1
00:00:00,510 --> 00:00:03,540
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,820 --> 00:00:09,310
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:16,110 --> 00:00:19,940
سيّما بقيّةالله في الارضين

4
00:00:20,110 --> 00:00:32,280
Çox xoş gəlmisiniz. Mənim üçün çox xoş və faydalı bir görüş oldu;

5
00:00:33,600 --> 00:00:41,200
elm və texnologiya sferaları ilə bağlı müxtəlif məsələlərə toxunuldu.

6
00:00:42,000 --> 00:00:49,940
Qardaş və bacılarımızın çıxışlarından xeyli faydalandım.

7
00:00:49,940 --> 00:01:00,110
Əlbəttə ki, qeyd olunan məsələlərdən çoxu hələ araşdırılmalıdır; yəni həm irəli sürülən təkliflər,

8
00:01:01,820 --> 00:01:13,710
həm də bildirilən iradlarla bağlı aidiyyətli qurumlar tərəfindən araşdırma aparılmalıdır, lakin ölkə universitetlərində çalışan müəllimlərdə

9
00:01:14,280 --> 00:01:24,680
belə bir elmi-intellektual dinamizmin, tənqid – və müəyyən mənada hücuma keçmə – ruhunun olması özü mənim üçün çox xoş və arzuolunandır.

10
00:01:25,310 --> 00:01:37,250
Elə mən də bu gün hazırladığım çıxışımda universitet müəllimlərimizdən bunu istəmişəm; yəni elə bu ruhiyyənin olmasını tələb etmişəm.

11
00:01:38,910 --> 00:01:51,820
O xanımın sonda toxunduğu məsələni  – sıxışdırılma məsələsini də idarədəki dostlarımız, mütləq, araşdırsınlar;

12
00:01:52,170 --> 00:02:02,910
ortada bir haqsızlıq, sıxışdırılma halı varsa, biz bu məsələ ilə, mütləq, məşğul olmalıyıq;  araşdırsınlar, görsünlər problem nədir. Əlbəttə, bənzər hallar barədə mən bundan əvvəl də eşitmişdim

13
00:02:03,310 --> 00:02:10,400
və möhtərəm nazirimizə  xatırlatma etmişdim; əlbəttə ki, ciddi surətdə araşdırılmalıdır.

14
00:02:11,200 --> 00:02:16,400
Əziz qardaş və bacılar! Ramazan ayının son günlərini yaşayırıq.

15
00:02:18,800 --> 00:02:25,020
Nəfsin bir ay ərzində bu şəkildə cilovlanmasından,

16
00:02:25,770 --> 00:02:36,680
oruc, dua və ibadətin təsiri ilə ruhunuzda təbii olaraq yaranmış bu lətafət və incəlikdən maksimum istifadə edin.

17
00:02:41,650 --> 00:02:51,650
İnsanla Yaradan arasında rabitənin möhkəmlənməsi insana kömək edir, həyatında və mənəviyyatında olan düyünləri açır.

18
00:02:52,400 --> 00:02:59,200
Bayaq burada qeyd olunan məsələlər bizim,

19
00:02:59,650 --> 00:03:06,110
ölkəmizin, inqilabımızın və dövlətimizin problemlərindən kiçik bir hissəsidir.

20
00:03:07,480 --> 00:03:18,850
Müxtəlif sferalarda bizim əzmimiz, səyimiz sayəsində həllini gözləyən bir çox problemlər var.

21
00:03:19,480 --> 00:03:28,740
Allah-taala ilə rabitəmizin möhkəmlənməsi bizə güc verir, ümid verir, sevinc və ruh yüksəkliyi bəxş edir.

22
00:03:30,680 --> 00:03:43,540
Hələ mən orasını demirəm ki, bütün bu dünyəvi məsələlər müqəddimədir; ruhun yüksəlişinə, mənən ucalmaya xidmət edən müqəddimə.

23
00:03:44,620 --> 00:03:51,480
Ramazan ayının qədrini bilin. O dua –

24
00:03:51,710 --> 00:04:00,740
اَللّهُمَّ اِن لَم تَکُن رَضيتَ عَنّي في ما مَضيٰ مِن شَهرِ رَمَضان فَمِنَ الانَ فَاَرضَ عَنّي

25
00:04:01,020 --> 00:04:11,020
çox önəmli bir duadır. Əgər indiyə qədər Allahın razılığını qazana, Uca Yaradanı özümüzdən məmnun edə bilməmişiksə,

26
00:04:11,370 --> 00:04:22,050
qoy əlimizi Allaha açıb Ondan elə bu andan etibarən bizi öz razılığına, bağışlanmasına layiq görməsini istəyək.

27
00:04:25,420 --> 00:04:32,280
Sizlər gənclərin təlim-tərbiyəsi ilə məşğul olduğunuza görə

28
00:04:33,600 --> 00:04:42,280
elmi və ideoloji rəhbərliyiniz altında olan kollektivlərə təsir göstərə bilərsiniz.

29
00:04:43,310 --> 00:04:55,880
Əgər siz Allah-taalaya diqqət yönəldən, Uca Yaradanla mənəvi rabitədə olmağa can atan, əlini duaya açan insanlar olsanız,

30
00:04:56,680 --> 00:05:06,220
sizin təlim-tərbiyəniz və elmi rəhbərliyiniz altında olan gənclər də təbii olaraq o istiqamətə yönələcəklər.

31
00:05:07,200 --> 00:05:14,050
Bizim universitetlərdəki problemlərimizdən biri də elə budur;

32
00:05:14,400 --> 00:05:22,110
əgər universitetlərimizdə dərs deyən müəllimlər özlərini ölkənin ehtiyac duyduğu cəhətlərdən

33
00:05:23,650 --> 00:05:31,880
inkişaf etdirə bilsələr, bu, onların rəhbərliyi altında olan kollektivə, yəni tələbələrə öz təsirini açıq-aşkar göstərəcək.

34
00:05:32,740 --> 00:05:43,310
Elə söhbətimizin əvvəlindəcə bir məqama da toxunmaq istəyirəm: Qüds günü yaxınlaşır; Qüds günü çox önəmli bir gündür.

35
00:05:44,400 --> 00:05:51,020
Qüds günü yürüşlərində iştirak etməyimiz təkcə o demək deyil ki, biz

36
00:05:51,600 --> 00:05:56,680
vətənindən, yurd-yuvasından qovulmuş məzlum bir xalqı dəstəkləyirik.

37
00:05:57,020 --> 00:06:06,510
Bu hərəkətimizlə biz, əslində, zalım, imperialist bir rejimə qarşı mübarizə aparırıq.

38
00:06:07,770 --> 00:06:17,650
Bu gün Fələstini müdafiə etmək həqiqəti müdafiə etmək deməkdir; Fələstin məsələsindən qat-qat geniş əhatəli bir həqiqəti.

39
00:06:18,220 --> 00:06:28,280
Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq müstəmləkəçiliyə, imperializmə qarşı mübarizə aparmaq deməkdir.

40
00:06:29,600 --> 00:06:35,770
Özünüzün də gördüyünüz kimi, siz İsrail rejiminin əleyhinə danışanda

41
00:06:36,170 --> 00:06:44,280
Amerika rəsmilərində, Amerika siyasətçilərində dərhal sizə qarşı ədavət, düşmənçilik hissi yaranır,

42
00:06:44,570 --> 00:06:48,970
onlara zərbə vurduğunuzu düşünürlər; və doğrudan da, elə belədir.

43
00:06:49,940 --> 00:06:56,970
Odur ki Qüds gününü önəmli bir gün kimi qeyd etmək lazımdır və həmin gün təşkil olunan yürüşlər də çox əhəmiyyətlidir.

44
00:06:57,420 --> 00:07:04,450
Bu gün mənim əsas diqqət çəkmək istədiyim mövzu isə

45
00:07:05,080 --> 00:07:17,200
(əlbəttə ki, vaxtımız da o qədər çox deyil, mən özüm də bacardığım, hal və hövsələm imkan verdiyi qədər danışacağam); sizin bir ali məktəb müəllimi kimi

46
00:07:17,540 --> 00:07:21,940
öhdənizə düşən məsuliyyətə diqqətli yanaşmağınızdır əsas demək istədiyim budur.

47
00:07:24,170 --> 00:07:33,880
Hər bir universitet müəllimi universitet mühitində özünəməxsus rola malikdir.

48
00:07:34,620 --> 00:07:41,420
Heç də belə düşünməyək ki, gənclərin hər birinin öz fikri, öz sözü var. Yox,

49
00:07:42,050 --> 00:07:50,050
siz onların ruhuna, qəlbinə, düşüncəsinə təsir göstərmək imkanına maliksiniz;

50
00:07:51,020 --> 00:07:56,680
onları düşünməyə, hərəkət etməyə sövq edə bilərsiniz. Sizin onlara təsiriniz çox böyük ola bilər.

51
00:07:56,680 --> 00:08:07,250
Professorlar, gənc tələbələrə dərs deyən universitet müəllimləri əvəzsiz, misilsiz bir rola malikdir.

52
00:08:09,420 --> 00:08:18,970
Əgər müəllimlər məsuliyyətli, pozitiv düşüncəli, optimist,

53
00:08:19,710 --> 00:08:28,620
qəti surətdə ölkədə iş görmək əzmində olsalar, bu, tələbələrə də təsir edəcək.

54
00:08:29,250 --> 00:08:39,820
Əgər müəllimlər öz vətəninin, yaşadığı torpağın əsilliyinə, nəcibliyinə inansalar,

55
00:08:40,340 --> 00:08:53,250
öz dininin, inqilabının əsaslarına bağlı olsalar, bu, tələbələrə də təsirsiz ötüşməyəcək. Eynilə əksi də;

56
00:08:54,510 --> 00:09:03,080
gözünü ölkəsinin sərhədlərindən kənara dikmiş, ölkənin içindəkilərə, ölkədə yayılmış məfhumlara,

57
00:09:03,600 --> 00:09:11,880
öz etnik kimliyinin mötəbər məfhumlarına inam və etiqadı olmayan,

58
00:09:12,740 --> 00:09:17,600
etinasız yanaşan bir müəllim, təbii ki, elə bu cür də tələbələr yetişdirəcək.

59
00:09:18,110 --> 00:09:24,400
Müəyyən etapda biz bunun şahidi olmuşuq; indi mən söhbətin dərininə getmək istəmirəm;

60
00:09:25,020 --> 00:09:34,000
çox xoşagəlməz bir etapda – Pəhləvi hakimiyyətinin əvvəllərində –

61
00:09:34,400 --> 00:09:43,420
biz bu cür müəllimlərin necə tələbələr yetişdirdiyini, necə bir nəsil ərsəyə gətirdiyini öz gözlərimizlə görmüşük.

62
00:09:44,400 --> 00:09:52,800
Əgər İslam İnqilabı olmasaydı, Allah bilir, bütün nəcib dəyərlərdən –

63
00:09:53,310 --> 00:10:02,340
vətənpərvərlikdən, dini, milli dəyərlərdən; hər şeydən – tamamilə məhrum olan o nəsil

64
00:10:02,970 --> 00:10:11,710
və onların ardınca gələnlər bu ölkənin başına nələr gətirərdi. İnqilab ölkəni,

65
00:10:12,110 --> 00:10:19,650
həqiqətən də, xilas etdi; bu baxımdan ki, əgər yetişən o nəsil,

66
00:10:19,940 --> 00:10:24,400
o mühitdə, o universitetlərdə tərbiyə olunan o insanlar iş başına gəlsəydi,

67
00:10:25,140 --> 00:10:30,110
Allah bilir, bu ölkənin başına nə oyunlar açardı.

68
00:10:32,110 --> 00:10:38,400
Odur ki mənim demək istədiyim budur; müəllimlər haqqında söhbət etmək istəyirəm.

69
00:10:39,140 --> 00:10:42,800
Əziz qardaş və bacılar! Baxın,

70
00:10:43,200 --> 00:10:49,020
Qərb modelli universitetlər, yəni bu gün bizdə olan,

71
00:10:49,250 --> 00:10:56,450
(əlbəttə ki, bizim öz keçmişimiz barədə bir o qədər də ətraflı məlumatımız yoxdur;

72
00:10:56,970 --> 00:11:04,570
Xacə Nəsirlər, İbn Sinalar, Xarəzmilər, Xəyyamlar,

73
00:11:05,200 --> 00:11:14,110
Mirdamadlar, Şeyx Bəhailər yetişdirmiş o mədrəsə və universitetlərin necə olduğunu bilmirik;

74
00:11:14,400 --> 00:11:19,310
təəssüflər olsun ki, ötən əsirlərdə özümüzün təhsil və müəyyən mənada universitet sistemimizin

75
00:11:19,710 --> 00:11:26,970
hansı formada olduğu barədə doğru-dürüst informasiyaya malik deyilik; az işləmiş olduğumuz mövzulardan biri də budur):

76
00:11:27,420 --> 00:11:38,970
əsası Qərbdə qoyularaq bütün dünya ölkələrinə, o cümlədən bizim də ölkəmizə ixrac olunmuş universitetlər

77
00:11:40,570 --> 00:11:48,800
3 əsas cəhətə malikdir: bugünkü universitetlər, birinci növbədə, elmi mərkəzdir.

78
00:11:50,110 --> 00:12:01,310
Digər bir cəhət isə budur ki, müasir universitetlər innovativ ideyaların, problemlərə yeni yanaşma tərzinin, yenilikçi axtarışların mərkəzidir; universitetlərdə gənclər təmsil olunduğuna görə

79
00:12:02,570 --> 00:12:11,820
onlarda yenilik axtarışı, məsələlərə innovativ yanaşma var; deməli, müasir universitetlər innovativ ideyaların da mərkəzidir.

80
00:12:12,450 --> 00:12:20,850
Digər bir xüsusiyyət isə budur ki, hazırkı universitetlər ölkənin, cəmiyyətin ümumi ab-havasına təsir etmək iqtidarındadır.

81
00:12:21,420 --> 00:12:30,910
Hər bir ölkədə universitetlər ən önəmli təsir gücünə malik mərkəzlərdən biri hesab olunur.

82
00:12:30,910 --> 00:12:37,940
Bu təkcə bizim ölkəmizdə deyil, bütün toplumlarda belədir. Bu təsir

83
00:12:38,570 --> 00:12:46,170
ya mədəni işlər, yazılar, mədəni məhsullar vasitəsilə,

84
00:12:46,400 --> 00:12:53,820
ya siyasi iş aparmaq yolu ilə, ya da mübarizə fəaliyyəti ilə həyata keçirilir; bir sıra növləri var. Müasir universitetlərin 3 əsas cəhəti bunlardır.

85
00:12:54,340 --> 00:12:58,850
Ölkəmizdə universitetlərin yarandığı gündən bəri

86
00:13:00,110 --> 00:13:06,510
o zaman ölkənin siyasətini tamamilə ağalığı altına almış imperialist ünsürlər

87
00:13:07,420 --> 00:13:15,200
(onlar bütün sahələri ələ almışdılar; həm hər şey haqda məlumatlı idilər,

88
00:13:15,650 --> 00:13:21,880
həm nüfuzları var idi, həm də istədikləri hər işi görürdülər)

89
00:13:22,680 --> 00:13:35,420
universitetlərin az öncə qeyd etdiyim 3 cəhəti içərisindən birinci cəhətlə bağlı yalnız bunu edirdilər ki,

90
00:13:36,170 --> 00:13:52,340
bizim elmi cəhətdən İran insanının istedadına uyğun, təbii bir inkişafa nail olmağımıza imkan vermirdilər; elmi uğurlar əldə etməyimizə əngəl olmağa çalışırdılar.

91
00:13:52,850 --> 00:14:02,340
Bu dediklərimin sübutu var, bunlar hamısı rəsmi sənədlərdə əksini tapan şeylərdir.

92
00:14:02,800 --> 00:14:10,400
Az sonra bu barədə qısaca deyəcəyəm.

93
00:14:10,800 --> 00:14:23,080
İkinci cəhət olan innovativ yanaşmaya gəlincə isə bu sahəni tamamilə öz ixtiyarlarına keçirmişdilər; yəni bu sfera tam olaraq onların təsiri altında idi.

94
00:14:24,050 --> 00:14:34,400
Üçüncü cəhətə gəlincə, çalışırdılar ki, universitetlərin ölkənin siyasi-ictimai mühitinə təsirini özləri idarə etsinlər;

95
00:14:34,680 --> 00:14:43,600
müxtəlif yollarla; istər özlərindən asılı mədəni qurumlar,

96
00:14:44,000 --> 00:14:48,910
istərsə də hətta təhlükəsizlik orqanları vasitəsilə.

97
00:14:49,310 --> 00:15:00,050
Yəni əslində qeyd etdiyim cəhətlərin hər 3-ü baxımından universitetlərimiz üzərində

98
00:15:00,450 --> 00:15:09,420
imperialist ünsürlərin hiss olunmayan – müəyyən hallarda isə hiss olunan – bir şəkildə daimi bir ağalığı var idi.

99
00:15:10,450 --> 00:15:17,600
Dedik ki, universitetlərdə həmin o birinci cəhəti, yəni onların elmi fəaliyyətini zəiflətməyə çalışırdılar.

100
00:15:18,400 --> 00:15:31,250
Bu o deməkdir ki, bizim universitetlərimizə verilən elmi proqram ikinci əl proqram idi,

101
00:15:32,110 --> 00:15:36,620
köhnə, işləkliyini itirmiş elm idi;

102
00:15:37,420 --> 00:15:44,680
yəni qərblilər mühüm elmi nailiyyətləri heç vaxt başqalarına ötürməyiblər.

103
00:15:44,850 --> 00:15:53,020
İndi biz öz ölkəmizdəki vəziyyəti daha yaxşı bilirik, amma bir qayda olaraq bizə bənzər, yəni imperialistlərin nüfuz və ağalığı altında olan bütün ölkələrdə

104
00:15:53,200 --> 00:16:01,820
bu cür olub. Yeni elmləri, əldə etdikləri elmi inkişaf sayəsində

105
00:16:02,280 --> 00:16:12,000
qazandıqları yeni elmi bilikləri bizim ölkəmiz kimi ölkələrə heç vaxt ötürməyiblər;

106
00:16:12,910 --> 00:16:24,680
ötürdükləri, paylaşdıqları yalnız köhnə, yeniliyini itirmiş şeylər olub.

107
00:16:24,970 --> 00:16:36,570
Əlbəttə ki, bunun da səbəbləri olub; köhnə elm və texnologiyanı

108
00:16:36,800 --> 00:16:43,650
bizə və bizim kimi ölkələrə ötürmələrinin də öz səbəbləri olub.

109
00:16:44,450 --> 00:16:51,140
Qərb imperializminin bir rəqibi yarandıqdan sonra bu,

110
00:16:51,480 --> 00:17:00,110
get-gedə həmin rəqiblə əlaqələr qurmağa çalşan ölkələrə öz təsirini göstərməyə başladı.

111
00:17:01,820 --> 00:17:10,170
Misal üçün, o vaxta qədər bərqərar olunmuş imperializm sisteminə –

112
00:17:10,680 --> 00:17:19,310
yəni İngiltərə, Amerika və sairə rəqib olaraq Sovet hökuməti qurulandan sonra yeni yaranmış bu dövlət

113
00:17:19,540 --> 00:17:28,400
öz nüfuz dairəsini genişləndirmək üçün qərblilərin sona qədər də heç bir zaman paylaşmağa razı olmayacağı bəzi elmi nailyyətləri

114
00:17:29,420 --> 00:17:39,770
Hindistan kimi bir ölkəyə və onun universitetlərinə ötürməyə başladı.

115
00:17:41,080 --> 00:17:49,480
Və ya daha da aydın bir misalla: Çin kimi bir ölkəni qərblilərdən heç bir zaman əldə edə bilməyəcəyi

116
00:17:49,820 --> 00:17:58,680
elmi-texnoloji biliklərlə təmin etdi (çünki ortada siyasi rəqabət var idi, nüfuz dairəsini genişləndirmək məsələsi var idi).

117
00:17:59,140 --> 00:18:10,000
Çinlilər nüvə məsələsini ruslardan öyrənib; hindlilər nüvə məsələsini ruslardan –

118
00:18:10,280 --> 00:18:17,420
keçmiş Sovet İttifaqından öyrənib. Bunlar elə elmi biliklər idi ki,

119
00:18:18,000 --> 00:18:30,000
Qərbin elm və ali təhsil sisteminin onları nə vaxtsa Çin, Hindistan və birinci növbədə də bizim ölkəmiz kimi ölkələrə ötürməsi qeyri-mümkün idi.

120
00:18:30,340 --> 00:18:41,940
Odur ki elmi baxımdan onlar bizim kimi nüfuz və müəyyən mənada ağalıqları altında olan ölkələrin universitetlərinə

121
00:18:42,400 --> 00:18:53,540
heç vaxt kömək etməyiblər, onların elmi inkişafının asanlaşmasına heç bir zaman şərait yaratmayıblar;

122
00:18:54,050 --> 00:19:01,540
əksinə, yeri düşəndə zərbə də vurublar. Yəni bu universitetlərdə parlaq istedada malik bir elm adamı aşkarlayanda

123
00:19:01,820 --> 00:19:14,220
çəkib aparıb özləri üçün işlədiblər. Belə idi; Pəhləvi hakimiyyəti dövründə uzun illər boyu belə bir vəziyyət hökm sürürdü.

124
00:19:17,080 --> 00:19:24,450
Bayaq dediyim o ikinci cəhəti – innovativ yanaşma məsələsini isə tamamilə ələ keçirmişdilər;

125
00:19:25,420 --> 00:19:35,140
yəni universitetlər Qərb dəyərlərinin cəmiyyətə ötürüldüyü bir məkana çevrilmişdi,

126
00:19:36,280 --> 00:19:42,000
müxtəlif sferalarda Qərb dəyərlərinin aliliyinə inanır

127
00:19:42,800 --> 00:19:51,250
və bu dəyərləri təcəssüm etdirirdi. Yəni bunun üzərində işləmişdilər,

128
00:19:51,880 --> 00:19:58,400
universitetlərdə bu sahəni sözün əsl mənasında ələ almışdılar.

129
00:19:58,910 --> 00:20:04,620
Üçüncü cəhəti də, qeyd etdik ki, idarə edirdilər; idarə etməyə çalışırdılar;

130
00:20:04,620 --> 00:20:09,310
müəyyən yerlərdə dillə, müəyyən yerlərdə pul və rüşvətlə,

131
00:20:09,540 --> 00:20:16,400
cürbəcür donlar geydirməklə, müəyyən yerlərdə də zorakılıq yolu ilə. İrandakı SAVAK

132
00:20:16,970 --> 00:20:25,080
etirazçı tələbələri yolundan döndərmək üçün Amerika və İsrail qüvvələri tərəfindən

133
00:20:25,310 --> 00:20:32,850
silahlandırılmışdı. Və edirdilər də; bu işi həyata keçirirdilər.

134
00:20:34,170 --> 00:20:42,170
Bir sözlə, universitetlərimiz bu vəziyyətdə idi; yəni ölkəmizdə universitetlər belə bir inkişaf yolu keçib.

135
00:20:42,170 --> 00:20:55,540
Lakin bütün bunlara rəğmən, universitetlər islami hərəkata və İmam Xomeyniyə “Ləbbeyk!” deyən ən önəmli mərkəzlərdən olmuşdur.

136
00:20:57,880 --> 00:21:08,050
Universitetlərdə o vaxta qədər oturuşmuş sistem bunu əsla tələb etmirdi, buna heç bir lüzum yaratmırdı,

137
00:21:08,740 --> 00:21:18,280
amma buna baxmayaraq, universitetlərin proseslərə necə qoşulduğunu gördünüz. Doğrudur, sizin əksəriyyətiniz o dövrü görməmisiniz,

138
00:21:18,910 --> 00:21:28,110
universitetlərin İmam Xomeyninin başlatdığı hərəkatı dəstəkləməsinin nə dərəcədə önəmli olduğu

139
00:21:28,280 --> 00:21:37,600
burada iştirak edən gənc bacı və qardaşlarımızdan çoxuna aydın deyil, amma o dövrü yaşamış bizlər üçün tamamilə aydın və dəqiqdir.

140
00:21:38,620 --> 00:21:47,140
Bu dəstək elə bir zamanda gəldi ki, universitetlərdə solçu fikirlər –

141
00:21:47,540 --> 00:21:55,770
marksist ideyalar geniş yayılmışdı. Özü də sizə deyim ki,

142
00:21:56,510 --> 00:22:07,200
bu, adi, təbii surətdə baş verməmişdi; kömək edirdilər;

143
00:22:08,050 --> 00:22:12,620
universitetlərdə islami ideyalarla mübarizə aparmaq üçün qəsdən marksist təfəkkürünü yayırdılar.

144
00:22:13,600 --> 00:22:20,680
Kiminsə əlində bir neçə səhifəlik islami broşur görsəydilər,

145
00:22:21,140 --> 00:22:28,620
problemə çevrilirdi, həmin adam təqib olunurdu, amma belə bir vaxtda marksist məzmunlu yazılar

146
00:22:29,420 --> 00:22:39,940
universitetlərdə rahatlıqla nəşr olunaraq satışa gedirdi. Tələbələr bu cür kitabları əllərində gəzdirirdi, heç kəs də buna əhəmiyyət vermirdi. Solçu müəllimlər də dərsə girib sözünü deyirdi.

147
00:22:42,170 --> 00:22:51,820
Yəni islami təfəkkür universitetlərdə solçu marksist təfəkkür kimi bir rəqiblə üz-üzə idi

148
00:22:51,820 --> 00:22:58,170
və təzyiqlərə məruz qalırdı. Bir yandan solçu təfəkkür var idi, o biri yandan da

149
00:22:58,450 --> 00:23:08,910
əxlaqi cəhətdən pozucu təbliğat; yəni gəncləri fəsada sürükləyən meyillər.

150
00:23:09,200 --> 00:23:14,740
Bunlar da əsasən universitetlərdə yayılırdı. Məqsəd isə gəncləri

151
00:23:15,020 --> 00:23:24,570
mübarizə və müqavimətdən, İslamdan, İmam Xomeyninin dəvət etdiyi yoldan uzaqlaşdırmaq idi.

152
00:23:24,800 --> 00:23:32,680
Amma etirazçı tələbələrin fəaliyyətinə əngəl olan bu iki başlıca amilə rəğmən,

153
00:23:32,910 --> 00:23:38,970
universitetlər islami hərəkata “Ləbbeyk!” dedi, bu hərəkata qoşuldu,

154
00:23:39,480 --> 00:23:49,650
onun üçün çalışdı, iş gördü; həm inqilabi mübarizə dövründə, həm də ondan sonra. Əgər inqilabdan sonra bizim gənc tələbələrimiz olmasaydı,

155
00:23:50,050 --> 00:23:54,280
quruculuq cihadı həyata keçirilməzdi, Keşikçi Korpus da formalaşmazdı.

156
00:23:55,310 --> 00:24:00,400
Keşikçi Korpusun aparıcı kadrlarının çoxu universitetlərin məzunları idi;

157
00:24:00,740 --> 00:24:14,000
quruculuq cihadında iştirak edən fəal uşaqların əsas hissəsi tələbələr idi. Gəldilər, meydana atıldılar.

158
00:24:14,280 --> 00:24:21,880
Bu, bizim universitetlərimizdə ideoloji cəhətdən münbit zəmin olduğunu göstərir.

159
00:24:21,880 --> 00:24:29,540
Əlbəttə ki, bunun səbəbinin nə olduğunu bilmək üçün də sosioloji araşdırmalara ehtiyac var.

160
00:24:29,710 --> 00:24:33,710
Düzdür, mütəxəssislər bu mövzuda fikirlər irəli sürür, müzakirələr aparırlar; mən özüm də bu barədə müəyyən nəticəyə gəlmişəm,

161
00:24:33,940 --> 00:24:40,680
intəhası indi bu mövzuya girmək istəmirəm. Hər halda, reallıq budur ki,

162
00:24:41,770 --> 00:24:51,080
universitetlərimizdə, tələbə gənclərimiz arasında islami, inqilabi meyillər üçün kifayət qədər münasib zəmin mövcud idi.

163
00:24:51,250 --> 00:24:59,940
Bəli, bu olduqca önəmli bir şansdır. Əlbəttə, inqilab da universitetlərə çox kömək etdi;

164
00:25:00,450 --> 00:25:12,400
İslam İnqilabı ölkə universitetləri üçün, həqiqətən də, qurtuluş oldu. Universitetləri hərəkətə gətirdi,

165
00:25:12,800 --> 00:25:19,820
elmi inkişafın, elmi innovasiyaların əhəmiyyətini onlara başa saldı.

166
00:25:20,170 --> 00:25:32,170
Görün bu gün tələbələrimizin, müəllimlərimizin, elmi tədqiqat mərkəzlərimizin vəziyyəti keçmişdəkindən –

167
00:25:32,450 --> 00:25:35,880
inqilabdan əvvəlki dövrdən nə qədər fərqlənir!

168
00:25:37,650 --> 00:25:47,650
Yəni bu gün universitetlər elmi innovasiyaların mərkəzidir, elmdə yeniliklərin yarandığı bir yerdir. Doğrudur, bayaq qardaşlarımız burada müəyyən məsələlərə toxundular,

169
00:25:48,000 --> 00:25:53,140
biz də dedik ki, bu məsələlər araşdırılmalı, müzakirə olunmalıdır,

170
00:25:54,000 --> 00:26:00,800
lakin bu bir həqiqətdir: bu gün ölkəmizdəki universitetlərin ümumi hərəkət tendensiyası elmi innovasiyalara nail olmaqdan ibarətdir

171
00:26:01,480 --> 00:26:06,220
və uğurları da göz önündədir.

172
00:26:07,310 --> 00:26:16,570
Bu gün siz deyirsiniz ki, elmi inkişafımıza görə dünya üzrə (hansısa mötəbər beynəlxalq qurumun

173
00:26:17,140 --> 00:26:25,480
gəldiyi nəticəyə əsasən) 15-ci və ya 17-ci yerdəyik, yaxud bir bu qədər irəliləmişik; bax bu, elə o deməkdir.

174
00:26:25,480 --> 00:26:35,600
Universitetlərdə həyata keçirilən elmi inkişaf ölkəyə özünəinam bəxş edib.

175
00:26:36,740 --> 00:26:47,480
İstənilən halda, inqilab dövründə tələbələr mühüm rol oynadı. Əlbəttə ki, müəllimlərdən də bəzilərinin önəmli rolu oldu, buna heç bir şübhə yoxdur.

176
00:26:49,250 --> 00:27:02,970
Bütün müəllimləri deyə bilmərik, amma bəziləri o dövrdə tələbələrin düzgün istiqamətləndirilməsində, həqiqətən də, mühüm rol oynadı.

177
00:27:03,420 --> 00:27:11,020
Bu gün həmin mübariz və fəal tələbələr – sizlər və universitetlərdə çalışan sizin kimi insanlar –

178
00:27:11,310 --> 00:27:19,710
özləri universitet müəllimidir və önəmli rol oynaya bilər; universitetlərin gələcəyi üçün iş görə bilər.

179
00:27:20,050 --> 00:27:26,800
Qeyd etmək istərdim ki, müəllimlərimiz universitetlərimizdə

180
00:27:26,800 --> 00:27:31,880
bir yandan ruh yüksəkliyi və optimizm atmosferinin yaradılmasında,

181
00:27:32,170 --> 00:27:42,970
digər tərəfdən isə dini və inqilabi dəyərlərin müdafiəsi işində öhdələrinə düşən rolu özləri üçün müəyyənləşdirməlidir;

182
00:27:43,650 --> 00:27:51,650
yəni bu iki məsələdə rol oynamalıdır. Hörmətli müəllimlər, siz universitetlərdə rol oynamalısınız.

183
00:27:52,220 --> 00:27:57,880
Müxalif meyillər var, onlarla mübarizədə öz rolunu oynamaq lazımdır.

184
00:27:59,480 --> 00:28:09,310
Bu rol da iki cürdür: birincisi, tələbə yetişdirmək, alim yetişdirmək, yəni müəllimlərin tələbələrin üzərində işləmək baxımından rolu,

185
00:28:09,770 --> 00:28:21,080
ikincisi isə onların universitetdən kənar mühitdə öhdəsinə düşən rol. Mən universitet müəllimlərinin cəmiyyətimizdə bu iki rolu ifa etməsini gözləyirəm.

186
00:28:21,650 --> 00:28:33,420
Tələbə yetişdirmək məsələsinə gəlincə, bu olduqca yüksək əhəmiyyətə malik bir işdir.

187
00:28:34,000 --> 00:28:40,280
Siz problemlərlə dolu bir gələcək üçün kadrlar hazırlayırsınız.

188
00:28:42,000 --> 00:28:52,450
Bizi gözləyən gələcək, yəni qarşıdakı onilliklər problemlərlə dolu olacaq;

189
00:28:53,540 --> 00:29:00,510
cürbəcür problemlərlə qarşılaşacağıq. Dünyada gedən dəyişiklikləri özünüz görürsünüz; çox sürətli və köklü dəyişikliklər baş verir.

190
00:29:00,800 --> 00:29:12,000
Gələcəkdə baş verəcək dəyişikliklər ya tarixən İran xalqının üzərinə qoyulmuş bu asılılıq çənbərinin,

191
00:29:12,570 --> 00:29:19,820
asılılıq baryerinin dağıdılmasına səbəb olacaq

192
00:29:19,820 --> 00:29:26,910
və biz bu çənbərdən, bu baryerdən canımızı qurtararaq öz yerimizi tapacaq, şənimizə layiq məqama yetişəcək,

193
00:29:27,200 --> 00:29:32,050
dünyada öz sözümüzü deyəcək, öz sözümüzü ortaya qoyacağıq

194
00:29:32,400 --> 00:29:40,850
(bizim öz sözümüz var; İslam dövlətinin dünyaya deyəsi sözü çoxdur; çoxlu yeni fikirləri var)

195
00:29:41,140 --> 00:29:52,740
və gələcək onilliklərdə bizim insan resurslarımız – sizin bu gün yetişdirdiyiniz kadrlar

196
00:29:53,250 --> 00:29:59,080
öz əzmi, təpəri, təhsili, mənimsədiyi elmi biliklər,

197
00:29:59,710 --> 00:30:07,540
onlara aşılanmış ruhiyyə sayəsində bu asılılıq,

198
00:30:07,770 --> 00:30:17,420
ətalət və sair baryerlərini qırıb, sözün əsl mənasında bir irəliləyiş edə biləcək, İran və İran insanı özünün əsl və layiqli məqamına yetişəcək;

199
00:30:17,650 --> 00:30:29,600
ya bu olacaq, ya da Allah eləməmiş, bizim insan resurslarımızda bayaq sadaladığım xüsusiyyətlər olmasa,

200
00:30:30,050 --> 00:30:35,200
uzun müddət sürəcək daha bir zəlalət və alçalma dövrünə qədəm qoyacağıq. Əgər bizim insan resurslarımız asılı bir düşüncəyə sahib olsa,

201
00:30:36,050 --> 00:30:42,400
asılı şəkildə hərəkət etsə,

202
00:30:42,850 --> 00:30:47,940
asılılıqdan xoşlansa, müstəqilliyin,

203
00:30:49,250 --> 00:30:59,080
İslamın və islami dəyərlərin qədrini bilməsə, özünəinamsız olsa – əgər bu cür olsa –

204
00:30:59,540 --> 00:31:05,650
o zaman biz eynilə Məşrutədən bir qədər əvvəlki dövrdən

205
00:31:06,050 --> 00:31:13,600
İslam inqilabının əvvəllərinə qədər Qərbin ağalığı altında yaşadığımız,

206
00:31:13,600 --> 00:31:20,220
sonradan min bir əziyyətlə birtəhər yaxa qurtardığımız vaxtlarda olduğu kimi,

207
00:31:20,510 --> 00:31:27,140
daha bir uzun və qaranlıq çıxmaza girəcəyik; yenidən keçmişdəki həmin o acı və çətin prosesləri yaşayacağıq.

208
00:31:27,600 --> 00:31:32,800
Bu, bu gün sizin bu tələbələri nə cür yetişdirməyinizdən asılıdır.

209
00:31:33,420 --> 00:31:37,020
Odur ki, mənim fikrimcə, tələbələrin hansı şəkildə yetişdirilməsi olduqca önəmlidir.

210
00:31:37,310 --> 00:31:42,620
Siz gəncləri bu dediyim hallardan birincisi üçün yetişdirməlisiniz;

211
00:31:43,140 --> 00:31:50,400
sizin bu gün yetişdirdiyiniz gənclik gələcəkdə baş verəcək proseslərə, dünyanı gözləyən

212
00:31:51,200 --> 00:31:56,570
mühüm dəyişikliklərə (təkcə bizim ölkəmizi və ya Qərbi Asiya regionunu yox,

213
00:31:57,420 --> 00:32:04,170
bütün dünyanı; əlbəttə, dünyada gedən dəyişikliklər bura da öz təsirini göstərəcək və ya bu dəyişikliklərin ən mühüm mərkəzlərindən biri elə bura olacaq,

214
00:32:04,170 --> 00:32:13,310
amma mən bütövlükdə Yer kürəsində baş verəcək dəyişiklikləri nəzərdə tuturam; elmi, praktik,

215
00:32:13,770 --> 00:32:23,080
siyasi zəmində, güc balansı və sair baxımından; heyrətamiz dəyişikliklər baş verəcək)

216
00:32:23,420 --> 00:32:32,740
müqavimət göstərə bilməli, əzmli, iradəli, imanlı,

217
00:32:33,650 --> 00:32:43,310
özünəinamlı, peşəkar, işini bilən, məlumatlı, dərin düşüncəli, inqilabçı, dindar kadrlar olmalı

218
00:32:43,880 --> 00:32:51,310
və o gün ölkəni layiq olduğu yolla apara bilməlidirlər.

219
00:32:53,480 --> 00:33:00,620
Sizin yetişdirdiyiniz, təsiriniz altında olan gənclərdə

220
00:33:00,800 --> 00:33:06,170
özünü göstərməli olan digər bir xüsusiyyət öz milli kimliyinin nəcibliyinə inanmaq və onunla fəxr etməkdir.

221
00:33:06,280 --> 00:33:13,370
O gün mən burada hökumət rəsmiləri ilə keçirdiyimiz görüşdə də  milli kimlik barədə söhbət etdim;

222
00:33:14,170 --> 00:33:24,220
bildirdim ki, milli mənafe yalnız milli kimliklə əlaqəli olduqda məna kəsb edir.

223
00:33:25,200 --> 00:33:34,740
Zahirdə mənfəət kimi görünən, lakin mahiyyəti milli kimliklə uyğun gəlməyən və ya təzad təşkil edən bir şey əslində milli mənafe deyil;

224
00:33:34,910 --> 00:33:42,110
millətə ziyandır. Siz gəncləri bizim milli kimliyimizlə tanış etməlisiniz ki,

225
00:33:42,340 --> 00:33:51,140
onunla və xalqımızın müstəqilliyi ilə fəxr etsinlər. Bugünkü gənclərimizin əksəriyyəti heç müstəqilliyin də qədrini bilmir.

226
00:33:51,370 --> 00:34:02,910
Əlbəttə, doğulduqları gündən bəri xarici dövlətlərdən heç bir asılılığı olmayan bir ölkədə yaşayıblar;

227
00:34:03,420 --> 00:34:14,340
əvvəl gündən belə görüblər ki, İslam Respublikası

228
00:34:15,080 --> 00:34:22,340
başqalarının “gözün üstə qaşın var” belə deməyə cürət etmədiyi xarici dövlətlərə qarşı çıxır. Bu, siyasi müstəqillikdir;

229
00:34:22,910 --> 00:34:30,800
əvvəldən bunu gördükləri üçün qədrini bilmirlər. Ölkədə Amerika,

230
00:34:31,310 --> 00:34:38,340
ondan da qabaq İngiltərənin hər dediyinin, mütləq, gerçəkləşməli olduğu dövrləri yaşamayıblar, ona görə də müstəqilliyin qədrini bilmirlər.

231
00:34:38,510 --> 00:34:47,250
ona görə də müstəqilliyin qədrini bilmirlər. Bunu onlara başa salmaq lazımdır. Müəllimlərin tələbələr üzərində öhdəsinə düşən mühüm rollardan biri də budur.

232
00:34:47,370 --> 00:34:53,140
İkinci rol isə ölkədə gedən proseslərlə bağlıdır;

233
00:34:53,140 --> 00:34:59,310
bayaq qardaşlarımızdan bir neçəsi də burada qeyd etdilər; mən onların fikirlərini tam olaraq təsdiqləyirəm.

234
00:34:59,540 --> 00:35:06,620
Onlardan biri bildirdi ki, biz qüdrət, təhlükə, təhlükəsizlik və sair bu kimi anlayışları

235
00:35:07,080 --> 00:35:13,880
cəmiyyətimizə lazımınca izah edərək mənimsətməmişik; əlbəttə, bu anlayışların əhəmiyyəti onların cəmiyyətə izah olunmasında deyil;

236
00:35:14,110 --> 00:35:21,600
əhəmiyyətli olan budur ki, bu kimi anlayışlar mühüm qərarlar qəbul edən səlahiyyətli qurumlara ətraflı izah olunsun; yəni bunlar mühüm qərarlara təsir göstərən anlayışlardır. Bəli, bunu mən də qəbul edirəm;

237
00:35:22,340 --> 00:35:31,370
bu işlər görülməyib, bunları həyata keçirmək lazımdır.

238
00:35:32,620 --> 00:35:42,000
Və ya başqa bir qardaşımız qəbul edilən qanun layihələri və sairlə bağlı dedi; daha bir qardaşımız sənayedə 50 il boyunca yanlış əmək sisteminin tətbiq olunduğunu qeyd etdi.

239
00:35:42,400 --> 00:35:48,850
Bunlar əsaslı fikirlərdir, bu fikirləri gözdən keçirməyə dəyər və bayaq da mən dedim ki, bunları müzakirə etmək, üzərində işləyib inkişaf etdirmək lazımdır.

240
00:35:48,970 --> 00:35:57,600
Lakin bunlar səlahiyyətli qurumlara ötürülməli olan fikirlərdir.

241
00:35:57,820 --> 00:36:02,850
Səlahiyyətli qurumlar bu kimi məsələlər barədə məlumatlı olmalı, onlardan istifadə etməlidir.

242
00:36:02,970 --> 00:36:08,280
Mənim hər il ramazan ayında bu görüşlərin təşkil edilməsinə, universitet müəllimlərinin

243
00:36:08,280 --> 00:36:21,080
gəlib burada çıxış etməsi üçün şərait yaradılmasına təkid etməyimin səbəblərindən biri də (əlbəttə ki, mən sizlərlə hər ay görüşmək istəyərdim, təəssüf ki, imkanımız yoxdur),

244
00:36:21,420 --> 00:36:28,850
elə budur ki, bu fikirlər səsləndirilsin, rəsmilər, səlahiyyətli qurumlar eşitsin. Siz onlara təsir göstərməlisiniz.

245
00:36:30,400 --> 00:36:38,800
Misal üçün, biz ölkənin iqtisadi problemləri ilə bağlı bu qədər danışırıq,

246
00:36:39,020 --> 00:36:48,450
hamı da dediklərimizi təsdiqləyir. “Müqavimət iqtisadiyyatı” məsələsini irəli sürdük,

247
00:36:48,850 --> 00:37:00,170
yuxarıdan aşağı hamı da dəstəkləyir, təsdiqləyir, bu mövzuda iclaslar keçirir, komitə və komissiyalar da yaradırlar,

248
00:37:01,140 --> 00:37:07,140
amma işlər lazımi şəkildə irəli getmir. Yaxşı, problem nədədir?

249
00:37:07,140 --> 00:37:14,280
Elmi-nəzəri cəhətdən bir çatışmazlıq var. Bu çatışmazlığı kim aradan qaldırmalıdır? Universitetlərdə çalışan sizlər!

250
00:37:15,770 --> 00:37:28,970
Və ya məşğulluq məsələsi. Bu il biz məşğulluq məsələsini önə çəkmişik, bu barədə ətraflı danışmışıq; ilimiz də “Milli istehsal və məşğulluq” ili elan olunub.

251
00:37:29,370 --> 00:37:38,510
“Məşğulluq” və ya “milli istehsal” eyni fikirdir; hamı da bu işin həyata keçirilməsini istəyir, bunun üçün çalışırlar da.

252
00:37:38,740 --> 00:37:43,200
Mən ilin əvvəlində etdiyim çıxışda  dedim,

253
00:37:43,600 --> 00:37:50,170
yəni dövlətin həyata keçirdiyi işlər barədə ictimaiyyəti məlumatlandırdım. Kiçik və orta sənaye müəssisələri üçün

254
00:37:50,620 --> 00:37:59,200
17 trilyon tümən pul xərcləyiblər ki, bəlkə, kömək olsun, işə düşsünlər, amma yenə də arzulanan nəticəni verməyib.

255
00:37:59,420 --> 00:38:11,200
Problem nədədir? Analoji tədbirlər bundan əvvəlki, ondan öncə 8-ci hökumətin dövründə də həyata keçirilmişdi;

256
00:38:13,770 --> 00:38:22,000
olmur. Niyə olmur? Elmi-nəzəri cəhətdən bir çatışmazlıq var. Yəqin ki, bu işdə nə isə bir düyün, çatışmazlıq var və problem elmi cəhətdəndir.

257
00:38:22,620 --> 00:38:25,710
Bəs bu düyün harada açılmalıdır? Universitetlərdə.

258
00:38:26,740 --> 00:38:33,020
Əgər rəsmi məlumatlara əsasən əhalidə olan o nəhəng həcmli nağd vəsait

259
00:38:33,020 --> 00:38:39,540
məşğulluğa yönəldilsə, görün ölkədə nə baş verər?! Niyə həyata keçirilmir?

260
00:38:40,000 --> 00:38:52,570
Burada banklarla bağlı problemlərə toxunuldu. Doğrudur, bank sistemində bu kimi problemlər var. Bunlar səlahiyyətli qurumlar tərəfindən diqqətə alınmalıdır.

261
00:38:57,600 --> 00:39:09,020
Və ya Konstitusiyanın 44-cü maddəsi ilə bağlı məsələ; bildiyiniz kimi, bu maddə özəl sektora dəstək verilməsini, özəl sektorun və bu sektora aid sərmayənin

262
00:39:09,420 --> 00:39:16,050
ölkə iqtisadiyyatına cəlb edilməsini nəzərdə tutur. Biz bu məsələni bir neçə il əvvəl gündəmə gətirdik, hamı bəh-bəhlə qarşıladı,

263
00:39:16,280 --> 00:39:23,420
müəyyən işlər də görüldü, amma nə isə reallaşmağını görmürük. Mən işdə bir irəliləyiş hiss etmirəm.

264
00:39:24,110 --> 00:39:32,400
O demək deyil ki, istəmirlər, istəyirlər, çalışırlar da, intəhası irəli getmir. Elmi cəhətdən problem var; mənim demək istədiyim budur.

265
00:39:32,740 --> 00:39:38,800
Universitetlərin ifa edə biləcəyi rol bundan ibarətdir ki, bu sahələrdə mövcud olan problemləri araşdırıb üzə çıxarsınlar,

266
00:39:39,080 --> 00:39:43,420
həlli yolunu axtarıb tapsınlar və ölkənin səlahiyyətli qurumlarına təqdim etsinlər.

267
00:39:43,420 --> 00:39:52,050
Və ya sosial bəlalar, sosial ədalət məsələsi; sosial ədalət barədə hamımız bu qədər danışırıq,

268
00:39:52,450 --> 00:39:59,020
bu mövzuda bu qədər söhbətlər gedir; açıq-aydın, mübahisəsiz bir məsələdir. Yaxşı, bəs hanı?

269
00:39:59,250 --> 00:40:08,110
Sosial ədalət reallaşıbmı? Cini indeksi günü-gündən daha da yüksəlib, daha da betər vəziyyət alıb.

270
00:40:09,020 --> 00:40:18,510
Nəyə görə? Səbəb nədir? Bu düzgün fikir, bu düzgün istək, bu düzgün hədəf ölkəmizdə nəyə görə reallaşmır?

271
00:40:18,800 --> 00:40:27,370
Dostlarımızdan biri ölkənin makro səviyyədə idarə olunmasından danışdı; yeri gəlmişkən, bu məsələni mən də özüm üçün qeyd etmişdim.

272
00:40:28,680 --> 00:40:36,570
Sizin görə biləcəyiniz işlərdən biri də ölkənin makro səviyyədə idarəçiliyinə kömək etməkdir.

273
00:40:36,570 --> 00:40:50,970
Baxın, bizim makroidarəetmədə üzləşə biləcəyimiz problemlərdən biri makroidarəetmə sistemimizə, necə deyərlər, “virus” düşməsidir;

274
00:40:52,000 --> 00:41:00,680
yəni düşmən bizim idarəetmə düşüncəmizə “virus” salaraq bütün işlərimizi,

275
00:41:00,910 --> 00:41:10,680
bütün təşəbbüslərimizi, bütün qərarlarımızı korlaya, bunları yanlış səmtə yönəldərək öz istədiyi istiqamətdə apara bilər. Biz buna əngəl ola bilərik; əngəl olmalıyıq;

276
00:41:11,310 --> 00:41:21,370
əsas işlərdən biri budur. Və ya ölkənin aşkarlanmamış potensialından istifadə.

277
00:41:21,540 --> 00:41:30,170
Həqiqətləri açıqlamaq məsələsi; universitet müəllimlərinin öhdəsinə düşən işlərdən biri də ölkədə gedən

278
00:41:30,510 --> 00:41:38,510
ictimai-siyasi proseslərlə bağlı həqiqətləri açıqlamaqdır. Bayaq cənab Parsaniya

279
00:41:39,140 --> 00:41:47,820
burada 2030 saylı sənəd barədə söhbət etdi; Bu məsələnin açıqlanması lazımdır.

280
00:41:48,400 --> 00:41:57,770
Mən Təhsil Nazirliyinin qəbul etdiyi o 2030 saylı sənədlə bağlı müəyyən fikirlər söyləmişdim, bu mövzu ətrafında başqa cürbəcür söhbətlər də getdi.

281
00:41:58,570 --> 00:42:08,220
Bu çox önəmli bir məsələdir; cənab Parsaniyanın da qeyd etdiyi kimi, bu, BMT-də qəbul edilmiş bir ali sənədin –

282
00:42:08,740 --> 00:42:12,110
dayanıqlı inkişaf proqramının – bir hissəsidir.

283
00:42:12,800 --> 00:42:17,370
2030 saylı sənəd həmin proqramın təhsillə əlaqədar olan hissəsidir.

284
00:42:17,370 --> 00:42:25,770
Əslində, onların bu dayanıqlı inkişaf proqramında – və onun bir hissəsi olan bu 2030 saylı sənəddə –

285
00:42:26,220 --> 00:42:31,140
öz rəhbərlikləri altında həyata keçirməyi planlaşdırdığı şey bütün dünya üçün vahid bir mədəni,

286
00:42:31,940 --> 00:42:39,480
ideoloji və praktik nəzəriyyə düzəltməkdir. Bunu edən kimlərdir?

287
00:42:40,170 --> 00:42:48,450
BMT-nin arxasında gizlənən əllər; YUNESKO burada sadəcə olaraq bir vasitədir, gözdən pərdə asmaq üçündür.

288
00:42:50,280 --> 00:43:00,340
Müəyyən qüvvələr var ki, oturub dünya ölkələrində hər bir sahə üçün, hər bir xalq üçün bir nəzəriyyə işləyib hazırlayır;

289
00:43:00,340 --> 00:43:05,370
ideologiya ilə, mədəniyyətlə, praktika ilə bağlı bir nəzəriyyə.

290
00:43:06,220 --> 00:43:17,710
Bu nəzəriyyəni bütün dünya ölkələrinə təqdim edirlər, bütün xalqlar buna uyğun hərəkət etməlidir. Bu nəzəriyyəni bütün dünya ölkələrinə təqdim edirlər, bütün xalqlar buna uyğun hərəkət etməlidir. O nəzəriyyənin bir hissəsi də təhsil sahəsi ilə bağlı olan həmin bu 2030 saylı sənəddir.

291
00:43:19,650 --> 00:43:26,400
Lakin bu, yanlışdır; kökündən yanlış və nöqsanlı bir məsələdir.

292
00:43:26,850 --> 00:43:32,220
Nəyə görə belə olmalıdır? Axı bu dayanıqlı inkişaf proqramını işləyib hazırlayanlar kimdir?

293
00:43:32,220 --> 00:43:39,710
Ölkələr, xalqlar, onların adət-ənənələri, ideologiyası ilə bağlı fikir yürütməyə,

294
00:43:40,400 --> 00:43:47,820
necə davranmalı olduqları barədə göstəriş verməyə nə haqları var? Belə şeylər hamısı məcburiyyətdir. Bu kimi sənəd və proqramların icrasında

295
00:43:48,170 --> 00:43:53,770
məcburiyyət olmadığını düşünmək səthi yanaşmadır. Əslində, bütün bunlar məcburən tətbiq olunur,

296
00:43:54,510 --> 00:44:01,880
bunlardan biri həyata keçirilməsə, sonradan hesabatlarda ölkə üçün mənfi məqam kimi qeydə alınacaq,

297
00:44:02,110 --> 00:44:08,850
“Filan siyahıda axırlardasınız, filan imtiyaz sizdən alınır!” – deyəcəklər. Belə şeylər hamısı bu cürdür;

298
00:44:09,540 --> 00:44:15,880
üzdə məcburi kimi görünməsə də, əslində, hamısı məcburidir. Nəyə lazımdır?

299
00:44:15,880 --> 00:44:27,480
Biz hələ bir neçə il bundan əvvəl “İran-İslam modeli üzrə irəliləyiş” mövzusunu irəli sürmüşük. Mən “inkişaf” sözündən bilə-bilə istifadə etməmişdim.

300
00:44:28,850 --> 00:44:34,740
Rəsmilər, o vaxtdan bizimlə əlaqədə olan insanlar bilir;

301
00:44:35,140 --> 00:44:41,540
mən özüm qəsdən “inkişaf” yox, “irəliləyiş” sözündən istifadə etmişdim,

302
00:44:41,540 --> 00:44:46,800
Qərbə xas bir anlayışdır. Mən “irəliləyiş” sözünü işlədirəm;

303
00:44:47,310 --> 00:44:52,680
İran-İslam modeli üzrə irəliləyiş. Gəlin bu modeli araşdırıb üzə çıxaraq!

304
00:44:53,710 --> 00:45:05,370
Nəyə görə qərblilər bizim irəliləyişimiz üçün o “Dayanıqlı inkişaf proqramı”, “2030 saylı sənəd” və sair bu kimi modellər seçməlidir?

305
00:45:05,710 --> 00:45:13,480
Bunu etmək kimin işidir?  Sizin, universitetlərin, müəllimlərin.

306
00:45:14,000 --> 00:45:18,970
Deyiləsi sözlər çoxdur, vaxtımız isə az;

307
00:45:19,200 --> 00:45:23,710
İnşallah, Allah-taala öhdəmizə düşən işləri yerinə yetirməkdə hamımıza dəstək olsun.

308
00:45:24,050 --> 00:45:32,680
Siz dediniz, mən də təsdiqləyirəm, mən də belə düşünürəm ki, biz ayağa qalxıb

309
00:45:33,020 --> 00:45:45,140
Allahın lütfü və dəstəyi sayəsində bu yolu, bu işi, bu inqilabi, islami hərəkatı irəli aparmışıq, inşallah, bundan sonra da davam etdirərək irəli aparacağıq

310
00:45:45,140 --> 00:45:50,340
və sonda qələbə çalan da, Allahın köməyi ilə, heç şübhəsiz, biz olacağıq.