1
00:00:00,680 --> 00:00:02,970
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,970 --> 00:00:06,220
لحمدلله ربّ العالمين

3
00:00:08,740 --> 00:00:14,110
و الصّلاة و السّلام علي سيّدنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:24,910 --> 00:00:32,000
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:32,340 --> 00:00:44,620
Əziz qardaşlar, bacılar, həcc ziyarətinin təşkilinə, hacılara göstərilən xidmətlərə cavabdeh olan qurumların rəsmiləri, çox xoş gəlmisiniz.

6
00:00:47,200 --> 00:01:00,340
Bu il camaatımız həcc ziyarətinə gedə biləcək, bunun özü çox gözəl bir xəbərdir.

7
00:01:02,400 --> 00:01:14,050
Əlhəmdulillah, hakimiyyətin hər üç qolunun rəsmiləri və digər səlahiyyətli şəxslər

8
00:01:15,420 --> 00:01:23,310
məsələni ətraflı araşdırdılar, hər şeyi ölçüb-biçərək bu qərara gəldilər ki, bu il ölkəmizdən həcc ziyarəti təşkil olunsun.

9
00:01:23,820 --> 00:01:41,940
Ümidvaram, Allah-taala bu mübarək yolu əziz xalqımızdan olan hacılar üçün xeyir, bərəkət, özünütərbiyə və qurtuluş mənbəyi edəcəkdir, inşallah.

10
00:01:44,280 --> 00:02:04,910
Həcc ziyarəti olduqca önəmli bir vacib ibadətdir; dinimizdə vacib edilmiş mühüm ibadətlər içərisində, demək olar ki, həcc ziyarəti qədər önəmlisi yoxdur.

11
00:02:06,680 --> 00:02:22,910
Əvvəla, bu böyük və genişmiqyaslı ibadətdə bir sıra mənəvi imkanlar vardır ki,

12
00:02:24,110 --> 00:02:41,080
Həzrət Haqla mənəvi əlaqə yaratmaq istəyən, mənəviyyat, ruhaniyyət və sair aşiqi olan hər kəs

13
00:02:42,220 --> 00:02:55,250
bu böyük vacib ibadətin ayrı-ayrı elementlərində özü üçün çox geniş imkanlar tapa,

14
00:02:58,170 --> 00:03:05,200
heyrətamiz bir potensial kəşf edə bilər.

15
00:03:06,620 --> 00:03:27,080
Namaz, təvaf, vuquf və sair cürbəcür elementlərdən təşkil olunmuş bu böyük ibadətin bütün elementlərindən mənəviyyat fışqırır, mənəviyyat yağır.

16
00:03:28,570 --> 00:03:42,220
Qədrini bilsək, mənəviyyat arxasınca olsaq, həcc ziyarəti digər ibadətlərin hamısından daha böyük bir potensiala malikdir. Bu, məsələnin bir tərəfi.

17
00:03:45,140 --> 00:03:54,510
Eyni zamanda həcc ziyarəti ictimai baxımdan da misilsiz bir potensiala malikdir.

18
00:03:55,200 --> 00:04:06,050
Baxın, bu, dinimizdə vacib buyurulmuş ibadətlərin hamısına xas olan bir cəhətdir. İslam dini mənəviyyata son dərəcə böyük önəm verir,

19
00:04:06,970 --> 00:04:19,020
lakin İslamdakı mənəviyyat inzivaya çəkilmək, tərki-dünyalıq, insanlardan uzaqlaşaraq zahidlik yolunu tutmaq deyil.

20
00:04:20,800 --> 00:04:30,850
Vacib ibadətlərdən hansı daha çox mənəvi potensiala malikdirsə,

21
00:04:31,080 --> 00:04:40,620
o ibadət eyni zamanda sosial iştirak baxımından da ən böyük potensiala malikdir.

22
00:04:41,770 --> 00:05:00,510
Həcc ziyarəti İslam ümmətinin əzəmətinin, vəhdətin, birliyin, bölünməzliyin təzahürüdür;

23
00:05:02,170 --> 00:05:16,510
həcc İslam ümmətinin gücünün təzahürüdür. İslam ümməti ardıcıl olaraq

24
00:05:18,170 --> 00:05:25,770
hər il eyni yerdə, eyni vəziyyətdə, eyni formada ən böyük toplantısını keçirir;

25
00:05:26,450 --> 00:05:36,050
yəni İslam ümməti həcc vasitəsilə özünü göstərir, parlayır.

26
00:05:37,420 --> 00:05:47,540
Hələ məsələnin bu zahiri aspektindən başqa, daxili bir aspekti də var: həcc zamanı

27
00:05:47,880 --> 00:05:56,220
müsəlman xalqları bir-biri ilə tanış olur, ünsiyyət qurur, bir-birini başa düşür –

28
00:05:56,680 --> 00:06:06,910
“başa düşmək” deyəndə mən dilini başa düşməyi nəzərdə tutmuram; bir-birinin düşüncəsinə hakim olan mədəniyyəti dərk etməyi nəzərdə tuturam –

29
00:06:07,250 --> 00:06:17,710
bir-birinə yaxınlaşır, sual və şübhələr ortadan qaldırılır, ədavətlər zəifləyərək, arxa plana keçərək tədricən yox olub gedir,

30
00:06:18,110 --> 00:06:24,050
qəlblər bir-birinə yaxınlaşır, əllər bir-birinə köməyə uzanır,

31
00:06:24,740 --> 00:06:30,740
ölkələr bir-birinə kömək edə bilər, xalqlar yardımlaşa bilər; həcc budur.

32
00:06:32,400 --> 00:06:38,170
İndi əməli işə gələndə başda oturanlar, səlahiyyət sahibləri

33
00:06:38,280 --> 00:06:49,650
həccin bu şəkildə təşkil olunmasına nə dərəcədə yardımçı olur və ya icazə verir – bu, ayrı söhbətdir, amma həcc budur:

34
00:06:49,940 --> 00:07:10,740
misilsiz bir ictimai potensialla yanaşı, misilsiz bir mənəvi potensiala malik olan, İslam ümmətinin öz əqidə və mövqeyini bəyan etməsinə şərait yaradan bir mühitdir.

35
00:07:11,200 --> 00:07:21,820
Bizim bu qədər israrla üzərində durduğumuz “müşriklərə etiraz” məsələsinin də mahiyyəti elə budur; dahi liderimiz İmam Xomeyni də buyurmuşdur ki,

36
00:07:21,820 --> 00:07:29,650
müşriklərə etiraz mərasimində iştirak etmədən yerinə yetirilən həcci həcc hesab etmir.

37
00:07:30,910 --> 00:07:43,880
İslam ümməti həcc ziyarətində özünün doğru bildiyi, həmrəy surətdə qəbul etdiyi mövqeyi bəyan edə bilər.

38
00:07:44,220 --> 00:07:52,050
Bu mövqeyi həmrəy surətdə qəbul edən kimdir? Xalqlar.

39
00:07:53,600 --> 00:08:07,820
Dövlətlər başqa cür düşünüb başqa cür addım ata bilər – elə gördüyümüz kimi də bir çox müsəlman dövlətləri, təəssüflər olsun ki,

40
00:08:08,000 --> 00:08:16,450
öz xalqının istəyinə zidd yol tutur, xalqın dəstəkləmədiyi hərəkətlər edir – amma xalqların ürəyindəki başqadır.

41
00:08:16,680 --> 00:08:25,420
Həcc elə bir yerdir ki, orada xalqlar müxtəlif məsələlərlə bağlı mövqeyini bəyan edə bilər.

42
00:08:26,110 --> 00:08:36,340
Belə məsələlərdən birincisi Məscidül-əqsa, Qüds məsələsidir; bu, xırda bir məsələ deyil.

43
00:08:38,050 --> 00:08:45,770
Həyasızlaşmış sionistlər cürət edərək

44
00:08:47,080 --> 00:08:54,220
özlərini Məscidül-əqsanın sahiblərinə – müsəlmanlara təzyiq göstərməkdə haqlı bilirlər.

45
00:08:54,620 --> 00:09:01,080
Bir gün qapını bağlayırlar, bir gün möminlərin məscidə girişinə əngəl olurlar, o biri gün bir dəstəni içəri buraxır, o birini qapıda saxlayırlar,

46
00:09:01,080 --> 00:09:07,650
sünni şərti qoyurlar və sair; bütün bunlar qondarma və qəsbkar İsrail rejiminin

47
00:09:07,940 --> 00:09:14,910
həyasızlığından, utanmazlığından, arsızlığından irəli gəlir.

48
00:09:15,250 --> 00:09:25,200
Və aydındır ki, müsəlman xalqlarının qəlbi Məscidül-əqsa ilə döyünür. Bax həcc ziyarəti bu kimi olaylara mövqe bildirməyin yeridir;

49
00:09:25,540 --> 00:09:42,570
həcc bunun üçün gözəl bir imkandır; həcc budur. Müsəlman ümməti xalqların Fələstin, Məscidül-əqsa ilə bağlı

50
00:09:44,000 --> 00:09:49,710
nə dediyini, nə istədiyini, nə düşündüyünü ifadə etmək üçün

51
00:09:50,400 --> 00:10:04,280
Beytül-həram, Məkkə, Mədinə, Məşər, Ərəfat və Minadan yaxşı nə yer tapa bilər? Oradan yaxşı hara ola bilər?

52
00:10:05,480 --> 00:10:17,420
Həcc ziyarətində bu potensial var. Müsəlmanlar Amerikanın müsəlman ölkələrinə,

53
00:10:17,710 --> 00:10:26,220
regionumuza müdaxiləsinə, bu bölgələrdə məşum iştirakına, qəsdən təkfirçi və sair buna bənzər terror qruplaşmalarının yaradılmasına

54
00:10:26,970 --> 00:10:35,420
(bu terror qruplaşmalarından da böyük şər qaynağı isə elə Amerikanın özüdür;

55
00:10:35,600 --> 00:10:42,000
Amerika onların hamısından daha xəbis, daha iyrəncdir) – bütün bunlara qarşı mövqeyini harada ortaya qoymalıdır?

56
00:10:43,600 --> 00:10:49,600
Həcc müsəlman ümmətinin – hamının; bütün ölkələrdən olan müsəlmanların –

57
00:10:50,050 --> 00:10:56,510
öz mövqeyini, fikrini ifadə etməsi üçün ən yaxşı məkandır; həcc belə bir gözəl imkandır;

58
00:10:57,140 --> 00:11:02,450
bunun qədrini bilmək, bu imkandan yararlanmağa çalışmaq lazımdır; bu, birincisi.

59
00:11:04,850 --> 00:11:12,170
Digər bir mühüm məsələ isə təhlükəsizlik məsələsidir; bayaq cənablar da –

60
00:11:12,340 --> 00:11:19,480
həm cənab Qaziəsgər, həm də Həcc Təşkilatının sədri qeyd etdilər.

61
00:11:19,770 --> 00:11:26,340
“(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik”. (“Bəqərə” surəsi, 125-ci ayədən)

62
00:11:28,050 --> 00:11:35,140
Söhbət bundan gedir; Qurani-Kərim açıq-aşkar bildirir ki,

63
00:11:35,600 --> 00:11:44,680
buranı insanların bir yerdə toplaşması, rahat və təhlükəsiz bir şəraitdə Uca Yaradana üz tutması üçün bir məkan etmişik. Təhlükəsizlik olduqca əhəmiyyətlidir!

64
00:11:45,200 --> 00:11:55,250
Hacıların hər cür problemdən uzaq olması çox önəmlidir. 1394-cü ilin həcc ziyarətində baş vermiş acı olaylar heç vaxt yadımızdan çıxmayacaq.

65
00:11:56,510 --> 00:12:05,310
O hadisə ilə bütün İslam ümmətinin və biz iranlıların qəlbinə

66
00:12:05,480 --> 00:12:10,280
heç bir zaman unudulmayacaq bir dağ çəkildi. Bu yara heç vaxt sağalmayacaq!

67
00:12:12,000 --> 00:12:23,480
Əlbəttə ki, həmin il həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilər çox zəhmət çəkmiş, çox çalışmışdılar, amma yenə də, o hadisə çox böyük və faciəli bir hadisə idi.

68
00:12:25,480 --> 00:12:35,820
Hacıların təhlükəsizliyi Məkkə və Mədinənin ərazi baxımından aid olduğu, Hərəmeyni-Şərifeyn hakimiyyəti altında olan

69
00:12:36,280 --> 00:12:43,600
ölkənin öhdəsinə düşür; təhlükəsizliyi məhz o dövlət qorumalıdır; biz bunu həmişə və ciddi surətdə tələb edirik.

70
00:12:44,850 --> 00:12:52,680
Hacıların təhlükəsizliyi qorunmalıdır; bütün hacıların! Doğrudur, biz daha çox iranlı hacıların təhlükəsizliyi məsələsini gündəmə gətiririk.

71
00:12:54,110 --> 00:13:02,570
Qoy başqa dövlətlər də öz hacıları ilə bağlı tələblər irəli sürsünlər, həcc ziyarətinə göndərdikləri insanların təhlükəsizliyinin təmin olunmasını

72
00:13:02,910 --> 00:13:11,310
aktiv şəkildə tələb etsinlər. Bizim tələbimiz ciddidir; iranlı hacıların təhlükəsizliyi qorunmalıdır.Bizim tələbimiz ciddidir; iranlı hacıların təhlükəsizliyi qorunmalıdır.

73
00:13:11,880 --> 00:13:20,510
Özü də biz təkcə insanlarımızın fiziki cəhətdən təhlükəsizliyini yox, onlara hörmətlə yanaşılmasını, rifah və asayiş şəraitində ziyarətlərini həyata keçirmələrini tələb edirik.

74
00:13:21,200 --> 00:13:26,800
Bayaq çıxış edən cənablar müəyyən məqamlara toxundular; tamamilə doğrudur, diqqətli və ehtiyatlı olmaq lazımdır.

75
00:13:26,800 --> 00:13:38,280
Baş verə biləcək hər cür hadisəyə, istənilən vəziyyətə hazırlıqlı olmalısınız.

76
00:13:40,680 --> 00:13:49,020
Hacıların asayiş və təhlükəsizliyi çox önəmli bir məsələdir. Əlbəttə, bu o demək deyil ki,

77
00:13:49,310 --> 00:13:55,880
orada sərt təhlükəsizlik qaydaları müəyyən olunsun, təhlükəsizliyin qorunması adı ilə insanlara təzyiq göstərilsin

78
00:13:55,880 --> 00:14:03,140
və nəticədə yenə də hacılar bir başqa cür əziyyətlə üzləşsin. Yox, bizim istədiyimiz odur ki, hacılar təhlükəsiz, rahat, arxayın şəkildə ziyarətini etsin.

79
00:14:03,650 --> 00:14:12,910
Məscidül-həram və Minada baş vermiş o faciəli olaylar təkrar olunmamalıdır,

80
00:14:12,910 --> 00:14:21,140
bir daha heç vaxt heç bir xoşagəlməz hadisə hacılara o günləri xatırlatmamalıdır. Doğrudur, müəyyən narahatedici məqamlar var idi,

81
00:14:21,140 --> 00:14:26,970
amma sevindirici haldır ki, hakimiyyətin 3 qolunun möhtərəm rəsmiləri

82
00:14:27,540 --> 00:14:37,200
Milli Təhlükəsizlik Ali Şurasında toplanaraq müzakirələr etdilər, düşündülər, məsələnin bütün tərəflərini gözdən keçirib

83
00:14:37,540 --> 00:14:44,450
bu nəticəyə gəldilər ki, həcc olsun. Ümidvarıq, builki həcc ziyarəti ən yüksək səviyyədə baş tutacaq.

84
00:14:45,200 --> 00:14:56,510
Fələstin məsələsi yaddan çıxarılmasın; çox önəmli bir məsələdir.

85
00:14:56,970 --> 00:15:07,650
Son 60-70 ildə Fələstin məsələsi həmişə aktual olub;

86
00:15:07,880 --> 00:15:16,800
bəzən çox, bəzən isə daha az; və bu gün də sionistlərin törətdiyi çirkin və şər əməllər,

87
00:15:17,140 --> 00:15:27,250
eyni zamanda bəzi müsəlman ölkələrinin başçılarının xainliyi ilə əlaqədar olaraq, bu məsələ daha çox gündəmdə olan bir məsələyə çevrilib.

88
00:15:27,710 --> 00:15:36,220
Hər halda, bu gün müsəlman dünyasının bütün problemlərinin mərkəzində Fələstin problemi durur; Fələstin başlıca problemdir.

89
00:15:37,200 --> 00:15:47,020
İslam ümmətinin vəhdəti məsələsinə də çox diqqət yetirilməlidir. Bu gün böyük pullar xərclənir;

90
00:15:47,880 --> 00:15:57,370
İslam məzhəbləri arasında konflikt və düşmənçilik yaratmaq üçün

91
00:15:58,740 --> 00:16:04,680
milyardlar tökürlər.

92
00:16:05,540 --> 00:16:16,680
Bu konfliktlərin körüklənməsinə heç kəs yardımçı olmamalıdır; yardımçı olan hər kəs onların məkrli planına

93
00:16:18,050 --> 00:16:26,680
və bu böyük günahın ilahi cəzasına şərik olacaqdır; bu məsələyə heç kəs kömək etməməlidir.

94
00:16:27,080 --> 00:16:37,250
Hacıların da öhdəsinə müəyyən vəzifələr düşür, onlara riayət etməlidirlər. Möhtərəm hacılarımız camaat namazlarına,

95
00:16:37,710 --> 00:16:49,420
namazlarını vaxtın başlanğıcında qılmağa önəm versinlər, Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər.

96
00:16:51,770 --> 00:17:01,650
Hərəmeyni-şərifeyndə olmağa müvəffəq olduqları bu günlərdə Quran tilavətinə,

97
00:17:01,940 --> 00:17:07,370
Ərəfə gününə və bu günün əməllərinə son dərəcə böyük əhəmiyyət vermək lazımdır.

98
00:17:08,110 --> 00:17:14,850
Bazar-dükanı gəzməkdən çəkinsinlər; mən bunu dönə-dönə vurğulamışam.

99
00:17:14,850 --> 00:17:22,850
Bazar-dükan dünyanın hər yerində var; elə bu Tehranın özündə də var; icazəli-icazəsiz

100
00:17:23,600 --> 00:17:29,820
cürbəcür mallar hər yerdə doludur; elə bu Tehranda da var, başqa şəhərlərdə də.

101
00:17:30,220 --> 00:17:42,220
Kəbədən isə Tehranda yoxdur; Tehranda, sizin yaşadığınız yerdə olmayan Məscidül-həramdır, Məscidün-nəbidir;

102
00:17:42,680 --> 00:17:49,710
bunlar yalnız oradadır; o imkandan istifadə etmək lazımdır; yoxsa ki bazar-dükan,

103
00:17:50,620 --> 00:17:59,140
cürbəcür əşyalar hər yerdə var. O əziz vaxtınızı bu şeylərə sərf etməyin.

104
00:18:01,540 --> 00:18:09,420
Həcc ziyarətində hacılar daha çox özünü,

105
00:18:09,770 --> 00:18:15,140
qəlbini, ruhunu saflaşdırmaq

106
00:18:15,770 --> 00:18:22,570
və inşallah, böyük mənəvi nəticələr əldə etmək barədə düşünməlidir. Əgər bu olsa,

107
00:18:23,480 --> 00:18:29,080
o zaman, Allahın köməyi ilə, ictimai nəticələr də əldə olunacaq.

108
00:18:29,420 --> 00:18:36,510
Mən Allah-taaladan bu il ölkəmizdən həcc ziyarətinə yola düşən bütün hacılarımıza

109
00:18:36,910 --> 00:18:48,620
öz lütfünü və mənəvi dəstəyini nəsib etməsini, onları fiziki və mənəvi cəhətdən qorumasını diləyirəm;

110
00:18:48,850 --> 00:18:55,820
rəsmilərə də Allahdan uğurlar arzu edirəm. Hamı ehtiyatlı olsun,

111
00:18:56,340 --> 00:19:04,680
diqqətli olsun, hamı öhdəsinə düşən vəzifəni yerinə yetirsin ki, inşallah, bu il sözün əsl mənasında

112
00:19:05,080 --> 00:19:09,650
əzəmətli və layiqli bir həcc mərasimi baş tutsun.

113
00:19:10,110 --> 00:19:12,570
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.