1
00:00:00,750 --> 00:00:03,370
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,260 --> 00:00:07,370
الحمدلله ربّ العالمين

3
00:00:08,440 --> 00:00:14,880
و صلوات الله و تحيّاته علي سيّدالانام محمّدٍ المصطفي

4
00:00:15,370 --> 00:00:21,240
و آله الطّيّبين و صحبه المنتجبين

5
00:00:23,150 --> 00:00:26,400
Allah-taala Qurani-Kərimdə buyurur:

6
00:00:26,570 --> 00:00:35,460
“Ruhdan düşməyin və qəmgin olmayın. Əgər möminsinizsə,  siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (“Ali-İmran” surəsi, 139-cu ayə)

7
00:00:37,680 --> 00:00:39,910
Həmçinin buyurur:

8
00:00:40,400 --> 00:00:54,660
“Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O, sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə)

9
00:00:57,060 --> 00:01:06,400
Əziz qonaqlar, möhtərəm məclis rəhbərləri, Fələstinin müxtəlif müqavimət qruplarının başçıları,

10
00:01:06,880 --> 00:01:14,930
İslam dünyasının mütəfəkkirləri, ziyalıları, görkəmli şəxsiyyətləri

11
00:01:15,730 --> 00:01:24,710
və digər bütün azadlıqsevər insanları, əvvəlcə hamınızı salamlayıb xoşgəldin demək

12
00:01:25,770 --> 00:01:31,330
və bu dəyərli toplantıda iştirakınızı yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

13
00:01:33,060 --> 00:01:40,930
Hüzn dolu Fələstin hekayəsi,

14
00:01:41,330 --> 00:01:52,130
bu səbirli, dözümlü, mübariz xalqın məzlumiyyətinin ürək yandıran kədəri azadlıq aşiqi olan, haqqı tələb edən,

15
00:01:52,480 --> 00:02:00,080
ədalət axtaran hər bir bəşər övladı üçün, həqiqətən də, üzücüdür, insanın qəlbinə böyük bir kədər çökdürür.

16
00:02:00,660 --> 00:02:11,420
Fələstinin, onun zalımcasına işğalının, milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinin

17
00:02:12,260 --> 00:02:19,510
və bu qəhrəman xalqın cəsarətli müqavimətinin tarixi eniş-yoxuşlarla doludur.

18
00:02:20,660 --> 00:02:29,370
Tarixin səhifələrini düşünərək vərəqləsək görərik ki,

19
00:02:29,860 --> 00:02:41,330
dünyadakı heç bir xalq, tarixin heç bir mərhələsində belə bir kədərlə, belə bir ağrı-acı ilə belə bir zülmə məruz qalmayıb;

20
00:02:42,000 --> 00:02:49,370
belə bir şey heç vaxt görünməyib ki, trans-regional miqyaslı bir məkrli plan nəticəsində bütöv bir ölkə tamamilə işğal oluna,

21
00:02:49,860 --> 00:02:57,820
xalqı yurd-yuvasından qovula və onların yerinə

22
00:02:58,170 --> 00:03:08,000
dünyanın müxtəlif yerlərindən başqa bir qrup insan gətirilib məskunlaşdırıla; gerçək bir mövcudiyyət görməzliyə vurula

23
00:03:08,440 --> 00:03:12,800
və yerinə saxta bir mövcudiyyət yerləşdirilə.

24
00:03:13,910 --> 00:03:23,020
Tarixin ləkəli səhifələrindən biridir, amma Allahın izni və köməyi ilə,

25
00:03:23,640 --> 00:03:30,750
başqa bütün ləkəli səhifələr kimi, bir gün bu da qapanacaq. Necə ki Qurani-Kərimdə də buyurulur:

26
00:03:31,240 --> 00:03:41,150
“Batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur” (“İsra” surəsi, 81-ci ayədən). Həmçinin buyurur: “Torpağa yalnız Mənim saleh bəndələrim daxil olacaq”. (“Ənbiya” surəsi, 105-ci ayədən)

27
00:03:43,420 --> 00:03:50,620
Sizin konfransınız dünya və regionda çox çətin şəraitin yaşandığı bir vaxtda keçirilir.

28
00:03:51,550 --> 00:04:03,910
Qlobal güclərin Fələstin xalqı əleyhinə yürütdüyü məkrli plana qarşı mübarizəsində fələstinlilərə həmişə arxa-dayaq olmuş regionumuz

29
00:04:04,400 --> 00:04:10,480
bu günlərdə çoxsaylı konflikt və böhranların qurbanına çevrilib.

30
00:04:11,910 --> 00:04:19,730
Regionun bir neçə müsəlman ölkəsində mövcud olan böhranlar

31
00:04:20,130 --> 00:04:29,950
Fələstin məsələsini dəstəkləmə prinsipinin, “Qüdsə azadlıq!” müqəddəs amalının bir qədər arxa palana keçməsinə səbəb olub.

32
00:04:31,420 --> 00:04:42,080
Bu böhranların nəticəsinə diqqət yetirsək, onlardan mənfəət əldə edən güclərin hansılar olduğunu anlaya bilərik.

33
00:04:42,880 --> 00:04:49,460
Regionumuzda sabitlik və inkişafın bərqərar olunmasına əngəl olmaq üçün

34
00:04:49,730 --> 00:05:00,130
nə vaxtsa burada İsrail rejiminin əsasını qoyub region ölkələrini uzunmüddətli bir konfliktə düçar edənlər

35
00:05:01,020 --> 00:05:06,310
indi də hazırkı fitnələrin arxasıncadırlar.

36
00:05:06,570 --> 00:05:17,060
Region xalqlarının öz güc və potensialını bir-birini neytrallaşdırmaq uğrunda

37
00:05:17,460 --> 00:05:22,480
qarşıdurmalara sərf etməsinə səbəb olmuş bu fitnələr

38
00:05:23,460 --> 00:05:34,970
sonda hamını passiv bir vəziyyətə gətirməklə qəsbkar İsrail rejiminin mümkün qədər çox güc və hakimiyyət əldə etməsi üçün şərait yaratmaq məqsədi daşıyır.

39
00:05:36,530 --> 00:05:45,420
Bu arada İslam ümmətinin müdrik və xeyirxah insanlarının

40
00:05:45,860 --> 00:05:55,640
ürək yanğısı ilə bu konfliktlərin həllinə çalışdığını da görürük, amma təəssüf ki, düşmən öz dolaşıq planları sayəsində

41
00:05:56,170 --> 00:06:01,600
bəzi dövlətlərin qəflətdə olmasından yararlanaraq

42
00:06:02,040 --> 00:06:09,460
region xalqlarını vətəndaş müharibəsinə sürükləməyə, onları bir-birinin canına salmağa

43
00:06:09,770 --> 00:06:15,330
və bununla da İslam ümmətinin yaxşılığını istəyən o insanların səylərinin təsirini azaltmağa nail olub.

44
00:06:16,400 --> 00:06:28,530
Burada önəmli olan isə Fələstin məsələsinin əhəmiyyətini zəiflətmək, onu prioritet problem mövqeyindən çıxarmaqdır.

45
00:06:29,770 --> 00:06:37,820
Müsəlman ölkələri arasında müəyyən konfliktlər yaşandığına baxmayaraq (onlardan bəziləri təbiidir,

46
00:06:38,220 --> 00:06:45,820
bəziləri düşmənin məkrli planlarının nəticəsidir, bəziləri isə qəflətdən qaynaqlanır)

47
00:06:46,040 --> 00:06:53,600
Fələstin məsələsi yenə də onların hamısının birliyinin məhək daşı ola bilər və olmalıdır da.

48
00:06:56,840 --> 00:07:06,660
Bu dəyərli konfransın nailiyyətlərindən biri də İslam dünyasının,

49
00:07:06,840 --> 00:07:15,150
eləcə də Yer üzündəki bütün azadlıqsevər insanların birinci dərəcəli prioritetini, yəni Fələstin məsələsini ortaya qoyub,

50
00:07:15,510 --> 00:07:26,310
Fələstin xalqına, onun haqq-ədalət tələb edən mübarizəsinə dəstək olmaq kimi ülvi bir hədəfin reallaşması üçün həmrəylik atmosferi yaratmaqdır.

51
00:07:27,420 --> 00:07:40,480
Fələstin xalqına siyasi dəstək olmaq məsələsi müasir dünyada xüsusi prioritetə malikdir və bu məsələnin əhəmiyyətini heç bir zaman diqqətdən qaçırmaq olmaz.

52
00:07:41,550 --> 00:07:53,510
Hansı siyasi ideya və görüşün daşıyıcısı olmalarından asılı olmayaraq, bütün müsəlman və azadlıqsevər xalqlar bir hədəf ətrafında toplaşa bilərlər: o hədəf Fələstin məsələsidir,

53
00:07:53,820 --> 00:07:57,370
onun azadlığı uğrunda çalışmağın vacibliyidir.

54
00:07:58,310 --> 00:08:05,150
İsrail rejiminin süqutunun,

55
00:08:06,000 --> 00:08:14,710
həmçinin onun əsas müttəfiqləri, xüsusilə də ABŞ-ın zəifləməsinin əlamətləri müşahidə olunmağa başlayandan sonra

56
00:08:15,330 --> 00:08:20,570
yavaş-yavaş beynəlxalq aləmin də

57
00:08:21,020 --> 00:08:31,600
İsrailin qanunsuz, insanlığa ziddi, düşmənçi davranışlarına qarşı mübarizəyə meyilləndiyini görürük.

58
00:08:31,770 --> 00:08:43,110
Əlbəttə, hələ ki dünya ictimaiyyəti və region ölkələri bu humanitar problem qarşısında öhdələrinə düşən məsuliyyəti yerinə yetirə bilməyib.

59
00:08:44,880 --> 00:08:52,170
Fələstin xalqının vəhşicəsinə əzilməsi, genişmiqyaslı həbslər, qətl və qarətlər,

60
00:08:52,710 --> 00:08:58,480
fələstinlilərə məxsus torpaqların işğalı və yerində yəhudi yaşayış məskənlərinin salınması,

61
00:08:58,930 --> 00:09:11,510
müqəddəs Qüds şəhərinin, Məcidül-əqsanın və orada olan, müsəlman və xristian dininə aid digər müqəddəs məkanların sima və mahiyyətinin dəyişdirilməsi üçün göstərilən səylər,

62
00:09:12,170 --> 00:09:20,620
vətəndaşların ilkin hüquqlarının əllərindən alınması və digər bir sıra zülmlər hələ də davam etməkdədir.

63
00:09:21,330 --> 00:09:32,220
Amerika və bəzi digər Qərb dövlətlərindən hərtərəfli dəstək alan bu zülmkar davranışlara

64
00:09:32,840 --> 00:09:40,840
dünya ictimaiyyəti, təəssüf ki, layiqli reaksiya vermir.

65
00:09:41,200 --> 00:09:48,930
Fələstin xalqı Allah-taalanın lütfkarlıq edib bu müqəddəs diyarı,

66
00:09:49,240 --> 00:09:57,020
Məscidül-əqsanı qorumaq kimi böyük bir missiyanı onlara həvalə etməsindən qürur duyur.

67
00:09:57,640 --> 00:10:03,640
Bu xalqın Allah-taalaya təvəkkül edib

68
00:10:04,170 --> 00:10:14,570
öz güc və bacarığına arxalanaraq mübarizə alovunun şöləsini qoruyub saxlamağı qarşısına məqsəd qoymaqdan başqa yolu yoxdur

69
00:10:15,640 --> 00:10:18,710
və indiyə qədər bunu, həqiqətən də, edib.

70
00:10:19,280 --> 00:10:30,170
Hazırda işğal edilmiş torpaqlarda xalqın başladığı 3-cü müqavimət dalğası əvəlki ikisindən daha məzlum olsa da,

71
00:10:31,110 --> 00:10:40,080
əməli cəhətdən daha parlaq və ümidvericidir. İnşallah, bu müqavimət dalğasının

72
00:10:40,350 --> 00:10:46,570
Fələstin xalqının mübarizə hərəkatının tarixində olduqca önəmli bir mərhələ olduğunu,

73
00:10:47,460 --> 00:10:52,970
qəsbkar İsrail rejiminə daha bir məğlubiyyət yaşadığını görəcəyik.

74
00:10:53,550 --> 00:11:03,110
Bu “xərçəng şişi” yarandığı gündən mərhələli şəkildə inkişaf edərək hazırkı bəlaya çevrilib.

75
00:11:03,550 --> 00:11:12,220
Onun əlacı da mərhələli şəkildə edilməlidir. Xalqın ardıcıl müqavimət dalğaları

76
00:11:12,570 --> 00:11:22,480
konkret etaplara aid olan olduqca önəmli hədəfləri reallaşdırmağa müvəffəq olub və Fələstinin tam azadlığı təmin olunana qədər

77
00:11:22,840 --> 00:11:29,420
digər hədəflərini gerçəkləşdirmək üçün yenə də ildırım kimi gurlayaraq irəli sıçrayır.

78
00:11:31,910 --> 00:11:41,730
Dünya sionizmi və onların hegemon himayəçilərinə qarşı mübarizənin ağır yükünü

79
00:11:42,080 --> 00:11:51,550
təkbaşına çiyinlərinə götürmüş böyük Fələstin xalqı müxtəlif iddialarla çıxış edən qrupların

80
00:11:52,000 --> 00:12:00,530
öz iddialarının doğruluğunu praktikada sübuta yetirməsi üçün səbir və dözümlə, lakin möhkəm və sarsılmaz bir şəkildə imkan yaradıb.

81
00:12:00,880 --> 00:12:10,350
Vaxtı ilə hüquqların tam pozulmasının qarşısını almaq üçün təklif olunan minimum hüquqları qəbul etmək,

82
00:12:10,620 --> 00:12:20,970
vəziyyətə realist yanaşmaq vacib olduğu barədə yanlış iddialarla İsrail rejimi ilə kompromisə getmək təklifləri

83
00:12:21,150 --> 00:12:31,280
ciddi surətdə ortaya atılmışdı. O zaman da Fələstin xalqı, hətta bu yanaşmanın doğru olmadığına əvvəlcədən əmin olan cərəyanlar

84
00:12:32,170 --> 00:12:41,460
onların reallaşması üçün şərait yaratdılar. Əlbəttə, İran İslam Respublikası kompromisə getmək metodunun doğru olmadığını elə əvvəldən vurğulamış,

85
00:12:42,310 --> 00:12:47,200
bunun nəticələrinin çox ağır və zərərli olacağı barədə xəbərdarlıq etmişdi.

86
00:12:49,730 --> 00:13:00,930
Kompromis təkliflərinə fürsət verilməsi Fələstin xalqının mübarizə və müqavimət yoluna dağıdıcı təsir göstərsə də,

87
00:13:01,060 --> 00:13:10,710
bunun yeganə faydası vəziyyətə realist yanaşma təsəvvürünün yanlışlığının praktikada öz təsdiqini tapması oldu.

88
00:13:12,000 --> 00:13:21,910
İsrail rejimi kökündən elə bir üsulla formalaşıb ki, o, ekspansionistlikdən, təcavüzkarlıqdan,

89
00:13:22,440 --> 00:13:28,800
fələstinlilərin həqiqi hüquqlarını pozmaqdan əl çəkə bilməz.

90
00:13:30,220 --> 00:13:41,770
Çünki onun varlığı və mahiyyəti Fələstinin varlığı və mahiyyətinin tədricən yox olmasından asılıdır.

91
00:13:43,860 --> 00:13:52,350
İsrailin qeyri-legitim varlığı yalnız o zaman davam edə bilər ki,

92
00:13:52,620 --> 00:13:57,200
Fələstinin varlığı və mahiyyətinin xarabalıqları üzərində qurulmuş olsun.

93
00:13:58,130 --> 00:14:08,750
Elə buna görə də fələstinli kimliyini qoruyub saxlamaq, bu həqiqi və təbii kimliyin bütün nişanələrinin keşiyində durmaq

94
00:14:09,370 --> 00:14:14,880
vacib bir iş, müqəddəs bir cihaddır.

95
00:14:15,950 --> 00:14:28,710
Nə qədər ki Fələstinin adı, xatirəsi yaşayır, bu xalqın hərtərəfli müqavimətinin odu şölələnir,

96
00:14:29,020 --> 00:14:34,570
işğalçı rejimin əsaslarının möhkəmlənməsi mümkün deyil.

97
00:14:37,600 --> 00:14:47,910
Kompomis metodunun problemi təkcə bunda deyil ki, bir xalqın hüquqlarının tapdanmasına göz yumaraq qəsbkar dövlətə legitimlik qazandırır – doğrudur,

98
00:14:48,350 --> 00:15:01,370
bunun özü də böyük və bağışlanmaz bir səhvdir – problem daha çox ondadır ki, Fələstin probleminin hazırkı durumu ilə qətiyyən uyğun gəlmir

99
00:15:02,480 --> 00:15:11,060
və sionistlərin ekspansionist, təcavüzkar və hegemon xislətini nəzərə almır.

100
00:15:12,880 --> 00:15:24,440
Buna baxmayaraq, Fələstin xalqı kompromisə getmək təklifləri üçün də fürsət yaradaraq bu iddiaların yanlış olduğunu sübut edə bilib

101
00:15:25,240 --> 00:15:37,460
və nəticədə Fələstin xalqı arasında öz həqiqi hüquqlarını təmin etmək uğrunda düzgün mübarizə metodları ilə bağlı bir növ milli konsensus formalaşıb.

102
00:15:40,000 --> 00:15:49,370
Fələstin xalqı geridə qoyduğu 30 ildə 2 fərqli metodu təcrübədən keçirib

103
00:15:49,910 --> 00:15:54,400
və hər birinin onun vəziyyətinə nə dərəcədə uyğun gəlib-gəlmədiyini görüb.

104
00:15:55,330 --> 00:16:05,240
Kompromis metoduna əks qütbdə bu xalqa böyük nailiyyətlər qazandırmış “müqəddəs intifada” –

105
00:16:06,130 --> 00:16:10,750
yəni xalqın qəhrəmancasına və ardıcıl müqaviməti modeli durur.

106
00:16:11,770 --> 00:16:19,600
Bu günlərdə müqavimətin üzdəniraq beynəlxalq qurumlar tərəfindən hücumlara məruz qalması,

107
00:16:20,000 --> 00:16:30,130
“intifada” hərəkatı üzərinə şübhə kölgəsinin salınması heç də səbəbsiz deyil. Düşməndən bundan artığını heç gözləmək də olmazdı,

108
00:16:30,660 --> 00:16:40,620
çünki o, xalqın müqavimətinin doğru və effektiv bir yol olduğunu yaxşı bilir. Bununla belə, bəzən müəyyən cərəyanların,

109
00:16:41,020 --> 00:16:49,020
hətta üzdə özünü Fələstin məsələsini dəstəkləyirmiş kimi göstərdiklərinə baxmayaraq,

110
00:16:49,510 --> 00:16:58,840
əslində bu xalqı doğru yolundan sapdırmaq niyyətində olan bəzi ölkələrin müqavimətə hücumlar etdiyini görürük.

111
00:16:59,150 --> 00:17:04,660
Onlar iddia edirlər ki, xalqın müqavimət hərəkatı artıq bir neçə onillik müddətində davam etdiyinə baxmayaraq,

112
00:17:05,110 --> 00:17:12,800
hələ də Fələstinin azadlığını gerçəkləşdirə bilməyib, ona görə də bu metodu bir daha nəzərdən keçirmək lazımdır.

113
00:17:12,970 --> 00:17:21,110
Bu iddianın cavabı belədir: doğrudur, müqavimət hərəkatı hələ özünün son məqsədinə,

114
00:17:21,730 --> 00:17:32,040
yəni Fələstinin tam azad edilməsinə nail ola bilməyib, lakin müqavimət Fələstin məsələsini gündəmdə saxlamağı bacarıb.

115
00:17:33,240 --> 00:17:38,750
Baxmaq lazımdır ki, əgər müqavimət olmasaydı, indi biz nə vəziyyətdə olardıq?

116
00:17:39,550 --> 00:17:47,510
Müqavimətin ən mühüm uğuru sionistlərin planları qarşısında əsaslı maneə yaratmaq olmuşdur.

117
00:17:48,620 --> 00:17:54,750
Müqavimətin uğuru düşməni üzücü bir müharibə aparmağa məcbur etməsindədir;

118
00:17:55,460 --> 00:18:05,280
yəni İsrailin əsas planı olan regionda ağalığı bütünlüklə ələ keçirmək planını iflasa uğrada bilib.

119
00:18:06,040 --> 00:18:13,460
Müqavimət modelinin özünü və İsrail rejiminin qurulması oyununa başlandığı ilk dövrdən bəri

120
00:18:13,820 --> 00:18:24,130
müxtəlif etaplarda mübarizəyə qoşulmuş,

121
00:18:24,350 --> 00:18:35,330
canından keçərək müqavimət bayrağını yüksəklərdə saxlamış və nəsildən-nəsilə ötürmüş qəhrəmanları, həqiqətən də, yüksək qiymərləndirmək lazımdır.

122
00:18:36,310 --> 00:18:41,460
İşğaldan sonrakı dövrdə müqavimətin nə qədər önəmli rol oynadığı heç kəsə gizli deyil

123
00:18:41,950 --> 00:18:49,460
və heç şübhəsiz, müqavimətin hətta 1352-ci – miladi təqvimlə 1973-cü – ildə

124
00:18:49,770 --> 00:19:00,800
baş verən müharibədə qazanılmış kiçik belə olsa qələbədə malik olduğu rolu da görməzliyə vurmaq mümkün deyil.

125
00:19:01,820 --> 00:19:16,000
Müqavimətin yükünün faktiki olaraq Fələstin camaatının üzərinə düşdüyü 1361-ci (miladi təqvimlə 1982-ci) ildən bəri isə fələstinlilərin mübarizə yolunda

126
00:19:17,020 --> 00:19:28,000
onlara dəstək olmaq üçün Livanın islami müqaviməti – “Hizbullah” yarandı.

127
00:19:29,240 --> 00:19:40,170
Müqavimət İsrail rejiminin gücünü sarsıtmasaydı, hazırda onun regionun digər ölkələrinə – Misirdən tutmuş İordaniyaya,

128
00:19:40,880 --> 00:19:49,200
İraqa, Fars Körfəzinə və sairə də əl uzatdığının şahidi olacağdıq. Bəli, bu çox əhəmiyyətli bir nailiyyətdir,

129
00:19:50,710 --> 00:19:58,750
lakin bu, müqavimətin yeganə nailiyyəti deyil. Cənubi Livan və Qəzzanın azad edilməsi

130
00:19:59,330 --> 00:20:06,930
Fələstinin azadlığı prosesində konkret mərhələyə aid olan iki mühüm hədəfin gerçəkləşməsi kimi qiymətləndirilir.

131
00:20:07,150 --> 00:20:15,240
Bu 2 nailiyyət İsrailin coğrafi ərazisinin genişləndirilməsi prosesini əksinə çevirə bilmişdir.

132
00:20:16,400 --> 00:20:23,860
Hicri-şəmsi tarixlə 60-cı, miladi təqvimlə isə 80-ci illərin əvvəllərindən bəri

133
00:20:24,170 --> 00:20:32,930
artıq İsrail rejiminin təklikdə yeni ərazilər işğal etməyə gücü çatmamışdır.

134
00:20:34,130 --> 00:20:42,440
Onun geri çəkilməsi Cənubi Livandan rüsvayçı şəkildə çıxması ilə başlamış

135
00:20:42,750 --> 00:20:48,800
və yenə də Qəzzanı rüsvayçı bir formada tərk etməsi ilə davam etmişdir.

136
00:20:49,280 --> 00:20:56,970
Birinci intifadada müqavimətin əsaslı və həlledici rol oynadığını heç kim inkar edə bilməz.

137
00:20:57,200 --> 00:21:02,570
İsraili sonda Qəzzadan çıxmağa məcbur etmiş

138
00:21:02,970 --> 00:21:09,730
ikinci intifadada da müqavimətin rolu əsaslı və qabarıq idi.

139
00:21:10,130 --> 00:21:22,350
Livandakı 33 günlük müharibə, həmçinin Qəzzada 22, 8 və 51 gün davam etmiş hərbi əməliyyatlar hamısı

140
00:21:22,750 --> 00:21:34,880
müqavimət cəbhəsinin fəaliyyətinin parlaq səhifələridir. Bu uğurlar bütün region xalqlarına, İslam dünyasına və Yer üzündəki bütün azadlıqsevər insanlara qürur hissi yaşatmışdır.

141
00:21:36,880 --> 00:21:44,220
33 günlük müharibədə Livan xalqına və qəhrəman hizbullahçılara yardım etmək üçün

142
00:21:44,480 --> 00:21:55,240
bütün yollar faktiki olaraq bağlanmışdı, lakin Allahın köməyi, mübariz Livan xalqının möhtəşəm gücü sayəsində

143
00:21:55,770 --> 00:22:05,910
İsrail rejimi və onun əsas himayəçisi olan ABŞ elə biabırçı bir məğlubiyyətə uğradı ki,

144
00:22:06,260 --> 00:22:11,550
artıq o diyara hücum etməyə o cür asanlıqla cürət edə bilməyəcəklər.

145
00:22:12,620 --> 00:22:22,660
Hazırda müqavimət cəbhəsinin alınmaz qalasına çevrilmiş Qəzzanın ardıcıl müqaviməti

146
00:22:23,110 --> 00:22:35,730
bir-birinin ardınca baş vermiş bir neçə müharibədə İsrail rejiminin bir xalqın iradəsi qarşısında duruş gətirə bilmək zəif olduğunu göstərdi.

147
00:22:36,880 --> 00:22:43,420
Qəzza döyüşlərinin əsl qəhrəmanı

148
00:22:43,640 --> 00:22:55,200
bir neçə il iqtisadi blokadaya məruz qaldığına baxmayaraq, yenə də öz imanının gücünə arxalanıb bu qalanı müdafiə edən mübariz və cəngavər xalqdır.

149
00:22:56,350 --> 00:23:04,530
Fələstində fəaliyyətdə olan və bu müharibələrdə dəyərli rol oynamış bütün müqavimət dəstələrinə:

150
00:23:05,150 --> 00:23:16,220
İslami Cihad Hərəkatından “Əl-Qüds” briqadalarına, HƏMAS-dan “Əl-Qəssam” briqadalarına, FƏTH-dən “Əl-Əqsa şəhidləri” briqadalarına,

151
00:23:16,880 --> 00:23:29,200
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsindən “Əbu Əli Mustafa” briqadalarına təşəkkür etmək yerinə düşər.

152
00:23:30,000 --> 00:23:31,770
Əziz qonaqlar!

153
00:23:33,640 --> 00:23:41,280
İsrail rejiminin varlığından irəli gələn təhlükələri heç vaxt diqqətdən qaçırmaq olmaz,

154
00:23:42,130 --> 00:23:52,000
buna görə də müqavimət cəbhəsi öz işini davam etdirmək üçün ehtiyac duyduğu bütün vasitələrlə təmin olunmalıdır.

155
00:23:53,020 --> 00:24:01,950
Regionun bütün dövlət və xalqlarının, dünyanın bütün azadlıqsevər insanlarının öhdəsinə

156
00:24:02,260 --> 00:24:08,620
bu mübariz xalqın əsas ehtiyaclarını təmin etməkdə müəyyən vəzifələr düşür.

157
00:24:09,640 --> 00:24:21,820
Çünki müqavimətin əsl dayağı belə qeyrətli və mübariz övladlar yetişdirməyi bacarmış Fələstin xalqının möhkəmliyi və sarsılmazlığıdır.

158
00:24:23,460 --> 00:24:34,000
Fələstin xalqının və Fələstin müqavimət hərəkatının ehtiyaclarının təmin olunması hamının çiyinlərinə düşən həyat əhəmiyyətli bir vəzifədir.

159
00:24:35,060 --> 00:24:42,930
Eyni zamanda hazırda Qəzzada məzlum intifadanın əsas yükünü çiyinlərinə götürmüş

160
00:24:43,640 --> 00:24:48,440
müqavimət qüvvələrinin də əsas ehtiyaclarına etinasız yanaşmaz olmaz.

161
00:24:50,000 --> 00:25:01,730
Fələstinin müqavimət qüvvələri də öz keçmişindən ibrət götürərək bir məqama diqqət yetirməlidir ki, “Fələstin” və “müqavimət” prinsipləri

162
00:25:02,000 --> 00:25:10,260
müsəlman-ərəb ölkələri arasında və ya bu ölkələrin öz daxilində gedən konfliktlərə,

163
00:25:10,530 --> 00:25:17,280
yaxud məzhəb qarşıdurmalarına baş qoşmaqdan daha uca və dəyərlidir.

164
00:25:19,020 --> 00:25:32,310
Fələstinlilər, xüsusilə də müqavimət qrupları sahib olduqları dəyərli mövqeyin qədrini bilməli və bu konfliktlərə qarışmamalıdır.

165
00:25:34,620 --> 00:25:46,350
Müsəlman və ərəb ölkələri, bütün milli və dini cərəyanlar Fələstin ideyasına xidmət etməlidir.

166
00:25:47,110 --> 00:25:59,640
Müqavimət cəbhəsini dəstəkləmək bizim hamımızın borcudur və heç kəsin etdiyi yardımın qarşılığında onlardan nə isə xüsusi bir şey gözləməyə haqqı yoxdur.

167
00:26:00,350 --> 00:26:12,310
Bəli, yardımın yeganə şərti budur ki, bu yardımlar Fələstin xalqını və müqaviməti gücləndirmək üçün sərf olunsun.

168
00:26:15,020 --> 00:26:25,510
Düşmən qarşısında bütün miqyaslarda müqavimət göstərib mübarizə aparmaq ideyasına sədaqət bu yardımların davamlı olmasını zəmanət altına alır.

169
00:26:26,750 --> 00:26:35,460
Bizim müqavimət hərəkatına münasibətdə tutduğumuz mövqe prinsipial bir mövqedir və konkret olaraq hansısa bir qrupla əlaqəsi yoxdur.

170
00:26:37,060 --> 00:26:47,110
Biz bu yolda möhkəm dayanan istənilən qrupu dəstəkləyirik, bu yoldan çıxan istənilən qrup isə bizdən uzaqlaşmış olur.

171
00:26:48,570 --> 00:26:59,640
Bizim islami müqavimət qrupları ilə əlaqələrimizin nə dərəcədə dərin olması yalnız onların müqavimət prinsipinin özünə nə dərəcədə sadiq olub-olmamağından asılıdır.

172
00:27:00,310 --> 00:27:06,660
Qeyd edilməsi vacib olan digər bir mühüm məqam isə Fələstindəki müxtəlif müqavimət qrupları arasında yaşanan fikir ayrılıqlarıdır.

173
00:27:07,770 --> 00:27:16,080
Ayrı-ayrı qruplar arasında siyasi görüşlərlə bağlı olan fikir ayrılığı təbii, dərk olunan bir şeydir

174
00:27:18,000 --> 00:27:29,280
və nə qədər ki bu çərçivədə qalır, çox güman ki, Fələstin xalqının daha sıx həmrəyliyinə və mübarizəsinin daha da zənginləşməsinə səbəb olacaqdır.

175
00:27:29,600 --> 00:27:41,330
Problem isə oradan başlayır ki, bu fikir ayrılıqları çəkişmələrlə və Allah eləməmiş, qarşıdurmalarla nəticələnə;

176
00:27:42,400 --> 00:27:49,640
belə olan halda müxtəlif cərəyanlar bir-birinin gücünü neytrallaşdırmaqla,

177
00:27:49,820 --> 00:27:56,130
faktiki olaraq, hamısının ortaq düşməni olan qüvvələrin dəyirmanına su tökür.

178
00:27:57,640 --> 00:28:07,370
Bütün əsas cərəyanlar aralarındakı fikir ayrılıqlarını, siyasi görüşləri ilə bağlı fərqliliyi düzgün idarə etməli,

179
00:28:08,400 --> 00:28:20,350
öz mübarizə fəaliyyətini elə planlaşdırmalıdırlar ki, yalnız düşmənə təzyiq göstərsinlər və mübarizənin güclənməsinə səbəb olsunlar.

180
00:28:21,280 --> 00:28:29,820
Cihad əsasında milli birlik Fələstin xalqı üçün bir zərurətdir

181
00:28:30,130 --> 00:28:40,620
və ümidvaram, müxtəlif cərəyanlar hamısı bütün Fələstin xalqının iradəsini yerinə yetirərək bu zərurətin reallaşmasına çalışacaq.

182
00:28:42,880 --> 00:28:48,710
Günümüzdə müqavimət cəbhəsi daha bir məkrli planla üz-üzə qalıb:

183
00:28:49,420 --> 00:28:59,370
özünü dost kimi qələmə verənlər Fələstin xalqının müqavimətini

184
00:28:59,680 --> 00:29:09,680
doğru yolundan sapdırıb, onu xalqın düşmənləri ilə əldə etdikləri gizli razılaşmalara qurban vermək istəyir.

185
00:29:11,330 --> 00:29:22,170
Müqavimət cəbhəsi belə tələlərə düşməyəcək qədər müdrikdir; xüsusilə də Fələstin xalqının mübarizə və müqavimətin əsl lideri olması

186
00:29:22,710 --> 00:29:33,280
və bu günə qədər baş vermiş proseslər göstərir ki, bu xalq vəziyyəti düzgün dərk edərək bu cür sapmalara mane olur

187
00:29:34,260 --> 00:29:40,350
və əgər Allah eləməmiş, müqavimət cərəyanlarından hansısa belə bir tələyə düşsə,

188
00:29:40,660 --> 00:29:45,640
öz ehtiyacını yenidən təmin edib onun yerini doldura bilər.

189
00:29:47,020 --> 00:29:59,730
Əgər hansısa bir qrup mübarizə bayrağını yerə qoysa, heç şübhəsiz, Fələstin xalqının içərisindən o bayrağı əlinə alacaq başqa bir qrup çıxacaq.

190
00:30:03,110 --> 00:30:09,950
Hörmətli iştirakçılar, sözsüz ki, siz bu toplantıda yalnız Fələstin problemi ilə məşğul olacaqsınız.

191
00:30:10,220 --> 00:30:17,370
Təəssüf ki, son illərdə bu məsələyə lazımi qədər diqqət yetirilmir, etinasızlığa yol verilir.

192
00:30:17,950 --> 00:30:25,370
Regionun və İslam dünyasının müxtəlif yerlərində mövcud olan böhranlar, sözsüz ki, diqqətəlayiqdir,

193
00:30:26,080 --> 00:30:31,280
lakin bu konfrans məhz Fələstin problemi ilə bağlıdır, bu məqsədlə təşkil olunub.

194
00:30:32,000 --> 00:30:40,840
Bu konfrans bütün müsəlmanların və region xalqlarının get-gedə aralarındakı

195
00:30:41,020 --> 00:30:48,130
ortaq cəhətləri rəhbər tutaraq yaşanan konfliktləri cilovlaması,

196
00:30:48,310 --> 00:30:59,910
onları bir-bir həll edərək Məhəmməd (s) ümmətini mümkün qədər daha çox gücləndirməsi üçün bir örnək ola bilər.

197
00:31:02,620 --> 00:31:12,040
Möhtərəm qonaqlar, dəyərli iştirakınıza görə sonda bir daha sizə təşəkkür etməyi lazım bilirəm.

198
00:31:12,350 --> 00:31:18,130
Həmçinin İslami Şura Məclisinin sədrinə

199
00:31:18,310 --> 00:31:27,730
və onun 10-cu parlamentdəki həmkarlarına da bu konfransın təşkil olunması üçün çəkdikləri zəhmətə görə təşəkkürümü bildirirəm.

200
00:31:28,080 --> 00:31:37,730
Allah-taaladan sizin hamınıza İslam dünyasının başlıca problemi,

201
00:31:37,950 --> 00:31:45,600
bütün müsəlmanları, eləcə də yer üzünün bütün azadlıqsevər insanlarını birləşdirən əsas mehvər kimi Fələstin probleminin həllinə xidmət etməkdə

202
00:31:46,080 --> 00:31:52,530
mənəvi dəstək olmasını diləyirəm. Bütün İslam şəhidlərinin,

203
00:31:53,150 --> 00:31:58,840
xüsusilə də İsrail rejiminə qarşı müqavimət göstərərək dünyadan getmiş aliməqam şəhidlərin,

204
00:31:59,200 --> 00:32:04,260
müqavimət cəbhəsinin bütün sadiq döyüşçülərinin,

205
00:32:04,660 --> 00:32:17,600
habelə İslam Respublikasının banisi, Fələstin məsələsinə ən çox can yandıran İmam Xomeyninin (r.ə) pak ruhuna Allahdan rəhmət diləyirəm. Sizə qələbə və müvəffəqiyyət arzulayıram.

206
00:32:18,080 --> 00:32:21,150
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.