1
00:00:00,570 --> 00:00:03,250
بسم‌الله‌الرّحمن‌الرّحيم

2
00:00:06,000 --> 00:00:09,600
لحمدلله ربّ العالمين

3
00:00:13,420 --> 00:00:20,970
و الصّلاة و السّلام علي سيّدنا  و نبيّنا ابي القاسم المصطفي محمّد

4
00:00:29,250 --> 00:00:33,310
و علي آله الاطيبين الاطهرين المنتجبين

5
00:00:34,510 --> 00:00:50,400
الهداة المهدييّن المعصومين سيّما بقيّة ‌الله في الارضين و السّلام علي ائمّة المسلمين و هداة المستضعفين و حماة المؤمنين

6
00:00:51,020 --> 00:00:57,480
Əziz namazqılanlar, hamınızı,

7
00:00:58,620 --> 00:01:08,910
bütün İran xalqını, bütün İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm.

8
00:01:10,620 --> 00:01:20,000
Belə ki ramazan ayında oruc tutmaq, bu fəzilətli,

9
00:01:20,340 --> 00:01:33,140
insan ruhuna sevinc gətirən ilahi sınaqdan üzüağ çıxmaq mənəvi bir uğurdur

10
00:01:34,910 --> 00:01:42,340
və bu uğura nail olmuş hər bir müsəlmanı bu münasibətlə təbrik etmək lazımdır.

11
00:01:42,680 --> 00:01:56,800
İnşallah, Uca Yaradan bu ibadətinizi, bu diqqətinizi qəbul etsin və sizi özünün xüsusi lütf və inayətinə layiq görsün.

12
00:01:58,050 --> 00:02:06,620
Şükürlər olsun ki, bu il ramazan ayı

13
00:02:07,310 --> 00:02:16,850
xalqımız üçün sözün əsl mənasında mübarək bir ay oldu. Yaxından müşahidə etdiklərimiz bunu deməyə əsas verir:

14
00:02:17,940 --> 00:02:28,850
camaatımızın da, ibadətlə bağlı işləri həyata keçirən, xalqa bu sferada xidmət göstərən qurumların da davranışında,

15
00:02:29,020 --> 00:02:37,770
təşkil olunan mərasimlərdə Allaha təvəssül və yaxınlıq var idi;

16
00:02:38,170 --> 00:02:44,450
ramazan ayına xas olan, sözün əsl mənasında Allaha təvəssül,

17
00:02:45,940 --> 00:02:52,000
yaxınlıq, mənəviyyat atmosferi yaşanırdı.

18
00:02:52,620 --> 00:03:02,620
Əvvəla, ilin ən uzun günlərində, isti havada oruc tutmağın özü

19
00:03:02,800 --> 00:03:12,340
mənəviyyatın, insan ruhunun ehtizaza gəlməsinin bir nişanəsidir

20
00:03:13,480 --> 00:03:25,310
və bu, ölkənin bütün bölgələrində, hətta hərarətin çox yüksək olduğu məntəqələrdə hiss olunurdu;

21
00:03:25,770 --> 00:03:35,820
hər kəs bunu bilirdi, oruc tutan gəncləri, kişi və qadınları hamı görürdü.

22
00:03:35,820 --> 00:03:45,600
İkincisi, bu ay təşkil olunan ibadət mərasimlərində gənclər diqqətəlayiq şəkildə iştirak edirdi.

23
00:03:45,880 --> 00:04:00,740
Aldığımız məlumata görə, Tehranda gecə-gündüz yüzlərlə izdihamlı, səmimiyyət dolu məclis qurulub

24
00:04:00,740 --> 00:04:09,420
və iştirakçıların da böyük bir qismini gənclər təşkil edib; istər maarifləndirici məclislər olsun,

25
00:04:10,000 --> 00:04:17,600
istərsə də Quran məclisləri. Bəzi yerlərdə, məsələn,

26
00:04:17,600 --> 00:04:25,480
məhəllə məscidlərində təşkil olunan kiçik məclislərdən əlavə,

27
00:04:25,770 --> 00:04:32,800
Tehranda yüzlərlə böyük məclis qurulub. Elə ölkənin hər yerində də gənclər bu kimi tədbirlərdə əksəriyyət çoxluğu ilə iştirak edib.

28
00:04:33,200 --> 00:04:42,910
Məscid və keçidlərdə qurulan iftar süfrələri; artıq bir neçə ildir ki, bu, camaatımız arasında adət halını alıb:

29
00:04:43,200 --> 00:04:51,200
insanlar məscidlərdə, küçə və prospektlərdə

30
00:04:51,770 --> 00:05:03,480
sadə iftar süfrələri açır. Çox yaxşı, gözəl bir adətdir. Əlhəmdulillah, bu il də var idi, çox yerlərdə gözə dəyirdi.

31
00:05:03,480 --> 00:05:12,740
Qəsdən cinayət törətməmiş, maddi dəstəyə ehtiyacı olan məhkumların azadlığa çıxması,

32
00:05:12,970 --> 00:05:21,310
habelə xəstə insanların müalicəsi üçün göstərilən maliyyə yardımları; insanlarımız bu işlərə çox yardımlar etdi.

33
00:05:21,540 --> 00:05:32,970
Xalqın bu şəkildə, bu xüsusiyyətlərlə yaşadığı ramazan ayı sözün əsl mənasında mübarək bir ramazandır.

34
00:05:33,480 --> 00:05:44,800
Qədr gecələrinə gəlincə; Qədr gecələri xalqımız üçün, həqiqətən də, dua, yalvarış, təvəssül gecələri kimi keçdi.

35
00:05:45,310 --> 00:05:57,140
Yanaqlara süzülən göz yaşları, inilti və yalvarışlar, qəlblərin Uca Yaradanın müqəddəs zatına diqqət yönəltməsi

36
00:05:57,540 --> 00:06:05,540
– bütün bunlar olduqca dəyərlidir. Bir xalqın mənəvi immunitetini gücləndirən

37
00:06:06,340 --> 00:06:13,370
və çətin yollarda ona kömək edən də məhz bunlardır.

38
00:06:13,370 --> 00:06:22,570
Və ayın sonunda – Qüds günü o istidə, ilin ən uzun günlərindən birində

39
00:06:22,850 --> 00:06:29,600
o əzəmətlə, o möhtəşəmliklə təşkil olunan yürüş;

40
00:06:29,880 --> 00:06:35,650
camaat küçələrə çıxıb yolun ortası ilə yürüş etdi; bəziləri hətta azyaşlı övladlarını da

41
00:06:36,000 --> 00:06:42,680
özü ilə gətirmişdi. Xalqımızın bu möhtəşəm hərəkatı,

42
00:06:43,020 --> 00:06:52,850
həqiqətən də, böyük, əlamətdar, tarixi bir iş idi. Belə günlər bir xalqın tarixində

43
00:06:53,250 --> 00:06:58,620
qürurverici səhifələr olaraq qalır. Bu barədə bir qədər sonra da bir neçə cümlə deyəcəyəm.

44
00:06:59,080 --> 00:07:08,740
Əziz qardaşlar, əziz bacılar! Bu ayda əldə etdikləriniz sizin üçün ilahi ehtiyatdır;

45
00:07:09,650 --> 00:07:21,370
axirətiniz üçün ehtiyat etdiniz. Bu ehtiyatı qoruyun; bu ehtiyatı hazırkı mənəvi halətinizi davam etdirməklə qoruyub saxlayın.

46
00:07:21,540 --> 00:07:32,000
Quran tilavət etməkdən vaz keçməyin, mütləq, namaza qarşı diqqətli olmağa çalışın.

47
00:07:32,510 --> 00:07:42,620
Bu şeyləri qorumaq lazımdır. Bu ay Allah yolunda çətinliyə dözməyin, Uca Yaradana diqqətin məşq olunduğu bir ay idi.

48
00:07:42,970 --> 00:07:49,650
Bu məşqdən, bu çalışmalardan maksimum istifadə edin, bu ehtiyatı özünüz üçün qoruyub saxlayın.

49
00:07:49,820 --> 00:07:55,880
İnşallah ki, Allah-taala sizdən razı qalar və sizi öz rəhmətinə layiq görər.

50
00:07:56,110 --> 00:08:06,620
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə. De: O Allah birdir. Allah möhtac deyil! O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir tayı-bərabəri də yoxdur!” (“İxlas” surəsi)

51
00:08:12,740 --> 00:08:15,200
بسم‌الله‌الرّحمن‌الرّحيم

52
00:08:15,480 --> 00:08:18,450
الحمد لله‌ ربّ العالمين

53
00:08:18,740 --> 00:08:25,420
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

54
00:08:33,200 --> 00:08:45,310
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما عليّ اميرالمؤمنين و صدّيقة الطّاهره سيّدة نساء العالمين

55
00:08:45,480 --> 00:08:56,170
و الحسن و الحسين سيّدي شباب اهل الجنّة و عليّ‌بن‌الحسين زين‌العابدين و محمّدبن‌عليّ باقر علم الاوّلين و الاخرين

56
00:08:56,340 --> 00:09:02,910
و جعفربن‌محمّد الصّادق و موسي‌بن‌جعفر الکاظم و عليّ‌بن‌موسي الرّضا

57
00:09:03,250 --> 00:09:11,710
و محمّدبن‌عليّ الجواد و عليّ‌بن‌محمّد الهادي و الحسن‌بن‌عليّ الزّکي العسکري

58
00:09:11,710 --> 00:09:22,400
و الحجّة القائم المهدي صلوات اﷲ عليهم اجمعين

59
00:09:23,140 --> 00:09:30,800
اللهم اجعلنا من شيعتهم و من اعوانهم و انصارهم في حضورهم و غيبتهم

60
00:09:32,450 --> 00:09:43,080
Bu xütbədə bir neçə cümlə ilə ölkəmizin daxili məsələləri

61
00:09:43,080 --> 00:09:51,250
və bir neçə cümlə ilə də İslam dünyasının ümumi vəziyyəti barədə danışacağam.

62
00:09:52,110 --> 00:10:04,170
Ölkə daxilindəki məsələlərə gəlincə; dəyərli xalqımız böyük işlər həyata keçirdiyi üçün qürur duymalıdır.

63
00:10:05,140 --> 00:10:14,280
Sevinin, qoy qəlbləriniz ümidlə döyünsün! Siz böyük işlər görmüsünüz;

64
00:10:15,080 --> 00:10:24,740
elə bu ramazan ayında və ondan bir qədər öncə. Əvvəla, dünyaya o əzəmətli və izdihamlı seçkiləri

65
00:10:25,540 --> 00:10:31,310
nümayiş etdirməyə müvəffəq oldunuz; böyük, möhtəşəm bir iş idi.

66
00:10:31,600 --> 00:10:39,940
İkincisi isə Qüds günü təşkil olunan o yürüş olduqca əzəmətli idi.

67
00:10:40,450 --> 00:10:48,110
Keşikçi Korpusun düşmənlərin üzərinə o cür qüdrətli bir şəkildə hücum etməsi də böyük bir iş idi.

68
00:10:48,510 --> 00:10:54,450
Birinci xütbədə də qeyd etdiyim kimi, bu ayda əldə etdiklərimiz,

69
00:10:54,680 --> 00:11:02,800
ibadət və mənəviyyat baxımından qazandığımız şəxsi nailiyyətlər bizim üçün mənəvi ehtiyatdır. Az öncə sadaladıqlarım isə

70
00:11:03,200 --> 00:11:11,080
bizim bir cəmiyyət olaraq qazandığımız mənəvi ehtiyatdır. Bu ehtiyatı da qoruyub saxlamaq lazımdır. Bunu edə bilmək üçün isə

71
00:11:11,420 --> 00:11:17,820
xalqımız öz birliyini, bölünməzliyini, həmrəyliyini,

72
00:11:18,000 --> 00:11:27,020
inqilabi stimulunu, qəlbində uca bir amal olaraq inqilabi ideallar yolunda irəliləmək amalını

73
00:11:27,020 --> 00:11:31,420
qoruyub saxlamalıdır.

74
00:11:31,420 --> 00:11:38,280
Ümidvarıq ki, inşallah, mümkün qədər tez bir zamanda yeni hökumət təşkil olunacaq

75
00:11:38,280 --> 00:11:44,570
və ölkə üçün lazımlı olan işlərə başlayacaq.

76
00:11:44,570 --> 00:11:52,740
Qarşıda xalqın köməyi ilə rəsmilərin həyata keçirməli olduğu bir çox böyük işlər var.

77
00:11:53,140 --> 00:12:02,740
Daxili istehsalı rövnəqləndirmək, gənclərin məşğulluğunu təmin etmək lazımdır; bunlar bizim ən önəmli problemlərimizdəndir

78
00:12:03,140 --> 00:12:07,940
və məhz bu baxımdan biz cari ili “Daxili istehsal və məşğulluq” ili elan etmişik.

79
00:12:08,340 --> 00:12:12,340
İnşallah, bu işlərin reallaşması üçün ciddi bir şəkildə çalışmaq lazımdır.

80
00:12:12,340 --> 00:12:24,050
Mədəniyyət sahəsində görülən işlər də mühüm işlər sırasına daxildir; mədəniyyət sferasında bizim boşluqlarımız çoxdur.

81
00:12:24,620 --> 00:12:34,340
Mədəniyyət baxımından düşmənin yol tapıb nüfuz edə biləcəyi boşluqlar çoxdur. Bu işlərlə məşğul olmaq da

82
00:12:34,570 --> 00:12:43,820
həm aidiyyətli dövlət qurumlarının, həm də böyük, genişmiqyaslı ictimai təşkilatların vəzifəsidir.

83
00:12:44,170 --> 00:12:51,140
“Sərbəst atəş” deyəndə mən insanların öz istək və iradəsi ilə ərsəyə gələn,

84
00:12:51,370 --> 00:13:01,080
spontan, saf və səmimi mədəni işləri nəzərdə tuturdum. Bu ifadəni işlətməklə mən demək istəyirdim ki, ölkənin hər yerində gənclər, düşünən, əzmkar insanlar özləri,

85
00:13:01,370 --> 00:13:11,080
öz təşəbbüsləri ilə çalışsınlar, mədəni işlər görsünlər, düşmənin nüfuz edə biləcəyi boşluqların hansılar olduğunu araşdırıb üzə çıxarsınlar

86
00:13:11,370 --> 00:13:18,340
və bunun qarşısında lazım olan işləri həyata keçirsinlər. “Sərbəst atəş” qanunsuzluq,

87
00:13:18,620 --> 00:13:29,880
ədəbsizlik, puç düşüncəli insanları iddiaçı, inqilabi cərəyanın tərəfdarı olanları isə cavabdeh və borclu çıxarmaq demək deyil.

88
00:13:52,280 --> 00:14:02,220
Eyni zamanda inqilabi qüvvələr də ölkədə nizam-intizamı, asayişi, qanunu hamıdan çox qorumalı,

89
00:14:02,510 --> 00:14:08,450
düşmənin ölkədəki vəziyyətdən sui-istifadə etməsinə

90
00:14:08,740 --> 00:14:19,250
hər kəsdən daha ehtiyatlı yanaşmalıdır. Bu yanaşma ilk növbədə ölkənin öz ali hədəflərinə doğru irəliləməsini istəyən,

91
00:14:19,540 --> 00:14:24,680
bu işə can yandıran inqilabi qüvvələrə aiddir.

92
00:14:24,910 --> 00:14:30,170
İslam dünyasının problemlərinə gəlincə; qeyd etməliyəm ki,

93
00:14:30,400 --> 00:14:36,280
bu gün İslam ümmətinə bir çox yaralar vurulub; Yəmən problemi

94
00:14:36,680 --> 00:14:42,280
İslam ümmətinə vurulmuş böyük bir yaradır;

95
00:14:42,620 --> 00:14:54,110
Bəhreyn problemi də eynilə; eynilə müsəlman ölkələrində mövcud olan bir sıra digər problemlər də. İslam dünyası Yəmən xalqını açıq-aşkar

96
00:14:54,340 --> 00:15:02,050
və qətiyyətlə dəstəkləməli, ramazan ayında –

97
00:15:02,050 --> 00:15:07,940
mübarək bir ayda bu xalqa o şəkildə hücum edən zalımlara

98
00:15:07,940 --> 00:15:16,510
öz nifrət və etirazını bildirməli, Yəmən xalqının yanında olmalıdır; eynilə Bəhreyn və Kəşmir xalqlarının da.

99
00:15:16,510 --> 00:15:25,310
Xalqımız İslam dünyasının bu möhtəşəm hərəkatının dayağı ola bilər.

100
00:15:25,600 --> 00:15:35,650
Biz dostlarımıza, düşmənlərimizə, əleyhimizə olanlara qarşı mövqeyimizi açıq-aşkar ifadə etdiyimiz kimi,

101
00:15:36,000 --> 00:15:41,880
İslam dünyası – xüsusilə də ziyalılar, din alimləri –

102
00:15:42,170 --> 00:15:49,710
də bu yolla getməli, açıq və qətiyyətli mövqe tutmalı,

103
00:15:50,050 --> 00:15:54,910
başqaları, tağutlar narazı qalsa belə, Allahın razılığını qazanmağa çalışmalıdırlar.

104
00:15:54,910 --> 00:16:03,140
Pərvərdigara! Muhəmməd və Ali-Məhəmmədə xatir, İslam ümmətinə öz dəstəyini günbəgün daha da artır.

105
00:16:04,110 --> 00:16:11,200
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, öhdəmizə düşən vəzifələri günbəgün daha yaxşı bilməyimiz üçün bizə yardımçı ol.

106
00:16:12,450 --> 00:16:24,110
“Mərhəmətli və Bağışlayan Allahın adı ilə. And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi)

107
00:16:24,110 --> 00:16:27,710
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.