1
00:00:00,500 --> 00:00:02,960
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,960 --> 00:00:11,130
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين‌

3
00:00:18,860 --> 00:00:28,560
Əziz gənclər, ölkəmizin gələcək ümidləri, hamınızı təbrik edirəm –

4
00:00:29,260 --> 00:00:43,600
həm bu gün məzun olaraq rəsmən Silahlı Qüvvələrin, İran İslam Respublikası Ordusunun sıralarına qatılanları,

5
00:00:44,000 --> 00:00:50,360
həm də hərbi məktəblərə yenicə daxil olmuş, paqonlarını bu il alıb

6
00:00:50,760 --> 00:00:57,260
bu mübarək yola qədəm basan və bu günü özünə bayram bilən müdavimləri.

7
00:00:57,630 --> 00:01:05,800
Bayaq siz and içdiniz, biz də dinlədik; həmin andın mətnində də deyildiyi kimi, bu, sonu xeyir və uğurla bitən bir yoldur.

8
00:01:06,100 --> 00:01:17,130
Sizin seçdiyiniz bu yol, həqiqətən də, xeyirli və uğurlu yolun ən bariz nümunəsi sayıla bilər.

9
00:01:17,630 --> 00:01:27,300
İİR Ordusunun hərbi akademiyalarının komandanlarına da təşəkkür etməyi özümə borc bilirəm.

10
00:01:27,730 --> 00:01:36,200
Allaha şükürlər olsun ki, bu gün belə ali təhsil ocaqlarının sayı artıb. İnqilabın əvvəlində bizim təkcə bir ali hərbi məktəbimiz var idi,

11
00:01:36,200 --> 00:01:46,530
bu gün isə müxtəlif sferalarda bir neçə hərbi akademiya fəaliyyət göstərir, gənc zabitlər yetişdirməklə məşğuldur.

12
00:01:47,300 --> 00:01:57,160
Bu akademiyaların, habelə İİR Ordusunun hava, su və quru qüvvələrinin komandanlarına təşəkkür edirəm.

13
00:01:57,530 --> 00:02:05,200
Hərbi akademiyalarda çalışan professorlarımıza, xüsusilə də tədrislə məşğul olan müəllimlərə,

14
00:02:05,360 --> 00:02:18,560
bu əziz gənclərimizin dini tərbiyəsi istiqamətində çalışan,

15
00:02:19,730 --> 00:02:35,200
düşərgələrdə, dərslərdə, boş vaxtlarında böyük səmimiyyətlə onlarla birgə vaxt keçirən möhtərəm ruhanilərimizə – hamısına öz təşəkkürümü bildirir və təbrik edirəm.

16
00:02:35,500 --> 00:02:43,160
Əziz gənclər, sizin bu gün seçdiyiniz bu yol bərəkətli bir yoldur

17
00:02:43,360 --> 00:02:52,300
və siz bu yolu seçməklə ölkəniz üçün bir sərvət yaratmış olursunuz.

18
00:02:53,560 --> 00:03:00,700
Siz gənclər sözün həqiqi mənasında ölkə üçün böyük bir sərvətsiniz.

19
00:03:01,460 --> 00:03:19,800
Bir ölkə üçün bacarıqlı, mömin, azadlıqsevər, vüqarlı insan potensialından daha dəyərli bir sərvət, bir güc mənbəyi ola bilməz

20
00:03:20,430 --> 00:03:29,300
və bu gün siz bu böyük nemətin, bu böyük sərvətin bariz nümunəsisiniz; bunun qədrini bilin.

21
00:03:30,500 --> 00:03:42,860
Bugünkü gənclər ölkəmizin məcburən təhrik olunduğu Müqəddəs Müdafiə savaşını görməyib. Bu meydana toplaşmış əziz gənclərimizin hamısı və ya əksəriyyəti

22
00:03:43,600 --> 00:03:51,230
həmin müharibədən sonra dünyaya gəlib.

23
00:03:52,360 --> 00:04:03,360
Müqəddəs Müdafiə dövrü çox qəribə, önəmli bir dövr idi, çətin bir sınaq dövrü idi.

24
00:04:03,660 --> 00:04:12,560
Böyük, dözümlü və zəhmətkeş insanlar məhz sınaqlar zamanı özünü həqiqətən göstərir;

25
00:04:13,000 --> 00:04:17,430
məhz sınaqlarda qaymaqlar üzə çıxır, bəlli olur.

26
00:04:18,100 --> 00:04:24,430
Müqəddəs Müdafiə zamanı da İİR Ordusunun qaymaqları üzə çıxdı.

27
00:04:25,360 --> 00:04:36,360
Ordumuz müxtəlif sferalarda özünün cürbəcür kadrları ilə böyük və parlaq işlər həyata keçirməyə müvəffəq oldu.

28
00:04:37,060 --> 00:04:48,600
Siz Müqəddəs Müdafiənin yalnız adını eşitmisiniz. Hərbi akademiyalar, eləcə də ümumilikdə İİR Ordusunun,

29
00:04:49,200 --> 00:04:53,930
xüsusilə də Silahlı Qüvvələrin sıralarında təmsil olunan insanlar

30
00:04:54,930 --> 00:05:03,360
Müqəddəs Müdafiə dövrü ilə günü-gündən daha yaxından tanış olmalıdır; vacib işlərdən biri də budur.

31
00:05:04,030 --> 00:05:09,600
Müqəddəs Müdafiə dövrü adi bir dövr deyildi.

32
00:05:10,460 --> 00:05:20,730
Silahlı Qüvvələr illərlə sakit durub dar günü gözləyir;

33
00:05:20,730 --> 00:05:30,600
dar gün isə onların ölkəsinin, xalqının, sərhədlərinin, qürur və heysiyyətinin hücuma məruz qaldığı gündür.

34
00:05:30,760 --> 00:05:42,460
Məhz belə bir gündə Silahlı Qüvvələr cəbhənin ön sıralarında öz yerini tutaraq müdafiəyə qalxır və məhz orada sınaqdan çıxır.

35
00:05:42,900 --> 00:05:49,200
Müqəddəs Müdafiə dövründə ölkənin hər şeyinə hücum olunmuşdu;

36
00:05:49,330 --> 00:06:00,300
təkcə sərhədlərinə yox, milli qüruruna, islami dövlət quruluşuna, İran xalqının böyük inqilabına,

37
00:06:00,600 --> 00:06:10,230
bu böyük xalqın qarşıya qoyduğu çoxsaylı dəyər və ideallara – hər şeyə.

38
00:06:10,500 --> 00:06:17,960
O zaman bizim qarşımızda duran təkcə Səddam rejimi deyildi,

39
00:06:18,060 --> 00:06:29,400
əslində, İran xalqı əleyhinə ümumi, beynəlxalq miqyaslı bir savaş gedirdi. İraqa NATO kömək edirdi,

40
00:06:29,560 --> 00:06:36,060
Amerika kömək edirdi, o vaxtkı Sovet İttifaqı kömək edirdi, mürtəce ərəb dövlətləri

41
00:06:36,530 --> 00:06:45,030
öz maddi yardımlarını, neftdən əldə etdikləri dollarları sel kimi onlara tərəf axıdırdı.

42
00:06:45,200 --> 00:06:53,230
Bu gün olduğu kimi, elə o dövrdə də sionistlərin əlində olan təbliğat orqanları gecə-gündüz

43
00:06:53,460 --> 00:06:58,100
bütün dünyada onların xeyrinə, İİR-in isə əleyhinə iş aparırdı.

44
00:06:58,460 --> 00:07:06,730
O mərəkədə, Qiyamət meydanına bənzəyən o böyük meydanda İran xalqının möhtəşəm qüvvəsi,

45
00:07:06,730 --> 00:07:15,460
imanın, müqavimətin, Allaha etimadın gücü, İmam Xomeyniyə (r.ə) söykənən güc,

46
00:07:16,100 --> 00:07:26,700
ən başlıcası, İİR Silahlı Qüvvələri ayağa qalxdı. Allah xatirinə ayağa qalxmaq bax budur:

47
00:07:27,230 --> 00:07:30,460
“Allah xatirinə iki-iki, bir-bir durun ...” (“Səba” surəsi, 46-cı ayə)

48
00:07:30,630 --> 00:07:41,130
Allah naminə ayağa qalxdılar, meydana atıldılar, öz canlarından, qüvvələrindən, bacarıqlarından bəhrələndilər.

49
00:07:41,300 --> 00:07:46,760
Mənim əzizlərim, əziz gənclər! Bütün bu danışdıqlarım sizdən əvvəlki nəsil barədədir.

50
00:07:47,900 --> 00:07:56,930
Onlardan sonra siz gəlirsiniz və onların qoyub getdiyi iftixar dolu, qürurverici miras sizə ötürülür.

51
00:07:57,560 --> 00:08:04,060
O vaxt ordu xalqın gözündə bu qədər əziz, dəyərli deyildi. Bu iftixarı yaradan məhz Səyyadlar, Babayilər,

52
00:08:04,560 --> 00:08:10,000
ordumuzda xidmət etmiş o böyük şəxsiyyətlər, o fədakarlıqlara imza atmış,

53
00:08:10,430 --> 00:08:19,300
döyüş meydanlarında düşmənə qarşı mübarizə üçün bütün güc və bacarığını ortaya qoymuş

54
00:08:19,560 --> 00:08:26,600
zabit və komandirlər olmuşdur. İİR Ordusunu

55
00:08:27,000 --> 00:08:34,700
xalqa bu cür sevdirən məhz onlardır. Mən onların qatlaşdığı əziyyətlərin yaxından şahidi olmuşam,

56
00:08:35,060 --> 00:08:41,760
nələr etdiklərini, canlarını təhlükəyə ataraq əllərindən gələni necə etdiklərini öz gözlərimlə görmüşəm.

57
00:08:42,000 --> 00:08:52,200
Əzizlərim! Özünüzü hərtərəfli hazırlayın; həm elmi-texniki cəhətdən,

58
00:08:52,500 --> 00:08:57,460
həm nizam-intizam və təşkilatlanma cəhətdən,

59
00:08:57,900 --> 00:09:05,400
həm də iman, mənəvi-ideoloji hazırlıq baxımından; onu da deyim ki, bu sonuncu o birilərin əsası, dayağıdır.

60
00:09:05,600 --> 00:09:16,400
Qoy bu yolda qəlbiniz Allah-taala ilə olsun. Sizin ölkəniz böyük, önəmli, əzəmətli bir ölkədir.

61
00:09:17,160 --> 00:09:22,660
Xalqınız müdrik, şücaətli, qüdrətli bir xalqdır.

62
00:09:23,030 --> 00:09:29,960
Bunu təkcə biz demirik, bu gün bütün dünyada bizi tanıyanlar

63
00:09:30,460 --> 00:09:39,130
və həqiqəti dilə gətirib deməkdən çəkinməyənlər bunu açıq-aşkar deyir, açıq etiraf etmək istəməyən düşmənlər də

64
00:09:39,700 --> 00:09:49,630
ürəklərində qəbul edib təsdiqləyirlər; düşmənlərimizin hansı fikirdə olduğu bir çox hallarda ortaya çıxır, bizə də gəlib çatır.

65
00:09:49,830 --> 00:10:00,200
Ölkəmiz öz müstəqilliyinə, imanına, İslam dininə olan etiqadına,

66
00:10:00,330 --> 00:10:09,600
yer üzündə və cəmiyyətdə yalnız Allahın dininin hökmranlıq etməli olduğuna inandığına, qarşıya qoyduğu ali hədəflərə görə

67
00:10:10,060 --> 00:10:15,400
daim fəaliyyətdə olan böyük bir düşmən cəbhəsi ilə üz-üzədir.

68
00:10:15,700 --> 00:10:21,700
40 ilə yaxındır ki, bizə hücumlar etməkdə

69
00:10:22,030 --> 00:10:29,830
və sözsüz ki, uğursuzluğa düçar olmaqdadırlar. İndiyə qədər istədiklərinə nail ola bilməyiblər, Allahın köməyi ilə, bundan sonra da arzularına çatmayacaqlar.

70
00:10:29,900 --> 00:10:38,630
Buna siz də sözün əsl mənasında təsir göstərməli, düşmənin arzularının puç edilməsində rol oynamalısınız.

71
00:10:38,960 --> 00:10:46,030
Odur ki özünüzü yetişdirməli, hazırlamalısınız. Mən çox hörmətli müəllimlərimizdən,

72
00:10:46,230 --> 00:10:54,330
bu saf qəlblərlə çalışan ruhanilərimizdən ciddi surətdə xahiş edirəm ki,

73
00:10:54,700 --> 00:11:04,700
öz təcrübələrini, elmi, mənəvi, ideoloji hazırlıqlarını bu əziz gənclərə ötürmək üçün

74
00:11:05,100 --> 00:11:15,160
əllərindən gələni etsinlər. Allahın lütfü və dəstəyi sayəsində gələcəkdə sizin aranızdan, inşallah, bütün ölkənin iftixar duyacağı

75
00:11:15,760 --> 00:11:23,460
böyük insanlar çıxacaq; əlbəttə ki, əgər çalışıb səy göstərsəniz.

76
00:11:23,600 --> 00:11:28,100
Ümidvaram, Allah-taala hamınıza müvəffəqiyyətlər nəsib edər,

77
00:11:28,460 --> 00:11:36,430
inşallah, sabahınız bu gününüzdən daha yaxşı, daha gözəl olar. Allahın köməyi ilə, elə belə də olacaq,

78
00:11:36,930 --> 00:11:43,900
bu ölkənin sabahı bu günündən qat-qat daha yaxşı, daha mütərəqqi olacaq.

79
00:11:44,400 --> 00:11:52,400
Etdiyimiz söhbətlərə, olduğumuz məkana bərəkət verən İmam Zamanın (Ruhlarımız ona fəda olsun!) mübarək adıdır;

80
00:11:52,930 --> 00:12:03,500
ümidvaram, o həzrətin duaları bizə də şamil olunacaq, əziz şəhidlərimiz, dahi liderimiz bizdən və gördüyümüz işlərdən razı qalacaq.

81
00:12:03,600 --> 00:12:07,100
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.