1
00:00:00,310 --> 00:00:02,800
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,150 --> 00:00:12,750
الحمدلله ربّ العالمين والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:24,130 --> 00:00:31,060
و علي آله الاطيبين الاطهرين سيّما بقيّةالله في الارضين

4
00:00:33,510 --> 00:00:43,600
Əziz qardaşlar, İran İslam Respublikası Ordusunun zəhmətkeş, fəal

5
00:00:44,970 --> 00:00:51,820
və şanlı Hava Qüvvələrinin zabitləri, çox xoş gəlmisiniz.

6
00:00:54,620 --> 00:01:10,000
Bu gün qeyd etdiyimiz əlamətdar gün İİR Ordusunun Hava Qüvvələrinə, həqiqətən də, şan-şöhrət qazandırmış bir hadisə ilə bağlıdır.

7
00:01:12,530 --> 00:01:26,350
İfa etdikləri o gözəl ilahi nəğmələrə və oxuduqları dolğun məzmunlu şeirlərə görə surud qrupuna da təşəkkürümü bildirirəm.

8
00:01:26,620 --> 00:01:44,080
İllərdir ki, biz 1357-cı ilin 19 bəhmən günü baş vermiş bu olduqca mühüm hadisə ilə bağlı görüşlər keçiririk,

9
00:01:44,080 --> 00:01:54,350
danışırıq, müxtəlif məqamlara toxunuruq, lakin bu, sözün əsl mənasında danışmaqla bitirmək mümkün olmayan bir mövzudur;

10
00:01:55,150 --> 00:02:04,930
bu barədə çox danışılıb, amma hələ deyiləsi sözlər ondan da çoxdur.

11
00:02:05,060 --> 00:02:11,730
Şair demişkən, “Yarın zülfündən bir ömür danışmaq olar”.

12
00:02:12,000 --> 00:02:26,080
1357-ci ilin 19 bəhmən günü baş verən o hadisə həlledici bir hadisə idi.

13
00:02:26,400 --> 00:02:38,080
Şah diktaturası dövründə Hərbi Hava Qüvvələri, faktiki olaraq,

14
00:02:39,020 --> 00:02:48,750
ordunun Amerikadan asılı olan hakim siyasi rejimə ən yaxın qolu idi.

15
00:02:49,420 --> 00:03:02,750
O zaman hakim tağut rejimi ordunun heç bir bölməsinə Hava Qüvvələri qədər inanıb ümid bəsləmirdi.

16
00:03:04,170 --> 00:03:14,660
Və şah diktaturası məhz həmin bölmədən ağır bir zərbə aldı;

17
00:03:15,820 --> 00:03:24,970
bu, sözün əsl mənasında ağır bir zərbə idi; yəni orduda qurduqları o intizama,

18
00:03:24,970 --> 00:03:34,710
yaratdıqları o atmosferə rəğmən, gözlənilmədən hərbçilərin bir qrupu –

19
00:03:34,710 --> 00:03:42,800
özü də Hava Qüvvələrinin o qədər etimad bəslədikləri həssas bir bölməsində xidmət edən hərbçilər –

20
00:03:44,660 --> 00:03:56,260
gəlib inqilabın imamına, inqilabın liderinə qoşulmuşdular. Gizlicə də yox, günün günorta çağı, aşkarda,

21
00:03:57,510 --> 00:04:04,800
vəsiqələrini əllərində tutub yuxarı qaldıraraq! Mən özüm orada idim;

22
00:04:05,550 --> 00:04:13,200
İran prospekti ilə bir-birinin ardınca dəstə-dəstə,

23
00:04:13,860 --> 00:04:22,930
rotalarla İmamın qaldığı mədrəsəyə tərəf gəlir, şüarlar səsləndirirdilər,

24
00:04:23,600 --> 00:04:31,600
vəsiqələrini də əllərində tutub yuxarı qaldırmışdılar. Çox qəribə bir olay idi;

25
00:04:32,130 --> 00:04:35,820
yəni tam olaraq

26
00:04:35,820 --> 00:04:40,170
“Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı” (“Həşr” surəsi, 2-ci ayə) ayəsinin təcəssümü idi;

27
00:04:41,020 --> 00:04:49,510
tağut rejimi heç gözləmədiyi yerdən zərbə almışdı.

28
00:04:49,910 --> 00:04:57,460
Hər şeyi ehtimal edə bilərdilər, bircə bundan başqa;

29
00:04:58,130 --> 00:05:03,550
və məhz elə bu ən uzaq ehtimal baş verdi;

30
00:05:03,640 --> 00:05:13,280
yəni o dövrün Hava Qüvvələri başında xaricdən asılı bir komandan durduğuna, xaricdən müxtəlif cəhətlərdən –

31
00:05:13,550 --> 00:05:22,840
maddi-texniki təchizat, təlim və sair baxımından asılılıqları olduğuna baxmayaraq,

32
00:05:23,600 --> 00:05:34,170
birdən-birə gəlib xalqla çiyin-çiyinə durmuş və İmam Xomeyniyə, inqilabın liderinə öz tərəfdaşlığını elan etmişdi; bu, inanılmaz bir zərbə idi;

33
00:05:35,640 --> 00:05:47,020
bunu heç gözləmirdilər. Biz də gözləmirdik; yəni bu biri cərgədə duran ruhanilər, möminlər də

34
00:05:47,910 --> 00:05:53,510
belə bir şeyin baş verə biləcəyini gözləmirdilər. Əslində, bu, Quranda buyurulduğu kimi, “رزق لايُحتسب” – gözlənməyən, hesaba alınmamış ruzi idi:

35
00:05:54,880 --> 00:06:02,000
“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər”. (“Talaq” surəsi, 2-3-cü ayələrdən)

36
00:06:03,510 --> 00:06:12,310
Bəzən insana heç gözləmədiyi bir yerdən bir kömək, bir yardım yetişir

37
00:06:13,150 --> 00:06:20,260
və bu, onun üçün yeni bir nəfəsə, damarlarına vurulan təzə qana bərabər olur.

38
00:06:21,370 --> 00:06:30,310
Hava Qüvvələrinin bu addımı da inqilab cəbhəsi üçün gözlənməyən bir ruzi idi. Bizlər qətiyyən hesaba almamışdıq,

39
00:06:30,530 --> 00:06:37,460
yəni İran xalqının, mübarizlərin, inqilabçıların, dahi İmamın –

40
00:06:38,440 --> 00:06:45,550
heç birimizin əsla ağlına belə gəlməzdi ki, ordudan kimsə gəlib inqilaba qoşula bilər.

41
00:06:46,350 --> 00:06:52,660
Doğrudur, ondan əvvəl mənim Məşhəddə bir neçə hərbçi ilə

42
00:06:53,200 --> 00:06:58,570
yaxın tanışlığım olmuşdu, bizimlə həmfikir olduqlarını bilirdim,

43
00:06:59,820 --> 00:07:08,570
Tehranda da bəzi dostlarımız ordu sıralarında xidmət edən bir neçə hərbçi ilə münasibət yaratmışdılar. Bunlar var idi,

44
00:07:08,710 --> 00:07:17,150
amma bütöv bir kütlənin qalxıb belə əzəmətli və nümayişkaranə şəkildə gəlməsi,

45
00:07:17,150 --> 00:07:21,370
həqiqətən də, gözlənməyən, hesaba alınmamış ruzi idi; bunu hesablamaq mümkün deyildi.

46
00:07:21,730 --> 00:07:33,820
Bu yerdə gəlin bu dediklərimdən ibrətamiz bir nəticə çıxaraq: öz hesablamalarınızda kiçik olsa belə, həmişə bu gözlənilməyən ruzini nəzərdə tutun.

47
00:07:35,640 --> 00:07:44,620
Doğrudur, rasional, maddi hesablamaların təsiri böyükdür, bu, danılmazdır və lazımdır –

48
00:07:45,240 --> 00:07:53,150
İslamın heç bir təlimi bizi rasional hesablamalar etməkdən,

49
00:07:53,280 --> 00:08:03,280
ağılla düşünərək maddi şərtləri nəzərə almaqdan çəkindirmir; yox, götür-qoy etmək, hər şeyi nəzərə almaq hökmən lazımdır –

50
00:08:04,040 --> 00:08:12,750
amma maddi məsələlərin fövqündə duran, insanın ağlına gəlməyən hesablamalar üçün də bir yer qoyun;

51
00:08:13,640 --> 00:08:25,200
hesaba alınmamış ruzi budur; hesaba almadığımız halda bizə çatan yardım budur;

52
00:08:26,130 --> 00:08:37,550
bu, bizim bütün hesablamalarımızda olur; möminlər cəbhəsinin bütün işlərində bunu nəzərə almaq, bu ruzi və köməyi gözləmək lazımdır.

53
00:08:37,860 --> 00:08:47,110
Duada oxuyuruq: يا مَن اِذا تَضايَقَتِ الاُمورَ فَتَحَ لَها باباً لَم تَذهَب اِلَيهِ الاَوهام

54
00:08:47,110 --> 00:08:54,130
İşlər düyün düşəndə, üzdən baxılan zaman hər şey çıxmaza dirənmiş kimi görünəndə

55
00:08:54,530 --> 00:09:01,150
bəzən Allah-taala bu çıxmazın hansısa küncündən elə bir yol açır ki,

56
00:09:01,550 --> 00:09:03,910
لَم تَذهَب اِلَيهِ الاَوهام

57
00:09:04,040 --> 00:09:15,240
o yol insan oğlunun heç vaxt ağlına gələ bilməz; belə bir şey var. Buna misal olaraq, ölkəmizin təhrik olunduğu Müqəddəs Müdafiə savaşını göstərmək olar.

58
00:09:16,130 --> 00:09:26,040
Müqəddəs Müdafiə elə bir vaxtda başladı ki, biz müdafiə imkanlarımız, qoşunlarımızın sayı

59
00:09:26,310 --> 00:09:36,840
və təşkilatlanması baxımından hücum edən tərəfdən – Səddam rejimindən qat-qat aşağı idik.

60
00:09:37,510 --> 00:09:46,620
O, hazırlıqlı idi, nizamlı, hər cür silah-sursatla təchiz olunmuş, yaxşı təşkilatlanmış ordusu var idi,

61
00:09:47,150 --> 00:09:54,260
qoşunlarının sayı məlum idi, hava və quru qüvvələri hər ikisi hazır idi,

62
00:09:54,840 --> 00:09:59,730
müdafiəsi, himayəçiləri, mühəndisləri, bütün sferalarda hər şeyi hazır idi,

63
00:10:00,220 --> 00:10:08,880
bizim isə bütün bu məsələlərdə problemimiz var idi. Həm silah və döyüş texnikası, həm canlı qüvvə,

64
00:10:09,150 --> 00:10:15,420
həm mühəndislik, həm siyasi dəstək, həm də təşkilatlanma baxımından problem yaşayırdıq.

65
00:10:15,420 --> 00:10:25,150
Bir dəfə elə 19 bəhmən görüşlərimizdən birində  demişdim: o vaxt Hava Qüvvələrinin komandanı istifadəyə yararlı təyyarələrin siyahısını

66
00:10:25,460 --> 00:10:34,440
mənə gətirib söylədi ki, lazımi detallar olmadığına görə

67
00:10:35,020 --> 00:10:46,620
uzağı 17-18 gün ərzində bütün təyyarələrimiz uçuşu dayandıracaq; axırıncısı “C 130” idi.

68
00:10:47,060 --> 00:10:54,880
“F 5”, “F 4”, “F 14” və sair tipli təyyarələr elə 1-ci, 2-ci, 3-cü gün yavaş-yavaş sıradan çıxacaqdı,

69
00:10:55,150 --> 00:11:01,420
yalnız “C 130” qırıcıları 15-20 gün davam gətirə bilərdi ki,

70
00:11:01,600 --> 00:11:08,310
onlardan da bizdə, misal üçün, neçə dənəsə var idi. O vaxt belə təsəvvür edirdik;

71
00:11:08,480 --> 00:11:15,860
amma “فَتَحَ باباً” – Allah qapı açdı, Hava Qüvvələrimiz müharibənin sonuna qədər fəaliyyət göstərdi, çalışdı, işlədi.

72
00:11:18,480 --> 00:11:28,660
Allahın insan üçün bir qapı açıb, qorxunu ona yaxın buraxmamağı budur, hesaba alınmamış ruzi budur; bir işi götür-qoy edəndə bunu həmişə nəzərə alın.

73
00:11:29,460 --> 00:11:42,220
Əgər biz mömin olsaq, ağlımızı Allaha təvəkkül və ümidin inayəti altında işlətsək,

74
00:11:42,570 --> 00:11:48,350
o zaman bu qapı üzümüzə açılacaq. Mən demirəm ki, ağılla fikirləşməyək,

75
00:11:48,840 --> 00:11:55,240
maddi hesablamaları bir kənara qoyaq; yox, bunlar hamısı lazımdır, mən özüm də daim bu şeylərin vacib olduğunu vurğulayıram,

76
00:11:56,260 --> 00:12:01,280
amma bunlarla yanaşı, Allahdan gələcək kömək üçün də bir yer qoyun;

77
00:12:01,550 --> 00:12:06,260
əgər Allaha təvəkkül edənlərdən, Uca Yaradana ümid bəsləyənlərdəniksə, belə etməliyik.

78
00:12:06,620 --> 00:12:14,660
İnqilabın qələbəsindən bəri aradan ötən bu 37-38 ildə inqilabla bağlı bütün məsələlərdə həmişə bu cür olub,

79
00:12:15,770 --> 00:12:22,880
Allahın köməyini daim müşahidə etmişik.  İndi gəlin mən İİR Ordusunun Hərbi Hava Qüvvələri barədə

80
00:12:23,370 --> 00:12:26,480
bir neçə cümlə deyim, sonra yenə bu söhbətə qayıdarıq.

81
00:12:26,970 --> 00:12:32,220
Mən yaddaşımın səhifələrini vərəqləyib geriyə baxanda görürəm ki,

82
00:12:32,660 --> 00:12:41,950
ölkəmizin Hava Qüvvələri o hadisədən sonra da müxtəlif sınaqlardan üzüağ çıxıb.

83
00:12:42,350 --> 00:12:52,710
Düşmənlərin Müqəddəs Müdafiə savaşı başlamamışdan əvvəl qurduğu o çevriliş planında da

84
00:12:52,840 --> 00:13:05,200
həmin əməliyyatın boşa çıxması üçün ilk olaraq addım atan Hava Qüvvələrinin zabiti olmuşdu; bir pilot! Gəlib məsələni mənə xəbər vermişdi,

85
00:13:06,080 --> 00:13:15,950
hökumət xəbər tutub hazırlıq görmüşdü. Həmədanın Şəhid Nuje adına hərbi bazasında

86
00:13:16,220 --> 00:13:25,420
həyata keçirilməsi, oradan isə Tehran və başqa yerlərə sıçraması planlaşdırılan böyük bir əməliyyatı Hərbi Hava Qüvvələrinin bir zabiti neytrallaşdırmışdı;

87
00:13:25,730 --> 00:13:35,370
bu mənim heç vaxt yaddımdan çıxmır; dövlət bu köməyi, bu böyük xidməti heç vaxt unutmayacaq.

88
00:13:37,370 --> 00:13:50,480
Orduda “Detal istehsalı cihadı”na ilk olaraq başlayan,

89
00:13:51,420 --> 00:13:59,060
bu işdə qolunu çırmayıb meydana girən də məhz Hava Qüvvələri olub.O vaxta qədər Hava Qüvvələrində detal istehsalı yox idi;

90
00:13:59,420 --> 00:14:06,310
bizim mütəxəssislərimizin mürəkkəb konstruksiyalı detallarla heç tanış olmasına da icazə vermirdilər.

91
00:14:07,910 --> 00:14:18,220
Hava Qüvvələrində elə “cihad” adı altında detal istehsalına başlandı; həqiqətən də, cihad əzmli bir hərəkat həyata keçirdilər.

92
00:14:18,710 --> 00:14:28,040
Bunu ilk edən Hava Qüvvələri oldu; əlbəttə ki, sonradan ordunun digər bölmələrində də bu işə start verildi, amma

93
00:14:28,800 --> 00:14:34,660
ilk addımı atan, ilk olaraq təşəbbüs göstərən Hava Qüvvələri oldu.

94
00:14:35,330 --> 00:14:46,440
Müqəddəs Müdafiədə ilk gündən İran xalqına ruh yüksəkliyi verən Hava Qüvvələrinin uçuşları idi.

95
00:14:47,370 --> 00:14:56,800
O vaxt mən deputat idim, çıxıb parlamentdə bunların həyata keçirdiyi uçuşların sayı barədə

96
00:14:56,800 --> 00:15:03,860
məlumat verəndə heyrətdən hamının ağzı açıq qalmışdı. Bir o qədər, özü də möhtəşəm əməliyyatlar həyata keçirmişdilər!

97
00:15:04,840 --> 00:15:11,060
Xəbəri bütün ölkəyə yayıldı, xalqımız bildi, hava qüvvələrimizin güc və əzəmətini hiss etdi. Eynilə ondan sonra da;

98
00:15:11,770 --> 00:15:17,150
istər Ordunun, istərsə də Keşikçi Korpusun həyata keçirdiyi müxtəlif əməliyyatlarda –

99
00:15:17,370 --> 00:15:21,730
xüsusilə də “Vəl-fəcr 8”,

100
00:15:22,530 --> 00:15:28,530
“Kərbəla 5” və sair bu kimi, böyük və önəmli işlərin görüldüyü əməliyyatlarda –

101
00:15:28,930 --> 00:15:33,770
Ordumuzun Hava Qüvvələri həlledici rol oynamışdır.

102
00:15:34,080 --> 00:15:43,110
Şəhid Səttariyə Allah rəhmət etsin; o vaxt o, Havadan Müdafiə Qüvvələrinin zabiti idi.

103
00:15:43,640 --> 00:15:51,460
“Vəl-fəcr 8” əməliyyatında müdafiə işini elə sürət və ciddiyyətlə həyata keçirirdi ki, hamı,

104
00:15:51,770 --> 00:15:59,240
hətta düşmən də heyran qalmışdı; o qədər təyyarəni zərərsizləşdirməyi bacardılar! Hava Qüvvələrimiz özünə hörmət qazanıb.

105
00:15:59,240 --> 00:16:10,930
Ondan sonra da günü bu günə qədər siz layiqincə işləmisiniz. Və işləyin də, əziz gənclər! İşləyin,

106
00:16:11,820 --> 00:16:18,750
çalışın, düşünün, hərəkət etin, yeni addımlar atın, boşluqları doldurun, idarəçiliyi gücləndirin,

107
00:16:19,820 --> 00:16:25,460
xidmət etdiyiniz Hava Qüvvələrində konstruktiv tədbirləri bacardığınız qədər artırın. Mənim sizin problem və sıxıntılarınızdan xəbərim var,

108
00:16:25,950 --> 00:16:28,570
bunlar bütün ölkənin yaşadığı problem və sıxıntılardır.

109
00:16:29,200 --> 00:16:36,220
Bu problemləri, bu boşluqları öz yüksək insan əzminiz, biliyiniz,

110
00:16:36,750 --> 00:16:43,680
təqvanız, Allahın lütfünə ümid və təvəkkülünüzlə doldurun. Doldurmaq olar da;

111
00:16:43,860 --> 00:16:47,600
gör bu günə qədər nə qədər iş görülüb!

112
00:16:47,770 --> 00:16:57,550
Bayaq dediyim o gözlənməyən ruzini ardınca gətirən də məhz Uca Yaradana olan bu ümid və təvəkküldür. Bu nə zaman baş verir?

113
00:16:57,820 --> 00:17:05,020
İnsan öz ağlını Allaha ümid və təvəkkülün işığı altında işə salanda.

114
00:17:05,240 --> 00:17:11,420
Əksinə olanda isə, yox. Əgər ağlımızı

115
00:17:12,040 --> 00:17:20,880
şeytanlara etimadın kölgəsi altında işlətmək istəsək, o zaman hər şey başqa cür olacaq.

116
00:17:21,420 --> 00:17:27,330
Quranın mübarək “Nur” surəsindəki bir ayədə buyurulur:

117
00:17:27,950 --> 00:17:36,530
“Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər”. (“Nur” surəsi, 39-cu ayədən)

118
00:17:37,150 --> 00:17:46,970
İlğım kimidir; suya təşnə olan insan uzaqdan quru torpağı suya bənzədir,

119
00:17:48,170 --> 00:17:50,130
yaxına gələndə isə görür ki:

120
00:17:50,620 --> 00:17:54,570
لَم يَجِدهُ شَيئًا وَ وَجَدَ اللهَ عِندَه

121
00:17:55,280 --> 00:18:06,800
– heç bir şey yoxdur. Şeytanlara ümid bağlamaq budur, maddi, şeytani güclərə ümid bağlamaq budur.

122
00:18:08,800 --> 00:18:16,570
Müxtəlif məsələlərdə – diplomatiyada,

123
00:18:16,570 --> 00:18:27,150
ölkənin problemlərinin həllində, daxildəki işlərin idarə olunmasında, silahlanmada, tədbirli davranmaq, ağılla iş görmək lazımlı bir işdir, elmdə, sənayedə və sairdə rasionallıq,

124
00:18:28,440 --> 00:18:38,530
amma Şeytana, bilavasitə sizin varlığınızın əleyhinə olan birinə inanmaq böyük bir səhvdir.

125
00:18:40,260 --> 00:18:50,130
Bilavasitə İslam Respublikasının varlığını, İslam dininin qüdrət və hakimiyyətini

126
00:18:50,480 --> 00:18:56,480
həzm və qəbul edə bilməyən bir dövlətə etimad etmək, ona ümid bağlamaq olmaz;

127
00:18:57,240 --> 00:19:01,150
کَسَرابٍ بِقيعَةٍ يَحسَبُهُ الظَّمئانُ ماءً

128
00:19:01,820 --> 00:19:10,440
Həmin o ilğım bax budur. Əgər Allaha təvəkkül etsəniz, sizin üçün “رزق لايُحتسب” – hesaba alınmamış ruzi olacaq,

129
00:19:10,840 --> 00:19:14,400
yox əgər Şeytana inansanız,

130
00:19:14,840 --> 00:19:18,710
“کَسَرابٍ بِقيعَةٍ يَحسَبُهُ الظَّمئانُ ماءً” –

131
00:19:18,930 --> 00:19:28,040
ilğımla üzləşəcəksiniz. Hər birimiz – mən də, siz də bunu həmişə yadda saxlamalıyıq; İran xalqının hər bir nümayəndəsi bunu həmişə xatırlamalıdır.

132
00:19:28,570 --> 00:19:32,530
ilahi yardıma ümidlə çalışın, işləyin, təşəbbüs göstərin,

133
00:19:33,240 --> 00:19:41,150
Allahın sizə bəxş etdiyi əsl gücü ortaya qoyun, Uca Yaradana təvəkküllə,

134
00:19:42,040 --> 00:19:45,600
o zaman Allah da sizə kömək edəcək.

135
00:19:46,570 --> 00:19:53,910
Yox əgər oturub Şeytanın – özü də ən böyük Şeytanın – gəlib sizə kömək etməyini gözləsəniz,

136
00:19:54,970 --> 00:20:02,750
o zaman nəsibiniz bayaq dediyim o ilğım olacaq. Ondan bizə heç vaxt xeyir gəlməyəcək.

137
00:20:02,930 --> 00:20:10,750
Birləşmiş Ştatlarda yenicə hakimiyyətə gəlmiş o cənab  deyir ki, siz Amerikaya,

138
00:20:10,750 --> 00:20:15,860
Obama administrasiyasına təşəkkür etməlisiniz! Nəyə görə təşəkkür etməliyik ki?! Qətiyyən təşəkkür-filan etmirik;

139
00:20:16,880 --> 00:20:22,840
xalqımızı və İslam Respublikasını iflic etmək məqsədilə bu ağır sanksiyaları

140
00:20:23,330 --> 00:20:30,530
İran xalqının üzərinə qoyan o təşkilatda o da təmsil olunurdu; dövlətimizi

141
00:20:30,970 --> 00:20:41,640
və xalqımızı iflic vəziyyətinə salacaqlarına ümid edirdilər. Əlbəttə ki, istədiklərinə nail ola bilmədilər, bilməyəcəklər də. Heç vaxt heç bir düşmən İran xalqını iflic vəziyyətinə sala bilməyəcək.

142
00:21:04,440 --> 00:21:12,440
Deyir, “təşəkkür edin”; xeyr, qətiyyən təşəkkür etmirik; axı nə üçün təşəkkür etməliyik ki?! Sanksiyalar üçün?! İŞİD-i yaratdıqları üçün?!

143
00:21:13,910 --> 00:21:20,000
Regionu od-alova bürüdükləri üçün?! Suriya,

144
00:21:20,400 --> 00:21:33,150
İraq müharibə alovu içində qovrulur, nəyə görə təşəkkür etməliyik?! 1388-ci ildə ölkəmizdə törədilən iğtişaşları himayə etdikləri üçün?!

145
00:21:33,910 --> 00:21:41,860
Bir yandan mənə məktub yazıb xoş münasibət və əməkdaşlığını ifadə edir,

146
00:21:42,000 --> 00:21:49,420
bir yandan da açıq-açığına iğtişaşçını dəstəkləyib “Biz sizin arxanızdayıq!” – deyərək

147
00:21:50,000 --> 00:21:58,930
ölkədə fitnə və iğtişaş törətməyə çalışır; münafiqlik bax budur; dəfələrlə dediyim kimi:

148
00:22:00,220 --> 00:22:04,080
məxmər əlcək altında polad əl!

149
00:22:04,350 --> 00:22:11,820
Biz əsla təşəkkür-filan etmirik. Biz onların nələr etdiklərini bilir,

150
00:22:11,950 --> 00:22:19,640
anlayırıq. İndi bu biri çıxıb deyir ki, “ona təşəkkür edin, məndən də qorxun!” Xeyr, heç sizdən də qorxub-eləmirik.

151
00:22:20,480 --> 00:22:31,420
22 bəhmən günü xalqımız küçələrə çıxıb bütün bu hədələrinizin, bu dediklərinizin cavabını verəcək,

152
00:22:31,950 --> 00:22:39,680
İran xalqının təhdidlər qarşısında hansı mövqeyi tutduğunu göstərəcək! Heç kimin hədəsi-filanı da bizi qorxutmur!

153
00:22:39,860 --> 00:22:44,840
Bəli, bu təzə gələnə təşəkkür edirik!

154
00:22:45,910 --> 00:22:51,910
Təşəkkür edirik ki, bizim zəhmətimizi azaldıb, Amerikanın əsl simasını göstərdi.

155
00:22:52,930 --> 00:22:58,480
Bizim Amerikanın hökumət aparatında gedən

156
00:22:58,710 --> 00:23:05,150
siyasi,iqtisadi, əxlaqi, sosial çürümə barədə

157
00:23:05,770 --> 00:23:11,950
otuz neçə il ərzində daim dediklərimizi bu cənab gəlib seçki öncəsi

158
00:23:12,220 --> 00:23:19,640
və ondan sonra açıq-aşkar surətdə ortaya qoydu. Elə indi də gördüyü işlərlə

159
00:23:19,950 --> 00:23:30,620
Amerikanın əslində kim olduğunu, bu dövlət üçün insan haqlarının nə demək olduğunu nümayiş etdirir; beş yaşlı uşağın qolunu qandallayırlar! Bunların insan haqları budur!

160
00:23:31,110 --> 00:23:42,930
İran xalqı öz yolunu tapıb; İran xalqı məntiq, rasionallıq və Allaha təvəkküllə,

161
00:23:43,280 --> 00:23:51,240
qüdrət, sürət və özünəinamla irəli gedərək bu yolu qət edir.

162
00:23:52,310 --> 00:23:58,800
Bu gün İran xalqı öz güc və bacarığına inanır, gənclərimiz özünəinamla işləyir.

163
00:23:59,060 --> 00:24:08,880
Universitetlərimiz, elmi-tədqiqat mərkəzlərimiz yeni ideya və təşəbbüslərlə dolub-doşur

164
00:24:09,020 --> 00:24:14,710
və bu gün elm sahəsində həmin ideya və təşəbbüslər həyata keçirilir. Quruculuq sahəsində,

165
00:24:14,840 --> 00:24:21,420
digər müxtəlif sferalarda da eynilə. Ölkədə birinci sözü rasionallıq deyir,

166
00:24:21,770 --> 00:24:33,280
intəhası bunu Allaha təvəkküllə, Uca Yaradana etimadla edir. Mən bilirəm ki, İran xalqı bu yolda, heç şübhəsiz,

167
00:24:33,680 --> 00:24:39,680
qələbə qazanacaq və arzuladığı nəticələrə, can atdığı ideallara yetişəcək.

168
00:25:00,660 --> 00:25:11,200
İnqilabın əvvəllərində həyatda olduğu o bərəkətli 10 il ərzində

169
00:25:11,200 --> 00:25:16,970
bu məsələlərlə bağlı həqiqətləri İran xalqına açıqlamış dahi liderimiz İmam Xomeyniyə Allah rəhmət etsin.

170
00:25:17,240 --> 00:25:27,640
İmamın çıxışlarına nəzər salın; İmam həm dostu, həm düşməni, həm də İran xalqını yaxşı tanıyırdı;

171
00:25:28,530 --> 00:25:39,060
əsas hədəflərin hansılar olduğunu bilirdi. İmam ona görə öz çıxışlarında dönə-dönə

172
00:25:39,330 --> 00:25:46,260
“Şeytana inanmayın!”, “Düşmənə inanmayın!” – deyir,

173
00:25:46,710 --> 00:25:52,710
israrla bizi düşmənə etimad etməkdən çəkindirir ki, düşməni tanıyır.

174
00:25:53,020 --> 00:26:00,570
Düzdür, biz bütün bunları deyirdik, vurğulayırdıq, amma bu gün hər şey, bizim bütün dediklərimiz açıq-aydın göz önündədir,

175
00:26:00,570 --> 00:26:09,150
hamı bunları görür. Bu cənabın davranışları Amerikanın əslində kim olduğunu, necə olduğunu,

176
00:26:09,820 --> 00:26:17,640
insan haqları, humanizm və sair barədə danışdıqlarının mahiyyətində əslində nələrin gizləndiyini göstərir.

177
00:26:17,640 --> 00:26:25,460
Belə günlər, habelə İmamın öz çıxışlarında vurğuladığı məqamlar ətrafında dərindən düşünməklə

178
00:26:25,730 --> 00:26:32,130
biz məhz bunları öyrənə bilərik. Ümidvaram, Uca Yaradan siz gənclərə hazırlıqlı olub

179
00:26:32,750 --> 00:26:38,400
üzərinizə düşən böyük işi həyata keçirə bilməyiniz üçün mənəvi dəstək olacaq, inşallah.

180
00:26:38,880 --> 00:26:46,130
Sizin nəsil böyük bir iş görməlidir; sizdən əvvəlki nəsil bir sıra önəmli işlər görüb,

181
00:26:46,440 --> 00:26:50,440
lakin digər mühüm işlər də var ki, onları həyata keçirmək sizin öhdənizdədir.

182
00:26:50,660 --> 00:27:00,170
İnşallah, Allaha təvəkküllə özünüzü hazırlayıb bu əmanəti sonrakı nəsillərə ötürün.

183
00:27:00,350 --> 00:27:03,370
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.