1
00:00:08,600 --> 00:00:11,530
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:12,130 --> 00:00:14,660
الحمدلله ربّ العالمين

3
00:00:14,860 --> 00:00:20,530
و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

4
00:00:27,130 --> 00:00:30,000
سيّما بقيّةالله في الارضين

5
00:00:31,200 --> 00:00:41,460
Əziz gənclər, əziz balalar, əziz qardaş və bacılar, əvvəla, çox xoş gəlmisiniz;

6
00:00:41,730 --> 00:01:04,730
öz ruhiyyənizlə tariximizin həlledici, effektiv və önəmli günlərindən biri olan 13 aban hadisələrinin xatirəsini bir daha canlandırdınız.

7
00:01:05,060 --> 00:01:12,660
Əziz gənclər, sizinlə görüşümüzdən son dərəcə böyük sevinc və məmnunluq duyuram.

8
00:01:14,260 --> 00:01:25,930
İkinci növbədə isə qeyd etmək istəyirəm ki, bizim ölkəmizdə diqqətəlayiq bir məqam müşahidə olunur.

9
00:01:27,400 --> 00:01:40,200
Həmin məqam bundan ibarətdir ki, gənclər bütün ölkələrdə, bütün xalqlar içərisində avanqard bir qüvvə hesab olunur;

10
00:01:41,260 --> 00:01:56,130
gənclər mühərrik kimi öz cəmiyyətlərinin hərəkətverici qüvvəsidir; bu, bütün ölkələrdə belədir;

11
00:01:59,330 --> 00:02:04,860
əlbəttə ki, əgər xarab olmayıblarsa, pozulmayıblarsa,

12
00:02:05,060 --> 00:02:13,860
pis vərdişlərə, narkotiklərə qurşanmış vəziyyətdə deyillərsə; dinamiklik, irəli can atma, avanqardlıq gənclərin təbiətində var,

13
00:02:14,260 --> 00:02:26,260
lakin bizim ölkəmizdə bu ruhiyyə təkcə gənclərlə (gənc sözünün geniş yayılmış mənasında) məhdudlaşmır.

14
00:02:26,800 --> 00:02:34,000
“Gənc” dedikdə adətən, misal üçün, 17-20 yaşlı qız və oğlanlar göz önünə gəlir; gənclər bunlardır.

15
00:02:34,330 --> 00:02:43,400
Bizim ölkəmizdə isə gənclərə xas dinamikliyin, şövq və yüksək ruhun yaşı bir qədər də aşağı enib;

16
00:02:43,730 --> 00:02:50,800
yəni 13, 14, 15 yaşlı yeniyetmələr də

17
00:02:51,660 --> 00:03:04,060
başqa yerlərdə 20, 22, 25 yaşlı gənclərdən gözlənilən işləri həyata keçirir, onların gördüklərini görə bilir,

18
00:03:04,600 --> 00:03:12,860
onların izlədiyi hədəfləri izləyir, eyni güc və ruhiyyəni ortaya qoyur.

19
00:03:13,060 --> 00:03:28,000
Bizim ölkəmizdə dinamikliyin, hərəkatın, həyəcan və ruh yüksəkliyi yaratmanın, avanqardlığın səviyyəsi yeniyetmələrə qədər gedib çatır. Bu, bizim ölkəmizin özünəməxus xüsusiyyətidir.

20
00:03:30,260 --> 00:03:41,000
Mən bunu nəyə əsasən deyirəm? Həm inqilabdan öncə, həm mühüm inqilabi olaylar zamanı,

21
00:03:41,600 --> 00:03:47,660
həm Müqəddəs Müdafiə dövründə, həm də elə bugünkü günün özündə

22
00:03:48,000 --> 00:04:03,000
müşahidə etdiklərimə əsasən. İnqilabdan öncə mən Məşhəddə idim, oradakı vəziyyəti görürdüm, bəzən Tehrana gələndə də Tehranda baş verənlərin şahidi olurdum;

23
00:04:04,000 --> 00:04:21,400
bir çox yerlərdə əsas inqilabi məfhumları öyrənmək üçün müraciət edənlər təkcə az öncə qeyd etdiyim mənada gənclər deyildi.

24
00:04:21,730 --> 00:04:33,930
Mən özüm o sərt təzyiqlər şəraitində Tehranda kiçik bir qrupda toplaşmış

25
00:04:34,600 --> 00:04:44,330
orta məktəb şagirdləri üçün  (16, 17, 18 yaşlarında) görüşlər keçirirdim;

26
00:04:45,660 --> 00:04:56,000
sonradan onların hamısı olmasa da,  əksəriyyəti mübarizə meydanına qoşuldu; həmin insanlardan, həmin uşaqlardan bəziləri bu gün şanlı şəhidlərimizin sırasındadır,

27
00:04:56,260 --> 00:05:11,130
bəzilərinin isə fəal inqilabi mübarizələr dövründə başına çox mühüm və həssas olaylar gəlib.

28
00:05:12,060 --> 00:05:26,730
Məşhəddə də eynilə bu cür idi; orta məktəbdə oxuyan, hələ adət etdiyimiz mənada

29
00:05:26,730 --> 00:05:33,460
gənclik dövrünə qədəm qoymamış yeniyetmələr mübarizə meydanında idi; bu, inqilabdan öncəsi.

30
00:05:35,000 --> 00:05:43,400
Ümummilli inqilabi hadisələr başladığı zaman isə bizim orta məktəb şagirdi olan gənclərimiz

31
00:05:44,260 --> 00:05:48,600
elə bir addım atdılar ki, 13 aban gününü tarixə öz adları ilə yazdılar.

32
00:05:49,460 --> 00:05:55,660
13 aban – Şagird günüdür, şagirdlərin mücahidə meydanına qədəm qoyduqları və qətlə yetirildikləri gündür.

33
00:05:56,000 --> 00:06:07,400
13 abanda 3 mühüm hadisə baş verib; həmin hadisələrdən birincisi şagirdlərin qətlə yetirilməsi ilə bağlıdır. Deməli, əgər meydanda olmasaydılar, mübarizə aparmasaydılar,

34
00:06:08,130 --> 00:06:21,930
varlıqlarının heç bir təsiri olmasaydı, tağut rejimin məmurlarının o çirkin və yırtıcı rəftarı ilə üzləşib şəhid edilməzdilər.

35
00:06:24,130 --> 00:06:35,860
Məcburi Savaş dövrü isə ayrı mərəkə idi! 14-15 yaşlı yeniyetmələr döyüş meydanlarına gedib,

36
00:06:36,600 --> 00:06:47,200
yetkin savaşçı kişilər kimi vuruşurdular; bəziləri Hüseyn Fəhmide kimi şəhid oldular,

37
00:06:48,200 --> 00:06:58,800
bəziləri əsir düşdülər; əsir düşmüş o bir neçə yeniyetmə haqqında kitablar da çap olunub,

38
00:06:58,800 --> 00:07:08,860
xatirələri yazıya alınıb; həmin yeniyetmələrin o zaman keçirdiyi hissləri oxuyanda insan bu maddi aləmin fövqündə ayrı bir aləmin cərəyan etdiyini hiss edir.

39
00:07:09,130 --> 00:07:16,930
15, 16, 17 yaşlı bir oğlan uşağı

40
00:07:17,200 --> 00:07:27,600
əsirlikdə Səddam rejiminin murdar və qəddar məmurlarının qarşısında dağ kimi durur.

41
00:07:29,600 --> 00:07:40,730
Dünyanın harasında belə bir şey var? Dünyanın hansı gənc nəslində bu cür insanlar var?

42
00:07:41,200 --> 00:07:52,930
Müharibədən sonra – bu günə qədər də eynilə; sizə deyim ki, mənim ölkədə baş verən cürbəcür məsələlər barədə kifayət qədər geniş məlumatım var,

43
00:07:53,660 --> 00:08:03,460
çox yerlərdən xəbərdaram. Bilirəm ki, şagirdlərimiz, yeniyetmələrimiz

44
00:08:04,060 --> 00:08:18,130
müxtəlif sferalarda həm lazımınca iştirak edir, həm də prosesləri kifayət qədər yaxşı dərk edirlər; çox xırda və dərin məsələləri belə, anlayırlar.

45
00:08:19,400 --> 00:08:27,800
Bu gün orta məktəbə gedən 16-17 yaşlı yeniyetmələr bir çox hallarda

46
00:08:28,330 --> 00:08:35,200
məsələləri bizim dövrümüzdəki 25-26 yaşlı,

47
00:08:35,460 --> 00:08:47,000
bəlkə ondan da böyük gənclərdən daha yaxşı dərk və analiz edir. Bu, bizim ölkəmizin özünəməxsus xüsusiyyətidir.

48
00:08:47,000 --> 00:08:54,930
Mənim əzizlərim, əziz gənclər, yeniyetmələr, mənim əziz balalarım!

49
00:08:55,860 --> 00:09:09,330
Bu mövqe və imkanın qədrini bilin. Sizlər, sizin nəsil, inşallah, bu ölkəni zirvələrə çatdıracaq nəsilsiniz.

50
00:09:12,130 --> 00:09:16,400
Bizim çoxlu arzularımız, böyük ideallarımız var.

51
00:09:19,260 --> 00:09:27,000
Düşmənlərin bədxah əməllərinin də bu günə qədər bizə heç bir təsiri olmayıb, heç bir qələt edə bilməyiblər.

52
00:09:50,060 --> 00:10:01,930
O demək deyil ki, düşmənçilik etməyiblər, fəaliyyət göstərməyiblər; yox, ürəyiniz istəyən qədər düşmənçilik də ediblər, fəaliyyət də göstəriblər.

53
00:10:02,330 --> 00:10:11,330
Müxtəlif ölkələrdə gənc nəsli azdırmaq üçün gördükləri işləri bizim ölkəmizdə də görüblər;

54
00:10:11,660 --> 00:10:21,530
narkotik maddələrin yayılmasından tutmuş əxlaqsızlığın təbliğinə, azdırıcı kompüter oyunlarına və sairə qədər;

55
00:10:22,130 --> 00:10:29,000
hər iş görüblər. Müəyyən məqamlarda uğur qazanmış,

56
00:10:29,730 --> 00:10:43,730
haradasa bir qrup gənci doğru yoldan sapdırmış ola bilərlər, amma gənc nəsildə, yeniyetmələrdə inqilabın əvvəlində olan

57
00:10:44,000 --> 00:10:55,600
və onlardan gözlənən gözüaçıqlıq bu gün də vardır. Bunun sübutunu da özünüz görürsünüz; 80-ci illərdə doğulmuş,

58
00:10:56,460 --> 00:11:03,460
nə müharibəni, nə İmam Xomeynini, nə inqilabı görmüş yeniyetmələr bu gün o inqilabi anlayışları,

59
00:11:03,860 --> 00:11:12,330
o prinsipləri eynən o dövrün yetkin gənclərinin sahib olduğu gözüaçıqlıq

60
00:11:12,330 --> 00:11:18,600
və qabiliyyətlə izləyir. Siz bacaracaqsınız;

61
00:11:19,730 --> 00:11:33,930
siz düşmənin məkrli planlarına qalib gələ biləcəksiniz; çətinlik və maneələrdən keçib bu ölkəni

62
00:11:34,860 --> 00:11:41,730
İslam dininin, İslam İnqilabının idealı olan məqama çatdıra biləcəksiniz; siz bunu bacaracaqsınız.

63
00:11:41,930 --> 00:11:47,930
Və inşallah, düşmənə göz dağı olaraq, elə bu cür də olacaq,

64
00:11:48,660 --> 00:11:55,400
bu dediklərim baş verəcək.  Əlbəttə ki, bunun müəyyən şərtləri var; şərtlərdən biri budur ki, düşməni tanıyasınız, aldanmayasınız.

65
00:11:55,730 --> 00:12:02,660
Doğrudur, xalqımızın böyüklü-kiçikli çoxlu sayda düşmənləri var, amma mənim daim sözün əsl mənasında

66
00:12:03,400 --> 00:12:11,530
düşmən olduğunu, düşmənçilik etdiyini, xəbislik etdiyini vurğuladığım düşmən Amerikadır.

67
00:12:12,260 --> 00:12:20,330
Mən bunu təəssübkeşlikdən, pessimizm hisslərinin təsiri ilə demirəm;

68
00:12:20,660 --> 00:12:31,730
mən bunu təcrübədən, düzgün və realist dərkdən çıxış edərək, meydanı görərək deyirəm; meydanda nələr baş verdiyini görürük.

69
00:12:32,260 --> 00:12:40,660
Onlar təkcə mənə və ya İslam Respublikasına düşmən deyillər; xeyr,

70
00:12:40,860 --> 00:12:55,800
onlar ayağa qalxıb müqavimət göstərən, düşmənlə qarşı-qarşıya durmaqdan yorulmayan bu xalqın özünə düşməndirlər, bunun əleyhinədirlər, bunu gözləri götürmür.

71
00:12:56,460 --> 00:13:04,660
Özünüz gördünüz; bu yaxınlarda Amerika prezidenti İran xalqını terrorçu adlandırdı.

72
00:13:05,060 --> 00:13:15,530
Bunun necə səfeh bir yanaşma olduğunu görürsünüz! Bütöv bir xalqa terrorçu deyir! Rəhbərə

73
00:13:16,000 --> 00:13:23,200
və ya dövlətə terrorçu demir,bütün İran xalqını terrorçu adlandırır! Bu, düşmənçilik deyil, bəs nədir?

74
00:13:24,200 --> 00:13:35,660
Bundan bir neçə il əvvəl də başqa bir ABŞ rəsmisi demişdi ki, “ biz İran xalqının kökünü kəsməliyik”. Axmaq!

75
00:13:39,260 --> 00:13:53,600
Bütöv bir xalqın, özü də belə bir tarixi keçmişi, dərin mədəniyyəti olan bir xalqın kökünü necə kəsmək olar?! Baxın,

76
00:13:53,860 --> 00:14:01,460
bu, düşmənçilikdir! Düşmənin gözü bağlı olur; kor adam kimi ətrafında baş verənləri

77
00:14:02,260 --> 00:14:05,930
düzgün hesaba ala, dəyərləndirə bilmir;

78
00:14:06,400 --> 00:14:12,800
düşməni məğlubiyyətə aparan da məhz elə onun bu düzgün hesab apara bilməməyi olur.

79
00:14:13,800 --> 00:14:20,530
Düzgün hesaba almadığına, qarşısında kimin, nəyin olduğunu bilmədiyinə görə məğlub olur; necə ki məğlub olub da!

80
00:14:20,730 --> 00:14:31,260
Hazırda inqilabın qələbəsindən 40 il ötür; bu inqilabın hələ körpə fidan olduğu ilk gündən onunla vuruşublar, hücumlar ediblər;

81
00:14:31,260 --> 00:14:36,930
bu gün isə onlara göz dağı olaraq, inqilab qol-budaqlı, köklü-köməcli bir ağaca çevrilib.

82
00:14:38,400 --> 00:14:50,860
Bu, onu göstərir ki, heç nə edə bilmirlər, bilməyiblər; amma düşmənçilik edirlər; özü də bu düşmənçilik bugünkü də deyil.

83
00:14:51,600 --> 00:15:00,600
Baxın, bəziləri deyirlər ki, Amerika ilə birtəhər, bir zərrə belə olsa dil tapıb yola getmək lazımdır, bəlkə, belə olsa, düşmənçiliyi azalar;

84
00:15:00,860 --> 00:15:06,460
xeyr, amerikalılar hətta onlara inanıb ümid bağlayanlara,

85
00:15:07,130 --> 00:15:15,730
kömək üçün onlara üz tutanlara belə, rəhm etməyiblər; misal üçün, Doktor Müsəddiqə.

86
00:15:16,330 --> 00:15:26,060
Doktor Müsəddiq öz aləmində ingilislərlə mübarizə aparıb onların qarşısında dura bilmək üçün

87
00:15:26,400 --> 00:15:34,130
amerikalılara üz tutmuşdu; onlarla görüşüb danışıqlar aparmış, kömək istəmişdi; amerikalılara inanmışdı.

88
00:15:35,060 --> 00:15:44,000
Lakin İranda Müsəddiq əleyhinə baş verən 28 mordad qiyamı ingilislərin yox, amerikalıların əli ilə həyata keçirilmişdi;

89
00:15:45,330 --> 00:15:51,600
yəni bunlar hətta Müsəddiq kimiləri ilə də qane olmurlar; bunlar nökər istəyirlər,

90
00:15:51,860 --> 00:16:00,530
dilsiz-ağızsız qul istəyirlər, qapazaltı istəyirlər; Məhəmmədrza Pəhləvi kimi; onlara beləsi lazımdır.

91
00:16:01,600 --> 00:16:14,000
Onlar istəyirlər ki, strateji coğrafi mövqeyə, cürbəcür strateji resurslara malik bu nemət və bərəkət dolu strateji ölkədə

92
00:16:14,200 --> 00:16:23,130
elə bir şəxs hakimiyyətdə olsun ki, qolubağlı qul kimi onlara təslim olsun, dedikləri ilə oturub-dursun;

93
00:16:23,130 --> 00:16:30,400
amerikalıların istədiyi budur; əks halda düşmənçilik edirlər. Təbəs məsələsində düşmənçilik etdilər, cavablarını aldılar;

94
00:16:30,660 --> 00:16:39,200
bizim sərnişin təyyarəmizi düşməncəsinə vurub yerə saldılar, cavablarını aldılar; sanksiya məsələsində ilk gündən düşmənçilik etdilər,

95
00:16:39,400 --> 00:16:48,460
bu gün də o düşmənçiliyi davam etdirirlər. Nüvə danışıqlarını – diplomatik adı ilə Birgə Kompleks Tədbirlər Planını –

96
00:16:48,460 --> 00:16:54,260
və onların nəticələrini pozmaqda əllərindən gələn hər cür xəbisliyi edirlər; düşməndirlər.

97
00:16:54,530 --> 00:17:07,000
Əziz balalar, əziz gənclər! Yaddan çıxarmayın ki, irəliləməkdə olduğunuz (və çox da uğurla irəlilədiyiniz, irəli getməyi bacardığınız),

98
00:17:07,000 --> 00:17:16,600
ideallara aparan bu olduqca mühüm və xoş sonluqlu yolda sizin əsas düşməniniz Amerikadır; bunu unutmayın.

99
00:18:17,060 --> 00:18:28,260
Lap yaxşı, elə isə, bu dediyimi yaddan çıxarmayın. Bəziləri elə bilir ki, biz Amerikanın qarşısında geri çəkilib güzəştə getməliyik;

100
00:18:28,400 --> 00:18:37,330
halbuki biz nə qədər geri çəkilsək, onlar bir o qədər cürətlənəcək. Bunun yolu müqavimət göstərməkdir, mübarizə aparmaqdır;

101
00:18:37,600 --> 00:18:49,530
bunun yolu inqilabın başlatdığı bu hərəkatı davam etdirməkdir. Odur ki əsas şərt budur.

102
00:18:49,860 --> 00:18:57,860
Siz gənclər üçün digər bir şərti də deyim: yaxşı oxuyun, yaxşı çalışın.

103
00:18:58,260 --> 00:19:05,860
Düşmənçiliklərlə, tufanlarla, çətin dalğalarla üzləşmək üçün

104
00:19:06,330 --> 00:19:16,460
güc qazanmağın ən başlıca vasitəsi elm öyrənmək, elmləri mənimsəməkdir.

105
00:19:16,860 --> 00:19:24,460
Mən istərdim ki, bizim gözəl gəncliyimiz dərs oxusun, elm öyrənsin. Elmdə istedadı olan gənclər

106
00:19:24,800 --> 00:19:35,330
öz ölkəsi üçün işləsin, düşmənə xidmət etməsin; dərs oxumaq ali bir dəyərə çevrilsin.

107
00:19:35,730 --> 00:19:47,660
Əlhəmdulillah, gənclərimizin yaxşı istedadı var, yaxşı oxuyub çalışsalar, heç şübhəsiz, ölkədə elmin səviyyəsi yüksələcək.

108
00:19:48,200 --> 00:20:02,930
Ölkənin elmi səviyyəsinin yüksəlməsi özü İran xalqının daxili müqavimətini möhkəmləndirəcək, xalqımız möhkəm olacaq.

109
00:20:04,060 --> 00:20:14,200
Elmin bərəkəti ilə insan böyük arzulara çata bilər. İnşallah, bu dediyimə də diqqət yetirin.

110
00:20:14,530 --> 00:20:19,730
Və əzizlərim! Allah-taala ilə öz aranızdakı rabitəni də gücləndirin. Sizin qəlbiniz təmizdir,

111
00:20:21,330 --> 00:20:34,600
ruhunuz saf, çirkinliklərdən uzaqdır. Sizlər üçün ilahi lütf, rəhmət və nuraniyyəti özünüzə cəlb etmək

112
00:20:34,860 --> 00:20:48,460
mən yaşda olan insanlarla müqayisədə daha asandır, bunu asanlıqla edə bilərsiniz. Bunu təvəssüllə, dua ilə, gözəl namazlarla, Uca Yaradana qarşı diqqətli olmaqla, Quran oxumaqla,

113
00:20:49,260 --> 00:20:58,530
Allahın bəndələrinə kömək etməklə – belə ki mühüm işlərdən, mühüm ibadətlərdən biri də Allahın bəndələrinə kömək etməkdir –

114
00:20:59,060 --> 00:21:08,260
günahdan çəkinməklə özünüz üçün təmin edə bilərsiniz. Mən əminəm, əsla şübhəm yoxdur ki,

115
00:21:08,600 --> 00:21:21,260
inşallah, sizin hazırkı gənc nəsil inqilabda qarşıya qoyulmuş bütün arzu və hədəfləri gerçəkləşdirməyi bacaracaq.

116
00:21:21,600 --> 00:21:30,330
Ümidvaram, Allah-taala önünüzdəki maneələri aradan qaldırıb yolunuzu asanlaşdıracaq

117
00:21:30,660 --> 00:21:33,600
və uğurlarınız günbəgün daha da artacaq.

118
00:21:33,600 --> 00:21:35,060
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.