1
00:00:00,400 --> 00:00:02,530
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,200 --> 00:00:12,800
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:21,930 --> 00:00:33,130
و علي آله الطّيّبين الطّاهرين و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:35,800 --> 00:00:47,330
Əzəmətli İslam peyğəmbərinin (s), həmçinin onun övladı

5
00:00:49,060 --> 00:01:04,400
Həzrət Cəfər ibn Muhəmməd Sadiqin (ə) mübarək mövludları münasibətilə

6
00:01:05,130 --> 00:01:20,460
hamınızı, bu gün bura təşrif gətirmiş əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini, Vəhdət həftəsində iştirak edən hörmətli qonaqları,

7
00:01:23,600 --> 00:01:31,730
eləcə də bütün İran xalqını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm.

8
00:01:32,000 --> 00:01:48,060
Ümidvaram ki, bu gün, bu mövlud bizim hamımızda öhdəmizə düşən vəzifələrə, Peyğəmbərin (s) mövludunun bərəkəti ilə

9
00:01:48,260 --> 00:02:01,200
bu gün üzümüzə açılmış və qət etməli olduğumuz yola qarşı yeni bir dərk, yeni bir oyanış yaranmasına səbəb olacaq.

10
00:02:01,730 --> 00:02:12,600
Peyğəmbərin (s) mübarək varlığı rəhmət idi; bütün varlıq aləmi üçün rəhmət idi.

11
00:02:13,660 --> 00:02:29,530
Bu rəhmət isə o böyük şəxsiyyətin ardıcıllarına, onun yolunu, istiqamətləndirməsini qəbul edən insanlara sirayət edir;

12
00:02:31,000 --> 00:02:38,530
rəhmətə layiq görülürlər, Allahın rəhməti onlara şamil olunur. Quranda buyurulur:

13
00:02:38,930 --> 00:02:49,000
“Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!

14
00:02:49,000 --> 00:02:57,460
O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar”. (“Əraf” surəsi, 156-157-ci ayələrdən)

15
00:02:57,800 --> 00:03:10,530
O əzəmətli şəxsiyyətin rəhbərliyini qəbul edənlər, onun arxasınca gedənlər, göstərdiyi yolu rəhbər tutanlar Allahın rəhmətinə layiq görülür;

16
00:03:12,130 --> 00:03:25,060
bu, Allahın qəti və danılmaz vədidir. İslam dünyası, İslam ümməti bir çox eniş-yoxuşlardan keçib,

17
00:03:26,260 --> 00:03:39,060
amma yalnız Həzrət Peyğəmbəri və onun göstərdiyi yolu rəhbər tutduğu zaman Allah-taalanın dünya və axirət rəhmətindən faydalanıb;

18
00:03:40,130 --> 00:03:49,130
“Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“Əraf” surəsi, 157-ci ayədən)

19
00:03:50,000 --> 00:03:53,930
Nicat tapanlar, əlbəttə ki, əzəmətli Peyğəmbərin yolu ilə gedənlərdir.

20
00:03:54,460 --> 00:04:04,200
Peyğəmbəri-Əkrəm o gözəllikləri, əsarətlərdən qurtuluşu hamı üçün,

21
00:04:04,600 --> 00:04:23,400
bütün insanlar üçün gətirmişdi. Peyğəmbərin bəşəriyyətə hədiyyə etdikləri xüsusi olaraq hansısa qrupa yox,

22
00:04:24,460 --> 00:04:32,730
bütün bəşəriyyətə aiddir, amma yalnız onu özünə rəhbər bilib onun yolu ilə gedənlər bunlardan faydalanır.

23
00:04:33,330 --> 00:04:47,330
İslam Peyğəmbəri insanların əl-ayağını bağlayıb onları hərəkət etməyə, pərvazlanmağa qoymayan,

24
00:04:47,330 --> 00:04:52,730
mənəviyyatdan uzaqlaşdıran, həyatlarını acı edən buxovları qıraraq

25
00:04:53,530 --> 00:04:59,660
bəşər övladını əsarətdən qurtarır.

26
00:05:00,130 --> 00:05:09,600
O əsarət nədən ibarətdir? Hegemon dövlətlərin zülmündən, imperialistlərin müstəmləkəçi ağalığından,

27
00:05:10,460 --> 00:05:19,800
təbəqələşmədən, zalım və müstəmləkəçi aristokratiyadan; əsarət bunlardır;

28
00:05:20,600 --> 00:05:24,200
Peyğəmbər bunların əleyhinə çıxış etmiş, bu şeylərə qarşı mübarizə aparmışdır.

29
00:05:25,530 --> 00:05:37,130
Xalqlar mətin olub müqavimət göstərsələr, bu yolu davam etdirə bilərlər;

30
00:05:37,530 --> 00:05:47,930
xalqlar super-dövlətlərə qalib gələ bilərlər. Bəli, bu gün dünyanın super-gücləri

31
00:05:48,600 --> 00:05:58,460
İslam ümmətinə qarşı çox böyük miqyasda məkrli planlar həyata keçirir, lakin bu planların qarşısında durub onları neytrallaşdırmaq mümkündür.

32
00:06:01,260 --> 00:06:06,800
Həzrət Musa (ə) Allah-taalaya xitabən deyir:

33
00:06:06,800 --> 00:06:15,000
“Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin?

34
00:06:15,400 --> 00:06:21,600
Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər”. (“Yunis” surəsi, 88-ci ayədən)

35
00:06:21,600 --> 00:06:28,400
Qarğış edir. Həzrət Musanın qarşısında Firon əlində hər cür imkanları olan hegemon bir qüvvə idi;

36
00:06:28,860 --> 00:06:36,400
cah-calalı, var-dövləti, ehtişamı, hər cür imkanları, silahı, pulu – hər şeyi var idi. Musa isə tənha və köməksiz idi.

37
00:06:36,730 --> 00:06:41,930
O, üzünü Allaha tutaraq dua edib yalvarır. Allah-taala onun cavabında belə buyurur:

38
00:06:41,930 --> 00:06:44,330
“(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim”. (“Yunis” surəsi, 89-cu ayədən)

39
00:06:44,660 --> 00:06:55,130
Biz sizin ikinizin – Musa və Harunun – duasını qəbul etdik, yerinə yetirəcəyik, amma bir şərti var:

40
00:06:55,130 --> 00:07:01,530
“Siz (öz dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!” (“Yunis” surəsi, 89-cu ayədən)

41
00:07:01,730 --> 00:07:10,260
Möhkəm durun, mətin olun. Bir var müharibədə, döyüş meydanında mətin olmaq,

42
00:07:10,460 --> 00:07:18,000
bir də var siyasət meydanında, iradələr savaşında mətin olmaq;

43
00:07:18,660 --> 00:07:25,930
bütün bu meydanlarda möhkəm durmaq, mətin olmaq lazımdır. Xalqlar, onların görkəmli simaları, ziyalıları

44
00:07:26,660 --> 00:07:31,330
mətinliyi yaddan çıxarmasa, qələbə mütləq onlara nəsib olacaq.

45
00:07:31,730 --> 00:07:39,200
Bəli, bu gün düşmənlər İslam ümmətinin qarşısında səf çəkərək durublar;

46
00:07:39,460 --> 00:07:47,260
Amerika, qlobal imperializm və onların uzantıları, sionizm, İsrail,

47
00:07:48,730 --> 00:07:59,730
mürtəce dövlətlər, dünyanın pulpərəstləri, müsəlmanlar arasından o dövlətlərdən asılı olan, tamahına düşkün ünsürlər –

48
00:07:59,730 --> 00:08:05,660
bunlar hamısı İslam dininə, Peyğəmbərin göstərdiyi yola qarşı bir cəbhədə düzülüblər;

49
00:08:06,000 --> 00:08:10,400
اِنَّکَ ءاتَيتَ فِرعَونَ وَ مَلَاَهو زينَةً وَ اَموالًا فِي الحَيوٰةِ الدُّنيا

50
00:08:10,600 --> 00:08:15,800
Bəli, bu gün Firon bunlardır; bu gün Firon Amerikadır;

51
00:08:16,930 --> 00:08:25,130
bu gün Firon İsrail rejimidir; Firon onların bu regiondakı uzantılarıdır;

52
00:08:26,660 --> 00:08:38,660
hansılar ki, müsəlmanları tədricən bir-birinin canına salıb, regionda müharibə alovunu körükləmək istəyirlər; bu gün Amerikanın planı bundan ibarətdir;

53
00:08:39,600 --> 00:08:45,060
buna hamı diqqət yetirsin, hamı bilsin.

54
00:08:45,260 --> 00:08:54,800
Amerika rəsmiləri özləri təhlillərində, çıxışlarında istər-istəməz etiraf ediblər ki,

55
00:08:55,060 --> 00:09:03,200
“Qərbi Asiya regionunda müharibə törətmək, konflikt yaratmaq, bunları bir-birinin canına salmaq niyyətindəyik”;

56
00:09:03,930 --> 00:09:12,260
məqsədləri isə İsrail rejiminin təhlükəsizliyini, rahat mövcudluğunu təmin etməkdir; bunların inkişafına imkan verməməkdir;

57
00:09:13,060 --> 00:09:21,800
istəyirlər İslam ümməti o qədər qan itirsin ki, halsızlaşsın,

58
00:09:21,800 --> 00:09:28,060
zəifləsin, müqavimət göstərməyə taqəti qalmasın. Bəs bunun qarşısında nə etmək lazımdır?

59
00:09:28,060 --> 00:09:34,530
فَاستَقيما وَ لاتَتَّبِعآنِّ سَبيلَ الَّذينَ لايَعلَمون

60
00:09:35,530 --> 00:09:37,530
Cahillərin yolu ilə getməməliyik.

61
00:09:37,530 --> 00:09:48,400
Təəssüf ki, bu gün bu regionda Amerikanın çaldığına oynayan

62
00:09:48,800 --> 00:09:57,330
hökumət başçıları və ziyalılar var; onların dəyirmanına su tökürlər;

63
00:09:57,930 --> 00:10:07,000
onlar üçün İslam ümmətinin və İslamın əleyhinə iş aparırlar! Bunlar İslamın ziyanınadır!

64
00:10:07,530 --> 00:10:18,200
Bizim müsəlman dövlətləri ilə qətiyyən konfliktə getmək niyyətimiz yoxdur; biz müsəlman birliyinin vacibliyinə inanır, vəhdətə can atırıq.

65
00:10:18,600 --> 00:10:28,600
Hazırda Vəhdət həftəsindəyik. Vəhdət həftəsini bizim dahi liderimiz İmam Xomeyni elan etmişdir; İslam təriqətləri arasında vəhdət.

66
00:10:29,000 --> 00:10:36,000
Və Allaha şükürlər edirik ki, İslam Respublikası və İran xalqı

67
00:10:36,260 --> 00:10:49,200
əməldə, öz daxilində, eləcə də müxtəlif İslam təriqətlərindən olan müsəlman qardaşları ilə öz arasında vəhdət və qardaşlıq yarada bilib.

68
00:10:49,860 --> 00:10:59,330
Bu baxımdan bizim heç bir problemimiz yoxdur, lakin bizim bu vəhdətə can atan,

69
00:10:59,730 --> 00:11:14,330
birlik və qardaşlığı hədəf götürən yanaşmamızın qarşılığında konflikt və müharibə törətməyi qarşıya məqsəd qoymuş müəyyən qüvvələr var;

70
00:11:15,530 --> 00:11:19,200
siyasətləri budur, bunun arxasıncadırlar.

71
00:11:20,330 --> 00:11:30,400
Yaxşı bəs bunların qarşısında biz nə etməliyik? Regionumuzda Amerikanın siyasətini izləyənlərə qarşı necə davranmaq lazımdır?

72
00:11:31,200 --> 00:11:40,530
Biz öyüd-nəsihət etmək yolunu tuturuq; doğrudur, həmin dövlətlərdən bəzi cahil insanlar

73
00:11:40,530 --> 00:11:46,530
İran xalqı və İslam Respublikası haqqında elə sözlər danışırlar ki, onlara heç əhəmiyyət verməyə də dəyməz;

74
00:11:46,730 --> 00:11:55,930
onların mənasız danışıqlarına cavab vermək fikrində deyilik; biz nəsihət yolunu tutmuşuq, öyüd-nəsihət edirik.

75
00:11:56,400 --> 00:12:06,260
Regiondakı bəzi dövlətlərin bu gün Amerikaya yarınmaq üçün gördüyü işlər

76
00:12:06,860 --> 00:12:16,130
onların öz zərərinədir; əslində özlərini məhv edirlər.

77
00:12:17,400 --> 00:12:26,800
Düşmən əlindən gələni edir. Regionumuzda məzhəb zəminində müharibə törətmək xəyalı ilə

78
00:12:27,200 --> 00:12:36,200
bu təkfirçiləri ortaya atdılar, amma Allah-taala ağızlarından vurdu, məzhəb davası düşmədi və düşməyəcək də.

79
00:13:00,200 --> 00:13:11,060
Biz düşmənin təhriki ilə hərəkət edən o qüvvələrə müqavimət göstərdik, onların qarşısını aldıq və əlhəmdulillah, uğur da qazandıq,

80
00:13:11,600 --> 00:13:21,860
amma onların məsələsi düşmənə muzdurluq etmələri idi; məzhəb davası, firqə davası, tayfa davası deyildi.

81
00:13:23,000 --> 00:13:29,260
Düşmənin istədiyi bu idi; düşmən istəyirdi ki, sünni-şiə davası düşsün, amma

82
00:13:29,260 --> 00:13:33,330
اَلحَمدُ لِلّهِ الَّذي جَعَلَ اَعدائَنا مِنَ الحُمَقاء –

83
00:13:34,000 --> 00:13:41,460
Allah-taala bizim düşmənimizi axmaq edib.

84
00:13:41,800 --> 00:13:51,260
İŞİD-in bu regionda qətlə yetirdiyi sünnilərin sayı şiələrdən çox idi!

85
00:13:52,000 --> 00:13:58,730
Onlar istəyirdilər ki, sünni-şiə davası düşsün, Allah-taala ağızlarından vurdu.

86
00:14:00,060 --> 00:14:08,930
Bizim təkfirçi qüvvələrə qarşı apardığımız mübarizə zülmə, İslamın təhrif olunmasına qarşı aparılan mübarizə idi.

87
00:14:09,530 --> 00:14:17,930
İnsanları diri-diri yandıran, dərilərini soyan, müsəlman ailələri əsir götürən, siyasətdə,

88
00:14:18,260 --> 00:14:23,800
cinsi məsələlərdə, maliyyə məsələlərində, dini əməllərdə hər cür fəsada bulaşmış,

89
00:14:24,130 --> 00:14:32,930
İslam əxlaqından, İslam mədəniyyətindən, İslamın həqiqətindən tamamilə uzaq,

90
00:14:34,060 --> 00:14:41,460
barbar bir qrupa qarşı mübarizə idi. Onlar Amerikaya,

91
00:14:41,660 --> 00:14:49,130
sionizmə işləyirdilər, uzantılarına da harada rast gəlinsə, Amerika və sionizmə işlədikləri şübhəsizdir.

92
00:14:51,130 --> 00:15:02,200
Bu, bir reallıqdır; biz bunların qarşısında durduq. İslam dünyası hörmət və nüfuza yetişmək istəyirsə, vəhdəti,

93
00:15:02,600 --> 00:15:14,860
birlik və həmrəyliyi əldən verməməlidir. İslam dünyası nüfuz və ehtiram qazanmaq istəyirsə, sionizmə qarşı durmalıdır.

94
00:15:38,860 --> 00:15:47,060
Bu gün İslam dünyasının və müsəlman ümmətinin problemləri içərisində ən başda Fələstin məsələsi durur.

95
00:15:47,530 --> 00:16:00,860
Fələstini, bu ölkənin azadlığını, Fələstin xalqının qurtuluşunu dəstəkləmək, bunun üçün çalışıb-vuruşmaq hamının vəzifəsidir.

96
00:16:02,530 --> 00:16:12,400
Əlbəttə ki, düşmən bu məsələdə də çarəsiz vəziyyətə düşüb; bunu biləsiniz.

97
00:16:12,860 --> 00:16:21,930
Qüdsü İsrailin paytaxtı elan etmək istədiklərini iddia etmələri acizliklərindən, başqa heç bir şey edə bilmədiklərindən irəli gəlir.

98
00:16:22,200 --> 00:16:34,330
Fələstin məsələsində bunların əl-qolu bağlıdır, atdıqları bu addımla da, heç şübhəsiz, daha böyük zərbə alacaq, qarşılarında İslam dünyasını görəcəklər.

99
00:16:34,930 --> 00:16:46,330
Düşmən Fələstin məsələsində nəzərdə tutduğu uğuru əsla qazana bilməyəcək və Fələstin azad olunacaq.

100
00:16:47,730 --> 00:16:57,330
Şübhə yoxdur ki, Fələstin azad olunacaq! Ola bilsin, bir az gec, bir az tez, amma bu, mütləq, baş verəcək

101
00:16:58,130 --> 00:17:04,460
və İslam ümmətinin Fələstinin qurtuluşu uğrunda apardığı mübarizə, inşallah, öz nəticəsini verəcək.

102
00:17:05,130 --> 00:17:19,460
Əlhəmdulillah, İran xalqı öz şücaəti, imanı, gözüaçıqlığı, mübarizliyi sayəsində çox çətin yollar qət etməyə,

103
00:17:20,000 --> 00:17:23,930
ağır etaplardan keçməyə müvəffəq olub.

104
00:17:24,600 --> 00:17:31,130
Qoy hamı bilsin: həm dünyanın dörd bir yanındakı dostlarımız, həm də düşmənlərimiz!

105
00:17:31,660 --> 00:17:40,260
Biz inqilabın qələbəsindən üzü bəri bu 38 ildə keçib gəldiyimiz yolda

106
00:17:40,730 --> 00:17:51,330
elə problemlərlə üzləşmişik ki, onlar bir çox xalqları əldən-ayaqdan salıb, amma həmin problemlər İran xalqını əl-ayaqdan sala bilməyib.

107
00:17:51,930 --> 00:18:00,000
Bundan sonra qarşımızda nə qədər problem və əngəllər yaratsalar belə, şübhəsiz ki, əvvəlkilərdən daha kiçik və önəmsiz olacaq;

108
00:18:00,330 --> 00:18:08,800
üstəlik İran xalqının cürbəcür problemlərə sinə gərmək üçün güc və bacarığı da keçmişdəkindən qat-qat artıqdır.

109
00:18:09,330 --> 00:18:12,930
Allahın köməyi ilə, biz problemləri üstələyəcəyik.

110
00:18:15,460 --> 00:18:20,930
Düşmən İran xalqını məğlub olub geri çəkilməyə vadar edə bilməyəcək;

111
00:18:21,200 --> 00:18:34,530
inşallah, biz bütün problemlərə üstün gəlməyə, İslam və müsəlmanlara layiq nüfuz və ehtiramı bütün müsəlman xalqlarına nümayiş etdirməyə,

112
00:18:34,860 --> 00:18:41,600
İslamın nüfuz bayrağını indi olduğundan da yüksəklərə qaldırmağa müvəffəq olacağıq.

113
00:18:42,260 --> 00:18:51,800
Allah-taala bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin pak ruhuna Öz rəhmətini nazil etsin,

114
00:18:52,060 --> 00:18:59,260
bu yolda canından keçmiş əziz şəhidlərimizin pak ruhlarını şad etsin,

115
00:18:59,260 --> 00:19:09,530
hamımızı öhdəmizə düşən vəzifələri, bu mərhələdə bizdən gözlənənləri ən yüksək səviyyədə yerinə yetirməyə müvəffəq etsin, inşallah.

116
00:19:10,000 --> 00:19:12,400
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.