1
00:00:00,510 --> 00:00:03,020
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,020 --> 00:00:06,450
والحمدلله ربّ العالمين

3
00:00:08,000 --> 00:00:14,170
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:20,800 --> 00:00:28,620
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

5
00:00:28,740 --> 00:00:37,650
Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz. Bu gün bura toplaşanlar ölkəmizin əmək mühiti ilə,

6
00:00:37,880 --> 00:00:45,710
əməkçilərlə, qabaqcıl zəhmətkeşlərlə, sahibkarlarla, aidiyyətli dövlət qurumlarının rəsmiləri ilə əlaqəli insanlardır.

7
00:00:46,220 --> 00:00:55,310
Hamınızın bayramı mübarək olsun, inşallah. Bu il Seyyidüş-şühədanın (ə) mübarək mövludu da

8
00:00:55,650 --> 00:01:02,680
əmək və zəhmətkeşlərlə əlaqəli bu əlamətdar günlə üst-üstə düşür;

9
00:01:05,020 --> 00:01:18,680
gəlin bu təsadüfü xeyirə yozaq və inşallah, Seyyidüş-şühədanın pak ruhundan

10
00:01:19,020 --> 00:01:31,370
doğru yolu tapıb o yolla gedərək hazırkı problem və çətinliklərimizə son vermək üçün bəhrələnək.

11
00:01:31,710 --> 00:01:47,600
Bu gün mən öncə əmək və əməkçilər, eləcə də bu mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında bir neçə cümlə ilə danışmaq,

12
00:01:48,110 --> 00:01:56,800
ardından isə məni və sizi maraqlandıran bəzi digər əlaqədar məsələlərə toxunmaq istəyirəm.

13
00:01:57,080 --> 00:02:13,770
Xoşbəxtlikdən, xalqımızın Həzrət Əba Əbdillaha (ə) olan sevgi və bağlılığı tamamilə bariz və şübhəsizdir;

14
00:02:15,540 --> 00:02:24,170
həm onun mövludu ilə bağlı bu günlərdə, həm şəhid edildiyi gündə, həm Ərbəin günü

15
00:02:25,200 --> 00:02:39,880
camaatımız Həzrət Hüseynə (ə), həqiqətən də, sonsuz sevgi və bağlılıq ifadə edir. Bu, bizim üçün fəxrdir.

16
00:02:40,170 --> 00:02:47,020
Bu sevgi, bu mərifət, bu tanıma xalqımız üçün qürur mənbəyidir.

17
00:02:49,250 --> 00:03:00,170
Zəhmətkeşlər günündə həm fəhlə və zəhmətkeşlər -

18
00:03:00,800 --> 00:03:09,140
yəni ölkəmizin fəhlə ictimaiyyəti barədə, həm də məşğulluq məsələsinin özü barədə -

19
00:03:09,540 --> 00:03:17,650
hansı ki onun da bir ucu gedib əməyə və əməkçilərə çatır - danışmaq yerinə düşər;

20
00:03:18,000 --> 00:03:29,020
çünki məşğulluq məsələsi sözün həqiqi mənasında ölkəmizin yaralı yerlərindən biridir və bu yaraya əlac edilməlidir.

21
00:03:30,970 --> 00:03:46,850
Fəhlə və zəhmətkeşlərə gəlincə; cəmiyyətdə fəhlə və zəhmətkeşlərin rolunu müxtəlif insanlar dönə-dönə qeyd ediblər, bu barədə dəfələrlə danışılıb.

22
00:03:47,080 --> 00:04:01,140
İnkişaf etmiş, müstəqil, sözün əsl mənasında çiçəklənən bir iqtisadiyyata sahib olmaq istəyən

23
00:04:02,620 --> 00:04:11,080
hər bir ölkə fəhlə təbəqəsinə önəm verməlidir.

24
00:04:11,770 --> 00:04:25,600
Çünki fəhlələr hər bir ölkədə əməyə və istehsala əsaslanan iqtisadiyyatın onurğasını təşkil edir; bu, sözsüz belədir.

25
00:04:28,400 --> 00:04:40,910
Son vaxtlar biz milli istehsalı rövnəqləndirməyi qarşımıza məqsəd qoymuşuq, daim milli istehsalın önəmini vurğulayırıq.

26
00:04:41,880 --> 00:04:50,850
Milli istehsalın mühüm bir hissəsi fəhlə və zəhmətkeşlərlə bağlıdır.

27
00:04:51,710 --> 00:05:05,480
Əgər biz fəhlə ictimaiyyətimizin öz layiqli hüquq

28
00:05:06,000 --> 00:05:14,050
və imtiyazlarından yararlanmasını istəyiriksə, milli istehsal məsələsinin üzərində ciddi durmalıyıq.

29
00:05:17,480 --> 00:05:31,370
Əgər cəmiyyətdə fəhlələr həvəslə işləsə və tələb olunan o şərtlərə riayət olunsa -

30
00:05:31,370 --> 00:05:40,000
mən bu barədə daha öncə də danışmışam, bu gün də qısaca olaraq qeyd edəcəyəm –

31
00:05:40,340 --> 00:05:50,910
ölkənin iqtisadi vəziyyəti sahmana düşər. Bizim yaşadığımız iqtisadi problemlər həlli mümkün olmayan,

32
00:05:51,820 --> 00:05:57,770
həlli yolu olmayan problemlər deyil; açılmaz düyünlər deyil.

33
00:05:59,200 --> 00:06:07,310
Sadəcə, düzgün həll yolunu tapmalı, sonra isə əzmlə işə girişməli, çalışmalıyıq; rəsmilər çalışmalıdır.

34
00:06:08,680 --> 00:06:20,740
Bu məsələdə ən ümdə işlərdən biri, bayaq qeyd etdiyim kimi, ölkənin fəhlə ictimaiyyətini diqqətdə saxlamaq,

35
00:06:22,220 --> 00:06:31,600
zəhmətkeşlərə qayğı və diqqətlə yanaşmaqdır. Fəhlə ictimaiyyəti özünə qarşı hörmət görməli,

36
00:06:32,340 --> 00:06:42,910
hiss etməlidir ki, onun gördüyü işin  qədri bilinir. Bu olsa,

37
00:06:43,940 --> 00:06:52,680
daha işdən yorulub-usanmaq, işə qarşı hövsələsizlik, etinasızlıq olmayacaq,

38
00:06:53,880 --> 00:06:58,400
işlər düzgün və yolunda gedəcək.

39
00:06:59,140 --> 00:07:11,200
Bunun vacib şərtlərindən biri əmək mədəniyyətini genişləndirmək, əməyin əhəmiyyətini təbliğ etməkdir.

40
00:07:12,050 --> 00:07:19,370
Bəli, elə insanlar var ki, əliçıraqlı iş gəzir, tapmır,

41
00:07:19,370 --> 00:07:27,080
amma elələri də var ki, işsiz-gücsüz oturmaqdan, bikarçılıqdan acıqları gəlmir.

42
00:07:28,340 --> 00:07:39,420
Biz əmək mədəniyyətini, əməyin dəyərini, işləməyin əhəmiyyətini cəmiyyətimizdə təbliğ etməliyik.

43
00:07:39,710 --> 00:07:54,570
Elə olmalıdır ki, xalqımızın ümumi dünyagörüşündə əmək öz yerini tapsın, öz mövqeyini tutsun. Lazımlı işlərdən biri budur.

44
00:07:56,800 --> 00:08:05,600
Və əsas olan işdir, işləməkdir, hansı işdə işləmək ikinci dərəcəli məsələdir. “Mən bu işi istəmirəm”,

45
00:08:06,000 --> 00:08:17,540
“Mənə o işi versinlər” – bu, ikinci məsələdir. Birinci yerdə gələn məsələ işə həvəsi olmağın özüdür, işə, əməyə ürəklə can atmaqdır, bir işə girib işləməyin həsrətində olmaqdır.

46
00:08:18,110 --> 00:08:28,510
Bax cəmiyyətimizdə bu yanaşma təbliğ edilməli və əmək, işləmək bir dəyər olaraq bilinməlidir.

47
00:08:28,800 --> 00:08:39,770
Fəhlə: “Mən fəhləyəm”, – deyəndə utanc yox, qürur hiss etməlidir;

48
00:08:42,050 --> 00:08:51,480
belə ki həqiqətdə də elə bu cürdür; dünyanın bütün sərvətini, bütün kapitalistlərini bir yerə toplasaq belə,

49
00:08:51,650 --> 00:08:57,310
bütün kapitalistlərini bir yerə toplasaq belə, işləmək üçün fəhlələr olmasa, heç bir xeyri yoxdur;

50
00:08:58,170 --> 00:09:05,420
fəhlələr iqtisadiyyatın və istehsalın onurğa sütunudur.

51
00:09:06,280 --> 00:09:15,770
Əlbəttə, mən dəfələrlə vurğulamışm ki, hər sferanın öz payı var; fəhlələr, sahibkarlar,

52
00:09:16,280 --> 00:09:22,050
dövlət rəsmiləri – bunların hər birinin öz rolu və payı var;

53
00:09:22,740 --> 00:09:32,620
bu müxtəlif amillər öz aralarında əməkdaşlıq edərsə, işlər tam yüksək səviyyədə, mükəmməl və gözəl surətdə həyata keçirilər;

54
00:09:33,140 --> 00:09:45,710
bu aydındır, hamı bir-biri ilə əməkdaşlıq etməlidir; amma ölkədə əməyə və məşğulluğa təkan verən başlıca faktor olaraq fəhlələrin rolunu

55
00:09:46,110 --> 00:09:56,850
bir dəyər kimi təqdim edib tanıtmaq lazımdır ki, bu, onlar üçün qürur mənbəyi olsun.

56
00:09:57,140 --> 00:10:05,200
Kimdənsə, məsələn, hansısa gəncdən: “Atan nəçidir?” – deyə soruşanda qürurla: “Fəhlədir!” – desin;

57
00:10:05,880 --> 00:10:15,140
necə ki müdir olsaydı, fəxrlə: “Müdirdir!” – deyərdi. Bu çox mühüm bir addımdır.

58
00:10:15,480 --> 00:10:23,650
Əməyin təhlükəsizliyi də zəruri tələblərdəndir; bu məsələ rəsmilərdən asılıdır.

59
00:10:23,940 --> 00:10:31,020
Fəhlələrin əməyinin təhlükəsizliyi çox önəmlidir. Eyni zamanda fəhlələrin məişət rifahının yaxşılaşdırılması da olduqca əhəmiyyətlidir.

60
00:10:31,310 --> 00:10:42,400
Cənab nazirin dediklərinə sözbəsöz diqqət yetirilməlidir;

61
00:10:42,850 --> 00:10:48,110
həmin məqamların hər birinin üzərində işlənməlidir.

62
00:10:48,510 --> 00:10:56,170
Hərəkət etmək lazımdır; bu həqiqətlərin gerçəkləşməsi üçün hamı özündə məsuliyyət hiss etməlidir.

63
00:10:56,400 --> 00:11:06,740
Odur ki hamının öhdəsinə məsuliyyət düşür; dövlətin də, müəssisə rəhbərlərinin də, fəhlələrin də, sahibkarların da;

64
00:11:08,000 --> 00:11:17,140
hər kəs müəyyən dərəcədə məsuliyyət daşıyır. Hər kəs öz öhdəsinə düşən vəzifəni yerinə yetirsə, işlər düzgün gedər.

65
00:11:17,140 --> 00:11:25,820
Mənim bu danışdıqlarım moizə xarakterli deyil; yəni o demək deyil ki, mən sizi bura toplayıb moizə, nəsihət edirəm;

66
00:11:26,170 --> 00:11:35,820
bu sözlər, bu danışıqlar daha çox onun üçündür ki, xalqımızda ümumi bir düşüncə,

67
00:11:36,110 --> 00:11:45,200
ümumi bir istək yaransın, hamı bu məqsədlərin gerçəkləşməsini arzulasın.

68
00:11:45,650 --> 00:11:54,510
Son vaxtlar yeni qarşıladığımız illər üçün seçilən şüarlar, onlarda “müqavimət iqtisadiyyatı” məsələsinin təkrarlanması onun üçündür ki,

69
00:11:54,680 --> 00:12:04,220
bu ümumi istək qəlblərdə, dillərdə, əməllərdə özünü göstərsin və hamı bu istiqamətdə irəliləsin.

70
00:12:04,620 --> 00:12:11,820
Hər hansı bir mövzu ümumi diskurs, ümumi istək halına gələndə, təbii olaraq, gerçəkləşir;

71
00:12:11,820 --> 00:12:15,770
yəni rəsmilər də o istiqamətdə hərəkət edir.

72
00:12:16,170 --> 00:12:24,850
Burada bir məqamı da yaddan çıxarmamalıyıq ki, İslam Respublikası bu baxımdan

73
00:12:25,140 --> 00:12:32,510
fəhlə ictimaiyyətinə böyük minnətdarlıq hiss etməlidir. Bilirsiniz ki, fəhlə ictimaiyyətinin

74
00:12:32,620 --> 00:12:40,740
ictimai-siyasi proseslərdə rolu böyükdür; bütün dünyada bu cürdür.

75
00:12:40,970 --> 00:12:47,080
Zavod və müəssisələrdə fəhlələrin tətilə çıxması dövlətlərə

76
00:12:47,770 --> 00:12:55,370
böyük iqtisadi və siyasi zərbələr vurur. İslam İnqilabı qələbə çaldığı ilk gündən bəri

77
00:12:55,650 --> 00:13:01,710
düşmənlər bu silahdan İslam Respublikası əleyhinə istifadə etməyə çalışdılar;

78
00:13:02,510 --> 00:13:10,510
ilk gündən etibarən çalışdılar ki, fəhlələri İslam Respublikası quruluşuna hansısa formada

79
00:13:10,800 --> 00:13:17,200
mənfi siyasi təsir göstərməyə vadar etsinlər. Fəhlələr isə həmişə

80
00:13:17,480 --> 00:13:24,620
İslam Respublikasının, İslam hökumətinin tərəfində olub, onu himayə edib.

81
00:13:26,050 --> 00:13:36,280
Ölkəmizin fəhlə ictimaiyyəti, əslində, bu otuz neçə il ərzində İslam dövlətinin düşmənlərinə sillə vurub!

82
00:13:58,850 --> 00:14:05,770
İslam Respublikası və bu hakimiyyəti təmsil edən hər bir vəzifəli şəxs fəhlə ictimaiyyətinə minnətdar olmalıdır;

83
00:14:06,050 --> 00:14:13,140
Allahın köməyi ilə, bundan sonra da elə belə olacaq. Bizim fəhlə ictimaiyyətimiz dindar bir ictimaiyyətdir;

84
00:14:14,220 --> 00:14:22,510
düşmənin bütün səylərinə baxmayaraq, öhdəsinə düşən dini, ilahi vəzifəyə əməl edir,

85
00:14:22,510 --> 00:14:33,370
buna uyğun davranır və təbii ki, dövlətinin yanındadır, dövləti üçün çalışır, dövlətinə xidmət edir. Bax bunun hər kəs qədrini bilməlidir.

86
00:14:33,770 --> 00:14:41,770
Mən məşğulluq məsələsinə də toxunmaq istəyirəm; məşğulluq məsələsi

87
00:14:42,680 --> 00:14:51,020
fəhlələrin problemlərindən daha geniş miqyaslı bir məsələdir. Məşğulluq ölkə üçün önəmli bir problemdir.

88
00:14:52,050 --> 00:14:59,480
Hər bir dövlət adamı – hazırda seçkiqabağı mərhələdəyik; seçki barədə də bir neçə cümlə danışacağıq –

89
00:15:00,850 --> 00:15:15,480
hər bir ölkə rəsmisi, hər bir dövlət rəsmisi və ya gələcək hökumətdə iqtisadiyyatla bağlı sferalara cavabdeh olacaq hər bir yüksək vəzifəli şəxs

90
00:15:15,820 --> 00:15:22,400
ilk gündən məşğulluq probleminin həllinə köklənməlidir.

91
00:15:23,250 --> 00:15:30,620
Bunlar gecikdirilə biləcək şeylər deyil,

92
00:15:31,020 --> 00:15:37,140
məşğulluq probleminə ilk gündən diqqət ayırmaq lazımdır.

93
00:15:38,400 --> 00:15:49,420
Rəsmilər ölkədə işsizlik probleminin uyğun bir şəkildə həllinə nail ola bilsələr,

94
00:15:49,600 --> 00:15:59,250
sosial problemlər də azalacaq, gənclərin cürbəcür problemləri də yoluna qoyulacaq, işsizlik və bikarçılıqdan qaynaqlanan

95
00:15:59,880 --> 00:16:05,600
bir sıra mövcud bəlalar da azalacaq.

96
00:16:06,050 --> 00:16:16,280
Biz narkotik maddələrə, bu maddələrin qaçaqmalçılığına qarşı mübarizəyə bu qədər vəsait xərcləyirik.

97
00:16:17,140 --> 00:16:29,650
Belə şeylər müəyyən qədər də bikarçılıqdan, iş tapmamaqdan qaynaqlanır. Məşğulluq məsələsi çox önəmlidir! Birinci yerdədir.

98
00:16:30,910 --> 00:16:36,850
Və qeyd etdik ki, məşğulluqla milli istehsal arasında əlaqə mövcuddur.

99
00:16:38,740 --> 00:16:47,310
Əgər biz ölkədə məşğulluğun təmin olunmasını istəyiriksə, gərək milli istehsala –

100
00:16:47,310 --> 00:16:55,820
sözün geniş mənasında istehsala; sənayeyə, kənd təsərrüfatına, xidmət sektoruna – önəm verməliyik. Bütün bu sahələr diqqətdə saxlanmalı

101
00:16:56,740 --> 00:17:06,110
və hər biri üçün fəaliyyət proqramları hazırlanmalıdır. Bunlar təxirə salıb: “Sonra edərik”, – deyə biləcəyimiz şeylər deyil,

102
00:17:07,820 --> 00:17:17,820
aiddiyyətli rəsmilər – bu gün vəzifə postu tutanlar, gələcəkdə vəzifəyə keçəcək şəxslər –

103
00:17:18,570 --> 00:17:30,450
ilk fürsətdə bu məsələlərlə məşğul olmalıdırlar. Bunlar dövlətin birinci dərəcəli, prioritet məsələləri sırasına daxildir.

104
00:17:31,540 --> 00:17:40,050
Mən seçki barədə də bir neçə cümlə qeyd etmək istəyirəm. Allaha şükürlər olsun ki, ölkəmizdə

105
00:17:40,620 --> 00:17:52,450
seçkiqabağı ab-hava yaranmaqdadır və bu çox önəmli və lazımlı bir şeydir. Seçkilərə etinasız yanaşmaq olmaz;

106
00:17:53,770 --> 00:18:04,970
seçkilər çox önəmli bir məsələdir. Bu gün mənim həm xalqımıza, həm rəsmilərə, həm də namizədlərə deyəsi sözüm var.

107
00:18:06,680 --> 00:18:20,620
Sözüm əsasən xalqımızadır. Əziz xalqımız bilməlidir ki, onların müxtəlif ictimai-siyasi meydanlarda iştirakı həlledici əhəmiyyət daşıyır.

108
00:18:21,020 --> 00:18:25,770
Hansı baxımdan həlledici əhəmiyyət daşıyır? Milli təhlükəsizlik baxımından.

109
00:18:27,480 --> 00:18:33,600
Xalq meydanda olsa, ölkənin təhlükəsizliyi qorunaraq davam edəcək.

110
00:18:34,000 --> 00:18:40,570
Gördüyünüz kimi, həyasız düşmənlər

111
00:18:41,880 --> 00:18:51,650
İslam Respublikasının qarşısında hər cür aqresiv davranışdan çəkinirlər. Bu, xalqın meydanlarda, ictimai-siyasi proseslərdə iştirakına görədir;

112
00:18:52,970 --> 00:18:58,280
qorxurlar, sözün əsl mənasnda qorxurlar;

113
00:18:59,420 --> 00:19:06,110
bunlar analitik fikirlər deyil, bu dediklərim

114
00:19:06,620 --> 00:19:15,310
açıq-aydın sübutu olan reallıqlardır. Xalq meydanda olanda

115
00:19:16,000 --> 00:19:24,570
bu dövlətə qarşı mübarizə aparmaq istəyən düşmən geri çəkilməyə, təzyiqlərdən vaz keçməyə məcbur olur.

116
00:19:26,340 --> 00:19:37,140
Xalqla dövlət arasında uçurum yaransaydı və xalq meydanlarda olmasaydı, o zaman istədiklərini edə bilərdilər;

117
00:19:37,880 --> 00:19:46,050
onlar üçün bir o qədər çətin də deyil, hər cür hərəkət edə bilərlər; necə ki dünyanın müxtəlif yerlərində ediblər.

118
00:19:47,770 --> 00:19:53,080
İran İslam Respublikasında isə xalqın iştirakı sayəsində düşmən heç bir iş görə bilməyib;

119
00:20:09,710 --> 00:20:17,370
məhz xalqın iştirakına görə düşmənlər bizə hücum edə bilməyiblər.

120
00:20:17,370 --> 00:20:25,250
Bəzən eşidirik - əvvəllər də eşitmişik ki – bəzi adamlar:

121
00:20:25,650 --> 00:20:33,420
“Məhz biz hakimiyyətə gəldiyimiz üçün müharibə buludlarını ölkənin başı üzərindən qova bilmişik” – deyirlər; xeyr, bu, doğru deyil;

122
00:20:33,770 --> 00:20:46,400
mən deyim, eşidin: bu illər ərzində ölkənin başı üzərindən müharibə buludlarını, düşmənin hücum təhlükəsini daim qovan

123
00:20:46,620 --> 00:20:51,310
məhz xalqın ictimai-siyasi proseslərdə yaxından iştirakı olub.

124
00:21:14,170 --> 00:21:22,850
Yaxşı, bəs bu iştirak özünü nədə göstərir? Bu iştirakın ən önəmli təzahürü seçkilərdir;

125
00:21:23,540 --> 00:21:34,110
mənim xalqımıza demək istədiyim də elə budur. Mən: “Filankəsi seçin, filankəsi seçməyin”, – demirəm; bunu mən camaatımıza heç vaxt demərəm,

126
00:21:34,620 --> 00:21:45,020
amma deyirəm və israr edirəm ki, hökmən seçki məntəqələrinə gedin,

127
00:21:45,940 --> 00:21:54,910
layiq bildiyiniz namizədə səs verin; bu olmalıdır.

128
00:21:55,140 --> 00:22:05,540
Ölkəni, dövləti, təhlükəsizliyi istəyən hər kəs – xalqın hər bir nümayəndəsi – seçkiyə qatılmalı, səs verməlidir.

129
00:22:05,880 --> 00:22:11,820
Düşmənin şərini məhz bu azaldacaq.

130
00:22:13,600 --> 00:22:23,250
Xalqla münasibəti pis olan qüvvələr böyük dövlətlərə xalqın onların tərəfində olduğunu nümayiş etdirmək istəyirlər;

131
00:22:24,280 --> 00:22:35,710
əlbəttə ki, bunun heç bir effekti yoxdur. Xalqın bizimlə çox gözəl münasibəti var,

132
00:22:37,200 --> 00:22:47,420
xalq dövlətinin yanındadır, dövlətini sevir, bu xalq 40 ilə yaxındır ki,

133
00:22:47,600 --> 00:22:52,450
bu dövlətlə çiyin-çiyinə çətinliklərə sinə gərib, çətin yollar qət edib,

134
00:22:53,310 --> 00:22:59,480
İslam Respublikasına həyat əhəmiyyətli köməklər edib.

135
00:23:00,170 --> 00:23:08,850
Bizim nail olduğumuz bu inkişaf, İslam Respublikasının bugünkü iqtidarı, regiondakı nüfuzu

136
00:23:08,850 --> 00:23:14,570
xalqın iştirakı, xalqın köməyi sayəsində əldə edilib.

137
00:23:17,250 --> 00:23:27,420
Baxın, haradasa sizin bir gənciniz şəhid olanda –

138
00:23:28,280 --> 00:23:34,050
mən bu məsələni diqqətlə izləmişəm –

139
00:23:34,280 --> 00:23:45,770
fərqi yoxdur hansı şəhərdə, hansı ostandan, ölkənin hansı bölgəsindəndir; xalqımız belə qəhrəmanları elə böyük coşğu

140
00:23:46,800 --> 00:23:58,450
və emosionallıqla qarşılayır və öz tərəfdarlığını ifadə edir ki, adam heyran qalır.

141
00:24:00,050 --> 00:24:08,450
Bu nəyə görə olur? Ona görə ki xalq dövlətin kursunu, dövlətin tutduğu yolu bəyənir;

142
00:24:08,740 --> 00:24:14,800
bilir ki, İslam Respublikası onların nüfuz və heysiyyəti,

143
00:24:15,650 --> 00:24:21,020
təhlükəsizliyi, tərəqqisi üçün çalışır.

144
00:24:21,370 --> 00:24:33,140
İslam Respublikası düşmənin əlini bu ölkədən kəsib; bu, balaca bir iş deyil; çox böyük bir işdir.

145
00:24:34,850 --> 00:24:48,910
Özünüz baxın, neft ölkələrinin nefti, gəliri, sərvəti yadların ixtiyarındadır;

146
00:24:49,140 --> 00:24:57,420
üç-beş gün hakimiyyətdə qalıb kef çəkmək üçün yadları ölkəyə buraxırlar;

147
00:24:57,650 --> 00:25:07,080
şah diktaturası dövründə bizim ölkəmizdə də belə idi. Bu ölkədə bir neçə min amerikalı

148
00:25:07,540 --> 00:25:16,910
bu xalqın malından pul qazanaraq burada ağalıq edir və bu ölkənin rəsmilərinə – aşağıdan tutmuş yuxarıya qədər – zorla öz istədiklərini etdirirdilər;

149
00:25:17,600 --> 00:25:22,910
başqa yerlərdə də bu cürdür. İslam Respublikası gələndən sonra düşmənin əlini kəsdi;

150
00:25:23,880 --> 00:25:30,110
düşmənin ölkəyə qoyduğu məhdudiyyətləri aradan qaldırdı;

151
00:25:30,280 --> 00:25:39,540
ölkəni hərəkətə gətirdi. Bu gün İran sürətlə inkişaf edən,

152
00:25:40,110 --> 00:25:45,540
nüfuzlu, qüdrətli bir ölkədir.

153
00:25:46,620 --> 00:25:51,880
Bunlar çox əhəmiyyətlidir; xalq bunları bilir, elə ona görə də dövlətin yanındadır.

154
00:25:51,880 --> 00:26:01,820
Demək istədiyim budur ki, xalqın İslam Respublikasını dəstəkləməyi özünü insanların seçki günü səsvermə məntəqələrinə gəlişində göstərir;

155
00:26:01,820 --> 00:26:06,740
seçki barədə mənim əsas demək istədiyim budur.

156
00:26:07,650 --> 00:26:18,450
Camaatımıza çatdırmaq istədiyim digər bir məqam isə budur ki, qoy onlar seçki məsələsinə gözübağlı yanaşmasınlar;

157
00:26:19,200 --> 00:26:24,910
hərtərəfli düşünüb-daşınaraq səs versinlər; fikirləşsinlər.

158
00:26:26,400 --> 00:26:36,000
Biz hər hansı bir məntiq əsasında düşünüb bir seçim edəndə

159
00:26:36,620 --> 00:26:48,220
və o seçimimizdən çıxış edərək səs verəndə Allah-taala qarşısında üzürlü hesab olunuruq. Ola bilsin, səhv seçim də edə bilərik, amma yenə də Allah-taala qarşısında üzürlüyük.

160
00:26:49,420 --> 00:26:57,600
Heç nəyi nəzərə almadan, diqqət göstərmədən, düşünmədən addım atdıqda Allah-taalanın qarşısında məsuliyyət daşımağımız öz yerində,

161
00:26:58,000 --> 00:27:05,710
özümüz öz qarşımızda da məsuliyyət daşıyırıq; sonra deyəcəyik ki, “Heyf, o məsələ barədə düzgün fikirləşməmişəm!”

162
00:27:06,510 --> 00:27:14,000
Yəni özümüz də özümüzü günahlandıracağıq. Amma düşünüb-daşınıb, araşdırıb, məsləhətləşib,

163
00:27:14,970 --> 00:27:23,650
müəyyən bir fikrə əsasən seçim edəndə Allah-taala öhdənizə düşən işi layiqincə yerinə yetirdiyiniz üçün sizdən razı qalır;

164
00:27:24,450 --> 00:27:28,510
vicdanınız da rahat olur; deyirsiniz ki, “Mən öz işimi gördüm; ola bilsin,

165
00:27:28,910 --> 00:27:40,000
səhv də etmiş ola bilərəm; amma olsun, hər kəs səhvə yol verir; əsas odur ki, mən öz üzərimə düşən işi görmüşəm”. Seçki ilə bağlı xalqımıza demək istədiyim digər məsələ də bu idi.

166
00:27:40,400 --> 00:27:48,620
Möhtərəm namizədlərə də bir sözüm var; 6 namizəd var.

167
00:27:49,370 --> 00:28:00,450
Mən üzümü onlara tutaraq demək istəyirəm ki, əvvəla, niyyətinizi Allaha bağlayın; niyyətiniz hakimiyyət olmasın, xidmət olsun.

168
00:28:01,600 --> 00:28:09,600
Bir insan xalqa, xüsusilə də yoxsul təbəqəyə xidmət etmək üçün

169
00:28:10,400 --> 00:28:21,140
mübarizə meydanına qoşulursa, onun hər hərəkəti, hər sözü savabdır, Allah dərgahında əcri vardır.

170
00:28:22,800 --> 00:28:28,220
Bu niyyətlə hərəkət edin, niyyətiniz xalqa xidmət etmək olsun. Bu, birincisi.

171
00:28:29,200 --> 00:28:40,170
İkincisi isə, elə şüarlar seçin ki, hamı sizin ölkədə yoxsul təbəqəni,

172
00:28:40,570 --> 00:28:48,740
aztəminatlı insanları himayə etmək, problemli insanların çətinliklərini aradan qaldırmaq istədiyinizi bilsin.

173
00:28:50,280 --> 00:28:58,850
Biz vahid bir orqanizm kimiyik; cəmiyyət bir insanın orqanizmi kimidir; baxmaq lazımdır ki, haramız zəifdir,

174
00:29:00,340 --> 00:29:10,570
hara qan işləmir, haranın daha çox qulluğa ehtiyacı var; o yerlərə qayğı və diqqət göstərməliyik;

175
00:29:11,140 --> 00:29:19,770
o demək deyil ki, qalan yerlərə fikir verməməliyik, yox, amma prioritetimiz həmin o problemli hissələr olmalıdır.

176
00:29:20,800 --> 00:29:28,970
Mən müxtəlif dövlətlərin dövründə bəzən müxtəlif rəsmilərə kəskin etiraz bildirmişəm.

177
00:29:29,310 --> 00:29:36,570
Düzdür, biz bunu heç vaxt ictimaiyyətin qarşısında etmirik;

178
00:29:36,570 --> 00:29:40,800
çünki camaatın dava-dalaş, qanıqaralıq və bu kimi şeylərdən bir o qədər də xoşu gəlmir;

179
00:29:41,080 --> 00:29:48,620
heç xeyri də yoxdur; amma rəsmilərin özləri ilə mənim aramda qanıqaralıqlar çox olub.

180
00:29:49,310 --> 00:29:56,220
Belə hallara yol açan səbəblərdən biri də elə bu prirotetlərin gözlənməsi məsələsidir.

181
00:29:57,600 --> 00:30:05,770
Prioritet nədir? Ölkədə müxtəlif sferalar var: iqtisadi, mədəni,

182
00:30:05,770 --> 00:30:13,250
siyasi, elmi və sair; hər bir sferanın da öz prioriteti var ki,

183
00:30:13,250 --> 00:30:18,050
onu qabağa salmaq, ona daha çox diqqət ayırmaq, onunla ciddi məşğul olmaq lazımdır.

184
00:30:21,020 --> 00:30:28,450
Bu gün seçkilərdə namizəd olan yoldaşlar qəti qərar qəbul edərək özləri ilə

185
00:30:28,970 --> 00:30:38,620
Allah arasında əhd etməlidirlər ki, əgər xalq onları dəstəkləyib səs versə, prioritetləri gözləyəcəklər;

186
00:30:39,540 --> 00:30:53,650
daha çox qayğıya ehtiyacı olan yerlərə daha çox diqqət göstərəcəklər; fəaliyyət proqramlarını buna uyğun qurub icra edəcəklər.

187
00:30:54,170 --> 00:30:59,940
Hamı və elə möhtərəm namizədlər özləri də bir şeyi də bilsinlər ki,

188
00:30:59,940 --> 00:31:08,620
biz ölkəmizi yalnız cihad ruhlu, inqilab əzmli işimizlə sahmana sala biləcəyik.

189
00:31:10,170 --> 00:31:22,000
Bütün sahələrdə bir mücahid kimi hazırlıqlı olmalıyıq; belə olsa, işlər yoluna düşər;

190
00:31:22,450 --> 00:31:27,650
bu olsa, çıxmazlar açılar, dağılar;

191
00:31:28,400 --> 00:31:37,820
yəni geniş həcmdə, keyfiyyətlə, cihad və inqilab ruhiyyəsi ilə, çox işləmək lazımdır.

192
00:31:38,220 --> 00:31:43,310
İnqilab ruhiyyəsi nədir? Bəziləri elə bilir ki, biz inqilab deyəndə xaosu, qarışıqlığı, nizamsızlığı nəzərdə tuturuq.

193
00:31:43,770 --> 00:31:51,650
Xeyr, əslində, inqilabçılığın əsas prinsiplərindən biri elə intizamdır;

194
00:31:52,340 --> 00:31:59,820
intəhası inqilabçı olmaq odur ki, ikinci dərəcəli, formal,

195
00:32:00,000 --> 00:32:13,770
gözdən pərdə asmaq xarakteri daşıyan işlərə başımızı qatmayaq; inqilab ruhiyyəsi ilə işləmək odur ki,

196
00:32:14,280 --> 00:32:25,820
hansısa sahibkarın lisenziya alması üçün işi uzatmasınlar. Bir müddət bundan əvvəl dindar, ixlaslı sahibkarlarımızdan bir neçəsi gəlib mənimlə görüşmüşdü; söyləyirdilər ki,

197
00:32:27,370 --> 00:32:34,400
kiçik bir şeyin lisenziyasını almaq üçün 20-25 yerdən icazə almalı olurlar; onlar konkret olaraq ad çəkdi,

198
00:32:34,400 --> 00:32:41,710
mən özüm o xırdalıqlara girmək istəmirəm; bax belə şeylər inqilabi yanaşmaya ziddir.

199
00:32:42,680 --> 00:32:52,170
İnqilab ruhiyyəsi ilə işləmək odur ki, prosedur qaydaları müəyyənləşdirən insanlar yolu qısaltsınlar;

200
00:32:52,740 --> 00:33:00,570
xalq üçün, sahibkarlar üçün, camaata xidmət etmək istəyən insanlar üçün kəsə yollar qoysunlar.

201
00:33:01,940 --> 00:33:11,310
rəsmilər əzm və qətiyyətlə işə girişib, həqiqətən də, iş görsünlər.

202
00:33:11,310 --> 00:33:22,340
Seçkilərin təşkilinə cavabdeh olan dövlət qurumlarının rəsmilərinə də bir tapşırığım var;

203
00:33:23,200 --> 00:33:36,220
istər Daxili İşlər Nazirliyi olsun, istər Keşikçi Şura, istər təbliğat qurumları, “Səda və sima” Dövlət Teleradiosu və sair,

204
00:33:36,970 --> 00:33:43,540
istərsə də inşallah, seçki günü müxtəlif yerlərdə bilavasitə seçki məntəqələrində olub camaatdan səslərini qəbul edəcək işçilər;

205
00:33:43,940 --> 00:33:52,850
hamısı xalqın əmanətindən muğayat olsunlar. Xalqın iştirakı, verdiyi o səslər əmanətdir.

206
00:33:53,600 --> 00:34:07,710
Bu əmanəti son dərəcə böyük diqqət və ehtiyatla qorusunlar. Allah eləməsin, məbadə kimlərsə bu əmanətə əl uzatmağa nail ola!

207
00:34:09,020 --> 00:34:27,820
Qanuna dəqiqliklə riayət etsinlər. Qanuna münasibətdə heç kəs üçün üzgörənliyə və ya bu kimi şeylərə yol verməsinlər.

208
00:34:28,220 --> 00:34:36,800
Qanun qanundur; hamı üçün; qanuna münasibətdə heç bir istisna ola bilməz. Qanuna riayət etsinlər ki,

209
00:34:38,170 --> 00:34:49,940
inşallah, düzgün, layiqli, Allah-taalanın razı qalacağı bir iş həyata keçirilsin.

210
00:34:50,170 --> 00:34:58,510
Və mən dəfələrlə demişəm, yenə də deyirəm ki, xalqın verdiyi səslər qul haqqıdır.

211
00:34:59,080 --> 00:35:02,910
Onlara əl uzadan qul haqqını tapdalamış kimidir,

212
00:35:03,710 --> 00:35:07,600
qul haqqının cavabını vermək isə çox çətin bir məsələdir.

213
00:35:07,820 --> 00:35:18,450
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizə dediklərimizi və istədiklərimizi həyata keçirmək üçün güc və bacarıq ver.

214
00:35:19,820 --> 00:35:25,420
Dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarını bizdən məmnun et.

215
00:35:26,570 --> 00:35:32,850
İmam Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et.

216
00:35:33,880 --> 00:35:37,020
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.