1
00:00:00,460 --> 00:00:02,600
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,760 --> 00:00:10,200
والحمد لله ربّ العالمين والصّلاه والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:14,300 --> 00:00:27,130
Hökumət həftəsi münasibətilə Nazirlər Kabinetinin çox hörmətli üzvlərini, möhtərəm ölkə başçısını, onun müavinlərini, hörmətli nazirləri

4
00:00:28,230 --> 00:00:35,400
və ölkə miqyasında icraedici hakimiyyətin bütün təmsilçilərini təbrik edirəm.

5
00:00:36,130 --> 00:00:46,700
Cənab prezident tam doğru olaraq qeyd etdi, Hökumət həftəsi ölkənin hər yanında icraedici hakimiyyətə aiddir.

6
00:00:48,830 --> 00:01:02,500
İnşallah, Uca Yaradan sizin hamınızın çəkdiyi bu zəhmətləri mükafatlandırar və gördüyünüz işləri xeyir-bərəkətlə nəticələndirər.

7
00:01:04,930 --> 00:01:12,000
Əziz şəhidlərimiz Rəcayi və Bahonərin xatirəsini də böyük ehtiramla yad edirəm.

8
00:01:13,130 --> 00:01:20,860
Ölkə başçısının da vurğuladığı kimi, bu iki insan, doğrudan da, örnəkdir; müxtəlif cəhətlərdən:

9
00:01:23,730 --> 00:01:30,630
ixlas baxımından, çalışqanlıq baxımından. Əlbəttə, onların illərlə işləmək fürsəti olmadı,

10
00:01:31,200 --> 00:01:39,330
amma necə deyərlər, yaxşı il baharından məlum olar. Onların necə işləməyindən görünürdü ki,

11
00:01:39,700 --> 00:01:46,060
ələcəkdə də işi elə o cür aparacaqlar – xüsusilə də mərhum Rəcayi; düzdür, o,

12
00:01:46,930 --> 00:01:54,460
mərhum Bahonərdən bir qədər çox işləyə bilmişdi – ixlas, həvəs, xalqa yaxınlıq, gərgin iş.

13
00:01:54,560 --> 00:02:04,060
Bu iki əziz insanımızın qanına bais olmuş münafiq və cinayətkar əllərə Allah lənət etsin!

14
00:02:06,430 --> 00:02:16,200
Təəssüf ki, bu gün Qərbin yürütdüyü bəzi siyasətlər o üzüqara qüvvələri təmizə çıxarmağa,

15
00:02:16,600 --> 00:02:23,360
nə yollasa münafiqləri məzlum kimi göstərməyə,

16
00:02:23,760 --> 00:02:28,860
onların ətrafında məzlum imişlər kimi bir atmosfer yaratmağa çalışır;

17
00:02:29,700 --> 00:02:36,400
və əlbəttə ki, buna müvəffəq olmayacaqlar. Onlar ölkədə minlərə adamın qətlinə səbəb olmuş şəxslərdir –

18
00:02:36,900 --> 00:02:44,630
imam-cüməsindən tutmuş bazarda ticarətlə məşğul olanına, gənc tələbəsinə, komitənin qarşısında keşik çəkən əsgərinə,

19
00:02:45,100 --> 00:02:48,730
iftar süfrəsinə oturmuş ailəsinə qədər

20
00:02:49,200 --> 00:02:54,900
və sair, və sair ... minlərlə insan; indi mən sayını dəqiq bilmirəm –

21
00:02:55,360 --> 00:03:02,100
Şəhid Beheşti kimi ölkə prezidentinə, o dövrün şəhid edilmiş başqa görkəmli simalarına

22
00:03:02,400 --> 00:03:11,130
və bu iki böyük şəxsiyyətə qədər. Bütün bunlardan sonra xəbis və qərəzli siyasətlər –

23
00:03:11,500 --> 00:03:21,030
istər xaricdəkilər olsun, istərsə də onların ölkə daxilindəki uzantıları, heyranları –

24
00:03:21,460 --> 00:03:25,130
onları günahsız, məzlum kimi təqdim etmək,

25
00:03:26,200 --> 00:03:35,600
əvəzində isə İmam Xomeyninin o mübarək və nurlu simasına ləkə vurmaq istəyir. İmamın şəxsiyyətinə ləkə vurmaq mümkün deyil.

26
00:03:37,830 --> 00:03:43,860
Əlbəttə ki, indiyə qədər bu cəhdlərində uğursuz olublar və heç şübəsiz, bundan sonra da belə olacaq.

27
00:03:45,260 --> 00:03:52,530
Mən Hökumət həftəsi münasibətilə dövlət rəsmilərimizə onların fəaliyyətinə görə, doğrudan da, təşəkkürümü bildirmək istəyirəm.

28
00:03:52,930 --> 00:03:58,030
Bu gün burda çıxış edən cənablar çox yaxşı hesabatlar təqdim etdi,

29
00:03:58,800 --> 00:04:07,930
həm möhtərəm ölkə başçısının, həm onun birinci müavininin, nazirlərin və prezidentin digər müavinlərinin hesabatları çox yaxşı idi;

30
00:04:08,530 --> 00:04:14,500
onlarda, həqiqətən də, bir sıra müsbət, güclü məqamlar var idi.

31
00:04:15,300 --> 00:04:23,230
Yaxşı olar ki, bütün bunlar sözün tam mənasında ictimaiyyət arasında da inikasını tapsın, xalqın qulağına çatsın.

32
00:04:23,530 --> 00:04:29,200
Qeyd olunduğu kimi, bizim əsas sərmayəmiz xalqdır;

33
00:04:29,900 --> 00:04:35,230
xalqın ümid və etimadı bütün dövlət strukturlarının yardımçısıdır.

34
00:04:36,100 --> 00:04:43,660
Bizim buna ehtiyacımız var. İnşallah, bu iş, yəni hesabatların ictimaiyyətdə inikası Dövlət Teleradiosu tərəfindən həyata keçiriləcək, başqaları da desin ki,

35
00:04:44,160 --> 00:04:49,030
qoy xalq eşitsin, xəbərdar olsun. Mən çəkdikləri zəhmətə görə rəsmilərimizə, həqiqətən də, qədrdanlığımı bildirirəm.

36
00:04:49,330 --> 00:04:58,330
Ölkəni idarə etmək çətin bir işdir. Müsbət məqamların varlığı o demək deyil ki, müxtəlif sahələrdə çatışmazlıqlar, problemlər,

37
00:04:58,830 --> 00:05:05,500
nöqsanlar yoxdur; niyə ki, var, amma ölkəni idarə etmək asan bir iş deyil.

38
00:05:05,500 --> 00:05:14,330
Yadımdadır, hərdən bəziləri İmamın yanına gəlib müxtəlif sahələrdən şikayət-filan edirdilər;

39
00:05:14,630 --> 00:05:21,400
İmam bir cümlə deyirdi: “Ölkəni idarə etmək çətin bir işdir”; bircə bu cümləni deməklə kifayətlənirdi;

40
00:05:21,530 --> 00:05:25,000
doğrudan da, elə bu cürdür. Mən özüm prezident olmuşam, bilirəm,

41
00:05:25,600 --> 00:05:32,000
elə indi də müxtəlif hökumətlərin fəaliyyəti dövründə işlərin gedişindən xəbərim olur; doğrudan da, çətindir.

42
00:05:32,500 --> 00:05:41,060
Ölkənin dörd bir yanındakı bu müxtəliflik, bu qədər geniş ərazi, bu haqlı və bəzən də haqsız – bəzən belə də ola bilər – gözləntilər,

43
00:05:41,800 --> 00:05:52,760
şah diktaturası dövründən bəri uzun illər üst-üstə yığılıb qalmış bu nöqsan və çatışmazlıqlar – bütün bunlar, təbii ki, işi çətinləşdirir.

44
00:05:53,530 --> 00:06:01,330
Zəif cəhətlər var – az sonra mən tədbir görülməsi lazım olduğunu düşündüyüm müəyyən məsələləri qeyd edəcəyəm,

45
00:06:01,630 --> 00:06:07,730
bir neçə başlıq altında müəyyən məqamlara toxunacağam – amma görülən işlər də yaxşı və dəyərlidir.

46
00:06:08,300 --> 00:06:13,160
Günlər də sürətlə keçir; səhv etmirəmsə, builki görüşümüz

47
00:06:13,330 --> 00:06:17,700
sizinlə olan dördüncü görüşümüzdür.

48
00:06:17,900 --> 00:06:25,360
İlk görüşümüz, elə bil, dünən olmuşdu; günlər, ömür bax belədir,

49
00:06:25,900 --> 00:06:32,060
sürətlə ötüb keçir; bu günlərdən, bu saatlardan maksimum istifadə etmək lazımdır.

50
00:06:32,460 --> 00:06:40,000
Mən bütün hökumətlərin – eləcə də cənab Ruhaninin administrasiyasının – işə başladığı ilk ildə

51
00:06:40,330 --> 00:06:47,330
onlara demişəm ki, gözünüzü açıb yumunca bu müddət başa çatacaq. Lakin eyni zamanda

52
00:06:47,460 --> 00:06:55,360
4 il qısa bir vaxt deyil. Misal üçün, tarixdə bizim Əmirkəbir kimi

53
00:06:55,630 --> 00:07:01,930
vur-tut 3 ilə yaxın iş başında olmuş, amma özünü çox parlaq bir şəkildə göstərmiş şəxsiyyətlərimiz olub.

54
00:07:02,330 --> 00:07:08,400
Odur ki 3 il də bir vaxtdır; 4 il heç də qısa bir müddət deyil.

55
00:07:08,800 --> 00:07:16,230
Elə bundan sonra qalan 1 il də eynilə; hazırkı hökumətin qalan 1 ili də 1 ildir,

56
00:07:16,800 --> 00:07:22,300
hər günündə, doğrudan da, bir iş görmək, yeni bir fikir ortaya qoymaq olar.

57
00:07:22,800 --> 00:07:29,100
Mənim xahişim odur ki, bu fürsətdən istifadə edəsiniz

58
00:07:29,430 --> 00:07:34,160
və fəaliyyətinizin son gününə qədər işləyəsiniz;

59
00:07:34,460 --> 00:07:37,860
yəni belə düşünməyəsiniz ki, misal üçün, “daha bu dövlət fəaliyyətini başa vurur,

60
00:07:37,960 --> 00:07:43,930
sabah mən bu vəzifədə ya olacağam, ya olmayacağam...” Belə fikirlər qətiyyən olmamalıdır,

61
00:07:44,500 --> 00:07:50,730
son ana, son saata, son günə qədər işləmək, çalışmaq lazımdır.

62
00:07:51,100 --> 00:07:57,460
Kənar söz-söhbətlərə də baş qoşmayın; belə ki qarşıdan gələn aylarda

63
00:07:57,800 --> 00:08:03,060
artıq tədricən seçki ilə bağlı rəqabət, çəkişmələr başlayacaq;

64
00:08:03,200 --> 00:08:10,000
yəni seçki təbliğatı, seçki mövzusunda söhbətlər, müzakirələr, siyasi məsələlər ortaya çıxacaq; müxaliflər bir şey deyəcək, dəstəkləyənlər bir başqa şey söyləyəcək;

65
00:08:10,760 --> 00:08:15,500
bunlar sizi məşğul etməməlidir, yəni bu məsələlərə qətiyyən fikir verməyin,

66
00:08:16,060 --> 00:08:22,700
öz işinizi görün. Hakimiyyətdə olan administrasiya üçün ən yaxşı təbliğat gördüyü işlərdir.

67
00:08:23,160 --> 00:08:29,860
Siz öz təbliğat kompaniyanızda min cür söz danışsanız belə,

68
00:08:30,200 --> 00:08:38,730
ortaya qoyduğunuz yaxşı bir iş camaata o min sözdən daha güclü təsir göstərəcək.

69
00:08:38,800 --> 00:08:41,600
Yəni əgər xalq iş görüldüyünü müşahidə etsə, öz həyatında bunun təsirini hiss etsə,

70
00:08:41,600 --> 00:08:48,060
bu, dövlət üçün ən gözəl təbliğatdır. Kənar məsələləri və söz-söhbətləri düşünməyin.

71
00:08:49,030 --> 00:08:57,160
Bax elə bu Hökumət həftəsi özü dəyərli bir fürsətdir, qənimət bilmək lazımdır;

72
00:08:57,360 --> 00:09:05,960
həm dövlətdə təmsil olunmayan ziyalılar üçün, həm də dövlətin özündəki rəsmilər üçün;

73
00:09:06,760 --> 00:09:12,300
özlərini, öz işlərini, fəaliyyətlərini bir daha nəzərdən keçirmələri, qiymət vermələri baxımından;

74
00:09:12,560 --> 00:09:15,100
“Doğrusu, insan özü-özünə şahiddir”. (“Qiyamət” surəsi, 14-cü ayə)

75
00:09:15,230 --> 00:09:21,730
Hər bir strukturun rəsmisi özü öz işini başqalarından daha yaxşı dəyərləndirə bilər.

76
00:09:22,000 --> 00:09:30,300
Bəzən ola bilsin ki, biz gördüyümüz işlər haqda danışanda

77
00:09:30,530 --> 00:09:37,860
bir şey iddia edirik, amma öz işimizə bir daha nəzər salıb gözdən keçirəndə görürük ki, özümüzü o qədər də qane etmir;

78
00:09:38,160 --> 00:09:43,430
yəni fikrimcə, bu dəyərləndirmə çox önəmlidir. Eynilə hökumətdə təmsil olunmayan ziyalılar da; onlar da hökumətin gördüyü işləri izləyir;

79
00:09:43,600 --> 00:09:47,800
tənqid etməyin heç bir ziyanı, problemi yoxdur, intəhası tənqid də insaflı olmalıdır.

80
00:09:48,030 --> 00:09:57,730
Tənqid problemli məqamları ortaya qoymaq və həmin düyünlü məsələlərin açılması üçün həll yolu göstərmək deməkdir.

81
00:09:57,930 --> 00:10:02,260
Düzgün tənqid budur və mən düşünürəm ki, bu cür tənqidlər olsa, çox yaxşıdır.

82
00:10:02,430 --> 00:10:08,030
Mən bir daha təkrar edərək vurğulayıram ki,

83
00:10:08,230 --> 00:10:13,100
görülən işlər haqda əhali və ziyalılara məlumat verin, açıqlamalar edin;

84
00:10:13,530 --> 00:10:24,060
şişirtməsiz, mübaliğəsiz; yəni sizin özünüzü həqiqətən qane edən işlər barədə əhalini məlumatlandırın.

85
00:10:24,460 --> 00:10:32,330
Sizin səmimiyyətinizdən, realist yanaşmanızdan, reallığı görə bilməyinizdən xəbər verən o danışıq tərziniz

86
00:10:32,460 --> 00:10:36,360
insanlara təsir edəcək; bu, heç şübhəsiz, belədir.

87
00:10:36,360 --> 00:10:40,030
Mən bugünkü görüşümüzdə vurğulamaq istədiyim bir neçə məsələni başlıq kimi özüm üçün qeyd etmişəm.

88
00:10:40,630 --> 00:10:45,400
Əlbəttə ki, məndən öncə çıxış edən cənablar da onlardan bəziləri ilə bağlı müəyyən məqamlara toxundular.

89
00:10:46,660 --> 00:10:51,060
Bu başlıqlardan birincisi iqtisadiyyatdır; bayaq qeyd olunduğu kimi.

90
00:10:51,430 --> 00:11:01,130
Fikrimizcə, bu gün ölkənin bir nömrəli məsələsi iqtisadiyyatdır, iqtisadiyyat sahəsindəki problem və düyünlərdir,

91
00:11:02,000 --> 00:11:13,400
bunlar öz həllini tapmalıdır. Müqavimət iqtisadiyyatının komandanlıq qərargahından cənab Dr. Cahangiri çox yaxşı bir məruzə ilə çıxış etdi;

92
00:11:13,600 --> 00:11:20,130
düzdür, onun: “Mənim səlahiyyətlərim artmayıb” – deməyi mənim üçün, doğrudan da, yaxşı bir xəbər deyildi.

93
00:11:20,360 --> 00:11:25,730
İstərdim ki, o, sözün həqiqi mənasında komandanlıq etsin.

94
00:11:26,100 --> 00:11:32,030
Cənab prezident də ona həqiqətən etimad göstərir, mən də ona inanıram,

95
00:11:32,430 --> 00:11:39,060
ona görə də yaxşı olar ki, doğrudan da, sözün həqiqi mənasında komandanlıq edə bilsin.

96
00:11:39,060 --> 00:11:43,860
Çünki görülən işlərlə bağlı mənim müəyyən qeydlərim var, az sonra deyəcəyəm.

97
00:11:44,530 --> 00:11:49,930
Mən o hesabata baxdım, hesabat yaxşı bir hesabatdır; istehsala dəstək məqsədilə 200-ə yaxın layihə,

98
00:11:50,560 --> 00:11:57,830
təkliflər paketi və fəaliyyət proqramı işlənib, 2500 yarımçıq layihə özəl sektora həvalə olunub;

99
00:11:58,130 --> 00:12:00,760
bütün bunlar o hesabatda əksini tapır və çox önəmlidir.

100
00:12:01,130 --> 00:12:09,100
Bunlar ortalığa çıxarmağa layiq olan işlərdir, amma bir neçə məqam var:

101
00:12:09,430 --> 00:12:13,430
Birincisi, layihələrin qəti surətdə reallaşdırılması üçün ardıcıl nəzarət olmalıdır;

102
00:12:14,130 --> 00:12:19,760
baxın, biz bir qərar qəbul edirik, ictimaiyyətə də açıqlayırıq, vacibliyini də vurğulayırıq,

103
00:12:20,230 --> 00:12:29,560
amma əgər sona qədər gedib o qərarı reallaşdırmasaq, bu o deməkdir ki, işimiz hələ bitməyib.

104
00:12:30,660 --> 00:12:35,860
İş o zaman tamamlanmış olar ki,

105
00:12:36,260 --> 00:12:45,500
cənab Cahangiri və onun Nazirlər Kabinetindəki həmkarlarının müqavimət iqtisadiyyatının komandanlıq qərargahında gördüyü bütün işlər,

106
00:12:46,130 --> 00:12:51,300
bircə-bircə bütün layihələr reallaşsın, nəticəsini versin;

107
00:12:51,630 --> 00:13:00,530
yəni bu işlərin gedişini addımbaaddım izləmək lazımdır. Bu, birinci məsələ; zənnimcə bu, çox önəmlidir və inşallah, yerinə yetirilməlidir.

108
00:13:01,030 --> 00:13:09,430
İkincisi, ölkədə iqtisadiyyat sahəsində irihəcmli işlər görülür; istər özəl sektor olsun, istərsə də dövlət sektoru.

109
00:13:10,460 --> 00:13:17,100
Ölkədə möhtəşəm işlər görülür, bu gün ölkəmiz iqtisadi fəaliyyətlərlə dolub-daşır.

110
00:13:17,600 --> 00:13:23,900
Rəsmilər əllərindən gələni etməlidirlər ki, bu fəaliyyətlər müqavimət iqtisadiyyatının siyasətlərinə uyğun olsun

111
00:13:24,530 --> 00:13:34,060
və əgər hansısa iqtisadi fəaliyyət həmin siyasətlərlə uyğun gəlmirsə, qarşısı alınmalıdır. Bu, doğrudan da, əsas işlərdən biridir.

112
00:13:34,600 --> 00:13:42,530
İqtisadiyyatın real arenasında – real iqtisadiyyatda – bir çox işlər görülür,

113
00:13:42,700 --> 00:13:49,300
onlardan bəziləri bu siyasətlərə uyğundur, bəziləri isə yox; uyğun olanlar genişləndirilsin,

114
00:13:49,760 --> 00:13:52,530
uyğun olmayanlarn qarşısı alınsın, ən azından dəstək verilməsin; ən azından kömək göstərilməsin.

115
00:13:52,960 --> 00:14:01,360
Mən bizə təqdim olunmuş o layihələrdən bir-ikisi ilə bağlı cənab Hicazi vasitəsilə ismarış yollamışdım ki,

116
00:14:01,560 --> 00:14:10,330
soruşsun görsün, həmin məqamlar, konkret olaraq o işlər müqavimət iqtisadiyyatının siyasətləri içərisində harada yer alır?

117
00:14:10,800 --> 00:14:18,300
Bunu izah edə bilməlidirlər; yəni həyata keçirilən işlərin hər birinin müqavimət iqtisadiyyatının

118
00:14:18,830 --> 00:14:24,160
onlar və dövlət tərəfindən tənzimlənmiş siyasətləri içərisində yeri olmalıdır.

119
00:14:24,560 --> 00:14:33,260
Üçüncü məqam: ölkənin bütün imkan və potensialı işə salınmalıdır. Əlbəttə, sevindirici haldır ki, az öncə bunu qeyd etdilər.

120
00:14:34,700 --> 00:14:42,060
Bu yaxınlarda cənab Höccəti  ilə də görüşümüz olmuşdu, cənab Nemətzadənin də çıxışları

121
00:14:42,400 --> 00:14:48,730
mətbuatda və sairdə yayımlanır, eşidirik – düzdür, bu gün onları dinləmək imkanımız olmadı –

122
00:14:49,160 --> 00:14:55,130
özəlliklə sənaye və kənd təsərrüfatı sahəsində, doğrudan da, reallaşdırılmalı işlər çoxdur;

123
00:14:55,330 --> 00:14:59,130
yəni həddən artıq böyük imkan və potensial var.

124
00:15:00,000 --> 00:15:07,300
Kənd təsərrüfatı və meşələrlə bağlı bir məsələ var ki, onu daha sonra cənab Hicazinin özünə deyəcəyəm;

125
00:15:07,500 --> 00:15:13,700
inşallah, bu barədə onunla üzbəüz söhbət edərik.

126
00:15:14,360 --> 00:15:25,830
Dördüncü məqam isə müvafiq diskursun formalaşdırılmasıdır. Baxın, cənab Dr. Səttari öz çıxışında elm, elmi əsaslı iqtisadiyyat,

127
00:15:26,400 --> 00:15:33,430
elmi innovasiyalara əsaslanan şirkətlər və sair bu kimi mövzuları önə çəkdi, vurğuladı – başqa yoldaşlardan da bu məsələlərə toxunanlar oldu –

128
00:15:33,660 --> 00:15:38,160
bu, 10-12 ildir ki, aktual olan bir diskursdan irəli gəlir.

129
00:15:38,500 --> 00:15:45,400
Yəni sürətli elmi inkişaf, dünya üzrə elmi inkişafın ön sıralarında durmaq,

130
00:15:45,760 --> 00:15:53,500
ölkə elmini inkişaf etdirmək və sair bu kimi mövzular daim deyilir, izlənilir, universitetlərdə daim müzakirə olunur

131
00:15:53,830 --> 00:16:00,930
və bir diskursa çevrilirsə, nəticəsi bu olur ki,

132
00:16:01,300 --> 00:16:08,360
misal üçün, bizim burda universitetlərin kollektivləri ilə keçirdiyimiz görüşlərdə – istər tələbələr olsun, istərsə də müəllimlər –

133
00:16:08,560 --> 00:16:14,030
mən bizim vurğuladığımız bu fikirlərin onlar tərəfindən tələb və istək formasında irəli sürüldüyünü görürəm. Bax diskurs budur,

134
00:16:14,430 --> 00:16:19,800
bu, çox yaxşıdır. Bu olarsa, elmi inkişaf da olacaq.

135
00:16:20,060 --> 00:16:24,060
Bu gün biz aerokosmos, nüvə, nano və bio-texnologiyalar

136
00:16:24,260 --> 00:16:29,600
və digər müxtəlif sahələrdə

137
00:16:29,800 --> 00:16:35,830
bir sıra önəmli nailiyyətlər əldə etmişik; bütün bu nailiyyətlər həmin o diskursun mövcudluğundan qaynaqlanır.

138
00:16:36,030 --> 00:16:43,800
Müvafiq diskurs formalaşdırıldıqda hamı o barədə düşünür, yəni hamıda eyni stimul yaranır;

139
00:16:43,930 --> 00:16:49,430
elə bil, böyük, geniş bir prospekt salınır

140
00:16:49,600 --> 00:16:54,960
və hər kəs o prospektlə hərəkət etməyə can atır. Odur ki diskursun formalaşdırılması çox əhəmiyyətlidir.

141
00:16:55,160 --> 00:16:59,860
Əlbəttə, “müqavimət iqtisadiyyatı” deyib təkrar etməklə diskurs formalaşmayacaq;

142
00:17:00,160 --> 00:17:05,860
bu sözü o qədər təkrar etməməliyik ki,

143
00:17:06,000 --> 00:17:12,530
axırda dəyərini itirə. Diskursu izah etməklə, maarifləndirmə işi aparmaqla və sair bu kimi tədbirlərlə yaratmaq lazımdır.

144
00:17:13,560 --> 00:17:25,600
Və növbəti məqam – bunu cənab Cahangiriyə müraciətlə deyirəm – müqavimət iqtisadiyyatı ilə bağlı

145
00:17:25,800 --> 00:17:33,030
mən sıçrayışlı bir iş gözləyirəm. Baxın, iqtisadiyyat sahəsində

146
00:17:33,230 --> 00:17:37,560
hökumətin – iqtisadiyyatla əlaqəli bir neçə nazirliyin

147
00:17:38,360 --> 00:17:45,730
müxtəlif idarə və şöbələrinin – öhdəsinə düşən və gündəlik yerinə yetirdikləri adi, normal işlər var.

148
00:17:46,160 --> 00:17:55,660
Bəli, bu işlər yerinə yetirilməlidir, lakin müqavimət iqtisadiyyatı sahəsində

149
00:17:55,830 --> 00:18:01,830
qeyri-adi, sıçrayışlı bir iş görülməlidir. Misal üçün – mən burda da qeyd etmişəm –

150
00:18:01,930 --> 00:18:07,560
cənab prezident 7000 sənaye müəssisəsinin işə salınmasından danışdı; bu, yaxşıdır. Bax bu, həmin o sıçrayışlı işlərdəndir,

151
00:18:08,400 --> 00:18:15,660
bunu diqqətdə saxlayın. Ölkə başçısı söylədi ki, 7 min sənaye müəssisəsi işə salırıq, lap yaxşı, bu, yaxşıdır;

152
00:18:16,230 --> 00:18:21,860
yəni bu, dövlət strukturlarımızın adi iş fəaliyyətindən yüksəkdə duran bir təşəbbüsdür.

153
00:18:22,860 --> 00:18:29,200
Bu cür sıçrayış xarakterli tədbirləri,

154
00:18:30,130 --> 00:18:37,460
adidən yüksəkdə duran nailiyyətləri diqqətdə saxlayın, bunlar çox yaxşıdır. Bu da növbəti bir məqam;

155
00:18:37,760 --> 00:18:44,100
yəni iqtisadi qurumların adi, gündəlik işləri ilə qane olmayın, onlardan bu cür işlər istəyin.

156
00:18:45,060 --> 00:18:49,900
İqtisadi problemlərlə bağlı qeyd edilməsi lazım olan digər bir məqam isə bundan ibarətdir ki,

157
00:18:50,530 --> 00:18:54,500
bəzi işlər əsaslı xarakter daşısa da, həyata keçirilməsi mümkündür, yəni çətin işlər deyil.

158
00:18:54,500 --> 00:19:03,000
Misal üçün, qərar və tədbirlərin ostanlar arasında bölüşdürülməsi – bayaq qeyd olundu; sevindirici haldır ki, rəsmilərimiz bu barədə artıq düşünürlər –

159
00:19:03,300 --> 00:19:09,760
bu, yaxşı bir işdir, qərar və tədbirlər yalnız bir neçə ostanla bağlı olmamalı,

160
00:19:10,060 --> 00:19:17,500
ostanlar arasında bölüşdürülməlidir. Və ya bank kreditlərinin istehsala yönəldilməsi; o gün mən

161
00:19:18,400 --> 00:19:27,460
hörmətli İqtisadiyyat Nazirinə və cənab Seyfə də dedim ki,

162
00:19:27,460 --> 00:19:35,430
bu gün siz bütün biliyinizi, bütün oxuyub öyrəndiklərinizi bu nəhəng həcmli nağd vəsaitin istehsala yönəldilməsi üçün səfərbər etməlisiniz;

163
00:19:35,760 --> 00:19:41,060
yəni bütün hünərinizi bununla ortaya qoymalısınız. Əgər bu iş reallaşsa,

164
00:19:41,300 --> 00:19:48,100
çox böyük əhəmiyyət kəsb edər və mən bunun tamamilə mümkün olduğunu düşünürəm; yəni işin başında duran yoldaşlar üçün həyata keçirilməsi tam mümkün olan bir işdir.

165
00:19:48,660 --> 00:19:59,100
İxracata dəstək mexanizmləri; bəzən bu cür mexanizmlər olur, amma sabit vəziyyətdə qalmır; azaldılıb-çoxaldılır, dəyişiklikər edilir,

166
00:19:59,360 --> 00:20:03,700
ixracatla məşğul olan şəxslər onlara ümid bağlaya bilmir, ürəkləri həmişə səksəkədə qalır.

167
00:20:03,860 --> 00:20:07,300
İxracat çox ciddi və önəmli bir məsələ olduğuna görə bu sahədəki həvəsləndirici mexanizmlər də önəmlidir.

168
00:20:07,300 --> 00:20:14,300
Kənd təsərrüfatı məhsullarının maya dəyərinin ödənilməsi də mühüm bir məsələdir.

169
00:20:14,830 --> 00:20:20,300
Qaçaqmalçılıqla ciddi mübarizə – bu yolla ölkəyə gətirilən məhsulların məhv edilməsi – məsələsi olduqca önəmlidir.

170
00:20:20,730 --> 00:20:31,560
Doğrudur, bu məsələyə aidiyyəti olan bəzi rəsmilər bizə söylədilər ki, həmin malların bəzilərini reeksport etmək,

171
00:20:31,860 --> 00:20:38,730
yəni geri qaytarıb təzədən ixrac etmək mümkündür. Lap yaxşı, buna sözümüz yoxdur, yəni mən bunu elə burdaca elan edirəm.

172
00:20:39,060 --> 00:20:50,960
Düzdür, mən demişəm ki, qaçaq malları, mütləq, məhv etsinlər, amma bu, xırda-para qaçaqmalçılıq hallarına şamil olunmur;

173
00:20:51,300 --> 00:20:56,960
mən qaçaqmalçılıqla məşğul olan bandaları, ölkə bazarına təsir göstərən böyük işləri nəzərdə tuturam.

174
00:20:57,360 --> 00:21:03,400
Bürokratiya məsələsi də köhnə mövzulardandır, indi bir daha təkrara yol vermək istəmirəm.

175
00:21:03,800 --> 00:21:08,400
Bəzən bürokratiya o qədər kəskin formada olur ki,

176
00:21:08,830 --> 00:21:17,700
biznesmenlərin, investorların bir iş görməyə artıq hövsələsi qalmır.

177
00:21:18,130 --> 00:21:22,500
Önəmli məsələlərdən biri də elmi əsaslı iqtisadiyyata ciddi dəstək verilməsidir;

178
00:21:22,630 --> 00:21:29,130
əlhəmdulillah, cənab Səttari bayaq öz çıxışında əslində etiraf etdi ki – bu, müəyyən mənada bir etiraf idi –

179
00:21:29,460 --> 00:21:33,660
ona hər kəs kömək göstərir; köməyə, doğrudan da, ehtiyac var;

180
00:21:33,830 --> 00:21:40,360
Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinə hamı kömək etməlidir, bütün strukturlar yardımçı olmalıdır.

181
00:21:40,660 --> 00:21:45,730
Əgər doğrudan da, belədirsə, hamı sizə kömək edirsə, lap yaxşı, əlhəmdulillah.

182
00:21:46,230 --> 00:21:53,630
Biz elmi innovasiyalara əsaslanan iqtisadiyyat məsələsinə ciddi yanaşmalıyıq, elmi əsaslı şirkətləri, həqiqətən, ciddiyə almalıyıq.

183
00:21:53,960 --> 00:22:02,860
Hazırda, demək olar, ölkədə işləməyə hazır olan milyonlarla gənc var ki,

184
00:22:03,060 --> 00:22:08,560
əgər onlara bir kömək göstərilsə, həqiqətən də, bu müstəvidə irəli gedə, müxtəlif sahələri fəallaşdıra bilərlər.

185
00:22:08,730 --> 00:22:17,200
Eşitdiyimə görə, bəzi hallarda hətta dövlət sektorunda da bəziləri - Cənab prezident bu məsələ ilə yaxından maraqlansa, çox yaxşı olar -

186
00:22:17,730 --> 00:22:26,330
xaricilərdən, rəsmilər demişkən, layihələr qəbul edir, onlara vəsait xərcləyirlər,

187
00:22:26,560 --> 00:22:31,260
amma ölkə daxilində bu işi həyata keçirə biləcək elmi əsaslı şirkətlərə maliyyə ayırmırlar!

188
00:22:31,260 --> 00:22:35,600
Yəni bizə çatan məlumat belədir, inşallah ki, həqiqətə uyğun deyil,

189
00:22:35,930 --> 00:22:43,160
amma belə bir məlumat var. Mənim fikrimcə, bu kimi məsələlər önəmlidir, onlarla maraqlanmaq, araşdırıb baxmaq lazımdır.

190
00:22:43,630 --> 00:22:55,430
Bu, elmi innovasiyalara əsaslanan iqtisadiyyat barədə. Və kəndlər məsələsi. Bu barədə çox şey demək olar, amma vaxtımız azdır.

191
00:22:56,100 --> 00:23:02,060
Mənim burda özüm üçün qeyd etdiyim və toxunmaq istədiyim digər bir başlıq xarici siyasət məsələsidir.

192
00:23:02,560 --> 00:23:09,100
Bəli, bu, əvvəldən cənab Dr. Ruhani administrasiyasının prioritetlərindən olub;

193
00:23:09,460 --> 00:23:17,400
həm təbliğatında, həm dövlətin atdığı addımlarda; bu, önəmli bir məsələ idi, bəli, mən də razıyam.

194
00:23:17,560 --> 00:23:27,160
Mən əvvəllər də həmişə diplomatik fəaliyyətlərin effektivliyinə inanmışam və bu sahədə çalışıb iş görməyin vacib olduğunu düşünmüşəm.

195
00:23:29,100 --> 00:23:37,400
Burda bir neçə məqam var: birincisi, biz öz diplomatik gücümüzün dünya miqyasında bölgüsünü düzgün aparmalıyıq.

196
00:23:37,900 --> 00:23:47,330
Yəni Asiya ərazisinin genişliyinə və bu qitənin potensialına uyğun olaraq, Asiyanın payı Asiyaya yönəldilməlidir;

197
00:23:48,200 --> 00:23:58,660
eynilə Afrikanın payı, eynilə Latın Amerikasının payı. Odur ki diplomatik fəaliyyətlərimizi düzgün, hər bir regiona münasib bir şəkildə paylaşdırmalıyıq.

198
00:23:58,930 --> 00:24:05,430
Digər bir məsələ budur ki, biz hər yerdə fəal diplomatik mövqe tutmalıyıq.

199
00:24:05,560 --> 00:24:13,130
Yəni regionumuzdakı kimi proseslərdə – bu gün çox mürəkkəb, dolaşıq proseslər gedir;

200
00:24:13,660 --> 00:24:20,860
regionumuzun problemləri, Suriya, İraq, Livan və Şimali Afrikada gedən proseslər,

201
00:24:21,260 --> 00:24:28,860
bu tərəfdən şərqdə Əfqanıstan, Pakistan və sair; həddən artıq mürəkkəbdir;

202
00:24:29,530 --> 00:24:38,560
burda çox qarışıq, ziddiyyətli, bir-birinə təsir göstərən siyasətlər gedir –

203
00:24:38,560 --> 00:24:48,000
belə bir şəraitdə diplomatiya meydanına böyük diqqət və sayıqlıqla, iş görməyə, fəallıq göstərməyə,

204
00:24:48,600 --> 00:24:54,760
proseslərə təsir etməyə qadir bir şəkildə daxil olmaq lazımdır. Əlhəmdulillah, müəyyən yerlərdə bizim diplomatik iştirakımız məhz bu şəkildə olub.

205
00:24:55,160 --> 00:25:02,230
Sözügedən mövzu ilə bağlı üçüncü məqam diplomatiyanın potensialından iqtisadiyyat üçün istifadə etməkdir.

206
00:25:03,300 --> 00:25:11,730
İqtisadi qurumlar iqtisadi məsələlərlə bağlı Xarici İşlər Nazirliyi ilə daim əməkdaşlıq etməlidir.

207
00:25:11,830 --> 00:25:22,530
Məgər biz demirik ki, tutalım, filan ölkədən filan innovativ texnologiya gətirilsin,

208
00:25:23,060 --> 00:25:32,360
yaxud filan ölkəyə ixracat edilsin – ixracata böyük önəm veririk – yaxşı, bütün bu işlərdə Xarici İşlər Nazirliyi mehvər olmalıdır.

209
00:25:32,660 --> 00:25:40,100
Belə hallar barədə eşitmişik, görmüşük ki, bir ölkədə hansısa nazirlik iqtisadi danışıqlar aparır,

210
00:25:40,330 --> 00:25:46,300
Xarici İşlər Nazirliyininsə bundan xəbəri belə yoxdur! Bu, ziyandır, təmiz ziyandır.

211
00:25:47,130 --> 00:25:58,130
Əlbəttə, bu, ikitərəfli bir vəzifədir, yəni həm iqtisadi qurumlar XİN-lə bu sahədə çiyin-çiyinə verib əməkdaşlıq etməlidir,

212
00:25:58,400 --> 00:26:03,460
həm də XİN bu iş üçün oturub fəaliyyət proqramı hazırlamalıdır.

213
00:26:03,630 --> 00:26:10,100
Yəni xüsusi bir sfera olaraq iqtisadiyyatla bağlı planlama işləri aparmalı, fəal surətdə iş görməlidirlər; əlbəttə ki, formal olaraq XİN-də

214
00:26:10,330 --> 00:26:18,330
iqtisadiyyat sektoru var; yəni keçmişdən də olub. Bu da bir məqam. Diplomatiya aləmində yalnız açıq-aydın, imzalı,

215
00:26:18,660 --> 00:26:26,600
təsbit edilmiş, lazım gələrsə sənədilə sübut edə biləcəyin işlərə etimad göstərmək olar.

216
00:26:27,130 --> 00:26:35,360
Ölkəmizin xarici əlaqələrində bu çox önəmlidir, bu məsələyə diqqət yetirmək lazımdır.

217
00:26:36,330 --> 00:26:43,930
Əlbəttə, Birgə Kompleks Tədbirlər Planı məsələsi də xarici siyasətimizin bir hissəsidir. Mən BKTP barədə bu günə qədər çox danışmışam,

218
00:26:44,230 --> 00:26:50,760
ona görə də indi bu mövzunu açmaq istəmirəm. Ölkə başçısı cənab Dr. Ruhani ilə də

219
00:26:50,960 --> 00:26:59,930
bu barədə, demək olar ki, ardıcıl olaraq həmişə bu barədə söhbətlərimiz olurdu, indi də olur.

220
00:27:00,100 --> 00:27:06,200
Hər halda, BKTP ilə bağlı mən bu gün onu qeyd etmək istərdim ki,

221
00:27:06,560 --> 00:27:15,030
qarşı tərəfin, xüsusilə də Amerikanın öz sözünə, bağladığı sazişlərə nə qədər dönük olduğunu nəzərə almalıyıq.

222
00:27:15,560 --> 00:27:21,460
Qarşı tərəfin dönüklüyünə, cığallığına və xəyanətlərinə

223
00:27:21,860 --> 00:27:28,330
əsla hansısa yolla izah verib haqq qazandırmaq fikrinə düşməməliyik.

224
00:27:28,560 --> 00:27:34,930
Amerika dönüklük edir – indi daha bu dəqiqdir; amerikalılar dönüklük edirlər –

225
00:27:35,400 --> 00:27:39,360
bu dönüklüyü nəzərə almalı, diqqətli olmalıyıq.

226
00:27:39,660 --> 00:27:46,660
Və təcrübə əldə etməliyik; ola bisin, tutalım, düşünəsiniz ki,

227
00:27:46,960 --> 00:27:53,000
Amerikada, yaxud hansısa başqa bir ölkədə bu və ya digər bir hökumət bizə nəsə vəd edir, nəsə söz verir;

228
00:27:53,430 --> 00:27:57,560
bu vədlərə və bu kimi şeylərə inanmaq olmaz, əsla.

229
00:27:57,730 --> 00:28:03,530
O, vəd edir, lap yaxşı, siz də bir vəd edin. Bir nəfər xəlifəyə bir şeir yazır,

230
00:28:03,900 --> 00:28:11,300
xəbər göndərir, saraya gəlib şeirini oxuyur. Xəlifə də deyir ki, ona filan qədər qızıl –

231
00:28:11,730 --> 00:28:19,200
misal üçün, 100 min dinar – versinlər. Bunu bir kağıza yazıb şairə verir və deyir get pulunu al.

232
00:28:19,530 --> 00:28:26,960
Şair xəzinədarın yanına gedib kağızı verir, 100 min dinarını istəyir. Xəzinədar soruşur ki, bu mükafatı nəyə görə almısan? Cavab verir ki, şeir demişəm.

233
00:28:27,300 --> 00:28:33,360
Deyir, şeir demisən, lap yaxşı, sən bir şeir demisən, onun xoşuna gəlib, o da bunu yazıb, sənin xoşuna gəlib. Ödəşmisiniz, dur çıx get!

234
00:28:33,700 --> 00:28:37,930
Yəni belədir: o, nəsə deyir, vəd edir ki, bizim xoşumuza gəlsin,

235
00:28:38,100 --> 00:28:44,360
biz də bir vəd edək ki, ona xoş gəlsin; amma ona nağd heç nə verməyək ki,

236
00:28:44,760 --> 00:28:50,500
sonra da əlində qalıb: “Görəsən, hesabında düz olacaq,

237
00:28:50,760 --> 00:28:53,900
borcunu qaytaracaq, ya yox?” –  deyə fikir çəkməyək.

238
00:28:54,500 --> 00:29:02,030
Hər halda, mən BKTP məsələsində gecə-gündüz, doğrudan da, zəhmət çəkib iş görmüş hər kəsə

239
00:29:02,400 --> 00:29:06,260
təşəkkürümü bildirirəm. Mənim BKTP ilə bağlı tənqidlərim var,

240
00:29:06,630 --> 00:29:13,930
iradlarım var, bunu da demişəm; sizə də demişəm, ictimaiyyətə də açıqlamışam, intəhası bu iradlar qarşı tərəflə bağlıdır,

241
00:29:14,230 --> 00:29:21,930
özümüzünkülərə aid deyil. Bizimkilər zəhmətlərini çəkib bacardıqlarını ediblər,

242
00:29:22,260 --> 00:29:27,400
amma qarşı tərəf namərd, xəbis biridir.

243
00:29:28,060 --> 00:29:31,160
Mənim burdakı qeydlərim arasında yer alan üçüncü başlıq elm və texnologiyadır;

244
00:29:31,900 --> 00:29:41,100
ölkəmizin elm və texnologiya sahəsində inkişaf edib irəli gedə bilməsi üçün bizim ehtiyacımız olan şey

245
00:29:41,300 --> 00:29:50,360
budur ki, elm və texnologiya məsələsi ölkəmizdə aktual bir mövzu olsun.

246
00:29:51,500 --> 00:29:59,130
Yəni bu gün ölkəmizin söykəndiyi 3 əsas sütundan, 3 başlıca amildən biri

247
00:29:59,330 --> 00:30:05,460
və ola bilsin ki, elə ən önəmlisi elm və texnologiyadır.

248
00:30:05,660 --> 00:30:12,130
Doğrudur, Allaha şükürlər olsun ki, bu sahədə gözəl nailiyyətlərimiz var; səy göstərilib, işlər görülüb, diqqət yetirilib,

249
00:30:12,660 --> 00:30:18,460
amma hazırda bu sferada inkişaf tempimiz azalıb. Mən çıxışlarımda bunu demişəm,

250
00:30:18,600 --> 00:30:24,630
cənab Dr. Fərhadi  də mənə bir hesabat göndərib ki, yox, belə deyil, inkişafımız yaxşıdır.

251
00:30:24,960 --> 00:30:30,530
Sözüm yoxdur, mən də bilirəm, onun göndərdikləri mənim üçün yeni bir şey deyildi.

252
00:30:30,700 --> 00:30:37,030
Mənim dediyim və diqqətə alınmayan məsələ sürət tempi idi; elmi inkişafın sürət tempi.

253
00:30:37,230 --> 00:30:43,060
Baxın, biz qarşımızda duran tərəflərdən, rəqiblərimizdən xeyli geriyik.

254
00:30:43,560 --> 00:30:50,300
Əgər biz ona çatmaq istəyiriksə, onun getdiyi sürətlə getsək, aramızda olan bu məsafə həmişə qalacaq.

255
00:30:51,030 --> 00:30:57,560
Biz ondan bir neçə dəfə artıq sürətlə irəli getməliyik ki, ona çata,

256
00:30:58,060 --> 00:31:02,100
yaxud bəzən onu keçə bilək; mənim dediyim budur.

257
00:31:02,500 --> 00:31:10,130
Bir neçə il bizdə bu sürət tempi oldu. Sürət varsa, bu, yaxşı, bəyənilən bir şeydir;  amma hazırda bu sürət tempi azalıb;

258
00:31:10,600 --> 00:31:15,130
mən bunu deyirəm. Cənab Dr. Fərhadi bax buna diqqət yetirməlidir.

259
00:31:15,230 --> 00:31:21,800
Hər halda, mənim diqqətimi çəkən məqam budur; yəni elmi inkişafın sürət tempini artırmalısınız;

260
00:31:21,960 --> 00:31:25,860
yoxsa mən də bilirəm ki, inkişaf var, irəli gedirik, çox yaxşı nailiyyətlər əldə edirik, bu, təbiidir,

261
00:31:26,030 --> 00:31:33,900
amma adi inkişaf kifayət deyil. Dünyaya səs salan,

262
00:31:34,060 --> 00:31:42,730
kimlərdəsə bizə qarşı həsəd oyadan, kimlərisə narahat edən məhz bizim o sürət tempimiz olmuşdu. Bizim elmi inkişafımız dünyada bəzilərində narahatlıq yaratmışdı.

263
00:31:43,300 --> 00:31:48,260
Bu ona görə idi ki, sürət tempimiz yaxşı idi.

264
00:31:48,660 --> 00:31:54,000
Elmi innovasiyalara əsaslanan şirkətlər məsələsinə də ki, toxunduq.

265
00:31:54,230 --> 00:31:57,860
Çox şükür ki, prezidentin elmi məsələlər üzrə müavini razıdır;

266
00:31:58,400 --> 00:32:04,030
mən burda qeyd etmişəm ki, “dövlət qurumlarından dəstək almırlar”, amma indi o dedi ki, dəstək alırlar;

267
00:32:04,030 --> 00:32:10,360
lap yaxşı, əgər siz razısınızsa, daha biz nə deyə bilərik? Biz də sizin dərdinizi çəkirik.

268
00:32:11,560 --> 00:32:19,300
Elmi inkişaf diskursu da davam etdirilməlidir, yəni bunun dayandırılmasına imkan verməməlisiniz.

269
00:32:20,100 --> 00:32:26,330
Siz hamınız – bütün dostlarımız – universitetlərdə çalışırsınız. Əvvəla, mənim tövsiyəm budur ki,

270
00:32:26,560 --> 00:32:30,360
rəsmilərimiz universitetlərlə əlaqəni kəsməsinlər;

271
00:32:30,560 --> 00:32:36,700
yəni universitetlərlə gediş-gəlişləri olsun. Harada olsanız, hansı universitetin kollektivi ilə istənilən şəraitdə görüşsəniz,

272
00:32:36,700 --> 00:32:46,230
elmi inkişaf diskursu, elmi innovasiyalar yaratmağın vacibliyi, elmi inkişafın sürət tempini artırmaq və bu kimi mövzuları vurğulayın.

273
00:32:46,500 --> 00:32:52,560
Elə olsun ki, hər bir tələbə, hər bir universitet müəllimi, hər bir elmi tədqiqatçı

274
00:32:52,930 --> 00:33:03,000
bunun onun öhdəsinə düşən bir vəzifə olduğunu, bu işi həyata keçirməli olduğunu hiss etsin. Bu da belə.

275
00:33:03,200 --> 00:33:11,800
Elmi tədqiqatlara ayrılan büdcə ilə də bağlı bir məqama toxunaq: əvvəla, elmi tədqiqatların büdcəsi azdır, ikincisi, heç o ayrılan məbləğ də verilmir.

276
00:33:12,330 --> 00:33:19,200
Düzdür, mən administrasiyalardan birindən – yadımda deyil, cənablardan hansı idi –

277
00:33:19,460 --> 00:33:26,330
elmi tədqiqatların büdcəsinin yüzdə 1.5, 2,

278
00:33:26,930 --> 00:33:31,430
maksimum 3 faizə çatdırılacağı barədə vəd almışdım, nə isə, 1.5 faiz olacağına söz veriblər.

279
00:33:31,560 --> 00:33:38,460
Sonradan universitet müəllimləri gəlib burda çıxış edəndə bildirdilər ki, nə 1.5, nə 2, nə 3? 0.6, 0.5 faizdən danışın,

280
00:33:38,900 --> 00:33:49,460
heç onun da hamısını vermirlər! Yaxşı, elə olsun ki, elmi tədqiqatlar üçün ayrılan büdcə verilsin.

281
00:33:49,960 --> 00:33:58,930
Universitetlərlə sənaye müəssisələri arasında əlaqənin olması da vacib məsələlərdəndir. Mən illər öncədən bu məsələni vurğulayıram,

282
00:33:59,160 --> 00:34:07,160
buna çox israr etmişəm. Allah onun atasına – mərhum Dr. Ebtekara rəhmət etsin, bura gəlmişdi,

283
00:34:07,460 --> 00:34:12,600
ona dedim ki, ölkə başçısından bunu istəmişəm. Söylədi ki, çox yaxşı,

284
00:34:12,960 --> 00:34:18,930
bizim işimizin əsas düyünlü yeri bax elə budur. O dedi ki, əsas məsələ budur.

285
00:34:19,100 --> 00:34:24,700
Nə isə, ömür vəfa etmədi; Allah mərhum Ebtekara rəhmət etsin!

286
00:34:24,860 --> 00:34:32,300
Hər halda, bu, önəmli bir məsələdir, hər iki tərəf üçün həvəsləndirici tədbirlər görmək lazımdır:

287
00:34:32,900 --> 00:34:37,760
həm elmi tədqiqatlara pul xərcləyən sənaye müəssisələri üçün –

288
00:34:38,000 --> 00:34:43,800
hər halda, əgər sənaye universitetlərin elmi araşdırmalarından istifadə etmək istəyirsə, xərc çəkir;

289
00:34:44,200 --> 00:34:49,400
bu xərci nəzərə alın; ya vergi güzəştlərinin içərisində, yaxud da buna bənzər başqa bir mexanizmlə –

290
00:34:49,700 --> 00:34:57,400
həm də elmi tədqiqat mərkəzləri, tədqiqat universitetləri və sair üçün;

291
00:34:57,530 --> 00:35:01,900
hər iki tərəfi bir-birinə yaxınlaşmağa həvəsləndirmək lazımdır.

292
00:35:02,130 --> 00:35:07,200
Mənim toxunmaq istədiyim digər bir önəmli mövzu təhlükəsizlikdir.

293
00:35:07,400 --> 00:35:12,900
Allaha şükürlər olsun ki, bu gün ölkəmiz möhkəm bir təhlükəsizlik divarı arxasındadır.

294
00:35:13,230 --> 00:35:16,130
Baxın görün ətrafımızda nələr baş verir.

295
00:35:16,360 --> 00:35:22,800
Şərqdən Əfqanıstandakı o hadisələr, Pakistan və sair;

296
00:35:23,330 --> 00:35:31,130
qərbimizdə qonşu ərəb ölkələri, İraq, Suriya, Yəmən,

297
00:35:31,760 --> 00:35:40,860
Qərbi Asiya regionunda baş verən o hadisələr, həmçinin ətrafımızdakı Liviya,

298
00:35:41,200 --> 00:35:48,300
Misir və digər yerlərdə gedən proseslər. Bütün bunlara nəzər salanda insan, Allaha şükür, bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin

299
00:35:48,460 --> 00:35:51,460
nə qədər böyük bir nemət olduğunu anlayır.

300
00:35:51,860 --> 00:36:02,660
Xoşbəxtlikdən, bu gün təhlükəsizlik qüvvələrimiz ölkəmizi güclü bir sipər kimi əhatə edərək risklərdən qoruyur,

301
00:36:02,660 --> 00:36:08,500
xalqımız təhlükəsizlik baxımından rahat yaşayır.

302
00:36:08,730 --> 00:36:15,330
Məncə, rəsmilərin xalqla söhbətlərində vurğulamalı, camaata xatırlatmalı olduğu məqamlardan biri də budur:

303
00:36:15,560 --> 00:36:21,030
təhlükəsizlik. Çünki “İnsan ona verilmiş iki neməti xatırlamaz, qədrini bilməz: sağlamlıq və təhlükəsizlik”.

304
00:36:21,200 --> 00:36:25,500
Nə qədər ki əmin-amanlıqdır, heç kəs təhlükəsiz şəraitdə yaşadığının fərqinə varmır.

305
00:36:26,160 --> 00:36:32,300
Təsəvvür edin ki, evindən işinə gtmək istəyəsən, təhlükəli ola, məktəbə getmək istəyəsən, təhlükəli ola,

306
00:36:32,300 --> 00:36:35,560
ali məktəb təhlükəli ola, bu şəhərdən o şəhərə getmək üçün təhlükə hiss edəsən.

307
00:36:36,230 --> 00:36:44,230
Əlhəmdulillah, bu gün ölkəmizdə təhlükəsizlik var və bu, bizim hərbi və polis qüvvələrimizin çəkdiyi zəhmətin nəticəsidir.

308
00:36:44,560 --> 00:36:48,300
Onlara həqiqətən də təşəkkür etmək, dəstək vermək lazımdır.

309
00:36:48,600 --> 00:36:58,760
Mənim fikrimcə, burda 3 sfera daha artıq diqqət tələb edir;

310
00:36:58,760 --> 00:37:07,100
birincisi, xalqın özünün təşkil etdiyi müdafiə səddidir və düşünürəm ki, əsas olan da elə budur, xalqın dini-inqilabi ruhiyyəsidir.

311
00:37:07,460 --> 00:37:13,960
Ölkənin təhlükəsizliyini qoruyan 3 başlıca elementdən biri

312
00:37:14,230 --> 00:37:19,900
xalqın dini-inqilabi ruhiyyəsidir.

313
00:37:20,100 --> 00:37:26,760
Yəni bizim təhlükəsizlik qüvvələrimizi öz işlərini düzgün yerinə yetirməyə ürəkləndirən, həvəsləndirən məhz camaatın dini-inqilabi ruhiyyəsidir.

314
00:37:26,930 --> 00:37:28,460
Qorumalı olduğumuz amillərdən biri budur.

315
00:37:28,460 --> 00:37:34,400
Digər bir sfera ölkəmizin təhlükəsizlik strukturları, hərbi və polis sistemidir.

316
00:37:34,660 --> 00:37:40,860
Bunları təşviq və təqdir etmək, dəstək vermək lazımdır. Onlar, həqiqətən də, işləyir.

317
00:37:41,530 --> 00:37:45,000
Diqqətlə yanaşmalı olduğumuz üçüncü sfera isə təhlükəsizliyimizin maddi-texniki bazasıdır,

318
00:37:45,460 --> 00:37:52,330
o görülən işlərdir, cənab Dr. Ruhaninin bir neçə gün öncə gedib

319
00:37:52,430 --> 00:37:58,530
baxış keçirdiyi o raketlərdir. Bunlar önəmlidir, çox önəmlidir, ölkənin təhlükəsizliyinin qorunmasına böyük təsiri var.

320
00:37:59,230 --> 00:38:03,300
Ölkənin özünü müdafiə etmək iqtidarında olmağı

321
00:38:03,630 --> 00:38:07,400
və başqalarının da bizdə bu müdafiə gücünün olduğunu bilməyi

322
00:38:07,630 --> 00:38:12,430
çox əhəmiyyətlidir. Görün, bizim almaq istədiyimiz “S 300” məsələsində

323
00:38:12,660 --> 00:38:17,860
nə qalmaqal yaradıb, ardınca da necə hərəkətə keçdilər?!

324
00:38:18,100 --> 00:38:23,030
Bu işin baş tutmaması üçün Rusiyaya nə qədər get-gəl etdilər?!

325
00:38:23,160 --> 00:38:31,700
Halbuki “S 300” hansısa şəhəri vurmaq üçün deyil, hücumçudan müdafiə olunmaq üçündür.

326
00:38:32,200 --> 00:38:36,300
Bax belədir, düşmən ölkəmizin özünü müdafiə etmək iqtidarında olmağına dözə bilmir,

327
00:38:36,960 --> 00:38:40,300
sizin müdafiə qabiliyyətinə malik olmağınızı həzm edə bilmir.

328
00:38:40,730 --> 00:38:47,560
Odur ki əsas işlərdən biri bizim müdafiə sahəsində öz maddi-texniki bazamızı möhkəmləndirməyimizdir.

329
00:38:47,900 --> 00:38:52,800
Bu 3 amildən – xalqın ruhiyyəsi,

330
00:38:53,260 --> 00:38:59,230
təhlükəsizlik qüvvələrinin təşkilati gücünün qorunması və möhkəmləndirilməsi

331
00:38:59,630 --> 00:39:04,960
və maddi-texniki baza – bunlardan hansı zəifləsə, bizim ziyanımızadır

332
00:39:05,300 --> 00:39:09,700
və bunlardan birini zəiflədən şəxs ölkənin ziyanına addım atmışdır.

333
00:39:10,130 --> 00:39:12,830
Mənim qeydlərim arasındakı 5-ci başlıq mədəniyyətdir.

334
00:39:13,760 --> 00:39:17,730
Mədəniyyət ölkəmizin çox mühüm prioritetidir.

335
00:39:18,530 --> 00:39:28,500
Mədəniyyət ədəbiyyatdan, incəsənətdən tutmuş həyat tərzinə, ümumi mədəniyyətə, ictimai etika və davranışa qədər hər şeyi əhatə edir.

336
00:39:29,060 --> 00:39:36,600
Bütün bu sahələrdə bizim öhdəmizə müəyyən vəzifə və məsuliyyət düşür. Mədəniyyət qurumlarımızın məsuliyyəti, həqiqətən də, böyükdür.

337
00:39:37,360 --> 00:39:46,800
Misal üçün, filmlər, kino, teatr; bütün bunlara diqqət və nəzarət olmasa, gör nələr olar! Mən

338
00:39:46,960 --> 00:39:52,830
bu sferalarda təzyiqlərin, sərt senzuranın, düşüncə sərbəstliyini boğmağın tərəfdarı deyiləm, bilirsiniz,

339
00:39:53,500 --> 00:40:00,260
azad düşüncəyə həddən artıq inanıram, amma azad düşüncə dinə, mənəviyyata qarşı laqeydlik demək deyil.

340
00:40:00,960 --> 00:40:06,330
Düşmənin “azad düşüncə” və “azad əməl” adı ilə

341
00:40:06,600 --> 00:40:10,400
ölkəyə zərbə vurmasına imkan vermək olmaz.

342
00:40:10,760 --> 00:40:15,130
Bu gün ölkə üçün görülən yaxşı işlərin ən böyük qisminə imza atanlar

343
00:40:15,630 --> 00:40:22,030
məhz bizim gənc və mömin inqilabçı qüvvələrimizdir. Elə o elmi əsaslı şirkətlər, cürbəcür nailiyyətlər,

344
00:40:22,130 --> 00:40:26,760
işlər, fəaliyyətlər – bütün bunlar daha çox mömin gənclər tərəfindən həyata keçirilir.

345
00:40:26,930 --> 00:40:34,630
İndi təsəvvür edin, elə bir film istehsal oluna ki, bu gənclərin imanının kökünə möhkəm bir balta vura; yaxşı olar?

346
00:40:35,160 --> 00:40:42,230
Belə bir şeydən təhlükə hiss etmək lazım deyil? Burda məsələnin iki tərəfi var: hücum və müdafiə.

347
00:40:42,760 --> 00:40:50,530
Mədəniyyət sahəsində biz həm hücum baxımından zəifik, həm də müdafiə baxımından.

348
00:40:50,630 --> 00:41:00,760
Mənim fikrimcə, bu sferalarda iş görmək lazımdır. Xəmiri dinlə, inqilabla yoğrulmuş mədəniyyət bizim əsas işimizdir

349
00:41:01,860 --> 00:41:09,400
və onunla, həqiqətən də, məşğul olmalıyıq. Mədəni məhsullar, kitablar, kinolar, teatr, şeir, mətbuat,

350
00:41:09,760 --> 00:41:14,360
həmçinin görkəmli mədəniyyət xadimləri – hamısını diqqətdə saxlamaq lazımdır. Misal üçün, elə mədəniyyət xadimi var ki,

351
00:41:14,630 --> 00:41:21,560
bütün ömrünü inqilabın yolunda qoyub, elə mədəniyyət xadimi də var ki,

352
00:41:21,930 --> 00:41:29,330
tapdığı hər fürsətdə inqilaba zərbə vurub. Siz bu ikisi ilə necə davranardınız?

353
00:41:29,600 --> 00:41:34,000
Siz dövlət rəsmiləri, mədəniyyət qurumlarının rəsmiləri,

354
00:41:34,660 --> 00:41:42,830
yaxud misal üçün, İrşad Nazirliyinin, Elmlər Nazirliyinin və ya İslam Təbliğatı Komitəsinin rəsmiləri –

355
00:41:42,830 --> 00:41:47,630
təkcə dövlət strukturlarına aid deyil, eynilə başqaları da – yaxud “Səda və sima” Dövlət Teleradiosu,

356
00:41:48,100 --> 00:41:52,660
bu iki insana münasibətiniz, onlara qarşı davranış şəkliniz necədir? Bu, çox önəmlidir.

357
00:41:53,000 --> 00:42:02,430
Görəsən, ömrünü dinə və inqilaba xidmətə sərf edən o şəxs sizin gözünüzdə ömrü boyu

358
00:42:03,300 --> 00:42:09,500
din və inqilab yolunda bir addım belə atmamış, bəzən hətta bunlara zərbə vurmuş,

359
00:42:09,860 --> 00:42:16,560
xəncər saplamış o biri şəxsdən daha üstün və hörmətəlayiqdirmi? Axı bunlar çox əhəmiyyətlidir, bunlar diqqət yetirilməsi vacib olan məqamlardır.

360
00:42:16,800 --> 00:42:25,300
Əgər biz bu məqamlara diqqət yetirməyib ətrafdakıların təsiri altına düşərək, misal üçün,

361
00:42:25,830 --> 00:42:32,330
İslam İnqilabının, İslam dövlətinin və dini hakimiyyətin qatı müxaliflərindən olan birinin arxasınca düşsək,

362
00:42:32,430 --> 00:42:36,560
bu, mədəniyyət sahəsində rasional bir addım olmaz.

363
00:42:37,630 --> 00:42:44,260
Odur ki, mənim fikrimcə, həm azad düşüncə əhval-ruhiyyəsi olmalıdır, həm də ədalətli fəaliyyət proqramları

364
00:42:44,600 --> 00:42:54,260
qurulmalıdır. Mədəniyyət sahəsində nə özbaşınalıq və plansızlıq olmalıdır, nə də azad düşüncənin qarşısının kəsilməsi, irtica və diktatura.

365
00:42:54,530 --> 00:42:58,160
Mən bu ikisindən heç birini qəbul etmirəm.

366
00:42:58,700 --> 00:43:02,130
Düzgün yolu budur ki, fəaliyyət proqramları hazırlayaq, istiqamət verək,

367
00:43:02,430 --> 00:43:13,400
yaxşı metodlarla kömək edərək hücumların, zərbələrin və sairin qarşısını alaq; yəni həm hücum, həm də müdafiə.

368
00:43:13,660 --> 00:43:22,660
Və altıncı başlıq – deyəsən, bu daha sonuncu olacaq; sonuncu olmasa da, sona yaxındır –

369
00:43:22,800 --> 00:43:37,860
inkişaf proqramı məsələsi; altıncı inkişaf proqramımız gecikir. Altıncı inkişaf proqramı, doğrudan da, mühüm bir məsələdir.

370
00:43:38,460 --> 00:43:45,230
Bu proqramın daşıdığı əhəmi1yyət siz məlumdur və özünüz də bilirsiniz ki, bu nə qədər vacib bir proqramdır.

371
00:43:46,160 --> 00:43:52,960
Proqram həm koordinasiya yaradır, həm səmərəli əməkdaşlığa yol açır,

372
00:43:54,130 --> 00:44:01,360
həm də ardıcıl olaraq gələn inkişaf proqramları bizi perspektiv planda qarşıya qoyulmuş hədəflərə yaxınlaşdırır.

373
00:44:02,160 --> 00:44:12,430
Yəni əgər bu proqramlar zənciri haradasa qırılsa, biz o hədəflərə çata bilməyəcəyik, bu, gün kimi aydındır.

374
00:44:12,830 --> 00:44:20,900
Odur ki inkişaf proqramı çox əhəmiyyətlidir. Bu proqramın hazırlanması prosesi Konstitusiyada da konkret şəkildə öz əksini tapıb:

375
00:44:21,130 --> 00:44:28,900
siyasətlər elan olunur, hökumət o siyasətlər əsasında proqram hazırlayır,

376
00:44:29,100 --> 00:44:35,360
daha sonra isə həmin proqram qanuna çevrilir və onun detallarına əməl etmək hər kəsin üzərinə bir vəzifə kimi qoyulur.

377
00:44:35,700 --> 00:44:40,900
Buna görə də inkişaf proqramının ərsəyə gəlməsi prosesində parlamentin də payı var.

378
00:44:41,160 --> 00:44:51,660
Fikrimcə, bu işi mümkün qədər tez bir zamanda həyata keçirməli, tamamlamalısınız. Bu məsələ daha bundan artıq gecikdirilməməlidir.

379
00:44:52,130 --> 00:45:01,500
Əlbəttə ki, inkişaf proqramında da əsas məsələ budur ki, iqtisadiyyat sferasında müqavimət iqtisadiyyatı olsun,

380
00:45:02,030 --> 00:45:09,230
mədəniyyət sferası bayaq qeyd etdiyim xüsusiyyətləri özündə əks etdirsin, elm və texnologiya sferası da –

381
00:45:09,830 --> 00:45:19,730
belə ki bu 3 sahə daha önəmlidir – bundan öncə sadalanan tələblərə cavab versin: elmi tədqiqatlara böyük diqqət ayrılsın, elm inkişaf etdirilsin.

382
00:45:20,300 --> 00:45:27,760
Zənnimcə, bir məqama da toxunmaq lazımdır ki, bu da virtual məkandır. Mən cənab prezidentdən xahiş etmək istəyirəm ki,

383
00:45:28,200 --> 00:45:40,560
bu məsələni diqqətdə saxlasın, çünki virtual məkan, doğrudan da, getdikcə genişlənən və qarşısını almağın da mümkün olmadığı bir dünyadır;

384
00:45:40,830 --> 00:45:50,100
yəni həqiqətən də, sonu yoxdur. Əvvəli var, amma baxdıqca sonu görünmür.

385
00:45:50,300 --> 00:45:54,130
Bu məkanda nə qədər irəli getsən, yenə də uzanır, davam edir.

386
00:45:54,430 --> 00:46:02,130
Bu isə hər bir ölkə üçün böyük fürsətlər yaratmaqla yanaşı, təhlükələr də törədir.

387
00:46:02,730 --> 00:46:06,400
Biz elə etməliyik ki, o fürsətlərdən maksimum dərəcədə yararlanaq,

388
00:46:06,400 --> 00:46:11,700
o təhlükələrdən isə mümkün qədər uzaq qalaq.

389
00:46:11,830 --> 00:46:15,860
Ali Kiberməkan Şurası da elə bu məqsədlə təsis olunub.

390
00:46:16,000 --> 00:46:25,360
Misal üçün, cənab Dr. Cahangirinin hesabatında bu sferaya, demək olar ki, qətiyyən toxunulmadı.

391
00:46:25,560 --> 00:46:30,930
Bircə cümlə qeyd etdi ki, nə bilim, filan sahədə filan işi görmüşük; tutalım, milli təhlükəsizlik şəbəkəsi üçün önəmli olan

392
00:46:30,930 --> 00:46:35,760
hansısa sferada hansısa işi həyata keçiriblər. Cənab Cahangiri axtarış sistemlərini qeyd etdi.

393
00:46:35,930 --> 00:46:41,460
Axtarış sistemləri bir neçə ildir ortaya çıxdığına görə artıq bizim proqramçılar da belə sistemlər yaradırlar.

394
00:46:41,600 --> 00:46:51,160
Hazırda orda-burda gənclər, bəlkə, onlarla belə sistem proqramlaşdırıb düzəldiblər, yaradıblar;

395
00:46:51,630 --> 00:46:58,330
yəni yeni bir şey deyil. Cənab Cahangiri də onu vurğulayır; milli təhlükəsizlik şəbəkəsi məsələsində isə

396
00:46:58,500 --> 00:47:04,430
hələ irəli gedə bilməmişik, halbuki ölkə daxilində belə bir şəbəkənin olmağı çox önəmlidir.

397
00:47:04,600 --> 00:47:12,230
Cənab Vaizi  də, digər yoldaşlar da bu məsələnin vacib əhəmiyyətinə inandıqlarına baxmayaraq, bu sahədə irəliləyiş əldə olunmayıb.

398
00:47:12,360 --> 00:47:19,500
Bu məsələni, inşallah, diqqətdə saxlamalıyıq ki, sonra kompensasiya edilməyəcək zərbələr almayaq.

399
00:47:20,160 --> 00:47:28,630
Və son olaraq o həddən artıq yüksək əmək haqları məsələsinə toxunmaq istəyirəm; təsadüfən, cənab prezident də çıxışının sonunda bu məsələyə toxunmuşdu.

400
00:47:28,730 --> 00:47:32,230
Mən xahiş edirəm ki, bu olayın üstündən asanlıqla keçib getməyəsiniz.

401
00:47:32,760 --> 00:47:41,230
Bəli, qeyd olunan mənada bu işin ucundan tutub ucuzluğa getmək müsbət bir hal deyil –

402
00:47:41,530 --> 00:47:47,830
belə ki elə daim araşdırma aparılsın, “filankəs bu qədər alır”, “bəhmənkəs o qədər alır” kimi statistikalar təqdim olunsun –

403
00:47:48,000 --> 00:47:54,300
amma digər tərəfdən də sizin bu məsələyə verdiyiniz reaksiya və görəcəyiniz tədbirlər çox önəmlidir;

404
00:47:54,730 --> 00:48:02,300
yəni nə kimi tədbirlər gördüyünüz barədə camaata məlumat verməlisiniz. Bu olayla xalqın etimadına zərbə dəyib. Baxın,

405
00:48:02,700 --> 00:48:07,760
camaat o böyük-böyük rəqəmlərin və sairin çoxunu o qədər də yaxşı anlamır,

406
00:48:08,530 --> 00:48:16,030
amma 40, 50, 60 milyon tümən məbləğində maaşın nə demək olduğunu necə lazımsa anlayır.

407
00:48:16,630 --> 00:48:23,560
Yəni ayda 1 milyon, 1 milyon 200 min, 1 milyon 500 min maaş alan adam

408
00:48:23,700 --> 00:48:27,100
50 milyonun nə demək olduğunu yaxşı bilir.

409
00:48:27,760 --> 00:48:37,030
Ölkəmizdə əmək haqqı bu qədər olan insanlar az deyil. Xalqın etimadını bu cür işlərlə itirmək lazım deyil; cənab Ruhani tam doğru olaraq qeyd etdi ki,

410
00:48:37,260 --> 00:48:45,000
bizim əsas sərmayəmiz xalqın ümid və etimadıdır.

411
00:48:45,560 --> 00:48:54,630
Siz bu qədər zəhmət çəkəsiniz, çalışasınız, işləyəsiniz, sonra da kimsə gəlib, məsələn, bu ədalətsiz əmək haqları kimi bir məsələ ilə hər şeyi korlaya.

412
00:48:54,830 --> 00:49:00,360
1 milyonla 50 milyon arasındakı fərq ədalətsizlik deyilmi?

413
00:49:00,830 --> 00:49:06,130
Hazırda elə sizin hökumət strukturunda maaşı 1 milyon,

414
00:49:07,000 --> 00:49:11,900
1 milyon 200 min, 1 milyon 500 min, 2 milyon olan işçiləriniz yoxdurmu? Var, çoxdur.

415
00:49:12,260 --> 00:49:17,760
Amma kimlərsə 30 milyon, 40 milyon maaş alır! Bu, ədalətsizlik deyil?

416
00:49:18,430 --> 00:49:25,200
Camaata həmdərd olun ki, insanlar onlara acıq gələn bir məsələnin sizi də narahat etdiyini hiss etsinlər.

417
00:49:25,800 --> 00:49:35,500
Eyni zamanda bu olayla bağlı zəruri ölçü götürmək, bu kimi halların qarşısını almaq, belə şeylərə imkan verməmək əzmində olduğunuzu da göstərin; qoy xalq bunu görsün.

418
00:49:36,460 --> 00:49:44,300
Hər halda, bu, önəmli bir məqamdır. Mənim fikrimcə, qanunu pozanlar üçün qətiyyən üzrlü səbəb axtarmaq lazım deyil;

419
00:49:44,730 --> 00:49:50,400
sərt ölçü götürmək lazımdır; Özü də bu təkcə icraedici hakimiyyətə aid deyil,

420
00:49:50,600 --> 00:49:57,660
bütün struktur və təşkilatlar üçün keçərlidir. Buna hamı riayət etməlidir.

421
00:49:58,300 --> 00:50:04,230
Düzdür, icraedici hakimiyyət göz önündədir, digərləri ilə müqayisədə daha geniş və çoxşaxəli struktura malikdir,

422
00:50:04,360 --> 00:50:10,360
amma belə hallara qarşı ölçü götürmək təkcə icraedici hakimiyyətin işi deyil,

423
00:50:10,360 --> 00:50:14,960
zərurət olduğu zaman məhkəmə orqanları da öz növbəsində lazımi tədbirləri görməlidir.

424
00:50:15,300 --> 00:50:17,700
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.