1
00:00:00,550 --> 00:00:02,700
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,820 --> 00:00:11,720
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:20,800 --> 00:00:35,770
Ötən il Məscidul Həram və Mina hadisəsində məzlumcasına dünyadan köçmüş şəhidlərimizin hörmətli ailə üzvləri əvvəla xoş gəlmisiniz.

4
00:00:38,500 --> 00:00:51,850
Hər il həcc mövsümündən öncə bizim həcc ziyarətinin təşkilatçıları, bəzi məsul şəxslər

5
00:00:53,320 --> 00:01:01,520
və hacılardan bir qrupu ilə buna bənzər ümumi toplantılarımız olurdu,

6
00:01:04,830 --> 00:01:13,130
o toplantılar çox xoş, ürəkaçan bir atmosferdə keçirdi.

7
00:01:15,630 --> 00:01:24,460
Ölkənin hər tərəfindən ixlaslı möminlərdən, gənc və yaşlılardan ibarət bir qrup zəvvar

8
00:01:26,660 --> 00:01:34,330
həcc ziyarətinə yollanırdı və bu, insanı fərəhləndirirdi. Sevinirdik ki,

9
00:01:35,200 --> 00:01:42,300
onlar da başqa ölkələrin müsəlmanları ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün ziyarətə gedirlər.

10
00:01:43,160 --> 00:01:48,800
Amma təəssüflər olsun ki, bu il sizinlə keçirdiyimiz bu görüşdə sevinc hissi yoxdur;

11
00:01:50,160 --> 00:02:02,230
ötən il Minada baş vermiş o kədərli, müsibət dolu, acı hadisəni anmaq üçün yığışmışıq.

12
00:02:03,960 --> 00:02:15,830
Doğmalarımızın Mina hadisəsində can verib şəhid olması çox önəmli bir məsələdir.

13
00:02:18,060 --> 00:02:30,460
“Bu hadisə unudulmamalıdır” deməyimizin səbəbi yalnız əzizlərimizi itirməyimiz deyil, baş vermiş hadisənin özü çox əhəmiyyətlidir.

14
00:02:31,560 --> 00:02:44,400
Bu hadisənin bir çox müxtəlif cəhətləri var; bu faciə həm siyasi, həm ictimai, həm də dini və əxlaqi baxımdan öyrədici əhəmiyyət daşıyır.

15
00:02:45,160 --> 00:03:00,700
Əlbəttə, baş vermiş olay biz İran xalqı və şübhəsiz ki, digər ölkələrdən olan şəhidlərin ailə üzvləri üçün dərdlidir.

16
00:03:00,960 --> 00:03:10,900
Bu dərd, bu qüssə təbiidir, elə belə də olmalıdır. Qəlbimiz kədərlə, qüssə ilə doludur.

17
00:03:12,060 --> 00:03:24,930
Aradan ötən zaman həmin hadisəni və onun yaşatdığı kədəri qəlbimizdən hələ də silə bilməyib.

18
00:03:25,530 --> 00:03:43,100
Bu faciə bizi narahat edir, kədərləndirir; doğmalarımız Mina və Məscidül-həramda ibadət zamanı dünyalarını dəyişiblər,

19
00:03:44,400 --> 00:03:57,100
susuz halda dünyadan köçüblər; ömürlərinin son dəqiqələrinə kimi qızmar və yandırıcı günün istisinə dözbülər.

20
00:03:57,960 --> 00:04:05,360
Bütün bunlar çətindir, dözülməzdir, bunlar bizim ürəyimizi ağrıdır,

21
00:04:05,760 --> 00:04:16,630
biz bunları unuda bilmərik; amma bu hadisə daha geniş aspektlərə malikdir.

22
00:04:17,760 --> 00:04:24,000
Birinci yanaşma, siz ailə üzvlərinin yanaşmasıdır.

23
00:04:25,430 --> 00:04:39,760
Doğmalarınızın yoxluğu – bu hadisə nəticəsində istər atalarını,

24
00:04:40,860 --> 00:04:49,800
analarını, övladlarını, istər həyat yoldaşlarını,

25
00:04:51,400 --> 00:05:02,900
istərsə də bacı və qardaşlarını itirənlər olsun – şübhəsiz ki, sizin üçün olduqca ağır və çətin hadisədir;

26
00:05:05,460 --> 00:05:13,900
öz – özümə fikirləşəndə, müqayisə etdikdə dərdinizin böyüklüyünü, ağırlığını başa düşürəm.

27
00:05:14,860 --> 00:05:22,330
Sizə nə qədər çətin olduğunu anlayıram; hacı olacaq yaxınını

28
00:05:23,500 --> 00:05:30,230
belə bir mənəvi dəstək əldə etdiyi üçün umidlə, sevinclə Məkkəyə yola salmışdılar;

29
00:05:31,330 --> 00:05:38,060
geri qayıtmasını gözləyirdilər; gözləyirdilər ki, onların dönüşü sevinclə, şadlıqla baş tutacaq;

30
00:05:38,560 --> 00:05:49,830
ancaq birdən xəbər tuturlar ki, doğmalarının cənazəsi geri gətirilir; bu olduqca çətindir, olduqca ağırdır.

31
00:05:51,000 --> 00:06:01,960
Sizin üçün, bütün xalq üçün – yəni bu acını duyan, hiss edən hər kəs üçün

32
00:06:02,100 --> 00:06:13,330
çox ağırdır, amma sizə bircə şey təsəlli ola bilər ki,

33
00:06:14,000 --> 00:06:24,200
əzizləriniz dünyadan getsə də, bu itki sizin üçün nə qədər ağır olsa da, onlar,

34
00:06:24,930 --> 00:06:28,300
inşallah, ilahi nemətə qərq olublar.

35
00:06:29,200 --> 00:06:44,600
Gözəl ölüm idi; insanın necə ölməyi, dünyadan hansı şəraitdə köçməyi onun müqəddəratını müəyyənləşdirir.

36
00:06:46,260 --> 00:06:53,960
Bir gün hamımız dünyadan köçəcəyik; qocası-cavanı, qadını-kişisi yoxdur, hamı gedəcək;

37
00:06:54,200 --> 00:07:03,700
intəhası bəzi ölümlər elədir ki, insan onlara həqiqəti görən gözlə baxanda

38
00:07:04,160 --> 00:07:11,100
o cür gedişə, o cür ölümə sevinir; şəhidlərin ölümü kimi; şəhidlər hamısı belədir.

39
00:07:14,060 --> 00:07:26,430
Sizin doğmalarınız ibadət halında, zikr halında, ehram paltarında dünyadan köçüblər,

40
00:07:28,960 --> 00:07:36,400
Allah-taalaya üz tutduqları, dini vəzifələrini yerinə yetirdikləri halda dünyalarını dəyişiblər;

41
00:07:37,800 --> 00:07:46,760
bütün bunlar Allah taalanın dərgahında İlahi əfvin, rəhmətin və ali dərəcənin əldə olunması üçün

42
00:07:48,000 --> 00:07:56,260
bir vasitədir, səbəbdir. Bundan başqa onlar fiziki çətinliklərə, ağrılara da dözdülər;

43
00:07:56,600 --> 00:08:03,300
bəziləri bəlkə də hələ saatlarla sağ qalmışdılar – istər qızmar günəş altında,

44
00:08:05,100 --> 00:08:15,260
istərsə də qaynar kanteynerlərin içərisində sıxılıb qalmışdılar, susuz idilər;

45
00:08:17,030 --> 00:08:28,460
bütün bunlar Allah taalanın rəhmətinə səbəb olacaq əziyyətlərdir. Bəli dərdlisiniz, sizə müsibət üz verib;

46
00:08:29,460 --> 00:08:36,260
övladınızı, həyat yoldaşınızı, atanızı, ananızı, bacı və qardaşınızı

47
00:08:36,700 --> 00:08:46,900
itirmisiniz, bu ağırdır. Amma indi onların hansı vəziyyətdə olduğunu bir yadınıza salın. Burada çətinlikdə olan bizik;

48
00:08:48,230 --> 00:08:58,600
dünyəvi məşəqqətlərə düçar olan bizik; insanı cürbəcür yollarla azdıracaq,

49
00:08:59,660 --> 00:09:07,000
korlayacaq, alçaldacaq səbəblərə bulaşmış dünyada

50
00:09:07,400 --> 00:09:14,600
əzabla addımlayır, yolumuza davam edirik, burada əziyyət çəkən bizik;

51
00:09:14,900 --> 00:09:23,830
Allah-taalanın rəhmət dərgahında, inşallah ki,

52
00:09:24,030 --> 00:09:34,160
ilahi nemət və lütfün əhatəsində olan o insanlardansa, daha çox öz halımıza göz yaşı töküb kədərlənməliyik.

53
00:09:34,630 --> 00:09:47,300
Bu, sizin üçün təsəlli olmalıdır. Doğrudur, gənc övladınızı, ata-ananızı, həyat yoldaşınızı itirmisiniz, bu, ağır dərddir,

54
00:09:48,530 --> 00:09:56,800
ancaq onlar ilahi nemətin yaxınlığındadır. Bir gün biz də gedəcəyik, Allah-taala bizə rəhm etsin;

55
00:09:56,960 --> 00:10:07,130
bu dünyəvi çətinliklərlə, dünya həyatında üzləşdiyimiz bu azdırıcı problemlərlə. Uca Yaradan onları günaha bulaşmış bu dünyadan

56
00:10:07,330 --> 00:10:14,800
ən gözəl bir məkanda və ən gözəl bir halda – ibadət halında ikən xilas etdi.

57
00:10:15,800 --> 00:10:24,830
Bəzi insanlar günah işləyən halda, bəziləri gündəlik yaşamın problemləri ilə məşgul olan halda,

58
00:10:25,730 --> 00:10:38,460
bəziləri isə naşükürlük etdikləri bir vəziyyətdə dünyasını dəyişir. Bu cür ölümlər ölü yiyələri üçün, həqiqətən də, müsibətdir, dərddir.

59
00:10:39,600 --> 00:10:45,860
Bəzi insanlar isə Allah-taalanı zikr edərkən, Ona üz tutmuş bir halda dünyadan köçür.

60
00:10:47,200 --> 00:10:59,430
Bu cür ölümlər isə dünyadan köçənin yaxınları üçün bir təsəlli, dərdlərinin yüngülləşməsi üçün bir səbəbdir. Məsələnin bir aspekti budur.

61
00:10:59,930 --> 00:11:05,730
Məsələnin digər bir aspekti İslam ümməti ilə əlaqəlidir.

62
00:11:07,000 --> 00:11:17,200
Geniş hüdudlara malik İslam ümməti bu hadisə ilə bağlı böyük kədər və müsibət yaşadı.

63
00:11:17,930 --> 00:11:29,730
Mina və Məscidül-həramda bizim ümumilikdə 470, yaxud 480 nəfər zəvvarımız şəhid olmuşdu,

64
00:11:30,130 --> 00:11:40,360
amma statistik məlumatlara əsasən, müxtəlif ölkələrdən şəhid olanların ümumi sayı təxminən 7000 nəfər olub!

65
00:11:41,500 --> 00:11:46,360
Bu olduqca böyük bir rəqəmdir.

66
00:11:48,900 --> 00:12:04,830
Bəs başqa ölkələrdə dövlətlər, ailələr, xalqlar bu hadisəyə nəyə görə reaksiya vermədi?

67
00:12:05,500 --> 00:12:17,000
Bu nə böyük bir bəladır ki, İslam ümmətinin canına düşüb? Bu, böyük bir bədbəxtlikdir.

68
00:12:19,300 --> 00:12:23,460
Dövlətlər siyasi baxımdan üzgörənlik etməyə məcburdur,

69
00:12:23,700 --> 00:12:33,560
müxtəlif ölkələrin dövlət başçıları, təbii ki, pul, hakimiyyət, siyasi əlaqələr və sair bu kimi şeylərin əsiridir,

70
00:12:34,130 --> 00:12:40,300
yaxşı bəs həmin ölkələrin ziyalıları niyə susdular? Din alimləri niyə danışmadı?

71
00:12:42,800 --> 00:12:46,030
Siyasi fəallar nəyə görə ağızlarını açmadı?

72
00:12:46,860 --> 00:12:53,200
Ziyalılar nəyə görə məqalələr yazmadı, etiraz bildirmədi, danışmadı?

73
00:12:53,860 --> 00:13:01,860
Əlbəttə, başqa ölkələrdən bizdəki qədər şəhid olmamışdı, amma

74
00:13:03,300 --> 00:13:13,230
Misir, Mali, Nigeriya və digər ölkələrdən 100, 200-ə yaxın adam ölmüşdü.

75
00:13:14,200 --> 00:13:25,960
Deyək ki, dövlət başçıları dünyada mövcud olan siyasi güc balansına tabedirlər, bu səbəbdən də etiraz etmirlər. Adam onlardan heç elə ciddi bir şey gözləmir də;

76
00:13:26,700 --> 00:13:33,430
təəssüflər olsun ki, dövlət başçılarının bu halı ilə onlardan elə ciddi bir addım gözləmək mümkün deyil.

77
00:13:33,430 --> 00:13:40,560
Yaxşı, bəs toplumun seçilən insanları niyə danışmadı, bu hadisənin qarşısında nəyə görə susdular?

78
00:13:41,030 --> 00:13:46,460
İslam dünyası üçün bəla, müsibət bax budur;

79
00:13:48,160 --> 00:13:53,800
Allahın evində törədilmiş belə böyük bir hadisəyə,

80
00:13:55,800 --> 00:14:09,460
kimlərinsə Allah evinin yaxınlığında bu cür ağır və rüsvayçı bir hadisənin üzərindən

81
00:14:10,930 --> 00:14:23,500
şərəfsizcəsinə, həyasızcasına, İslam dünyasından üzr belə istəmədən ötüb keçməsinə həssas yanaşmamaq.

82
00:14:25,030 --> 00:14:38,630
Səudiyyə hökumətinin başçıları İslam dünyasından dilucu da olsa üzr istəmədi! Bunlar nə qədər şərəfsiz, nə qədər həyasızdırlar?!

83
00:14:41,700 --> 00:14:51,200
Onların etdiyi bu səhlənkarlıq, göstərdikləri bu səriştəsizlik

84
00:14:51,400 --> 00:15:03,230
(bəziləri bu hadisənin qəsdən törədildiyini deyirlər; hətta bu cür olmasa belə)

85
00:15:03,400 --> 00:15:11,760
özü-özlüyündə bir dövlət üçün cinayətdir. Necə olub ki, nəzarət edə bilməmisiniz?

86
00:15:13,060 --> 00:15:20,200
Necə olub ki, Allah-taalanın qonağı sayılan bu böyüklükdə kütlənin təhlükəsizliyini təmin edə bilməmisiniz?

87
00:15:21,500 --> 00:15:32,230
Bu yolla əldə etdiyiniz maddi gəlirin, bu gəlir sayəsində qazandığınız vəzifə və ad-sanın qarşılığında bu insanları necə qoruya bilməmisiniz?

88
00:15:35,060 --> 00:15:42,600
Kim zəmanət verə bilər ki, oxşar vaxtlarda buna bənzər hadisələr yenə də baş verməyəcək?

89
00:15:43,130 --> 00:15:53,260
Bu çox böyük bir sualdır. İslam dünyası bunların yaxasından yapışıb sorğu-sual etməlidir. Nəyə görə bu sualları onlara vermirlər?

90
00:15:55,130 --> 00:16:08,800
Bax İslam dünyasının bəlaları bunlardır. İran İslam Respublikası bu qədər cəhalətin,

91
00:16:08,900 --> 00:16:20,660
bu qədər azğınlığın, bu qədər maddiyatcılığın, bu qədər səhlənkarlığın, bəzən başqalarının qeyrətsizliyinin önündə

92
00:16:21,300 --> 00:16:32,400
tək-tənha durub, özünün Qurani-Kərimə, İslam dininə əsaslanan haqlı mövqeyini

93
00:16:32,630 --> 00:16:41,100
açıq-aşkar elan edir. İran xalqı öz dövlətinin bu xüsusiyyətinə görə qürur hissi keçirməlidir və keçirir də.

94
00:16:41,800 --> 00:16:50,860
Bu qüdrəti, bu şücaəti yaradan da elə sizsiniz, İran xalqının özüdür.

95
00:16:51,800 --> 00:17:02,300
Çünki qaranlıq və cahil bir dünyanın önündə duraraq haqq sözü deməyi, həqiqətləri açıqlamağı bacarırsınız.

96
00:17:28,000 --> 00:17:40,760
Həqiqət budur ki, İslam dünyasının hacılarına qarşı – hansılar ki ildə bir dəfə ziyarət üçün orada toplaşırlar –

97
00:17:40,960 --> 00:17:48,130
bu cür səhlənkar və səriştəsiz davranan,  onların təhlükəsizliyini bu şəkildə pozan şəxslər əslində o şərafətli ziyarətgahları idarə etməyə,

98
00:17:49,030 --> 00:17:55,260
o məkanlarda xidmət göstərməyə layiq deyillər; reallıq bundan ibarətdir.

99
00:17:56,000 --> 00:18:06,130
Bu düşüncə İslam dünyasında özünə yer tutaraq genişlənməlidir. Məsələnin bir cəhəti də budur.

100
00:18:07,330 --> 00:18:14,530
Bu olayın digər bir cəhəti isə insan haqları iddiasında olanların dünyasına baxışdır.

101
00:18:16,300 --> 00:18:28,830
Tutalım, hansısa ölkədə bir nəfər hansısa ittihamla qətlə yetirilir,

102
00:18:28,830 --> 00:18:36,900
yəni edam edilir və ya həbs olunur, görürsən ki, “İnsan haqları!” – deyib hay salırlar, səs-küy yaranır

103
00:18:38,000 --> 00:18:48,060
(əlbəttə, bu cür hadisələr onlara qarşı müxalifət və mübarizə motivinin mövcud olduğu ölkələrdə baş verir)

104
00:18:48,830 --> 00:18:59,660
amma bir dövlətin tədbirsizliyi, səriştəsizliyi ucbatından neçə min insan

105
00:19:00,760 --> 00:19:13,060
həyatını itirir, o insan haqları təşkilatları, insan haqlarını müdafiə etdiyini iddia edən o dövlətlər isə ölüm sükutuna qərq olur,

106
00:19:14,530 --> 00:19:27,500
heç bir söz demir, danışmırlar! Bu da olduqca önəmli bir məqamdır. Qoy o beynəlxalq qurum və təşkilatlara meyil göstərib

107
00:19:27,660 --> 00:19:32,860
ümid bağlayan insanlar bu həqiqəti görsünlər, bu reallığı dərk etsinlər.

108
00:19:34,130 --> 00:19:47,330
Baxın görün, bu qurum və təşkilatların mahiyyətində nə qədər yalan var, reallığa nə qədər əksdirlər!

109
00:19:48,130 --> 00:20:01,460
Bu hadisə qarşısında susdular, heç bir şey demədilər. Bəzən hətta heyvanların hüquqları belə onlar üçün o qədər önəm daşıyır ki, qalmaqal yaradırlar,

110
00:20:03,000 --> 00:20:13,500
amma belə bir hadisədə neçə min insan həyatını itirir, bunun qarşısında heç bir söz deməyib tamamilə sakit dururlar!

111
00:20:14,530 --> 00:20:22,860
elə bir hadisə nəticəsində ölüblər ki, onun baş verməməyi üçün işləri düzgün qurub düzgün idarə etmək bunların vəzifəsi idi.

112
00:20:23,430 --> 00:20:32,530
Bunlar orada, necə deyərlər, ev sahibidirlər, əmr sahibidirlər,

113
00:20:32,930 --> 00:20:39,000
zəvvarların təhlükəsizliyini qorumaq onların vəzifəsi olub.

114
00:20:40,260 --> 00:20:48,260
Bütün bunların qarşısında heç bir söz deməyib tamamilə sakit dururlar!

115
00:20:50,430 --> 00:21:03,730
İslam ümmətinin dövlət başçılarının və insan haqları iddiaçılarının üzərinə düşən vacib və lazımlı işlərdən biri

116
00:21:04,330 --> 00:21:12,900
bu hadisə ilə bağlı faktaraşdırıcı qrup yaratmaqdır; gedib həqiqəti aydınlaşdırmaq lazımdır. Baxmayaraq ki, hadisənin üzərindən bir il keçib,

117
00:21:14,600 --> 00:21:18,230
amma müsahibələr var, şəkillər çəkilib,

118
00:21:18,760 --> 00:21:28,200
həqiqəti kifayət qədər aydınlaşdıra biləcək sənədlər mövcuddur; faktaraşdırıcı missiya təşkil olunsun

119
00:21:30,430 --> 00:21:38,260
və hadisənin əsli ortaya çıxarılsın. Bu faciədə Səudiyyə hökumətinin müqəssir olub-olmadığı aydınlaşdırılsın.

120
00:21:38,600 --> 00:21:47,500
Onlar müqəssir olmadıqlarını iddia edirlər, qoy olayın həqiqəti aydınlaşsın, məlum olsun ki, təqsirləri var, ya yox.

121
00:21:48,530 --> 00:21:56,260
Bu məlun, alçaq sülalə pulla ağızları bağlayır,

122
00:21:58,030 --> 00:22:10,730
bu pul-para, dünya “bəndə”ləri kiminsə onların əleyhinə söz deməsinə, etiraz etməsinə imkan vermir.

123
00:22:11,930 --> 00:22:22,200
Gedib vəziyyəti yaxından görmək, məsələni araşdırmaq üçün faktaraşdırıcı qrup yaradılmalıdır; qoy nə qədər çəkir, çəksin.

124
00:22:24,160 --> 00:22:33,030
Rəsmilərimizin diqqət mərkəzində saxlamalı, izləməli və əhəmiyyət verməli olduğu işlərdən biri də budur.

125
00:22:33,130 --> 00:22:36,630
Bu da hadisənin bir tərəfi.

126
00:22:37,100 --> 00:22:45,430
Hadisənin digər bir tərəfi isə Səudiyyə hökumətinin arxasında duran güclərin də

127
00:22:46,000 --> 00:22:50,400
bu və buna bənzər hadislərdə onlarla ortaq olmasıdır.

128
00:22:51,830 --> 00:23:04,200
Doğrudur, Mina hadisəsində ABŞ birbaşa iştirak etməmişdir, amma bununla belə, əlləri bizim Mina şəhidlərinin qanına bulaşmışdır.

129
00:23:26,700 --> 00:23:39,700
Səudiyyə hökumətinin üzdəniraq başçıları məhz ABŞ-ın güc və dəstəyinə arxalandıqları üçün İslam dünyasının önündə bu cür həyasızcasına dayana bilir,

130
00:23:41,900 --> 00:23:47,860
belə böyük bir cinayət işlədikləri halda, əməllərinə görə hətta dilucu belə olsa üzr istəmirlər.

131
00:23:48,530 --> 00:23:59,660
Amerikaya arxalanırlar, demək ki, bu hadisədə amerikanlar da onlara şərikdir. Eynilə Yəmən hadisəsində, İslam dünyasında baş verən digər müxtəlif hadisələrdə –

132
00:23:59,760 --> 00:24:09,060
Suriya, İraq, Bəhreyn olaylarında da əgər müsəlmanlara zərbə dəyir, ziyan çəkirlərsə,

133
00:24:09,360 --> 00:24:12,930
bu cinayətdə Amerika da ortaqdır.

134
00:24:21,930 --> 00:24:30,200
Bu utanmazlar, həyasızlar məhz ABŞ-ın himayədarlığı sayəsində

135
00:24:30,500 --> 00:24:42,030
bu cür cinayətlər törədir, xəyanətlər edir, İslam ümmətinin kürəyinə xəncər saplayırlar; hamısı ona görədir.

136
00:24:43,230 --> 00:24:51,360
Başqa bir önəmli məqam isə bundan ibarətdir ki, Qərb dünyasının təbliğat,

137
00:24:51,800 --> 00:25:02,730
əslində isə casus orqanları və onlar kimilər həmin hadisəni İslam dünyasında

138
00:25:03,530 --> 00:25:11,960
baş verən qarşıdurmalarla – şiə-sünni, ərəb və qeyri-ərəb davası ilə əlaqələndirməyə çalışır. Bu tamamilə yalandır,

139
00:25:13,730 --> 00:25:22,330
bu, şiə-sünni davası deyil. Mina faciəsində şəhid olan insanların çoxu

140
00:25:22,600 --> 00:25:31,830
sünni məzhəbindən idi. Ölənlər arasında elə bizim öz ölkəmizdən sünni məzhəbindən olan vətəndaşlar çoxdur.

141
00:25:33,100 --> 00:25:41,630
Məsələ ərəb və qeyri-ərəb məsələsi deyil; belələri nə ərəbə, nə də qeyri-ərəbə rəhm edir.

142
00:25:41,960 --> 00:25:49,330
Yəməndə necə cinayət törətdiklərini özünüz görürsünüz; yəmənlilər ki ərəbdir; Suriya, İraq ərəb ölkələridir.

143
00:25:50,330 --> 00:26:00,860
Onların ortaya çıxardığı, pul və silah verib dəstəklədikləri o terror qrupları, daşqəlbli cəlladlar

144
00:26:01,130 --> 00:26:08,960
İslam dünyasında bu qədər faciələr törədir, bunlar hamısı ərəbdir; məsələ ərəb və qeyri-ərəb məsələsi deyil.

145
00:26:09,700 --> 00:26:25,160
Bu qarşıdurmaları şiə-sünni, ərəb və qeyri-ərəb davası kimi qələmə verməyə çalışan məhz Qərbin xəbis təbliğat maşınıdır.

146
00:26:25,700 --> 00:26:31,200
Bu, onların yürütdüyü, reallığa tamamilə zidd olan alçaq təbliğatdır.

147
00:26:32,830 --> 00:26:44,500
Məsələ ondadır ki, bunlar İslamın daxilində İslam ümmətinə düşmənçilik edən bir qrupdur;

148
00:26:45,200 --> 00:26:48,860
indi bəziləri bunu bilərəkdən edir, bəziləri isə bilmədən.

149
00:26:49,360 --> 00:26:53,030
İslam dünyası bunlarla mübarizəyə qalxmalıdır;

150
00:26:53,700 --> 00:27:03,200
İslam dünyası bunlara da, bunların ağaları olan xəbis ABŞ və İngiltərəyə,

151
00:27:04,800 --> 00:27:13,060
iman və mənəviyyatdan uzaq Qərb super-dövlətlərinə də etiraz və əleyhdarlığını bildirməlidir;

152
00:27:13,200 --> 00:27:20,130
nələr etdiklərini bilməlidir. İran xalqı müstəqillik bayrağını ucaldıb,

153
00:27:20,560 --> 00:27:28,300
İslam dininin nüfuz və heysiyyətini nümayiş etdirib. Bu gün sizin –

154
00:27:28,560 --> 00:27:38,930
xalqın səsləndirdiyi şüarlar, qazandığınız mövqe, ölkədə bir çox sahələrdə görülən işlər,

155
00:27:39,500 --> 00:27:47,300
Qərb dünyasını bürümüş fitnə-fəsad dalğası qarşısında əldə olunmuş bu uğurlar,

156
00:27:47,630 --> 00:27:57,160
bu böyük xalq hərəkatları, bu istiqlal – bütün bunlar İslamın qürur mənbəyidir, İslamın başının ucalığıdır.

157
00:27:58,300 --> 00:28:03,260
Bu hörməti, bu nüfuzu İran xalqı yaradıb və inşallah, davam etdirəcək.

158
00:28:03,630 --> 00:28:09,930
Ümidvaram, Allah-taala əziz İran xalqımızı günbəgün daha da başıuca,

159
00:28:10,100 --> 00:28:15,860
daha da əziz edəcək, İslam ümmətinin qüdrətini, iqtidarını, nüfuzunu daha da artıracaq,

160
00:28:16,500 --> 00:28:26,100
İslam dünyasındakı bu fəlakət və bədbəxtlikləri aradan qaldıracaq, inşallah. Baş vermiş bu böyük hadisə ilə bağlı

161
00:28:26,460 --> 00:28:32,260
öhdəsinə bir sıra vəzifələr düşən möhtərəm ölkə rəsmilərimiz də

162
00:28:32,530 --> 00:28:42,060
bu vəzifələri yerinə yetirsinlər; həm möhtərəm Şəhidlər Fondu, həm də həcc ziyarətinin təşkilinə cavabdeh olan qurumlar, və Həcc Təşkilatı

163
00:28:42,830 --> 00:28:52,160
bu mühüm məsələ ilə bağlı öhdələrinə düşən vəzifələri lazımınca yerinə yetirməyə səy göstərsinlər. İndiyə kimi həyata keçirdikləri bir çox işlər kimi,

164
00:28:52,160 --> 00:28:58,760
bu məsələni də ciddi bir şəkildə izləsinlər; həm dövlət rəsmiləri, Xarici İşlər Nazirliyi, həm də digər səlahiyyətli qurumlar.

165
00:28:59,460 --> 00:29:07,000
Hər bir qurumun üzərinə müəyyən işlər düşür; bu hadisə əhəmiyyətli, böyük bir hadisədir,

166
00:29:07,300 --> 00:29:13,130
özü də təkcə bir qrup adama aid deyil,

167
00:29:13,600 --> 00:29:20,660
bütün İran xalqına və daha geniş miqyasda yanaşsaq, bütövlükdə İslam ümmətinə aid bir məsələdir; hamımızın üzərinə müəyyən bir vəzifə düşür.

168
00:29:21,060 --> 00:29:25,530
İnşallah, Allah-taala bütün bu vəzifələrin öhdəsindən gəlməkdə bizə kömək etsin.

169
00:29:25,830 --> 00:29:27,730
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.