1
00:00:00,330 --> 00:00:02,930
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,660 --> 00:00:10,260
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:12,600 --> 00:00:16,000
سيّما بقيّةالله في الارضين

4
00:00:16,530 --> 00:00:21,330
Əziz qardaşlar, möhtərəm cənablar, çox xoş gəlmisiniz.

5
00:00:22,930 --> 00:00:36,400
Periodik olaraq keçirdiyimiz xoş və ürəkaçan görüşlərdən biri də sizinlə olan bu görüşlərimizdir.

6
00:00:38,330 --> 00:00:51,530
Sizin öz sosial mühitinizə göstərdiyiniz təsir, bu mötəbər iclasların ümumilikdə dövlətə və hökumətə olan təsiri –

7
00:00:52,400 --> 00:01:05,930
bütün bunlar çox önəmli məqamlardır; ümidvaram ki, Allah-taala düşüncələrinizə, ideyalarınıza, səsləndirdiyiniz fikirlərə, görmək istədiyiniz

8
00:01:06,660 --> 00:01:13,730
və həyata keçməsi üçün addım atdığınız işlərə öz lütf və yardımını əta edəcək və bunlar hamısı arzulanan nəticəni verəcək, inşallah.

9
00:01:14,260 --> 00:01:23,000
Çıxışlarına görə cənab Cənnətiyə və cənab Şahrudiyə təşəkkürümü bildirirəm;

10
00:01:23,200 --> 00:01:33,860
çox faydalı fikirlər səsləndirdilər, bu bir neçə gün ərzində Xubriqan Məclisinin iclasının hansı atmosferdə keçdiyi barədə məlumatlandıq.

11
00:01:34,330 --> 00:01:44,000
Əlbəttə ki, bundan öncə mənə bu barədə hesabat da təqdim olunmuşdu. Cənablar çox önəmli, həqiqətən də, diqqətəlayiq məsələlərə toxunublar.

12
00:01:44,860 --> 00:01:52,400
İstərdim ki, mərhum Hacı Şeyx Əliəsğər Məsuminin də xatirəsini yad edək;

13
00:01:52,930 --> 00:02:00,330
Allah ona rəhmət etsin; bizim köhnə dostlarımızdan idi, Xubriqan Məclisinin bir neçə çağırışında məclis üzvü olmuşdu.

14
00:02:00,600 --> 00:02:09,600
Bu son çağırışda isə səhhəti ilə əlaqədar olaraq özü Xubriqan Məclisində iştirak etmək istəməmişdi; bir neçə gün bundan əvvəl rəhmətə gedib;

15
00:02:09,860 --> 00:02:13,260
ümidvaram, Allah-taal onu öz lütf və rəhmətinə layiq görəcək.

16
00:02:14,260 --> 00:02:23,400
Cənablar – cənab Cənnəti və cənab Şahrudi – budəfəki görüşümüzün məhərrəm ayına təsadüf etdiyini qeyd etdilər;

17
00:02:23,730 --> 00:02:31,860
çox önəmli bir təsadüfdür. Məhərrəm ayı İmam Hüseynin ayıdır, Hüseynə aiddir,

18
00:02:32,930 --> 00:02:43,200
Seyyidüş-şühədanın (ə) varlığında təcəssüm etmiş bütün o dəyərlərin ayıdır;

19
00:02:43,600 --> 00:02:53,060
şəhadət, cihad, ixlas, sədaqət, fədakarlıq,

20
00:02:53,530 --> 00:03:05,130
dini, Allahın dinini qorumağa, dinin əleyhinə olan güclərlə mübarizəyə can atma ayıdır.

21
00:03:05,530 --> 00:03:15,530
Seyyidüş-şühədanın (ə) mübarək varlığı, Aşura hadisəsi və məhərrəm ayında baş vermiş digər olaylar bu şeylərin təcəssümüdür.

22
00:03:16,130 --> 00:03:26,400
Belə bir fikir var ki, İslam dinini Seyyidüş-şühədanın qiyamı qoruyub saxlayıb; bu, həqiqətən də, doğrudur.

23
00:03:27,260 --> 00:03:38,060
Eyni zamanda bu hadisə zaman keçdikcə, əsrlər bir-birini dəyişdikcə günbəgün daha da canlanıb, daha da aktuallaşıb.

24
00:03:38,600 --> 00:03:46,530
Bu gün bu mərasim zahirən insanların dini inancına bugünkü kimi təzyiqlər göstərən,

25
00:03:46,860 --> 00:04:01,930
qarşı çıxan qüvvələrin olmadığı yüz il bunda öncədən də daha emosional, daha genişmiqyaslı, daha izdihamlı şəkildə keçirilir.

26
00:04:02,530 --> 00:04:15,200
Bütün bunların mənası var, bütün bunlar dünyada Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında bir həqiqətin, bir hərəkatın həyata keçdiyini göstərir.

27
00:04:16,260 --> 00:04:23,000
İnşallah, bu hərəkat irəliləyəcək və xalqların problemlərini həll edib dərdlərinə əlac olacaq.

28
00:04:23,260 --> 00:04:32,260
Bu gün mən 3 mövzuya toxunmaq istəyirəm; birincisi bu mötəbər məclislə, yəni Xubriqan Məclisi ilə bağlıdır;

29
00:04:33,060 --> 00:04:41,060
ikinci mövzu, demək olar ki, dəfələrlə üzərində durduğumuz bir mövzudur: ölkədəki problemlər barədə danışacağam;

30
00:04:41,460 --> 00:04:51,130
və bir də dünyada və regionda gedən proseslərə, onların bizimlə, İslam Respublikası ilə əlaqəsinə toxunacağam.

31
00:04:53,330 --> 00:05:09,260
Birinci mövzuya gəlincə, Xubriqan Məclisi özünün tərkibi, funksiyası, bu illər ərzindəki fəaliyyəti baxımından,

32
00:05:11,730 --> 00:05:20,200
həqiqətən də, müstəsna və tayı-bərabəri olmayan bir qurumdur. Və düşünürəm ki,

33
00:05:20,530 --> 00:05:33,060
indiyə qədər görmüş olduğu və hazırda gördüyü işlərdən əlavə, bu məclisə daha bir mühüm işin həyata keçirilməsində ümid bağlamaq olar.

34
00:05:33,400 --> 00:05:43,400
Həmin iş İslam İnqilabına, bu inqilabın kursuna ümumi, strateji baxışdan ibarətdir.

35
00:05:43,860 --> 00:05:51,660
Bizim dövlət qurumlarımızda bu yoxdur; bu işi həyata keçirəcək bir qurumumuz yoxdur. Əlbəttə ki, bu, Ali Rəhbərin vəzifələri sırasına daxildir

36
00:05:51,860 --> 00:06:02,930
və bu günə qədər mümkün olduğu qədər (bu həqir bəndənin nöqsanlı cəhətlərinin yol verdiyi həddə) bu işin həyata keçirilməsinə səy göstərilib, lakin bunun üçün ayrıca bir qurumumuz yoxdur.

37
00:06:03,330 --> 00:06:14,460
Hakimiyyətin 3 qolunun işi ölkəni idarə etməkdir, ölkəni idarə etməlidirlər; hər biri bir sferada, bir şəkildə.

38
00:06:15,130 --> 00:06:27,800
Əlbəttə ki, onlar ölkəni inqilabi prinsiplərə uyğun idarə etməlidirlər; şübhəsiz, bu belədir, amma təbii ki, onlar öz getdikləri yola baxır, öz fəaliyyət sferalarını diqqətdə saxlayırlar.

39
00:06:28,660 --> 00:06:40,530
Ötən bu 39 il ərzində və gələcək onilliklərdə ümumilikdə inqilabın kursuna strateji baxış ortaya qoyacaq bir qurum əsasən yoxdur.

40
00:06:41,330 --> 00:06:45,860
Bunun üçün ayrıca bir mərkəz olmalıdır.

41
00:06:46,130 --> 00:06:54,400
Bu nə deməkdir? Bir qədər ətraflı aydınlaşdıraq; yəni Xubriqan Məclisinin tərkibində

42
00:06:54,930 --> 00:07:08,660
ideoloji bir heyət yaratmaq olar (Allaha şükürlər olsun ki, 70-80 nəfərin təmsil olunduğu bu qurumda dəyərli filosof və mütəfəkkirlər heç də az deyil);

43
00:07:09,600 --> 00:07:20,330
bu heyətin vəzifəsi ilk gündən bu günə qədər İslam İnqilabının kursuna ümumi bir nəzər salmaq olacaqdır.

44
00:07:20,660 --> 00:07:27,330
Axı bu inqilabın müəyyən hədəfləri olub, həmin hədəflərə doğru irəliləyişə başlanıb.

45
00:07:27,530 --> 00:07:35,930
Qoy baxsınlar görək o hədəflərə nə qədər yaxınlaşmışıq, hansına yaxınlaşmışıq,

46
00:07:36,600 --> 00:07:46,260
hansına gedən yolda ətalətə uğramışıq, hansı ilə bağlı geriləmişik (belə də ola bilər ki,

47
00:07:46,860 --> 00:07:56,460
inqilabın əvvəllərində hansısa hədəflə bağlı irəliləyiş, müsbət dinamika mövcud olub,

48
00:07:56,460 --> 00:08:06,060
lakin sonradan nəinki təkcə durğunluq, hətta geriləmə yaranıb); bütün bunları öyrənib bilmək lazımdır.

49
00:08:06,530 --> 00:08:18,060
Və əgər bu kimi hallar müşahidə olunarsa, qoy Xubriqan Məclisi öz tələblərini bunun əsasında tənzimləsin.

50
00:08:18,330 --> 00:08:28,660
Söhbət tələblərdən düşmüşkən, cənablar iclasdakı çıxışlarında da bu məsələyə toxunublar,

51
00:08:28,930 --> 00:08:34,130
burada da qeyd etdilər, mən özüm də bundan öncə dəfələrlə vurğulamışam ki, Xubriqan Məclisi

52
00:08:34,460 --> 00:08:45,330
müxtəlif dövlət qurumlarına tələblər irəli sürməlidir. Bu tələblər dediyim o araşdırmanın nəticələrinə əsaslana bilər.

53
00:08:45,400 --> 00:08:49,400
Bir neçə misal gətirək: Misal üçün,

54
00:08:49,660 --> 00:08:57,400
bu inqilabın mühüm prinsiplərindən biri “Nə Şərqlə, nə də Qərblə olmaq” idi;

55
00:08:57,400 --> 00:09:05,660
bu gün Şərq yoxdur, bütün gücü və qüdrəti ilə yalnız Qərb var. “Qərblə olmamaq” nə deməkdir?

56
00:09:06,060 --> 00:09:15,530
Yəni biz Qərbə meyillənməməli, Qərbin təsir altına düşməməli, Qərb mədəniyyətini qəbul etməməli,

57
00:09:16,260 --> 00:09:27,600
ölkəmizi və mədəniyyətimizi tənəzzül etmiş Qərb mədəniyyətinə qarışmaqdan qorumalıyıq;

58
00:09:28,200 --> 00:09:38,000
siyasətdə Qərbin təsiri altında, Qərbdən asılı olmamalı, dediyi ilə oturub-duraraq

59
00:09:38,600 --> 00:09:48,800
Qərbə boyun əyməməliyik. “Qərblə olmamaq” bu deməkdir. Əlbəttə, “Şərqlə olmamaq” deyimi də bu mənadadır, amma bu gün daha “Şərq” (Şərq bloku) yoxdur.

60
00:09:49,060 --> 00:09:57,000
Qərb haradır? Amerika, Avropa; yaxşı, Avropa dövlətlərinin öz mədəniyyəti, öz siyasəti,

61
00:09:57,400 --> 00:10:05,460
və İslam Respublikası olaraq bizim vəzifəmiz özümüzü Qərbin istədiyi kursa

62
00:10:05,930 --> 00:10:13,260
düşüb getməkdən xilas etməkdir; bu bir vəzifədir.

63
00:10:13,600 --> 00:10:21,730
Görəsən, bu günə qədər bu vəzifəni həyata keçirə bilmişik, ya yox? Nə dərəcədə həyata keçirmişik? Hansı məqamlarda həyata keçirə bilmişik?

64
00:10:22,200 --> 00:10:30,730
Əgər müəyyən məqamlarda həyata keçirilməyibsə, problem nədədir? Xubriqan Məclisi həmin problemləri araşdırıb üzə çıxararaq

65
00:10:30,730 --> 00:10:35,800
bunun əsasında tələblər ortaya qoya bilər. Bu tələblər mənə də ünvanlana bilər,

66
00:10:36,060 --> 00:10:42,330
hökumət kabinetinə də, məhkəmə hakimiyyətinə də, Keşikçi Korpusa da, parlamentə də;

67
00:10:42,600 --> 00:10:45,860
həmin problemlərin aşkarlanması nəticəsində müəyyən tələblər yaranacaq. Bu, bir misal.

68
00:10:46,130 --> 00:10:56,400
Və ya tutalım, iqtisadiyyat sferasında; ölkənin qüdrətinin dayaqlarından biri onun iqtisadi gücüdür,

69
00:10:56,660 --> 00:11:06,130
güclü iqtisadiyyatın ən mühüm elementlərindən biri isə güclü milli valyutadır.

70
00:11:06,660 --> 00:11:19,060
Yəni milli valyutanın alıcılıq qabiliyyəti olmalı və vətəndaşlar, ona malik olan insanlar üçün sərvət əmələ gətirməlidir.

71
00:11:20,060 --> 00:11:30,260
Əgər biz yanlış icra siyasətləri, düzgün olmayan qərarlar, cürbəcür səhlənkarlıqlar ucbatından

72
00:11:30,600 --> 00:11:39,130
milli valyutanın dəyərinin günbəgün aşağı düşdüyü bir vəziyyətə gəlib çatmışıqsa, bu, artıq geriləmədir.

73
00:11:39,530 --> 00:11:46,660
Bunu müəyyən etmək, bunun əsasında tələblər tənzimləmək, tələblər irəli sürmək lazımdır.

74
00:11:47,000 --> 00:11:54,460
Bu tələblər, misal üçün, hökumət kabinetinə, parlamentə və sairə ünvanlana bilər.

75
00:11:55,800 --> 00:12:01,460
Və ya İslam İnqilabında ilk gündən irəli çəkilən mövzulardan biri sosial ədalət məsələsidir.

76
00:12:01,860 --> 00:12:16,460
Ədalət ölkədə varlılarla yoxsullar arasında təbəqələşməni azaltmaq, yoxsulluğa qarşı mübarizə aparmaq, sərvət bölgüsünü düzgün həyata keçirmək deməkdir.

77
00:12:16,860 --> 00:12:29,200
Bu, marksist ideologiyadan, sosialist və ya kommunistlərin təbliğ etdiyi sosial bərabərlikdən fərqlənir; bu, İslamın yanaşmasıdır;

78
00:12:29,730 --> 00:12:36,130
bütün İslam mənbələri bu prinsipi dəstəkləyir və vurğulayır.

79
00:12:36,530 --> 00:12:45,800
Bu o demək deyil ki, varlıların sərvətinə əl qoyub, nəyisə onlardan almalıyıq; yox, ölkəni elə idarə etməliyik ki,

80
00:12:46,260 --> 00:12:53,860
varlılarla yoxsullar arasında təbəqələşmə azalsın. Bu, çox önəmli və bu gün bütün dünya ölkələrində önə çəkilən bir məsələdir.

81
00:12:53,860 --> 00:13:01,200
Bu gün dünyada başlıca iqtisadi meyarlardan sayılan “Cini indeksi”nin də mahiyyəti elə budur;

82
00:13:01,460 --> 00:13:08,600
əslində, müəyyən mənada varlılarla yoxsullar arasındakı təbəqələşməni əks etdirir. Biz baxmalıyıq ki, bu sahədə (İslam nöqteyi-nəzərindən)

83
00:13:09,060 --> 00:13:19,200
nə qədər irəli getmişik; nəyə görə bu cür olub. Bütün bunları götür-qoy etməliyik.

84
00:13:20,400 --> 00:13:26,530
Və ya tutalım, inqilabi stimulun qorunub saxlanması;

85
00:13:27,060 --> 00:13:36,000
İslam Respublikasının həmişəyaşarlığının ikinci şərti inqilabi stmulun qorunması, inqilab ruhiyyəsinin mövcudluğudur.

86
00:13:36,260 --> 00:13:42,130
İnqilab ruhiyyəsi olmasa, İslam Respublikası olmayacaq; düzdür, hakimiyyətdə bir rejim olacaq,

87
00:13:42,600 --> 00:13:46,330
amma o rejim artıq İslam Respublikası olmayacaq.

88
00:13:46,460 --> 00:13:56,130
Xalqın bu hərəkatı, İslam dininin, İslam şəriətinin dirçəldilməsi uğrunda axıdılan bu qanlar, çəkilən bu zəhmət bunun üçün olub;

89
00:13:56,660 --> 00:14:07,200
bunlar yox olub gedəcək, ayaqlar altına atılacaq. Odur ki İslam Respublikasının qorunub saxlanması üçün inqilabi stimul və ruhiyyə hökmən lazımdır.  Hazırda bu stimul hansı səviyyədədir?

90
00:14:07,860 --> 00:14:12,800
Azalıbmı, artıbmı, davam edirmi,

91
00:14:13,860 --> 00:14:20,660
onun əleyhinə hansı işlər görülür, hansı səylər göstərilir, bunlarla mübarizə aparmağın yolu nədir?

92
00:14:20,930 --> 00:14:29,000
Bütün bunlara əsasən tələblər müəyyən etmək lazımdır. Misal üçün, mən müxtəlif çıxışlarımda daim:

93
00:14:29,200 --> 00:14:36,660
“Allahın ordusundan olan, inqilabçı uşaqlara dəstək olun” – deyirəm; bu, elə o deməkdir;

94
00:14:37,000 --> 00:14:42,660
yəni bu, ölkənin inqilabi hərəkatını nəzərə alaraq qarşıya qoyulan bir tələbdir. Əlbəttə, sevindirici haldır ki, ölkəmiz bu sahədə qətiyyən geriləməyib,

95
00:14:42,660 --> 00:14:47,000
əksinə irəli gedib və bunu tam şəkildə sübut etmək mümkündür, açıq-aydın göz önündə olan bir həqiqətdir.

96
00:14:47,460 --> 00:14:55,530
Və ya misal üçün, xalqın dindarlığı; biz xalqımızın dindar olmasını istəyirik.

97
00:14:55,800 --> 00:15:04,400
Bəzən belə bir söz deyirlər: “Biz xalqı zorla Cənnətə göndərmək istəmirik”. Məncə bu, düzgün bir ifadə deyil,

98
00:15:04,400 --> 00:15:10,530
bir qədər yanlış fikirdir. Heç kimin heç kimi zorla Cənnətə aparmaq niyyəti yoxdur, amma

99
00:15:10,660 --> 00:15:16,660
Cənnətə gedən yolu camaatın üzünə açmaq, insanları buna təşviq etmək lazımdır. Elə peyğəmbərlər də bunun üçün gəliblər;

100
00:15:16,930 --> 00:15:24,660
gəliblər ki, insanları Cənnətə aparsınlar, Cəhənnəmə getmələrinə imkan verməsinlər. Peyğəmbərlik missiyası,

101
00:15:25,000 --> 00:15:31,130
müqəddəs kitabların nazil edilməsi, bu qədər zəhmət və mücahidə elə buna görə olub ki, insanların Cəhənnəmə düçar olmasına imkan verilməsin.

102
00:15:31,330 --> 00:15:41,330
Bu, bizim borcumuzdur, biz bu işi görməliyik, xalqımız dindar olmalıdır; bu, sözsüz belədir.

103
00:15:41,330 --> 00:15:50,260
Əlbəttə ki, düzgün formada. “İslamda bu məsələdə məcburiyyət yoxdur” – demək də düzgün deyil. Elə isə bəs şəriətin qoyduğu qayda-qanunlar nə üçündür?

104
00:15:50,260 --> 00:15:59,660
“... yüz çubuq vurun”. (“Nur” surəsi, 2-ci ayədən)  “... onlara səksən çubuq vurun”.  (“Nur” surəsi, 4-cü ayədən) – bütün bunlar nədir? Bunlar elə məcburiyyətdir.

105
00:15:59,930 --> 00:16:09,600
Odur ki bunlar strateji əhəmiyyət daşıyan araşdırmalardır. Sizin ideoloji heyətiniz

106
00:16:10,060 --> 00:16:16,260
oturub inqilabın bu 39 il ərzində keçdiyi yola ümumilikdə bir nəzər salanda,

107
00:16:16,530 --> 00:16:27,060
bu məqamların hər birini (və mənim sadalamadığım başqa 10, 15 mühüm məqamı)

108
00:16:27,330 --> 00:16:38,460
nəzərdən keçirəndə görəcək ki, məsələn, biz filan sahədə irəli getmişik, bu irəliləyişə dəstək vermək olar,

109
00:16:39,260 --> 00:16:47,330
onu qoruyub saxlamaq və davam etdirmək üçün müəyyən işlər görülməlidir; çünki heç şübhəsiz, bu irəliləyişin əleyhinə olanlar, onu gözü götürməyənlər var;

110
00:16:47,660 --> 00:16:55,400
və ya hansısa məqamlarda ətalətə uğramışıq, haradasa geri getmişik; baxmaq lazımdır ki, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır. Bu isə ortaya müəyyən tələblər çıxaracaq;

111
00:16:55,660 --> 00:17:03,260
yəni bu tələblər

112
00:17:03,260 --> 00:17:07,730
hansısa ostan və ya şəhərin problemləri kimi xırda icraiyyə məsələlərindən daha yüksəkdə durur.

113
00:17:07,730 --> 00:17:17,200
Əlbəttə, onlar da problemdir, mən onları inkar etmək istəmirəm, amma Xubriqan Məclisinin

114
00:17:17,400 --> 00:17:26,330
status və səviyyəsinə məhz bu cür məsələlərlə məşğul olmaq uyğundur. Mənim fikrimcə, Xubriqan Məclisinin həyata keçirə biləcəyi ən əsas və önəmli işlərdən biri budur.

115
00:17:28,330 --> 00:17:37,000
Bayaq dediyim kimi, bu gün toxunacağım ikinci mövzu ölkədəki problemlərdir. Bu barədə dönə-dönə,

116
00:17:37,330 --> 00:17:47,200
dəfələrlə danışmışıq, amma mən bir daha bu mövzunun üzərində dayanmaq istəyirəm. Deyəcəklərimin xülasəsi budur: rəsmilər də,

117
00:17:47,800 --> 00:18:00,400
xalqımız da bilsinlər ki, ölkədəki problemlərin həlli yalnız bu ölkənin öz insanlarının əli ilə mümkün ola bilər;

118
00:18:01,260 --> 00:18:08,530
istər bu, iqtisadi problemlər olsun, istərsə də mədəniyyətlə bağlı problemlər; problemlərin istənilən növünü yalnız bu xalq özü həll etmək iqtidarındadır.

119
00:18:08,530 --> 00:18:20,730
Bayaq danışdığımız məsələ ilə bağlı bir cümlə deyim, o, bu mövzu üçün də keçərlidir: siz inqilabın

120
00:18:21,130 --> 00:18:30,660
mühüm və əsas tezislərindən biri ilə bağlı müəyyən bir nəticəyə gələndən sonra bunu diskursa çevirməlisiniz;

121
00:18:31,600 --> 00:18:40,930
misal üçün, broşür halında çap etdirməlisiniz. Sizin sayınız çoxdur; çoxunuz imam-cüməsiniz,

122
00:18:41,200 --> 00:18:50,860
ostanlarda və ya şəhər mərkəzlərində tanınmış, görkəmli simalarsınız, ixtiyarınızda tribuna var, camaata müraciət etmək,

123
00:18:51,200 --> 00:19:00,130
xalqla söhbət etmək imkanına sahibsiniz; danışın, təkrar-təkrar deyin ki, diskursa çevrilsin. Diskurs xalq arasında geniş surətdə yayılmış,

124
00:19:00,460 --> 00:19:08,060
hər kəsin ümumi arzu və tələbinə çevrilmiş bir fikir, ideya deməkdir. Hansısa fikir ümumi tələb halına gələndə, diskursa çevriləndə isə, təbii olaraq, reallaşmağa yaxınlaşacaq.

125
00:19:08,530 --> 00:19:15,130
Eynilə bu məsələdə də; camaatımız hamısı tam əminliklə

126
00:19:15,800 --> 00:19:26,860
və heç bir şübhə yeri qalmadan bu fikrə gəlməlidir ki, ölkədəki problemlərin həllini tapması üçün, mütləq,

127
00:19:27,260 --> 00:19:37,400
ölkənin öz daxilində öz insanlarımız qollarını çırmayıb işə keçməlidir. Bu məsələ o qədər deyilməli, təkrarlanmalı, arqumentlərlə əsaslandırılmalıdır ki, qəti və danılmaz bir diskurs halına gəlsin.

128
00:19:37,800 --> 00:19:47,000
Bizim istedadlı gənclərimiz, dəyərli mütəxəssislərimiz, yaxşı istehsalçılarımız, sahibkarlarımız,

129
00:19:47,400 --> 00:19:54,060
çalışqan fəhlə və zəhmətkeşlərimiz, gözəl müəllimlərimiz, professorlarımız var.

130
00:19:54,330 --> 00:20:02,200
İşlər bu cür insanların əli ilə yoluna qoyulmalıdır; ölkənin problemlərini məhz bu insanlar ortadan qaldırmalıdır;

131
00:20:02,800 --> 00:20:10,930
iqtisadi problemləri də bunlar həll etməldir, digər önəmli problemləri də. Yadlardan heç bir iş çıxmayacaq.

132
00:20:10,930 --> 00:20:16,400
Demirəm ki, dünya ilə əlaqələrinizi kəsin; mən heç də bu fikridə deyiləm.

133
00:20:16,660 --> 00:20:24,930
Mən inqilabın lap əvvəlindən dünya ilə, başqa ölkələrlə əlaqələrin qurulmasına israr edən şəxslərdən biri olmuşam, elə bu gün də həmin fikirdəyəm,

134
00:20:25,330 --> 00:20:35,800
lakin mənim demək istədiyim budur ki, biz öz təbii və güclü ayaqlarımızı xaricilərin əl ağacına dəyişməməliyik.

135
00:20:36,330 --> 00:20:43,260
Öz ayaqlarımız üzərində dimdik durmaq yerinə, xaricilərin əl ağacına söykənməyimiz səhvdir.

136
00:20:43,800 --> 00:20:52,130
Əlbəttə, beynəlxalq əlaqələrə girib danışıqlar aparmağın heç bir eybi yoxdur; mən nüvə danışıqlarına əvvəl də, elə hazırda da yalnız bunu irad tutmuşam

137
00:20:52,460 --> 00:20:59,460
və qapalı iclaslarımızda dəfələrlə rəsmilərin özünə də söyləmişəm ki,

138
00:20:59,730 --> 00:21:09,060
bizim danışıqlara getməyimizdə heç bir problem yox idi, intəhası hazırkı vəziyyətin yaranmamağı üçün

139
00:21:09,400 --> 00:21:17,800
bu danışıqlarda lazımınca diqqətli və ehtiyatlı olmaq lazım idi. Hazırda qarşı tərəf istədiyini etdiyi halda,

140
00:21:17,800 --> 00:21:27,060
nüvə anlaşmasını pozmuş hesab olunmur, biz isə bir balaca tərpəniş edən kimi anlaşmanı pozmuş oluruq! Bu, səhvdir, belə olmamalıdır;

141
00:21:27,330 --> 00:21:34,860
belə bir vəziyyətin yaranmasının səbəbi isə daxili güc və potensiala yox,

142
00:21:34,860 --> 00:21:40,330
qarşı tərəfə, xaricilərə arxalanmaqdır.

143
00:21:40,330 --> 00:21:51,530
Dediyim odur ki, yadlara göz dikmək lazım deyil; dünya ilə əməkdaşlıq etməliyik, buna söz yox; dünya ilə əməkdaşlıq etməyin, təbii ki, öz tələbləri var,

144
00:21:51,660 --> 00:21:58,930
o tələbləri də qəbul edirik, öhdəmizə götürürük, lakin xaricilərə arxalanmamalıyıq,

145
00:21:58,930 --> 00:22:08,460
çünki ölkəmizdən və cəmiyyətimizdən kənarda düşmənlərimiz çoxdur; qarşımızda çoxsaylı düşmənlərdən ibarət bütöv bir cəbhə durub.

146
00:22:08,800 --> 00:22:17,260
Düzdür, Allaha şükürlər olsun ki, bu günə qədər biz o cəbhəyə zərbə endirmişik, onu məğlub etmişik, geri oturtmuşuq, bundan sonra da belə olacaq,

147
00:22:17,460 --> 00:22:24,600
lakin bilməliyik ki, qarşımızdakı təkcə bir düşmən mövqeyi deyil, geniş bir düşmən cəbhəsidir.

148
00:22:24,860 --> 00:22:36,800
Və son olaraq, dünya və regiondakı vəziyyətə gəlincə, qısaca bunu deməliyəm ki, Allaha şükür,

149
00:22:37,330 --> 00:22:47,200
biz qlobal məsələlərdə irəli getməkdəyik. Nəinki geri getməmişik, heç durğunluğumuz da olmayıb, irəliləməkdəyik.

150
00:22:48,130 --> 00:22:59,400
Bəziləri belə bir fikir formalaşdırmağa çalışır ki, guya biz dünyadakı nüfuzumuzu itirmişik, dünyanın gözündə kiçilmişik. Xeyr,

151
00:22:59,800 --> 00:23:06,800
Allahın köməyi ilə, Allahın izzəti sayəsində İslam Respublikası hörmətlidir, nüfuzludur,

152
00:23:07,130 --> 00:23:13,800
bu günə qədər də nüfuz və etibarı, qüdrəti gübəgün daha da artıb. Düşmənləri özlərindən çıxaran da elə budur.

153
00:23:13,800 --> 00:23:21,400
O ABŞ prezidentinin  BMT-də danışdığı səfeh sözləri eşitdiniz;

154
00:23:21,860 --> 00:23:34,730
yəqin ki, birbaşa və ya dolayısı ilə qulağınıza çatıb; çox çirkin və qaba ifadələrdən istifadə edib;

155
00:23:35,260 --> 00:23:48,530
qanqstersayağı, kovboysayağı ifadələr, yanlış və mənasız təhdidlər, ondan da yüzdə-yüz yanlış olan təhlillər;

156
00:23:48,800 --> 00:24:01,930
yalanla dolu bir nitq idi! O çıxışda, bəlkə, 20-yə yaxın ağ yalan səslənirdi! Pərakəndə bir söhbət idi;

157
00:24:02,460 --> 00:24:12,460
həm əsəbi, həm çıxılmaz vəziyyətdə olduqlarını,

158
00:24:13,200 --> 00:24:20,600
həm də düşüncə cəhətdən problem yaşadıqlarını, geridə olduqlarını, səfehliklərini göstərirdi;

159
00:24:21,000 --> 00:24:33,330
yəni o nitqdə bu 3 cəhətin 3-ü də var idi: həm nə qədər əsəbi olduqlarını nümayiş etdirirdi, həm nə qədər çıxılmaz vəziyyətdə olduqlarını

160
00:24:34,930 --> 00:24:45,730
(mövcud reallıq qarşısında nə etməli olduqlarını bilmirlər), həm də nə qədər axmaq, yüngülbeyin olduqlarını. O deyilən sözlər amerikan xalqı kimi bir xalq üçün qürurverici deyildi.

161
00:24:45,730 --> 00:24:54,660
Zənnimcə, Amerikanın ziyalı və görkəmli xadimləri belə bir prezidentləri olduğuna və onun danışdığı bu sözlərə görə utanc duymalıdırlar.

162
00:24:55,130 --> 00:25:03,060
Mənim onun nə dediyi və nə cür dediyi ilə işim yoxdur,

163
00:25:03,660 --> 00:25:14,930
mən onların nəyə görə əsəbiləşdiklərindən danışmaq istəyirəm. Bizim əldə etdiyimiz uğurlara görə! Bu əsəbilik məsələsi çox önəmlidir.

164
00:25:15,730 --> 00:25:22,600
O çıxışda onların əsəbiliyi hər şeydən daha aydın nəzərə çarpırdı. Nəyə görə əsəbidirlər?

165
00:25:22,930 --> 00:25:33,800
Əsəbiliklərinin səbəbi budur ki, Amerikanın “Orta Şərq” adı verdiyi bu Qərbi Asiya regionu üçün

166
00:25:34,200 --> 00:25:42,530
hələ 50-60 il bundan əvvəldən bir planı olub (bəlkə, hələ ondan da qabaq; bəlkə də, həmin plan hələ ondan da əvvəl olub, sadəcə, 50-60 il bundan əvvəl özünü büruzə verməyə başlayıb);

167
00:25:43,460 --> 00:25:52,460
o plana əsasən də bir müddət “Yeni Orta Şərq” söhbətini ortaya atdılar, bir müddət “Böyük Orta Şərq” haqqında danışdılar;

168
00:25:52,800 --> 00:26:01,730
bura üçün bir planları var idi. O planın mərkəzində, əsas mehvərində isə Suriya, Livan və İraq dururdu;

169
00:26:02,530 --> 00:26:07,660
həmin plan əsas etibarilə bu 3 ölkədə, bu 3 mərkəzdə,

170
00:26:08,260 --> 00:26:15,130
bu 3 mehvərdə həyata keçirilməli idi. Hansı formada həyata keçirilməli idi? Bu 3 ölkədə

171
00:26:15,460 --> 00:26:24,860
Amerikaya mütləq şəkildə təslim olacaq, Amerikanın nökərinə çevriləcək, hər istədiyinə boyun əyəcək və dediyi ilə oturub-duracaq rejimlər hakimiyyətə gəlməli idi.

172
00:26:24,860 --> 00:26:32,530
Bəs nəticə nə olmalı idi? Nəticə bu olmalı idi ki, bu region bütünlüklə İsrailin ayaqaltısına çevrilməli,

173
00:26:33,260 --> 00:26:43,060
burada onların dediyi o “Nildən Fərata qədər” məsələsi təmin olunmalı idi; zahiri siyasət formasında olmasa belə,

174
00:26:43,200 --> 00:26:52,000
ağalığı ələ keçirmə, nüfuz dairəsinə daxil etmə, əsl, mənəvi ağalıq formasında. Bunu həyata keçirmək istəyirdilər. Onlar elə etmək istəyirdilər ki, İraq –

175
00:26:52,330 --> 00:27:01,260
bu qədər iftixara, qədim tarixə sahib olan bu əzəmətli ölkə amerikanların və sionistlərin ağalığına tabe olsun;

176
00:27:01,660 --> 00:27:08,530
Suriya – sionist rejiminə qarşı müqavimətin dayağı olan belə bir önəmli mərkəz

177
00:27:08,530 --> 00:27:13,530
əslində İsrail rejiminin ixtiyarında olsun. Livanın da ki, məsələsi məlumdur.

178
00:27:13,930 --> 00:27:16,060
Onlar bunu istəyirdilər, bu işləri həyata keçirmək fikirləri var idi.

179
00:27:16,460 --> 00:27:23,730
İndi siz bir də reallıqlara baxın; görün reallıqlar onların arzularından nə qədər uzaqdır! Livana nəzərə salın –

180
00:27:24,530 --> 00:27:32,460
heç bir qələt edə bilmədilər! İraqa baxın – onların istədiyinin tam əksi oldu.

181
00:27:32,930 --> 00:27:39,600
Suriyaya baxın! Əlbəttə ki, Amerika və müttəfiqləri Suriyada çox cinayətlər törətdilər, onların əli

182
00:27:39,860 --> 00:27:44,930
dirsəyə qədər Suriya xalqının qanına bulaşıb; buna əsla şübhə yoxdur; İŞİD-i ortaya saldılar,

183
00:27:45,260 --> 00:27:52,600
o təkfirçiləri – “Cəbhətun-nusra” və sairi – yaradıb ortaya saldılar, müəyyən mənada xalqı qətliam etdilər,

184
00:27:53,000 --> 00:28:05,330
bütün bunları törətdilər, amma ondan irəli gedə bilmədilər. Baxın, bu gün İŞİD məsələsi, İŞİD mövzusu əslində tamamlanmaq üzrədir,

185
00:28:05,600 --> 00:28:12,000
təkfirçilər tam olaraq bir kənara çəkilib;

186
00:28:12,260 --> 00:28:18,800
onların yox etmək, əvəzləmək istədiyi vəziyyət daha geniş surətdə bərqərar olub

187
00:28:19,260 --> 00:28:28,660
və Amerikanın istədiyinin tam əksi baş verib. Səbəbini araşdıranda da

188
00:28:29,000 --> 00:28:38,000
İranı “təqsirkar” görürlər, ona görə də əsəbiləşirlər. Mərhum cənab Beheşti demişkən: “Əsəbiləş, əsəbindən gəbər!”

189
00:28:38,400 --> 00:28:48,130
Nə qədər istəyirlər, əsəbiləşsinlər. Məsələ budur, dava budur. Qoy heç kəs yanlış düşüncələrə qapılmasın; elə təsəvvür etmək lazım deyil ki,

190
00:28:48,330 --> 00:28:55,800
İranın qarşısında böyük bir güc var; xeyr, onların sərt reaksiyası zəif olduqlarını,

191
00:28:55,800 --> 00:29:04,400
geridə olduqlarını, yaşadıqları məğlubiyyətdən hiddətləndiklərini göstərir. Burunları ovulub,

192
00:29:04,730 --> 00:29:11,330
ona görə də acıqlıdırlar, bu cür danışır, belə səfeh nitqlərlə çıxış edir və bu işləri görürlər.

193
00:29:11,660 --> 00:29:19,000
Bir sözlə, mənim demək istədiyim budur ki, İslam Respublikası

194
00:29:21,800 --> 00:29:26,600
müasir dünyanın beynəlxalq arenasında iştirakı baxımından,

195
00:29:27,130 --> 00:29:30,460
Allaha şükür, uğur qazanıb.

196
00:29:30,800 --> 00:29:34,400
“Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən)

197
00:29:34,400 --> 00:29:42,730
Əlhəmdulillah, bu şərif ayə, bu izzət və ləyaqət İslam Respublikasına da aiddir; buna görə Allaha şükür edirik;

198
00:29:42,730 --> 00:29:49,000
bunu qoruyub saxlamaq lazımdır. Ağıllı, tədbirli davranmaqla, düzgün fikirləşib, işləri düzgün planlaşdırmaqla,

199
00:29:49,660 --> 00:29:59,600
qurduğumuz münasibətlərdə, qəbul etdiyimiz qərarlarda, danışıq tərzimizdə səhvə yol verməməklə bu ləyaqəti qoruyub saxlamalı və inşallah, daha da artırmalıyıq.

200
00:30:00,000 --> 00:30:09,660
Və bu ləyaqət gərgin səy və əməyin nəticəsidir. Bayaq qeyd etdim ki, bu gün insanlarımızda din uğrunda, dini dəyərlər uğrunda çalışmaq stimulu daha çox və daha yüksək səviyyədədir; bunun bir nümunəsi də budur.

201
00:30:10,000 --> 00:30:20,260
Əziz şəhidimiz Möhsün Hücəciyə baxın; bu gün Möhsün Hücəci kimi gənclərimiz heç də az deyil.

202
00:30:20,530 --> 00:30:29,260
Sadəcə olaraq, Allah-taala Möhsün Hücəcini müəyyən dəlillərə əsasən bir nümunə kimi önə çəkərək gözlər önündə sərgiləmişdir ki, hamı bu şanlı

203
00:30:29,600 --> 00:30:42,400
və dəyərli həqiqəti görüb, onu qəbul etsin: Allahın lütfü və köməyi sayəsində, gənclərimizdə inqilabi stimul günbəgün daha da artmaqdadır.

204
00:30:42,800 --> 00:30:49,200
İnsanlar bizə məktub yazıb yalvarırlar, həqiqətən, yalvarırlar ki,

205
00:30:49,460 --> 00:30:54,260
icazə verin, gedək (indi kimlərin bura zəng etməyə və ya məktub yazmağa əli çatırsa;

206
00:30:54,800 --> 00:30:59,060
yəqin ki, belə bir imkanı olmayanların sayı qat-qat artıqdır);

207
00:30:59,060 --> 00:31:05,460
yalvarırlar ki, göndərin gedək orada düşmənlə mübarizə aparaq, düşmənə qarşı cihad edək.

208
00:31:05,860 --> 00:31:16,200
Bizim gənclərimiz belə bir stimula sahibdir. Bu stimulun əleyhinə mövcud olan faktorları nəzərə alsaq, demək olar ki, bu bir möcüzədir;

209
00:31:16,200 --> 00:31:22,930
biri elə bayaq cənab Cənnətinin qeyd etdiyi virtual məkan; əlbəttə ki, onun dedikləri, etdiyi xəbərdarlıq tamamilə doğrudur,

210
00:31:22,930 --> 00:31:31,860
biz özümüz də məsələni ciddi şəkildə izləyirik, lakin bu virtual məkanın, bu məkrli planların, şirnikdirmələrin mövcudluğuna baxmayaraq,

211
00:31:32,060 --> 00:31:39,730
gördüyünüz kimi, İslam Respublikasında belə gənclər, bu cür stimul var. Bu, Allahın lütfüdür.

212
00:31:40,130 --> 00:31:46,400
Ümidvaram, Allah-taala ölkəmizi və xalqımızı daim bu lütfünə layiq görəcək,

213
00:31:46,660 --> 00:31:57,530
bu ölkəni bu məqama gətirib çatdıranlara – dahi liderimiz İmam Xomeyniyə, əziz şəhidlərimizə, Haqq yolunun mücahidlərinə öz lütf və mərhəmətini nəsib edəcək.

214
00:31:58,060 --> 00:32:00,060
Allahın salamı, rəhməti və bərəkəti qismətiniz olsun.