1
00:00:00,650 --> 00:00:03,070
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,450 --> 00:00:05,970
والحمدلله ربّ العالمين

3
00:00:07,370 --> 00:00:11,420
والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:20,650 --> 00:00:29,920
و علي صحبه المنتجبين و علي من تابعهم باحسان الي يوم الدّين

5
00:00:33,900 --> 00:00:39,450
Kainatın sevinci, varlıq aləmindəki məxluqatın ağası,

6
00:00:42,500 --> 00:00:53,370
əzəmətli peyğəmbər Həzrət Məhəmməd ibn Abdullah (s)

7
00:01:01,670 --> 00:01:09,700
və onun övladı, imaməti dövründə Allah-taalanın yer üzündəki höccəti Həzrət Əba Əbdillah Sadiqin mübarək mövludları münasibətilə

8
00:01:10,420 --> 00:01:15,820
hamınızı təbrik edirəm.

9
00:01:16,070 --> 00:01:22,320
Ümidvaram, Uca Yaradan bizim hamımıza, bütün müsəlmanlara,

10
00:01:23,320 --> 00:01:37,320
yer üzünün bütün ziyalılarına bu nemətlərin qədrini bilmək, onları dərk etmək,

11
00:01:38,970 --> 00:01:51,000
varlıq aləminin dayaqları olan bu əzəmətli şəxsiyyətlərin bizə göstərdiyi sirati-müstəqimlə irəliləməyə çalışmaq uğurunu nəsib edər.

12
00:01:53,900 --> 00:02:05,300
Əzəməti İslam Peyğəmbərinin (s) müqəddəs varlığının var olmasının əhəmiyyəti o qədər böyükdür ki, Allah-taala

13
00:02:06,700 --> 00:02:14,500
belə bir nemət verdiyinə görə bəşəriyyətə minnət edərək buyurur:

14
00:02:16,250 --> 00:02:22,070
“Allah möminlərə lütf etdi, çünki onların öz içərisindən onlara ... bir peyğəmbər göndərdi”. (“Ali-İmran” surəsi, 164-cü ayədən)

15
00:02:25,770 --> 00:02:38,150
“Səhifeyi-Səccadiyə”də  İmam Səccad (ə) Allah-taalaya xitabən buyurur:

16
00:02:38,520 --> 00:02:44,870
اَلحَمدُلِلّهِ الَّذي مَنَّ عَلَينا بِمُحَمَّدٍ نَبيِّه

17
00:02:53,900 --> 00:03:00,150
دونَ الاُمَمِ الماضيَة وَ القُرونِ السّالِفَة

18
00:03:01,070 --> 00:03:10,700
Quranda və məsum imamların kəlamında Allah-taalanın bu böyük neməti əta etməklə

19
00:03:12,350 --> 00:03:21,820
bəşəriyyətə minnət qoyduğu açıq-aşkar öz əksini tapır; bu, çox əzəmətli bir nemətdir.

20
00:03:26,100 --> 00:03:35,520
Allah-taala Həzrət Peyğəmbər (s) haqqında  – “aləmlər üçün rəhmət”  ifadəsini işlədir,

21
00:03:36,550 --> 00:03:49,220
“insanların müəyyən bir qismi”, yaxud “bəşəriyyətin bir hissəsi” demir; “hamı üçün rəhmətdir” deyir.

22
00:03:52,670 --> 00:04:03,850
Allah-taala Həzrət Peyğəmbərlə (s) göndərdiyi mesajı bütün bəşəriyyətə hədiyyə edir.

23
00:04:04,770 --> 00:04:15,170
İnsanlığın bütün nümayəndələrinin gözünü açır, bu yolu onların hamısına göstərir.

24
00:04:16,870 --> 00:04:26,300
Əlbəttə, ixtiyarında hakimiyyət, güc və sərvət olan müəyyən şəxslər var ki,

25
00:04:27,070 --> 00:04:39,350
onlar insanların Allah-taalanın bu geniş rəhmət süfrəsindən bəhrələnməsini istəmirlər.

26
00:04:39,720 --> 00:04:49,070
Bu ilahi hərəkat onların güc və hakimiyyətinə zidd olduğu üçün ona qarşı çıxırlar.

27
00:04:49,520 --> 00:04:55,720
Allah-taala buyurur:

28
00:04:55,720 --> 00:05:04,400
“Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə”. (“Əhzab” surəsi, 1-ci ayədən) –

29
00:05:05,100 --> 00:05:12,620
Ehtiyatlı ol, onların arxasınca getmə! Başqa bir yerə isə buyurur:

30
00:05:13,150 --> 00:05:22,350
“Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı mübarizə apar. Onlarla sərt davran!” (“Tövbə” surəsi, 73-cü ayədən)

31
00:05:22,700 --> 00:05:29,350
– Kafir və münafiqlərə qarşı mübarizə apar.  «جاهِد»  – “cihad et, mübarizə apar” deyir. «قاتِل» – “qətlə yetir” demir;

32
00:05:29,950 --> 00:05:32,450
“kafir və münafiqləri qətlə yetir” demir;

33
00:05:32,600 --> 00:05:37,370
qətlə yetirmək həmişə lazım deyil, amma cihad, mübarizə aparmaq həmişə lazımdır.

34
00:05:37,670 --> 00:05:43,420
Cihad bəzən siyasi olur, bəzən mədəni olur,

35
00:05:44,550 --> 00:05:52,550
bəzən yumşaq olur, bəzən sərt olur, bəzən silahla,

36
00:05:53,350 --> 00:06:08,570
bəzən isə elmlə olur. Bütün bunlar cihaddır, amma bütün bunlarda bir şeyə diqqət yetirmək lazımdır ki, bu cihad düşmənə,

37
00:06:09,800 --> 00:06:21,170
bəşəriyyətin düşməninə qarşıdır, gücünə, hakimiyyətinə, sərvətinə arxalanaraq

38
00:06:22,320 --> 00:06:36,400
öz əzici varlığını və istəklərini bəşəriyyətə zorla qəbul etdirənlərə qarşıdır. Onlarla dil tapıb yola getməyin heç bir mənası yoxdur;

39
00:06:36,550 --> 00:06:41,720
اِتَّقِ اللّهَ وَ لا تُطِعِ  الکٰفِرينَ وَ المُنٰفِقين

40
00:06:42,050 --> 00:06:50,220
Quranda Peyğəmbərlə (s), yeni İslam cəmiyyətinin

41
00:06:56,700 --> 00:07:03,970
necə yaradılmalı olduğunu ona addım-addım, kəlmə-kəlmə öyrədən təlimlərlə bağlı ayələr həddən artıq çoxdur.

42
00:07:05,570 --> 00:07:15,620
Mənim elə özümə də, gənclərimizə də, dini təbliğ edən,

43
00:07:16,250 --> 00:07:23,300
ictimaiyyətin düşüncəsini yönləndirmək imkanına malik olan insanlara da tövsiyəm budur ki,

44
00:07:24,200 --> 00:07:32,870
bütün bu ayələrə müraciət etsinlər, Quranda əksini tapan bütün bu məfhumlara nəzər salsınlar. Bunlar bütöv bir məcmudur,

45
00:07:33,850 --> 00:07:43,170
mükəmməl bir kompleksdir. Bizim problemimiz bundadır ki,

46
00:07:43,850 --> 00:07:53,100
biz Peyğəmbərə (s) ünvanlanmış mükəmməl ilahi təlimlərə, Allah-taalanın Öz Peyğəmbərini (s) bizə tanıtdığı xüsusiyyətlərə bəzən diqqətsiz yanaşır,

47
00:07:54,200 --> 00:07:59,070
nəticədə də bu barədə məlumatsız qalırıq. Əgər biz bu mükəmməl məcmuya tam olaraq nəzər sala bilsək,

48
00:07:59,920 --> 00:08:05,870
o zaman düzgün davranarıq, Peyğəmbərin (s) getdiyi sirati-müstəqim də

49
00:08:06,520 --> 00:08:11,420
önümüzdə açılar. Quran Peyğəmbərə (s) xitabən deyir:

50
00:08:11,850 --> 00:08:14,470
“Həqiqətən, sən düz yoldasan!”(“Zuxruf” surəsi, 43-cü ayədən)

51
00:08:15,020 --> 00:08:17,370
Bu sirati-müstəqimi tapmaq lazımdır.

52
00:08:17,600 --> 00:08:23,720
Mən bu görüşdə aşağıdakıları vurğulamağı lazım və münasib hesab edirəm:

53
00:08:24,570 --> 00:08:30,620
çünki bugünkü görüşümüzdə bizim öz ölkəmizdən,

54
00:08:31,550 --> 00:08:38,520
eləcə də digər ölkələrdən İslam dininin müxtəlif məzhəblərini təmsil edən qardaş və bacılarımız –

55
00:08:38,820 --> 00:08:44,720
Vəhdət Forumunun əziz qonaqları,

56
00:08:46,570 --> 00:08:51,670
müsəlman ölkələrinin səfirləri,

57
00:08:52,450 --> 00:08:59,700
şiələr, sünnilər, cürbəcür ideoloji cərəyanların ardıcılları, iştirak edir

58
00:09:00,170 --> 00:09:07,720
və burada söylənənlər sonradan hər yerdə yayımlanacaq. Elə buna görə də mən bu görüşdə aşağıdakıları vurğulamağı lazım və münasib hesab edirəm:

59
00:09:08,270 --> 00:09:15,120
əziz qardaş və bacılar!  Bu gün İslam dünyası

60
00:09:16,670 --> 00:09:25,770
böyük müsibət və bədbəxtliklərə düçar olub, onların həlli yolu isə müsəlmanların birliyidir.

61
00:09:28,050 --> 00:09:44,250
Bir olmaq, əl-ələ verib bir-birinə kömək etmək, məzhəb və ideoloji zəmində konfliktləri bir kənara qoymaq lazımdır.

62
00:09:46,020 --> 00:09:53,720
Hazırda işğalçı imperializm maşınının İslam dünyasına yanaşması

63
00:09:54,570 --> 00:09:59,120
bundan ibarətdir ki,

64
00:09:59,570 --> 00:10:08,820
müsəlmanları öz aralarında birlik və həmrəylikdən əllərindən gəldiyi qədər daha çox uzaqlaşdırmağa çalışırlar. Bir milyard yarım müsəlman,

65
00:10:10,420 --> 00:10:18,870
zəngin təbii sərvətlərə, fövqəladə dərəcədə istedadlı insan sərmayəsinə malik bu qədər müsəlman ölkələri – bütün bunlar onlar üçün təhlükə kəsb edir.

66
00:10:20,750 --> 00:10:29,300
Əgər bu müsəlman toplumu həmrəy olub İslam dininin hədəflərinə doğru birgə surətdə irəliləsə,

67
00:10:30,370 --> 00:10:36,650
başqa güclər daha yer üzündə at oynada bilməyəcək;

68
00:10:37,100 --> 00:10:46,400
daha Amerika ölkələrə, dövlətlərə və xalqlara öz iradəsini diktə edə bilməyəcək;

69
00:10:48,200 --> 00:10:55,700
xəbis və bədxassəli sionist şəbəkəsi

70
00:10:56,600 --> 00:11:02,200
daha müxtəlif hökumətləri öz pəncəsi altına salıb

71
00:11:03,070 --> 00:11:10,720
onlardan öz işi və hədəfləri üçün istifadə edə bilməyəcək. Müsəlmanlar birləşsə, belə olacaq.

72
00:11:13,500 --> 00:11:23,920
Əgər müsəlmanlar bir olsa, daha Fələstinin vəziyyəti bu gün gördüyümüz kimi olmayacaq;

73
00:11:24,070 --> 00:11:32,900
bu gün Fələstinin vəziyyəti çox ağırdır; Qəzza bir cür, qərb sahilləri bir cür.

74
00:11:33,070 --> 00:11:39,050
Hazırda Fələstin xalqı hər gün çox şiddətli təzyiqlərə məruz qalır;

75
00:11:39,820 --> 00:11:46,300
Fələstin məsələsini yaddaşlardan silib unutdurmağa çalışırlar.

76
00:11:46,950 --> 00:11:54,270
bizim öz ölkələrimizin də daxil olduğu Qərbi Asiya regionunun başını -

77
00:11:55,220 --> 00:12:00,450
Həm coğrafi mövqeyi,

78
00:12:01,220 --> 00:12:09,700
həm təbii resursları, həm dəniz tranziti imkanları baxımından

79
00:12:10,370 --> 00:12:16,250
çox həssas strateji əhəmiyyətə malikdir - öz daxilindəki problemlərlə qatmaq,

80
00:12:16,720 --> 00:12:26,170
müsəlmanı müsəlmana, ərəbi ərəbə qarşı qoymaq,

81
00:12:26,850 --> 00:12:35,950
onları öz əlləri ilə bir-birinə qırdırıb məhv etmək istəyirlər ki, müsəlman ölkələrinin orduları,

82
00:12:36,320 --> 00:12:42,400
xüsusilə də İsrailin qonşuluğunda yerləşən ordular günbəgün zəifləsin; məqsədləri budur.

83
00:12:44,750 --> 00:12:51,450
Bu gün bu regionda iki iradə qarşı-qarşıya durub:

84
00:12:51,850 --> 00:12:56,770
bunlardan biri vəhdət, digəri isə konflikt, təfriqə iradəsidir.

85
00:12:58,550 --> 00:13:03,870
Vəhdət iradəsi möminlərə aiddir;

86
00:13:04,770 --> 00:13:13,170
saf niyyətli, ixlaslı insanlar bütün müsəlmanlara vəhdət çağırışları edərək

87
00:13:13,550 --> 00:13:18,720
onları birliyə, aralarındakı müştərək cəhətlərə diqqət yetirməyə dəvət edir.

88
00:13:19,300 --> 00:13:27,000
Əgər belə olsa, bu vəhdət baş tutsa, yer üzündə müsəlmanların vəziyyəti

89
00:13:27,550 --> 00:13:32,770
daha bu gün müşahidə etdiyimiz kimi olmayacaq, onlar nüfuz və hörmət qazanacaq.

90
00:13:33,320 --> 00:13:40,200
Gördüyünüz kimi, bu gün Şərqi Asiyada Myanmardan tutmuş

91
00:13:40,600 --> 00:13:47,450
Qərbi Afrikada Nigeriya və sairə qədər hər yerdə müsəlmanlar qətlə yetirilir;

92
00:13:48,420 --> 00:13:56,920
haradasa bütpərəstlərin əli ilə, haradasa “Bokoharam”,

93
00:13:57,650 --> 00:14:00,620
İŞİD və sair bunlar kimilərin əli ilə.

94
00:14:01,770 --> 00:14:11,170
Bir qrup şəxs də bu alovu daha da körükləyir; ingilisin şiəsi ilə Amerikanın sünnisi eynidir;

95
00:14:11,870 --> 00:14:20,070
ikisi də bir bezin qırağıdır. Çalışdıqları odur ki, müsəlmanları bir-birinin canına salsınlar.

96
00:14:20,270 --> 00:14:27,370
Şeytanın iradəsi olan konflikt iradəsinin mesajı budur.

97
00:14:27,700 --> 00:14:36,950
Vəhdət iradəsinin mesajı isə odur ki, müsəlmanlar bu konfliktləri bir kənara qoysunlar, əl-ələ verib əməkdaşlıq etsinlər.

98
00:14:37,570 --> 00:14:43,670
Bu gün xalqların həyatı ilə oynayan imperialistlərin

99
00:14:44,550 --> 00:14:55,100
bəyanatlarına, səsləndirdikləri fikirlərə diqqət yetirsəniz, başdan-ayağa konflikt, qarşıdurma mesajları ilə dolu olduğunu görərsiniz.

100
00:14:55,470 --> 00:15:03,720
İngilislərin yürütdüyü siyasət hələ qədimdən bəri “Parçala və hökm sür!” siyasəti adlanır;

101
00:15:04,850 --> 00:15:12,650
“فَرِّق تَسُد” – konflikt yarat, bunun sayəsində də ağalıq et;

102
00:15:13,150 --> 00:15:19,870
ingilislərin ixtiyarında güc və hakimiyyət olduğu zaman siyasətləri bu idi. Bu gün də

103
00:15:20,370 --> 00:15:30,350
dünyanın kapitalist gücləri bu siyasəti yürüdür; istər Amerika, istərsə də son vaxtlar olduğu kimi İngiltərə.

104
00:15:32,150 --> 00:15:44,620
İngilislər bizim regionumuzda həmişə şər mənbəyi olub, xalqlara həmişə bədbəxtlik gətirib.

105
00:15:46,250 --> 00:15:51,770
Onların bu regionda xalqların yaşamına vurduğu zərbələri

106
00:15:52,200 --> 00:15:58,350
dünyanın çox az yerində hansısa güclü dövlət hansısa xalqlara vurmuş olar.

107
00:15:58,900 --> 00:16:04,550
Hindistan yarımadasında – hazırkı Hindistan, Banqladeş və Pakistan ərazisi –

108
00:16:05,000 --> 00:16:12,170
xalqlara o cür zərbələr vurublar, o cür təzyiqlər göstəriblər! Əfqanıstanda bir cür, İranda bir cür,

109
00:16:13,450 --> 00:16:22,800
İraq bölgəsində bir cür! Ən nəhayət, Fələstində də o məşum

110
00:16:23,520 --> 00:16:36,000
və xəbis hərəkətlərə yol verərək müsəlmanları, əslində, bütöv bir xalqı ev-eşiyindən didərgin saldılar.

111
00:16:36,550 --> 00:16:46,820
Hələ min illər öncədən Fələstin adı ilə tanınan tarixi bir ölkə

112
00:16:48,170 --> 00:16:56,070
ingilislərin siyasəti nəticəsində yox oldu. İngilislər iki əsr əvvəldən üzü bəri –

113
00:16:56,750 --> 00:17:01,800
iki əsrdən bir qədər də artıq; miladi təqvimlə 1800-cü ildən bəri –

114
00:17:02,770 --> 00:17:08,820
bu regionda yalnız şər, fəsad və təhlükə törədib;

115
00:17:09,050 --> 00:17:18,600
sonra da o ingilis rəsmisi durub deyir ki,  İran region üçün təhlükədir.

116
00:17:18,850 --> 00:17:27,470
Region üçün təhlükə törədən İrandır? Gərək nə qədər utanmaz olasan ki, uzun müddət ərzində

117
00:17:27,770 --> 00:17:32,120
özün region üçün təhlükə və bədbəxtlik törətdiyin halda,

118
00:17:32,320 --> 00:17:40,250
bunda bizim əziz və məzlum ölkəmizi ittiham edəsən; bunlar bu cürdür.

119
00:17:51,970 --> 00:17:59,420
Regionda islami oyanışın əlamətləri müşahidə olunmağa başlayandan bəri isə

120
00:17:59,770 --> 00:18:04,950
konflikt yaratmaq istiqamətində fəaliyyətləri daha da artıb;

121
00:18:06,320 --> 00:18:12,370
bunlar həmişə konflikt və qarşıdurmaları xalqlara ağalıq edə bilmək üçün bir vasitə hesab ediblər.

122
00:18:12,670 --> 00:18:21,020
Bu regionda yeni fikirlərin, yeni islami ideyaların yarandığı,

123
00:18:21,370 --> 00:18:28,970
xalqların oyanaraq dirəniş göstərməyə başladığı hiss olunandan bəri

124
00:18:29,570 --> 00:18:38,020
düşmənlər konflikt yaratmaq üçün göstərdikləri səyləri daha da çoxaldıblar. İranda

125
00:18:39,200 --> 00:18:46,170
İslam dininin bayrağını ucaldan, Quranı rəhbər tutan, İslam dininə əməl etdiyini

126
00:18:46,400 --> 00:18:53,650
iftixarla elan edən, hakimiyyəti, siyasəti, imkanları, ordusu,

127
00:18:54,220 --> 00:18:59,570
silahlı qüvvələri – hər bir şeyi olan

128
00:18:59,700 --> 00:19:06,600
və bütün bunları həm istifadə edən, həm də günbəgün gücləndirən İslam dövləti qurulandan sonra göstərdiyi fəaliyyətlər daha da intensivləşib.

129
00:19:30,400 --> 00:19:40,620
İslam dininin bu cür nüfuz və hörmət qazanmasına qarşı mübarizə aparmaq üçün regionda qarşıdurma yaratmaq səylərini daha da kəskinləşdiriblər.

130
00:19:41,770 --> 00:19:51,200
Çünki müsəlman bir xalqın oyanışına səbəb olan İslam onlar üçün təhlükə mənbəyidir.

131
00:19:51,500 --> 00:20:00,300
Onlar üçün dövləti, ordusu, siyasi aparatı,

132
00:20:00,800 --> 00:20:09,600
maddi imkanları, böyük və mübariz bir xalqı olmayan İslam bütün bunlara malik olan İslamdan fərqlənir.

133
00:20:10,120 --> 00:20:20,220
İslam Respublikasının geniş ərazisi, mübariz bir xalqı, gənc, stimullu, imanlı əhalisi,

134
00:20:21,600 --> 00:20:28,970
zəngin təbii resursları, istedadına görə dünya ölkələri üzrə ortalama göstəricidən yüksəkdə duran insan potensialı var

135
00:20:29,150 --> 00:20:32,670
və bu ölkə elmi-texnoloji inkişafa doğru irəliləyir.

136
00:20:34,170 --> 00:20:43,900
Belə bir İran, əlbəttə ki, onlar üçün təhlükə mənbəyidir, çünki örnəkdir, müsəlman xalqlarına düzgün nümunə göstərir; buna düşməndirlər.

137
00:20:45,170 --> 00:20:53,670
Arabir özlərini yumşaq davranırmış kimi göstərsələr də, yalandır; daxildə həmişə aqresiyaları var.

138
00:20:55,350 --> 00:20:58,150
Bunları anlamaq, bilmək lazımdır;

139
00:20:59,070 --> 00:21:07,100
xalqlar belə bir düşmənlə üzləşməyə hazır olmalıdırlar; elə bir düşmən ki, nə əxlaqı var, nə dini var,

140
00:21:07,850 --> 00:21:22,300
nə də vicdanı; üzdə özünü yaxşı göstərir, amma daxildə sözün tam mənasında bir yırtıcıdır.

141
00:21:23,950 --> 00:21:30,150
Mənim fikrimcə, bu gün ən önəmli hazırlıq müsəlmanların birliyi və bölünməzliyidir.

142
00:21:31,200 --> 00:21:35,870
Müsəlmanlar öz aralarında konflikt və qarşıdurmalardan qəti surətdə çəkinməlidir;

143
00:21:36,450 --> 00:21:45,470
fərqi yoxdur, bütün firqələr, istər sünnisi, istərsə də şiəsi. İslamın bütün firqələri çalışmalıdır ki,

144
00:21:45,920 --> 00:21:54,000
aralarındakı çoxsaylı müştərək məqamların fonunda fikir ayrılıqlarına

145
00:21:55,400 --> 00:22:03,150
göz yumub  bir-birinə güzəştə getsinlər. Əzəmətli Peyğəmbərimizin (s) müqəddəs varlığı

146
00:22:03,500 --> 00:22:12,670
müsəlman xalqların bir-birinə qarşı sevgi və bağlılığının başlıca dayaq nöqtəsi olmalıdır.

147
00:22:13,500 --> 00:22:18,650
Peyğəmbəri hamı sevir; əsas məqam, başlıca dayaq nöqtəsi budur.

148
00:22:18,920 --> 00:22:29,070
Qurana bütün müsəlmanlar inanır və diqqət göstərir; eynilə Kəbeyi-Şərifə;

149
00:22:29,420 --> 00:22:37,900
müsəlmanlar arasında müştərək məqamlar gör nə qədər çoxdur! Məhz bu məqamlara diqqət yönəltsinlər.

150
00:22:39,720 --> 00:22:46,220
Düşmənlərin, imperialistlərin regiondakı əlaltılarını tanısınlar. Təəssüflər olsun ki,

151
00:22:46,720 --> 00:22:56,100
müsəlmanların açıq-aşkar düşməni gəlib burda: “Siz bir-birinə düşmənsiniz, İran da sizin üçün təhlükədir” – deyir.

152
00:22:56,670 --> 00:23:05,450
Yəni siz onların düşmənisiniz, onlar da sizin düşməninizdir! Bu sözləri deyən özü düşməndir, bu, açıq-aydın ortadadır,

153
00:23:06,120 --> 00:23:14,420
bəs eşidənlər – üzdə müsəlman olan, müsəlman adı ilə yaşayan və hakimiyyətdə olanlar

154
00:23:14,500 --> 00:23:19,870
onun bu sözlərini nəyə görə qəbul etməlidir? Onun sözünü nə üçün təsdiqləməlidir?

155
00:23:20,000 --> 00:23:26,700
Regiondakı bəzi dövlətlər nəyə görə, təəssüflər olsun ki,

156
00:23:27,520 --> 00:23:38,100
İslam dini və müsəlman ümmətinin açıq-aşkar düşmənlərinin yolu ilə getməlidir?

157
00:23:39,520 --> 00:23:47,120
Mənim öz xalqımıza – ölkədə İslam İnqilabı qələbə çalandan,

158
00:23:47,850 --> 00:23:54,550
İslam Respublikası qurulandan sonrakı bu illər ərzində,

159
00:23:55,200 --> 00:24:01,600
həmçinin ona qədərki inqilabi mübarizə illərində,

160
00:24:01,850 --> 00:24:11,570
doğrudan da, sınaqdan üzüağ çıxmış əziz İran xalqına demək istədiyim budur ki, dahi liderimiz İmam Xomeyninin və inqilabın yolu olan bu yolu

161
00:24:12,350 --> 00:24:22,320
heç vaxt tərk etməyin! Bu yolu davam etdirin! Bizim bu dünyada və mələkut aləmində ehtiram qazanmağımız bu yolu –

162
00:24:23,020 --> 00:24:34,320
Quran və Əhli-Beytə (ə) sevgi və bağlılıq, ilahi hökmlərə qarşı məsuliyyət,

163
00:24:34,970 --> 00:24:49,300
düşmənlərə müqavimət, haqqı bəyan və müdafiə etməkdə heç kəsi və heç nəyi nəzərə almamaq

164
00:24:50,050 --> 00:24:57,800
yolunu davam etdirib-etdirməməyimizdən asılıdır. Əgər xalqımız bu yolu davam etdirsə – əlhəmdulillah, bu günə qədər edib də;

165
00:24:59,120 --> 00:25:08,420
bu günə qədər xalqımız ölkə rəsmilərinin arxasınca gedərək bu qürurverici yolu davam etdirib –

166
00:25:09,220 --> 00:25:14,620
əgər bu yol və bu mübarizə davam etdirilsə,

167
00:25:15,420 --> 00:25:19,200
bu xalqın dünya və axirəti təmin olunacaq,

168
00:25:19,550 --> 00:25:24,400
dünyadakı digər müsəlmanlar da bundan faydalanacaq.

169
00:25:24,570 --> 00:25:33,770
Biz bütün müsəlman ölkələrini və dövlətlərini  birgə əməkdaşlığa, bir-birinə kömək etməyə dəvət edirik

170
00:25:34,150 --> 00:25:36,850
və bu, hamının xeyrinə olan bir dəvətdir.

171
00:25:37,520 --> 00:25:42,050
Ümidvarıq ki, Allah-taala İslam ümmətinin bütün nümayəndələrinə,

172
00:25:43,020 --> 00:25:48,770
bütün müsəlman ölkələrinə və xalqlarına

173
00:25:49,020 --> 00:25:57,800
Öz xeyir, mərhəmət və bərəkətini nazil edəcək və inşallah, bu regionda düşmənlərin şərini azaldacaq.

174
00:25:58,270 --> 00:26:01,000
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.