1
00:00:00,280 --> 00:00:03,250
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,970 --> 00:00:14,910
الحمد للّه‌ ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:25,820 --> 00:00:33,020
و علي آله الطّيّبين الطّاهرين المعصومين سيّما بقيّة ‌الله في الارضين

4
00:00:36,400 --> 00:00:43,020
اللهمّ صلّ علي وليّک عليّ‌ بن ‌موسي الرّضا المرتضي الامام التّقيّ النّقي

5
00:00:45,880 --> 00:00:51,770
و علي آبائه و اولاده المعصومين المطهّرين

6
00:00:54,740 --> 00:01:06,170
Bugünkü toplantı çox önəmli bir toplantıdır, həmçinin yaşadığımız günlər də mühüm və taleyüklü günlərdir.

7
00:01:10,400 --> 00:01:24,050
Bu mərasimin Həzrət Əli İbn Musa Rzanın (ə) mübarək mövludu ilə üst-üstə düşməsi

8
00:01:24,620 --> 00:01:40,570
İran xalqı və bu gün bura toplaşanlar üçün xeyir-bərəkət mənbəyidir.

9
00:01:41,770 --> 00:01:52,570
Ümidvarıq, o böyük imamın elə ölkəmizdəcə,

10
00:01:53,710 --> 00:02:04,110
Tus yaxınlığında yerləşən şəhərlərdə, yəni Nişapurda məşhur “Silsilətuz-zəhəb” hədisində buyurduğu

11
00:02:04,680 --> 00:02:14,340
və “Kəlmeyi-tövhid”i dinin əsası, dayağı olaraq tanıtdırdığı kimi –

12
00:02:15,600 --> 00:02:22,280
کَلِمَةُ لا اِلٰهَ اِلَّا اللهِ حِصني وَ مَن دَخَلَ حِصني اَمِنَ مِن عَذابي – biz də “Kəlmeyi-tövhid”i,

13
00:02:23,480 --> 00:02:33,650
tövhidin həqiqətini öz həyatımızda –

14
00:02:34,110 --> 00:02:45,820
istər şəxsi həyatımız olsun, istər sosial həyatımız, istərsə də İslam Respublikasının əsaslarında bərqərar edə biləcəyik, inşallah.

15
00:02:46,050 --> 00:02:53,250
Bu toplantı iki cəhətdən önəm kəsb edir.

16
00:02:54,170 --> 00:03:03,020
Birincisi, ona görə ki ölkənin idarəçiliyində yeni bir mərhələnin başlanğıcıdır

17
00:03:06,050 --> 00:03:18,110
və yeni seçilmiş möhtərəm prezidentlə çiyin-çiyinə işə başlayacaq rəsmilərin, inşallah,

18
00:03:18,850 --> 00:03:32,680
yeni-yeni təşəbbüslərlə, əvvəlkindən də artıq bacarıq və potensialla

19
00:03:33,480 --> 00:03:44,510
xalqı sevindiricəklərinə, məmnun edəcəklərinə, hörmətli prezidentin bayaq öz çıxışında ətraflı şəkildə toxunduğu

20
00:03:45,080 --> 00:03:49,480
istək və gözləntiləri həyata keçirəcəklərinə ümid yaranır.

21
00:03:49,940 --> 00:03:59,600
İkinci cəhət isə budur ki, bu toplantı xalq hakimiyyətinin təcəssümüdür.

22
00:04:00,510 --> 00:04:08,000
Bu, inqilabın əvvəlindən indiyə qədər baş tutan 12-ci inauqurasiya mərasimidir;

23
00:04:09,770 --> 00:04:27,200
yəni inqilabın əvvəlindən bəri İran xalqı ölkənin bir nömrəli rəsmisinin seçilməsində 12 dəfə həlledici rol oyanıyıb;

24
00:04:28,800 --> 00:04:38,680
bu çox önəmli bir məsələdir. Xalqın seçimi əsasında

25
00:04:38,970 --> 00:04:51,710
10 parlament, 5 şəhər və kənd şurası,

26
00:04:52,510 --> 00:05:00,340
5 Xubriqan Məclisi  formalaşıb. Bütün bunlar inqilabın bərəkəti sayəsində baş verib.

27
00:05:01,540 --> 00:05:14,220
Qoy yeni nəslimiz unutmasın ki, biz inqilabdan əvvəlki dövrün əzab-əziyyətlərini bütün varlığımızla hiss edib yaşamışıq;

28
00:05:14,510 --> 00:05:26,220
diktaturanı, xalqın seyrçi mövqedə qalmasını, hakimiyyət məsələsində xalqa qətiyyən əhəmiyyət verilməməsini öz gözlərimizlə görmüşük.

29
00:05:26,510 --> 00:05:36,680
Gənclərimiz belə şeyləri görməyib. İnqilabın qələbəsindən öncə

30
00:05:37,480 --> 00:05:45,310
ölkənin idarəçiliyində, rəsmi şəxslərin təyin olunmasında xalqın heç bir rolu olmayıb; başçılar, monarxlar, padşahlar,

31
00:05:45,820 --> 00:05:52,620
onların ətrafındakılar hakimiyyətə gəlib hakimiyyətdən gedirdi, xalq isə yalnız kənardan tamaşa edirdi; heç bir rolu yox idi.

32
00:05:53,650 --> 00:06:02,740
İslam İnqilabının gəlişi ilə xalq seyrçi mövqeyindən çıxaraq əsas rola keçdi; xalq ixtiyar sahibi oldu.

33
00:06:02,970 --> 00:06:11,770
İnqilabın əvvəlindən bəri artıq 12-ci dəfədir ki, icraedici hakimiyyətlə bağlı

34
00:06:12,280 --> 00:06:20,910
xalqın seçiminin nəticəsi müəyyənləşir; odur ki bugünkü mərasim çox önəmli bir mərasimdir.

35
00:06:23,250 --> 00:06:33,080
Gəlin öz qırılmaz əzminin, dərin imanının, sonsuz uzaqgörənliyinin,

36
00:06:33,710 --> 00:06:42,970
misilsiz şücaətinin bərəkəti ilə bu nailiyyəti İran xalqına bəxş etmiş o böyük şəxsiyyəti –

37
00:06:43,820 --> 00:06:52,850
dahi liderimiz İmam Xomeynini də yad edək. Biz rəsmilər və camaatımız

38
00:06:53,480 --> 00:07:02,620
daha çox iftixar duymalıyıq ki, Allah-taalanın ölkəmizdə,

39
00:07:03,250 --> 00:07:19,820
xalqımız arasından bu okeanı təlatümə gətirməyi bacarmış dahi bir insanı seçdiyi bir dövrdə yaşamışıq. Bu, kiçik bir iş, xırda bir məsələ deyil;

40
00:07:21,200 --> 00:07:29,370
İmam ölkənin və İran xalqının hərəkət kursunu bütünlüklə dəyişməyi bacarmışdır.

41
00:07:31,200 --> 00:07:42,910
Ölkədə illərlə, hətta əsrlərlə monarxiya quruluşu hökm sürmüşdü. Pəhləvi hakimiyyətinin sonlarında isə

42
00:07:43,880 --> 00:07:53,540
monarxiyadan əlavə, xaricilərin, yadelillərin müdaxiləsi də bizə bir utanc olmuşdu.

43
00:07:53,880 --> 00:08:04,680
Rzaxanı hakimiyyətə ingilislər gətirmişdi, ingilislər də hakimiyyətdən göndərib, yerinə Məhəmmədrzanı qoydular.

44
00:08:04,910 --> 00:08:13,020
Daha sonra 1332-ci il 28 mordad qiyamında da amerikalılar ixtiyar sahibi olub

45
00:08:13,650 --> 00:08:23,650
bizim üçün padşah təyin etdilər; baş naziri və ölkənin digər rəsmilərini onlar müəyyən edirdilər.

46
00:08:25,370 --> 00:08:32,740
Ölkəmizin vəziyyəti bu idi; dahi İmam Xomeyni belə bir sistemi əvəzlədi;

47
00:08:32,850 --> 00:08:44,000
bu meydana atılan məhz o oldu; məhz onun qırılmaz əzmi, dərin imanı, misilsiz şücaəti, Allaha təvəkkülü,

48
00:08:44,400 --> 00:08:53,540
xalqa etimadı sayəsində vəziyyət bu cür dəyişə bildi.

49
00:08:57,020 --> 00:09:10,220
Və 40 ilə yaxın bu vaxt ərzində ölkəmizdə ardıcıl bir silsilə ilə,

50
00:09:10,570 --> 00:09:22,910
hər biri öz növbəsində, öz payına düşən qədər çalışıb zəhmət çəkmiş, təşəbbüs göstərmiş, iş görmüş,

51
00:09:23,600 --> 00:09:34,850
rol oynamış rəsmilər olub. Bu gün isə yaxın 40 ildə İslam Respublikasında

52
00:09:35,600 --> 00:09:43,020
yüksək vəzifə postu tutmuş komandanın əməyinin nəticəsi,

53
00:09:43,370 --> 00:09:51,940
inşallah, bu mərasimdə rəsmiləşməklə işə başlayacaq hökumət nümayəndələrinə həvalə olunur.

54
00:09:52,680 --> 00:10:00,510
Bu gün vəzifə səlahiyyəti əldə edən insanlar – möhtərəm prezidentin həmkarları –

55
00:10:01,020 --> 00:10:13,820
bu milli sərmayəni daha da artıraraq uğurla sonrakı nəslə, sonrakı rəhbər şəxslərə ötürməlidirlər ki,

56
00:10:14,340 --> 00:10:21,880
bu hərəkat, inşallah, günbəgün daha da genişlənsin.

57
00:10:23,650 --> 00:10:31,250
Bu 40 ildə xalqımız və dövlətimiz böyük işlər görüb.

58
00:10:32,970 --> 00:10:40,970
Bu müddət ərzində ölkədə zəngin elmi, icrai, praktiki və ideoloji baza yaradılıb.

59
00:10:41,200 --> 00:10:47,200
İnqilaba qədər bunlar əsla olmayıb;

60
00:10:47,540 --> 00:10:55,480
İslam Respublikasından əvvəl ölkədə belə bir böyük baza mövcud olmayıb.

61
00:10:56,450 --> 00:11:02,450
Bütün bunlar xalqımızın öz xoşbəxt gələcəyinə uçuş edəcəyi terminallardır.

62
00:11:03,140 --> 00:11:15,650
Bugünkü rəsmilərin ixtiyarında ötən 40 il ərzində toplanmış bilik və təcrübə vardır.

63
00:11:17,370 --> 00:11:31,200
İnqilabi təfəkkürün daşıyıcısı olan, qəlbi stimul dolu yeni-yeni nəsilllər yetişib və bu gün onlar iş görməyə hazırdırlar.

64
00:11:31,200 --> 00:11:38,800
İnqilabın əvvəlində bizim bir bu qədər hazırlıqlı rəhbər işçimiz yox idi.

65
00:11:38,800 --> 00:11:48,170
Bu gün isə, əlhəmdulillah, ölkədə müxtəlif sferalarda idarəçilik işlərini öhdəsinə götürməyə hazır olan

66
00:11:48,400 --> 00:11:53,940
gənclərimiz çoxdur; onları inqilab yetişdirib.

67
00:11:55,020 --> 00:12:01,200
Ötən 40 il ərzində fəal,

68
00:12:01,880 --> 00:12:13,310
effektiv dövlət xadimlərinin gərgin əməyi sayəsində bu gün bu möhtəşəm nəticələr xalqın ixtiyarındadır.

69
00:12:14,170 --> 00:12:33,200
Dediyim odur ki, Allaha şükür, bu illər ərzində ölkəmizin rəsmiləri dünya ilə əməkdaşlıq etməyi bacarıb.

70
00:12:33,650 --> 00:12:40,680
Düşmənlər daim bu xalqı təcrid etmək üçün çalışdıqlarına baxmayaraq,

71
00:12:41,480 --> 00:12:48,800
İran xalqı təcrid olunmayıb, dünya ilə əməkdaşlıq edib və eyni zamanda imperializm sisteminə qarşı da

72
00:12:49,370 --> 00:12:59,080
ciddi şəkildə mübarizə aparıb; məkrli planların qarşısında durmağı bacarıb.

73
00:13:00,280 --> 00:13:08,970
Və əlbəttə ki, düşmən də boş durmayıb. Mənim yaddan çıxmaması üçün

74
00:13:09,820 --> 00:13:20,000
daim israrla təkrarladığım məqamlardan biri də düşmənin varlığı və məkrli planlarıdır.

75
00:13:20,510 --> 00:13:23,020
Əmirəlmöminin Əli (ə) buyurur:

76
00:13:23,020 --> 00:13:29,080
مَن نامَ‌ لَم‌ يُنَم‌ عَنه،‌ اَخَا الحَربِ اَرِق

77
00:13:30,450 --> 00:13:40,970
Siz səngərdə yuxuya getmisinizsə, bu o demək deyil ki, qarşı səngərdə oyaq olan birisi yoxdur

78
00:13:42,110 --> 00:13:50,800
və sizə qarşı fəaliyyətə keçməyəcək; yuxuya getməməlisiniz, ehtiyatı əldən verməməlisiniz; hər işdə.

79
00:13:51,820 --> 00:13:58,340
Bu sözlər ilk növbədə rəsmilərə aiddir. Düşmən öz düşmənçiliyi ilə məşğuldur,

80
00:13:59,200 --> 00:14:07,140
cürbəcür işlər görür; intəhası, Allahın lütfü və yardımı sayəsində

81
00:14:07,420 --> 00:14:11,650
İran xalqı və ölkəmizin rəsmiləri artıq təcrübəlidir, bərkiyiblər.

82
00:14:12,050 --> 00:14:21,200
Bizə qarşı sanksiyalar tətbiq etdilər; əlbəttə ki, bu sanksiyalar ölkəmiz üçün problemlər yaradır, buna söz yox,

83
00:14:21,600 --> 00:14:30,510
lakin sanksiyalar bizim öz daxili imkanlarımıza diqqət yönəltməyimizə səbəb olmuşdur.

84
00:14:31,650 --> 00:14:39,420
Bizim bir çox imkan və potensiallarımız var idi ki, onlar haqda bilmirdik, xəbərimiz yox idi.

85
00:14:39,880 --> 00:14:46,740
Üzərimizə sanksiya qoyulandan sonra özümüzə gəldik,

86
00:14:47,080 --> 00:14:52,680
daxildə hansı imkanlarımız olduğuna nəzər saldıq, onları aşkarladıq və istifadə etməyə başladıq.

87
00:14:52,910 --> 00:14:59,480
Bu gün düşmənin arzuladığının tam əksinə, biz güclüyük;

88
00:14:59,480 --> 00:15:05,710
siyasi baxımdan güclüyük, hərbi baxımdan güclüyük, təhlükəsizlik baxımından güclüyük.

89
00:15:06,910 --> 00:15:18,570
Bu qədər sanksiyaya, bu qədər düşmənə rəğmən, əvvəlki illərlə müqayisədə bu gün İslam Respublikası qat-qat daha güclü, daha qüdrətlidir.

90
00:15:18,970 --> 00:15:29,940
Bu o deməkdir ki, biz düşmənin əleyhimizə işlətdiyi plandan öz xeyrimizə, ölkəmizin xeyrinə istifadə etmişik.

91
00:15:30,620 --> 00:15:38,110
Düşmənin açıq düşmənçiliyi müqavimət qabiliyyətimizi daha da artırıb. Özü də düşmənçiliklər təkcə aşkarda getməyib;

92
00:15:38,510 --> 00:15:48,740
bəziləri açıq-aşkar düşmənçilik edirlər – bu gün Amerika və bəzi başqa yerlərdə hakimiyyətdə olan qüvvələr kimi –

93
00:15:49,310 --> 00:16:00,450
bəzi düşmənlər isə adama məxmər əlcək içərisində çuqun əl uzadır; bu da düşmənçilikdir; bu barədə əvvəllər danışmışıq.

94
00:16:00,850 --> 00:16:09,770
Allahın lütfü sayəsində, Onun yardımı və istiqamətləndirməsi ilə, bütün bu düşmənçiliklər qarşısında bizim müqavimət gücümüz daha da artıb;

95
00:16:10,000 --> 00:16:20,510
özünəinamımız çoxalıb. Bu gün biz əvvəlki illərə nisbətən qat-qat güclüyük.

96
00:16:21,710 --> 00:16:30,970
Düşmənlə mübarizə aparmağın yollarını da bilirik. Allahın köməyi ilə, bu gün İran xalqı

97
00:16:32,570 --> 00:16:38,340
düşmənin məkrli planlarına qarşı hansı yollarla mübarizə aparmaq lazım olduğunu artıq öyrənib;

98
00:16:38,910 --> 00:16:45,770
rəsmilərimiz bu yolları öyrəniblər, düşmənə necə reaksiya vermək lazım olduğunu bilirlər və verirlər də.

99
00:16:46,340 --> 00:16:53,710
İmkanlarımız da daha artıqdır, düşməndən və onun hiylələrindən də heç bir qorxumuz yoxdur.

100
00:17:17,770 --> 00:17:26,570
Çatışmazlıqlarımız çoxdur; biz bunu nə diqqətdən qaçırır, nə də inkar edirik,

101
00:17:26,800 --> 00:17:34,970
lakin bunu da inkar etmirik ki, potensialımız da zəngindir.

102
00:17:35,600 --> 00:17:43,250
Allahın köməyi ilə, biz istifadə olunmamış bu potensialdan

103
00:17:43,770 --> 00:17:55,650
istifadə edə bilərik. Siz ölkə rəsmiləri – özəlliklə də, inşallah,

104
00:17:56,280 --> 00:18:01,650
tezliklə formalaşdırılacaq və möhtərəm ölkə başçısı ilə

105
00:18:02,110 --> 00:18:07,600
çiyin-çiyinə işə başlayacaq hökumət kabinetinin, icraedici hakimiyyətin üzvləri –

106
00:18:08,110 --> 00:18:13,880
bu cür zəngin imkan və potensiala sahib olan bir dövlətin sükançılarısınız; bunu bilin.

107
00:18:14,170 --> 00:18:24,680
İslam Respublikası quruluşu, əziz ölkəmiz olduqca zəngin imkan və potensiala sahibdir.

108
00:18:25,080 --> 00:18:32,000
Bu imkanları bircə-bircə aşkarlayıb onlardan bəhrələnmək lazımdır.

109
00:18:32,680 --> 00:18:41,370
Siz dövlətimizin inqilabi mahiyyətinə arxalanıb – bax bu məqam olduqca önəmlidir –

110
00:18:41,940 --> 00:18:48,280
cihad əzmi ilə çalışaraq, xalqın dəstəyindən güc alaraq,

111
00:18:48,970 --> 00:18:55,770
bu gün ixtiyarınızda olan nəhəng maddi və mənəvi sərmayələrdən istifadə edərək

112
00:18:56,850 --> 00:19:04,220
ölkəni irəli apara bilərsiniz və mən sizə gələcək fəaliyyətinizdə 3 əsas istiqaməti rəhbər tutmağı tövsiyə edirəm:

113
00:19:04,340 --> 00:19:16,510
Birincisi, xalqın problemləri ilə məşğul olmaq; bu gün birinci yerdə əhalinin məişət rifahı ilə bağlı olan iqtisadi problemlər durur.

114
00:19:18,050 --> 00:19:27,250
Eyni vaxtda paralel surətdə görməli olduğunuz 3 işdən birinisi budur;

115
00:19:27,540 --> 00:19:34,000
daxildəki problemlərin həlli ilə məşğul olmaq, əhalinin problem və çətinliklərini yoluna qoymaq,

116
00:19:35,710 --> 00:19:45,420
iqtisadi və məişət problemlərini həll etmək; inşallah, qarşıdakı 4 ildə bu məsələni məqbul bir səviyyəyə gətirib çıxarmalısınız.

117
00:19:46,510 --> 00:19:54,450
İkincisi, dünya ilə geniş bir müstəvidə əməkdaşlıq etmək. Mən bunu həmişə tövsiyə edirəm

118
00:19:55,310 --> 00:20:05,370
və bu, bizim düşmənlərimizin, dünya imperializminin qətiyyən arzulamadığı bir şeydir.

119
00:20:06,910 --> 00:20:14,050
Biz dünya ilə genişmiqyaslı əlaqələr qurub

120
00:20:14,340 --> 00:20:21,940
həm başqa dövlətlərə və xalqlara yardım edə, həm də onların yardımından bəhrələnə bilərik.

121
00:20:21,940 --> 00:20:31,770
Bəşəriyyətin sosial həyatı bu şəkildə davam edir: əməkdaşlıq etməklə, bir-birinin dərdinə şərik olmaqla, tərəfdaşlıqla,

122
00:20:32,340 --> 00:20:45,650
dünya ilə qarşılıqlı əlaqələr qurmaqla; bizim iqlimimiz, coğrafi mövqeyimiz, zəngin imkanlarımız bunu bizim üçün bir qədər də asanlaşdırır.

123
00:20:45,940 --> 00:20:58,510
Və üçüncüsü: müstəmləkəçilik iddiasında olan istənilən qüvvənin qarşısına güclü və sarsılmaz bir şəkildə çıxın;

124
00:21:01,080 --> 00:21:12,220
kim olursa-olsun; bu gün hamısından daha təcavüzkar və utanmaz olanı Amerika Birləşmiş Ştatlarıdır.

125
00:21:13,080 --> 00:21:25,370
Onların qarşısına möhkəm və qüdrətli bir şəkildə çıxın. Siz milli iqtidara, xalqın köməyinə arxalanaraq

126
00:21:25,710 --> 00:21:33,650
onların hiylələrinin qarşısını ala, məkrli planlarını neytrallaşdıra bilərsiniz.

127
00:21:33,880 --> 00:21:41,250
40 illik beynəlxalq fəaliyyət təcrübəmiz göstərir ki,

128
00:21:42,000 --> 00:21:49,940
hegemon dövlətlərin qarşısında təslim olmaq

129
00:21:50,110 --> 00:21:54,970
insana onlara müqavimət göstərməkdən baha başa gəlir.

130
00:21:56,220 --> 00:22:04,910
Hegemon dövlətlərin zorakılığına tabe olmaq ölkələri və xalqları aciz, çarəsiz vəziyyətə salır,

131
00:22:06,400 --> 00:22:20,170
inkişafın yollarını sözün həqiqi mənasında onların üzünə bağlayır, onları insani dəyərlərdən uzaqlaşdırır; hegemonlara təslim olmağın bahası bax bu cür ağırdır.

132
00:22:22,450 --> 00:22:30,740
Allahın köməyi və dəstəyi sayəsində, biz imperialistlərə

133
00:22:30,910 --> 00:22:39,880
və imperializm sisteminə təslim olmamışıq, boyun əyməmişik, onlarla onların istəklərinə uyğun dil tapıb razılaşmamışıq

134
00:22:40,110 --> 00:22:48,450
və bu gün dünənkindən daha güclü və bacarıqlıyıq. Bu gün bizim imkanlarımız dünənkindən qat-qat çoxdur.

135
00:22:50,620 --> 00:22:57,820
Onların qarşısında durmuşuq, təslim olmamışıq; bu, çox mühüm bir təcrübədir.

136
00:22:59,080 --> 00:23:04,450
Əlbəttə, bu yolda şəhidlərimiz olub, fədakarlıq edən insanlarımız olub,

137
00:23:04,970 --> 00:23:10,000
bir çox görkəmli və dəyərli şəxsiyyətlərimizi əldən vermişik,

138
00:23:10,620 --> 00:23:19,940
lakin İslam Respublikası irəli gedib, inkişaf edib, öz şüarlarını daha da önə çəkib.

139
00:23:20,280 --> 00:23:28,450
Möhtərəm ölkə başçımıza və onunla müxtəlif sferalarda əməkdaşlıq edəcək

140
00:23:29,080 --> 00:23:39,650
qardaş və bacılarımıza bir neçə tövsiyəm də var, bu tövsiyələri diqqətdə saxlasınlar.

141
00:23:39,650 --> 00:23:48,340
Bu vəzifə səlahiyyətini, bu imkanı əmanət bilin; Əmirəlmöminin Əlinin (ə) də buyurduğu kimi:

142
00:23:48,740 --> 00:23:52,680
وَ اِنَّما هِيَ في عُنُقِکَ اَمانَة

143
00:23:53,710 --> 00:23:57,200
Bu vəzifə səlahiyyəti bizim –

144
00:23:57,710 --> 00:24:07,020
mənim də, sizin də əlimizdə bir ilahi əmanətdir; əmanətdar olmaq, bu əmanəti layiqincə qorumaq lazımdır.

145
00:24:08,220 --> 00:24:09,880
Qurani-Kərimin bu şərif ayəsi:

146
00:24:09,880 --> 00:24:13,940
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı əmr edir”. (“Nisa” surəsi, 58-ci ayədən)

147
00:24:14,280 --> 00:24:22,970
təkcə gözlə görünən maddi əmanətlərə aid deyil. Bu mühüm əmanət –

148
00:24:23,370 --> 00:24:28,340
yəni vəzifə məsuliyyəti həmin ayənin daha bariz nümunəsidir.

149
00:24:28,910 --> 00:24:37,820
İkinci tövsiyəm budur ki, vaxtımız az, işimiz çox olduğuna görə prioritetləri gözləmək lazımdır.

150
00:24:38,000 --> 00:24:44,400
Həm xərcləmələrdə, həm planlamalarda – hər bir işdə

151
00:24:44,970 --> 00:24:54,280
prioritetləri nəzərə almaq lazımdır. Bəli, bu gün əsas prioritetlər

152
00:24:55,140 --> 00:25:03,710
bayaq möhtərəm prezidentin qeyd etdikləridir; sosial ədalət, yoxsulluğun aradan qaldırılması,

153
00:25:04,110 --> 00:25:10,340
korrupsiyanın kökünün kəsilməsi bizim birinci dərəcəli prioritetlərimizdir;

154
00:25:11,020 --> 00:25:16,450
bunları önə keçirmək lazımdır, ardınca isə digər məsələlər gəlir.

155
00:25:16,680 --> 00:25:25,480
Digər bir tövsiyəm isə budur ki, fəaliyyətinizi planlı şəkildə qurun. “6-cı inkişaf proqramı”

156
00:25:26,340 --> 00:25:36,400
kompleks bir proqramdır; bu il bu proqrama start verilir. Əlbəttə ki, biz bir az gecikmişik; bu proqramın icrasına ötən il başlanmalı idi.

157
00:25:37,370 --> 00:25:45,140
“6-cı inkişaf proqramı” önəmli bir proqramdır; planlı şəkildə,

158
00:25:46,000 --> 00:25:56,050
tam diqqətlə, bütün imkanları nəzərə alaraq hərəkət etmək lazımdır; proqrama önəm vermək lazımdır.

159
00:25:56,340 --> 00:26:02,970
Mənim növbəti tövsiyəm isə xalqın birliyinə önəm verməyimizdir;

160
00:26:03,880 --> 00:26:15,600
bizim nəyimiz varsa, hamısını xalqın vəhdətinə, insanlarımızın öz aralarında, eləcə də ölkənin işlərini idarə edən rəsmilərlə aralarında olan

161
00:26:16,000 --> 00:26:25,540
birlik və bölünməzliyinə borcluyuq. Bu birliyi qoruyun; zərərli ikitirəliklər yaranmasın.

162
00:26:26,110 --> 00:26:34,280
Xalqın içərisində müxtəlif siyasi meyillərə, görüşlərə sahib olan insanlar var; lap yaxşı,

163
00:26:34,680 --> 00:26:42,110
qoy hər kəs fərqli siyasi görüşləri ilə, birgə və yanaşı, dinc, rahat şəraitdə yaşasın.

164
00:26:42,510 --> 00:26:52,340
Fərqli siyasi görüşlər və fikir ayrılığı o demək deyil ki, mütləq, dava-dalaş olmalıdır;

165
00:26:52,340 --> 00:27:01,940
insanlar fərqli siyasi düşüncəyə sahib olduqlarına baxmayaraq, bir-biri ilə yanaşı çox gözəl həyat sürə bilərlər. Konflikt mənbələri yaradılmamalıdır.

166
00:27:02,620 --> 00:27:11,080
Müxalif görüşlər sizi narahat etməsin; müxaliflərin hansısa fikri, tənqidi yanaşması varsa,

167
00:27:11,420 --> 00:27:21,080
qoy tənqid etsinlər, müxalif fikirlərini irəli sürsünlər; bundan narahat olmaq lazım deyil. Ölkənin idarəçiliyi ağır bir işdir,

168
00:27:22,280 --> 00:27:27,710
işlərimizdə nöqsanlar da az deyil, kimlərinsə bizi tənqid etməsi mümkündür.

169
00:27:28,170 --> 00:27:35,770
Tənqidləri dözümlü yanaşmaq mənasında qəbul etməli və dözməliyik.

170
00:27:35,940 --> 00:27:45,650
Xalqın arasına gedin, bilavasitə insanların özləri ilə görüşün, camaatdan eşidin;

171
00:27:46,450 --> 00:27:52,620
bu, çox önəmli olan işlərdən biridir. Bizə çatdırılan hesabatlar

172
00:27:53,600 --> 00:28:01,540
nə qədər real və həqiqi olsa da, insanın xalqla görüşərkən,

173
00:28:02,220 --> 00:28:08,680
camaat arasına çıxarkən görüb müşahidə etdiklərindən xeyli fərqlənir.

174
00:28:08,970 --> 00:28:18,910
Qəlbi stimul dolu inqilabi qüvvələrin qədrini bilin; mən bunu bütün rəsmilərə tapşırıram.

175
00:28:19,770 --> 00:28:30,220
Problemlərlə üzləşdiyi zaman sinəsini sipər edib ölkəni qoruyanlar,

176
00:28:30,970 --> 00:28:37,020
müdafiə edənlər məhz mömin, inqilabçı, stimullu insanlardır. Onların qədrini bilməliyik.

177
00:28:38,170 --> 00:28:51,200
Beynəlxalq miqyaslı qərarlar verərkən həmişə yadda saxlayın ki, düşmən sizi məhv etmək üçün bütün güc və imkanlarından istifadə edir.

178
00:28:52,910 --> 00:29:04,850
Bu gün bizimlə qarşı-qarşıya olan bəzi dövlətlərin rəsmiləri bunu açıq-aşkar deyir; açıq-aşkar etiraf edirlər ki,

179
00:29:05,480 --> 00:29:10,450
İslam Respublikası quruluşunu məhv etmək niyyətindədirlər; bunu yadda saxlayın.

180
00:29:10,680 --> 00:29:16,170
Bəziləri də bu niyyətini gizlədir, açıq demir, amma reallıq budur ki, eyni məqsədi güdürlər.

181
00:29:17,710 --> 00:29:31,710
Beynəlxalq əməkdaşlıq həvəsi bizi məhv etmək məqsədi güdən düşmənlərimiz olduğunu bizə unutdurmamalıdır.

182
00:29:32,850 --> 00:29:39,310
Hər bəhanədən də istifadə edirlər. Siz kosmosa

183
00:29:39,600 --> 00:29:48,050
peyk daşıyıcısı buraxırsınız, birdən-birə görürsünüz ki, dünyada hay-küy, qalmaqal yaradıblar. Elm, texnologiya sferasında

184
00:29:48,510 --> 00:29:58,850
istənilən ölkə üçün lazımlı və son dərəcə normal, adi olan bir işi siz həyata keçirdiyiniz zaman hay-küy qopardıqlarının şahidi olursunuz.

185
00:29:59,940 --> 00:30:04,910
Bütün bunlar onu göstərir ki, daha da diqqətli və ehtiyatlı olmaq lazımdır.

186
00:30:04,910 --> 00:30:14,620
Bu cür münasibətin cavabı isə cihad əzmi ilə, gərgin və planlı surətdə işləməkdir; bu düşmənçiliyin cavabı daha da güclənməkdir.

187
00:30:15,140 --> 00:30:24,170
Güclənmək deyərkən mən təkcə hərbi və təhlükəsizlik baxımından güclənməyi nəzərdə tutmuram; əlbəttə ki, bu sahələrdə də güclənməyə ehtiyac var,

188
00:30:24,280 --> 00:30:29,820
amma iqtisadiyyat və mədəniyyətdə,

189
00:30:30,740 --> 00:30:41,880
öz dini və inqilabi kimliyini qorumaqda günbəgün daha da güclənmək, daha da dərinləşmək lazımdır. Düşmənə veriləcək cavab budur.

190
00:30:42,000 --> 00:30:52,850
Və son olaraq: Uca Yaradana təvəkkül edin, Allah-taalanın möminlərə verdiyi yardm vədinə inanın:

191
00:30:53,600 --> 00:30:58,400
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)

192
00:30:58,800 --> 00:31:03,140
Başqa bir ayədə: “Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən)

193
00:31:03,420 --> 00:31:14,170
Bu vədlərə inanın, özü də təkidlə inanın! Siz dinin dirçəlişi, dinin bərpası, Allahın dininin hakimiyyətini qurmaq yolundasınız;

194
00:31:14,340 --> 00:31:21,420
bu, Allaha kömək etmək deməkdir, elə isə əmin olun ki, Allah-taala da sizə öz yardımını yetirəcək.

195
00:31:22,050 --> 00:31:28,800
Dinə, qanuna zidd əməllər qarşısında sakit durmayın,

196
00:31:29,140 --> 00:31:34,280
etinasız qalmayın və bilin ki, inşallah, gələcək sizindir!

197
00:31:34,280 --> 00:31:39,370
Pərvərdigara! Səni and verirəm Məhəmməd və Ali-Məhəmmədə,

198
00:31:40,000 --> 00:31:44,800
bizi Sənin razılığını əldə etmək yolunda uğur qazananlardan et.

199
00:31:46,400 --> 00:31:53,080
Pərvərdigara! Bu yeni – 12-ci hökumətə

200
00:31:53,540 --> 00:32:03,420
və ölkəyə xidmət edən bütün rəsmilərə öhdələrinə düşən mühüm vəzifələrin icrası yolunda uğurlar nəsib et.

201
00:32:04,800 --> 00:32:15,250
Pərvərdigara! Günlərimizi, ömrümüzü, saatlarımızı, illərimizi bizim üçün təəssüf yox,

202
00:32:15,710 --> 00:32:18,000
qənimət mənbəyi et.

203
00:32:19,250 --> 00:32:27,140
Pərvərdigara! Şəhidlərimizin pak ruhlarını, dahi liderimiz İmam Xomeyninin ruhunu Məhşərə övliyalarınla birgə gətir.

204
00:32:28,110 --> 00:32:30,970
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.