1
00:00:00,150 --> 00:00:02,950
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,600 --> 00:00:09,400
Əziz qardaş və bacılar, xoş gəlmisiniz!

3
00:00:12,850 --> 00:00:25,070
Bu diyarın əziz şəhidlərinin xatirəsini anmaq üçün bu cür böyük və qalıcı bir tədbir təşkil etdiklərinə görə

4
00:00:26,800 --> 00:00:49,320
cənab Nurmofidiyə və eyni zamanda digər təşkilatçı qardaşlara təşəkkürümü bildirirəm.

5
00:00:51,000 --> 00:00:59,120
Şəhidlik, şəhidlər – bu olduqca önəmli məsələlərdəndir.

6
00:01:00,400 --> 00:01:14,200
Biz İslam İnqilabının qələbə çaldığı gündən indiyə qədər, bu üzun müddət ərzində,

7
00:01:14,200 --> 00:01:22,040
xüsusilə də Müqəddəs Müdafiə dövründə şəhid olmuş gənclərimizin atdığı bu addımın əhəmiyyətini

8
00:01:23,280 --> 00:01:37,040
hələ də layiqincə qiymətləndirməmişik; yəni inqilabımızın, dövlətimizin, ölkəmizin, milli heysiyyətimizin, tariximizin və gələcəyimizin müdafiəsi uğrunda

9
00:01:37,880 --> 00:01:47,040
görülən bu işin həqiqi çəkisini, bəlkə, hələ özümüz üçün də düzgün müəyyən etməmişik, anlamamışıq,

10
00:01:47,360 --> 00:01:55,600
ancaq heç üzdə də layiqincə ifadə etməmişik, göstərməmişik. Odur ki sizin bu istiqamətdə gördüyünüz bu işlər olduqca önəmlidir.

11
00:01:58,040 --> 00:02:09,280
Cənab Nurmofidi ətraflı çıxış etdi, inqilabla bağlı bir sıra gözəl və düzgün məqamlara toxundu;

12
00:02:10,120 --> 00:02:17,440
eynilə digər cənablar da. Səsləndirilən fikirlərin bir hissəsi

13
00:02:17,600 --> 00:02:31,480
nazirlərə və digər səlahiyyətli şəxslərə aid olsa da, hər halda, Gülüstan kimi mühüm bir regionla əlaqədar idi.

14
00:02:32,640 --> 00:02:38,520
Gülüstan ostanının təqdirəlayiq cəhətləri haqqında bir neçə cümlə demək istərdim.

15
00:02:39,760 --> 00:02:48,160
Bura insan sərmayəsi baxımından, həqiqətən də, üstün regionlardan biridir ki,

16
00:02:48,760 --> 00:02:54,200
bunun da müxtəlif səbəbləri vardır.

17
00:02:55,360 --> 00:03:03,520
Hər şeydən öncə – bayaq bunu cənab Nurmofidi də vurğuladı, son dərəcə də önəmli bir məqamdır –

18
00:03:03,880 --> 00:03:13,480
bu ərazidə, Qorgan, Gülüstan və Türkmənsəhra bölgələrində fərqli etnik qruplara və məzhəblərə aid olan insanlar

19
00:03:14,400 --> 00:03:26,160
mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində, çox gözəl və arzuolunan bir şəkildə birgə yaşayır.

20
00:03:26,600 --> 00:03:37,360
Bu çox önəmli bir xüsusiyyətdir. Bu gün İslam təriqətlərinin, sünni və şiələrin arasına konflikt salmaq üçün

21
00:03:38,080 --> 00:03:47,280
Qərb ölkələrində, özləri demişkən, beyin mərkəzlərinə oturub fikirləşsinlər, layihələr, planlar hazırlasınlar deyə

22
00:03:47,280 --> 00:03:55,400
nə qədər pullar xərcləndiyi açıqlansa, insanlar, doğrudan da, heyrətə gələr ki,

23
00:03:56,160 --> 00:04:03,000
düşmənlər biri sünni, digəri isə şiə olan iki müsəlmanın birgə yaşaya bilməməsi,

24
00:04:03,400 --> 00:04:09,800
bir-birinə ədavət bəsləyib üstünə silah çəkməsi üçün nə qədər işlər görür.

25
00:04:10,560 --> 00:04:20,120
Müsəlman İranında isə bütün bu fəaliyyətlərin əksinə olaraq,

26
00:04:20,320 --> 00:04:30,280
onların istədiklərinin tam tərsi baş verib. Bu baxımdan ölkəmizin ən yaxşı regionlarından biri də Gülüstandır.

27
00:04:30,480 --> 00:04:36,440
Mən inqilabdan əvvəl də burada olmuşam, istər Qonbədqabusda, istər Qorqanda, istərsə də bəzi başqa şəhərlərdə – Galikeş və sair bu kimi yerlərdə

28
00:04:36,640 --> 00:04:46,800
camaatın bu birgə, mehriban yaşayışı, əməkdaşlığı,

29
00:04:46,960 --> 00:04:53,040
qarşılıqlı sevgini qorumaq üçün necə çalışdığını bilirəm. Bu çox dəyərli bir xüsusiyyətdir,

30
00:04:54,720 --> 00:05:05,000
bunu qoruyub saxlamaq lazımdır. Bundan bir neçə il əvvəl Qorqana səfərimiz olmuşdu;

31
00:05:06,560 --> 00:05:12,720
yadımda deyil bir, yoxsa yarım günlüyünə Qonbədə getdik.

32
00:05:14,040 --> 00:05:22,080
Orada bizə sevgi və ehtiramını bildirən insanların böyük əksəriyyəti əhli-sünnədən olan qardaşlarımız idi.

33
00:05:22,680 --> 00:05:31,960
Bax bu, səudiyyəlilərin, təkfirçilərin, onların arxasında duran ABŞ-ın,

34
00:05:32,440 --> 00:05:41,200
Amerika və Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin bugünkü fəaliyyətinə və məqsədlərinə tam ziddir; onların işinin tam əksinədir;

35
00:05:41,360 --> 00:05:52,040
yəni sözün həqiqi mənasında qətiyyətli, düzgün, məqsədyönlü və effektiv bir siyasətdir.

36
00:05:52,360 --> 00:06:00,240
Gülüstan regionunun, zənnimcə, çox mühüm olan təqdirəlayiq xüsusiyyətlərindən biri budur.

37
00:06:00,720 --> 00:06:11,480
Bu yaxınlarda – bundan bir neçə ay öncə – Mina faciəsində şəhid olmuş bir türkmən xanımın ailəsindən

38
00:06:12,280 --> 00:06:18,440
mənə məktub gəlmişdi. Yazırdılar ki, o xanım

39
00:06:18,680 --> 00:06:27,800
Məkkəyə gedib, ziyarət edib (indi ya həmin səfərdə olub, ya nə vaxtsa ondan əvvəl olub;) bir nəfər də tutub ki, həcc ziyarətini mənim üçün yerinə yetirdiyinə şahidlik etsin;

40
00:06:28,360 --> 00:06:36,160
bu çox önəmli bir məqamdır. Türkmən bir xanım onu şəxsən tanımadığım, adını belə bilmədiyim halda, mənim əvəzimə

41
00:06:36,640 --> 00:06:44,840
mənim əvəzimə Məkkəyə gedir, həcc ziyarətini yerinə yetirir, sonra da bu ziyarətini şahidlərin iştirakı ilə sənədləşdirir –

42
00:06:44,840 --> 00:06:50,240
əməlli-başlı sənəd tərtib edib, imzaladıb, o sənədi də mənə göndərmişdilər –

43
00:06:51,480 --> 00:07:00,520
bu, bizim ölkəmizin, bizim xalqımızın həqiqətən də güclü cəhətlərindən biridir.

44
00:07:00,840 --> 00:07:07,280
“Qeyri-bərabər döyüş” deyirlər, bax onun mənası budur ki,

45
00:07:07,280 --> 00:07:15,960
tərəflərdən birinin ixtiyarında olan texnika və vasitələr digərində olmur, hətta bəzən ikinci tərəfin birincidə olan imkanlardan heç xəbəri belə olmur; bayaq çəkdiyim misal bax buna nümunədir.

46
00:07:16,480 --> 00:07:26,000
Bizim qarşımızda duran tərəfin – yəni beynəlxalq imperializmin, sionizmin, Amerikanın – bu cür sevgi, bu cür qarşılıqlı münasibət, bu cür anlaşma,

47
00:07:26,320 --> 00:07:32,680
bu cür uyğunlaşma haqda nə anlayışı var, nə də belə şeyləri özlüyündə təhlil edə bilir;

48
00:07:32,840 --> 00:07:37,240
onlar belə şeyləri hətta özləri üçün analiz belə edə bilmirlər. Bu, bir məqam.

49
00:07:37,760 --> 00:07:44,720
Digər bir məqam isə Gülüstan camaatının inqilaba, inqilabi prinsiplərə sadiqliyidir.

50
00:07:44,720 --> 00:07:51,160
1343-cü ildə Qorqana gəlmişdim, müxtəlif yerlərdə minbərdə çıxışlarımız olurdu.

51
00:07:51,640 --> 00:08:05,080
O zaman 15 xordad hadisələrinin üzərindən təxminən bir il keçirdi; səfər ayının 2-ci, ya 3-cü ongünlüyü idi.

52
00:08:06,200 --> 00:08:13,440
Mən camaatın o izdihamına, o münasibətinə, o möhtəşəm qarşılamasına,

53
00:08:13,440 --> 00:08:21,600
o coşqusuna heyran qalmışdım. O davranış xalqın oyanışının, inqilabi hərəkata bəslədiyi sevginin göstəricisi idi.

54
00:08:21,920 --> 00:08:28,600
Hələ o zaman inqilabi mübarizə bir o qədər də yayılmamış, kütləvi hal almamışdı.

55
00:08:29,600 --> 00:08:36,120
Daha sonra da inqilab dövründə baş verən hadisələr. Azər ayının 5-i – bayaq cənablar da çıxışlarında qeyd etdilər –

56
00:08:36,270 --> 00:08:39,370
Qorqan hadisələrində önəmli bir gün idi.

57
00:08:39,780 --> 00:08:49,650
Məşhəddə İmam Rzanın (ə) hərəminə hücum olunduğunu eşidən Qorqan əhalisi spontan bir şəkildə hərəkətə keçmişdi;

58
00:08:50,540 --> 00:08:57,020
onları buna nə dəvət edən olmuşdu, nə də qarşılarına çıxıb qarşılayan. Camaat özü meydanlara axışmış və bildiyiniz kimi, hücuma məruz qalmışdı.

59
00:08:57,600 --> 00:09:03,040
Ondan bir iki həftə sonra Qonbədqabusda və Qalikeşdə də buna bənzər hadisələr baş verdi;

60
00:09:03,400 --> 00:09:08,220
yəni xalq artıq mübarizə meydanlarına axışmışdı.

61
00:09:08,640 --> 00:09:13,580
Və ya inqilabın əvvəllərində marksistlərin o bölgədə törətdiyi hadisələrdə –

62
00:09:14,320 --> 00:09:19,760
o qırğınlarda, o separatçılıq cəhdərində və sairdə –

63
00:09:20,080 --> 00:09:27,940
Qorqanı, Türkmənsəhranı, yaxud bütövlükdə o bölgəni xilas edən ən başlıca cəhət xalqın göstərdiyi müqavimət olmuşdu.

64
00:09:28,320 --> 00:09:36,960
Çünki gəlib o yerlərdə yuva salaraq başına müəyyən qədər əsgər toplamış insanların xalq arasında arxa-dayağı yox idi.

65
00:09:37,320 --> 00:09:42,600
Mübarizə aparan bir qrupun xalq arasında dayağı olmayanda o qrup çox tez sınır, məğlub olur.

66
00:09:42,900 --> 00:09:46,420
Xalq inqilabçıların, inqilabın, İmam Xomeyninin (r.ə) tərəfdarı idi.

67
00:09:47,500 --> 00:09:52,040
Qısacası, bu yerlərin əhalisinin istənilən cəhətdən müsbət özəllikləri çoxdur.

68
00:09:52,040 --> 00:09:58,660
Müqəddəs Müdafiə dövründə də həm ordu, bayaq adı çəkilən 30-cu diviziya,

69
00:09:58,920 --> 00:10:11,000
həm də Gülüstan və Qorqan korpusunun 25-ci diviziyası, həqiqətən də, özlərini çox gözəl göstərmiş,

70
00:10:11,480 --> 00:10:16,200
böyük işlər görmüşlər; cənab katib onlardan bəzilərini qeyd etdi.

71
00:10:16,200 --> 00:10:24,000
Bir dəfə cənab Nurmofidinin də iştirakı ilə qərargah mərkəzinə getmişdik,

72
00:10:24,300 --> 00:10:31,620
qorqanlı dostlarımızdan bir qrupu da gəlmişdi. Səhv etmirəmsə, mərhum cənab Tahiri də orada idi;

73
00:10:32,020 --> 00:10:38,560
Allah-taala ona rəhmət etsin, məqamını yüksəltsin, inşallah. Bu işlərdə onun da çox böyük rolu olub.

74
00:10:39,120 --> 00:10:47,220
Qısası, bu bölgənin insanlarının müharibə meydanındakı iştirakı, gördüyü işlər

75
00:10:47,680 --> 00:10:57,240
inanılmaz dərəcədə böyük olub. Qorqan camaatı haqqında nə qədər danışsaq, yenə də azdır;

76
00:10:57,580 --> 00:11:06,000
yeri gəlmişkən, mən buradan bütün şiə və sünni qardaşlarımızı,

77
00:11:06,320 --> 00:11:14,280
xüsusilə də regionun şiə və sünni məzhəbli din alimlərini bircə-bircə salamlayıram. Xahiş edirəm ki, cənab Nurmofidi zəhmət çəkib mənim salamımı

78
00:11:14,460 --> 00:11:24,320
oranın bütün din alimlərinə, rəsmilərinə,

79
00:11:24,840 --> 00:11:33,980
eyni zamanda bütün camaata yetirsin; həqiqətən də, mən Qorqan əhalisini sevir, onlara inanır, etimad edirəm.

80
00:11:35,440 --> 00:11:42,740
Bayaq da qeyd etdiyim kimi, şəhidlik məsələsinə ciddi yanaşmaq lazımdır.

81
00:11:43,420 --> 00:11:57,340
Biz şəhidlərimizə məhz Allah-taalanın onlara verdiyi qiyməti verməliyik:

82
00:11:57,720 --> 00:12:06,180
“...Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır...” (“Tövbə” surəsi, 11-ci ayədən)

83
00:12:06,400 --> 00:12:14,180
Allah yolunda cihad edən, həyatını təhlükəyə atan bu insanların

84
00:12:14,440 --> 00:12:20,120
həm vuruşaraq düşmən öldürməsi, həm də özlərinin ölümü çox dəyərlidir.

85
00:12:20,800 --> 00:12:26,220
Allah-taalanın dərgahında onlara nəsib olacaq rəhmət haqqında ilahi vəd vardır.

86
00:12:26,460 --> 00:12:34,640
Rəvayətlərdə bu yolda canından keçən insanların hələ dünyadan getməzdən əvvəl

87
00:12:34,900 --> 00:12:38,840
ilahi rəhmətin əlamətlərini gördüyündən bəhs edilir;

88
00:12:39,400 --> 00:12:47,000
yəni rəvayətlərdə qeyd olunur ki, atdan yıxılan şəhid – o vaxtlar atla savaşardılar – hələ yerə çatmamış

89
00:12:47,380 --> 00:12:54,660
Allah-taalanın onun haqqında verdiyi ilahi vəd gerçəkləşir; yəni hələ bu dünyada ikən gözləri açılır, həqiqətləri görür,

90
00:12:55,280 --> 00:13:03,580
Allahın rəhmətini, lütfünü hiss edir, qavrayır; şəhidlərə verilən dəyər budur.

91
00:13:03,960 --> 00:13:10,440
Bax bu cür ölümlər, bu cür fədakarlıqlar olmasaydı,

92
00:13:11,100 --> 00:13:17,780
İslam dövləti indiyə qədər davam gətirməzdi.  Yenicə əkilmiş bu fidan indiyə kimi nə qədər güclü tufanlara məruz qalıb!

93
00:13:18,220 --> 00:13:27,660
Bu sistemin qalıcı olmağının, bu fidanın məhv olmamağının, şükürlər olsun ki, artıq köklü-köməcli bir ağaca çevrilməyinin səbəbi

94
00:13:28,260 --> 00:13:35,620
o fədakarlıqlardır, şəhidliyə, mübarizə meydanlarına can atma şövqüdür.

95
00:13:35,920 --> 00:13:43,040
Bu xüsusiyyətlər qorunmalıdır. Düşməni tanımaq, hazırladığı tələlərdən xəbərdar olmaq lazımdır.

96
00:13:43,220 --> 00:13:50,940
Bu gün beynəlxalq arenada gedən proseslərə diqqət yetirsəniz, görərsiniz ki,

97
00:13:51,620 --> 00:13:59,440
imperializmin bu region üçün hazırladığı əsas planların mərkəzində İran durur.

98
00:13:59,900 --> 00:14:08,060
Nəyə görə? İslam İnqilabına görə, bu mömin xalqa, onun İslam dininə olan imanına görə!

99
00:14:08,780 --> 00:14:14,600
Biz düşmənin çoxsaylı hücumlarının hədəfindəyik. Xoşbəxtlikdən, Allah-taala bizə güc verib,

100
00:14:14,760 --> 00:14:21,860
imkanlar verib: həm insan potensialımız var, həm böyük, zəngin, çoxsaylı əhalisi olan bir ölkəmiz var,

101
00:14:22,320 --> 00:14:28,460
həm də istedadlı, uzaqgörən, fəal və dinamik gənc nəslimiz.

102
00:14:28,820 --> 00:14:33,620
Bütün bunlar bizim sahib olduğumuz imkanlardır, özü də heç də az deyil, əksinə, olduqca böyük bir potensialdır.

103
00:14:34,300 --> 00:14:41,480
Biz bu imkanlarımızdan istifadə etməliyik. Mən bu sözlərimi ilk növbədə rəsmilərimizə,

104
00:14:41,880 --> 00:14:47,140
daha sonra isə xalqımıza ünvanlayıram.

105
00:14:47,600 --> 00:14:56,540
Ölkəmizdə baş vermiş bu möhtəşəm hadisə –  İslam bayrağının ucaldılması qarşısında hamı məsuliyyət hiss etməlidir; bu, balaca bir iş deyil.

106
00:14:56,980 --> 00:15:04,280
Bütün əllərin, bütün siyasi güclərin din məfhumunu,

107
00:15:04,400 --> 00:15:09,380
xüsusilə də İslam dinini yox etməyə çalışdığı bir vaxtda

108
00:15:09,940 --> 00:15:13,720
hansısa ölkədə dinlərin ən canlısı və təsirlisi,

109
00:15:14,380 --> 00:15:20,420
yəni İslam dini, Allah-taalanın ən tutarlı dillə danışan kitabı,

110
00:15:20,700 --> 00:15:26,520
yəni Qurani-Kərim yüksəklərə qalxır, bütün ölkənin ərazisində hakimiyyəti ələ alır,

111
00:15:27,060 --> 00:15:36,200
bundan başqa, hələ coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionlarına nüfuz etməyi də bacarır.

112
00:15:36,340 --> 00:15:44,100
Bu, olduqca əhəmiyyətli və müstəsna bir hadisədir. Bunu görən düşmən təhlükə hiss etdi

113
00:15:44,240 --> 00:15:50,280
və elə ilk gündən İslam quruluşu əleyhinə müxtəlif fəaliyyətlərə başladı.

114
00:15:50,920 --> 00:15:56,840
Bununla belə, şükürlər olsun ki, bu günə qədər heç bir iş görə bilməyiblər, bundan sonra da Allahın yardımı ilə əsla nə isə edə bilməyəcəklər!

115
00:15:56,960 --> 00:16:01,440
Lakin düşmənin səylərinin nəticəsiz qalmasının bir şərti var, o da budur ki, hamımız məsuliyyətli olmalı,

116
00:16:01,840 --> 00:16:05,200
yəni özümüzdə məsuliyyət hiss etməliyik. Harada olmağımızdan asılı olmayaraq,

117
00:16:05,520 --> 00:16:11,620
hər birimiz İslam dövlətini qorumağı özümüzün birinci və ən başlıca vəzifəsi bilməli,

118
00:16:12,560 --> 00:16:16,580
buna uyğun addım atmalıyıq.

119
00:16:17,300 --> 00:16:25,520
Sizin şəhidlərin adını yaşatmaq, ucaltmaq üçün gördüyünüz bu işlər,

120
00:16:25,680 --> 00:16:34,480
keçirdiyiniz bu anım tədbirləri də, heç şübhəsiz, bu məqsədə xidmət edir və bu baxımdan çox effektivdir.

121
00:16:34,860 --> 00:16:42,040
İnşallah, bütün bu xidmətləriniz sizin üçün davamlı bir sədəqə, həmişəyaşar bir xeyir əməl olar və Allah-taala mükafatınızı verər.

122
00:16:42,560 --> 00:16:53,460
Çalışın gördüyünüz işlərin nəticəsini, ərsəyə gətirdiyiniz bu nəşrləri auditoriyaya, insanlarımıza çatdıra biləsiniz.

123
00:16:54,020 --> 00:17:01,020
Yəni təkcə elə kitab nəşr etdirdiyimizə sevinib kifayətlənməyək; təbii ki, kitabların çapı,

124
00:17:01,320 --> 00:17:10,540
filmlərin çəkilməsi, yaxud hansısa incəsənət əsərlərinin meydana gəlməsi də önəmlidir, intəhası bu kimi işlərlə yanaşı, özünə auditoriya qazanmaq,

125
00:17:10,780 --> 00:17:14,320
müəyyən mənada bu auditoriyanı yaratmaq da əhəmiyyətli bir məsələdir.

126
00:17:14,760 --> 00:17:19,320
Çalışın ki, o kitabları auditoriyanın beyninə, düşüncəsinə çatdırasınız.

127
00:17:19,440 --> 00:17:23,220
Bu gün gənclərimizin zehni qidaya ehtiyacı var.

128
00:17:23,440 --> 00:17:29,460
Bugünkü gənclərimizin, hətta yaxşı, fəal gənclərimizin bir çoxu nə inqilab dövründən,

129
00:17:29,460 --> 00:17:32,760
nə İmam Xomeynidən (r.ə), nə müharibə zamanından,

130
00:17:33,200 --> 00:17:38,460
nə də baş vermiş digər müxtəlif hadisələrdən xəbərdardır. Bayaq siz 5 azər olayları haqqında danışdınız;

131
00:17:38,880 --> 00:17:44,200
Onlar bilməlidir ki, azər ayının 5-də hansı hadisə baş verib,

132
00:17:44,760 --> 00:17:50,020
bu günü tarixin səhifələrində əbədiləşdirən nə olub?

133
00:17:50,780 --> 00:17:57,260
Bu önəmlidir. Gənclərimizin öz tarixini, keçmişini,

134
00:17:57,460 --> 00:18:01,780
əslində elə öz inqilabi kimliyini bilməsi olduqca mühümdür.

135
00:18:02,040 --> 00:18:06,620
Çalışın buna maksimum dərəcədə nail olasınız.

136
00:18:06,620 --> 00:18:11,340
Əlbəttə ki, bunun üçün iş görmək lazımdır; yəni bu, asan bir məsələ deyil.

137
00:18:11,880 --> 00:18:21,040
Kitab yazmaqdan daha çətini onu auditoriyaya göstərə bilmək, məzmununu, ideyasını oxucuya çatdırmaqdır; bu çox önəmlidir.

138
00:18:21,220 --> 00:18:29,700
Bunu edə bilmək üçün məharət lazımdır, diqqət lazımdır, bu işin öz incəlikləri var.

139
00:18:29,780 --> 00:18:37,980
Bayaq sünni-şiə qardaşlığı məsələsinə toxunuldu – bu haqda cənab Nurmofidi də, mən də danışdıq –

140
00:18:38,200 --> 00:18:45,620
bu çox ciddi bir məsələdir; şiə və sünni gənclərimiz bu məsələnin nə qədər önəmli olduğunu bilməlidir.

141
00:18:46,700 --> 00:18:53,020
Bu gün düşmən bu zəmində bəzən baş verən konfliktlərdən, problemlərdən –

142
00:18:53,140 --> 00:18:58,100
istər şiələr, istərsə də sünnilər tərəfdən olsun – isifadə edir.

143
00:18:59,180 --> 00:19:05,460
İŞİD, təkfirçilər və sair bu kimi qruplar belə hadisələrdən yararlanır.

144
00:19:06,200 --> 00:19:12,960
Biz bunun, mütləq, qarşısını almalıyıq. Buna isə yalnız o zaman nail olmaq mümkündür ki, şiə və sünni gənclər

145
00:19:13,120 --> 00:19:21,800
hazırkı davranışlarının mahiyyətini, aralarındakı bu həmrəyliyin, mehriban qonşuluq şəraitində, əmin-amanlıq içində birgə yaşamalarının, bu söz və əməl birliyinin nə qədər böyük əhəmiyyət daşıdığını anlasınlar.

146
00:19:21,800 --> 00:19:30,540
İrana, İslama, Qurana düşmən olan qüvvələrə qarşı ən böyük silah bax budur.

147
00:19:30,940 --> 00:19:41,560
Gənclər bunu bilməli və qoruyub saxlamalıdır. Gənc auiditoriyaya bax bunları aşılamaq lazımdır.

148
00:19:41,560 --> 00:19:45,380
İnşallah, Allah-taala sizə uğurlar nəsib etsin.

149
00:19:45,840 --> 00:19:52,880
Uca Yaradan dünyadan köçənlərinizin, Qorqanın böyük din alimlərinin məqamını yüksəltsin;  onlardan bəzilərini mən yaxından tanıyırdım,

150
00:19:52,880 --> 00:19:58,000
gedib görüşmüşdüm.

151
00:19:58,500 --> 00:20:09,200
Allah-taala həyatda olan dostlarımızın – cənab Nurmofidinin, sizin və digər qardaşlarımızın uğurlarını gündən-günə çoxaltsın,

152
00:20:09,600 --> 00:20:18,940
bu yolda möhkəm addımlarla irəliləyəsiniz, inşallah.

153
00:20:20,820 --> 00:20:22,840
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.