxanlar da var.

195
00:21:38,140 --> 00:21:42,340
Qarşıdurmaların olmasını istəyən kəslər

196
00:21:42,850 --> 00:21:51,370
bu əlaqələrin, dostluqların, təcrübə mübadilələrinin baş tutmasını istəmirlər.

197
00:21:51,450 --> 00:21:53,600
Bir çıxış yolu tapmaq lazımdır.

198
00:21:53,940 --> 00:22:00,250
Həcdə ən mühüm olanlardan biri həmin şəxsi və fərdi cəhətlərdir.

199
00:22:00,250 --> 00:22:03,820
Həccin sosial cəhətləri üzərində durmağımız

200
00:22:04,020 --> 00:22:07,000
bizi həccin fərdi cəhətlərindən qafil etməsin:

201
00:22:07,220 --> 00:22:16,480
Allaha yalvarmaq, Allah qarşısında təvazökar olmaq, Allahdan qorxmaq, dua. Bunlar üçün yaxşı fürsətdir.

202
00:22:17,110 --> 00:22:21,400
Heç yer Məscidül-həram kimi ola bilməz, heç yer Peyğəmbər məscidi kimi ola bilməz.

203
00:22:23,880 --> 00:22:27,600
Bu fürsət sizin ixtiyarınızdadır, hacının ixtiyarındadır.

204
00:22:29,170 --> 00:22:34,450
İnsan gərək səadətdən nə qədər məhrum olsun ki,

205
00:22:34,450 --> 00:22:38,170
bunları buraxıb bazara getsin, o dükan-bu dükan gəzsin.

206
00:22:40,770 --> 00:22:46,800
Dedilər ki, bazarları gəzməyin qarşısını alıblar.

207
00:22:47,370 --> 00:22:49,000
Amma mənə çatan xəbərlərə görə,

208
00:22:49,110 --> 00:22:56,820
xeyir, təəssüf ki, bəzi hacılarımız bu əlacsız xasiyyətdən qurtulmayıblar,

209
00:22:57,770 --> 00:23:01,710
bu satıcının, o işçinin yanını kəsdirib dururlar.

210
00:23:02,770 --> 00:23:09,110
Qadın bir cür, kişi bir cür... Dükanda satılmamış qalan bir malı ikiqat baha qiymətə alıb

211
00:23:11,620 --> 00:23:19,050
təyyarəyə min, Tehrana ya başqa şəhərə gətir... Bu, səhv hərəkətdir,

212
00:23:19,220 --> 00:23:26,170
çox səhv hərəkətdir. Camaatımız bu işin səhv olduğuna diqqət yetirməlidir.

213
00:23:27,250 --> 00:23:30,280
Hər yerdə alver etmək olar, hər yerdə bazara getmək olar,

214
00:23:30,650 --> 00:23:36,940
hər yerdə mal almaq olar, pulu hər yerdə bu şəkildə çölə atmaq olar.

215
00:23:37,540 --> 00:23:42,000
Bu, pulu çölə atmaqdır. İnsan hər yerdə pulu çölə ata bilər.

216
00:23:44,480 --> 00:23:50,250
Sən başqa yerdə edilə bilməyən, yalnız bu yerdə edilə bilən işlərin ardınca düş.

217
00:23:52,000 --> 00:23:57,570
Bu, Kəbəyə baxmaq, Məscidül-həramda namaz qılmaq,

218
00:23:58,850 --> 00:24:02,140
Peyğəmbərin ayaq basdığı yerləri öpməkdir.

219
00:24:03,510 --> 00:24:08,970
Peyğəmbər bu şəhərdə gəzib, danışıb.

220
00:24:08,970 --> 00:24:14,080
Buranın havası möhtərəm İslam Peyğəmbərinin səsinin dalğaları ilə doludur.

221
00:24:14,080 --> 00:24:20,910
Adamın bu hava ilə nəfəs almaması heyifdir! Bunları dünyanın hansı yerində tapmaq olar?

222
00:24:21,400 --> 00:24:24,450
Hacılarımız bunların qədrini bilsinlər.

223
00:24:25,020 --> 00:24:31,000
Yoxsa dünyanın hər yerində görülməsi mümkün olan işləri görürlər, bazara gedirlər, gəzirlər...

224
00:24:31,370 --> 00:24:35,880
Bunu Tehranda da, İsfahanda da, Təbrizdə də,

225
00:24:36,020 --> 00:24:39,910
Məşhəddə də etmək olar, dünyanın hər yerində bu işləri görmək olar.

226
00:24:40,650 --> 00:24:47,200
Sən yalnız edilməsi mümkün olan, yalnız həccə məxsus olan işləri gör.

227
00:24:47,400 --> 00:24:51,080
Bunlar bizim tövsiyələrimizdir. Ümid edirəm ki, inşallah,

228
00:24:51,710 --> 00:24:55,850
Uca Allah sizin hamınıza məqbul həcc qismət edər.

229
00:24:55,850 --> 00:24:57,600
Biz də sizdən (bizim üçün) dua etməyinizi xahiş edirik.

230
00:24:57,600 --> 00:24:58,910
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.