1
00:00:00,620 --> 00:00:03,250
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,740 --> 00:00:07,940
و الحمدلله ربّ العالمين

3
00:00:08,740 --> 00:00:15,820
و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

4
00:00:26,050 --> 00:00:32,450
و علي آله الاطيبين الاطهرين المنتجبين المعصومين

5
00:00:33,710 --> 00:00:41,250
سيّما بقيّةالله في الارضين و لعنةالله علي اعدائهم اجمعين

6
00:00:42,970 --> 00:00:48,110
Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz.

7
00:00:51,140 --> 00:01:01,540
Bu önəmli və mübarək günlərdə hüseyniyəmizi

8
00:01:02,800 --> 00:01:13,250
öz iştirakınız, ixlasınız və lütfünüzlə nurlandıraraq bəzədiniz.

9
00:01:14,110 --> 00:01:29,310
Hazırda yaşadığımız günlər mübarək şəban ayının son günləri olması baxımından olduqca dəyərlidir.

10
00:01:32,400 --> 00:01:41,940
Həmişə yadda saxlamalıyıq ki, Allah-taalanın bizim üçün yaratdığı fürsətlərdən

11
00:01:43,080 --> 00:01:49,140
maksimum istifadə etməliyik.

12
00:01:50,510 --> 00:02:09,880
Həmin fürsətlərdən biri də dua, minacat, təvəssül və intizar ayı olan mübarək şəban ayıdır.

13
00:02:12,450 --> 00:02:25,650
Daha bir böyük nemət isə yaxınlaşmaqda olan mübarək ramazan ayıdır. Yaxşı olar ki,

14
00:02:26,680 --> 00:02:40,170
biz artıq şəban ayında özümüzü ramazan ayına hazırlamağa başlayaq. Ramazan ayı ilahi ziyafət ayıdır,

15
00:02:42,620 --> 00:02:56,620
ilahi ziyafət verilən bir sferaya daxil olmaq üçün isə müəyyən hazırlığa ehtiyac var. Yaxşı olar ki, biz şəban ayından başlayaraq özümüzdə bu hazırlığı təmin edək.

16
00:02:57,710 --> 00:03:10,220
Siz gənclərin işi bizdən daha asandır. Qəlbi saf, təmiz olan,

17
00:03:11,710 --> 00:03:21,080
insanın zamanla bulaşdığı çirkinliklərə hələ bulaşmamış gənclər

18
00:03:22,740 --> 00:03:32,400
daha hazırlıqlı olur. Qoy onlar bu hazırlığın, mübarək şəban ayının bu dualarının,

19
00:03:33,020 --> 00:03:42,170
xüsusilə də imamlardan (ə) nəql olunmuş məşhur “Şəbaniyyə” minacatının qədrini bilsinlər.

20
00:03:42,970 --> 00:03:54,570
Bir vaxtlar mən İmam Xomeynidən soruşdum ki, Əhli-Beytdən (ə) nəql olunmuş təsirli dualar içərisində

21
00:03:55,540 --> 00:04:04,680
sizə daha çox hansı dua yaxındır, hansını daha çox oxuyursunuz;

22
00:04:05,650 --> 00:04:11,310
cavab verdi ki, “Şəbaniyyə” minacatı və “Kumeyl” duası.

23
00:04:12,340 --> 00:04:25,420
İmam Xomeyni – o püxtələşmiş arif, Allah yolunda çalışıb-vuruşan o böyük insan bu iki duaya daha çox diqqət ayırırdı.

24
00:04:25,710 --> 00:04:33,600
İnşallah ki, hamımız şəban ayının qalan günlərindən istifadə edib,

25
00:04:33,600 --> 00:04:44,850
bu ilahi rəhmət vadisində mənəvi bir atmosferə daxil olmağa, bu günlərdən ən gözəl şəkildə bəhrələnməyə müvəffəq olarıq; əsas budur.

26
00:04:46,620 --> 00:04:59,140
Bu günlərlə bağlı digər bir mühüm məqam isə seçkilər məsələsidir ki, mən bu barədə də bir neçə cümlə qeyd etmək istərdim.

27
00:05:00,400 --> 00:05:15,310
Camaatımız, İran xalqı coşğu və həvəslə böyük bir qəhrəmanlıq hadisəsinə – seçkilərə hazırlaşır.

28
00:05:16,800 --> 00:05:24,050
Mənim eşitdiyimə və aldığım məlumatlara görə, Allaha şükür,

29
00:05:24,450 --> 00:05:34,000
ölkənin hər yanında əhalidə seçkilərlə bağlı bir coşğu, həyəcan yaşanır; insanlar həvəslə seçkiyə hazırlaşır.

30
00:05:36,170 --> 00:05:44,170
Bu isə çox önəmlidir; bu, İran xalqının daha bir tarixi qəhrəmanlıq hadisəsində özünü parlaq surətdə göstərəciyinə işarədir.

31
00:05:45,250 --> 00:05:55,710
Sizin iştirak etdiyiniz seçkilərdən hər biri bir tarixi qəhrəmanlıq hadisəsidir,

32
00:05:56,340 --> 00:06:05,710
dünya ictimaiyyətinin gözləri önündə baş verən möhtəşəm bir xalq hərəkatıdır;

33
00:06:06,110 --> 00:06:17,650
xalqımızın qürur və heysiyyətini ucaldır, milli iqtidarı artırır. Ölkəmizdə baş tutan seçkilər hamısı belədir:

34
00:06:20,450 --> 00:06:32,450
dünyanın iddialı siyasi fiqurlarının gözləri önündə İslam dininə əsaslanan xalq hakimiyyətinin nə demək olduğunu canlandırır.

35
00:06:33,540 --> 00:06:42,740
Dinə və ya İslama əsaslanan xalq hakimiyyəti

36
00:06:43,310 --> 00:06:53,480
İslam Respublikası quruluşu və İmam Xomeyni tərəfindən bəşəriyyətə təqdim olunan yeni bir ideya, yeni bir təcrübə idi.

37
00:06:54,570 --> 00:07:06,280
Cümə günü siz bütün dünya ictimaiyyətinin – siyasətçisindən tutmuş analitikinə,

38
00:07:06,910 --> 00:07:18,620
rəsmisindən tutmuş adi insanına qədər hər kəsin gözləri önündə məhz bunu sərgiləyəcək, bunu nümayiş etdirəcəksiniz. Seçkilərin əhəmiyyəti bundan ibarətdir.

39
00:07:21,370 --> 00:07:29,420
Özü də hazırda dünyada hamının gözü sizin bu seçkilərinizdədir; bunu da qeyd etmədən keçməyək.

40
00:07:29,540 --> 00:07:40,000
“Hamı” deyəndə, yəni ölkə rəsmiləri, ABŞ administrasiyasından tutmuş

41
00:07:41,080 --> 00:07:53,200
Avropa ölkələrinə, Avropa dövlətlərinə, Amerikanın əlaltısı olan region dövlətlərinə,

42
00:07:54,570 --> 00:08:00,170
İsrailin o boynu qırılmış  baş nazirinə qədər

43
00:08:01,310 --> 00:08:12,050
hamı gözlərini zilləyib ki, cümə günü siz seçkidə necə, hansı həcmdə,

44
00:08:12,680 --> 00:08:21,480
hansı əhval-ruhiyyə ilə iştirak edəcəksiniz. Hamı tamaşa edir. Bu, məsələnin bir tərəfi;

45
00:08:22,740 --> 00:08:34,570
məsələnin digər bir tərəfi isə İran xalqına bir qayda olaraq əzəmətli bir xalq kimi baxan,

46
00:08:35,650 --> 00:08:46,910
əksəriyyəti ölkəmizdə olan bu azadlığın, bu xalq hakimiyyətinin həsrətini çəkən,

47
00:08:47,370 --> 00:08:50,850
kənardan baxıb İran xalqını sonsuz təqdir edən region xalqlarıdır.

48
00:08:51,480 --> 00:08:58,680
Bunlar isə sizi sevənlərdir; bunların da gözü cümə günü ölkəmizdə baş tutacaq seçkilərdədir.

49
00:08:59,020 --> 00:09:10,000
Seçkilərimiz zəif keçsə, camaatımız zəif iştirak etsə, bir cür nəticə çıxaracaq,

50
00:09:10,000 --> 00:09:19,250
bir cür mühakimə yürüdəcəklər, yox əgər xalqımız seçkidə müdrik, qüdrətli bir şəkildə,

51
00:09:19,420 --> 00:09:28,970
geniş miqyasda iştirak etsə, bir başqa cür mühakimə yürüdəcək, başqa gözlə baxacaqlar.

52
00:09:30,680 --> 00:09:45,940
İslam Respublikası konkret olaraq bir neçə ildən bir yenidən seçki keçirməklə, həqiqətən də, təzələnir;

53
00:09:48,400 --> 00:10:05,250
dünya ictimaiyyətinin qəlbində və gözündə yeni, daha da qabarıq, daha da görkəmli, daha da cəlbedici bir formada təcəssüm edir.

54
00:10:05,820 --> 00:10:18,220
Məhz elə buna görə də seçki günləri İslam Respublikası üçün, doğrudan da, bayram, sevinc və şadlıq günləridir.

55
00:10:20,220 --> 00:10:24,970
Siz bir regionumuza, Qərbi Asiya,

56
00:10:25,420 --> 00:10:31,650
Şimali Afrika regionlarına nəzər salın. Bu gün bu bölgələr asayiş və təhlükəsizlikdən tamamilə məhrum bir vəziyyətdədir;

57
00:10:32,800 --> 00:10:44,220
istər əksəriyyəti bədxah xarici dövlətlərdən dəstək alan silahlı terror qruplaşmalarının mövcudluğu nəticəsində olsun,

58
00:10:45,540 --> 00:10:54,400
istərsə də bəzi ölkələrdə gedən vətəndaş müharibələri nəticəsində ki,

59
00:10:54,910 --> 00:11:07,140
bunda da yenə dünyanın müstəmləkəçi dövlətlərinin əli sezilir. Əmin-amanlıq yoxdur, daim qorxu hissi keçirirlər.

60
00:11:08,000 --> 00:11:16,970
Region ölkələrinə baxın; elə bir yer varmı ki, orada bu təhlükə atmosferi olmasın. Və bu qorxu və təhlükə içində yaşayan ölkələr arasında,

61
00:11:17,420 --> 00:11:26,570
Allaha şükürlər olsun ki, İslam Respublikası Uca Yaradanın köməyi ilə asayiş və əmin-amanlıq içində

62
00:11:27,770 --> 00:11:38,910
seçkilərə hazırlıq görməklə məşğuldur. Bu gün artıq seçkiyə cəmi iki gün qalıb. Allaha şükür, ölkədə tam təhlükəsiz,

63
00:11:39,370 --> 00:11:51,020
dinc, sakit bir atmosfer hökm sürür. Bu çox dəyərlidir. Əziz qardaşlar, əziz bacılar! Biz bunun qədrini yaxşı bilməliyik;

64
00:11:51,820 --> 00:11:59,480
çox qiymətli bir şeydir. 80 milyon əhalisi olan bir ölkədə

65
00:11:59,710 --> 00:12:09,370
seçkiyə start verilir – dedilər ki, əlli neçə milyon nəfərin səsvermə hüququ var – xalq böyük həvəs

66
00:12:09,370 --> 00:12:15,020
və həyəcanla seçkiyə hazırlaşır, amma hər yerdə asayiş və təhlükəsizlik hökm sürür.

67
00:12:15,250 --> 00:12:22,050
Bu olduqca dəyərlidir, olduqca önəmlidir. Bunun qədrini bilmək lazımdır.

68
00:12:24,510 --> 00:12:37,250
İslam Respublikası bizə azadlıq hissi, azad bir atmosfer bəxş edib. Hərçənd bəzi naşükür insanlar bu azadlıq atmosferindən sui-istifadə edib,

69
00:12:37,770 --> 00:12:45,710
ölkədə azadlıq olduğunu inkar edirlər. Onların bu hərəkəti naşükürlükdür, nankorluqdur; nə edək, qoy etsinlər.

70
00:12:47,480 --> 00:12:58,280
Allaha şükür, ölkədə azad mühit var, xalqın ictimai-siyasi proseslərdə iştirakı, xalqın seçiminin təsiri var.

71
00:12:59,420 --> 00:13:10,340
Xalq ölkənin bir nömrəli icraçı rəsmisi olan prezidentin,

72
00:13:10,570 --> 00:13:18,450
habelə yerli idarəetmə orqanları olan islami şuraların seçimində

73
00:13:18,680 --> 00:13:30,910
iştirak edir, fikrini bildirir, qərar verir; bu olduqca dəyərlidir.

74
00:13:31,820 --> 00:13:42,170
Bu gün regionumuzda elə xalqlar var ki, başlarında duran dövlət ABŞ-ın qanadına sığındığına görə

75
00:13:42,170 --> 00:13:48,280
bunun həsrətini çəkir, İran xalqına qibtə edir.

76
00:13:49,820 --> 00:13:58,280
Ölkələrində gedən siyasi proseslərə müdaxilə edə bilmək onlara yuxu kimi gəlir; iki nəfər, üç nəfər, beş nəfər

77
00:13:59,540 --> 00:14:09,820
ölkənin icraiyyə işlərinə başçılıq etmək üçün rəqabətə girsin, sonra da xalqa onlardan birini seçmək hüququ verilsin;

78
00:14:09,940 --> 00:14:15,420
bu, regionumuzdakı ölkələr üçün yuxu olaraq qalır.

79
00:14:16,570 --> 00:14:25,540
Bizim ölkəmizdə isə bu hər dörd ildən bir təkrarlanır. Xalq seçkiyə qatılır, seçim edir, öz prezidentini müəyyənləşdirir.

80
00:14:25,770 --> 00:14:30,620
Bu olduqca dəyərlidir. Bunun qədrini bilmək lazımdır.

81
00:14:32,400 --> 00:14:43,370
Xalqın seçki arenasında iştirak etməsi çox dərin məna daşıyır. Bu, iki əsas məsələnin göstəricisidir;

82
00:14:44,050 --> 00:14:54,110
əlbəttə, bu iki məsələnin altında digər məsələlər də yatır, lakin xalqın bu iştirakı iki əsas məsələni ortaya qoyur:

83
00:14:54,340 --> 00:15:00,680
birincisi, xalqın İslam Respublikasına olan etimad və marağı,

84
00:15:02,000 --> 00:15:08,050
bağlılığı, ikincisi isə

85
00:15:08,340 --> 00:15:16,000
xalqımızda olan iradə və qərar vermə gücü. Bu iki şey olduqca önəmlidir.

86
00:15:16,620 --> 00:15:24,000
Siz seçkidə iştirak edəndə həm ölkəyə azadlıq və müstəqillik qazandırmağı bacarmış

87
00:15:24,400 --> 00:15:32,680
İslam Respublikasına ürəkdən bağlı olduğunuzu göstərirsiniz,

88
00:15:33,080 --> 00:15:45,080
həm də İran xalqının canlı, öz işini özü görməyi bacaran, qətiyyətli, əzmkar bir xalq olduğunu nümayiş etdirirsiniz.

89
00:15:45,650 --> 00:15:58,680
Bunların hər ikisi ölkə üçün olduqca dəyərlidir; əlbəttə ki, hər birinin də altında bir sıra başqa məsələlər, daha artıq faydalar yatır.

90
00:15:58,970 --> 00:16:06,680
Bu iştirak nə qədər genişmiqyaslı olsa, xalqımızın arasında, şükürlər olsun ki,

91
00:16:07,370 --> 00:16:17,020
var olan bu qayda-qanun, nizam-intizam nə qədər artıq olsa, dünya ictimaiyyətinin qarşısında İran xalqının nüfuz və hörməti bir o qədər artacaq.

92
00:16:39,370 --> 00:16:51,080
Qeyd etdiyim bu qayda-qanun, nizam-intizam məsələsi önəmli bir məsələdir. Xalqın intizamlı davranması olduqca dəyərlidir;

93
00:16:51,370 --> 00:16:57,820
həm seçkidən əvvəl, həm seçki əsnasında, seçki günü,

94
00:16:58,220 --> 00:17:08,220
həm də seçkidən sonra. İctimai intizam, qayda-qanuna hörmətlə yanaşılması son dərəcə önəmlidir.

95
00:17:08,450 --> 00:17:18,220
Bir çox ölkələrdə bu olmadığı halda, xalqımız, Allaha şükür,  necə bir ictimai intizama sahib olduğunu nümayiş etdirib.

96
00:17:18,620 --> 00:17:25,710
Biz İran xalqı olaraq bunu keçmişdə yaşadığımız təcrübələrdən öyrənmişik; bizim də müxtəlif təcrübələrimiz olub;

97
00:17:26,340 --> 00:17:35,880
uzun illərdir ki, cürbəcür təcrübələr yaşayırıq. İran xalqı bu nizam-intizamın onun üçün nə qədər xeyirli olduğunu,

98
00:17:36,220 --> 00:17:43,420
intizamsızlığın, qanunsuzluğun isə ona nə qədər ziyan verdiyini təcrübədə görərək öyrənib. İran xalqı bunu əyani olaraq təcrübədən keçirib.

99
00:17:44,280 --> 00:17:58,510
Əlbəttə ki, ortada bir neçə namizəd var; danışırlar, fikir bildirirlər, hər birinin də öz tərəfdarları var. Heç bir eybi də yoxdur;

100
00:18:00,170 --> 00:18:11,310
necə olursa-olsun, sonda onlar arasından bir nəfər, məşhur deyimlə desəm, seçkini udacaq. Mənə qalsa, mən seçkidə udub-uduzmaq söhbətinin tərəfdarı deyiləm;

101
00:18:12,050 --> 00:18:23,480
nəticə etibarilə bir nəfər daha çox səs toplayır, o birilər toplaya bilmir, bu məsələdə əsl udan isə İran xalqıdır; kimin seçilməsindən asılı olmayaraq.

102
00:18:46,170 --> 00:18:54,170
Əsl udan İslam Respublikasıdır, İran xalqıdır.

103
00:18:55,480 --> 00:19:04,400
Prezidentliyə kimlərin can atmasından asılı olmayaraq, əslində udan öz seçimi əsasında,

104
00:19:04,400 --> 00:19:09,080
verdiyi səslərlə bir nəfəri iş başına gətirməyi bacarmış xalqdır. Bu olduqca dəyərlidir.

105
00:19:09,420 --> 00:19:14,280
Amma yenə də sevindirici haldır ki, müxtəlif dövlət strukturları da seçkinin təşkilində fəal iştirak edir.

106
00:19:15,080 --> 00:19:22,740
Bir şeyi də qeyd edim, qoy hamı bilsin. İcraiyyə orqanları, nəzarət strukturları,

107
00:19:23,140 --> 00:19:32,510
təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanları – bunlar hamısı ciddi surətdə işləyir. Onlara etimad olunub;

108
00:19:33,420 --> 00:19:37,770
çalışırlar, işləyirlər, özü də koordinasiyalı surətdə hərəkət edirlər.

109
00:19:38,050 --> 00:19:44,280
Əlbəttə, buna baxmayaraq, mən üzümü etimad göstərilmiş bütün strukturlara tutaraq

110
00:19:44,620 --> 00:19:54,740
yenə də vurğulayır, tapşırıram ki, xalqın verdiyi səslərin dəyərli  əmanət kimi etibarlı bir şəkildə qorunmasına diqqət yetirsinlər.

111
00:19:56,280 --> 00:20:03,480
Arada kimlərsə qanun pozuntusuna yol vermək istəyə bilər,

112
00:20:03,770 --> 00:20:11,250
amma şükürlər olsun ki, təşkilatçı strukturlar bel bağlana biləcək, etibarlı strukturlardır; istər nəzarət strukturları olsun, istər icraiyyə strukturları,

113
00:20:11,770 --> 00:20:20,000
istərsə də təhlükəsizliyin keşiyində duran hüquq-mühafizə orqanları; hamısı dəyərli qurumlardır və ciddi surətdə işləyir.

114
00:20:20,910 --> 00:20:29,770
Əlbəttə, hamı diqqətli olmalı, bilməlidir ki, İran xalqının düşməni var.

115
00:20:30,970 --> 00:20:41,370
Xalqımız düşmən qarşısında həm qətiyyətli, həm də özünəinamlı,

116
00:20:41,940 --> 00:20:46,970
sakit və rahat bir simada çıxış etməlidir.

117
00:20:48,110 --> 00:20:55,250
Bu iki şeyin olması vacibdir: qərar qəbul etmək lazım olan yerdə möhkəm əzm və qətiyyət;

118
00:20:56,110 --> 00:21:02,000
və hər bir halda Allaha təvəkkül, özünəinam,

119
00:21:03,080 --> 00:21:11,710
özündə güc və bacarıq hiss etmək. Allaha şükürlər olsun ki, İran xalqında bu güc və bacarıq var, insan bunu hiss edir.

120
00:21:12,680 --> 00:21:22,110
Doğrudur, seçkiqabağı debatlarda bəzən

121
00:21:22,800 --> 00:21:29,020
İran xalqının böyüklüyünə yaraşmayan sözlər də danışıldı, lakin xalqın iştirakı bütün bu problemləri həll edəcək.

122
00:21:51,770 --> 00:21:59,250
İnşallah, Allahın köməyi ilə, belə şeylər xalqın iştirakına heç bir təsir göstərməyəcək.

123
00:21:59,540 --> 00:22:06,620
İnşallah, ölkənin hər yerində bütün camaatımız – kişili-qadınlı seçkilərə qatılaraq

124
00:22:07,080 --> 00:22:16,280
öz işitrakı, möhkəm əzmi ilə İslam Respublikasına nüfuz və başıucalıq qazandıracaq.

125
00:22:16,680 --> 00:22:23,420
Mən namizədlərin tərəfdarlarına da bir söz demək istəyirəm;

126
00:22:23,420 --> 00:22:33,370
əlbəttə ki, hörmətli namizədlərdən hər birinin onları sevən, təəssübkeşliklə dəstəkləyən

127
00:22:33,600 --> 00:22:42,220
bir qrup tərəfdarı var. Onlar da təmkinlərini qorusunlar; həm tərəfdarlar, həm seçki qərargahları

128
00:22:43,200 --> 00:22:56,450
özlərində təmkini, intizamı qorusunlar. Məqsədləri öhdələrinə düşən şəri vəzifəni yerinə yetirmək olsun; bizim üçün önəmli olan budur.

129
00:22:58,400 --> 00:23:11,080
3-5 günlük bu ömür, bu iş həyatı, dəstəklədiyin insanın vəzifə postuna seçilməsi – bunlar hamısı ötüb keçəcək,

130
00:23:11,770 --> 00:23:17,480
qalan və ilahi haqq-hesabda nəzərə alınan isə əməllərimiz olacaq; əməllərimizə görə cavab verməli olacağıq.

131
00:23:17,480 --> 00:23:22,740
وَ استَعمِلني بِما تَسأَلُني غداً عَنه

132
00:23:23,820 --> 00:23:35,310
Sabah Allah-taala bizi nələrə görəsə sorğu-suala çəkəcək; o günü fikirləşmək, onun üçün çalışmaq lazımdır.

133
00:23:35,820 --> 00:23:49,250
Həm camaat, həm seçki marafonuna qoşulmuş namizədlər,

134
00:23:49,710 --> 00:23:58,800
həm də onların dostları və tərəfdarları elə etməlidirlər ki, atdıqları hər bir addım mələklər tərəfindən gözəl bir əməl kimi qeydə alınsın.

135
00:23:59,600 --> 00:24:07,480
Elə etməlidirlər ki, hərəkətləri, davranışları, danışıqları

136
00:24:07,710 --> 00:24:17,480
ilahi dərgahda xeyir əməl hesab olunsun və Allah-taala o əməllərə görə onlar üçün savab müəyyən etsin. Bu nə zaman ola bilər?

137
00:24:18,000 --> 00:24:26,220
O zaman ki, biz hər bir işimizi Allaha xatir görək. Qoy hamı çalışsın, mübarizə aparsın, işləsin, bu yaxşıdır,

138
00:24:27,140 --> 00:24:35,540
amma niyyətləri Allaha bağlansın. Əgər belə olsa, Allah-taala da o işə bərəkət verəcək,

139
00:24:36,110 --> 00:24:44,400
İran xalqına bərəkət verəcək və Allahın köməyi ilə, İran xalqının xeyrinə olan nədirsə, o olacaq.

140
00:24:44,740 --> 00:24:55,140
Hər halda, qanunun aliliyini gözləmək, qanun-qaydalara riayət etmək hamımızın borcudur.

141
00:24:55,140 --> 00:25:03,080
Əziz qardaş və bacılar! Sizə bir şey deyim ki, geridə qalan hər bir etapda

142
00:25:03,250 --> 00:25:05,880
İslam Respublikası dünyada,

143
00:25:06,280 --> 00:25:16,620
regionda və elə öz ölkəmizdə müxtəlif şərait hökm sürdüyünə bamayaraq, irəli gedib.

144
00:25:39,310 --> 00:25:46,850
Ola bilsin ki, müəyyən məqamlarda mənim kimi rəsmi şəxslərin fəaliyyəti

145
00:25:47,140 --> 00:25:56,970
uyğun, müsbət, mükəmməl və ya hərtərəfli olmayıb, lakin bütövlükdə İslam Respublikasının nəhəng fəaliyyəti,

146
00:25:57,080 --> 00:26:04,170
xalqın iştirakı və İslam dövləti ilə əməkdaşlığı öz işini görüb, irəli getmişik. İnşallah, bu inkişaf

147
00:26:04,570 --> 00:26:08,970
günbəgün, mərhələbəmərhələ davam edəcək

148
00:26:09,880 --> 00:26:22,050
və gün gələcək ki, düşmənlərin məyus olub İslam Respublikası və İran xalqını hədələməkdən, bizimlə artıq-əskik, hərzə-hərzə danışmaqdan

149
00:26:22,400 --> 00:26:27,020
əl çəkdiyinin şahidi olacağıq; Allahın köməyi ilə.

150
00:26:27,020 --> 00:26:32,450
Ümidvaram, Allah-taala xalqımıza bərəkət lütf edəcək,

151
00:26:32,450 --> 00:26:39,820
qarşımızda duran bu böyük sınağı bizim üçün bərəkətli edəcək, inşallah.

152
00:26:40,050 --> 00:26:48,340
Və inşallah, qarşımıza camaatımızın xeyrinə, ölkəmizin və xalqımızın mənafeyinə uyğun olanı çıxaracaq.

153
00:26:48,680 --> 00:26:50,740
Allahı salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.