1
00:00:00,330 --> 00:00:03,060
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,660 --> 00:00:13,000
الحمدللّه‌ ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:22,460 --> 00:00:30,660
و آله الطّاهرين و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّة ‌اللّه في الارضين

4
00:00:31,660 --> 00:00:44,000
Çox xoş gəlmisiniz; bugünkü görüşümüz, həqiqətən də, çox faydalı və öyrədici bir görüş idi.

5
00:00:44,460 --> 00:01:01,860
Bu görüş göstərdi ki, İslam İnqilabı sayəsində və İmam Xomeyninin təşəbbüsü ilə ərsəyə gəlmiş misilsiz bir təzahür olan bəsic

6
00:01:02,460 --> 00:01:24,000
ölkədə ehtiyac duyulan ən müxtəlif sferalarda fəal iştirak etmək potensialına malikdir; bəsic bir çox çətin açılan düyünləri açmağa qadirdir.

7
00:01:24,460 --> 00:01:39,330
Bu gün çıxış edən insanlar öz söhbətlərində əslində ölkədə ehtiyac duyulan əksər sferaları işıqlandırdılar;

8
00:01:41,800 --> 00:01:53,130
faydalı və bir çoxunun icrası real olan təkliflər irəli sürüldü.

9
00:01:53,730 --> 00:02:01,460
Əlbəttə ki, inşallah, dostlarımızın bu fikirləri, bu təklifləri ilə bağlı

10
00:02:03,060 --> 00:02:17,600
bir işçi qrup təyin etmək lazımdır; qoy bu təklifləri hərtərəfli araşdırsınlar, nəzərdən keçirsinlər və reallaşması üçün zəmin yaratsınlar.

11
00:02:19,000 --> 00:02:29,730
Çıxış edən qardaşlarımızın hamısına və o möhtərəm bacımıza səmimi təşəkkürümü bildirirəm.

12
00:02:31,330 --> 00:02:40,730
Qeyd olunduğu kimi, bəsic çox önəmli, çox dərin bir məsələdir.

13
00:02:52,800 --> 00:03:10,400
Bəsic – səfərbərlik, hansısa bir işdə nəzərdə tutulan məqsədə çatmaq uğrunda bütün imkanları bir araya gətirmək, bütün potensialını səfərbər etmək deməkdir;

14
00:03:10,800 --> 00:03:22,260
bəsicin mənası budur. Əgər İslam İnqilabında bu gün bizim sahib olduğumuz hər şeyin olmasına rəğmən,

15
00:03:23,060 --> 00:03:34,800
bəsic – ümumxalq səfərbərliyi olmasaydı, heç şübhəsiz, işlərdə önəmli bir dərəcədə axsama olardı.

16
00:03:36,800 --> 00:03:46,400
Əlhəmdulillah, bu gün effektiv bir qurum olan Bəsic Müqavimət Təşkilatı

17
00:03:46,860 --> 00:03:52,330
ümumxalq səfərbərliyinin bir simvolu,

18
00:03:53,400 --> 00:04:07,060
təşkilatlanmış bir göstəricisidir. Bu təşkilat bir sıra önəmli vəzifələr daşıyır.

19
00:04:07,600 --> 00:04:16,000
Bu böyük, həssas və mühüm vəzifələr bütün sferaları əhatə edir.

20
00:04:16,800 --> 00:04:26,060
Bu hərəkat, bu təşəbbüs təkcə gənclərə, təkcə kişilərə aid deyil;

21
00:04:26,260 --> 00:04:41,930
Bəsic Müqavimət Təşkilatı adı verilmiş bu strateji təşkilatlanmaya gənc, yeniyetmə, ortayaşlı, qoca, kişi, yaxud qadın olmağından asılı olmayaraq, hər kəs daxil ola bilir.

22
00:04:44,330 --> 00:04:55,660
İstənilən ölkədə, istənilən dövlətdə son sözü insan sərmayəsi deyir.

23
00:04:58,060 --> 00:05:09,260
Dünyanın maddi cəhətdən inkişaf etmiş ölkələri özlərinin zəhmətkeş, aktiv,

24
00:05:10,330 --> 00:05:22,930
tənbəlliyi bir kənara qoyub işləmək yolunu  tutmuş insan potensialı (hərçənd dünyəvi həyat üçün, pul və dünyəvi nemətlər uğrunda olsa belə),

25
00:05:23,860 --> 00:05:36,730
bu insan potensialının ardıcıl əməyi və bacarığı sayəsində maddi baxımdan yüksək bir status əldə etmişlər;

26
00:05:39,330 --> 00:05:49,930
bu, eynilə Allah-taalanın verdiyi vəddə də öz əksini tapır. İlahi vəddə deyilir ki, hər hansı bir toplum, hər hansı bir cəmiyyət

27
00:05:50,330 --> 00:05:56,930
dünya nemətlərini arzulasa və bunun üçün çalışsa, istədiyinə çatar;

28
00:05:58,400 --> 00:06:08,200
mənəvi dəyərlər və həqiqi yüksəliş arzulayıb bunlar üçün çalışanlar da bu istədiklərini əldə edər:

29
00:06:09,060 --> 00:06:15,260
“Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik”. (“İsra” surəsi, 20-ci ayə)

30
00:06:16,660 --> 00:06:28,730
Allah-taala həm dünya nemətlərinin arzusunda olanlara kömək edir, həm də dəyərlərin, mənəvi yüksəlişin arzusunda olanlara;

31
00:06:29,530 --> 00:06:39,530
intəhası, əzmi, təpəri yalnız maddi həyatın məhsulları üçün çatanlar yalnız bu şeyləri əldə edə bilir,

32
00:06:40,000 --> 00:06:49,200
həqiqi həyatın mənasını anlamır, mənəviyyatı dada bilmir; əlbəttə ki, belədir.

33
00:06:51,000 --> 00:07:05,200
İslam İnqilabı bəşəriyyətin yaşamı üçün yeni bir təklif, yeni bir söz idi.

34
00:07:06,800 --> 00:07:16,000
İmperializmin əsiri, öz iqtidarını qoruyub saxlamaq üçün

35
00:07:17,200 --> 00:07:30,260
insanları əxlaqi və ideoloji cəhətdən məhvə sürükləyən imperialistlərin güc sınama oyununun qurbanı olan dünyanın

36
00:07:31,000 --> 00:07:41,930
yeni bir sözə ehtiyacı var idi. Bu yeni sözü düşünüb ortaya qoyan isə İslam İnqilabı oldu.

37
00:07:43,530 --> 00:07:55,130
Bu yeni söz, yeni fikir ondan ibarətdir ki, bəşəriyyət Allahın razılığını qazanıb ilahi dəyərləri qoruyub saxlamaqla da maddi tərəqqiyə, elmi irəliləyişlərə,

38
00:07:55,730 --> 00:08:04,730
insanın dəyər və məqamına uyğun inkişafa nail ola,

39
00:08:05,530 --> 00:08:15,000
dünyanı imperialistlərin, mənəviyyatdan uzaq olan

40
00:08:16,800 --> 00:08:29,730
siyasətçilərin yaratdığı cəhənnəmdən xilas edib bəşəriyyət üçün cənnətə çevirə bilər;

41
00:08:30,400 --> 00:08:39,060
arxayınlıq, təhlükəsizlik və asayişin hökm sürdüyü, hər kəsin öz öhdəsinə düşən vəzifəni

42
00:08:39,530 --> 00:08:49,330
hiss etdiyi, Allah-taala ilə rabitədə olduğu bir cənnətə. İslam İnqilabının dünyaya çatdırmaq istədiyi mesaj budur.

43
00:08:52,130 --> 00:08:59,260
Əlbəttə ki, bu mesajı reallaşdırmaq mərhələsi gəldiyi zaman ortaya bir sıra “vaciblər” və “olmazlar” çıxır.

44
00:09:00,400 --> 00:09:08,060
Belə bir dünya yaratmaq üçün ədalətsizlik,

45
00:09:08,260 --> 00:09:16,260
istibdad, təbəqələşmə,

46
00:09:17,800 --> 00:09:30,730
fiziki həvəslərə aludəçilik, əməli və ideoloji cəhətdən çürüklük olmamalıdır;

47
00:09:30,730 --> 00:09:36,930
belə bir cəmiyyətin formalaşdırılması üçün zəruri olan “olmazlar” bunlardır.

48
00:09:37,660 --> 00:09:43,600
Bu işin “vaciblər”i də var: ixlas olmalıdır, öhdəsinə düşən vəzifəni hiss etmək olmalıdır,

49
00:09:44,260 --> 00:10:00,800
çalışqanlıq olmalıdır, əzmkar mübarizə, gərgin əmək olmalıdır, Allah-taalanın razılığını əldə etmək əsas hədəf olmalıdır. Bunlar da “vaciblər”dir.

50
00:10:02,330 --> 00:10:15,000
Bütün bu “olmaz”ları, “vacib”ləri, dəyərləri, arzuları, hədəfləri özündə cəmləşdirə bilən konstruksiya isə “İslam Respublikası” ifadəsi idi;

51
00:10:15,800 --> 00:10:22,260
İmam Xomeyni (r.ə) də elə buna görə belə buyurmuşdu: “İslam Respublikası! Nə bir kəlmə artıq, nə bir kəlmə əskik!”

52
00:10:23,460 --> 00:10:34,800
Respublika – yəni xalqın gücünə, xalqın iradəsinə, xalqın imanına, xalqın təşəbbüsünə arxalanmaq;

53
00:10:35,060 --> 00:10:42,600
yəni insan sərmayəsinə – inkişafın ən önəmli amilinə söykənmək;

54
00:10:42,860 --> 00:10:57,800
və İslam – yəni Allah naminə, Allah yolunda, Allahın razılığını əsas götürərək, ilahi, islami dəyərlər çərçivəsində hərəkət etmək.

55
00:10:58,400 --> 00:11:03,200
İslam Respublikasının mənası budur; bu, dünyada yeni bir söz idi.

56
00:11:04,930 --> 00:11:15,330
İslamdan dəm vuranlar dünyada o vaxt da var idi, indi də var; sayları da çox idi, kifayət qədər də müxtəlif idilər;

57
00:11:16,460 --> 00:11:31,130
amma konkret olaraq hansısa ölkədə siyasi quruluş formasında reallaşan İslamla

58
00:11:31,860 --> 00:11:39,330
cahil və tağut mahiyyətli bir rejim daxilində, real həyatın günah və azğınlıq şəraitində davam etməsi fonunda

59
00:11:39,660 --> 00:11:48,060
cürbəcür yazılar, məqalələr, çıxışlar formasında yayılıb təbliğ edilən İslam arasında fərq var;

60
00:11:48,600 --> 00:11:56,530
bu ikisi bir-birindən xeyli dərəcədə fərqlənir.

61
00:11:57,660 --> 00:12:07,000
İslam Respublikası İslamı – müsəlmanların arzuladığı İslamı

62
00:12:07,330 --> 00:12:20,200
müəyyən coğrafi hüdudlar daxilində, yəni İran adlı bir ölkədə siyasi quruluş formasında reallaşdırıb.

63
00:12:21,930 --> 00:12:35,060
Bu, Allahın yardımı və istiqamətləndirməsi, dahi liderimiz İmam Xomeyninin ayıq-sayıqlığı və xalqımızın fədakarlığı sayəsində mümkün olub;

64
00:12:35,460 --> 00:12:40,460
məhz bu amillər sayəsində İslam dövlətinin əsası qoyulub, ilkin layihəsi qurulub.

65
00:12:41,260 --> 00:12:53,660
Əlbəttə, o əsas və başlıca məqsədə çatmağımız üçün o zaman da, elə indinin özündə də kilometrlərcə yol var; eybi yoxdur;

66
00:12:53,930 --> 00:13:04,460
biz irəli gedib bu məsafəni qət etməliyik. İslam dininin yer üzünə gəlişinin özü də bu cür olub.

67
00:13:04,460 --> 00:13:12,930
Peyğəmbəri-Əkrəm (s) Mədinədə İslam hökumətini qurduğu gün də

68
00:13:13,460 --> 00:13:23,860
o mərhələdə və o coğrafiyada İslamın bütün hədəfləri reallaşmamışdı, Peyğəmbərin mübarək ömrünün sonlarına qədər də elə bu cür oldu.

69
00:13:24,260 --> 00:13:28,860
Bunlar tədricən gerçəkləşməli idi və gerçəkləşirdi;

70
00:13:29,200 --> 00:13:38,600
bu, lazım olan iradəli, əzmkar insan potensialının olub-olmamağından asılıdır.

71
00:13:39,000 --> 00:13:44,600
Bəsic məhz bu çatışmazlığı təmin edir.

72
00:13:46,000 --> 00:14:00,260
Bəsic bir ölkənin insan potensialını təşkil edən ayrı-ayrı fərdlərin ali hədəfləri gerçəkləşdirməyi öz vəzifələri hesab etməsi deməkdir;

73
00:14:01,000 --> 00:14:08,530
müxtəlif sferalarda çalışan hər kəs: hərbçi olanı, olmayanı,

74
00:14:09,330 --> 00:14:17,000
Ordusu, Keşikçi Korpusu, Polis Qüvvələri, ölkənin müxtəlif sferalarında,

75
00:14:17,260 --> 00:14:21,260
müxtəlif meydanlarda cürbəcür işlərdə çalışan cürbəcür zəhmətkeş insanlar

76
00:14:21,600 --> 00:14:29,800
özlərində məsuliyyət hiss edib bu hərəkatı, bu hədəfi,

77
00:14:30,460 --> 00:14:33,930
bu prinsipi rəhbər tuturlarsa, deməli bəsicidirlər.

78
00:14:34,730 --> 00:14:40,730
Əlbəttə, qeyd etdiyim kimi, Bəsic Təşkilatı başqa bir məsələdir. Bu, bir simvoldur,

79
00:14:41,730 --> 00:14:48,400
konkret işlər görən bir qurumdur, “bəsic” sözü, “bəsici” adı isə

80
00:14:49,000 --> 00:14:54,800
xalqın çalışan, fəal olan hər bir üzvünə aiddir.

81
00:14:56,400 --> 00:15:06,400
İslam İnqilabı Keşikçiləri Korpusunun daşıyıcı sütunlarından biri olan Bəsic Müqavimət Təşkilatına gəlincə,

82
00:15:08,000 --> 00:15:13,730
bu, çox lazımlı, önəmli və effektiv bir qurumdur.

83
00:15:15,730 --> 00:15:39,730
Bu gün burada iştirak edən sizlərdən hər biriniz düşünən bir beyinin, bir iradənin, bir istəyin, bir əqidənin, bir təşəbbüs ruhunun daşıyıcılarısınız.

84
00:15:40,600 --> 00:15:48,200
Hələ xalq arasında da bu gün bura təşrif gətirənlərdən yüz, bəlkə min dəfə çox insan var ki,

85
00:15:48,600 --> 00:15:57,930
eyni xüsusiyyətlərə malikdir və əksəriyyətini də gənclər təşkil edir; yəni hər biri bir təfəkkür, bir əzm,

86
00:15:58,400 --> 00:16:06,730
bir iman, bir iradə, bir qurub-yaratmaq, hərəkət etmək gücüdür.

87
00:16:07,260 --> 00:16:15,660
Mühüm olan odur ki, bütün bu qüvvələr, bütün bu əzmlər

88
00:16:16,200 --> 00:16:20,600
bir-birinə yardıma tələsərək səmərəli əməkdaşlıq etsin.

89
00:16:22,060 --> 00:16:28,600
Keşikçi Korpusa daxil olan Bəsic Müqavimət Təşkilatı məhz bunun üçündür,

90
00:16:29,460 --> 00:16:44,260
bu güclərin, bu əzmlərin, bu bacarıqların koordinasiyasını təmin etmək və onları lazımi fəaliyyət sahələrinə yönəltmək  vəzifəsini daşıyır;

91
00:16:45,330 --> 00:16:48,260
Bəsic Təşkilatının vəzifəsi budur.

92
00:16:48,530 --> 00:16:55,930
Gördüyünüz kimi, bizim sənaye, kənd təsərrüfatı, incəsənət,

93
00:16:56,330 --> 00:17:03,200
quruculuq və sair müxtəlif sferalarda həm deməyə sözümüz

94
00:17:03,600 --> 00:17:15,330
(deyiləsi sözlərdən bir hissəsini bayaq dostlarımız burada qeyd etdilər), həm də ehtiyaclarımız var. Özümüzü, ölkəmizi

95
00:17:15,930 --> 00:17:26,660
İslam Respublikasının o gerçək və ülvi məqsədlərinə çatdıra bilmək üçün bizə hərəkət etmək, yeni-yeni ideyalar ortaya qoyub qərarlar qəbul etmək,

96
00:17:26,660 --> 00:17:40,400
qırılmaz əzm lazımdır; o hədəflərin hamısına yetişmək üçün hərəkət etməyə, dinamizmə ehtiyac var. Bu dinamizm bəsici qüvvələrin təşkilatlandırılması

97
00:17:40,860 --> 00:17:47,800
və hərtərəfli yanaşması ilə gerçəkləşir.

98
00:17:48,330 --> 00:17:58,330
Birdən-birə baxırsan ki, ölkənin müxtəlif sferalarında bir neçə milyon

99
00:17:58,860 --> 00:18:09,530
imanlı, gözüaçıq, ixlaslı insan tərəfindən genişmiqyaslı bir quruculuq, istehsal, inkişaf hərəkatına başlanıb.

100
00:18:10,800 --> 00:18:20,400
Bu, çox önəmli və bərəkətli bir şeydir! Bəsici müqavimət qüvvələri budur və onların öhdəsinə düşən ağır vəzifə bundan ibarətdir.

101
00:18:20,930 --> 00:18:33,600
Əzizlərim! Allahın, haqqın düşmənlərinin düşmənçiliyi heç vaxt bitməyəcək; bu düşmənçilik var.

102
00:18:34,200 --> 00:18:51,860
Allahın düşmənlərinin öz bədxah əməllərinə keçib-keçməməyi ədavət və düşmənçilik üçün nə dərəcədə imkanları olub-olmadığı barədə götür-qoy edib gəldikləri nəticədən asılıdır.

103
00:18:52,200 --> 00:19:01,130
Qarşı tərəfdə zəiflik sezsələr, düşmənçilik etmələri üçün imkan olduğunu hiss etsələr,

104
00:19:01,530 --> 00:19:05,600
heç kimi və heç nəyi nəzərə almadan hərəkətə keçəcəklər.

105
00:19:06,060 --> 00:19:17,530
“Düşmən” sözünün dilə gətirilməsindən narahat olanlar, “Bu qədər “düşmən, düşmən” demək nəyə lazımdır?” – deyənlər

106
00:19:17,930 --> 00:19:26,930
bu məsələdən bixəbərdirlər! Düşmənin macal tapan kimi

107
00:19:26,930 --> 00:19:30,730
heç düşünmədən zərbə endirəcəyini bilmirlər.

108
00:19:31,600 --> 00:19:46,460
Bu imkanı ona yaratmaq olmaz; düşmənin önündə bizim heç bir hərəkətimiz, sözümüz, vəziyyətimiz

109
00:19:46,860 --> 00:19:55,660
onu bizə qarşı ədavətə keçib zərbə vurmağa təşviq etməməlidir.

110
00:19:56,600 --> 00:20:06,130
Bu, bir prinsipdir; daimi və məntiqi bir prinsip.

111
00:20:06,860 --> 00:20:12,730
Görüşümüzün başlanğıcında Qurani-Kərimin bu şərif ayələri oxundu:

112
00:20:13,530 --> 00:20:30,660
“Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et”. (“Ali-İmran” surəsi, 147-ci ayədən)

113
00:20:32,330 --> 00:20:41,660
Allah-taala ayağa qalxıb müqavimət göstərənləri, müqavimət meydanında peyğəmbərlərlə çiyin-çiyinə döyüşən,

114
00:20:42,130 --> 00:20:52,460
Allah-taaladan yardım istəyərək hərəkət edən qəhrəman savaşçıları mübariz olduqlarına görə hər zaman mükafatlandırmışdır.

115
00:20:52,860 --> 00:20:56,930
“Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi”. (“Ali-İmran” surəsi, 148-ci ayədən)

116
00:20:57,260 --> 00:21:06,200
Allah-taala Onun yolunda çalışıb-vuruşanlara təkcə Behişti vermir!

117
00:21:06,600 --> 00:21:10,930
Bu işin savabı yalnız axirətə aid deyil, bu dünyada da savabı var!

118
00:21:11,130 --> 00:21:18,530
Bəs bu dünyadakı savabı nədir? Xalqın, ölkənin hörməti,

119
00:21:20,800 --> 00:21:30,200
nüfuzu, iqtidarı, başıucalığı. Dünyadakı savab odur ki, İslam Respublikası

120
00:21:30,460 --> 00:21:38,600
bu 38 il ərzində hər gün düşmənin məkrli planları ilə qarşı-qarşıya olub

121
00:21:39,600 --> 00:21:47,200
(biz inqilabın qələbə çaldığı ilk gündən bu günə qədər daim düşmənlərin,

122
00:21:47,460 --> 00:21:56,660
yəni dünya imperializminin, sionizmin, irticanın və sairin cürbəcür bədxah əməlləri ilə üz-üzə qalmışıq),

123
00:21:57,000 --> 00:22:12,060
buna baxmayaraq, bu gün inqilabın əvvəlindəki ilə müqayisədə müxtəlif sferalarda yüz, hətta demək olar ki, min dəfələrlə daha irəli gedib,

124
00:22:12,060 --> 00:22:17,730
daha güclü və bacarıqlı olub.

125
00:22:19,400 --> 00:22:27,660
Mən istərdim ki, ölkədəki məsələlər düzgün analiz edilsin! Bəziləri hər şeyi baş-ayaq təhlil edirlər.

126
00:22:29,330 --> 00:22:46,530
Tutalım, hansısa sahədə kimdəsə imansızlıq, əqidəsizlik, etinasızlıq müşahidə edən kimi,

127
00:22:47,000 --> 00:22:58,400
bunu ölkədə inqilabın və İslam Respublikasının zəiflədiyinə sübut kimi götürürlər; amma belə deyil;

128
00:22:58,400 --> 00:23:03,260
düşmənlər, müxaliflər inqilabın əvvəlindən bəri olub.

129
00:23:05,460 --> 00:23:16,200
Bu gün isə düşmən hər tərəfdən hücumlarını daha da gücləndirib, daha da kəskinləşdirib, amma buna baxmayaraq, özünüzün də gördüyünüz kimi,

130
00:23:16,860 --> 00:23:25,600
bu gün ölkəmizdə mömin gənclər çox gözəl, mübarək və effektiv bir hərəkat həyata keçirirlər!

131
00:23:26,200 --> 00:23:38,000
Aradan 38 il ötəndən sonra heç vaxt İmam Xomeynini görməmiş, inqilabın və Müqəddəs Müdafiə dövrünü

132
00:23:38,530 --> 00:23:45,730
öz gözləri ilə şahidi olmamış gənclərin ölkədə gedən ictimai-siyasi proseslərdə bu cür yaxından, fəal iştirak etməyi,

133
00:23:48,460 --> 00:23:55,930
regiona belə, təsir göstərə bilməyi, həqiqətən də, İslam İnqilabının möcüzələrindən biridir.

134
00:23:56,400 --> 00:24:04,330
İslam Respublikası – yəni elə siz gənclər regionda

135
00:24:04,530 --> 00:24:10,530
imperialist Amerikanı diz çökdürə, məğlub edə bildiniz.

136
00:24:32,260 --> 00:24:49,530
Onların hazırladığı bütün planlar, bütün səyləri bu regionu islami, inqilabi təfəkkürdən uzaqlaşdırmaq üçün idi.

137
00:24:52,130 --> 00:25:01,060
Bütün bunların hədəfi əslində regionda genişlənməkdə olan bu inqilabi təfəkkürü,

138
00:25:01,800 --> 00:25:10,130
müqavimət ideologiyasını yox etmək, məhv etmək idi, lakin əksinə oldu!

139
00:25:12,460 --> 00:25:26,800
Siz Suriya və İraqda gedən prosesləri, düşmənlərin bu regionda

140
00:25:27,060 --> 00:25:35,260
müqavimətin əleyhinə işlədə bilmək üçün əmələ gətirdiyi “bədxassəli törəməni”

141
00:25:35,530 --> 00:25:45,000
dəf etməyə, neytrallaşdırmağa müvəffəq oldunuz; gənclər bunu bacardı; məhz mömin gənclər.

142
00:25:48,330 --> 00:25:59,060
Böyük şövq və emosionallıqla bu mücahidə meydanına qoşulub

143
00:25:59,460 --> 00:26:11,000
düşməni diz çökdürənlər əslində elə bəsici ruhiyyəsindən, bəsicin gücündən bəhrələnənlər idi.

144
00:26:11,460 --> 00:26:24,200
Bütün sferalarda bu cürdür. Bizdə elm, texnologiya, sənaye, kənd təsərrüfatı, xidmət,

145
00:26:25,000 --> 00:26:33,400
quruculuq, mədəniyyət, mənəviyyat, incəsənət kimi sferalarda iş görmək üçün

146
00:26:34,860 --> 00:26:43,930
həddən artıq genişmiqyaslı meydan var. Bu işləri həyata keçirmək bu meydanın avanqardları olaraq

147
00:26:44,460 --> 00:26:54,460
məhz siz bəsici qardaş və bacılarımızın öhdəsinə düşür. Ölkədə Bəsic Təşkilatının üzvü olmayan

148
00:26:54,730 --> 00:27:00,000
milyonlarla insan var ki, potensial olaraq bəsicidirlər;

149
00:27:00,460 --> 00:27:10,600
bəsic sıralarında hesab olunmasalar da, bu meydanlarda iştirak etmək potensialı o insanlarda da var.

150
00:27:11,060 --> 00:27:15,800
Bu, hazırda ölkəmizin sahib olduğu fövqəladə bir potensialdır.

151
00:27:16,400 --> 00:27:26,600
Bu potensialı, bu sərmayəni bizə bəxş etdiyi üçün Allah-taalaya şükürlər edirik.

152
00:27:26,860 --> 00:27:34,260
Bəsici qoruyun. Hər bir bəsici üçün zəruri olan, təqdirəlayiq

153
00:27:34,660 --> 00:27:45,130
və şükürlər olsun ki, bu günə qədər bəsicilərimizdə özünü göstərmiş xüsusiyyətləri qoruyun. Həmin xüsusiyyətlərdən biri gözüaçıqlıqdır; düşməni tanımaq,

154
00:27:46,260 --> 00:27:54,600
onunla mübarizənin yollarını bilməkdir; düşmənin məkrli planlarını anlamaqdır.

155
00:27:55,260 --> 00:28:10,330
Mömin gənclərimiz bilməlidir ki, düşmənin metodlarından biri də onlarda şəxsi həyat, ailə və sairlə bağlı məsələlərdə

156
00:28:11,860 --> 00:28:20,600
İslam dininin əməli dəyərlərinə qarşı etinasızlıq yaratmaqdır.

157
00:28:22,060 --> 00:28:30,800
Düşmənin metodlarından biri də gənclərimizdə pessimizm yaratmaq, onlara “biz bacarmayacağıq”,

158
00:28:31,200 --> 00:28:39,800
“bunların qarşısında durmaq mümkün deyil” və sair bu kimi fikirlər təlqin etməkdir. Gördüyünüz kimi, təəssüf ki, bir qrup adam da düşmənə ruporluq edərək

159
00:28:40,200 --> 00:28:48,600
cəmiyyətdə bu fikirləri yaymağa çalışır. “Bunların qarşısında durmaq olmaz”; niyə olmur?

160
00:28:48,600 --> 00:29:00,060
İslam Respublikası düşmənlərin hegemonluğu və haqsız tələbləri qarşısında duraraq bütün hallarda onlara qalib gəlib!

161
00:29:00,460 --> 00:29:08,200
Necə olur ki, siz: “Mümkün deyil” – deyirsiniz? İran xalqı bu ölkədə dərin köklər atmış

162
00:29:08,730 --> 00:29:17,930
çirkin bir ağac olan monarxiya rejimini  kökündən qopararaq bir kənara atmağa müvəffəq olub;

163
00:29:18,400 --> 00:29:23,060
halbuki o rejimin arxasında Amerika, Avropa,

164
00:29:24,660 --> 00:29:28,930
regiondakı mürtəce dövlətlər dururdu.

165
00:29:30,330 --> 00:29:40,800
İran xalqı küfr, dinsizlik və əqidəsizlik içində çalxalanan bir dünyada

166
00:29:41,060 --> 00:29:45,930
mənəvi dəyərlər əsasında bir hökumət qura

167
00:29:48,200 --> 00:29:56,130
və onu bu günə qədər qoruya bilib. Bu ölkədə İslam Respublikasını bütün aspektləri ilə

168
00:29:56,600 --> 00:30:03,400
qoruyub saxlamağı və günbəgün daha da inkişaf etdirməyi bacarıb.

169
00:30:04,000 --> 00:30:11,730
Bu dövlətə güc və iqtidar qazandıracaq amilləri

170
00:30:11,730 --> 00:30:21,330
ərsəyə gətirməyə müvəffəq olub. İqtidarın amilləri elmdir, hərbi-müdafiə imkanlarıdır,

171
00:30:21,330 --> 00:30:30,730
başqa xalqların düşüncəsinə nüfuz edə bilmə bacarığıdır. İslam Respublikası özündə bütün bu amilləri təmin edə bilib,

172
00:30:31,260 --> 00:30:41,460
sizin necə diliniz gəlir ki, “bacarmayacağıq” deyirsiniz? Bundan sonra da elə bu cür olacaq; Allahın köməyi ilə, bundan sonra da İslam Respublikası

173
00:30:41,800 --> 00:30:46,730
qarşıya qoyduğu bütün ali hədəflərə yetişməyə müvəffəq olacaq.

174
00:30:47,130 --> 00:30:56,660
Siz gənclərin, bu gün, əlhəmdulillah, ölkəmizdə var olan və geniş yayılmış mömin nəslin sayəsində.

175
00:30:57,660 --> 00:31:12,060
Biz bacaracağıq; dəfələrlə bunun təcrübədə də şahidi olmuşuq. Bu, sırf bir ideal, bu günə qədər olmayan bir şeyə inam deyil,

176
00:31:12,260 --> 00:31:16,730
biz öz gözlərimizlə şahid olmuşuq ki, bacarırıq.

177
00:31:17,600 --> 00:31:29,530
Bəziləri super-dövlətlərdən çəkinərək pessimistcəsinə deyirlər ki, böyük dövlətləri nəzərə almaq lazımdır. Xeyr;

178
00:31:30,530 --> 00:31:39,130
Amerika, sionizm, ərəb irticası və digərlərinin

179
00:31:39,460 --> 00:31:50,400
regionumuzda ard-arda həyata keçirdiyi məkrli planları özünüz gördünüz; hamısı İslam Respublikasının güc və iqtidarı sayəsində aradan götürüldü.

180
00:31:51,200 --> 00:32:09,260
Həmin planlardan biri də insanlığa zidd təkfirçi İŞİD qruplaşması məsələsi idi ki, Allaha şükür, əzmkar gənclər, möminlər,

181
00:32:10,400 --> 00:32:20,930
müqavimətin gücünü qəbul edən insanlar tərəfindən məhv edildi.

182
00:32:21,130 --> 00:32:30,730
Bu, xırda bir məsələ deyil, çox böyük bir işdir! Hətta ətrafımızdakı ölkələrin özündə də

183
00:32:31,200 --> 00:32:40,460
bəzən bunu etməyin, belə bir hərəkatı reallaşdırmağın mümkünlüyünə inanmırdılar, amma məcbur qaldılar,

184
00:32:42,660 --> 00:32:58,930
meydana girdilər, uğur qazandılar, inandılar. İslam Respublikasının, İslam İnqilabının mesajı xalqlara bu cür əməli surətdə çatdırılır!

185
00:32:59,330 --> 00:33:09,400
Gözüaçıq olmaq lazımdır – bu, vacib şərtlərdən biridir – çalışıb-vuruşmaq lazımdır, möhkəm və sabitqədəm olmaq lazımdır.

186
00:33:09,730 --> 00:33:21,860
Mənim əzizlərim! Bu yolda möhkəmlik, sabitqədəmlik irəliləyişin ən mühüm və vacib şərtlərindəndir.

187
00:33:23,400 --> 00:33:34,800
Çalışın ki, olduğunuz mühiti, ətrafınızı, sizinlə əlaqədə olan insanları və ən başlıcası, özünüzü, öz qəlbinizi

188
00:33:35,400 --> 00:33:43,260
bu yola, bu ideallara, bu ali hədəflərə qarşı vəfalı və sabitqədəm vəziyyətdə qoruyub saxlayasınız.

189
00:33:43,530 --> 00:33:48,000
Siz, mütləq, qalib gələcəksiniz; qələbə, mütləq, sizin olacaq!

190
00:33:49,730 --> 00:34:00,130
Və mənim gözümün önündə o gün canlanır ki, indi bizim “görmək lazımdır”, “görüləcək” dediyimiz işlər barədə,

191
00:34:00,600 --> 00:34:06,600
inşallah, siz əziz gənclər: “Bu işlər həyata keçirildi”, “Bu işlər görüldü” – deyə danşacaqsınız.

192
00:34:07,730 --> 00:34:13,400
Bu gün bizim iqtisadi sahədə görüləsi işlərimiz çoxdur;

193
00:34:13,660 --> 00:34:20,130
bizim zəif cəhətlərimiz olan istehsal, məşğulluq

194
00:34:21,060 --> 00:34:29,660
və sair bu kimi sahələrdə görüləsi işlər çoxdur; mədəniyyət sahəsində görüləsi xeyli iş var.

195
00:34:30,130 --> 00:34:41,530
Bu gün bu işlər planlama, start vermə, ilk addımların atılması mərhələsindədir,

196
00:34:41,530 --> 00:34:46,130
amma gün gələcək, inşallah, bütün bu işlər ən yüksək səviyyədə həyata keçiriləcək.

197
00:34:48,330 --> 00:34:57,530
İnşallah, çox da uzaq olmayan o gündə gənc və mömin kadrlarımız

198
00:34:57,860 --> 00:35:03,860
ölkədəki iqtisadi problemləri həll etməyə, elmi nailiyyətləri daha da artırmağa,

199
00:35:04,600 --> 00:35:13,800
mədəniyyət baxımından İslam İnqilabının qabaqcıl mədəni məzmununun,

200
00:35:14,400 --> 00:35:25,460
Quran məfhumlarının və İslam təlimlərinin dominantlığını ölkənin dörd bir yanında genişləndirməyə müvəffəq olacaq;

201
00:35:25,460 --> 00:35:33,730
düşmənlərimizə göz dağı olaraq, inşallah, bütün bu işlər həyata keçiriləcək, reallaşdırılacaq.

202
00:35:33,930 --> 00:35:43,260
Əlbəttə ki, düşmənlər hər gün ortaya yeni bir hiylə, yeni bir məkrli plan atacaq;

203
00:35:43,260 --> 00:35:50,660
bizim təşəbbüskar, mömin, iş görməyə hazır qüvvələrimiz

204
00:35:51,000 --> 00:36:02,060
düşmən yeni bir hiyləgər planın icrasına başlamazdan əvvəl hazırlıqlı olmalıdırlar;

205
00:36:02,400 --> 00:36:10,400
həm düşmənin cavabını verməli, həm də edə biləcəklərinin qarşısını almalıdırlar.

206
00:36:10,730 --> 00:36:21,730
İnşallah, Allah sizi qorusun, sizə böyük qalibiyyətlər göstərsin.

207
00:36:22,060 --> 00:36:32,460
Allah-taala əziz şəhidlərimizin – istər Suriya və İraqda gedən müharibələrdə

208
00:36:32,800 --> 00:36:39,800
o ölkələrin öz əhalisindən və ya başqa ölkələrdən döyüşlərə qatılaraq

209
00:36:40,260 --> 00:36:47,800
şəhid olmuş mömin gənclər olsun, istərsə də ölkəmizin öz daxilində çalışıb-vuruşaraq şəhid olmuş insanlar –

210
00:36:48,200 --> 00:36:54,400
hamısının ruhlarını Qiyamət günü məhşərə övliyaları ilə birgə gətirsin,

211
00:36:55,860 --> 00:37:04,530
İran xalqının hörmətini, nüfuzunu, uğurlarını, yüksəlişini, vüqarını və başıucalığını günbəgün daha da artırsın, inşallah.

212
00:37:05,800 --> 00:37:19,730
Və bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) məqamını axirət aləminin ən ali dərəcələrində günbəgün daha da yüksəltsin,

213
00:37:20,860 --> 00:37:28,530
bizə də o bəxtəvər şəhidlər karvanına yaxınlaşmaq üçün mənəvi güc versin, inşallah.

214
00:37:29,460 --> 00:37:30,530
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.