1
00:00:00,850 --> 00:00:04,050
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:06,110 --> 00:00:15,710
الحمد للّه ربّ العالمين، و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي القاسم المصطفي محمّد

3
00:00:25,310 --> 00:00:33,250
و علي آله الاطيبين الاطهرين المنتجبين، سيّما بقيّة اللّه في الارضين

4
00:00:33,940 --> 00:00:44,000
Çox xoş, ürəkoxşayan, mənalı və faydalı bir görüşdür;

5
00:00:45,200 --> 00:00:57,250
mən sırf bugünkü görüşümüzü nəzərdə tutmuram, sizin təşəbbüsünüzlə bu cür görüşlərin təşkil olunmasını,

6
00:00:58,910 --> 00:01:10,280
gələcəkdə də davamı gələcək bir tədbir kimi anım gecələrinin keçirilməsini nəzərdə tuturam.

7
00:01:12,220 --> 00:01:23,710
Allaha şükürlər olsun ki, bu gün mənə də burada iştirak etmək, oturub danışılanları eşitmək, sizin söhbətlərinizdən faydalanmaq nəsib oldu.

8
00:01:26,220 --> 00:01:31,250
Çox yaxşı idi, çox faydalandıq.

9
00:01:31,770 --> 00:01:41,020
Əlbəttə ki, mənim kimi insanların xatirələri o qədər də önəmli deyil.

10
00:01:42,400 --> 00:01:54,050
Bayaq cənab Şahmuradi bildirdi ki, Xürrəmşəhr fəth olunduğu zaman Kirmanşahda olub və bu barədə xəbəri orada eşidib.

11
00:01:54,740 --> 00:02:01,080
Elə mən də bu hadisənin xəbərini Tehranda almışdım.

12
00:02:01,540 --> 00:02:11,370
Yadımda deyil, radio ilə elan etmişdilər, ya yox, amma Şəhid Səyyad prezident aparatına zəng vuraraq

13
00:02:11,940 --> 00:02:20,800
mənimlə əlaqə saxladı, xəbəri mənə çatdırdı, bəzi təfsilatları da dedi; o cümlədən söylədi ki, “Hazırda mən sizinlə danışdığım vaxt

14
00:02:21,310 --> 00:02:28,510
iraqlılar sıraya düzülüb əsir götürülmələrini gözləyirlər”; çox maraqlı bir ifadə idi.

15
00:02:28,850 --> 00:02:37,310
Mən günorta namazından dərhal sonra maşına minib İmam Xomeyninin yanına getdim. Əlbəttə ki, küçələr adamla dolu idi,

16
00:02:38,220 --> 00:02:45,710
insanlar sevinc və sevgi hislərini ifadə edirdilər. Mən gedib Şəhid Səyyadın o sözlərini İmama da söylədim.

17
00:02:46,000 --> 00:02:57,540
Söylədim ki, cənab Səyyad iraqlıların əsir düşmək üçün sıraya düzüldüyünü deyir. Uzun bir növbə alınmışdı, 10-15 min nəfər!

18
00:02:59,540 --> 00:03:17,600
Bizim xatirələrimiz bir o qədər də önəmli deyil. Uzun müddət döyüş meydanlarında olmuş, hadisələri öz gözləri ilə görmüş qardaş və bacılarımızın xatirələri daha əhəmiyyətli və dəyərlidir.

19
00:03:19,420 --> 00:03:31,710
Mənim fikrimcə, bizə yaşatdığı bütün itkilərə rəğmən, bu savaşın –

20
00:03:32,800 --> 00:03:47,080
Müqəddəs Müdafiənin bizim üçün həm də böyük faydaları olmuşdur. Bu fayda həmin itkilərdən qat-qat böyük və artıqdır.

21
00:03:49,310 --> 00:03:59,370
Bu savaşda bizim itkilərimiz insan ölümündən və maddi ziyandan ibarət idi; yəni cavanlarımızı əldən verdik,

22
00:03:59,710 --> 00:04:11,820
ailələr əzizlərini itirdi, gənclərimizin ölümü hamımızın ürəyinə dağ çəkdi, maddi ziyan da çəkdik,

23
00:04:13,020 --> 00:04:26,450
müəyyən etapda ölkəmiz quruculuq və abadlaşdırma baxımından bir qədər geriləmə yaşadı. Bütün bunlar həmin savaşın itkiləri idi.

24
00:04:27,140 --> 00:04:36,800
Bu cür itkilər bütün savaşlarda olur. Bu savaşın bizə qazandırdığı fayda isə uzunmüddətli idi, qalıcı idi.

25
00:04:37,250 --> 00:04:47,710
Əlbəttə ki, qısa, yaxın müddətdə özünü göstərən faydaları da var idi.

26
00:04:49,200 --> 00:05:01,710
8 il davam etmiş bu savaşın, bu müdafiənin ən böyük faydalarından biri cəmiyyətimizdə, gənclərimizdə inqilab, ideoloji və sosial hərəkat ruhiyyəsinin

27
00:05:02,170 --> 00:05:06,910
qorunub saxlanması və güclənməsi oldu.

28
00:05:08,170 --> 00:05:19,480
Bu cihad ruhlu, fədakar hərəkat meydana çıxmasaydı,

29
00:05:20,000 --> 00:05:29,600
inqilab ruhiyyəsi hələ cəmiyyətdə dərin kök atmadığı o ilk dövrlərdə məkrli əllər tərəfindən dəyişikliyə məruz qalardı.

30
00:05:30,680 --> 00:05:38,800
Doğrudur, dahi İmam Xomeyni həyatda idi, inqilabın başında idi və onun böyük, təkrarsız şəxsiyyəti

31
00:05:39,080 --> 00:05:52,000
bir çox şeyləri qarant altına alırdı, lakin bununla belə, çox böyük təhlükələr də mövcud idi. İnqilabi ruhiyyə, heç şübhəsiz, təhlükə altında qala bilərdi.

32
00:05:56,970 --> 00:06:04,170
İnqilab Müqəddəs Müdafiə arenasında iştirak etməklə qalıcılıq, sarsılmazlıq qazandı.

33
00:06:04,910 --> 00:06:27,600
Bu savaşın digər bir faydası isə bu oldu ki, biz öz milli, dini və inqilabi kimliyini, heysiyyətini qorumaq ideyasını

34
00:06:28,680 --> 00:06:39,600
şəxsən özümüz bir daha təcrübədən keçirdik; bu çox önəmlidir. Dəfələrlə demişik, eşitmişik, danışmışıq ki,

35
00:06:41,370 --> 00:06:56,510
Allah-taala haqq yolunda çalışıb-vuruşan insanlara kömək edir, bu yolda qarşılarına çıxan maneələri dəf edərək onları düşmənləri üzərində qalib edir.

36
00:06:58,280 --> 00:07:13,200
Uca amallara doğru irəliləyən bir cəmiyyət, təbii ki, bir çox əngəllərlə üzləşir.

37
00:07:13,770 --> 00:07:24,620
Özəlliklə də hazırkı maddiyatçı dünyada; üstəlik əgər o amallar başqaları üzərində hegemonluğa,

38
00:07:24,620 --> 00:07:35,420
dünya malına hərisliyə və sairə qarşı çıxan mənəvi amallardırsa, aydındır ki, müxtəlif maneələr yaranacaq.

39
00:07:36,000 --> 00:07:44,740
Bir xalqın bu meneələr üzərində qələbə çala biləcəyini hiss etməsi çox önəmli bir şeydir.

40
00:07:45,420 --> 00:07:51,200
Əlbəttə, ayə və rəvayətlərdə

41
00:07:51,480 --> 00:07:54,620
Allaha təvəkkül etmək lazım olduğu haqda oxuyuruq,

42
00:07:54,910 --> 00:08:02,170
“Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”. (“Təlaq” surəsi, 3-cü ayədən)  və sair bu kimi fikirlərin şahidi oluruq, bunları deyirik, inanırıq da, lakin insanın

43
00:08:02,740 --> 00:08:04,910
“Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” ayəsinin

44
00:08:04,910 --> 00:08:14,910
reallıqda necə həyata keçdiyini görməsi bir başqadır. O əzəmətdə Həzrət İbrahim Allah-taalaya deyir ki,

45
00:08:15,420 --> 00:08:21,370
“İnsanların necə dirildiyini görmək istəyirəm”.

46
00:08:22,280 --> 00:08:31,250
Allah-taala buyurur: “İnanmırsan?” Cavab verir: “Bəli, inanıram”,‌

47
00:08:31,710 --> 00:08:35,200
“amma ürəyim sakit (xatircəm) olması üçün soruşdum”. (“Bəqərə” surəsi, 260-cı ayədən)

48
00:08:36,340 --> 00:08:50,220
Bu xatircəmlik, insanın hansısa həqiqəti bu cür ürəkdən, imanının bütün dərinliyi ilə qəbul etməsi çox önəmli bir şeydir.

49
00:08:50,620 --> 00:08:57,940
Müharibə – 8 illik müdafiə bizə bunu göstərdi.

50
00:08:58,970 --> 00:09:07,540
İndi biz var gücümüzlə iddia edə bilərik ki, İslam Respublikası

51
00:09:08,570 --> 00:09:17,600
üzləşdiyi bütün çətinliklərə, qəsdən qarşısına çıxarılan bütün problemlərə rəğmən, çalışıb-vuruşaraq onlara qalib qələ biləcək;

52
00:09:40,400 --> 00:09:45,020
çünki artıq bunun təcrübədə şahidi olmuşuq.

53
00:09:45,020 --> 00:09:52,970
“Əgər möminsinizsə, ruhdan düşməyin və qəmgin olmayın. Siz Allah yanında (inanmayanlardan) daha yüksəkdə durursunuz”. (“Ali-imran” surəsi, 139-cu ayədən)

54
00:09:53,370 --> 00:10:01,020
Ürəkdə və əməldə iman olsa,

55
00:10:01,600 --> 00:10:08,570
güclü bir toplumun, güclü bir cəmiyyətin, güclü bir insanın qarşısında

56
00:10:08,910 --> 00:10:12,800
dağlar belə duruş gətirə bilməyib yerlə yeksan olar.

57
00:10:13,140 --> 00:10:17,370
Bizim üçün savaşın faydalarından biri bu idi. Bütün bunlar həqiqətdir.

58
00:10:17,600 --> 00:10:27,540
Əlbəttə, savaşın faydaları bu dediklərimdən daha çoxdur, intəhası bunlar təhlil xarakterli fikirlər olduğuna görə vaxtımızı buna sərf etmək istəmirəm.

59
00:10:28,110 --> 00:10:39,600
Bizim kimi hadisələrə səthi yanaşan, sadə insanlar üçün

60
00:10:40,400 --> 00:10:51,480
doğrudan da inanılmaz görünən bu bərəkətli, əzəmətli hadisə ölkəmizdə baş verdi;

61
00:10:53,540 --> 00:11:03,940
yəni müharibənin əvvəllərində bizim heç nəyimiz yox idi; heç nəyimiz; əliboş idik.

62
00:11:04,280 --> 00:11:10,800
Silahımız həm az idi, həm istənilən səviyyədə deyildi, həm də əlçatan deyildi;

63
00:11:11,080 --> 00:11:18,740
anbarlarımızda olan bəzi silah növlərindən

64
00:11:19,540 --> 00:11:29,880
hələ müharibə başlanandan bir müddət sonraya qədər istifadə etməmişdilər.

65
00:11:30,740 --> 00:11:42,910
Mən burada – baş qərargahda müşavirə mərkəzində idim, hərbçilər gəlib-gedirdilər;

66
00:11:43,080 --> 00:11:48,510
ordumuzda məsuliyyətli, mömin gənclər var idi, gəlib bizə raport verirdilər,

67
00:11:48,910 --> 00:11:55,600
mən də İmamın nümayəndəsi olaraq işlərin gedişinə nəzarət edirdim.

68
00:11:55,880 --> 00:12:07,020
Gəlib dedilər ki, bizdə “203” topları var, ən ağır toplarımızdır, amma hələ döyüş meydanlarına çıxarılmayıb, heç adını da tutan olmayıb.

69
00:12:07,310 --> 00:12:16,740
Təsəvvür edin: düşmənin əlində o qədər silah və texnika olan belə bir savaşda bizim istifadə etmək üçün babat bir texnikamız var, ondan da istifadə etməmişik.

70
00:12:16,970 --> 00:12:26,620
Mən Bənisədr və başqa dostlarımızla öz aramızda keçirdiyimiz iclasda bu məsələni qaldırdım;

71
00:12:27,480 --> 00:12:34,910
Bənisədrin heç xəbəri yox idi, bəzi başqaları isə belə mövzulara toxunulmasını istəmirdilər.

72
00:12:35,650 --> 00:12:45,650
İclasda olan şəhid komandirlərdən biri (Allah ona rəhmət etsin!) dedi ki, bəli, bizdə onlardan var və bu çox önəmli bir texnikadır.

73
00:12:45,880 --> 00:12:54,970
O zaman mən dedim ki, yaxşı, bəs niyə istifadə etmirik? Yəni müəyyən texnikalar anbarlarda var idi, amma istifadə etmirdik.

74
00:12:56,400 --> 00:13:07,540
Əhvazda gənc bir hərbçi gəlib bizə məlumat verdi ki, 92-ci qarnizonun bazasında

75
00:13:08,050 --> 00:13:14,170
bu yeni piyada döyüş maşınlarından, hərbi dillə desək, BMP-lərdən var.

76
00:13:15,370 --> 00:13:24,510
O deyəndən sonra götürüb istifadə etdik;

77
00:13:25,310 --> 00:13:32,050
halbuki dəfələrlə demişdik ki, misal üçün, filan texnikaya ehtiyac var, demişdilər ki, yoxdur.

78
00:13:32,570 --> 00:13:41,480
Bir gün səhər qalxıb həmin hərbçi qardaşımızla bazaya yollandıq.

79
00:13:42,110 --> 00:13:51,480
Ön qapıdan daxil olmaq mümkün olmadığına görə başqa bir yolla, başqa bir yerdən bazaya girdik və içərilərinə doğru getdik.

80
00:13:51,480 --> 00:14:05,370
Gördük ki, doğrudan da, o BMP-lərdən, məsələn, 9-10 dənəsi

81
00:14:06,450 --> 00:14:13,600
eləcə zavoddan çıxmış vəziyyətində, yəni taxtaların arasında bağlı şəkildə durub.

82
00:14:13,600 --> 00:14:19,650
Əlbəttə ki, bir az toz və nəm də çəkmişdilər; açıq səmanın altında qalmışdılar!

83
00:14:20,400 --> 00:14:25,310
Müharibənin əvvəlində biz bu vəziyyətdə idik; silah və texnikamız yox idi,

84
00:14:25,480 --> 00:14:32,000
hər an hərəkətə keçməyə hazır olan nizamlı qüvvələrimiz yox idi və ya az idi.

85
00:14:32,450 --> 00:14:39,080
Əlimizdə olan-qalan bir az köhnə modelli silah və texnika idi ki, onlardan da heç o vaxt istifadə olunmurdu.

86
00:14:39,080 --> 00:14:47,880
Səbəbi isə o idi ki, işin başında işə can yandırmayan adamlar durmuşdu.

87
00:14:49,310 --> 00:14:56,570
Belə bir vəziyyətdə biz irəli getdik. Bu dediklərim 1359-cu ilin ikinci yarısında olub;

88
00:14:56,970 --> 00:15:05,770
yəni müharibənin başladığı ilk 6 ayda.

89
00:15:06,110 --> 00:15:21,710
İndi baxın: müharibənin başladığı ilk 6 aydan, yəni 1359-cu ilin ikinci yarısından 1361-ci ilin ilk 6 ayınadək nə qədər vaxt ötüb?

90
00:15:23,710 --> 00:15:33,600
Bu vaxt ərzində İran xalqı və silahlı qüvvələrimiz elə qabağa getdi ki,

91
00:15:33,820 --> 00:15:45,480
1361-ci ilin ilk 2-3 ayında iki böyük və əhəmiyyətli əməliyyat həyata keçirildi;

92
00:15:45,480 --> 00:15:56,570
yəni ilin əvvəlində – fərvərdində “Fəthül-mubin”, ordibeheştdə və xordadın əvvəllərində isə “Beytül-müqəddəs”, Xürrəmşəhrin fəthi.

93
00:15:57,140 --> 00:16:04,400
Bu cür irəliləyiş əldə etdilər, sürətlə irəli getdilər!

94
00:16:05,200 --> 00:16:16,340
Onlar 10 kilometrdən Əhvazı minaatanlarla vururdular –

95
00:16:16,570 --> 00:16:26,000
Əhvazın, səhv etmirəmsə, 10 kilometrliyində olan Dobbehordandan Əhvazı atəşə tuturdular –

96
00:16:27,200 --> 00:16:36,170
eyni ayda biz həmin vəziyyətdən elə bir vəziyyətə gəlib çatdıq ki, “Fəthül-mubin”

97
00:16:36,570 --> 00:16:44,510
və “Beytül-müqəddəs” əməliyyatlarının hər birində bir neçə min əsir götürdük, bir çox əraziləri, o cümlədən Xürrəmşəhri aldıq,

98
00:16:44,910 --> 00:16:52,910
mövqelərimizi möhkəmləndirdik və sair digər işlər baş verdi. Və bu, müharibənin sonuna qədər bu cür davam etdi;

99
00:16:53,140 --> 00:17:01,540
yəni günbəgün öz gücümüzü, mahiyyətimizi dərk edə,

100
00:17:02,000 --> 00:17:08,000
özümüzü tanıyıb irəli gedə bildik. Bu baş verdi!

101
00:17:08,000 --> 00:17:17,710
8 il bütün dünya bizim əleyhimizə müttəfiq olub bizimlə vuruşdu. Bu bir reallıqdır: bütün dünya!

102
00:17:18,050 --> 00:17:29,310
Yəni real olaraq Amerika bizim əleyhimizə idi, NATO bizim əleyhimizə idi, o vaxtkı Sovet İttifaqı bizim əleyhimizə idi,

103
00:17:29,940 --> 00:17:36,170
regiondakı mürtəce dövlətlər – həmin o Səudiyyə, Küveyt və qalanları – hamısı bizim əleyhimizə idi!

104
00:17:36,510 --> 00:17:44,620
Yəni hamısı bizim əleyhimizə müharibədə iştirak edirdi. Biz də yenicə böyüyüb qol-budaq atan,

105
00:17:45,020 --> 00:17:54,740
körpə və təcrübəsiz bir fidan olduğumuza baxmayaraq, bütün bunlara qalib gəlməyi bacardıq. Bu bizim təcrübəmizdir. Ürəyin xatircəm olması üçün bu kifayət deyilmi?

106
00:17:55,540 --> 00:18:07,140
Bu da eynilə Həzrət İbrahimin (ə) Allah-taaladan ölülərin necə dirildiyini öz gözləri ilə görmək istəməsi və quşların dirilməsi əhvalatı kimidir; Allah-taala ona buyurur ki,

107
00:18:07,880 --> 00:18:18,620
ürəyinin xatircəm olması üçün bu cür et. Bax bizim də qəlbimizdə bu xatircəmlik olmalıdır; kimdə yoxdursa, o adamın nə isə bir problemi var;

108
00:18:19,650 --> 00:18:27,880
yəni ən yaxşı halda, nikbin yanaşaraq deyə bilərik ki, problemi var;

109
00:18:28,050 --> 00:18:32,220
əgər bədbin yanaşsaq, tamam başqa cür mühakimə yürütməliyik.

110
00:18:34,510 --> 00:18:41,940
Biz mömin kimi hərəkət etsək, bütün çətinliklərə, bütün problemlərə qalib gələ bilərik;

111
00:18:42,340 --> 00:18:48,220
yaddaşımızda, xatirələrimizdə qorunub saxlananlardan məhz belə nəticəyə gəlmək olur.

112
00:18:48,510 --> 00:18:52,680
Bütün bunları deməklə mən sizin diqqətinizi gördüyünüz bu işin əhəmiyyətinə çəkmək istəyirəm;

113
00:18:54,450 --> 00:18:59,820
8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələrin unudulub getməsinə imkan verməyin.

114
00:19:00,280 --> 00:19:07,770
Bütün xırdalıqlar, bayaq dostlarımızın qeyd etdiyi hər bir şey önəmlidir.

115
00:19:08,510 --> 00:19:16,680
Qələmə alınan kitablar önəmlidir, bütün bunlar dəyərlidir. Bunlar sırf bir sənət əsəri deyil.

116
00:19:16,680 --> 00:19:22,450
Əlbəttə, sevindirici haldır ki, sənətkarlıq baxımından da yüksək səviyyəli işlər görülür; həm yazı,

117
00:19:22,800 --> 00:19:27,650
ədəbiyyat sahəsində, həm də kinoda və sairdə;

118
00:19:27,650 --> 00:19:35,420
xoşbəxtlikdən, çox gözəl, səviyyəli işlər ərsəyə gətirilir. Əlbəttə ki, bəzi sahələrdə daha irəliyik, bəzilərində bir qədər geriliyimiz var, daha da irəli getməliyik.

119
00:19:36,220 --> 00:19:44,680
Sənətkarlıq baxımından, ədəbi baxımdan dəyərli işlərdir;

120
00:19:44,680 --> 00:19:49,480
amma burada məsələ sənətkarlıq səviyyəsindən daha önəmlidir.

121
00:19:50,220 --> 00:19:59,480
Çəkilən filmlər, yazılan kitablar, əslində,

122
00:20:00,220 --> 00:20:12,280
heç bir zaman sarsılmayacaq bir şəkildə bərkitmək istədiyimiz bu dayaqlara tökülən betondur.

123
00:20:13,880 --> 00:20:22,050
İnqilabın, ölkənin inkişaf və yüksəlişinin,

124
00:20:22,680 --> 00:20:28,000
milli kimliyin dayaqlarını bərkitmək deməkdir; çox dəyərli bir işdir.

125
00:20:28,680 --> 00:20:34,400
Və sizə deyim ki, bu xatirələr, həqiqətən də, bir milli sərvətdir.

126
00:20:35,250 --> 00:20:44,170
Onlar xalqın sərvətidir. Özü də bu xatirələr təkcə onları danışan şəxslərə yox, hamıya aiddir, hamınındır.

127
00:20:44,740 --> 00:20:48,340
Onları danışmaq, yazıya almaq lazımdır.

128
00:20:50,050 --> 00:21:00,050
Əlbəttə, aydındır – dəfələrlə də demişik, baxanda da elə düzü budur ki – mübaliğədən, şişirtmədən qəti şəkildə çəkinmək lazımdır.

129
00:21:00,280 --> 00:21:07,880
Reallığın özü – həqiqətdə baş verənlər o qədər qürurverici, o qədər gözəl,

130
00:21:08,280 --> 00:21:16,910
o qədər ecazkardır ki, heç bir mübaliğəyə ehtiyac yoxdur; baş verənlər özləri bu cürdür.

131
00:21:16,910 --> 00:21:29,140
Elə nə olubsa, onları demək, həmin xatirələri yada salmaq, yaşatmaq, onları daha yaxşı çatdırmaq üçün sənətin dilindən istifadə etmək lazımdır.

132
00:21:30,400 --> 00:21:36,170
Özü də bunlar savabdır, sədəqədir. Bu işləri görən insanlar,

133
00:21:36,400 --> 00:21:45,140
bu gün burada iştirak edən qardaşlarımız – istər yazıçılar olsun, istərsə də kino xadimləri və sair –

134
00:21:46,850 --> 00:21:55,020
bilsinlər ki, gördükləri bu iş savab bir işdir, böyük bir mənəvi sədəqədir.

135
00:21:57,080 --> 00:22:06,510
Sizlər bu xalqın, bu ölkənin, bu cəmiyyətin ruzisini onlara çatdırırsınız;

136
00:22:06,800 --> 00:22:11,250
bu ilahi, mənəvi ruzini onlara çatdıran bir vasitəçisiniz.

137
00:22:12,110 --> 00:22:18,170
Bunun qədrini bilin, bu çox gözəl bir şeydir. “Nur yolçuları” ekspedisiyaları da bu qəbildən olan işlərdəndir;

138
00:22:18,510 --> 00:22:25,710
“Nur yolçuları” da savabdır, sədəqədir.

139
00:22:26,450 --> 00:22:32,220
Müqəddəs Müdafiə ilə bağlı xatirələri danışmaq, yazmaq, bu cür görüşlər təşkil etmək də eynilə.

140
00:22:32,740 --> 00:22:38,970
Bu ecazkar hadisənin arxa plana keçməsinə imkan verməyin.

141
00:22:39,310 --> 00:22:46,280
Əzizlərim! Bilin ki, bu gün bu həqiqətin bizim həyatımızın və düşüncəmizin reallığında

142
00:22:46,570 --> 00:22:57,200
zəifləyib arxa plana keçməsini istəyənlər var. Bu, kimlərinsə marağındadır;

143
00:22:58,620 --> 00:23:09,370
o şəxslərin marağındadır ki, bu gün onlar müsəlman ölkələri üçün planlar cızır,

144
00:23:09,820 --> 00:23:17,770
bu ölkələrə cihad, şəhidlik kimi məsələlərin ümumi dini bilgilər içərisindən,

145
00:23:18,050 --> 00:23:25,370
orta və ali məktəb dərsliklərindən çıxarılması, ləğv edilməsi barədə göstəriş verir, onlar da bunu qəbul edir.

146
00:23:26,220 --> 00:23:35,250
Bəli, bəzi ölkələrə belə bir göstəriş veriblər; “cihad, şəhidlik

147
00:23:36,280 --> 00:23:43,880
və sair bu kimi mövzuları çıxarın” – deyiblər, onlar da qəbul edərək ləğv ediblər.

148
00:23:44,280 --> 00:23:50,340
Bu cür maraqlar var, onlar ölkə daxilində də uzantılar verir, izlənilir

149
00:23:50,570 --> 00:23:59,080
və bəzi xırda-para mədəni siyasətlər şəklində orada-burada gözə dəyir. Bunları diqqətdən qaçırmamaq lazımdır.

150
00:23:59,250 --> 00:24:08,050
Gəlin bu savaşı, Müqəddəs Müdafiəni, şəhidliyi, cihadı daim yaşadaq,

151
00:24:08,400 --> 00:24:13,540
bu xatirələrin qədrini bilək; bunlar olduqca dəyərlidir.

152
00:24:16,570 --> 00:24:27,600
Əlbəttə ki, bu barədə hələ danışası sözümüz çoxdur; “biz” deyəndə mən sizi və müharibə iştirakçılarını nəzərdə tuturam.

153
00:24:27,820 --> 00:24:35,880
Onlar bugünkü gəns nəsillə Müqəddəs Müdafiə zirvəsini yaratmış,

154
00:24:36,110 --> 00:24:42,800
tariximizin bu parlaq səhifəsini yazmış o vaxtkı nəsil arasında

155
00:24:43,200 --> 00:24:49,880
sözün əsl mənasında bir bağlılıq yarada bilərlər. İnsanlar dönə-dönə, dəfələrlə bizə məktubla müraciət edir,

156
00:24:50,110 --> 00:24:58,220
xahiş edir, göz yaşı töküb yalvarırlar ki, gedib müqəddəs ziyarətgahların müdafiəsində iştirak etmələrinə icazə verək.

157
00:24:58,400 --> 00:25:05,650
Yəni eynilə 60-cı illərdə şahidi olduğumuz vəziyyət indi də var;

158
00:25:06,680 --> 00:25:16,800
o zaman da cavanlar, balaca uşaqlar, hansısa səbəbdən cəbhəyə getməsinə icazə verilməyən insanlar gəlib yalvarıb-yaxarır, müharibədə iştirak etmək istəyirdilər.

159
00:25:17,540 --> 00:25:25,310
İndi də çoxları bu cürdür;

160
00:25:27,770 --> 00:25:29,770
“Məni əməlisalehlərə qovuşdur”. (“Yusif” surəsi, 101-ci ayədən)

161
00:25:29,770 --> 00:25:39,940
Bu, əməlisalehlərə qovuşmaq, saleh olanlara qoşulmaqdır. Bütün bunlar sizin çəkdiyiniz zəhmətin nəticəsidir.

162
00:25:40,450 --> 00:25:46,800
İnşallah, Allah-taala bu çalışmanıza, bu işinizə bərəkət verər

163
00:25:47,940 --> 00:25:51,540
və təsirini günbəgün artırar.

164
00:25:51,940 --> 00:26:01,600
Mən incəsənət sahəsində çalışan insanlarımıza, əziz qardaşımız cənab Sərhəngiyə və digər rəsmilərə, həqiqətən, təşəkkür edirəm.

165
00:26:02,050 --> 00:26:11,140
Gördükləri iş olduqca dəyərlidir. Qoy davam etdirsinlər; həm bu anım gecələrini,

166
00:26:11,820 --> 00:26:19,200
həm də xatirələrin toplanıb tərtib edilməsi işini; nə qədər dəyərli bir işdir!

167
00:26:19,540 --> 00:26:29,080
Özü də müharibə iştirakçıları hər yerdə var; biz onlardan yalnız az qismini tanıyırdıq,

168
00:26:29,540 --> 00:26:40,400
xatirələrini eşitmişdik, sonradan yavaş-yavaş Azərbaycanda, Həmədanda, Lorestanda, Xorasanda,

169
00:26:40,680 --> 00:26:51,420
İsfahanda və başqa müxtəlif yerlərdə keçmiş döyüşçüləri tapdılar, xatirələrini yazıya aldılar,

170
00:26:51,650 --> 00:26:56,970
canlandırdılar. Baxıb gördük ki, bu, başdan-ayağa sözdən,

171
00:26:57,820 --> 00:27:05,540
məntiqdən, ruhiyyədən, ruhlandırmadan ibarət bir dünyadır, bir dəryadır.

172
00:27:05,540 --> 00:27:10,170
Bu çox dəyərli bir işdir, bunu davam etdirin.

173
00:27:10,620 --> 00:27:22,620
Mən dəfələrlə demişəm: biz bu 8 illik Müqəddəs Müdafiə ilə bağlı hələ bundan sonra 50 il də danışsaq, işləsək,

174
00:27:22,850 --> 00:27:33,600
yeni-yeni işlər ortaya qoysaq, azdır. ə güman edirəm ki, hələ 50 il sonra da bu mövzuda görülən işləri yekunlaşdıra bilməyəcəyik.

175
00:27:34,740 --> 00:27:42,000
Və Əlbəttə ki, yaxşı metodlardan, incəsənət janrlarından istifadə etmək lazımdır.

176
00:27:43,770 --> 00:27:52,110
Çox təşəkkür edirəm. Çox gözəl bir görüş idi. Cənabların çıxışlarından xeyli faydalandıq,

177
00:27:53,080 --> 00:27:58,400
çoxdandır ki, ziyarət edə bilmədiyimiz əziz dostlarımızdan bəziləri ilə də görüşdük.

178
00:27:58,910 --> 00:28:01,600
Allah-taala hamınıza uğur qazandırsın, inşallah.

179
00:28:02,000 --> 00:28:04,680
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.