1
00:00:00,330 --> 00:00:11,460
Mənim bugünkü tədbirlə bağlı deyiləsi sözüm yoxdur; əlhəmdulillah, hamınız dinlədiniz, bəhrələndiniz,

2
00:00:11,800 --> 00:00:23,060
sizin kimi mən də dinlədim, faydalandım. Hər halda, bu görüşlər, bu toplantılar, bu anım mərasimləri

3
00:00:23,660 --> 00:00:34,930
tutduğumuz yolda bizim addımlarımızı daha da qüvvətləndirməli, bizə güclü, qırılmaz əzm qazandırmalıdır.

4
00:00:35,530 --> 00:00:37,060
Duada belə deyirsiniz:

5
00:00:37,200 --> 00:00:43,530
اللّهمّ ارزُقني علماً واسعاً و عزماً ثاقباً

6
00:00:44,530 --> 00:00:52,260
– Allahım, bu yolda möhkəm, qırılmaz iradə və əzmimiz olsun.

7
00:00:52,600 --> 00:01:06,330
Bu yol çox doğru bir yoldur, bu hədəf çox ali bir hədəfdir və bu gün bizim camaatımızın, gənclərimizin,

8
00:01:06,330 --> 00:01:16,260
qardaş və bacılarımızın İslam İnqilabı və İslam Respublikasının bu mübarək yolunda irəliyə doğru atdığı addımlar,

9
00:01:16,930 --> 00:01:26,330
inşallah, Allah-taala tərəfindən sevilir, bəyənilir, razılıqla qarşılanır, intəhası önəmli olan və hamımızın diqqət yetirməli olduğumuz bir məsələ var ki,

10
00:01:26,530 --> 00:01:30,860
o da bu yolda sabitqədəm olmaqdır. Bu yolda möhkəm və sabitqədəm olmaq lazımdır!

11
00:01:33,000 --> 00:01:48,260
Quranda “استقم” kəlməsi iki yerdə qeyd olunur və bu yolda mətin olmaq, səbat nümayiş etdirmək, cürbəcür amillərin təsiri altına düşməmək mənasını ifadə edir.

12
00:01:48,660 --> 00:01:59,060
Bu, hamar bir yol deyil; Uca Yaradanın yolu, Allah yolunda çalışmağın, haqq-ədaləti bərqərar etməyin,

13
00:01:59,730 --> 00:02:08,130
İslam sivilizasiyasına, həqiqi İslam quruluşu və İslam cəmiyyətinə yetişməyin yolu çətin bir yoldur.

14
00:02:08,130 --> 00:02:13,860
Bu, peyğəmbərlərin böyük zəhmətlə addım atıb irəlilədikləri bir yoldur.

15
00:02:14,400 --> 00:02:22,730
Allaha şükürlər olsun ki, bu gün İran xalqı geriyə baxanda saysız-hesabsız uğurlarını görür.

16
00:02:22,730 --> 00:02:32,130
Qarşısındakı üfüqlər də eynilə; xalqımızın qarşısındakı üfüqlər də tamamilə ümidverici və xoşsonluqludur; buna əsla şübhə yoxdur;

17
00:02:32,660 --> 00:02:38,930
intəhası bizim tutduğumuz yol heç də düz, hamar bir yol deyil; dolanbac, eniş-yoxuşlu bir yoldur;

18
00:02:39,600 --> 00:02:47,730
bəziləri bu yolda arzuolunmaz amillərlə üzləşərək

19
00:02:48,130 --> 00:02:54,730
əzmini, iradəsini itirə bilər. Çalışın ki, bu yolda əzm və iradəniz zəifləməsin.

20
00:02:55,330 --> 00:02:58,000
İnşallah, günbəgün daha da sabitqədəm olasınız.

21
00:02:58,330 --> 00:03:00,000
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.