1
00:00:00,160 --> 00:00:02,700
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,130 --> 00:00:06,400
الحمدلله ربّ العالمين

3
00:00:08,830 --> 00:00:14,530
والصّلاة والسّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:26,400 --> 00:00:32,730
و آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:33,400 --> 00:00:37,230
Əziz gənclər, yeniyetmələr, sizin iştirakınız sayəsində

6
00:00:39,430 --> 00:00:44,400
bugünkü görüşümüz hədsiz dərəcədə nurani bir görüşdür.

7
00:00:45,600 --> 00:01:01,000
İlahi nurların gənclərin nurlu, saf qəlbində inikası onların olduğu hər bir məkanı aydınladır, işıqlandırır,

8
00:01:02,830 --> 00:01:15,030
mənim kimilər də sizin saflığınızdan, ilahi nurla aydınlaşmış təmiz qəlblərinizdən bəhrələnir.

9
00:01:16,560 --> 00:01:26,760
Xoş gəlmisiniz! Görüşün açılışını da çox gözəl etdiniz:

10
00:01:27,500 --> 00:01:36,800
əziz qardaşımızın çox yüksək səviyyəli, məharətli və gözəl tilavəti, seçdiyi ayələr,

11
00:01:38,330 --> 00:01:48,230
ardınca da kollektiv şəkildə oxunan gözəl dini nəğmə – həm mənası, həm də müsiqisi gözəl idi –

12
00:01:50,800 --> 00:02:00,800
şükürlər olsun ki, bu mərasimi siz gənclərin təşəbbüskarlığı ilə rayihələndirdi.

13
00:02:03,430 --> 00:02:08,260
Bu görüş aban ayının 13-ü, yəni sabahkı gün münasibəti ilə təşkil olunub.

14
00:02:10,600 --> 00:02:19,660
Aban ayının 13-ü bir neçə hadisənin üst-üstə düşdüyü bir tarix olduğuna baxmayaraq

15
00:02:19,900 --> 00:02:30,000
(dahi İmam Xomeyninin (r.ə) sürgünü, Tehran küçələrində şagirdlərin qətlə yetirilməsi),

16
00:02:30,760 --> 00:02:47,000
bu günü məşhur və yaddaqalan edən Amerika səfirliyinin, daha doğrusu,

17
00:02:47,800 --> 00:02:59,630
casus yuvasının ələ keçirilməsi olmuşdur. Odur ki 13 aban ölkəmizdə

18
00:03:00,230 --> 00:03:06,030
tamamilə haqlı və layiqli olaraq Qlobal İmperializmə Qarşı Mübarizə günü kimi qeyd olunsa da,

19
00:03:06,530 --> 00:03:17,830
fikrimcə, bu gün Gənclər günüdür; mömin, inqilabçı, şücaətli, qorxmaz,

20
00:03:30,230 --> 00:03:36,560
təşəbbüskar, düşmənin plan və manevrlərinin qarşısını almaq üçün qolunu çırmayıb hərəkətə keçən gənclərin günüdür. Məhz bu baxımdan bu gün Gənclər günüdür.

21
00:03:37,130 --> 00:03:44,960
O gündən uzun illər keçdiyinə baxmayaraq, bu tarixin daşıdığı məna hələ də yaşamaqda, davam etməkdədir.

22
00:03:45,860 --> 00:04:00,400
Sizin də bildiyiniz kimi, İmam Xomeyninin (r.ə) bu hadisəni “İkinci inqilab” adlandırması səbəbsiz deyildi.

23
00:04:01,860 --> 00:04:11,700
Düşmən inqilabın qələbə çaldığı ilk dəqiqələrdən, hətta bəlkə ondan da qabaq öz məkrli planlarına başlamışdı.

24
00:04:14,400 --> 00:04:21,900
Amerikalılar hələ inqilabın qələbəsindən bir neçə gün əvvəl bir çevriliş edib

25
00:04:22,930 --> 00:04:34,930
xalqın hərəkatını nəticəsiz qoymaq üçün bura adam göndərmişdilər, amma təbii ki, bunu bacarmadılar.

26
00:04:37,430 --> 00:04:47,330
İnqilab qələbə çaldıqdan sonra da cürbəcür işlər gördülər, səylər göstərdilər;

27
00:04:48,200 --> 00:05:00,600
istər ABŞ senatının ilk gündən etibarən İİR əleyhinə sərgilədiyi rəsmi siyasi mövqe, düşmənçilik elan etmələri, embarqo qoymaları olsun –

28
00:05:01,900 --> 00:05:07,160
bunlar rəsmi surətdə, açıq-aşkar görülən işlər idi –

29
00:05:08,300 --> 00:05:18,230
istərsə də qeyri-rəsmi yollarla həyata keçirdikləri fəaliyyətlər, ölkə daxilindəki agentləri, muzdurları ilə əlaqə yaradıb,

30
00:05:19,760 --> 00:05:29,260
müxtəlif etnik qruplardan xalq arasında qarşıdurma yaratmaq məqsədi ilə istifadə etmək cəhdləri olsun; paylarını da aldılar.

31
00:05:30,830 --> 00:05:38,000
Həm ölkəmizin ərazisində yaşayan etnik qruplar özləri Amerikaya qarşı çıxdılar –

32
00:05:38,600 --> 00:05:47,100
ərəbimiz, türkümüz, kürdümüz, lorumuz, türkmənimiz; hamısı bu məkrli planın hədəfi idi –

33
00:05:48,500 --> 00:05:55,330
həm də mömin gənclər, o vaxtlar hələ “keşikçi”, “bəsici” adını daşımayan,

34
00:05:55,560 --> 00:06:03,160
amma sözün həqiqi mənasında İslam İnqilabının keşikçisi, inqilab yolunun könüllüsü olan gənclər

35
00:06:03,830 --> 00:06:10,060
gedib Amerikanın o məkrli planını neytrallaşdırdılar. Odur ki amerikalılar hələ ilk saatlardan etibarən  fəaliyyətə başlamışdılar,

36
00:06:12,460 --> 00:06:20,900
özü də hələ bunlar burada – Tehranda, ABŞ səfirliyinin daxilində həyata keçirilən işlərdən əlavə idi.

37
00:06:23,100 --> 00:06:33,000
Gənclərimiz gedib o mərkəzi ələ keçirdikdən,

38
00:06:33,460 --> 00:06:39,860
işçilərin kağızdoğrayanlar vasitəsi ilə doğrayıb məhv etməyə çalışdığı sənədləri

39
00:06:40,530 --> 00:06:48,260
böyük zəhmətlə toplayıb, yapışdırıb kitab halına saldıqdan sonra

40
00:06:48,830 --> 00:06:54,460
bu illər ərzində ABŞ səfirliyində hansı məkrli planların hazırlandığı ortaya çıxdı.

41
00:06:55,060 --> 00:07:02,100
Həmin sənədlər əsasında tərtib olunmuş kitablar 70 cildə yaxındır; sizlər heç onları oxumusunuz?

42
00:07:02,400 --> 00:07:11,300
Nəyə görə bizim təhsil ocaqlarımızda, orta məktəblərimizdə, universitetlərimizdə

43
00:07:11,800 --> 00:07:20,500
həmin kitablardan seçilmiş qısa nümunələr tədris olunmur? Nə üçün? Bu, mənim narazı qaldığım məsələlərdən biridir.

44
00:07:23,130 --> 00:07:30,100
Burada yeni Təhsil Naziri də  iştirak edir;

45
00:07:30,530 --> 00:07:37,930
bu həqiqətləri nə üçün dərs proqramına daxil etmirsiniz? Nə üçün qoymursunuz ki, gənc nəslimiz

46
00:07:38,500 --> 00:07:49,560
amerikalıların burada nələr törətdiklərini, hansı məkrli planlar yürütdüklərini bilsin, bütün bunlardan xəbərdar olsun?

47
00:07:52,530 --> 00:08:02,760
Tələbələrin səfirliyi ələ keçirmək məqsədi ilə atdığı və qələbə ilə nəticələnən bu addım,

48
00:08:03,160 --> 00:08:14,500
əslində, onların bütün bu alçaqlığına verilən reaksiya idi; yəni bu addımla həyasız,

49
00:08:15,030 --> 00:08:23,530
tamahkar Amerika imperializmininölkədə manevr etməsinin qarşısı alındı;

50
00:08:23,960 --> 00:08:33,400
inqilab bu deməkdir. Bu hegemon ölkə 25-30 il boyunca burada istədiyini etməyə,

51
00:08:34,230 --> 00:08:42,260
İranı, onun dövlətini, hökumətini, padşahını, neftini, təbii resurslarını, mədən ehtiyatlarını, gələcəyini – bir sözlə hər şeyini öz malı hesab etməyə adət etmişdi.

52
00:08:42,530 --> 00:08:48,860
İnqilabın qələbəsi ilə bütün bu imkanlar onların əlindən alınmışdı, ona görə də

53
00:08:50,100 --> 00:08:57,630
hücuma keçmək niyyətində idilər, amma gənclərın ardıcıl olaraq onların bütün hücumlarının qarşısını aldığını, İran xalqının duruş gətirib müqavimət göstərdiyini,

54
00:08:57,930 --> 00:09:02,860
bu böyük hərəkatın başında isə şəxsən dahi İmam Xomeyninin (r.ə) durduğunu gördülər.

55
00:09:03,600 --> 00:09:08,930
O günlər baş verən proseslərdə mən özüm də epizodik olaraq iştirak etmişəm;

56
00:09:09,700 --> 00:09:17,160
dəfələrlə casus yuvasına gedib-gəldik, oradakı gənclərlə,

57
00:09:17,860 --> 00:09:22,130
başqaları ilə, İnqilabi Şuradakılarla – o vaxt mən İnqilabi Şuranın üzvü idim –

58
00:09:22,360 --> 00:09:30,260
oturub söhbət etdik, bu hərəkatın qarşısının alınması üçün kənar-bucaqda hansı hadisələrin baş verdiyindən xəbərdar idik;

59
00:09:30,430 --> 00:09:38,230
bütün bunlara baxmayaraq, İmam (r.ə) müqavimət göstərdi. Əzizlərim,

60
00:09:39,030 --> 00:09:43,760
Amerikanın məsələsi belədir. Mən burada iki yanlışlığa düzəliş vermək istəyirəm.

61
00:09:44,100 --> 00:09:51,630
Bu gün ictimaiyyətimizin zehninə iki yanlış düşüncə yeridilir,

62
00:09:52,900 --> 00:10:07,730
bunu edənlər isə, ilk növbədə, imperializm sistemi və Amerikanın özü, ikinci növbədə isə daxildəki bəzi insanlardır;

63
00:10:08,060 --> 00:10:17,000
o insanlar ki – mən hamını ittiham etmirəm –

64
00:10:17,730 --> 00:10:24,030
bəziləri Amerikanın siyasi-kəşfiyyat orqanlarına və ya xüsusi mərkəzlərinə bağlıdırlar,

65
00:10:24,230 --> 00:10:42,300
bəzilərinin isə həmin orqanlarla heç bir əlaqəsi yoxdur, yorulanlar, peşman olanlar, dünya ləzzətlərinin dadı dilinə dəyənlərdir.

66
00:10:44,160 --> 00:10:56,830
Xaricdəkilər bu iki yanlış düşüncəni bu birilərə ötürür,

67
00:10:58,300 --> 00:11:08,900
bunlar da yayırlar; universitetlərdə, ondan kənarda, mətbuatda, müxtəlif yerlərdə.

68
00:11:09,550 --> 00:11:12,050
Bu gün mən bu iki yanlış düşüncəyə düzəliş vermək istəyirəm.

69
00:11:12,050 --> 00:11:20,300
Təbliğ etdikləri səhv düşüncələrdən biri İmamın (r.ə) söylədiyi

70
00:11:20,570 --> 00:11:30,120
“Amerikaya səsiniz çıxdığı qədər bağırın!” fikri ilə əlaqədardır. Qeyd edim ki, bu fikir hazırda da keçərlidir, aktualdır.

71
00:11:30,320 --> 00:11:40,150
Belə bir rəy formalaşdırmağa çalışırlar ki, İmamın bu fikri təəssübkeşlik və xudbinlikdən irəli gəlir, yəni arxasında heç bir məntiq dayanmır;

72
00:11:43,350 --> 00:11:50,670
beyinlərə bunu yeritməyə çalışırlar. Demək istəyirlər ki, ABŞ-ın qarşısında sinəsini sipər edib duran,

73
00:11:51,570 --> 00:11:55,650
məkrli planlarını ifşa edən gənclərimiz, inqilabçılarımız,

74
00:11:56,920 --> 00:12:04,050
xalqımız, rəsmilərimiz bunu gözübağlı fanatizm,

75
00:12:05,400 --> 00:12:11,520
kor-koranə təəssübkeşlik üzündən edirlər; demək istədikləri budur.

76
00:12:11,520 --> 00:12:15,520
Halbuki reallıq bu deyilənlərin 180 dərəcə əksinədir.

77
00:12:18,250 --> 00:12:25,500
İmamın (r.ə) buyurduğu “Amerikaya var gücünüzlə bağırın!” cümləsinin arxasında güclü bir məntiq dayanır.

78
00:12:26,700 --> 00:12:34,870
Həmin məntiq budur ki, ABŞ-ın siyasəti tamahkarlığa, başqalarının haqqına əl uzatmağa əsaslanır.

79
00:12:37,650 --> 00:12:44,020
Yarandığı bu 250 ildə Amerikanın tarixi göstərir ki

80
00:12:45,320 --> 00:12:51,170
(əlbəttə, əvvəllər bu daha az müşahidə olunurdu,

81
00:12:52,570 --> 00:12:57,950
təxminən 100 il, ya bundan bir qədər az vaxtdan bəri isə artıb)

82
00:12:59,150 --> 00:13:07,720
bu ölkənin siyasəti ümumilikdə öz daxili təhlükəsizliyini dünya ölkələrinə işğalçılıq əlini uzatmaqla,

83
00:13:08,250 --> 00:13:15,520
böyük güc və nüfuz mənbəyi olan regionlarda ağalığı ələ keçirməklə

84
00:13:18,750 --> 00:13:27,550
təmin etmək üzərində qurulub; bu cür davranırlar; siyasətləri bundan ibarətdir. Qərbi Asiya regionunda,

85
00:13:27,750 --> 00:13:34,000
şah dönəmində İranda və bizə qonşu ölkələrdə məhz bu siyasəti həyata keçiriblər.

86
00:13:34,350 --> 00:13:38,920
Məhz buna görə o vaxtkı Sovet İttifaqı ilə güc yarışı aparırdılar –

87
00:13:39,050 --> 00:13:47,270
o, özünə tərəf çəkirdi, bu biri də özünə – İran da ABŞ-ın nüfuz dairəsində idi.

88
00:13:48,500 --> 00:13:56,920
İslam İnqilabının qələbəsindən sonra azacıq diqqətsizliyə yol verilməsi qapıdan qovduğumuz düşmənin pəncərədən qayıtması ilə nəticələnə bilərdi;

89
00:13:57,550 --> 00:13:59,920
amma İmam (r.ə) imkan vermədi, bunun qarşısını aldı.

90
00:14:03,820 --> 00:14:07,920
İmam: “Amerikaya müqavimət göstərin,

91
00:14:08,150 --> 00:14:14,100
səsiniz çıxdığı qədər ona bağırın!” – deməklə dəyərlərin müdafiəsini nəzərdə tuturdu;

92
00:14:14,950 --> 00:14:25,070
təkcə müsəlmanlara aid olan dəyərlərin yox, bütövlükdə hümanizm dəyərlərinin.

93
00:14:26,200 --> 00:14:34,320
Bu gün amerikalıların özlərinin də etiraf etdikləri kimi, ABŞ dövləti

94
00:14:34,920 --> 00:14:39,100
hümanizm dəyərlərindən kilometrlərlə uzaq düşüb.

95
00:14:40,020 --> 00:14:43,370
Amerika prezidentliyinə namizədlərdən ikisinin seçki öncəsi deyişməsini gördünüzmü?

96
00:14:45,200 --> 00:14:50,250
Dilə gətirdikləri həqiqətləri gördünüzmü? Eşitdinizmi?

97
00:14:51,900 --> 00:14:56,670
Onlar Amerikanı ifşa etdilər, iç üzünü göstərdilər. Mənim onlar haqda dediyim,

98
00:14:58,570 --> 00:15:06,350
bəzi insanların inanmadığı, inanmaq istəmədiyi həqiqətlərin qat-qat artığını özləri etiraf etdilər.

99
00:15:07,270 --> 00:15:14,900
Maraqlısı budur ki, bu reallıqları açıq-aşkar dilə gətirən şəxs xalqın diqqətini daha çox çəkdi.

100
00:15:16,220 --> 00:15:26,900
Həmin namizəd bu reallıqları daha açıq və pərdəsiz şəkildə anlatdığı üçün

101
00:15:27,400 --> 00:15:35,200
Amerika xalqının diqqətini daha çox cəlb elədi. Rəqibi isə onu populizmdə,

102
00:15:36,100 --> 00:15:43,670
primitiv danışmaqda ittiham etdi; nəyə görə primitiv olur ki? Ona görə ki, xalq onun dediklərinə nəzər salıb doğru danışdığını görür,

103
00:15:44,870 --> 00:15:48,370
deyilən həqiqətləri öz yaşamında müşahidə edirdi?!

104
00:15:50,500 --> 00:15:59,520
Bu ölkədə hümanist dəyərlər yox olub, tapdalanıb; irqi ayrı-seçkilik hökm sürür.

105
00:16:00,870 --> 00:16:09,470
Elə bundan bir neçə gün əvvəl həmin namizəd seçkiqabağı çıxışında durub dedi ki,

106
00:16:10,300 --> 00:16:16,970
“Əgər dərinizin rəngli fərqlidirsə, qara və ya qırmızıdərilisinizsə,

107
00:16:17,200 --> 00:16:22,950
Nyu-York, Çikaqo, Vaşinqton, Kaliforniya və digər ştatlarda küçədə yol getdiyiniz zaman

108
00:16:23,350 --> 00:16:28,920
bir neçə dəqiqə sonra həyatda olub-olmayacağınıza əmin ola bilməzsiniz”. Diqqət edin,

109
00:16:30,620 --> 00:16:35,600
bunu bir neçə gün sonra Ag Evə daxil olub

110
00:16:35,770 --> 00:16:42,300
Amerikanı idarə edəcəyini gözləyən bir şəxs deyir! Amerikanın irqçiliyi budur.

111
00:16:43,270 --> 00:16:53,870
Amerikadakı yoxsulluqdan da danışdı. Bu ölkədə 44 milyon insanın ac olduğunu dedi.

112
00:16:56,700 --> 00:17:07,400
O da, digər namizədlər də söylədilər ki, ölkədə vətəndaşların yalnız 1%-dən azı milli sərvətə 90% sahibdir.

113
00:17:09,220 --> 00:17:16,450
ABŞ-da insani dəyərlər tapdalanır; diskriminasiya, müxtəlif qarşıdurmalar,

114
00:17:17,070 --> 00:17:22,800
irqçilik, insan haqlarının pozulması – hamısı orada var.

115
00:17:24,370 --> 00:17:34,720
Sizin “Amerikaya ölüm!” şüarınız, İmamın (r.ə) buyurduğu: “Amerikaya səsiniz çıxdığı qədər bağırın!” fikri məhz bu haqsızlıqlara ölüm arzulamaq mənasındadır.

116
00:17:53,200 --> 00:18:07,900
Məhz bunlara görə İmam: “Səsiniz çıxdığı qədər Amerikaya bağırın!” – deyirdi.

117
00:18:10,120 --> 00:18:15,720
Bütün bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi və olduqca önəmli olan başqa bir amil isə bundan ibarətdir ki,

118
00:18:16,550 --> 00:18:24,800
onlar elə ilk gündən İran xalqına zərbə endirmək üçün zəmin hazırladılar.

119
00:18:25,000 --> 00:18:31,520
Yəni Məhəmməd Rzaya Amerikada sığınacaq verdilər ki,

120
00:18:32,700 --> 00:18:37,500
burada şərait hazırlasınlar, ölkə daxilində onun adamlarını gücləndirsinlər, o özü də orada qalsın,

121
00:18:38,600 --> 00:18:48,650
daha sonra 1332-ci il mordad ayının 28-də, yəni inqilabdan 25 il öncə törətdikləri hadisəni

122
00:18:49,600 --> 00:18:55,820
ikinci dəfə yenidən həyata keçirsinlər. Mordadın 28-də Məhəmməd Rza İrandan qaçmışdı,

123
00:18:56,870 --> 00:19:01,500
amerikan və ingilislər də əl-ələ verib gizli şəkildə ölkəyə daxil olmuş,

124
00:19:01,770 --> 00:19:10,720
müxtəlif ölkələrin səfirliklərinə sığınaraq onların köməyindən yararlanmış, öz adamlarını hərtərəfli hazırlayıb silahlandırmış,

125
00:19:11,070 --> 00:19:17,570
xalqın o vaxtkı məlumatsızlığından da istifadə edib Məhəmməd Rzanı yenidən ölkəyə geri qaytarmışdılar.

126
00:19:18,170 --> 00:19:27,420
O qayıdışla da 25 il bu xalqa qan uddurdular. Amerika həmin senarini

127
00:19:38,320 --> 00:19:46,570
yenidən həyata keçirmək istəyirdi, amma İmam (r.ə) bu təxribatın qarşısını aldı, onların önünə sədd çəkdi, İran xalqını qəflətdən oyatdı

128
00:19:47,420 --> 00:19:58,370
və xalq da hərəkətə gəldi. Odur ki ABŞ əleyhinə olan bu şüarlar, ona bağırmaq, etiraz etmək ideyası kor-koranə təəssübkeşlikdən,

129
00:19:59,520 --> 00:20:05,520
nadanlıqdan, inadkarlıqdan irəli gəlmir, məntiqə əsaslanır,

130
00:20:06,400 --> 00:20:13,350
arxasında bir düşüncə, məntiq dayanır.

131
00:20:14,750 --> 00:20:19,670
Elə isə həm əziz gənclərimiz,

132
00:20:20,070 --> 00:20:27,020
həm də qələm və söz sahibi olan, ictimai tribunaya malik olan hər kəs –

133
00:20:27,670 --> 00:20:35,550
mətbuatda, universitetlərdə, məktəblərdə və digər yerlərdə –

134
00:20:36,900 --> 00:20:43,650
bilməli və diqqət yetirməlidir ki, əgər İran xalqı ötən otuz ildə olduğu kimi,

135
00:20:43,800 --> 00:20:52,500
bu gün də ABŞ əleyhinə etiraz şüarları səsləndirirsə, onun bu davranışı möhkəm bir məntiqə əsaslanır.

136
00:20:52,500 --> 00:20:59,670
Bu müddət ərzində Səddamla 8 il müharibə apardıq,

137
00:20:59,820 --> 00:21:06,500
ABŞ onun arxasında möhkəm durdu; gücləri yetdiyi qədər ona hərtərəfli kömək göstərdilər.

138
00:21:08,870 --> 00:21:17,400
Amerikalılar bizimlə müharibədən öncə bir cür, müharibə boyunca, müharibədən sonra, bu günə kimi də bir cür,

139
00:21:17,950 --> 00:21:24,120
nüvə danışıqları məsələsində bir cür, Birgə Kompleks Tədbirlər Planı imzalandıqdan sonra da bir başqa cür düşmənçilik ediblər. Nüvə danışıqlarında

140
00:21:24,800 --> 00:21:30,500
ABŞ-ın nümayəndəsi qismində iştirak etmiş o cənab

141
00:21:30,900 --> 00:21:34,520
bundan bir neçə gün əvvəl durub açıq-aşkar dedi ki (bizim televiziya kanallarımızda da yayımlanıb),

142
00:21:35,120 --> 00:21:42,520
“Biz nüvə razılaşmasından sonra da İrana qarşı sanksiya tətbiq etmişik”. ABŞ budur!

143
00:21:44,770 --> 00:21:55,700
İran xalqının Amerikaya göstərdiyi müqavimət məntiqə əsaslanır.

144
00:21:58,820 --> 00:22:06,550
Demək, birinci səhv budur ki, xalqın Amerikaya kor-koranə inad üzündən müqavimət göstərdiyi barədə təsəvvür yaratmaq istəyirlər.

145
00:22:07,550 --> 00:22:12,670
Əslində isə əksinədir; xalq Amerikaya məntiqlə müqavimət göstərir.

146
00:22:24,250 --> 00:22:31,950
Bu, birinci səhvin düzəlişi. İkinci səhv; bu da yenə yanlış bir təsəvvürlə bağlıdır,

147
00:22:33,320 --> 00:22:44,970
amerikalılar tərəfindən bu və ya digər formada ictimaiyyətimizin beyninə yeridilir, daxildəki müəyyən insanlar da onu genişləndirirlər.

148
00:22:45,350 --> 00:23:02,120
Həmin yanlış təsəvvür bundan ibarətdir ki, əgər biz ABŞ-la dil tapıb yola getsək, ölkəmizin bütün problemləri həll olunacaq.

149
00:23:03,550 --> 00:23:10,200
Bu fikrin yanlış və aldadıcı olduğunu sübut etmək üçün 10-a yaxın dəlil sadalamaq olar.

150
00:23:11,100 --> 00:23:14,920
Bu çox əcaib və son dərəcə təhlükəli səhvlərdən biridir.

151
00:23:16,500 --> 00:23:23,650
ABŞ-la dil tapmaq heç bir vəchlə ölkənin problemlərini aradan qaldırmayacaq; nə iqtisadi, nə siyasi,

152
00:23:24,020 --> 00:23:30,270
nə təhlükəsizliklə bağlı, nə də əxlaqi problemlərini; əksinə, daha da betər olacaq.

153
00:23:31,050 --> 00:23:37,570
Buna 10-15 sübut saymaq mümkündür;

154
00:23:38,750 --> 00:23:50,420
götürək elə bu axırıncı nüvə anlaşması məsələsini. Həmin müzakirələr ərəfəsində mən onların götürdükləri öhdəliklərə əməl etməyəcəyini, yalançı olduqlarını,

155
00:23:52,550 --> 00:23:58,950
verdikləri sözün üzərində durmayacaqlarını dönə-dönə vurğulamışdım;

156
00:24:01,670 --> 00:24:12,950
indi özünüz də gördünüz! Artıq bu gün: “Onlar öhdəliklərinə əməl etmirlər” – deyən təkcə mən deyiləm; bunu möhtərəm ölkə rəsmilərimiz,

157
00:24:13,170 --> 00:24:20,600
o boyda zəhmətlə, bir ildən də artıq müddət ərzində müzakirələr aparmış, müxtəlif toplantılarda iştirak etmiş,

158
00:24:21,000 --> 00:24:26,700
ölkədən xaricdə 10-15 gün boyunca danışıqlar masası arxasında oturub zəhmət çəkmiş,

159
00:24:27,050 --> 00:24:30,720
tər tökmüş, o qədər əziyyətə qatlaşmış nümayəndələrimiz də deyir.

160
00:24:32,650 --> 00:24:40,320
Təxminən bir ay öncə müxtəlif ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən sammitində

161
00:24:40,320 --> 00:24:45,570
bizim möhtərəm Xarici İşlər Naziri də, onlar da iştirak edirdi.

162
00:24:45,750 --> 00:24:52,420
Həmin toplantıda Xarici İşlər Nazirimiz onlardan çox sərt bir şəkildə haqq-hesab tələb edib;

163
00:24:52,570 --> 00:24:58,250
“Bu işləri görməli idiniz, görməmisiniz, bunları isə etməməli idiniz, etmisiniz”, –

164
00:24:58,500 --> 00:25:05,970
deyə onları ciddi ittiham edərək iddia qaldırıb. Təbii ki, heç bir cavab olmayıb; bəli, onlar belədir;

165
00:25:06,700 --> 00:25:13,250
“Suriya məsələsində ortaq məxrəcə gəlin”, “Hizbullah” məsələsində dil tapın”, “Əfqanıstan və Pakistan məsələsində anlaşma əldə edin”,

166
00:25:13,250 --> 00:25:20,800
“İraq məsələsində razılığa gəlin, “Daxili məsələlərlə əlaqəli sazişə gedin”; kiminlə sazişə gedək?

167
00:25:21,400 --> 00:25:26,070
Bir an belə olsun düşmənçiliyindən əl çəkməyən bir dövlətlə?!

168
00:25:28,270 --> 00:25:33,300
Onların hədəfi İran xalqının inkişafının,

169
00:25:33,550 --> 00:25:38,470
iqtisadi problemlərinin həll olunmasının qarşısını almaqdır;

170
00:25:39,100 --> 00:25:41,500
indi gəlib bizim problemlərimizin həllinə kömək edəcəklər?

171
00:25:57,570 --> 00:26:10,120
Əvvəla, qarşı tərəf yalançı, sözünün üstündə durmayan, arxadan xəncər saplayan biridir.

172
00:26:11,350 --> 00:26:22,270
Özləri demişkən, görüşmək üçün bir əllərini uzatdıqları halda, o biri əllərində tutduqları daşı qarşısındakı insanın başına vurmağa hazırlaşırlar;

173
00:26:22,700 --> 00:26:30,200
bizimlə üz-üzə duran tərəf bu cürdür. İkincisi, İran xalqının problemlərini ABŞ həll edəcək?

174
00:26:30,370 --> 00:26:35,750
Amerikanın özü böhran vəziyyətindədir; bunu niyə demirlər?

175
00:26:37,220 --> 00:26:49,350
Bunu bu kimi məsələlərdə mühakimə yürütmək səlahiyyəti olan bütün önəmli beynəlxalq qurumlar, hətta amerikalılar özləri belə etiraf edir.

176
00:26:49,670 --> 00:26:55,120
ABŞ böhran yaşayır; iqtisadiyyatda, beynəlxalq münasibətlərdə,

177
00:26:56,070 --> 00:27:04,570
siyasətdə, əxlaq və mənəviyyatda; özləri böhran içindədir.

178
00:27:04,900 --> 00:27:16,020
Hazırda ABŞ-ın xarici borcları təxminən bu ölkənin ümumi daxili məhsulu həddinə yaxınlaşıb,

179
00:27:17,600 --> 00:27:20,620
bu isə böhranın göstəricisidir; bunu iqtisadi ekspertlər deyir.

180
00:27:21,620 --> 00:27:31,850
Onlar bildirirlər ki, hansısa dövlətin borcu onun ümumi daxili məhsulunun həcminə çatarsa, bu, həmin dövlətin böhran vəziyyətində olduğu deməkdir,

181
00:27:32,120 --> 00:27:35,670
belə ölkənin iqtisadiyyatı böhrandadır; bu gün ABŞ belə bir durumdadır.

182
00:27:36,000 --> 00:27:44,020
Bu dövlətin xarici borcunun həcmi ümumdaxili məhsulunun təxminən altmış neçə faizinə bərabərdir;

183
00:27:45,620 --> 00:27:51,100
belə bir vəziyyətdə olan dövlət kimə kömək etmək istəyir? Onun əsl niyyəti öz durumunu yaxşılaşdırmaq üçün başqalarının qanını sümürmək,

184
00:27:52,350 --> 00:27:58,220
sahib olduqlarını əllərindən almaqdır. Amerika gəlib İran iqtisadiyyatının inkişafına kömək edəcək?! Bu, iqtisadi baxımdan.

185
00:27:58,320 --> 00:28:03,850
Siyasi cəhətdən də böhrana məruz qalıblar.

186
00:28:04,500 --> 00:28:12,270
Bu gün istisnasız olaraq dünyanın hər yerində – mən bunu tam əminliklə deyirəm –

187
00:28:12,500 --> 00:28:21,950
ayağa qalxıb zülmə, diktaturaya etiraz edən hər bir xalqın şüarı “Amerkaya ölüm!” şüarıdır.

188
00:28:22,750 --> 00:28:32,120
Vaxt var idi Amerikaya qarşı səslənən bu şüar yalnız bizim ölkəmizə aid idi, bu gün isə Şərqi və Qərbi Asiyanın bir çox ölkələrində,

189
00:28:33,120 --> 00:28:36,750
hətta Avropanın özündə, Latın Amerikasında,

190
00:28:37,050 --> 00:28:46,250
Afrikada etiraza qalxan hər bir xalqın birinci şüarı ABŞ əleyhinə səslənir; ABŞ-ın mövcud siyasi durumu budur. Bundan da böyük böhran?!

191
00:28:47,900 --> 00:28:52,120
Qərbi Asiya regionu üçün ABŞ-ın öz planı var idi.

192
00:28:52,320 --> 00:28:58,170
Siz gənclərin yadında olmaz (əlbəttə, çox keçmişə də aid deyil, 10-12 il bundan öncənin söhbətidir,

193
00:28:58,520 --> 00:29:02,970
amma yenə də siz gənclər o günləri xatırlamazsınız)

194
00:29:03,870 --> 00:29:16,700
bir dəfə Amerikanın o vaxtkı Xarici İşlər Naziri çıxışlarından birində  “Biz Böyük Orta Şərq yaratmaq istəyirik” cümləsini işlətmişdi.

195
00:29:17,120 --> 00:29:25,170
Bu fikri ilk dəfə Livan məsələsində, 33 gün çəkən hərbi əməliyyatlar getdiyi zaman səsləndirmişdi.

196
00:29:25,520 --> 00:29:32,270
Böyük Orta Şərq nə deməkdir? Onlar Qərbi Asiya regionunu Orta Şərq adlandırırlar,

197
00:29:33,250 --> 00:29:43,950
“Böyük Orta Şərq” deyəndə isə Pakistandan Aralıq dənizinə qədər olan

198
00:29:44,970 --> 00:29:48,820
bütün ərazini, yəni bu regionda yerləşən bütün ölkələri nəzərdə tuturlar;

199
00:29:49,270 --> 00:29:54,450
Amerikanın bütövlükdə bu region üçün ümumi bir planı var idi:

200
00:29:55,720 --> 00:30:02,950
əsas rol İsrailə aid olmaqla onların hamısını öz hakimiyyəti altında saxlamaq istəyirdi. “Böyük Orta Şərq” bu deməkdir.

201
00:30:04,620 --> 00:30:11,150
Bu gün həmin Xarici İşlər Nazirinin dediyi o “Böyük Orta Şərq”də – bədbəxt; özü də qadın idi  –

202
00:30:12,850 --> 00:30:23,400
vəziyyət o yerə çatıb ki, onlar Suriyada, İraqda, Livanda çıxılmaz durumda qalıblar,

203
00:30:24,600 --> 00:30:30,520
Şimali Afrikada, Liviyada nə edəcəklərini bilmirlər,

204
00:30:32,150 --> 00:30:36,820
Yəmən olaylarına müdaxilə ediblər, amma çarəsiz vəziyyətdədirlər.

205
00:30:38,350 --> 00:30:44,570
Amerikanın beynəlxalq siyasi durumu budur. Bundan da böyük böhran?!

206
00:30:46,370 --> 00:30:52,370
Bu gəlib sizə kömək etmək istəyir?! Bu gəlib bizim ölkənin problemlərini həll edəcək?!

207
00:30:53,470 --> 00:30:58,850
Biz tam əks mövqedəyik; şükür Allaha; bu, Allahın işidir;

208
00:30:59,700 --> 00:31:05,800
Allah-taalanın bu xalqa bəxş etdiyi şücaət, uzaqgörənlik,

209
00:31:06,420 --> 00:31:10,050
mübarizlik, çətinliklər qarşısında dözüm kimi xüsusiyyətlər Onun bir lütfüdür.

210
00:31:11,470 --> 00:31:18,520
Bu xalqın mömin kişi və qadınları elə bir yol seçdi,

211
00:31:18,520 --> 00:31:22,900
elə bir hərəkət etdi ki, bu gün İran xalqı Orta Şərqdə başıucadır.

212
00:31:23,070 --> 00:31:27,400
İraqa, Suriyaya, Livana, Yəmənə,

213
00:31:27,970 --> 00:31:34,550
Fars Körfəzi ölkələrinə – hara baxsanız, İranın parlaq bir simaya sahib olduğunu görərsiniz.

214
00:31:57,520 --> 00:32:04,470
Onlarsa iqtisadi, siyasi, beynəlxalq mövqe,

215
00:32:04,600 --> 00:32:10,800
əxlaq və mənəviyyat baxımından böhran yaşayır.

216
00:32:11,670 --> 00:32:17,650
Əxlaqi cəhətdən – istər cinsi məsələlər olsun, istərsə də maliyyə sferasındakı korrupsiya halları – böhran içindədirlər;

217
00:32:18,300 --> 00:32:26,250
mən bunu özlərinin dediyinə, danışdığına, mətbuatlarında çap etdiyinə

218
00:32:26,250 --> 00:32:33,920
(əlbəttə ki, söylənənlər reallıqdan qat-qat azdır),o iki möhtərəm  namizədlərinin çıxışlarına əsasən deyirəm;

219
00:32:34,070 --> 00:32:39,620
nəticə etibarilə onlardan biri bir neçə gün sonra Ağ Evə girib ölkənin prezidenti kimi fəaliyyətə başlayacaq,

220
00:32:40,250 --> 00:32:49,370
ona görə də, yəqin ki, düşünülməmiş, reallıqdan uzaq söz danışmazlar; bir-birini gözləri götürməsə də, Amerikanın iç üzünü açmaq,

221
00:32:49,850 --> 00:32:55,150
nüfuzunu məhv etmək üçün əl-ələ veriblər, uğur da qazanırlar.

222
00:32:57,200 --> 00:33:06,250
Belə bir ölkə İrana necə kömək etmək istəyir? Axı nəyə görə insanlara belə bir səhv düşüncə yeritməyə çalışırlar ki, guya biz Amerika ilə problemlərimizi həll edib dil tapsaq,

223
00:33:06,500 --> 00:33:10,070
ölkənin problemləri həll olunacaq? Xeyr, cənablar!

224
00:33:11,570 --> 00:33:16,820
Amerika ilə razılığa gəlmək ölkənin problemlərini həll etməyəcək, əksinə onları daha da artıracaq.

225
00:33:17,250 --> 00:33:25,070
Əgər siyasi, iqtisadi sferalarda hansısa problemlərimiz varsa,

226
00:33:25,520 --> 00:33:32,800
onları biz özümüz həll etməliyik; siz gənclər həll etməlisiniz.

227
00:33:34,000 --> 00:33:42,050
Qoy mən buradaca sizə bir neçə cümlə deyim; axı siz mənim ən əziz insanımsınız;

228
00:33:43,370 --> 00:33:50,750
siz mənim öz balalarım kimisiniz, övladlarımsınız, bizim gənclərimiz, ümidlərimizsiniz.

229
00:33:51,350 --> 00:34:00,100
Bizim gələcəyimiz, bu ölkənin gələcəyi sizin əlinizdədir. Biz gedəsiyik, qalan siz olacaqsınız, bu ölkəni siz idarə edəcəksiniz.

230
00:34:00,270 --> 00:34:02,570
Odur ki sizə bir iki söz demək istəyirəm.

231
00:34:04,750 --> 00:34:08,200
Mənim əzizlərim! Özünüzü gələcək üçün,

232
00:34:09,870 --> 00:34:14,500
bu ölkəni idarə etmək üçün hazırlayın.

233
00:34:14,620 --> 00:34:21,350
Bu ölkənin problemlərinin həlli – istər bu gün yaşadığımız problemlər olsun, istər gələcəkdə üzləşəcəyimiz problemlər,

234
00:34:22,850 --> 00:34:28,800
istərsə də hər bir dövlətin, xalqın qarşılaşdığı problemlər; hər halda, problemi olmayan ölkə yoxdur –

235
00:34:29,720 --> 00:34:37,200
bu ölkənin problemlərinin əlacı xalqın daxilindən bir iradənin, dözümün baş qaldırmasındadır.

236
00:34:38,070 --> 00:34:45,020
Xalqın içindən sarsılmaz iradə, dözüm, müqavimət, əzm,

237
00:34:45,650 --> 00:34:59,550
mübarizlik püskürməlidir; xalqımız gözüaçıq, ruhiyyəsi Allah-taalaya təvəkkül və özünəinam sayəsində güclü olmalıdır.

238
00:35:01,200 --> 00:35:08,270
Allah-taalaya təvəkkül etsək, öz gücümüzə inansaq, sözsüz ki, ruhiyyəmiz möhkəm olacaq;

239
00:35:09,900 --> 00:35:15,120
həm elm sahəsində, həm də idarəçilikdə.

240
00:35:17,720 --> 00:35:25,800
Mən inqilabi ruhiyyə məsələsinə böyük həssaslıqla yanaşır və vacibliyini daim vurğulayıram; bu ruhiyyəni qorumaq lazımdır.

241
00:35:27,220 --> 00:35:33,400
İnqilabi ruhiyyə nə deməkdir? Bu o deməkdir ki, inqilabi ideyaların daşıyıcısı olan bir insan

242
00:35:34,720 --> 00:35:40,350
cəsarətlidir, iş görəndir,

243
00:35:41,350 --> 00:35:47,500
təşəbbüskardır, çıxılmaz və düyünlü situasiyalarda

244
00:35:48,450 --> 00:35:57,870
çıxış yolları tapmağı bacarır;

245
00:35:59,570 --> 00:36:08,270
heç bir şeydən qorxmur, gələcəyə ümidlə baxır, Allah-taalaya bəslədiyi inamla işıqlı gələcəyə doğru addımlayır;

246
00:36:08,920 --> 00:36:12,800
inqilabi ruhiyyə budur; bu özəlliklərə sahib olan insan inqilabçıdır; bu inqilabi ruhiyyəni qorumaq lazımdır.

247
00:36:13,950 --> 00:36:18,770
Bəziləri bu söylənənlərin əksinə danışır, əksinə davranır,

248
00:36:19,500 --> 00:36:22,850
idarəçilik işlərini bunun əksinə qururlar;

249
00:36:23,420 --> 00:36:27,470
bununla da gənclərin sabaha, inqilaba olan inancını sarsıdır,

250
00:36:27,570 --> 00:36:34,270
cavanları İmamın (r.ə) ilıq nəfəsindən uzaqlaşdırır, beləcə hər şeyi korlayırlar;

251
00:36:35,300 --> 00:36:39,750
sonra da zəmanədən giley-güzar edirlər! Zəmanədən şikayətlənirlər.

252
00:36:40,600 --> 00:36:52,470
Zəmanəni kim qurmalıdır? Şair demişkən: – Zəmanəni quranın günahı zəmanənin özündən çoxdur.

253
00:36:53,670 --> 00:37:00,720
Zəmanənin qurucuları kimdir? Bu mənəm, sizsiniz; zəmanəni qurub-yaradan biz özümüzük.

254
00:37:00,870 --> 00:37:08,270
Əgər dövran pisdirsə, onda dönüb öz davranışlarımıza baxmalıyıq, çünki qurucular bizik.

255
00:37:09,750 --> 00:37:19,470
Addımlarımızı möhkəm atmayanda, İmamın (r.ə) tövsiyələrini qulaqardına vurub səhlənkar yanaşanda

256
00:37:19,600 --> 00:37:28,200
(İmam (r.ə) itigözlü, qəlbi hikmətlə dolu, müdrik bir insan idi;

257
00:37:28,500 --> 00:37:34,170
yaxşı görürdü, yaxşı dərk edirdi, düzgün analiz edib nəticə çıxarırdı;

258
00:37:34,800 --> 00:37:39,070
bizim üçün gedəcəyimiz yola işıq tutub; İmamın (r.ə) vəsiyyətnaməsi əlimizdədir;

259
00:37:39,620 --> 00:37:45,400
əgər kiminsə bu söylənənlərə şübhəsi varsa, İmamın vəsiyyətnaməsinə baxsın; baxın görün İmam nələr deyib)

260
00:37:48,400 --> 00:37:57,150
xalqı, gəncləri bu tövsiyələrdən uzaqlaşdıranda, gəncləri dinə, imana qarşı laqeydliyə sövq edəndə,

261
00:37:57,350 --> 00:38:06,320
iffət-namusa rəğbət duyan gəncləri

262
00:38:07,250 --> 00:38:13,820
bu dəyərlərə qarşı etinasızlığa təhrik edəndə, aydın məsələdir ki, nəticə mənfi olacaq, dövran pisləşəcək.

263
00:38:14,750 --> 00:38:21,700
Əlbəttə, xoşbəxtlikdən, onlar bu günə qədər bu məqsədlərini reallaşdırmağı bacarmayıblar və bundan sonra da bacarmayacaqlar, ona görə ki, bizim gənclərimiz çox yaxşıdır.

264
00:38:27,670 --> 00:38:40,750
Əgər dinə, imana qarşı etinasızlığı azadlıq, düşmən qarşısında təslimçiliyi isə

265
00:38:41,000 --> 00:38:46,800
rasionallıq və məntiqi yanaşma kimi qələmə versək, şübhəsiz ki, zəmanə korlanacaq;

266
00:38:49,570 --> 00:38:58,050
biz bu yola möhkəm addımlarla davam etməliyik. Əmirəl-möminin Əli (ə) “Nəhcül-Bəlağə”də buyurur:

267
00:38:58,720 --> 00:39:05,550
“Ürəklər gücləndikdən sonra alt-üst olar, insanlar sağaldıqdan sonra azğınlaşarlar”.

268
00:39:07,100 --> 00:39:14,770
Bəziləri bir vaxtlar düz yolda idi, doğru yolda addımlayır,

269
00:39:14,970 --> 00:39:24,920
düzgün davranırdılar, amma sonradan onları doğru yoldan qaytardılar. Duadakı “زيغُ” – ifadəsi alt-üst olmaq,

270
00:39:25,450 --> 00:39:27,250
tam tərsinə çevrilmək mənasındadır. Quranda buyurulur: رَبَّنا لا تُزِغ قُلوبَنا “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra

271
00:39:27,250 --> 00:39:30,670
ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma!” (“Ali-İmran” surəsi, 8-ci ayədən)

272
00:39:32,450 --> 00:39:39,820
– indiyə qədər düz anlayıb düz dərk etmişiksə, bundan sonra bizi yanlışlığa, əyriliyə yönəltmə. Əmirəl-möminin Əli (ə) buyurur ki,

273
00:39:40,320 --> 00:39:45,970
bəziləri bir vaxtlar düz yolda idilər, ancaq sonradan yollarından sapdılar.

274
00:39:46,400 --> 00:39:52,870
Bəs bu sapma nəyə görə baş verir? Allah-taala heç kəsə zülm etməz,

275
00:39:53,550 --> 00:39:59,520
dünyaya aludə olan biz özümüzük, mənasız arzu və istəklərə bağlanan bizlərik,

276
00:40:01,250 --> 00:40:05,970
vəzifə və hakimiyyət düşkünü olan bizik, dostbazlıq edən,

277
00:40:07,800 --> 00:40:16,100
partiya və cinah tərəfkeşliyinə qapılan biz özümüzük. Axırda da qəlbimiz alt-üst olur,

278
00:40:17,820 --> 00:40:20,350
əvvəl tutduğumuz düzgün yoldan sapır, üz döndəririk:

279
00:40:20,500 --> 00:40:23,270
وَ تَضِلُّ رِجالٌ بَعدَ سَلامَة

280
00:40:23,820 --> 00:40:30,620
– bir vaxtlar sağlam düşüncədə idilər, amma sonradan yollarını azdılar. Bəla bax bunlardır;

281
00:40:32,120 --> 00:40:36,400
bunların qarşısını almaq, bunlardan Allah-taalaya sığınmaq lazımdır.

282
00:40:38,500 --> 00:40:45,170
Mənim gənclərə tövsiyəm budur ki, hadisələri gözüaçıqlıqla izləsinlər,

283
00:40:45,870 --> 00:40:49,450
hər deyilən sözə inanmasınlar.

284
00:40:51,350 --> 00:40:58,720
Bizim hərəkatımızın, bizim inqilabımızın mənbəyi dahi İmamdır (r.ə), əsas sübut kimi yalnız onun sözünü qəbul edin;

285
00:40:59,220 --> 00:41:05,120
baxın görün İmam nə deyib. “İmam (r.ə) da bu gün sağ olsaydı,

286
00:41:05,300 --> 00:41:13,350
elə belə edərdi” – deməyin; xeyr, bu, səhv fikirdir. Mən uzun illər boyu İmamla (r.ə) birlikdə olmuşam və onu bu sözləri deyənlərdən daha yaxşı tanıyıram.

287
00:41:14,720 --> 00:41:20,020
Əgər İmam (r.ə) sağ olsaydı, o bütləri qıran,

288
00:41:20,620 --> 00:41:28,050
Həzrət İbrahimsayağı fəryadını bu gün də qaldırardı; xalqı oyadıb inqilaba yetişdirən o fəryadını!

289
00:41:50,650 --> 00:41:55,420
“Ölüm olsun Amerikaya!” deyirsiniz, mən də razı, sözüm yoxdur.

290
00:42:02,970 --> 00:42:06,020
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.