1
00:00:00,000 --> 00:00:02,800
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,420 --> 00:00:13,200
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:23,820 --> 00:00:31,200
Əziz qardaşlar, bacılar, hamınız xoş gəlmisiniz.

4
00:00:32,220 --> 00:00:55,080
Təlim-tərbiyənin dəyərini bilən hər bir kəs müəllim ictimaiyyətini, təhsil işçilərini, doğrudan da, sevir və əziz tutur.

5
00:00:55,880 --> 00:01:08,620
Şəban ayıdır; təvəssül, dua, Uca Yaradana diqqət ayıdır; mübarək ramazan ayının astanasındayıq;

6
00:01:11,540 --> 00:01:26,400
şəban ayı elə bir aydır ki, bu ayda oxunması tövsiyə olunan təsirli dualarda xoşbəxtliyin, səadətə qovuşmağın yolları bizim üçün açıqlanmışdır.

7
00:01:28,050 --> 00:01:49,650
اِلَهي هَب لي قَلباً يُدنيهِ مِنکَ شَوقُهُ وَ لِساناً يُرفَعُ اِلَيکَ صِدقُهُ وَ نَظَراً يُقَرِّبُهُ مِنکَ حَقُّه

8
00:01:49,940 --> 00:01:54,910
اِلَهي هَب لي کَمالَ الاِنقِطاعِ اِلَيک

9
00:01:56,400 --> 00:02:08,740
İlahi övliyalar kəlmələrin, ifadələrin qəlibində bizə Allah-taaladan bu cür ülvi arzular diləməyi öyrətmiş,

10
00:02:09,710 --> 00:02:18,570
təfəkkürümüzü Allahdan nə istəmək, hansı yolu qət etmək,

11
00:02:19,420 --> 00:02:27,940
Uca Yaradanla hansı şəkildə əlaqə yaratmaq lazım olduğuna doğru istiqamətləndirmişlər. Mənim əzizlərim, əziz gənclər,

12
00:02:28,800 --> 00:02:35,080
əziz müəllimlər! Fürsəti qənimət bilib şəban ayından bəhrələnin.

13
00:02:36,450 --> 00:02:44,110
Şəban ayının ortası Həzrət Mehdi Sahibəzzamanın mövlududur;

14
00:02:44,740 --> 00:02:52,000
bu müqəddəs mövluddan bərəkət almış, həqiqətən də, mübarək bir gün və gecədir.

15
00:02:52,570 --> 00:03:02,680
Bundan əlavə, şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə də çox əzəməti bir gecədir; bəziləri onu hətta Qədr gecəsi də adlandırır.

16
00:03:03,310 --> 00:03:12,800
Şəban ayının yarıya çatdığı gecəni yadınızda saxlayın və o gecə dua, təvəssül və zikrlə, Uca Yaradanı yad etməklə

17
00:03:13,600 --> 00:03:24,050
ruhunuzu təravətləndirin. Allah-taala ilə söhbət edin, arzu-diləyinizi Onunla bölüşün.

18
00:03:24,800 --> 00:03:38,680
Müəllimlər günü münasibətilə isə, əlbəttə ki, əziz və böyük şəhidimiz mərhum Ayətullah Mütəhhərinin (Allah ona Behişti nəsib etsin!) xatirəsini ehtiramla yad edirik;

19
00:03:38,970 --> 00:03:55,650
o, həqiqətən də, bir müəllim idi; həm dilində, həm əməlində, həm həyat tərzində, həm də zəmanə və zəmanə əhli ilə davranışında

20
00:03:56,170 --> 00:04:04,680
sözün əsl mənasında bir müəllim, bir öyrədən idi; onu əldən verdik.

21
00:04:05,080 --> 00:04:13,200
Bəşəriyyətin, ölkəmizin, İslamın düşmənləri onu bizdən aldı,

22
00:04:13,200 --> 00:04:21,250
amma Allaha şükürlər olsun ki, onun yazdığı əsərlər hələ qalmaqdadır. Mən sizə o dahi şəxsiyyətin fikirlərindən –

23
00:04:22,000 --> 00:04:26,050
istər pedaqoji fikirləri olsun, istərsə də digər sahələrlə bağlı fikirləri –

24
00:04:26,800 --> 00:04:32,970
bacardıqca çox istifadə etməyi, bəhrələnməyi ciddi surətdə tövsiyə edirəm;

25
00:04:33,600 --> 00:04:39,310
bayaq cənab nazir də qeyd etdi; tamamilə doğrudur.

26
00:04:39,770 --> 00:04:53,820
Onun yazdığı kitablar insanın təfəkkürünü düzgün istiqamətləndirir, inkişaf etdirir, düzgün və danılmaz İslam təlimləri ilə zənginləşdirir.

27
00:04:55,480 --> 00:05:09,820
Bu gün mən sizinlə 3 mövzuda – hər birinin ətrafında bir neçə cümlə ilə – söhbət edəcəyəm: birincisi, müəllimlər;

28
00:05:11,310 --> 00:05:24,910
ikincisi, təlim-tərbiyə; və günümüzün aktual məsələlərindən olan seçki barədə də qısaca – bir neçə cümlə danışacağam, inşallah.

29
00:05:25,650 --> 00:05:39,420
Müəllimlərə gəlincə, onların işinin əhəmiyyəti bundadır ki, ölkənin bütün təhsilli ictimaiyyəti müəllim təbəqəsinə borcludur;

30
00:05:40,340 --> 00:05:49,880
bu çox əhəmiyyətli bir şeydir. İstənilən savadlı, intellektli, təhsilli, ziyalı,

31
00:05:50,170 --> 00:06:00,740
elmli, məlumatlı insan müəllimlərinə borcludur; müəllim ictimaiyyəti belə bir məqama sahibdir.

32
00:06:01,880 --> 00:06:12,280
Heç kim inkar edə bilməz ki, bir ölkənin gücü, qüdrəti, nüfuz və ləyaqəti hər şeydən çox

33
00:06:12,340 --> 00:06:16,450
onun insan sərmayəsi ilə ölçülür. Elə deyilmi?

34
00:06:18,740 --> 00:06:23,420
Bunu hamımız qəbul edirik. Yaxşı, bəs insan sərmayəsini kim ərsəyə gətirir?

35
00:06:24,850 --> 00:06:33,600
İnsan sərmayəsini cəmiyyətə kim qazandırır? Savadlı və bacarıqlı kadrları kim yetişdirir? Əlbəttə ki, müəllimlər.

36
00:06:33,940 --> 00:06:43,820
Baxın, bunlar müəllimlərin dəyər və əhəmiyyətinin real göstəriciləridir.

37
00:06:45,080 --> 00:06:54,570
Bunu nəyə görə deyirik? Əvvəla ona görə ki, müəllim ictimaiyyəti özü öz statusunun,

38
00:06:54,800 --> 00:07:01,480
məşğul olduğu işin nə qədər dəyərli və əhəmiyyətli olduğunu, qədrini bilsin; bu çox önəmlidir.

39
00:07:01,600 --> 00:07:10,050
Cənab nazir çox gözəl bir söz dedi, mənə, doğrudan da, ləzzət elədi;

40
00:07:10,970 --> 00:07:24,620
o qeyd etdi ki, müəllimlik təkcə elə dövlət idarəsində, dövlət işində çalışmaq deyil. Müəllimlik yüksək bir şərəf, bir məqam, bir statusdur;

41
00:07:26,050 --> 00:07:35,540
bunu ilk növbədə müəllimlər özləri bilməlidir. Əgər biz təmsil olunduğumuz istənilən sferada öz şərəf və ləyaqətimizi dərk etsək,

42
00:07:35,820 --> 00:07:44,800
heç bir zaman tənbəllik etməz, rəzil, çirkin işlərə baş qoşmarıq; bu, birinci növbədə;

43
00:07:46,000 --> 00:07:57,480
daha sonra cəmiyyət müəllimlərin qədrini bilməli, onlara böyük hörmətlə yanaşmalı, uca tutmalıdır;

44
00:07:59,480 --> 00:08:09,310
üçüncü yerdə isə rəsmilər gəlir; rəsmilər də müəllimlərin işinin əhəmiyyətini dərk etməlidir. Mən dəfələrlə demişəm ki,

45
00:08:11,080 --> 00:08:26,000
təhsil sahəsinə, müəllimlərə xərclənən pul gələcəyə edilən yatırımdır! Müəllimlərə pul xərcləmək lazımdır.

46
00:08:27,770 --> 00:08:36,110
Bu, bizim – ölkə rəsmilərinin və hökumətin – öhdəsinə düşən vacib vəzifələrdən biridir.

47
00:08:39,600 --> 00:08:49,480
Müəllimlərə hörmətin vacibiliyindən danışarkən bir məqamı da vurğulamaq lazımdır ki,

48
00:08:49,710 --> 00:08:55,540
müəllimlər özlərini böyük bir məsuliyyətə hazırlamalıdırlar.

49
00:08:56,620 --> 00:09:03,820
Yaxşı, bəs onlar bunu nəyin köməyi ilə etməlidir? Əlbəttə ki,

50
00:09:04,170 --> 00:09:16,340
dövlətin onlar üçün yaratdığı şəraitin köməyi ilə. Elə buna görə də bu gün mən burada vurğulamaq istəyirəm ki, rəsmilər Pedaqoji Universitetə ciddi yanaşsınlar;

51
00:09:17,600 --> 00:09:27,650
ölkə üçün müəllimlər yetişdirən bir ali təhsil ocağı olan Pedaqoji Universitetə ciddi münasibət bəsləsinlər;

52
00:09:27,880 --> 00:09:37,140
bu təhsil ocağına bacardıqları qədər çox sərmayə yatırsınlar. Bu universitet müəyyən baxımdan bütün digər universitetlərdən daha böyük əhəmiyyətə malikdir.

53
00:10:00,110 --> 00:10:06,570
Hər bir müəllim eyni zamanda bir tərbiyəçidir, yəni əxlaq müəllimidir.

54
00:10:06,910 --> 00:10:16,110
Riyaziyyatı, fizikanı, təbiət elmlərini tədris edən müəllimlər eyni zamanda əxlaq müəllimləridir.

55
00:10:16,970 --> 00:10:28,970
Ola bilsin, tutalım, həndəsə və ya kimya dərsinin ortasında müəllim

56
00:10:29,600 --> 00:10:42,910
mənəviyyat, yaxud Allahı tanıma mövzusunda elə bir söz deyər ki, o bircə kəlmə söz şagirdlərin psixologiyasına bütöv bir kitabdan

57
00:10:43,710 --> 00:10:50,170
daha güclü təsir göstərə, yaddaşlarında qala bilər;

58
00:10:52,450 --> 00:11:02,910
əxlaqı ilə, davranışı ilə; əxlaqlı müəllim bu keyfiyyəti dərs dediyi şagirdlərdə də yetişdirir.

59
00:11:03,820 --> 00:11:12,620
Əzmkar, səbirli, dindar, mətanətli müəllim

60
00:11:12,850 --> 00:11:24,280
bu xüsusiyyətlər barədə bir kəlmə də olsun danışmasa belə, öz davranışları və xarakteri ilə onları şagirdlərinə aşılayır;

61
00:11:25,200 --> 00:11:38,570
müəllimin rolu budur. Odur ki müəllimlər olduqca önəmlidir. Məhz elə buna görə də

62
00:11:39,250 --> 00:11:51,650
müəllim ictimaiyyətindən siyasət arenasında bir alət kimi istifadə etmək istəyənlərə mən hələ bir neçə il bundan öncədən həmişə etirazımı bildirmişəm; bu haqsızlıqdır.

63
00:11:52,000 --> 00:12:01,370
Özü də indiki məsələ deyil, 60-cı illərdən var; o vaxt da bəziləri bu cür işlərə əl atırdı.

64
00:12:02,970 --> 00:12:14,510
Müəllim belə bir yüksək məqama malikdir; bu dəyərli almazı ----- vasitəsi edib onunla oynamaq olmaz.

65
00:12:14,970 --> 00:12:19,600
Müəllimin özünəməxsus şəni, statusu var; müəllimin statusu budur.

66
00:12:21,820 --> 00:12:32,400
Əlbəttə, burada aldığım məlumata görə, yaxın vaxtlarda

67
00:12:33,310 --> 00:12:41,600
kifayət qədər çoxlu sayda müəllim – mən rəqəm demək istəmirəm – təqaüdə gedəcək və müəllimlərə ehtiyac olacaq;

68
00:12:42,450 --> 00:12:51,310
təhsil sistemində tezliklə ehtiyac duyulacaq məsələlərdən biri də budur. Yaxşı, bəs nə etmək lazımdır?

69
00:12:51,650 --> 00:12:58,850
Tutalım, Pedaqoji Universitetin və Şəhid Rəcayi adına Universitetin potensialı da bu ehtiyaca cavab vermədi.

70
00:12:59,480 --> 00:13:09,080
Nə etməliyik? Qapıları taybatay açıb, kimi gəldi təhsil sisteminə buraxmalıyıq? Xeyr, düşünmək lazımdır.

71
00:13:09,310 --> 00:13:17,940
Əvvəla, birinci növbədə pedaqoji kadrlar yetişdirən bu iki təhsil müəssisəsinin potensialını mümkün qədər artırmaq lazımdır;

72
00:13:19,420 --> 00:13:27,250
hər şeydən öncə bu gəlir. Əgər bu da kifayət etməsə, qayda-qanun qoymaq lazımdır.

73
00:13:27,540 --> 00:13:35,020
Əsas qurumlar oturub, müəllimlərin cəlb olunması üçün konkret qayda-qanun və mexanizm müəyyənləşdirməlidir. Bu, müəllimlər barədə.

74
00:13:35,370 --> 00:13:47,770
Təhsil sisteminə gəlincə; təhsil sistemi ölkədə elm və tədqiqat sferasının əsas infrastrukturudur.

75
00:13:49,020 --> 00:13:57,080
Ölkədəki infrastrukturlar çox onəmlidir; mühəndislik infrastrukturları, elmi infrastrukturlar,

76
00:13:57,820 --> 00:14:04,910
ədəbi və mədəni infrastrukturlar; bunlar olduqca əhəmiyyətlidir.

77
00:14:05,600 --> 00:14:15,650
Hər bir ölkədə müəyyən sferada infrastruktur hazır olanda, həmin sahədə inkişaf daha tez və asan əldə olunur.

78
00:14:16,340 --> 00:14:20,970
Elm və tədqiqat sahəsinin infrastrukturu da təhsil sistemidir.

79
00:14:21,540 --> 00:14:29,650
Əgər Təhsil Nazirliyi öz davranıışı, siyasətləri, uğurlu fəaliyyət proqramları ilə

80
00:14:30,400 --> 00:14:37,880
düzgün hərəkət istiqaməti tutsa, bu infrastruktur günbəgün daha da güclənəcək və yaxşılaşacaq;

81
00:14:38,510 --> 00:14:47,770
ölkəmiz yaxın, orta və uzaq müddət üçün başlıca və ən önəmli ehtiyacımız olan elm

82
00:14:48,170 --> 00:14:53,310
və tədqiqat sahəsində zənginləşəcək; təhsil sisteminin əhəmiyyəti budur.

83
00:14:54,050 --> 00:14:58,680
Əgər biz təhsil sistemini özbaşına buraxsaq,

84
00:14:58,850 --> 00:15:07,140
ona lazımi diqqəti göstərməsək və bu sahədə müəyyən problemlər yaransa, bu infrastruktura zərbə dəymiş olacaq;

85
00:15:08,110 --> 00:15:13,880
o zaman çəkəcəyimiz ziyan isə artıq ölçüyəgəlməzdir.

86
00:15:14,510 --> 00:15:31,540
Bir vaxtlar biz Qumda dini təhsil alanda orada çox ağıllı və bilikli bir dərzi var idi, tələbələr üçün forma və qəba tikirdi.

87
00:15:31,940 --> 00:15:41,200
Qumun məşhur din alimlərindən biri üçün qəba tikmişdi, deyəsən, o alim də qəbaya irad tutmuşdu.

88
00:15:41,650 --> 00:15:44,510
Dərzi ona demişdi ki, ağa,

89
00:15:44,740 --> 00:15:54,340
dərzi səhv eləsə, qəba bərbad olar, alim səhv eləsə, aləm bərbad olar!

90
00:15:56,050 --> 00:16:04,970
Mən işimi düz görməsəm, sizin qəbanızın, tutalım, burasında bir balaca problem olar,

91
00:16:06,000 --> 00:16:12,220
amma əgər Allah eləməmiş, siz səhvə yol versəniz, – aləm bərbad günə qalar.

92
00:16:12,570 --> 00:16:21,200
Baxın, indi Allah eləməmiş, “اذا فسد  Təhsil Nazirliyi” (“اذا فسد” – ərəb dilində “səhv etsə”, “pozuntuya yol versə” mənasındadır – tərc.) görün onda ölkədə nə baş verər.

93
00:16:26,510 --> 00:16:31,540
Təhsil sisteminin vəzifəsi bütöv bir nəsil yetişdirməkdir.

94
00:16:32,340 --> 00:16:43,600
Məsələyə orta müddətli gələcəyi nəzərə alaraq yanaşsaq, təhsil sistemi gələcəkdə müəyyən bir dövr üçün bir nəsil yetişdirir.

95
00:16:43,820 --> 00:16:54,680
Bəs o nəsli necə yetişdirəcək? Onda hansı keyfiyyətləri tərbiyə edəcək? Təhsil Nazirliyi imanlı bir nəsil yetişdirməyə müvəffəq olmalıdır;

96
00:16:55,310 --> 00:17:08,220
əsas imandır. Mənəvəi cəhətdən heç bir şeyə bağlı olmayan, dinsiz və əqidəsiz uşaqlar

97
00:17:08,910 --> 00:17:16,620
nə özlərinə bir xeyir verə bilərlər, nə ölkələrinə, nə də yaşadıqları cəmiyyətə;

98
00:17:17,420 --> 00:17:32,680
öncə iman gəlir. İmanlı, sədaqətli, məsuliyyətli, özünəinamlı, təşəbbüskar,

99
00:17:33,370 --> 00:17:54,570
doğrucul, şücaətli, həyalı, düşünən, düşünməyi, ağlının gücündən istifadə etməyi bacaran,

100
00:17:55,480 --> 00:18:03,250
ölkəsini, dövlətini, xalqını sevən,

101
00:18:03,600 --> 00:18:15,940
ölkəsinin mənafeyini öz mənafeyi bilən, onu qoruyan bir nəsil; gələcəyimiz üçün belə bir nəsil yetişməlidir;

102
00:18:18,340 --> 00:18:32,570
güclü, mətin, əzmkar, qətiyyətli, sabitqədəm, təşəbbüskar, avanqard, fəal bir nəsil;

103
00:18:34,000 --> 00:18:39,820
belə bir nəsil lazımdır. Onu yetişdirmək isə Təhsil Nazirliyinin işidir. Görün nə qədər əhəmiyyətli bir işdir!

104
00:18:40,800 --> 00:18:48,280
Diqqət etdinizsə, mən “Təhsil Nazirliyinin işidir” deyirəm, “müəllimlərin işidir” demirəm. Baxmayaraq ki, vasitəçi müəllimdir,

105
00:18:48,910 --> 00:18:55,080
ancaq müəllim belə bir nəslin yetişdirilməsində yeganə faktor deyil.

106
00:18:55,710 --> 00:19:01,880
Müəllimlər, şagirdlər, valideynlər, layihələrlə çıxış edən,

107
00:19:02,450 --> 00:19:10,680
dərslik yazan insanlar üçün şərait yaradan məhz Təhsil Nazirliyidir;

108
00:19:11,250 --> 00:19:17,770
bu sadaladıqlarım hamısı böyük təsirə malikdir; bu işləri həyata keçirən Təhsil Nazirliyidir.

109
00:19:18,220 --> 00:19:28,570
Diqqətinizi bir məqama da yönəltmək istəyirəm: mənə gəlib çatan məlumatlardan belə görünür ki,

110
00:19:29,420 --> 00:19:37,140
ölkədə Təhsil Nazirliyini gözdən salmağa çalışan bir tendensiya gedir; mən bunu tendensiya olaraq hiss edirəm;

111
00:19:39,370 --> 00:19:48,740
insanların qəlbində Təhsil Nazirliyinə verilən dəyəri, təhsil sisteminə olan etimadı yox etmək istəyirlər; bunu etməkdə müəyyən məqsədləri var.

112
00:19:49,600 --> 00:19:54,910
Özü də bu tendensiya xaricdən idarə olunur. İndi bəzilərinin acığı tutacaq;

113
00:19:56,220 --> 00:20:04,280
mən “xaricdən idarə olunur” deyən kimi, bəziləri deyirlər ki, “siz elə həmişə xaricilərin yaxasından yapışırsınız!” Yox, mən özümüzün zəif cəhətlərini görürəm;

114
00:20:04,280 --> 00:20:08,570
biz güclü olsaq, xarici heç bir qələt edə bilməz,

115
00:20:31,480 --> 00:20:36,740
amma o, həmin zəif cəhətlərimizdən istifadə edir,

116
00:20:36,740 --> 00:20:45,880
plan qurur, içimizə nüfuz edir. Düz yoldan gələ bilmir, əyri yollardan istifadə edir, dolanıb gəlir.

117
00:20:47,880 --> 00:20:56,050
Bizim təhsil sistemimizdəki problemlərdən biri hökmən ali məktəbə qəbul olunmağa can atmaq xəstəliyidir.

118
00:20:56,510 --> 00:21:08,450
Bütün şagirdlər universitetə qəbul olunmaq istəyir; yəni bir insanın dərs oxumaya-oxumaya

119
00:21:09,020 --> 00:21:16,280
universitetə qəbul olunmaq istəməsi səhvdir yanlışdır, buna heç bir lüzum da yoxdur.

120
00:21:17,540 --> 00:21:29,650
Ölkəmizdə ali təhsil tələb olunmayan işlərdə çalışmaq üçün kadrlara təcili və mühüm ehtiyac duyan o qədər sahələr var ki!

121
00:21:29,880 --> 00:21:36,850
Nə magistratura, nə doktorantura, nə də başqa bir şey lazım deyil.

122
00:21:38,170 --> 00:21:49,250
Məhz elə buna görə mən neçə ildir ki dönə-dönə - indiyə qədər kim bilir neçə dəfə - peşə təhsilinin, texnikumların əhəmiyyətini vurğulamışam.

123
00:21:50,450 --> 00:21:57,200
Texniki peşə təhsili ilə bağlı sahələri gücləndirmək, sayını artırmaq lazımdır.

124
00:21:58,050 --> 00:22:08,510
O qədər insan var ki, texnikumda oxuyub, peşə öyrənib, özünü inkişaf etdirib,

125
00:22:09,650 --> 00:22:16,280
görəcəyi işi dərindən mənimsəyib, gəlib işləyir.

126
00:22:16,620 --> 00:22:23,600
Həm maddi cəhətdən həyatı təmin olunub, həm psixoloji cəhətdən rahatdır, həm də cəmiyyətə xidmət edir. Bu yaxşıdır,

127
00:22:24,000 --> 00:22:30,910
yoxsa zəhmət çəkib, doktorantura qurtarıb iş tapa bilməmək, evdə bikar oturmaq?

128
00:22:31,650 --> 00:22:40,340
Və ya iş tapsan da, hansısa qurumda və ya idarədə az maaşla əhəmiyyətsiz bir işdə – misal üçün,

129
00:22:40,910 --> 00:22:50,620
məsləhətçi kimi, yaxud da başqa bir vəzifədə – çalışmaq? O qədər dərs oxuyub,  o boyda zəhmət çəkməyin nə mənası var? Hamının universitetə can atması yanlışdır.

130
00:22:51,650 --> 00:23:00,050
Bəli, bizim elmə, elmi tədqiqatlara ehtiyacımız var; elm sahəsində nə qədər irəli getsək,

131
00:23:00,970 --> 00:23:08,050
yenə də azdır; mən bunu neçə illərdir ki deyirəm və Allaha şükür, irəli də getmişik,

132
00:23:08,450 --> 00:23:17,250
amma bu o demək deyil ki, ayağını məktəbə qoyan hər kəs universitetə girməyi qarşısına məqsəd qoymalıdır. Yox,

133
00:23:17,940 --> 00:23:26,050
yüzlərlə başqa iş var ki, onlar üçün universitetdə oxumağa, o xərci çəkməyə,

134
00:23:27,770 --> 00:23:36,620
ali təhsil almaq üçün tələb olunan o böyük həvəs və istedada ehtiyac yoxdur. Onları yaddan çıxarmayaq,

135
00:23:36,800 --> 00:23:44,510
onlar bizim sərvətimizdir. Müxtəlif peşə sahələrində

136
00:23:44,910 --> 00:23:53,310
– sənətkarlıqda, sənayedə, texniki sahələrdə çalışa biləcək gənclər

137
00:23:53,600 --> 00:24:00,220
bizim milli sərvətimizdir, ölkəmizin sərvətidir; onlardan istifadə olunmalıdır.

138
00:24:01,200 --> 00:24:11,540
Digər bir mühüm məsələ isə təhsil sistemində dəyişikliklər haqqında olan sənəddir. Doğrudur,

139
00:24:12,450 --> 00:24:22,800
uzun illər təhsil sahəsində çalışmış, təcrübəli yoldaşlar, rəsmilər oturub zəhmət çəkib, bu sənədi hazırlayıb; lap yaxşı; geniş ictimaiyyətə də təqdim olunub.

140
00:24:23,650 --> 00:24:30,620
İcrasına start verilib, indiyə qədər 5-6 il keçib də, amma ortada bir şey yoxdur. Nəyə görə?

141
00:24:31,370 --> 00:24:41,420
Həmin sənəd çərçivəsində reallaşdırılması tələb olunan nizamnamələrin hazırlanmasını nə vaxta qədər oturub gözləməliyik?

142
00:24:41,880 --> 00:24:48,340
Bu iş tez bir zamanda görülməlidir. Belə məlum olur ki, lazımi həvəs və stimul yoxdur.

143
00:24:48,910 --> 00:24:55,080
Mən hörmətli nazirdən və digər rəsmilərdən ciddi surətdə xahiş edirəm ki,

144
00:24:55,710 --> 00:25:02,110
bu dəyişiklik və islahatlar məsələsinə ciddi yanaşsınlar. Təhsil sistemimizdə islahatlara ehtiyac var.

145
00:25:02,110 --> 00:25:07,600
“Təhsildə islahatlar haqqında sənəd” bizim dəyişikliklərə ehtiyac duyduğumuzu göstərir.

146
00:25:07,600 --> 00:25:15,710
Dəyişikliklər də təkcə elə işin zahiri görünüşünü dəyişməklə olmamalıdır; yəni dərin mahiyyətli bir iş həyata keçirilməlidir.

147
00:25:16,400 --> 00:25:25,710
Bu işin mütəxxəssislərinin dediyinə görə - mən özüm bu sahənin mütəxxəssisi olmadığıma görə onların dediyinə əsaslanıram –

148
00:25:26,280 --> 00:25:35,140
təhsildə islahatlarla bağlı hazırlanmış o sənəd zahirən bu cür dərin mahiyyətli dəyişikliklər etməyə qadirdir; bu dəyişikliklərə zəmanət verir və bunun üçün kifayət edir;

149
00:25:35,140 --> 00:25:43,770
intəhası ciddi surətdə həyata keçirilməlidir. Bir məsələyə də toxunum: BMT və UNESCO-nun o 2030 saylı sənədi və sair bu kimi söhbətlər –

150
00:25:44,050 --> 00:25:51,820
bunlar İran İslam Respublikasının boyun əyib yükünü çiyinlərinə ala biləcəyi şeylər deyil.

151
00:26:14,340 --> 00:26:25,820
Sözdə beynəlxalq statuslu bir qurum – hansı ki əslində super-dövlətlərin dediyi ilə oturub-durduğuna heç bir şübhə yoxdur –

152
00:26:26,110 --> 00:26:32,340
nəyə görə özünü müxtəlif ölkələrin, fərqli sivilizasiyalara,

153
00:26:32,450 --> 00:26:38,850
tarixi və mədəni keçmişə malik olan müxtəlif xalqların boynuna hansısa bir vəzifə qoymaqda, “bu cür etməlisiniz” deməkdə haqlı bilməlidir?

154
00:26:39,020 --> 00:26:45,940
Bu iş kökündən yanlışdır. Buna qarşı kökündən etiraz edə bilmirsinizsə,

155
00:26:46,170 --> 00:26:53,710
heç olmasa qalxıb deyin ki, İslam Respublikasının öz yolu, öz kursu var,

156
00:26:54,450 --> 00:27:02,050
bizim öz ali sənədlərimiz var, biz təlim, tərbiyə, əxlaq və həyat tərzi kimi sahələrdə  nə etməli olduğumuzu özümüz yaxşı bilirik;

157
00:27:02,280 --> 00:27:08,110
o sənədə heç bir ehtiyac yoxdur. Gedib o cür sənədləri imzalayıb, sonra da gəlib

158
00:27:08,450 --> 00:27:17,710
səssiz-səmirsiz icrasına başlamaq – yox, bu, əsla və qətiyyən yolverilməzdir; biz bu barədə rəsmi orqanlara da göstəriş vermişik.

159
00:27:58,050 --> 00:28:08,570
Mən Ali Mədəni İnqilab Şurasından da gileyliyəm; onlar diqqətli olmalı, bu işin bu yerə qədər irəliləməsinə imkan verməməli idilər ki,

160
00:28:09,310 --> 00:28:16,740
biz çarəsiz qalıb işə müdaxilə edək və bu məsələnin qarşısını alaq. Bura İslam Respublikasıdır;

161
00:28:17,140 --> 00:28:25,480
buranın xəmiri İslamla, Quranla yoğurulub.

162
00:28:26,110 --> 00:28:39,370
Bura eybəcər, dağıdıcı və pozğun Qərb mədəniyyətinin öz ağalığı altına ala biləcəyi bir yer deyil.

163
00:28:39,370 --> 00:28:46,170
Əlbəttə, təəssüflər olsun ki, bəzən müxtəlif yollarla içimizə nüfuz edə bilirlər, amma bu cür rəsmi şəkildə hansısa sənədi önümüzə qoyub:

164
00:28:46,970 --> 00:28:56,000
“Gələcək 15 ildə bu cür etməli, bu işləri görməlisiniz” – demələrinin, bizim də bunu sözsüz qəbul etməyimizin heç bir mənası yoxdur.

165
00:29:23,370 --> 00:29:32,340
Yaxşı, söhbətimiz uzandı. Əziz müəllimlər, təhsil işçiləri, mənim sizinlə danışılası sözüm çoxdur.

166
00:29:32,800 --> 00:29:41,480
Ürəyimdə sizə bu dediklərimdən qat-qat çox sözüm var, intəhası

167
00:29:42,000 --> 00:29:46,850
vaxt məhdudiyyəti hamısını dilə gətirib deməyə imkan vermir;

168
00:29:47,020 --> 00:29:54,000
bir qədər çox çəkdi, amma mən seçki barədə də bir neçə cümlə qeyd etmək istəyirəm.

169
00:29:54,740 --> 00:30:02,970
Əziz qardaş və bacılar, məni eşidəcək bütün İran xalqı! Bilin ki, seçkilər həyat əhəmiyyətli bir məsələdir;

170
00:30:03,250 --> 00:30:08,850
özəlliklə bu seçkilər yox, ölkəmizdə baş tutan bütün seçkilər,

171
00:30:09,420 --> 00:30:20,110
özəlliklə də hamısından daha önəmli olan, bütün dövrlərdə ölkə üçün həyati əhəmiyyət kəsb edən prezident seçkiləri.

172
00:30:21,540 --> 00:30:30,110
Seçkilər həm özü-özlüyündə əhəmiyyətlidir – seçki mühüm bir anlayışdır;

173
00:30:30,110 --> 00:30:36,850
axı biz İslam Respublikasında yaşayırıq; respublika; biz respubikayıq;

174
00:30:37,420 --> 00:30:45,370
bizim dövlət adamlarımız, yüksək vəzifə postu tutan rəsmilərimiz kütlədən, xalqın içindən çıxıb;

175
00:30:46,050 --> 00:30:54,570
bu çox dəyərlidir və biz bunu tam diqqətlə qorumalıyıq;

176
00:30:55,880 --> 00:31:01,820
əgər İslam Respublikası quruluşunda seçkilər olmasaydı,

177
00:31:02,050 --> 00:31:07,710
dövlət quruluşundan bu gün əsər-əlamət qalmazdı; bu olduqca önəmlidir;

178
00:31:07,940 --> 00:31:13,650
özü də bu anlayışlar İslamın özündən götürülüb;

179
00:31:13,820 --> 00:31:22,620
biz cümhuriyyəti kənardan götürüb İslama tətbiq etməmişik; bunu bizə İslam özü öyrədir;

180
00:31:22,850 --> 00:31:32,220
seçkilər də respublika quruluşunda önəmli bir anlayışdır – lakin bundan əlavə, ölkənin idarəçiliyi, ölkənin və xalqın mənafeyinin qorunması üçün

181
00:31:32,400 --> 00:31:39,310
təcili və təxirəsalınmaz surətdə vacib olan amil xalqın seçkilərdə iştirakıdır;

182
00:31:39,710 --> 00:31:48,280
xalqın iştirakı! Məhz xalqın iştirakı düyünləri açır, düşmənləri

183
00:31:48,570 --> 00:31:56,340
İslam Respublikasının heybətindən qorxudur. Bu bir reallıqdır, bunu bilin.

184
00:31:56,510 --> 00:32:03,770
Düşmənlərin gözündə İslam Respublikasının heybəti var; bu heybət nədən qaynaqlanır?

185
00:32:03,940 --> 00:32:09,020
Bu həqir bəndənin və bizim kimilərin varlığından? Əsla!

186
00:32:09,540 --> 00:32:15,250
Bu heybət xalqın varlığından, ictimai-siyasi proseslərdə möhtəşəm iştirakından,

187
00:32:15,480 --> 00:32:23,080
bütün ictimai-siyasi meydanlarda özünü göstərən o sevgi və emosionallıqdan qaynaqlanır;

188
00:32:23,710 --> 00:32:33,650
mənim dediyim budur; mənim açıq-aşkar dediyim bir sözü yozub, misal üçün:

189
00:32:34,340 --> 00:32:41,650
“Filankəs demək istəyir ki, xalqın bu iştirakı sayəsində heybətli bir administrasiya hakimiyyətə gələcək”

190
00:32:41,880 --> 00:32:51,420
– demək lazım deyil; xeyr, cənablar! Hansı administrasiyanın hakimiyyətə gələcəyinin heç bir təsiri yoxdur. Yadınızdan çıxıb ki, 70-ci illərdə

191
00:32:52,400 --> 00:33:04,280
Avropa dövlətlərindən biri bizim prezidentimizə qarşı ittiham irəli sürüb məhkəməyə vermişdi? İran prezidentini!

192
00:33:05,650 --> 00:33:14,220
Baxmayaraq ki, səhv etmirəmsə, həmin prezidentin o ölkə ilə çox yaxın münasibətləri var idi;

193
00:33:15,650 --> 00:33:23,540
bir-birinə müraciətlər, nümayəndələr göndərir, məktublaşır, deyəsən, hərdən telefonla da söhbət edirdilər –

194
00:33:23,940 --> 00:33:31,540
düzdür, telefon məsələsi dəqiq yadımda deyil, amma daim bir-birinə məktub göndərirdilər – və qarşı tərəf dostluğunu ifadə edirdi.

195
00:33:31,540 --> 00:33:39,540
Sonda həmin dövlət dostluq və bağlılıqdan danışdığına baxmayaraq, bizim prezidentimizi

196
00:33:40,170 --> 00:33:47,940
öz ölkəsinin məhkəməsində müttəhim elan etdi! Ağzından vurandan sonra yerinə oturdu;

197
00:33:48,740 --> 00:33:52,000
ağzından vurmasaydıq, daha da irəli gedəcəkdi.

198
00:34:14,970 --> 00:34:24,450
Düşmən düşməndir; bu dövlət olsun, ya o biri, dəxli yoxdur. Düşmənçilik etmək, zəhərini tökmək üçün fürsət tapsa, tökəcək;

199
00:34:24,740 --> 00:34:33,650
heç kimi və heç nəyi də nəzərə almayacaq; dildə oynadığı söz oyunlarını, siyasi mövqe və sair bu kimi şeyləri belə;

200
00:34:34,000 --> 00:34:41,540
düşməndir də! Düşmənin düşmənçiliyinə əngəl ola biləcək yeganə şey

201
00:34:41,710 --> 00:34:48,050
xalqın iştirakdır. Baxır ki, düşmənçilik etsə, əks nəticə verəcək;

202
00:34:48,050 --> 00:34:56,570
ona görə ki qarşısında 80 milyon əhalisi olan bir ölkə var. Zarafatdır?! Bizim 80 milyon əhalimiz var;

203
00:34:57,480 --> 00:35:07,020
müdrik və sayıq xalqı, güclü insan potenisalı, bu qədər gənci olan əzəmətli bir ölkəyik;

204
00:35:08,000 --> 00:35:15,600
düşmənin gözünü qorxudan, İslam Respublikasını onların gözündə əzəmətli edən məhz bunlardır.

205
00:35:16,910 --> 00:35:18,220
Buna diqqət yetirin.

206
00:35:18,400 --> 00:35:29,940
Əgər bu hissi, bu əzəməti, bu toxunulmazlığı qoruyub saxlamağımızı istəyirsinizsə, seçkidə iştirak edin;

207
00:35:32,450 --> 00:35:42,510
əgər İslam Respublikası quruluşunun dünya ictimaiyyəti qarşısında – istər dostlar olsun, istərsə də düşmənlər –

208
00:35:42,510 --> 00:35:45,020
öz qüdrətini qorumasını istəyirsinizsə,

209
00:35:46,000 --> 00:35:58,000
gərək seçkidə iştirak edəsiniz. Seçkidə iştirak etmək ölkənin iqtidarını, heybətini, toxunulmazlığını qorumaq deməkdir; seçkidə iştirak etmək budur.

210
00:36:00,050 --> 00:36:12,740
Seçkiyə etinasız yanaşılsa, müəyyən ünsürlər əhalini seçkiyə qarşı həvəsdən salmağa, pessimist ruhda kökləməyə girişsələr,

211
00:36:13,480 --> 00:36:18,450
ölkəyə zərbə dəyəcək, ölkə ziyan çəkəcək;

212
00:36:18,450 --> 00:36:25,200
bunda rolu və payı olan  hər kəs də Allah qarşısında cavab verəcək.

213
00:36:26,000 --> 00:36:34,850
Seçkidə hamı iştirak etməlidir. Əlbəttə, müxtəlif siyasi meyillər, yanaşmalar var, fərqli siyasi fikirlər var;

214
00:36:35,200 --> 00:36:42,400
biri Əlini bəyənir, biri Vəlini bəyənir, biri Əliyə səs verir, biri Vəliyə səs verir; bunun heç bir eybi də yoxdur;

215
00:36:42,850 --> 00:36:49,480
bu şeylər önəmli deyil, önəmli olan odur ki, hamı gəlsin, hamı iştirak etsin,

216
00:36:50,000 --> 00:36:57,820
hamı göstərsin ki, İslamı, İslam dövlətini, İslam Respublikasını dəstəkləməyə, müdafiə etməyə,

217
00:36:58,110 --> 00:37:06,110
ölkəsinin toxunulmazlığını qorumağa hazırdır. Və bilin ki,

218
00:37:06,110 --> 00:37:17,600
əgər Allahın köməyi ilə, xalqımızda həmin o heybət və qətiyyətlə birgə bu əzm və bu iradə var olmaqda davam etsə,

219
00:37:17,600 --> 00:37:22,620
düşmən ölkəmizin qarşısında heç vaxt heç bir qələt edə bilməyəcək.

220
00:37:44,800 --> 00:37:50,570
Pərvərdigara! Deyib-eşitdiklərimizi Sənin yolunda və Sənin üçün qərar ver.

221
00:37:51,480 --> 00:38:04,450
Pərvərdigara! Şəhidlərimizin, dahi liderimiz İmam Xomeyninin, böyük İslam alimlərinin pak ruhlarını öz lütf və rəhmətinə layiq gör.

222
00:38:05,310 --> 00:38:07,480
Allahın salamı və mərhəməti nəsibiniz olsun.