1
00:00:00,460 --> 00:00:02,600
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,460 --> 00:00:14,600
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:21,860 --> 00:00:37,860
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهدييّن سيّما بقيةالله في الارضين

4
00:00:38,660 --> 00:00:58,730
Əziz qardaşlar, əziz bacılar, hörmətli ruhanilər, dəyərli din alimləri, şücaətli və qəhrəman qumlular, çox xoş gəlmisiniz.

5
00:00:59,260 --> 00:01:11,460
Hər il dey ayının 19-u yaxınlaşanda mən sizinlə – mömin, şücaətli

6
00:01:11,460 --> 00:01:21,730
və şanlı Qum əhalisi ilə burada görüşəcəyimiz üçün sevinc hissi keçirirəm.

7
00:01:21,930 --> 00:01:35,000
Qum başdan-başa ümid və stimulla doludur; həm özündə böyük ümid var, həm də başqalarına ümid bəxş edir.

8
00:01:35,260 --> 00:01:47,460
Qum ölkəmizdə avanqard olan və əhalisi də, heç şübhəsiz, avanqard xarakterli bir şəhərdir.

9
00:01:49,060 --> 00:02:00,530
1356-cı ilin 19 dey günündən bu günə aradan 40 il ötüb (o vaxt biz Qum hadisələri barədə

10
00:02:01,660 --> 00:02:13,800
ilk dəfə uzaqdan eşitdik; ölkədə hələ kütləvi etirazlardan, xalq hərəkatından xəbər-ətər yox idi,

11
00:02:13,800 --> 00:02:23,000
Qum isə ayağa qalxıb qiyam etdi, sinəsini sipər etdi, qətlə yetirildi, şəhid verdi)

12
00:02:24,130 --> 00:02:39,600
o gündən bu günə qədər Qum sirati-müstəqimdə öz ardıcıl hərəkətini davam etdirmişdir.

13
00:02:43,400 --> 00:02:55,200
Gördüyünüz kimi, bu il də 9 dey günü Qum camaatı ölkənin dörd bir yanında

14
00:02:55,200 --> 00:03:00,800
artıq adət halını almış yürüşü həyata keçirdi; lakin təkcə bununla kifayətlənmədi,

15
00:03:01,060 --> 00:03:09,800
dey ayının 13-də də o cür coşqulu bir yürüşlə möhtəşəm bir hərəkata imza atdı.

16
00:03:10,600 --> 00:03:24,060
Xalqımızın elə həmişə də dediyi bu olub; əziz xalqımız, müxtəlif sosial təbəqələrdən olan insanlarımız, müxtəlif şəhərlərimiz, gənclərimiz həmişə

17
00:03:25,460 --> 00:03:35,930
İslam İnqilabının, İslam dövlətinin dediyini deyib, hegemonluğa qarşı müqavimət,

18
00:03:36,660 --> 00:03:41,130
böyük dövlətlərin zorakılığına boyun əyməmək çağırışları edib.

19
00:03:42,460 --> 00:03:53,000
Bütün bu illər ərzində xalqımız yalnız bir söz deyib

20
00:03:55,330 --> 00:04:08,130
və o günlərdən 40 il ötdüyünə baxmayaraq, bu gün də xalqımız eyni məntiqi, eyni kursu, eyni hədəfi izləyir;

21
00:04:08,130 --> 00:04:14,260
intəhası bu gün daha da püxtələşib, daha da təcrübəlidir, prosesləri daha da yaxşı dəyərləndirir.

22
00:04:15,600 --> 00:04:25,800
Stimul baxımından da, bu günün gənclərinin o vaxtkılardan daha stimullu olduğunu deməsək də,

23
00:04:26,260 --> 00:04:33,200
ən azından, onlardan heç də geri qalmırlar, eyni stimula malikdirlər, üstəlik sayları o vaxtkından da çoxdur;

24
00:04:33,530 --> 00:04:45,660
yəni bu gün təhlükəli meydanlarda sinəsini sipər etməyə hazır olan mömin və stimullu gənclərin sayı inqilabın ayaq səslərinin eşidildiyi o illərdə,

25
00:04:46,200 --> 00:04:55,260
həmçinin inqilabın qələbəsindən sonrakı ilk illərdə meydanlarda olmuş gənclərimizdən bir neçə dəfə artıqdır. Bu, bu ölkənin ardıcıl kursudur.

26
00:04:57,460 --> 00:05:10,060
Doğrudur, mən bu sözləri həmişə deyirəm, həmişə də ortada bir sübut, bir nümunə olur, lakin bu günlərdə baş verənlər

27
00:05:11,200 --> 00:05:15,600
bu dediklərimə açıq-aydın dəlil-sübut idi.

28
00:05:15,600 --> 00:05:27,200
Qeyd etdiyimiz kimi, 9 dey günündən etibarən (hansı ki bəzi insanların o şeytanlığı, o atəşbazlıqlar yenicə başlamışdı;

29
00:05:28,930 --> 00:05:45,800
bir azdan bu barədə də danışacağıq) İran xalqı ölkənin hər yerində, ən ucqar nöqtələrdə, böyük

30
00:05:46,600 --> 00:05:55,130
və kiçik şəhərlərdə bu hərəkata başladı, lakin daha sonra

31
00:05:56,930 --> 00:06:09,200
düşmənin muzdurlarının öz əməllərindən əl götürməyəcəyini görəndə isə artıq bu yürüş ardıcıl olaraq günlərlə davam etdi.

32
00:06:09,200 --> 00:06:22,800
Ayın 13-dən Qumda, Əhvazda, Həmədanda, Kirmanşahda, ayın 14-ü, 15-i, 16-sı və 17-dən isə digər müxtəlif şəhərlərdə,

33
00:06:23,400 --> 00:06:30,000
böyük şəhərlərdə, həmçinin Məşhəddə, Şirazda, İsfahanda, Təbrizdə.

34
00:06:30,660 --> 00:06:40,460
Bunlar adi olaylar deyil; dünyanın heç yerində belə şey yoxdur; mən bunu bilib deyirəm.

35
00:06:41,330 --> 00:06:48,930
Dünyanın heç yerində xalqın düşmənin məkrli planı qarşısında

36
00:06:49,530 --> 00:06:58,530
bu cür birlik və həmrəyliklə, nizamlı şəkildə, bu gözüaçıqlıqla, bu coşqu ilə, bu stimulla çıxış etməsinə rast gəlinmir.

37
00:06:58,930 --> 00:07:07,000
Və bu, 1 ilin, 2 ilin, 5 ilin söhbəti deyil, artıq 40 ildir ki, davam edir;

38
00:07:08,730 --> 00:07:17,600
bu, xalqın ona zidd olan qüvvələrlə savaşıdır, İranın anti-İranla,

39
00:07:18,400 --> 00:07:27,060
İslamın anti-İslamla savaşıdır; bu savaş bu günə qədər olub və əlbəttə ki, bundan sonra da olacaq.

40
00:07:28,260 --> 00:07:40,400
Buna baxmayaraq, İran xalqının mübarizə və müqavimətlə məşğul olmağı onun həyatın digər müstəvilərindən soyumasına,

41
00:07:40,930 --> 00:07:51,600
uzaq düşməsinə səbəb olmayıb; əksinə, sizin gəncləriniz, sizin balalarınız

42
00:07:52,060 --> 00:08:04,600
diqqətəlayiq elmi nailiyyətlər əldə edib, sizin rəsmiləriniz İran xalqının ölkədə və regionda nüfuz qazanması üçün böyük işlər görüb.

43
00:08:05,660 --> 00:08:16,530
Yəni xalqımız Allahını tanıyan, canlı, dinamik bir xalq olduğunu göstərib, Allah da ona yardım edir.

44
00:08:16,730 --> 00:08:27,930
Bu 40 il ərzində düşmənin bizim əleyhimizə gördüyü bütün işlər İslam İnqilabına qarşı edilən əks-hücumdur.

45
00:08:29,260 --> 00:08:36,930
İnqilab ölkədə düşmənin siyasi cəhətdən kökünü kəsib,

46
00:08:37,660 --> 00:08:46,600
düşmən də indi ardıcıl olaraq əks-hücumlar edir, hər dəfə də məğlubiyyətə uğrayır;

47
00:08:49,000 --> 00:09:00,130
cəhd edir, amma bacarmır, irəli gedə bilmir; səbəbi isə xalqın müqavimətidir, xalqın yaratdığı bu möhkəm səddir.

48
00:09:00,660 --> 00:09:13,260
Xalq bu dəfə də Amerika və İngiltərəyə, “londonlulara” tam qüdrətlə deyir: “Bu dəfə də bacarmadınız, bundan sonra da bacarmayacaqsınız!”

49
00:09:36,800 --> 00:09:45,000
Ölkədə daxildən problem yarada bilmək üçün milyardlarla dollar xərcləyiblər

50
00:09:46,730 --> 00:09:58,660
(bu, bir reallıqdır; milyardlarla dollar xərcləri çıxıb), illərlə şəbəkə qurublar, özləri üçün muzdurlar yetişdiriblər.

51
00:09:59,530 --> 00:10:11,400
Əvvəllər demirdilər; Amerikanın hazırkı rəsmilərininsə siyasətdə nə qədər sadəlövh olduğu açıq-aydın ortadadır; özləri özlərini ələ verərək

52
00:10:12,130 --> 00:10:20,930
dedilər ki, “İranla kənardan bacarmaq mümkün deyil, onların işlərini daxildən korlamaq lazımdır”; yəni artıq bir neçə ildir ki həyata keçirdikləri işləri görməyə başladılar:

53
00:10:21,930 --> 00:10:32,730
şəbəkə qurdular, muzdur yetişdirdilər; daha sonra burada və digər yerlərdə izlədikləri bütün planların xərcini

54
00:10:33,530 --> 00:10:43,460
özlərindən asılı olan dövlətlərin boynuna qoymaq üçün

55
00:10:43,860 --> 00:10:51,060
bura gəlib, Fars Körfəzindəki bəzi zəngin dövlətlərlə yaxın münasibət qurdular.

56
00:10:52,460 --> 00:10:57,860
İrandan qaçmış tör-töküntüləri

57
00:11:00,860 --> 00:11:06,460
mümkün olduğu qədər axtarıb taparaq, onları yenidən ortaya atdılar;

58
00:11:08,730 --> 00:11:17,530
minlərlə veb-sayt, onlarla telekanal yaratdılar,

59
00:11:19,260 --> 00:11:28,660
peyklə yayımlanan kanalları işə saldılar. Partlayışlar törədən terrorçu dəstələr yaradıb ölkəyə göndərdilər;

60
00:11:29,400 --> 00:11:34,600
istər cənub-şərqdən, istərsə də şimal-qərbdən;

61
00:11:37,330 --> 00:11:42,930
bu camaatın, özəlliklə də yetişməkdə olan gənc nəslimizin düşüncəsini dəyişmək üçün

62
00:11:43,200 --> 00:11:51,460
bu xalqın başına yalan, iftira və şayiə bombardmanı yağdırdılar,

63
00:11:51,860 --> 00:12:02,530
bizim əziz gənclərimizin – nə İmam Xomeynini, nə inqilabı, nə Müqəddəs Müdafiə savaşını,

64
00:12:03,200 --> 00:12:17,800
nə də şanlı şəhidlərimizi görmüş bu gənclərin təfəkkürünə, psixologiyasına təsir etməyə çalışdılar; amma nəticəsi nə oldu? Nəticəsi Şəhid Hücəci oldu.

65
00:12:18,460 --> 00:12:28,730
Bu yaxınlarda Nəcəfabadda həlak olmuş o əziz şəhidimiz və son 2-3 gündə şəhid olmuş digər şəhidlərimiz; onlar hamısı o gənclərin içindən çıxmışdı.

66
00:12:31,460 --> 00:12:42,800
Onlar ölkədə müəyyən insanları ələ almağa, bəzi aparıcı qurumlara yol tapıb nüfuz etməyə də cəhd göstəriblər. Əlbəttə, bəzən birbaşa özləri də müdaxilə edirlər;

67
00:12:43,860 --> 00:12:53,260
bir azdan deyəcəyəm; son bir neçə gündə Amerika rəsmiləri ölkədə baş verən olaylara

68
00:12:54,400 --> 00:13:06,400
elə o virtual şəbəkələr vasitəsilə müdaxilə edirdilər. Və sair, və sair; amma yenə də bacarmadılar; bütün bu səylərinə rəğmən, uğursuzluqla üzləşdilər.

69
00:13:08,130 --> 00:13:15,330
Mən əziz xalqımıza təşəkkür etməyi lazım bilirəm; özü də bir dəfə yox, min dəfə.

70
00:13:16,860 --> 00:13:28,800
Xalqımız, həqiqətən də, şücaətli, sədaqətli, uzaqgörən, əzmkar, lazımi anı,

71
00:13:31,400 --> 00:13:36,400
situasiyanı dəyərləndirməyi bacaran bir xalqdır, nə vaxt hərəkətə keçmək lazım olduğunu bilir.

72
00:13:38,060 --> 00:13:48,330
O olaylar cümə axşamı günü Məşhəddə başladı, şənbə günü o heyrətamiz yürüş keçirildi;

73
00:13:49,130 --> 00:13:55,460
son bir neçə ildə Məşhəddə bu qədər izdihamlı, bu qədər həyəcanlı bir yürüş olmamışdı.

74
00:13:56,730 --> 00:14:07,460
Daha sonra, bildiyiniz kimi, bir-iki gün də orada-burada pərakəndə şəkildə bəzi işlər oldu, ardınca dey ayının 13-dən 17-nə qədər

75
00:14:07,460 --> 00:14:16,530
minimum 5 gün ardıcıl olaraq camaat meydanlara gəldi. Xalqımızın sədaqəti, zəruri anı dəyərləndirmək bacarığı,

76
00:14:17,330 --> 00:14:22,260
hansı addımı nə vaxt atmaq lazım olduğunu bilmək qabiliyyəti, həqiqətən də, təşəkkürə layiqdir. Yadlar bu mesajları tutur;

77
00:14:22,260 --> 00:14:33,060
düzdür, təbliğatlarında 100 nəfər təxribatçı və iğtişaşçını 1000 nəfər kimi,

78
00:14:33,660 --> 00:14:40,660
yürüşə çıxan milyonları isə kiçik bir qrup, yaxud bir neçə min nəfər kimi təqdim edirlər!

79
00:14:41,000 --> 00:14:51,060
Təbliğatlarında belə deyirlər, amma yaxşı başa düşürlər; başda duran siyasətçiləri görür, amma üzə vurmurlar;

80
00:14:52,060 --> 00:14:57,600
yəni xalq həyata keçirdiyi bu möhtəşəm hərəkatla öz işini görür, öz təsirini göstərir,

81
00:14:58,330 --> 00:15:07,600
düşmən siyasətçilərinin ürəyinə öz qorxusunu salır. Xalqımız uzaqgörənliyini,

82
00:15:08,130 --> 00:15:12,660
həqiqətən də, pik həddə çatdırdı;

83
00:15:12,660 --> 00:15:23,930
bu xalq öz uzaqgörənliyini, həqiqətən də, zirvəyə çatdırdı və bu bir neçə gündə yüksək səviyyədə əzm və təşəbbüs nümayiş etdirdi.

84
00:15:24,800 --> 00:15:36,000
Təhlillərə gəlincə; bu günlərdə müxtəlif şəxslər və siyasi cinahlar baş verən bu olayları qəzetlərdə, sosial şəbəkələrdə

85
00:15:36,530 --> 00:15:43,530
cürbəcür formada təhlil etdilər; demək olar ki, o təhlillərin hamısında həqiqəti əks etdirən müştərək bir məqam var idi.

86
00:15:43,860 --> 00:15:53,730
Həmin məqam bundan ibarətdir ki, xalqın haqlı tələbləri ilə bir qrup insanın

87
00:15:54,130 --> 00:16:00,800
təxribatçı və barbar davranışları arasında fərq qoymaq lazımdır; bu ikisini bir-birindən fərqləndirmək lazımdır.

88
00:16:04,130 --> 00:16:13,400
Hansısa hüququndan məhrum olmuş bir insanın etiraz etməsi

89
00:16:14,260 --> 00:16:25,060
və ya etirazı olan insanların – 100 nəfər, 500 nəfər – haradasa toplaşıb öz sözünü deməsi bir şeydir,

90
00:16:26,860 --> 00:16:34,200
hansısa qrupun bu toplaşmadan, bu təşəbbüsdən sui-istifadə edərək

91
00:16:34,600 --> 00:16:41,730
qalxıb Quranın, İslamın ünvanına nalayiq sözlər deməsi, bayrağı təhqir etməsi,

92
00:16:42,260 --> 00:16:51,730
məscid yandırması, dağıntılar, yanğınlar törətməsi tamam başqa bir şeydir; bu ikisi ayrı-ayrı məsələlərdir, bunları bir-biri ilə qarışdırmaq lazım deyil.

93
00:16:55,260 --> 00:17:03,130
Xalqın nəyəsə etiraz etməyi, öz istək, yaxud tələbini bildirməyi

94
00:17:03,600 --> 00:17:12,800
bu ölkədə həmişə olub, indi də var. Bəli, problemlər yaşayan bəzi fondlar,

95
00:17:13,200 --> 00:17:24,330
maliyyə təşkilatları və qurumlar əhalinin bir qismini narazı salıb;

96
00:17:25,130 --> 00:17:34,460
camaat artıq bir ildir, bir ildən də artıq vaxtdır ki, müxtəlif şəhərlərdə bəzi müəssisələrin, yerli icra hakimiyyəti orqanlarının, həmçinin burada parlamentin qarşısında toplaşır;

97
00:17:35,200 --> 00:17:41,330
bu barədə bizim məlumatımız var, adətən xəbərlər gəlib bizə çatır.

98
00:17:41,800 --> 00:17:48,800
Belə şeylər var; həmişə olub, indi də var, heç kəs də belə şeylərin əleyhinə deyil.

99
00:17:50,000 --> 00:17:55,730
Əksinə, o insanlarla maraqlanmaq, onları dinləmək,

100
00:17:58,000 --> 00:18:03,400
istək və tələblərini imkan daxilində cavablandırmaq lazımdır.

101
00:18:03,400 --> 00:18:10,200
Əlbəttə ki, 10 tələbdən 2-si haqsız ola bilər,

102
00:18:10,860 --> 00:18:17,460
amma hamımız çalışmalıyıq ki, haqlı olanlarını, doğru olanlarını qarşılayaq.

103
00:18:18,000 --> 00:18:24,000
Mən “kimlərsə qarşılamalıdır” demirəm; mən özüm də rəsmi şəxsəm; biz hamımız qarşılamalıyıq.

104
00:18:24,730 --> 00:18:32,060
Əlbəttə, mənim rəsmilərə də deyiləsi sözüm var, çıxışlarımda qeyd edəcəyəm.

105
00:18:32,200 --> 00:18:41,730
Bu, ayrı söhbətdir, amma bunun kimlərinsə gəlib ölkənin bayrağını yandırması,

106
00:18:43,000 --> 00:18:55,860
yaxud insanların bir yerə toplaşmasından istifadə edərək xalqın inanc və etiqadları,

107
00:18:56,260 --> 00:19:02,860
Quran, İslam, İslam Respublikası (!) əleyhinə danışıb hay-küy salması ilə heç bir əlaqəsi yoxdur.

108
00:19:06,060 --> 00:19:17,260
Mən sizə deyim: bu olaylarda bir üçbucaq fəal olub. Özü də bu, bu günün, dünənin məsələsi də deyil, əvvəlcədən təşkilatlandırılıb.

109
00:19:17,600 --> 00:19:24,600
Deyəcəklərimin hamısı dəqiq informasiyadır, sübutları var; bəziləri açıq-aşkardır,

110
00:19:25,400 --> 00:19:30,660
özlərinin səsləndirdiyi fikirlərə əsaslanır, bəziləri isə xüsusi informasiya mənbələri vasitəsilə əldə olunub.

111
00:19:31,330 --> 00:19:39,400
Burada bir üçbucaq fəaliyyət göstərib: plan amerikanlara və sionistlərə aiddir; planı onlar çəkiblər.

112
00:19:40,460 --> 00:19:50,000
Bir neçə aydır ki, plan cızırlar; “Kiçik şəhərlərdən başlayaq, tədricən mərkəzə keçərik,

113
00:19:51,200 --> 00:19:57,930
narazı kəsimi qızışdırıb ortaya salarıq” –

114
00:19:58,260 --> 00:20:03,260
bu planın üzərində artıq bir neçə aydır ki, işləyirlər.

115
00:20:03,600 --> 00:20:08,000
Planı amerikanlar və İsrail agentləri hazırlayıb.

116
00:20:08,330 --> 00:20:16,260
Maliyyə dəstəyi Fars Körfəzi ətrafındakı o pullu  dövlətlərdən birinə aid idi.

117
00:20:17,130 --> 00:20:26,000
Belə işlər xərc istəyir, pul vermək lazımdır; bunlar dura-dura amerikanlar pul xərcləmək istəməzlər axı;

118
00:20:27,000 --> 00:20:34,860
pulu bunlar veriblər. Bu, həmin üçbucağın iki tərəfi. Üçüncü tərəf isə onların nökərləri, əlbuyruqçularıdır; əlbuyruqçuluqlarını da münafiq təşkilatı edirdi;

119
00:20:35,130 --> 00:20:39,460
qatil münafiq təşkilatı; əlbuyruqçusu onlar idi.

120
00:20:52,860 --> 00:21:03,400
Bunlar hələ bir neçə ay öncədən hazır vəziyyətdə idilər; həmin günlərdə münafiq mediası özü bunu etiraf etdi;

121
00:21:03,660 --> 00:21:12,330
dedilər ki, biz bu olaylarla bağlı hələ bir neçə ay əvvəldən Amerika ilə əlaqə saxlayırdıq; əlaqə saxlayırmışlar ki, nökərçilik etsinlər,

122
00:21:12,800 --> 00:21:22,730
təşkilatlandırsınlar, gedib onunla-bununla görüşsünlər, ölkə daxilində kimlərisə nişanlayıb tapsınlar,

123
00:21:23,600 --> 00:21:28,800
həmin adamların “Bahalığa yox!” şüarları ilə

124
00:21:30,060 --> 00:21:37,930
(şüarı da onlar verib) çıxış etməsi üçün onlara kömək etsinlər. Bu şüar hamıya xoş gəlir axı;

125
00:21:39,530 --> 00:21:44,800
bununla bir qrup adamı cəlb etsinlər, sonra özləri ortaya çıxıb

126
00:21:45,200 --> 00:21:51,530
məşum hədəflərini reallaşdırsınlar, camaatı da öz arxalarınca çəkib aparsınlar; məqsəd bu idi.

127
00:21:52,330 --> 00:22:01,000
Bəs bu yerdə xalq nə etdi? Düzdür, əvvəldə bir qrup gəldi (əlbəttə ki, sayları bir o qədər çox deyildi),

128
00:22:01,460 --> 00:22:10,200
amma bunların nə məqsəd güddüyünü görəndən, şüarları məlum olandan sonra camaat öz sırasını ayırdı.

129
00:22:11,530 --> 00:22:22,260
Cümə axşamı və cümə günlərində “Bahalığa yox!” və sair tələblərlə mitinqlərdə iştirak edən insanlar

130
00:22:22,260 --> 00:22:30,600
9 dey günü gəlib xalqın möhtəşəm nümayişlərinə qatılaraq onların əleyhinə şüarlar səsləndirdilər,

131
00:22:31,000 --> 00:22:36,660
Amerikanın, münafiqlərin əleyhinə şüarlarla çıxış etdilər. Xalq öz sırasını ayırdı.

132
00:22:37,530 --> 00:22:44,600
İranın qonşuluğunda iki komandanlıq qərargahı qurmuşdular; bunu özləri etiraf etdilər,

133
00:22:44,930 --> 00:22:55,060
öz etiraflarıdır; buradakılar yox, mediada ağzından söz qaçıran,

134
00:22:55,460 --> 00:23:00,460
müsahibələrdə çaşıb nələrsə deyən şəxslər etiraf ediblər ki,

135
00:23:00,800 --> 00:23:07,330
İranın qonşuluğunda Amerika və İsrail agentləri tərəfindən biri internet məkanını,

136
00:23:07,730 --> 00:23:17,130
digəri isə ölkə daxilindəki iğtişaşları idarə etmək üçün iki komandanlıq qərargahı təşkil olunub; bunu özləri etiraf ediblər.

137
00:23:18,800 --> 00:23:29,860
Yəni hər şeyi öncədən hazırlamışdılar, qəti qələbə qazanacaqlarına da bəri başdan əmin idilər;

138
00:23:30,330 --> 00:23:35,660
الحمدلله الّذي جعل اعدائنا من الحمقاء

139
00:23:36,600 --> 00:23:47,730
Şükür Allaha! Ardıcıl olaraq müşahidə etdikləri bu qədər hadisəyə baxmayaraq, yenə də İran xalqını tanıya,

140
00:23:49,460 --> 00:23:58,400
xalqın imanının, müqavimətinin, şücaətinin yaratdığı dağılmaz səddi dərk edə bilməyiblər; dərinliklərinə vara bilməyiblər.

141
00:23:59,260 --> 00:24:06,060
Ölkə daxilində onların oyununa aldanmış bu bədbəxt üzüqaralar da

142
00:24:06,460 --> 00:24:13,130
bir yandan “İrana canım qurban!” deyib, bir yandan da İran bayrağına od vurdular!

143
00:24:13,800 --> 00:24:17,860
Ağılsızlar anlamırlar ki, bu ikisi bir-birinə uyğun gəlmir axı!

144
00:24:19,400 --> 00:24:23,130
“İrana canım qurban!” deyirdilər; inşallah ki, İrana qurban olasınız,

145
00:24:24,800 --> 00:24:35,660
amma sizlər – o dəstədən olan, o tip insanlar indiyə qədər nə vaxt İranın düşmənləri qarşısında sinənizi sipər etmisiniz?

146
00:24:36,800 --> 00:24:45,660
İranın düşmənlərinin qarşısında sinəsini sipər edən yenə də dindar, inqilabçı gənclər olub.

147
00:24:48,460 --> 00:24:56,330
Müqəddəs Müdafiə dövründə şəhid olmuş 300 min şəhid kimlər idi? Ondan sonra verdiyimiz şəhidlər kimlər idi?

148
00:24:56,860 --> 00:25:06,930
Ölkəsini əks-inqilabın, xarici təcavüzkarların, Amerikanın qarşısında müdafiə edən məhz mömin, inqilabçı uşaqlar idi;

149
00:25:08,200 --> 00:25:16,530
siz nə vaxt İrana qurban getmisiniz ki, “İrana canım qurban!” – deyirsiniz? “İrana canım qurban!” – deyir, sonra da gedib bayrağı yandırır!

150
00:25:17,000 --> 00:25:24,200
Bu, doğrudan da, ağılsızlığın, naşılığın, təcrübəsizliyin göstəricisi deyilmi?

151
00:25:26,800 --> 00:25:37,000
Amerikaya gəlincə; Amerika hiddətlənib; çox bərk hiddətlənib. Kimə qarşı hiddətlənib?

152
00:25:37,600 --> 00:25:44,460
Onu hiddətləndirən təkcə mən, yaxud siz deyilik; Amerika bütövlükdə İran xalqına,

153
00:25:44,730 --> 00:25:54,330
İran hökumətinə, İran İnqilabına qarşı hiddətlidir. Nəyə görə? Ona görə ki, məğlub olub.

154
00:25:54,660 --> 00:26:01,460
Bu möhtəşəm hərəkatın nəticəsində məğlubiyyətə uğrayıb. Amerika rəsmiləri boş-boş danışırlar!

155
00:26:02,260 --> 00:26:14,330
Amerika prezidenti söyləyir ki, “İran hökuməti əhalisindən qorxur”; xeyr, İran hökuməti bu xalqın içindən doğulub, bu camaata aiddir,

156
00:26:14,930 --> 00:26:20,200
bu camaatın vasitəsilə formalaşıb, bu camaata arxalanır. Nəyə görə qorxsun ki?!

157
00:26:21,000 --> 00:26:29,800
Bu xalq olmasaydı, bu hökumət də olmazdı! 40 il boyunca bu hökumət məhz bu xalq sayəsində sizin qarşınızda dura bilib.

158
00:26:30,660 --> 00:26:37,530
Sizə müqavimət göstərə bilməyi üçün hökumətə kömək edən, dəstək olan məhz bu camaat olub.

159
00:26:38,930 --> 00:26:47,600
Deyir ki, “Amerikanın qüdrəti İran hökumətini qorxudur”; yaxşı, əgər biz sizdən qorxuruqsa,

160
00:26:47,930 --> 00:26:57,460
50-ci illərdə sizi İrandan necə bayıra atdıq? 90-cı illərdə bütövlükdə regiondan necə kənarlaşdırdıq?

161
00:27:21,000 --> 00:27:31,800
Deyir ki, “İran xalqı acdır, onun yeməyə ehtiyacı var”; halbuki elə öz statistikalarına əsasən,

162
00:27:32,130 --> 00:27:36,060
Amerikada şam yeməyinə möhtac olan 50 milyon ac insan var;

163
00:27:38,600 --> 00:27:43,600
sonra da deyir “İranlılar acdır”! İran xalqı bu günə qədər şərəf və heysiyyəti ilə yaşayıb,

164
00:27:44,060 --> 00:27:53,400
Allahın köməyi ilə, bundan sonra günbəgün vəziyyəti daha da yaxşı olacaq, iqtisadi problemləri də, sizə göz dağı olaraq, aradan qalxacaq, inşallah.

165
00:27:56,660 --> 00:28:08,000
Amerika prezidenti narahatlığını ifadə edir! Son 5-6 gündə o, demək olar ki, gündə bir fikirlə çıxış edib.

166
00:28:09,930 --> 00:28:18,800
Etirazçılarla bağlı narahatlığını ifadə edir ki, misal üçün, “biz İran hökumətinin etirazçılarla necə davrandığını bilmirik”.

167
00:28:19,060 --> 00:28:28,660
Heç utanmırsınız?  Sizin polisiniz bir il ərzində 800-ə yaxın vətəndaşınızı qətlə yetirib!

168
00:28:29,660 --> 00:28:39,600
Bir il ərzində bir ölkədə əhalinin təhlükəsizliyinin təminatçısı olan polis 800 nəfər adam oldürə!

169
00:28:41,600 --> 00:28:49,930
Siz osunuz ki, Vol-strit etirazlarında

170
00:28:50,930 --> 00:28:56,800
əhaliyə qarşı bacardığınızı etdiniz, təpiklədiniz, vurdunuz,

171
00:28:58,330 --> 00:29:03,800
insanları ittiham, yaxud şübhə əsasında qətlə yetirdiniz;

172
00:29:04,130 --> 00:29:14,600
polis sükan arxasında oturub avtomobilini idarə edən bir qadından şübhələndiyi üçün onu azyaşlı övladının gözü qarşısında qətlə yetirir!

173
00:29:15,260 --> 00:29:20,130
Amerikada bu cür olaylar ardı-arası kəsilmədən baş verir.

174
00:29:21,420 --> 00:29:30,080
Və İngiltərə! Xəbis ingilis rəsmiləri də narahatlıq ifadə edir.

175
00:29:30,440 --> 00:29:39,280
Bu yaxınlarda İngiltərədə baş vermiş bir olaydan sonra – müsəlmanlara hücum olunmuşdu, onlar da özlərini müdafiə etmişdilər –

176
00:29:39,680 --> 00:29:52,310
hakim hökm çıxarmışdı ki, əgər bir müsəlman yerdən daş götürsə, amma atmasa, onu 4 il həbs cəzası gözləyir,

177
00:29:53,420 --> 00:29:59,420
atsa, 7 il! Sizin məhkəməniz, hakiminiz budur!

178
00:30:01,200 --> 00:30:11,640
Qoy Hollivud filmlərinə baxıb Qərb ölkələrindəki ədliyyə sistemi,

179
00:30:11,640 --> 00:30:21,110
məhkəmələr barədə özündə yüksək təsəvvür yaradanlar bunları eşitsinlər:

180
00:30:22,800 --> 00:30:33,680
İngiltərədə hakim hökm çıxarıb ki, daşı yerdən əlinə alıb atmasan, 4 il həbs cəzası var, atsan, 7 il həbs olunacaqsan!

181
00:30:33,680 --> 00:30:43,150
Molotov kokteyli hazırlayıb əlində tutsan, amma atmasan, 7 il cəzası var, atsan, 15 il!

182
00:30:44,080 --> 00:30:53,550
Bu cür davranırlar! Sonra da guya İrandakı etirazçılara ürəkləri yanır ki, “görəsən, onlara zülm olunmadı?”

183
00:30:55,820 --> 00:31:07,330
Onların son hədəfi məlumdur; əlbəttə, əvvəlki Amerika administrasiyası bunu üzə vurmurdu, əksini deyirdi,

184
00:31:07,640 --> 00:31:12,930
amma onların da məqsədi eyni idi: İslam Respublikasını yıxmaq.

185
00:31:13,240 --> 00:31:22,310
Əvvəlki ABŞ prezidenti təkidlə, dönə-dönə bildirirdi ki, “biz İslam Respublikasını qəbul edirik”. Mənim özümə də bir neçə məktub yazmışdı,

186
00:31:23,550 --> 00:31:30,080
o məktublarda da daim təkrarlanırdı ki, “biz İslam Respublikasını qəbul edirik”; amma biz görürdük;

187
00:31:30,400 --> 00:31:35,550
gözümüz bağlı deyil ki; adam başa düşür; İslam Respublikasının dağılmasını istədikləri davranışlarından bəlli olurdu.

188
00:31:35,770 --> 00:31:42,840
Hazırda hakimiyyətdə olanlar da ki, daha bunu açıq-aşkar, heç nəyi nəzərə almadan bəyan edirlər;

189
00:31:42,840 --> 00:31:48,800
“İslam Respublikasını yıxmalıyıq” – deyirlər; hədəfləri budur.

190
00:31:48,970 --> 00:31:52,840
Yaxşı, bəs buna hansı yolla nail olmaq fikrindədirlər? Bax bu məqama diqqət yetirmək lazımdır!

191
00:31:53,240 --> 00:32:00,350
Buna İslam Respublikasından ona milli iqtidar qazandıran amilləri almaqla nail olmaq istəyirlər!

192
00:32:01,680 --> 00:32:13,600
Milli iqtidarın amilləri var; onlardan ən mühümləri sırasında ön yerdə xalqın hiss və emosiyaları,

193
00:32:14,620 --> 00:32:23,460
xalqın və dövlətin mənafeyinə yönəlmiş ictimai rəy durur.

194
00:32:23,680 --> 00:32:28,220
Ölkəmizdə ictimai fikir bundan ibarətdir, İslam Respublikasını bundan məhrum etmək istəyirlər.

195
00:32:30,000 --> 00:32:38,880
Bizim milli iqtidarımızın göstəricilərindən biri də elə regiondakı iştirakımızdır; onlar bunu dönə-dönə təkrarladıqlarına görə

196
00:32:39,150 --> 00:32:48,440
mən də bunu xüsusi olaraq qeyd edirəm; İslam Respublikasının regiondakı qüdrətli iştirakı

197
00:32:48,710 --> 00:32:57,860
bizim milli iqtidarımızın göstəricilərindən biridir; bu, xalqımızı başqalarına güclü, qüdrətli göstərir və bu elə həqiqətən də, belədir.

198
00:32:59,370 --> 00:33:10,040
Bunu aradan götürmək istəyirlər. Avropa ölkələrindən hansınınsa prezidenti deyir ki (Amerikalılara gəlincə, onlar bizimlə danışıqlar aparmağın adını belə tutmağa cürət etmirlər),

199
00:33:10,660 --> 00:33:16,440
“Biz İranın regiondakı iştirakını müzakirə etmək istəyirik”;

200
00:33:16,440 --> 00:33:21,730
xeyr, biz sizin bu regiondakı iştirakınızı müzakirə etmək istəyirik. Siz nəyə görə bu regionda iştirak etmək istəyirsiniz?

201
00:33:24,800 --> 00:33:29,370
Milli iqtidarın göstəricilərindən biri budur; İslam Respublikasını bundan məhrum etmək istəyirlər.

202
00:33:30,080 --> 00:33:35,110
Milli iqtidarın göstəricilərindən bir başqası isə ölkənin müdafiə imkanlarıdır;

203
00:33:35,600 --> 00:33:44,170
bunu da İslam Respublikasından almaq niyyətindədirlər. Raket məsələsi ətrafında, gördüyünüz kimi, bu qədər hay-küy, qalmaqal yaratmalarında məqsəd də elə budur.

204
00:33:46,220 --> 00:33:54,350
Bir xalqın uzaq məsafədən ona raket atan birinə

205
00:33:55,110 --> 00:34:01,240
uyğun şəkildə cavab verə bilməyi iqtidar nişanəsidir. Bu gün İslam Respublikası bu iqtidara sahibdir,

206
00:34:01,680 --> 00:34:08,040
onlar isə bunu istəmir; milli iqtidarımızın amillərini bizdən almaq istəyirlər.

207
00:34:08,350 --> 00:34:13,860
Milli iqtidarımızın ən önəmli amillərindən biri də bizim mömin gənclərimizdir;

208
00:34:14,840 --> 00:34:22,840
gənclərimizi bu imandan məhrum etmək niyyətindədirlər. Nüvə,

209
00:34:22,840 --> 00:34:30,530
nanotexnologiya, embriologiya sahəsində, digər elm sahələrində hansısa elmi nailiyyəti,

210
00:34:31,640 --> 00:34:38,400
elmi işi başa çatdırmaq üçün yuxusuz gecələr keçirən, əziyyət çəkən məhz bu gənclərimizdir;

211
00:34:38,400 --> 00:34:46,130
mömin gənclərimiz, imanlı balalarımız; onların çoxunu yaxından tanıyırıq.

212
00:34:47,150 --> 00:34:53,330
Gəncliyimizdən bu imanı, bu stimulu almaq istəyirlər.

213
00:34:54,350 --> 00:34:59,770
Yaxşı, gəlin mən bir neçə məqamı qeyd edim ki, söhbətimiz çox uzanmasın.

214
00:35:00,170 --> 00:35:15,680
İlk olaraq üzümü amerikalılara tutub bəzi şeyləri demək istəyirəm. Əvvəla, ey Amerika hökuməti! Bu dəfə başınız daşa dəydi;

215
00:35:16,620 --> 00:35:21,280
ola bilsin, yenə də təkrar edəsiniz, amma bilin ki, yenə də başınız daşa dəyəcək.

216
00:35:44,710 --> 00:35:55,770
İkincisi, bu bir neçə gündə bizə ziyan vurdunuz, ola bilsin, gələcəkdə də vuracaqsınız, amma bilin ki, bütün bunlara görə sizinlə hesablaşacağıq.

217
00:36:19,240 --> 00:36:26,710
Üçüncüsü, qoy həm Amerika dövlətinin başında duran o cənab (hərçənd üzdən heç psixoloji durumu taraz olan birinə oxşamır;

218
00:36:28,170 --> 00:36:35,020
elə son günlərdə Amerikada da onun psixoloji problemlər yaşaması, psixoloqa, psixiatora ehtiyac duyması barədə söz-söhbət gedir;

219
00:36:35,550 --> 00:36:45,240
bütün bunlar bizim də qulağımıza çatır axı), həm də Amerika hökumətinin digər nümayəndələri, ətrafındakılar bunu bilsin:

220
00:36:45,510 --> 00:36:51,550
bu şou xarakterli axmaqlıqlar da cavabsız qalmayacaq.

221
00:37:14,570 --> 00:37:22,620
İslam Respublikası öz prinsip və əsasları üzərində möhkəm duracaq,

222
00:37:24,530 --> 00:37:30,260
onları qoruyacaq, öz xalqını, onun mənafeyini müdafiə edəcək

223
00:37:31,770 --> 00:37:38,170
və hegemon davranışlara təslim olmayacaq. Bu onlar haqqında; bu dediklərim amerikalılara aid idi.

224
00:37:38,840 --> 00:37:47,420
Amerikalılarla oturub-durub dərdləşməyi,

225
00:37:49,020 --> 00:38:00,530
onlarla birləşməyi sevənlərə gəlincə, (belələri İrandan xaricdə də ola bilər, təəssüf ki, ölkənin daxilində də kimlərsə bu cür düşünə, bu fikirdə ola bilər)

226
00:38:00,530 --> 00:38:06,220
qoy amerikalı cənablara dediklərimi onlar da eşitsinlər, bilsinlər ki,

227
00:38:07,370 --> 00:38:18,970
bu xalq və bu dövlət möhkəm dayanıb, Allahın köməyi ilə, bütün problemlərini və zəif cəhətlərini aradan qaldıracaq;

228
00:38:20,000 --> 00:38:28,130
bu dövlət buna qadirdir və inşallah, bunu edəcək də. Bunu üzümü amerikalılara tutub deyirəm.

229
00:38:28,310 --> 00:38:34,310
Özümüzün hökumət rəsmilərinə –

230
00:38:34,970 --> 00:38:41,860
əlbəttə ki, bu elə mənim özümə də aiddir – siyasətçilərimizə,

231
00:38:42,130 --> 00:38:48,970
siyasi arenada fəallıq göstərən, düşünən, yazan, danışan, hansısa addımlar atan insanlara da üzümü tutub bir şey demək istəyirəm;

232
00:38:49,820 --> 00:38:53,950
həm onlara, həm də hökumət rəsmilərinə;

233
00:38:54,660 --> 00:39:04,220
əvvəla, mən xarici düşməndən danışdım, bu dediklərim təhlil deyildi, reallığa əsaslanırdı, dəqiq informasiya idi, xəbər idi;

234
00:39:04,400 --> 00:39:11,730
xarici düşmən var, amma bu bizim öz nöqsanlarımızdan bixəbər oturub qalmağımıza əsas vermir.

235
00:39:12,400 --> 00:39:17,510
Bizim nöqsanlarımız da var; işimizdə bəzi yerlərdə müəyyən problemlər, çatışmazlıqlar, qaydasında olmayan məqamlar var;

236
00:39:18,220 --> 00:39:26,530
demək olmaz ki, bizim heç bir problemimiz, işimizdə heç bir nöqsanımız yoxdur, problem yaradan təkcə xarici düşməndir; yox,

237
00:39:27,640 --> 00:39:33,600
məsəl var, deyərlər, milçək yaranın üstünə oturar; yaranı sağaldın,

238
00:39:34,970 --> 00:39:42,220
yara əmələ gəlməsinə imkan verməyin. Daxildə bizim problemimiz olmasa,

239
00:39:43,420 --> 00:39:48,350
nə bu şəbəkələr bir təsir göstərə bilər, nə də amerikalılar bir qələt edə bilər.

240
00:39:49,730 --> 00:39:54,570
Biz öz problemlərimizi özümüz həll etməliyik; daxildəki problemlərimizi həll etməli,

241
00:39:55,510 --> 00:39:59,020
zəif cəhətlərimizi aradan qaldırmalıyıq; bizim zəif olan cəhətlərimiz var.

242
00:39:59,950 --> 00:40:10,710
Zülmə məruz qalanların, xüsusilə də kasıb, aztəminatlı təbəqənin haqqını müdafiə etmək

243
00:40:10,970 --> 00:40:16,840
bizim hamımızın borcudur; bu məsələdə hamımız diqqətli olmalıyıq.

244
00:40:17,060 --> 00:40:23,460
Əhalinin elə təbəqəsi var ki, rifah halı yaxşıdır, həyatın çətinlikləri onları sıxmır,

245
00:40:23,460 --> 00:40:30,800
amma ölkədə bir qrup insan da var ki, problem və çətinliklər onları hər tərəfdən sıxır.

246
00:40:31,370 --> 00:40:37,280
Biz hamımız bütün gücümüzü bu insanları sıxıntıdan qurtarmaq üçün səfərbər etməliyik; bunun üçün çalışmalıyıq.

247
00:40:38,570 --> 00:40:51,110
Vurğulamaq istədiyim digər bir məqam budur ki, hakimiyyətin hər üç qolu problemləri müəyyən etməli

248
00:40:52,080 --> 00:40:56,220
və bircə-bircə üzərində duraraq, bütün diqqət və səylərini həmin istiqamətdə cəmləyərək

249
00:40:57,770 --> 00:41:08,040
onları aradan qaldırmalıdır. Problemlərin siyahısını tutsaq, misal üçün, 10-15 başlıca problem olacaq; bunları bir kağıza yazaq,

250
00:41:08,930 --> 00:41:17,730
iş bölgüsü aparaq, hər problemin üzərində ayrıca duraq, həlli üçün konkret vaxt ayıraq və onu aradan qaldıraq.

251
00:41:18,000 --> 00:41:23,420
Mən sosial bəlalarla bağlı neçə dəfə iclas keçirmişəm;

252
00:41:24,350 --> 00:41:31,370
artıq iki il, iki il yarımdır ki, vaxtaşırı biz burada sosial bəlalarla bağlı

253
00:41:31,550 --> 00:41:43,820
ölkənin əsas rəsmiləri, nazirlər, dövlət qurumlarının səlahiyyətli nümayəndələri, hakimiyyətin 3 qolunun başçıları və sairlə

254
00:41:44,530 --> 00:41:50,480
iclaslar keçiririk, sosial bəlalar barədə müzakirələr aparırıq, söhbət edirik. O iclaslarda mən rəsmilərə də demişəm;

255
00:41:52,040 --> 00:41:56,970
problemlərin hər biri ilə bağlı iş bölgüsü aparmalıdırlar.

256
00:41:57,240 --> 00:42:02,660
Əlbəttə, insafla demək lazımdır ki, bəzi sferalarda, həqiqətən də, yaxşı işlər görüblər, irəli də gediblər;

257
00:42:03,060 --> 00:42:08,260
bəzi məsələlərin üzərində diqqət və səylərini cəmləyiblər, işləyiblər, irəliləyişə də nail olublar.

258
00:42:09,420 --> 00:42:16,440
Ölkəmizdə həlli mümkün olmayan elə bir problem yoxdur ki,

259
00:42:17,370 --> 00:42:22,400
“Bunun həlli qeyri-mümkündür”, yaxud “Bu, açılmayan düyündür”– deyək; bizdə belə bir şey yoxdur; qoy bunu hamı bilsin.

260
00:42:23,420 --> 00:42:30,220
Bütün bu düyünlər açıla, problemlər həll oluna bilər, intəhası özümüzü bir qədər daha hazırlıqlı vəziyyətə gətirməli,

261
00:42:30,570 --> 00:42:37,510
hər an işə keçməyə hazır olmalı, daha çox və daha dəqiq işləməliyik.

262
00:42:39,020 --> 00:42:47,910
Sonrakı məqam isə budur ki, hamı əl-ələ verməlidir; ölkə rəsmiləri hamısı bir olmalıdır.

263
00:42:48,310 --> 00:42:56,260
Düzdür, hər bir dövlət qurumunun cavabdeh olduğu konkret bir sahə var ki,

264
00:42:56,840 --> 00:43:04,260
başqalarının həmin sahəyə aidiyyəti yoxdur; bunu bilirik. Parlament, ədliyyə sistemi, hökumət kabineti,

265
00:43:04,750 --> 00:43:09,200
habelə digər qurumların hər birinin məsuliyyət daşıdığı müəyyən bir sfera var

266
00:43:10,260 --> 00:43:17,680
və digər qurumların o sfera ilə əlaqəsi yoxdur, o sahəyə görə onlardan sorğu-sual olunmur; lakin bu, normal halda belə olur.

267
00:43:18,750 --> 00:43:28,310
Düşmənin – tərs, inadkar düşmənin sizi təhdid etdiyini,

268
00:43:29,150 --> 00:43:39,820
ölkə daxilində törətdiyi əməllərlə problemlər yaratdığını görürsünüzsə, hamınız əl-ələ verməli, çiyin-çiyinə durmalısınız.

269
00:43:40,620 --> 00:43:46,220
Mən bunu hamıya deyirəm; həm ölkə rəsmilərinə, həm də siyasətçilərə.

270
00:43:46,310 --> 00:43:52,130
Hamı bir-biri ilə əməkdaşlıq etsin, çalışsınlar, səylərini bir istiqamətə yönəltsinlər,

271
00:43:52,880 --> 00:44:03,860
bir-birini təhlil etməsinlər. Belə olmasın ki, biri bir söz deyib o birini təhlil etsin, o biri də cavab olaraq, onu təhlil etsin.

272
00:44:04,080 --> 00:44:11,020
Güc və imkanlarını birləşdirib çalışsınlar!

273
00:44:14,080 --> 00:44:18,570
Dövlət birdir; İslam Respublikası vahid bir dövlətdir.

274
00:44:19,150 --> 00:44:25,150
Bəli, hər bir qurumun ayrıca vəzifəsi var, amma dövlət birdir;

275
00:44:25,820 --> 00:44:31,110
icraedici hakimiyyət də o dövlətindir, məhkəmə hakimiyyəti də o dövlətindir, qanunverici hakimiyyət də o dövlətindir,

276
00:44:31,730 --> 00:44:35,860
Silahlı Qüvvələr də o dövlətindir, polis də o dövlətindir,

277
00:44:36,620 --> 00:44:39,460
elmi mərkəzlər də o dövlətindir; hamısı birlikdədir.

278
00:44:40,080 --> 00:44:44,840
Növbəti məqam: hamı qanunu meyar bilməlidir;

279
00:44:45,280 --> 00:44:53,060
bizə ziyan verən, zərbə vuran qanunsuzluq olur. 1388-ci ildə gördünüz;

280
00:44:54,400 --> 00:44:59,730
o zaman ölkə nəyə görə o ziyanı çəkdi?

281
00:45:00,220 --> 00:45:06,570
1388-ci ildə ölkəyə həm maddi ziyan dəydi, həm də beynəlxalq nüfuzumuza xələl gəldi.

282
00:45:07,510 --> 00:45:14,220
Səbəb nə idi? Qanunsuzluq! Onlara dedik ki, gəlin qanuna müvafiq şəkildə hərəkət edin;

283
00:45:15,420 --> 00:45:22,080
qanun ortadadır. Deyirsiniz ki, seçkidə saxtalaşdırma olub, lap yaxşı, qanunda açıq-aydın göstərilib ki,

284
00:45:22,400 --> 00:45:28,440
seçkiyə irad olan yerdə necə hərəkət etmək, məsələni hansı şəkildə yoluna qoymaq lazımdır; gəlin ona uyğun da hərəkət edək.

285
00:45:28,840 --> 00:45:33,110
Amma etmədilər, qanuna boyun əymədilər, qanunsuzluq etdilər, problem yaratdılar.

286
00:45:34,530 --> 00:45:39,860
Ölkə üçün problem yaratdılar, özləri üçün problem yaratdılar, camaat üçün problem yaratdılar;

287
00:45:40,310 --> 00:45:49,730
7-8 ay boyunca ardı-arası kəsilmədən asayişi pozaraq cürbəcür problemlər törətdilər.

288
00:45:50,130 --> 00:45:56,440
Bunların hamısının səbəbi qanuna tabe olmamaqdır. Mənim müxtəlif qurumlara tövsiyəm, israrım,

289
00:45:57,110 --> 00:46:02,970
tələbim budur ki, hamısı qanuna tabe olsunlar.

290
00:46:04,400 --> 00:46:11,820
Vurğulamaq istədiyim digər bir məqam budur ki, tənqid yaxşı işdir, lazımlı işdir, çatışmayan məqamları qeyd etmək yaxşıdır, lazımdır,

291
00:46:12,660 --> 00:46:19,680
amma bunları edərkən, necə deyərlər, qarışqadan fil düzəltmək lazım deyil.

292
00:46:21,150 --> 00:46:26,750
Ölkəmizdə icraedici hakimiyyətin tərkibində bir neçə min rəhbər vəzifəli şəxs var;

293
00:46:27,510 --> 00:46:34,480
bu bir neçə min insanın içərisindən, misal üçün, 10-12 nəfəri

294
00:46:34,840 --> 00:46:43,600
rüşvətxor ola bilər. Bunu böyüdüb, şişirdib, rəhbər vəzifədə olan bütün insanlara şamil etsək,

295
00:46:44,130 --> 00:46:49,640
o zaman bunu bizim ağzımızdan eşidən gənclərimizin

296
00:46:50,040 --> 00:46:57,330
inciməyə, bu problemin bütün rəhbər kadrlarda olduğunu düşünməyə haqqı var.

297
00:46:57,680 --> 00:47:05,280
Halbuki belə deyil! İcraedici hökumətdə təmsil olunan yüzlərlə, minlərlə məmur içərisində

298
00:47:05,370 --> 00:47:14,800
bir neçə nəfər yaramaz adam ola bilər. Ədliyyə sistemində də eynilə;

299
00:47:15,550 --> 00:47:21,680
məhkəmələrdə bir bu qədər şərəfli, zəhmətkeş hakim çalışır,

300
00:47:22,080 --> 00:47:27,060
bəli, əlbəttə ki, bir neçə nəfər nanəcib də var; bilirik.

301
00:47:27,600 --> 00:47:32,620
Həmişə olub, bu gün də var, belələrinə qarşı mübarizə də aparılır.

302
00:47:33,510 --> 00:47:40,040
Belə yaramaz insanlara qarşı icraedici hakimiyyətdə də, ədliyyə sistemində də,

303
00:47:40,350 --> 00:47:46,880
parlamentdə də qəti şəkildə mübarizə aparılması, lazımi ölçü götürülməsi qəti surətdə nəzərdə tutulub.

304
00:47:47,730 --> 00:47:53,860
İndi tutalım ki, 200-300 parlament nümayəndəsi arasından bir-ikisi

305
00:47:54,440 --> 00:48:00,400
hdəsinə düşən vəzifələrə əməl etmir, yaxud başqa hansısa hərəkətlərə yol verir. Bunu hamıya şamil etmək olmaz.

306
00:48:01,060 --> 00:48:07,600
Odur ki nöqsanları qeyd edəndə, tənqid edəndə insaflı olmalıyıq;

307
00:48:08,800 --> 00:48:14,800
məsələləri şişirtmək, birinin eybini hamıya şamil etmək,

308
00:48:16,350 --> 00:48:21,420
bərbad vəziyyət təsəvvürü yaratmaq, bayaq dediyim kimi, qarışqadan fil düzəltmək lazım deyil.

309
00:48:21,910 --> 00:48:39,240
Ölkə rəsmiləri məşğulluq və istehsal məsələlərinə önəm verməlidirlər;

310
00:48:39,460 --> 00:48:49,550
cari ili “Daxili istehsal və məşğulluq ili” elan etmişik; bunlar açar məsələlərdir.

311
00:48:51,680 --> 00:49:01,550
əlbəttə, qalan rəsmilər də bu işdə rol oynaya bilər. Mən idxalla bağlı problemləri məhkəmə hakimiyyətinin möhtərəm rəsmilərinə dəfələrlə demişəm.

312
00:49:01,820 --> 00:49:08,040
Bəziləri mənim müəyyən nöqsanları qeyd etməməyimdən gileylənirlər;

313
00:49:08,220 --> 00:49:12,570
xeyr, mən nöqsanları dönə-dönə vurğulayıram. Sizin görüb-eşitdikləriniz, aşkarda dediklərim

314
00:49:12,930 --> 00:49:18,260
xüsusi iclaslarda rəsmilərə bildirdiyim irad və nöqsanların heç onda biri də deyil.

315
00:49:19,510 --> 00:49:28,080
Bir qayda olaraq mən iradlarımın, tələblərimin, xəbərdarlıqlarımın çoxunu hökumət iclaslarında bildirirəm.

316
00:49:29,020 --> 00:49:34,880
Məsələlərdən də xəbərdaram; bəzi adamlar mənim müəyyən məsələlər barədə məlumatım olmadığını deyirlər;

317
00:49:35,110 --> 00:49:42,220
xalqın məlumatlı olduğu əsas, ümumi sosial məsələlər barədə

318
00:49:42,440 --> 00:49:49,420
mənim on qat artıq məlumatım olmalıdır və əlhəmdulillah, elə var da. Müxtəlif yerlərdən –

319
00:49:49,600 --> 00:49:58,480
istər əhalidən, istər hökumətdən, rəsmi və qeyri-rəsmi yollarla – mənə çoxsaylı məlumatlar çatır;  baxırıq, nə baş verdiyini anlayırıq, problemlərdən xəbərimiz var.

320
00:49:59,280 --> 00:50:09,370
Mənim əsas istədiyim odur ki, bu açar məqamlara diqqət

321
00:50:09,680 --> 00:50:14,310
və önəm verilsin. Məşğulluq məsələsi də bunların sırasındadır;

322
00:50:14,660 --> 00:50:21,730
məşğulluq təmin olunduğu təqdirdə bu sosial bəlaların bir çoxu aradan qalxacaq.

323
00:50:22,310 --> 00:50:28,350
O neqativ halların əksəriyyəti gənclərin işsizliyindən qaynaqlanır.

324
00:50:29,950 --> 00:50:39,020
Əgər yeni iş yerlərinin açılmasını istəyiriksə, istehsala önəm verməli, daxili istehsalı

325
00:50:39,240 --> 00:50:47,640
düzgün metodlar, dəqiq siyasətlər əsasında inkişaf etdirməliyik. Hesabsız-kitabsız pul səpələməklə heç yerə gedib çıxa bilməyəcəyik;

326
00:50:48,480 --> 00:50:50,880
haqq-hesab aparmaq, dəqiq iş görmək lazımdır.

327
00:50:51,550 --> 00:50:58,570
Allaha şükürlər olsun ki, icraedici hakimiyyətdə təmsil olunan komanda bu məsələni izləyir, işsizliyin aradan qaldırılması üçün tədbirlər görür,

328
00:50:58,710 --> 00:51:03,860
inşallah, biz də əlimizdən gəldiyi qədər onlara kömək edəcəyik; inşallah, istənilən nəticəni əldə edərlər.

329
00:51:04,040 --> 00:51:11,860
Digər bir məqam budur ki, o olaylarda bizim təhlükəsizlik qüvvələrimizin, polisimizin,

330
00:51:12,480 --> 00:51:18,930
Bəsicimizin, Keşikçi Korpusumuzun rəsmiləri öhdələrinə düşən vəzifələri yerinə yetirdilər, özü də çox yüksək səviyyədə yerinə yetirdilər,

331
00:51:19,860 --> 00:51:29,200
ölkənin yüksək çinli rəsmiləri onlara təşəkkür etdilər, mən də öz növbəmdə onlara öz təşəkkürümü bildirirəm; intəhası bir şeyə diqqət yetirmək lazımdır:

332
00:51:29,820 --> 00:51:43,370
sosial şəbəkədə həyəcan və emosiyaya qapılaraq

333
00:51:44,080 --> 00:51:52,840
hansısa hərəkəti edən, yaxud hansısa sözü deyən bir gənc və ya yeniyetmə ilə, təşkilatlanmış qurumlarla əlaqəli olan,

334
00:51:53,020 --> 00:51:58,350
onların əlaltılarından olan bir insan fərqlidir; bu ikisini bir tutmaq olmaz.

335
00:52:00,660 --> 00:52:05,730
Əlbəttə ki, bəzən tələbələrin də adı çəkilir; tələbə, yaxud qeyri-tələbə, fərqi yoxdur.

336
00:52:05,950 --> 00:52:14,350
Allaha şükürlər olsun ki, bizim universitetlərimizdə çox yaxşı və sağlam bir atmosfer hökm sürür. Bu gün bizim təhsillə,

337
00:52:15,060 --> 00:52:21,860
elmi tədqiqatla, işlə məşğul olan milyonlarla tələbəmiz var, bu günə qədər universitetlərimizin heç bir problemi olmayıb.

338
00:52:22,040 --> 00:52:28,660
İndi ola bilsin ki, bir neçə tələbə gəlib bu olaylara baş qoşub;

339
00:52:29,730 --> 00:52:36,000
əbəs yerə tələbələri ittiham etmək lazım deyil. Kiminsə, doğrudan da, günahı varsa, din tələbəsi, universitet tələbəsi,

340
00:52:36,310 --> 00:52:42,570
əmmaməli, əmmaməsiz, savadlı, savadsız – fərqi yoxdur.

341
00:52:43,330 --> 00:52:52,220
Amma rəsmilər, qeyd etdiyim kimi, misal üçün, internet məkanından aldığı həyəcan

342
00:52:52,660 --> 00:53:00,840
və emosiyaların təsiri ilə hansısa addımı atmış, yaxud nə isə demiş insanlarla

343
00:53:01,110 --> 00:53:13,510
Amerikaya işləyən şəbəkələrlə, münafiqlərlə əlaqəli olan insanlar arasında fərq qoymalıdırlar; bu ikisi eyni deyil. Bu da bir məqam.

344
00:53:15,730 --> 00:53:20,750
Birinciləri maarifləndirmək, onlarla söhbət aparmaq lazımdır;

345
00:53:22,130 --> 00:53:29,640
adam öldürənlər, Dorudda, Tuysərkanda,

346
00:53:30,480 --> 00:53:37,330
Xomeynişəhrdə qətllər törədənlər, təxribatlar edənlər isə başqadır; bu ikisi bir deyil.

347
00:53:38,570 --> 00:53:40,840
Rəsmilərə demək istədiklərim də bu qədər.

348
00:53:40,970 --> 00:53:47,910
Əziz xalqımıza da bir neçə cümlə demək istəyirəm; əlbəttə, bura qədər dediklərimin hamısı camaatımıza da ünvanlanırdı;

349
00:53:49,460 --> 00:53:57,680
xalqımıza demək istəyirəm ki, Allah sizdən razı olsun! Çox yaxşı davrandınız; çox yaxşı davrandınız.

350
00:53:57,910 --> 00:54:06,840
Bu illər ərzində hansı məqamda ölkənin ehtiyacı olubsa, dərhal işə keçmisiniz.

351
00:54:07,820 --> 00:54:12,880
Minnətsiz, xahiş-çağırış gözləmədən, uzaqgörənliklə meydanlara çıxmısınız.

352
00:54:13,680 --> 00:54:16,840
Əziz xalqımız çox gözəl bir hərəkat həyata keçirib.

353
00:54:17,020 --> 00:54:22,750
İnşallah, Allah-taala bu xalqa öz mənəvi dəstəyini, lütf və rəhmətini nazil etsin.

354
00:54:24,220 --> 00:54:31,730
Sinənizi sipər etmisiniz, bu ölkəni siz qurtarmısınız; İran xalqı qurtarıb;

355
00:54:31,950 --> 00:54:36,660
həm Müqəddəs Müdafiədə,

356
00:54:36,800 --> 00:54:44,620
həm siyasi arenada, həm də elmdə. Elmi də inkişaf etdirən sizin cavanlarınız olub.

357
00:54:45,200 --> 00:54:52,660
Bayaq qeyd etdiyim kimi, elmi inkişafın əldə olunduğu o mərkəzlərdə elmi işlərlə məşğul olan gənclərin çoxu bu camaatın uşaqlarıdır,

358
00:54:52,840 --> 00:54:57,150
hamısı bu xalqın balalarıdır, sizin övladlarınızdır.

359
00:54:58,000 --> 00:55:05,950
Sizin iştirakınız ölkəmizə nüfuz qazandırıb.

360
00:55:06,130 --> 00:55:13,640
Harada xalqın iştirakı lazım olursa – istər 22 bəhmən olsun, istər Qüds günü olsun,

361
00:55:13,640 --> 00:55:22,080
istər 9 dey hadisəsi kimi olaylar olsun – camaat o dəqiqə hazır olur. Siz ölkənin başını uca etmisiniz.

362
00:55:29,730 --> 00:55:41,060
Seçkilərdə, yürüşlərdə, xalqın iştirakı lazım olan hər yerdə

363
00:55:41,550 --> 00:55:51,200
xalq öz təsirini göstərməyi bacarıb. Bu ölkənin nüfuzunu qoruyan siz olmusunuz.

364
00:55:52,440 --> 00:56:04,170
Diqqət etmək lazımdır ki, bu gün düşmənlərimizin ən çox önəm verdiyi tədbirlərdən biri şayiə yaymaqdır.

365
00:56:06,310 --> 00:56:12,930
Qeyd etdiyim kimi, ictimai rəy milli iqtidarın qaynağıdır.

366
00:56:13,150 --> 00:56:20,620
İctimai rəyi dəyişmək üçün nə edirlər? Yalan yayırlar; şayiə buraxırlar.

367
00:56:21,280 --> 00:56:26,000
Əvvəla, düşmənin buraxdığı şayiələrin genişlənməsinə şərait yaratmayın;

368
00:56:26,400 --> 00:56:34,170
kimdənsə eşitdiyin əsassız bir sözü gedib 5-6 yerdə danışmaq lazım deyil,

369
00:56:34,400 --> 00:56:38,880
çünki düşmən də elə bunu istəyir; odur ki gəlin bunu etməyək;

370
00:56:40,170 --> 00:56:49,240
düşmənin yaydığı şayiələri təkrarlamayaq. İkincisi isə, şayiələrə inanmayaq;

371
00:56:49,460 --> 00:56:59,060
doğru-dürüst sübutu, ağlabatan, məntiqli mahiyyəti olmayınca düşmənin sözünə inanmaq olmaz.

372
00:57:00,970 --> 00:57:10,620
Bir də: hamı bilməlidir ki, ölkənin yüksək vəzifəli rəsmiləri işləyirlər.

373
00:57:11,420 --> 00:57:16,310
Rəsmilərin işləməyib yatdığını düşünməyimiz yanlışdır; belə deyil, onlar işləyirlər;

374
00:57:16,530 --> 00:57:22,750
mən özüm bunun yaxından şahidiyəm, görürəm. Ölkənin yüksək çinli rəsmiləri güc və imkanları çatan qədər işləyirlər;

375
00:57:22,970 --> 00:57:28,710
əlbəttə, müəyyən yerlərdə qüsurlar var, bəzi nöqsanlar onların təqsiri ucbatındandır (bunları inkar etmirik;

376
00:57:28,840 --> 00:57:33,020
mənim özümün də həm qüsurlarım, həm də təqsirli olduğum məqamlar var; Allah bağışlasın),

377
00:57:34,840 --> 00:57:38,440
lakin rəsmilər işləyirlər, çalışırlar.

378
00:57:39,240 --> 00:57:47,860
“Xeyri yoxdur, heç bir iş görə bilmirlər, heç nə eləmək mümkün deyil, işləri hər yerdə daşa dirənib” – deyə yayılan şayiələr doğru deyil; məsələ belə deyil;

379
00:57:50,260 --> 00:58:01,150
bəzi problemlər həll olunmaqdadır, bəzi problemlərin həlli mümkündür, bəzilərinin həlli üçün zaman tələb olunur;

380
00:58:02,130 --> 00:58:04,660
bunlara diqqət yetirmək lazımdır.

381
00:58:06,310 --> 00:58:14,440
Bir çox problemlərə kənardan baxanda həlli adama asan gəlir, amma yaxınlaşanda görürsən ki, o qədər də asan deyilmiş.

382
00:58:15,280 --> 00:58:21,860
Yadımdadır, İmam Xomeyni (r.ə) həyatda olan zaman bəziləri onun yanına gəlib,

383
00:58:22,040 --> 00:58:27,910
misal üçün, hansısa dövlət rəsmisindən (mən o vaxt prezident idim;

384
00:58:28,310 --> 00:58:34,880
məndən, baş nazirdən, yaxud hansısa başqa nazirdən) şikayət edirdilər ki, tutalım, “bunlar filan işi görməli idilər, görməyiblər”

385
00:58:34,880 --> 00:58:41,020
və sair. İmam o adamı dinləyirdi, sözünü bitirəndən sonra deyirdi ki, bütöv bir ölkəni idarə etmək çətindir;

386
00:58:41,860 --> 00:58:46,570
doğrudan da, elə o cürdür. Çətindir, çətin bir işdir, asan deyil;

387
00:58:47,730 --> 00:58:53,910
çalışıb-vuruşmaq lazımdır, təşəbbüs göstərmək lazımdır, günün tələbləri ilə ayaqlaşa bilməlisən,

388
00:58:54,080 --> 00:58:59,730
fiziki hazırlıq lazımdır, psixoloji hazırlıq lazımdır. Ölkəmizin yüksək çinli rəsmilərinin,

389
00:59:00,440 --> 00:59:07,770
demək olar ki, hamısı müstəqim, yaxud qeyri-müstəqim surətdə elə xalqın özü tərəfindən seçilib vəzifəyə gəlmiş insanlardır, işləyirlər də;

390
00:59:08,480 --> 00:59:15,950
kömək etmək lazımdır; rəsmilərin yaxşı işlər həyata keçirə bilməsi üçün hamı onlara kömək etməlidir.

391
00:59:16,440 --> 00:59:21,200
Əlbəttə, mən öz qeydlərimi bildirirəm – bayaq da dedim,

392
00:59:21,460 --> 00:59:29,110
rəsmilərə aşkarda bildirdiyim iradlar xüsusi iclaslarda dediklərimin heç onda biri də deyil; bəzən xəbərdarlıq edirəm, bəzən dalaşıram;

393
00:59:29,600 --> 00:59:39,240
bir qayda olaraq, cürbəcür məsələlərə toxunuram – intəhası dediyim kimi, güc və imkanları çatan qədər.

394
00:59:40,350 --> 00:59:49,110
Mən bunu hamıya deyirəm: mən dinə əsaslanan xalq hakimiyyətini tam səmimiyyətimlə qəbul edirəm;

395
00:59:50,310 --> 00:59:56,170
biz dinə əsaslanan xalq hakimiyyətini, həqiqətən də, qəbul edirik

396
00:59:56,710 --> 01:00:04,350
Mən bu xalqın seçdiyi istənilən adamı ölkə başçısı, ölkə rəsmisi kimi qəbul edir, ona kömək etməyi lazım bilir və öz vəzifəm hesab edirəm.

397
01:00:04,620 --> 01:00:07,730
Mənim bütün administrasiyalara münasibətim belə olub, hazırkı administrasiyaya da bu cürdür.

398
01:00:08,660 --> 01:00:14,350
Mən bütün administrasiyalara kömək etmişəm. Əlbəttə ki, mən onların işinin xırdalıqlarına,

399
01:00:14,930 --> 01:00:21,420
özəl səlahiyyətlərinə müdaxilə etmirəm, amma öz köməyimi edirəm. Mən bütün administrasiyalara kömək etmişəm,

400
01:00:22,080 --> 01:00:25,420
hazırkı dövlətdə təmsil olunan möhtərəm rəsmilərimizə də kömək edirəm.

401
01:00:25,860 --> 01:00:36,620
Mən bu ölkənin gələciyinə çox böyük ümidlərlə yanaşır, üfüqlərimizin aydın olduğunu düşünürəm.

402
01:00:37,420 --> 01:00:47,020
Mən bilirəm ki, Allah-taala bu xalqı ən yüksək məqamlara çatdırmaq istəyir

403
01:00:48,750 --> 01:00:55,910
və siz də bilin ki, inşallah, İran xalqı İslam dininin, İslam dövlətinin bərəkəti sayəsində,

404
01:00:56,350 --> 01:01:02,840
şübhəsiz layiq olduğu ən ali dərəcələrə yetişəcək,

405
01:01:02,840 --> 01:01:09,510
düşmənin məkrli planlarının, təxribatlarının,

406
01:01:09,910 --> 01:01:18,480
hücumlarının, zərbələrinin ona heç bir təsiri olmayacaq və düşmən sözün əsl mənasında heç bir qələt edə bilməyəcək.

407
01:01:41,150 --> 01:01:43,240
Allahın salamı və rəhməti nəsibiniz olsun.