1
00:00:00,900 --> 00:00:03,170
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,320 --> 00:00:05,820
و الحمدلله ربّ العالمين

3
00:00:06,920 --> 00:00:11,120
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:20,100 --> 00:00:25,670
سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين

5
00:00:26,600 --> 00:00:31,970
Sizinlə olan görüşlər mənim üçün həmişə çox xoş və arzulanandır.

6
00:00:33,620 --> 00:00:44,000
Bu an sanki hər tərəfi bəsici əhval-ruhiyyəsinin rayihəsi bürüyüb. Çıxış edən əziz dostlarımızın

7
00:00:45,400 --> 00:01:00,500
hər biri ayrı-ayrılıqda çox xoş və əhəmiyyətli həqiqətlərə toxundular; onların çıxışlarından da faydalandıq, zövq aldıq.

8
00:01:02,700 --> 00:01:12,120
Mənim özümün də siz əzizlərimə – bəsici gənclərə, oğlan və qızlarımıza deyəcəyim sözlər çoxdur.

9
00:01:13,270 --> 00:01:21,100
Bu gün mən bəsicilərlə bağlı bir neçə məqama toxunacağam,

10
00:01:21,270 --> 00:01:31,070
amma əvvəlcə, hazırda yaşadığımız bu günlər, həqiqətən tarixi bir hadisə olan bu böyük və möhtəşəm yürüş barədə

11
00:01:33,550 --> 00:01:42,400
və möhtəşəm yürüş barədə bir cümlə demək istəyirəm.

12
00:01:43,400 --> 00:01:50,550
Adətən insan öncədən heç bir təbliğat aparılmadığı halda,

13
00:01:51,800 --> 00:02:05,250
qəflətən çox böyük bir olayın baş verdiyini gördükdə, möhtəşəm bir təzahür müşahidə etdikdə

14
00:02:05,800 --> 00:02:13,250
o yerdə Allah-taalanın görünməz əli olduğunu başqa hər bir yerdən daha aydın sezir. Belə hadisələrin bir nümunəsi də elə İslam İnqilabının özüdür.

15
00:02:13,870 --> 00:02:20,600
İnqilabdan əvvəlki mübarizələr öz yerində,

16
00:02:21,870 --> 00:02:27,570
amma inqilab bizim ölkəmiz kimi böyük bir ölkədə bir il, il yarım ərzində sürətlə genişləndi,

17
00:02:27,970 --> 00:02:32,000
xalqın çox genişmiqyaslı iştirakı müşahidə olundu.

18
00:02:33,450 --> 00:02:39,450
Uzaq qəsəbə və kəndlərdə yürüşlər edən insanlar

19
00:02:40,120 --> 00:02:44,950
eynilə Tehran küçələrində səsləndirilən şüarlarla çıxış edirdilər.

20
00:02:46,470 --> 00:02:55,070
Elə buna görə də o zaman İmam Xomeyni – eşitdiyimə görə – buyurmuşdu ki, bu inqilab qələbə çalacaq,

21
00:02:56,420 --> 00:03:01,100
çünki onda Allah-taalanın qüdrətli əlinin əlamətləri müşahidə olunur.

22
00:03:02,370 --> 00:03:07,420
Başqa bir vaxt isə o özü mənə belə demişdi:

23
00:03:07,800 --> 00:03:17,370
“İnqilabın baş verdiyi müddətdə mən bu möhtəşəm xalq hərəkatının arxasında həmişə qüdrətli bir əl olduğunu müşahidə edirdim”. Xalq hərəkatlarında həmişə belə olur.

24
00:03:19,120 --> 00:03:22,020
Casus yuvasının ələ keçirilməsi olayı da,

25
00:03:22,170 --> 00:03:28,420
ondan sonra bu ölkədə baş vermiş müxtəlif hadisələr də,

26
00:03:28,620 --> 00:03:31,920
bu yaxınlarda baş vermiş 9 dey hadisəsi də,

27
00:03:32,670 --> 00:03:40,670
ölkəmizdə keçirilən itikaflar da eynilə bu cürdür. Bunlar elə hadisələrdir ki, onlar üçün heç bir təbliğat aparılmır,

28
00:03:41,420 --> 00:03:43,670
xüsusi bir səy də göstərilmir.

29
00:03:44,370 --> 00:03:50,570
Özünüz baxın, bu gün dünyada 10 min, 50 min adamı bir yerə yığmaq üçün

30
00:03:50,620 --> 00:03:55,800
nə qədər təbliğat işləri görülür, heç axırda bir nəticəsi də olmur.

31
00:03:57,300 --> 00:04:03,400
Burda isə müxtəlif əngəllər olduğuna baxmayaraq, təkcə elə İrandan 2 milyon adam

32
00:04:04,100 --> 00:04:10,620
80 kilometrlik piyada yürüş üçün –

33
00:04:11,870 --> 00:04:19,070
oteldə yastığa söykənib kef etmək üçün yox, piyada yürüş etmək üçün –

34
00:04:20,120 --> 00:04:24,370
qalxıb Kərbəlaya gedir; İraqın özündən

35
00:04:26,570 --> 00:04:32,450
və başqa yerlərdən də bir o qədər; bu, ilahi bir hadisədir, ilahi bir təzahürdür;

36
00:04:37,100 --> 00:04:42,020
bu, onu göstərir ki, bu yol eşq yoludur;

37
00:04:42,850 --> 00:04:50,120
intəhası məcnunsayağı bir eşq deyil, mahiyyətində bəsirət, gözüaçıqlıq olan bir eşqdir;

38
00:04:51,920 --> 00:04:56,150
övliyaların Allaha olan eşqi kimi;

39
00:04:56,670 --> 00:05:06,320
اَللٰهُمَّ ارزُقني حُبَّکَ وَ حُبَّ مَن يُحِبُّکَ وَ حُبَّ کُلِّ عَمَلٍ يوصِلُني اِليٰ قُربِک

40
00:05:10,170 --> 00:05:18,670
Bu eşqin, bu sevginin gözü açıqdır. Bilir, dərk edir

41
00:05:19,370 --> 00:05:24,420
və bu cazibə onu cəlb edir, bu maqnit onu özünə tərəf çəkir.

42
00:05:27,500 --> 00:05:38,200
Odur ki bu iş böyük bir işdir, bu təzahür böyük bir təzahürdür. Əvvəla, mən gedib o yürüşlərdə iştirak etməyə müvəffəq olmuş insanları

43
00:05:40,570 --> 00:05:51,320
salamlayıram, Allahdan onların bu əməlini qəbul etməsini diləyirəm, bu işlərinə görə

44
00:05:52,170 --> 00:05:57,800
onlara qibtə etdiyimi bildirirəm; bizə nəsib olmayıb, onlar isə iştirak ediblər.

45
00:05:59,670 --> 00:06:05,770
İraq əhalisinə də qonaqpərvərliklərinə, ziyarətçilərə sevgi ilə yanaşdıqlarına,

46
00:06:06,950 --> 00:06:18,800
bir neçə gün ərzində bu qədər qonağa ev sahibliyi edə bildiklərinə görə təşəkkürümü bildirirəm. Bu, fövqəladə dərəcədə əhəmiyyətli bir hadisədir.

47
00:06:19,300 --> 00:06:27,200
Yaxşı, bəs bundan nə nəticə çıxarmaq lazımdır? Qeyd etmək istəyirəm ki,

48
00:06:27,700 --> 00:06:33,120
Allah-taalanın qüdrət əlinin açıq-aydın müşahidə olunduğu

49
00:06:34,170 --> 00:06:38,250
bu kimi bərəkətli hadisələr baş verdiyi zaman şükür etmək lazımdır.

50
00:06:39,550 --> 00:06:46,450
Şükür etsək, qalıcı olacaq, şükür etməsək, əlimizdən alınacaq.

51
00:06:48,670 --> 00:06:54,320
Əgər İran xalqı İslam İnqilabına görə şükür etməsəydi, bu inqilab yox olub aradan gedərdi.

52
00:06:54,920 --> 00:07:01,600
Belə ki dünyanın bəzi digər yerlərində inqilablar baş verdiyinə baxmayaraq, insanlar şükür etmək lazım olduğunu bilmədiklərinə görə

53
00:07:02,200 --> 00:07:08,720
o inqilablar əldən gedib. Təkcə inqilabı əldən verməyiblər,

54
00:07:09,220 --> 00:07:15,450
üstəlik 20 il, 30 il də geri düşüblər. İran xalqı isə şükür etdi.

55
00:07:15,720 --> 00:07:21,220
Şükür etmək təkcə bu deyil ki, insan: “Allah, sənə şükür!” – deyə və ya şükür səcdəsi edə.

56
00:07:22,220 --> 00:07:28,950
Şükür etmək həm də odur ki, insan həmin nemətin tələb etdiyi şərtlərə əməl edə. İran xalqı bunu etdi.

57
00:07:29,770 --> 00:07:38,570
Lazım olan hər bir meydanda iştirak etdi, fədakarlıq tələb olunduğu yerdə fədakarlıq göstərdi, canından, malından, əzizlərindən, övladından,

58
00:07:38,950 --> 00:07:43,070
nüfuz və qürurundan – hər şeyindən keçdi.

59
00:07:43,920 --> 00:07:50,720
Deməzdim ki, ayrı-ayrılıqda İran xalqının hər bir üzvü belə idi, amma nəhəng bir kütlə,

60
00:07:51,200 --> 00:07:58,500
böyük əksəriyyət məhz bu cür davrandı, Allah-taala da onlara qarşılıq verdi,

61
00:07:58,650 --> 00:08:07,020
inqilabı onlar üçün qoruyub saxladı. Bu gün İslam İnqilabı qələbə qazandığı ilk gündə olduğundan daha güclü, daha qüdrətlidir,

62
00:08:07,550 --> 00:08:11,920
gələcək üçün daha yaxşı planlar qurmağa qadirdir.

63
00:08:13,170 --> 00:08:17,050
Həmin yürüşə görə şükür edin.

64
00:08:18,120 --> 00:08:25,720
Onun şükrünü etməyin yollarından biri də budur ki,

65
00:08:26,300 --> 00:08:30,200
yürüşə qatıldığınız o bir neçə gündə

66
00:08:30,670 --> 00:08:36,320
orada müşahidə etdiyiniz, yaşadığınız o mənəvi halları özünüzdə qoruyub saxlayasınız;

67
00:08:37,370 --> 00:08:45,070
o qardaşlığı, o mehribanlığı, Əhli-Beyt (ə) imamlarına olan o diqqəti,

68
00:08:46,400 --> 00:08:53,020
bədənin ağır bir zəhmət üçün o cür hazırlaşmasını,

69
00:08:55,950 --> 00:09:07,420
insanın zəhmət çəkməyi, qan-tər içində yürüməyi rahatlıq və tənbəllikdən üstün tutmasını.

70
00:09:08,020 --> 00:09:12,820
Həyatdakı bütün işlərdə bu əhval-ruhiyyəni davam etdirmək lazımdır; bax bu, olur şükür.

71
00:09:13,150 --> 00:09:18,670
Şükür etməyin formalarından biri də

72
00:09:19,070 --> 00:09:24,850
bu işi onun vurğunu olan insanlar üçün asanlaşdırmaqdır.

73
00:09:25,200 --> 00:09:30,070
Bu isə müxtəlif sferaların rəsmilərinin öhdəsinə düşən bir məsuliyyətdir.

74
00:09:30,870 --> 00:09:37,150
Bəzən müəyyən xoşagəlməz hadisələr baş verir, onların yenidən təkrarlanmasına imkan verməsinlər, nəzarət etsinlər. Bu da şükürə aiddir.

75
00:09:37,500 --> 00:09:41,170
Hər halda, bu, böyük bir nemətdir, gəlin onun qədrini bilək.

76
00:09:43,070 --> 00:09:51,500
İnşallah, bu nemət qalıcı olacaq və İran, eləcə də İraq xalqları üçün

77
00:09:51,820 --> 00:09:56,670
qürur və iftixar mənbəyinə çevriləcək.

78
00:09:56,850 --> 00:10:07,120
Doğrudur, güclü bir projektor kimi ətrafa nur səpələyən bu təzahürü bu gün dünyada gizlətməyə çalışırlar, amma heç bir şey edə bilməyəcəklər;

79
00:10:07,620 --> 00:10:12,850
o görünəcək. Onu göstərməməyə, gizlətməyə, təhrif etməyə çalışırlar,

80
00:10:13,050 --> 00:10:19,920
amma səyləri heç bir nəticə verməyəcək. Siz bu hərəkatı davam etdirsəniz, həqiqət istər-istəməz aşkara çıxacaq.

81
00:10:20,700 --> 00:10:25,850
Bu gün mənim toxunmaq istədiyim əsas mövzulardan biri də bəsiclə bağlıdır.

82
00:10:27,170 --> 00:10:35,720
Bəsic inqilab dövrünün heyrətamiz təzahürlərindən biridir;

83
00:10:36,500 --> 00:10:45,700
belə bir addım atmaq dahi liderimiz İmam Xomeyniyə (r.ə) Allah-taala tərəfindən ilham olunmuşdu.

84
00:10:45,950 --> 00:10:55,700
Onun elan etdiyi 20 milyonluq səfərbərlik və Bəsic Komitəsinin təsis edilməsi çox böyük bir iş idi.

85
00:10:55,920 --> 00:11:08,200
Bu, əslində nə demək idi? Bu o demək idi ki, Allah-taala dahi İmam Xomeyniyə

86
00:11:08,370 --> 00:11:20,720
İslam İnqilabının müqəddəratını gənclərə həvalə etməyi öyrətmiş, ilham etmişdi. Özü də təkcə o dövrün gənclərinə yox.

87
00:11:22,820 --> 00:11:31,750
Gənclər meydana atılandan sonra onlara tapşırılmış bu əmanəti,

88
00:11:32,050 --> 00:11:36,000
onlara göstərilmiş bu etimadı vaxt keçdikcə əldən-ələ

89
00:11:36,970 --> 00:11:44,470
bir-birinə ötürəcəkdilər. Və bu, baş verib də.

90
00:11:44,670 --> 00:11:53,700
Bax bu gün bura toplaşanların, demək olar, 90 faizi nə İmam Xomeyninin dövrünü, nə də onun özünü görüb,

91
00:11:54,750 --> 00:12:03,220
əksəriyyətiniz müharibəni görməmisiniz, amma ruhiyyə həmin ruhiyyədir.

92
00:12:04,800 --> 00:12:14,800
Mən bunu bayaq əziz gənclərimizin etdiyi çıxışlardan ilhamlanaraq demirəm; yox, xəbərim var,

93
00:12:15,150 --> 00:12:22,000
gənclərlə əlaqədəyəm, ona görə deyirəm. Bugünkü gəncliyimizin ruhiyyəsi

94
00:12:22,350 --> 00:12:31,150
eynilə o dövrün gəncliyində olduğu kimidir. Bircə fərqlə ki, o vaxt onlar inqilabın qızğın meydanlarının ortasında idilər,

95
00:12:31,820 --> 00:12:35,800
bu gün isə vəziyyət o cür deyil; amma eyni zamanda həmin əhval-ruhiyyə var.

96
00:12:37,350 --> 00:12:47,920
Digər bir fərq isə odur ki, bugünkü gənclərdə olan gözüaçıqlıq, məlumatlılıq və təcrübə o zaman yox idi;

97
00:12:48,600 --> 00:12:57,550
demək istədiyim odur ki, biz inkişaf etmişik. İmam Xomeyni İslam İnqilabının müqəddəratını siz gənclərə tapşırdı;

98
00:12:59,520 --> 00:13:09,650
hər bir gənc nəsil gənclik dövründən orta yaşlarına qədəm qoyanda əslində

99
00:13:10,300 --> 00:13:17,320
bu əmanəti özündən sonra gələn gənc nəsilə ötürür və bu silsilə heç vaxt başa çatmayacaq.

100
00:13:18,900 --> 00:13:24,920
Əlbəttə, biz İmam Xomeyninin inqilabı qorumağı, onun keşiyində durmağı gənclərə tapşırdığını deyiriksə,

101
00:13:25,020 --> 00:13:30,950
bu o demək deyil ki, gənclərdən savayı heç kəs bu iş üçün məsuliyyət daşımır. Bu, hamının vəzifəsidir.

102
00:13:32,200 --> 00:13:38,250
80 yaşlı, bəlkə, bundan da ahıl insanlardan tutmuş

103
00:13:39,500 --> 00:13:49,500
yeniyetmələrə, alimindən tutmuş sıravi vətəndaşına qədər, kişili-qadınlı

104
00:13:50,000 --> 00:13:57,150
bu ölkənin və xalqın hər bir nümayəndəsi öz inqilabını qorumaqda məsuliyyət daşıyır;

105
00:13:57,370 --> 00:14:04,270
bu, bizim hamımızın vəzifəsidir; amma gənclər avanqarddır, hərəkətverici qüvvədir.

106
00:14:05,200 --> 00:14:14,170
Əgər gənc nəsil olmasaydı, istəməsəydi və addım atmasaydı,

107
00:14:14,270 --> 00:14:20,520
bu hərəkat yarımçıq qalardı. Yaşlıların düşüncəsi, müdrikliyi və təcrübəsi

108
00:14:20,970 --> 00:14:29,770
o vaxt işə yarayır ki, meydanda gənclərin gəncliyə xas dinamikliyi, hərəkətliliyi də olsun.

109
00:14:30,500 --> 00:14:33,920
Bu hərəkatın avanqardları gənclərdir.

110
00:14:34,370 --> 00:14:42,220
Odur ki İmam Xomeyni bu gün onu canlı olaraq görməmiş siz gənclərə də müraciət edib, sizinlə də danışıb,

111
00:14:44,620 --> 00:14:53,920
sizinlə də həmsöhbətdir. Onun söhbətlərinə, çıxışlarına müraciət edin. Bu, bir məqam.

112
00:14:54,620 --> 00:15:02,300
Digər bir məqam isə odur ki, ölkəmizdəki bu bəsic hərəkatı, heç şübhəsiz, qalib olacaq.

113
00:15:05,600 --> 00:15:10,450
Bu qalibiyyətin əsas şərti isə aşağıdakından ibarətdir: biz hamımız –

114
00:15:12,420 --> 00:15:18,450
qocalı-cavanlı – təqvalı olub

115
00:15:19,370 --> 00:15:26,600
yaxşı işlər görməyi özümüzə vəzifə bilməliyik.

116
00:15:28,250 --> 00:15:35,170
Şəxsi təqva, ictimai təqva, insanın aid olduğu kollektiv daxilində təqva – bunların hamısının öz mənası var.

117
00:15:35,720 --> 00:15:45,050
Mən bunların hər biri, eyni zamanda kollektiv daxilində təqva haqqında da danışmışam, demişəm və artıq təkrara yol vermək istəmirəm. Təqva lazımdır;

118
00:15:47,400 --> 00:15:55,200
özünüzə qarşı tələbkar və ehtiyatlı olun; həm şəxsi miqyasda, həm də kollektiv miqyasında.

119
00:15:55,320 --> 00:15:58,470
Əgər belə olsa, Allah-taala buyurur ki:

120
00:15:58,900 --> 00:16:03,420
“Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”.

121
00:16:04,250 --> 00:16:14,170
Kimlər təqvanı özlərinə peşə edibsə və yaxşı işlər görürsə, Allah onlarladır.

122
00:16:14,750 --> 00:16:24,450
Allah-taalanın bir qrup insanla birlikdə olması isə çox önəmli bir məsələdir.

123
00:16:24,900 --> 00:16:31,500
Baxın, sizə Qurandan və Quran tarixindən bir misal çəkim:

124
00:16:33,150 --> 00:16:39,270
Allah-taala Fironun yanına getmək missiyasını Musa və Haruna həvalə edir.

125
00:16:40,200 --> 00:16:51,170
İki nəfərin təkbaşına o dövrün nəhəng bir gücü ilə qarşılaşmaya getməsi çox böyük bir iş idi;

126
00:16:51,520 --> 00:16:56,820
Firon çox nəhəng güc və hakimiyyətə sahib idi –

127
00:16:57,950 --> 00:17:04,800
siyasi cəhətdən, ictimai cəhətdən, hətta xalqa təsiri,

128
00:17:06,150 --> 00:17:16,220
idarəçilik qurumları baxımından; Fironun güc və hakimiyyətindən çox danışmaq olar – Firon çox qəribə, inanılmaz bir hökmdar idi,

129
00:17:17,070 --> 00:17:24,300
ürəyi istədiyini edən bir diktator idi, o qədər güc və imkanlara sahib idi.

130
00:17:24,420 --> 00:17:30,170
Və Allah-taala Firon kimi bir hökmdarın qarşısına çıxmaq, onunla mübarizə aparmaq işini iki nəfərə tapşırır.

131
00:17:30,470 --> 00:17:35,320
Həzrət Musa deyir ki, Pərvərdigara, ola bilsin,

132
00:17:36,250 --> 00:17:45,120
biz gedək, misal üçün, bizi öldürə, işimiz yarımçıq qala (ölməkdən qorxmurdular, deyirdilər, birdən işimiz yarımçıq qalar),

133
00:17:45,570 --> 00:17:50,270
Allah-taala isə buyurur: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!” (“Taha” surəsi, 46-cı ayə)

134
00:17:50,450 --> 00:17:54,620
Baxın, Allahın müşayiəti, Onun insanla birlikdə olmağı budur:

135
00:17:55,870 --> 00:17:59,020
– “Sizinləyəm, eşidirəm və görürəm”.

136
00:17:59,520 --> 00:18:04,820
Allah-taala: “Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”, – deyə buyurursa,

137
00:18:05,070 --> 00:18:09,150
(bax mən də deyirəm ki, əgər biz təqvalı olsaq, Allah bizimlə olacaq)

138
00:18:09,970 --> 00:18:19,120
bu müşayiət, bu birlikdəlik o deməkdir ki,

139
00:18:20,070 --> 00:18:25,500
iki nəfər əliyalın adamı Fironla döyüşə də göndərmək olar.

140
00:18:27,250 --> 00:18:36,050
Başqa bir yerdə yenə də Həzrət Musa – əlbəttə, bu haqda Quranda dönə-dönə danışılır, indi mən birini qeyd edirəm –

141
00:18:37,070 --> 00:18:44,520
iş gəlib açıq-aşkar qarşıdurmaya, üzbəüz savaşa çatanda

142
00:18:45,200 --> 00:18:51,970
Bəni-İsraili toplayır

143
00:18:52,220 --> 00:18:56,420
və Fironun əlindən qaçıb qurtulmaq üçün

144
00:18:56,770 --> 00:19:00,470
sübh çağı (yaxud gecəyarı) yola düşür.

145
00:19:01,420 --> 00:19:04,600
Səhər olub günəş bir qədər qalxandan sonra

146
00:19:05,750 --> 00:19:10,300
casuslar Firona xəbər verirlər ki, Bəni-İsrail hamılıqla şəhəri boşaldaraq çıxıb gedib.

147
00:19:10,970 --> 00:19:16,800
Firon onların gedib başqa bir yerdə mərkəz yaradaraq onun əleyhinə iş aparacağından narahat olur.

148
00:19:16,950 --> 00:19:24,550
Qoşunu toplayıb onların arxasınca yola düşür. İndi bilmirəm, aralarında nə qədər məsafə olur;

149
00:19:25,020 --> 00:19:30,920
bir gün, iki gün, bəlkə bundan az və ya çox;

150
00:19:31,500 --> 00:19:39,620
nə isə, qoşun Həzrət Musa və tərəfdarlarının arxasınca yola düşür. Onlar heç bir tədarükləri olmadan piyada gedirlər – bir ovuc adam; kişi, qadın, uşaq –

151
00:19:39,870 --> 00:19:49,370
bunlar isə atla, lazım olan hər cür ehtiyat və tədarüklə; təbii ki, onlara daha tez çatacaqdılar; və çatırlar da.

152
00:19:50,620 --> 00:19:57,770
Musanın tərəfdarları uzaqdan Firon ordusunun gəldiyini görüb təşvişə düşür.

153
00:19:58,970 --> 00:20:03,550
Quranda – “Şuəra” surəsində buyurur: فَلَمّا تَرٰٓءَا الجَمعان

154
00:20:04,670 --> 00:20:07,620
فَلَمّا تَرٰٓءَا الجَمعان

155
00:20:08,220 --> 00:20:15,850
– iki dəstə, yəni Musanın öndə gedən dəstəsi və Fironun onların arxasınca gələn qoşunu

156
00:20:16,000 --> 00:20:21,050
bir-birini uzaqdan görəndə, bir-birini görə biləcək qədər yaxınlaşanda

157
00:20:21,670 --> 00:20:24,220
Musa ilə gələn Bəni-İsrail deyir:

158
00:20:24,620 --> 00:20:28,770
– “(İşimiz bitdi!) Artıq yaxalandıq” (“Şuəra” surəsi, 61-ci ayə)

159
00:20:29,270 --> 00:20:36,950
Musa ilə birlikdə olan Bəni-İsraili qorxu bürüyür, “Ey Musa! Artıq yaxalandıq” – deyirlər.

160
00:20:36,950 --> 00:20:43,020
“مُدرَکون” – yəni indi gəlib bizə çatacaq, hamımızı tutub qətlə yetirəcəklər.

161
00:20:43,620 --> 00:20:53,220
Musa nə cavab verir? Həzrət Musa cavabında deyir: – “Xeyr!” Əsla belə bir şey baş verməyəcək. Nəyə görə?

162
00:20:53,550 --> 00:20:55,520
– “Rəbbim mənimlədir”.

163
00:20:56,720 --> 00:21:02,570
Allahın insanla birlikdə olmağı budur. Musa deyir ki, Allah mənimlədir, Rəbbim mənimlə birlikdədir;

164
00:21:04,250 --> 00:21:08,020
“Xeyr! Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 62-ci ayə)

165
00:21:09,220 --> 00:21:13,370
Baxın, Allahın bəndə ilə birlikdə olmağı bu qədər əhəmiyyətlidir.

166
00:21:13,750 --> 00:21:18,870
– “Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir” deyilirsə,

167
00:21:19,300 --> 00:21:27,170
bu birliyin qədrini bilmək lazımdır. Əgər mən və siz Allah-taalanın bu müşayiətini, bu birliyini qoruyub saxlaya bilsək,

168
00:21:27,350 --> 00:21:37,550
Amerika nədir, lap dünyada kimlərsə Amerikadan da on qat güclü olsa,

169
00:21:37,850 --> 00:21:42,450
Allah-taalanın birlikdə olduğu bu qüvvə hamısına qalib gələcək.

170
00:22:04,670 --> 00:22:09,900
Mən bəsiclə bağlı bir neçə əsas məsələni başlıq kimi qeyd etmək istəyirəm.

171
00:22:11,120 --> 00:22:18,370
Sizlər bəsicin müxtəlif sferalarında çalışırsınız;

172
00:22:18,750 --> 00:22:26,520
mənim qeyd edəcəyim bu başlıqların hər birini həm şərh etmək, açıqlamaq lazımdır

173
00:22:26,850 --> 00:22:31,370
(amma bu gün buna nə vaxtımız var, nə də indi bunun yeridir),

174
00:22:32,220 --> 00:22:39,850
həm də həmin istiqamətlərdə fəaliyyət proqramları qurulmalı, iş metodları seçilməlidir. Mən yalnız başlıqları deyəcəyəm, qalanı sizin öhdənizə düşür.

175
00:22:42,320 --> 00:22:47,450
Biri budur ki, bəsic sırf emosional bir hərəkat deyil,

176
00:22:48,550 --> 00:22:56,520
bəsic biliyə, dərkə, gözüaçıqlığa əsaslanır.

177
00:22:57,920 --> 00:23:03,470
Bəsic, doğrudan da, belədir və məhz bu istiqamətdə irəli getməlidir.

178
00:23:04,420 --> 00:23:13,700
Əgər sırf hislər, emosialar olsaydı, hislər cüzi bir təsirlə dəyişir.

179
00:23:14,350 --> 00:23:24,150
İnqilabın əvvəlində bir qrup adam var idi ki, inqilabı böyük coşğu və həvəslə dəstəkləyənlərdən idilər, amma bunu emosialarının təsiri altında edirdilər,

180
00:23:25,050 --> 00:23:35,050
dini dərindən dərk etdikləri üçün etmirdilər. Universitetlərdə və oradan kənarda olan bu cür insanlardan bəziləri ilə

181
00:23:35,550 --> 00:23:42,150
mənim münasibətim var idi, tanıyırdım; dində dayaz idilər.

182
00:23:42,550 --> 00:23:51,070
Axırı da bu oldu ki, inqilaba uzaq olan bəzi insanlarla oturub-durmaqla bunlar da inqilabdan uzaqlaşmağa başladılar;

183
00:23:51,220 --> 00:23:59,000
uzaqlaşmaq belə olur: əvvəlcə aradakı məsafə az olur, amma insan irəli getdikcə

184
00:23:59,170 --> 00:24:07,350
məsafə artır. Sonda inqilaba əks mövqe tutdular.

185
00:24:08,850 --> 00:24:17,520
Bəsicə qoşulmaq isə bəsirətlə, gözüaçıqlıqla atılan bir addımdır. 1388-ci ildə mən

186
00:24:17,870 --> 00:24:24,070
bəsirət məsələsini dönə-dönə vurğulayırdım, bəziləri narahat olmuşdular, əsəbiləşmişdilər, məqalələr yazıb istehza edirdilər ki,

187
00:24:24,550 --> 00:24:34,770
“nəyə görə “bəsirət” deyirsiniz?” Bax buna görə deyirdim. Bəsirət çox önəmlidir. Bilmək, dərk etmək çox əhəmiyyətlidir.

188
00:24:35,220 --> 00:24:47,470
İkincisi, bəsic heç bir cinahdan deyil; ölkədə mövcud olan iki, üç, yaxud dörd siyasi cinahdan hansınasa aid deyil.

189
00:24:47,970 --> 00:24:55,970
Bəsic İslam İnqilabının ordusudur, inqilaba aiddir.

190
00:24:57,550 --> 00:25:05,500
Hansısa ikitirəlik mövcud olsa belə, bu, inqilabla əks-inqilab arasındakı ikitirəlikdir.

191
00:25:06,220 --> 00:25:13,670
(hətta inqilabçı olmayan bir insanı belə çəkib gətirmək, cəlb etmək olar;

192
00:25:15,000 --> 00:25:23,670
mən əksəriyyəti cəlb etmək lazım olduğuna inanıram; əlbəttə ki, bunun da öz yolları var, daha “əksəriyyəti cəlb edək” deyə hər işə əl atmaq olmaz).

193
00:25:24,450 --> 00:25:30,770
İnqilabı qəbul edən

194
00:25:31,400 --> 00:25:38,670
istənilən cinah, istənilən şəxs, istənilən adam

195
00:25:38,670 --> 00:25:45,570
inqilaba xidmət edir, inqilabın arxasınca gedir, bəsic də onun tərəfdarıdır.

196
00:25:46,670 --> 00:25:51,750
Yəni bəsici ölkədəki bu, digər,

197
00:25:52,020 --> 00:25:56,400
üçüncü və ya dördüncü bir cinahın tərkib hissəsi bilməməliyik. Yox,

198
00:25:56,620 --> 00:26:07,970
bəsic özü bir hərəkatdır, İslam İnqilabının hədəflərinə doğru axan böyük bir çaydır.

199
00:26:09,150 --> 00:26:16,870
Digər bir məqam; bəsicdə birgə, müştərək fəaliyyət olmalıdır;

200
00:26:17,720 --> 00:26:25,670
yəni bəsicdə xalqın müxtəlif təbəqələrindən olan insanlar iştirak etməlidir; bax xalqın, müxtəlif təbəqələrin səfərbərliyi budur.

201
00:26:26,350 --> 00:26:31,070
Şagird, tələbə, fəhlə, universitet müəllimi,

202
00:26:32,100 --> 00:26:41,750
ticarətçi, hüquqşünas və sair, və sair – hamısı olmalıdır. Bu, bəsicin üfüqi surətdə genişliyi, çoxluğudur.

203
00:26:42,550 --> 00:26:48,770
Əlbəttə, bu müştərək fəaliyyətin şərti odur ki, bütün bu təbəqələr bir-birinə uyğunlaşsın, həmrəy olsun.

204
00:26:49,020 --> 00:26:53,170
Mənim tövsiyə etdiyim – elə burda da deyirəm, çünki rəsmilər də iştirak edir –

205
00:26:54,650 --> 00:27:00,350
həyata keçirilməsi zəruri olan işlərdən biri də budur ki,

206
00:27:00,570 --> 00:27:07,520
bəsicin bu üfüqi istiqamətdə geniş arealına daxil olan təbəqələr arasında

207
00:27:07,550 --> 00:27:17,850
əməkdaşlığın təmin olunması üçün qəti bir mexanizm yaradılsın. Deməli, bəsicin bir üfüqi xətti var –

208
00:27:18,120 --> 00:27:26,170
bu, bir – digər tərəfdən isə bəsicin dərindən düşünən, yeni ideyalar ortaya qoyan insanlara,

209
00:27:27,570 --> 00:27:34,970
ümumilikdə istiqamətləndirilməyə ehtiyacı var. Bu istiqamətləndirmə – daha sonra bu barədə daha ətraflı danışacağam – bəsicin şaquli xəttidir.

210
00:27:36,170 --> 00:27:45,320
Bu şaquli xəttin rolunun nədən ibarət olduğunu bir azdan deyəcəyəm. Bəsicin həm üfüqi, həm də şaquli xətti var.

211
00:27:47,650 --> 00:27:53,570
Bəsic nə adət etdiyimiz,

212
00:27:53,720 --> 00:28:00,000
yalnız şaquli xətti olan hərbi, yaxud administrativ strukturlar kimi,

213
00:28:00,450 --> 00:28:06,470
nə də yalnız üfüqi xətti olan qeyri-hökumət təşkilatları kimi deyil.

214
00:28:08,170 --> 00:28:16,470
Bəsicin həm üfüqi xətti var, həm də şaquli. Bunların hər biri öz növbəsində bəsicin formalaşması üçün lazımlıdır.

215
00:28:19,570 --> 00:28:27,120
Növbəti bir məqam odur ki, bəsic dinə əsaslanan xalq hakimiyyətinin gerçəkləşməsidir.

216
00:28:28,100 --> 00:28:32,470
Biz dinə, yaxud İslama əsaslanan xalq hakimiyyəti deyəndə

217
00:28:33,070 --> 00:28:38,920
bəziləri elə bilir ki, xalq hakimiyyəti elə seçki məntəqələrinə gedib səs verməkdir.

218
00:28:39,400 --> 00:28:44,570
Halbuki bu, dinə əsaslanan xalq hakimiyyətinin təzahürlərindən yalnız biridir.

219
00:28:45,100 --> 00:28:53,770
Xalq hakimiyyəti o deməkdir ki, dinə, İslama əsasən, cəmiyyətin yaşayışının söz sahibi elə xalqın özüdür;

220
00:28:54,020 --> 00:29:00,350
xalq hakimiyyəti budur; İslama əsaslanan xalq hakimiyyətinin mənası budur.

221
00:29:02,350 --> 00:29:08,770
Bəsic dinə, İslama əsaslanan xalq hakimiyyətinin bütün sferalarda təzahürüdür.

222
00:29:09,670 --> 00:29:19,300
İqtisadiyyat sferasına daxil olsa, iqtisadiyyat xalqın iradəsi ilə idarə olunar.

223
00:29:19,520 --> 00:29:24,020
Bayaq burda yoldaşlar da qeyd etdilər; tamamilə doğrudur.

224
00:29:24,470 --> 00:29:35,620
Bizim önə çəkdiyimiz o müqavimət iqtisadiyyatı bəsicin gücündən istifadə edə bilsə,

225
00:29:35,770 --> 00:29:44,570
xalqın hakimiyyəti ilə idarə olunan bir müqavimət iqtisadiyyatı olar. Elm də, cürbəcür sosial nailiyyətlər də,

226
00:29:44,700 --> 00:29:49,520
siyasət də bu cürdür. Dinə əsaslanan xalq hakimiyyətinin təcəssümü bəsicdir.

227
00:29:51,870 --> 00:29:59,370
Dedik ki, düşünən, yeni ideyalar ortaya qoyan beyinlər lazımdır.

228
00:30:00,250 --> 00:30:06,400
Mən təkid edirəm ki, avropalıların işlətdiyi o “intellektual klublar” ifadəsindən istifadə olunmasın.

229
00:30:07,020 --> 00:30:15,600
“İntellektual klub” avropalılara xas olan bir ifadə formasıdır; bizimkilər də götürüb

230
00:30:15,800 --> 00:30:22,750
onların söz və ifadələrini dilimizə hərfi tərcümə edirlər, sonra da hər kəlməbaşı öyünə - öyünə işlədirlər. Bizim öz dilimiz var,

231
00:30:24,220 --> 00:30:31,350
gəlin yeni sözlər yaradaq; “düşünən beyinlər” ifadəsi “intellektual klub” ifadəsindən də qulağayatandır.

232
00:30:32,200 --> 00:30:39,000
Bizə düşünən beyinlər lazımdır. Harada? İki yerdə:

233
00:30:39,250 --> 00:30:50,920
birincisi, başda, ən üstdə, ikincisi, müxtəlif sferalarda. Bəsicin çoxlu sayda müxtəlif sferaları var.

234
00:30:51,270 --> 00:31:01,150
Bayaq o uşaqlar deyirdilər ki, “biz şövqlə alışıb-yanırıq, bizi göndərin, nə üçün göndərmirsiniz?”

235
00:31:01,150 --> 00:31:08,550
Bax o, sərt müharibədir. İstər sərt, istərsə də yumşaq müharibədə düşünən beyinlər lazımdır.

236
00:31:08,670 --> 00:31:16,120
Sərt müharibədə düşünən beyinlər bunun üçündür ki, meydanda görülən işləri idarə etsin, kimin, nə vaxt,

237
00:31:17,500 --> 00:31:26,620
hansı şəkildə irəli getməli olduğunu müəyyənləşdirsin. Yumşaq müharibəyə gəlincə isə bu, çox geniş bir arenadır

238
00:31:26,900 --> 00:31:32,500
və virtual məkanın genişlənməsi ilə günbəgün daha da genişlənir.

239
00:31:32,850 --> 00:31:39,470
Özü də yumşaq müharibə sərt müharibədən qat-qat daha təhlükəlidir; yəni sərt müharibələrdə

240
00:31:39,600 --> 00:31:43,700
fiziki bədənlər məhv edilir, ruhlar isə göyə pərvazlanaraq Behiştə yollanır;

241
00:31:44,070 --> 00:31:51,750
yumşaq müharibədə isə, əgər Allah eləməsin, düşmən qələbə çalsa, fiziki bədənlər qol-qanad açıb sağlam qalır,

242
00:31:51,950 --> 00:31:59,550
ruhlar isə Cəhənnəmin dibinə gedir. Fərq budur; odur ki yumşaq müharibə daha təhlükəlidir.

243
00:32:03,550 --> 00:32:11,750
Yenə də hər ikisində düşünən beyinlərə ehtiyac var. Eynilə quruculuqda; axı bəsic müəyyən yerlərdə quruculuqla məşğuldur.

244
00:32:12,350 --> 00:32:20,570
Eynilə regional missiyaların bölüşdürülməsində; buna ərazi planlaşdırılması da deyirlər;

245
00:32:21,700 --> 00:32:27,420
ola bilsin, bəsic ölkənin hansısa regionunda elə bir iş həyata keçirir ki,

246
00:32:27,620 --> 00:32:31,320
başqa bir regionda o işi ya görə bilmir, ya da görməsinə ehtiyac yoxdur.

247
00:32:31,850 --> 00:32:37,500
Bütün bu işlər ağıllı, tədbirli bir şəkildə həyata keçirilməlidir ki, bunun üçün də düşünən beyinlər lazımdır.

248
00:32:37,750 --> 00:32:46,120
Bütün digər müxtəlif sferaların da hər birində düşünən beyinlərə ehtiyac var.

249
00:32:46,850 --> 00:32:54,550
Bundan başqa, bəsicin ən yuxarı dairələrində də

250
00:32:55,320 --> 00:33:02,170
oturub bütövlükdə bəsic kollektivi, ölkənin bütün bəsiciləri üçün bir fəaliyyət istiqaməti,

251
00:33:03,100 --> 00:33:11,870
başlıca fəaliyyət kursu müəyyən edəcək düşünən beyinlər lazımdır; mən burada da “strategiya” sözündən istifadə etmək istəmirəm;

252
00:33:12,270 --> 00:33:24,220
fəaliyyət istiqaməti, əsas kurs. Bizə belə insanlar lazımdır ki, oturub bu şeyləri düşünsünlər

253
00:33:25,570 --> 00:33:31,720
və işləri də yalnız bundan ibarət olsun. Ən mühüm işlərdən biri budur.

254
00:33:32,570 --> 00:33:37,770
Eynilə bütün dünyada mövcud olan, özləri demişkən,

255
00:33:38,150 --> 00:33:45,650
“hərbi strategiyaçılar” kimi; bu adamlar oturub düşünür, döyüş tapşırığını, hansı hərbi əməliyyatların həyata keçiriləcəyini müəyyən edir.

256
00:33:46,920 --> 00:33:50,450
Bu lazımdır, bu işlər görülməlidir.

257
00:33:53,020 --> 00:34:02,570
Bu işləri həyata keçirsək, ondan sonra siz böyük bəsic arenasının hansı nöqtəsində

258
00:34:03,170 --> 00:34:08,320
yer alıb çalışdığınızdan asılı olmayaraq –

259
00:34:08,320 --> 00:34:14,150
istər “Salehlər” olsun, istər “Nur yolçuları” olsun, orta məktəblər olsun,

260
00:34:14,320 --> 00:34:22,920
universitetlər olsun, zavodda işləyən fəhlə olsun, məsciddə ruhani olsun –

261
00:34:23,350 --> 00:34:32,050
işlə məşğul olduğunuzu, hərəkət edən, irəli gedən, ağıllı və məqsədyönlü bir kollektivin üzvü olduğunuzu bildiyiniz istənilən yerdə sizdə bu hiss yaranacaq.

262
00:34:33,150 --> 00:34:41,250
“Üzv” deyərkən mən bədən üzvləri ilə bənzətmə aparmaq istəmirəm, çünki, doğrudur, bədən üzvləri hərəkət edir,

263
00:34:41,250 --> 00:34:47,870
amma hamısı beyinin əsiridir; onlara “Gör!”, “Eşit!”,

264
00:34:48,050 --> 00:34:53,900
“Danış!”, “Hərəkət et!” deyən beyindir. Hökm sahibi beyindir.

265
00:34:54,700 --> 00:35:00,900
Bəsicdə isə belə deyil ki, yalnız mərkəzdən əmrlər verilə.

266
00:35:01,120 --> 00:35:07,820
Bəsicdə belədir ki, sanki, hər bir üzvün öz beyni var və o,

267
00:35:08,300 --> 00:35:14,350
başda duran əsas beyinlə həmrəy, həmfikirdir; əlbəttə ki, bu həmrəyliyin də öz yolları var.

268
00:35:15,500 --> 00:35:17,900
Bu düşünən beyinlər də olandan,

269
00:35:18,470 --> 00:35:27,220
fəal surətdə işləyəndən sonra, bununla yanaşı, bir nəzarət mexanizmi də olmalıdır.

270
00:35:28,150 --> 00:35:34,450
Nəyə nəzarət olunmalıdır?

271
00:35:35,150 --> 00:35:43,300
Bəsic hərəkətli, canlı, dinamik, inkişaf etməkdə,

272
00:35:45,100 --> 00:35:52,670
irəli getməkdə olan bir kollektiv olduğuna görə nəzarət etmək lazımdır ki, onun bu irəliləyişi dayanmasın;

273
00:35:54,470 --> 00:36:00,250
baxmaq lazımdır ki, yanlış istiqamətə getməsin, yolunu çaşmasın.

274
00:36:01,850 --> 00:36:08,370
İzləmək lazımdır ki, riskə məruz qalmasın, xəstəliyə yoluxmasın,

275
00:36:08,870 --> 00:36:16,350
cürbəcür “viruslar” onun daxilinə yol tapmasın.

276
00:36:17,600 --> 00:36:22,650
Mənim dediyim bu nəzarət mexanizmi təhlükəsizlik, mühüm informasiyaların qorunması və sair bu kimi işləri həyata keçirən orqanlardan ayrıdır,

277
00:36:23,000 --> 00:36:28,550
onlarla işim yoxdur, onlar öz yerində, hər birinin öz vəzifəsi var.

278
00:36:29,270 --> 00:36:38,450
Mən elə bir ağıllı, tədbirli nəzarət mexanizmindən danışıram ki,

279
00:36:40,050 --> 00:36:45,200
onun vasitəsilə sanki bir monitor kimi

280
00:36:45,570 --> 00:36:50,370
çöldəki reallıqları izləmək, nələrin baş verdiyini görmək mümkün olsun.

281
00:36:53,100 --> 00:36:59,250
Bunlar lazımdır; bütün bunlar bəsicin inkişafı,

282
00:36:59,820 --> 00:37:06,620
bu pak ağacın qol-budaq atıb daha çox bəhər verməsi üçün zəruri olan şeylərdir. Çünki bəsic pak bir ağacdır:

283
00:37:06,720 --> 00:37:15,500
“Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan pak bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər”. (“İbrahim” surəsi, 24-25-ci ayələr)

284
00:37:16,820 --> 00:37:23,520
Əgər bu ayədə deyilənlərin gerçəkləşməsini istəyirsinizsə,

285
00:37:24,170 --> 00:37:30,050
bu dediklərim olmalıdır. Mənim bu saydıqlarım ümumi cizgilərdir,

286
00:37:30,200 --> 00:37:37,770
özü də sırf analiz xarakterli fikirlər də deyil. Bu dediklərimin hamısını reallaşdırmaq, həyata keçirmək mümkündür.

287
00:37:38,870 --> 00:37:43,770
Hər birini də ətraflı şərh etmək olar – az öncə qeyd etdiyim kimi –

288
00:37:45,500 --> 00:37:51,370
bunların hər biri üçün müvafiq fəaliyyət proqramları hazırlanmalı, işlər planlaşdırılmalıdır.

289
00:37:51,550 --> 00:37:56,750
Bu isə sizlərin və rəsmilərin öhdəsinə düşür; oturub bu işləri həyata keçirməlidirlər.

290
00:37:57,350 --> 00:38:06,200
Bunlar həyata keçirilməsi real olan ümumi cizgilərdir. Onlara diqqət yetirmək lazımdır.

291
00:38:06,620 --> 00:38:13,150
Bu yerdə haşiyəyə çıxaraq bir məqamı da qeyd edək – bayaq dostlarımızdan bəzilərinin çıxışlarında da var idi – ki,

292
00:38:13,650 --> 00:38:21,870
ilk dəfə ölkəmizdə yaranan bəsic başqalarına örnək oldu.

293
00:38:22,920 --> 00:38:28,020
Bu örnək heç bir təbliğat aparılmadan,

294
00:38:28,120 --> 00:38:33,450
kitab nədir, bir vərəq kağız belə yazılmadan, heç kimə tapşırıq göndərilmədən

295
00:38:33,970 --> 00:38:42,650
İslam dünyasının önəmli bir hissəsində özünə təbii surətdə yer açdı; yəni başqa yerlərdə də özünü göstərdi.

296
00:38:44,470 --> 00:38:55,550
Onun surətini, kopiyasını çıxarmağa başladılar; bəziləri yaxşı,

297
00:38:55,970 --> 00:39:05,350
bəziləri isə pis məqsədlə. Gəncləri dini stimul əsasında

298
00:39:05,750 --> 00:39:13,400
meydanlara gətirmək,  məsuliyyəti onlara həvalə etmək, onlara etimad göstərmək – bu, bir örnəyə çevrildi.

299
00:39:15,550 --> 00:39:24,720
Bəsic örnəyə çevriləndən sonra müxtəlif ölkələrdə dostlarımız ondan bəhrələndi – bayaq yoldaşlar ad çəkdi,

300
00:39:24,720 --> 00:39:27,970
mən hansısa ölkənin adını qeyd etmək istəmirəm –

301
00:39:29,300 --> 00:39:33,620
düşmənlər də oturub onun üçün planlar cızmağa başladı.

302
00:39:34,320 --> 00:39:39,720
Düşmənin planlarından biri yol tapıb nüfuz etməkdir.

303
00:39:40,750 --> 00:39:47,920
Mən təxminən bir il, bəlkə, ondan da bir qədər artıqdır ki, bu məsələ haqda danışır, vurğulayıram.

304
00:39:48,370 --> 00:39:55,170
Düşmənin aramıza nüfuz etməsindən qorxmaq, ehtiyatlanmaq lazımdır. Qorxmaq deyəndə mən onu nəzərdə tutmuram ki, dəhşətə gələk;

305
00:39:56,120 --> 00:40:00,550
yəni nəzərə almaq, ehtiyatlı olmaq lazımdır. Düşmənin ölkəyə nüfuz etməsi çox önəmlidir.

306
00:40:01,270 --> 00:40:08,150
Düşmənin izlədiyi planlardan biri də paralel xətlər yaratmaqdır;

307
00:40:08,400 --> 00:40:13,770
bəsic üçün rəqib yaratmaq; belə işlər də görürlər.

308
00:40:14,700 --> 00:40:20,250
Təfərrüatlara varmaq istəmirəm, amma mən bilirəm, məlumatım var,

309
00:40:20,470 --> 00:40:28,470
ola bilsin, sizlərdən də bəziləriniz xəbərdarsınız ki, hazırda bəsic üçün, ölkəmizin gəncləri üçün,

310
00:40:29,820 --> 00:40:37,120
mənim “yumşaq müharibənin zabitləri” adlandırdığım cavanlarımız üçün rəqiblər yaratmaqla məşğuldurlar.

311
00:40:40,200 --> 00:40:53,150
Gəncləri bəsicdən yayındırıb başqa bir tərəfə çəkmək üçün paralel xətlər yaradırlar. Bunlar mühüm məsələlərdir.

312
00:40:53,470 --> 00:41:01,550
Əgər mənim sadaladığım bu başlıqlara diqqət yetirilsə –

313
00:41:01,550 --> 00:41:08,950
əlbəttə ki, deyiləsi başqa məsələlər də var, amma indi vaxtımız yoxdur –

314
00:41:09,070 --> 00:41:24,850
o zaman bəsic cəmiyyətin ən başlıca sferalarında güclü və effektiv bir şəkildə özünü göstərməyə müvəffəq olacaq, təsir göstərə biləcək;

315
00:41:25,420 --> 00:41:34,400
istə elmdə, istər mədəniyyətdə, istər iqtisadiyyatda, istərsə də əhaliyə xidmət sahəsində.

316
00:41:36,570 --> 00:41:45,450
“Bəsicin tormozu yoxdur”  – deyəndə bax bunu nəzərdə tuturlar.

317
00:41:45,900 --> 00:41:51,070
Bəsic bütün bu sferalarda böyük və effektiv bir qüvvə kimi özünü göstərə bilər.

318
00:41:52,420 --> 00:42:01,000
Başqa sözlə desək, bəsic rəsmi qurumlara

319
00:42:01,950 --> 00:42:07,350
həm fəaliyyət istiqamətini müəyyən etməkdə, həm hədəfləri seçməkdə, həm də iş görməkdə yardımçı ola bilər.

320
00:42:07,650 --> 00:42:14,050
Yəni mən bəsic haqda söhbət edib bu məqamları vurğulayanda, bəsicin nələrə qadir olduğunu deyəndə

321
00:42:14,050 --> 00:42:23,870
icraedici hakimiyyət üçün bir rəqib obrazı yaratmaq istəmirəm. İcraedici hakimiyyətin öz vəzifələri, məsuliyyəti var,

322
00:42:24,850 --> 00:42:33,100
onları yerinə yetirməlidir, bu, onun vəzifəsidir, bəsic isə icra strukturlarına

323
00:42:33,700 --> 00:42:40,320
ictimaiyyəti düzgün istiqamətləndirməkdə, xəta və sapmaların qarşısını almaqda kömək edə bilər.

324
00:42:40,900 --> 00:42:49,220
Həmçinin əməli işdə də yardımçı ola bilər; eynilə müqavimət iqtisadiyyatında olduğu kimi; bayaq bəzi yoldaşlar da qeyd etdilər.

325
00:42:50,850 --> 00:42:57,020
Bəsic tamamlayıcı, ruhlandırıcı bir amil kimi çıxış edə bilər.

326
00:42:57,200 --> 00:43:07,550
Bəzi dövlət qurumları müəyyən sferalarda ümidsizliyə qapılaraq: “Olmur!” – deyir. Necə yəni olmur?!

327
00:43:08,820 --> 00:43:14,770
Bir bu qədər böyük işlər həyata keçirilib, “olmur” nə deməkdir?! “Olmur!” – deyirlər.

328
00:43:16,070 --> 00:43:22,120
Bəsic, bu gənc və avanqard qüvvə irəli düşüb

329
00:43:22,600 --> 00:43:31,620
öz düzgün hərəkət kursu üzrə iş görməyə başlayanda isə o ümidini itirmiş, əli işdən soyumuş adamlarda da bir ruh yüksəkliyi və ümid yaranır.

330
00:43:31,700 --> 00:43:37,020
Əlbəttə, mən heç vaxt mübaliğəyə yol vermək,

331
00:43:37,620 --> 00:43:48,370
bəsicilərin bir mələk, insan oğluna xas zəif cəhətlərdən uzaq olduğunu demək istəmirəm.

332
00:43:49,570 --> 00:43:55,420
İnsan oğlunun zəif cəhətləri bizim hamımızda var; qorxumuz var, tərəddüdümüz var,

333
00:43:56,350 --> 00:44:01,870
cürbəcür şeyləri düşünüb nəzərə alırıq, sosial problemlərimiz var,

334
00:44:02,770 --> 00:44:06,820
amma çıxılmaz bir vəziyyətdə deyilik, mən bunu demək istəyirəm.

335
00:44:08,150 --> 00:44:12,700
Gənc bir bəsici müəyyən mərhələdə qorxu hissi keçirə,

336
00:44:14,020 --> 00:44:19,570
ya hansısa məsələdə tərəddüd edə bilər, amma çıxılmaz bir vəziyyətə düşmür.

337
00:44:20,500 --> 00:44:28,420
Çünki bəsicdə ona düzgün istiqamət verə biləcək,

338
00:44:28,870 --> 00:44:35,250
güclü insanlar o qədər çoxdur ki, onların dəstəyi ilə bütün o zəif cəhətləri aradan qaldıra, yaxud güclü bir cəhətə çevirə bilər.

339
00:44:39,000 --> 00:44:47,220
Bu gün biz ölkəmizdə iqtisadi problemlərin yaşandığını görürük.

340
00:44:47,450 --> 00:44:56,170
Əlbəttə, biz bu ili əməli tədbirlər ili elan etmişik, dünən də möhtərəm rəsmilərimiz mənə ətraflı bir hesabat yollamışdılar,

341
00:44:56,700 --> 00:45:02,220
ilin əvvəlindən indiyə qədər həyata keçirilmiş işlərin siyahısı var idi;

342
00:45:03,020 --> 00:45:10,250
yəni mən istəmişdim; dedim, baxaq görək axı əməli tədbirlər ilində hansı işlər görülüb.

343
00:45:10,250 --> 00:45:15,570
Ətraflı bir hesabat gəldi, baxdım.

344
00:45:16,950 --> 00:45:25,100
Statistika var, işlər var, tədbirlər görülüb, intəhası nəticəsi reallıqda görünməlidir.

345
00:45:26,250 --> 00:45:33,420
Önəmli olan odur ki, təqdim etdiyimiz statistikanın nəticəsi

346
00:45:33,920 --> 00:45:38,820
əməli surətdə müşahidə olunsun. Mən ilin əvvəlində də demişdim,

347
00:45:39,570 --> 00:45:47,850
elə etməliyik ki, il başa çatanda siyahı göstərib: “Bu işləri görmüşük, bu da əməldə,

348
00:45:48,050 --> 00:45:54,150
cəmiyyətin reallığında olan nəticələri!” – deyə bilək. Belə olmasın ki,

349
00:45:55,850 --> 00:46:04,900
sırf kağız üzərində, hesabatlarda olsun. Bəsic bu məqsədin reallaşmasında rol oynaya bilər.

350
00:46:05,520 --> 00:46:17,220
Çıxışımın sonunda mən o imperialist dövlətlə aramızda olan problemlərlə bağlı bir neçə cümlə qeyd etmək istəyirəm;

351
00:46:17,420 --> 00:46:23,700
əlbəttə ki, hakimiyyətə gələcək yeni administrasiyalarını nəzərdə tuturam; hansı ki hələ iş başına keçməyib. İndi o təzə seçilən prezident hələ ki, necə deyərlər,

352
00:46:23,820 --> 00:46:30,700
bütöv qarpız kimidir, bilmirik içi necə çıxacaq, amma hazırda

353
00:46:31,850 --> 00:46:41,270
Amerikada fəaliyyətdə olan administrasiya götürdüyü öhdəliklərə,

354
00:46:42,050 --> 00:46:47,700
birgə razılaşdırılmış və o vaxt rəsmilərimizin də bizə təqdim etdiyi qərarlara əməl etmir.

355
00:46:47,970 --> 00:46:58,070
Deməliyəm ki, onların bu cür işləri, qəbul etdikləri öhdəlikləri yerinə yetirmədikləri çox olub, bunu bir dəfə, iki dəfə etməyiblər.

356
00:46:59,120 --> 00:47:04,170
Ən axırıncısı da o onillik sanksiyanın müddətinin uzadılması məsələsidir.

357
00:47:04,700 --> 00:47:11,750
Əgər həmin sanksiyanın müddəti uzadılsa, bu, Birgə Kompleks Tədbirlər Planına qəti surətdə ziddir – buna heç bir şübhə ola bilməz –

358
00:47:12,270 --> 00:47:16,020
və bilsinlər ki, İran İslam Respublikası elə bir addıma hökmən reaksiya verəcək.

359
00:47:39,070 --> 00:47:49,300
Bununla bağlı mənim rəsmilərimizə və xalqımıza demək istədiyim budur ki, BKTP adı verilmiş o nüvə razılaşması

360
00:47:49,700 --> 00:47:56,620
düşmənin İran xalqına və ölkəmizə

361
00:47:56,850 --> 00:48:02,720
vaxtaşırı təzyiq göstərə bilməsi üçün vasitəyə çevrilməməlidir;

362
00:48:03,500 --> 00:48:06,700
yəni biz onların bunu təzyiq vasitəsinə çevirmələrinə imkan verməməliyik.

363
00:48:07,900 --> 00:48:14,620
Rəsmilər mənə demişdilər ki, bu işi sanksiya və təzyiqlərin aradan qaldırılması üçün görürlər,

364
00:48:15,350 --> 00:48:25,170
bu addımı ona görə atırlar. İndi onlar elə ilk gün görülməli olan,

365
00:48:25,700 --> 00:48:33,920
amma artıq 8-9 aydır tam olaraq başa çatdırılmamış, alayarımçıq qalan bir işi görmədikləri bir yana qalsın

366
00:48:34,770 --> 00:48:40,370
(qarşı tərəfin BKTP ilə əldə olunmuş razılaşmalara əməl etmədiyini bizim rəsmilərimiz açıq-aşkar deyirlər;

367
00:48:41,400 --> 00:48:47,820
danışıqlarda bilavasitə iştirak etmiş şəxslər özləri bunu açıq şəkildə deyiblər və deyirlər),

368
00:48:48,250 --> 00:48:53,120
üstəlik hələ bunu yenidən İslam Respublikasına təzyiq göstərmək üçün vasitəyə çevirsinlər?! Xeyr,

369
00:48:53,900 --> 00:49:07,500
Allahın qüdrətinə və xalqın iştirakının gücünə söykənən İslam Respublikasının dünyada heç bir qüvvədən qorxusu yoxdur.

370
00:49:31,120 --> 00:49:39,450
Əgər kimsə zəif iradəli Bəni-İsrail kimi

371
00:49:39,650 --> 00:49:41,750
«اِنّا لَمُدرَکون»– “

372
00:49:42,170 --> 00:49:46,870
Bu dəqiqə bizi yaxalayıb atamızı yandıracaqlar” –

373
00:49:47,400 --> 00:49:50,800
deyirsə, biz də Həzrət Musa kimi deyirik:

374
00:49:50,800 --> 00:49:54,800
کَلّا اِنَّ مَعِيَ رَبّي سَيَهدين

375
00:50:18,800 --> 00:50:22,670
Pərvərdigara! Bu gənclərə,

376
00:50:23,200 --> 00:50:31,120
ölkəmizin bütün cavanlarına və əziz xalqımıza öz hidayət və yardımını günbəgün daha da artır.

377
00:50:32,420 --> 00:50:34,070
Allahın salamı, rəhməti vəbərəkəti nəsibiniz olsun.