1
00:00:00,260 --> 00:00:11,660
Mövzuya keçməzdən əvvəl, həqiqətən də, faciəli bir məsələ olan bu Myanmar məsələsinə toxunmaq istəyirəm;

2
00:00:12,930 --> 00:00:25,530
insan bu baş verənlərə nə ad verəcəyini bilmir; həqiqətən də, misli-bərabəri çox nadir rast gəlinən bir olaydır. Müsəlman ölkələrinin,

3
00:00:26,530 --> 00:00:33,000
müsəlman dövlətlərinin, bir milyard yarım müsəlmanın,

4
00:00:34,060 --> 00:00:45,860
dünya ictimaiyyətinin, yalandan insan haqları iddiası edən riyakar dövlətlərin gözü önündə

5
00:00:46,600 --> 00:00:56,860
amansız bir rejim (özü də bu rejimin başında Nobel Sülh Mükafatı almış bir qadın durur)

6
00:00:58,000 --> 00:01:08,260
heç bir pənah yeri olmayan bir qrup insanı öldürür, yandırır, evlərini viran qoyub, özlərini didərgin salır.

7
00:01:08,930 --> 00:01:18,060
Həqiqətən də, təəccübləndirici bir hadisədir və buna layiqli sayıla biləcək bir reaksiya da verilmir.

8
00:01:18,730 --> 00:01:29,460
Düzdür, qınayırlar, amma qınağın nə xeyri var? Bəyanat yayırlar, amma bəyanat nəyə yarayır? İş görməlidirlər.

9
00:01:30,530 --> 00:01:41,060
Əvvəla, insanlara bu məsələnin həqiqətini açıqlamaq əvəzinə,

10
00:01:41,600 --> 00:01:47,800
baş verənləri buddist-müsəlman problemi kimi təqdim edirlər; düzdür, ola bilsin ki, dini fanatizmə qapılmış bir neçə nəfərin

11
00:01:48,130 --> 00:01:54,860
bu olayda əli var, amma bu işi görən dövlətdir; amma bu işi görən dövlətdir; bu, siyasi bir məsələdir.

12
00:01:55,730 --> 00:02:05,860
Həmin dövlətin başında da Nobel Sülh Mükafatı almış bir qadın durur. Bu işi görməklə onlar Nobel Sülh Mükafatının da, Nobelin də fatihəsini oxudular.

13
00:02:06,660 --> 00:02:17,730
Bu dərəcədə qəddar olan bir insana Nobel Sülh Mükafatı verilib! Qadın olasan, bu qədər amansız və rəhmsiz olasan!

14
00:02:18,730 --> 00:02:25,330
Bəşəriyyətin hazırda düşdüyü vəziyyət insanda, doğrudan da, heyrət doğurur.

15
00:02:25,660 --> 00:02:30,800
Bu işin çarəsi isə odur ki, müsəlman dövlətləri olaya əməli surətdə müdaxilə etsinlər;

16
00:02:31,730 --> 00:02:43,400
mən demirəm ki, ora qoşun çəksinlər, amma siyasi, iqtisadi cəhətdən təzyiq göstərsinlər. Onlarla müsəlman dövləti, müsəlman ölkəsi var;

17
00:02:43,800 --> 00:02:49,330
ola bilsin onlardan bəzilərinin o dövlətlə ticarət və ya iqtisadi əlaqələri var.

18
00:02:49,930 --> 00:02:56,060
Qoy onlar bu yolla həmin dövlətə təzyiq göstərsinlər, dönə-dönə xəbərdarlıq etsinlər,

19
00:02:57,600 --> 00:03:04,130
beynəlxalq arenada onların əleyhinə səslərini ucaltsınlar; bu işləri görməlidirlər.

20
00:03:04,130 --> 00:03:07,400
Əvvəla, bizim bir küncdə oturub kimisə qınamağımızın nə xeyri var?

21
00:03:07,660 --> 00:03:14,130
BMT-nin baş katibi qınayıb; nə böyük zəhmət çəkib?!

22
00:03:14,660 --> 00:03:20,660
Əməli surətdə təsir göstərməlidir. Siyasətləri tələb etdiyi yerdə

23
00:03:21,200 --> 00:03:28,860
bəzən hansısa ölkədə hansısa cinayətkara təzyiq göstərildiyinə görə

24
00:03:29,530 --> 00:03:36,200
aləmi bir-birinə qatıb hay-küy qaldırırlar.

25
00:03:36,400 --> 00:03:44,530
Burada isə bir neçə min insan qətlə yetirilib (heç öldürülənlərin statistikası da doğru-dürüst müəyyən olunmayıb; yəni statistika aparmağa icazə verməyiblər),

26
00:03:44,600 --> 00:03:53,600
on minlərlə insan məcburən yurd-yuvasını tərk edib, amma təəssüflər olsun ki, bütün bu olanlara heç bir reaksiya verilmir.

27
00:03:54,400 --> 00:04:00,060
Bu, çox böyük bir hadisədir; doğrudur, xalqlar bundan hiddətə gəlib, narahatdır,

28
00:04:00,400 --> 00:04:06,130
müsəlman ölkələrində yürüş və mitinqlər keçirilir, lakin dövlətlər tədbir görməlidir;

29
00:04:06,860 --> 00:04:13,200
əsas addım atmalı olan dövlətlərdir. Dövlətlərdən bu işi görmələri tələb ounmalıdır;

30
00:04:13,600 --> 00:04:20,330
İslam Konfransı Təşkilatının üzvləri xüsusi olaraq bu məsələ üçün iclas keçirməli, bir araya gəlib

31
00:04:20,600 --> 00:04:24,730
bu məsələ üçün iclas keçirməli, bir araya gəlib bu müsəlmanlar üçün nə etmək mümkün olduğunu müzakirə etməlidirlər.

32
00:04:24,730 --> 00:04:30,530
Təəssüf ki, dünya zülm dünyasıdır; İslam Respublikası

33
00:04:30,800 --> 00:04:37,660
zülmün əleyhinə açıq-aşkar və qətiyyətlə danışmaq iftixarını özündə qoruyub saxlamalıdır;

34
00:04:38,000 --> 00:04:45,930
istər bu, sionistlər tərəfindən işğal edilmiş bölgələrdə xalqa edilən zülm olsun,

35
00:04:46,260 --> 00:04:54,530
istər Yəməndə əhalinin bombalanması olsun, istər Bəhreyndə olsun, istər Myanmarda, istərsə də başqa hansısa bölgədə.

36
00:04:54,730 --> 00:05:01,200
İslam Respublikası bütün bunlara qarşı öz cəsarətli və açıq mövqeyini ortaya qoymalıdır.