1
00:00:00,200 --> 00:00:02,170
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,900 --> 00:00:05,400
و الحمد لله ربّ العالمين

3
00:00:05,670 --> 00:00:09,870
و الصّلوة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:19,320 --> 00:00:25,120
سيّما بقيّة الله في الارضين و لعنة الله علي اعدائهم اجمعين

5
00:00:25,950 --> 00:00:34,570
Əziz və şanlı İsfahan əhalisinin bir qrupu ilə

6
00:00:35,700 --> 00:00:48,870
bu hüseyniyyədə yenidən görüşməyə müvəffəq olduğumuz üçün çox xoşbəxtəm.

7
00:00:52,000 --> 00:00:59,820
İsfahan və isfahanlılar haqqında deyiləsi sözlər çoxdur,

8
00:01:01,800 --> 00:01:08,370
amma bu görüş 25 aban münasibətilə təşkil olunduğu üçün

9
00:01:09,620 --> 00:01:18,920
mən də çıxışıma elə buradan başlamaq istəyirəm. Aban ayının 25-dən

10
00:01:20,820 --> 00:01:32,820
ayın sonuna qədər baş vermiş hadisələri təkcə İsfahan camaatı deyil, bütün ölkəmiz, tariximiz və tarixi yaddaşımız heç bir zaman unutmamalıdır.

11
00:01:36,720 --> 00:01:50,950
61-ci il aban ayının 25-də İsfahan əhalisi təxminən 360 şəhid dəfn etdi;

12
00:01:52,420 --> 00:02:00,070
bu, kiçik bir rəqəm deyil. Şəhərə bir gündə

13
00:02:01,870 --> 00:02:07,200
360-a yaxın şəhid cənazəsi gətirildi və xalqın iştirakı ilə dəfn edildi.

14
00:02:10,100 --> 00:02:19,150
Siz gənclər o vaxt yox idiniz, həmin günləri görməmisiniz, o qəhrəmanlığın, o coşqunun şahidi olmamısınız.

15
00:02:21,900 --> 00:02:32,100
Bu hadisədən bir neçə gün ötdükdən sonra İsfahana yenə 250 şəhid cənazəsi gətirildi -

16
00:02:33,120 --> 00:02:37,620
az öncə elə buna görə ayın axırına kimi deyirdim; deyəsən, hələ heç ayın 30-u olmamışdı –

17
00:02:39,720 --> 00:02:53,450
amma xalq yenə də dözümlülük göstərdi, duruş gətirdi  və şəhidlərini əlləri üzərində son mənzilə yola saldı.

18
00:02:55,970 --> 00:03:08,400
Bunlara səbir etmək, davam gətirmək insandan güc istəyir. Mənəvi güc fiziki və ictimai gücdən daha üstündür.

19
00:03:10,900 --> 00:03:21,120
Bir şəhərin əhalisi gənc övladlarını, özü də ən yaxşı oğullarını

20
00:03:23,450 --> 00:03:31,850
qaşlarını belə düyünləmədən əlləri üzərində son mənzilə yola salırsa, bu olduqca böyük bir işdir.

21
00:03:32,550 --> 00:03:39,820
Bütün bunları tarix kitablarından, ya başqa bir kitabdan oxusaydıq,

22
00:03:40,270 --> 00:03:50,300
reallığına asanlıqla inanmazdıq, amma öz gözlərimizlə görmüşük. Xalq bu ağır hadisəyə necə dözdü, necə dayandı?

23
00:03:52,200 --> 00:03:59,870
Həmin gün və səhəri gün təxminən 360 şəhid dəfn edildikdən sonra

24
00:03:59,970 --> 00:04:09,020
gənclər cəbhəyə getmək üçün növbəyə düzülmüşdülər; getdilər də.

25
00:04:11,220 --> 00:04:23,450
İsfahanda və ostanın digər şəhərlərində olan iki diviziya –

26
00:04:23,450 --> 00:04:28,670
İmam Hüseyn (ə) və Nəcəf diviziyaları –

27
00:04:30,120 --> 00:04:36,250
yenidən mömin və fədakar cavanlarla dolub-daşdı.

28
00:04:37,820 --> 00:04:42,700
Onların bu gedişinə nə ata-anaları maneçilik törətdi, nə də gənclər özləri öz qərarlarında zərrə qədər belə olsun tərəddüd etdilər.

29
00:04:44,200 --> 00:04:51,800
Cəbhənin ön xəttində vuruşan və o cür ağır itki vermiş həmin iki diviziya yenidən mömin və fədakar gənclərlə doldu.

30
00:04:53,420 --> 00:05:12,220
“Məhərrəm” əməliyyatında şəhid olanların əksəriyyəti isfahanlılar idi; bax İsfahan budur. Bütün bunların unudulmasına imkan vermək olmaz.

31
00:05:13,420 --> 00:05:25,720
Mənim əzizlərim! Bilin ki, düşmənlərimizin hədəf aldığı əsas məqamlardan biri

32
00:05:26,220 --> 00:05:36,020
belə parlaq həqiqətləri arxa plana keçirməkdir; onlar bu cür tarixi reallıqların unudulması üçün gərgin səylər göstərirlər.

33
00:05:38,400 --> 00:05:45,800
Özünüz görürsünüz, hansısa Avropa ölkəsində bir nəfər şəhid olursa

34
00:05:46,170 --> 00:05:52,600
(necə şəhid olması ilə işimiz yoxdur; hər hansısa bir hədəf uğrunda öldürülüb)

35
00:05:53,150 --> 00:05:57,650
adının kitablardan silinməsinə,

36
00:05:58,450 --> 00:06:10,300
xatirələrdən yox olmasına imkan vermirlər. Bəs biz nə üçün İsfahan camaatının bu böyük hərəkatının, fədakarlığının unudulmasına yol verməliyik? İsfahan budur.

37
00:06:12,620 --> 00:06:20,170
Bu il bu günlər ərbəin ərəfəsinə təsadüf edib.

38
00:06:21,370 --> 00:06:34,150
Nəcəf və Kərbəla, Nəcəf və İmam Hüseyn (ə) məqbərəsi arasında milyonların təşkil etdiyi o möhtəşəm yürüşü, o izdihamı görürsünüz?

39
00:06:34,900 --> 00:06:40,420
O şövqü, o coşqunu, o hərəkatı görürsünüz?

40
00:06:41,150 --> 00:06:49,970
Lazım olan məqamda, hətta təhlükəli belə olsa,

41
00:06:50,800 --> 00:06:55,870
xalqımızda, camaatımızda, gənclərimizdə o coşqu, o həvəs yenə də özünü göstərir;

42
00:06:57,720 --> 00:07:04,320
bu əhval-ruhiyyəni, bu psixologiyanı qorumaq lazımdır. Bu ölkənin gələcəyinə məhz bu yüksək əhval-ruhiyyə və coşqu zamin ola bilər.

43
00:07:06,270 --> 00:07:15,320
Bayaq cənab Təbatəbayi qeyd etdi, buyurdu ki,

44
00:07:16,120 --> 00:07:24,870
mənim İsfahanın, İsfahan camaatının təqdirəlayiq keyfiyyətləri barədə deyiləsi sözüm, fikirlərim çoxdur; doğrudan da, belədir.

45
00:07:26,720 --> 00:07:34,050
İsfahan elm, din, imamlara (ə) sevgi və bağlılıq,

46
00:07:34,450 --> 00:07:48,350
zəhmət və təşəbbüskarlıq, incəsənət, mədəniyyət və şəhadət şəhəridir; bura şəhadət ostanıdır.

47
00:07:49,900 --> 00:08:00,420
Mən İsfahan şəhəri dedikdə mərkəzdə qədim və iftixarlarla dolu bu şəhər olmaqla bütövlükdə İsfahan ostanını nəzərdə tuturam.

48
00:08:01,620 --> 00:08:07,550
İsfahan ostanının şəhərlərindən olan Xomeynişəhr

49
00:08:08,250 --> 00:08:12,450
bəzi ostanlardan çox şəhid verib.

50
00:08:12,950 --> 00:08:19,370
Elə bu yaxınlarda həmin şəhərin 2000-dən artıq şəhidi üçün anım tədbiri keçirildi.

51
00:08:19,500 --> 00:08:28,770
İsfahanın bir şəhəri bəzən bütöv bir ostandan daha çox şəhid verib. Bütün bunların dərin mənası var.

52
00:08:30,350 --> 00:08:37,000
Bu insanlar nəyə görə şəhid olurlar? Nəyə görə döyüşə gedirlər? Bu, necə bir stimuldur? Bu nə ruhiyyədir?

53
00:08:39,170 --> 00:08:42,570
İsfahan bax belə bir öncül, avanqard şəhərdir.

54
00:08:42,700 --> 00:08:50,400
İsfahan camaatının müqavimət iqtisadiyyatı sahəsində gördüyü işlərə də işarə olundu;

55
00:08:50,570 --> 00:09:02,500
bəli, mən də deyilənlərlə həmfikirəm. İsfahan camaatı infaqda – malını Allah yolunda xərcləməkdə

56
00:09:04,000 --> 00:09:09,250
elə əliaçıqlıq edir ki, bu işdə başqalarından öndə gedir,

57
00:09:09,670 --> 00:09:19,050
ancaq gündəlik həyatında etdiyi qənaətkarlıqla da yenə də başqalarından irəlidədir; hər ikisi yaxşıdır.

58
00:09:20,870 --> 00:09:25,920
Şəxsi və gündəlik həyatda pul xərcləyərkən

59
00:09:26,150 --> 00:09:33,150
qənaət etmək isfahanlılara xas bir xüsusiyyətdir;

60
00:09:34,220 --> 00:09:40,400
Allah yolunda, toplum üçün şəxsi malından xərcləmək lazım olanda

61
00:09:40,600 --> 00:09:45,450
əliaçıqlıq etmək də yenə isfahanlılara xas bir davranışdır.

62
00:09:46,270 --> 00:09:51,120
İsfahanın müxtəlif sahələrində bu cür xeyriyyəçilik işləri görülür.

63
00:09:52,650 --> 00:10:05,170
İsfahan gözəllik, incəsənət, böyük və adlı-sanlı şəhidlər diyarıdır;

64
00:10:05,370 --> 00:10:12,370
bir tərəfdən Ayətullah Beheşti kimi,

65
00:10:12,850 --> 00:10:18,220
digər tərəfdən də Xərrazi, Himmət, Kazemi

66
00:10:18,370 --> 00:10:29,400
və Rəddanipur kimi şəhidləri var. Bu böyük və görkəmli simalar hər biri bir xalqın önünə işıq sala,

67
00:10:30,270 --> 00:10:36,250
yol aça biləcək bir məşəl ola bilər. Bunlar sizin vizit kartınızdır;

68
00:10:37,500 --> 00:10:46,670
İsfahan camaatının vizit kartı budur; doğru yol uğrunda göstərdikləri müqavimətdir; yəni bu şəhər inqilab şəhəridir.

69
00:10:49,170 --> 00:10:56,400
İnqilabdan öncə şah dövründə 10-15 şəhərdə

70
00:10:57,670 --> 00:11:05,250
hərbi hökumət elan edilmişdi; İsfahanda isə bu hərbi hökumət başqa şəhərlərdən daha tez – bir neçə ay əvvəl elan edilmişdi;

71
00:11:06,120 --> 00:11:14,370
bax İsfahan budur. İsfahanın vizit kartı budur:

72
00:11:14,620 --> 00:11:26,570
bura inqilab, din, imamətə bağlılıq, ölkəyə və xalqa xidmət, əmək, elm, insan sərmayəsi şəhəridir.

73
00:11:27,070 --> 00:11:34,370
Bayaq o biri otaqda dostlarımıza da dedim ki, İsfahanın yetişdirdiyi insan potensialı

74
00:11:34,550 --> 00:11:44,200
ölkənin müxtəlif sferalarında çox parlaq, diqqətəlayiq və aşkar bir şəkildə iştirak edir.

75
00:11:45,370 --> 00:11:50,020
Bu xüsusiyyəti qoruyub saxlamaq lazımdır.

76
00:11:50,770 --> 00:11:59,100
Gənclərimiz hamısı bilməlidir ki, düşmənlərimiz sakit oturmur, əleyhimizə planlar hazırlayırlar;

77
00:11:59,670 --> 00:12:05,420
əsl hünər odur ki, düşmənin məkrli planlarından,

78
00:12:06,300 --> 00:12:13,800
hücum üçün hədəf seçdiyi nöqtələrdən xəbərdar olaq

79
00:12:14,250 --> 00:12:20,200
və eyni zamanda düşmənə müqavimət göstərmək, planlarını heçə çıxarmaq üçün

80
00:12:20,420 --> 00:12:24,520
bizim də konkret planlarımız, motivasiyamız və müəyyən fikirlərimiz olsun.

81
00:12:25,050 --> 00:12:33,600
Düşmənin önündən qaçmaq bir ölkənin üzləşə biləcəyi bütün təhlükələr üçün giriş qapısıdır.

82
00:12:34,320 --> 00:12:39,100
Biz ölkəmizi İslam dini sayəsində ən yüksək zirvəyə çatdırmaq istəyirik;

83
00:12:40,250 --> 00:12:46,420
biz İran xalqını layiq olduğu, dünyaya örnək olacaq

84
00:12:46,800 --> 00:12:56,320
bir səviyyəyə yetişdirmək istəyirik; təkcə İslam dünyası və müsəlman xalqları üçün yox, Yer kürəsinin bütün insanları üçün örnək olacaq bir səviyyəyə.

85
00:12:56,470 --> 00:13:01,600
Bu, böyük bir işdir, bu yol çətin və uzun bir yoldur.

86
00:13:02,020 --> 00:13:10,020
İslamın düşəmənləri bu dininin adının belə bir əzəmət və möhtəşəmlik qazanmasını istəmir;

87
00:13:10,150 --> 00:13:18,350
eynilə şiəliyin düşmənləri də; ona görə də fəaliyyətdədirlər,

88
00:13:19,320 --> 00:13:27,300
oturub müxtəlif planlar cızır, iş aparırlar.  Onların planlarından məlumatsız qalmaq olmaz.

89
00:13:28,100 --> 00:13:38,170
Fikrimcə, günümüzdə ilk növbədə ehtiyac duyulan məsələ inqilabın prinsipləri üzərində möhkəm durmaqdır.

90
00:13:38,470 --> 00:13:44,000
Bu prinsiplər elə İmamın (r.ə) vəsiyyətnaməsində

91
00:13:44,400 --> 00:13:51,100
və çıxışlarında əksini tapan mövzulardır; bunlar inqilabın bünövrəsi, sütunlarıdır.

92
00:13:53,270 --> 00:13:57,300
Mən gənclərimizə İmamın (r.ə) vəsiyyətnaməsini oxumağı tövsiyə edirəm.

93
00:13:58,900 --> 00:14:06,000
Siz İmamı görməmisiniz, amma o, öz vəsiyyətnaməsində təcəssüm edib.

94
00:14:06,620 --> 00:14:11,200
Həmin vəsiyyətnamədə, həmçinin İmamın çıxışlarında,

95
00:14:12,250 --> 00:14:15,800
söhbətlərində dünyanı lərzəyə gətirməyi bacarmış bu insanın şəxsiyyəti öz əksini tapıb.

96
00:14:17,450 --> 00:14:25,150
İmamı reallıqda olduğunun əksinə tanıtmaq, həqiqətdə olmadığı kimi

97
00:14:26,300 --> 00:14:34,300
səciyyələndirmək mümkün deyil, onun çıxışları, fikirləri əlimizdə var, yaşamaqdadır.

98
00:14:36,150 --> 00:14:38,800
Odur ki İslam İnqilabının əsasları üzərində möhkəm durmaq lazımdır.

99
00:14:39,270 --> 00:14:46,250
O günkü görüşdə mən burada iştirak edən gənc alimlərimizə də bildirdim ki,

100
00:14:46,920 --> 00:14:53,600
bu prinsiplərə sədaqətin vacibliyi kor-koranə inad, təəssübkeşlik və cahilanə heysiyyətdən irəli gəlmir.

101
00:14:54,350 --> 00:15:04,400
Bu, ondan irəli gəlir ki, əgər İran əsrlər boyunca məcburən məruz qaldığı gerilikdən yaxa qurtarmaq istəyirsə,

102
00:15:04,820 --> 00:15:11,950
mütləq, bu istiqamətdə addımlamalıdır. Bu ölkənin problemlərinin həll olunmasını,

103
00:15:12,770 --> 00:15:18,000
hərtərəfli yüksəlişini, nüfuz və rifah əldə etməsini,

104
00:15:20,300 --> 00:15:31,870
maddi, mənəvi-əxlaqi, mədəni baxımdan başqalarına örnək olacaq bir ölkə olmasını istəyiriksə,

105
00:15:32,450 --> 00:15:43,850
inqilab yolunu davam etdirməliyik. İnqilab yolu bu ölkənin yeganə qurtuluş yolu idi, hazırda da belədir, gələcəkdə də belə olacaq.

106
00:15:44,850 --> 00:15:50,970
Hazırda əməli cəhətdən mühüm olan məsələlərdən biri iqtisadiyyat məsələsidir;

107
00:15:50,970 --> 00:15:54,920
düşmən bütün diqqətini iqtisadiyyatımıza yönəldib

108
00:15:55,950 --> 00:16:02,350
və məhz zəif hesab etdiyi bu nöqtəyə basaraq

109
00:16:09,270 --> 00:16:11,950
əziz ölkəmiz, İran İslam Respublikası ilə bağlı xain niyyətlərini

110
00:16:12,150 --> 00:16:19,100
həyata keçirə biləcəyini düşünür. İqtisadiyyat üzərində ciddi işləmək lazımdır.

111
00:16:19,300 --> 00:16:25,650
Bayaq müqavimət iqtisadiyyatı dedim;

112
00:16:25,950 --> 00:16:32,650
müqavimət iqtisadiyyatı daxildən güc alan, başqalarına ehtiyacımızı azaldacaq,

113
00:16:32,870 --> 00:16:41,520
xarici böhranlar qarşısında ölkənin müqavimət gücünü artıracaq bir iqtisadiyyatdır; müqavimət iqtisadiyyatının mənası budur.

114
00:16:42,670 --> 00:16:48,720
Cari ilin şüarı “Müqavimət iqtisadiyyatı, əməli tədbirlər” şüarıdır; bütün bu əməli tədbirlər xalqın gözü önündə baş verməlidir,

115
00:16:48,720 --> 00:16:55,970
camaat onların nəticəni görməlidir. Mənim rəsmilərdən gözləntim budur,

116
00:16:56,570 --> 00:17:01,270
bunu görüşlərimizdə də həmişə qeyd edirəm; bu haqda daim onlarla danışır, müzakirələr aparırıq.

117
00:17:01,970 --> 00:17:05,650
Əməli tədbirlərin nəticələrini hamı görməlidir.

118
00:17:07,250 --> 00:17:11,800
Bu gün ehtiyac duyduğumuz şeylərdən biri də siyasi cəhətdən gözüaçıq olmaqdır;

119
00:17:12,500 --> 00:17:19,600
siyasi cəhətdən gözüaçıqlıq! İnsan gözüaçıq olanda

120
00:17:20,000 --> 00:17:24,500
öz çevrəsini,

121
00:17:24,850 --> 00:17:29,120
uzaq və yaxınını düzgün tanıya bilir; gözüaçıqlıq budur.

122
00:17:30,720 --> 00:17:38,520
Bu olmayanda isə əslində heç cəlbedici olmayan şeylər insanı özünə cəlb edir.

123
00:17:38,770 --> 00:17:47,950
Bu gün bir qrup adam amerikapərəstdir, ancaq bu, aldadıcı bir cazibədir;

124
00:17:48,620 --> 00:17:55,270
çünki əslində Amerikada cəlbedici heç nə yoxdur. Mən bunları həmişə deyirdim, sonra özünüz də gördünüz ki,

125
00:17:56,050 --> 00:18:05,450
seçkilərdə o ölkənin ən öndə gedən siyasətçiləri çıxıb elə mənim söylədiklərimi,

126
00:18:06,050 --> 00:18:09,650
hələ ondan da qat-qat artığını dilə gətirdilər.

127
00:18:12,800 --> 00:18:16,800
Seçilmiş prezident deyir ki,

128
00:18:17,370 --> 00:18:27,120
biz amerikalılar bu neçə il ərzində müharibələrə xərclədiyimiz pulları

129
00:18:27,350 --> 00:18:35,370
ölkənin daxili ehtiyaclarına sərf etsəydik, iki dəfə Amerika qura bilərdik,

130
00:18:36,200 --> 00:18:42,470
o zaman bu qədər sökülüb-dağılmış yollarımız, körpülərimiz, bəndlərimiz, şəhərlərimiz,

131
00:18:42,800 --> 00:18:48,450
bu qədər yoxsul vətəndaşımız olmazdı.

132
00:18:48,950 --> 00:18:55,350
Xəyali bir şeyin heyranı olan insanlar bu həqiqətləri anlamağa hazırdırlarmı?

133
00:18:57,800 --> 00:19:02,920
Amerikada bu qədər xarabazarlıq olduğu halda,

134
00:19:04,200 --> 00:19:12,500
o ölkənin pulları şərəfsiz işlərə xərclənir. Onun dediyi,

135
00:19:12,670 --> 00:19:26,270
trilyonlar xərclənmiş müharibələr – milyardlarla dollar xərcləmişik deyir –

136
00:19:26,550 --> 00:19:29,300
şərəfli müharibələr idi?

137
00:19:30,900 --> 00:19:40,720
Savaş da iki cür olur: biri insani qanunlara hörmət qoyulan şərəfli savaşdır;

138
00:19:40,720 --> 00:19:47,520
bəli, düşmən hücum etdikdə insan müqavimət göstərməyə məcburdur, bu, haqlı və şərəfli savaşdır.

139
00:19:49,050 --> 00:19:56,920
Bu illər ərzində ABŞ-ın bu regionda törətdiyi savaşlar isə

140
00:19:57,050 --> 00:20:02,100
şərəfli savaşlar olmayıb. O müharibələrlə nə qədər evlər dağıdıblar,

141
00:20:02,470 --> 00:20:07,070
bombalar yağdıraraq

142
00:20:08,420 --> 00:20:18,100
on minlərlə dinc insanı, qadınları, uşaqları öldürüblər, xeyir-şər mərasimlərini bombalayıblar,

143
00:20:19,350 --> 00:20:23,570
neçə ölkənin infrastrukturunu məhv ediblər.

144
00:20:23,920 --> 00:20:30,220
Görün Liviyanın, Suriyanın, İraqın, Yəmənin,

145
00:20:30,570 --> 00:20:37,770
Əfqanıstanın başına nələr gətiriblər! O trilyonlar bu işlərə sərf edilib.

146
00:20:40,500 --> 00:20:52,670
Bunlar mənim həmişə toxunduğum məsələlərdir. Gözüaçıqlıq odur ki, kiminlə qarşı-qarşıya olduğunu,

147
00:20:53,420 --> 00:20:58,020
qarşı tərəfin sənin haqqında nə düşündüyünü anlayasan,

148
00:20:59,300 --> 00:21:12,450
bir anlıq gözünü yumsan, fikrin yayınsa, üstünə hücum olunacağını biləsən; gözüaçıqlıq budur.

149
00:21:13,100 --> 00:21:20,950
Mənim ölkənin siyasi və qeyri-siyasi elitasından gözləntim budur ki, onlarda bax bu gözüaçıqlıq olsun.

150
00:21:21,120 --> 00:21:27,120
Xoşbəxtlikdən, xalqımızda bu xüsusiyyət var.

151
00:21:27,370 --> 00:21:33,950
Maraqlıdır, sadə insanlar, xalq kütləsi siyasi cəhətdən gözüaçıq olduğu halda,

152
00:21:35,520 --> 00:21:39,750
müəyyən illüziyalara qapılan bəzi ziyalılarımızda bu yoxdur.

153
00:21:40,950 --> 00:21:51,570
Əlbəttə, ABŞ-da keçirilmiş seçkilərlə əlaqəli mən konkret olaraq heç bir mühakimə yürüdə bilmərəm; Amerika Amerikadır;

154
00:21:52,470 --> 00:22:01,070
istər bu partiya olsun, istərsə də o biri, fərqi yoxdur, hansı biri hakimiyyətə gəlibsə, bizə zərərdən başqa heç nə verməyib.

155
00:22:01,420 --> 00:22:08,450
Biri sanksiya qoydu, o biri təyyarəmizi vurdu, o biri neft platformalarımızı vurdu, başqa birisi də düşmənlərimizə kömək göstərdi.

156
00:22:11,300 --> 00:22:18,450
Heç nigarançılığımız da yoxdur; Allah-taalanın yardımı ilə,

157
00:22:18,770 --> 00:22:22,920
baş verə biləcək hər bir hadisəyə hazırıq.

158
00:22:51,950 --> 00:22:59,900
Amerikada seçkilər bu cür nəticələndiyi üçün dünya ölkələrində bəziləri az qala yas qurub;

159
00:23:00,050 --> 00:23:04,620
başqa bir qrup isə sevinir.

160
00:23:05,170 --> 00:23:11,570
Biz isə yox, nə matəm saxlayırıq, nə də sevinirik; bizim üçün fərqi yoxdur.

161
00:23:12,350 --> 00:23:27,100
Biz ölkəni üzləşə biləcəyi hər cür problemdən necə xilas edə biləcəyimizi düşünürük; xalq bunu düşünməlidir.

162
00:23:27,850 --> 00:23:39,620
Ölkəni istər hazırkı dövrdə, istərsə də sonrakı on, əlli ildə üzləşə biləcəyi hər cür problemdən müvəffəqiyyətlə keçirməyin yeganə yolu

163
00:23:40,420 --> 00:23:49,200
onu daxildən gücləndirməkdir. Baxın görün bu gücü necə əldə etmək olar.

164
00:23:50,400 --> 00:23:58,470
Əsas məsələ dövlətin daxildən möhkəmlənməsidir; həm siyasi,

165
00:23:58,850 --> 00:24:04,350
həm iqtisadi, həm mədəni cəhətdən,

166
00:24:05,150 --> 00:24:13,870
həm də hamısından önəmlisi insanların, xüsusilə də ziyalıların, özəlliklə yüksək vəzifə postu tutan rəsmilərin

167
00:24:14,450 --> 00:24:17,700
mənəvi-psixoloji cəhətdən möhkəm olmasıdır.

168
00:24:18,720 --> 00:24:23,270
Bu güc, bu möhkəmlik olsa, ölkəni heç bir təhlükə təhdid edə bilməz.

169
00:24:23,920 --> 00:24:27,050
Ölkəmiz hər cür təhlükəyə hazırdır.

170
00:24:27,600 --> 00:24:43,300
Bu mübarək inqilabi ruhiyyəni bizim əziz gənclərimiz davam etdirməlidir.

171
00:24:44,200 --> 00:24:51,470
Söz-söhbətlər, qalmaqallar, lüzumsuz şərhlər, xırda, əhəmiyyətsiz mövzulara varmalar

172
00:24:51,920 --> 00:24:57,320
və sair bu kimi məsələlər ölkə üçün problem deyil; ölkənin birinci dərəcəli məsələsi inqilabi ruhiyyədir

173
00:24:57,770 --> 00:25:06,470
inqilabi tendensiyadır. Əməli tədbirlər, planlama baxımından isə əsas məsələlər mənim haqqında dönə-dönə danışdığım iqtisadiyyatdır,

174
00:25:07,170 --> 00:25:12,770
tez-tez toxunduğum elmi inkişafdır,

175
00:25:14,070 --> 00:25:23,670
dəfələrlə vurğuladığım xalqın birliyi, həmrəyliyi məsələsidir. Bunlar ölkənin ən önəmli məsələləridir.

176
00:25:23,800 --> 00:25:36,000
Şükürlər olsun ki, İsfahan xalqı uzaq və yaxın keçmişdə üzləşdiyi hər cür sınaqlardan üzüağ çıxmağı bacarmışdır.

177
00:25:37,220 --> 00:25:47,400
İsfahanlıların bu günə qədər keçdiyi ağır imtahanlar onlar üçün konstruktiv olmuşdur.

178
00:25:48,250 --> 00:25:54,520
İmtahan məşqdir, ilahi imtahan məşq etmək, qarşılaşmada özünü sınamaq deməkdir.

179
00:25:55,650 --> 00:26:00,200
Rəqiblə qarşılaşma insana öz zəif cəhətlərini göstərir,

180
00:26:01,870 --> 00:26:07,900
bununla da insan həmin zəif cəhətləri aradan qaldırmağa, güclənməyə çalışır.

181
00:26:08,270 --> 00:26:14,650
Bu, İran xalqının mütəmadi olaraq üzləşdiyi bir şeydir. Şükürlər olsun ki, İsfahan bu sahədə

182
00:26:14,920 --> 00:26:20,770
həmişə öncüldür. Ümidvaram ki, həmişə də belə olacaq.

183
00:26:21,220 --> 00:26:27,520
Mənim əzizlərim! Əmin olun ki, bu ölkənin sabahı bu günündən daha yaxşı olacaq.

184
00:26:28,800 --> 00:26:34,020
Allah-taalanın lütfü və yardımı ilə

185
00:26:34,400 --> 00:26:42,120
bu ölkə inqilabın, ilahi ayələrin, Qurani-Kərimə, İslam dininə

186
00:26:42,600 --> 00:26:52,050
və on dörd məsumun (ə) təlimlərinə bəslənən imanın bərəkəti sayəsində bütün problemlərinin öhdəsindən gələ biləcək

187
00:26:53,120 --> 00:26:56,750
və inkişaf edəcəkdir. Ümidvaram, elə belə də olacaq, inşallah.

188
00:26:57,070 --> 00:27:02,470
Əziz qardaş və bacılar, görüşümüz məni çox sevindirdi.

189
00:27:02,750 --> 00:27:06,470
Bütün isfahanlı bacı-qardaşlarımıza mənim salamımı yetirin.

190
00:27:06,600 --> 00:27:08,570
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.