1
00:00:00,460 --> 00:00:02,660
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,060 --> 00:00:11,000
والحمدلله ربّ العالمين والصّلاة والسّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:19,730 --> 00:00:30,460
Əziz gənclər, bu mərasimdə sizinlə görüşmək çox xoş və ümidvericidir;

4
00:00:30,800 --> 00:00:38,260
bu, həmişə belə olur və hər il mən hiss edirəm ki, Allahın köməyi ilə,

5
00:00:38,460 --> 00:00:49,060
Ordunun hava, quru və dəniz qüvvələrinin hərbi akademiyalarının tələbələri

6
00:00:49,460 --> 00:00:54,200
maddi və mənəvi cəhətdən daha da çox inkişaf etmişdir.

7
00:00:54,530 --> 00:01:03,260
Bu, bizim üçün sevindirici bir hal və sözün əsl mənasında müjdədir.

8
00:01:03,600 --> 00:01:10,460
Dəfələrlə qeyd etmişik ki, ölkənin əsl sərvəti siz gənclərsiniz;

9
00:01:10,930 --> 00:01:22,660
harada olmağınızdan asılı olmayaraq, siz ölkənin nüfuzu, qalıcılığı, suverenliyi və inkişafı üçün dəyərli bir ehtiyatsınız.

10
00:01:22,860 --> 00:01:34,000
Əlbəttə, bəzi sferalar daha əhəmiyyətlidir və onların sırasına ölkənin təhlükəsizliyinin qorunması işini də aid etmək olar ki, bu da sizin öhdənizə düşür.

11
00:01:34,330 --> 00:01:44,530
Silahlı Qüvvələrin sıralarında xidmət edən siz gənclər ölkədə ən böyük və ən önəmli vəzifələrdən birini daşıyırsınız.

12
00:01:45,260 --> 00:01:52,330
Bu gün paqon və hərbi rütbə alan gənclər əslində, həqiqətən də,

13
00:01:52,930 --> 00:02:05,730
qürurverici olan bir yolda böyük addımlarla irəli getməyə başlayırlar; bu yol ölkənin nüfuz və təhlükəsizliyinin qorunması yoludur.

14
00:02:06,660 --> 00:02:15,000
Təhlükəsizlik ona görə ən önəmli sferalardan biri hesab olunur ki,

15
00:02:15,260 --> 00:02:20,330
başqa hər bir nailiyyət təhlükəsizlikdən asılıdır.

16
00:02:21,260 --> 00:02:30,330
Təhlükəsizlik olmasa, nə elmdə, nə sənayedə, nə də iqtisadiyyatda inkişafın olması mümkündür;

17
00:02:30,660 --> 00:02:40,860
təhlükəsizlik olmasa, əhali asayiş içərisində, rahat, psixoloji cəhətdən sakit yaşaya bilməz.

18
00:02:42,000 --> 00:02:53,260
Asayiş və təhlükəsizliyin pozulduğu yerdə böyük arzular, parlaq amallar unudularaq arxa plana keçir;

19
00:02:53,800 --> 00:03:00,860
hər kəs yalnız öz canının təhlükəsizliyini qorumağı düşünür. Ölkədə asayiş və təhlükəsizlik varsa,

20
00:03:01,400 --> 00:03:11,060
bir ölkənin tərəqqi və yüksəlişində zəruri olan bütün faktorların inkişafı üçün münasib zəmin və şərait yaranır.

21
00:03:11,860 --> 00:03:18,800
Sizin öhdənizə bax belə bir məsuliyyət düşür.

22
00:03:19,330 --> 00:03:27,200
Təhlükəsizlik müxtəlif sferalar üçün önəmlidir.

23
00:03:27,530 --> 00:03:33,860
Mən bu gün ölkənin əsas probleminin iqtisadiyyat və əhalinin məişət rifahı olduğunu nəzərə alaraq

24
00:03:34,330 --> 00:03:51,000
qeyd etmək istəyirəm ki, iqtisadiyyat üçün də təhlükəsizlik lazımdır. Ölkənin iqtisadiyyatı da etibarlı və təhlükəsiz əsaslar üzərində qurulmalıdır.

25
00:03:52,660 --> 00:04:02,860
Bizim problemimiz, bizə tarixdən – şah diktaturası dövründən miras qalmış problemimiz

26
00:04:03,600 --> 00:04:11,130
iqtisadiyyatımızın neftdən asılı olmasıdır. Bu, bizim bütün dövrlərdə

27
00:04:11,460 --> 00:04:21,000
iqtisadiyyatımızın təhlükəsizliyi üçün daim çox böyük narahatlıq keçirməyimizə səbəb olmuşdur:

28
00:04:21,000 --> 00:04:33,000
neftin qiyməti azaldı, çoxaldı, neftin satışı qadağan olundu, daşınmasında problem yarandı, filan neft alıcısı pulumuzu vermədi.

29
00:04:33,260 --> 00:04:42,730
İqtisadiyyatda hər şey neftin üzərində durursa, o iqtisadiyyat təhlükədədir.

30
00:04:43,200 --> 00:04:58,000
İqtisadiyyatda da təhlükəsizlik olmalıdır. Bu cümləni burada deməkdə məqsədim odur ki, hərbi müdafiə sahəsi iqtisadi bir sahə olmasa da,

31
00:04:58,860 --> 00:05:05,530
təhlükəsizliyin bütün sferalar, hətta zahirən əsgərlik

32
00:05:05,530 --> 00:05:18,200
və hərbi forma ilə heç bir əlaqəsi olmayan iqtisadiyyat sahəsi üçün belə nə qədər önəmli olduğu anlaşılsın.

33
00:05:19,860 --> 00:05:28,730
Əziz gənclər! Özünüzün də, ölkənizin də,

34
00:05:29,730 --> 00:05:36,660
təhlükəsizliyinizin də, bu nüfuzu, bu asayiş və təhlükəsizliyi,

35
00:05:37,730 --> 00:05:46,860
bu başıucalığı bu ölkəyə bəxş etmiş İslam Respublikasının da qədrini bilin.

36
00:05:47,200 --> 00:05:59,600
Əziz İranımız – bayaq siz ölkəmiz barədə, həqiqətən də,

37
00:06:00,130 --> 00:06:06,660
çox gözəl bir mahnı oxudunuz – belə bir tarixi keçmişə,

38
00:06:07,000 --> 00:06:20,330
saysız-hesabsız imkan və potensiala sahib olan bu ölkə, bu coğrafiya bir vaxtlar amerikan, sionist və ingilis diplomatlarının

39
00:06:20,660 --> 00:06:29,130
və onlar kimilərinin tapdağı altında idi, xaricilərin qarşısında qapazaltı olmuşdu.

40
00:06:30,530 --> 00:06:42,130
Özləri qapazaltı olan, xaricdən asılı, rəzil və zəif dövlət başçıları bu xalqı, bu ölkəni, bu möhtəşəm tarixi,

41
00:06:42,930 --> 00:06:51,730
və coşub-daşan istedadları xaricilərin qapazaltısına çevirmişdilər.

42
00:06:51,930 --> 00:07:02,060
İslam dini gəldi və bu ölkəni xilas etdi; İslam Respublikası gəldi və bu ölkəyə nüfuz, hörmət və iqtidar qazandırdı.

43
00:07:02,330 --> 00:07:10,260
Mənim əzizlərim, zəkalı və istedadlı gənclər!

44
00:07:10,530 --> 00:07:17,930
Bu gün imperializmin bizimlə davası odur ki, “nəyə görə sizin iqtidarınız regionu bürüyüb?”

45
00:07:18,800 --> 00:07:35,200
Bu, İslam Respublikasının iqtidarıdır. Bizim üçün milli iqtidarın amili olan şeylər düşmənlərimiz üçün problemdir, onlara qarşı mübarizə aparırlar.

46
00:07:36,530 --> 00:07:50,860
İslam Respublikasının nüfuzunun bu regionda və ondan kənarda yaşayan xalqlar arasında genişlənməsinin əleyhinədirlər,

47
00:07:51,800 --> 00:07:56,660
çünki bu, ölkəmizin iqtidarını, strateji dərinliyini daha da artırır.

48
00:07:58,060 --> 00:08:05,330
Ölkənin hərbi-müdafiə qabiliyyətinin artmasının əleyhinədirlər;

49
00:08:06,600 --> 00:08:15,330
bu xalqı güclü edən, ona iqtidar qazandıran hər nə varsa, düşmənlərimiz o şeylərin əleyhinədirlər.

50
00:08:15,930 --> 00:08:24,800
Bəs buna qarşı mübarizə aparmağın yolu nədir? Əziz gənclər! Düşünün. Düşmənlə mübarizə aparmağın yolu budur ki,

51
00:08:25,260 --> 00:08:34,460
biz onun istədiyinin tam əksinə olaraq, iqtidarımızı artıran amillərə söykənək, onların üzərində daha da təkidlə duraq.

52
00:08:34,460 --> 00:08:47,000
Dəfələrlə elan etmişik, yenə də elan edirik ki, ölkənin müdafiə imkanları, müdafiə gücü müzakirə olunası, çək-çevir ediləsi bir mövzu deyil.

53
00:08:47,730 --> 00:08:59,060
Bu da işdir ki, kimlərsə bizim müdafiə imkanlarımızı çək-çevir edib: “Nəyə görə sizdə filan müdafiə texnikası var?”, “Filan modeldən sizdə nə üçün var?”, “Nə üçün istehsal edirsiniz?”, “Nə üçün tədqiq edirsiniz?” – deyələr?!

54
00:09:02,060 --> 00:09:11,060
Milli iqtidarımızı artıran, təmin edən, yaxud qoruyan şeylərdə

55
00:09:11,930 --> 00:09:22,260
bizim düşmənlə heç bir danışığımız, sövdələşməmiz ola bilməz; biz ölkənin iqtidarının yolunu tutmuşuq və bu, sizin öhdənizə düşür.

56
00:09:23,130 --> 00:09:32,860
Əziz gənclər! Bu ölkənin sabahı sizə aiddir. Dünənin gəncləri öz öhdələrinə düşən vəzifələri yerinə yetiriblər.

57
00:09:33,260 --> 00:09:43,800
30-35 il bundan əvvəl – Müqəddəs Müdafilə dövründə bu akademiyada (bayaq akademiyanın komandanı bu təhsil müəssisəsini “Ordunun ilahi feyz ocağı” adlandırdı;

58
00:09:44,330 --> 00:09:55,200
doğrudur, bura, həqiqətən də, Ordunun ilahi feyz ocağıdır; bu akademiyadan bir çox müəllimlər, tələbələr, zabitlər, rəhbər kadrlar şəhid olub)

59
00:09:55,460 --> 00:10:04,400
tələbələr hələ təhsillərini davam etdirdiklərinə baxmayaraq,

60
00:10:04,600 --> 00:10:14,200
gedib Müqəddəs Müdafiə meydanlarında döyüşmək üçün israrla könüllü olurdular.

61
00:10:14,730 --> 00:10:23,200
Ordunun qayda-qanunlarına zidd olduğu üçün onları cəbhəyə aparmırdılar, amma bu akademiyanın uşaqlarından bir qrupu könüllü surətdə cəbhəyə yollanıb

62
00:10:24,200 --> 00:10:34,260
“qeyri-müntəzəm döyüşlər” kimi tanınan döyüşlərdə düşmənə qarşı mübarizə aparırdı.

63
00:10:36,460 --> 00:10:48,530
Artıq uzun illərdir – on illərdir ki, ardıcıl olaraq burada bu mərasim təşkil olunur; nə vaxtsa sizin kimi

64
00:10:48,530 --> 00:11:00,600
burada paqon alan elə gənclər var ki, əlhəmdulillah, bu gün Orduda yüksək vəzifə postu tutublar; bu da akademiya üçün qürur mənbəyi olan faktlardan biridir.

65
00:11:01,800 --> 00:11:13,130
Özünüzü hazırlayın; ölkə sizindir; sizlər İslam dini sayəsində və möhtəşəm İslam İnqilabından ilham alaraq

66
00:11:14,600 --> 00:11:25,330
bu ölkəni nüfuz və ehtiramın zirvəsinə çatdırmalısınız. İslam Respublikası belə bir önəmli vəzifəni yerinə yetirməyi öhdəsinə götürüb

67
00:11:25,330 --> 00:11:35,200
və Allaha həmd olsun ki, siz də İslam Respublikasının Silahlı Qüvvələrinin sıralarında xidmət edirsiniz. Allah-taaladan sizə günbəgün daha da artıq uğurlar diləyirəm;

68
00:11:35,600 --> 00:11:46,800
komandirlərinizə, müəllimlərinizə, sizin təlim-tərbiyəniz üçün çalışıb zəhmət çəkən hər kəsə təşəkkür edirəm.

69
00:11:47,130 --> 00:11:56,000
Bu gün bu meydana belə gözəl və mənalı şəkildə tərtibat vermiş şəxslərə də təşəkkürümü bildirirəm.

70
00:11:56,200 --> 00:11:59,330
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.