1
00:00:00,750 --> 00:00:03,510
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,310 --> 00:00:12,040
Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!

3
00:00:13,600 --> 00:00:21,370
Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal!

4
00:00:21,680 --> 00:00:27,820
Allahım, Fatiməyə, onun atasına, ərinə və oğullarına Öz salamını nəsib et!

5
00:00:31,600 --> 00:00:44,040
Əziz həmvətənlərim, Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu və Novruz bayramı münasibətilə

6
00:00:44,930 --> 00:00:49,550
hamınızı təbrik edirəm!

7
00:00:51,330 --> 00:00:59,110
Əziz həmvətənlərim, böyük İran xalqı,

8
00:00:59,950 --> 00:01:10,000
gənclər, xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri, bayramınız mübarək olsun!

9
00:01:10,480 --> 00:01:16,530
Xüsusilə də şəhid ailələrini, müharibə əlillərini və veteranlarını, onların ailə üzvlərini,

10
00:01:17,460 --> 00:01:25,950
həmçinin Novruz bayramını tanıyan və qeyd edən bütün xalqları təbrik edirəm.

11
00:01:28,800 --> 00:01:36,080
Uca Allaha şükürlər olsun ki,

12
00:01:36,750 --> 00:01:44,660
əziz İran xalqımı Novruz bayramı münasibətilə təbrik etməyi mənə bir daha nəsib etdi.

13
00:01:47,370 --> 00:01:53,910
Ümidvaram, irəlidə xalqımızı yaxşı,

14
00:01:54,710 --> 00:02:04,220
bərəkətli, asayiş və rifah dolu bir il gözləyir, inşallah,

15
00:02:04,800 --> 00:02:17,370
1396-cı il İran xalqı və bütün dünya müsəlmanları üçün gözəl bir il olacaq.

16
00:02:19,600 --> 00:02:35,680
Qoy bütün İran ailələri, əziz iranlılarımız hamısı ölkəmizə bu dəqiqələrdə qədəm qoyan yeni ildə ilahi lütf, rəhmət və bərəkətə layiq görülsün, inşallah!

17
00:02:38,000 --> 00:02:48,970
Geridə qoyduğumuz 1395-ci ili dəyərləndirmək istəsək, deməliyik ki,

18
00:02:49,860 --> 00:02:59,860
bütün illər kimi, ötən il də həm sevincli, həm də kədərli, acılı-şirinli xatirələrlə yadda qaldı;

19
00:03:00,480 --> 00:03:11,060
acılı-şirinli xatirələr deyərkən mən şəxsi həyatımızı yox, bütövlükdə xalqımızın yaşantılarını nəzərdə tuturam.

20
00:03:13,640 --> 00:03:26,350
Ötən il həm xoş, şirin anlarımız oldu, sevindik – bu sevinc isə milli qürurumuzun ucaldığı, milli təhlükəsizliyimizin təmin olunduğu,

21
00:03:28,000 --> 00:03:38,660
xalq arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğu, ölkənin hər yerində mömin,

22
00:03:42,080 --> 00:03:54,260
inanclı topluma xas tədbirlərin gerçəkləşdiyi vaxtlarla bağlı idi – həm də acı, xoşagəlməz anlarımız oldu ki,

23
00:03:56,170 --> 00:04:06,000
bunlar da əsasən xalqımızın yaşadığı iqtisadi və sosial problemlərlə əlaqəli idi;

24
00:04:06,750 --> 00:04:21,950
bu barədə bir qədər sonra danışacağam. 1395-ci ildə ölkəmizin nüfuzu, xalqımızın qürur və heysiyyəti əvvəldən sona qədər müşahidə olundu. Dünyanın hər yerində düşmənlərimiz İran xalqının qüdrət və əzəmətini etiraf etdilər.

25
00:04:23,510 --> 00:04:32,530
Ötən il baş vermiş müxtəlif olayların hamısında İran xalqının kimliyi, qürur və heysiyyəti özünü göstərdi.

26
00:04:34,480 --> 00:04:45,950
ABŞ prezidentinin İran İslam Respublikasına qarşı müəyyən epizodda hörmətsizliyə yol verməsi ilə xalqımız

27
00:04:46,440 --> 00:04:53,950
22 bəhmən günü böyük izdihamla, coşğu və qeyrətlə küçələrə çıxaraq onun cavabını verdi.

28
00:04:54,130 --> 00:05:07,060
Qüds günü, mübarək Ramazan ayında milyonlarla insanımız bu ölkənin mahiyyətini və hədəflərini bütün dünyaya nümayiş etdirdi.

29
00:05:10,350 --> 00:05:19,910
Regionumuzun və demək olar, beynəlxalq arenanın o təlatümlü şəraitində ölkəmizdə yaşanan təhlükəsizlik

30
00:05:20,260 --> 00:05:31,550
İran xalqı üçün çox böyük və önəmli bir göstərici idi. Bu gün ölkəmizin şərqindən və cənub-şərqindən tutmuş

31
00:05:31,820 --> 00:05:46,000
şimal-qərbinə qədər ətrafımızda yerləşən qonşu ölkələrdə asayiş və təhlükəsizlik pozulub, regionumuzda vəziyyət gərgindir,

32
00:05:46,340 --> 00:05:54,450
İran xalqı isə, Allaha şükürlər olsun ki, ötən ili davamlı təhlükəsizlik şəraitində keçirdi.

33
00:05:56,510 --> 00:06:07,940
Bayaq mən xalqımızın arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğunu dedim.

34
00:06:08,170 --> 00:06:16,740
Ötən il ölkəmizin dörd bir yanında minlərlə gənc kollektivin həyata keçirdiyi işləri gördük,

35
00:06:17,080 --> 00:06:27,710
bu barədə məlumat aldıq. Gənclərimiz müxtəlif sferalarda – istər elm sahəsində, istər mədəniyyətdə, istər idmanda, istər istehsalatda

36
00:06:27,940 --> 00:06:40,110
əmək fəaliyyəti ilə məşğuldurlar, işləyirlər, yeni-yeni işlərlə, təşəbbüslərlə çıxış edirlər və ölkənin gələcəyi üçün dəyərli ehtiyat hazırlayırlar.

37
00:06:41,020 --> 00:06:55,880
Az öncə mən ölkəmizin hər yerində inanclı topluma xas tədbirlərin gerçəkləşdiyini qeyd edərkən il boyu isti, səmimi bir atmosferdə təşkil edilən izdihamlı, effektiv dini məclisləri nəzərdə tuturdum;

38
00:06:56,280 --> 00:07:09,370
imamlarla (ə), önəmli dini məsələlərlə bağlı tədbirləri, Ramazan ayındakı etikaf və ibadətləri,

39
00:07:09,820 --> 00:07:24,800
Ərbəin yürüşünü, məhərrəm ayının ilk on günündə, habelə Aşura günü təşkil edilən məclisləri deyirdim; bunlar ölkəmiz və xalqımız üçün müsbət, sevindirici məqamlardır.

40
00:07:26,510 --> 00:07:36,400
Xalqımızın çətinlik və acıları isə əsasən yaşadığı iqtisadi problemlərlə bağlı idi.

41
00:07:37,480 --> 00:07:46,110
Orta və yoxsul təbəqə il boyu bu problemlərlə üz-üzə idi və elə indi də belədir.

42
00:07:47,310 --> 00:07:57,020
Əhalinin vəziyyətindən xəbərdar olduğuma görə mən bu çətinliyi, bu acını bütün varlığımla hiss edirəm;

43
00:07:57,420 --> 00:08:05,370
insanlarımızın, xüsusilə də yoxsul təbəqənin

44
00:08:05,880 --> 00:08:14,050
iqtisadi problemlər ucbatından üzləşdiyi çətinliklərin – bahalığın, işsizliyin,

45
00:08:14,400 --> 00:08:23,710
cürbəcür sosial bəlaların (hərçənd bunların da kökündə əsasən iqtisadi problemlər durur), təbəqələşmənin nə qədər acı və xoşagəlməz olduğunu bilirəm.

46
00:08:24,570 --> 00:08:32,740
Bu baxımdan hamımızın öhdəsinə müəyyən vəzifə düşür; həm Allah-taalanın qarşısında məsuliyyət daşıyırıq, həm də xalqın qarşısında cavab verməliyik.

47
00:08:34,050 --> 00:08:46,620
“Əməli tədbirlər ili” elan etdiyim 1395-ci ildə mən rəsmilərimizdən bir Əməli Tədbirlər Qərargahı təsis etmələrini istədim, təsis etdilər də.

48
00:08:47,250 --> 00:08:54,850
Sevindirici haldır ki, həmin qərargah tərəfindən çox yaxşı işlər həyata keçirildi, bu barədə bizə vaxtaşırı məlumat da verdilər.

49
00:08:54,850 --> 00:09:04,680
Lakin bütün bunlar xalqımızın və eləcə də mənim gözləntilərimi tam olaraq doğrultmayıb;

50
00:09:06,620 --> 00:09:20,400
ona hələ var. Çıxışımda da qeyd edəcəyəm ki, rəsmilərimizin özlərinin təqdim etdiyi statistik göstəricilərdən bəziləri çox yaxşıdır, müsbətdir,

51
00:09:20,620 --> 00:09:29,420
bəziləri isə yox, təqdirəlayiq deyil. Bütün bunlara paralel şəkildə yanaşmaq lazımdır.

52
00:09:32,110 --> 00:09:41,200
Müqavimət iqtisadiyyatı bütöv bir kompleksdir; əgər bu kompleksə

53
00:09:41,880 --> 00:09:49,650
yalnız “müqavimət iqtisadiyyatı” kimi yanaşılsa, nəticələri bir o qədər də effektiv olmaya bilər.

54
00:09:49,880 --> 00:09:58,220
Şəxsən mən çıxış yolunu bunda görürəm ki, bu kompleksin önəmli məqamlarını müəyyənləşdirək,

55
00:09:58,620 --> 00:10:06,280
hər bir önəmli, belə desək, “açar” məqam üçün konkret zaman müddəti ayıraq

56
00:10:06,570 --> 00:10:20,000
və rəsmilərdən, göz önündə olan insanlardan, habelə əhalidən bütün güc və diqqəti məhz həmin “açar məqam”a yönəltmələrini istəyək.

57
00:10:20,970 --> 00:10:31,540
Zənnimcə, çıxış yolu bu il məhz həmin açar məqamı düzgün müəyyənləşdirməkdir.

58
00:10:31,880 --> 00:10:39,200
Mənim fikrimcə, o açar məqam istehsaldan – daxili istehsaldan ibarətdir;

59
00:10:39,420 --> 00:10:48,000
həmçinin məşğulluq, xüsusilə də gənclərin məşğulluğu; əsas açar məqamlar bunlardır.

60
00:10:49,310 --> 00:11:01,020
Əgər biz diqqəti bu iki məqam üzərində cəmləşdirib, fəaliyyətimizi məhz bu əsasda proqramlaşdıra bilsək,

61
00:11:01,420 --> 00:11:05,940
düşünürəm ki, işlər xeyli dərəcədə irəliləyəcək

62
00:11:06,110 --> 00:11:12,740
və diqqətəlayiq, hiss olunan uğurlar əldə olunacaq.

63
00:11:13,540 --> 00:11:23,370
İnşallah, çıxışımda mən bu iki əsas, açar məqamın tələb etdiyi xüsusiyyətlərdən də danışacağam.

64
00:11:23,710 --> 00:11:32,570
Odur ki mən bu ili “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” ili elan edirəm;

65
00:11:32,800 --> 00:11:40,620
yəni ilin ümumi şüarı “Müqavimət iqtisadiyyatı”dır, ardınca isə istehsal və məşğulluq gəlir.

66
00:11:40,740 --> 00:11:47,250
Hamımızın diqqətini cəmləməli olduğu əsas məqamlar bunlardır.

67
00:11:47,650 --> 00:11:57,770
Mənim, eləcə də xalqımızın dəyərli və möhtərəm rəsmilərimizdən istəyi odur ki, bütün diqqət və səylərini bu iki əsas məqam üzərində cəmləyərək

68
00:11:58,110 --> 00:12:10,450
planlı surətdə işləsinlər və inşallah, fəaliyyətlərinin müsbət nəticələri haqda ilin sonunda xalqa məlumat verə bilsinlər.

69
00:12:10,970 --> 00:12:23,200
Ümidvaram, qarşıladığımız bu il Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) inayəti, şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarının duaları sayəsində

70
00:12:23,650 --> 00:12:32,000
hamınız üçün sevinc, gözəllik, asayiş və rifah dolu bir il olacaq.

71
00:12:32,000 --> 00:12:36,000
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.