1
00:00:00,850 --> 00:00:03,310
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,280 --> 00:00:07,770
و الحمدلله ربّ العالمين

3
00:00:08,050 --> 00:00:14,570
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:21,650 --> 00:00:28,450
و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّةالله في الارضين

5
00:00:29,770 --> 00:00:43,080
Əziz qardaşlar, bacılar, müsəlman ölkələrinin çox hörmətli səfirləri,

6
00:00:44,910 --> 00:00:52,400
məclisdə iştirak edən digər qonaqlar, hamınızı, eləcə də böyük İran xalqını

7
00:00:53,200 --> 00:01:05,540
və əzəmətli İslam ümmətinin dünyanın dörd bir yanındakı nümayəndələrini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm.

8
00:01:05,940 --> 00:01:17,710
Ümidvaram ki, inşallah, Uca Yaradan bu böyük ümməti öz lütf və mərhəmətinə layiq görəcək

9
00:01:17,880 --> 00:01:29,420
və bu bayram İslam ümməti üçün sözün əsl mənasında mübarək olacaq.

10
00:01:30,800 --> 00:01:40,970
Həqiqət budur ki, bu gün İslam ümməti çoxsaylı problemlər içindədir;

11
00:01:42,110 --> 00:01:51,020
bu ümmətə bir çox yaralar vurulub və vurulmaqdadır.

12
00:01:51,710 --> 00:01:55,820
Onlardan ən önəmlisi isə konfliktlərdir.

13
00:01:59,140 --> 00:02:13,540
İslam dininin düşmənləri müsəlmanlar arasında

14
00:02:14,050 --> 00:02:23,480
müxtəlif bəhanələrlə konflikt, qarşıdurma və düşmənçilik yaratmağa çalışır; etnik mənsubiyyət bəhanəsi ilə,

15
00:02:23,820 --> 00:02:32,110
məzhəb bəhanəsi ilə, coğrafi ərazi və sərhəd bəhanəsi ilə.

16
00:02:33,480 --> 00:02:43,020
Təəssüflər olsun ki, düşmənin əlində bütün bu bəhanələr var, o,

17
00:02:43,600 --> 00:02:55,480
onlardan öz xeyrinə yararlanır, müsəlman dövlətlərinin rəsmiləri olan bizlər isə düşmənin bu hiyləsindən xəbərsizik.

18
00:02:58,000 --> 00:03:05,020
Mən özlüyümdə belə fikirləşirəm ki,

19
00:03:05,770 --> 00:03:17,540
biz birbaşa İslam dininin özünə və müsəlman ölkələrinə düşmən olan hansısa Amerika senatorunun

20
00:03:17,880 --> 00:03:26,340
sünnilər üçün şiələr sarıdan nigaranlıq ifadə etdiyini eşidəndə,

21
00:03:31,420 --> 00:03:40,620
bu cür hiyləgər davranışları müşahidə edəndə son dərəcə narahat olmalı,

22
00:03:40,970 --> 00:03:49,200
ehtiyatlanmalıyıq.

23
00:03:49,650 --> 00:03:58,280
Necə ola bilər ki, birbaşa İslam dininin özünün əleyhinə olan bir düşmən  bir qrup müsəlman sarıdan digər bir qrup müsəlman üçün narahatlıq keçirsin?!

24
00:03:58,850 --> 00:04:06,400
Bu, xəbislikdən, hiylədən, araya düşmənçilik salmaq niyyətindən başqa bir şey ola bilərmi?!

25
00:04:07,250 --> 00:04:17,020
Və təəssüf ki, bu gün məhz bu var; biz bu barədə düşünməli, bunu dərk etməliyik.

26
00:04:18,850 --> 00:04:32,400
İkitirəlik və konflikt bütün müsəlman ölkələrinin ziyanına,

27
00:04:33,710 --> 00:04:45,420
birlik isə hamısının xeyrinədir. Müsəlman ölkələrinin bir olub yaxınlaşmağı,

28
00:04:45,770 --> 00:04:54,110
qüvvələrindən bir-birinin əleyhinə istifadə etməməyi onların öz xeyrinədir.

29
00:04:54,970 --> 00:05:02,220
Biz bunu anlamalıyıq. Bu, Allahın hikmətidir, İslamın hikmətidir.

30
00:05:04,570 --> 00:05:13,650
Təəssüf ki, buna diqqət yetirilmir. Bu gün İslam dünyası olaraq bizim içimizdə problemlər var,

31
00:05:14,170 --> 00:05:24,970
qanlar tökülür; bu gün bizim qanayan yaralarımız var. O yaralardan biri də Yəməndir.

32
00:05:26,740 --> 00:05:34,970
Bunlara diqqət yetirmək lazımdır. Suriya, İraq, Şimali Afrika problemləri,

33
00:05:35,080 --> 00:05:46,910
İslam dünyasının müxtəlif yerlərində müşahidə olunan problemlər hamısı ortada ikitirəlik, konflikt mövcud olduğunu göstərir,

34
00:05:47,480 --> 00:05:55,480
bu isə İslamın, müsəlman ümmətinin ziyanınadır. Bunun bir həllini tapmalıyıq.

35
00:05:57,370 --> 00:06:08,400
Qüds günü yürüşlərinin parlaq və təqdirəlayiq cəhətlərindən biri də elə budur:

36
00:06:08,850 --> 00:06:21,020
Qüds günü İranın böyük və kiçik şəhərlərinin, demək olar ki, hamısında insanlar orucağız –

37
00:06:22,510 --> 00:06:32,340
son illərdə də çox isti hava şəraitində – küçələrə çıxıb yürüş edir. Tehran və digər şəhərlərdəki möhtəşəm insan izdihamını özünüz də görmüsünüz.

38
00:06:32,450 --> 00:06:47,020
Həmin gün əhli-sünnədən olan Fələstin xalqı ilə həmdərd və həmrəy olduqlarını

39
00:06:47,020 --> 00:06:56,450
bu şəkildə ifadə edən insanlar şiələrdir. Vəhdət budur,

40
00:06:57,480 --> 00:07:11,600
İslam ümmətinin vəhdətinə bağlılıq elə bu deməkdir. Bu hərəkatın əsasını dahi İmam Xomeyni (r.ə) qoymuşdur və xalqımız da bu gün onu davam etdirir.

41
00:07:12,000 --> 00:07:18,680
Bu gün İslam dünyası üçün böyük təhlükə kəsb edən məsələlərdən biri də

42
00:07:18,850 --> 00:07:26,220
önəmli bir mövzu olan Fələstin probleminin unudulub arxa plana keçməsidir.

43
00:07:26,970 --> 00:07:34,000
Təəssüf ki, bu gün bu istiqamətdə iş gedir. Bəzi müsəlman ölkələri

44
00:07:34,400 --> 00:07:43,200
qəsdən elə hərəkət edir, elə danışır ki, Fələstin problemi

45
00:07:43,940 --> 00:07:52,800
görməzliyə vurulsun, Fələstin olayı arxa plana keçsin. Bu çox böyük bir təhlükədir.

46
00:07:52,800 --> 00:08:00,170
Fələstin İslam dünyasının bir nömrəli problemidir. Bütöv bir müsəlman ölkəsi

47
00:08:01,310 --> 00:08:08,510
başdan-ayağa işğal edilib. Söhbət kiçik bir ərazidən, yaxud hansısa şəhər

48
00:08:09,020 --> 00:08:18,680
və ya kənddən getmir; söhbət bütöv bir ölkədən gedir. Bütöv bir xalq öz yurd-yuvasından çıxarılıb.

49
00:08:19,020 --> 00:08:27,080
Bu gün Fələstinin özündə yaşayan fələstinlilər isə

50
00:08:27,770 --> 00:08:37,540
hərtərəfli təzyiq altında, tamamilə əzab-əziyyət içindədirlər. Daim qətl və qırğınlara, təhqir və təzyiqlərə məruz qalırlar.

51
00:08:38,400 --> 00:08:40,400
Bu, xırda bir məsələdirmi?!

52
00:08:41,480 --> 00:08:54,110
İslam fiqhinə görə (istər sünni təriqətlərinin fiqhi olsun, istər şiə fiqhi, istərsə də digər təriqətlərin fiqhi),

53
00:08:54,220 --> 00:09:03,250
hansısa müsəlman diyarını düşmən işğal edibsə,

54
00:09:03,250 --> 00:09:09,540
ona qarşı mübarizə aparmaq, cihad etmək, heç şübhəsiz, hamının şəri vəzifəsidir; cihadın istənilən mümkün forması ilə.

55
00:09:09,540 --> 00:09:19,250
Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq bütün İslam dünyası üçün vacib və lazımlıdır.

56
00:09:19,420 --> 00:09:22,340
Nəyə görə bu vəzifədən boyun qaçırırlar?

57
00:09:24,910 --> 00:09:37,540
Allaha həmd olsun ki, bizim xalqımız bu baxımdan ayıq-sayıqdır. Hər halda, İslam dünyasının birliyə, müttəfiqliyə,

58
00:09:38,450 --> 00:09:46,170
həmrəyliyə ehtiyacı var. Xalqlar əksəriyyət etibarilə bir-biri ilə həmrəydir.

59
00:09:46,450 --> 00:09:53,540
Burada əsas vəzifə dövlətlərin öhdəsinə düşür. Məhz onlar həlledici rol oynaya bilər.

60
00:09:53,820 --> 00:10:01,250
Və mən ümidvaram ki, Allah-taala mübarək ramazan ayının, eləcə də bütün müsəlmanların bayramı,

61
00:10:01,650 --> 00:10:09,250
əzəmətli İslam Peyğəmbərinə şərəf və böyüklük qazandıran bir gün olan Fitr bayramının bərəkəti sayəsində

62
00:10:09,420 --> 00:10:18,110
bizim qəlblərimizi bir-birinə yaxınlaşdıracaq, müsəlmanları bir-biri ilə mehriban edəcək;

63
00:10:18,280 --> 00:10:24,680
və inşallah, müsəlman ümmətini İslamın düşmənləri qarşısında

64
00:10:24,680 --> 00:10:31,250
lazımi güc və iqtidara, əzm və iradəyə sahib olmağa müvəffəq edəcək.

65
00:10:31,420 --> 00:10:33,310
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.