1
00:00:00,280 --> 00:00:02,570
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:09,770 --> 00:00:19,250
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي¬‌القاسم المصطفي محمّد

3
00:00:26,220 --> 00:00:32,340
Əziz qardaşlar! İnşallah, hamınız üçün mübarək olsun;

4
00:00:33,370 --> 00:00:45,200
həm məzunlar üçün, həm də bu universitetə yeni daxil olmuş, paqonlarını bu gün alan qardaşlarımız üçün. İnşallah,

5
00:00:45,600 --> 00:00:53,370
bir gün onlar da təhsil və təlimlərini başa vuraraq “keşikçi” rütbəsi alacaqlar.

6
00:00:55,020 --> 00:01:02,000
Şaban ayıdır, ilahi rəhmətin göydən yağış kimi yağıdığı bir aydır.

7
00:01:02,970 --> 00:01:21,370
“Şəbaniyyə” minacatınln ayrı-ayrı fraqmentlərinə, şəban ayında gecə yarı oxumaq üçün olan dualara, habelə bu ayın digər dua və əməllərinə nəzər salanda

8
00:01:22,280 --> 00:01:36,050
hiss edirsən ki, şəban ayı Allahın rəhmətindən faydalanamaq üçün çox dəyərli bir zaman kəsiyidir.

9
00:01:37,020 --> 00:01:48,400
Əziz gənclər, qəlbi pak, ruhu hazır olan sizlər bu aydan daha çox faydalana bilərsiniz

10
00:01:48,400 --> 00:01:58,110
və ümidvaram ki, bu ayın bərəkətlərindən, bu ayda yağdırılan ilahi rəhmətdən bəhrələnəcəksiniz.

11
00:02:01,140 --> 00:02:13,710
Şəban ayının ən parlaq xüsusiyyətlərindən biri varlıq aləminin qibləgahı Həzrət Mehdi Sahibəzzamanın

12
00:02:14,570 --> 00:02:18,970
(Ruhlarımız ona fəda olsun!) mübarək mövludunun bu aya təsadüf etməsidir.

13
00:02:21,250 --> 00:02:37,820
Bu böyük mövludla həmin gün və gecə qat-qat daha uca dəyər və məqam qazanmışdır.

14
00:02:38,680 --> 00:02:47,710
Əlbəttə, şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə mübarək bir gecədir, dua və minacat gecəsidir,

15
00:02:48,910 --> 00:02:59,770
bu gecənin qədr gecələrindən sonra ən fəzilətli gecə olduğu deyilir, lakin bu mövludla bütün bunlar ikiqat artır.

16
00:03:01,200 --> 00:03:10,740
Gəlin Həzrət Mehdi ilə bağlı (Ruhlarımız ona fəda!)

17
00:03:11,540 --> 00:03:21,200
bir neçə məqamı qısaca qeyd edərək o böyük insanın müqəddəs varlığına bir daha diqqət yetirək. Əlbəttə ki, birinci növbədə hamınızı

18
00:03:21,540 --> 00:03:33,200
bu mövlud, bu günlər,İmam Zamanın (ə.f) mübarək mövludunun bizə bəxş etdiyi bu sevinc münasibətilə təbrik etməliyəm.

19
00:03:35,600 --> 00:03:44,570
Şaban ayı əvvəldən axıra qədər ilahi lütf, mənəvi zövq və sevinc ayıdır.

20
00:03:45,480 --> 00:03:55,600
Əlbəttə ki, bu il mədəndə baş vermiş o kədərli hadisə

21
00:03:56,050 --> 00:04:06,220
hamımızın ürəyini dağladı, ondan əvvəl də ölkənin cənubunda sərhədçilərimizin başına gəlmiş o hadisədən

22
00:04:07,250 --> 00:04:18,680
hamımız pərişan olduq, qəlblərimizə böyük kədər çökdü, amma bütün bunlara baxmayaraq,

23
00:04:19,710 --> 00:04:26,340
şaban ayı Əhli-Beyt (ə) aşiqləri üçün sevinc və vurğunluq ayıdır.

24
00:04:27,600 --> 00:04:39,250
İmam Zamanla barədə danışarkən (ə.f) ilk olaraq onu qeyd etmək lazımdır ki, o böyük şəxsiyyət “dai-ullah” – yəni Allahın bəndələrini Ona doğru dəvət edən, çağırandır.

25
00:04:40,220 --> 00:04:54,740
Bu böyük insanın varlığına nəzər salmaqla biz mənən Uca Yaradanın dərgahına yönəlir, Onun aciz bəndəsi olduğumuzu xatırlayırıq.

26
00:04:55,480 --> 00:05:01,020
“Ey bəndələrini Allaha doğru dəvət edən və Allahın yer üzün nişanəsi olan şəxs, salam olsun sənə!”

27
00:05:03,020 --> 00:05:18,050
Hər şey, bütün peyğəmbərlər, bütün övliyalar, bütün müqəddəslər, ömrümüzə, dünyamıza, bütün varlıq aləminə nur saçan bütün pak ruhlar

28
00:05:18,340 --> 00:05:28,510
Allahın yer üzündəki nişanələri, Pərvərdigarın təcəllasıdır;

29
00:05:29,540 --> 00:05:37,420
bu məqama diqqət yetirmək lazımdır. İmam Zamana diqqət ayırır, təvəssül edir,

30
00:05:37,710 --> 00:05:48,620
o böyük şəxsiyyətin qarşısında, həqirliyimizi, zəlilliyimizi ifadə edirik. Bütün bunları həqirliyimizi Uca Allaha çatdırmaq,

31
00:05:49,370 --> 00:05:54,050
Allah-taalanın qarşısında aciz bəndə olduğumuzu izhar etmək üçün edirik.

32
00:05:55,540 --> 00:06:03,250
İkincisi, bu böyük insanın adını anmaq, onun varlığını yada salmaq

33
00:06:04,680 --> 00:06:17,880
daim bu zülmət gecənin sonunda, mütləq, haqq-ədalət günəşinin doğacağını bizə xatırladır.

34
00:06:20,740 --> 00:06:30,570
Bəzən insanlar sonu bilinmyən zülm və zülmət dalğaları ilə üzləşəndə məyus olurlar.

35
00:06:31,820 --> 00:06:41,310
İmam Zamanı yada saldıqda isə bir gün günəşin doğacağını, gündüzün gələcəyini bilirlər.

36
00:06:41,650 --> 00:06:55,820
Bəli, zülmətlər var, dünyanı qaranlıqlara qərq edən zalımlar var, əsrlər boyunca da olublar,

37
00:06:56,970 --> 00:07:04,050
amma bu qaranlıq və zülmət gecənin sonunda, mütləq, günəş doğacaq.

38
00:07:05,020 --> 00:07:16,850
İmam Zamana etiqad bizə bunu öyrədir. Bu, Allah-taalanın zəmanət verdiyi bir vəddir:

39
00:07:17,940 --> 00:07:30,050
اَلسَّلامُ‌ عَلَيکَ‌ اَيُّهَا العَلَمُ‌ المَنصوبُ وَ العِلمُ المَصبوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الواسِعَةُ وَعداً غَيرَ مَکذوب‌

40
00:07:31,020 --> 00:07:36,450
Danılmaz bir vəd. Ziyarət duasının əvvəlində də var:

41
00:07:36,850 --> 00:07:40,740
اَلسَّلامُ عَلَيکَ يا وَعدَ اللهِ الَّذي ضَمِنَه

42
00:07:41,600 --> 00:07:47,420
Allah-taalanın zəmanət altına aldığı o vəd İmam Zamanın zühurudur.

43
00:07:47,650 --> 00:07:58,510
Odur ki bu da ikinci məqam. İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) varlığına,

44
00:07:59,200 --> 00:08:08,620
zühuruna inanlar heç vaxt ümidsizliyə qapılmır, ruhdan düşmür və bilirlər ki, bir gün o Günəş,

45
00:08:09,140 --> 00:08:13,020
mütləq, doğub bu qaranlıqları, bu zülmətləri qovacaq.

46
00:08:13,650 --> 00:08:22,510
Üçüncü məqam budur ki, zühurun intizarında olmaq bizim borcumuzdur, vəzifəmizdir. İntizar nədir?

47
00:08:23,080 --> 00:08:36,280
İntizar həsrətlə, səbirsizliklə gözləmək deməkdir. Hərbi terminologiyada “Hazır ol!” əmri deyilən bir şey var.

48
00:08:36,680 --> 00:08:52,570
Zühurun intizarında olmaq da elə bu “Hazır ol! əmridir. Hazır vəziyyətdə olmalıyıq. Zühurun intizarında olan mömin  hər an “hazır ol” vəziyyətində olan bir insandır.

49
00:08:53,080 --> 00:09:06,340
Bütün yer üzündə ədaləti bərqərar etmək üçün göndəriləcək imamımız bu gün zühur etsə,

50
00:09:06,740 --> 00:09:14,510
hamımız hazır olmalıyıq. Bu hazırlıq çox önəmlidir; zühurun intizarında olmaq “hazır ol” vəziyyətində olmaq deməkdir.

51
00:09:15,420 --> 00:09:23,770
İntizar səbirsizlik etmək, ayağını yerə döyüb: “Niyə gec oldu?”, “Niyə olmadı?” deyə gileylənmək deyil.

52
00:09:24,910 --> 00:09:31,650
İntizar o deməkdir ki, daim “Hazır ol!” vəziyyətində olmalısınız.

53
00:09:32,000 --> 00:09:43,370
Dördüncü və sonuncu məqam budur ki, zühurun intizarında olmağımız

54
00:09:44,220 --> 00:09:55,820
özümüzü düzəldib iş görməyimizi tələb edir. Özümüzü islah edib o həzrəti sevindirəcək işlər görməliyik.

55
00:09:56,910 --> 00:10:08,570
Əgər buna nail olub özümüzü düzəltmək, islah olunmaq isəyiriksə,

56
00:10:08,570 --> 00:10:18,620
təbii ki,  fərdi işlərlə kifayətlənə bilmərik. Cəmiyyət, ölkə, bütövlükdə dünya səviyyəsində də

57
00:10:19,140 --> 00:10:27,020
həyata keçirməli olduğumuz işlər, vəzifələr var. Həmin vəzifələr hansıdır? Bunu bilmək üçün gözüaçıq, məlumatlı olmaq,

58
00:10:27,250 --> 00:10:34,620
proseslərə ziyalı bir insan kimi qlobal mövqedən yanaşmaq lazımdır.

59
00:10:34,970 --> 00:10:42,000
Əzizlərim, bu isə bu gün fəal və dinamik gənclər olaraq sizin öhdənizə düşən bir vəzifədir.

60
00:10:42,570 --> 00:10:50,570
İmam Hüseyn (ə) adına Hərbi Akademiyaya gəlincə; əvvəla, hamınıza mübarək olsun;

61
00:10:50,850 --> 00:10:56,110
bu akademiyada təhsil almısınız və ya bəziləriniz hələ bundan sonra təhsil alacaqsınız;

62
00:10:56,680 --> 00:11:10,740
bu çox dəyərli bir fürsətdir. İkincisi, bu ali təhsil müəssisəsi münbit torpaqda əkilmiş fidanların

63
00:11:11,310 --> 00:11:24,450
böyüyüb qol-budaq atdığı bir məkandır. Bu akademiya istedadlı insanları

64
00:11:24,910 --> 00:11:38,510
hər bir müdrik və görkəmli insanın baxdığı zaman qibtə edəcəyi bir məqama çatdıra bilər.

65
00:11:40,000 --> 00:11:49,600
Dahi liderimiz İmam Xomeyni kimi böyük, mənəvi şəxsiyyət,

66
00:11:49,820 --> 00:12:01,710
görkəmli din alimi, fəqih, müdrik bir insan belə – İmam balaca bir adam deyildi –

67
00:12:02,280 --> 00:12:10,110
İslam yolunda döyüşüb şəhid olanlara qibtə ilə baxır; öz çıxışlarında o,

68
00:12:10,680 --> 00:12:18,850
bunu dönə-dönə təkrarlamışdır; bu akademiya insanları, gəncləri bax belə bir məqama çatdırır.

69
00:12:19,140 --> 00:12:23,310
Bu akademiya Quranın aşağıdakı şərif ayəsinin bariz nümunəsidir:

70
00:12:23,310 --> 00:12:38,000
کَزَرعٍ اَخرَجَ شَطئَهُ فَئازَرَهُ فَاستَغلَظَ فَاستَويٰ‌ عَليٰ سُوقِهٖ يُعجِبُ‌ الزُّرّاعَ‌ لِيَغيظَ بِهِمُ الکُفّار (“Fəth” surəsi, 29-cu ayədən)

71
00:12:38,910 --> 00:12:50,910
Bu tarlanı əkib-becərənlər özləri belə bəzən onun verdiyi məhsula heyrət edərlər!

72
00:12:52,000 --> 00:13:06,620
Bu akademiya bu cür barlı-bəhərli fidanlar yetişdirib cəmiyyətə təqdim etməyə qadir olan bir əkin yeridir.

73
00:13:06,800 --> 00:13:09,820
لِيَغيظَ بِهِمُ الْکُفّار

74
00:13:11,020 --> 00:13:25,200
Kafirlər isə burada yetişib ərsəyə gəlmiş insanları görərkən hiddətlənər.

75
00:13:26,570 --> 00:13:32,510
Yaxşı baxsaq, görərik ki, bu gün imperializmin beynəlxalq təbliğatında,

76
00:13:33,080 --> 00:13:42,400
üzdə olan siyasətçilərinin çıxışlarında, məkrli davranışlarında

77
00:13:42,570 --> 00:13:52,280
ictimaiyyətimizin müxtəlif təbəqələri arasından məhz bir neçəsinə qarşı açıq-aşkar qəzəb və aqresiya müşahidə olunur.

78
00:13:52,450 --> 00:13:59,420
Həmin təbəqələr içərisində başda Keşikçi Korpus durur. Nə üçün? Keşikçi Korpusa niyə bu qədər mənfi münasibət bəsləyirlər?

79
00:13:59,600 --> 00:14:09,820
Mənəviyyat mühitində tərbiyə olunan, byüyüb boya-başa çatan bu gənclərə

80
00:14:10,620 --> 00:14:19,770
niyə bu cür düşmən kəsiliblər? Çünki Keşikçi Korpus ölkəyə güc və iqtidar qazandıran amillərdən biridir. Bu çox önəmli bir məqamdır.

81
00:14:21,020 --> 00:14:30,280
Düşmənçiliklərinin səbəbi odur ki, bu qurumun varlığı ölkəni qüdrətli edir.

82
00:14:30,740 --> 00:14:43,250
İran İslam dövlətini qüdrətli edən hər bir şey isə onlarda sonsuz qəzəb, kin və  hiddət doğurur.

83
00:14:43,650 --> 00:14:51,310
Başqa iki-üç şey də var, onları da deyim. Elm də ölkəmizi qüdrətli edir;

84
00:14:51,770 --> 00:15:00,620
ölkəmizin elmi inkişafını da hiddətlə qarşılayırlar. Özünüz gördünüz:

85
00:15:00,800 --> 00:15:08,570
bizim nüvə alimini terror etmək üçün adam göndərdilər; yəni bircə-bircə araşdırdılar,

86
00:15:09,020 --> 00:15:16,280
yolunu tapıb muzdlulara pul verdilər ki, gəlib onları terror etsinlər.

87
00:15:16,450 --> 00:15:23,650
Onları hiddətləndirən şeylərdən biri də elm və alimdir.

88
00:15:23,880 --> 00:15:33,880
Ölkəmizin güclü və müstəqil iqtisadiyyata malik olması da bizə iqtidar qazandırdığı üçün bunun əleyhinədirlər.

89
00:15:34,280 --> 00:15:44,450
İqtisadiyyatımıza zərbə vurmaq üçün üstümüzə sanksiyalar qoyur, cürbəcür tədbirlər görürlər.

90
00:15:45,140 --> 00:15:50,800
Mən çox istərdim ki, bizim mömin iqtisadçılarımız

91
00:15:51,420 --> 00:15:59,540
sərhədlərimizin o tayında düşmənin ölkəmizdə güclü, müstəqil və dayanıqı iqtisadiyyatın olmaması üçün

92
00:16:00,170 --> 00:16:10,050
hansı tədbirlərə əl atdığını xalqımız üçün açıqlasın, insanlarımıza izah etsin. Bütün bunları nə üçün edirlər?

93
00:16:10,280 --> 00:16:12,280
Çünki iqtisadiyyat güc mənbəyidir və dayanıqlı iqtisadiyyatı olan bir ölkənin əlində yaxşı bir iqtidar vasitəsi olur.

94
00:16:12,620 --> 00:16:22,620
Həmçinin hərbi güc də iqtidar mənbəyidir. Görürsünüz, raket məsələsi ilə bağlı dünyada necə hay-küy salıblar;

95
00:16:23,020 --> 00:16:26,970
“İranın raketi var!”, “İranın dəqiq vuran raketləri var!” Bəli,

96
00:16:27,310 --> 00:16:35,650
bizim raketimiz var, dəqiq vuran raketlərimiz də var. Bizim raketlərimiz arasında bir neçə metr məsafə olan hədəfləri

97
00:16:36,340 --> 00:16:49,600
bir neçə min kilometr uzaqdan vurmağa qadirdir. Buna öz gücümüzlə nail olmuşuq, qoruyuruq və inşallah, artıracağıq da!

98
00:17:06,800 --> 00:17:17,020
Bu da ölkəyə iqtidar qazandırdığı üçün əleyhinədirlər, dava döyürlər, qəzəblənirlər. Dünyada nə həngamə çıxardıqlarını özünüz görürsünüz.

99
00:17:17,480 --> 00:17:25,710
Fədakar hərbçilərin varlığı da ölkəmiz üçün iqtidar mənbəyidir. Hərbi qurumlardan əlavə,

100
00:17:26,000 --> 00:17:34,220
fədakar hərbçi kadrlarımız, Səyyad Şirazilər, Şəhid Şüştərilər

101
00:17:34,800 --> 00:17:42,680
və canından keçməyə hazır olan istənilən sadiq və fədakar hərbçimiz

102
00:17:43,200 --> 00:17:50,110
onlarda hiddət və qəzəb doğurur. Adını çəkdiyim bu insanlar döyüşdə həlak olmayıb, terrora məruz qalıb;

103
00:17:50,340 --> 00:18:00,680
yəni onları axtarıb tapıblar, təqib ediblər və terrorla qətlə yetirblər. Ona görə ki bu insanlar ölkəmizə uzanan düşmən əllər qarşısında

104
00:18:00,850 --> 00:18:08,970
maneə kimi çıxış edirdi və ölkəmizin iqtidar mənbəyi idi. Odur ki sadiq və fədakar hərbçilərə də düşməndirlər.

105
00:18:09,250 --> 00:18:16,620
Gənclərimizin imanlı, həyalı və əxlaqlı olması da ölkəmizin güc mənbəyi olduğuna görə buna da düşməndirlər.

106
00:18:16,800 --> 00:18:25,710
İran gənclərini imandan, əxlaqdan, şəriətə bağlılıqdan,

107
00:18:26,000 --> 00:18:30,740
abır-həyadan məhrum etmək üçün virtual məkanda,

108
00:18:31,140 --> 00:18:41,080
mediada o qədər iş görürlər, milyardlar xərcləyirlər!  Nəyə görə? Çünki bunlar ölkəyə iqtidar qazandırır.

109
00:18:41,080 --> 00:18:51,600
İnsanda şəhvət hislərini təhrik edən bütün bu vasitələr qarşısında

110
00:18:51,600 --> 00:18:59,020
büdrəməyən, özünü saxlaya bilən mömin, həyalı, əxlaqlı, şəriətə uyğun yaşayan və ölkə üçün qüdrət mənbəyi olan gənclərə düşməndirlər.

111
00:18:59,020 --> 00:19:10,800
Xalqda cihad və müqavimət ruhiyyəsinin olması da ölkəni qüdrətli edən amillərdən biri olduğuna görə buna da düşməndirlər.

112
00:19:11,080 --> 00:19:18,570
Dünya müstəmləkəçiləri müqavimət ruhiyyəsinə, cihad ruhiyyəsinə aqresiya damğası vururlar.

113
00:19:19,080 --> 00:19:29,880
Aqresiya, ekstremizm – təssüflər olsun ki, bəzən biz də bu ifadələri onların ağzından alıb təkrar edirik –

114
00:19:30,340 --> 00:19:38,170
səbəbi isə budur ki, cihad və şəhidlik ruhiyyəsi hər bir ölkəni güclü, qüdrətli edir.

115
00:19:38,510 --> 00:19:48,400
Bütün bu sadaladıqlarım iqtidar mənbəyidir və düşməndə nifrət doğurur, amma təhlükəsizliyi qoruyan amillər

116
00:19:48,910 --> 00:19:52,740
təhlükəsizliyin özündən də yüksəkdə durur;

117
00:19:52,910 --> 00:19:59,940
ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olan strukturlar daha böyük əhəmiyyət kəsb edir.

118
00:19:59,940 --> 00:20:08,740
Məhz elə buna görə də onlar təhlükəsizliyin keşiyində duran qurumların – Silahlı Qüvvələr isə bu qurumların ən önəmliləri sırasına aiddir

119
00:20:09,420 --> 00:20:18,110
– əleyhinədirlər. Çünki əgər təhlükəsizlik olmasa, elm də olmaz, iqtisadiyyat da olmaz, işgüzar mühit də olmaz.

120
00:20:18,970 --> 00:20:24,620
Bir ölkədə elm adamların yetişdirilməsi,

121
00:20:24,800 --> 00:20:35,420
müxtəlif sferalarda inkişaf əldə olunması üçün ən vacib olan şey təhlükəsizlikdir. Təhlükəsizlik atmosferi bir ölkə üçün hər şeydən daha vacib və daha yüksəkdə duran bir amildir.

122
00:20:36,170 --> 00:20:42,220
Ölkənin təhlükəsizliyini qoruyan hər bir şey isə onları narahat edir;

123
00:20:42,340 --> 00:20:52,740
buna görə də ölkədə mövcud olan bu təhlükəsizliyi yox etməyə çalışırlar. Bu olduqca mühüm məqamlardan biridir.

124
00:20:52,740 --> 00:21:02,450
Mənim əziz qardaşlarım, əziz balalarım, əziz gənclər! Bu gün biz “müqavimət dövlətiyik”.

125
00:21:03,310 --> 00:21:11,600
“Müqavimət dövləti” olmaq çox önəmlidir. Bu hansısa müqavimət təşkilatı,

126
00:21:11,600 --> 00:21:19,710
hansısa ölkənin müqavimət hərəkatı, hansısa müqavimət lideri olmaqdan fərqlənir.

127
00:21:20,050 --> 00:21:28,400
Əlbəttə, onlara da düşməndirlər; hegemon, təcavüzkar,

128
00:21:28,910 --> 00:21:35,880
dünya xalqlarının bütün maddi-mənəvi sərvətlərinə əl uzadan dünya imperializmi

129
00:21:36,110 --> 00:21:44,000
müqavimətin carçısı olan hər bir elementə qarşıdır, elə buna görə də müqavimət təşkilatlarının da əleyhinədir, müqavimət əqidəsində olan mübariz insanların da əleyhinədir,

130
00:21:44,340 --> 00:21:55,370
amma bütün bunlar hara, müqavimət prinsipi əsasında qurulmuş bir “müqavimət dövləti” hara?! İslam Respublikası müqavimət dövlətidir.

131
00:21:55,770 --> 00:22:03,940
Öz siyasəti, iqtisadiyyatı, silahlı qüvvələri, beynəlxalq arenada manevr etmək qabiliyyəti,

132
00:22:04,220 --> 00:22:11,650
ölkəsində və xaricdə geniş nüfuz dairəsi olan bir müqavimət dövləti. Bu olduqca önəmlidir

133
00:22:11,880 --> 00:22:20,280
və başqa heç bir müqavimət elementi ilə müqayisə oluna bilməz. Məhz elə buna görə də İslam Respublikasına doğru dünyanın hər yerindən –

134
00:22:20,280 --> 00:22:29,480
istər mütləq güc və hakimiyyət iddiasında olan hegemon qüvvələr, istərsə də onların nökərləri sarıdan – düşmənçiliklər tuşlanıb.

135
00:22:29,770 --> 00:22:41,770
Yaxşı, bəs “müqavimət dövləti” nə deməkdir? Yəni hegemonluğa, zorakılığa, haqsız tələblərə tabe olmamaq, iqtidar mövqeyində durmaq.

136
00:22:42,510 --> 00:22:52,850
Müqavimət dövləti iqtidar mövqeyində dayanır. O nə təcavükardır,

137
00:22:53,200 --> 00:23:00,000
nə başqa ölkələrin və xalqların haqlarına əl uzadaraq işğalçılıq siyasəti yürüdür,

138
00:23:00,280 --> 00:23:08,570
nə də passiv müdafiə mövqeyindədir. Bunların heç biri deyil.

139
00:23:09,250 --> 00:23:16,740
Bəziləri düşünür ki, əgər biz beynəlxalq və regional müstəmləkəçiliyin qınağından

140
00:23:16,910 --> 00:23:24,680
yaxa qurtarmaq istəyiriksə, passiv müdafiə mövqeyi seçməliyik. Amma belə deyil,

141
00:23:25,080 --> 00:23:32,800
biz passiv müdafiə mövqeyində durmayacağıq, əksinə,

142
00:23:33,020 --> 00:23:45,250
“Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən) mövqeyində duracağıq.

143
00:23:46,450 --> 00:23:54,620
Bu şərif ayədə – “Allahın düşmənini və öz düşmənininizi qorxutmaq üçün“

144
00:23:54,620 --> 00:23:59,650
kimi ifadə olunan mövqedə duracağıq.“تُرهِبونَ بِه” nədir?

145
00:24:00,170 --> 00:24:09,480
“تُرهِبونَ بِه”  müasir siyasi leksikonda “çəkindirmə gücü” adlandırılan şeydir.

146
00:24:10,220 --> 00:24:18,400
İslam Respublilkası elə bir mövqedədir ki, çəkindirmə gücünə malikdir;

147
00:24:18,400 --> 00:24:25,770
çəkindirici bir iqtidara malikdir; bu iqtidarın olmasını istəmirlər.

148
00:24:26,850 --> 00:24:33,200
İslam Respublikası bu gün malik olduqlarını,

149
00:24:33,650 --> 00:24:38,170
indiyə qədər öz təşəbbüsü, öz əzmi ilə,

150
00:24:38,740 --> 00:24:47,650
heç bir başqa ölkəyə və gücə minnətçi olmadan əldə etdiklərini

151
00:24:47,940 --> 00:24:58,280
bu çəkindirmə gücünə, çəkindirmə qabiliyyətinə sahib olmaq üçün əldə etmişdir, bundan sonra da bu yolda irəliləyəcəkdir.

152
00:24:58,620 --> 00:25:07,370
Biz bundan sonra da bütün əzmimizlə, bütün səyimizlə,

153
00:25:07,820 --> 00:25:12,620
insan resurslarımızın bütün güc və istedadını ortaya qoyaraq

154
00:25:12,850 --> 00:25:21,140
çəkindirmə qabiliyyətimizi artırmaq yolunda bacardığımız qədər irəli gedəcək və düşmənin bizə qarşı işğalçı niyyətlərə düşməməsi,

155
00:25:21,420 --> 00:25:34,110
belə bir niyyəti olduğu təqdirdə tərəfimzdən sərt reaksiya, möhkəm zərbə alacağını bilməsi üçün bu qabiliyyətimizdən istifadə edəcəyik.

156
00:25:34,680 --> 00:25:43,370
Mən bir müddət bundan əvvəl demişdim: artıq İslam Respublikasına qarşı “vur, çıx get” vaxtı bitib.

157
00:25:43,650 --> 00:25:50,170
Gəlib vurub, çıxıb gedələr – artıq bu cür deyil. Vuranın yaxasından yapışacağıq.

158
00:25:50,450 --> 00:25:58,680
Başlayan onlar ola bilər, amma bitirmək artıq onların ixtiyarında,

159
00:25:59,020 --> 00:26:05,940
onlardan asılı olmayacaq. Düşmən bax bu gücdən qorxur,

160
00:26:06,340 --> 00:26:09,080
İslam Respublikasının məhz bu iqtidara sahib olmasını istəmir.

161
00:26:09,080 --> 00:26:18,000
Bəs düşmən nəyi hədəfə alır? İndi bunu sizə deyəcəyəm. Siz mənim əziz qardaşlarım, mənim gənc övladlarımsınız.

162
00:26:18,510 --> 00:26:27,310
Dəyərli komandanlarımızın bayaq təqdim etdiyi hesabatdan da göründü ki, hərb elmini mənimsəməkdən əlavə,

163
00:26:27,770 --> 00:26:34,800
siz həm də gözüaçıq, mənəviyyatlı, öz siyasi yanaşması olan gənclərsiniz.

164
00:26:34,800 --> 00:26:45,140
Düşmən nəyin arxasıncadır, nə istəyir? Onun İslam Respublikasındakı hədəfləri hansılardır? Nəyi hədəfə alır?

165
00:26:45,420 --> 00:26:52,680
Sizə deyim ki, düşmənin bir qısa müddət üçün, bir orta müddət üçün, bir də uzaq müddət üçün nəzərdə tutduğu hədəflər var.

166
00:26:53,200 --> 00:27:02,220
Düşmənin qısa müddət üçün nəzərdə tutduğu hədəfi ölkədə təhlükəsizliyi pozmaq, fitnə və qarışıqlıq yaratmaq,

167
00:27:03,310 --> 00:27:10,450
İslam Respublikasının, Allaha şükürlər olsun ki, böyük iftixar duyduğu bu asayiş və təhlükəsizliyi yox etməkdir.

168
00:27:10,970 --> 00:27:17,820
Biz gərginliklərlə dolu, asayiş və təhlükəsizlik olmayan bir regionda

169
00:27:18,110 --> 00:27:22,850
və bəlkə də, dünyada öz ölkəmizdə

170
00:27:23,420 --> 00:27:28,400
asayiş və təhlükəsizlik atmosferi yarada bilmişik.

171
00:27:28,400 --> 00:27:34,620
Bunu edən xalqımız olub, canıyanan dövlət adamlarımız olub,

172
00:27:34,970 --> 00:27:48,170
onların gözüaçıqlığı, sayıqlığı, aktual yanaşması olub. Böyük İran xalqını bax bundan məhrum etmək istəyirlər.

173
00:27:48,170 --> 00:27:55,480
Düşmənin ən önəmli hədəflərindən biri və bəlkə də, qısa müddət üçün nəzərdə tutduğu ən önəmli hədəfi

174
00:27:56,000 --> 00:28:00,850
ölkədə asayiş və təhlükəsizliyi pozmağa müvəffəq olmaqdır.

175
00:28:00,850 --> 00:28:04,970
Az sonra mən bu barədə bir neçə cümlə də deyəcəyəm.

176
00:28:05,310 --> 00:28:14,850
Onların orta müddətli hədəfi isə ölkənin iqtisadiyyatı, xalqın məişət rifahıdır.

177
00:28:15,480 --> 00:28:21,600
İqtisadiyyatımız yerindən tərpənməməli, xalqımızın məişət rifahı irəli getməməli,

178
00:28:22,170 --> 00:28:33,200
ölkədə məşğullu və istehsal aşağı vəziyyətdə qalmalı, işsizlik bir bəla kimi kütləvi hal almalı,

179
00:28:33,650 --> 00:28:44,170
camaat yaşadığı dolanışıq problemləri ucbatından İslam Respbublikasına və İslam dövlətinə olam ümidini itirməlidir.

180
00:28:44,170 --> 00:28:51,250
Düşmənin hədəfi budur. Bunun arxasıncadırlar; ölkəmizdə buna nail olmaq üçün çalışırlar, plan cızırlar,

181
00:28:51,480 --> 00:29:00,050
özləri demişkən, beyin mərkəzləri yaradırlar.

182
00:29:00,280 --> 00:29:07,770
Orta müddət üçün izlədikləri hədəf budur. Biz də əgər bu hədəfi anlamışıqsa,

183
00:29:08,340 --> 00:29:18,280
buna bir əlac etməliyik. Əlac edə bilərik də; əgər özümüzə gəlib özümüzü toplasaq, bir qədər diqqət yetirsək,

184
00:29:18,450 --> 00:29:29,710
lazımi işləri görsək, əlac edə bilərik. İlin başlanğıcında seçdiyimiz şüarı – “Müqavimət iqtisadiyyatı; milli istehsal və məşğulluq” şüarını izləyib reallaşdırmağa səy göstərsək,

185
00:29:30,050 --> 00:29:34,740
düşmənin bu hədəfi, heç şübhəsiz, puça çıxacaq. Eynilə bayaq qeyd etdiyim,

186
00:29:35,080 --> 00:29:42,800
qısa, yaxın müddət üçün nəzərdə tutduqları ölkəmizdə təhlükəsizliyi pozmaq,

187
00:29:42,800 --> 00:29:57,480
iğtişaş və asayiş pozuntusu yaratmaq planı ilə mübarizə üçün də diqqətimizi toplayıb hazırlaşsaq, sözsüz ki, onu da neytrallaşdıra biləcəyik.

188
00:29:57,600 --> 00:30:04,170
Uzun müddət üçün nəzərdə tutduqları hədəf isə İslam dövlətinin özüdür.

189
00:30:05,770 --> 00:30:16,620
Vaxt var idi, açıq-aşkar deyirdilər ki, İslam dövləti ortadan qalxmalıdır. Sonra gördülər ki, bu söz özlərinin ziyanına işləyir,

190
00:30:16,800 --> 00:30:24,620
çünki əvvəla bunu bacarmayacaqlar, elə dedikləri yerdə də qalacaqlar, dünyadakı tərəfdarlarının,

191
00:30:24,850 --> 00:30:32,910
özlərindən asılı, muzdur dövlətlərin yanında nüfuzlarını itirəcəklər. Ona görə də sözü dəyişib dedilər ki, “İslam Respublikası davranışını dəyişməlidir”.

192
00:30:32,910 --> 00:30:39,080
O zaman mən dəyərli rəsmilərimizə söylədim ki, cənablar, fikir verin, davranış dəyişsin,

193
00:30:39,600 --> 00:30:47,480
ya dövlət dəyişsin – ikisi də bir şeydir, heç bir fərqi yoxdur. Davranışımızı dəyişmək o demək deyil ki,

194
00:30:47,650 --> 00:30:54,220
əvvəllər səhər saat 7-də gəlirdiksə, bundan sonra 8-in və ya 7-nin yarısında gələk. Davranışımızı dəyişməyimiz budur ki, indiyə qədər İslam dininin,

195
00:30:54,220 --> 00:31:00,110
inqilabın, İmam Xomeyninin yolu ilə getmişiksə, bundan sonra həmin kursdan kənarlaşaq;

196
00:31:00,110 --> 00:31:09,650
əvvəl 20 dərəcə, sonra 45 dərəcə, sonra 60 dərəcə, sonra 180 dərəcə əksinə hərəkət edək.

197
00:31:09,650 --> 00:31:17,420
Davranışını dəyişmək budur; yəni elə dövlətin dəyişməsi. Onların uzun müddət üçün nəzərdə tutduğu hədəf budur.

198
00:31:17,710 --> 00:31:27,880
Odur ki düşmənin hədəfləri bunlardır. Düşmən düşməndir; düşmənçiliyini həyata keçirmək üçün əli çatan hər vasitədən istifadə edəcək.

199
00:31:28,280 --> 00:31:35,540
Seçkilər barədə də bir-iki kəlmə deyim. Seçkilər elə arenalardan biridir ki,

200
00:31:35,820 --> 00:31:50,400
həm ölkəyə nüfuz və yüksəliş gətirə bilər, həm də zəifləməsinə, müəyyən problemlərin yaranmasına yol aça bilər; seçkilər bu cürdür.

201
00:31:51,940 --> 00:32:01,200
Əgər xalq seçkidə hamılıqla, intizamlı, etik qaydalara uyğun bir şəkildə iştirak etsə,

202
00:32:02,110 --> 00:32:15,080
dinin qayda-qanunlarına riayət etsə, hər kəs qanunun tələbinə uyğun davransa, bu, İslam Respublikasına üçün nüfuz və yüksəliş qazandıracaq.

203
00:32:16,510 --> 00:32:26,050
Yox əgər qanunlar pozulsa, etik qaydalara əhəmiyyət verilməsə, danışanlar dedikləri sözlərlə

204
00:32:26,400 --> 00:32:34,450
düşməni özlərinə ümidli etsə, seçkilər bizim ziyanımıza bitəcək.

205
00:32:35,250 --> 00:32:46,050
Biz seçkidə naşı deyilik. Artıq 37-38 ildir ki, seçkilər keçiririk –

206
00:32:46,620 --> 00:32:56,110
əvvəllər ildə təxminən bir seçki olurdu; indi də bir neçə ildir ki, hər iki ildən bir ölkədə

207
00:32:56,680 --> 00:33:03,080
böyük bir seçki baş tutur – seçki məsələsində təcrübəmiz var, seçkilərin nə olduğunu bilirik,

208
00:33:03,480 --> 00:33:10,740
bilirik ki, namizədlər, seçkiyə aidiyyəti olan insanlar

209
00:33:11,080 --> 00:33:21,250
hansı ideoloji mühitlərə düşə bilər, nə kimi düşmənçiliklərə, hansı vəsvəsələrə məruz qala bilər.

210
00:33:21,770 --> 00:33:26,050
Bunlar aydındır; bütün bu şeyləri biz təcrübədən keçirmişik.

211
00:33:26,280 --> 00:33:35,480
Mən üzümü bütün namizədlərə tutaraq onlara bir tövsiyə etmək istəyirəm – xalqa nə demək lazımdırsa, demişik –

212
00:33:35,650 --> 00:33:42,740
namizədlərə demək istəyirəm ki, xalqa verdikləri vədlərdə,

213
00:33:42,970 --> 00:33:49,820
etdikləri çıxışlarda, seçicilərə təqdim etdikləri platformalarında

214
00:33:50,110 --> 00:33:58,800
iki-üç məqamı, hökmən, gözləməyə diqqət yetirsinlər: birinsici, iqtisadi problemlər.

215
00:33:59,310 --> 00:34:13,200
İqtisadi problemlərə, mütləq, diqqət ayırsınlar, ölkənin iqtisadiyyatı üçün çalışmaq istədilərini desinlər, özü də qətiyyətlə desinlər.

216
00:34:13,540 --> 00:34:24,510
Mühüm məsələlərdən biri budur. İlk növbədə xalqın məişət rifahının onlar üçün əhəmiyyətli olduğunu desinlər.

217
00:34:24,850 --> 00:34:34,850
Namizədlərin platformasında, çıxışlarında, xalqa verdiyi vədlərdə əksini tapmalı olan ikinci məqam

218
00:34:35,020 --> 00:34:43,140
milli qürur, İran xalqının müstəqilliyi məsələsidir. Cənablar! İran xalqı inqilabçı bir xalqdır,

219
00:34:43,480 --> 00:34:56,000
İran xalqı başıuca bir xalqdır,  İran xalqı elə bir xalqdır ki, özünü zəiflik və asılılığın son həddindən çıxararaq

220
00:34:56,340 --> 00:35:07,200
beynəlxalq nüfuz və iqtidarın zirvəsinə qaldıra bilmişdir. Bu xalqı əzmək, zəiflətmək,

221
00:35:07,940 --> 00:35:16,170
başqa xalqların, böyük dövlətlərin qarşısında təslimçiliyə məcbur etmək lazım deyil.

222
00:35:16,570 --> 00:35:25,540
Bu xalq öz qüdrəti ilə həyatdadır, vardır. Əgər onun nümayiş etdirdiyi bu qüdrət olmasaydı,

223
00:35:25,940 --> 00:35:35,080
düşmən gəlib bizim hansısa prezidentimizə və ya məmurumuza hansısa göstərişi verməklə kifayətlənməyəcəkdi;

224
00:35:35,080 --> 00:35:42,400
gəlib bu ölkədə ağalıq edəcəkdi. İslam Respublikasının başına dünyanın bəzi regionlarındakı və elə bizim öz regionumuzdakı heç bir nüfuzu olmayan,

225
00:35:42,680 --> 00:35:50,620
muzdur, asılı dövlətlərinin başına açdıqları oyunları açacaqdılar;

226
00:35:50,910 --> 00:35:58,000
elə bu gün də bunu arzulayırlar. Bizim xalqımızla da o şəkildə davranmaq istəyirdilər.

227
00:35:58,220 --> 00:36:06,450
İmperializmin qarşısında xalqın qüruru, heysiyyəti, vüqarı, əzəməti qorunmalıdır.

228
00:36:06,620 --> 00:36:15,770
Namizədlər də Amerikanın haqsız tələblərinə, İsrailin xəbis əməllərinə qarşı olduqlarını göstərməlidirlər.

229
00:36:16,000 --> 00:36:25,140
Möhtərəm namizədlərin öz seçki platformalarında, çıxışlarında, vədlərində  diqqət yetirməli olduğu üçüncü məqam isə

230
00:36:25,420 --> 00:36:31,540
bayaq qeyd etdiyim həmin o milli təhlükəsizlik, milli asayiş məsələsidir.

231
00:36:32,000 --> 00:36:51,080
Namizədlər çalışmalıdır ki, etnik mənsubiyyət və dil fərqi, coğrafi ərazi və ideologiya zəminində qopuqları böyütməsinlər. Bu məsələdə diqqətli olsunlar!

232
00:36:52,800 --> 00:36:59,250
Uzun illərdir ki, düşmənlərimiz bu qopuqlar üzərində işləyir.

233
00:37:00,110 --> 00:37:11,880
İslam Respublikasının düşmənləri Kürdüstanın üzərində çalışdılar, amma bizim mömin kürd camaatımız onların ağzından möhkəm bir yumruq vurdu.

234
00:37:13,020 --> 00:37:22,340
Düşmənlər qeyrətli və təəssübkeş Azərbaycan əhalisinin üzərində işləməyə başladılar, pullar buraxdılar,

235
00:37:22,740 --> 00:37:30,970
amma qeyrətli azərbaycanlılar İslam İnqilabına sahib çıxdıqlarını nümayiş etdirərək

236
00:37:31,140 --> 00:37:39,770
onların üzünə durub rədd etdilər. Eynilə Xuzestanın ərəb əhalisi,

237
00:37:40,050 --> 00:37:49,710
bəluclar, türkmənlər üzərində də. Bu qopuqları aktivləşdirmək üçün işləyir, maya qoyur, pul verir, muzdlular tutur,

238
00:37:50,450 --> 00:37:58,450
söz quraşdırırlar. Lakin buna baxmayaraq İran ərazisində yaşayan etnoslar var

239
00:37:58,970 --> 00:38:07,480
gücü, səmimiyyəti, ixlası və imanı ilə bu məkrli planların qarşısında durur.

240
00:38:07,710 --> 00:38:16,050
Prezidentliyə namizədlər də ehtiyatlı davranmalıdır ki, səhvə yol verib,

241
00:38:16,400 --> 00:38:26,050
düşmənin uğur əldə etmədən yarımçıq qoyduğu bir işi davam etdirərək bu çatları fəallaşdırmasınlar.

242
00:38:26,400 --> 00:38:32,170
Bu ölkə üçün asayiş və təhlükəsizlik çox önəmlidir.

243
00:38:32,510 --> 00:38:42,450
Seçki prosesində təhlükəsizlik orqanlarının rəsmiləri – məhkəmə hakimiyyəti, polis,

244
00:38:42,680 --> 00:38:49,420
Daxili İşlər Nazirliyi və sair və sair – hamısı təhlükəsizliyin qorunmasına diqqət yetirməlidirlər.

245
00:38:49,420 --> 00:38:56,220
Kimsə bu ölkənin təhlükəsizliyinə qarşı çıxış etmək fikrinə düşsə,

246
00:38:56,400 --> 00:39:01,940
sözsüz ki, sərt cavab reaksiyası ilə üzləşəcək; bunu bilsinlər.

247
00:39:02,220 --> 00:39:18,280
“Mən 10 milyon dollarla Gürcüstanın altını üstünə çevirə bildim” – deyən  o pullu amerikan sionisti

248
00:39:18,510 --> 00:39:27,770
1388-ci ildə İslam Respublikasında da bunu etmək fikrinə düşmüşdü. Görün nə qədər yanlış bir uyğunlaşdırma, səfeh bir tanımadır ki,

249
00:39:28,050 --> 00:39:37,080
bu əzəmətdə İslam Respublikasını, bu böyüklükdə İran xalqını

250
00:39:37,540 --> 00:39:45,880
dünyanın neçənci əl ölkələri ilə müqayisə edəsən və orada nə isə bir iş görüb öz təsirini göstərmək istəyəsən!

251
00:39:46,400 --> 00:39:56,570
Xalqımız öz milli iradə və əzmi ilə möhkəm bir divar kimi bu səylərin qarşısında durdu. Bu gün də eynilə o cürdür; bunu bilsinlər ki, bu ölkə üçün təhlükəsizlik çox önəmlidir,

252
00:39:56,910 --> 00:40:05,480
camaatımız təhlükəsizliyə böyük əhəmiyyət verir, mən özüm də xalqın iradəsini rəhbər tutaraq bu ölkənin təhlükəsizliyə böyük önəm verirəm.

253
00:40:05,710 --> 00:40:17,020
Seçkidə təhlükəsizlik tam şəkildə qorunmalıdır və bu yoldan kənara çıxmaq istəyən hər kəs bilsin ki, mütləq, xalqın silləsini dadacaq.

254
00:40:33,710 --> 00:40:42,740
Güclər Allah aiddir, qəlblər Allaha aiddir, qəlblər

255
00:40:42,740 --> 00:40:46,000
بَينَ اِصبَعَيِ الرَّحمٰن -

256
00:40:46,450 --> 00:40:51,080
ilahi iradənin layları arasındadır; qəlblər Allahın əlindədir.

257
00:40:51,880 --> 00:41:01,770
İran xalqı Allahın lütf və mərhəmətinə arxalanaraq indiyədək bu yolu qüdrətlə qət edib, inşallah, bundan sonra da qət edəcək.

258
00:41:02,000 --> 00:41:09,820
Və İran xalqı arasında gənclərin rolu daha qabarıqdır,

259
00:41:09,820 --> 00:41:20,510
gənclərin arasında isə, əzizlərim, sizlər başqa bir özəlliyə maliksiniz. Bunun qədrini bilin və bunun üçün uca Yaradana şükür edin.

260
00:41:20,510 --> 00:41:28,970
Pərvərdigara! Səni and veririk zühuru vəd olunmuş Mehdiyə, Səni and veririk o şəxsə ki,

261
00:41:28,970 --> 00:41:34,740
ruzisi – göy və yerin – onun varlığı sayəsindədir,

262
00:41:34,740 --> 00:41:43,250
bu gəncləri və ölkəmizin bütün gənclərini, bütün İran xalqını

263
00:41:43,310 --> 00:41:46,400
Öz lütf və inayətinin kölgəsində saxla.

264
00:41:47,880 --> 00:41:52,000
İran xalqını düşmənləri üzərində qalib et.

265
00:41:53,600 --> 00:42:08,280
Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali - Məhəmmədə, şəhidlərimizin və onların rəhbəri İmam Xomeyninin pak ruhlarını Məhşərə Məhəmməd və Ali - Məhəmmədin pak ruhları ilə birgə gətir.

266
00:42:09,540 --> 00:42:15,770
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.