1
00:00:00,600 --> 00:00:02,930
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,200 --> 00:00:12,260
والحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:19,660 --> 00:00:29,860
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:31,460 --> 00:00:46,860
Əziz qardaşlar, əziz bacılar! Çox xoş gəlmisiniz; hamınızı səmimi-qəlbdən salamlayıram.

5
00:00:48,330 --> 00:00:57,530
Siz burada öz evinizdə, öz qardaşlarınızın arasındasınız;

6
00:00:58,530 --> 00:01:08,660
biz dünyanın hər yerindəki müsəlmanlara bu gözlə baxırıq.

7
00:01:09,660 --> 00:01:19,060
Bir-birimizlə qardaşıq, sizi öz qardaşımız hesab edirik və Allahın köməyi ilə,

8
00:01:19,800 --> 00:01:26,330
bu günə qədər əməlimizdə də həmişə qardaş münasibəti nümayiş etdirmişik.

9
00:01:27,600 --> 00:01:36,860
Bu konfransın mövzusu olan Əhli-Beytə (ə) sevgi son dərəcə əhəmiyyətli bir mövzudur.

10
00:01:37,400 --> 00:01:46,330
Əhli-Beyt (ə) sevgisi İslamda xüsusi olaraq hansısa qrupa aid deyil;

11
00:01:46,600 --> 00:01:52,330
Peyğəmbərin Əhli-Beytini bütün müsəlmanlar sevir;

12
00:01:53,260 --> 00:01:59,860
bütün müsəlmanların Əhli-Beytə mənəvi bağlılığı var.

13
00:02:00,660 --> 00:02:11,000
Tarixdə Əhli-Beytə qarşı çıxan yalnız nasibilər adlanan azsaylı bir qrup olub ki,

14
00:02:11,330 --> 00:02:21,860
onların da böyük ehtimalla sözün əsl mənasında dini motivlərlə yox, siyasi motivlərlə hərəkət etdiyi güman edilir.

15
00:02:22,530 --> 00:02:33,060
İslamın yer üzünə gəldiyi ilk vaxtlardan bu günə qədər bütün müsəlmanlar Əhli-Beytsevər hesab olunur.

16
00:02:34,260 --> 00:02:47,660
Bax elə bircə bu cümlə bizim üçün dərsdir, öyrədici məna daşıyır. Bu cümlədən belə başa düşmək olur ki,

17
00:02:47,930 --> 00:03:02,000
Əhli-Beytə sevgi vasitəsilə müsəlmanları bir araya gətirmək mümkündür; bundan müsəlmanların birlik və müttəfiqliyinin mehvəri kimi istifadə etmək olar.

18
00:03:04,000 --> 00:03:14,800
İslam Peyğəmbərinin mübarək vücudu,

19
00:03:15,530 --> 00:03:23,400
habelə Quran və Kəbeyi-Şərif müsəlmanlar arasında vəhdət yaranması üçün vasitə və mehvər rolu oynadığı kimi,

20
00:03:23,800 --> 00:03:33,260
Əhli-Beytə sevgi də müsəlman birliyinin mehvəri ola, qəlbləri bir-birinə yaxınlaşdıra bilər.

21
00:03:34,260 --> 00:03:41,660
Əziz qardaşlar, sizə deyim ki, bu gün İslam dünyasında

22
00:03:42,460 --> 00:03:48,060
bu birlik və həmrəyliyə kəskin ehtiyac duyulur.

23
00:03:48,730 --> 00:03:54,730
Bu gün İslam dünyasının bədəni yaralanıb;

24
00:03:57,660 --> 00:04:17,260
bu gün İslamın düşmənləri müsəlmanların öz arasında müharibə və konflikt yaratmaqla onları zəiflətməyi,

25
00:04:18,600 --> 00:04:27,730
başlarını özlərinə qataraq düşmənlərini axayın bir guşədə unutdurmağı bacarıb.

26
00:04:29,800 --> 00:04:45,130
Qərbi Asiyada qəsbkar İsrail rejimi arxayınca gün keçirir, müsəlmanlar isə bir-birinin canına düşüb!

27
00:04:46,860 --> 00:04:55,800
Bu günün həqiqət və reallığı budur; və bu, İslamın düşmənlərinin işidir;

28
00:04:56,330 --> 00:05:09,600
Amerikanın, beynəlxalq sionizmin, onların bu regiondakı uzantılarının, müttəfiqlərinin işidir.

29
00:05:10,460 --> 00:05:20,930
Son dərəcə böyük təəssüflə etiraf etməliyik ki, İslam ümmətinin, müsəlman ölkələrinin öz içində

30
00:05:21,660 --> 00:05:31,460
Amerikanın, sionistlərin dəyirmanına su tökənlər var;

31
00:05:31,460 --> 00:05:37,060
xərclərini öhdələrinə götürür, onlar üçün lazımi şərait hazırlayır,

32
00:05:38,400 --> 00:05:47,000
alətə çevrilirlər. Bütün bunlar nə üçündür? İslam ümmətini yaralamaq üçün.

33
00:05:48,860 --> 00:05:57,400
Belə bir şəraitdə müsəlman ümmətinin vəhdət və bölünməzliyi ən vacib məsələdir; biz bir araya gəlməliyik.

34
00:06:01,600 --> 00:06:16,800
Əhli-Beytə sevginin kökü, əsasları Quran və hədislərə gedib çıxır; bu, yeni bir mövzu deyil.

35
00:06:18,660 --> 00:06:26,800
İslam təriqətlərinin yekdilliklə qəbul etdiyi “Səqəleyn” hədisində

36
00:06:27,260 --> 00:06:40,000
bizə Əhli-Beytə (ə) tabe olmaq tapşırılır: – “Mən sizə iki ağır əmanəti: Allahın kitabını və Əhli-Beytimi qoyub gedirəm.

37
00:06:41,260 --> 00:06:53,730
Onlar hovuz kənarında mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar!” Lakin birini sevmədən

38
00:06:54,000 --> 00:07:07,260
ona tabe olmağın mənası yoxdur. Bu hədisdən Əhli-Beyti sevmək də lazım olduğu anlaşılır. Quranda buyurulur:

39
00:07:07,460 --> 00:07:14,060
“Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (“Əhzab” surəsi, 33-cü ayədən)

40
00:07:14,930 --> 00:07:22,400
Allah-taala Əhli-Beyti günah və çirkinliklərdən uzaq, pak, pakizə görmək istəmişdir. Bu saflıq, bu təmizlik isə

41
00:07:23,060 --> 00:07:33,000
müsəlmanların Əhli-Beytə sevgi bəsləməsinə lüzum yaradır. Odur ki bu sevgi müsəlmanlar arasında vəhdət əldə olunması üçün gözəl bir vasitədir.

42
00:07:35,460 --> 00:07:46,730
İslam düşmənləri müharibələri İslam dünyasının daxilinə çəkib gətirməyi qərara alıblar və təəssüflər olsun ki, buna nail olublar.

43
00:07:47,660 --> 00:07:54,200
Biz düşmənin bu məkrli planının qarşısında durmuşuq və duracağıq da!

44
00:07:55,600 --> 00:08:11,130
Və sizə onu da deyim ki, biz, Allahın köməyi, istəyi və izni ilə,

45
00:08:11,600 --> 00:08:15,130
bu qarşıdurmada düşmənlərə qalib gələcəyimizə inanırıq.

46
00:08:35,730 --> 00:08:41,530
Bu gün Fələstin İslam dünyasının bir nömrəli problemidir.

47
00:08:43,460 --> 00:08:52,330
Fələstin məsələsini düzgün dərk və analiz edən hər kəs

48
00:08:53,400 --> 00:09:00,660
onun İslam dünyasının birinci dərəcəli problemi olduğunu etiraf edər.

49
00:09:01,660 --> 00:09:08,060
İslam düşmənlərinə üstün gəlməyin sirri Fələstin məsələsindədir.

50
00:09:09,200 --> 00:09:18,930
Və bu gün İslam dünyasının ən önəmli problemi Fələstin problemidir. Nəyə görə? Ona görə ki Fələstin bir müsəlman ölkəsidir

51
00:09:19,600 --> 00:09:29,400
və bu ölkəni kənardan gəlib işğal ediblər, öz əhalisinin əlindən alıblar. Burada söhbət bir kəndin, yaxud bir şəhərin işğal olunmasından getmir;

52
00:09:29,400 --> 00:09:38,600
düşmən bütöv bir ölkəni işğal edərək onu bu regionun ölkələrində

53
00:09:39,130 --> 00:09:45,600
asayiş və təhlükəsizliyi pozmaq üçün mərkəzə çevirib;

54
00:09:47,400 --> 00:10:00,460
bu bədxassəli şişə qarşı mübarizə aparmaq lazımdır. Özünüz baxın: birisi “müfti” adı ilə

55
00:10:00,660 --> 00:10:04,930
çıxıb sionizmə qarşı mübarizə aparmağın haram olduğu,

56
00:10:05,400 --> 00:10:16,730
sionistlərə qarşı mübarizə aparan hansısa qrupa yardım etməyin caiz olmadığı barədə fətva verir!

57
00:10:18,260 --> 00:10:27,260
İslam dünyasında kimlərinsə bu şəkildə ümmətin mənafeyinə zidd hərəkətlər etməsi,

58
00:10:27,460 --> 00:10:37,200
İslamın düşmənləri ilə dostluq əlaqələri qurması, həqiqətən də, faciədir! Bu, möminləri

59
00:10:37,200 --> 00:10:41,130
– “Kafirlərə qarşı çox sərt, öz aralarında həlim və mehriban olarlar” deyə tanıdan Quran ayələrinin

60
00:10:41,860 --> 00:10:54,000
açıq-aydın bəyanına ziddir. Bunlar əksinə: – müsəlmanlara qarşı həddən artıq sərt, kafirlərə qarşı isə mehribandırlar. Kafirlərlə araları yaxşıdır, müsəlmanlara nələr etdiklərini isə özünüz görürsünüz:

61
00:10:54,860 --> 00:11:09,060
bütün bu konfliktlər, İraqda, Suriyada və digər bölgələrdə yaradılmış İŞİD və sair bu kimi çirkin özəklər!

62
00:11:10,200 --> 00:11:18,460
Əlbəttə ki, İraq və Suriyada bu çirkin özəklər məhv edildi, amma

63
00:11:18,930 --> 00:11:28,060
nə vaxtsa başqa bir yerdə təzədən bu “dəstgahı” qurmayacaqlarına arxayın olmaq olmaz. Amerika İslamla düşmənçilikdən əl götürməyəcək. Sayıq

64
00:11:28,530 --> 00:11:36,800
və ehtiyatlı olmalı, hazırlığımızı daim qorumalıyıq; qəflətən yaxalanmağımız yaramaz.

65
00:11:38,260 --> 00:11:43,260
Əmirəl-möminin (ə) “Nəhcül-bəlağə”də buyurur:

66
00:11:43,660 --> 00:11:50,660
وَ اللهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَليٰ طولِ اللَدم

67
00:11:52,260 --> 00:11:58,260
Biz belə olmalıyıq; yuxuya gedə, qəflətdə ola bilmərik.

68
00:11:58,800 --> 00:12:05,730
Düşmənin hiylələrini diqqətdən qaçırmamalı, sayıq olmalıyıq.

69
00:12:06,400 --> 00:12:16,860
Sayıqlığın da öz tələbləri var; bu tələblərdən biri bayaq qeyd etdiyim həmin o sevgi və qardaşlıqdır; bir-birimizə bu cür yanaşmalıyıq.

70
00:12:17,460 --> 00:12:25,660
Bu sevgi İslam dünyası ilə açıq-açığına düşmənçilik edən,

71
00:12:26,000 --> 00:12:32,660
yaxud da o düşmənlərə kömək edən ünsürlərə qarşı hamılıqla mübarizə aparmağımızı zəruri edəcək.

72
00:12:33,130 --> 00:12:43,260
Siz müxtəlif ölkələrdə bu psixologiyanı təbliğ etməlisiniz; müsəlmanlarda mübarizə və müqavimətə hazırlıq ruhunu qorumalı,

73
00:12:43,660 --> 00:12:52,200
məhv olmasına imkan verməməlisiniz. Mən “hər yerdə müharibə olsun” demirəm; auditoriyanızı –

74
00:12:52,730 --> 00:13:04,200
sizi eşidən insanları bu gün İslam dünyasında mövcud olan həqiqətlərlə tanış edin.

75
00:13:04,600 --> 00:13:06,930
Biz bu vəzifəni yerinə yetirməyi əsla bir kənara qoymayacağıq; biz bu vəzifəni bir kənara buraxmayacağıq

76
00:13:07,730 --> 00:13:15,660
və əminik ki, Allah-taala bu işin irəliləməsində bizə yardımçı olacaq.

77
00:13:16,060 --> 00:13:20,330
يٰاَيُّهَا الَّذينَ ءامَنوا لا تَتَّخِذوا عَدُوّي وَ عَدُوَّکُم اَولِيآءَ تُلقونَ اِلَيهِم بِالمَوَدَّة (“Mumtəhinə” surəsi, 1-ci ayədən)

78
00:13:20,330 --> 00:13:28,730
– deyə buyuran Quran ayəsinin əksinə hərəkət edərək

79
00:13:30,400 --> 00:13:42,200
müsəlmanlara, İslama, Allaha düşmən olan şəxsləri dost tutub,

80
00:13:43,200 --> 00:13:54,460
onlarla xoş münasibət quranlar İslamın müsəlman cəmiyyətinin öz içindəki həqiqi düşmənləridir.

81
00:13:54,860 --> 00:14:00,130
Allaha şükürlər olsun ki, bu gün İslam dünyası oyanıb.

82
00:14:00,730 --> 00:14:09,330
Müxtəlif müsəlman ölkələrindəki biz müsəlmanlar nəhəng bir reallığı təşkil edirik;

83
00:14:11,000 --> 00:14:18,200
biz küfr və imperializmin nəzərə almağa məcbur olduğu bir reallığıq.

84
00:14:19,930 --> 00:14:29,460
Bu gün İslam dünyası küfr və imperializmin qarşısında duraraq öz sözünü deyə bilər.

85
00:14:30,200 --> 00:14:43,130
Əlhəmdulillah, İran coğrafiyasında “İslam dövləti” adlanan və öz islami əsasları, islami mahiyyəti ilə fəxr edən bir hökumət quruluşu mövcuddur.

86
00:14:43,860 --> 00:14:55,860
Əlbəttə ki, biz ölkədə İslamın hakimiyyətini reallaşdırmaqda hələ bütün arzularımıza çatmamışıq.  Biz hələ yolun ortasındayıq,

87
00:14:56,330 --> 00:15:08,600
yarı yoldayıq, amma məqsədimiz İslamın bütün hədəflərini gerçəkləşdirmək, İslam şəriətinin hakimiyyətini tam olaraq bərqərar edilməsinə nail olmaqdır. Bizim hədəfimiz budur,

88
00:15:09,530 --> 00:15:15,800
Allahın köməyi və izni ilə, bu hədəfi daim izləyəcəyik

89
00:15:16,730 --> 00:15:25,260
və bunun özü İslamın düşmənləri üzərində qələbəmiz üçün vasitə olacaq, inşallah. Bu gün burada bu reallıq mövcuddur.

90
00:15:26,060 --> 00:15:32,660
Əziz qardaşlar, əziz bacılar! İslam Respublikasının yaranmasından 40 ilə yaxın vaxt ötür;

91
00:15:33,600 --> 00:15:42,330
Amerika, küfr, sionizm və imperializm cəbhəsi ilk gündən bu günə qədər bizimlə düşmənçilik edib;

92
00:15:42,600 --> 00:15:49,660
əlbir olaraq əleyhimizə məkrli planlar qurublar, bizə qarşı əllərindən gələn bədxahlığı ediblər:

93
00:15:49,660 --> 00:15:55,330
sanksiya qoyublar, hərbi hücum ediblər, cürbəcür işlər görüblər.

94
00:15:56,130 --> 00:16:05,860
Lakin onların bütün səylərinə rəğmən, 40 ilə yaxın bu müddət ərzində biz daim inkişaf etmişik, irəli getmişik.

95
00:16:06,400 --> 00:16:12,800
Allahın köməyi sayəsində, bu gün İslam Respublikasının əldə etdiyi nailiyyətlər 30-35 il bundan əvvəlki ilə

96
00:16:13,330 --> 00:16:20,460
müqayisə belə oluna bilməz. Onlar bizi aradan götürmək istəyirdilər,

97
00:16:20,660 --> 00:16:27,400
Allah-taala isə əksinə bizi daha da qüvvətləndirib, bizə güc verib,

98
00:16:28,400 --> 00:16:35,930
bizi arzuladığımızdan da güclü edib. Əlhəmdulillah, bu gün İslam Respublikası

99
00:16:36,330 --> 00:16:44,730
öz ayaqları üzərində durub, son dərəcə qüvvətli və qüdrətlidir. Biz sözümüzü açıq deyir,

100
00:16:45,660 --> 00:16:54,660
dediyimiz sözün üstündə durur və varlığımıza, iştirakımıza,

101
00:16:55,200 --> 00:17:03,060
küfr və imperializmə qarşı mübarizə üçün köməyimizə ehtiyac duyulan istənilən yerdə köməyimizi əsirgəmirik. Bunu

102
00:17:03,600 --> 00:17:14,130
küfr və imperializm dünyası qarşısında çəkinmədən, açıq-aşkar deyirik də;

103
00:17:14,530 --> 00:17:23,200
biz heç kimi və heç nəyi nəzərə almadan açıq danışırıq. Bu gün İslam dünyasında belə bir reallıq mövcuddur və ümidvarıq ki,

104
00:17:23,600 --> 00:17:34,660
bir gün Fələstin öz xalqına geri qaytarılacaq,

105
00:17:35,800 --> 00:17:42,800
Fələstin xalqı öz torpağının sahibi olacaq, fələstinli qaçqınlar yurd-yuvasına dönəcək.

106
00:17:43,800 --> 00:17:48,400
O gün İslam dünyasında böyük bayram və şadyanalıq günü olacaq;

107
00:17:48,860 --> 00:17:56,660
həmin gün imperializmə onun belini qıracaq əsl zərbə vurulacaq.

108
00:17:57,130 --> 00:18:03,460
Biz bunun üçün çalışır, bunun üçün işləyirik; inşallah, o gün gələcək.

109
00:18:03,860 --> 00:18:10,400
Əziz qardaş və bacılar, hamınızı bir daha salamlayıram,

110
00:18:10,400 --> 00:18:16,530
hamınıza Allaha əmanət olun deyirəm və ümidvaram ki, inşallah, sizin bu konfransınız mübarək bir tədbir olacaq.

111
00:18:16,800 --> 00:18:20,330
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.