1
00:00:00,260 --> 00:00:02,660
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,880 --> 00:00:05,550
الحمدللّه ربّ العالمين

3
00:00:05,770 --> 00:00:11,820
والصّلاة والسّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:21,770 --> 00:00:26,440
و علي آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:28,570 --> 00:00:36,040
سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين

6
00:00:37,510 --> 00:00:41,820
Əziz qardaş və bacılar, xoş gəlmisiniz!

7
00:00:42,000 --> 00:01:00,620
Hər ilin 29 bəhmən günü sizin gəlişiniz sayəsində bu hüseyniyədə ən möhtəşəm, izdihamlı günlərdən biri yaşanır.

8
00:01:03,770 --> 00:01:15,950
Təbriz və Azərbaycan əhalisi ilə görüşməyə daim can atan biri olaraq, mənim üçün də gözəl bir fürsət yaranır ki,

9
00:01:17,680 --> 00:01:33,020
o diyarın əziz camaatının hamısı ilə olmasa da, oranın gənclərindən, rəsmilərindən, böyük din alimlərindən,

10
00:01:34,440 --> 00:01:40,000
əhalisindən bir qrupu ilə burada, bu hüseyniyədə görüşüm.

11
00:01:41,280 --> 00:01:51,060
Çox xoş gəlmisiniz! Bütün təbrizlilərə,

12
00:01:52,620 --> 00:02:04,710
həmçinin Azərbaycanın digər şəhərlərinin əhalisinə də mənim salamımı çatdırın. Qalan həmşərilərimə də məndən salam yetirin.

13
00:02:07,640 --> 00:02:21,600
29 bəhmən məsələsi sırf tarixi bir məsələ deyil; bu bir ibrət dərsidir, təbrizlilərə və azərbaycanlılara ad qazandırmış bir gündür.

14
00:02:23,950 --> 00:02:33,510
Əziz gənclər, sizə deyim ki, Azərbaycan və Təbriz əhalisi

15
00:02:34,930 --> 00:02:47,950
təkcə İslam İnqilabında və 29 bəhməndə yox (belə ki 29 bəhmən növbəti ilin 22 bəhmən günü

16
00:02:49,370 --> 00:02:55,020
inqilabın qələbə çalması üçün hərəkətverici qüvvə rolunu oynadı,

17
00:02:56,750 --> 00:03:03,420
bu işin həyata keçirilə bilməsi üçün təkan oldu; prosesləri inkişaf etdirdi, işi irəli atdı)

18
00:03:05,020 --> 00:03:17,110
ölkədə hələ 120-130 il əvvəl baş verən bütün ictimai dəyişikliklərdə,

19
00:03:17,950 --> 00:03:33,460
bütün önəmli siyasi proseslərdə mübarizənin əsas mehvərlərindən biri olub;

20
00:03:35,280 --> 00:03:41,240
qoy gənclərimiz bunu bilsin; Azərbaycanın kimliyi, siması budur.

21
00:03:42,930 --> 00:03:55,640
Tənbəki olayları – mərhum müctəhid Hacı Mirzə Cavad Təbrizi, Məşrutə məsələsi –

22
00:03:55,950 --> 00:04:07,060
Azərbaycanın Məşrutə olayları məşhurdur, neft sənayesinin ingilislərdən alınaraq milliləşdirilməsi –

23
00:04:07,370 --> 00:04:11,950
bütün bu proseslərdə önəmli rol oynamış bölgələrdən biri də Azərbaycandır.

24
00:04:13,370 --> 00:04:24,080
Azərbaycan əhalisi həm İslam İnqilabında, həm 8 illik Müqəddəs Müdafiə savaşında, həm də müharibədən əvvəl

25
00:04:24,710 --> 00:04:33,860
Təbriz və Azərbaycanın özündə baş verən hadisələrdə mühüm rola malik olmuşdur.

26
00:04:36,750 --> 00:04:42,040
İnqilabın əvvəllərində əks-inqilabi fəaliyyətə keçərək

27
00:04:42,710 --> 00:04:51,510
inqilabçı İran xalqı arasında qırılma yaratmaq istəyən marginal bir qrup

28
00:04:52,880 --> 00:05:00,170
Təbrizin bu iş üçün münasib bir yer ola biləcəyini düşünmüş

29
00:05:00,310 --> 00:05:13,110
(onu da deyim ki, ingilislərin və İrana zidd qüvvələrin yürütdüyü köhnə siyasətlərdən biri də budur) və gedib orada iğtişaş törətmişdi.

30
00:05:15,020 --> 00:05:24,400
O vaxt mən İnqilabi Şuranın üzvü idim; bu məsələ Tehranda müzakirə olunurdu, bəzi insanlar narahat idi, amma İmam Xomeyni buyurdu ki, heç kim narahat olmasın,

31
00:05:24,750 --> 00:05:32,310
təbrizlilər özləri onların cavabını verəcək; elə belə də oldu; başqa heç kimə ehtiyac yox idi;

32
00:05:34,620 --> 00:05:45,460
Azərbaycan əhalisi bu cürdür. Müharibə dövründə Azərbaycanın Aşura diviziyası avanqard diviziyalardan biri idi; təkcə o diviziya da deyildi,

33
00:05:47,280 --> 00:05:54,750
Azərbaycanın din alimləri, əhalisinin müxtəlif təbəqələri,

34
00:05:55,640 --> 00:06:01,460
arxa cəbhədəki qurumları hamısı meydanda idi; Azərbaycanın tarixi budur.

35
00:06:02,400 --> 00:06:12,130
Azərbaycan ölkədə etnik zəmində qarşıdurma yaratmaq istəyənlərə qarşı

36
00:06:12,480 --> 00:06:19,460
həmişə bir yumruq kimi birləşib və bu mübarizəsini bu gün də davam etdirir.

37
00:06:19,680 --> 00:06:26,750
Bəli, bilirik ki, ölkəmiz müxtəlif dillərdən, müxtəlif xalqlardan təşkil olunub:

38
00:06:27,060 --> 00:06:32,800
türk var, fars var, ərəb var, bəluc var, lor var, kürd var.

39
00:06:34,620 --> 00:06:45,770
Bu çoxmillətlilik gözəl bir fürsətdir, amma düşmən həmişə bundan xalq arasına nifaq, ikitirəlik salmaq üçün istifadə etməyə çalışıb.

40
00:06:47,600 --> 00:06:56,840
İranda yaşayan böyük etnoslar və əlbəttə ki,

41
00:06:58,040 --> 00:07:06,130
hamısından yüksək səviyyədə olmaqla Azərbaycan əhalisi düşmənlərin bu xəbis siyasətinə qarşı daim mübarizə aparıb.

42
00:07:06,840 --> 00:07:12,840
Ölkəmizin hər yanında əziz gənclərimiz buna diqqət yetirsinlər:

43
00:07:13,820 --> 00:07:23,640
düşmən bu ölkənin müstəqilliyini, bu inqilabın əsaslarını dağıdıb məhv etmək üçün

44
00:07:24,000 --> 00:07:33,950
zəlzələ yarada biləcəyini düşündüyü istənilən xırda çatı böyütməyə göz dikib.

45
00:07:34,350 --> 00:07:42,750
Bütün imkanlardan istifadə etmək istəyir, nə isə bir boşluq, bir çat axtarıb tapa biləcəyini düşünür.

46
00:07:43,060 --> 00:07:50,170
Halbuki heç bir çat yoxdur, xalqımız bir yumruq kimi birgədir, bölünməzdir.

47
00:07:50,530 --> 00:07:57,200
Bax elə siz təbrizlilər, azərbaycanlılar; hansı hislərlə yaşadığınızı özünüz çox gözəl bilirsiniz.

48
00:07:57,200 --> 00:08:08,080
Bayaqkı şeirdə deyilirdi ki, “Beyətdə vəfadarıq, biz and ola Qurana!”

49
00:08:09,110 --> 00:08:21,600
Siz özünüz bunu bilirsiniz, bu, dəqiq, sorğu-sualsız belədir. Azərbaycanlılar təkcə dildə yox, əməldə də bunu sübut ediblər

50
00:08:46,260 --> 00:08:58,260
və araqarışdıran, təhrikçi düşmənin qarşısında durduqlarını göstəriblər.

51
00:08:59,020 --> 00:09:09,680
Mənim əzizlərim! Xoşbəxtlikdən, İranda yaşayan digər etnoslar da bu cürdür. Xorasanlılar da –

52
00:09:10,440 --> 00:09:18,840
Şərqi Xorasandakı məzhəb fərqliliyinə baxmayaraq – kürdlər də, bəluclar da eynilə belədir.

53
00:09:20,080 --> 00:09:30,310
İnqilabın əvvəllərində bəluclar arasında inqilabın düşmənləri qarşısında sinəsini sipər etmiş din alimləri var idi.

54
00:09:30,310 --> 00:09:37,460
Mən bir müddət orada olmuşdum, oranın din alimlərini tanıyırdım. Qoy adlarını da çəkim, camaat onları tanısın: mərhum Mövləvi Əbdüləziz Sadati –

55
00:09:37,730 --> 00:09:47,370
səravanlı idi; qoca bir kişi idi, bir dəri, bir sümük,

56
00:09:48,530 --> 00:09:55,640
amma inqilabın düşmənlərinin, inqilabı tənqid edənlərin, inqilabda nöqsan axtaranların qarşısında dayanıb

57
00:09:56,310 --> 00:10:00,040
onu müdafiə edirdi; bəluc idi, məzhəbi sünni idi.

58
00:10:01,640 --> 00:10:13,370
Kürdüstanda mərhum Şeyxülislam – Sənəndəcdə çox güclü, tutarlı bir nitqlə çıxış etmişdi;

59
00:10:14,800 --> 00:10:20,620
sünni idi – kürdlər şafeidir – amma inqilabı müdafiə edirdi,

60
00:10:20,840 --> 00:10:27,730
çünki inqilabın İslamın bayrağını ucaltdığını görürdü.

61
00:10:28,480 --> 00:10:36,130
Əks-inqilabçılar Şeyxülislamı o çıxışına, o mövqeyinə görə şəhid etdi.

62
00:10:36,930 --> 00:10:47,730
Xuzestanda ərəb gənclər Səddam rejiminin hücumunun qarşısında durdular.

63
00:10:48,040 --> 00:10:55,330
Onlar da ərəb idi, bunlar da, amma bu ərəb İran İslam Respublikasının müdafiəsinə qalxdı. Xuzestan ərəblərindən,

64
00:10:56,220 --> 00:11:07,330
Əhvaz camaatından olan gənc komandir, şəhid Əli Haşeminin və başqalarının adları heç vaxt unudulmayacaq. Bu insanlar

65
00:11:08,480 --> 00:11:14,880
Səddam ordusunun qarşısında durdular. Onlar da ərəbcə danışırdı, bunlar da, amma bu insanlar həqiqəti dərk etdilər,

66
00:11:15,060 --> 00:11:20,970
düşmənin çirkin planını anladılar və onun əleyhinə çıxdılar; İranda yaşayan digər xalqar da eynilə.

67
00:11:20,970 --> 00:11:28,970
Hamısından daha irəli və yaxşı olan isə azərbaycanlılardır. Nə qədər oturub plan cızsalar da, nə qədər danışsalar da,

68
00:11:29,680 --> 00:11:46,350
nə qədər pul xərcləsələr də, neftdən gələn dollarları Qarunların pul kisəsindən çəkib çıxararaq ölkəmizdə konflikt və ikitirəlik yaratmaq üçün nə qədər xərcləsələr də, bacarmayacaqlar.

69
00:11:47,330 --> 00:11:55,950
Xalqımız birgədir, bölünməzdir. Bu gün mən bu barədə danışıram, eyni zamanda

70
00:11:56,130 --> 00:12:02,750
22 bəhmən haqqında da danışacağam, rəsmilər və onların daşıdığı məsuliyyət haqqında da danışacağam;

71
00:12:03,150 --> 00:12:10,480
bütün bunları paralel surətdə nəzərdən keçirmək lazımdır. İran xalqı ayaq üstədir, birgədir.

72
00:12:11,110 --> 00:12:20,930
Bir qrup adam var ki, elə bil, dilləri elə “milli barışıq, milli barışıq” deməyə öyrəşib. Məncə, bu sözlərin heç bir mənası yoxdur;

73
00:12:22,220 --> 00:12:33,240
bizim xalqımız birdir, birgədir. Harada ki söhbət İslamdan, İrandan, müstəqillikdən,

74
00:12:33,770 --> 00:12:41,060
düşmənə qarşı mübarizədən gedir, o yerdə bizim xalqımız bütün varlığı ilə ayaq üstədir, mübarizəyə hazırdır.

75
00:12:42,260 --> 00:12:49,020
Hansısa siyasi məsələdə iki nəfər arasında fikir ayrılığı ola bilər, amma bunun birliyimizə heç bir təsiri yoxdur. “Barışıq” nədir?

76
00:12:49,370 --> 00:13:00,800
Məgər küsüblər ki, barışalar da?! Qəzetlər belə ifadələrə qol-qanad verir, daha anlamırlar ki, bunlar problem yaradır.

77
00:13:01,280 --> 00:13:07,950
Siz “barışıq” deyəndə, belə çıxır ki, arada nə isə küsülülük var; halbuki heç bir küsülülük-filan yoxdur.

78
00:13:07,950 --> 00:13:16,130
Bəli, bizim xalqımız Aşura gününə qarşı təhqirə yol verənlərlə küsülüdür.

79
00:13:40,970 --> 00:13:55,770
Bizim xalqımız Aşura günü hoqqabazlıq edərək küçədə bəsici bir gənci

80
00:13:56,880 --> 00:14:07,950
qəddarcasına, həyasız bir şəkildə soyundurub döyənlərlə küsülüdür. Heç barışmayacaq da;

81
00:14:10,400 --> 00:14:22,170
nə bunlarla, nə də “Seçki bizim üçün bəhanədir, hədəfimiz İslam rejiminin özüdür!” – deyib İslam İnqilabının özünə

82
00:14:23,550 --> 00:14:33,680
mənfi münasibət bəsləyənlərlə. Əlbəttə ki, belələrinin sayı azdır, bir ovuc adamdır. Nəhəng bir okean olan İran xalqı ilə müqayisədə bunlar bir damcıdır, heç nədirlər.

83
00:14:34,080 --> 00:14:46,130
Bu okean bir bütövdür, ayrılmazdır. Bu birlik var, olmalıdır və günü-gündən gücləndirilməlidir.

84
00:15:09,730 --> 00:15:16,260
Allaha şükürlər olsun ki, Azərbaycanın ziyalıları və fəal ictimai xadimləri bu məqamlara həmişə diqqət yetiriblər.

85
00:15:17,150 --> 00:15:24,000
Qeyrətli Azərbaycan gəncləri, Azərbaycan əhalisinin müxtəlif təbəqələri

86
00:15:24,530 --> 00:15:35,150
bu məqama həmişə diqqət yetirərək düşmənin məkrli planlarına, təhrikçi fəaliyyətlərinə daim müqavimət göstərib,

87
00:15:36,710 --> 00:15:48,930
milli birliyi müdafiə edib, bu yolda canından keçib.

88
00:15:51,330 --> 00:16:01,730
Birinci növbədə siz özünüz, eləcə də bizlər, bütün rəsmilər və bütövlükdə xalqımız Azərbaycanın qədrini bilməliyik.

89
00:16:03,330 --> 00:16:11,420
Azərbaycan İslam İnqilabı və İslam dövləti üçün güclü bir nöqtədir. Bu, birincisi.

90
00:16:13,330 --> 00:16:23,550
22 bəhmənə gəlincə; əvvəla, mən bütün İran xalqına səmimi-qəlbdən təşəkkür etməliyəm.

91
00:16:24,440 --> 00:16:36,040
Bu ilin 22 bəhməni İslam İnqilabına, İslam dövlətinə və İrana böyük şərəf və nüfuz qazandırdı.

92
00:16:37,020 --> 00:16:52,840
Ölkə rəsmilərinin və kütləvi tədbirlərdə insanların təxmini sayını müəyyənləşdirməyi bacaran mütəxəssislərin gəldiyi nəticəyə görə,

93
00:16:53,420 --> 00:17:01,680
ölkənin böyük şəhərlərində və digər şəhərlərin 70 faizində ötən illərlə müqayisədə

94
00:17:02,260 --> 00:17:07,730
daha çox, bəzi yerlərdə isə iki dəfə artıq adam iştirak edib.

95
00:17:08,310 --> 00:17:16,480
Bunu ölkədəki mütəxəssislər deyib, amma deyən təkcə onlar olmayıb, xaricilər də deyib;

96
00:17:17,510 --> 00:17:30,710
inqilabın düşmənləri də deyib. Hər il 22 bəhmən gününü təhqir edərək: “Bir neçə min insan küçələrə çıxmışdı” – deyənlər

97
00:17:31,770 --> 00:17:40,130
bu il “milyonlar” ifadəsini işlədirdi. Bəli, doğrudur, ölkənin dörd bir yanında milyonlarla insan küçələrə çıxmışdı.

98
00:17:40,970 --> 00:17:49,950
Mən nəkarəyəm ki, bu möhtəşəm iştirakına görə xalqa təşəkkür etmək istəyəm; heç layiq olan sözləri tapıb deyə də bilmərəm.

99
00:17:50,220 --> 00:17:58,400
İnqilab xalqın özünündür. İnsanlarımızın qəlbini bu istiqamətə yönəltdiyinə görə Allaha şükür etmək, Uca Yaradana minnətdar olmaq lazımdır.

100
00:17:59,770 --> 00:18:07,950
Önəmli olan məqam budur ki, il boyu

101
00:18:08,570 --> 00:18:17,730
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin, Mossad təşkilatının, İngiltərənin casus Mərkəzi Kəşfiyyat Xidmətinin maliyyəsi,

102
00:18:18,400 --> 00:18:33,460
Harunların neftdən əldə etdiyi dollarlar hesabına yüzlərlə media orqanı inqilabın əleyhinə danışır; il boyu gecə-gündüz bu təbliğatla məşğuldurlar.

103
00:18:34,840 --> 00:18:44,080
İrandan qaçmış onlarla uğursuz siyasət həvəskarı tapır

104
00:18:44,170 --> 00:18:49,680
və müəyyən qədər muzd verirlər ki,

105
00:18:49,820 --> 00:19:04,750
İslam İnqilabı, İslam dövləti əleyhinə təhlil yazsınlar, xəbər, məqalə və çıxışlar hazırlasınlar; İmam Xomeynini, İran xalqını, inqilabdan sonra həyata keçirilmiş müxtəlif işləri (bir azdan bu barədə də danışacağam)

106
00:19:06,310 --> 00:19:14,840
təhqir etsinlər, inqilabı günahlandırsınlar, İslam dövlətini ittiham etsinlər, qaralasınlar, zəiflətsinlər.

107
00:19:15,110 --> 00:19:22,970
Bir il boyunca çalışıb-vuruşurlar, sonra da 22 bəhmən günü

108
00:19:23,820 --> 00:19:33,600
xalqın o möhtəşəm iştirakı ilə ilahi rəhmət yağışı yağıb o toz-torpağı təmizləyir, havanı aydınlaşdırır.

109
00:19:35,330 --> 00:19:53,200
Küçələrdə bərəkətli bir sel kimi axaraq xalqın düşüncəsini təmizləyir, çirkinlikləri yuyub aparır. 22 bəhmən budur.

110
00:19:54,840 --> 00:20:04,710
22 bəhmənlə yanaşı, bir də Qüds günümüz var; bunlardan hər birinin öz mənası, öz hədəfi var.

111
00:20:05,680 --> 00:20:13,950
Xalq bu mənaları yaxşı dərk edir və məhz onlara diqqət yetirərək küçə və meydanlara axışır.

112
00:20:14,260 --> 00:20:18,840
Həmin günlərdə meydanlarda kimlər olur? Bax bu çox önəmli bir məqamdır.

113
00:20:20,000 --> 00:20:24,480
Təbrizin, digər şəhərlərin və ya elə bu Tehranın küçələrində

114
00:20:25,020 --> 00:20:30,220
irəliləyən o izdihamdakı insanlara bir nəzər salın;

115
00:20:30,350 --> 00:20:37,370
əksəriyyətinin heç 38 yaşı yoxdur – inqilab 37-38 ildir ki, baş verib –

116
00:20:38,130 --> 00:20:46,880
yəni inqilabın əvvəllərini görməyiblər, İmam Xomeynini görməyiblər, Müqəddəs Müdafiə dövrünü görməyiblər,

117
00:20:47,020 --> 00:20:53,950
şah diktaturası zamanındakı o amansız və acı represiyaları görməyiblər, amma gəlirlər;

118
00:20:54,440 --> 00:21:03,110
eyni coşğu ilə, eyni həyəcanla, eyni emosiyalarla, eyni dərklə, eyni işıqlı, aydın yanaşma ilə

119
00:21:03,640 --> 00:21:11,200
küçələrə çıxıb yumruqlarını düyünləyir, şüarlar səsləndirir, qışqırırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, inqilab hələ də yaşayır,

120
00:21:12,220 --> 00:21:16,620
inkişaf edir, artır.

121
00:21:17,370 --> 00:21:24,660
Bunlar yeni inqilab metodlarıdır. Bu, inqilabın 3-cü, 4-cü nəslidir,

122
00:21:24,930 --> 00:21:33,950
amma yenə də gəlib düşmən qarşısında duraraq öz qətiyyətli sözünü deyir. Bu olduqca əhəmiyyətlidir.

123
00:21:37,110 --> 00:21:46,620
Düşmən İslam İnqilabını nəticəsiz bir inqilab kimi qələmə verməyə çalışır; əlbəttə ki, onun bu səyləri

124
00:21:46,840 --> 00:21:56,970
xəlbirlə su daşımağa bənzəyir. Bəli, bizim müəyyən problemlərimiz, nöqsan və çatışmazlıqlarımız var. Dünyanın harasında, hansı ölkədə bütün problemlər tamamilə həll olunub ki?!

125
00:21:57,910 --> 00:22:05,730
Nöqsan və çatışmazlıqlar hər yerdə olduğu kimi, bizdə də var – indi deyəcəyəm – biz onları heç görməzliyə də vurmuruq;

126
00:22:06,710 --> 00:22:17,640
çatışmazlıqlar, şübhəsiz ki, var, lakin düşmən inqilabın bu nöqsan və çatışmazlıqlarla yanaşı qazandığı uğur və nailiyyətləri görməzliyə vurmağa çalışır.

127
00:22:17,770 --> 00:22:26,840
İslam İnqilabı və İslam dövləti bu 38 il ərzində çox böyük işlər həyat keçirib.

128
00:22:27,640 --> 00:22:41,240
Məndə son 38 ildə ölkə üçün görülmüş işlərin, inqilabi fəaliyyət proqramlarının siyahısı var.

129
00:22:41,510 --> 00:22:53,200
İxtiyarında güc və imkan olan dövlətlər heç 100 il ərzində də ölkələri üçün bu cür çalışıb, bu qədər iş görmür.

130
00:22:53,820 --> 00:23:02,000
İnqilabdan sonrakı bu 38 illik zaman kəsiyini əvvəlki dövrlərlə müqayisə etdikdə görürük ki,

131
00:23:02,170 --> 00:23:10,750
ölkənin gələcəyi, gələcək inkişafı üçün son dərəcə önəmli olan infrastruktur sahəsində

132
00:23:10,970 --> 00:23:17,060
bəzi hallarda 1000 faiz, yəni 10 dəfə artıq irəliləyiş əldə olunub;

133
00:23:17,460 --> 00:23:24,930
bəzi hallarda isə bu artım 2000, 6000 faizə çatıb; yəni 60 dəfə çox.

134
00:23:25,330 --> 00:23:30,220
Tələbələrin sayı, elmi inkişaf, infrastruktur layihələri,

135
00:23:30,530 --> 00:23:43,240
mədəniyyət sahəsində həyata keçirilmiş böyük işlər, qazandığımız milli qürur və nüfuz – bütün bunları

136
00:23:43,240 --> 00:23:48,840
inqilabdan öncə ölkədə Amerikanın ağalıq etdiyi,

137
00:23:49,240 --> 00:23:59,640
Tehranın sionistlər üçün sanatoriya olduğu dövrlə müqayisə etdikdə ölkənin inkişaf etdiyinin,

138
00:24:00,350 --> 00:24:09,370
sıçrayışla irəlilədiyinin şahidi oluruq; bəli, bura onların istirahət məkanı idi, yorğun olanda

139
00:24:10,170 --> 00:24:19,550
istədikləri vaxt gəlib Şəyan bağında bir həftə, on gün qalıb dincəlir, sonra geri qayıdırdılar.

140
00:24:19,820 --> 00:24:26,970
O zaman ölkə qapazaltı bir hökumət tərəfindən idarə olunurdu.

141
00:24:27,370 --> 00:24:34,310
Şah hökuməti onun-bunun qapazaltısı idi – Amerikanın, İngiltərənin,

142
00:24:35,640 --> 00:24:42,970
başqa böyük dövlətlərin. Xalqı zəlil etmişdilər, xar etmişdilər, ölkənin resurslarını

143
00:24:43,600 --> 00:24:48,130
tamamilə istifadəsiz buraxmış, bəzilərini isə düşmənin ixtiyarına vermişdilər.

144
00:24:48,350 --> 00:24:55,240
İslam İnqilabı gələndən sonra həmin resursların çoxu aktivləşdi. Bu gün ölkəmiz nüfuza malikdir.

145
00:24:55,420 --> 00:25:02,880
Bu gün, demək olar, bütün regional məsələlərdə İran istəməyincə,

146
00:25:03,060 --> 00:25:08,480
İran iştirak etməyincə, İran öz iradəsini ortaya qoymayınca heç bir iş görülmür.

147
00:25:10,220 --> 00:25:18,040
İran xalqı möhkəm, mübariz bir xalq olduğunu göstərib; düşmənimiz bütün bunları öz təhlillərində qeyd edir,

148
00:25:18,400 --> 00:25:25,110
İran xalqı ilə üz-üzə gəlməyin çətin olduğunu, xalqımızın mübariz bir xalq olduğunu,

149
00:25:25,460 --> 00:25:31,680
müqavimət göstərdiyini, düşmənə təslim olmadığını deyir. Bu, qürurdur, nüfuzdur, heysiyyətdir.

150
00:25:32,570 --> 00:25:40,660
Bu qürur və heysiyyəti bir vaxtlar ölkəmizə və xalqımıza yaşatdıqları zillət dövrü ilə müqayisə edirlər. Bəli, aydındır ki,

151
00:25:40,970 --> 00:25:47,640
22 bəhmən günü gənclər sevinc və ruh yüksəkliyi hiss etdiklərinə görə küçə və meydanlara çıxır. 22 bəhmən budur;

152
00:25:47,820 --> 00:25:53,860
22 bəhmən ilahi bir nemətdir, xalqın özünü göstərməsi,

153
00:25:54,710 --> 00:26:03,510
öz iradəsini yüksək səslə ifadə etməsi üçün Allah tərəfindən ona verilmiş bir fürsətdir.

154
00:26:03,910 --> 00:26:12,440
Bu xalqın ürəyindən keçənlər onun 22 bəhmən günü ölkənin dörd bir yanında səsləndirdiyi şüarlarda öz əksini tapır.

155
00:26:12,750 --> 00:26:24,840
“Biz inkişaf istəyirik, İslam dinini istəyirik, xalqın tələbi ilə qurulan və onun problemlərini həll edə biləcək İslam dövlətini istəyirik!” –

156
00:26:25,150 --> 00:26:32,440
hər il 22 bəhmən günü bu şüarlar səslənir. Xalq möhkəm dayanıb

157
00:26:32,800 --> 00:26:41,150
və onunla birlikdə olmaq, müqavimət göstərmək istəməyən istənilən dövlət adamını, heç şübhəsiz, rədd edəcək.

158
00:27:06,040 --> 00:27:09,200
22 bəhmən barədə də bu qədər.

159
00:27:09,770 --> 00:27:16,350
Çox hörmətli dövlət rəsmilərimizə də üzümü tutaraq bir neçə məsələni qeyd etmək istəyirəm.

160
00:27:18,800 --> 00:27:26,400
Onlara demək istəyirəm ki, xalqın 22 bəhmən yürüşlərindəki o möhtəşəm iştirakını

161
00:27:27,110 --> 00:27:34,440
insanların biz rəsmilərin fəaliyyətindən heç bir narazılığı olmaması kimi qiymətləndirmək lazım deyil.

162
00:27:34,880 --> 00:27:43,600
Xalq narazıdır, ölkədə baş verən bir çox şeylərdən narazıdır.

163
00:27:44,930 --> 00:27:55,950
Xalq ayrı-seçkiliyi sevmir, harada ayrı-seçkilik görsə, narahat olur, pisinə gəlir;

164
00:27:56,750 --> 00:28:04,350
rəsmilərin səhlənkarlığa yol verdiyini, problemlərə etinasız yanaşdığını,

165
00:28:05,200 --> 00:28:09,910
işlərin irəli getmədiyini görəndə də eynilə. Xalqın narazılığı var.

166
00:28:10,710 --> 00:28:16,530
22 bəhmən ayrı; xalqın İranı udmaq üçün

167
00:28:17,060 --> 00:28:25,200
pusquda durmuş düşmənlərə qarşı mübarizliyi və bunu 22 bəhmən günü təzahür etdirməsi bir şeydir,

168
00:28:26,530 --> 00:28:30,710
biz rəsmilərdən istək və gözləntiləri isə başqa bir şey.

169
00:28:31,860 --> 00:28:42,260
Bəli, bu ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etmişdik  və artıq il bitmək üzrədir; hazırda bəhmən ayının axırıdır,

170
00:28:43,860 --> 00:28:53,600
əməli tədbirlər artıq özünü göstərməlidir. Mən ilin əvvəlində də demişdim ki, ölkə rəsmiləri –

171
00:28:54,080 --> 00:29:04,170
istər icraedici hakimiyyətin nümayəndələri, nazirlər, istər ədliyyə strukturunda çalışan şəxslər, istərsə də parlamentarilər; fərqi yoxdur, hər kəs –

172
00:29:05,460 --> 00:29:14,440
ilin sonunda əməli tədbirlər adına hansı işlər gördüyünü ortaya qoymalıdır; “Bu cür olmalıdır” – deməməlidirlər,

173
00:29:15,280 --> 00:29:20,000
“Budur, bu cür oldu” – deməlidirlər; konkret olaraq həyata keçirilmiş işləri göstərməlidirlər.

174
00:29:21,550 --> 00:29:28,530
Bu gün bizim problemlərimiz var; xalqın problem və çətinliklərini görməzliyə vurmaq olmaz, rəsmilər onlara ciddi yanaşmalıdır.

175
00:29:28,710 --> 00:29:35,240
İşsizlik, durğunluq, bahalaşma kimi problemlər olduqca önəmlidir;

176
00:29:36,800 --> 00:29:45,200
bütün bunlar var. Əlbəttə ki, rəsmilərimiz çalışır, biz bunu görürük, amma potensialımız daha böyükdür.

177
00:29:46,040 --> 00:29:51,150
İnşallah, məqamı gələndə bu barədə də danışacağam.

178
00:29:51,860 --> 00:29:58,570
Biz çıxılmaz bir vəziyyətdə deyilik, iqtisadi problemlər baxımından çıxmaza dirənməmişik.

179
00:29:59,060 --> 00:30:05,420
Problemlər var, problemlər bir neçə istiqamətdən bizi sıxır,

180
00:30:06,660 --> 00:30:14,880
amma bu problemlərdən hansı səmtdən çıxmaq lazım olduğu da məlumdur. Problemlərdən necə çıxmaq olar? Rəsmilər çalışıb səy göstərməlidir.

181
00:30:15,820 --> 00:30:23,730
5-6 il bundan əvvəl mən ilin ilk günü etdiyim çıxışda demişdim ki,

182
00:30:24,750 --> 00:30:31,860
hazırda İran xalqının düşmənləri gözünü iqtisadi problemlərə dikib;

183
00:30:32,220 --> 00:30:42,530
ölkəmizin iqtisadiyyatına təzyiq göstərməyə çalışırlar; iqtisadiyyatımızı elə bir formada sıxışdırmaq istəyirlər ki, xalq problemlərlə üz-üzə qalsın.

184
00:30:42,710 --> 00:30:48,260
Xalq problemlərin məngənəsində sıxılanda əli işdən soyuyacaq, hər şeydən küsəcək; düşmən də elə bunu istəyir.

185
00:30:48,400 --> 00:30:59,820
Düşmən istəyir ki, camaatımız öz inqilabından, öz hökumət sistemindən, öz dövlətindən, öz ölkəsindən soyusun, küskün düşsün,

186
00:30:59,820 --> 00:31:07,680
buna görə də iqtisadiyyata təzyiq göstərəcək. Və göstərdi də. Rəsmilər bu məqama diqqət yetirməlidir.

187
00:31:07,910 --> 00:31:16,310
Əlbəttə, bizim problemimiz təkcə iqtisadiyyatla bağlı deyil. Hamı bilir ki, mən mədəniyyət məsələsinə də,

188
00:31:16,400 --> 00:31:26,080
elmi inkişafa da olduqca böyük həssaslıqla yanaşıram, lakin konkret zaman çərçivəsində prioritetlərə nəzər salanda

189
00:31:26,310 --> 00:31:36,880
ölkə iqtisadiyyatının birinci dərəcəli prioritet olduğunu görürük. Çünki düşmən əsas diqqəti məhz iqtisadiyyata yönəldib;

190
00:31:38,710 --> 00:31:46,260
bu günün özündə də bu istiqamətdə iş aparır; bunu hamı diqqətdə saxlamalıdır.

191
00:31:47,240 --> 00:31:56,440
İstər əvvəlki, istərsə də hazırkı ABŞ prezidentlərinin dövründə

192
00:31:56,660 --> 00:32:05,510
düşmənin çirkin planlarından biri ölkəmizi daim müharibə ilə hədələmək olmuşdur; vaxtaşırı öz bəyanatlarında İrana qarşı müharibə variantını da nəzərdən keçirdiklərini və sair bu kimi təhdidləri dilə gətiribər.

193
00:32:06,710 --> 00:32:17,820
O Avropa rəsmisi də bizim rəsmilərimizə deyir ki, İranda müharibə mütləq idi; guya nüvə razılaşması əldə olunmasaydı, müharibə qaçılmaz idi. Ağ yalandır!

194
00:32:19,420 --> 00:32:27,330
Elə isə bəs müharibədən danışmaqla nəyə nail olmaq istəyirlər? Bu təhdidlərlə bizim başımızı qatmaq istəyirlər; real müharibə isə başqa arenalarda gedir. Real olan müharibə iqtisadi müharibədir,

195
00:32:28,400 --> 00:32:40,350
sanksiyalardır, ölkədə fəal iş sektorlarını və texnoloji sferaları ələ keçirməkdir; əsl müharibə budur.

196
00:32:41,680 --> 00:32:50,570
Bizim diqqətimizi hərbi əməliyyatlara yönəldirlər ki, fikrimiz ortada real olaraq gedən bu əsl müharibədən yayınsın. Real müharibə mədəni müharibədir.

197
00:32:51,770 --> 00:32:58,080
Bizim gənclərimizi dindən, müqəddəs dəyərlərdən,

198
00:32:58,310 --> 00:33:05,200
iffət və həyadan uzaqlaşdırmaq üçün çoxlu sayda televiziya kanalı və internet şəbəkəsi

199
00:33:05,330 --> 00:33:15,150
gecə-gündüz fəaliyyətdədir. Bu məqsəd naminə ciddi şəkildə çalışır, böyük pullar xərcləyirlər. Gerçək müharibə budur.

200
00:33:16,930 --> 00:33:29,110
Rəsmilərimiz diqqətli, ayıq-sayıq olmalıdır. Mən hörmətli ölkə 1başçımıza d1a demişəm ki, rəhbər işçilərə

201
00:33:29,860 --> 00:33:37,910
öz işlərini şəffaflıq və nəzarət əsasında həyata keçirmələrini tapşırsın.

202
00:33:38,480 --> 00:33:43,110
İdarə müdirləri, rəhbər kadrlar işlərin gedişini nəzarətdə saxlamalıdır.

203
00:33:43,330 --> 00:33:48,350
Biz: “Filan iş görülüsün!”, qarşı tərəf də: “Baş üstə!” – deməklə

204
00:33:48,840 --> 00:33:56,480
işlər reallaşmır. İşlərin həqiqətən də həyata keçirildiyi, nəticələrin ortada olduğu konkretləşdirilməlidir.

205
00:33:57,370 --> 00:34:03,860
Bizim bu şeylərə ehtiyacımız var, bu məqamlara diqqət yetirməliyik.

206
00:34:04,260 --> 00:34:07,730
Sizin üçün Qurandan bir misal gətirmək istəyirəm:

207
00:34:07,730 --> 00:34:11,110
“Kafirlərə qarşı bacardığınız qədər qüvvə tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən)

208
00:34:11,420 --> 00:34:17,600
Bu ayədə “qüvvə” deyilərkən, böyük ehtimalla, təkcə hərbi qüvvə nəzərdə tutulmur.

209
00:34:17,910 --> 00:34:22,440
Əlbəttə, bu da var, amma təkcə hərbi qüvvə deyil.

210
00:34:22,750 --> 00:34:25,680
اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّة

211
00:34:25,680 --> 00:34:36,310
– Demək istəyir ki, özünüzü daxildən bacardığınız qədər gücləndirin. Mən ölkənin daxili strukturunu möhkəmləndirməli olduğumuzu dönə-dönə vurğulamışam,

212
00:34:38,080 --> 00:34:42,570
o möhkəmləndirmə bax budur. Özünüzü elm baxımından gücləndirin,

213
00:34:43,820 --> 00:34:51,150
texnologiya baxımından gücləndirin, daxili istehsal baxımından gücləndirin, xarici bazarlara nüfuz etmə baxımından gücləndirin,

214
00:34:53,280 --> 00:35:01,510
ölkədə mövcud olan və hələ istifadə olunmamış potensialın üzə çıxarılması baxımından

215
00:35:02,080 --> 00:35:06,310
gücləndirin və həmin potensialı işə salın.

216
00:35:08,000 --> 00:35:15,060
Mən strateji siyasətləri elan edərkən ölkənin 8 faizlik iqtisadi artıma çatmalı olduğunu deyəndə bəziləri bunun mümkün olmadığını bildirmişdilər.

217
00:35:16,220 --> 00:35:22,530
Sonradan ekspertlər, mütəxəssislər bizim yanımıza gəlib bildirdilər ki, sahib olduğumuz potensialı nəzərə alsaq,

218
00:35:22,530 --> 00:35:28,130
ölkənin 8 faizdən də çox iqtisadi artıma nail olması mümkündür.

219
00:35:29,330 --> 00:35:38,750
İqtisadi artım deyəndə mən daha çox neft satışını nəzərdə tutmuram – əlbəttə, bu faydalıdır, amma mənim nəzərdə tutduğum bu deyil –

220
00:35:39,110 --> 00:35:53,280
mən daxili istehsalın artmasını, ölkənin iqtisadi cəhətdən daxildən güclənməsini, başqa sözlə, bu günə qədər dönə-dönə vurğuladığım müqavimət iqtisadiyyatını nəzərdə tuturam.

221
00:35:53,950 --> 00:36:03,820
Bəzi adamlar durub çatışmazlıqları gözə soxur, şişirdirlər, amma nə nailiyyətlərdən, nə də problemlərin həlli yollarından danışırlar.

222
00:36:04,750 --> 00:36:13,820
İrana qarşı sanksiya tətbiq etməsi üçün düşmənə işarə verən də elə onlar özləridir; sanksiyaların işarəsini onlar verib.

223
00:36:14,710 --> 00:36:25,060
Onlar özləri ölkənin zəif cəhətlərini hamıdan çox gözə soxur; ölkə daxilində bir o qədər də yox, daha çox xaricdə.

224
00:36:25,370 --> 00:36:31,820
Əziz qardaşlar, bacılar, azərbaycanlı gənclər,

225
00:36:32,130 --> 00:36:39,020
çətin meydanlarda ağır sınaqlardan üzüağ çıxmış şücaətli insanlar!

226
00:36:39,200 --> 00:36:49,860
Bilin ki, əgər biz eyni hərəkət üslubu ilə, necə deyərlər, sükanı belə saxlayaraq irəli getsək,

227
00:36:49,860 --> 00:36:53,240
heç şübhəsiz, qələbə İran xalqının olacaq.

228
00:37:30,750 --> 00:37:38,350
Hamı düşünsün, hamı çalışsın, hamı əzmini toplasın,

229
00:37:39,420 --> 00:37:50,880
hamı gələcəyi nəzərdə tutsun, amalları gözünün qarşısında canlandıraraq onlara doğru irəliləsin,

230
00:37:52,350 --> 00:37:59,600
hamı bu müqəddəs ümidin şöləsini qəlbində qoruyub saxlasın. Allaha şükürlər edirik ki,

231
00:37:59,820 --> 00:38:09,550
qəlblərimizdə bu şölənin sönməsinə imkan vermədi, bir an belə olsun ölkənin gələcəyinə ümidimizi itirmədik

232
00:38:10,260 --> 00:38:17,280
və əlhəmdulillah, ümid etdiyimizdən də yaxşısını və artığını əldə etdik.

233
00:38:17,680 --> 00:38:26,170
Amma bu hələ bizim arzularımızın, istəklərimizin hamısı deyil; Allah-taalanın da bizdən istədiyi yalnız bununla yekunlaşmır.

234
00:38:26,710 --> 00:38:32,750
Biz irəliyə doğru kiçik bir addım atmışıq. Daha böyük addımlar atıb

235
00:38:33,110 --> 00:38:42,620
irəli getməli, inşallah, İslam dövlətinin vəd etdiyi ədalətli,

236
00:38:43,370 --> 00:38:54,400
mütərəqqi, qüdrətli və nüfuzlu müsəlman toplumuna qovuşmalıyıq və heç şübhəsiz,

237
00:38:54,840 --> 00:39:02,220
qovuşacağıq da; Allahın izni və istəyi ilə. Allah sizi qorusun!

238
00:39:04,480 --> 00:39:07,240
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.