1
00:00:00,300 --> 00:00:02,730
Bağışlayan və Mehriban Allahın adı ilə.

2
00:00:03,400 --> 00:00:07,230
و الحمدلله ربّ العالمين

3
00:00:46,600 --> 00:00:52,800
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:01:03,300 --> 00:01:10,800
و آله الطّيبين الطّاهرين المعصومين سيّما بقيةالله في الارضين

5
00:01:11,460 --> 00:01:28,330
Bayramınız mübarək! Allah-taala bu böyük bayramın və mövla Əlinin (ə) anımının bərəkəti sayəsində,

6
00:01:29,430 --> 00:01:41,530
inşallah, qəlblərinizi həmişə Öz lütfü, rəhməti və mənəvi rahatlığı ilə nurlandırsın.

7
00:01:44,960 --> 00:01:54,360
Bu və buna bənzər tədbirlərdən həqiqətən də ən uyğun və ən gözəl şəkildə yararlanmağımız üçün

8
00:01:55,830 --> 00:02:04,460
Uca Yaradan, inşallah, bizə mənəvi dəstək olsun.

9
00:02:05,830 --> 00:02:15,000
Şükürlər olsun ki, bugünkü tədbirimizin açılışı çox gözəl başladı; gözəl Quran oxundu,

10
00:02:15,760 --> 00:02:23,430
şeirlər də həm forma, həm də məzmun etibarilə çox gözəl idi;

11
00:02:24,200 --> 00:02:31,600
sizin də ürəyiniz Əmirəlmömininə (ə) eşq və məhəbbətlə doludur.

12
00:02:34,230 --> 00:02:47,160
Ona bəslədiyimiz bu eşq, məhəbbət, dostluq və diqqət,

13
00:02:47,530 --> 00:02:57,360
inşallah, bizim Mövla Əlinin (ə) bəyəndiyi yola yönəlməyimiz üçün bir vasitə olmalıdır.

14
00:02:58,160 --> 00:03:11,530
Əvvəlcə Qədiri-Xum hadisəsinin özü haqda qeyd etmək istəyirəm.

15
00:03:11,800 --> 00:03:18,230
Qədiri-Xum bayramının bəzən “Eydullahul-Əkbər” – “Allahın ən böyük bayramı” adlandırılması

16
00:03:19,530 --> 00:03:30,130
və bütün başqa bayramlardan daha üstün hesab edilməsi nə ilə əlaqəlidir?

17
00:03:30,600 --> 00:03:38,130
Bununla bağlı Qurani-Kərimdə elə ayələr var ki, Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə uyğunlaşdırıla bilməz.

18
00:03:38,830 --> 00:03:44,360
“...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun.

19
00:03:45,060 --> 00:03:53,260
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...” (“Maidə” surəsi 3-cü ayədən)

20
00:03:54,360 --> 00:04:11,000
“Maidə” surəsinin əvvəllərindəki bu məşhur ayə mənasına, quruluşuna və daşıdığı əhəmiyyətə görə Qədiri-Xum məsələsindən başqa heç bir məsələ ilə bağlı ola bilməz.

21
00:04:13,530 --> 00:04:23,000
Belə bir ifadədən yalnız bu cür mühüm bir hadisə ilə əlaqədar istifadə oluna bilərdi: “...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər.”

22
00:04:24,800 --> 00:04:36,600
Bu ayənin Qədir hadisəsi ilə bağlı olduğuna şübhə ilə yanaşan, müxtəlif fikirlər  yürüdüb

23
00:04:37,260 --> 00:04:44,500
cürbəcür sözlər danışaraq Qədiri-Xum hadisəsinə qarşı çıxan insanlar ayəni bu və ya digər şəkildə izah etmişlər,

24
00:04:45,260 --> 00:04:58,630
ancaq ayənin bu fraqmentini başqa cür izah etmək mümkün deyil: Bu gün düşmənlər – kafirlər sizi dininizdən döndərməkdən məyus oldular.

25
00:04:59,100 --> 00:05:05,430
Dinin başqa hökm və prinsiplərinə əlavə edilərək düşməni belə məyus edən nə idi?

26
00:05:06,730 --> 00:05:15,260
“Maidə” surəsinin əvvəlində, həmin fraqmentdən öncə və sonra gələn o hökm

27
00:05:15,860 --> 00:05:26,300
hansı əhəmiyyətə malik idi? Ayədə işlənən o ifadə tərzi nə namaz, nə zəkat, nə cihad,

28
00:05:26,530 --> 00:05:32,400
nə də firuiddinin bu kimi  digər hökmləri haqqında işlədilməmişdir;

29
00:05:32,600 --> 00:05:35,960
“...Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər”;

30
00:05:37,560 --> 00:05:44,500
demək, bu, tamamilə başqa bir məsələ haqqındadır və ibadətlə bağlı qanunlara aid deyil. Yaxşı bəs Qədiri-Xumda reallaşan o önəmli hadisə nədən ibarət idi?

31
00:05:45,100 --> 00:05:56,960
Həmin hadisə İslam cəmiyyətinin rəhbərliyi, İslam toplumunda dövlət quruluşu və imamət məsələsi idi.

32
00:05:58,360 --> 00:06:03,660
Doğrudur, ola bilsin, kimlərsə bu qanuna qarşı çıxar, ona əməl etməzdilər – necə ki, əməl etmədilər də;

33
00:06:05,000 --> 00:06:13,700
Bəni-Uməyyə və Bəni-Abbas sülaləsi əsrlərlə imamət, xilafət və bu kimi adlar altında hakimiyyətdə oldular,

34
00:06:14,200 --> 00:06:21,400
ağalıq etdilər –  amma onların bu müddət ərzində hakimiyyətdə qalması

35
00:06:22,560 --> 00:06:31,600
Qədiri-Xum məsələsinin fəlsəfəsinə, mahiyyətinə heç bir xələl gətirmir. Qədiri-Xum hadisəsi hakimiyyətin qayda

36
00:06:32,100 --> 00:06:40,800
və prinsiplərinin müəyyənləşdirilməsi demək idi. Bununla İslam dinində bir qaydanın əsası qoyuldu. Bu qaydanı Həzrət Peyğəmbər (s)

37
00:06:40,930 --> 00:06:46,860
ömrünün son aylarında təyin etdi. Həmin qayda nədən ibarət idi? Bu, imamət, məsum imamların (ə) rəhbərliyi ilə bağlı bir qayda idi.

38
00:06:47,730 --> 00:06:53,760
Bəşər cəmiyyətlərində hələ qədim dövrlərdən hökumət sistemləri mövcud olmuş,

39
00:06:54,660 --> 00:06:59,130
müxtəlif toplumlar cürbəcür hakimiyyət quruluşlarını təcrübədən keçirmişdir.

40
00:06:59,300 --> 00:07:08,600
İslam dini isə o cür hökumətləri, hökmdarlığı və hakimiyyət quruluşunu əsla qəbul etmir,

41
00:07:09,430 --> 00:07:16,500
onun qəbul etdiyi yalnız imamət prinsipidir. İslam dininin hakimiyyətlə bağlı müəyyənləşdirdiyi qayda budur; Qədiri-Xum hadisəsi bunu açıqlayır.

42
00:07:17,060 --> 00:07:30,130
Bu qaydanın nümunəsi, göstəricisi də məlumdur; Əmirəlmöminin (ə) elə bir şəxsiyyətdir ki, nə həmin dövrdə, nə də sonrakı dövrlərdə heç kəs

43
00:07:30,300 --> 00:07:41,300
nə onun parlaq şəxsiyyətinə, nə də Qurani-Kərimdəki təlimlərin örnəyi, nümunəsi olduğuna azacıq belə olsun kölgə sala bilməyib.

44
00:07:42,500 --> 00:07:52,930
Doğrudur, söyüblər, təhqir ediblər – Allah-taalanı da, Peyğəmbəri (s) də (Nəuzubillah!) söyürlər – ancaq söyüş və təhqirlər onların haqlı olduğunu sübut etmək üçün dəlil deyil.

45
00:07:54,600 --> 00:08:03,860
Dərindən düşünən, hislərini və təəssübkeşliyi bir kənara qoyan insan

46
00:08:04,000 --> 00:08:16,000
bu nurani və müqəddəs insanın şəxsiyyətinə əsla, ən kiçik olsa belə xələl gətirə bilməz.

47
00:08:16,130 --> 00:08:23,260
Peyğəmbər (s) Əlini (ə) imamətin nümunəsi olaraq seçib və bu, bir qaydaya, prinsipə çevrilib.

48
00:08:25,130 --> 00:08:32,060
Dünyanın sonuna qədər, yer üzünün istənilən yerində müsəlmanlar

49
00:08:33,060 --> 00:08:41,600
İslam dininin əhatə dairəsini genişləndirmək, müsəlman toplumunu reallaşdırmaq istəsələr, bu işə cəhd göstərsələr, Allah-taala onları bu işləri həyata keçirməyə hidayət etsə,

50
00:08:41,800 --> 00:08:46,930
qaydası budur: imamət prinsipini dirçəltməli, reallaşdırmalıdırlar.

51
00:08:47,300 --> 00:08:56,930
Şübhəsiz ki, digər nümunələr Peyğəmbərin (s) təyin etdiyi örnəyə heç vaxt çata bilməz;

52
00:08:57,900 --> 00:09:06,930
heç ondan aşağılara da çata bilməz; bizim elm, irfan,

53
00:09:07,730 --> 00:09:14,830
mərifət sahibi olan ən böyük şəxsiyyətlərimiz İmam Əli ilə (ə) müqayisədə

54
00:09:15,160 --> 00:09:24,530
dərin quyunun dibinə sızan, gözlə güclə görünən zəif işıq şüasına bənzəyir. Belə bir zəif şüanı günəşlə müqayisə edin, görün nə qədər fərq var!

55
00:09:26,400 --> 00:09:34,930
Doğrudur, hər ikisi işıqdır, şüadır, amma aradakı fərq nə qədərdir?

56
00:09:36,760 --> 00:09:46,160
Parlaq şəxsiyyətlərimizi, məsələn, dahi İmam Xomeyni (r.ə) kimi bir şəxsi (o, həqiqətən də kamil bir insan,

57
00:09:46,700 --> 00:09:58,130
böyük və dahi bir şəxsiyyət idi; hərtərəfli, hər bir cəhətdən üstün və seçilən bir insan idi)

58
00:09:58,300 --> 00:10:04,560
İmam Əli (ə) ilə müqayisə etmək istəsək, aradakı fərq dediyim kimidir:

59
00:10:05,400 --> 00:10:13,030
yəni elə bil ki, günəşin işığını quyunun dibinə

60
00:10:13,530 --> 00:10:22,860
və ya hansısa zirzəminin küncünə düşən günəş ya da başqa işıq şüasının zəif nuru ilə müqayisə edirsiniz; aradakı fərq bu cürdür.

61
00:10:23,700 --> 00:10:32,300
Bəli, bu fərq var, amma qayda budur; qayda imamətdir.

62
00:10:33,030 --> 00:10:43,960
İslam cəmiyyətində hökumət, hakimiyyət sahibi olmağın meyarları Qədiri-Xum hadisəsi ilə müəyyənləşdirilmiş,

63
00:10:44,560 --> 00:10:48,230
bu məsələlərin əsası həmin hadisə ilə qoyulmuşdur; Qədiri-Xum hadisəsinin əhəmiyyəti bundan ibarətdir.

64
00:10:50,330 --> 00:10:57,060
Bu hadisənin daşıdığı önəm yalnız Peyğəmbərin (s) Əlini (ə)  əmirəlmöminin təyin etməsində deyil; doğrudur, bu da önəmlidir,

65
00:10:57,830 --> 00:11:05,100
amma ondan daha önəmlisi hakimiyyət meyarının, hakimiyyətlə bağlı qayda və prinsipin təyin edilməsi idi.

66
00:11:06,630 --> 00:11:14,930
Bununla da İslam toplumunda monarxiyaya,

67
00:11:15,200 --> 00:11:23,630
avtoritarlığa, güc və sərvətə,

68
00:11:25,400 --> 00:11:32,400
xalqa qarşı təkəbbürlülüyə, imtiyaz tələb etmələrə,

69
00:11:32,660 --> 00:11:44,060
tamahkarlığa, sərvət toplayıb artırmağa və şəhvətə əsaslanan hakimiyyətə yer olmadığı aydınlaşır;

70
00:11:45,130 --> 00:11:50,400
bununla da İslam dinində rəhbərlik, idarəçilik prinsipinin hansı olduğu məlum olur. Bu prinsip Qədiri-Xum hadisəsində müəyyən olunub.

71
00:11:51,100 --> 00:11:53,360
Məhz bu qayda bərqərar edildikdən sonra

72
00:11:53,360 --> 00:11:56,260
يَئِسَ الَّذينَ کَفَروا مِن دينِکُم

73
00:11:57,400 --> 00:12:07,360
– kafirlər dindən əllərini üzüblər, düşmənlər İslam dininin kursunu dəyişmək ümidini itiriblər.

74
00:12:07,530 --> 00:12:18,960
Çünki dinin istiqaməti yalnız o əsas məqam, əsas mehvər, yəni hakimiyyət,

75
00:12:20,630 --> 00:12:29,000
rəhbərlik prinsipi dəyişəcəyi zaman dəyişə bilər; bu dəyişsə, yerdə qalan şeylər asanlıqla dəyişiləcək. Doğrudur,

76
00:12:30,400 --> 00:12:37,800
reallıqda bir sıra hadisələr, dəyişikliklər baş verir və İslam adı altında

77
00:12:38,300 --> 00:12:44,360
hakimiyyətə Bəni-Üməyyə, Bəni-Abbasi xəlifələri – Həccac ibn Yusif kimiləri gəlir,

78
00:12:45,460 --> 00:12:48,900
ancaq bütün bunlar artıq müəyyən edilmiş qaydanı poza bilməz.

79
00:12:50,060 --> 00:12:58,000
Bu gün İslam dünyasında kimlərsə – İslam təlimləri ilə tanış olan insanlar

80
00:12:58,700 --> 00:13:05,560
Qurana, orada Allah-taalaya itaət,

81
00:13:06,260 --> 00:13:18,860
bəndələrin, yəni müxtəlif xalqların Haqq yolunda necə yaşayıb, hansı istiqamətdə irəliləməli olduğu ilə bağlı müəyyən edilmiş qayda-qanunlara müraciət etsələr,

82
00:13:19,000 --> 00:13:29,330
Əmirəlmöminin (ə) və onun ardınca gələn digər imamların rəhbərliyini qəbul etməkdən başqa hansısa nəticəyə vara bilmələri qeyri-mümkündür.

83
00:13:29,460 --> 00:13:35,360
Bu, bizim iddiamızdır və onu sübut etməyə də tamamilə qadirik.

84
00:13:35,530 --> 00:13:43,200
İslam dünyasında kimlərsə – ziyalılar, mütəfəkkirlər, əqidəli insanlar,

85
00:13:44,760 --> 00:13:52,630
yəni əvvəldən başqa bir əqidə və ideologiya ilə yetişdirilmiş şəxslər

86
00:13:53,030 --> 00:14:02,830
cəmiyyətin yaşamı üçün Quranı və ona əsaslanan dəyər və prinsipləri meyar seçmək istəsələr, yalnız bu qənaətə gələcəklər ki,

87
00:14:03,530 --> 00:14:12,500
İslam toplumuna Əli ibn Əbu Talib (ə) kimi bir şəxsiyyətin rəhbərlik etməsindən başqa bir yol yoxdur;

88
00:14:12,600 --> 00:14:21,460
yəni yol budur; yol imamət yoludur.

89
00:14:21,630 --> 00:14:28,160
Qədiri-Xum hadisəsi haqqında bu qədər.  Qədir hadisəsinin nə qədər önəmli olduğu aydınlaşdıqdan sonra

90
00:14:29,130 --> 00:14:37,500
“...Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” (“Maidə” surəsi 67-ci ayədən) –

91
00:14:37,860 --> 00:14:47,900
ayəsinin mənası da aydınlaşır. Allah-taala buyurur ki, əgər bu hökmü insanlara açıqlamasan, öz ilahi missiyanı qətiyyən yerinə yetirməmiş olacaqsan.

92
00:14:48,900 --> 00:14:52,730
Təsəvvür edin, Peyğəmbər (s) 23 il mübarizə aparır;

93
00:14:53,460 --> 00:15:02,830
Məkkə və Mədinədəki o mücahidəsi, o döyüşlər, o fədakarlıq, ona göstərilən o təzyiqlər,

94
00:15:03,430 --> 00:15:09,800
o dahi şəxsiyyətin həyata keçirdiyi, bütün bəşəriyyəti doğru yola hidayət etmək kimi böyük bir missiya –

95
00:15:10,230 --> 00:15:16,600
bütün bunlar bu müddət ərzində baş vermişdir.

96
00:15:17,000 --> 00:15:21,860
Yaxşı bəs birdən-birə bu nə məsələdir ki, onun barəsində:

97
00:15:23,000 --> 00:15:26,300
“...Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...”– deyilir.

98
00:15:26,930 --> 00:15:33,330
Bu, firuiddinin qanunları ola bilməz, onlardan daha üstün bir məsələ olmalıdır. Bəs o nədir? Bu, imamət məsələsidir.

99
00:15:34,530 --> 00:15:43,030
Birinci imam kimdir? Peyğəmbərin (s) özü. İmam Sadiq (ə) Minada ikən bu haqda belə buyurmuşdur:

100
00:15:43,400 --> 00:15:46,600
اِنَّ رَسولَ اللهِ کانَ هُوَ الاِمام

101
00:15:47,100 --> 00:15:49,600
“Birinci imam Peyğəmbərdir (s)”;

102
00:15:50,630 --> 00:15:53,000
“Sonra Əli ibn Əbutalib (ə)

103
00:15:53,160 --> 00:16:03,660
və digər imamlar gəlir.” Allah-taala İbrahim peyğəmbəri (ə) o qədər imtahan etdikdən,

104
00:16:05,230 --> 00:16:12,000
o qədər çətin sınaqlardan keçirdikdən sonra (onu yeniyetmə ikən oda atırlar,

105
00:16:12,600 --> 00:16:19,700
Babil və başqa yerlərdə din yolunda nə qədər çalışıb zəhmət çəkir)

106
00:16:20,330 --> 00:16:24,360
ahıl çağında ona belə buyurur:

107
00:16:24,500 --> 00:16:27,130
“Səni insanlara imam təyin etdim”.

108
00:16:27,400 --> 00:16:35,130
İmamət bu deməkdir. Bu, bir ideologiyadır;

109
00:16:35,400 --> 00:16:45,800
möhkəm əsaslara, sarsılmaz arqumentlərə dayanan islami ideologiya.

110
00:16:46,360 --> 00:16:50,830
Odur ki mən bütün İslam dünyasına, bütün mütəfəkkirlərə səslənirəm;

111
00:16:51,430 --> 00:17:04,500
Quran ayələri və bu həqiqətlər ətrafında dərindən düşünməklə müsəlman dünyasının bu gün ehtiyac duyduğu vəhdəti, birliyi asanlıqla əldə etmək mümkündür.

112
00:17:05,700 --> 00:17:11,100
Sadəcə olaraq, düşüncə və məntiq sahibləri bu məsələləri ətraflı araşdırmalıdır.

113
00:17:11,900 --> 00:17:19,800
Təbii ki, bu tərəfdən də əhli-sünnənin ardıcıllarının hissləri də təhrik edilməməlidir.

114
00:17:20,230 --> 00:17:29,030
Bir qrup insan şiəliyi sübut etmək üçün davamlı olaraq əhli-sünnə məzhəbinin böyüklərini

115
00:17:29,260 --> 00:17:37,000
və bu kimi şəxsləri təhqir etmək lazım olduğunu düşünür. Amma bu, belə deyil və bu hərəkət imamların göstərdiyi davranışın tam əksidir.

116
00:17:38,260 --> 00:17:48,630
Aydın məsələdir ki, İslam dünyasında müşahidə olunan, şiəlik adı altında fəaliyyət göstərən

117
00:17:49,130 --> 00:17:59,860
və İslam dininin digər məzhəblərinin böyüklərini təhqir etməklə məşğul olan radio və televiziya kanalları

118
00:17:59,930 --> 00:18:05,200
İngiltərənin maliyyəsi hesabına meydana gəlib.

119
00:18:05,800 --> 00:18:15,700
Onları İngiltərə maliyyələşdirir, odur ki bu, “ingilis şiəliyi”dir. Kimsə düşünməsin ki, şiəliyin dünyada yayılması, şiə ideologiyasının möhkəmlənməsi

120
00:18:15,930 --> 00:18:25,400
bu cür təhqirlərə, bu cür danışıq tərzinə bağlıdır. Xeyr, belə şeylər əks-təsir göstərir.

121
00:18:26,460 --> 00:18:34,330
Belə təhqiramiz davranışlara yol verdikcə onlarda şiəliyə qarşı aqresiya yaranır, hisləri təhrik olunur, təəssüb meydana gəlir

122
00:18:34,460 --> 00:18:40,660
və nəticədə haqq sözü eşitmək onlar üçün dözülməz olur.

123
00:18:42,000 --> 00:18:46,830
Axı bizim dəlil və məntiqə əsaslanan fikirlərimiz, arqumentlərimiz var.

124
00:18:48,360 --> 00:18:55,000
Düşüncə sahibi olan hər bir kəs bunları eşitdikdə qəbul edəcəkdir. Bizim bu cür dəlillərimiz çoxdur.

125
00:18:55,300 --> 00:19:04,300
Qoy həqiqəti eşitsinlər; bu sözlərin, dəlillərin qarşı tərəfin ürəyinə nüfuz etməsinə şərait yaradın.

126
00:19:04,430 --> 00:19:15,560
Siz söyüş söydükdə, təhqir etdikdə onlarla haqq söz arasına sədd çəkilir və bu da haqq sözün eşidilməsinə, dinlənilməsinə imkan vermir.

127
00:19:16,000 --> 00:19:26,660
Bununla da ABŞ-a, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə, İngiltərənin Məxfi Kəşfiyyat Xidmətinə bağlı olan, çirkin, muzdur, pul qarşılığında xidmət göstərən

128
00:19:26,830 --> 00:19:35,560
İŞİD, “Cəbhətun-nusra” və sair bu kimi terrorçu qruplaşmalar bir dəstə məlumatsız, nadan insandan istifadə edərək

129
00:19:35,560 --> 00:19:43,730
bu cür hadisələr törədir. Onların İraq, Suriya və başqa yerlərdə törədiyi hadisələri özünüz də gördünüz;

130
00:19:46,060 --> 00:19:52,000
bunlar düşmənin işidir. Düşmən fürsət güdür; onlar istifadə edə biləcəkləri hər cür fürsətdən yararlanırlar.

131
00:19:52,200 --> 00:19:57,530
Bizim isə haqq sözümüz, arqumentlərimiz, möhkəm dəlillərimiz var.

132
00:19:58,760 --> 00:20:04,060
Bu gün qeyd etdiklərim onlara kiçik bir misal idi. Qədiri-Xum haqqında bu qədər.

133
00:20:04,260 --> 00:20:11,660
İndi isə Əmirəlmöminin (ə) haqqında. Bir insanın

134
00:20:12,100 --> 00:20:20,930
(istər müsəlman olsun, istər başqa bir dinə inansın,

135
00:20:21,300 --> 00:20:28,200
istərsə də heç bir dinə inancı olmasın; yəni istənilən etiqadda olan bir insanın)

136
00:20:28,600 --> 00:20:36,830
hörmət göstərib qiymət verə biləcəyi bütün əxlaqi keyfiyyətlərin hamısı Əli ibn Əbutalibin (ə) şəxsiyyətində toplanmışdır;

137
00:20:37,930 --> 00:20:47,300
yəni Əli ibn Əbutalib (ə) elə bir şəxsiyyətdir ki, şiə də olsanız,

138
00:20:47,630 --> 00:20:57,130
sünni də olsanız, ona hörmət edəcəksiniz. Ümumiyyətlə heç müsəlman olmasanız, onu tanımasanız belə, haqqında öyrənməyə başlayınca sizdə ona qarşı hörmət hissi yaranacaq.

139
00:20:57,730 --> 00:21:04,430
Xristian olan Corc Cordak imam haqqında 5 cildlik kitab yazıb;

140
00:21:04,600 --> 00:21:17,500
tarix boyunca əhli-sünnə içərisindən Əmirəlmömininin (ə) fəzilətləri haqqında yazanlar olduqca çox olub.

141
00:21:18,600 --> 00:21:26,060
bəli, xristian dininə mənsub olan bir insan illər oncə Əmirəlmöminin (ə) haqqında kitab yazır.

142
00:21:27,360 --> 00:21:35,630
O, bura, mənimlə görüşə də gəlmişdi. Kitab haqqında söhbət etdik, bildirdi ki,

143
00:21:35,930 --> 00:21:43,030
“Nəhcül-bəlağə” ilə yeniyetmə yaşlarından tanış olub və onu Əli ibn Əbutalibin (ə) şəxsiyyətini tanımağa yönəldən “Nəhcül-bəlağə” olub.

144
00:21:43,900 --> 00:21:48,660
Nəticədə həmin kitabı yazıb: “Bəşəri ədalətin səsi – İmam Əli!”

145
00:21:49,660 --> 00:21:56,030
Dini inancı olmayan, yəni heç bir dini qəbul etməyən bir insan belə,

146
00:21:56,300 --> 00:22:03,630
Əmirəlmömininin (ə) şəxsiyyətini tanıyarsa, onun qarşısında təzim edəcək, ehtiramla baş  əyəcəkdir.

147
00:22:05,900 --> 00:22:14,260
Əmirəlmöminində (ə) 3 cür xüsusiyyət var: onlardan birincisi İmamın

148
00:22:14,860 --> 00:22:24,460
ölçüyəgəlməz ilahi-mənəvi keyfiyyətləri, yəni imanıdır; dərin imanı;

149
00:22:24,930 --> 00:22:33,430
İslamda öncül olması, bu yolda göstərdiyi fədakarlıq; sahib olduğu ixlas;

150
00:22:35,830 --> 00:22:44,960
İmamın (ə) əməllərində ilahi niyyətdən savayı, zərrə qədər də olsa başqa bir məqsəd yox idi.

151
00:22:45,600 --> 00:22:52,200
Biz bunun nə demək olduğunu ümumiyyətlə başa düşürükmü? Bizim kimilər üçün bu, dərk olunasıdırmı?

152
00:22:55,000 --> 00:23:04,060
Hər bir işi Allaha xatir, Allahın rizası, Onun əmrlərini yerinə yetirmək üçün görəsən; ixlas budur.

153
00:23:04,700 --> 00:23:12,230
Bunlar bizim ölçə bilməyəcəyimiz özəlliklərdir; biz onları heç doğru-düzgün izah belə edə bilmərik.

154
00:23:12,830 --> 00:23:20,960
İmamın (ə) Allah-taalanı tanıması, dərk etməsi; biz Allah-taala haqqında nə bilirik?

155
00:23:21,460 --> 00:23:30,560
سُبحانَ رَبِّي العَظيمِ وَ بِحَمدِه – dedikdə Allah-taalanın bu əzəmətindən biz nə anlayırıq, Əmirəlmöminin (ə) nə anlayır?

156
00:23:32,100 --> 00:23:43,630
İmamın özəlliyi Allah-taalanı tanımağında, dərk etməyindədir. Bunlar onun (ə) daşıdığı, bizim isə qətiyyən dərk edə bilməyəcəyimiz özəlliklər zəncirinin bir neçə halqasıdır.

157
00:23:44,700 --> 00:23:55,030
Bütün bunları bizə izah etməyə çalışsalar belə, məsələnin mahiyyəti həddən artıq böyük,

158
00:23:55,260 --> 00:24:01,430
dərin olduğuna görə biz o dərinliyə düzgün şəkildə vara bilmərik. Bunlar Əmirəlmömininin (ə) sahib olduğu xüsusiyyətlərin birinci qrupudur.

159
00:24:03,860 --> 00:24:10,900
Digər bir qrup isə İmamın (ə) sahib olduğu yüksək insani keyfiyyətlərdir. Bu keyfiyyətlər

160
00:24:11,630 --> 00:24:20,630
müsəlman və ya qeyri-müsəlman, xristian və ya qeyri-xristian, ateist və ya inanclı olan hər bir insanı, hamını cəlb edir: şücaət,

161
00:24:23,830 --> 00:24:31,260
mərhəmət. Döyüş meydanında o cür şücaətlə savaşan bir insan

162
00:24:32,760 --> 00:24:43,630
başsız qalmış bir ailənin uşaqları ilə qarşılaşanda onlarla necə mərhəmətlə davranır, nəvaziş göstərir,

163
00:24:44,130 --> 00:24:51,300
uşaqların qarşısında əyilir, onlarla oynayır, çiyninə alır.

164
00:24:51,860 --> 00:25:01,430
Bu cür rəftat və davranışları bəyənib, onlara hörmətlə yanaşmağın, əslində, dindarlıqla,

165
00:25:01,660 --> 00:25:07,660
yaxud hansısa dinə inancı olub-olmamaqla heç bir əlaqəsi yoxdur. Belə bir əzəmətin qarşısında

166
00:25:08,000 --> 00:25:13,600
istənilən insanda hörmət və təzim hissi yaranar.

167
00:25:14,500 --> 00:25:24,700
İmamın fədakarlığı; fədakarlıq başqasını özündən üstün tutmaq, öz haqqından keçmək deməkdir; yəni haqlı olduğun halda,

168
00:25:25,360 --> 00:25:33,500
Allah-taalaya, bu məsələdə Onun məsləhətinə xatir bu haqdan (təbii ki, öz haqqından) keçəsən;

169
00:25:34,530 --> 00:25:48,260
istər şəxsi mənfəətiniz, istər nüfuzunuz, istərsə də digər haqlarınız olsun; fədakarlığın, öz haqqından keçməyin mənası budur.

170
00:25:49,930 --> 00:25:57,930
Hələ bu qeyd etdiklərim Əmirəlmömininə (ə) aid olan insani keyfiyyətlərin bir hissəsidir. Əgər onların hamısını saymaq istəsək, böyük bir kitab olar.

171
00:25:58,900 --> 00:26:01,930
böyük bir kitab olar.

172
00:26:03,500 --> 00:26:09,930
Əmirəlmöminində (ə) olan xüsusiyyətlərin üçüncü qrupu topluma rəhbərlik, idarəçilik keyfiyyətləridir ki,

173
00:26:10,700 --> 00:26:17,360
bu da elə imamət məsələsinin nəticəsidir; imamət bu xüsusiyyətləri rəhbər tutaraq idarəçilik etmək deməkdir.

174
00:26:17,830 --> 00:26:27,330
Təbii ki, onların həddən artıq güclü və nisbətən zəif formaları ola bilər, amma biz həmin keyfiyyətlərin ən yüksək həddini Əmirəlmömininin (ə) simasında müşahidə edirik.

175
00:26:27,330 --> 00:26:36,000
İdarəçilik keyfiyyətləri dedikdə nəyi nəzərdə tuturuq? Misal üçün, ədalət, insaf,

176
00:26:38,200 --> 00:26:55,500
toplumun bütün təbəqələrini, hətta sizinlə eyni dində, inancda olmasalar belə, sizinlə bir toplumda yaşayan insanları bərabər səviyyədə görmək.

177
00:26:56,530 --> 00:27:06,230
Əmirəlmömininin (ə) Busr bin Ərtahın şəhərə daxil olub insanların evinə hücum etdiyini eşitdikdə

178
00:27:06,730 --> 00:27:11,500
ürək yanğısı ilə söylədiyi bir xütbəsi var:

179
00:27:12,400 --> 00:27:24,300
بَلَغَني اَنَّ الرَّجُلَ مِنهُم لِيَدخُلُ المَرأَةَ المُسلِمَةِ وَ الاُخرَي المُعاهَدَةِ فَيَنتَزِعُ حِجلَها

180
00:27:25,600 --> 00:27:35,800
– “Eşitmişəm ki, bu zalım və həyasız qoşun müsəlman və qeyri-müsəlman qadınların evlərinə soxulub

181
00:27:36,030 --> 00:27:41,200
(müsəlman cəmiyyətində müqavilə ilə yaşayan yəhudi,

182
00:27:41,400 --> 00:27:47,760
xristian və başqalarının) onların üst-başını, xalxallarını, qolbaqlarını

183
00:27:47,960 --> 00:27:53,530
dartıb alıb, qarət edib”. Ardınca buyurur ki,

184
00:27:53,660 --> 00:28:01,430
“Kim belə bir hadisənin narahatçılığından, qüssəsindən ölsə, onu qınamaq olmaz”.

185
00:28:02,300 --> 00:28:07,800
Bax şəxsiyyət budur: insanlara, həm də bütün insanlara mərhəmət hissi,

186
00:28:08,060 --> 00:28:17,730
ürək yanğısı duymaq; axı müsəlman toplumunda razılaşma əsasında yaşayan yəhudilər, xristianlar və digər dinlərin davamçıları da var idi.

187
00:28:18,360 --> 00:28:26,200
İmam Əlinin (ə) idarəçilik keyfiyyətləri bunlardır: ədalət, insaf, bərabərlik.

188
00:28:27,300 --> 00:28:33,860
Dünyəvi təmtəraqdan, dəbdəbədən şəxsi mənfəəti üçün istifadə etməkdən uzaq olmaq;

189
00:28:34,500 --> 00:28:45,900
dövlət başçılarının düçar olduğu bəlalardan biri də budur; gərək dövlət başçısı olan kimi, ölkənin maliyyə imkanları ixtiyarımıza keçən kimi,

190
00:28:47,330 --> 00:28:55,130
vəsvəsə başlamaya, özü-özümüzə deməyək ki, burada yaxşı torpaq var, orada yaxşı imkanlar var, burada yaxşı pul var,

191
00:28:55,960 --> 00:29:03,830
bunlardan özüm üçün pay ayırmalıyam. Bədbəxtlikdə, üzüqaralıqda həddi aşanlar –

192
00:29:04,030 --> 00:29:11,160
Rzaxan kimiləri – xalqın malının hamısını mənimsəyir, bir qədər insaflı olanlar isə

193
00:29:11,500 --> 00:29:17,860
bir az başqalarına verir (o verdikləri adamlar da, bir qayda olaraq, elə öz yaxınları olur), bir az da özləri üçün götürür.

194
00:29:18,530 --> 00:29:26,300
Bu, hökumət başçılarının düçar olduğu bir bədbəxtlikdir; yer üzündəki demokratik quruluşlu hökumətlər də elə bu cürdür. Özünüz də eşidirsiniz;

195
00:29:26,860 --> 00:29:35,100
filan ölkənin dövlət başçısının xanımı, məsələn, qış və ya yay tətilini

196
00:29:35,400 --> 00:29:42,730
gözəl ab-havası olan filan adada keçirdi, milyon dollar pul xərclədi! Haradan?

197
00:29:44,900 --> 00:29:55,230
Monarxiya hökumətinin kral ailəsi filan şəhərə səfər etdi, filan oteldən,

198
00:29:55,800 --> 00:30:07,100
filan imkanlardan istifadə etdi, orada qaldıqları 10-12 gün ərzində filan qədər – milyardlarla – pul xərclədilər!

199
00:30:09,330 --> 00:30:18,530
İmamət hakimiyyəti bütün bunların əleyhinədir, ümumi imkanlardan

200
00:30:21,000 --> 00:30:24,460
şəxsi maraqlar üçün istifadə etmək qadağandır.

201
00:30:24,800 --> 00:30:31,360
Tədbirli olmaq, müsəlman toplumu üçün münasib yollar axtarıb tapmaq,

202
00:30:32,060 --> 00:30:38,330
dost-düşməni ayırmaq, düşmənləri də mövqeyinə görə bir-birindən fərqləndirmək.

203
00:30:38,630 --> 00:30:46,560
Əmirəlmömininin (ə) hakimiyyəti dövründə üç müharibə olmuşdur. Bu üç döyüş üç ayrı düşmənə qarşı baş vermişdir, amma İmam onların hamısı ilə eyni şəkildə savaşmamışdır.

204
00:30:47,030 --> 00:30:56,660
İmamın (ə) Müaviyyə və Şam qoşunu ilə olan savaşı bir cür, Bəsrə ilə baş verən savaşı bir başqa cür,

205
00:30:57,100 --> 00:31:03,100
Təlhə və Zübeyrlə olan savaşı isə tamamilə başqa cür idi.

206
00:31:04,760 --> 00:31:17,900
İmam (ə) savaş zamanı Zübeyrə səslənir, döyüş meydanında onunla danışır, ona öyüd-nəsihət verir, “Qardaş, keçmişimizi unutma!

207
00:31:19,560 --> 00:31:23,930
Biz birlikdə o qədər qılınc çalmışıq, o qədər iş görmüşük” – deyir.

208
00:31:25,700 --> 00:31:35,100
Bu nəsihətin nəticəsi də olur. Doğrudur, Zübeyr görməli olduğu işi görmür, Əmirəlmömininə (ə) qoşulmalı olduğu halda, bunu etmir, amma İmamın nəsihəti nəticəsində

209
00:31:35,330 --> 00:31:42,800
döyüş meydanını tərk edib gedir. İmam (ə) Təlhə və Zübeyrlə döyüşdə bu cür davranır,

210
00:31:43,660 --> 00:31:46,530
Şam qoşunu ilə savaşda isə belə etmir.

211
00:31:47,660 --> 00:31:53,900
O həzrət (ə) Müaviyyəyə nə deməli idi ki? Deyəydi ki, mən və sən birlikdə olmuşuq? Nə vaxt birlikdə olublar ki?

212
00:31:54,800 --> 00:31:59,760
Bədr döyüşündə qarşı-qarşıya durmuşdular; Əmirəlmöminin (ə)

213
00:32:00,360 --> 00:32:07,860
onun babasını, dayısını, qohum-əqrabasını, tayfasını qılıncdan keçirmişdi.

214
00:32:08,360 --> 00:32:15,030
Keçmişdə onlar heç vaxt birlikdə olmamışdılar. O da bu düşmənçiliyi bəhanə edərək Əmirəlmömininlə (ə) savaşırdı.

215
00:32:16,100 --> 00:32:24,630
Əmirəlmöminin (ə) düşmənləri qruplara ayırırdı.

216
00:32:25,500 --> 00:32:35,130
Düşmən sayı 10 min nəfər olan Nəhrivan döyüşündə İmam (ə) buyurur ki, bu 10 min nəfərdən kim bizim tərəfə, mənim sancdığım bayrağın altına keçsə, onunla savaşmayacağıq;

217
00:32:35,300 --> 00:32:42,660
keçirlər də; düşmən qoşunundakıların əksəriyyəti İmam (ə) tərəfə keçir. Həzrət: “Gedin!” – deyə buyurur və onları azad edir.

218
00:32:43,230 --> 00:32:49,230
Bəli, qalanlarla, inadla, kor-koranə təəssübkeşlik edənlərlə isə savaşır,

219
00:32:49,800 --> 00:33:00,560
qələbə də çalır. Ölkənin idarəçiliyində tədbirli davranmaq, dostu, düşməni tanımaq, ayırd etmək; düşmənlərin hamısı eyni cür deyil,

220
00:33:03,360 --> 00:33:09,630
bəziləri üçün keçirdi. Bir nəfər əvvəldən İmama (ə) beyət etmir;

221
00:33:10,660 --> 00:33:17,030
əlində qılıncla həzrətin yanında duran Malik Əştər İmama (ə) buyurur ki: “Ya Əmirəlmöminin (ə),

222
00:33:17,330 --> 00:33:22,700
icazə ver sənə beyət etməyən bu adamın boynunu vurum”. Həzrət gülüb deyir: “Xeyr!

223
00:33:23,030 --> 00:33:31,300
Bu adam cavan olanda da tündxasiyyət idi, indi qocalıb, xasiyyəti daha da tündləşib. Qoy çıxıb getsin!” Buraxırlar, çıxıb gedir.

224
00:33:31,830 --> 00:33:40,500
Bax tədbirli davranmaq budur, bu, bir metoddur. Hakimiyyətin başında duran bir insanın ən böyük tədbirliliyi odur ki,

225
00:33:40,500 --> 00:33:46,030
qarşısındakının kim olduğunu, hər bir insanla necə, hansı şəkildə  davranmaq lazım olduğunu bilsin.

226
00:33:46,460 --> 00:33:54,730
İmamın (ə) idarəçilik xüsusiyyətlərindən biri də bu idi. Vəzifəsini yerinə yetirməkdə operativlik; işin icrasını yubatmazdı,

227
00:33:55,730 --> 00:34:01,430
hansısa işi hökmən həyata keçirməyi qərara alırdısa, onu reallaşdırmaq üçün dərhal hərəkətə keçirdi.

228
00:34:03,600 --> 00:34:11,060
Həqiqətləri açıqlamaq, izah etmək; nə baş verdiyini, həqiqətləri insanlara açıqlayırdı. “Nəhcül-bəlağə”dəki xütbələrə diqqət edin,

229
00:34:11,060 --> 00:34:17,300
çoxu o dövrdə cəmiyyətdə baş verən hadisələrdir;

230
00:34:17,630 --> 00:34:25,930
istər İmamın (ə) xütbələri olsun, istərsə də məktubları. “Nəhcül-bəlağə”nin bir hissəsi xütbələrdən, bir hissəsi də məktublardan ibarətdir.

231
00:34:26,260 --> 00:34:36,360
Bir qayda olaraq, məktublar etiraz etdiyi insanlara ünvanlanmışdır; ya Müaviyyə və onun kimilərinə,

232
00:34:36,530 --> 00:34:41,830
ya da əməllərinə etiraz edib irad tutduğu öz işçilərinə; məktubların məzmunu əsasən budur.

233
00:34:42,660 --> 00:34:49,430
Bir hissəsinin məzmunu isə tövsiyə və əmrlərdən ibarətdir; məsələn,

234
00:34:49,860 --> 00:35:01,630
Malik Əştərə ünvanlanmış əhd kimi. Bütün bunlarda İmam (ə) insanlar üçün həqiqətləri açıqlayır, izah edir. Əmirəlmömininin (ə) daim gördüyü işlərdən biri də budur.

235
00:35:03,130 --> 00:35:10,730
Toplumu təqvaya doğru hidayət etmək; İmamın (ə) xütbələrinin

236
00:35:11,360 --> 00:35:19,830
çox az bir hissəsində təqva məsələsinə toxunulmamış ola bilər; “Təqvalı olun!” – deyir; çünki təqvalı olmaq hər şey deməkdir.

237
00:35:20,260 --> 00:35:27,160
Hansı toplum təqva xüsusiyyətinə sahib olarsa, onun maddi və mənəvi problemləri həllini tapacaq.

238
00:35:27,730 --> 00:35:34,600
Təqvaya sahib olmaq bax bu cür nəticələr verir. Şübhəsiz ki, burada təqvanın həqiqi mənası nəzərdə tutulur;

239
00:35:35,200 --> 00:35:44,200
təqva yalnız gözünü naməhrəmdən çəkmək, yaxud harama yol verməmək  deyil. Doğrudur, bunlar da var, bunlar da təqvanın bir hissəsidir, amma təqvanın daşıdığı məna bunlardan daha genişdir.

240
00:35:44,600 --> 00:35:53,660
Təqvanın əsl mənası insanın özünü günahdan qoruması, hərəkətlərinə nəzarət etməsi,

241
00:35:54,030 --> 00:36:00,960
doğru yolda özünü qorumağa çalışmasıdır; təqvanın mənası budur.

242
00:36:01,300 --> 00:36:08,430
Cəmiyyət təqvalı olsa, problemlər, mütləq, həll olunacaq. Əmirəlmöminin (ə) daim insanları təqvaya dəvət edib.

243
00:36:09,630 --> 00:36:15,700
Baxın, bu da Əmirəlmömininin (ə) xüsusiyyətlərindən 3-cü qrupu; idarəçilik keyfiyyətləri.

244
00:36:16,000 --> 00:36:21,600
Hələ bunlar o həzrətin şəxsi keyfiyyətlərindən, bizlərin dərk edə,

245
00:36:22,360 --> 00:36:28,830
zəif və naqis nitqimizlə vəsf edə bilməyəcəyimiz ilahi-mənəvi keyfiyyətlərindən ayrıdır.

246
00:36:32,700 --> 00:36:41,600
İmam (ə) haqq-ədaləti bərqərar etməkdən qorxmayıb, çəkinməyib,

247
00:36:41,960 --> 00:36:47,700
bu yolda heç kimi və heç nəyi nəzərə almayıb. Əmirəlmömininin (ə) həyatında heç vaxt üzgörənlik olmayıb.

248
00:36:49,500 --> 00:36:58,860
Ona beyət etməkdən imtina edən şəxs haqqında Malik Əştərə: “Burax getsin!” – deyən İmam (ə)

249
00:36:59,230 --> 00:37:08,330
başqa situasiyalarda məsələlərə böyük diqqət, ciddiyyət və tələbkarlıqla yanaşıb.

250
00:37:08,630 --> 00:37:16,330
Əmirəlmömininin (ə) şəxsiyyəti budur; yəni həqiqətən də, “Sən o qədər böyüksən ki, kiçik güzgülərdə görünə bilməzsən” beytində deyildiyi kimi,

251
00:37:17,100 --> 00:37:22,960
Biz zəif görən, qüsurlu gözlərimizlə,

252
00:37:23,830 --> 00:37:32,130
xurafata bürünmüş qəlblərimizlə o böyük insanı görməyə qadir deyilik.

253
00:37:35,000 --> 00:37:45,430
Amma əlbəttə ki, yenə də o dahi şəxsiyyət haqqında az-çox nəsə bilirik, danışırıq. Qədiri-Xum hadisəsində bax belə bir insan rəhbər olaraq təyin olunmuşdur.

254
00:37:45,660 --> 00:37:54,400
Yaxşı bəs indi nə etməliyik? Aydın məsələdir ki, biz İmam (ə) kimi yaşaya,

255
00:37:54,660 --> 00:37:59,860
onun kimi davrana bilmərik; əsla onun kimi ola bilmərik. İmamın (ə) özü də buyurmuşdur:

256
00:38:00,200 --> 00:38:03,130
لا وَ اِنَّکُم لا تَقدِرونَ عَلي ذلِک

257
00:38:03,660 --> 00:38:12,960
Həzrət (ə) özü də vilayətlərə təyin etdiyi vali və hakimlərə: “Siz mənim kimi hərəkət edə bilməzsiniz”  – demişdir.

258
00:38:13,260 --> 00:38:18,830
Biz gözümüzü bu zirvəyə dikməliyik. Dəfələrlə olub ki, nə barədəsə danışarkən mən: “Zirvə budur” – demişəm.

259
00:38:19,860 --> 00:38:30,900
Təsəvvür edin ki, sizə bir zirvə göstərib: “Hədəf odur” – deyirlər və siz də həmin hədəfə doğru irəliləməlisiniz. Bizim vəzifəmiz zirvəyə doğru irəliləməkdir.

260
00:38:32,260 --> 00:38:39,960
Əmirəlmömininin (ə) o xüsusiyyətlərini nəzərdə tutub bu yolda gücümüz, bacarığımız yetdiyi qədər irəli addımlamalıyıq;

261
00:38:40,300 --> 00:38:42,400
əks istiqamətdə getməməliyik.

262
00:38:42,930 --> 00:38:50,330
Cəmiyyətimiz Əmirəlmömininin (ə) kimi təqvalı olmağa doğru irəliləməlidir.

263
00:38:51,360 --> 00:38:57,660
Demirəm ki, onun kimi təqvalı olmalıdır – biz bunu nə bacararıq, nə də bizdən belə bir şey istənilib –

264
00:38:57,960 --> 00:39:04,400
amma bu istiqamətdə irəliləməliyik; yəni israfdan, lüzumsuz dəbdəbədən, bir-birimizlə bəhsləşməkdən

265
00:39:04,900 --> 00:39:08,400
uzaq olmalıyıq. Belə etsək, Əmirəlmömininin (ə) həqiqi şiəsi olarıq.

266
00:39:10,130 --> 00:39:14,800
Əməllərimiz insanlarda bizə qarşı inam və etimad yarada bilər.

267
00:39:15,660 --> 00:39:22,660
İmam (ə) buyurmuşdur:  کونوا لَنا زَيناً وَ لا تَکونوا عَلَينا شَيناً –

268
00:39:23,800 --> 00:39:31,400
yəni “Bizim zinətimiz olun”. İmam (ə) bununla nəyi nəzərdə tutur? Yəni elə gözəl, şəkildə davranın ki, sizə baxan insan:

269
00:39:31,800 --> 00:39:39,900
“Əhsən! Əmirəlmömininin (ə) şiəsi nə yaxşıdır!” – desin. Bir insan rüşvət alırsa,

270
00:39:40,460 --> 00:39:44,000
bu, şiəlik üçün zinət yox, eyibdir;

271
00:39:46,600 --> 00:39:52,830
kimsə beytülmaldan haqqı çatandan artığını istəyir və alırsa,

272
00:39:53,100 --> 00:40:02,000
bu, eyibdir; haqsızlıqlara, pisliklərə göz yuman,

273
00:40:02,600 --> 00:40:11,400
toplumun təqvaya doğru yönəldilməsinə laqeyd qalan, bunun üçün özündə heç bir məsuliyyət hiss etməyən kəs İslam quruluşu və müsəlman toplumu üçün üz qarasıdır;

274
00:40:14,030 --> 00:40:21,130
şəxsi həyatında belə israfa yol vermək eyibdir.

275
00:40:22,200 --> 00:40:29,760
Təəssüflər olsun ki, bu gün biz bu cür problemlərə düçar olmuşuq; israfçılıqdan, ifratçılıqdan əziyyət çəkirik.

276
00:40:30,660 --> 00:40:41,160
Uzun illərdir ki, mən bu barədə özümə də, insanlarımıza, xalqımıza da nəsihət edirəm; durmadan deyirəm, təkrar edirəm.

277
00:40:41,700 --> 00:40:52,030
Bu məsələdə irəliləyişə nail olmaq, cəmiyyətdə israfçılığı azaltmaq lazımdır. Kişilərimiz, qadınlarımız, gənclərimiz, yaşlılarımız

278
00:40:53,030 --> 00:40:59,800
geyimdə, yeyib-içməkdə, ev əşyalarında,

279
00:41:00,430 --> 00:41:07,400
müxtəlif zinət əşyalarında israfçılığa yol verməməlidirlər. Və ya bir-biri ilə bəhsləşmək olsun;

280
00:41:08,860 --> 00:41:18,130
“filan toyda, filan qonaqlıqda filan qadın belə geyinmişdi, filan zinəti taxmışdı,

281
00:41:18,930 --> 00:41:27,100
filan cür bəzənmişdi, mən də ondan geri qalmamalı, onun kimi olmalıyam” –

282
00:41:27,460 --> 00:41:35,660
belə hərəkətlər yanlışdır, səhvdir, həm də çox böyük təhlükədir. Yaşayışı çətinləşdirən, pisləşdirən,

283
00:41:36,230 --> 00:41:43,960
toplumda ədalətsizlik meydana gətirən, ən nəhayət, iqtisadiyyatı da məhv edən məhz bunlardır.

284
00:41:45,200 --> 00:41:50,060
İqtisadiyyatın məhv olmasının önəmli səbəblərindən biri də bu cür məsələlərdir.

285
00:41:51,460 --> 00:42:00,930
Əgər bir toplum öz daxili iqtisadi gücü hesabına

286
00:42:01,800 --> 00:42:08,430
hər cür zərər və ziyandan qoruna biləcək bir səviyyəyə çatmaq istəyirsə, onun qarşısında duran ən önəmli işlərdən biri də

287
00:42:08,830 --> 00:42:13,900
israfçılıqdan, lüzumsuz xərclərdən və bu kimi məsələlərdən uzaq olmaqdır.

288
00:42:14,700 --> 00:42:21,830
Bu barədə çoxlu misallar çəkmək olar, bu haqda mən çox danışmışam, artıq təkrara yol vermək istəmirəm.

289
00:42:22,000 --> 00:42:29,330
Su, çörək, qida və cürbəcür başqa istehlak məhsullarında

290
00:42:29,560 --> 00:42:38,800
israfa, lüzumsuz, artıq istifadəyə yol verdiyimiz hallar çox olur; bunlara diqqət etməliyik.

291
00:42:39,760 --> 00:42:43,730
Bu işlərin çoxu dövlətin yox, bizim özümüzün öhdəsinə düşür;

292
00:42:44,400 --> 00:42:50,360
biz özümüz şəxsi həyatımızda, gündəlik  yaşamımızda bunlara fikir verməliyik. Əmirəlmömininin (ə) davamçısı olmaq bu deməkdir.

293
00:42:50,830 --> 00:42:58,400
“Həmd olsun o Allaha ki, bizi Əmirəlmömininin və onun məsum övladlarının rəhbərliyindən yapışanlardan edib”.

294
00:42:58,400 --> 00:43:04,630
Bu duada Əmirəlmöminin və onun övladlarının rəhbərliyindən yapışmaq dedikdə biz nəyi nəzərdə tuturuq?

295
00:43:05,600 --> 00:43:09,860
Bəli, bunun bir hissəsi qəlbən yapışmaqdır,

296
00:43:10,530 --> 00:43:17,500
yəni vilayət prinsipini qəlbən qəbul etməkdir; bu həm yaxşıdır, lazımlıdır, həm də sözsüz ki, təsirə malikdir,

297
00:43:18,060 --> 00:43:27,160
ancaq iş bununla bitmir. İmamların (ə) rəhbərliyindən yapışmaq o deməkdir ki, biz onların bizim üçün müəyyən dərəcədə əlçatan ola biləcək özəlliklərinə diqqət yetirək

298
00:43:27,260 --> 00:43:36,100
və özümüzdə bunları yetişdirməyə çalışaq; əlbəttə ki, o fədakarlığa, o mənəviyyata, Allah-taalanı o cür tanımaya, o ibadətə,

299
00:43:36,760 --> 00:43:42,430
o göz yaşlarına, Uca Yaradana o cür diqqət və sairə iddia edə bilmərik,

300
00:43:43,100 --> 00:43:46,560
bunlarda çox-çox geridəyik.

301
00:43:47,000 --> 00:43:58,230
Amma bəşəri keyfiyyətlərdə, toplumun, hökumətin idarəçiliyi, rəhbərlik və digər bu kimi məsələlərdə imamın (ə) daşıdığı həmin xüsusiyyətləri

302
00:43:59,000 --> 00:44:05,100
davranışlarımızda tətbiq edə bilərik. Şübhəsiz, o böyük şəxsiyyət (ə) səviyyəsinə, heç ondan aşağı səviyyəyə də çata bilmərik,

303
00:44:05,400 --> 00:44:10,160
amma buna doğru gedə bilərik. Bu işləri görməliyik; bunlara nail olsaq,

304
00:44:11,600 --> 00:44:16,700
bax bu, Əmirəlmömininin (ə) rəhbərliyindən yapışmaq olar. Deyiləsi sözlər çoxdur. Əziz  qardaş və bacılar, diqqət edin!

305
00:44:16,960 --> 00:44:22,430
Bax düşmən, düşməni tanımaq, düşmənə müqavimət göstərmək haqqında

306
00:44:22,560 --> 00:44:31,330
çox deyirik, çox danışırıq, dediklərimiz həqiqətdir də; yəni sizlərin, dostlarımızın səsləndirdiyi şüarlar,

307
00:44:31,700 --> 00:44:37,600
böyüklərin, ölkə başçılarının: “Biz düşmənin qarşısındayıq!” – demələri doğrudur, həqiqətdir.

308
00:44:38,100 --> 00:44:44,660
Mən də bilirəm ki, düşmən var, amma diqqət edin, düşmən bəzən

309
00:44:45,230 --> 00:44:52,000
heç bir zəhmət çəkmədən bizim zəif cəhətlərimizdən istifadə edir.

310
00:44:53,000 --> 00:44:58,900
Odur ki düşmənin bizim nöqsanlarımızdan istifadə etməməsi üçün biz ilk öncə özümüzü düzəltməliyik.

311
00:45:00,330 --> 00:45:12,900
Bu gün düşmənlərimiz gözünü daxili iqtisadiyyatımızdakı ehtiyaclara, çatışmazlıqlara, boşluqlara dikib.

312
00:45:13,360 --> 00:45:19,000
Mənim son illər davamlı olaraq, ilin əvvəlində, ortasında və sonunda

313
00:45:19,700 --> 00:45:28,660
iqtisadiyyat, müqavimət iqtisadiyyatı və bu kimi məsələlər haqda danışmağımın, bunları təkrar-təkrar deməyimin səbəbi də elə odur ki, düşmən

314
00:45:29,330 --> 00:45:33,760
bu məsələni xüsusi diqqətdə saxlayır.

315
00:45:34,560 --> 00:45:38,960
Onlar xalqda narazılıq yaratmaq üçün ölkənin iqtisadiyyatını dağıtmaq,

316
00:45:39,730 --> 00:45:47,760
insanlarımızın maddi durumunu pisləşdirmək, cibini boş qoymaq, imkanlarını azaltmaq, pulunu dəyərdən salmaq, əhalinin alıcılıq qabiliyyətini aşagı endirmək istəyirlər;

317
00:45:48,800 --> 00:45:58,930
hədəfləri budur. Xalqı İslam dinindən və İslam dövlətindən narazı salmaq –

318
00:45:58,930 --> 00:46:08,000
düşmənin məqsədi budur. Elə buna görə də ölkə iqtisadiyyatına təzyiq göstərirlər ki,

319
00:46:08,200 --> 00:46:13,600
xalqın durumu pisləşsin və nəticədə insanlar İslam dinindən və İslam quruluşundan üz döndərsinlər.

320
00:46:13,960 --> 00:46:21,400
Yaxşı, bu halda belə bir vəziyyətə qarşı mübarizə aparmaq kimin vəzifəsidir? Təbii ki, hamının; dövlətin,

321
00:46:21,930 --> 00:46:28,630
parlamentin, müxtəlif dövlət qurumlarının rəsmilərinin və xalqın hər bir nümayəndəsinin vəzifəsidir.

322
00:46:29,400 --> 00:46:32,360
Biz hamımız məsuliyyət daşıyırıq və öhdəmizə düşən vəzifəni yerinə yetirməliyik.

323
00:46:34,060 --> 00:46:40,030
Əlbəttə, sevindirici haldır ki, ölkənin ümumi inkişaf prosesi yaxşı gedir.

324
00:46:40,600 --> 00:46:47,300
Mən çox eşidirəm, mənə çoxlu müraciətlər olunur; məktub yazırlar,

325
00:46:47,960 --> 00:46:55,960
müraciət edirlər, gördükləri bir çox işləri təqdim edirlər və mən də vaxt edib bunların bir çoxuna baxıram.

326
00:46:57,200 --> 00:47:07,160
Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə İslam dinini bərqərar etmək üçün ciddi şəkildə çalışan, işləyən gənclərin sayı

327
00:47:08,300 --> 00:47:11,830
gündən-günə artır.

328
00:47:12,930 --> 00:47:18,600
Məhz onlar Allah-taalanın lütfü və yardımı sayəsində

329
00:47:18,800 --> 00:47:24,100
istənilən düşməni,  o cümlədən Amerika və İsraili diz çökdürəcəklər.

330
00:47:46,660 --> 00:47:55,630
Məhz bu reallığı müşahidə etdiyimə görə də mən hər dəfə, müxtəlif çıxışlarımda gələcəyə böyük ümidlə

331
00:47:56,800 --> 00:47:59,830
və nikbin yanaşdığımı təkrar edirəm.

332
00:48:00,960 --> 00:48:08,360
Bizi irəliyə apara, cəmiyyətimizin ümumi inkişafının avanqardı ola biləcək

333
00:48:08,360 --> 00:48:15,000
müsbət reallıqlarımız çoxdur. Gözəl, mömin,

334
00:48:15,860 --> 00:48:24,730
işə hazır, meydanlarda ölkəni,

335
00:48:25,260 --> 00:48:32,460
dini müdafiə etmək üçün göz yaşı töküb icazə istəyən gənclərimiz var;

336
00:48:32,660 --> 00:48:38,430
özü də belələri 5 nəfər, 10 nəfər, 100 nəfər deyil, sayları olduqca çoxdur.

337
00:48:39,400 --> 00:48:44,130
Ölkəni məhz bu stimul xilas edəcək; onu daha da gücləndirmək lazımdır.

338
00:49:06,700 --> 00:49:19,730
Yaxşı, canınızı fəda etmək istəyirsinizsə, nəyə görə İslam yolunda fəda etməyəsiniz? Rəhbər uğrunda niyə fəda edirsiniz, rəhbər kimdir ki? İslam dini, bu yol, bu amallar uğrunda fəda edin.

339
00:50:02,630 --> 00:50:04,900
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.