1
00:00:00,980 --> 00:00:03,360
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,240 --> 00:00:07,980
والحمدلله ربّ العالمين

3
00:00:12,200 --> 00:00:17,380
والصّلاة والسّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:27,400 --> 00:00:35,860
و علي آله الاطيبين الاطهرين المنتجبين و لعنةالله علي اعدائهم اجمعين

5
00:00:38,180 --> 00:00:47,260
Əziz qumlular, Qum camaatını, Qum Teoloji Mərkəzini təmsil edən

6
00:00:47,860 --> 00:00:52,280
qardaş və bacılar, çox xoş gəlmisiniz!

7
00:00:54,780 --> 00:01:02,520
Hamınızı salamlayıram; zəhmət çəkmisiniz, lütf etmisiniz.

8
00:01:04,080 --> 00:01:16,130
Tarixi yaddaşımızda daim yaşayacaq bu böyük və effektiv hadisəni bir daha ehtiramla yad edirəm.

9
00:01:18,350 --> 00:01:27,060
19 dey hadisəsi, Qum əhalisinin xidmətləri, təqdirəlayiq xüsusiyyətləri barədə çox danışmışıq.

10
00:01:27,420 --> 00:01:32,350
Nə desək də, dəfələrlə deyilmiş, təkrar sözlər olacaq.

11
00:01:32,570 --> 00:01:35,420
Bu gün deyib-danışa biləcəklərimizin hamısının xülasəsi isə bayaq qaremizin oxuduğu o şərif ayədə öz əksini tapırdı:

12
00:01:35,420 --> 00:01:43,420
“Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən ) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər”. (“Hədid” surəsi, 10-cu ayədən)

13
00:01:44,480 --> 00:01:59,680
Qum camaatı hələ İran xalqı böyük hərəkat üçün ayağa qalxmazdan əvvəl qiyam etdi.

14
00:02:01,860 --> 00:02:11,820
Qum əhalisinin bu son dərəcə effektiv davranışı bütün İranı silkələdi,

15
00:02:13,730 --> 00:02:28,800
bütün hazırlıqlı qəlbləri bir fürsətə, bir imkana, bir həqiqətə cəlb etdi, nəticədə hərəkat başladı,

16
00:02:29,600 --> 00:02:41,020
ardınca da məlum hadisələr baş verdi. Bu barədə təkrar-təkrar danışmağa ehtiyac yoxdur, bizə lazım olan odur ki, həmin hadisələrdən dərs alaq.

17
00:02:41,680 --> 00:02:50,170
Bu cür hadisələrdən ibrət dərsi götürmək lazımdır. Dərslər də cürbəcürdür.

18
00:02:50,620 --> 00:03:01,950
Bizim – mənim, sizin, xalqımızın nümayəndələrinin – keçmişdə baş vermiş hadisələrdən ibrət dərsi götürməyə ehtiyacımız var.

19
00:03:02,400 --> 00:03:13,060
Mən bunu dəfələrlə qeyd etmişəm, yenə də təkrar etmək istəyirəm ki, Qum hadisəsində əsas məqam

20
00:03:14,220 --> 00:03:23,280
xalqın vaxtında hərəkətə keçməsidir.

21
00:03:23,730 --> 00:03:37,420
Vaxtında görülən iş həmişə öz effektini göstərir və ya təsiri daha da güclü olur.

22
00:03:37,770 --> 00:03:49,820
Eyni işi təxirə salıb, üstündən bir müddət keçəndən sonra görəndə bəzən ümumiyyətlə effekti olmur, yaxud da az olur.

23
00:03:50,170 --> 00:04:04,310
Qumluların hünəri o idi ki, məqamı dərhal tutdular, düşməni vaxtında tanıdılar  və elə əvvəldə,

24
00:04:05,770 --> 00:04:23,200
yubanmadan ona cavab verdilər; yoxsa əgər dahi liderimiz İmam Xomeyniyə (r.ə) qarşı o məkrli, xəbis hərəkət baş verdikdən sonra

25
00:04:23,950 --> 00:04:32,970
tərpənsəydilər,“indi edərik,

26
00:04:34,480 --> 00:04:38,710
sabah edərik, bir ay sonra edərik” desəydilər, sonrakı hadisələr əsla baş verməzdi. Vacib olan işin öz vaxtı var,

27
00:04:39,200 --> 00:04:50,310
onu vaxtında görmək lazımdır. Vacib işi görməyin ən yaxşı, ən üstün məqamı isə vaxtın əvvəlidir.

28
00:04:51,200 --> 00:05:01,020
Düzdür, bəziləri vacib olan işləri ümumiyyətlə görmürlər, “Əşi, heç nə olmaz!” – deyirlər, bəziləri gecikdirib görürlər,

29
00:05:01,240 --> 00:05:08,800
bəziləri isə vaxtı keçəndən sonra hərəkətə gəlirlər; təvvabin kimi.

30
00:05:09,280 --> 00:05:22,220
Təvvabin lazım olan vaxt – Aşura hadisəsi baş verəndə gəlmədi, iş işdən keçəndən sonra gəldilər.

31
00:05:23,370 --> 00:05:30,130
Və ya Mədinə əhalisinin şəhərin hakimi Abdullah ibn Hənzələyə qarşı qiyamı.

32
00:05:30,710 --> 00:05:40,440
Gəlib Yəzidin qarşısında durdular, qiyam etdilər, Mədinənin hakimini şəhərdən çıxardılar, amma bütün bunları gec etdilər.

33
00:05:40,440 --> 00:05:52,130
Bunu Hüseyn ibn Əlinin (ə) Mədinədən çıxdığını eşitdikləri zaman düşünməli idilər, amma etmədilər.

34
00:05:52,570 --> 00:06:00,040
Gec fikirləşdilər; bir il sonra. Nəticəsi nə oldu? Tarixin yaddaşında var:

35
00:06:00,220 --> 00:06:06,710
qətliam olundular, darmadağın edildilər, məhv edildilər, heç bir iş də görə bilmədilər.

36
00:06:08,000 --> 00:06:19,910
İşi vaxtında görmək lazımdır. Əgər hər bir işi öz vaxtında görmək istəyiriksə, gərək vacib işin hansı olduğunu,

37
00:06:20,880 --> 00:06:28,220
nə etməli olduğumuzu bilək ki, onu vaxtında həyata keçirək.

38
00:06:28,880 --> 00:06:38,260
Demək istədiyim budur ki, İslam İnqilabı

39
00:06:38,660 --> 00:06:50,800
İran xalqının asılılıq və gerilik zillətindən qurtulmaq üçün atdığı böyük bir addımdır.

40
00:06:50,970 --> 00:07:02,400
Bu inqilab İslam dininin bərəkəti, istiqamətləndirməsi və rəhbəriyi ilə gerilik və asılılığı –

41
00:07:02,840 --> 00:07:12,400
– bu iki böyük həqarəti İran xalqının üzərindən götürmək üçün baş vermiş əzəmətli bir hərəkat idi;

42
00:07:12,400 --> 00:07:22,350
uzun zamandır canımızda olan iki xroniki xəstəliyimiz var idi, onları aradan qaldırmalı idi; inqilab bu məqsədlə yarandı

43
00:07:22,930 --> 00:07:30,130
və İran İslam Respublikası bu əsaslar üzərində quruldu. Diqqət edin,

44
00:07:30,840 --> 00:07:43,550
bu xalqı gerilik və asılılıqdan xilas etmək məqsədilə bir hərəkat yaranır

45
00:07:43,550 --> 00:07:54,260
və uğur qazanır, inkişaf edirsə, o vaxta qədər xalqın gerilik və asılılığından mənfəət götürənlər,

46
00:07:54,260 --> 00:08:02,350
təbii ki, bu hərəkata, bu inqilaba, bu dövlətə düşmən kəsiləcəklər.

47
00:08:04,040 --> 00:08:13,370
Bu düşmən məsələsini mən özümdən düzəltmirəm; bəziləri elə hey deyir ki, “Siz özünüzdən düşmən çıxarırsınız”.

48
00:08:14,480 --> 00:08:27,460
Düşməni İran xalqının hərəkatı çıxarır! Təsəvvür edin, evinizi,

49
00:08:27,680 --> 00:08:36,880
dükanınızı, yaşadığınız, istirahət etdiyiniz məkanı bir quldur zəbt edib. Siz gəlib onu çölə çıxarırsınızsa,

50
00:08:37,550 --> 00:08:43,460
öz haqqınızı bərpa etmiş, geri almış olursunuz, o isə sizinlə düşmənçilik etməyə başlayır.

51
00:08:43,460 --> 00:08:50,880
Nə qədər ki sizə qalib gələcəyinə ümidi var, sizə zərbə vuracaq.

52
00:08:51,420 --> 00:08:58,040
Biz heç kəslə yeni düşmənçilik yaratmamışıq; düşmənçilik edən onlardır.

53
00:08:58,880 --> 00:09:10,750
İranın özlərindən asılı olmasından xeyir götürənlər bu gün bizə düşməndir; barışmaz düşmən!

54
00:09:12,040 --> 00:09:25,330
İran xalqının geriliyi sayəsində öz mənafeyini təmin edənlər bu gün bizə düşməndir; qatı, barışmaz düşmən.

55
00:09:26,260 --> 00:09:30,480
Əlbəttə, ola bilsin ki, bu düşmənçilik Qiyamətə qədər çəkməsin;

56
00:09:31,640 --> 00:09:36,400
“(Ey möminlər) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında (onları İslam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın”. (“Mumtəhinə” surəsi, 7-ci ayədən)

57
00:09:36,620 --> 00:09:42,800
Ola bilsin ki, gələcəkdə nə vaxtsa – 50 il, 100 il sonra; bilmirəm –

58
00:09:43,770 --> 00:09:48,260
bu düşmənçiliyə son qoyulsun, amma düşmənçiliyə son qoyulmasının şərti nədir?

59
00:09:48,530 --> 00:09:57,150
Şərti odur ki, ya düşmən ümidini üzə, ya da islah oluna. Düzdür, islah olunmaq məsələsi zəif ehtimaldır, super-güclərin islah olunmağına güman çox azdır.

60
00:09:57,640 --> 00:10:08,880
Nə isə, hər halda, bu düşmənçilik var. Vaxtında hərəkətə keçməyi öyrənmək üçün isə

61
00:10:09,020 --> 00:10:19,950
biz düşməni tanımalı, hansı istiqamətdən hücuma keçə biləcəyindən xəbərdar olmalıyıq.

62
00:10:20,350 --> 00:10:30,350
O qədər sayıq və gözüaçıq olmalıyıq ki, düşmən hansısa addımı atan kimi məqsədinin nə olduğunu anlayaq.

63
00:10:31,370 --> 00:10:41,950
Hədəfi biziksə, çarəsini edək, ayağa qalxaq, müqavimət göstərək; bu, bizim vəzifəmizdir.

64
00:10:43,680 --> 00:10:48,570
Bu gün mən bu barədə bir neçə cümlə qeyd etmək istəyirəm.

65
00:10:51,280 --> 00:11:02,620
Əvvəla, düşmən kimdir? Bu gün düşmən konkret olaraq Amerika, İngiltərə,

66
00:11:02,620 --> 00:11:13,730
dünyadakı nəhəng kapitalist güclər,  sionistlər və onların əlaltılarıdır (doğrudur, əlaltıları bir o qədər dəyərli, əhəmiyyətli deyillər ki, adlarını çəkəsən); əsas düşmənlərimiz bunlardır.

67
00:11:15,460 --> 00:11:29,680
Amerika İslam Respubikasına, müstəqil İrana, inkişaf etməkdə, irəli getməkdə olan İrana düşməndir;

68
00:11:30,220 --> 00:11:41,510
hazırda təzədən bu regiona nüfuz etmək istəyən “qoca müstəmləkəçi” İngiltərə

69
00:11:42,310 --> 00:11:48,800
İrana düşməndir; sionistlər düşməndir;

70
00:11:49,680 --> 00:11:55,730
beynəlxalq arenada pul və sərvət gücünə ağalıq edən kapitalistlər düşməndir; əsas düşmənlər bunlardır.

71
00:11:56,080 --> 00:12:09,060
Əlbəttə, onu da deməliyəm ki, düşmən təkcə bunlar deyil, bunlardan savayı, bizim öz içimizdə başqa bir düşmən də var.

72
00:12:10,350 --> 00:12:18,170
Bizim, yəni kimin? Yəni mənim, sizin, rəsmilərimizin, gənclərimizin.

73
00:12:19,280 --> 00:12:27,640
İçimizdəki o düşmən nədir? O düşmən həvəssizlikdir, ümidsizlikdir,

74
00:12:29,370 --> 00:12:37,110
ətalətdir, pessimizmdir, tənbəllikdir; bunlar bizim düşmənimizdir.

75
00:12:38,350 --> 00:12:47,280
اَللّهُمَّ‌ اِنّي‌ اَعوذُ بِکَ‌ مِنَ‌ الکَسَلِ‌ وَ الهَرَمِ وَ الجُبنِ وَ البُخلِ

76
00:12:47,600 --> 00:12:55,680
وَ الغَفلَةِ وَ القَسوَةِ وَ الفَترَةِ وَ المَسکَنَة

77
00:12:57,020 --> 00:13:04,750
Bu şeylər bizə düşməndir. اَللّهُمَّ اِنّي اَعوذُ بِکَ مِن نَفسٍ لا تَشبَع

78
00:13:05,330 --> 00:13:11,910
وَ مِن قَلبٍ لا يَخشَع وَ مِن دُعاءٍ لا يُسمَع و مِن صَلاةٍ لا تَنفَع

79
00:13:12,260 --> 00:13:20,620
Bunlar bizim daxilimizdə olan düşmənlərdir; hər şeyi xaricilərin boynuna atmayaq.

80
00:13:21,150 --> 00:13:28,130
Əgər biz özümüz də lazımınca davranmasaq, vaxtında hərəkətə keçməsək, tənbəllik etsək,

81
00:13:29,150 --> 00:13:40,530
düşməni səhv tanısaq, ən böyük Şeytanın əvəzinə,

82
00:13:40,930 --> 00:13:52,840
fərsiz, yaramaz qardaşımızı – hansı ki bizə qardaşdır, amma fərsizdir, yaramazdır – öz qardaşımızı böyük Şeytan kimi görsək,

83
00:13:53,060 --> 00:13:58,800
zərbə alacağıq. Deməli, bunlar da bizim düşmənimizdir, diqqətli olmalıyıq. “Xarici düşmən” deyiriksə,

84
00:13:59,020 --> 00:14:08,350
bu o demək deyil ki, özümüzdə heç bir nöqsan və boşluq yoxdur.

85
00:14:08,750 --> 00:14:21,680
Yox, yanlış siyasətlər, pis siyasətlər, xoşagəlməz davranışlar, cürbəcür əsassız konfliktlər, tənbəllik, iş görməmək, dar çərçivəli yanaşmalar – bütün bunlar bizim düşmənimizdir; bunlar da var.

86
00:14:22,930 --> 00:14:31,950
Yaxşı, Amerika, İngiltərə, yaxud başqa hansısa xarici düşməndən danışırıqsa, bu, sırf şüarçılıqdır, ya yox?

87
00:14:32,310 --> 00:14:38,310
Mən sizə deyim ki, yox, şüarçılıq deyil. Bu, reallığa əsaslanır.

88
00:14:38,750 --> 00:14:54,000
Biz dünyada gedən proseslər haqda məlumat alırıq. Misal üçün, Amerikanın o  “xoşxasiyyət”  Xarici İşlər Naziri

89
00:14:56,800 --> 00:15:08,840
özünün vida məktubunda sonrakı hökumətə İrana qarşı mümkün qədər daha sərt davranmağı,

90
00:15:10,530 --> 00:15:21,950
sanksiyaları qoruyub saxlamağı tövsiyə edir, “Yalnız bizim etdiyimiz kimi, İrana qarşı sərt olmaqla o ölkədən hansısa imtiyaz almaq mümkündür” – deyirsə, (bu, onun fikridir)

91
00:15:23,060 --> 00:15:27,600
bu, düşməndir də; hələ bu, gülərüz düşməndir;

92
00:15:28,480 --> 00:15:37,550
bir vaxtlar eləsi  var idi ki, açıq-açığına: “İran şər ocağıdır” – deyirdi; bu açıq-aşkar demir,

93
00:15:38,750 --> 00:15:43,770
amma rəftarı eynidir. Bu da düşmən.

94
00:15:44,130 --> 00:15:55,770
Deməli, biz elə hey “düşmən, düşmən” deyiriksə, bu, şüar həvəsində olduğumuza görə deyil; bəzi insafsız adamların dediyi kimi,

95
00:15:56,310 --> 00:16:02,840
daxildəki işlərimizin öhdəsindən gələ bilmədiyimizə görə əlacsız qalıb özümüzə düşmən düzəltmirik;

96
00:16:03,330 --> 00:16:07,330
bu, düşmən düzəltmək deyil, düşmən var, gözünü aç, gör;

97
00:16:07,770 --> 00:16:18,080
gözünü bağlasan, əlbəttə ki, görməyəcəksən. Başını qarın altına soxsan, görməyəcəksən; başını qaldır, bax, görəcəksən.

98
00:16:19,330 --> 00:16:29,680
Dedik ki, İngiltərə! İngilislər təzədən Fars Körfəzinə gəliblər; əlbəttə, bizim bundan hələ 1-2 il əvvəl xəbərimiz var idi,

99
00:16:30,400 --> 00:16:34,080
bunların yenidən Fars Körfəzinə gəlmək niyyətində olduqlarını eşitmişdik; hazırda gəliblər.

100
00:16:34,880 --> 00:16:43,060
Bura gəlib Fars Körfəzi ətrafındakı bəzi dövlət başçılarına: “İran sizin üçün təhlükədir!” – deyirlər;

101
00:16:43,330 --> 00:16:51,460
heç aralarında elə bir səmimiyyət də yoxdur; həmin dövlət başçıları ilə həqiqətən səmimi olduqlarını da düşünmək olmaz; istifadə etmək istəyirlər,

102
00:16:52,130 --> 00:17:02,930
onları tabe etməyin mümkün olduğunu bilirlər. Əslində isə təhlükə ingilislər özləridir.

103
00:17:03,860 --> 00:17:16,440
Bu gün İngiltərədə müəyyən dairələr oturub regionumuz və İran İslam dövləti üçün planlar cızırlar.

104
00:17:16,570 --> 00:17:22,170
Planlarından biri də region ölkələrini parçalamaqdır.

105
00:17:23,510 --> 00:17:30,260
Bu dediklərim güman, təhlil deyil, dəqiq məlumatlara əsaslanır.

106
00:17:30,840 --> 00:17:39,330
Deyirlər ki, bir İraq, bir Suriya, bir Yəmən, bir Liviyanın dövrü keçib;

107
00:17:40,440 --> 00:17:50,400
yəni İraq da, Suriya da, Liviya da, Yəmən də bölünməlidir. İranın adını çəkmirlər, çünki buna cürət etmirlər,

108
00:17:51,330 --> 00:17:57,860
qorxurlar. İran ictimaiyyətinin rəyindən qorxurlar, yoxsa

109
00:17:58,480 --> 00:18:07,420
getməmişdən əvvəl Məhəmmədrzanın dediklərini bunlar da deyərdilər. Məhəmmədrza demişdi ki, “Əgər biz getsək, İran İranistan olacaq”;

110
00:18:08,000 --> 00:18:14,800
demək istəyirdi ki, Əfqanıstan, Türkmənistan və sair kimi, burada da ölkənin bir hissəsi İranistan adı ilə qalacaq,

111
00:18:15,020 --> 00:18:21,820
qalanı müxtəlif dövlətlər arasında bölünəcək. Bunların da ürəyindən keçən odur. Nə vaxtsa o ümidlə yaşayırdılar,

112
00:18:22,310 --> 00:18:30,530
əllərindən gələni etdilər, ağızlarının payını da aldılar, amma beyinlərində hələ də qalıb; intəhası dilə gətirib demirlər.

113
00:18:30,710 --> 00:18:34,350
Bəli, bu düşmən var. Düşmənin daha buynuzu olmur ki?!

114
00:18:40,350 --> 00:18:53,110
İndidən oturub nüvə razılaşması başa çatandan sonrasını fikirləşirlər ki, “ondan sonra İranın üzərinə nə məhdudiyyətlər qoyacağıq?”

115
00:18:53,460 --> 00:19:04,930
Düşünürlər ki, nüvə razılaşması, misal üçün, 10 il, 12 il çəkməlidir. İndidən oturub fikirləşirlər ki,

116
00:19:05,770 --> 00:19:11,460
o zaman İrana məhdudiyyət qoymaq üçün nə edəcək, nə deyəcək, hansı addımları atacaqlar.

117
00:19:12,530 --> 00:19:22,170
Daha bundan da pis, bundan da xəbis düşmən necə olur ki?! Mən “xəbis ingilis” deyəndə bax onların bu xəbisliklərini nəzərdə tuturam.

118
00:19:22,930 --> 00:19:35,600
Onların planlarından biri də yerlərdə seçilmiş insanları öyrədib ölkəyə və dövlətə qarşı ideoloji cəhətdən silahlandırmaqdır;

119
00:19:36,040 --> 00:19:45,550
yəni deyirlər ki, biz bu ölkələrdə, o cümlədən İranda elə İranın özündən müəyyən adamlar seçib əlaqəyə girək,

120
00:19:45,860 --> 00:19:54,350
o adamları öyrədib hazırlayaq (bu da ki, hazırda çox asandır; internet var,

121
00:19:55,770 --> 00:20:03,110
virtual aləm var, cürbəcür kommunikasiya vasitələri var), onlar da ölkənin,

122
00:20:03,110 --> 00:20:07,460
İslam dövlətinin, xalqın canına düşsünlər.

123
00:20:07,950 --> 00:20:13,420
Bunların dediyi budur. Yaxşı, indi bu, düşmən deyil, bəs nədir?!

124
00:20:13,820 --> 00:20:24,170
Bu düşməni tanımaq lazımdır. Bayaq dedim ki, həm düşməni, həm də onun düşmənçilik metodlarını tanımaq lazımdır.

125
00:20:24,170 --> 00:20:30,930
Bunların düşmənçilik etmək üçün nəzərdə tutduğu bütün yol və vasitələrdən, bütün prinsip və metodlardan hamı xəbərdar olmalıdır;

126
00:20:31,200 --> 00:20:36,170
rəsmilərimiz də, xalqımız da, gənclərimiz də,

127
00:20:36,620 --> 00:20:40,710
fəhlələrimiz də, ziyalılarımız da. Hamı bilməlidir ki,

128
00:20:41,330 --> 00:20:49,680
düşmənin hədəfi bəzən radiolarında və ya hansısa təşkilatlarında dedikləri kimi,

129
00:20:49,680 --> 00:20:54,310
ayrı-ayrı şəxslər, məsələn, Əli Xamenei və ya başqa biri deyil,

130
00:21:03,820 --> 00:21:14,660
bunu yalan deyirlər; onların hədəfi İran xalqıdır, müsəlman İranıdır, İslam dövlətidir.

131
00:21:15,510 --> 00:21:25,060
Ayrı-ayrı şəxslərə və ya qurumlara qarşı düşmənçilik edirlərsə də, səbəb odur ki, həmin insanların, yaxud qurumların

132
00:21:25,550 --> 00:21:34,970
sinələrini sipər edib mübarizə apardığını hiss edir və onları geri oturtmaq lazım olduğunu düşünürlər. Az sonra bu barədə də danışacağam.

133
00:21:36,480 --> 00:21:45,110
Yaxşı, bəs biz bu düşmənçilik qarşısında nə etməliyik? Bizim vəzifəmiz ölkəmizi

134
00:21:46,260 --> 00:21:52,750
həm gücləndirmək, həm də onun müqavimət qabiliyyətini artırmaqdır.

135
00:21:53,680 --> 00:21:59,770
Ölkənin gücünü artırmalı, müqavimətini yüksəltməliyik. Ölkənin gücünü necə artırmaq olar?

136
00:22:00,710 --> 00:22:07,680
Bu barədə düşünmək və fəaliyyət proqramları hazırlamaq lazımdır. Bu iş isə bizim hamımızın öhdəsinə düşür;

137
00:22:08,220 --> 00:22:14,570
rəsmilərin, siyasətçilərin, teoloji mərkəzlərin, universitetlərin,

138
00:22:15,020 --> 00:22:19,860
mədəniyyət xadimlərinin, siyasi fəalların.

139
00:22:20,040 --> 00:22:25,770
Onlar bu məsələlər barədə düşünüb, görüləcək işləri planlaşdırmalıdırlar. Biz ölkəni gücləndirməli, onun müqavimət gücünü artırmalıyıq.

140
00:22:25,770 --> 00:22:32,480
Ölkəni necə gücləndirmək lazımdır? Ölkəyə güc qazandıran amillər hansılardır? Bir neçəsini mən sayım:

141
00:22:32,480 --> 00:22:36,970
biri İslama imandır, dini inancdır.

142
00:22:37,770 --> 00:22:46,970
Dini inanc bu ölkəyə müqavimət gücü və dinamiklik qazandıran ən mühüm amillərdən biridir. Özü də bu təkcə indi belə deyil,

143
00:22:47,510 --> 00:22:54,930
130-140 il əvvəldən üzü bəri bu ölkədə effektiv olmuş, cərəyan yaratmış,

144
00:22:55,240 --> 00:23:03,550
təsir buraxmış istənilən hərəkatda birinci sözü dini inanc deyib.

145
00:23:03,550 --> 00:23:13,820
Başlayaq elə Tənbəki üsyanından. Möhtəşəm xalq hərəkatı olan Tənbəki olayında

146
00:23:14,660 --> 00:23:23,680
dini faktor mühüm rol oynamışdı; mərcə-təqlid hökm çıxarmışdı, xalq da onun çıxardığı hökm əsasında,

147
00:23:24,480 --> 00:23:34,310
öz dini inancından çıxış edərək addım atmış və uzun illər boyu bu xalqa əzab-əziyyət yaşadan böyük bir xəyanətə son qoymuşdu; bu, biri.

148
00:23:34,620 --> 00:23:47,110
Məşrutə; Məşrutə xalqın dindarlığının təzahürü olan din alimlərinin avanqardlığı ilə

149
00:23:47,110 --> 00:23:57,860
inkişaf edə bilmiş bir hərəkat idi. Doğrudur, ölkədə hansısa ziyalılar, yazarlar, gizli təşkilatlar var idi,

150
00:23:57,860 --> 00:24:03,640
o demək deyil ki, yox idi, amma irəli gəlmir, heç bir iş görə bilmirdilər, xalq arasında nüfuza malik deyildilər.

151
00:24:04,040 --> 00:24:10,840
Məşrutə hərəkatında xalqı meydanlara çəkib gətirən

152
00:24:11,020 --> 00:24:17,240
mərhum Şeyx Fəzlullah Nuri, Seyid Məhəmməd Təbatəbayi, Seyid Abdullah Behbəhani kimi nüfuzlu din alimlərinin iştirakı olmuşdu;

153
00:24:17,240 --> 00:24:27,370
onlar çox böyük din alimləri idi; eynilə Tehranda, Təbrizdə, İsfəhanda,

154
00:24:27,860 --> 00:24:36,880
bəzi digər şəhərlərdə, Farsda da böyük din alimləri qabağa düşdülər, xalq da onların ardınca getdi.

155
00:24:36,880 --> 00:24:45,860
Düzdür, burada ingilislər bizdən daha zirək davranıb həm alimlər, həm də camaat arasında ixtilaf yaratdılar.

156
00:24:46,220 --> 00:24:53,600
Tehranda o iki böyük alimlə şəhid Şeyx Fəzlullah Nurinin arasına ixtilaf saldılar.

157
00:24:53,600 --> 00:25:00,660
Məşrutənin yaradılması üçün ən birinci addım atmış ruhani alimlərdən olan Şeyx Fəzlullah Nurini

158
00:25:00,660 --> 00:25:08,620
Məşrutənin əleyhinə çıxmaqda ittiham edərək asdılar! Bu, onların işi idi.

159
00:25:08,800 --> 00:25:18,750
Camaatı çəkib səfirliyə apardılar və bir qrup adam ingilislərə Məşrutənin dostluğunu təqdim etdi.

160
00:25:18,930 --> 00:25:31,060
Nəticədə Məşrutə arxasınca Rzaxanı, bu ölkə üçün 50-60 il geriliyi gətirən bir şeyə çevrildi; halbuki hərəkatın başlanğıcında dini faktor var idi.

161
00:25:31,280 --> 00:25:37,240
Neft sənayesinin milliləşdirilməsi; baxın, bunlar tarixdir. Buna görə mən həmişə deyirəm ki, tarixi oxuyun,

162
00:25:37,730 --> 00:25:48,710
tarixi hadisələr ətrafında düşünün. Əgər ruhani alimlər olmasaydı, dini motiv olmasaydı, neft sənayesinin milliləşdirilməsi məsələsində əsla uğur qazanılmazdı. Bunu hamı bilsin.

163
00:25:51,460 --> 00:26:01,910
Bu hərəkatın başlanğıcında Ayətullah Kaşani var idi, onun dayağı isə Qumda Seyid Məhəmmədtəqi Xansari kimi bir mərcə-təqlid idi.

164
00:26:02,930 --> 00:26:10,310
Bu ideyanı genişləndirənlər Qumda bir qrup adam və bizim bu Məşhəddə bir din alimi,

165
00:26:10,310 --> 00:26:19,020
yüksək səviyyəli bir minbər adamı, natiq, mütəffəkkir, fəal ruhani olmuşdu.

166
00:26:19,240 --> 00:26:25,820
Neft sənayesinin milliləşdirilməsi ideyasını təbliğ edənlər bunlar idi, xalq din naminə irəli durmuşdu.

167
00:26:26,660 --> 00:26:35,020
Sonradan mərhum Kaşanini, ruhani alimləri, dindarları uzaqlaşdırandan sonra Müsəddiq məğlub oldu.

168
00:26:36,350 --> 00:26:41,730
Nə qədər ki din var idi, dini iman faktoru var idi, hərəkat irəli gedirdi,

169
00:26:42,220 --> 00:26:48,350
bu faktor kənarlaşdırılandan sonra isə ətalətə uğradı, məğlub oldu, əksinə döndü.

170
00:26:49,420 --> 00:26:54,440
Bir amerikalı bir çamadan pulla Tehrana gəlib hər şeyi alt-üst etdi.

171
00:26:55,860 --> 00:26:59,510
Ölkədə həyata keçmiş bütün hərəkatlarda

172
00:26:59,600 --> 00:27:07,370
dini iman faktoru özünü açıq-aydın göstərir; 15 xordadda, İslam İnqilabında, Müqəddəs Müdafiədə.

173
00:27:07,770 --> 00:27:16,400
Müxtəlif proseslərdə xalqı meydanlara çəkib gətirən din faktoru və dini stimul olmuşdur.

174
00:27:16,800 --> 00:27:22,530
3-4 oğlu Allah yolunda şəhid olmuş valideyn sevinir ki, övladları Allah yolunda şəhid olub.

175
00:27:23,240 --> 00:27:27,510
Dini inancdan doğan stimul ölkə üçün güc və iqtidar amillərindən biridir.

176
00:27:27,680 --> 00:27:30,880
Bax buna qarşı düşmənçilik edirlər, bunu qoruyub saxlamaq lazımdır.

177
00:27:32,130 --> 00:27:38,440
Bu gün xalqımızın dini stimuluna qarşı hər tərəfdən düşmənçilik edənlər var.

178
00:27:38,570 --> 00:27:45,510
Məqsədləri əvvəlcə gənclərin, sonra isə ictimaiyyətin digər müxtəlif təbəqələrinin dini inancını

179
00:27:45,510 --> 00:27:51,600
cürbəcür adlar altında və cürbəcür formalarda yox etməkdir. Bu gün düşmən bu işi həyata keçirir.

180
00:27:52,080 --> 00:27:55,680
Dini inancdan əlavə, dini dərk də lazımdır.

181
00:27:56,130 --> 00:28:02,970
Dini inanc dini dərklə yanaşı olmalıdır. Dini dərk nədir?

182
00:28:03,370 --> 00:28:11,860
Mərhum Müdərris bu barədə çox gözəl deyir: “Bizim siyasətimiz elə dindarlığımız, dindarlığımız isə elə siyasətimizdir”.

183
00:28:11,950 --> 00:28:20,220
Dahi liderimiz İmam Xomeyni də bunu həm söyləmiş, həm də həyata keçirmişdir.

184
00:28:20,480 --> 00:28:30,930
Ölkəyə iqtidar qazandıran amillərdən biri də budur.Bu gün Amerika və İngiltərədə

185
00:28:31,550 --> 00:28:38,440
düşünüb planlar cızan, öndə gedən KİV-i, internet mediasını,

186
00:28:39,020 --> 00:28:47,820
siyasətçiləri və sairi istiqamətləndirən beyin mərkəzləri onlara əsas etibarilə bunu tövsiyə edir ki,

187
00:28:47,820 --> 00:28:53,420
siyasiləşmiş dinə qarşı mübarizə aparsınlar;

188
00:28:54,260 --> 00:29:01,950
yəni dinin siyasətdən, dolayısı ilə həyatdan ayrı olduğunu təbliğ etsinlər;

189
00:29:02,310 --> 00:29:11,860
məscid küncündə, evdə oturan, yalnız qəlbdə qalan, əməldə əks olunmayan bir dini yaysınlar;

190
00:29:12,170 --> 00:29:20,750
iqtisadiyyat dindən uzaq olsun, siyasət dindən uzaq olsun, dinin göstərişlərinin əksinə olaraq, xalqlar düşmənə tabe olsunlar,

191
00:29:20,930 --> 00:29:28,880
dostla vuruşub, düşmənlə dil tapsınlar,

192
00:29:29,680 --> 00:29:39,110
amma üzdə din olsun; bunu istəyirlər. Dini dərk dinin hakimiyyətdən kənar olmadığını bilmək, bunu dərk etməkdir.

193
00:29:40,000 --> 00:29:44,260
Özü də bu, bütün dinlərə şamil olunur. Biz bunun bütün dinlərə, hətta xristianlığa da aid olduğunu deyirik,

194
00:29:45,150 --> 00:29:55,600
İslam dinində isə bu prinsip daha açıq və birbaşa surətdə əksini tapır. Məkkədəki gizli fəaliyyət dövründən sonra Peyğəmbərin (s) gördüyü ilk iş

195
00:29:55,730 --> 00:30:11,460
hökumət yaratmaq olmuşdu. O həzrət gətirdiyi dini məhz hakimiyyət formatına çevirərək yaymağa nail olmuşdur.

196
00:30:12,080 --> 00:30:19,200
Dinin hakimiyyətdən ayrı olması o deməkdir ki,

197
00:30:19,460 --> 00:30:26,480
din elə oturub həmişə öyüd-nəsihət etsin, danışsın, güc və hakimiyyət sahibləri isə

198
00:30:26,480 --> 00:30:31,730
dinə zidd olsa belə, ürəkləri istəyəni etsinlər, istədikləri vaxt da bunların başına bir təpik vursunlar.

199
00:30:32,620 --> 00:30:37,820
Siyasətdən kənar din budur. Bunu istəyirlər, buna nail olmağa çalışırlar.

200
00:30:39,280 --> 00:30:47,330
Xeyr, bilmək lazımdır ki, din siyasətdən ayrı deyil

201
00:30:48,000 --> 00:30:56,880
və dinin düşməni dövləti, gücü, ordusu, iqtisadiyyatı,

202
00:30:57,280 --> 00:31:03,550
maliyyə sistemi, cürbəcür idarəetmə orqanları olan dindən qorxur,

203
00:31:04,000 --> 00:31:09,370
belə bir dindən çəkinir. Yoxsa din elə camaatın gedib məsciddə ibadət etməsidirsə, bu onları qorxutmur; etsinlər də; 100 il ibadət etsinlər.

204
00:31:09,910 --> 00:31:16,840
Deməli, ölkəyə güc və iqtidar qazandıran amillərdən biri də budur. Bilin ki, düzgün dini dərk dini yaşamdan, siyasətdən ayrı tutmamaq,

205
00:31:16,840 --> 00:31:22,570
ictimai həyatın bütün sferalarında onun iştirakını zəruri bilməkdir.

206
00:31:23,510 --> 00:31:29,600
Bunu reallaşdırmaq, buna çalışmaq lazımdır.

207
00:31:29,910 --> 00:31:38,130
Yoxsa ki dinin quruca adı ilə, bizlərin başımıza əmmamə qoyub ruhani görüntüsü yaratmağımızla

208
00:31:38,530 --> 00:31:42,800
heç nə olan deyil; həqiqətən hərəkət etməliyik.

209
00:31:42,800 --> 00:31:49,910
Ölkəni qüdrətli edən amillərdən biri də sürətli elmi inkişafdır, elm sahəsində qazanılan uğur və nailiyyətlərdir. Mən “Elm şahdır”  hədisini dəfələrlə demişəm.

210
00:31:50,080 --> 00:31:54,800
Bizim elmi cəhətdən güclü olmağımızın da əleyhinədirlər.

211
00:31:55,020 --> 00:32:07,860
Bayaq dedim ki, xəbis ingilislər ölkə daxilində bəzi adamları öz tərəflərinə çəkib ideoloji cəhətdən

212
00:32:08,080 --> 00:32:14,220
silahlandırmağı tövsiyə edirlər. Bax həmin adamlar bəzən elmi inkişafın qarşısını almaq üçün universitetlərimizdə gəncləri

213
00:32:14,530 --> 00:32:22,660
pessimist ruhda kökləməyə çalışır, aralarında xüsusilə istedadlı olanları isə xaricə köçüb getməyə təşviq edirlər.

214
00:32:22,660 --> 00:32:28,310
Deyirlər, “Çıx get filan ölkəyə, burada qalıb nə edəcəksən, özünü hayıf eləmə!”

215
00:32:29,020 --> 00:32:34,530
Üstəlik hələ pul da verirlər, mükafat da verirlər. Əlbəttə ki, mömin gənclərimiz möhkəmdir,

216
00:32:34,880 --> 00:32:46,800
mən özüm bunun şahidiyəm. Universitetlərdə və ondan kənarda düşmənə satılmış bəzi ünsürlərin

217
00:32:47,110 --> 00:32:54,170
gənclərimizin qəlbinə ümidsizlik toxumu səpmək üçün həyata keçirdiyi çirkin əməllərə baxmayaraq,

218
00:32:54,710 --> 00:33:00,930
gənclərimiz, mömin cavanlarımız möhkəm durublar. Bir neçə gün bundan əvvəl

219
00:33:01,820 --> 00:33:12,040
ölkənin öndə gedən bir universitetinin müxtəlif elmi müsabiqələrdə medal qazanmış qabaqcıl tələbələri bura gəlmişdi, elə söhbət edirdilər ki,

220
00:33:12,400 --> 00:33:17,370
danışıqlarının gözəlliyinə, doğruluğuna, həqiqətən də, heyran qalırdın.

221
00:33:18,080 --> 00:33:24,350
Bir qədər sonra deyəcəyəm; bunlar bizim xalqımızı tanıya bilməyiblər, amma biz onların məkrli planlarına bələd olmalıyıq.

222
00:33:24,800 --> 00:33:31,910
Ölkəyə müqavimət gücü verən amillərdən biri də elmi inkişafdır. Ölkəmizin elmi inkişafının nə dayanmasına,

223
00:33:32,130 --> 00:33:36,080
nə də sürət tempinin azalmasına imkan vermək olmaz.

224
00:33:36,710 --> 00:33:42,400
Digər bir mühüm məsələ isə iqtisadi inkişafdır, əhalinin rifahı ilə bağlı problemlərin həllidir.

225
00:33:42,620 --> 00:33:49,680
Onların bu sanksiyaları tətbiq etməklə izlədiyi hədəflərdən biri də xalqı dövlətdən uzaqlaşdırmaqdır;

226
00:33:49,950 --> 00:33:58,040
xalq problemlər yaşasın, işsizlik olsun, durğunluq olsun, cürbəcür iqtisadi problemlər olsun;

227
00:33:59,200 --> 00:34:03,910
biz elə hey danışaq, camaat da problemlərin içində çabalasın.

228
00:34:04,660 --> 00:34:14,570
Sanksiyaları bütün bunlara nail olmaq üçün qoyurlar, gözdən pərdə asmaq üçün guya götürəndə də elə bir formada götürürlər ki, bu problemlərə son qoyulmasın.

229
00:34:15,370 --> 00:34:20,260
Bəs belə olan halda biz nə etməliyik? Bizim padzəhərimiz odur ki,

230
00:34:20,880 --> 00:34:32,000
iqtisadiyyatımızın güclü, müqavimət qabiliyyətli, dayanıqlı olmasına çalışaq; yəni dönə-dönə vurğuladığımız həmin o müqavimət iqtisadiyyatını təmin edək.

231
00:34:33,640 --> 00:34:42,570
Ölkəni güclü edən amillərdən biri də budur. Güclü iqtisadiyyatı olan ölkənin valyutası da dəyərli olacaq,

232
00:34:43,020 --> 00:34:47,680
rəsmiləri də nüfuz qazanacaq, xalqı da hörmətli olacaq

233
00:34:48,930 --> 00:34:57,770
və artıq heç kim ona zorla nəyisə qəbul etdirə bilməyəcək. Dəfələrlə demişik ki,

234
00:34:59,910 --> 00:35:07,150
bu neft quyularını sümürməkdən, neftdən asılı qalmaqdan tədricən uzaqlaşmalıyıq,

235
00:35:08,530 --> 00:35:18,480
bunu tədricən azaltmaq lazımdır. Neft siyasəti, neftin qiymətinin qalxıb-enməsi xaricilərin əlindədir; neft bizimdir, amma ixtiyarı başqalarındadır.

236
00:35:20,440 --> 00:35:31,370
Biz ölkəmizin iqtisadiyyatını gücləndirməyə nail olmalıyıq, elə etməliyik ki, iqtisadiyyatımızı möhkəmləndirək. Bu, güc qazandıran faktorlardan biridir.

237
00:35:31,550 --> 00:35:42,660
Ölkəni güclü edən amillərdən biri də beynəlxalq danışıqlarda, diplomatik görüşlərdə milli qürur və heysiyyəti qorumaq,

238
00:35:43,950 --> 00:35:52,930
başqalarının diktəsinə boyun əyməməkdir. Belə görüşlərdə oturub qarşı tərəflə danışıqlar aparanda

239
00:35:53,640 --> 00:36:01,730
o, bizim əhval-ruhiyyəmizin necə olduğuna, nə dərəcədə stimullu, əzmli olduğumuza diqqət yetirir

240
00:36:02,310 --> 00:36:11,420
və gəldiyi nəticəyə əsasən davranır. Ölkənin, xalqın qürur və heysiyyətini qorumaq lazımdır.

241
00:36:11,420 --> 00:36:19,150
O zaman xalq da özündə ləyaqət, heysiyyət hiss edəcək və bu, ölkənin güclü, qüdrətli olmasına yol açacaq.

242
00:36:19,460 --> 00:36:30,220
Əgər hansı vasitələrlə müqavimət göstərmək lazım olduğunu,

243
00:36:30,220 --> 00:36:38,970
düşmənin hansı istiqamətlərdən iş apardığını, doğrudan da, bilsək, o zaman onun qarşısında nə etməli olduğumuzu da bilərik, planımız da olar,

244
00:36:39,280 --> 00:36:47,150
bayaq sadaladığım iqtidar faktorlarını da özümüzdə gücləndirə bilərik. Yox əgər bunlardan xəbərdar olmasaq, bəzən düşmənin dəyirmanına su da tökə bilərik.

245
00:36:48,310 --> 00:36:58,880
Dəfələrlə misal çəkmişəm: cəbhədə əsgəri yuxu aparsa,

246
00:37:00,400 --> 00:37:05,600
oyanıb yuxulu başla nə etdiyini bilmədən topu özününkülərə tərəf də yönəldib

247
00:37:06,480 --> 00:37:12,350
atəş aça bilər. Əgər siz dost-düşmənin harada olduğunu bilməsəniz,

248
00:37:13,060 --> 00:37:21,420
düşmən əvəzinə dostunuza zərbə endirə bilərsiniz. Gözüaçıqlıq, məlumatlılıq bax buna görə lazımdır.

249
00:37:21,600 --> 00:37:31,330
Düşmən milli iqtidarın az öncə sadaladığım amillərini yox etmək istəyir; düşmənin məqsədi budur.

250
00:37:31,600 --> 00:37:41,330
İmanı yox etmək istəyir, abır-həyanı yox etmək istəyir, dinin əsaslarına bağlılığı yox etmək istəyir,

251
00:37:41,330 --> 00:37:50,260
dini hakimiyyətə olan güclü inamı yox etmək istəyir, milli heysiyyətə zərbə vurmaq istəyir,

252
00:37:50,480 --> 00:38:05,060
elmi inkişafı durdurmaq istəyir, ölkənin və xalqın qüdrət simvolu olan dövlət qurumlarını zəiflətmək istəyir.

253
00:38:05,460 --> 00:38:16,170
Özünüz görürsünüz: Keşikçi Korpusa hücumlar edilir, Bəsicə hücumlar edilir, Keşikçi Şuraya hücumlar edilir; hamısı ona görədir.

254
00:38:16,440 --> 00:38:22,480
Hakimiyyətin iki qolunun başçıları arasında son zamanlar baş verən mübahisələrlə mənim işim yoxdur,

255
00:38:22,570 --> 00:38:28,750
bunlar önəmli məsələlər deyil və Allahın köməyi ilə qurtarıb gedəcək; əhəmiyyətli bir şey deyil,

256
00:38:28,750 --> 00:38:39,420
düşmən bunları böyütməyə çalışır; amma onu da deyim ki, müstəqil, cəsarətli və qətiyyətli bir məhkəmə hakimiyyətinin varlığını hamı yüksək qiymətləndirməli, qədrini bilməlidir;

257
00:38:40,130 --> 00:38:46,130
hamı kömək etməlidir. Mən həm hakimiyyətə gələn hökumətləri,

258
00:38:46,400 --> 00:38:53,150
həm məhkəmə hakimiyyətini, həm də parlamenti dəstəkləyirəm; mən hamını dəstəkləyirəm,

259
00:38:53,460 --> 00:39:05,370
amma baxmaq lazımdır ki, düşmənin hədəflərini nələr puça çıxara bilər?

260
00:39:06,130 --> 00:39:17,860
Əgər bizim güclü bir təhlükəsizlik strukturumuz, xalqın arasından, insanlarımızın öz istəyi ilə formalaşan qüdrətli bir hərbi qurumumuz,

261
00:39:18,970 --> 00:39:25,020
Bəsic adlı möhtəşəm bir xalq hərəkatımız,

262
00:39:26,260 --> 00:39:36,080
hazırkı dövrü düzgün qiymətləndirməyi bacarıb ictimai-siyasi proseslərdə fəal iştirak edən ruhanilərimiz,

263
00:39:37,200 --> 00:39:41,950
mükəmməl və qüdrətli bir məhkəmə hakimiyyətimiz,

264
00:39:42,350 --> 00:39:50,880
dəqiq fəaliyyət proqramları əsasında işləyən şücaətli bir dövlətimiz olsa,

265
00:39:51,240 --> 00:39:57,640
ölkəmizin və xalqımızın hərəkatı uğurlu olacaq.

266
00:39:59,460 --> 00:40:03,150
Bunlar üçün çalışmaq, bu şeyləri təmin etmək lazımdır.

267
00:40:03,730 --> 00:40:15,330
Hansı varımızdırsa, Allaha şükür edib qoruyaq, hansı yoxumuzdursa, təmin edək, özümüz üçün qurub yaradaq.

268
00:40:17,860 --> 00:40:26,530
Sevindirici haldır ki, bu gün çox yaxşı işlər görülür; həm elm və mədəniyyət sferasında – qeyd etdiyim kimi –

269
00:40:27,860 --> 00:40:31,510
həm də digər sferalarda. Müxtəlif müsabiqələrdə ölkəyə ən yüksək medallar qazandıran övladlarımızın çoxu bəsicidir.

270
00:40:31,510 --> 00:40:41,420
Mən burada tələbələrlə tez-tez görüşürəm; elə bir neçə gün bundan əvvəl də

271
00:40:41,770 --> 00:40:46,750
Şərif Universitetində təhsil alan bəsici gənclər, medal alanlar gəlmişdilər;

272
00:40:47,060 --> 00:40:55,110
onlarla medal, bəsicin sıralarında təmsil olunan onlarla istedadlı gənc. Başqa universitetlərdə də belə gənclərimiz çoxdur.

273
00:40:55,510 --> 00:41:03,420
İstedadlı, fəal, dinamik, parlaq zəkalı tələbələrimiz var.

274
00:41:03,600 --> 00:41:10,840
Həmçinin universitet müəllimləri içərisində də bu gün inqilabi ideyaların, inqilabi stimulun, inqilab əzminin daşıyıcısı olan

275
00:41:11,060 --> 00:41:19,770
bir çox insanlara rast gəlmək olur. Mədəniyyət, incəsənət, siyasət sferalarında da eynilə.

276
00:41:20,170 --> 00:41:27,280
Sadaladığım bütün bu sahələrdə stimullu gənclərə bacardığımız qədər kömək edib dəstək olmalıyıq.

277
00:41:27,550 --> 00:41:37,020
Əlbəttə, mən bunu qətiyyətlə söyləyirəm ki, hazırladığı bütün planlara baxmayaraq, düşmən xalqımızı tanıya bilməyib,

278
00:41:37,910 --> 00:41:50,130
İran xalqını tanımır, səhvə yol verir. Özünüz gördünüz, 1388-ci ildə səhvə yol verərək o fitnəni törətdilər,

279
00:41:50,750 --> 00:41:59,860
məsələni çox həssas, incə bir məqama gətirib çıxardıqlarını düşündülər,

280
00:41:59,860 --> 00:42:06,800
lakin qəflətən 9 deydə atılan ümummilli addım hər şeyi məhv etdi.

281
00:42:07,280 --> 00:42:19,110
1388-ci ilin 9 deyində baş verən o hərəkat sizin 1356-cı ilin 19 deyində həyata keçirdiyiniz hərəkatdan idi.

282
00:42:51,110 --> 00:42:58,750
Odur ki ölkə ictimaiyyətinin bütün fəal təbəqələrinin – ruhanilərdən tutmuş universitetlərin tələbə

283
00:42:59,150 --> 00:43:05,600
və müəllim kollektivinə, ölkə rəsmilərinə, ölkəni idarə edən şəxslərə, xüsusilə də yüksək ranqlı rəsmilərə,

284
00:43:06,530 --> 00:43:15,460
parlament nümayəndələrinə, ziyalılara, yazarlara qədər

285
00:43:15,950 --> 00:43:26,800
hamımızın vəzifəsi az öncə sadaladığım, ölkəmizə güc-qüdrət qazandıracaq amilləri gücləndirməkdir.

286
00:43:27,060 --> 00:43:40,350
İranı sevən hər kəs bilməlidir ki, gənclərimizin dini imanına edilən hücumlar İrana xəyanətdir.

287
00:43:40,660 --> 00:43:50,570
Elə şəxslər var ki, İranı sevirlər, ölkəni sevirlər, amma din, şəriət və bu kimi şeylərə o qədər də bağlı deyillər.

288
00:43:51,370 --> 00:43:58,710
Onlar da bilməlidir ki, əgər İranı, doğrudan da, sevirlərsə, əgər həqiqətən xain deyillərsə,

289
00:43:59,110 --> 00:44:07,820
dost cildində düşmən deyillərsə, dini, gənclərin dinini, gənclərin imanını zəiflətməməlidirlər.

290
00:44:08,260 --> 00:44:14,350
Gənclərin imanını zəiflədən şəxs təkcə dinə yox, həm də ölkəyə xəyanət etmiş olur.

291
00:44:15,060 --> 00:44:27,110
Ölkəmizi və xalqımızı güclü edəcək bu faktorlar ictimaiyyətin bütün bu təbəqələri tərəfindən gücləndirilməli, qorunmalı və konkret hədəf olaraq izlənməlidir.

292
00:44:27,280 --> 00:44:37,730
Sevindirici haldır ki, bu gün ictimaiyyətimizin böyük bir hissəsi bu vəzifəni yerinə yetirməkdədir və bundan sonra sayları daha da artacaq.

293
00:44:38,440 --> 00:44:47,150
Bu gün biz 19 dey hadisəsindən bu dərsi götürməliyik ki,

294
00:44:47,550 --> 00:44:54,130
düşməni tanımaq, hansı istiqamətdən, hansı metod və vasitələrlə hücuma keçəcəyini bilmək

295
00:44:55,110 --> 00:45:00,880
və vaxtında, yubanmadan, əldə olan hər bir vasitə ilə

296
00:45:01,060 --> 00:45:05,680
ona qarşı mübarizə aparmaq lazımdır. Bunu edə bilsək, bilin ki,

297
00:45:05,860 --> 00:45:12,170
yer üzündəki beynəlxalq səviyyəli düşmənlərimiz – bayaq dediklərim; Amerika, İngiltərə, sionizm,

298
00:45:12,480 --> 00:45:21,770
beynəlxalq kompaniyalar, nəhəng kapitalistlər, qatı və barışmaz düşmənlər – İran xalqının qarşısında heç bir qələt edə bilməyəcəklər.

299
00:45:43,680 --> 00:45:53,770
Hə, Allaha şükür, şüar demək istəyənlər də bu son məqamda ürəklərini boşaltdılar.

300
00:45:53,770 --> 00:45:55,550
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.