1
00:00:00,220 --> 00:00:02,570
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,800 --> 00:00:05,860
الحمدلله ربّ العالمين

3
00:00:08,710 --> 00:00:14,400
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:24,570 --> 00:00:32,000
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:32,260 --> 00:00:47,240
Əziz qardaşlar, əziz bacılar, Müqəddəs Müdafiə savaşının yadigarları, İran xalqının böyüklük

6
00:00:48,170 --> 00:01:01,110
və qəhrəmanlığının təcəssümü olan komandirlər, döyüşçülər, dinamik gənclər, çox xoş gəlmisiniz.

7
00:01:02,660 --> 00:01:09,950
Xalqımız sizin – istər bu yola çıxaraq həqiqətlərlə tanış olmağa can atan gənclərin,

8
00:01:10,400 --> 00:01:23,770
istərsə də qanlı-qadalı döyüş meydanlarının öz gözləri ilə şahidi olub böyük işlər görmüş

9
00:01:24,400 --> 00:01:31,370
və elə bu gün də xidmətinə davam edən, əksəriyyəti şəhid olacağı günün intizarında olan

10
00:01:31,770 --> 00:01:39,060
keçmiş döyüşçülərin qədrini bilməlidir. Bunlar xalqın övladlarıdır, xalqımız isə qədirbilən bir xalqdır;

11
00:01:39,280 --> 00:01:51,150
rəsmilər, rəhbər işçilər bunların, bu sözlərin qədrini bilməlidir.

12
00:01:53,060 --> 00:02:02,170
Əvvəla, “Nur yolçuları” ekspedisiyalarının təşkilatçılarına təşəkkürümü bildirirəm.

13
00:02:03,860 --> 00:02:14,620
Bayaq general-mayor Baqeri qeyd etdi ki, bu ekspedisiyalarda təşkilatçılardan,

14
00:02:16,400 --> 00:02:26,800
bələdçilərdən, fəallardan ibarət böyük bir kollektiv iştirak edir. Hamınıza təşəkkür edirəm.

15
00:02:27,330 --> 00:02:33,770
Gördüyünüz iş böyük, önəmli, çox effektiv bir işdir.

16
00:02:36,040 --> 00:02:48,000
Burada önəmli olan məqam budur ki, biz tariximizdə yaşanmış böyük günlərin unudulub getməsinə imkan verməməliyik.

17
00:02:49,110 --> 00:03:03,060
Hər bir ölkənin və xalqın tarixində böyük günlər o günlərdir ki, onlarda xalqın vasitəsi, xalqın əli ilə ilahi bir hadisə həyata keçirilmişdir.

18
00:03:03,910 --> 00:03:06,710
“Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini onlara xatırlat”(“İbrahim” surəsi, 5-ci ayədən)

19
00:03:07,060 --> 00:03:17,860
Allah-taala Quranda Musa peyğəmbərə göstəriş verir ki, “əyyamullah”ı – Allahın günlərini tayfasının yadına salsın.

20
00:03:18,170 --> 00:03:26,440
“Əyyamullah” tarixin yazıldığı həmin o böyük günlərdir. 8 illik Müqəddəs Müdafiə də

21
00:03:27,150 --> 00:03:32,310
hər gününü hesaba aldıqda müəyyən mənada həmin o “əyyamullah”dan – Allahın günlərindəndir.

22
00:03:35,200 --> 00:03:43,460
Bu hadisələrin yaddaşlardan silinməsinə imkan verməməliyik.

23
00:03:44,080 --> 00:03:54,040
Quran bizə bunu öyrədir; Quranda edilən xatırlatmalara baxın:

24
00:03:54,310 --> 00:04:02,400
“Kitabda İbrahimi də yad et”. (“Məryəm” surəsi, 41-ci ayədən),  “Kitabda Musanı da yad et”. (“Məryəm” surəsi, 51-ci ayədən), “Kitabda İdrisi də yad et”. (“Məryəm” surəsi, 56-cı ayədən) “Kitabda Məryəmi də yad et”. (“Məryəm” surəsi, 16-cı ayədən)

25
00:04:02,880 --> 00:04:11,420
Yaddan çıxmasına imkan verməməliyik. Quran bizə öyrədir ki, bunları yada sal, təkrar-təkrar xatırla.

26
00:04:11,820 --> 00:04:20,840
Görün Həzrət Musanın, Həzrət İbrahimin və digər peyğəmbərlərin əhvalatları Quranda neçə dəfə təkrarlanır!

27
00:04:22,000 --> 00:04:26,440
Yada salmaq lazımdır, unudulub getməsinə imkan vermək olmaz.

28
00:04:27,910 --> 00:04:38,880
Əlbəttə, bu sahədə bir sıra işlər görüldüyünün şahidi oluruq. Mənim general-mayor Baqeriyə böyük etimadım var və onun işinə sonsuz nikbinliklə yanaşıram.

29
00:04:39,280 --> 00:04:43,150
O, bu günə qədər gördükləri və ya hazırda həyata keçirdikləri işlərdən danışdı.

30
00:04:43,330 --> 00:04:51,150
Lakin bu işlər iki cürdür: onlardan bəziləri təşkilati işlərdir.

31
00:04:51,370 --> 00:04:56,220
Müəyyən bir təşkilat qurulur, kollektiv toplanır; lap yaxşı, yaxşı bir işdir.

32
00:04:56,480 --> 00:05:02,170
Bəzi işlər isə icraiyyə işləridir.

33
00:05:02,570 --> 00:05:08,400
İcraiyyə işləri hansısa təşkilatı təsis etməklə qurtarmır.

34
00:05:09,200 --> 00:05:16,530
Daim nəzarət etmək lazımdır ki, əvvəla, işlər irəliləsin,

35
00:05:16,970 --> 00:05:26,040
ikincisi, düzgün formada irəliləsin, kənara sapmasın, üçüncüsü inkişaf etsin, yüksəliş qazansın, yeknəsəq olmasın.

36
00:05:26,400 --> 00:05:31,510
Rəvayətdəki o “İki gününü eyni cür keçirən şəxs ziyana uğramışdır” məsələsi

37
00:05:31,640 --> 00:05:39,370
burada tam mənasında yerinə düşür. Dünən gördüyümüz işi bu gün də görürüksə, sözsüz ki, ziyan edirik.

38
00:05:40,260 --> 00:05:45,200
Bu gün dünənkindən bir addım daha irəli, daha yaxşı olmalıyıq.

39
00:05:45,200 --> 00:05:55,420
Elə buna görə də mən müxtəlif sferalarda – hərbidə, hökumətdə, ədliyyədə və sairdə çalışan rəhbər işçilərə üzümü tutub dönə-dönə təkrarlayır,

40
00:05:56,000 --> 00:06:05,820
vurğulayıram ki, arxalarında duran kollektivin ən son sıralarındakı insanların belə işinə diqqət yetirsinlər,

41
00:06:06,130 --> 00:06:11,020
baxsınlar, nəzarət etsinlər. Hər bir işi,

42
00:06:11,860 --> 00:06:17,770
əvvəla, ardıcıl şəkildə davam etdirmək lazımdır. Çünki bəzən bir işə başlayırıq,

43
00:06:18,310 --> 00:06:27,240
sonradan o işi öhdəmizə götürdüyümüzü, bu barədə kiməsə göstəriş verdiyimizi və ya hansısa qərarlar aldığımızı unuduruq; iş yaddan çıxır.

44
00:06:28,480 --> 00:06:34,480
Bəzən isə iş yaddan çıxmır, davam etdirilir, amma düzgün formada getmir.

45
00:06:35,020 --> 00:06:41,550
Belə halları çox görmüşük: bir işə düzgün şəkildə başlanılıb, amma ortaya yanlış, doğru yoldan uzaq bir nəticə çıxıb;

46
00:06:41,680 --> 00:06:49,150
istər mədəniyyət olsun, istər siyasət olsun, istər iqtisadiyyat olsun, istərsə də ölkənin digər müxtəlif idarəçilik sahələri.

47
00:06:50,440 --> 00:07:02,130
Yaxşı başlayır, amma hansı məqamdasa düzgün istiqamətdən kənarlaşmağa, arada bir bucaq yaranmağa başlayır. Özü də bu uzaqlaşma prosesi əvvəldə bir o qədər də hiss olunmur, çünki aradakı bucaq kiçik olur,

48
00:07:02,750 --> 00:07:08,840
daha sonra isə davam edib irəlilədikcə getdikcə daha da açılmağa, böyüməyə başlayır.

49
00:07:09,280 --> 00:07:15,460
Bəzən isə işlərin istiqaməti də düzgün olur, ardıcıllığı da olur, amma yeknəsəq olur.

50
00:07:16,710 --> 00:07:21,950
Baxırsan ki, bu gün də 5 il, 10 il, 20 il əvvəl olduğu kimidir;

51
00:07:22,660 --> 00:07:31,370
heç bir inkişaf və yüksəliş müşahidə olunmur. İnkişaf və yüksəlişə gəlincə, bu da təkcə elə danışmaqla,

52
00:07:32,040 --> 00:07:40,350
statistika gətirməklə başa gəlmir, görülən işin məhsulu ortada olmalıdır; hansı işlərin həyata keçirildiyini, nəticələri görmək lazımdır.

53
00:07:40,750 --> 00:07:45,600
Mənim xahişim budur ki, bu işə rəhbərlik edən insanlar

54
00:07:46,220 --> 00:07:52,480
onun nə qədər böyük, önəmli bir iş olduğuna diqqət yetirsinlər. Bir qədər sonra mən bu barədə qısaca da olsa danışacağam.

55
00:07:52,480 --> 00:07:59,640
Əziz qardaşlar, əziz bacılar! Baxın, hər ölkənin bir sərvəti var:

56
00:08:00,930 --> 00:08:07,460
bəzilərinin iqlimi onlar üçün sərvətdir, bəzilərinin coğrafi sərvətləri var, bəzilərinin yeraltı sərvətləri var,

57
00:08:07,820 --> 00:08:12,480
bəzilərinin insan resursları var – insanları yüksək intellektə, istedada sahibdir,

58
00:08:13,110 --> 00:08:22,310
bəzilərinin nefti var, bəzilərinin ağlı var, pulu yoxdur, bəzilərinin pulu var, ağlı yoxdur;

59
00:08:22,570 --> 00:08:34,570
dünyada bir çox belə xalqlar var. Hər bir ölkə özünün güclü cəhətinə dəyər verməli, onu əziz tutmalı,

60
00:08:35,060 --> 00:08:42,620
qorumalıdır. Bizim güclü cəhətlərimiz çoxdur; təbiətin bizə bəxş etdiyi güclü cəhətlər də var –

61
00:08:42,840 --> 00:08:46,080
indi bu görüşdə bunları saymağın yeri deyil;

62
00:08:46,530 --> 00:08:53,020
torpağımız var, yeraltı-yerüstü sərvətlərimiz var, insanlarımız var, ağlımız var; hər şeyimiz var –

63
00:08:53,600 --> 00:08:59,640
amma ən önəmli sərvətlərimizdən biri bizim mədəni sərvətimizdir.

64
00:09:00,480 --> 00:09:10,800
Biz zəngin bir mədəni sərvətə malikik. Mədəni sərvət nədir? Məsələn, cihada meyil və etiqad bir mədəni sərvətdir.

65
00:09:12,000 --> 00:09:19,370
Yəni İran xalqının arasında gəzib dolaşsanız, ölkəmizdə azsaylı bir qrupdan başqa,

66
00:09:19,600 --> 00:09:30,130
qalan bütün əhalidə din uğrunda nə isə bir iş görmək stimulu olduğunu görərsiniz. Düzdür, dərəcəsi fərqli ola bilər; birində az, birində çox.

67
00:09:31,510 --> 00:09:38,310
Ola bilsin, bir insanda bu stimul yalnız o qədərdir ki, bir televiziya kamerası ilə üzbəüz gələndə

68
00:09:38,750 --> 00:09:46,930
ölkənin xeyrinə danışır, İslamın və inqilabın ideallarını dəstəkləyir. Lap yaxşı, nə yaxşı ki, bu stimul da var.

69
00:09:47,950 --> 00:09:54,530
Ola da bilsin, birində bu stimul daha güclüdür, o birində isə o qədər güclüdür ki, canını belə fəda etməyə hazırdır.

70
00:09:54,930 --> 00:10:01,370
Bu cihada can atma ruhiyyəsi,

71
00:10:01,910 --> 00:10:09,240
din uğrunda, ideallar uğrunda əziyyət və məhrumiyyətə qatlaşma həvəsi bir mədəni sərvətdir. Bu, bir çox ölkələrdə olmasa da, bizim ölkəmizdə var.

72
00:10:11,420 --> 00:10:22,750
İnqilabdan əvvəl bizim mübarizlər, misal üçün, o vaxtkı marksist mübarizlərlə qarşılaşanda –

73
00:10:23,110 --> 00:10:28,660
istər birgə söhbətlərdə, istər fərdi görüşlərdə, istər həbsxanada, istər ondan kənarda –

74
00:10:29,240 --> 00:10:39,330
mən bunu həmişə özümüzünkülərə deyirdim; deyirdim, bizim onlardan fərqimiz budur ki, bizim Allahımız var, onlarınsa yoxudur;

75
00:10:39,550 --> 00:10:48,350
mənim onlara ürəyim yanır. Həbsxana kamerasının bir küncündə, işgəncə altında, çox çətin şəraitdə

76
00:10:48,350 --> 00:10:56,260
bizim bir pənah yerimiz, bir Allahımız vardı, Ona pənah aparır, Ondan kömək istəyirdik.

77
00:10:56,440 --> 00:11:03,730
Onun iradəsi o yerdə bizə yardım etməyi lazım görməsə də, ən azından, ürəyimiz rahat idi, sevinirdik ki,

78
00:11:04,930 --> 00:11:13,240
Ona xatir necə əziyyət çəkdiyimizə şahiddir. O yazıq marksistlər isə belə deyildi.

79
00:11:15,640 --> 00:11:26,930
O vaxt mən deyirdim ki, Allahı olmayan bu adamlar nə qədər ki həvəslidir, emosiyaların, hiss-həyəcanın təsiri altındadır, irəli atılır, hərəkət edirlər.

80
00:11:28,260 --> 00:11:36,570
Amma əgər bu ruh yüksəkliyi, bu hiss-həyəcan bircə anlıq onlarda yox olsa və öz-özlərinə düşünsələr,

81
00:11:37,200 --> 00:11:44,170
əbəs və mənasız bir işlə məşğul olduqlarını görəcəklər. Deyəcəklər, necə yəni, mən öldürülməliyəm ki, başqaları yaşasın?

82
00:11:44,400 --> 00:11:49,860
Mən öldürülməliyəm ki, filankəs pul qazanıb rahat yaşasın? Nəyə görə?

83
00:11:52,750 --> 00:12:02,620
İmanın isə xüsusiyyəti budur ki, mübarizə ruhunu, mübarizə meylini insanda daim yaşadır.

84
00:12:02,930 --> 00:12:09,150
Bunun özü bir mədəni dəyərdir; böyük bir mədəni dəyər. Bu, bir.

85
00:12:09,860 --> 00:12:18,130
Hegemonların qarşısında durub mübarizə aparmağa inam bəsləmək də bir mədəni dəyərdir;

86
00:12:19,680 --> 00:12:27,020
mübarizə aparacağın təqdirdə sonda düşmənə, mütləq, qalib gələcəyinə inanmaq

87
00:12:27,420 --> 00:12:33,460
bir mədəni dəyər, mədəni sərvətdir.

88
00:12:34,480 --> 00:12:40,480
Bizə aid olan, bizə güc verən mədəni dəyər

89
00:12:41,640 --> 00:12:49,550
və sərvətlərimizin hamısını sadalamaq istəsək, uzun bir siyahı alınar.

90
00:12:49,910 --> 00:12:56,660
Bunları qoruyub yaşada bilsək və ya unudulmuşları yaddaşların qaranlığından çəkib çıxararaq

91
00:12:56,660 --> 00:13:04,130
yenidən canlandıra bilsək – eynilə İslam İnqilabında olduğu kimi; inqilabın gedişində nə vaxtsa unudulmuş dəyərlər ortaya gəldi –

92
00:13:04,660 --> 00:13:12,840
böyük işlər görə bilərik; necə ki bu otuz neçə ildə ölkəmizdə bu böyük işlər görülüb.

93
00:13:13,200 --> 00:13:19,420
Siz gənclər inqilabdan əvvəlki dövrü, diktaturanı görməmisiniz.

94
00:13:19,770 --> 00:13:29,330
Biz isə onların hamısını görmüşük. Əgər o vaxt kimsə İranda bir hərəkatın həyata keçiriləcəyini, dinin hakimiyyətə gələcəyini,

95
00:13:29,640 --> 00:13:39,770
dahi İmam Xomeyni kimi bir insanın ölkənin başında duracağını desəydi, heç şübhəsiz, ağlı olan istənilən orta statistik insan

96
00:13:39,770 --> 00:13:47,730
bunun qeyri-mümkün olduğunu söyləyərdi; yəni əsla tərəddüd etmədən belə cavab verərdi. Çünki vəziyyət o cür idi. Amma bu baş verdi.

97
00:13:48,930 --> 00:13:56,170
Məcburən cəlb edildiyimiz savaş – Müqəddəs Müdafiə də belədir.

98
00:13:56,530 --> 00:14:06,750
Burada mən bir haşiyəyə çıxım: o məcburi savaş ona görə başlamışdı ki, düşmən bizdə zəiflik hiss etmişdi.

99
00:14:07,770 --> 00:14:18,310
Əgər Səddam rejimi və onu bu müharibəyə təhrik edənlər bir neçə günə Tehrana çatacaqlarına arxayın olmasaydılar

100
00:14:18,480 --> 00:14:26,310
(onlar belə düşünürdülər), bu müharibə olmazdı. Onlar bizdə zəiflik hiss etmişdilər.

101
00:14:27,950 --> 00:14:36,350
Sizin özünüzü zəif hiss etməyiniz düşmənin üstünüzə hücum etməyə ürəklənməsinə səbəb olur; bu, ümumi bir prinsipdir.

102
00:14:37,330 --> 00:14:44,750
Əgər düşməni sizə hücum etmək fikrindən daşındırmaq istəyirsinizsə, çalışın özünüzü zəif göstərməyəsiniz.

103
00:14:45,860 --> 00:14:56,570
Demirəm, yalandan “güclüyük” deyək, dediyim odur ki, qolumuzdakı gücü göstərək. Bizim güclü cəhətlərimiz çoxdur, bu cəhətləri ortaya çıxaraq.

104
00:14:57,730 --> 00:15:02,400
İqtisadiyyatda da, mədəniyyətdə də bu cürdür.

105
00:15:02,880 --> 00:15:12,310
Bu gün ölkəmizin üzləşdiyi böyük iqtisadi çarpışmada –

106
00:15:12,480 --> 00:15:21,110
bu gün biz iqtisadiyyat sahəsində böyük bir çarpışma ilə üz-üzəyik –  bəzilərimizin yol verdiyi böyük səhv də elə bu oldu ki, özümüzü iqtisadi cəhətdən zəif göstərdik.

107
00:15:22,130 --> 00:15:27,020
Düşmən bura təzyiq göstərməyin mümkün olduğunu gördüyü üçün təzyiqlərini daha da artırdı.

108
00:15:27,770 --> 00:15:38,750
O yerə qədər ki müsahibədə birindən: “Sizin filan yerdə keçirdiyiniz təlimlərin

109
00:15:39,020 --> 00:15:47,240
İranla apardığınız iqtisadi danışıqlara zərbə vuracağından narahat deyilsinizmi?” – deyə soruşublar,

110
00:15:47,600 --> 00:15:55,600
üzü gəlib, utanmadan cavab verib ki, “Yox, belə şeylərin heç bir təsiri ola bilməz; iranlıların bu danışıqlara o qədər ehtiyacı var ki,

111
00:15:56,750 --> 00:16:05,860
belə təlimlər aramızdakı iqtisadi müzakirələrə heç bir zərər vura bilməz!” Bax bu olmamalıdır; düşmənin qarşısında zəifliyini göstərmək olmaz.

112
00:16:07,460 --> 00:16:16,080
Bəli, düşmən bizdə zəiflik hiss etdiyinə görə üstümüzə hücum etmişdi.

113
00:16:16,400 --> 00:16:20,840
Bəs biz, doğrudan da, zəif idik, ya yox? Faktiki olaraq, bəli, zəif idik.

114
00:16:21,460 --> 00:16:27,770
Silahlı qüvvələrimiz dağınıq vəziyyətdə idi, nizam-intizamlı şəkildə idarə olunmurdu,

115
00:16:28,480 --> 00:16:36,130
silah və texnikamızın xeyli hissəsi heç nəyə yaramırdı, xeyli hissəsi barədə isə məlumatımız yox idi.

116
00:16:36,400 --> 00:16:45,770
Biz silah anbarlarımızda olan bəzi şeylər haqda müharibə başlanandan bir-iki il sonra xəbər tutub bildik ki,

117
00:16:45,950 --> 00:16:53,770
bunlar var və bunlardan istifadə edə bilərik. Müharibə təcrübəmiz də yox idi.

118
00:16:54,570 --> 00:17:01,510
Şah diktaturası dövründə yalnız bir neçə dəfə özlərini göstərmək üçün hücum edərək İraq sərhədinin bu tərəfindən girib,

119
00:17:01,640 --> 00:17:08,660
bir neçə kilometr o tərəfdən çıxmışdılar. Bizlərin müharibə təcrübəsi yox idi.

120
00:17:09,730 --> 00:17:15,600
Bizim müharibə təcrübəmiz II Dünya müharibəsi ilə bağlı idi ki,

121
00:17:16,260 --> 00:17:28,880
onda da o dövrün diktatoru öz komandanından: “Bizim silahlı qüvvələrimiz düşmən qarşısında nə qədər müqavimət göstərə bilər?” – deyə soruşanda

122
00:17:29,640 --> 00:17:38,130
cavab verib ki, “Qurban olum, iki saat”; bu sözləri eşidən şahın qanı qaralıb; Rzaxanı deyirəm; elə bil, kefinə soğan doğrayıblar.

123
00:17:39,370 --> 00:17:45,110
Bu yana keçəndən sonra bir nəfər həmin komandana deyib: “Gərək elə deyəydin ki,

124
00:17:45,640 --> 00:17:53,200
qanı qaralmayaydı; gərək bir az şişirdəydin”. Komandan isə cavab verib ki, “Mən elə şişirdib dedim də! Hələ mən 2 saat dedim,

125
00:17:53,200 --> 00:18:01,820
bizimkilər düşmən qarşısında cəmi 10 dəqiqə tab gətirə bilər!” Bizim müharibə təcrübəmiz bu idi.

126
00:18:03,420 --> 00:18:14,220
Müharibə belə bir şəraitdə başladı. Baxın, düşmən elə ilk addımdan Əhvazın 10-12 kilometrliyinə qədər irəlilədi;

127
00:18:15,370 --> 00:18:25,020
yəni düşmənin 60 mm-lik minaları Əhvazın ətrafına qədər gəlib çatırdı; vəziyyət bu cür idi.

128
00:18:25,550 --> 00:18:36,440
Gəlib Nadiri körpüsündən – Dezful hissəsindən – keçib Dezful çayının bəri tərəfinə girdilər;

129
00:18:36,840 --> 00:18:45,370
yəni Dezful da, Əhvaz da, Xuzestanın digər mühüm şəhərləri də təhlükə altında qaldı.

130
00:18:45,370 --> 00:18:49,680
Düşmən ilk hücumdan torpaqlarımıza bu şəkildə soxuldu; vəziyyətimiz belə idi.

131
00:18:51,460 --> 00:19:02,130
Sonradan bizim inqilabi və islamçı qüvvələrimiz dahi İmam Xomeyninin əzəməti ilə özünü tapdı (hansı ki onun özü dünyanın bir möcüzəsi idi

132
00:19:02,930 --> 00:19:10,750
Allah-taalanın böyük möcuzələrindən biri idi; əsl “ayətullahül-üzma” –

133
00:19:11,950 --> 00:19:17,770
yəni Allahın böyük möcuzəsi o özü idi); ordu bir cür, Keşikçi Korpus bir cür,

134
00:19:18,620 --> 00:19:30,130
Bəsic bir cür. Qüvvələrimiz özünü tapdı, öz imkanlarından, onlarda gizlənən, özlərinin belə xəbəri olmadığı gücdən istifadə etməyə başladı.

135
00:19:32,260 --> 00:19:41,150
Bu güc təkcə döyüşməkdən, şücaətdən, meydana atılmaqdan ibarət deyildi. Bunlar həmin gücün yalnız bir hissəsini təşkil edirdi. Bunlardan başqa, idarəçilik,

136
00:19:41,820 --> 00:19:49,420
təşkilatçılıq, təşəbbüskarlıq, hərəkətə keçmək gücü də var idi.

137
00:19:51,020 --> 00:19:57,420
Elə buna görə də qüvvələrimiz müharibə meydanlarındakı vəziyyəti dəyişməyə müvəffəq oldu.

138
00:19:58,750 --> 00:20:05,950
Müharibə 1359-cu ildə bayaq qeyd etdiyim itkilərlə başlamışdı,

139
00:20:06,130 --> 00:20:16,750
amma 1361-ci ilin fərvərdin ayında “Fəthül-mubin” əməliyyatında bizim qüvvələr düşməndən bir neçə min əsir götürmüşdü. Yəni fərqə baxın! 1 il yarım ərzində

140
00:20:17,600 --> 00:20:23,200
mömin və inqilabçı qüvvələr o qədər inkişaf edib irəli getmişdi ki,

141
00:20:23,820 --> 00:20:30,260
Əhvaz, Dezful yaxınlığına qədər geri çəkilməyimiz

142
00:20:30,620 --> 00:20:40,040
“Fəthül-mubun” kimi bir əməliyyatla əvəz olunmuşdu; hansında ki, düşməndən təkcə elə 10-12 min əsir götürmüşdük.

143
00:20:41,330 --> 00:20:55,910
Müqəddəs Müdafiə illəri, o günlər, həqiqətən də, “əyyamullah” – Allaha aid günlər sayıla biləcək günlərdəndir. Bu bir sərvətdir, bunu qorumaq və yaşatmaq lazımdır.

144
00:20:57,240 --> 00:21:07,420
Müharibənin adını dilə gətirməmək və ya əgər gətirdinsə, əleyhinə danışmaq lazım olduğunu düşünənlər səhv edir.

145
00:21:08,080 --> 00:21:16,800
Müharibə mövzusunda əsərlərə həsr olunmuş konfranslar keçirirlər, durub müharibənin əleyhinə şeirlər oxuyurlar.

146
00:21:17,020 --> 00:21:26,440
Bunu edənlər yanılır, səhvə yol verir. Belələri bir xalqın qədim, nəfis və nadir əlyazmalarını

147
00:21:26,620 --> 00:21:31,730
yandırıb məhv edənlərə bənzəyir;

148
00:21:32,530 --> 00:21:39,950
elə bil ki, bir ölkənin neftini çıxarıb havayı yerə dənizə tökərək yox edirlər;

149
00:21:40,530 --> 00:21:50,840
tarix yaza biləcək, gələcəyi qura biləcək, yada salındığı zaman

150
00:21:51,370 --> 00:21:53,550
“əyyamullah” kimi

151
00:21:54,310 --> 00:22:06,620
ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərə biləcək bir milli sərvəti məhv edirlər. Müharibənin əleyhinə filmlər çəkir,

152
00:22:07,200 --> 00:22:12,350
kitablar yazırlar; belə şeylərə qarşı diqqətli olmaq lazımdır. Bunlar iki fərqli məsələni bir-biri ilə səhv salırlar.

153
00:22:12,350 --> 00:22:19,110
Həmin məsələlərdən biri budur ki, müharibə özü-özlüyündə yaxşı bir şeydir, ya pis? Bəli, aydındır ki, müharibə qəddar bir şeydir;

154
00:22:19,460 --> 00:22:26,350
müharibədə öldürmək var, ölmək var, yaralanmaq var; bunlar məlumdur;

155
00:22:27,020 --> 00:22:35,240
bu, bir məsələ. Digər bir məsələ isə budur ki, müxtəlif istiqamətlərdən hücuma məruz qalan bir xalq

156
00:22:35,550 --> 00:22:40,880
gücünü və imkanlarını ortaya qoyub

157
00:22:41,060 --> 00:22:47,950
düşmənin qarşısında özünü müdafiə etməsə, nə baş verər?  Bu iki məsələni bir-biri ilə qarışdırırlar.

158
00:22:49,330 --> 00:22:56,840
Müqəddəs Müdafiə bu xalq üçün həyat əhəmiyyətli bir hərəkat idi, nəfəs almaq demək idi;

159
00:22:57,200 --> 00:23:01,640
biz nəfəs almırdıq, ölürdük; bunu yaşatmaq lazımdır.

160
00:23:01,860 --> 00:23:12,080
Odur ki, 8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələr böyük bir milli sərvətdir.

161
00:23:12,750 --> 00:23:19,150
Özü də bu xatirələr o qədər çox, o qədər rəngarəng, o qədər dolğun və zəngindir ki,

162
00:23:19,600 --> 00:23:23,820
mənim kimi dil qabiliyyəti olmayanlar bir yana qalsın,

163
00:23:24,170 --> 00:23:32,800
bəlağətli və istedadlı natiqlər belə onların hamısını bəyan etməkdə acizdir.

164
00:23:33,240 --> 00:23:40,660
Bu sözümün sübutu olaraq demək istəyirəm ki, müharibənin sona çatmasından 30 ilə yaxın vaxt keçir.

165
00:23:40,800 --> 00:23:47,330
Bu gün mən özüm – hansı ki o müharibənin öz gözümlə şahidi olmuşam, bir çox proseslərdən xəbərdaram – müharibə haqda yazılan kitabları oxuyanda

166
00:23:47,550 --> 00:23:51,770
onlardan saysız-hesabsız yeni faktlar öyrənirəm;

167
00:23:55,060 --> 00:23:59,420
insanlar, şəxsiyyətlər, sözlər, hikmətli mənalar.

168
00:23:59,950 --> 00:24:07,110
General-mayor Baqirinin bayaq mənim dilimdən dediyi o sözlər əslində mənə yox, həmədanlı bir döyüşçüyə  aiddir.

169
00:24:07,550 --> 00:24:19,600
O deyirdi ki, əgər tikanlı məftildən keçmək istəyirsənsə, əvvəlcə nəfsinin tikanlı məftillərindən keçməlisən.

170
00:24:27,280 --> 00:24:33,510
Özümüzdə ilişib qalmışıqsa, heç bir iş görə bilməyəcəyik. Bunu bizə onlar öyrədib.

171
00:24:34,040 --> 00:24:48,440
Bu dərsi bizə o 20-25 yaşlı döyüşçü gənc keçib, ondan öyrənmişik. Bu çox böyük bir sərvətdir.

172
00:24:48,620 --> 00:24:56,710
Əgər sərvətdən istifadə etmək istəyirsinizsə, gərək texnologiyasına bələd olasınız.

173
00:24:57,150 --> 00:25:01,060
Sizə deyim ki, bu “Nur yolçuları” ekspedisiyaları bir texnologiyadır;

174
00:25:24,970 --> 00:25:31,860
bu böyük sərvətdən istifadə etmək üçün olan bir texnologiya.

175
00:25:32,040 --> 00:25:40,350
Əlimizdə olan bu nəhəng qızıl mədənini heç bir texnologiya ilə işləyib emal etmədən, olduğu kimi də buraxmaq olar,

176
00:25:42,400 --> 00:25:48,530
yaxud təəssüf ki, bir çox faydalı qazıntılarımızda olduğu kimi, heç bir əlavə dəyər qazandırmadan, eləcə xam şəkildə çıxarıb

177
00:25:48,710 --> 00:25:56,130
ona-buna vermək də olar, müəyyən texnologiya ilə emal edərək

178
00:25:56,660 --> 00:26:05,330
ona əlavə dəyər qazandırmaq da. Bu “Nur yolçuları” ekspedisiyaları bax belə bir texnologiyadır, belə bir böyük hərəkatdır.

179
00:26:06,170 --> 00:26:17,510
Bunun qədrini son dərəcə həssaslıqla bilmək lazımdır; “Nur yolçuları” çox böyük və önəmli bir işdir; bu işi düzgün yerinə yetirməyə çalışın.

180
00:26:17,770 --> 00:26:23,600
Allaha şükürlər olsun ki, indiyə qədər bu iş çox yaxşı görülüb, amma bu, kifayət deyil.

181
00:26:23,600 --> 00:26:30,970
Bayaq qeyd etdiyim kimi, təkcə yola davam etmək, ardıcıl olaraq irəliləmək bəs deyil.

182
00:26:31,510 --> 00:26:38,970
İşi davam etdirdikcə cürbəcür və yeni-yeni uğurlar qazanmaq lazımdır.

183
00:26:39,510 --> 00:26:45,950
Hər dəfə, hər il əvvəlki ilə nisbətən daha çox fayda əldə olunmalıdır.

184
00:26:46,480 --> 00:26:56,750
Bu gün bizim qarşımızda ən son texnologiyalarından və külli miqdarda pulundan bizim əleyhimizə istifadə edən düşmən var.

185
00:26:57,020 --> 00:27:05,200
Ola bilsin, bizim onlar qədər pulumuz və ya silahımız yoxdur – hə, onların nüvə silahı var, bizdə isə yox –

186
00:27:06,130 --> 00:27:12,220
amma bizdə elə bir şey var ki, onlarda yoxdur. O şey bizim mədəniyyətimizdir, imanımızdır,

187
00:27:13,060 --> 00:27:21,730
istedadlı və effektiv insan sərmayəmizdir. Bizdə bunlar var; bunlardan istifadə etmək lazımdır.

188
00:27:22,440 --> 00:27:28,930
Kim istifadə etməlidir? Ölkənin bütün aparıcı strukturları. Dedik ki, “Nur yolçuları” ekspedisiyaları

189
00:27:29,200 --> 00:27:40,040
tükənməz bir mədən olan Müqəddəs Müdafiə illərindən istifadə etmək üçün yeni bir texnologiyadır.

190
00:27:40,620 --> 00:27:45,680
Bu o deməkdir ki, bütün ölkə bundan istifadə etməli və qədrini bilməlidir.

191
00:27:46,220 --> 00:27:52,080
Kitablarımızda, incəsənətimizdə əks olunmalı, orta məktəblərimizə,

192
00:27:52,350 --> 00:28:00,080
universitetlərimizə yol tapmalıdır. Burada universitetlərin və müxtəlif nazirliklərin rəhbər işçiləri iştirak edir;

193
00:28:00,530 --> 00:28:07,150
qoy onlar bu işi öz vəzifələri hesab etsinlər. Təkcə elə ürəyi istəyən,

194
00:28:07,150 --> 00:28:15,060
misal üçün, bir tələbə gedib adını yazdırsın, sonra da yola düşüb getsin deyə bir kənarda mərkəz yaratmaqla iş bitmir. Daha çox iş görmək lazımdır.

195
00:28:15,240 --> 00:28:24,530
Bu məsələyə dəyərli bir xəzinə kimi, həddən artıq böyük mənfəət verəcək nəhəng bir mədən kimi yanaşın;

196
00:28:25,020 --> 00:28:31,600
baxın görün ondan yararlanmaq üçün hansı işləri görmək lazımdır. İşləmək, fikirləşmək, fəaliyyət proqramları qurmaq, plan tutmaq lazımdır.

197
00:28:32,260 --> 00:28:40,660
“Nur yolçuları” ekspedisiyalarında iştirak edib geri qayıdan insanlarda, mütləq, nə isə bir irəliləyiş olmalıdır;

198
00:28:41,910 --> 00:28:57,200
həmin insanlarla ölkəmizin tarixində önəmli bir hadisə olan Müqəddəs Müdafiə arasında qırılmaz bağlar yaranmalı, bu hadisə onlar üçün yenidən açılmalıdır. Bu barədə yeni-yeni məlumatlar əldə etməlidirlər.

199
00:28:58,170 --> 00:29:05,950
Əlbəttə ki, zənnimcə, bu illər ərzində biz bu sahədə bir qədər az işləmişik.

200
00:29:06,480 --> 00:29:13,910
Düzdür, çoxlu kitablar yazılıb, bir neçə film çəkilib; bunlar yaxşıdır. Bu günə qədər həyata keçirilmiş işlər yaxşı və dəyərlidir,

201
00:29:14,530 --> 00:29:19,110
lakin mənim fikrimcə, tələb olunandan daha azdır.

202
00:29:20,220 --> 00:29:30,930
Kitablara gəlincə, doğrudur, mənim gördüyüm, istifadə etdiyim kitablar yaxşıdır,

203
00:29:32,310 --> 00:29:42,930
amma əhatə dairələri məhduddur. Təsir dairələri məhduddur. Misal üçün, deyirlər ki, yaxşı satılan filan kitab

204
00:29:43,950 --> 00:29:55,110
500 min, 600 min tirajla çap olunub. İndi düşünün, bu böyüklükdə ölkədə bir kitab 600 min tirajla çap olunursa,

205
00:29:57,330 --> 00:30:05,460
hər kitabı da, tutalım, 10 nəfər oxuyursa, bu eləyir 5-6 milyon nəfər.

206
00:30:06,480 --> 00:30:15,550
80 milyon əhalisi olan ölkəmizdə 5 milyon nəfərin bir kitabı oxuyub içindəkilərlə tanış olması kifayətdirmi?

207
00:30:17,200 --> 00:30:28,000
Təbliğ etmək, genişləndirmək lazımdır. Bu kitabları da, onlarda olan anlayışları da təbliğ etmək, incəsənətdə əks etdirmək,

208
00:30:29,200 --> 00:30:35,460
ən yaxşılarını dərs kitablarında yerləşdirmək,

209
00:30:36,220 --> 00:30:48,530
universitetlərdə Müqəddəs Müdafiə ilə bağlı məsələlərə qapı açmaq lazımdır. Bu hadisənin asanlıqla əldən verilməsinə imkan verməyin.

210
00:30:49,550 --> 00:30:55,910
Müqəddəs Müdafiədən qalmış hər bir əlil və veteran bir yadigardır.

211
00:30:56,400 --> 00:31:05,820
Gəlin Müqəddəs Müdafiənin bu yadigarlarını, bu savaşın komandirlərini əziz tutaq. Əlbəttə ki, onlar özləri də özlərinin qədrini bilməli,

212
00:31:08,620 --> 00:31:15,510
özlərini qorumalı, öz varlıqları ilə o dəyərləri yaşatmalıdırlar.

213
00:31:16,930 --> 00:31:24,130
Bu yolda irəliləyişi yalnız möhkəm olmaqla təmin etmək olar.

214
00:31:24,400 --> 00:31:35,550
Biz Müqəddəs Müdafiə ilə bağlı lazım olan mədəni işləri görüb, mədəni məhsullar istehsal etsək,

215
00:31:35,910 --> 00:31:44,840
bu, düşmənin məkrli planları qarşısında ölkəmizi,

216
00:31:46,040 --> 00:31:53,510
insan resurslarımızı zənginləşdirəcək və gücləndirəcək. Biz iqtisadiyyatımızın da,

217
00:31:53,680 --> 00:32:02,130
mədəniyyətimizin də, idarəetməmizin də güclü olmasını istəyir, “güclü olsun” deyirik,

218
00:32:02,350 --> 00:32:08,710
lakin məhz mədəniyyət insanları güclü edir, ortaya güclü insanlar çıxarır.

219
00:32:09,550 --> 00:32:17,370
Mədəniyyətin güc aldığı qaynaqlardan biri isə elə dolğun mənəvi yükə malik olan Müqəddəs Müdafiədir.

220
00:32:17,600 --> 00:32:25,860
Əgər bundan istifadə edə bilsək, ölkənin mədəniyyəti güclənəcək. Bu, mədəniyyət sahəsində istehsal deməkdir.

221
00:32:26,400 --> 00:32:33,600
İqtisadiyyatda olduğu kimi, mədəniyyətdə də əgər özümüz istehsal etməsək,  idxala möhtac qalacağıq.

222
00:32:34,800 --> 00:32:45,910
Eynilə iqtisadiyyatdakı kimi, burada da daxili istehsalınız olmasa, idxal məhsulları gəlib daxili istehsalın yerini tutacaq.

223
00:32:47,280 --> 00:32:55,820
İdxal məhsulları gəlib daxili məhsulların yerini tutanda isə sonradan daxili istehsal dirçələ bilmir.

224
00:32:56,170 --> 00:33:02,260
Bu gün bizim problemlərimizdən biri də elə budur:

225
00:33:02,750 --> 00:33:13,680
müxtəlif sferalarda saysız-hesabsız məhsullar idxal edilir və yəqin ki, böyük bir qismi heç hesab-kitaba da salınmır, qarşılığında isə daxili istehsal nöqsanlarla doludur. Mədəniyyət də eynilə bu cürdür;

226
00:33:14,310 --> 00:33:22,000
əgər siz mədəni məhsul istehsal etməsəniz, ölkəyə bu istiqamətdə cürbəcür məhsullar idxal edilməyə başlayacaq;

227
00:33:22,570 --> 00:33:28,840
istər rəsmi yolla, istərsə də qaçaqmalçılıqla. Hazırda ölkəyə idxal edilən mədəni məhsulların sayı çoxdur; mənim bu barədə kifayət qədər məlumatım var,

228
00:33:29,060 --> 00:33:36,130
bəzən rəsmilərə də xatırlatmalar edirəm. İnşallah, bu məsələyə diqqət yetirərlər; bəziləri elə yetirir də.

229
00:33:36,130 --> 00:33:43,680
Düşmən daim düşünür; özlərinin “beyin mərkəzi” adlandırdığı o müəssisələrdə

230
00:33:44,400 --> 00:33:52,260
oturub düşünürlər ki, İran xalqının mədəniyyətinə necə yol tapıb nüfuz etmək olar, gəncləri necə dəyişmək olar?

231
00:33:52,840 --> 00:33:59,110
Arzuları budur, istəyirlər ki, İmam Xomeyninin, inqilabın,

232
00:33:59,240 --> 00:34:04,970
ali dini, islami və inqilabi dəyərlərin eşqi ilə nəfəs alan siz gənclər

233
00:34:05,150 --> 00:34:12,310
bütün bu dəyərləri itirəsiniz, boş, puç bir mənəviyyata sahib olasınız,

234
00:34:12,800 --> 00:34:19,150
Qərb mədəniyyətindən, Qərb təfəkküründən asılı, ölkəsi, özü və gələcəyi üçün

235
00:34:19,280 --> 00:34:25,510
heç bir faydası olmayan, xaraktersiz marionetlərə çevriləsiniz; bunu arzulayırlar. Bunun üçün planlar cızır,

236
00:34:25,950 --> 00:34:33,280
iş aparır, səy göstərirlər. Bunlar təhlükəsizlik sferasında yürütdükləri

237
00:34:33,770 --> 00:34:42,260
məkrli planlardan, müharibə təhdidlərindən ayrı fəaliyyətlərdir və zənnimcə birincilərdən daha təhlükəlidir.

238
00:34:42,880 --> 00:34:50,400
Düşmən müharibəyə başladığı zaman xalqda daha böyük stimul yaranır,

239
00:34:50,620 --> 00:34:56,260
bütün xalq düşmən qarşısında yumruğunu daha möhkəm düyünləyir. Müharibə belədir.

240
00:34:56,800 --> 00:35:04,170
Mədəni hücumlar isə əksinə; düşmən mədəniyyətə hücumlar etməyə müvəffəq olsa, insanları süst, halsız,

241
00:35:04,170 --> 00:35:08,660
qətiyyətsiz edir, iradələri zəiflədir,

242
00:35:09,680 --> 00:35:19,510
ölkənin gəncliyini əlindən alır, işə yaraya biləcək qüvvələri xaraktersiz bir vəziyyətə gətirir; mədəniyyətə edilən hücumlar belədir.

243
00:35:20,310 --> 00:35:26,480
Buna qarşı mübarizə aparmağın yolu isə mədəni məhsullar ərsəyə gətirməkdir. Mədəni məhsullardan biri də

244
00:35:26,800 --> 00:35:36,170
elə sizin gördüyünüz bu işdir, “Nur yolçuları” ekspedisiyalarıdır. Bu ekspedisiyalar, doğrudan da, bir başlanğıc idi,

245
00:35:37,240 --> 00:35:44,840
Keşikçi Korpusda və digər qurumlarda olan əziz qardaşlarımızın əsasını qoyduğu gözəl bir ənənə idi;

246
00:35:44,840 --> 00:35:54,170
bu gözəl işi onlar başlatdılar. Hər halda, ümidvaram, bu iş ən gözəl şəkildə davam etdiriləcək.

247
00:35:54,170 --> 00:36:03,860
Bir şeyi də qeyd edim: bu turlarda insanlara bələdçilik edən qidlər

248
00:36:04,400 --> 00:36:11,110
səfər əsnasında nələr barədə məlumat verməli olduqlarını bilməlidir.

249
00:36:11,420 --> 00:36:22,040
Bu turlar adi qaydada səyahətə çıxıb, misal üçün, hansısa tarixi tikiliyə baxış keçirən

250
00:36:22,350 --> 00:36:30,220
yerli və ya xarici turistlərin səfərlərindən fərqlənir. Bu, başqa bir şeydir, bunu onunla qarışdırmaq olmaz.

251
00:36:32,220 --> 00:36:43,370
Orada verilən məlumatların bir formatı var, bu turlarda verilənlərin isə bir başqa. Burada verilən məlumatlar izahlarla, tanıtmalarla,

252
00:36:44,000 --> 00:36:57,420
Müqəddəs Müdafiə dövrünün müsbət və parlaq məqamlarının, həqiqətlərinin və dəyərlərinin açıqlanması ilə dolu olmalıdır;

253
00:36:57,680 --> 00:37:06,000
bu formatda qurulmalıdır. Əlbəttə, mən demirəm ki, həqiqətləri şişirdin, mübaliğə edin. Mən əsla şişirtməçilik, mübaliğə və bu kimi şeylərin tərəfdarı deyiləm.

254
00:37:06,310 --> 00:37:14,440
Əksinə, 8 illik müharibə dövründə bizim uğurlu əməliyyatlarımız da olub,

255
00:37:14,840 --> 00:37:24,260
uğursuz da. Tutalım, “Ramazan” əməliyyatı –misal üçün – və ya “Kərbəla 4”; uğursuz əməliyyatlarımız olub.

256
00:37:24,750 --> 00:37:33,680
Uğurlu əməliyyatlarımız da olub; məsələn, “Vəl-fəcr 8” əməliyyatında gənclərimiz

257
00:37:33,950 --> 00:37:41,640
Ərvənd çayının o tərəfinə qədər getmişdilər; amma həmin o uğurlu əməliyyatlar da yüz cür problemlə, çətinliklə müşayiət olunub.

258
00:37:42,000 --> 00:37:51,240
İnsanlar hamısı eyni cür deyil, cürbəcür çətinliklər olurdu; bəziləri yolun yarısında geri qayıdırdı, bəziləri peşman olurdu,

259
00:37:51,860 --> 00:38:02,130
bəziləri irəli getmək istəmirdi, bəziləri öhdələrinə düşən vəzifəni yerinə yetirməkdən çox, “mənim haqqımda nə deyəcəklər” deyə düşünürdü;

260
00:38:02,880 --> 00:38:07,420
belələri də varımız idi. Qoy bunları da deyək, problem yoxdur.

261
00:38:08,000 --> 00:38:15,640
O qeyri-adi parıltılar: o xalis insanlar,

262
00:38:16,480 --> 00:38:26,260
o əziz, aliməqam şəhidlər özünü, öz dəyərlərini, böyüklüyünü bütün bunların kontekstində büruzə verir.

263
00:38:27,280 --> 00:38:33,060
Buna görə də mübaliğə etməyimizə, nəyi isə şişirtməyimizə və ya sanki onlar

264
00:38:33,420 --> 00:38:44,310
başqa cür insanlarmış kimi danışmağımıza heç bir lüzum yoxdur. Xeyr, onlar da bizim kimi insan idi, intəhası yolu bizdən yaxşı bilirdilər, həyatı bizdən yaxşı dərk etmişdilər,

265
00:38:44,800 --> 00:38:50,620
müqəddəratları daha gözəl idi, Allaha təvəssülləri daha çox idi, Allah-taala da onlara daha çox diqqət yetirərək

266
00:38:51,280 --> 00:38:58,000
öz lütf və rəhmətinə qərq etdi.

267
00:38:58,570 --> 00:39:06,930
Xuzestan, İylam, Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan – ölkənin qərb sərhədlərindəki

268
00:39:07,110 --> 00:39:19,820
bu 5 ostandan hər birinin öz yeri, öz dəyəri, öz məqamı var.

269
00:39:21,060 --> 00:39:28,530
Oranın əhalisinə diqqət və sevgi ilə yanaşmaq lazımdır. Onlar hamısı dəstək oldu.

270
00:39:29,020 --> 00:39:35,600
Gördüyünüz bütün bu sferalarda əgər camaatın dəstəyi olmasaydı, işlər irəli getməzdi.

271
00:39:36,350 --> 00:39:41,860
Məhz camaatın dəstəyi ilə döyüşçülər öz işlərini uğurla həyata keçirə bildilər.

272
00:39:41,860 --> 00:39:51,510
Döyüş meydanlarında olduğum o qısa etapda mən əhalinin köməyinin,

273
00:39:52,040 --> 00:39:59,460
dəstəyinin, döyüşçülərə göstərdiyi xüsusi diqqətin öz gözlərimlə şahidi olmuşam.

274
00:40:00,080 --> 00:40:05,950
Məhz bu, döyüşçüləri böyük işlər görməyə, öhdələrinə düşən işi layiqincə yerinə yetirməyə təşviq edirdi.

275
00:40:06,530 --> 00:40:14,260
Ümidvaram ki, inşallah, Allah-taala sizə dəstək olacaq, uğurlar nəsib edəcək,

276
00:40:14,620 --> 00:40:23,110
gördüyünüz bu işə bərəkət verəcək və bu işin bərəkətli nəticələri ölkənin bu gününə və gələcəyinə müsbət təsir göstərəcək.

277
00:40:23,460 --> 00:40:26,310
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.