1
00:00:00,460 --> 00:00:02,530
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,800 --> 00:00:14,460
Bu axşamkı görüşümüz çox xoş, ürəkaçan və inşallah ki, faydalı bir görüş oldu;

3
00:00:16,060 --> 00:00:30,600
əvvəla, çox gözəl şeirlər dinlədik və ölkəmizdə fars şeirinin getdikcə inkişaf etməsinə olan ümidlərimiz daha da artdı;

4
00:00:31,660 --> 00:00:46,660
ikincisi, ölkənin müxtəlif yerlərindən, cürbəcür mühitlərdə yetişmiş,

5
00:00:47,260 --> 00:00:57,330
fərqli baxışlara, fərqli siyasi əqidələrə malik olan şairlər burada iştirak etdi və cürbəcür şeirlər oxudular. Demək olar ki, səslənən şeirlər hamısı yaxşı idi;

6
00:00:58,460 --> 00:01:02,060
bütün bunlar ürəkaçan və ümidvericidir.

7
00:01:02,330 --> 00:01:15,530
Şeir bir milli sərvətdir; bütün şeir janrları – qəzəl, qəsidə, rübai,

8
00:01:16,130 --> 00:01:27,730
qitə, məsnəvi və ya necə deyərlər, klassik şeir nümunələri, hətta Nimasayağı, yəni müasir şeirlər –

9
00:01:28,400 --> 00:01:37,260
hamısı sərvətdir, milli sərvətdir. Bu sərvətin hansı yolda xərclənəcəyi çox önəmlidir;

10
00:01:39,000 --> 00:01:49,460
indiyə qədər və elə indinin özündə də ölkəmizdə bu sərvəti İslam İnqilabının bizə təqdim etdiyi,

11
00:01:49,930 --> 00:02:04,930
qazandırdığı və bərqərar etdiyi dəyərlərdən uzaq məfhumlara xidmət yolunda sərf etməyə çalışanlar olub; bu kimi səylər var;

12
00:02:07,200 --> 00:02:18,660
əlbəttə ki, inqilabın əvvəlindən bəri də olub. Səbəbi də budur ki, inqilabdan əvvəl bizim yaxşı şairlərimiz var idi; müxtəlif şeir janrlarında,

13
00:02:19,660 --> 00:02:29,930
müxtəlif keyfiyyətdə və müxtəlif səviyyələrdə şeir yazan böyük şairlər var idi;

14
00:02:30,400 --> 00:02:38,860
amma o şeirlər arasında bu xalqın işinə yaraya biləcək əsərlər bir o qədər də çox deyildi, az idi;

15
00:02:39,460 --> 00:02:45,930
istər qədim – cənablar demişkən, klassik şeirlər olsun, istərsə də müasir şeirlər.

16
00:02:46,600 --> 00:02:53,860
Biz o dövrün ədəbi mühitində olduğumuza görə görürdük;

17
00:02:54,600 --> 00:03:04,000
bəzi insanlar var idi ki, şeir yazırdılar, yeni səpkidə şeirlər yazırdılar, hətta novatorluq, yeni fikir irəli sürmək iddiası da edirdilər, amma əslində

18
00:03:04,460 --> 00:03:13,000
ölkənin inkişafına, gerçək və düzgün şəkildə müasirləşməsinə heç bir xidmət göstərmirdilər.

19
00:03:14,200 --> 00:03:23,460
Yeni şeir deyib bununla qürrələnən, yeni məfhumlara xidmət etdiyi iddiası ilə ədabazlıq edən adamların çoxu

20
00:03:23,460 --> 00:03:30,800
saraya, saraya yaxın şəxslərə və sairə nökərçilik edirdi;

21
00:03:31,060 --> 00:03:40,660
yəni onların etdiyinə əməkdaşlıq demək olmazdı; sözün həqiqi mənasında nökərçilik edirdilər; biz özümüz bəzilərini yaxından,

22
00:03:40,930 --> 00:03:48,930
bəzilərini isə qiyabi olaraq tanıyırdıq; nə etdiklərini görür, eşidirdik. Şeir inqilabi məfhumlara xidmət etmirdi;

23
00:03:49,260 --> 00:04:01,660
ölkənin oyanışına və məlumatlanmasına yol açacaq məfhumlara xidmət etmirdi; demək olmaz ki, heç yox idi, az idi, çox az idi; olmalı olduğundan az idi;

24
00:04:02,530 --> 00:04:15,660
olanlar da kütlənin, istiqamətləndirilməyə ehtiyacı olan təbəqənin faydalana biləcəyi şəkildə deyildi.

25
00:04:16,130 --> 00:04:23,400
O dövrün yenilikçi şairləri içərisində - qaymaqlar arasında – misal üçün,

26
00:04:23,930 --> 00:04:29,600
yaradıcılığı ilə bu cür məfhumlara hamısından daha çox xidmət edəni Əxəvan idi;

27
00:04:30,060 --> 00:04:40,200
intəhası Əxəvanın şeirləri elədir ki, çoxları onlardan ümumiyyətlə doğru-dürüst bir şey anlamırdı; elə üstüörtülü,

28
00:04:40,730 --> 00:04:49,460
simvolik şəkildə danışırdı ki, çoxları başa düşmürdü; düzdür, bilənlər, onun dili ilə tanışlığı olanlar anlayırdı;

29
00:04:50,130 --> 00:04:56,060
şairlərdən bu sahəyə qətiyyən yad olan, başı çıxmayanlar isə başqa məfhumlara xidmət edirdi.

30
00:04:56,060 --> 00:05:04,600
Eynilə klassik şairlər də; əlbəttə, kənar-bucaqda dini və ya inqilabi mövzularda

31
00:05:05,130 --> 00:05:18,060
şeirlər yazan insanlar var idi, amma çox az idi; poeziya ölkəni irəli aparacaq, insanların gözlərini açacaq məfhumlara xidmət etmirdi.

32
00:05:18,400 --> 00:05:27,330
İnqilabdan sonra isə o gedişat dəyişdi; gənc şairlər, əzmkar insanlar ortaya çıxdı.

33
00:05:27,730 --> 00:05:38,130
Əlhəmdulillah, həmin gənclər sonradan poeziya aləmində çox yüksək mövqe də qazandılar – mərhum Hüseyni kimi, mərhum Qeysər Əminpur kimi,

34
00:05:38,400 --> 00:05:45,000
cənab Əli Müəllim  kimi (bugünkü görüşümüzdə yoxdur) və bəzi digərləri kimi; bunlar yaradcılığa

35
00:05:45,200 --> 00:05:59,800
inqilabın əvvəllərində başlamış gənclər idi – həqiqətən, xidmət etdilər. Yəni onlar inqilabı yeni bir müstəviyə keçirdilər.

36
00:06:00,660 --> 00:06:10,600
Onlar kimilər, həqiqətən də, xidmət göstərdi; o zaman sayları az idi, amma günbəgün çevrələri genişləndi.

37
00:06:11,000 --> 00:06:21,930
Əlbəttə, bəzən mən başqa məfhumlara xidmət edən şeir nümunələri də görürəm;

38
00:06:22,660 --> 00:06:31,000
indi bəzilərində dini, inqilabi anlayışlara qarşı inadkarlıq var, bəzilərində isə yox, heç bir indakarlıq yoxdur –

39
00:06:31,460 --> 00:06:35,400
belə ki bəzən gəlib şeirlərini bizə də gətirdikləri olur; baxırıq, görürük –

40
00:06:35,730 --> 00:06:45,200
buna baxmayaraq, bu gün ümumi ölkə miqyasında inqilaba uyğun şeirlər üstünlük təşkil edir;

41
00:06:45,600 --> 00:06:53,330
indi ya dini mövzudadır, ya inqilabi mövzudadır, ya da Müqəddəs Müdafiə və bu kimi məsələlərlə bağlı anlayışları əks etdirir.

42
00:06:53,530 --> 00:07:00,800
Cürbəcür belə şeirlər var. Sevindirici haldır ki, bu gün bu sərvət bu istiqamətdə istifadə olunmağa başlayır.

43
00:07:01,530 --> 00:07:08,660
Bir neçə il əvvələ qədər şeirin mayası, yəni şeirə həvəs var idi, amma keyfiyyət yüksək deyildi;

44
00:07:08,930 --> 00:07:16,860
bu gün isə, xoşbəxtlikdən, keyfiyyət baxımından da inkişaf, irəliləyiş var. Oxunan şeirlərdə bunu müşahidə etmək olur.

45
00:07:18,460 --> 00:07:26,730
Əvvəllər mən ramazan ayının ortasında keçirdiyimiz görüşlərdə – artıq bir neçə ildir,

46
00:07:26,930 --> 00:07:34,460
təxminən 30 ilə yaxındır ki, bu görüşlərimiz olur – eşidirdim, dinləyirdim, amma oxunan şeirlərdən, həqiqətən də,

47
00:07:34,730 --> 00:07:44,400
qıcıqlanırdım; çünki görürdüm ki, şeirlər lazımi səviyyədə deyil.

48
00:07:44,400 --> 00:07:50,660
İndi isə yox! Dostlarımızdan hər biri öz şeirini oxuyanda insan iftixar duyur,

49
00:07:51,000 --> 00:08:02,600
hiss edirsən ki, əlhəmdulillah, iş irəli gedir; yəni poeziya – inkişafa, qol-qanad açmağa qadir olan bu mayanın özü –

50
00:08:02,800 --> 00:08:11,600
daim inkişafdadır. Şeir bu cürdür; yəni incəsənət bu cürdür; bir çox həqiqətlər bu cürdür ki,

51
00:08:11,860 --> 00:08:21,600
əgər vaxt keçdikcə ölkədə onların üzərində işlənsə, inkişaf edir, yüksəlir. Eynilə günbəgün qol-budaq atıb böyüyən bir ağac kimi;

52
00:08:21,800 --> 00:08:32,930
əgər ona diqqət və qayğı göstərilsə, yerində qulluq edilsə, sulansa, budansa və sair şərtlərə əməl edilsə,

53
00:08:33,400 --> 00:08:42,000
günbəgün inkişaf edəcək, xeyri, meyvəsi daha çox olacaq. Sevindirici haldır ki, bu gün ölkəmizdə poeziya sahəsində bu vəziyyət mövcuddur.

54
00:08:42,260 --> 00:08:56,130
Odur ki bu iki xüsusiyyət müşahidə olunur: həm poeziya – bu böyük insani sərvət – digər sferalara nisbətdə götürdükdə

55
00:08:56,800 --> 00:09:02,860
yaxşı məfhumlara xidmət edir, həm də bu məfhumlara xidmət edən şeirin səviyyəsi heç də pis deyil, yüksəkdir,

56
00:09:02,860 --> 00:09:08,400
yaxşıdır və get-gedə inkişaf etməkdə, irəliləməkdədir; bu iki məqam var.

57
00:09:08,730 --> 00:09:22,330
Lakin mən qeyd etmək istəyirəm ki, belə sahələrdə durğunluq, özünü lazımi səviyyəyə çatmış kimi hiss etmək öldürücü zəhərə bərabərdir.

58
00:09:22,930 --> 00:09:29,130
Sizdən hər biriniz, gözəl, zövqverici şeirləri olanlar

59
00:09:29,600 --> 00:09:37,200
əgər artıq son dayanacağa çatdıqlarını və ardınca daha heç nə olmadığını hiss etsələr, heç şübhəsiz,

60
00:09:37,530 --> 00:09:44,530
ətalətə uğrayıb getdikcə eniş etməyə başlayacaqlar. Bundan əlavə, bu hiss həm də yanlışdır; tutalım ki, bu gün burada

61
00:09:44,860 --> 00:09:53,460
bir dəyərləndirmə keçirdik və kimsə birinci yeri tutdu. Burada toplaşanlar arasında birinci yerə çıxmış o şəxs

62
00:09:54,000 --> 00:10:03,000
ümumilikdə poeziya aləmində birinci olmayacaq; yəni ən azından Sədi, Hafiz, Firdovsi, Cami və sair bu kimi dahilərlə arasında böyük məsafə olacaq,

63
00:10:03,400 --> 00:10:12,200
hələ onlara çatmalıdır. Əlbəttə, onlardan da yüksəyə qalxmaq olar; belə deyil ki, Hafizin şeirləri

64
00:10:12,800 --> 00:10:21,730
ən mükəmməl poeziya hesab olunmalıdır; xeyr, ondan da yuxarı qalxmaq mümkündür; həm şeirin dili,

65
00:10:22,460 --> 00:10:31,530
münasib söz və ifadələrdən istifadə baxımından, həm də məzmun, tematika baxımından; misal üçün,

66
00:10:31,860 --> 00:10:42,000
Saibin, Kəlimin, Həzinin, hamısından da çox Bidəlin şeirinin tematikası kimi.

67
00:10:42,330 --> 00:10:50,330
Bir sözlə, bu sahədə daha çox işləmək lazımdır, işləmək olar da və bu ağac

68
00:10:50,730 --> 00:10:56,530
bundan daha çox inkişaf edib qol-budaq atmaq potensialına malikdir.

69
00:10:56,530 --> 00:11:06,660
Demək istədiyim budur ki, şeirdə, əlhəmdulillah, müəyyən səviyyəyə gəlib çatmış, yaradıcılığı tərifəlayiq olan dostlarımız

70
00:11:06,860 --> 00:11:15,860
düşünməsinlər ki, “lap yaxşı, Allaha şükür, artıq çatdıq, daha qurtardı”; xeyr, hələ çalışmalı, işləməli, irəli getməlidirlər.

71
00:11:16,130 --> 00:11:26,800
Şeir aləmindən – hələ bundan əvvəlki nəsildən – elə insanlar tanıyırıq ki,

72
00:11:27,130 --> 00:11:34,260
yazdıqları şeirlər poetik baxımdan bu günün yaxşı şairlərindən kifayət qədər yüksək səviyyədə olub;

73
00:11:34,530 --> 00:11:42,730
yəni məsələn, qəzəldə, doğrudan da, yüksək səviyyə tutublar. İndi məzmunla işimiz yoxdur;

74
00:11:43,060 --> 00:11:53,800
məzmunu qəbul etməyə bilərik, amma qəzəlin quruluşu baxımından yüksək səviyyədədirlər; misal üçün Əmiri Firuzkuhi, ya Rəhi Moəyyeri,

75
00:11:54,400 --> 00:12:01,260
ya elə bu yaxınlara qədər mərhum Qəhrəman, Qüdsi və ya bəzi digərləri; bunlar poetik baxımdan yüksək səviyyədə olublar,

76
00:12:01,800 --> 00:12:11,130
bunlardan keçmək olmaz. Yeni şeirdə də eynilə; yeni şeirdə də həqiqətən görkəmli simalar olub;

77
00:12:11,530 --> 00:12:17,800
indi bizim tanıdıqlarımız, mənim tanıdıqlarım; mərhum Əxəvan və sair onun kimilər.

78
00:12:17,800 --> 00:12:24,460
İstənilən halda irəli getmək lazımdır, yerində saymaq olmaz. Bu bir məqam.

79
00:12:24,800 --> 00:12:32,400
Yazdığınız şeirlərə bacardığınız qədər diqqətli yanaşın; həm mövzu seçimi baxımından, həm söz və ifadələrin gözəlliyi baxımından,

80
00:12:32,730 --> 00:12:40,130
həm də bu günün ehtiyacı olan anlayışlara istiqamətləndirmə baxımından; o anlayışları tapıb üzə çıxarın.

81
00:12:40,600 --> 00:12:53,930
Əlimizi vicdanımıza qoyub deyək ki, biz iranlılar öz həqiqətlərimizi və şəxsiyyətlərimizi tanıyıb-tanıtdırmaqda tənbəlik; həqiqətən, belədir.

82
00:12:53,930 --> 00:13:06,060
Əlbəttə ki, bunun səbəbini araşdırmaq sosioloqların işidir; araşdırsınlar, görsünlər ki, bu, bizim milli xüsusiyyətimizdir,

83
00:13:06,400 --> 00:13:15,130
yoxsa zamanla kənardan qanımıza yeridilib. Biz öz şəxsiyyətlərimiz barədə araşdırma aparmağa tənbəllik edirik. Misal üçün, dahi liderimiz İmam Xomeyni

84
00:13:15,460 --> 00:13:27,400
birinci dərəcəli, parlaq bir şəxsiyyətdir; yəni heç kim – nə dost, nə də düşmən – onun misilsiz və dahi bir şəxsiyyət olduğuna şübhə etmir

85
00:13:28,460 --> 00:13:35,130
və əzəmətini sual altına salmır. Kimsə onu qəbul etməyə bilər, amma əzəmətini hökmən qəbul edir.

86
00:13:35,330 --> 00:13:44,130
İndi gəlin görək biz müasirimiz olmuş və 30 ilə yaxındır ki, dünyasını dəyişmiş bu böyük şəxsiyyət haqda neçə cild kitab yazmışıq?

87
00:13:45,200 --> 00:13:51,600
Həqiqətən, düşünün, görün biz İmam barədə neçə kitab yazmışıq?

88
00:13:53,060 --> 00:14:01,260
Bunu, məsələn, Amerikada Abraham Linkoln haqda yazılmış kitablarla müqayisə edin.

89
00:14:01,530 --> 00:14:09,130
Mən bir mənbədən oxumuşdum ki, əgər Abraham Linkoln barədə kitabların hamısını üst-üstə yığsan,

90
00:14:09,400 --> 00:14:13,660
10 metrlik bir sütun alınar; təsəvvür edin.

91
00:14:14,060 --> 00:14:22,730
İndi Abraham Linkolnun onu başqa ABŞ prezidentlərindən fərqləndirən bir ad-sanı var – hərçənd mənim fikrimcə, o ad-san da yalançıdır; deyilənə görə,

92
00:14:23,200 --> 00:14:30,200
qullara azadlıq verilməsində və sairdə onun böyük rolu olub; hamısı havayı sözlərdir, həqiqətə uyğun deyil; indi hər nə isə, tarixdə bu adla qalıb –

93
00:14:30,730 --> 00:14:43,860
amma Ayzenhauer və başqaları kimi adi ABŞ prezidentləri haqqında da bəzən minlərlə cild kitab yazılıb!

94
00:14:44,200 --> 00:14:52,130
Zarafatdır?! Baxın görün biz İmam Xomeyni haqqında neçə kitab yazmışıq?

95
00:14:52,400 --> 00:15:00,260
Biz iranlılar bu məsələdə geridəyik, yoxsa mən hətta ərəb ölkələrində də görmüşəm ki,

96
00:15:00,530 --> 00:15:10,600
bir hadisə baş verən kimi, dərhal o barədə kitab yazılır. Dərhal analizlər, siyasi kitablar və sair bu qəbildən olan yazılar yazırlar.

97
00:15:11,530 --> 00:15:17,600
Lehinə və əleyhinə olanlar müxtəlif aspektlərdən, müxtəlif siyasi mövqelərdən

98
00:15:18,260 --> 00:15:25,660
analiz edirlər. İnsafla deməliyik ki, biz bu sahədə geriyik. Poeziyada da bu cürdür.

99
00:15:26,130 --> 00:15:34,330
Misal üçün, Dəməşqdə baş verən olaylar, müqəddəs hərəmləri müdafiə edən insanların şəhid olması;

100
00:15:35,060 --> 00:15:41,800
yeri var ki, bu barədə yüzlərlə şeir yazılsın.

101
00:15:42,530 --> 00:15:49,860
Və ya İraqda baş verənlər; orada gedən proseslər olduqca önəmlidir;

102
00:15:50,060 --> 00:15:56,600
əlbəttə ki, bu məsələdə camaatımıza bir qədər haqq qazandırmaq olar, çünki xalqımızın əksəriyyəti

103
00:15:56,930 --> 00:16:05,600
İraqda əslində nə baş verdiyindən – Amerikanın İraqda nələr etmək istədiyindən, başının daşa necə dəydiyindən,

104
00:16:05,860 --> 00:16:11,730
buna hansı amillərin səbəb olduğundan – bir qayda olaraq xəbərsizdir,

105
00:16:11,930 --> 00:16:19,860
amma yenə də İraq adlı ölkədə, doğrudan da, çox qəribə və heyrətamiz hadisələr baş verir. Kimin ağlına gələrdi ki,

106
00:16:20,400 --> 00:16:28,660
Səddam Hüseynin İraqı Şəhid Həkimin İraqına çevrilə! Görün aralarında nə qədər fərq var!

107
00:16:29,200 --> 00:16:42,200
Təsəvvürəgəlməzdir, amma bu, baş verdi. Bu barədə yüzlərlə, minlərlə şeirlər yazılmalı, poemalar qələmə alınmalıdır.

108
00:16:42,200 --> 00:16:53,800
Bu gün yoldaşlardan biri bir poemasını gətirmişdi, baxdım; quruluşu dəqiq yadımda deyil, deyəsən, dördlük idi; poema idi.

109
00:16:54,460 --> 00:17:05,460
Poema janrında da biz kifayət qədər işləməmişik. Müəyyən bir mövzunu nəzərdə tutun, o barədə poema yazın;

110
00:17:06,130 --> 00:17:16,330
keçmişdəki şairlərimiz kimi. Mərhum Əmir Firuzkuhinin maraqlı və diqqətəlayiq işlərindən biri də onun poemaları idi.

111
00:17:16,330 --> 00:17:26,600
O, 3 cür, 3 janrda, 3 səpkidə şeir yazırdı: birincisi, qəzəl –

112
00:17:26,930 --> 00:17:35,460
hind üslubunda gözəl, bəlağətli, məsələn, dolğun məzmunlu qəzəlləri var idi; ondan sonra, Xaqani üslubunda qəsidələri var idi;

113
00:17:35,800 --> 00:17:42,800
Əmiri Firuzkuhinin qəsidələrinə nəzər salanda bəzən onları Xaqaninin qəsidələri ilə qarışıq salmaq olur;

114
00:17:43,260 --> 00:17:51,530
həqiqətən də, Xaqani üslubunda qəsidələr yazıb; və üslub baxımından bu iki janrdan tamamilə uzaq olan poemaları var idi;  yeni üslubda.

115
00:17:51,530 --> 00:18:00,200
Tutalım, Simindəştdə bir ağaca – məsələn, şimalda yerləşən mülküdə

116
00:18:00,530 --> 00:18:10,660
hansısa bir ağac olub – ona poema həsr etmişdi; yəni əvvəllər bunlar olub. Və ya mərhum İlahi Qəmşeyi;

117
00:18:10,860 --> 00:18:20,400
onun o “Hüseynə nəğmə”  şeiri poemadır; o şeiri o,

118
00:18:20,400 --> 00:18:32,660
oğlu Hüseynağa üçün yazıb. Mərhum cənab İlahi şəxsən özü mənə bu şeirin yazılma tarixçəsini danışmışdı; həmin uşaq südəmər vaxtı bərk xəstələnib,

119
00:18:33,460 --> 00:18:45,530
atası onun sağalmağından ümidini üzüb. Nəzir edib ki, əgər bu uşaq sağ qalsa,

120
00:18:46,000 --> 00:18:51,930
İmam Hüseynə (ə) bir poema yazacaq.

121
00:18:52,600 --> 00:19:00,460
Deyirdi, fikirləşməyə başladım, gördüm uşaq ölür, daha axır saatlarıdır, gedəcək, öləcək;

122
00:19:00,660 --> 00:19:04,800
anası uşağın can verməyini görməsin deyə

123
00:19:05,060 --> 00:19:10,330
ona dedim ki, çardağa çıxsın; dedim, get çıx çardağa, başını aç, dua et, filan et;

124
00:19:10,600 --> 00:19:20,730
bu bəhanə ilə anasını uzaqlaşdırmaq istəyirdim ki, uşağın can verməyini görməsin; özümün isə birdən-birə ağlıma belə bir nəzir etmək gəldi ki,

125
00:19:21,460 --> 00:19:29,800
əgər bu uşaq yaxşılaşsa, İmam Hüseyn (ə) barədə bir poema yazım.

126
00:19:30,460 --> 00:19:36,260
Sonra başladım düşünməyə ki, məsələn, haradan başlayacağam, necə yazacağam və sair;

127
00:19:36,530 --> 00:19:42,200
yavaş-yavaş beynimdə düzüb-qoşmağa başlamışdım ki, gəlib çatdım Əliəsğərə, Əliəsğərin suya həsrət qalmağına.

128
00:19:42,600 --> 00:19:49,730
Qəflətən ağlıma gəldi ki, bu uşaq həkimin göstərişi ilə 3 gündür nə su içib, nə də süd. Həkim demişdi ki,

129
00:19:49,930 --> 00:19:58,060
suyun, südün bu uşağa ziyanı var, əgər içsə, öləcək. Özüm-özümə dedim ki, bu uşaq susuzluqdan yanır,

130
00:19:58,400 --> 00:20:03,930
indi ki daha ölür, qoy mən ona su verim, sonra ölsün. Onsuz da ölür, heç olmasa susuz getməsin.

131
00:20:04,200 --> 00:20:12,330
Deyirdi, qalxıb su gətirdim, çay qaşığı ilə damcı-damcı dodaqlarının arasına tökməyə başladım.

132
00:20:12,330 --> 00:20:19,330
İki-üç dəfə tökəndən sonra gördüm ki, gözləri açıldı; daha da çox su verdim, ağlamağa başladı;

133
00:20:19,600 --> 00:20:26,800
kandara çıxıb anasını çağırdım, dedim gəl, uşağın süd istəyir.

134
00:20:27,200 --> 00:20:34,260
Deyirdi, anası elə bildi ki, uşaq ölüb, mən bu cür dil deyirəm ki, “gəl, uşağına süd ver”.

135
00:20:34,260 --> 00:20:40,930
Aşağı düşdü, gördü ki, yox, uşaq ağlayıb süd istəyir, başladı onu əmizdirməyə. Deyirdi ki, bununla da uşaq yaxşılaşdı!

136
00:20:41,330 --> 00:20:47,000
Əlbəttə ki, bu hadisəni o “Hüseynə nəğmə” şeirinin əvvəlində də danışıb;

137
00:20:47,000 --> 00:20:55,330
mənə danışdıqları şeirdə yazdıqlarından bir qədər fərqlənir:

138
00:20:55,930 --> 00:21:01,460
“Adlar içində Hüseyn adı göydən gəlib”.

139
00:21:01,930 --> 00:21:08,200
O nitq söyləyən Hüseyn İlahi (Qəmşeyi) həmin o uşaqdır; o uşaq belə bir hadisədən sonra sağ qalıb.

140
00:21:08,600 --> 00:21:12,930
“Adlar içində Hüseyn adı göydən gəlib”.

141
00:21:13,130 --> 00:21:22,860
Əlqərəz, “Hüseynə nəğmə” poemasını o yazıb və cənab İlahi Qəmşeyinin ən gözəl şeirlərindən biri də elə bu şeirdir;

142
00:21:22,860 --> 00:21:31,660
yəni “Hüseynə nəğmə” onun ən yüksək səviyyəli şeirlərindən biridir. Demək istədiyim odur ki, indi poemalar yoxdur, yazılmır.

143
00:21:32,330 --> 00:21:39,930
Dostlarımızdan biri qeyd etdi ki, hazırda bizdə olmayan şeylərdən biri də – onun dediyinə görə – həcv janrıdır;

144
00:21:39,930 --> 00:21:46,930
bu avropa terminləri də o qədər yayılıb ki, onlar olmadan, elə bil, adam deyiləni başa düşmür;

145
00:21:47,400 --> 00:21:55,200
həcv üslubu. Peyğəmbər (s) Həssan ibn Sabitə buyurub ki, bunları həcv et;

146
00:21:55,530 --> 00:22:03,200
oda həcv etməyə başlayıb. Siz də həcvlər yazın; qılınc rəqsi edir! Modern cahiliyyətlə

147
00:22:03,530 --> 00:22:09,330
qəbilə prinsipli cahiliyyət yan-yana durub! Həcv yazmaq üçün bundan yaxşı nə mövzu,

148
00:22:09,660 --> 00:22:18,730
nə mənzərə ola bilər?! Öz şeirinizdə bunu həcv edin. Misal üçün bu barədə yüzlərlə şeir yazmaq olar. Bir şeyi də qeyd edim ki,

149
00:22:19,000 --> 00:22:24,860
biri var həcv, biri də var satira; xoşbəxtlikdən, satira yazanlarımız var.

150
00:22:25,130 --> 00:22:32,260
Bu axşam öz şeirini təqdim edən dostumuz da, cənab Nasir Feyz də – hərçənd o şeir oxumadı – başqaları da,

151
00:22:32,460 --> 00:22:40,330
şükürlər olsun ki, satira cəhətdən pis deyillər; yavaş-yavaş müəyyən irəliləyişlər etmişik; amma həcvin yeri görünür;

152
00:22:40,600 --> 00:22:47,200
bəzi adamların bəzən gördüyü bəzi işlər həcv edilməlidir. Misal üçün,

153
00:22:47,600 --> 00:22:54,460
Səudiyyə Ərəbistanı kimi bir dövlətə BMT-nin İnsan Haqları Komissiyasında, nə bilim, hansı missiyanı həvalə etmək!

154
00:22:54,800 --> 00:23:02,600
Həcv üçün bundan maraqlı mövzu ola bilməz! Həcvin, doğrudan da, yeri var, həcv etməmək heyifdir;

155
00:23:02,600 --> 00:23:08,930
belə bir şeyi həcv etməsən, həqiqətən, heyif olar, əldən buraxılmış olar.

156
00:23:09,200 --> 00:23:14,060
Bu da belə. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin. Daha saat 12 olub, xudahafiz.