1
00:00:00,570 --> 00:00:03,310
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,600 --> 00:00:14,910
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:26,050 --> 00:00:36,800
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهدييّن سيّما بقيّة‌الله في الارضين

4
00:00:37,820 --> 00:00:51,370
Bugünkü görüşümüz şəhadətin rayihəsinə büründüyü üçün çox xoş, ürəkaçan bir görüşdür.

5
00:00:52,850 --> 00:01:06,280
Şəhid ailələrinin hamısı burada deyil, amma əziz şəhidlərimizdən bir qrupunun –

6
00:01:07,080 --> 00:01:15,820
istər müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istər Ordunun quru qüvvələrindən şəhid olmuş hərbçilər,

7
00:01:16,280 --> 00:01:35,710
istər Keşikçi Korpusun şəhidləri, istərsə də şəhid polislərimiz – ailə üzvləri olaraq sizlər bura toplaşdığınıza görə bu gün hüseyniyəmiz başdan-başa şəhadətin rayihəsi ilə doludur.

8
00:01:39,020 --> 00:01:53,370
Şəhidlik çox qəribə, heyrətamiz, dərin bir anlayışdır.

9
00:01:54,280 --> 00:02:13,080
Şəhidlik Allah-taala ilə sövdələşmək deməkdir; Uca Yaradanla ikitərəfli surətdə və heç bir nigaranlıq olmadan edilən bir sövdədir;

10
00:02:13,080 --> 00:02:19,200
satılan mal da məlumdur, qiyməti də.

11
00:02:20,620 --> 00:02:35,480
Bu sövdədə satılan mal candır. Can bu maddi dünyada hər bir insanın əsas sərmayəsidir;

12
00:02:35,820 --> 00:02:44,910
mal budur; insan bu malı təqdim edir.

13
00:02:45,940 --> 00:02:53,820
Bəs qarşılığında nə alır? Qarşılığında Allahın ən üstün nemətləri içərisində

14
00:02:54,450 --> 00:03:02,050
əbədi həyat və səadət qazanır.

15
00:03:03,480 --> 00:03:12,050
İnsanın şəhid olarkən əldən verdiyi bu mal onsuz da qalıcı bir şey deyil;

16
00:03:13,370 --> 00:03:28,280
isti yay günü: “Ay camaat, gəlin alın, yoxsa mayam da əldən gedəcək!” –

17
00:03:28,280 --> 00:03:37,080
deyə müştəri səsləyən buzsatanın satdığı buza bənzəyir;

18
00:03:37,420 --> 00:03:48,110
belədir də. İndi hər evdə buz var, amma keçmişdə buzu bazardan alardıq.

19
00:03:49,310 --> 00:04:02,110
Buzsatanlar buzu həsir kisələrdə-filanda saxlayardılar ki, əriməsin, camaat gəlib alsın.

20
00:04:02,110 --> 00:04:14,280
Alınmayanda nə olurdu? Buza müştəri tapılmayanda nə baş verirdi? Buz əriyib suya dönərək axıb gedirdi.

21
00:04:15,370 --> 00:04:26,970
Əriyib məhv olası bir malı gəlib sizdən alan müştəri çox dəyərli bir müştəridir.

22
00:04:29,770 --> 00:04:38,340
Bizdə olan bu can da həmin o buza bənzəyir. Damcı-damcı əriyərək yox olub gedir də, elə deyilmi?

23
00:04:39,420 --> 00:04:49,540
Damcı-damcı qurtarır. Hər ötən gün o sona,

24
00:04:49,540 --> 00:04:58,570
yəni məzara yaxınlaşırıq; ömür günbəgün əldən gedir. İndi nə qədər çəkəcək, onu heç kim bilmir.

25
00:04:58,910 --> 00:05:07,480
Bəzilərinin sonu 40 yaşında gəlir, bəzilərininki 50 yaşında, bəzilərininki 80 yaşında; nəticə etibarilə, nə vaxtsa bitir.

26
00:05:07,480 --> 00:05:18,510
Geci-tezi var, özünü oda-közə vurmaqla deyil; nə vaxtsa tamamlanır. İndi təsəvvür edin ki, satsanız da, satmasanız da,

27
00:05:18,510 --> 00:05:26,680
məhv olub gedəsi bu malınız üçün bir müştəri tapılıb deyir ki, bunu alıram,

28
00:05:28,050 --> 00:05:36,220
özü də ən yüksək qiymətə. O yüksək qiymət nədir? Behişt.

29
00:05:37,140 --> 00:05:44,800
Gözəl səsli, dəyərli qaremizin  az öncə tilavət etdiyi o ayədə də deyilirdi ki:

30
00:05:45,140 --> 00:05:53,710
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır”. (“Tövbə” surəsi, 111-ci ayədən)

31
00:05:55,080 --> 00:06:00,850
Bu malı sizdən alırlar ki, əvəzində Behişti versinlər.

32
00:06:01,200 --> 00:06:06,680
“Allah yolunda vuruşub öldürən və öldürülən”. (“Tövbə” surəsi, 111-ci ayədən)

33
00:06:07,370 --> 00:06:14,110
Yəni əgər Allah yolunda cihad edib mübarizə aparırsansa, o demək deyil ki,

34
00:06:14,570 --> 00:06:20,280
gedib canını düşmənə ikiəlli təqdim edib: “Vur öldür!” – deyirsən. Yox, sən də ona zərbə endirirsən.

35
00:06:21,200 --> 00:06:33,370
Sərhəddə şəhid olmuş o sərhədçilərimiz ondan qabaq dəfələrlə düşmənə zərbələr endirib,

36
00:06:33,650 --> 00:06:41,540
sərhədlərimizi pozmasının qarşısını alıb, təxribatçı planlarını puç edib;

37
00:06:42,740 --> 00:06:52,110
xarici ölkələrdə müqəddəs ziyarətgahları İŞİD-dən qoruyaraq şəhid olmuş o gənclərimiz

38
00:06:52,450 --> 00:07:03,420
şəhid olduğu günə qədər İŞİD yaraqlılarına yüzlərlə zərbə endirib, qarşılarını alıb, məqsədlərini puç edib,

39
00:07:04,000 --> 00:07:07,540
atalarına od vurub, indi də şəhid olub.

40
00:07:07,880 --> 00:07:10,510
“فَيَقتُلونَ وَ يُقتَلُون”–

41
00:07:10,850 --> 00:07:14,800
öldürürlər, sonra isə özləri həlak olur.

42
00:07:16,340 --> 00:07:29,080
“وَعدًا عَلَيه” – Bu bir ilahi vəddir. “Sizdən bu malı Behişt qiymətinə alarıq” deyərkən

43
00:07:29,770 --> 00:07:40,570
Allah-taala özü sizə vəd verir. Behişt əbədi səadət deməkdir;

44
00:07:40,740 --> 00:07:47,250
elə bir səadət ki, o daha damcı-damcı əriyib suya dönən o buz kimi deyil.

45
00:07:47,650 --> 00:07:55,310
O varlıq əbədidir, həmişəlikdir; o həzz, o nemət həmişəlikdir.

46
00:07:55,880 --> 00:08:04,510
Yox olub aradan gedəsi bu canı sizdən belə bir qiymətin qarşılığında satın alırlar, götürürlər.

47
00:08:05,020 --> 00:08:15,370
Bu vəd Allahın vədidir. Bu, Allah-taalanın sizə verdiyi haqq vəddir;

48
00:08:16,110 --> 00:08:23,080
özü də təkcə sizin dininizə aid deyil. Uca Yaradan bu vədi Qurandan əvvəlki səmavi kitablarda da verib:

49
00:08:23,480 --> 00:08:30,570
“Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnətin müqabilində”. (“Tövbə” surəsi, 111-ci ayədən)

50
00:08:32,050 --> 00:08:35,710
Şəhadət budur. Ardınca isə buyurur:

51
00:08:35,710 --> 00:08:38,400
“Allahdan daha çox əhdə vəfa edən kimdir?”(“Tövbə” surəsi, 111-ci ayədən)

52
00:08:38,620 --> 00:08:44,850
Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər?

53
00:08:45,820 --> 00:08:56,680
Bu vədi verən ona sadiq olacaq. Odur ki şəhidlik belə bir anlayışdır. Zahirinə baxanda

54
00:08:57,370 --> 00:09:05,820
kədərli, ağrılı görünür; insanın atasının, anasının, övladının, həyat yoldaşının

55
00:09:05,820 --> 00:09:14,510
ürəyinə dağ çəkilir, doğmaları kədərə qərq olur; zahiri budur.  Bəs mahiyyəti nədir?

56
00:09:15,370 --> 00:09:23,600
Mahiyyəti onsuz da zay olub gedəcək, qalıcı olmayan bir malı

57
00:09:24,280 --> 00:09:32,620
həddən artıq yüksək bir qiymətə satmaqdır.

58
00:09:32,620 --> 00:09:43,420
Mən elə köhnədən dostlarımızla söhbətlərimizdə, çıxışlarımda və sairdə həmişə demişəm ki, şəhidlik ticarətsayağı bir ölümdür;

59
00:09:44,400 --> 00:09:50,220
yəni burada zirəklik, diribaşlıq var.

60
00:09:50,740 --> 00:09:59,710
Allah-taala şəhid olan insanlara ən böyük, ən yüksək lütfü göstərir. Şəhidlik budur.

61
00:10:01,480 --> 00:10:11,880
Sizlər şəhid ailələrisiniz, təbii ki, dərdlisiniz;

62
00:10:13,200 --> 00:10:25,650
övladınızı, qardaşınızı, atanızı, həyat yoldaşınızı itirmisiniz. Əzizlərinizdir, onları sevirsiniz,

63
00:10:26,220 --> 00:10:34,800
aydındır ki, qəlbi dağlısınız; buna əsla şübhə ola bilməz. Amma başınıza gələn bu müsibətə bu baxımdan yanaşsanız,

64
00:10:35,370 --> 00:10:44,970
görərsiniz ki, siz də udmusunuz. Nəyə görə? Ona görə ki

65
00:10:45,650 --> 00:10:52,280
Allahın dərgahına ucalaraq yüksək bir məqama nail olmuş əziziniz sizin üçün şəfaətçi ola bilər;

66
00:10:53,540 --> 00:11:08,050
Bərzəxdə, Qiyamətdə rol oynaya bilər.

67
00:11:10,340 --> 00:11:18,740
Elə indi, bu dünyada da şəhidlərlə daha sıx ünsiyyətdə olan,

68
00:11:19,650 --> 00:11:25,080
həyatda üzləşdiyi problemlərlə bağlı şəhidlərə təvəssül edən bəzi şəxslər onlardan cavab alır.

69
00:11:25,480 --> 00:11:32,340
Şəhid ailələrinin bioqrafiyasını oxuyanda belə hallara tez-tez rast gəlirik ki,

70
00:11:33,370 --> 00:11:42,740
şəhid ataları, şəhid yoldaşları, şəhid anaları hansısa bir problemlə üzləşdiyi zaman öz şəhid yaxınından kömək istəyiblər,

71
00:11:43,080 --> 00:11:49,420
“Sənin əlin bizdən uzundur, sən bunu etməyə qadirsən, bizə kömək et” – deyiblər və o da kömək edib.

72
00:11:51,710 --> 00:11:59,820
Bərzəxdə də eynilə bu cürdür. Hamınız bir gün gedəcəksiniz; dünyanı tutub qalası deyilsiniz ki; hamımız bir gün gedəcəyik.

73
00:12:00,340 --> 00:12:09,540
O Bərzəx, o dalan, o vadi bizi də gözləyir, biz də bir gün gedib ora çıxacağıq.

74
00:12:10,340 --> 00:12:20,570
Oranın çətinlikləri, sıxıntıları çoxdur. O yerdə insanın köməyinə çata biləcək

75
00:12:22,340 --> 00:12:31,080
bir şəfaətçisi olması çox dəyərli bir şeydir. Sizin şəhid yaxınlarınız da sizin şəfaətçiniz olacaq.

76
00:12:33,310 --> 00:12:40,400
Əlbəttə ki, mənim şəhid ailələri ilə bağlı deyəsi sözüm çoxdur, bu günə qədər də çox danışmışam,

77
00:12:41,080 --> 00:12:52,170
amma yenə də çox şeylər demək istəyirəm. Şəhid ailələrinin məsələsi təkcə bundan ibarət deyil ki,

78
00:12:53,020 --> 00:13:01,770
onların bir üzvü Haqq yolunda şəhid olub; onların səbrinin özü dəyərli bir dağdır.

79
00:13:02,170 --> 00:13:12,400
Şəhid atasının, şəhid anasının, şəhid yoldaşının, şəhid övladının bu müsibətə səbir etməsinin özü

80
00:13:13,540 --> 00:13:18,910
çox yüksək bir dəyərdir; çox yüksək.

81
00:13:19,710 --> 00:13:25,770
“Onları Allahın salavatı (bağışlanma və rəhməti) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayədən)

82
00:13:26,800 --> 00:13:38,910
Allahın sizə salavat göndərəcəyinə inanırsınızmı? Allah-taala sizə salavat göndərir!

83
00:13:40,800 --> 00:13:49,020
Şəhid ailəsi olan sizlər bu müsibətə səbir edib

84
00:13:49,650 --> 00:13:57,770
Allaha şükür edəndə, Allaha xatir bu kədərə dözümlü yanaşanda

85
00:13:58,280 --> 00:14:10,680
yerin-göyün, varlıq aləminin maliki, izzət və calal sahibi olan uca Allah bu səbrinizə görə sizə salavat göndərir.

86
00:14:12,800 --> 00:14:23,820
Bunlar dəyərli şeylərdir; biz bu anlayışları düzgün dərk etməliyik. Bu anlayışlar bizim varlığımızda

87
00:14:24,450 --> 00:14:29,600
heyrətamiz bir güc yaradır, bizi bir çox böyük işlərə hazırlayır.

88
00:14:29,940 --> 00:14:39,820
Düşmənlər bizi bu anlayışlardan məhrum etməyə çalışır. O muzdur qələm sahiblərindən bəziləri –

89
00:14:40,570 --> 00:14:47,770
hansılar ki, Allahın övliyaları əvəzinə, xaricilərə xoş gəlməyə çalışır –

90
00:14:48,050 --> 00:14:55,480
bəzi qəzetlərdə və internet saytlarında müəyyən yazılar yazır, fikirlər paylaşırlar.

91
00:14:57,370 --> 00:15:08,400
Belələri nə etdiyini anlamır. Şəhidlik, Allah yolunda cihad, bu şeylərə səbir etmək

92
00:15:09,080 --> 00:15:24,570
çox böyük anlayışlardır. Bunlar bir müsəlman toplumunun gündəlik həyatına təsir göstərir. Qardaşlar, bacılar! İslam İnqilabını qoruyub saxlayan da bu anlayışlar olub.

93
00:15:25,540 --> 00:15:36,000
Bu inqilab və nəticədə yaranmış hökumət quruluşu əvvəldən çox sərt düşmənçiliklə üzləşib.

94
00:15:36,280 --> 00:15:41,080
Siz Amerikada yenicə hakimiyyətə gəlmiş o kişinin  hərzə-hərzə danışdıqlarına baxmayın;

95
00:15:41,540 --> 00:15:47,650
bunlar yeni deyil, əvvəldən olub, ara-sıra danışıqları, tonları dəyişir.

96
00:15:48,220 --> 00:15:56,170
İlk gündən bu günə qədər İslam Respublikası əleyhinə bu cür mənasız təhdidlər olub; 40 ilə yaxındır.

97
00:15:56,450 --> 00:16:06,050
Heç bir qələt də edə bilməyiblər. Bu fidanı

98
00:16:06,220 --> 00:16:17,310
heç torpağın üzərində nazik bir çubuq olduğu vaxt çıxarıb kənara ata bilmədilər, indi artıq köklü-köməcli, qol-budaqlı bir ağaca çevrilib; daha indi qazıyıb ata bilərlərmi? Qələt edirlər.

99
00:16:40,620 --> 00:16:48,620
“İslam Respublikasını dəyişmək istəyirik” – deyirlər. Siz bunu nə vaxt istəməmisiniz ki?!

100
00:16:49,540 --> 00:16:56,570
Həmişə istəmisiniz, həmişə də başınız daşa dəyib, burnunuz ovulub.

101
00:16:57,020 --> 00:17:07,540
Bundan sonra da elə belə olacaq. Bunlar İran xalqını tanıya bilməyiblər. İran xalqını bu anlayışlar qoruyub.

102
00:17:07,820 --> 00:17:13,020
Amerikada təzəlikcə hakimiyyətə gələnlər

103
00:17:14,340 --> 00:17:21,310
“bıçaqgəzdirənlər” aləminə yeni daxil olan adamlar kimi

104
00:17:21,710 --> 00:17:27,880
nə etdiklərini bilmirlər (üstündə bıçaq gəzdirməyə təzə-təzə başlayan naşı, təcrübəsiz adamlar da yeri gəldi-gəlmədi hara çatdılar, bıçaq çıxarırlar).

105
00:17:28,340 --> 00:17:35,420
Ağızlarının üstündən bir yumruq dəyənə qədər; yumruq dəyəndən sonra başa düşürlər ki, haqq var, hesab var.

106
00:17:36,620 --> 00:17:45,250
Bunlar İslam Respublikasını, İran xalqını, İslam Respublikasının rəsmilərini tanıya bilməyiblər.

107
00:17:45,600 --> 00:17:56,620
İran xalqı ilk gündən bu günə qədər bu cür hiyləgər planlarla, bu cür sözlərlə qarşılaşmış bir xalqdır.

108
00:17:57,140 --> 00:18:03,600
Onlar həmişə İran xalqına sillə vurmaq istəyib, amma əksinə olub, İran xalqı onlara sillə vurub.

109
00:18:06,110 --> 00:18:17,370
İslam Respublikasını məhv etmək istəyiblər, amma bu arzunun həsrətində özləri bir-bir qəbrə gediblər.

110
00:18:17,940 --> 00:18:29,480
Görün inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının məhvini arzulayan

111
00:18:31,200 --> 00:18:43,940
və nakam qalıb bu arzusu ürəyində Cəhənnəmin dibinə vasil olanların sayı nə qədərdir! İslam Respublikası qüdrətlə öz ayaqları üzərində durub,

112
00:18:44,620 --> 00:18:54,110
bundan sonra da belə olacaq. Qoy bunu hamı bilsin – həm düşmənlər, həm səmimi dostlar,

113
00:18:54,570 --> 00:19:00,450
həm də ara-sıra ürəyinə şübhə düşən dostlar – bilsinlər ki,

114
00:19:00,680 --> 00:19:08,740
İslam Respublikası möhkəm dayanıb. Bilin ki, onlar bizə sillə vura bilməyəcəklər, biz onlara sillə vuracağıq.

115
00:19:48,910 --> 00:20:01,600
Özü də burada maddi-texniki imkanlar rol oynamır; maddi-texniki imkanlar əsas, həlledici rola malik deyil.

116
00:20:02,570 --> 00:20:12,910
Əsas başqa şeydir; əsas olan mənəvi güc və imkanlardır, sarsılmaz əzm və iradədir,

117
00:20:14,050 --> 00:20:23,940
xalqın hər bir nümayəndəsini mənəvi-psixoloji cəhətdən möhkəmləndirməyin yollarıdır,

118
00:20:25,540 --> 00:20:37,020
dünyada sionistlər və onlar kimiləri tərəfindən qəsdən genişləndirilən

119
00:20:37,310 --> 00:20:43,770
bu qeyri-adi fəsad və əxlaqsızlıq burulğanı qarşısında ölkəmizin gəncləri kimi haqq yolda –

120
00:20:44,170 --> 00:20:48,740
“sirati-müstəqim”də möhkəm duran gənclər yetişdirə bilməkdir.

121
00:20:49,480 --> 00:21:00,910
İslam Respublikası, İslam hakimiyyəti, İslam dövləti belə gənclər yetişdirməyə qadirdir və yetişdirib də; bu gün onlar var.

122
00:21:03,600 --> 00:21:14,570
İslam Respublikasının gücü budur; heç bir maddi güc bu gücün qarşısında dura bilməz.

123
00:21:16,850 --> 00:21:19,080
Bu gücün dayağı olan ruh, psixologiya isə məhz bu şəhadət ruhu, şəhadət psixologiyasıdır.

124
00:21:19,080 --> 00:21:26,280
Əlbəttə ki, bütün bu sözlərlə yanaşı, bizim şəhidlərimizin dəyərini də açıqlamaq lazımdır.

125
00:21:27,250 --> 00:21:55,200
Əgər müqəddəs ziyarətgahları müdafiə edən şəhidlərimiz olmasaydı, bu gün biz ölkəmizin şəhərlərində Əhli-Beytin (ə) və şiəliyin düşməni olan murdar

126
00:21:55,460 --> 00:22:01,330
və fitnəkar ünsürlərlə vuruşmalı olardıq. Düşmənin planı bu idi;

127
00:22:02,000 --> 00:22:13,260
İraqda olduqları zaman ölkənin şərqində İslam Respublikası ilə qonşu və həmsərhəd olan

128
00:22:14,330 --> 00:22:26,460
bölgələrə doğru yerləşməyə çalışırdılar; bizimlə həmsərhəd olan rayonlara gəlib çatmağa səy göstərirdilər;

129
00:22:27,400 --> 00:22:33,860
qarşıları alındı, ağızlarının üstündən vuruldu, darmadağın edildilər, atalarına od vuruldu,

130
00:22:35,530 --> 00:22:42,660
indi isə ümumiyyətlə ortadan yığışdırılırlar, yox olub gedirlər. Eynilə Suriyada da;

131
00:22:43,200 --> 00:22:56,060
əgər bizim dəyərli komandanlarımızın həyata keçirdiyi işlər olmasaydı,

132
00:22:56,060 --> 00:23:04,400
bayaq çıxış edən əziz Əhli-Beyt (ə) məddahımızın  da dediyi kimi, indi ətrafda hər yerdə bunlarla vuruşmalı olacaqdıq;

133
00:23:05,530 --> 00:23:10,600
öz şəhərlərimizdə, öz küçələrimizdə bunlarla mübarizə aparmalı olacaqdıq.

134
00:23:11,260 --> 00:23:18,660
Bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin önəmli bir hissəsini məhz müqəddəs ziyarətgahları qoruyan o hərbçilərimizə borcluyuq.

135
00:23:21,660 --> 00:23:33,660
Təhlükəsizliyin digər bir önəmli hissəsini isə sərhədçilərimizə borcluyuq;

136
00:23:34,730 --> 00:23:41,930
istər sərhəd bölgələrində yerləşdirilmiş polis qüvvələri olsun,

137
00:23:42,930 --> 00:23:52,330
istər Keşikçi Korpusun quru qüvvələri, istərsə də sərhəddə xidmət edən, gecə-gündüz var-gəl edib çalışan digər qüvvələr.

138
00:23:52,600 --> 00:24:03,460
Bu, onların əməyinin bərəkətidir. O yazıq uşaqlar heç gözə də dəymirlər; siz evinizdə oturmusunuz, sərhəddən nə xəbəriniz var?

139
00:24:04,200 --> 00:24:14,130
Oğlunuzu, qızınızı məktəbə göndərirsiniz, geri qayıdacaqlarına arxayınsınız, heç bir nigarançılığınız yoxdur. Özünüz işə gedib-gəlirsiniz, heç bir nigarançılıq keçirmirsiniz.

140
00:24:14,660 --> 00:24:25,460
Parka gedib rahatca oturursunuz, heç nədən nigaran olmursunuz. Yolla gedirsiniz, nigaran deyilsiniz. Təhlükəsizliyiniz sarıdan nigaran deyilsiniz, təhlükəsiz bir şəraitdə yaşayırsınız.

141
00:24:25,730 --> 00:24:38,260
Sərhəddə durub düşmənin ölkəyə keçməsinin qarşısını alanların nələr çəkdiyini haradan biləsiniz?

142
00:24:39,530 --> 00:24:50,600
Adi camaatın bundan xəbəri olmur; onlar məzlumdur. Şəhid olmuş sərhəd qulluqçularımız məzlumdur; istər cənub-şərq sərhədlərimizdə,

143
00:24:51,660 --> 00:25:01,060
yəni Bəlucestan, Kirman və sair bu kimi bölgələrdə şəhid olanlar olsun, istər şimal-qərb sərhədlərində, yəni Kürdüstan, Kirmanşah və sairdə,

144
00:25:01,060 --> 00:25:09,460
istərsə də sərhəd zonalarında problemlərin yaşandığı digər yerlərdə.

145
00:25:11,060 --> 00:25:19,400
Bu bölgələrin hamısında bütün varlığı ilə sərhədlərimizi düşməndən qoruyan məhz bizim sərhədçilərimizdir.

146
00:25:20,000 --> 00:25:26,130
Sərhədçilərimiz olmasa, bəzi sərhədlərdən ölkəyə

147
00:25:27,800 --> 00:25:36,000
100 kiloqramlarla narkotik maddə gətirilər. Həmin narkotiklərin hər 1 kiloqramı isə

148
00:25:36,660 --> 00:25:47,260
100 gənci bədbəxt edib qara torpağa göndərə bilər. Bunların qarşısını kim alır? Sərhədçilərimiz!

149
00:25:48,460 --> 00:26:01,800
Məhz onlar fədakarcasına xidmət edir və sonra da şəhid olur; bu şəhidlər çox qiymətlidir; istər müqəddəs ziyarətgahları, istərsə də sərhədlərimizi qoruyaraq şəhid olmuş insanlarımız bizim üçün çox qiymətlidir.

150
00:26:02,060 --> 00:26:08,400
Ölkə daxilində milli təhlükəsizliyin keşiyində durarkən şəhid olmuş vətəndaşlarımızı da qeyd etmək istərdim;

151
00:26:09,800 --> 00:26:19,930
iti baxışlı bu insanlar gəzib-dolaşaraq zahiri görünüşcə adi insanlardan fərqlənməyən,

152
00:26:20,260 --> 00:26:30,660
cəhənnəmlik qəlbləri gözlə görünməyən təxribatçı qrupları, terror qruplaşmalarını

153
00:26:32,130 --> 00:26:44,460
aşkarlayır; milli təhlükəsizliyin keşiyində duran təcrübəli, zəkalı qulluqçular xalqın köməyi, Allah-taalanın hidayəti sayəsində

154
00:26:44,930 --> 00:26:56,130
bu cür təxribatçı ünsürləri tapıb üzə çıxara bilir. Bu işləri həyata keçirən onlardır, siz isə bir vaxt eşidirsiniz ki, aparılan əməliyyatlar nəticəsində 20, 40 belə qruplaşma ələ keçirilib;

155
00:26:56,400 --> 00:27:05,730
bu qruplaşmaların hər biri onlarla insanı qanına qəltan edə bilərdi. Onlar da bəzən şəhid olur; onlar da çox dəyərlidir.

156
00:27:05,730 --> 00:27:15,530
Siz şəhid ailələri özünüz bu işin içindəsiniz, ürəyi dağlısınız;

157
00:27:16,200 --> 00:27:24,000
mən qeyd etmək istəyirəm ki (burada danışılan sözlər yayımlanır; qoy xalqımız bilsin ki, bu insanlarımız da

158
00:27:24,000 --> 00:27:33,000
ölkəmizə necə xidmətlər göstərir)  xidmət etmək təkcə su, çörək vermək deyil. Təhlükəsizlik sudan, çörəkdən də vacibdir.

159
00:27:33,660 --> 00:27:39,400
Bu insanlar ölkənin təhlükəsizliyini təmin edir. Ölkənin bütün sərhədlərinin müdafiəçiləri belədir;

160
00:27:39,800 --> 00:27:49,400
istər ölkədən xaricdə müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istərsə də ölkə daxilində, şəhərlərdə

161
00:27:49,400 --> 00:27:59,930
və küçələrdə təhlükəsizliyin keşiyində duranlar. Ölkənin boynunda onların hamısının yaşamaq haqqı var.

162
00:28:03,200 --> 00:28:15,400
Biz şəhidlərin, şəhid ailələrinin qədrini bilməliyik. Əziz qardaşlar, əziz bacılar! Şəhidlərin xatirəsinin unudulmasına çalışan hər kəs

163
00:28:16,130 --> 00:28:22,130
bu ölkəyə xəyanət edir.

164
00:28:24,800 --> 00:28:33,200
Şəhid ailələrinin aşağılanmasına, etinasızlığa məruz qalmasına

165
00:28:33,930 --> 00:28:45,000
və ya onlara sözlə hansısa hücumlar edilməsinə çalışan hər kəs bu ölkəyə xəyanət edir. Burada söhbət hökumətdən getmir, ölkədən gedir; ölkəyə xəyanət edirlər.

166
00:28:46,330 --> 00:29:00,200
Belələri şəhidlərə, şəhid ailələrinə hörmətlə yanaşmalı, onların qədrini bilməlidirlər,

167
00:29:01,860 --> 00:29:11,200
özlərini şəhidlərə minnətli bilməlidirlər. “Şəhidlərə minnətli” deyəndə nə başa düşülür?

168
00:29:11,730 --> 00:29:23,660
Yəni həyat yoldaşının gedib müharibədə şəhid olmasına razı olan o xanıma; demək, boyunlarında o xanımın da minnəti var;

169
00:29:25,130 --> 00:29:33,460
övladının döyüşə getməsinə razılıq vermiş ata-anaya;

170
00:29:36,930 --> 00:29:46,200
özlərini bu insanların qarşısında boynu minnətli hiss etməli və bilməlidirlər ki, ölkəmizin dəyərlərini qoruyan məhz onlardır.

171
00:29:46,530 --> 00:30:00,260
Pərvərdigara! Səni and veririk Mhəmməd və Ale-Muhəmmədə, şəhidlərimizin xatirəsini ölkəmizdə günü-gündən daha da canlandır.

172
00:30:01,930 --> 00:30:12,200
Pərvərdigara! Bu ölkədə şəhidlərin və şəhid ailələrinin hörmətini günü-gündən daha da artır.

173
00:30:15,400 --> 00:30:34,000
Pərvərdigara! Bəzilərinin qəlbində olan bu şəhadət nurunu, şəhadət ruhunu, şəhadət həvəsini, şəhadətə olan bu şövqü yatırma.

174
00:30:35,730 --> 00:30:47,730
Pərvərdigara! Qəlbində, həqiqətən də, bu şövq və həvəsi daşıyan hər kəsi bu fəzilətə çatdır.

175
00:30:48,800 --> 00:30:52,330
Onlara öz lütf və mərhəmətini artır,

176
00:30:53,530 --> 00:30:56,060
şəhidləri Məhşərə Peyğəmbərlə (s),

177
00:30:57,260 --> 00:30:59,460
Kərbəla şəhidləri ilə birgə gətir.

178
00:31:00,530 --> 00:31:10,460
Şəhadət silsiləsinin başçısı olan dahi liderimiz İmam Xomeynini bizdən razı və məmnun et.

179
00:31:11,530 --> 00:31:15,660
İmam Mehdi Sahibəzzamanın (ə.f) qəlbini bizdən razı və məmnun et.

180
00:31:16,800 --> 00:31:23,530
Bizi o böyük şəxsiyyətlərin razılığına günbəgün daha da yaxınlaşdır.

181
00:31:24,600 --> 00:31:27,930
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.