1
00:00:00,730 --> 00:00:02,730
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,930 --> 00:00:05,160
الحمدلله ربّ العالمين

3
00:00:05,600 --> 00:00:10,660
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:42,260 --> 00:00:48,760
Bu günlər əhəmiyyətli günlərdir; məhərrəm günləridir.

5
00:00:50,860 --> 00:00:59,530
Məhərrəm təkcə aşura ongünlüyündən ibarət deyil. Məhərrəm günlərində

6
00:01:01,060 --> 00:01:12,430
tarixdə çox böyük, heç vaxt sona çatmayacaq bir hadisə baş verib.

7
00:01:14,230 --> 00:01:23,430
O mənada yox ki, buna bənzər hadisələr həmişə davam edəcək – o, öz yerində; o, ayrı bir söhbətdir –

8
00:01:25,030 --> 00:01:34,300
amma bu hadisənin özü heç vaxt qürub etməyəcək bir günəşdir.

9
00:01:36,430 --> 00:01:45,060
Bəzən görürsən, möhtəşəm bir hadisə baş verir, bu gün olur, sabah yox olub aradan gedir. Bu hadisə isə bu cür deyil.

10
00:01:46,060 --> 00:01:57,400
Bu hadisə bu günə qədər daim var olmuş və bundan sonra da var olacaq, heç bir zaman batmayacaq bir günəş kimidir.

11
00:01:59,160 --> 00:02:12,030
Bu hadisə nurla zülmət, haqla batil, şərafətlə alçaqlıq,

12
00:02:13,260 --> 00:02:23,800
rəzillik arasındakı mübarizənin canlı və gerçək bir mənzərəsidir.

13
00:02:28,200 --> 00:02:41,360
Zirvəsi, pik nöqtəsi, əlbəttə ki, Aşura günü idi, amma müqəddiməsi hələ Aşuradan əvvəl,

14
00:02:41,900 --> 00:02:48,760
məhərrəm ayının ilk günlərində hazırlanmışdı. Aşuradan sonra da, bax yaşadığımız bu günlərdə

15
00:02:49,460 --> 00:02:59,660
Aşura hadisəsi Zeynəbi-Kübranın (s.ə) və İmam Səccadın (ə) rəhbərliyi ilə tamamlandı, təkmilləşdi.

16
00:03:00,800 --> 00:03:10,130
Odur ki bu günlər olduqca önəmli günlərdir və mən bu günlərdə özümdə güc tapıb

17
00:03:10,460 --> 00:03:18,460
siz əziz gənclərimizlə görüşməyimi, taleyin bu cür üzümə gülməsini

18
00:03:19,200 --> 00:03:24,360
– mən bunu, doğrudan da, taleyin xoş bir həddiyəsi kimi qəbul edirəm –

19
00:03:25,060 --> 00:03:33,900
özüm üçün müstəsna bir uğur hesab edir və xeyirə yozuram.

20
00:03:36,730 --> 00:03:43,560
Siz əzizlərimlə, gənc alimlərlə görüşməkdən çox şad və məmnunam.

21
00:03:45,160 --> 00:03:55,230
Doğrudur, bu görüşlərdə toxunulan məsələlər il boyu danışılır, müzakirə olunur, izlənilir.

22
00:03:55,230 --> 00:04:02,530
Əziz gənclərimizin bu görüşdə vurğuladığı məsələlərə bənzər mövzulara

23
00:04:03,100 --> 00:04:09,200
mən il boyu müxtəlif hesabatlarda rast gəlirəm, oxuyuram

24
00:04:10,400 --> 00:04:18,860
və əgər onlarla bağlı nə isə bir tədbir görmək imkanım olursa, bunu edirəm.

25
00:04:19,330 --> 00:04:27,530
Az sonra mənim deyəcəyim sözlər də il boyu istər universitetlərin ictimaiyyəti ilə,

26
00:04:27,800 --> 00:04:32,500
istərsə də digər müxtəlif görüşlərdə səsləndirdiyim fikirlərdir.

27
00:04:32,830 --> 00:04:46,300
Buna baxmayaraq, bu görüşlər, bu toplantılar özləri mənim üçün çox gözəl və ürəkaçan bir şeydir:

28
00:04:47,100 --> 00:04:53,830
gənc alimlərimiz bura toplaşıb –

29
00:04:54,400 --> 00:05:01,260
az sonra bir neçə cümlə ilə sizi səciyyələndirəcəyəm – mən də onlar üçün söhbət edirəm.

30
00:05:02,200 --> 00:05:07,900
Əvvəla, elmi-intellektual elita, xüsusilə də gənclər,

31
00:05:08,760 --> 00:05:13,760
gənc alimlər Allahın bir ölkəyə və bir xalqa bəxş etdiyi nəfis bir hədiyyədir.

32
00:05:14,560 --> 00:05:22,060
Bu hədiyyədən hər ölkəyə bu qədər geniş həcmdə,

33
00:05:22,330 --> 00:05:28,830
bu qədər çoxlu sayda nəsib olmur.

34
00:05:29,600 --> 00:05:41,200
Çoxsaylı və keyfiyyətli insan qaynaqlarının olması bizim ölkəmizin özünəməxsus cəhətidir;

35
00:05:41,700 --> 00:05:49,500
misilsiz bir xüsusiyyətidir; bu, Allah-taalanın ölkəmizə bəxş etdiyi

36
00:05:50,260 --> 00:05:53,930
çox nəfis və dəyərli bir hədiyyədir.

37
00:05:55,230 --> 00:06:08,960
Buradan isə belə bir nəticə çıxır ki, ölkəmizin rəsmiləri bu əmanətə dəyər verməli, onu qorumalıdırlar,

38
00:06:09,560 --> 00:06:13,530
çünki bu hədiyyə rəsmilərin əlində olan bir əmanətdir.

39
00:06:14,360 --> 00:06:21,560
Elm Xadimləri Fondundan, cənab Dr. Səttaridən və Ali Mədəni İnqilab Şurasından tutmuş

40
00:06:21,800 --> 00:06:26,530
Ali Təhsil, Səhiyyə və Təhsil Nazirliklərinə və insan qaynaqları ilə

41
00:06:27,100 --> 00:06:35,460
və insan qaynaqları ilə, gənclərlə əlaqədə olan digər strukturlara qədər;

42
00:06:36,030 --> 00:06:43,460
gənc və istedadlı insanlar onların əlində olan bir əmanətdir. Dəyərli əmanətləri qoruyub saxlamaq üçün onlardan muğayat olmaq

43
00:06:45,500 --> 00:06:54,160
və bu istedadların çiçəklənib artması mümkün olduğu zaman

44
00:06:54,160 --> 00:07:01,960
onların inkişafına şərait yaratmaq üçün məsuliyyət hiss etmək lazımdır.

45
00:07:03,160 --> 00:07:07,630
Digər tərəfdən, insan ixtiyar sahibi olan bir varlıqdır;

46
00:07:08,430 --> 00:07:16,660
Allah-taala insana hər hansı bir işi görüb-görməməkdə ixtiyar verib. Bu ixtiyar isə məsuliyyət hissini vacib edir.

47
00:07:17,700 --> 00:07:24,130
Əgər biz hansısa bir məsələdə ixtiyar sahibi deyiliksə, məsuliyyət də daşımırıq.

48
00:07:24,760 --> 00:07:33,360
İxtiyarımız varsa, təbii ki, məsuliyyətimiz də var. Allah-taala siz istedadlı insanları ixtiyar sahibi olaraq yaradıb.

49
00:07:34,060 --> 00:07:40,800
Siz Allahın sizə bəxş etdiyi bu neməti, bu hədiyyəni –

50
00:07:40,800 --> 00:07:48,230
özünüzdəki bu güclü, parlaq istedadı işə sala da bilərsiniz, salmaya da bilərsiniz;

51
00:07:49,160 --> 00:07:58,000
düzgün məcrada da işlədə bilərsiniz, yanlış məcrada da; hər ikisi mümkündür. Deməli, sizin də öhdənizə məsuliyyət düşür.

52
00:07:59,860 --> 00:08:05,760
Təkcə əlində əmanət olan rəsmilər məsuliyyət daşımır.

53
00:08:06,030 --> 00:08:12,260
Əmanət verilmiş əsas və birinci şəxs siz özünüzsünüz; siz də məsuliyyət daşıyırsınız.

54
00:08:12,960 --> 00:08:18,860
Birinci və ən böyük məsuliyyət bu neməti –

55
00:08:19,400 --> 00:08:23,630
bu istedadı sizə bəxş etmiş Uca Allaha şükür etməkdir. Şükür nədir?

56
00:08:23,900 --> 00:08:30,000
Yəni əvvəla biləsiniz ki, bu, bir nemətdir,

57
00:08:30,460 --> 00:08:38,130
bu neməti sizə Allah-taala verib, biləsiniz ki, ona qarşı məsuliyyət daşıyırsınız

58
00:08:38,830 --> 00:08:45,030
və həmin məsuliyyət bu neməti yerində istifadə etməkdən ibarətdir. Şükür etməyin əsası bunlardır; bu olur şükür.

59
00:08:45,860 --> 00:08:52,430
Şükür etmək təkcə dillə olmur ki; şükür bu saydıqlarımın hamısının məcmusudur.

60
00:08:53,030 --> 00:09:00,530
Biz gənclərə, elmə, intellektual elitaya,

61
00:09:00,800 --> 00:09:07,460
parlaq istedadlara nəyə görə bu qədər önəm verir, onları görəndə sevinir,

62
00:09:07,730 --> 00:09:13,600
onlara bu qədər güc və vaxt sərf edirik (həqiqətən də, vaxt sərf edirik,

63
00:09:14,460 --> 00:09:22,430
bunu da bilin)? Nə üçün? Mən sizə deyim: çünki bizim acı bir keçmişimiz var.

64
00:09:23,060 --> 00:09:32,030
Uzun bir müddət ərzində bizə bacarıqsızlıq, “biz bacarmarıq”,

65
00:09:32,400 --> 00:09:40,030
başqalarından asılılıq geni yeridilib. Uzun bir müddət ərzində,

66
00:09:40,200 --> 00:09:50,960
Qacar dövründən Pəhləvi dövrünə qədər xalqımızda – bu istedadlı xalqda

67
00:09:52,400 --> 00:10:01,200
daxilən bir bacarıqsızlıq, heç bir iş görmək iqtidarında olmamaq hissi formalaşdırılıb.

68
00:10:01,660 --> 00:10:10,500
bizdə – bütövlükdə İran cəmiyyətində bu hissi fundamentallaşdırıblar. Bizim keçmişimizdə bu var.

69
00:10:11,630 --> 00:10:20,000
Nəticəsi isə bu olub ki, biz iranlılara bir xalq olaraq Qərbin fonunda baxılıb.

70
00:10:20,730 --> 00:10:28,800
Bu barədə istər tarixi, istər ictimai, istər analitik baxımdan deyiləsi sözlər çoxdur,

71
00:10:28,800 --> 00:10:35,360
amma hazırda nə bunun vaxtı və yeridir, nə də bura bunun üçün toplaşmışıq. Başqalarından bir az əvvəl əldə etdikləri elmi nailyyətlərə görə özlərini çəkib dağ başına qoymuş  qərblilər, avropalılar başqa xalqlara, o cümlədən bizə bu gözlə baxıblar.

72
00:10:36,600 --> 00:10:44,760
Başqalarından bir az əvvəl əldə etdikləri elmi nailyyətlərə görə

73
00:10:45,660 --> 00:10:55,460
özlərini çəkib dağ başına qoymuş qərblilər, avropalılar başqa xalqlara, o cümlədən bizə bu gözlə baxıblar.

74
00:10:56,300 --> 00:11:01,700
Dərin və nəcib mədəniyyətə, parlaq keçmişə malik olan xalqlara

75
00:11:02,300 --> 00:11:08,260
o qədər alçaldıcı formada yanaşıblar ki, onlara öz prizmalarından baxaraq elə o cür də təqdim ediblər.

76
00:11:09,500 --> 00:11:14,800
Mən bu “Orta Şərq” ifadəsi barədə ümumi çıxışlarımda bir-iki dəfə danışmışam;

77
00:11:15,560 --> 00:11:23,100
Asiya regionu – bəşəriyyətin ən qədim və ən böyük sivilizasiyalarının vətəni olan,

78
00:11:23,100 --> 00:11:26,460
bu yerlərə məxsus, buradan meydana gələn,

79
00:11:26,900 --> 00:11:33,630
ən qədim tayfaların yaşadığı bu əzəmətli region avropalıların deyimi

80
00:11:34,000 --> 00:11:39,160
və məntiqi ilə bütövlükdə “Şərq” olaraq tanınıb və 3 hissəyə bölünüb:

81
00:11:39,730 --> 00:11:49,100
Uzaq Şərq, Orta Şərq və Yaxın Şərq. Uzaq Şərq – haradan uzaqdır? Avropadan! Orta Şərq –

82
00:11:49,760 --> 00:11:59,930
orta, yəni nə uzaq, nə yaxın – hara nisbətən orta məsafədədir? Avropaya! Yaxın Şərq – hara yaxındır? Avropaya!

83
00:12:00,630 --> 00:12:08,560
Baxın, bu mədəniyyətin və bu ifadələrin arxasında bir çox başqa şeylər durur.

84
00:12:10,030 --> 00:12:17,100
Yəni bəşəriyyətin bütün tarixi keçmişini bu şəkildə təsnif ediblər. Bütün bu sivilizasiyalar, bu xalqlar,

85
00:12:17,630 --> 00:12:23,030
bu mədəniyyətlər, Asiya regionunda –

86
00:12:23,230 --> 00:12:29,360
istər Hindistanında, istər Çinində, istər İranında,

87
00:12:29,600 --> 00:12:41,300
istər Mesopotamiyasında, istər Babilində və sairində ortaya çıxmış bu qədər elmi biliklər, bu qədim mədəniyyətlər hamısı bütövlükdə bir regionda birləşdirilib

88
00:12:42,230 --> 00:12:50,500
və adları da Avropaya uzaqlığı və ya yaxınlığı baxımından seçilib! İndiyə qədər də bizim regionumuzu “Orta Şərq” adlandırırlar,

89
00:12:53,230 --> 00:13:01,100
Bir də Uzaq Şərq var. Nəyə görə uzaq? Çünki Avropadan uzaqdır!

90
00:13:01,500 --> 00:13:05,960
Baxın, qərblilər bu cür ad veriblər.

91
00:13:06,160 --> 00:13:15,560
Qərbdə yaşayan xalqlar yoxsulluqdan qurtulub varlanmış və sonra da özünü itirmiş bir insan kimi

92
00:13:15,830 --> 00:13:24,730
bir sərvət əldə ediblər – amma onların sərvəti maddi sərvət deyildi, elm idi, elmi biliklər idi; elm əldən-ələ gəzir axı;

93
00:13:25,730 --> 00:13:33,330
necə olubsa, onların da əlinə düşüb – bu elmi durmadan inkişaf etdiriblər,

94
00:13:33,500 --> 00:13:37,830
lay-lay üstü-üstə qoyub yuxarı çıxıblar, yuxarı çıxdıqca da

95
00:13:38,330 --> 00:13:45,560
bütün bəşəriyyətə, hətta o elmi bilikləri onlardan əvvəl qazanmış xalqlara yuxarıdan aşağı baxmağa başlayıblar.

96
00:13:47,030 --> 00:13:56,530
Bir vaxtlar bizim ölkəmiz də o sıradan idi. Təəssüflər olsun ki, ölkəmizdə hakimiyyət başında duran insanlar

97
00:13:57,830 --> 00:14:04,030
onların bizə təhqiramiz yanaşmasına şərait yaradırdılar;  istər qacarlar, istərsə də pəhləvilər – ata-oğul –

98
00:14:05,330 --> 00:14:13,060
bizi onların kölgəsi altında təqdim edirdilər. Bu, çox təhlükəli və önəmli bir məsələ idi.

99
00:14:15,630 --> 00:14:22,830
Bir ölkə hansısa böyük dövlətin kölgəsinə qısılanda isə əslində onun bütün imkanları

100
00:14:23,130 --> 00:14:28,600
istər-istəməz həmin dövlətə aid olur.

101
00:14:29,260 --> 00:14:35,660
O gəlib bütün imkanlardan istifadə edir, neftdən istifadə edir, resurslardan istifadə edir,

102
00:14:36,000 --> 00:14:39,660
strateji-coğrafi mövqedən istifadə edir.

103
00:14:40,200 --> 00:14:48,460
II Dünya müharibəsində dünya dövlətləri bir-biri ilə vuruşurdu, bizimlə heç bir əlaqəsi də yox idi, amma bir tərəfimizdə Rusiya,

104
00:14:48,830 --> 00:14:54,600
digər tərəfimizdə isə İngiltərə müəyyən imkanlara, bazaya malik olduğuna görə

105
00:14:54,930 --> 00:15:01,600
İranı öz seçimləri əsasında, heç kəsdən icazə belə almadan silah tranziti  üçün

106
00:15:02,060 --> 00:15:05,100
vasitəyə çevirmişdilər.

107
00:15:05,530 --> 00:15:12,160
O Trans-İran dəmir yolu xətti – hansının ki adı “trans” idi, əslində heç ölkənin bu başından o başına uzanmırdı –

108
00:15:12,660 --> 00:15:20,800
o zaman onların bu məqsədlərinə xidmət etmək üçün salınmışdı. Yəni bir tərəf Fars Körfəzi idi, o biri tərəf isə

109
00:15:21,230 --> 00:15:26,900
Sovet İttifaqına aid olan şimal bölgəsi idi; Rusiya ilə İngiltərə arasında əlaqə yaradılmalı idi –

110
00:15:27,230 --> 00:15:34,860
bu barədə danışılası sözlər çoxdur – ölkənin resursları, bazarları onların əlində idi,

111
00:15:35,960 --> 00:15:45,660
onlara aid idi. Təsəvvür edin, bir ölkə oturub baxa, gəlib misini aparalar, poladını aparalar, dəmirini aparalar,

112
00:15:46,130 --> 00:15:50,700
cürbəcür resurslarını aparalar, neftini, qazını

113
00:15:51,600 --> 00:16:03,300
cüzi qiymətə yığıb aparalar, sonra da öz istehsal etdikləri, satışa gedib onlar üçün sərvət yaratmalı olan məhsulları qaytarıb o ölkəyə gətirələr.

114
00:16:03,560 --> 00:16:07,030
Tarifsiz-gömrüksüz, heç bir əngəl

115
00:16:07,200 --> 00:16:11,630
və maneə olmadan həmin ölkəni

116
00:16:12,430 --> 00:16:20,730
öz məhsullarının sərfəli bazarına çevirələr. Bax inqilabdan əvvəl İranda bu baş verirdi.

117
00:16:21,000 --> 00:16:23,830
İnqilab bir dəyişiklik yaratdı;

118
00:16:26,100 --> 00:16:29,760
İslam İnqilabı böyük bir dəyişiklik etdi.

119
00:16:30,460 --> 00:16:39,300
Mən bu gün bunu belə ifadə edərdim ki, İslam İnqilabı ilə özünəinam və özünəgüvən

120
00:16:40,160 --> 00:16:46,360
xaricdən asılılıqla savaşa çıxdı; Allah-taala da kömək etdi.

121
00:16:46,530 --> 00:16:56,700
Düzdür, müharibə ağrı-acılı bir şeydir, 8 il davam etmiş savaş, doğrudan da, ağrılı idi, ağır itkilər verdik,

122
00:16:57,260 --> 00:17:03,460
böyük zəhmət və əziyyət çəkdik. Mən özüm işin içində idim,

123
00:17:04,100 --> 00:17:13,460
çox acı, çox ağır, çox kədərli bir dövr idi. Dəfələrlə göz yaşlarına boğulduğumuz,

124
00:17:14,500 --> 00:17:21,360
yorulduğumuz olmuşdu, amma bütün bu çətinlikləri ilə yanaşı, belə bir gözəl xüsusiyyəti də oldu ki,

125
00:17:21,500 --> 00:17:28,560
İran gənclərinə nəyə qadir olduqlarını, nələr bacardıqlarını,

126
00:17:28,700 --> 00:17:41,360
qollarını çırmayıb meydana atılanda rəqibinə, düşməninə qalib gələ biləcəklərini göstərdi; necə ki biz qalib gəldik.

127
00:17:41,860 --> 00:17:49,660
İran gəncləri müharibə meydanına atıldılar, əgər müharibə olmasaydı, hadisələr bu şəkildə baş verməyəcəkdi.

128
00:17:50,960 --> 00:17:58,200
Müharibə yanğın kimidir, yanğın baş verəndə hamı işini-gücünü atıb o alovu söndürməyə gedir.

129
00:17:58,630 --> 00:18:05,860
O zaman da belə oldu, hamı diqqətini müharibəyə yönəltdi. İstedadlar üzə çıxdı, İran gənclərinin nələrə qadir olduğu göründü.

130
00:18:06,060 --> 00:18:13,930
Xalqın, gənclərin döyüş meydanlarındakı o iştirakı, düşmənin üzərində çaldığı qələbələr –

131
00:18:14,500 --> 00:18:21,030
özü də elə bir düşmən ki, təkcə bir ölkə deyildi, arxasında dünyanın bütün super-dövlətləri durmuşdu –

132
00:18:21,300 --> 00:18:23,560
bütün bunlar camaatımızda özünəinamın artmasına səbəb oldu.

133
00:18:23,660 --> 00:18:31,060
Odur ki inqilab xalqımızda özünəinamın baş qaldırmasına,

134
00:18:31,400 --> 00:18:44,430
özünəgüvən hissinin o vaxta qədər yaşanmış bacarıqsızlıq, çarəsizlik, asılılıq  psixologiyasına qarşı çıxmasına səbəb oldu; bu baş verdi.

135
00:18:45,730 --> 00:18:51,760
Burada bir məqam var ki, onu diqqətdən qaçırmaq olmaz;

136
00:18:52,660 --> 00:18:59,930
dərin müharibələrdə – hansı ki hazırda onlara “yumşaq müharibələr” deyilir;

137
00:19:00,930 --> 00:19:14,330
dərin müharibələrdir –  o cümlədən bu sıraya daxil olan mədəni savaşlarda,

138
00:19:14,960 --> 00:19:19,760
odlu-alovlu müharibələrdən fərqli olaraq, qısa müddətdə həlledici nəticələr əldə olunmur. Bu savaşlar uzun çəkir.

139
00:19:20,030 --> 00:19:24,760
Hərbi əməliyyatlarda əvvəl-axır bir tərəf o birinə qalib gəlib

140
00:19:25,200 --> 00:19:31,760
əzir və məsələ bitir. Biz 8 il davam etmiş müqavimət illərində

141
00:19:32,100 --> 00:19:38,460
təcavüzkar Səddam ordusunu ölkədən çıxara bildik və məsələ qurtardı.

142
00:19:40,830 --> 00:19:46,000
Yumşaq müharibədə, dərin müharibədə, mədəni savaşda isə vəziyyət bu cür deyil.

143
00:19:46,660 --> 00:19:53,360
Ola bilsin ki, müəyyən mərhələdə sən qalib gəlirsən, amma bu, daimi qələbə demək deyil;

144
00:19:54,700 --> 00:20:04,230
qarşı tərəfin özünü toplayıb, hazırlaşıb yenidən hücuma keçəcəyi anı gözləməlisən.

145
00:20:04,560 --> 00:20:09,230
Və bu baş verdi. Həmin asılılıq bəlasını

146
00:20:10,800 --> 00:20:16,760
sonradan ölkədə başqa formalarda ortaya çıxarmağa başladılar.

147
00:20:18,030 --> 00:20:23,400
Axı necə olursa-olsun, düşmənin ölkədə adamları var, bunu inkar etmək mümkün deyil.

148
00:20:24,900 --> 00:20:31,330
Xalqımız böyük bir xalqdır, gözəl bir xalqdır, amma bütün başqa xalqlarda olduğu kimi,

149
00:20:31,630 --> 00:20:39,260
bizim xalqın da arasında əcnəbipərəst, əqidəsiz, maddiyyatçı, tez aldanan adamlar var.

150
00:20:40,500 --> 00:20:48,530
Bunlar həmin asılılıq mədəniyyətini təzədən ortaya atıb yaymağa başladılar, intəhası bu dəfə daha təmtəraqlı,

151
00:20:48,700 --> 00:20:56,900
daha rəngarəng, daha cəlbedici adlar qoydular:

152
00:20:57,030 --> 00:21:05,500
qloballaşma, dünya ailəsinə inteqrasiya.

153
00:21:06,200 --> 00:21:08,860
Qərblilər, amerikalılar elə bu gün də müxtəlif toplantılarda bizə bunları tövsiyə edirlər:

154
00:21:09,800 --> 00:21:19,660
İran dünya ictimaiyyətinə inteqrasiya etsin, dünya ailəsinə qoşulsun, qloballaşsın.

155
00:21:20,430 --> 00:21:29,260
Bunları deməklə elə o asılılığı nəzərdə tuturlar; eyni şeydir. Yanlış anlaşılmasın, mən dünya ilə əlaqələr qurmağın əleyhinə deyiləm –

156
00:21:29,460 --> 00:21:37,760
bir vaxtlar ölkə prezidenti olmuşam, elə o dövrdən xarici siyasət sahəsində həyata keçirdiyim ən əsas işlərdən biri

157
00:21:37,900 --> 00:21:46,430
əlaqələr yaratmaq olub; istər bir-iki ölkəni çıxmaq şərtilə Avropa ölkələri və digər müxtəlif ölkələrlə

158
00:21:46,860 --> 00:21:55,860
ikitərəfli əlaqələr olsun, istərsə də beynəlxalq təşkilatlar vasitəsilə qurulan kollektiv münasibətlər –

159
00:21:56,130 --> 00:22:02,100
amma bu ikisi başqa-başqa şeylərdir; qloballaşmanın mənası başqadır. Qloballaşma

160
00:22:02,830 --> 00:22:11,760
bir neçə böyük dövlətin dünya iqtisadiyyatına,

161
00:22:11,900 --> 00:22:19,100
qlobal siyasətə, qlobal təhlükəsizliyə diktə etdiyi mədəniyyətə tabe olmaq deməkdir;

162
00:22:19,300 --> 00:22:25,900
bu siyasətə boyun əymək, özünü bu çərçivənin içinə salmaqdır. Onların nöqteyi-nəzərində qloballaşma budur.

163
00:22:26,660 --> 00:22:31,900
“Qloballaşın”, “dünya ictimaiyyətinə inteqrasiya edin” deyəndə bunu nəzərdə tuturlar.

164
00:22:33,400 --> 00:22:36,560
Bu, elə həmin o asılılıqdır, ondan heç bir fərqi yoxdur.

165
00:22:38,000 --> 00:22:52,300
Parlaq istedadlara qayğı və diqqəti rəsmilərə qaçılmaz bir zərurət kimi vacib edən isə

166
00:22:52,960 --> 00:22:58,760
böyük bir hədəfdir. Burda böyük bir hədəf var;

167
00:23:00,400 --> 00:23:06,600
bu hədəfi nəzərdə tutaraq istedadlı insanlara, elmi-intellektual elitanın nümayəndələrinə həmişə ciddi və funksional yanaşmaq,

168
00:23:07,360 --> 00:23:16,300
can yandırmaq lazımdır. Həmin hədəf nədən ibarətdir? O hədəf

169
00:23:16,700 --> 00:23:25,060
İranı mütərəqqi, qüdrətli,

170
00:23:27,160 --> 00:23:40,530
şərəfli – bəzi alçalmış, zəlil ölkə və dövlətlərin şərəfsizliyinin əksinə olaraq –

171
00:23:41,500 --> 00:23:48,930
beynəlxalq, ümumbəşəri problemlərə münasibətdə yeni sözü, yeni fikri olan bir ölkəyə çevirməkdir.

172
00:23:50,930 --> 00:23:58,030
İran qlobal problemlərdə, bəşəriyyətin yaşamı ilə bağlı məsələlərdə

173
00:23:58,300 --> 00:24:01,930
yeni sözü olan, yeni fikir irəli sürən bir ölkə olmalıdır.

174
00:24:02,100 --> 00:24:09,960
Axı bəşəriyyətin vəziyyəti heç də yaxşı deyil. Bəşəriyyətin bugünkü halı yer üzündəki düşünən beyinlərdən hansını qane edir?

175
00:24:10,630 --> 00:24:16,600
İstər Şərq olsun, istərsə də Qərb, dünya mütəfəkkirlərinin dediklərinə nəzər salın,

176
00:24:17,460 --> 00:24:25,300
görəcəksiniz ki, hamısı insanlığın hazırda çəkdiyi əzab-əziyyətlərdən fəryad qoparıb şikayət edir. Yaxşı,

177
00:24:25,760 --> 00:24:34,430
bu çıxılmaz vəziyyətdə nə isə yeni bir söz demək, ortaya bir yol qoymaq lazımdır. Bu yeni sözü isə müsəlman İranı deməlidir.

178
00:24:35,000 --> 00:24:42,560
Və heysiyyətli olsun; hədəfimiz İranı qürurlu, heysiyyətli bir ölkəyə çevirməkdir.

179
00:24:42,930 --> 00:24:46,300
Ola bilər ki, bir insan özlüyündə dəyərli olsun, amma qüruru, heysiyyəti olmasın.

180
00:24:46,730 --> 00:24:53,960
Mənim son bir neçə ildə daim vurğuladığım məqamlardan biri də budur: qürurlu, heysiyyətli olmalıyıq.

181
00:24:54,060 --> 00:24:59,560
Allah-taalanın bizə verdiyi mənlik və heysiyyəti hiss etməliyik; qürurumuz olmalıdır.

182
00:24:59,560 --> 00:25:05,200
Qürur və heysiyyətini hiss etməyin özü əsl heysiyyəti təşkil edən amillərdən biridir.

183
00:25:05,930 --> 00:25:13,330
Və iman və mənəviyyatla dolu olsun. Dedik ki, ölkəmizi tərəqqi, qüdrət və sair bu kimi cəhətləri özündə əks etdirən bir ölkə kimi görmək istəyirik,

184
00:25:14,160 --> 00:25:21,230
amma bunlarla yanaşı, iman, mənəviyyat da olmalıdır.

185
00:25:21,900 --> 00:25:30,130
Bugünün qüdrətli dünyasının böyük bir bəlası odur ki, qüdrət olan yerdə iman yoxdur.

186
00:25:30,500 --> 00:25:35,560
Amerikadakı prezident seçkilərində hansı vəziyyətin yaşandığına baxın!

187
00:25:36,100 --> 00:25:43,130
Ortada iki nəfər qalıb, onların polemikalarını, bir-birinə nələr etdiklərini, nələr dediklərini görürsünüz?!

188
00:25:47,130 --> 00:25:54,060
Bu ikisindən biri prezident olacaq. Harada? Böyük, çoxmilyonlu, zəngin,

189
00:25:54,560 --> 00:26:00,300
bəşəriyyətin elmi nailiyyətlərinin zirvəsi olan bir ölkədə.

190
00:26:01,400 --> 00:26:10,430
Ortada qalan bu iki adamdan biri ölkə başçısı olacaq: ən çox atom silahı sərəncamında, dünyanın ən böyük sərvəti ixtiyarında,

191
00:26:11,060 --> 00:26:15,060
ən genişmiqyaslı media ovcunun içində.

192
00:26:16,100 --> 00:26:20,530
Bütün bunların başında bu iki adamdan biri duracaq; kim olduqlarını, nə olduqlarını özünüz görürsünüz.

193
00:26:23,730 --> 00:26:28,930
Bu vəziyyətin səbəbi isə mənəviyyatsızlıqdır, imanın olmamağıdır.

194
00:26:30,330 --> 00:26:37,560
Və yeni İslam sivilizasiyasının bayrağını göylərə ucaltsın. Biz belə bir ölkə istəyirik, hədəfimiz budur.

195
00:26:38,430 --> 00:26:45,630
Baxın, mən 9 meyar göstərdim. Biz ölkəmizi bu kimi keyfiyyətlərə malik,

196
00:26:46,230 --> 00:26:52,300
belə bir ölkəyə çevirmək istəyirik. Əlbəttə, yolun ortalarında, müəyyən etaplarda

197
00:26:52,630 --> 00:26:59,660
pis olmayıb, müəyyən irəliləyişlərə nail olmuşuq, amma bütün bunlar hələ yolun ortasıdır,

198
00:26:59,660 --> 00:27:03,600
biz irəli gedib zirvələrə yetişməliyik.

199
00:27:04,000 --> 00:27:12,400
Bu isə savadlı və istedadlı bir gənc nəsil olmadan mümkün deyil.

200
00:27:13,930 --> 00:27:20,860
Bu hədəfi təmin edəcək bir gənc nəsil olmalıdır.

201
00:27:21,130 --> 00:27:24,760
Bu hədəfin vacib olduğuna heç kim şübhə və tərəddüdlə yanaşa bilməz.

202
00:27:25,100 --> 00:27:33,600
Bizlər bir insan olaraq, bir dövlət rəsmisi olaraq, bir müsəlman və bir iranlı olaraq –

203
00:27:33,860 --> 00:27:37,500
İslamı qəbul etməyən biri belə, necə olursa-olsun, iranlıdır;

204
00:27:37,830 --> 00:27:43,930
iranlı olmağın özü də insanın boynuna bir məsuliyyət qoyur – bu bir neçə məsuliyyəti çiyinlərində daşıyan biri olaraq,

205
00:27:44,130 --> 00:27:46,360
ölkəmizi qeyd etdiyim o məqama çatdırmalıyıq.

206
00:27:46,460 --> 00:27:53,230
Yaxşı, bəs bunun yolu nədir? Bunun yolu

207
00:27:53,900 --> 00:27:59,230
aşağıdakı keyfiyyətlərin daşıyıcısı olan bir nəsil yetişdirməkdir:

208
00:27:59,500 --> 00:28:06,800
əlbəttə, sevindirici haldır ki, bu gün ölkəmizin gənc nəslində bu xüsusiyyətlərdən çoxunu müşahidə edirik,

209
00:28:07,960 --> 00:28:10,300
amma bunu genişləndirməliyik –

210
00:28:10,730 --> 00:28:28,400
şücaətli, savadlı, dindar, novator, avanqard, özünəinamlı, qeyrətli bir nəsil meydana gəlməlidir –

211
00:28:30,600 --> 00:28:40,800
belə bir nəsil lazımdır. İmanı olmalıdır, savadı olmalıdır,

212
00:28:41,360 --> 00:28:47,630
qeyrəti olmalıdır, şücaəti olmalıdır, özünəinamlı,

213
00:28:49,000 --> 00:28:55,600
hərəkət etmək üçün kifayət qədər stimullu, fiziki və intellektual cəhətdən bacarıqlı olmalı,

214
00:28:56,730 --> 00:29:06,260
hədəfini müəyyən etməli, gözünü uzaq hədəflərə dikməli,

215
00:29:07,260 --> 00:29:11,860
Əmirəlmöminin Əlinin (ə) təbiri ilə desək: – Allah yolunda baş qoymalıdır.

216
00:29:12,860 --> 00:29:20,660
Həyatını, bütün varlığını bu hədəf uğrunda qoyub ciddi surətdə hərəkət etməlidir;

217
00:29:20,660 --> 00:29:25,800
bir kəlmə ilə desək, inqilabçı olmalıdır; inqilabçı olmaq bu deməkdir.

218
00:29:27,030 --> 00:29:35,400
Bəziləri düşmənçilikləri ucbatından “inqilabçı” sözünü pis bir şəkildə mənalandırırlar. İnqilabçıları savadsız, məsuliyyətsiz,

219
00:29:35,700 --> 00:29:39,930
intizamsız insanlar bilirlər. Xeyr, əslində tam əksinədir.

220
00:29:40,730 --> 00:29:48,800
İnqilabçı olmaq savadlı, intizamlı, dindar, işgörən, ağıllı, tədbirli olmaq deməkdir.

221
00:29:49,730 --> 00:29:55,960
Bizə belə bir nəsil lazımdır. Bizim gənc nəslimiz belə bir nəsildir.

222
00:29:56,160 --> 00:30:06,500
Az öncə qeyd etdiyim hərəkatı həyata keçirən bu nəsildir, bu hərəkatın hərəkətverici qüvvəsi isə elmi-intellektual elita, gənc istedadlardır;

223
00:30:07,700 --> 00:30:15,530
onlar bu cürdür. Sizlər hərəkətverici qüvvəsiniz, mühərriksiniz. Əgər siz yaxşı işləsəniz,

224
00:30:15,930 --> 00:30:19,000
bu gənc nəsil bayaq dediyim istiqamətdə gedəcək.

225
00:30:20,160 --> 00:30:31,230
Mənim gənc istedadlara bu qədər önəm verməyimin, onların varlığının dəyərini bilməyimin səbəbi budur. Gənc istedadlar dəyərlidir.

226
00:30:34,600 --> 00:30:42,130
Bəli, bu hərəkata start verilib. Mən ölkənin bu problemini,

227
00:30:42,300 --> 00:30:48,560
yəni belə bir mexanizmə, belə bir hərəkata ehtiyac duyduğunu dərk edərək

228
00:30:48,800 --> 00:30:55,060
hələ 15 il, bəlkə, bundan da bir az əvvəl ölkədə

229
00:30:55,500 --> 00:31:02,460
böyük bir elmi irəliləyiş hərəkatı gerçəkləşdirmək lazım olduğu fikrini irəli sürdüm.

230
00:31:03,660 --> 00:31:10,360
Elm adamları, gənclər, universitetlərimiz, professorlarımız,

231
00:31:10,900 --> 00:31:17,260
iş başına gələn hökumət kabinetlərinin əksər hissəsi mənim bu fikrimi müsbət qarşılayaraq alqışladı və bu iş irəlilədi, sürətli elmi nailiyyətlər qazanıldı.

232
00:31:18,860 --> 00:31:24,960
Amma bu, şüşə kimi dümdüz asfalt yolda irəliləmək kimi deyil.

233
00:31:25,800 --> 00:31:32,900
Bu yolda maneələr çoxdur.

234
00:31:33,500 --> 00:31:42,300
O maneələrin hansılar olduğunu bilmək və çarəsini tapmaq lazımdır. Bu hərəkatın düşməni var;

235
00:31:43,600 --> 00:31:48,830
o düşmən kimdir? İndi bəziləri deyəcək ki, hə də, aydın məsələdir,

236
00:31:49,230 --> 00:31:53,060
filankəs “düşmən” deyəndə  Amerika, İsrail və sairi nəzərdə tutur,

237
00:31:53,330 --> 00:32:02,060
özünə də elə gəlir ki, onlar bizə qarşı hansısa planlar qurur. Yox, o planlar fantaziya deyil, mən onların real olduğunu bilir, görürəm.

238
00:32:02,260 --> 00:32:08,030
Mən də əgər belə pis niyyətli planları görür, müşahidə edirəmsə, sizdən gizlədə bilmərəm ki; deməliyəm.

239
00:32:08,830 --> 00:32:14,000
Mən “düşmən” deyən kimi, bir qrup adam deyir: “Filankəs nə qədər “düşmən, düşmən” deyir?!

240
00:32:15,330 --> 00:32:23,730
” Bəs nə edim, “düşmən” sözünü ağzıma almayım? Allah-taala Quranda Şeytanın adını bir o qədər çəkib.

241
00:32:23,730 --> 00:32:30,860
Yaxşı, bir dəfə “Şeytan” dedi, bəs edirdi, daha nə üçün dönə-dönə Şeytandan danışırdı ki? Ona görə ki, mən və siz bu düşməni unutmayaq.

242
00:32:32,030 --> 00:32:38,830
Düşməni daim nəzərdə saxlamaq lazımdır. Çünki o, işsiz-gücsüz oturmur,

243
00:32:39,060 --> 00:32:48,000
daim hərəkətdədir. Əgər bacarsa, ölkəmizdəki bu elmi irəliləyiş hərəkatını durduracaq;

244
00:32:48,960 --> 00:32:55,660
görsə ki, durdura bilmir, düzgün kursundan yayındırmağa çalışacaq.

245
00:32:56,930 --> 00:33:03,260
Biz də səriştəsizliyimiz ucbatından bu yayınmaya yardımçı ola bilərik.

246
00:33:03,430 --> 00:33:07,830
Mən dönə-dönə təkrar etmişəm – bayaq da əziz gənclərimizdən bəziləri qeyd etdilər – ki,

247
00:33:08,160 --> 00:33:17,500
tədqiqat işləri, elmi məqalələr, dissertasiyalar və sair ölkənin ehtiyaclarına xidmət etməli,

248
00:33:18,030 --> 00:33:24,660
bu məqsədlə, bu niyyətlə, bu tendensiya əsasında hazırlanmalıdır. Bunu ona görə deyirəm ki,

249
00:33:25,260 --> 00:33:33,500
ölkəmizdəki elmi hərəkat düzgün xətdən yayınmasın. Düşmən bizim elmi hərəkatımızı durdura, yaxud yolundan sapdıra bilməyəndə,

250
00:33:33,700 --> 00:33:41,560
ləkələməyə, bədnam etməyə çalışır. Kimsə alim adı ilə bura gəlir,

251
00:33:41,760 --> 00:33:51,830
ölkəmizdə qonaq olur, sonra da gedib universitetin qarşısındakı küçədə diplomların satışını təklif edən elanın şəklini çəkib dünyada yayır.

252
00:33:52,860 --> 00:33:59,000
Ləkələmək bax budur. Bunları İrana kim dəvət edir? Bunlar alimdir?

253
00:34:01,660 --> 00:34:04,430
Nəyə görə anlamırıq? Nəyə görə səhvə yol veririk?

254
00:34:05,700 --> 00:34:17,500
Ötən bir neçə il ərzində ölkəmizin gəncləri, aidiyyətli strukturların rəsmiləri

255
00:34:17,700 --> 00:34:31,800
ölkənin elmi inkişafının dünyanın məşhur və mötəbər elmi mərkəzlərində rekord həddə çatmasına nail ola biliblər.

256
00:34:54,630 --> 00:35:03,560
Dəfələrlə eşitmisiniz, söyləmişəm ki, filan ildə ölkəmizin elmi inkişafı

257
00:35:04,260 --> 00:35:10,400
dünya ölkələri üzrə orta göstəricidən 13 dəfə artıq olub. Bu, mənim öz sözüm deyil ki! Mənim hardan xəbərim var?!

258
00:35:11,030 --> 00:35:16,700
Bunu sizin də tanıdığınız, dünyanın məşhur, mötəbər mərkəzləri deyir, təsdiq edir.

259
00:35:16,800 --> 00:35:23,260
Bir ölkənin elmi inkişafı dünya üzrə orta göstəricidən 13 dəfə çoxdursa, bu, zarafatdır?

260
00:35:24,960 --> 00:35:30,830
Mən ona görə bu sürət tempinin azalmasına imkan verməyin deyirəm ki, biz çox geriyik.

261
00:35:31,930 --> 00:35:36,860
Sürətimiz o qədər çox olmalıdır ki, özümüzü ön sıralara çatdıra bilək.

262
00:35:37,360 --> 00:35:42,360
Mən bunu dəfələrlə qeyd etmişəm. Mən belə deyəndə möhtərəm rəsmilərimiz mənə cavab verirlər ki,

263
00:35:42,630 --> 00:35:49,930
elmi inkişafa görə dünya ölkələri arasında, misal üçün, filan sıradan aşağı düşməmişik. Məgər düşməli idik?

264
00:35:50,800 --> 00:35:57,730
Yuxarı qalxmalı idik, özü də sürətlə! Problem bundadır.

265
00:35:59,530 --> 00:36:04,360
Bu elmi hərəkata xələl gəlməsinə imkan verməməliyik;

266
00:36:04,760 --> 00:36:10,160
bu hərəkatın düşməni var. Əgər bu elmi hərəkata qarşı

267
00:36:10,900 --> 00:36:15,760
düşmənçilik edilsə və biz də bunu anlamayıb onu qorumasaq,

268
00:36:16,130 --> 00:36:22,330
nəticəsi çox ağır və acı olacaq. Bilirsiniz, o nəticə nədən ibarətdir?

269
00:36:23,030 --> 00:36:29,560
Ölkənin gənc insan qaynaqlarında pessimizm, məyusluq əhval-ruhiyyəsinin yaradılmasından.

270
00:36:30,700 --> 00:36:38,560
Əgər bu baş versə, daha o vəziyyəti düzəltmək o qədər də asan olmayacaq.

271
00:36:39,030 --> 00:36:48,060
Son bir neçə ildə ölkənin ali təhsil müəssisələrində oxuyan gənc ziyalı ictimaiyyətində bir ümid yaranıb –

272
00:36:48,430 --> 00:36:54,960
neçə illərdir ki, biz burda gənclərlə görüşürük, gəlib söhbət edirlər; mən müqayisə edirəm,

273
00:36:55,600 --> 00:37:04,660
o uşaqların bu gün etdiyi söhbətlər, məsələn, bir neçə il öncə eşitdiklərimdən yerlə göy qədər fərqlənir;

274
00:37:05,230 --> 00:37:10,830
cavanlarımız inkişaf edib, irəli gedib, püxtələşib, təfəkkürləri dərinləşib,

275
00:37:11,300 --> 00:37:15,030
baxış arealları genişlənib;

276
00:37:15,760 --> 00:37:23,630
bunlar çox dəyərlidir – bu gənclər ümidini itirsə, pessimizmə qapılsa, onları geri qaytarmaq bir o qədər də asan olmayacaq.

277
00:37:23,960 --> 00:37:31,360
Burda ümidini itirənlərin bir qrupu üz tutub başqa yerlərə gedir; belələrini gözləyən tələlər çoxdur.

278
00:37:32,630 --> 00:37:39,600
Elə bu məqamda sizə onu da deyim ki, ölkəmizdə elmi nailiyyətləri nümayiş etdirmək məqsədilə

279
00:37:39,800 --> 00:37:44,660
müxtəlif toplantılar, sərgilər keçirilir; bu, çox yaxşı bir şeydir,

280
00:37:45,060 --> 00:37:53,460
amma ehtiyatlı olmaq lazımdır ki, bu kimi tədbirlər parlaq istedadlarımızı yadlara tanıtdıran mərkəz rolunu oynamasın.

281
00:37:54,700 --> 00:37:59,360
Belə olmasın ki, siz həmin tədbirlərdə istedadlı uşaqları təqdim edəsiniz, onlar da tanıyıb-bilib, götürüb aparsınlar.

282
00:37:59,360 --> 00:38:03,430
Onlar tanıyıb-bilməmişdən əvvəl bizim öz strukturlarımız bu uşaqlarla yaxından tanış olmalıdır.

283
00:38:03,800 --> 00:38:10,000
Bunları pərdə arxasında gizlətməyəcəyik ki; əvvəl-axır üzə çıxacaqlar, amma

284
00:38:10,700 --> 00:38:17,630
ölkə daxilindəki rəsmi qurumlar bu istedadları başqalarından öncə tanımalı, cəlb etməli, onlara iş verməlidir.

285
00:38:17,800 --> 00:38:24,560
Elə bir gənc yoxdur ki, özünün və ailəsinin yaşadığı, ona doğma olan mühiti qürbətdən üstün tutmaya.

286
00:38:24,800 --> 00:38:32,860
Orada qəriblik olsa da, onlara müəyyən şərait yaradılır, imtiyazlar verilir, siz burda bu gənclər üçün hətta ondan da az imkanlar yaradıb,

287
00:38:32,860 --> 00:38:38,900
onlardan özünüz və ölkəniz üçün istifadə edə bilərsiniz.

288
00:38:39,800 --> 00:38:51,830
Sizə onu deyim ki, mən ölkənin elmi irəliləyiş hərəkatını, elmi ictimaiyyətini müdafiə etməkdə

289
00:38:52,200 --> 00:38:55,360
son nəfəsimə qədər əlimdən gələni zərrə qədər belə olsun əsirgəməyəcəyəm

290
00:39:17,460 --> 00:39:24,000
və bilirəm ki, bu hərəkat bərəkətli bir hərəkatdır və inşallah, sonu da xeyirlə nəticələnəcək;

291
00:39:24,000 --> 00:39:32,030
inşallah ki, irəli gedəcəyik. İndi isə bir neçə məqama toxunmaq istəyirəm.

292
00:39:32,760 --> 00:39:38,330
Ölkədə elm – texnologiya tsiklinə, elm adamlarına dəstək verilməsinə

293
00:39:38,830 --> 00:39:43,600
düzgün təsir göstərib stimul verə biləcək şeylərdən biri də

294
00:39:43,900 --> 00:39:53,530
bayaq cənab Dr. Səttarinin və bəzi başqa dostlarımızın qeyd etdiyi elmi əsaslı şirkətlərdir; sevindirici haldır ki, ölkədə belə müəssisələr kəmiyyət baxımından artmaqdadır.

295
00:39:53,760 --> 00:39:57,860
Mənim tövsiyəm budur ki, əvvəla, bu artım davam etdirilsin;

296
00:39:58,560 --> 00:40:06,430
ikincisi, əziz gənclərimizdən birinin də qeyd etdiyi kimi,

297
00:40:07,760 --> 00:40:15,160
bu müəssisələrin ölkənin mühüm, başlıca sənaye və texnologiya sferalarında iştirakına şərait yaradılsın,

298
00:40:15,500 --> 00:40:20,230
ümumi siyasətlərin icrasında əhəmiyyətli olduğu vurğulanmış sferalarla bu şirkətlər arasında əlaqələrin qurulması təmin olunsun;

299
00:40:20,330 --> 00:40:24,200
üçüncüsü, bu şirkətlərin keyfyyətinə diqqət yetirilsin;

300
00:40:24,830 --> 00:40:29,130
yəni şirkətlərin say çoxluğu müsbət və önəmli bir məsələdir,

301
00:40:29,630 --> 00:40:40,930
amma diqqət edin ki, keyfiyyət və prioritet üçün müəyyən meyarlar,

302
00:40:41,660 --> 00:40:49,600
normalar nəzərdə tutulsun və elmi tutumlu şirkətlərə məhz onlar əsasında yanaşılsın.

303
00:40:50,530 --> 00:40:54,960
Bu şirkətlər genişlənsə, keyfiyyətli olsa

304
00:40:55,700 --> 00:41:04,300
və işləsə, sözsüz ki, biz artıq dövlətin gənc alimlərə maliyyə dəstəyi göstərməsi kimi bir problem də yaşamayacağıq.

305
00:41:05,200 --> 00:41:11,860
Yəni bu şirkətlər özləri elm adamlarını dövlətin maliyyə dəstəyinə ehtiyac duymaqdan,

306
00:41:12,300 --> 00:41:20,330
rəsmi qurumlardan bir gün “var”, o biri gün “yoxdur” sözlərini eşitməkdən azad edəcək. Önəmli məsələlərdən biri budur.

307
00:41:21,000 --> 00:41:27,260
Elmi tutumlu şirkətləri genişləndirə biləcək tədbirlərdən biri də

308
00:41:27,700 --> 00:41:35,530
onların istehsal etdiyi məhsulları yaymaqdır. İdxalat, daxildə analoqu olan məhsulların idxalı

309
00:41:36,300 --> 00:41:41,900
və sair bu kimi mövzular barədə çox danışmışıq, bir çox işlər də görülür,

310
00:41:42,060 --> 00:41:49,600
amma mən bir bir daha vurğulamaq istəyirəm ki, ölkəmizədki elmi əsaslı şirkətlərin məhsulları genişləndirilməlidir.

311
00:41:49,930 --> 00:41:57,300
Bunun ən önəmli prinsiplərindən biri isə odur ki, dövlət qurumlarında

312
00:41:57,530 --> 00:42:03,000
həmin məhsullardan başqa heç bir məhsul işlədilməsin, başqa mal alınmasın;

313
00:42:03,400 --> 00:42:06,830
yəni bu şirkətlərdən istifadə olunsun. Çünki ölkənin ən böyük istehlakçısı elə dövlətin özüdür;

314
00:42:07,000 --> 00:42:09,860
yəni ən önəmli istehlakçı dövlətdir.

315
00:42:12,030 --> 00:42:20,430
Universitetlərdə gənc istedadlar ocaqlarının yaradılması məsələsinə də toxunmaq istəyirəm.

316
00:42:21,260 --> 00:42:26,000
Mən bunu daha əvvəl də tövsiyə etmişəm; qoy universitetlərdə

317
00:42:26,200 --> 00:42:33,460
bir, iki nəfər professor bir qrup gənci başına toplayıb bir gənc istedadlar ocağı yaratsın.

318
00:42:33,760 --> 00:42:38,160
Bu, çox bərəkətli bir şeydir, bunu genişləndirmək, belə ocaqların sayını artırmaq da olar.

319
00:42:38,300 --> 00:42:42,000
Amma mənə bu cür mərkəzlərin təşkil edildiyi barədə heç vaxt heç bir məlumat çatmayıb.

320
00:42:42,330 --> 00:42:49,900
Bunu ötən il də mən müxtəlif görüşlərdə bir-iki dəfə təkrarlamışam;

321
00:42:50,200 --> 00:42:58,300
bu işi reallaşdırmaq lazımdır. Daha bu ki dövlət strukturlarının və sairin işi deyil; bu, universitetlərin öz öhdəsinə düşən bir işdir.

322
00:42:58,930 --> 00:43:05,430
Bir məqamı da qeyd etmək istəyirəm (düzdür, hörmətli Təhsil Naziri bu gün burda yoxdur,

323
00:43:05,560 --> 00:43:10,100
amma bu deyəcəklərimi o da eşitməlidir):

324
00:43:10,230 --> 00:43:16,600
mənim bu Parlaq İstedadların Yetişdirilməsi üzrə Milli Komitə sarıdan nigarançılığım var. Mənə çatan məlumatlar

325
00:43:17,060 --> 00:43:27,360
heç də ürəkaçan deyil. Sözügedən komitə çox əhəmiyyətli bir qurumdur.

326
00:43:28,100 --> 00:43:35,360
Bu, çox önəmli bir işdir. Bayaq qeyd olundu ki,

327
00:43:35,800 --> 00:43:38,960
bu layihə əsasında çoxlu sayda yeni məktəblər yaradılıb.

328
00:43:39,130 --> 00:43:42,800
Bütün bu işlər PİYMK-nın fəaliyyətinin düzgün qurulmasından, bu qurumun lazımınca idarə olunmasından asılıdır.

329
00:43:43,130 --> 00:43:50,400
Lakin dediyim kimi, bu yöndə bizə çatan məlumatlar sevindirici deyil.

330
00:43:51,000 --> 00:43:59,130
Cənab Səttariyə qısaca dedim: daha bir nigarançılığım Elm Xadimləri Fondunun özü ilə bağlıdır.

331
00:43:59,260 --> 00:44:08,630
Elm Xadimləri Fondu çox əhəmiyyətli bir qurumdur. Bu fond canlı və dinamik fəaliyyət göstərməlidir.

332
00:44:09,000 --> 00:44:16,700
Əlbəttə ki, mənim cənab Dr. Səttariyə, doğrudan da, etimadım var; yəni

333
00:44:17,100 --> 00:44:23,400
onun həm elmi-intellektual bacarığına, həm də düzgün, vicdanlı işlədiyinə, həqiqətən də, inanıram.

334
00:44:23,600 --> 00:44:32,600
Cənab Səttari! Əgər siz, doğrudan da, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi ilə Elm Xadimləri Fondunun bir-biri ilə uyğun gəlmədiyini,

335
00:44:32,800 --> 00:44:42,200
yəni EXF-nin vəzifələri ilə Elmi Məsələlər üzrə Müavinliyin geniş əhatə dairəsinə malik fəaliyyətinin üst-üstə düşmədiyini görürsünüzsə, bunun üçün bir şey fikirləşin;

336
00:44:43,100 --> 00:44:50,000
ya bu iki strukturu bir-birindən ayırın, ya da ən azından elə Elmi Məsələlər üzrə Müavinliyin tabeliyi çərçivəsində

337
00:44:50,500 --> 00:44:56,160
fonda güclü bir rəhbər təyin edin. EXF-nin işini universitetlərin öhdəsinə qoymayın.

338
00:44:56,530 --> 00:45:03,360
Universitetlər bu işin öhdəsindən gələ bilsəydilər, heç əvvəldən EXF-ni yaratmazdıq.

339
00:45:26,830 --> 00:45:35,030
Qeyd etməli olduğum bir məsələ də var: mənə çatan məlumatlara əsasən,

340
00:45:35,630 --> 00:45:43,230
aero-kosmos, peyklər və sair bu kimi mühüm sferalarda

341
00:45:44,060 --> 00:45:49,160
aparılan tədqiqatlarla bağlı irimiqyaslı layihələr dayandırılır və ya ləngidilir. Bu, məni narahat edir

342
00:45:50,630 --> 00:45:55,800
və elə buradaca qeyd etmək istəyirəm ki, qoy hamı tələb etsin.

343
00:45:56,560 --> 00:46:03,230
Mən aidiyyətli qurumların rəsmilərindən ciddi surətdə tələb edirəm ki, bu məsələlərlə məşğul olsunlar.

344
00:46:03,230 --> 00:46:10,760
Bunlar çox önəmli layihələrdir; hətta nüvə enerjisi ilə bağı tədqiqat layihələrindən bəziləri ilə də bağlı vəziyyət bu cürdür.

345
00:46:11,900 --> 00:46:18,860
Bunlara qətiyyən ara vermək olmaz; bu layihələrin tamamilə və ya yarımçıq şəkildə dayandırılmasına yol verilməməlidir.

346
00:46:19,130 --> 00:46:22,630
Halbuki onlardan bəzilərinin yarıdayanmış, yaxud tamamilə dayandırılmağa yaxın bir vəziyyətdə olduğu söylənilir.

347
00:46:24,660 --> 00:46:35,460
Zənnimcə, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi bu məsələdə də önəmli rol oynaya bilər;

348
00:46:36,060 --> 00:46:40,460
ya bunlar tamamilə Elmi Məsələlər üzrə Müavinliyə həvalə olunsun,

349
00:46:41,300 --> 00:46:50,400
universitetlər bu işi müavinliyə tapşırsın, ya da ən azından müavinlik bu sahədə həlledici bir rol oynasın.  Çox önəmli bir məsələdir.

350
00:46:51,000 --> 00:46:56,160
Belə hallar həm elmimizə zərbədir, həm də misal üçün,

351
00:46:56,360 --> 00:47:01,830
nüvə, aero-kosmos, nano,

352
00:47:02,100 --> 00:47:09,160
biotexnologiyalar sahəsində böyük ümidlə işləyən gənc alimlərimizi ruhdan salır. Onlar

353
00:47:09,460 --> 00:47:14,430
bu sferalara etinasız yanaşıldığını, tədqiqat işlərinin yarıdayanmış vəziyyətə gətirildiyini görəndə həvəsdən düşürlər.

354
00:47:14,630 --> 00:47:21,560
Mən bundan əvvəl də dəfələrlə demişəm ki, gənclərimizin ümidsizlik və pessimizmə qapılması çox böyük bir təhlükədir.

355
00:47:21,830 --> 00:47:27,130
Nə isə, mən burda qeyd etmişəm ki, bu layihələr ya Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinə verilməli,

356
00:47:27,330 --> 00:47:35,260
ya da heç olmasa müavinliyin bunlara lazımi səviyyədə bir təsiri, nəzarəti olmalıdır; istedadlı insanlar bu layihələrə cəlb olunmalıdır.

357
00:47:35,530 --> 00:47:42,860
Bir məqamı da qeyd etmək istəyirəm: sevindirici haldır ki, Prezidentin Elmi Məsələlər üzrə Müavinliyinin tərkibində mədəni işlər üzrə də bir müavinlik qurulub.

358
00:47:43,000 --> 00:47:50,060
Bu, yaxşı bir haldır,

359
00:47:50,160 --> 00:47:56,860
amma çalışsınlar ki, bu mədəni müavinliyin fəaliyyəti günün tələblərinə uyğun, mütərəqqi bir səviyyədə olsun.

360
00:47:57,530 --> 00:48:05,060
Xoşbəxtlikdən, bu gün müxtəlif ictimai təbəqələrdən olan gənclərimizin

361
00:48:05,200 --> 00:48:10,660
dini təfəkkürü xeyli inkişaf edib. Elə buradaca mən fürsətdən istifadə edib

362
00:48:11,100 --> 00:48:17,360
Aşura günlərində əzadarlıq heyətlərini idarə edən kollektivlərə təşəkkürümü bildirmək istəyirəm.

363
00:48:17,660 --> 00:48:25,400
Onlardan bəziləri haqda mənim özümün xəbərim var idi, bəziləri haqda isə mənə kənardan məlumat verdilər. Heyətlərin səviyyəsi çox yüksəlib;

364
00:48:26,460 --> 00:48:31,460
yaxşı natiqlər çıxış edir, çox yaxşı mövzular ətrafında danışılır. Mən hətta

365
00:48:31,830 --> 00:48:37,360
o məclislərə gedib-gələn bəzi şəxslərə bir-iki sual da verdim –

366
00:48:38,330 --> 00:48:43,860
bu, mənim işimdir; yəni biz bu məsələlərdə mütəxəssisik –

367
00:48:44,400 --> 00:48:53,630
gördüm ki, həqiqətən də, çox yaxşıdır. Bu məclislərin səviyyəsi yüksəkdir, çox yaxşı söhbətlər edilir, gözəl fikirlər səsləndirilir və onlarda gənclərdən ibarət böyük bir kütlə iştirak edir.

368
00:48:53,800 --> 00:49:01,300
Bizim də burda məclisimiz oldu; iştirak edənlərin, demək olar, 90 faizi, bəlkə, ondan da çoxu gənclər idi; burda da çox yaxşı söhbətlər edildi,

369
00:49:01,930 --> 00:49:06,600
amma elə yerlər var idi ki, orada həftələrlə – 10 gecə, 15 gecə

370
00:49:07,530 --> 00:49:14,330
və ya 10 gün, 15 gün məclis qurulurdu, çox yaxşı natiqlər çıxış edirdi, bəzən çox gözəl mərsiyələr oxunurdu,

371
00:49:15,130 --> 00:49:19,830
dolğun mənalı əzadarlıqlar keçirilirdi. Bütün bunlar çox dəyərlidir.

372
00:49:20,060 --> 00:49:28,100
Gənclərimizin dini məsələlərlə bağlı düşüncə səviyyəsi çox inkişaf edib; aparılan mədəni işlər də buna uyğun səviyyədə inkişaf etdirilməlidir.

373
00:49:28,300 --> 00:49:36,760
Gənc alimlər üçün cihad yürüşlərinin keçirilməsi də çox faydalı ola biləcək işlərdəndir.

374
00:49:36,960 --> 00:49:39,660
Cihad yürüşləri çox dəyərli bir şeydir.

375
00:49:40,030 --> 00:49:47,830
Gənc elm adamlarının bu yürüşlərdə iştirakı, əvvəla, sizləri ölkənizdəki vəziyyətlə, müxtəlif təbəqələrdən olan insanlarla,

376
00:49:48,860 --> 00:49:54,630
bizim hamımızın öhdəsinə düşən ağır vəzifələrlə,

377
00:49:55,000 --> 00:50:01,430
inqilabdan sonrakı illər ərzində yol verilmiş səhlənkarlıqlarla tanış edəcək –

378
00:50:01,600 --> 00:50:06,860
müəyyən yerlərdə, doğrudan da, səhlənkarlığa yol vermişik –  və hərəkətə keçirəcək.

379
00:50:06,960 --> 00:50:18,030
Belə tədbirlərdə iştirak etməklə insanda bir həvəs, stimul yaranır.

380
00:50:18,100 --> 00:50:24,430
Mən çıxışımı yekunlaşdırmaq və sonda bir cümlə qeyd etmək istəyirəm: biz istəyirik ki,

381
00:50:24,800 --> 00:50:35,930
beynəlxalq elmi mühitdə dünyanı düçar olduğu zəlalət

382
00:50:37,730 --> 00:50:44,260
və cəhalətdən xilas edə biləcək bir toplum və ölkə ortaya çıxsın.

383
00:50:45,700 --> 00:50:55,430
Əziz gənclər! Bu mümkündür. Əgər siz ölkənizin

384
00:50:55,630 --> 00:51:01,760
elm, özünəinam, innovasiyalar, gərgin elmi işlər baxımından tərəqqisinə nail olsanız,

385
00:51:02,560 --> 00:51:10,660
cəhalət və zəlalət dolu bu yer üzündə

386
00:51:11,260 --> 00:51:19,530
bütün dünyanın qəbul etdiyi meyarları –

387
00:51:20,160 --> 00:51:26,760
yəni elmi-texnoloji tərəqqi, sərvət, maddiyyat

388
00:51:28,100 --> 00:51:35,500
və insanlıq meyarlarını, eyni zamanda mənəviyyat, şərəf,

389
00:51:36,860 --> 00:51:43,430
Allah-taalaya diqqət, iman və Allaha etimadı özündə yüksək səviyyədə əks etdirən bir ölkə ortaya çıxar.

390
00:51:43,930 --> 00:51:54,400
Əgər bu gerçəkləşsə, insanların qəlbinin və imanının cəlb edilməsində ən önəmli və effektiv bir amil olacaqdır.

391
00:51:54,800 --> 00:52:00,760
Bəşəriyyəti siz xilas edə bilərsiniz. Belə bir hərəkatın qarşısında bizim gedib ayrı-ayrı insanlarla üzbəüz oturub,

392
00:52:01,200 --> 00:52:07,000
dəlil-sübut gətirməklə onları imana, Allaha, İslama cəlb etməyimizin təsiri

393
00:52:07,000 --> 00:52:14,360
çox böyük bir ədədə nisbətdə yüzdə bir,

394
00:52:14,700 --> 00:52:22,430
mində bir, milyonda bir kimidir; okeanın qarşısında bir damcı kimidir;

395
00:52:23,030 --> 00:52:29,100
biz məhz bunun baş verməsini istəyirik. Yer üzündə yaşayan insanlar – bəşəriyyət –

396
00:52:29,400 --> 00:52:34,960
bu zəlalətdən, bu cəhalətdən qurtulmalıdır; bunu siz edə bilərsiniz.

397
00:52:35,260 --> 00:52:45,060
Bu gün dünyadakı Şeytan xislətli dövlətlər və aparatlar insanlığı

398
00:52:45,800 --> 00:52:53,630
bu cəhalət və zəlalət girdabında günbəgün daha çox batırır

399
00:52:54,330 --> 00:52:59,760
və onların bu şeytani hərəkatının əleyhinə çıxan hər bir işartıya qarşı mübarizə aparırlar.

400
00:52:59,860 --> 00:53:09,900
Amerikalı cənablar bizim rəsmilərlə bir araya gələndə

401
00:53:10,630 --> 00:53:15,460
məndən gileylənirlər ki, “nə üçün bizə qarşı bu qədər bədbindir?” Nə etməliyəm, nikbin olmalıyam?

402
00:53:16,630 --> 00:53:24,060
Sizi bu vəziyyətdə görə-görə sizə qarşı nikbin olmaq olar?  Elə bu son günlərdə o cənablardan biri

403
00:53:24,400 --> 00:53:31,300
bir televiziya proqramında – bizdə də yayımlanıb – İrana qarşı tətbiq olunan sanksiyalar barədə danışaraq

404
00:53:32,130 --> 00:53:37,960
elan edib ki, nə qədər ki İran İslam Respublikası

405
00:53:39,130 --> 00:53:45,800
regionda gedən müqavimətin tərəfdarıdır və bu hərəkatı dəstəkləyir, sanksiyalarla bağlı vəziyyətdə

406
00:53:45,960 --> 00:53:51,860
hər hansı bir müsbət dəyişikliyin baş verib-verməyəcəyi məlum deyil. Baxın! Bu, mənim dönə-dönə vurğuladığım həmin o məsələdir;

407
00:53:52,100 --> 00:53:57,760
xüsusi toplantılarda rəsmilərə də demişəm, burada keçirdiyimiz ümumi görüşlərdə camaatımıza da.

408
00:53:58,130 --> 00:54:03,830
Mən dönə-dönə deyirdim ki, elə bilirsiniz, siz nüvə məsələsində geri çəkilsəniz, Amerika ilə probleminiz qurtaracaq?

409
00:54:04,530 --> 00:54:09,600
Yox, raket məsələsini ortaya atacaqlar ki, “niyə raketiniz var?”

410
00:54:10,200 --> 00:54:16,900
Raket məsələsindən əlləri üzüləcək, müqavimət məsələsi çıxacaq ki, “nəyə görə Hizbullahı, Həması,

411
00:54:17,860 --> 00:54:24,300
Fələstini müdafiə edirsiniz?” Bu məsələni də həll etsəniz,

412
00:54:24,500 --> 00:54:27,860
ortaya bir başqa söhbət, misal üçün, insan haqları məsələsini atacaqlar.

413
00:54:28,230 --> 00:54:34,660
İnsan haqları məsələsini də həll edib bu məsələdə onların meyarları əsasında davranacağınızı söz versəniz belə,

414
00:54:34,860 --> 00:54:40,400
bu dəfə dinin dövlətə müdaxiləsini problem edəcəklər. Sizdən əl çəkməyəcəklər.

415
00:54:42,560 --> 00:54:50,930
Bu qədər əhalisi, resurs və imkanları olan, geniş əraziyə malik bir ölkədə –

416
00:54:51,260 --> 00:54:54,460
belə ki bunlar müstəsna xüsusiyyətlərdir – müstəqil bir idarəetmə sisteminin olmasını həzm edə bilmirlər.

417
00:54:55,100 --> 00:55:00,760
Sizə deyim ki, bizim ölkəmizin ərazi baxımından böyüklüyü, əhalisinin çoxluğu, insan qaynaqlarımız, yeraltı resurslarımız

418
00:55:01,300 --> 00:55:05,800
dünyada önəmli mövqeyə malikdir. Öyünmək istəmirəm, amma

419
00:55:06,160 --> 00:55:13,330
elə Avropa Birliyinin bu yaxınlarda dərc etdiyi bəyanatda – bizə də gəlib çatmışdı –

420
00:55:13,760 --> 00:55:19,360
İranla əlaqələrdən danışıldığı, ölkəmiz təhlil edildiyi zaman mənim ölkəmizin imkanları barədə sizə dediklərimin hamısı

421
00:55:19,930 --> 00:55:26,660
qeyd olunur, bildirilir ki, İran belə bir ölkədir,

422
00:55:26,960 --> 00:55:32,430
bu cür imkanları, belə bir satış bazarı var, bu cür insan resurslarına, istedadlara,

423
00:55:32,530 --> 00:55:38,530
yeraltı sərvətlərə, həddən artıq önəmli strateji-coğrafi mövqeyə malikdir.

424
00:55:39,160 --> 00:55:46,760
Bütün bunları deyən başqalarıdır, avropalılardır. Və əlbəttə ki, bu kimi xüsusiyyətlərə malik,

425
00:55:47,330 --> 00:55:51,900
bu dərəcədə əhəmiyyətli olan bir ölkənin onların hegemonluğuna qarşı çıxması onlara ağır gəlir.

426
00:55:52,400 --> 00:55:58,260
İslama, dinə, imana, dini prinsiplərə

427
00:55:58,730 --> 00:56:02,830
və təfəkkürə əsaslanan bir hakimiyyət quruluşunun, dövlətin formalaşması onlar üçün dözülməzdir.

428
00:56:02,960 --> 00:56:08,800
Elə buna görə də düşmənçilik edir, qarşı çıxır, mübarizə aparırlar. Gənclərimiz, gənc alimlərimiz bunu bilməlidir.

429
00:56:09,230 --> 00:56:16,000
Mən demirəm ki, siz elə həmişə “Filankəsə ölüm!”, “Yaşasın!”, “Məhv olsun!” və sair bu kimi şüarlar səsləndirəsiniz.

430
00:56:16,000 --> 00:56:22,560
Mən bunu demirəm; balalarımızdan, heç bir gəncimizdən mənim belə bir istəyim və gözləntim yoxdur – yeri gəlsə, ehtiyac olsa, niyə, əlbəttə ki, lazımdır –

431
00:56:23,060 --> 00:56:29,430
amma ölkədə və regionda gedən siyasi proseslərdən xəbərdar olmalı, vəziyyəti təhlil edə bilməlisiniz.

432
00:56:29,600 --> 00:56:35,700
Ona görə də Allah-taaladan istəyim budur ki, sizlərə müvəffəqiyyətlər nəsib etsin və sizi ölkəmiz üçün qorusun.

433
00:56:36,030 --> 00:56:41,300
Sizlər İran xalqının övladları, ciyərparasısınız.

434
00:56:41,300 --> 00:56:44,460
Allah-taala sizi bu xalq üçün qorusun

435
00:56:44,700 --> 00:56:49,900
və hamınızı Özünün məmnun olduğu səmtə istiqamətləndirsin, inşallah.

436
00:56:50,230 --> 00:56:53,200
Allahın salamı, mərhəməti və bərəkəti nəsibiniz olsun.