1
00:00:00,600 --> 00:00:03,260
بسم‌الله‌الرّحمن‌الرّحيم

2
00:00:03,260 --> 00:00:12,330
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:22,060 --> 00:00:31,600
و علي آله الطّيبين الطّاهرين المعصومين سيّما بقيّةالله في الارضين

4
00:00:33,860 --> 00:00:41,400
Əziz qardaşlar, bacılar, möhtərəm rəsmilər, çox xoş gəlmisiniz.

5
00:00:42,260 --> 00:00:56,060
Bu görüş bizim il boyu keçirdiyimiz bərəkətli görüşlərdən biridir. Müxtəlif sferaların rəsmiləri

6
00:00:57,130 --> 00:01:10,860
burada iştirak edir, dəyərli məruzələr dinlənilir; necə ki cənab prezident bu gün bizə çox yaxşı bir məruzə təqdim etdi.

7
00:01:11,800 --> 00:01:23,730
Doğrudur, bir qayda olaraq bu iclaslarda ölkə başçılarının hər biri müəyyən bir tərzdə öz fəaliyyətinin müsbət tərəfləri barədə danışır.

8
00:01:24,400 --> 00:01:40,460
Hər halda, insanlar məlumatlarla, xəbərlərlə tanış olur, həqiqətləri eşidir. Bu baxımdan da, Allaha həmd olsun ki, mübarək bir görüşdür.

9
00:01:41,860 --> 00:01:52,200
Söhbətimin başlanğıcında mən ramazan ayı ilə bağlı bir neçə cümlə demək istəyirəm.

10
00:01:53,530 --> 00:02:03,460
Bu qızıla bərabər fürsətin yarısını artıq geridə qoymuşuq, irəlidə yarısından da azı qalıb.

11
00:02:07,530 --> 00:02:20,400
Əziz qardaş və bacılarımız, möhtərəm rəsmilər, xüsusilə də bizlər bu fürsəti qənimt bilməliyik;

12
00:02:21,530 --> 00:02:39,860
tövbə etmək, Allaha üz tutmaq, qəlbini nurlandırmaq, təravətləndirmək, dua və yalvarış üçün gözəl bir fürsətdir;

13
00:02:40,400 --> 00:02:54,200
gəlin Allah-taalanın qarşısında dua edib yalvaraq. Sizdən hər birinizin, böyük ehtimalla, çalışdığı sferada çətinlikləri, çatışmazlıqları var,

14
00:02:54,930 --> 00:03:03,660
müəyyən amillərə, elementlərə ehtiyac duyursunuz; bunları Allahdan istəməliyik.

15
00:03:04,460 --> 00:03:14,600
Çəkdiyiniz zəhmətlə, göstərdiyiniz səylərlə yanaşı, heç şübhəsiz, dua və yalvarış etməyiniz də lazımdır;

16
00:03:16,260 --> 00:03:21,530
bunu yaddan çıxarmamalıyıq.

17
00:03:21,800 --> 00:03:26,600
Dualardan bir neçəsində, o cümlədən “Əbi Həmzə Somali” duasında oxuyuruq:

18
00:03:26,930 --> 00:03:30,460
وَ لا يُنجي مِنکَ اِلَّا التَّضَرُّعُ اِلَيک‌

19
00:03:31,130 --> 00:03:37,130
Qurtuluş yolumuz Allah dərgahına dua etmək, yalvarıb-yaxarmaqdır.

20
00:03:39,400 --> 00:03:46,600
Bəs elə isə necə olur ki, bu dua və yalvarış bizim nicatımız,

21
00:03:46,600 --> 00:03:51,530
لا يُنجي مِنکَ اِلَّا التَّضَرُّعُ اِلَيک‌

22
00:03:53,200 --> 00:04:09,800
qurtuluşumuz üçün vasitə ola bilir? Zəif insanlar da bəzən başqa insanların qarşısında yalvarıb-yaxara bilər;

23
00:04:10,200 --> 00:04:26,930
bu ikisinin fərqi nədir? Allah qarşısında yalvarıb-yaxarmaqla Onun bəndələri qarşısında yalvarıb-yaxarmağın fərqi nədir?

24
00:04:27,730 --> 00:04:39,600
Bu məqama diqqət yetirməyimiz çox önəmlidir. Allahın bəndələri qarşısında yalvarmaq bunun üçündür ki,

25
00:04:40,130 --> 00:04:52,660
həmin adamın ürəyi yumşalsın; Allah qarşısında yalvarıb-yaxarmaq isə bunun üçündür ki, bizim öz ürəyimiz yumşalsın;

26
00:04:53,800 --> 00:05:04,660
öz ürəyimizi daşlaşmaqdan xilas edək; nicatımız, qurtuluşumuz da bundan qaynaqlanır.

27
00:05:04,860 --> 00:05:16,530
Ürək sərtlik vəziyyətindən çıxıb yumşalanda nurlanır.

28
00:05:17,530 --> 00:05:32,130
İnsanın qarşısında yolları açan, ona ümid, çalışmaq əzmi bəxş edən,

29
00:05:33,260 --> 00:05:48,600
onu doğru yollara istiqamətləndirən də məhz qəlbinin bu nurudur. İnsan təqvalı olanda Allah-taala da ona öz hidayətini lütf edir.

30
00:05:48,930 --> 00:05:57,800
Təqva isə həmin o ürəyiyumşaqlıqdan, qəlbin incəliyindən, nurluluğundan irəli gəlir; işin əsli bu cürdür.

31
00:05:59,400 --> 00:06:01,860
Mübarək “Zümər” surəsində buyurulur:

32
00:06:01,860 --> 00:06:09,860
“Vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar”. (“Zümər” surəsi, 22-ci ayədən)

33
00:06:10,200 --> 00:06:24,130
Daşlaşmış olan, möhkəm qəlb bu cürdür. Ayədə belələrinin açıq-aşkar azğınlıq içərisində olduğu deyilir.

34
00:06:25,460 --> 00:06:34,530
Mübarək “Maidə” surəsində isə Bəni-İsrail haqqında belə buyurulur:

35
00:06:34,930 --> 00:06:41,800
“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik”. (“Maidə” surəsi, 13-cü ayədən)

36
00:06:42,930 --> 00:06:50,530
– Allahın lənəti onların qəlblərinin sərtləşməsində özünü göstərir; hansı ki bu da elə onların öz əməllərinin nəticəsidir:

37
00:06:50,930 --> 00:06:53,600
فَبِما نَقضِهِم ميثاقَهُم

38
00:06:54,330 --> 00:07:01,330
– Allah-taala ilə bağladıqları əhdi pozublar, unudublar.

39
00:07:02,200 --> 00:07:16,060
Biz öz imanlı cəmiyyətimizdə bu şeylərə diqqət yetirməliyik; özəlliklə də bizlər – hər biri müəyyən bir sferanın yükünü çiyinlərində daşıyan rəsmilər.

40
00:07:18,660 --> 00:07:26,060
Mübarək “Bəqərə” surəsində yenə də Bəni-İsrail haqqında belə buyurulur:

41
00:07:26,260 --> 00:07:39,800
“Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar...” (“Bəqərə” surəsi, 74-cü ayədən)

42
00:07:40,660 --> 00:07:53,600
– qəlbləriniz daşdan da sərt oldu; Peyğəmbəri-Əkrəm (s) Mədinə yəhudiləri ilə mübarizə apararkən onlara qarşı dəlil gətirmək üçün Allahın dilindən bu sözləri deyir,

43
00:07:54,200 --> 00:07:59,730
Bəni-İsrailin keçmişini onların yadına salır.

44
00:08:02,130 --> 00:08:12,530
Bütün bunlar bizim üçün ibrət dərsidir, öyüd-nəsihət götürməyimiz, gözümüzün açılmağı üçün bir vasitədir; çalışıb səy göstərməliyik.

45
00:08:12,530 --> 00:08:18,400
Şərafətli “Kafi” kitabındakı rəvayətlərdən birində oxuyuruq:

46
00:08:18,400 --> 00:08:22,730
وَ القاسِي القَلبِ مِنّي بَعيد

47
00:08:25,060 --> 00:08:39,460
– insan üçün ən pis, ən qorxunc bəlalardan biri Allahdan uzaqlaşmaqdır; daşürəkliliyin, qəlbin sərtləşməsinin isə belə bir xüsusiyyəti var ki,

48
00:08:40,060 --> 00:08:43,860
insanı Allahdan uzaqlaşdırır. Və ya başqa bir rəvayətdə:

49
00:08:44,200 --> 00:08:50,260
“Bəndə üçün daşürəkli olmaqdan ağır cəza yoxdur”.

50
00:08:50,260 --> 00:09:00,400
Bir sözlə, bu günlərdən istifadə etməliyik; mübarək ramazan ayı gözəl bir fürsətdir; istər bu ayın duaları olsun

51
00:09:00,800 --> 00:09:10,200
(səhərlər, gündüzlər və ya gecələr oxunması tövsiyə olunmuş dualar; elə dualar var ki, onların məzmunu qəlbimizi yumşaldır),

52
00:09:11,000 --> 00:09:19,660
istərsə də oruc olmağın, şəri vəzifənə diqqət yetirməyin özü; bizim buna ehtiyacımız var.

53
00:09:20,800 --> 00:09:29,600
Bizim İslam qayda-qanunu ilə, İslam İnqilabı prinsipləri ilə yaşayan cəmiyyətimiz

54
00:09:30,330 --> 00:09:41,400
Allahı yada salıb zikr etməyə, Uca Yaradan qarşısında təslimkarlığa, dua və yalvarış etməyə diqqət və önəm verməzsə, heç şübhəsiz, möhkəm zərbə alacaq;

55
00:09:43,800 --> 00:09:55,130
arzu və amallarına əsla yetişə bilməyəcək. Biz o uca hədəflərimizə, təqdirəlayiq arzu və amallarımıza

56
00:09:56,060 --> 00:10:01,260
yalnız o zaman yetişə bilərik ki, tutduğumuz yolda əsl mömin kimi,

57
00:10:01,800 --> 00:10:13,260
sədaqətlə çalışaq. Bu isə yalnız diqqətini Allah-taalaya yönəltməklə, qəlbin nurunu, Uca Yaradanla rabitəsini artırmaqla mümkün ola bilər.

58
00:10:14,060 --> 00:10:29,200
Mənim ramazan ayının yaratdığı fürsət barədə demək istədiklərim bunlar idi; zənnimcə, bu gün edəcəyim söhbətin ən önəmli qismi də elə bu idi.

59
00:10:29,600 --> 00:10:39,800
Mənim əsas sözüm budur: diqqətli olmaq lazımdır. Əlbəttə ki, mən bu sözləri ilk növbədə özümə ünvanlayıram;

60
00:10:40,330 --> 00:10:51,060
mənim öhdəmə sizdən daha böyük məsuliyyət, daha ağır yük düşür, mənim özümün bu tövsiyələrə sizdən daha çox ehtiyacım var.

61
00:10:52,130 --> 00:11:02,130
Mən də, siz də diqqətli olmalı, bu aydan, bu fürsətdən istifadə etməliyik; qarşıdan gələn Qədr gecələri də öz yerində.

62
00:11:04,060 --> 00:11:15,260
Bu görüşlərimiz isə ölkədəki bəzi genişmiqyaslı, makrosəviyyəli  və önəmli problemlərin həlli yollarını nəzərdən keçirmək üçün bir fürsətdir;

63
00:11:16,060 --> 00:11:28,200
ola bilsin, həmin problemlərdən bəziləri ilə bağlı müəyyən fikir ayrılıqları, mübahisəli məqamlar var, bu iclaslar həmin məqamların ortaya qoyulub müzakirə edilməsi üçün yaxşı bir fürsətdir.

64
00:11:29,600 --> 00:11:37,330
Ola bilsin, bizlərin diqqətindən kənarda qalmış bəzi məsələlər də ola bilər ki, onlar da burada qeyd oluna bilər.

65
00:11:37,730 --> 00:11:44,260
Bu baxımdan bu görüşlər çox faydalıdır; çünki burada rəsmilər, işi bilən insanlar iştirak edir.

66
00:11:45,060 --> 00:11:53,130
Xoşbəxtlikdən, bu il bizdə seçkilər oldu; seçkilər böyük bir məsələ idi;

67
00:11:53,400 --> 00:12:05,530
seçkilərin möhtəşəmliyi inqilabın, İslam dövlətinin qüdrətini nümayiş etdirdi. Biz bunu diqqətdən qaçırmamalıyıq.

68
00:12:06,730 --> 00:12:17,930
Dünyada aparılan təbliğatda, ölkəmizdə baş tutan seçkilərlə bağlı dünya mediasında gedən fikirlərdə

69
00:12:18,130 --> 00:12:25,930
özünüzün də gördüyünüz kimi, bizim seçkilərimiz barədə daim danışırlar)

70
00:12:26,130 --> 00:12:36,460
bu məqama əsla toxunulmur, qətiyyən qeyd olunmur ki, bu seçkilər dövlətin qüdrətini nümayiş etdirirdi;

71
00:12:36,800 --> 00:12:50,260
dövlətin bacarığını, qəlblərdə özünə necə dərin yer etdiyini göstərirdi. Adətən bunu demirlər, amma bu bir reallıqdır.

72
00:12:53,000 --> 00:13:09,260
Cümə günü seçki məntəqələrinə gəlmiş insanlar kimə səs verdiklərindən asılı olmayaraq, hamısı müştərək şəkildə bir işi həyata keçirdi.

73
00:13:10,730 --> 00:13:20,860
Bu müştərək iş olduqca dəyərli bir işdir; onu görmək və dünyaya da göstərmək lazımdır.

74
00:13:21,400 --> 00:13:28,330
Həmin müştərək iş dövlətə etimad etmək, İslam dövlətinə olan etimadını ifadə etmək idi.

75
00:13:29,330 --> 00:13:36,860
Düzdür, hərə birinə səs verdi,

76
00:13:38,200 --> 00:13:45,400
amma hamı müştərək bir iş gördü. O müştərək iş

77
00:13:45,400 --> 00:13:50,400
İslam Respublikasının qoyduğu o seçki qutusuna,

78
00:13:51,130 --> 00:14:01,660
İslam Respublikasının Konstitusiyası ilə tənzimlənmiş bu möhtəşəm hərəkata etimad etməkdən,

79
00:14:04,060 --> 00:14:12,660
ölkənin icraedici hakimiyyətinin rəsmisini seçmək üçün bu prosesə qoşulmaqdan ibarət idi; bu olduqca önəmlidir.

80
00:14:12,930 --> 00:14:27,530
Xalqın müştərək surətdə həyata keçirdiyi bu işi zay etmək lazım deyil; içindən hansısa sözlər və mülahizələr çıxarmaqla

81
00:14:27,530 --> 00:14:37,130
bu müştərək hərəkatın əsasını zay etmək, puç etmək yaramaz; bu çox önəmli bir iş idi.

82
00:14:38,000 --> 00:14:50,330
İran xalqını iki yerə ayırıb: “Bəziləri bu məsələyə “bəli” və ya “xeyr” deyib” – demək doğru deyil. Xeyr, camaat yalnız gəlib və doğru bildiyi şəxsi seçib.

83
00:14:52,000 --> 00:15:06,800
İnsanlar arasında bölgü aparmaq nəyə lazımdır? Diqqətli olmaq lazımdır ki, İran xalqının həyata keçirdiyi böyük və müştərək bir işin içindən bu kimi bölgülər, çəkişmələr çıxarılmasın.

84
00:15:10,400 --> 00:15:19,800
Bütün İran xalqı bu xalqa və onun tərəqqisinə düşmən olanların əleyhinədir.

85
00:15:20,530 --> 00:15:30,800
Bəli, xainləir ola bilər; bütün ölkələrdə, bütün xalqlarda, bütün dövrlərdə xain insanlar olub,

86
00:15:31,660 --> 00:15:44,000
amma ümumilikdə İran xalqı onu qəsdən problemlərlə üz-üzə qoyanların, müharibəyə təhrik edənlərin, ona qarşı sanksiya tətbiq edənlərin,

87
00:15:44,000 --> 00:15:49,800
onun asayiş və təhlükəsizliyini pozanların əleyhinədir, onları istəmir. Bütün xalq bu cürdür.

88
00:15:50,200 --> 00:15:59,330
Hazırda isə, gördüyünüz kimi, seçkidən sonra amerikalılar tam həyasızcasına həm sanksiyaları artırır,

89
00:16:00,200 --> 00:16:12,330
həm də ölkəmizə qarşı həmişəkindən də çox düşmənçilik yürüdür, daha da inadkarcasına müxalifət edirlər; belədir də.

90
00:16:13,200 --> 00:16:25,400
Düşmənçilikləri, vəziyyəti, ehtiyacları, qarşıya qoyduğumuz ali hədəfləri nəzərə alaraq yeni bir atmosfer yaratmaq lazımdır.

91
00:16:26,600 --> 00:16:39,530
Bu yeni atmosferin – əməkdaşlıq, ölkənin tərəqqisi,

92
00:16:40,400 --> 00:16:48,200
İslam Respublikasının yüksəlişi kimi müştərək bir hədəf uğrunda çalışmaq,

93
00:16:49,060 --> 00:17:00,530
işləmək atmosferinin yaradılmasında hamının rolu və payı var. Özümüzü müqəddəs İslam Respublikası quruluşunun məqsədlərinə addım-addım yaxınlaşdırmağı bacarmalıyıq.

94
00:17:01,400 --> 00:17:12,260
Həmin məqsədlər İslam Respublikasının şüarlarında ilk gündən də olub, bu gün də var; özümüzü onlara yaxınlaşdırmalıyıq.

95
00:17:12,600 --> 00:17:22,930
Bunun üçün hamı çalışmalıdır. Əgər hamımız çalışsaq, möhkəm dura, müqavimət göstərə, düşmənləri diz çökdürə bilərik;

96
00:17:22,930 --> 00:17:30,930
əgər hamımız bir olsaq, bir yumruqda birləşsək; bu, mənim həmişəki tövsiyəmdir. Bu gün də mən yenidən bu tövsiyəni edirəm;

97
00:17:31,930 --> 00:17:39,660
hamı ölkə rəsmilərinə kömək etməli, işləyə bilmələri üçün onlarla əməkdaşlıq etməlidir;

98
00:17:39,660 --> 00:17:45,330
ölkə rəsmilərinə də sözün əsl mənasında camaatın tərəfində olmalıdır;

99
00:17:45,930 --> 00:17:54,200
müxtəlif sferaların rəsmiləri öz aralarında da əməkdaşlıq etməlidir. Mənim özümün də yanaşmam budur ki, iş başında olan bütün dövlətləri

100
00:17:54,800 --> 00:18:03,530
həmişə dəstəkləyirəm; bu gün də belədir, inşallah, bundan sonra da, nə qədər ki sağıq, belə olacaq.

101
00:18:06,130 --> 00:18:21,200
Ölkədəki problemlərə ümumulikdə bir nəzər salsaq, biz rəsmilər –

102
00:18:21,660 --> 00:18:30,600
yüksək ranqlı məmurundan tutmuş müxtəlif sferalarda çalışan rəhbər işçilərinə qədər – əgər ölkəni düzgün idarə etmək,

103
00:18:30,600 --> 00:18:37,660
fürsətləri və riskləri sözün əsl mənasında idarə etmək

104
00:18:38,260 --> 00:18:47,660
(çünki həm fürsətlər var, həm də risklər; bunları düzgün idarə etməyi bacarmaq lazımdır),

105
00:18:49,260 --> 00:18:59,200
xalqın sərmayələrindən düzgün istifadə etmək, ölkənin imkan və potensiallarını –

106
00:18:59,660 --> 00:19:09,860
hansı ki onlardan bəziləri bu günə qədər hələ də üzə çıxarılmayıb – reallaşdırıb onlardan yararlanmaq,

107
00:19:11,130 --> 00:19:22,530
doğru yolu çıxmazdan fərqləndirmək (belə ki insanların, ölkə rəsmilərinin, hökumət nümayəndələrinin, müxtəlif sahələrdə çalışan vəzifəli şəxslərin qarşısında

108
00:19:22,530 --> 00:19:30,130
bəzən bir neçə yol olur; onlardan bəziləri bizi öz məqsədimizə yox, çıxmaza aparır),

109
00:19:30,530 --> 00:19:42,060
bu böyük işləri həyata keçirmək istəyiriksə, əvvəla, qərar vermə meyarlarımızı

110
00:19:43,460 --> 00:19:54,800
düzgün seçib müəyyənləşdirməliyik, ikincisi isə təcrübəmizdən istifadə etməliyik; bu gün mənim demək istədiyim budur.

111
00:19:56,530 --> 00:20:08,600
Qərar vermə meyarlarımızı düzgün seçməliyik; adətən bu məqamda sapmalar olur;

112
00:20:09,000 --> 00:20:18,130
bu gün yox, ümumiyyətlə, müxtəlif dövrlərdə; indi deyəcəyəm.

113
00:20:20,000 --> 00:20:30,930
Yaxşı, gəlin baxaq, bizim qərar vermə meyarımız nədir? Təbii ki, ümumilikdə burada söhbət bir şeydən gedir ki, o da milli mənafedir;

114
00:20:31,400 --> 00:20:41,600
yəni dövlətlər üçün qərar vermə meyarı milli mənafeyi təmin etməkdir; indi istər qısamüddətli mənafe olsun, istərsə də uzunmüddətli.

115
00:20:42,060 --> 00:20:52,600
Məsələ bundadır ki, bu mənafeyə necə tərif verməli, onu necə müəyyən etməliyik?

116
00:20:53,260 --> 00:21:02,600
Nəyi həqiqətən də milli mənafe hesab etməliyik, nəyi isə yox?

117
00:21:04,260 --> 00:21:10,200
Mənim əsas nəzərdə tutduğum və bu gün qeyd etmək istədiyim məqam budur:

118
00:21:10,200 --> 00:21:18,400
milli mənafe yalnız o zaman milli mənafe hesab oluna bilər ki, İran xalqının milli kimliyi ilə,

119
00:21:19,400 --> 00:21:24,530
İran xalqının inqilabi kimliyi ilə ziddiyyət təşkil etməsin.

120
00:21:26,860 --> 00:21:38,400
Milli mənafe yalnız o zaman doğrudan da milli mənafe ola bilər ki, millətin kimliyinə zidd olmasın. Əks təqdirdə

121
00:21:38,730 --> 00:21:50,260
əgər biz nəyi isə milli mənafe olaraq nəzərdə tutarkən xalqın kimliyini tapdalayırıqsa, sözsüz ki, səhvə yol veririk;

122
00:21:50,730 --> 00:22:00,000
bu, milli mənafe deyil. Təəssüf ki, Məşrutə dövründən inqilabdan əvvəlki illərə qədər xalqımızın nəsibi həmişə bu olub;

123
00:22:00,600 --> 00:22:10,730
milli kimliyimizi ayaqlar altına atıblar. Əlbəttə ki, bu vəziyyət Pəhləvi hakimiyyətindən əvvəlki dövrdən – Qacar hakimiyyətinin axırlarından etibarən yaranmağa başlayıb.

124
00:22:12,460 --> 00:22:29,200
Millətimizin kimliyi başda oturanların, ixtiyar sahibi olanların, qərar verənlərin milli mənafe hesab edib həyata keçirdiyi şeylərə görə həmişə ayaq altına atılıb;

125
00:22:31,930 --> 00:22:41,460
bu isə əks-tənasübdür. Milli mənafe millətin kimliyi ilə uyğunlaşdırılmalıdır,

126
00:22:41,800 --> 00:22:50,660
milli kimlik söz yox ki insan təxəyyülünün məhsulu olan milli mənafeyə tabe edilməməlidir.

127
00:22:51,800 --> 00:23:08,730
Kiminsə ortaya çıxıb: “Biz təpədən-dırnağa avropalı olmalıyıq ki, inkişaf edə, irəli gedə bilək” – deməyi

128
00:23:08,730 --> 00:23:21,530
milli kimliyi ayaq altına atmaq deməkdir. Tarixi keçmişi, güclü və zəngin mədəniyyəti, bu boyda ideologiyası,

129
00:23:22,000 --> 00:23:32,330
böyük və növbənöv mənəvi sərmayəsi olan bir xalqa: “Siz gəlin hər şeyinizdən keçin, hər şeyinizi bir kənara atıb

130
00:23:33,000 --> 00:23:44,530
təpədən-dırnağa qərbli olun ki, inkişaf edə biləsiniz” – deyirlər; yəni xalq üçün bir xeyir,

131
00:23:44,800 --> 00:23:54,330
bir mənafe təsvir edir, bir mənafeyin mənzərəsini yaradırlar, amma bu mənafeyin xatirinə milli kimlikdən uzaqlaşmaq lazımdır.

132
00:23:54,860 --> 00:23:59,660
Bu isə elə xalqın kimliyini məhv etmək, xalqın mövcudluğuna son qoymaq deməkdir;

133
00:24:02,530 --> 00:24:11,600
hansı ki bu proses Pəhləvi dövründə ən yüksək həddinə çatmışdı; əlbəttə ki, qeyd etdiyim kimi, Qacar dövrünün sonlarından etibarən başlamışdı.

134
00:24:12,130 --> 00:24:19,730
İslam İnqilabı gədi və bu yanaşmanı tamamilə dəyişdi.

135
00:24:20,660 --> 00:24:32,330
İnqilabın həyata keçirdiyi böyük işlərdən biri bu millətin özünəməxsus bir kimliyi olduğunu bəyan etməsi,

136
00:24:33,200 --> 00:24:46,930
bu kimliyi təsvir etməsi və bu məsələnin üzərində israrla durması oldu; İslam İnqilabı milli mənafeyi məhz bu kimlikdən çıxış edərək müəyyənləşdirir, təsdiq edir və təmin etməyə çalışır.

137
00:24:50,930 --> 00:25:03,730
Əvvəlki formada isə biz heç milli mənafeyə də yetişə bilməzdik; özünüzün də gördüyü kimi, ölkəmiz sahib olduğu bu qədər sərmayəyə, imkanlara rəğmən,

138
00:25:04,400 --> 00:25:12,200
milli kimliyini əldən verdiyi üçün məşrutə dövründən başlayaraq İslam İnqilabından əvvələ qədər

139
00:25:12,730 --> 00:25:23,000
öz şəninə və o zaman dünyada gedən ümumi inkişaf prosesinə uyğun heç bir irəliləyişə nail ola bilməyib.

140
00:25:24,800 --> 00:25:34,000
O zaman mütərəqqi, dinamik, canlı dünyada elmi-texnoloji cəhətdən, həyatın müxtəlif sferalarında

141
00:25:34,400 --> 00:25:46,330
bir başqa cür inkişaf getməkdə idi; bizim ölkəmizdə isə durğunuq və ətalət hökm sürürdü.

142
00:25:47,060 --> 00:26:00,860
İnqilabdan sonra isə bu yanaşma dəyişdi, vəziyyət dəyişdi. İnqilab qələbə çalandan bəri biz inkişaf etdiyimizi,

143
00:26:00,860 --> 00:26:10,860
irəliyə doğru getdiyimizi hiss edirik; əlbəttə ki, geriliklər də çoxdur, amma inkişaf göz önündədir.

144
00:26:11,400 --> 00:26:31,930
İlin əvvəlində etdiyim söhbətdə mən, deyəsən, qısaca olaraq ölkənin müxtəlif sferalarda –

145
00:26:32,200 --> 00:26:39,530
infrastruktur, insan kapitalı və sair müxtəlif sahələrdə əldə etdiyi nailyyətləri sadalamışdım;

146
00:26:41,130 --> 00:26:53,800
belə ki bəziləri bu şeyləri dilə gətirib etiraf etmək istəmir; hətta rəsmilərin özləri içərisində də bəziləri inqilabın qazandığı uğurlara diqqət və önəm vermir.

147
00:26:55,330 --> 00:27:05,060
Qarşısına çıxan bütün çoxsaylı problemlərə, müharibəyə təhrik olunmasına, o cür sanksiyalara məruz qalmasına,

148
00:27:05,800 --> 00:27:15,860
dünyaya hökmranlıq edən superdövlətlərin açıq-aşkar düşmənçiliyi ilə üzləşməsinə baxmayaraq, ölkəmizin bu nailiyyətləri əldə edə bilməsi

149
00:27:15,860 --> 00:27:30,730
yalnız özündə bir kimlik, heysiyyət hiss etməsi sayəsində mümkün olmuşdur. Öz kimliyini dərk edən, özünü tanıyan, varlığını hiss edən İran xalqı

150
00:27:32,460 --> 00:27:44,060
qüvvət və qüdrətlə irəli getməyə başladı; öz kimliyini hiss etmək insanda belə bir halət yaradır; insana özünəinam bəxş edir.

151
00:27:44,530 --> 00:27:57,200
“İran xalqının kimliyi” – deyirik; bu kimlik nədir? Bizim milli kimliyimiz necə müəyyənləşir, özünü nədə göstərir?

152
00:27:57,200 --> 00:28:05,130
Biz İslam dininə sitayiş edən, dərin tarixi kökləri olan və inqilabçı bir xalqıq; bizim kimliyimiz budur.

153
00:28:05,460 --> 00:28:19,860
Bizim müsəlman olmağımız, tarixi keçmişimiz və inqilabçılığımız milli kimliyimizi təşkil edən 3 əsas elementdir. Bu 3 elementi nəzərdən qaçırmamalıyıq.

154
00:28:20,530 --> 00:28:30,860
Bizim müsəlman olmağımız bu deməkdir ki, bizim kimliyimizi İslam dininin dəyər və prinsipləri formalaşdırmışdır.

155
00:28:31,800 --> 00:28:42,130
Tarixdə dərin köklərimizin olması isə bu mənadadır ki, bizim insan kapitalımız tarix boyu yüksək məfkurə və ideyalara sahib olub – müxtəlif sferalarda:

156
00:28:42,460 --> 00:28:52,600
fəlsəfədə, elmdə, texnologiyada – və tarix boyu zaman-zaman böyük işlər həyata keçirərək

157
00:28:53,530 --> 00:28:58,800
bəşəriyyəti irəli aparıb; buna diqqət yetirin.

158
00:29:00,000 --> 00:29:13,260
Yeni texnologiya və təşəbbüslərin Qərb və Avropaya aid olduğunu və əvvəldən də elə bu cür olduğunu düşünmək yanlışdır.

159
00:29:14,000 --> 00:29:25,060
Müəyyən dövrlərdə biz texnologiya sahəsində avanqard olmuşuq, ön sıralarda durmuşuq; o dövrə uyğun texnologiyalarda.

160
00:29:25,330 --> 00:29:39,000
Əlbəttə ki, elm və texnologiyanın belə bir xarakterik cəhəti var ki, irəli getdikcə daha da sürətlənir; mən buna dəfələrlə misal çəkmişəm və artıq təkrara yol vermək istəmirəm.

161
00:29:39,260 --> 00:29:44,200
İnkişaf əldə olunduqca, sürət də durmadan artır.

162
00:29:44,200 --> 00:29:52,330
Elmi inkişafa nail olmuş ölkələrlə geridə qalmış ölkələr arasında fərqin daim artmasının səbəbi də elə budur;

163
00:29:52,530 --> 00:29:55,660
elmi nailiyyətlər sürəti də artırır.

164
00:29:56,660 --> 00:30:05,400
O vaxt biz, əlbəttə ki, öz zəmanəmizə uyğun olaraq texnologiyada avanqard idik;

165
00:30:05,660 --> 00:30:14,260
təkcə İran olaraq biz yox, əksər Şərq ölkələri belə idi; o cümlədən də biz iranlılar.

166
00:30:14,530 --> 00:30:20,400
Odur ki ilk növbədə bizim müsəlman olmağımız və dərin tarixi köklərimiz gəlir; daha sonra isə inqilab;

167
00:30:21,930 --> 00:30:33,730
inqilab bizim kimliyimizin önəmli bir hissəsidir. İnqilab – İslam dininə əsaslanaraq

168
00:30:34,060 --> 00:30:44,600
ölkənin vəziyyətini büsbütün dəyişməyə müvəffəq olmuş dərin bir dəyişikliklər hərəkatıdır, onun mühüm xidmətlərindən biri isə

169
00:30:44,930 --> 00:30:52,130
xalqı arxa plandan çəkib çıxarması, bilavasitə ölkənin idarəçiliyi işinə daxil etməsi oldu. Xalq ölkədə heç kim idi;

170
00:30:52,860 --> 00:30:59,860
əsrlər boyu İran xalqına

171
00:31:02,060 --> 00:31:13,330
ümumiyyətlə hökumətin fonunda yanaşılırdı, hökumətin formalaşmasında xalqın heç bir rolu yox idi. Bəli, hansısa padşah müharibə edəndə camaatın bir hissəsini

172
00:31:13,860 --> 00:31:18,860
aparıb silah qabağına verirdi; xalqın rolu bundan ibarət idi.

173
00:31:19,130 --> 00:31:26,200
Amma xalq hansısa siyasətin müəyyən olunmasında, hansısa vəzifəli şəxsin

174
00:31:26,660 --> 00:31:36,260
(o da qala ölkənin yüksək ranqlı rəsmilərinin) seçilməsində söz sahibi ola – belə bir şey yox idi. Xalq oturub gözləyirdi ki, bu sülalə

175
00:31:36,600 --> 00:31:44,330
hakimiyyətdən getsin, o biri gəlsin; bu ağalıq etdiyi kimi, o biri də gəlib ağalıq etsin;

176
00:31:44,730 --> 00:31:50,600
əvvəlki necə zülm edirdisə, növbəti olan da gəlib zülmünü etsin! İran xalqının heç bir rolu yox idi.

177
00:31:51,460 --> 00:31:59,260
Tariximizdə ilk dəfə – çoxəsrlik tariximizdə;

178
00:32:01,130 --> 00:32:15,400
qədim dövrdən bu yana – ilk dəfə İran xalqı İslam İnqilabından sonra söz sahibi oldu, özünəməxsus rol oynadı, arxa plandan çıxıb ictimai-siyasi proseslərə qatıldı və bu gün seçir, təyin edir.

179
00:32:16,060 --> 00:32:26,600
Məlum olduğu kimi, ölkənin ən yüksək rəsmilərindən, Ali Rəhbərdən, prezidentdən tutmuş cürbəcür rəsmilərinə qədər

180
00:32:27,060 --> 00:32:35,730
hamısı xalq tərəfindən seçilərək iş başına gəlir və xalq qarşısında cavabdehlik etməlidir;

181
00:32:36,400 --> 00:32:47,060
xalqa cavab verməlidir. Bu, inqilabın əmələ gətirdiyi ən böyük hadisələrdən, dəyişikliklərdən biri idi.

182
00:32:47,330 --> 00:33:02,260
Bir sözlə, inqilabdan sonra milli mənafedə dəyişiklik yarandı; yəni milli mənafeyin meyarları, təbii olaraq, dəyişdi.

183
00:33:03,460 --> 00:33:16,260
İnqilab baş verəndən sonra, qeyd etdiyimiz kimi, diktatura xalq hakimiyyəti ilə, asılılıqlar siyasi suverenliklə,

184
00:33:16,260 --> 00:33:24,060
geriliklər diqqətəlayiq irəliləyişlərlə əvəzləndi; infrastrukturda, insan potensialında,

185
00:33:24,660 --> 00:33:36,200
nanotexnologiya, biotexnologiya kimi mühüm sənaye sahələrində; ağır sənayedə; hansı ki bu gün biz bu sahə üzrə dünya üzrə iki yüz neçə ölkə arasında, həm də ən yüksək yerlərdən birindəyik;

186
00:33:36,660 --> 00:33:46,130
ali təhsildə və sairdə. Bütün bunlar bizim inqilabi kimliyimizin ərsəyə gətirdiyi hadisələr idi.

187
00:33:46,460 --> 00:33:55,000
Və nəticə: deməli, bu mahiyyətə zidd olan heç bir şey milli mənafe deyil;

188
00:33:55,660 --> 00:34:07,460
hərçənd biz onu millət üçün mənfəətli, faydalı hesab etsək belə; bizim İslamımızla, inqilabımızla,

189
00:34:07,730 --> 00:34:15,530
çoxəsrlik tarixi keçmişimizlə ziddiyyət təşkil edən istənilən şey milli mənafe hesab olunmur.

190
00:34:15,930 --> 00:34:23,800
Əlbəttə ki, mənim bu sözlərim yanlış başa düşülməsin; bu o demək deyil ki, biz özümüzü

191
00:34:24,130 --> 00:34:33,130
dünyadakı elmi inkişafdan və ya bəşəriyyətin qazandığı cürbəcür nailiyyətlərdən məhrum etməliyik; xeyr; bunu ona görə deyirəm ki, bu günlərdə adət halını halıb,

192
00:34:33,660 --> 00:34:46,330
rəsmilərim ağzından çıxan hər sözü durmadan geniş bir müstəvidə – ingilis radiosundan tutmuş

193
00:34:46,330 --> 00:34:52,660
nə bilim hansısa internet saytına qədər hər yerdə – istədikləri kimi yozub mənalandırırlar.

194
00:34:53,200 --> 00:35:01,130
Mənim bu sözümü də bu şəkildə yozmasınlar ki, “müsəlman olduğumuza görə, inqilab etdiyimizə görə, tarixi keçmişimiz olduğuna görə

195
00:35:01,530 --> 00:35:11,130
bəşəri nailiyyətlərin qapısını üzümüzə bağlamalıyıq!” Xeyr, bəşəriyyətin qazandığı nailiyyətlər hamınındır, ayrıca kiməsə məxsus deyil;

196
00:35:11,400 --> 00:35:20,730
bütün bəşəriyyətin bu nailiyyətlərdən istifadə etməyə haqqı çatır. Kim daha ağıllı, daha zirək, daha məlumatlıdırsa, o daha çox istifadə edir;

197
00:35:20,730 --> 00:35:25,530
biz də daha ağllı, daha məlumatlı olmaq niyyətindəyik və inşallah, daha çox istifadə edəcəyik.

198
00:35:25,800 --> 00:35:35,660
Demək istədiyim odur ki, bizim milli mənafeyimiz xarici siyasətlərin təsirinə, təlqininə məruz qalmamalıdır.

199
00:35:35,660 --> 00:35:43,460
Milli mənafeyimizi biz özümüz müəyyən etməliyik; kənardan diktə olmamalıdır.

200
00:35:44,000 --> 00:35:57,260
Əlbəttə ki, imperialist dövlətlər sakit oturmur; öz istəklərini diktə etmək üçün onların öz metodları var.

201
00:35:57,730 --> 00:36:05,260
Oturub “beynəlxalq norma” adı altında müyyən qaydalar müəyyənləşdirirlər.

202
00:36:05,260 --> 00:36:18,460
Tutalım, bu gün Amerika “beynəlxalq norma” adı ilə nəyi isə dünyaya diktə edir; misal üçün, “dünyanın istənilən nöqtəsində

203
00:36:19,130 --> 00:36:24,000
Amerikanın mənafeyi gözlənməlidir”; bu oldu beynəlxalq bir norma. Dünyanın uzaq bir nöqtəsində –

204
00:36:24,860 --> 00:36:36,460
hansı ki Amerikadan minlərlə kilometr uzaqdır –

205
00:36:36,730 --> 00:36:45,000
kiminsə mənafeyi Amerikanınkı ilə üst-üstə düşməsə və öz mənfəətini təmin etmək istəsə, dərhal deyəcəklər ki, “beynəlxalq normalara zidd davranır”.

206
00:36:45,800 --> 00:36:52,200
Əvvəlcə nəyi isə norma kimi müəyyən edirlər, sonra isə onu əsas tutub,

207
00:36:52,530 --> 00:37:03,060
həmin normaya uyğun davranmayan xalqları, ölkələri və dövlətləri normalara zidd hərəkət etməkdə ittiham edirlər. Bu, yanlışdır;

208
00:37:03,600 --> 00:37:08,130
bu gün onlar bunu edirlər!

209
00:37:08,130 --> 00:37:17,600
Məsələn, son zamanlar Amerikanın bizim əleyhimizə səsləndirdiyi fikirlər içərisində tez-tez “regionda sabitliyi pozmaq” məsələsi yer alır;

210
00:37:17,930 --> 00:37:24,930
bu bir tezisə çevrilib: regionda sabitliyi pozmaq! Əvvəla, bu regionun sizə nə aiddiyyəti var?

211
00:37:25,530 --> 00:37:31,200
İkincisi, bu regionda sabitliyi pozan sizsiniz!

212
00:37:31,530 --> 00:37:43,460
Bu regionda sabitliyi, asayişi, təhlükəsizliyi yox edən Amerika və onun əlaltıları olub. Şimali Afrika o cür, Qərbi Asiya bu cür, Suriya bir cür, İraq bir cür.

213
00:37:46,260 --> 00:37:57,730
Pul gücünə hansısa qruplaşma yaratmaq, onu silahlandırmaq, əməliyyat planını hazırlamaq, dəstək vermək,

214
00:37:57,930 --> 00:38:08,330
yaralılarını xəstəxanalarda müalicə etmək – regionda sabitliyi pozmaq budur.

215
00:38:09,200 --> 00:38:20,200
İŞİD-i kim yaradıb? Kim gücləndirib? Bu gün İŞİD əleyhinə koalisiya yaratmaq iddiaları da yalandır;

216
00:38:20,530 --> 00:38:33,260
bu da yalandır. Bəli, onlar İŞİD-in kontroldan çıxmasının əleyhinədirlər; öz əllərində nəzarətdə saxladıqları İŞİD-i isə istəyirlər

217
00:38:33,800 --> 00:38:42,200
və əgər kimsə bu təzahürü məhv edib aradan götürmək istəsə, ona ciddi şəkildə qarşı çıxırlar.

218
00:38:42,400 --> 00:38:53,530
Özünüz görürsünüz, Amerikanın hərbi təyyarələri gəlib Suriyada İŞİD-ə və ya ona bənzər terror qruplaşmalarına qarşı döyüşən qüvvələri

219
00:38:53,860 --> 00:39:06,660
bombardman edir.  Eynilə bu hadisə İraqda da baş vermişdi. İraqın neftini İŞİD satırdı.

220
00:39:07,000 --> 00:39:15,800
Burada bir dövlət rəsmisi qonağımız idi – beynəlxalq aləmdə tanınmış bir simadır; burada qonaq idi –

221
00:39:16,130 --> 00:39:29,400
mənə söylədi ki, İraqda neft mənbələrindən nefti oğurlayıb filan ölkəyə satan İŞİD tırlarının təsvirləri

222
00:39:29,400 --> 00:39:37,800
amerikanların gözünün önündə olub, amma amerikanlar heç vaxt bunların başına bir dənə də olsun bomba atmayıblar, heç vaxt əngəl olmayıblar!

223
00:39:38,400 --> 00:39:47,260
Hər şey gözlərinin önündə baş verirdi, üstəlik iddia da edirdilər ki, İŞİD-in əleyhinədirlər; halbuki kimsə kiminsə əleyhinə olduqda

224
00:39:47,530 --> 00:39:52,260
ona bu şəkildə dəstək verilməsinin də əleyhinə olur; bunlar isə yox, üstəlik kömək də ediblər!

225
00:39:53,330 --> 00:40:02,000
Regionda sabitliyi pozan bunlardır, İran deyil! Boş-boş danışırlar.

226
00:40:02,000 --> 00:40:11,060
Amerika prezidentinin bu yaxınlarda səsləndirdiyi fikir də bu qəbildəndir;

227
00:40:11,800 --> 00:40:18,400
son terror hadisələri ilə əlaqədar, İranı terroru dəstəkləməkdə ittiham edir;

228
00:40:18,600 --> 00:40:24,330
halbuki terrorun toxumunu bu regiona atan Amerika olub.

229
00:40:48,930 --> 00:41:05,200
“İnsan haqları” məsələsi də bu cürdür. Amerikalılar insan haqları məsələsini də dönə-dönə gündəmə gətirirlər; həqiqətən də, gülünc və heyrətləndiricidir!

230
00:41:06,730 --> 00:41:18,800
Gedib Səudiyyə Ərəbistanında orta əsrlərdən qalma

231
00:41:19,200 --> 00:41:27,730
qəbilə hökumətinin başçıları ilə oturub insan haqlarından danışmaq;

232
00:41:28,260 --> 00:41:36,000
özü də İslam Respublikası kimi bir ölkənin əleyhinə! Artıq bu, doğrudan da, rüsvayçılıqdır!

233
00:41:36,730 --> 00:41:43,600
Zənnimcə, bu utanc,bu ləkə amerikalıların üzərindən heç vaxt silinməyəcək;

234
00:41:46,130 --> 00:41:58,930
alınlarına basılmış dağ kimi həmişə qalacaq. Gedib oturub demokratiyadan, seçkilərdən

235
00:41:59,400 --> 00:42:07,460
və sairdən əsər-əlamət belə olmayan bir ölkədə xalq hakimiyyətinin mərkəzi, xalq hakimiyyətinin təcəssümü olan İran kimi bir ölkəyə tənə etmək, dil uzatmaq,

236
00:42:09,000 --> 00:42:17,660
töhmət vurmaq! Bu şeylər hamısı qalacaq. Düzdür, bu gün – cürbəcür siyasi qalmaqalların fonunda

237
00:42:18,660 --> 00:42:22,530
diqqət çəkməyə bilər, lakin bu şeylər, heç şübhəsiz, tarixdə qalacaq.

238
00:42:22,730 --> 00:42:36,860
Odur ki mənim qərar vermə, qərar qəbul etmə ilə bağlı vurğulamaq istədiyim ən önəmli məsələ bu idi;

239
00:42:37,660 --> 00:42:47,060
qərar vermənin doğru meyarı milli mənafedir, milli mənafe isə yalnız o şey ola bilər ki, İran xalqının milli kimliyi ilə

240
00:42:47,660 --> 00:42:58,000
heç bir şəkildə ziddiyyət təşkil etməsin, ondan kənar da olmasın; yəni bu kimlikdən qaynaqlansın; İran xalqının milli mənafeyi yalnız bu halda təmin oluna bilər.

241
00:42:58,400 --> 00:43:04,530
Ölkə rəsmiləri, möhtərəm hökumət kabineti, məhkəmə hakimiyyəti, parlament,

242
00:43:04,930 --> 00:43:11,330
ölkə üçün makro səviyyədə qərarlar qəbul edən şəxslər bunu həmişə diqqətdə saxlamalıdırlar.

243
00:43:11,800 --> 00:43:21,860
İslama, inqilaba, İran xalqının tarixi köklərinə zidd

244
00:43:22,130 --> 00:43:31,260
və ya yad olduğu, yaxud mahiyyətcə bu qəbildən olduğu ehtimal edilən istənilən şey

245
00:43:31,260 --> 00:43:35,800
milli mənafeyə daxil deyil və qərar vermə meyarı ola bilməz.

246
00:43:35,800 --> 00:43:40,860
Təcrübələrə gəlincə; dedik ki, təcrübələrimizdən istifadə etməliyik.

247
00:43:42,400 --> 00:43:53,330
Mən burada bir neçə məqamı özüm üçün qeyd etmişəm; onlardan biri milli birlik və həmrəyliyin uğurun qazanılmasına göstərdiyi təsirdir;

248
00:43:54,400 --> 00:44:08,200
bu çox önəmli bir məsələdir. Cənab prezident də söhbətində vurğuladı, bu fikri mən də təsdiqləyirəm ki, milli birliyi, xalqın birlik

249
00:44:08,660 --> 00:44:19,260
və bölünməzliyini qorumaq lazımdır. Müştərək məqamları daim diqqətdə saxlamaq lazımdır. Bu, hansısa sahədə

250
00:44:20,060 --> 00:44:27,860
hökumətə müxalif olduğunu ifadə etməklə – hansısa siyasətə və ya proqrama qarşı çıxmaqla uyğunsuzluq təşkil etmir;

251
00:44:28,400 --> 00:44:34,600
buna qətiyyən zidd deyil. Lakin bu mənada da başa düşülməməlidir ki,

252
00:44:35,060 --> 00:44:41,400
ölkənin makrosəviyyəli və əsas məsələləri ilə bağlı çəkişmə və konflikt var.

253
00:44:41,730 --> 00:44:48,800
40 ilə yaxın bu müddət ərzində biz bu birlik və həmrəyliyin təsirini daim sınaqdan çıxarıb görmüşük.

254
00:44:49,260 --> 00:44:59,800
Doğrudur, müharibə dövründə də müharibəyə qarşı olanlar var idi. Məcburən müharibəyə təhrik olunduğumuz illərdə də

255
00:45:00,260 --> 00:45:07,200
bir qrup adam Tehran küçələrində müharibə əleyhinə kağızlar paylayırdı;

256
00:45:07,200 --> 00:45:14,330
yəqin ki, çoxunuzun yadında olar.

257
00:45:15,660 --> 00:45:29,400
Müxalifət ola bilər, lakin böyük xalq kütləsinin, xalqın əksəriyyətinin sözü bir idi, öz sözlərinin üstündə durdular.

258
00:45:31,060 --> 00:45:38,400
Mənim milli birlik və həmrəylik deyərkən nəzərdə tutduğum da elə budur. Ölkədə qütbləşmə yaratmaq,

259
00:45:38,730 --> 00:45:46,930
camaatı iki qrupa bölmək lazım deyil; 1359-cu ildə belə bir hal baş vermişdi və təəssülər olsun ki,

260
00:45:47,130 --> 00:45:57,200
o vaxtkı ölkə prezidenti xalqı “hökuməti dəstəkləyənlər” və “müxalifət” adları ilə 2 qrupa ayırmışdı; çox təhlükəli bir haldır.

261
00:45:57,460 --> 00:46:05,260
Milli birlik və həmrəyliklə bağlı qeyd etməli olduğum digər bir məqam da var:

262
00:46:05,660 --> 00:46:13,800
bu birlik və bölünməzlik yalnız o zaman aşkara çıxaraq özünü büruzə verər ki, düşmənlə öz aranda açıq-aydın surətdə məsafə qoyasan.

263
00:46:14,730 --> 00:46:22,130
Xalqın birliyini sual altına salan, şübhə və ixtilaf yaradan,

264
00:46:22,330 --> 00:46:33,200
mövcud ixtilafları – əgər onlar varsa – daha da qabardan şeylərdən biri düşmənlə öz aranda məsafə qoymamaqdır; buna diqqət yetirmək lazımdır.

265
00:46:35,260 --> 00:46:43,600
Düşmən təkcə ölkədən xaricdə deyil; bəzən düşmən ölkənin içinə də yol tapır.

266
00:46:43,600 --> 00:46:50,460
1388-ci ildə gördünüz; Tehran küçələrində bəzi qruplar peyda olub

267
00:46:50,860 --> 00:47:00,260
hökumət əleyhinə açıq-aşkar danışmağa başladılar; əlbəttə ki, sayları çox deyildi, az idi. O zaman yaranan ən önəmli problem

268
00:47:00,260 --> 00:47:11,400
bir qrup adamın onlara qarşı mövqe bildirməməyi olmuşdu; onlara qarşı mövqelərini, onları dəstəkləmədiklərini elan etməli idilər, amma etmədilər, nəticədə də sonrakı problemlər yarandı.

269
00:47:12,330 --> 00:47:23,060
Kiminsə bilavasitə sizin dövlətinizin, inqilabınızın, dininizin və inancınızın əleyhinə çıxmaq,

270
00:47:23,730 --> 00:47:34,600
işləri pozub problemlər yaratmaq niyyətində olduğunu gördükdə bu insana qarşı mövqeyini müəyyənləşdirərək ondan uzaq olduğunu, onu dəstəkləmədiyini elan etmək lazımdır.

271
00:47:35,600 --> 00:47:43,660
Bu çox lazımlı bir şeydir. Xüsusilə də biz rəsmilər bu məsələyə çox ciddi və məsuliyyətli yanaşmalıyıq.

272
00:47:43,660 --> 00:47:49,730
Belə olarsa, milli birlik də məna kəsb edərək reallaşar.

273
00:47:50,400 --> 00:48:00,330
Təcrübələr sırasına daxil olan ikinci bir mövzu isə daxili potensiala önəm verməkdir.

274
00:48:01,060 --> 00:48:07,800
Bu məsələ elə bu il üçün seçdiyimiz şüarda da öz əksini tapmışdır; ilimiz “Milli istehsal və məşğulluq ili” elan edilib.

275
00:48:08,260 --> 00:48:15,600
Milli istehsal; daxili potensialla bilavasitə əlaqəli olan sahələrdən biri milli istehsaldır;

276
00:48:16,060 --> 00:48:24,330
burada sənaye və kənd təsərrüfatı nəzərdə tutulur; əlbəttə ki, nəzəri-intellektual istehsal və elmi inkişaf da

277
00:48:24,660 --> 00:48:32,460
mütləq surətdə daxili istehsala aiddir və önəmlidir, lakin iqtisadi problemlər

278
00:48:32,860 --> 00:48:38,200
daha çox gündəmdə olduğuna görə biz əsasən sənaye və kənd təsərrüfatı sahələrində milli istehsalın rövnəqləndirilməsini nəzərdə tutmuşuq.

279
00:48:38,600 --> 00:48:44,930
Milli istehsal; daxili istehsal; daxili potensiala diqqət ayırmaq lazımdır.

280
00:48:46,330 --> 00:48:53,400
Mənim fikrimcə, bizim gənc insan resurslarımız çox gözəl potensiala malikdir.

281
00:48:53,800 --> 00:49:03,460
Bundan bir neçə gün əvvəl gənc tələbələrdən bir qrupu hüseyniyədə toplaşmışdı, onlardan bir neçəsi bura da gəldi, söhbət etdik.

282
00:49:04,530 --> 00:49:13,930
Mən möhtərəm rəsmilərdən bəzilərinə söylədim ki, bu gənclərin

283
00:49:14,600 --> 00:49:23,730
ölkədə gedən prosesləri dərk və analiz etmə, məsələlərdən nəticə çıxarma səviyyəsi, həqiqətən də, çox yüksəkdir və çox inkişaf edib; bunlardan istifadə etmək lazımdır;

284
00:49:24,460 --> 00:49:36,330
bu, bizim mütərəqqi insan potensialımızdır, ölkənin inkişafında, irəliyə doğru sıçrayışında mühüm rol oynaya biləcək insanlardır.

285
00:49:36,660 --> 00:49:45,600
Elmi məsələlərdə biz bu daxili potensialdan çox istifadə etmişik;

286
00:49:46,600 --> 00:49:59,930
elə o nüvə enerjisi məsələsində; bir neçə il əvvəl burada – elə bu hüseyniyədəcə - hesabat xarakterli

287
00:50:00,660 --> 00:50:08,330
bir sərgi təşkil olunmuşdu; cürbəcür stendlər qurulmuşdu, gəzib baxırdıq.

288
00:50:08,730 --> 00:50:17,800
Demək olar ki, o stendlərin hamısında gənclər – yaşı az olan gənclər – dayanmışdı; rəsmilər onları bir-bir mənə təqdim edirdi.

289
00:50:18,260 --> 00:50:28,600
Həmin gənclər nüvə enerjisi texnologiyasının müxtəlif sahələrində irəliləyişə nail olmuş, o böyük işləri həyata keçirməyə,

290
00:50:29,130 --> 00:50:41,530
bu sənayeni inkişaf etdirməyə müvəffəq olmuş insanlar idi. Bu olduqca əhəmiyyətlidir; bizim gənclərimiz belə bir istedad və bacarığa malikdir. Bu da bir məsələ.

291
00:50:42,530 --> 00:50:48,660
Bizim əsas təcrübələrimiz sırasına daxil olan

292
00:50:49,660 --> 00:50:58,530
və sizin ölkənin idarəçiliyində – olduğunuz istənilən sferada – diqqət yetirməli olduğunuz digər bir məsələ isə

293
00:50:59,060 --> 00:51:08,130
düşmənə və onun verdiyi vədlərə inanmamaqdır. Bu, ciddi bir söhbətdir, ciddi bir məsələdir.

294
00:51:08,730 --> 00:51:14,530
Biz müəyyən məqamlarda düşmənə inanıb, nəticədə zərbə almışıq;

295
00:51:15,730 --> 00:51:23,130
baxmayaraq ki, inanmaya bilərdik, inanacağımızı heç gümanımıza belə gətirməmişik, amma inanmışıq.

296
00:51:24,730 --> 00:51:31,060
Düşmənə və onun vədlərinə göstərilən bu etimad bizə zərbə vurur;

297
00:51:31,200 --> 00:51:36,460
“Yox, ola bilməz ki, dediklərinə əməl etməsinlər” – deyib, aldadılma ehtimalını özümüzdən uzaqlaşdırmağımız doğru deyil.

298
00:51:37,200 --> 00:51:47,660
Söhbət yadlarla iş görməkdən gedirsə,

299
00:51:48,130 --> 00:51:54,930
detalları diqqətlə araşdırıb nəzərdən keçirmək, sayıq və ehtiyatlı olmaq lazımdır.

300
00:51:58,930 --> 00:52:09,860
Bunlara inanmaq olmaz; nə əməldə, nə də dildə. Bir şeyi də qeyd edim: bura təşrif gətirmiş hörmətli görüş iştirakçıları içərisində

301
00:52:10,260 --> 00:52:17,730
elə insanlar var ki, mən yüksək ranqlı ölkə rəsmilərini, hakimiyyətin 3 qolunun başçılarını və sairi nəzərdə tutmuram;

302
00:52:18,130 --> 00:52:28,530
cürbəcür başqa vəzifəli şəxslər var ki) onların işi danışmaqdır, yəni minbər əhlidirlər –

303
00:52:29,260 --> 00:52:38,860
“minbər” sözünü mən “tribuna” əvəzinə işlədirəm – ixtiyarlarında minbər var, danışa bilirlər, sözləri eşidilir.

304
00:52:39,060 --> 00:52:48,400
Belə insanların danışıq tonunda belə, düşmənə etimad hiss olunmamalıdır; bu həm daxildə ictimaiyyətin düşüncəsinə mənfi təsir edir,

305
00:52:48,400 --> 00:52:54,660
həm də xaricdəki düşmənlərimizin, müxaliflərimizin qarşısında inikası pis olur.

306
00:52:55,200 --> 00:53:01,400
Müəyyən mərhələlərdə belə olub ki, misal üçün, biz hansısa məsələdə:

307
00:53:01,930 --> 00:53:17,600
“Amerikanın və ya düşmənin bəhanəsi kəsilsin” – deyib güzəştə getmişik, amma onların bəhanəsi kəsilməyib,

308
00:53:18,400 --> 00:53:29,000
üstəlik biz də nəyisə əldən vermişik! İnanmaq lazım deyil; fərqi yoxdur, bütün məsələlərdə.

309
00:53:29,200 --> 00:53:42,060
Mən dəfələrlə demişəm ki, nüvə danışıqlarında iştirak etmiş rəsmilərə o zaman da inanırdım, indi də inanıram;

310
00:53:42,330 --> 00:53:50,800
onları özümüzdən olan, mömin, işinə can yandıran insanlar bilirəm; lakin elə o nüvə anlaşması məsələsində

311
00:53:51,200 --> 00:54:04,660
biz bir çox hallarda qarşı tərəfin sözünə inanmağımız ucbatından hansısa məqamlara göz yumduq,

312
00:54:04,660 --> 00:54:17,460
nələrinsə üzərində kifayət qədər əzmlə durmadıq və nəticədə bir boşluq qaldı; düşmən də hazırda həmin o boşluqdan istifadə edir;

313
00:54:18,400 --> 00:54:25,660
bunlar, həqiqətən də, önəmli məsələlərdir. Möhtərəm Xarici İşlər Nazirimiz – cənab Dr. Zərif

314
00:54:26,460 --> 00:54:36,460
Avropa rəsmilərindən birinə tutarlı bir məktub yazıb –

315
00:54:36,460 --> 00:54:45,330
əlbəttə ki, bu artıq neçənci dəfədir – və Birgə Kompleks Tədbirlər Planının struktur və nəzəri cəhətdən pozulduğu məqamları qeyd edib. Bəzən deyirdilər ki, bu anlaşma nəzəri cəhətdən pozulub,

316
00:54:45,530 --> 00:54:52,330
cənab Zərif isə qeyd edir ki, yox, amerikalılar müqaviləni təkcə nəzəri baxımdan yox, stuktur baxımından da, yəni birbaşa müqavilənin özünü də pozublar;

317
00:54:52,330 --> 00:54:57,600
cənab Zərif pozulma hallarının siyahısını tutub, onlara göndərib. cənab Zərif pozulma hallarının siyahısını tutub, onlara göndərib.

318
00:54:58,200 --> 00:55:08,260
Yəni daha bu şəxs elə bir insan deyil ki, “Nüvə anlaşmasının əleyhinədir deyə bu cür danışır” – deyələr; yox, hörmətli Xarici İşlər Naziri özü

319
00:55:08,800 --> 00:55:17,530
dindar, vicdanlı, məsuliyyətli bir insan olduğuna görə

320
00:55:17,860 --> 00:55:27,200
etirazını bildirir. Bu ona görə baş verib ki, biz orada müəyyən səhlənkarlığa yol vermişik;

321
00:55:27,660 --> 00:55:36,060
əgər bu səhlənkarlıq olmasaydı, düşmənə etimad göstərilməsəydi, düşmənin yolu bağlanar və bu işləri görə bilməzdi.

322
00:55:37,530 --> 00:55:52,930
Mən indi BKTP məsələsini təzədən açmaq istəmirəm, lakin anlaşmanın icrasına nəzarət etmək üçün yaradılmış işçi qrup –

323
00:55:53,130 --> 00:56:00,330
möhtərəm ölkə başçısı, parlament sədri, Xarici İşlər Naziri və bir neçə başqaları –

324
00:56:00,730 --> 00:56:10,200
bu məsələyə, həqiqətən, diqqətlə yanaşsınlar; yəni bu işə diqqətlə, sayıqlıqla yanaşıb baxmaq lazımdır ki, nə baş verir.

325
00:56:11,200 --> 00:56:22,930
Axı müəyyən məqamlar var idi ki, biz onları əvvəlcədən qeyd etmişdik; BKTP imzalanmamışdan əvvəl mən açıq şəkildə müəyyən şərtlər irəli sürmüşdüm; yazıya da alınmışdı, təkcə dildə deyilməmişdi,

326
00:56:23,400 --> 00:56:31,930
məktub göndərmişdim; bu şərtlərə riayət olunmalıdır; bunlara dəqiqliklə riayət olunmalıdır. Qarşı tərəf

327
00:56:32,530 --> 00:56:41,400
gəlib qarşımızda durub həyasızcasına nəsə deyəndə biz o məsələdə nə qədər güzəştə getsək, zəifliyimizə yozacaq;

328
00:56:41,930 --> 00:56:51,530
əlacsız, çıxılmaz vəziyyətdə olduğumuzla əlaqələndirəcək. Bizdə əlacsızlıq hiss etməyi isə

329
00:56:52,060 --> 00:56:58,130
düşməni öz haqsız tələbləri üzərində israrla durub bizə təzyiq göstərməsi üçün daha da cürətləndirir. Bu da bir məsələ.

330
00:56:58,460 --> 00:57:08,330
Təcrübələrimiz sırasına daxil olan və sizin ölkənin idarəçiliyində,

331
00:57:09,000 --> 00:57:15,260
mənafe və zərərləri, şans

332
00:57:16,000 --> 00:57:27,130
və riskləri dəyərləndirərkən diqqət yetirməli olduğunuz digər bir məsələ isə ölkənin hərbi və təhlükəsizlik baxımından iqtidarı məsələsidir. Bu olduqca önəmlidir;

333
00:57:27,460 --> 00:57:39,800
hökmən diqqət yetirilməli olan məsələlərdən biridir. Rəsmilərimizdən bəziləri birbaşa hərbi və təhlükəsizlik sahələrinə cavabdehdir,

334
00:57:40,460 --> 00:57:46,660
lazımi vəzifələr, tələblər onların öhdəsinə düşür; qeyd etməliyəm ki, bəli, çox yaxşı da işlər görülür.

335
00:57:47,000 --> 00:57:53,860
Rəsmilərin böyük bir qisminin isə hərbi və təhlükəsizlik məsələləri ilə

336
00:57:54,660 --> 00:58:04,530
müstəqim surətdə əlaqəsi yoxdur, lakin buna baxmayaraq, qeyri-müstəqim şəkildə təsir göstərə bilərlər. Bütün rəsmilər bu məqama, mütləq, diqqət yetirməlidir;

337
00:58:04,730 --> 00:58:13,460
yəni ölkəni qüdrətli edən amilləri, həqiqətən də, qorumaq lazımdır.

338
00:58:14,530 --> 00:58:20,130
Bunlar Silahlı Qüvvələrdir, Keşikçi Korpusdur, Bəsicdir,

339
00:58:20,460 --> 00:58:27,930
Allahın ordusundan olan mömin qüvvələrdir. Sizə deyim ki,

340
00:58:28,400 --> 00:58:35,730
müxtəlif sahələrdə düşmən qarşısında çətinliklərə dözüb sinəsini sipər edənlər də

341
00:58:35,730 --> 00:58:40,860
məhz mömin, inqilabçı, necə deyərlər, Allahın ordusundan olan insanlardır;

342
00:58:41,060 --> 00:58:47,930
məhz onlar möhkəm durub müqavimət göstərir; onları qorumaq lazımdır. Vəzifəli şəxslər

343
00:58:48,330 --> 00:58:54,600
müxtəlif sahələrdə – istər universitetlərdə, istər sənayedə, istər elmdə, istərsə də müxtəlif xidmət sahələrində

344
00:58:55,400 --> 00:59:05,800
bu insanlara lazımi diqqət və qayğı ilə yanaşmalıdır. Düşmənin Keşikçi Korpusdan acığı gəlir, bu məlumdur. Başqa necə olmalı idi ki?! Siz nə istəyirdiniz?! İstəyirdiniz ki, Amerikanın sizin “Qüds Qüvvələri”nizdən xoşu gəlsin?!

345
00:59:06,400 --> 00:59:15,330
Siz gözləyirsiniz ki, Amerikanın, misal üçün, bizim bu sahədə fəal olan hansısa komandirimizdən xoşu gələcək?! Aydındır ki, acığı gələcək!

346
00:59:15,930 --> 00:59:23,730
Aydındır ki, müxtəlif sahələrdə cürbəcür şərtlər qoyacaq! Onun istədiyi budur ki, bizi güclü, qüdrətli edən amillər bizdə olmasın.

347
00:59:24,000 --> 00:59:29,400
Bu eynilə ona bənzəyir ki, sizə güləş üzrə milli yığmanızın

348
00:59:29,930 --> 00:59:41,730
dünya çempionatında iştirak edəcəyini deyirlər, amma qarşınıza şərt qoyurlar ki, yığmanın 2-3 nəfər ən güclü güləşçisi müsabiqəyə gəlməməlidir.

349
00:59:42,930 --> 00:59:48,130
Bu nə deməkdir? Bu o deməkdir ki, durun, gəlin məğlub olun!

350
00:59:48,800 --> 00:59:57,400
Sizi dünya çempionatına salırıq, gəlin, amma məğlub olmaq üçün gəlin; mənası budur.

351
00:59:58,600 --> 01:00:08,800
Bu məsələdə də onların, misal üçün, “Keşikçi Korpus bu cür olmamalıdır”, “Bəsic müdaxilə etməməlidir”,

352
01:00:09,260 --> 01:00:18,930
yaxud hansısa məsələdə, tutalım regional məsələlərdə “iştirak etməməlidirlər”, “müdaxilə etməməlidirlər” deyə şərt qoymalarının mənası budur; yəni o deməkdir ki, sizi qüdrətli edən amilləri işə qatmamalı,

353
01:00:19,200 --> 01:00:25,260
ortaya çıxarmamalısınız. Biz isə əksini etməliyik.

354
01:00:25,800 --> 01:00:36,330
Biz ölkəmizin hərbi və təhlükəsizlik baxımından qüdrətinə hökmən önəm verməli, onu möhkəmlətməli və günbəgün daha da artırmalıyıq.

355
01:00:36,730 --> 01:00:43,330
Ölkədə olduqca əhəmiyyətli olan məsələlərdən biri də iqtisadiyyat məsələsidir;

356
01:00:43,330 --> 01:00:53,130
bu barədə çox danışmışıq; cənab prezident də çıxışında iqtisadiyyat və bu sahədə görülməli olan işlər barədə ətraflı danışdı.

357
01:00:53,130 --> 01:01:02,460
Əlbəttə ki, o müəyyən məqamlara toxunaraq: “Filan-filan işlər görülməlidir” – deyirdi.

358
01:01:02,800 --> 01:01:12,200
O işləri kim görməlidir? O özü; yəni cənab Dr. Ruhaninin:

359
01:01:15,530 --> 01:01:23,930
“Görülməlidir” – dediyi işləri görməli olan yalnız və yalnız onun özü və 12-ci hökumətdə təmsil olunan komandasıdır;

360
01:01:24,530 --> 01:01:32,200
yəni o işlərin böyük bir qismini. Ola bilsin ki, müəyyən hissəsi parlamentə, məhkəmə hakimiyyətinə və ya bəzi digər qurumlara aiddir,

361
01:01:32,200 --> 01:01:40,330
amma böyük bir qismi elə hökumət rəsmilərinin özünə aiddir. Görülməsini vacib saydıqları o işləri elə onlar özləri görməlidir;

362
01:01:40,330 --> 01:01:44,130
bu, reallıqdır. İqtisadiyyat məsələsi çox önəmlidir.

363
01:01:44,130 --> 01:01:52,260
İqtisadi problemlərin həllində olduqca əhəmiyyətli olan mövzulardan biri isə daxili istehsaldır.

364
01:01:53,260 --> 01:01:58,860
Cənab prezident investisiya məsələsinə toxundu; doğrudur, bunu mən də qəbul edirəm.

365
01:01:59,530 --> 01:02:07,200
Əlbəttə ki, mən daxili və xarici investisiyaya ehtiyac duyulması məsələsini

366
01:02:07,460 --> 01:02:13,730
hələ 5-6 il bundan əvvəl yüksək səviyyəli dövlət rəsmiləri ilə burada keçirdiyimiz görüşdə vurğulamışdım.

367
01:02:14,060 --> 01:02:20,600
Bu gün burada olanların çoxu həmin iclasda iştirak edirdi, iqtisadiyyatçılar da var idi.

368
01:02:20,860 --> 01:02:33,060
Mən orada qeyd etmişdim ki, məsələn, təkcə neft sahəsi və ya ölkənin digər müxtəlif sahələri üçün filan qədər investisiyaya ehtiyacımız var.

369
01:02:33,400 --> 01:02:41,730
Bunlar mövcud ehtiyaclardır və təmin olunmalıdır, lakin burada incə bir məqam var.

370
01:02:42,000 --> 01:02:50,130
Bəzən hökumətdə iqtisadiyyat sferasına rəhbərlik edən rəsmilər – istər hazırkı hökumət olsun, istərsə də bundan əvvəlki;

371
01:02:50,400 --> 01:03:01,260
bəzən bizimlə görüşürlər – bir qayda olaraq məşğulluğun yaradılması üçün şərtləri həddən artıq ağırlaşdırırlar.

372
01:03:01,600 --> 01:03:06,600
Məsələn, bəzən bir iş yerinin yaradılması üçün 100 milyon lazım olduğu deyilir.

373
01:03:07,060 --> 01:03:14,000
Doğrudur, elə məşğulluq sahələri var ki, orada bir iş qurmaq üçün 100 milyon investisiya tələb oluna bilər,

374
01:03:14,730 --> 01:03:22,660
amma bir çox sahələr var ki, bu cür deyil. Bu gün bizim kəndlərimizdə, kiçik şəhərlərimizdə,

375
01:03:23,060 --> 01:03:31,060
ölkənin müxtəlif bölgələrində daha az məbləğlə iş qurmaq mümkündür.

376
01:03:31,400 --> 01:03:42,460
Bunu edən insanlar var; bir dəfə televiziyada bir nəfəri göstərirdilər – mən süjeti eləcə ötəri gördüm –

377
01:03:43,060 --> 01:03:52,060
hansısa sahədə, hansısa sənaye sferasında göstərdiyi təşəbbüslə, məsələn, 20 nəfəri işə cəlb edib,

378
01:03:52,330 --> 01:03:56,730
qoyduğu sərmayə də bütövlükdə – əvvəldən axıra – 100 miyon deyil,

379
01:03:57,330 --> 01:04:04,930
amma zərrə-zərrə işi irəli apara bilib, 20-yə yaxın adamı işlə təmin edib; özü də istehsal sahəsidir.

380
01:04:05,600 --> 01:04:12,200
Əgər biz kəndlərin problemi ilə (mən burada kəndlər məsələsini də özüm üçün qeyd etmişəm)

381
01:04:13,330 --> 01:04:21,260
sözün əsl mənasında məşğul olub bu problemi həll edə bilsək

382
01:04:21,530 --> 01:04:32,400
(sözügedən problemin həlli isə önəmli dərəcədə kənd təsərrüfatı sənayesinin yaradılması ilə bağlıdır) problemlər azalar.

383
01:04:33,130 --> 01:04:44,800
Kəndlərin kənd həyatına uyğun sənayeyə ehtiyacı var; indiyə qədər biz bu sahədə səhlənkarlıq etmişik.

384
01:04:45,200 --> 01:04:52,460
Kənd təsərrüfatı sənayesinə diqqət ayırmaq və kəndlər üçün onların ehtiyac duyduğu imkanları yaratmaq lazımdır.

385
01:04:52,460 --> 01:05:02,000
Bayaq internet məsələsinə toxundular; bəli, internet də lazımlı bir şeydir, amma internetdən daha vacibi, misal üçün, yoldur,

386
01:05:02,400 --> 01:05:12,530
gediş-gəliş, məhsulların rahatlıqla daşınması imkanlarıdır. Belə olmamalıdır ki,

387
01:05:13,000 --> 01:05:23,530
hansısa böyük şəhərin mərkəzində kilosu, məsələn, minlərlə tümən olan bir məhsulu yerində kəndli

388
01:05:23,800 --> 01:05:31,330
o qiymətin onda-birinə satmağa məcbur ola və bundan artıq xeyir əldə edə bilməyə; bu cür olmamalıdır.

389
01:05:31,330 --> 01:05:38,530
Biz kommunikasiya imkanlarını tənzimləyib təmin edə bilsək,

390
01:05:39,060 --> 01:05:48,530
kəndlilər üçün gediş-gəliş, alış-veriş imkanları asanlaşsa və qarant altına alınsa, təbii ki,

391
01:05:49,130 --> 01:05:58,260
kəndlərdə istehsal davam edər və bir çox problemlər həllini tapar. O gecəqondular da

392
01:05:58,660 --> 01:06:06,200
kəndlərdə yaşayış üçün münasib şərait olmamağının nəticəsidir; insanlar baş götürüb şəhərlərə axışır. Hazırda ölkənin problemlərindən biri də gecəqondular,

393
01:06:06,460 --> 01:06:12,200
şəhər kənarında icazəsiz salınan yaşayış massivləri və o yerlərdə əmələ gələn çoxsaylı neqativ hallar, sosial bəlalardır.

394
01:06:12,530 --> 01:06:17,800
Digər bir mühüm məsələ isə idxal məsələsidir; əlbəttə,

395
01:06:18,330 --> 01:06:26,930
bəzi məhsullarda gömrük rüsumları problemi həll edir, bəzilərində isə heç rüsumlar da bir işə yaramır.

396
01:06:27,530 --> 01:06:36,930
Müəyyən sahələr var ki, orada idxalın qarşısı alınmalıdır. Əlbəttə, elə sahələr də var ki, ola bilsin, orada idxala stimul vermək lazımdır; bunda heç bir problem yoxdur.

397
01:06:37,400 --> 01:06:42,860
Bu, ölkədəki ehtiyac və imkanlarla bağlı olan bir məsələdir.

398
01:06:43,060 --> 01:06:53,800
O yerdə ki daxili istehsal var və idxal bu istehsala zərbə vurur, orada idxalın qarşısı tam qətiyyətlə alınmalıdır.

399
01:06:53,930 --> 01:07:01,600
Bəzən belə şikayətlər eşidirik – bizə yazırlar və ya ictimaiyyətlə görüşlərimizdə eşidirik –

400
01:07:02,260 --> 01:07:13,260
daxili istehsalçılar gileylənir ki, biz min bir zəhmətlə filan məhsulu istehsal edirik, o yandan isə ağına-bozuna baxmadan xaricdən gətirirlər.

401
01:07:13,860 --> 01:07:21,060
Daxili istehlakçı da – tutalım, hansısa dövlət və ya psevdo-dövlət qurumları –

402
01:07:21,260 --> 01:07:30,260
daxili məhsulun keyfiyyətcə xaricidən geri qaldığını bəhanə edərək onu almır. Qiyməti ki ucuzdur, sən al, istifadə et,

403
01:07:30,660 --> 01:07:37,530
daxili istehsala dəstək ol, onun sonrakı təcrübəsi daha yaxşı olacaq; bu tamamilə aydın və təbii bir şeydir;

404
01:07:37,930 --> 01:07:49,460
yoxsa ki biz yalnız elə lüks mallar əldə etmək istəsək, olmayacaq, daxili istehsal heç vaxt irəli getməyəcək.

405
01:07:49,800 --> 01:07:57,800
Qaçaqmalçılıq məsələsi; mühüm məsələlərdən biri də budur. Qaçaqmalçılıqla ciddi surətdə mübarizə aparılmalıdır.

406
01:07:59,330 --> 01:08:06,730
Mən burada qeyd etmişəm ki, milli iqtisadiyyatın gücləndirilməsində nazirliklərin çoxu rol oynaya bilər.

407
01:08:07,660 --> 01:08:17,800
Bu, həqiqətən, belədir. Nazirliklərin çoxunun ilk baxışdan iqtisadi məsələlərlə əlaqəsi yoxdur – məsələn,

408
01:08:18,460 --> 01:08:25,060
Elmlər Nazirliyi iqtisadi bir qurum deyil – lakin milli istehsalın gücləndirilməsində rol oynaya bilərlər.

409
01:08:25,060 --> 01:08:33,660
Misal üçün, magistratura, doktorantura və sairdə yazılan buraxılış işlərini

410
01:08:33,860 --> 01:08:39,930
elə istiqamətləndirə bilərlər ki, milli iqtisadiyyata xidmət etsin;

411
01:08:39,930 --> 01:08:46,930
ölkə daxilindəki problemlərin həllinə yönəlsin. Bizim gənclərimiz buna hazırdır,

412
01:08:47,200 --> 01:08:53,930
mühüm işlərdən biri budur. Neçə ildir mən universitetlərlə sənaye müəssisələri arasında əlaqə yaradılması məsələsini təkrar-təkrar vurğulayıram;

413
01:08:54,130 --> 01:08:58,130
vacib məsələlərdən biridir. Həmçinin digər nazirliklər də.

414
01:08:58,400 --> 01:09:11,460
Konstitusiyanın 44-cü maddəsinin düzgün icrası; nə hazırkı, nə də əvvəlki hökumətin dövründə layiqincə yerinə yetirilməyib;

415
01:09:11,460 --> 01:09:16,660
nə hazırkı, nə də əvvəlki hökumət bu maddəni düzgün şəkildə reallaşdırıb.

416
01:09:17,530 --> 01:09:27,130
Konstitusiyanın 44-cü maddəsi iqtisadi sahədə məsuliyyətin özəl sektora ötürülməsini ehtiva edir. Bu prosesin şərtləri müəyyən olunub, siyasətləri açıqlanıb,

417
01:09:27,460 --> 01:09:40,800
müvafiq qanun da qəbul olunub. 44-cü maddə iqtisadi sferadakı geriliyi aradan qaldırmalıdır. Bu, daxili iqtisadiyyata tam dəstək olacaq.

418
01:09:40,800 --> 01:09:44,860
Və əlbəttə ki, investisiyanın təhlükəsizliyi məsələsi də olduqca önəmlidir;

419
01:09:45,260 --> 01:09:51,530
investisiya təhlükəsizliyinin müəyyən hissəsi hökumətdən, müəyyən hissəsi isə məhkəmə hakimiyyəti

420
01:09:52,530 --> 01:10:02,860
və sair bu kimi digər müxtəlif qurumlardan asılıdır. Bu da bir məsələ.

421
01:10:03,130 --> 01:10:16,530
Əlbəttə ki, iqtisadi problemlər barədə çox danışılır.

422
01:10:16,530 --> 01:10:25,600
Son bir neçə ildə mən də, hökumət nümayəndələri də, parlamentarilər və digərləri də çox danışmışıq,

423
01:10:25,930 --> 01:10:33,930
amma artıq işə keçmək lazımdır; əlimizdə aydın iş planı olmalıdır. Açıq-aydın bir yol xəritəsi lazımdır.

424
01:10:34,330 --> 01:10:44,660
Hökumətin ilk növbədə görməli olduğu işlərdən biri aydın,

425
01:10:45,060 --> 01:10:53,530
mükəmməl və kompleks bir yol xəritəsi hazırlamaqdır ki, müxtəlif aidiyyətli sferalar bütün bu işləri həyata keçirə bilsin.

426
01:10:53,860 --> 01:11:04,800
Ölkənin idarəçiliyində – ölkəni idarə edə bilməniz üçün – təsirli olan şeylərdən biri də kiberməkandır;

427
01:11:05,130 --> 01:11:16,930
virtual məkan olduqca önəmlidir. Burada ən əhəmiyyətli məsələ milli informasiya şəbəkəsidir.

428
01:11:17,600 --> 01:11:26,460
Təəssüflər olsun ki, bu sahədə səhlənkarlığa yol verilib, görülməli olan işlər görülməyib. Belə olmaz.

429
01:11:28,000 --> 01:11:37,330
“İnternetə qadağa tətbiq etmək olmaz” deyə bu sahədə səhlənkarlıq etmək

430
01:11:37,730 --> 01:11:44,660
heç bir problemi həll etmir, üstəlik heç düzgün bir məntiq də deyil. Bu gün kiberməkanla bağlı problemlərlə təkcə biz üzləşmirik,

431
01:11:44,660 --> 01:11:54,930
bütün dünya internetdən qaynaqlanan problemlər yaşayır. Öz milli informasiya şəbəkəsini qurmuş, kiberməkanı özünün

432
01:11:55,660 --> 01:12:01,060
və nəzərdə tutduğu dəyərlərin xeyrinə nəzarətdə saxlayan ölkələrin sayı bir-iki deyil, çoxdur.

433
01:12:01,530 --> 01:12:10,260
Ən yaxşı, ən güclü ölkələr bu sahədə öz qırmızı xətlərini müəyyənləşdirib; yol vermirlər;

434
01:12:10,400 --> 01:12:18,530
Amerika, habelə kiberməkan olayının arxasında duran

435
01:12:19,200 --> 01:12:28,860
digər gizli qüvvələr tərəfindən dünyaya yayılan bir çox virtual sferalara qadağa qoyublar; nəzarət edirlər. Biz də nəzarət etməliyik;

436
01:12:29,330 --> 01:12:36,530
nəzarət etmək xalqı internetdən məhrum etmək demək deyil ki!

437
01:12:38,260 --> 01:12:48,200
Bu gün internet istifadəçilərimiz dürüst və nadürüst yollarla axıb gələn informasiya selinin təsirinə məruz qalır.

438
01:12:49,530 --> 01:12:55,460
Bu selin içərisində yanlış və zərərli məlumatlar,

439
01:12:57,860 --> 01:13:06,330
dezinformasiya da var; bəzi informasiyalar real deyil, dezinformasiyadır.

440
01:13:07,200 --> 01:13:14,130
Biz nəyə görə bunun baş verməsinə imkan verməliyik?

441
01:13:14,730 --> 01:13:22,400
Biz nəyə görə dəyərlərimizə, qəti və danılmaz prinsiplərimizə,

442
01:13:22,400 --> 01:13:27,000
milli kimliyimizin əsas elementlərinə zidd olan şeylərin

443
01:13:27,400 --> 01:13:34,600
bədxahlarımızın vasitəçiliyi ilə ölkəmizdə yayılmasına şərait yaratmalıyıq? Xeyr!

444
01:13:34,860 --> 01:13:46,130
Elə edin ki, internetin yaxşı, faydalı cəhətlərindən hamı istifadə edə bilsin,

445
01:13:46,530 --> 01:13:54,530
internetin sürətini də artırın, görülməli işlər görülsün,

446
01:13:55,060 --> 01:14:06,130
amma diqqət edin ki, ölkənizə, gənclərinizə, cəmiyyətin psixologiyasına zərbə dəyməsin;

447
01:14:06,330 --> 01:14:15,930
bu son dərəcə önəmlidir; bu işi həyata keçirmək lazımdır. Milli informasiya şəbəkəsi də böyük əhəmiyyətə malik məsələlərdən biridir.

448
01:14:16,400 --> 01:14:24,130
Və sonda Amerika məsələsinə toxumaq istəyirəm.

449
01:14:24,600 --> 01:14:32,600
Amerika ilə bizim aramızda olan problemlərdən çoxunun həlli əsasən mümkün deyil,

450
01:14:34,000 --> 01:14:41,530
səbəbi də odur ki, Amerikanın bizimlə problemi məhz biz özümüzük; yəni İslam Respublikasının özüdür;

451
01:14:42,130 --> 01:14:53,000
problem budur. Problem nə nüvə enerjisidir, nə insan haqlarıdır; Amerikanın problemi İslam Respublikasının özü ilədir.

452
01:14:53,530 --> 01:15:02,000
İran kimi önəmli bir yerdə,

453
01:15:03,000 --> 01:15:09,060
İran kimi zəngin bir ölkədə

454
01:15:09,530 --> 01:15:20,130
Amerika kimi bir gücün “hə-yox”una etina etməyən,

455
01:15:20,600 --> 01:15:33,130
məsələlərə özü “hə-yox” deyən bir dövlətin, rejimin, hökumətin meydana gəlməsi onlar üçün dözülməzdir; buna qarşıdırlar, bunun əleyhinədirlər.

456
01:15:33,860 --> 01:15:44,600
Bu vəziyyəti necə yoluna qoymaq olar? Odur ki bizim Amerika ilə olan problemimiz həll olunası deyil;

457
01:15:44,600 --> 01:15:52,930
onların bizim dövlətimizin özü ilə problemi var. Sizə deyim ki, dövlət bir yana qalsın, ölkəmizin müstəqilliyini də gözləri götürmür;

458
01:15:53,330 --> 01:16:04,730
yəni tutalım, əgər İslam Respublikasından qeyri bir rejim də hakimiyyətə gəlsəydi və ölkənin suverenliyini rəhbər tutmuş olsaydı, bunlar onunla da problem yaşayacaqdılar.

459
01:16:06,060 --> 01:16:19,260
Neft sənayesinin milliləşdirilməsi hərəkatının təcrübəsinə baxın. O hərəkatda Doktor Müsəddiq amerikalılara nikbin yanaşırdı,

460
01:16:19,260 --> 01:16:27,860
bəlkə dost münasibətdə olmaq fikri də var idi, amma onlara arxalanmaq niyyətində deyildi; əlbəttə ki, onun ingilislərə münasibəti mənfi idi; ölkənin müstəqil olmasını arzulayırdı.

461
01:16:28,060 --> 01:16:37,060
Doktor Müsəddiq əleyhinə qiyama təkan verən isə ingilis yox, bir amerikalı olmuşdu

462
01:16:37,730 --> 01:16:46,060
və o qiyamın arxasında İngiltərənin xüsusi xidmət orqanından çox, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dururdu.

463
01:16:47,000 --> 01:16:57,660
Amerika belədir; yəni mütləq şəkildə dini, inqilabi mahiyyət daşımayan bir hökumətlə də dil tapa bilməyib;

464
01:16:58,060 --> 01:17:08,260
Milli Hərəkat inqilabi bir hökumət deyildi ki; yalnız ölkənin İngiltərənin qamçısından xilas olmasını istəyirdi

465
01:17:08,860 --> 01:17:16,460
və düşünürdü ki, amerikalılar bu işdə ona kömək edəcək. Onlar bu ölkənin müstəqilliyinə qarşıdırlar.

466
01:17:16,460 --> 01:17:23,330
Bu ölkə cəlbedici bir ölkədir; bunu biləsiniz. Əlbəttə ki, hamınız bilirsiniz, amma daha da çox bilin.

467
01:17:23,330 --> 01:17:30,660
Biz cəlbedici bir ölkəyik, yerimiz, coğrafi mövqeyimiz,

468
01:17:30,860 --> 01:17:36,260
iqlim şəraitimiz strateji əhəmiyyət daşıyır, mühüm yeraltı resurslara malikik.

469
01:17:36,860 --> 01:17:47,930
Vaxtı ilə mən bu iclaslardan birində demişdim ki, biz dünya əhalisinin 1 faizini təşkil edirik, amma Yer kürəsinin əsas faydalı qazıntı potensialından neçə faizi ölkəmizdədir;

470
01:17:48,200 --> 01:17:57,800
hələ neft və qaz da öz yerində; burada nəhəng bir sərvət gizlənib. Bundan əlavə,

471
01:17:58,330 --> 01:18:02,400
qeyri-adi insan potensialına da sahibik. Bu ölkə cəlbedici bir ölkədir.

472
01:18:02,400 --> 01:18:10,930
İşi-gücü onun-bunun sərvətinə əl uzatmaq olan dövlətlər belə bir “yağlı tikə”dən asanlıqla keçmək istəmirlər;

473
01:18:11,730 --> 01:18:16,800
gərək biz bu tikəni onlara yem etməyək ki, etməyəcəyik də; əlbəttə ki, İslam İnqilabı etməyəcək.

474
01:18:41,530 --> 01:18:51,600
Odur ki bütün bunlar bəhanədir; insan haqları bəhanədir, o “regionda sabitliyi pozmaq” söhbəti bəhanədir – hansı ki son vaxtlar amerikalılar bu məsələni bizim əleyhimizə

475
01:18:51,930 --> 01:19:04,460
əldə bayraq ediblər – terrorizm bəhanədir; eynilə bütün başqa dedikləri də. Terrorçu da, terrorçuları yetişdirən də,

476
01:19:04,860 --> 01:19:12,730
terrorun beyni, anası olan, bünövrədən terrorla, qətl və qırğınlarla,

477
01:19:13,130 --> 01:19:21,460
zülmlə yaranmış İsrail kimi bir ölkəni himayə edən də bunlar özləridir; onu bunlar himayə edirlər.

478
01:19:21,800 --> 01:19:29,400
Odur ki bütün bu söhbətlər bəhanədir; bunların İslam dövlətini gözü götürmür. Amerika ilə dil tapıb yola getmək mümkün deyil. Bu mövzuda kimlərinsə sui-istifadəsinə yol aça biləcək

479
01:19:29,600 --> 01:19:39,000
üstüörtülü və ikibaşlı sözlər danışmaq lazım deyil. Hər şeyi açıq-açığına və birbaşa danışmalıyıq.

480
01:19:39,000 --> 01:19:49,200
Amerika özü də bilsin ki, İslam Respublikası öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Biz zülmə qarşı çıxmaqdan əl çəkməyəcəyik,

481
01:20:12,400 --> 01:20:20,600
Fələstini dəstəkləməkdən, öz haqlarımızı gerçəkləşdirmək uğrunda mübarizədən geri durmayacağıq.

482
01:20:20,600 --> 01:20:27,460
Biz canlı bir millətik, xoşbəxtlikdən, inqilabımız canlıdır, gəncdir.

483
01:20:27,460 --> 01:20:33,000
Bunların fikri var idi ki, oturub inqilabın qocalmasını, öz dövrünü başa vurmasını gözləsinlər; bizlər qocalırıq, amma inqilab heç vaxt qocalmayacaq.

484
01:20:33,000 --> 01:20:41,260
Allaha həmd olsun ki, İslam İnqilabı öz gəncliyinin, dinamizminin, fəallığının, bacarığının və məhsuldarlığının zirvəsindədir.

485
01:20:41,600 --> 01:20:48,800
Bu gün inqilabı dəstəkləyən, inqilabi prinsipləri rəhbər tutan gənclərə baxanda insan təsdiqləyir ki, inqilab hələ də yeni-yeni qüvvələr yetişdirməkdə,

486
01:20:49,130 --> 01:21:05,730
nəslini artırmaqdadır. İnqilabda daim artım, yenilənmə var. Xalqımız üçün bu, inşallah, gözəl bir gələcəyin müjdəsidir.

487
01:21:05,730 --> 01:21:17,400
Və ümidvaram ki, inşallah, xalqımızın vəziyyəti də günbəgün yaxşılaşacaq, ölkəmiz risk və təhlükələri ən gözəl şəkildə aradan qaldıracaq.

488
01:21:17,400 --> 01:21:24,460
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi İslam İnqilabının qədrini bilməyə müvəffəq et.

489
01:21:26,200 --> 01:21:37,260
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi bu dövlətin qurulması uğrunda axıdılmış pak qanların qədrini bilənlərdən et;

490
01:21:38,800 --> 01:21:43,730
bizi öhdəmizə düşən vəzifələri bilməyə və onları yerinə yetirməyə müvəffəq et.

491
01:21:44,800 --> 01:21:57,330
Pərvərdigara! Ramazan ayından geriyə qalmış bu günlərdə – xüsusilə də Qədr gecələri və gündüzlərində – bizə öz lütf və mərhəmətinlə nəzər sal.

492
01:21:58,600 --> 01:22:05,260
Pərvərdigara! Məhəmməd və Ali-Muhəmməd xatirinə, İran xalqını bütün meydanlarda qalib et.

493
01:22:06,330 --> 01:22:14,060
Pərvərdigara! Bizə maddi və mənəvi müstəvidə tam qələbə, uğur və rahatlıq nəsib et.

494
01:22:15,260 --> 01:22:20,000
Pərvərdigara! Dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhunu bizdən razı və məmnun et;

495
01:22:20,730 --> 01:22:23,730
şəhidlərimizin pak ruhlarını bizdən məmnun et.

496
01:22:24,600 --> 01:22:28,530
İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbini bizdən razı və məmnun et.

497
01:22:29,530 --> 01:22:31,730
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.