1
00:00:00,000 --> 00:00:02,340
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,340 --> 00:00:05,940
و الحمدلله ربّ العالمين

3
00:00:09,370 --> 00:00:13,370
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:24,050 --> 00:00:33,200
و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّةالله في الارضين

5
00:00:34,800 --> 00:00:41,480
Bayramızın mübarək; Silahlı Qüvvələr günü münasibətilə hamınızı təbrik edirəm; yeni iliniz də mübarək;

6
00:00:42,000 --> 00:00:54,280
həmçinin sizi və möhtərəm ailə üzvlərinizi, övladlarınızı, həyat yoldaşlarınızı rəcəb ayının 27-də qeyd edəcəyimiz

7
00:00:54,970 --> 00:01:03,480
Məbəs günü və Əmirəlmöminin Əlinin (ə) rəcəb ayının 13-nə təsadüf edən mövludu münasibətilə təbrik edirəm.

8
00:01:04,570 --> 00:01:16,170
Övladlarınız və həyat yoldaşlarınız da, əslində, elə bu çətin həyat yolunda sizin döyüş yoldaşlarınızdır.

9
00:01:16,850 --> 00:01:28,970
Belə ki hərbçilərin həyatı sözün əsl mənasında çətinlik, əziyyət və sıxıntılarla dolu olur.

10
00:01:29,250 --> 00:01:44,450
Belə bir şəraitdə sizinlə birlikdə olan, sizə dəstək olan övladlarınız və xanımlarınız, həqiqətən də, sizin səngər və döyüş yoldaşlarınızdır.

11
00:01:46,110 --> 00:01:59,650
Əziz liderimiz İmam Xomeyninin gördüyü ən böyük, gözəl və müdrik işlərdən biri də bu günü Ordu günü olaraq müəyyən etməsidir.

12
00:02:00,220 --> 00:02:16,050
Onun bu addımı ölkədə ordunun əsaslarını bərkitdiyi, bu diyarda, bu torpaqda silahlı qüvvələrin köklərini möhkəmlətdiyi kimi,

13
00:02:16,850 --> 00:02:28,110
xam xəyallara düşən bədxahların da çoxunu məyus etdi; onlar başqa cür fikirləşmişdilər.

14
00:02:29,770 --> 00:02:39,710
İmam tərəfindən Ordu gününün müəyyən edilməsi bu demək idi ki,

15
00:02:39,940 --> 00:02:48,450
o, ordunu həmin mahiyyəti, həmin kollektivi ilə qəbul edərək təsdiqləyir.

16
00:02:49,200 --> 00:03:06,400
Axı mahiyyəti, antropoloji və təşkilati xüsusiyyətləri baxımından ordunun o heyəti haqda hələ düşünülməli idi;

17
00:03:07,140 --> 00:03:17,820
yəni əhalinin qalan hissəsi kimi, orduda da mömin və müsəlman insanlar xidmət etsə də, etibarsız bir rəhbərliyi var idi,

18
00:03:18,620 --> 00:03:27,940
qurum daxilində də, yəqin ki, nöqsan və çatışmazlıqlar yox deyildi. Ordunun vəziyyəti bu cür idi,

19
00:03:28,910 --> 00:03:41,370
amma İmam Xomeyni silahlı qüvvələr və İİR Ordusu sarıdan ortaya çıxa biləcək istənilən məkrli planı neytrallaşdırmaq üçün

20
00:03:41,650 --> 00:03:54,570
Ordu gününü təyin etdi. Bununla o sanki demək istəyirdi ki, mən də, İslam dövləti də bütün bu xüsusiyyətləri ilə bu ordunu qəbul edirik.

21
00:03:54,740 --> 00:04:06,280
Mən özüm dəfələrlə, ya təkbətək, ya da bir neçə başqa şəxsin iştirakı ilə keçən onlarla qapalı iclasda

22
00:04:06,280 --> 00:04:14,510
ordunun xüsusiyyətləri barədə İmamla (r.ə) söhbətlər etmişəm, bilirəm ki, qəlbinin dərinliyində o,

23
00:04:14,740 --> 00:04:26,620
ordunu himayə etmək, qorumaq, gücləndirmək lazım olduğunu düşünürdü; insafən demək lazımdır ki, onun bu fikri elə tam düzgün idi.

24
00:04:28,340 --> 00:04:38,050
Həmin ordu inqilabdan sonra baş verən bütün hadisələrdə parlaq surətdə çıxış etdi;

25
00:04:38,970 --> 00:04:45,370
bəzi hadisələri bir-bir saymaq istəsən, çətin olur.

26
00:04:46,050 --> 00:04:55,880
Məsələn, elə ordunun öz daxilində baş vermiş bəzi sabotajlar zamanı buna hamıdan çox elə ordu özü reaksiya verdi; bu çox önəmlidir.

27
00:04:57,540 --> 00:05:05,770
O zaman İslam Respublikasının tabeliyində olan

28
00:05:06,280 --> 00:05:12,280
qurumlarda daxildən qarışıqlıq salmaq istəyənlər çox idi.

29
00:05:12,680 --> 00:05:19,370
Elə indi də var, intəhası o vaxt daha çox idi; səbəblər də çox idi, səylər də. Ordunun içindən

30
00:05:20,050 --> 00:05:26,450
ordu üçün problem yaratmaq istəyirdilər; yəni ordudan

31
00:05:26,910 --> 00:05:32,970
İslam Respublikasına uyğun olmayan bir mahiyyət düzəltmək istəyirdilər. Bunu etmək istəyənlər var idi.

32
00:05:33,940 --> 00:05:43,880
Bu kimi maraqlara, bu kimi təxribat cəhdlərinə sərt reaksiya verib, bunlara qarşı mübarizə aparan elə ordunun özü oldu!

33
00:05:44,740 --> 00:05:53,080
Ordudan kənar heç bir qüvvə – nə təhlükəsizlik qüvvələri, nə polis –

34
00:05:54,000 --> 00:05:59,370
silahlı qüvvələrin qarşısında durub belə bir təxribatla mübarizə apara bilməzdi.

35
00:05:59,370 --> 00:06:06,570
Bunu yalnız ordu özü edə bilərdi və etdi də. Mən yalnız birini misal çəkdim, amma belə nümunələr çoxdur.

36
00:06:07,540 --> 00:06:14,280
Ordunun Müqəddəs Müdafiə dövründə yaşadığı təcrübə, həqiqətən də, iftixar doğurur.

37
00:06:15,250 --> 00:06:22,170
Mən bunu sizə proseslərin yaxından şahidi olmuş biri kimi deyirəm. Sizin çoxunuz gəncsiniz,

38
00:06:22,620 --> 00:06:31,200
o dövrü yaşamamısınız – bəziləriniz orduda olmamısınız, bəziləriniz isə hətta o vaxt heç dünyaya gəlməmişdi – biz isə hər şeyi yaxından görmüşük.

39
00:06:31,650 --> 00:06:38,680
Ordu çox mühüm rol oynadı, özünü çox parlaq şəkildə göstərdi.

40
00:06:39,140 --> 00:06:46,680
Döyüşlərdə, hərbi əməliyyatlarda rol oynamaqdan əlavə,

41
00:06:46,680 --> 00:06:55,480
bir çox ürəkaçan, zövqverici davranışları da oldu. Yenə də misal çəkmək istəsəm, deməliyəm ki,

42
00:06:56,280 --> 00:07:05,420
ordunun bəzi hərbçiləri necə yüksək əxlaq və mənəviyyata sahib olduqlarını nümayiş etdirdilər;

43
00:07:05,880 --> 00:07:11,020
bunu əməli surətdə göstərdilər. Axı danışmağa gələndə, hamımız danışırıq.

44
00:07:12,110 --> 00:07:22,970
Allahdan, Qiyamətdən, Cənnət və Cəhənnəmdən bu qədər danışdığıma baxmayaraq, mənim özümü də konkret hadisədə sınayıb

45
00:07:23,200 --> 00:07:32,740
baxmaq lazımdır ki, Allahdan, həqiqətən də, nə qədər qorxuram, Qiyaməti nə dərəcədə düşünüb nəzərə alıram, Cəhənnəmdən nə qədər qorxuram; insan belədir, əməldə baxmaq lazımdır.

46
00:07:33,820 --> 00:07:44,050
Orduda bizim elə adamlarımız olub və var ki, onlar mənəviyyatın yüksək mərtəbələrində olduqlarını nümayiş etdiriblər;

47
00:07:44,220 --> 00:07:48,970
biri elə Səyyad Şirazi, biri elə Babayi.

48
00:07:49,600 --> 00:07:56,910
Belələri az deyil; mən məşhur olanların adını çəkdim, amma belə insanlarımız çoxdur.

49
00:07:57,140 --> 00:08:06,910
Elə Əhvazın özündə bir müddət qaldığım zaman mən belə nümunələrin yaxından şahidi olmuşam. Bunları dəfələrlə danışmışam:

50
00:08:07,540 --> 00:08:18,340
gecə yarı Əhvazda bir briqadanın görüşünə getdik – bir batalyondan artıq adam qalmamışdı –

51
00:08:18,570 --> 00:08:28,570
tank komandiri tankın yanında durub gecə namazı qılırdı.

52
00:08:28,850 --> 00:08:38,970
O soyuqda, o çöl-biyabanda kim bu barədə fikirləşər? Qışın ortasında,

53
00:08:39,820 --> 00:08:46,050
gecə yarı durub gecə namazı qılırdı. O vaxtlar bu gün təbliğ olunan bu sözlər,

54
00:08:46,050 --> 00:08:55,480
bu göz yaşları, bu bəsici uşaqlar və sair o qədər də geniş yayılmamışdı, amma mən bu şeylərin öz gözümlə şahidi olmuşam.

55
00:08:56,450 --> 00:09:03,250
Və ya səhv etmirəmsə, bir mayor, ya podpolkovnik idi,

56
00:09:03,250 --> 00:09:14,340
çox mütəəssir bir halda, az qala ağlayacaq bir vəziyyətdə mənim yanıma gəlmişdi; mən elə bildim ki, evə getmək üçün icazə istəyəcək;

57
00:09:15,200 --> 00:09:23,200
dedim, yəqin, nə isə bir problemi, nigarançılığı var, icazə alıb Əhvazdan getmək istəyir. Sən demə, istədiyi bu imiş ki,

58
00:09:23,650 --> 00:09:32,680
gecələr könüllü gənclər Çəmran komandirlə, özləri demişkən, tank ovuna gedəndə

59
00:09:32,680 --> 00:09:37,020
onu da özləri ilə aparsınlar; məndən də bunun üçün göstəriş verməyimi istəyirmiş. Ağlınıza gələrdi?

60
00:09:37,770 --> 00:09:48,280
Yüksək rütbəli bir zabit – düzdür, rütbəsi indi yadımda deyil; deyəsən, podpolkovnik idi, ya buna yaxın bir rütbəsi var idi –

61
00:09:48,570 --> 00:10:00,570
könüllü olaraq istəyir ki, Tehrandan gəlmiş bəsici gənclərlə gecə əməliyyatlarında iştirak edib

62
00:10:01,250 --> 00:10:09,420
gecənin qaranlığında düşmənə nöqtəvi zərbələr vursun; o vaxt – müharibənin əvvəllərində bu cür idi, belə əməliyyatlar keçirilirdi.

63
00:10:09,420 --> 00:10:15,250
Bəli, ordu öz mahiyyətini nümayiş etdirib. Sizə demək istəyirəm ki, bu gün

64
00:10:15,540 --> 00:10:29,420
bizim ordumuz pak və müqəddəs amallara sahib olan ideoloji, mənəvi bir ordudur;

65
00:10:30,570 --> 00:10:39,310
bu olduqca dəyərlidir. Bir çox ölkələrin ordularına nəzər salsanız, görərsiniz ki,

66
00:10:39,310 --> 00:10:45,020
vəhşilik, yırtıcılıq, qəddarlıq onlar üçün xarakterik bir cəhətə çevrilib.

67
00:10:46,680 --> 00:10:53,200
Qarşısına o cür davranış tələbləri qoyulmuş,

68
00:10:54,740 --> 00:11:04,340
müxtəlif sferalarda əxlaqlı, saf, yüksək amallara xidmət edən, mömin,

69
00:11:06,680 --> 00:11:13,250
saf niyyətli kadrlar yetişdirməyə can atan bir ordu çox dəyərlidir və bu gün biz ölkəmizdə məhz belə bir silahlı qüvvələrin olduğunun şahidiyik.

70
00:11:13,370 --> 00:11:22,680
Məncə, bu, dahi İmam Xomeyninin (r.ə) Ordu gününü müəyyənləşdirməklə nail olduğu ən önəmli və effektiv nəticədir.

71
00:11:23,250 --> 00:11:34,970
Mənim silahlı qüvvələrdə xidmət edən bütün hərbçilərimizə mesajım isə budur ki, tutduqları bu mövqeyin, bu cür xidmət etmələrinin qədrini bilsinlər.

72
00:11:36,740 --> 00:11:42,510
Sizlər hərbi yönümlü bir qurumda xidmət edirsiniz,

73
00:11:43,420 --> 00:11:53,250
fəaliyyətdəsiniz, Allah-taala da bunu sizin üçün gözəl bir əməl olaraq yazır, savab qazanırsınız.

74
00:11:53,540 --> 00:11:59,200
Bu çox dəyərli bir şeydir, bunun qədrini bilin, bu halınızı, bu vəziyyətinizi qoruyun.

75
00:11:59,480 --> 00:12:08,170
Özünüzün və komandanlığınız altında olan insanların mənəvi-psixoloji hazırlığını, motivasiyasını günü-gündən daha da artırın.

76
00:12:08,510 --> 00:12:15,940
Bir ölkə üçün təhlükəsizlik çox önəmlidir. Ola bilər ki, bir ölkədə çörək olmasın,

77
00:12:16,570 --> 00:12:28,050
qıtlıq olsun, problemlər olsun, bununla yanaşı, asayiş və təhlükəsizlik də pozulmuş olsun. O zaman həmin ölkənin əhalisindən soruşsalar ki, çörək istəyirsiniz, ya asayiş, heç şübhəsiz, asayişə üstünlük verəcəklər.

78
00:12:29,540 --> 00:12:39,770
Necə ki bu gün super-dövlətlərin müdaxiləsi nəticəsində regionumuzda və bir sıra digər regionlarda asayiş və təhlükəsizlik zəifləyib;

79
00:12:41,080 --> 00:12:48,800
yəni misal üçün, bir yerdən başqa bir yerə getmək istəyən bir avtobus sürücüsü

80
00:12:49,420 --> 00:13:00,400
sərnişinləri düşmənin hücumuna məruz qalmadan, sağ-salamat mənzil başına aparıb çıxara biləcəyinə əmin deyil;

81
00:13:01,200 --> 00:13:09,820
küçələrdə, evlərdə də eyni vəziyyətdir. Bunlar çox önəmlidir, təhlükəsizlik çox önəmli bir məsələdir

82
00:13:10,110 --> 00:13:16,170
və silahlı qüvvələr təhlükəsizliyin təmin olunmasında çox mühüm rola malikdir.

83
00:13:16,170 --> 00:13:25,020
Ordu bu baxımdan heç bir hərəkətlilik göstərməyə də bilər, amma siz nə qədər güclü və qüdrətli olsanız,

84
00:13:25,600 --> 00:13:32,740
bunun özü ölkədə asayiş və təhlükəsizliyin təminatçısıdır.

85
00:13:33,200 --> 00:13:40,970
Ölkənin təhlükəsizliyini silahlı qüvvələr, onların qüdrəti, yüksək imkanlara,

86
00:13:41,650 --> 00:13:50,110
güclü stimula malik olması təmin edir. Önəmli məsələlərdən biri də budur.

87
00:13:50,280 --> 00:13:55,710
Mənim silahlı qüvvələrimizin bütün təmsilçilərinə mesajım budur ki, bu imkanları

88
00:13:56,000 --> 00:14:00,170
bacardıqları qədər artırsınlar; harada olmasından asılı olmayaraq hər kəs.

89
00:14:00,620 --> 00:14:08,050
Hətta bir qarovul postunda duran sıravi bir saatdar da ordunun gücləndirilməsində rol oynaya bilər;

90
00:14:08,400 --> 00:14:17,140
yəni qarovulunu yaxşı yerinə yetirsə, tənbəllik etməsə, müşahidə aparmalı olduğu yerdə iti gözlə müşahidə aparsa,

91
00:14:17,710 --> 00:14:23,480
silahlı qüvvələrin güclənməsinə bir o qədər kömək etmiş olar;

92
00:14:23,880 --> 00:14:28,110
istər Ordu olsun, istər Keşikçi Korpus olsun, istərsə də digər bir struktur;

93
00:14:29,020 --> 00:14:34,800
o da qala komandirlərə, qarovul rəislərinə,

94
00:14:35,140 --> 00:14:42,220
anbardarlara, hərbi texnika istehsal edənlərə, layihəçilərə,

95
00:14:42,570 --> 00:14:51,540
strategiyaçılara və sairə. Bunlar hamısı hərbi strukturun güclənməsində rol oynaya bilər.

96
00:14:51,820 --> 00:15:01,080
Odur ki bunun qədrini bilin: hansınız bu istiqamətdə bir addım atsanız,

97
00:15:01,080 --> 00:15:07,770
Allahın razılığını və savab qazanmış olursunuz.

98
00:15:08,620 --> 00:15:16,620
Aranızda başqalarına örnək ola biləcək parlaq simaların sayını artırın;

99
00:15:16,910 --> 00:15:23,250
yəni hamınız bunun üçün çalışın. Şəhid Babayi, həqiqətən də, örnəkdir; təkcə hərbçi kimi yox,

100
00:15:23,770 --> 00:15:31,140
əxlaqi baxımdan da bir örnəkdir, müqəddəs bir insandır.

101
00:15:31,480 --> 00:15:42,110
Eynilə Şəhid Səyyad; ordumuzda belə insanlar çox olub; indi bəzilərinin adını insan xatırlamır,

102
00:15:42,910 --> 00:15:54,800
bəzilərini isə heç tanımamışıq da. Bu əzəmətli, hörmətli, maddi-mənəvi qüdrətə malik qurumda

103
00:15:55,600 --> 00:15:59,650
bu cür simaların sayını günbəgün daha da artırın.

104
00:16:00,050 --> 00:16:06,050
Bəli, din böyüklərimizin dediyinə görə, hərbçilər xalqın, əhalinin təhlükəsizliyini qoruyan qaladır;

105
00:16:06,450 --> 00:16:08,680
حُصونُ الرَّعيّة

106
00:16:10,050 --> 00:16:21,650
Burada önəmli olan məqam budur ki, xalqı qoruyan qalaların təkcə hərbçilər olmadığını bilmək lazımdır.

107
00:16:22,050 --> 00:16:30,910
Hərbçilər xalqın təhlükəsizliyini təmin edən ən mühüm qoruyucu amillərdən biridir

108
00:16:33,250 --> 00:16:35,540
(hansı ki bu da Allahın izni ilədir;

109
00:16:35,770 --> 00:16:39,310
“Hərbçilər Allahın izni ilə xalqı qoruyan qaladır” ),

110
00:16:40,000 --> 00:16:47,650
amma hökumət qurumlarının hamısı bu istiqamətdə silahlı qüvvələrlə əməkdaşlıq edə bilər:

111
00:16:48,050 --> 00:16:58,400
iqtisadi qurumlar, mədəni qurumlar, təhsil müəssisələri, elmi tədqiqat mərkəzləri; bütün ölkə.

112
00:16:59,480 --> 00:17:11,540
Bizim müxtəlif qurumlardan gözləntimiz də elə budur. Hamısı düşmənin hücumları qarşısında möhkəm bir sədd,

113
00:17:12,280 --> 00:17:18,850
alınmaz bir qala, sayıq bir keşikçi kimi

114
00:17:19,080 --> 00:17:24,970
öz ölkələri və xalqları üçün işləyib çalışsınlar;

115
00:17:25,770 --> 00:17:34,050
istər iqtisadi qurumlar olsun, istər mədəni qurumlar, istər elmi tədqiqat mərkəzləri,

116
00:17:35,540 --> 00:17:40,570
istərsə də hərbi strukturlar; hamının hədəfi bu olmalıdır.

117
00:17:41,140 --> 00:17:50,170
İşlər müxtəlifdir, hərənin öz işi var, amma hədəf birdir. Odur ki

118
00:17:50,800 --> 00:17:58,450
əgər hədəf milli təhlükəsizliyin, milli qürur və heysiyyətin, ölkənin inkişaf və yüksəlişinin keşiyində durmaq,

119
00:17:59,250 --> 00:18:05,250
ölkəni düşmənin şərindən qorumaqdırsa,

120
00:18:06,220 --> 00:18:11,420
o zaman bütün hərbi, iqtisadi, mədəni

121
00:18:12,050 --> 00:18:19,020
və elmi qurumlar, universitetlər və elmi tədqiqat müəssisələri hamısı,

122
00:18:19,480 --> 00:18:28,620
əslində, çiyin-çiyinə çalışan böyük bir qüvvədir; bir-biri ilə əməkdaşlıq edir, bir-birini tamamlayır,

123
00:18:28,910 --> 00:18:36,110
bir-birinə rəqib kimi baxmır, bir-birinə paxıllıq etmir.

124
00:18:36,110 --> 00:18:43,770
Belə olan halda ölkədə birlik və həmrəylik yaranır. Bu, mənim daim vurğuladığım bir məsələdir.

125
00:18:46,570 --> 00:18:53,370
Mən son 2-3 ildə iqtisadi şüarları daha çox önə çəkirəm,

126
00:18:53,540 --> 00:19:04,450
çünki düşmənin bu böyük milli gücə məhz bu sarıdan zərbə endirməyə çalışdığını hiss edirəm.

127
00:19:05,310 --> 00:19:10,910
Əgər bizim iqtisadi problemlərimiz olsa, müxtəlif strukturlar

128
00:19:11,420 --> 00:19:17,540
öz işini düzgün yerinə yetirə bilməyəcək. Ona görə də

129
00:19:18,220 --> 00:19:25,770
baxmaq lazımdır ki, bütövlükdə ölkə rəsmilərinin, dövlətin, hakimiyyətin 3 qolunun

130
00:19:26,110 --> 00:19:33,250
və müxtəlif qurumların öhdəsinə düşən vəzifələr içərisində bu gün o həssas, “açar” məqam nədən ibarətdir?

131
00:19:33,600 --> 00:19:39,600
Ola bilsin ki, bu gün o açar məqam bir şeydir, sabah isə başqa bir şey olacaq.

132
00:19:39,600 --> 00:19:46,910
Hazırda həmin o açar, prioritet məsələ ölkənin iqtisadi cəhətdən gücləndirilməsidir.

133
00:19:49,140 --> 00:19:56,510
Elə buna görə də mən bu mövzunun üzərində bu qədər durur, xalqın,

134
00:19:56,800 --> 00:20:03,140
müxtəlif qurumlarda çalışan, silahlı qüvvələrdə xidmət edən insanların məişət rifahının yaxşılaşdırılması məsələsini bu qədər vurğulayıram.

135
00:20:04,110 --> 00:20:11,420
Bu problemlərin həlli üçün ciddi surətdə çalışmaq lazımdır və bu iş rəsmilərin öhdəsinə düşür.

136
00:20:11,420 --> 00:20:19,140
Rəsmilər düşməni hərəkətə keçirən motivlərə nəzər salsalar, bu problemlərin həlli üçün özlərində daha çox stimul taparlar.

137
00:20:19,540 --> 00:20:30,850
Düşmənimizin danışdıqlarına qulaq asanda, səsləndirdiyi fikirləri araşdıranda görürük ki, onlar da məhz bu məqamın üzərində durur,

138
00:20:31,940 --> 00:20:44,450
iqtisadiyyatımızdakı zəif nöqtələrdən, problem və çatışmazlıqlarımızdan ölkəmizdə təxribat və iğtişaş törətmək üçün yararlanmağa can atırlar.

139
00:20:44,910 --> 00:20:54,220
Düşmənin bu niyyətini anladığı zaman isə insanda işə daha ciddi yanaşmaq üçün stimul yaranır.

140
00:20:55,770 --> 00:21:08,620
Mənim önə çəkdiyim, bütöv bir məcmu, kompleks tədbirlər sistemi olan müqavimət iqtisadiyyatında

141
00:21:09,650 --> 00:21:17,370
bu günümüz və yaxın gələcəyimiz üçün bir neçə açar məqam var ki,

142
00:21:17,600 --> 00:21:23,200
bunlar da həmin o məşğulluq, daxili istehsalın dirçəldilməsi məsələləridir. Mən bunu

143
00:21:24,170 --> 00:21:32,970
xüsusi iclaslarımızda yaxından görüşüb, rəsmilər üçün də ətraflı şərh etmişəm. Özü də bunu mən demirəm, mən ki iqtisadçı deyiləm,

144
00:21:33,370 --> 00:21:43,420
bunu məsləhət aldığımız, bu sahədə mütəxəssis olan, güclü iqtisadçı ekspertlər deyir.

145
00:21:44,000 --> 00:21:50,850
Mən özüm də ümumilikdə ölkədəki vəziyyətə nəzər salanda məşğulluq və istehsalın əsas prioritetlər olduğunu görürəm.

146
00:21:51,540 --> 00:21:59,600
Düşmən tamahını yeritməyin yollarını tapır, biz isə onu hərəkətə gətirən motivlərin,

147
00:21:59,880 --> 00:22:12,170
bizə zərbə endirə biləcəyi zəif məqamların hansılar olduğuna baxmalı və o nöqsanları aradan qaldırmalı, açıq qalan o məqamları qapatmalıyıq.

148
00:22:13,080 --> 00:22:18,740
Mənim müxtəlif sferalarda çalışan məmurlardan istək və gözləntim budur.

149
00:22:19,600 --> 00:22:26,000
Bu baxımdan iqtisadiyyat məsələsi birinci dərəcəli prioritetə malik məsələlərdən biridir.

150
00:22:27,480 --> 00:22:40,850
Əlbəttə, bizim güclü cəhətlərimiz də çoxdur. İslam Respublikası və İran xalqının güclü cəhətləri

151
00:22:42,050 --> 00:22:52,050
kəmiyyət və keyfiyyət baxımından zəif cəhətlərindən, problemlərindən qat-qat artıqdır.

152
00:22:52,970 --> 00:23:04,800
Bizim çoxlu sayda və heyrətamiz güclü cəhətlərimiz var. Məhz onlar sayəsində ölkəmiz və dövlətimiz

153
00:23:05,250 --> 00:23:12,110
bu günə qədər ona qarşı yürüdülmüş, hazırda davam edən və gələcəkdə də davam etdiriləcək görünməmiş düşmənçiliyə rəğmən,

154
00:23:12,110 --> 00:23:20,000
ayaqda duraraq qürur və başıucalıqla müqavimət göstərə bilib, düşmənlərin qarşısında təslim olmayıb.

155
00:23:20,220 --> 00:23:31,940
Baxın! Təhdid etmək, hədə-qorxu gəlmək super-dövlətlərin, böyük və təcavüzkar güclərin həmişə işlətdiyi metoddur; bunu dəfələrlə demişik.

156
00:23:33,940 --> 00:23:41,080
Hər yana əl uzatmaq, hər yerə müdaxilə etmək,

157
00:23:42,680 --> 00:23:49,710
bütün ölkələrin işinə qarışmaq, bütün ölkələrdə özü üçün bir mənfəət düzəltmək,

158
00:23:50,340 --> 00:23:58,000
o mənfəət əllərindən çıxdığı zaman isə: “Filan dövlət, filan ölkə, filan rejim bizim mənafeyimizə qarşı çıxır” – demək,

159
00:23:58,220 --> 00:24:04,740
bu mənafeyi təmin edə bilmək, istənilən regionun dövlətlərini itaətə məcbur etmək üçün

160
00:24:04,740 --> 00:24:11,310
özlərini böyük və qüdrətli göstərməyə çalışır, hədə-qorxu gəlir,

161
00:24:11,710 --> 00:24:18,170
necə deyərlər, qaşqabaq tökürlər; yəni heç bir haqları olmadan, heç bir məntiqə,

162
00:24:19,020 --> 00:24:27,310
doğru-dürüst bir arqumentə söykənmədən hər bir regionda, hər bir ölkədə özləri üçün bir mənafe düzəldir, sonra da bu mənafeyi zorla təmin etdirmək üçün təhdidlərə keçirlər. Əvvəlki ABŞ administrasiyalarından bəzilərinin təhdidləri yadınızda olar; indi də bir başqa cür qaşqabaq tökürlər;

163
00:24:27,710 --> 00:24:35,650
Əvvəlki ABŞ administrasiyalarından bəzilərinin təhdidləri yadınızda olar; indi də bir başqa cür qaşqabaq tökürlər.

164
00:24:37,420 --> 00:24:47,880
Bir ölkə üçün ən pis vəziyyət odur ki, rəsmiləri düşmənin qaşqabağından, təhdidlərindən qorxa.

165
00:24:50,620 --> 00:25:00,970
Əgər qorxmuş olsalar, əslində bu o deməkdir ki, düşmənin girişi, müdaxiləsi, təcavüz və işğalı üçün ölkənin qapılarını taybatay açıblar.

166
00:25:04,340 --> 00:25:12,510
Sözsüz ki, ağılla, məntiqlə, dərklə iş görmək lazımdır,

167
00:25:13,370 --> 00:25:23,250
amma eyni zamanda ürəkli, cəsur olmaq lazımdır. Qorxmaq, əl-ayağı əsmək,

168
00:25:24,620 --> 00:25:35,710
dünyada güc sahibi olan super-dövlətlərin hədə-qorxu və qaşqabağının təsiri altına düşmək

169
00:25:35,880 --> 00:25:40,170
bədbəxtliyin başlanğıcıdır.

170
00:25:40,510 --> 00:25:47,710
Kim qorxmaq istəyirsə, qorxsun, amma xalqın yerinə qorxmasın, xalqı nəzərdə tutub qorxmasın.

171
00:25:49,420 --> 00:26:00,450
Xalq möhkəm durub. 1357-ci ildən üzü bəri

172
00:26:01,080 --> 00:26:12,170
aradan ötən 40 ilə yaxın vaxt ərzində bizim əleyhimizə bu qədər məkrli planlar həyata keçirilib,

173
00:26:12,170 --> 00:26:22,510
pullar xərclənib, silahlar istehsal olunub, təhdidlər edilib, siyasətlər yürüdülüb;

174
00:26:24,000 --> 00:26:31,770
əgər xalq möhkəm durmasaydı, İslam Respublikası bütün bunları nəzərə almalı, qorxub-çəkinməli, geri çəkilməli olsaydı, gərək İrandan və iranlılardan əsər-əlamət qalmaya idi.

175
00:26:33,480 --> 00:26:41,140
Düşmən – istər Amerika olsun, istərsə də ondan da böyüyü – öz xalqı ilə sıx bağlı olan,

176
00:26:41,940 --> 00:26:49,250
öz əhalisini, xalqını sevən, xalqı tərəfindən də sevilən

177
00:26:50,450 --> 00:27:03,650
belə bir dövlətin və düşmənə müqavimət göstərən belə bir xalqın qarşısında heç bir qələt edə bilməyəcək.

178
00:27:25,710 --> 00:27:37,540
Əlbəttə, bunların düşmənçiliyinə, daim düşünüb tədbir tökdüklərinə, ədavət yürütdüklərinə, müxtəlif qurumları vasitəsilə iş apardıqlarına heç bir şübhə yoxdur.

179
00:27:37,710 --> 00:27:50,680
Aradan ötən 40 ilə yaxın vaxt ərzində bu düşmənçilik daim olub; hakimiyyətə hansı dövlətin gəlməyindən asılı olmayaraq, bu ədavəti davam etdiriblər.

180
00:27:51,540 --> 00:28:00,280
Desək ki, konkret olaraq kimisə dəstəkləyirlər, kiminsə əleyhinədirlər, kiminləsə hesablaşırlar, yox,

181
00:28:01,650 --> 00:28:10,680
belə deyil. İmam Xomeyninin (r.ə) vaxtında da eyni düşmənçilik var idi, imamın vəfatından sonra mənim prezident olduğum dövrdə də

182
00:28:10,680 --> 00:28:17,140
bu düşmənçilik davam etdi, bu günə qədər də var.

183
00:28:17,480 --> 00:28:23,770
Hakimiyyətə müxtəlif siyasi təmayüllü dövlətlər gəlib-gedib, bu düşmənçilik isə hər bir halda olub.

184
00:28:23,770 --> 00:28:33,600
Bu ədavətin qarşısını almağı bacaran yeganə şey isə İran xalqının iqtidarı, mübarizliyi,

185
00:28:34,340 --> 00:28:46,680
Amerika, bəzi Avropa dövlətləri və sair bunlar kimi özünü super-dövlət hesab edənlərin qaşqabağından qorxub çəkinməməyi olub.

186
00:28:46,970 --> 00:28:59,770
Bunu davam etdirmək lazımdır. Əgər bu vəziyyət, bu ruhiyyə, bu iqtidar davam etdiriləcəksə – və elə davam etdirilməlidir də –

187
00:28:59,770 --> 00:29:05,940
bu işin önəmli bir qismi İslam Respublikası Ordusunun təmsilçiləri olan sizlərin,

188
00:29:06,400 --> 00:29:18,910
digər önəmli bir qismi iqtisadçıların, habelə mədəniyyət, təhsil və digər bu kimi sferalarda çalışanların,

189
00:29:19,200 --> 00:29:29,540
olduqca önəmli bir qismi ölkədəki elmi inkişafa, elmi işlərə, elmi tədqiqatlara cavabdeh olan rəsmilərin öhdəsinə düşür.

190
00:29:30,220 --> 00:29:38,280
Hamı əl-ələ verməlidir; Allah-taala da bu günə qədər olduğu kimi, bundan sonra da yardımçımız olacaq.

191
00:29:38,620 --> 00:29:46,970
Allah əziz şəhidlərimizə rəhmət etsin! Bu gün burada ordu sıralarında xidmət etmiş bəzi şəhidlərimizin ailə üzvləri də iştirak edir.

192
00:29:47,140 --> 00:29:54,910
Biz onları heç vaxt unutmayacağıq; şəhidlər İran xalqının yadından heç vaxt çıxmayacaq

193
00:29:55,770 --> 00:30:10,450
və əziz, böyük xalqımız şəhidlərə mənəvi bağlılıq ruhiyyəsi ilə, onları özünə örnək götürərək fəaliyyət göstərəcək.

194
00:30:11,020 --> 00:30:19,080
Bəli, Allaha şükür, seçki marafonuna da, demək olar ki, artıq start verilib.

195
00:30:19,080 --> 00:30:26,340
Hərçənd hələ seçkilərin əsas mərhələsi başlamayıb, amma artıq müqəddiməyə ayaq basmışıq.

196
00:30:26,570 --> 00:30:30,280
Seçkilər İran xalqının qürur mənbəyi olan,

197
00:30:31,600 --> 00:30:40,110
dünya xalqları qarşısında ona iftixar və başıucalıq qazandıran, üzünü ağ edən amillərdən biridir.

198
00:30:40,450 --> 00:30:55,600
Bütün bədxahlar və İslam dininin düşmənləri dini, mənəviyyatı və İslamı demokratiyaya, xalq hakimiyyətinə zidd bir şey kimi qələmə vermək istəyirdilər.

199
00:30:56,050 --> 00:31:06,340
İslam Respublikası isə bütün dünyaya nümayiş etdirdi ki, yox, bizdə “İslama əsaslanan xalq hakimiyyəti” adında bir şey var; xalqın hakimiyyətidir, eyni zamanda İslam dininə əsaslanır

200
00:31:06,740 --> 00:31:13,710
və bu ikisini bir-birindən ayırmağa heç bir lüzum yoxdur. Ölkəmizdə keçirilən seçkilər məhz İslama əsaslanan xalq hakimiyyətinin göstəricisidir.

201
00:31:13,710 --> 00:31:22,970
Bu, bizim üçün qürur mənbəyidir, üzümüzün ağlığıdır, bizə iftixar və iqtidar qazandıran bir amildir.

202
00:31:24,570 --> 00:31:33,420
Seçkidə xalq da ölkənin işlərinin onun əlində olduğunu,

203
00:31:34,510 --> 00:31:43,880
ölkənin əsas simalarını məhz özü müəyyən etdiyini hiss edir. Bu çox önəmlidir.

204
00:31:45,250 --> 00:31:53,370
Əlbəttə, seçkilərə hələ var və əgər ömür vəfa etsə, seçki mövzusunda hələ müxtəlif görüşlərdə danışacağıq.

205
00:31:53,370 --> 00:31:58,000
Bu gün isə mənim qeyd etmək istədiyim budur ki, hamı seçkilərin qədrini bilməlidir;

206
00:31:58,340 --> 00:32:09,310
dövlət adamları da, namizədlər də, xalq da, seçkilərin keçirilməsinə cavabdeh olan insanlar özləri də. Qoy hamı seçkilərin qədrini bilsin.

207
00:32:09,310 --> 00:32:17,250
Gəlin seçkiləri əziz tutaq. Seçki sağlam, təhlükəsiz və şəffaf bir atmosferdə,

208
00:32:18,220 --> 00:32:28,340
geniş miqyasda baş tutmalıdır. Əgər daim vəsvəsə edən, xalqımızın qulağına

209
00:32:28,620 --> 00:32:34,510
cürbəcür təxribatçı fikirlər oxuyan düşmənlərin bütün səylərinə (xarici radioları

210
00:32:34,800 --> 00:32:42,340
və medianı izləyənlər düşmənlərin bir yol tapıb seçkiləri pozmaq üçün necə çalışdıqlarını yaxşı bilir; düzdür,

211
00:32:42,680 --> 00:32:49,710
günümüzdə radio artıq bu geniş media vasitələri qarşısında cüzi bir şeydir) bütün məkrli planlara rəğmən, bu baş versə –

212
00:32:50,000 --> 00:32:58,050
Allahın köməyi ilə, elə belə də olacaq – və İran xalqı, inşallah, bu düşmənçilik qarşısında

213
00:32:58,340 --> 00:33:07,820
daim nümayiş etdirdiyi sayıqlıq və müdrikliklə irəli durub seçkidə hamılıqla iştirak etsə,

214
00:33:09,140 --> 00:33:17,770
genişmiqyaslı, yüksək əhval-ruhiyyəli, dinamik, sağlam və inşallah, təhlükəsiz şəraitdə bir seçki baş tutsa, bu, ölkə üçün

215
00:33:18,340 --> 00:33:27,480
dəyərli bir ehtiyat olacaq və bunun özü ölkəmizə xeyli dərəcədə toxunulmazlıq qazandıracaq. Ümidvaram, inşallah, elə belə də olacaq.

216
00:33:54,970 --> 00:33:58,340
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.