1
00:00:00,860 --> 00:00:03,460
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:06,660 --> 00:00:16,200
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:26,930 --> 00:00:31,260
و علي آله الاطيبين الاطهرين المنتجبين

4
00:00:32,600 --> 00:00:41,660
سيّما بقيّةالله في الارضين و علي صحبه المکرّمين و من تبعهم باحسان الي يوم الدّين

5
00:00:43,530 --> 00:00:57,930
Əziz qardaşlar, əziz bacılar, il boyu xalq arasında aparılan genişmiqyaslı təbliğat hərəkatına rəhbərlik edən vəzifəli şəxslər,

6
00:01:00,260 --> 00:01:12,930
habelə İslami Təbliğatın Koordinasiya Şurasına bu böyük işləri həyata keçirməkdə kömək edən digər qurumların rəsmiləri, çox xoş gəlmisiniz.

7
00:01:14,530 --> 00:01:24,530
Həzrət İmam Əskərinin (ə) bu günə təsadüf edən mövludu münasibətilə hamınızı təbrik edirəm, həmçinin 9 dey günü ərəfəsində olduğumuza görə,

8
00:01:26,000 --> 00:01:39,200
xalqımızın bu möhtəşəm hərəkatını da böyük ehtiramla təqdir edirəm.

9
00:01:40,860 --> 00:01:49,930
Ümidvaram, Allah-taala bu xalq hərəkatı və ondan doğan saysız-hesabsız bərəkətli nəticələri

10
00:01:50,400 --> 00:01:55,930
qəbul edərək öz lütf və rəhmətinə layiq görəcək.

11
00:01:57,660 --> 00:02:10,730
İslami Təbliğatın Koordinasiyası Şurasının mühüm vəzifəsi təbliğatdır. Dini təbliğatın kökü Qurana dayanır;

12
00:02:11,530 --> 00:02:19,800
bu bizim özümüzdən kəşf etdiyimiz və ya dünyada kimdənsə görüb-götürdüyümüz bir məsələ deyil.

13
00:02:20,200 --> 00:02:24,000
Allah-taala mübarək “Əhzab” surəsində buyurur:

14
00:02:24,000 --> 00:02:32,000
اَلَّذينَ يُبَلِّغُونَ رِسالٰتِ اللهِ وَيَخشَونَهُ وَ لا يَخشَونَ اَحَدًا اِلَّا اللَهَ وَ کَفَيٰ بِاللهِ حَسيبًا

15
00:02:32,930 --> 00:02:38,660
Həmçinin mübarək “Maidə” surəsində buyurulur:

16
00:02:38,930 --> 00:02:43,660
يٰاَيُّهَا الرَّسُولُ بَلِّغ ما اُنزِلَ اِلَيکَ مِن رَبِّک

17
00:02:44,530 --> 00:02:52,330
Uca Yaradan öz peyğəmbərinə təbliğ etməyi göstəriş verir.

18
00:02:53,400 --> 00:02:57,530
Qurani-Kərimin ayələrində təbliğ məsələsi peyğəmbərlərin dilindən dəfələrlə qeyd olunmuşdur:

19
00:02:57,530 --> 00:03:01,130
اُبَلِّغُکُم رِسَالٰتِ رَبّي وَ اَنصَحُ لَکُم

20
00:03:01,130 --> 00:03:15,400
“Təbliğ” sözünün mənası nədir? Çatdırmaq. Nəyi çatdırmaq? Hər hansı bir doğru mesajı,

21
00:03:16,260 --> 00:03:21,330
haqq sözü; islami təbliğatın mənası budur;

22
00:03:21,930 --> 00:03:35,600
intəhası bu təbliğin şərti budur ki, sədaqətlə, səmimi surətdə, mühüm bir əmanət kimi qorunaraq, məsuliyyətlə həyata keçirilsin;

23
00:03:36,000 --> 00:03:45,200
təbliğ bu deməkdir; sizin gördüyünüz əzəmətli işin mənası, əslində, budur.

24
00:03:45,930 --> 00:03:54,260
Maddiyyatçı hökumət quruluşlarında da – əksəriyyət etibarilə Qərbdə – təbliğat var; necə deyərlər, “propaqanda”;

25
00:03:54,800 --> 00:04:00,130
amma bu ikisi biri-birindən köklü, prinsipial şəkildə fərqlənir.

26
00:04:01,800 --> 00:04:16,330
Propaqanda ictimai rəyi kontrol altında saxlamaq üçündür, iqtidar, mənfəət və pul əldə etmək məqsədi güdür.

27
00:04:16,400 --> 00:04:23,730
İnsafla demək lazımdır ki, qərblilər bu sahədə kifayət qədər peşəkardır, bu işə yaxşı bələddirlər.

28
00:04:24,400 --> 00:04:31,000
Qərb anlamında təbliğatın – Qərbə xas propaqandanın ustasıdırlar;

29
00:04:31,530 --> 00:04:37,930
bundan pul çıxarır, bu yolla hakimiyyətə gəlirlər. Bunu necə edirlər? İctimai rəyi kontrolda saxlamaqla.

30
00:04:38,600 --> 00:04:49,200
İslami təbliğatın qarşısında duran məsələ isə bu deyil. İslami təbliğatın mahiyyəti xalqla qarşılıqlı anlaşma əldə etməkdən ibarətdir; burada söhbət kontrol altında saxlamaqdan yox,

31
00:04:49,660 --> 00:05:03,730
anlaşmaqdan gedir; beyinləri ali bir hədəfə doğru istiqamətləndirməkdən, bir-birinə yaxınlaşdırmaqdan gedir.

32
00:05:04,600 --> 00:05:20,200
Bu qarşılıqlı anlaşmanın cəmiyyətə təsiri necə olur? Bunun nəticəsində insanlar özləri özlərində bir məsuliyyət hiss edərək əsas və xeyirli işlərə yönəlir;

33
00:05:21,930 --> 00:05:29,330
bu belədir. İslami təbliğatda söhbət pul, hakimiyyət əldə etməkdən yox,

34
00:05:30,060 --> 00:05:41,930
cəmiyyətin üzvü olan fərdlərin özlərində məsuliyyət hiss etməsinə nail olmaqdan gedir. İnsanlar özləri öz məsuliyyətini dərk edərək işə girişir

35
00:05:42,330 --> 00:05:54,200
və təbii ki, bu möhtəşəm xalq hərəkatının xeyirli nəticələrindən də elə xalqın özü bəhrələnir. İslami təbliğatın mənası budur;

36
00:05:54,860 --> 00:06:04,530
odur ki islami təbliğat qərblilərin apardığı propaqandadan tamamilə fərqlənir.

37
00:06:05,000 --> 00:06:10,530
Qərbin propaqandasında ictimai rəyi yanlış yönləndirməyin, aktyorluq etməyin,

38
00:06:11,460 --> 00:06:17,460
----- davranışların, yalan danışmağın heç bir problemi yoxdur,

39
00:06:17,730 --> 00:06:27,730
insanı nəzərdə tutulan o maddi nəticəyə çatdıra biləcək hər bir şey məqbul hesab olunur; islami təbliğatda isə əsla.

40
00:06:28,460 --> 00:06:36,260
İslami təbliğatda doğruculluq, əmanətdarlıq, məsuliyyət və sair bu kimi keyfiyyətlər lazımdır.

41
00:06:36,660 --> 00:06:41,930
Bu, təbliğ məsələsinin özü barədə.

42
00:06:44,260 --> 00:06:54,530
İctimai rəy hər hansı bir məsələ ətrafında fəallaşıb kifayət qədər geniş məlumat əldə etdikdən sonra,

43
00:06:55,600 --> 00:07:06,130
təbii olaraq, fiziki bədənləri hərəkətə keçirir, düşüncələri işə salır, təşəbbüsləri çəkib meydana gətirir.

44
00:07:07,130 --> 00:07:16,460
Təbii ki, islami təbliğatda insanlar risk və fürsətlər barədə məlumatlandırılır,

45
00:07:17,400 --> 00:07:27,130
dost-düşmən müəyyən olunaraq hamıya tanıtdırılır;

46
00:07:28,400 --> 00:07:32,000
xalqa özünəinam hissi aşılanır; islami təbliğatda bütün bunlar var.

47
00:07:33,060 --> 00:07:40,330
Düşdükləri çətin şəraitə rəğmən, peyğəmbərlərin apardığı təbliğata baxın:

48
00:07:41,130 --> 00:07:51,530
Xəndək döyüşündə müsəlmanlar çox ağır bir şəraitdə xəndək qazırdılar –

49
00:07:52,530 --> 00:08:03,600
Mədinə sərhədlərinin önəmli bir hissəsini xəndəklə əhatə etməli idilər – ac idilər, hava çox isti idi, Həzrət Peyğəmbər (s) özü də onlarla birlikdə çalışırdı;

50
00:08:04,000 --> 00:08:13,800
bir yerdə qarşılarına çox ağır bir daş parçası çıxır, nə qədər çalışırlarsa, o daşı yerindən tərpədə bilmirlər.

51
00:08:14,060 --> 00:08:22,930
Peyğəmbərə xəbər verirlər ki, ya Rəsulullah, burada çox ağır bir daş parçası var, heç cür tərpədə bilmirik.

52
00:08:22,930 --> 00:08:32,860
Həzrət özü o yerə təşrif gətirib külüngü əlinə alır, külünglə daşa çox möhkəm bir zərbə vurur,

53
00:08:33,530 --> 00:08:47,000
zərbə o qədər güclü olur ki, külüngdən qığılcım sıçrayır. O zaman Peyğəmbər (s) buyurur: “Mən bu qığılcımda sizin Kəsra sarayını alacağınızı gördüm”.

54
00:08:47,660 --> 00:08:55,200
Baxın! Peyğəmbəri Əkrəm (s) son dərəcə çətin, ağır bir şəraitdə

55
00:08:56,660 --> 00:09:03,460
müsəlmanları Kəsra sarayını fəth edəcəkləri ilə müjdələyir.

56
00:09:04,600 --> 00:09:13,660
Başqa bir zərbədə isə müsəlmanlara Rum imperatorunu məğlub edəcəklərini müjdə verir; ümid, özünəinam.

57
00:09:14,200 --> 00:09:25,330
Əlbəttə ki, Peyğəmbərin baxışı, onun verdiyi ümid və xəbərlər bizim kimilərinkindən yerlə gör qədər fərqlənir.

58
00:09:25,330 --> 00:09:32,460
O görürdü, real olaraq müşahidə edirdi, biz isə təhlil edirik.

59
00:09:32,800 --> 00:09:37,260
Təbliğdə ümid və özünəinam olmalıdır.

60
00:09:38,200 --> 00:09:51,260
Bir xalq üçün ən pis şey onun özünə olan inamını, gələcəyə ümidini itirməsidir.

61
00:09:51,730 --> 00:09:59,600
Əziz qardaşlar, əziz bacılar! Bilin ki, bu gün düşmənin ən başlıca planları,

62
00:10:00,060 --> 00:10:06,860
həyata keçridiyi bu genişmiqyaslı işlər hamısı İran xalqını onda olan bu özünəinamdan məhrum etməyə yönəlib.

63
00:10:07,400 --> 00:10:19,800
İndi mən bu məsələyə toxunacağam, bu barədə danışacağam. Bu gün düşmən apardığı yumşaq müharibədə

64
00:10:20,200 --> 00:10:26,330
İran xalqını ümiddən, gələcəyə inamdan məhrum etməyə çox böyük önəm verir. Bayaq qeyd etdiyim

65
00:10:26,860 --> 00:10:33,460
اَلَّذينَ يُبَلِّغونَ رِسالٰتِ اللهِ وَيَخشَونَه‌ وَ لا يَخشَونَ اَحَدًا اِلَّا الله

66
00:10:34,260 --> 00:10:40,060
ayəsindən də anlaşıldığı kimi, bu təbliğin düşmənləri var.

67
00:10:41,000 --> 00:10:47,400
Ayədə buyurulur ki, “Allahın risalətini təbliğ edir, Allahdan qorxur, Allahdan qeyrisindən isə qorxmurlar”.

68
00:10:47,930 --> 00:11:01,260
Aydın məsələdir ki, Allahdan qeyriləri Onun yolunun təbliğatçılarının, Onun göndərdiklərini təbliğ edənlərə qarşı cəbhə qururlar; burada söhbət qarşıdurmadan gedir.

69
00:11:03,600 --> 00:11:06,000
Və ya şərif

70
00:11:06,000 --> 00:11:15,460
بَلِّغ ما اُنزِلَ اِلَيکَ مِن رَّبِّکَ وَ اِن لَم تَفعَل فَما بَلَّغتَ رِسالَتَهُ وَ اللهُ يَعصِمُکَ مِنَ النّاس ayəsində;

71
00:11:16,200 --> 00:11:27,000
buyurulur ki, “Allah səni qoruyacaq, düşməndən nigaran olma, narahatlıq keçirmə”; aydındır ki, Peyğəmbərin təbliğinin qarşısında

72
00:11:27,860 --> 00:11:35,660
bir düşmən sırası, düşmən cəbhəsi var. Əziz qardaşlar, əziz bacılar! Bu nə deməkdir?

73
00:11:36,130 --> 00:11:45,660
Bu o deməkdir ki, siz təbliğ edirsinizsə, İslamın təbliğini əsaslı surətdə həyata keçirirsinizsə,

74
00:11:46,060 --> 00:11:54,200
sizin bu fəaliyyətinizin qarşısında bir düşmən cəbhəsi yaranacaq; bunu bilməlisiniz.

75
00:11:54,460 --> 00:12:00,400
Təbliğ müharibə meydanıdır. Bəzilərinin “müharibə” sözündən xoşları gəlmir;

76
00:12:01,530 --> 00:12:13,330
“iqtisadi müharibə”, “yumşaq müharibə”, “ideoloji müharibə” adını çəkən kimi acıqları gəlir ki,\

77
00:12:13,330 --> 00:12:18,730
“Niyə bu qədər müharibədən danışırsınız? Sülhdən danışın!” Amma müharibə var.

78
00:12:19,530 --> 00:12:28,930
Düşmən bizi hədəf aldığı halda (düşmən cəbhəsi isə artıq oxlarını üstümüzə yağdırmaq üçün bizi hədəf alıb)

79
00:12:29,200 --> 00:12:35,660
bizim bundan bixəbər qalmağımız qəflət yuxusunda yatmağımız deməkdir.

80
00:12:35,660 --> 00:12:38,460
Əmirəlmöminin buyurur: مَن نامَ‌ لَم‌ يُنَم عَنه

81
00:12:38,730 --> 00:12:50,000
Sizi səngərdə yuxu aparıbsa, o demək deyil ki, qarşı cəbhədəkini, düşməninizi də yuxu aparıb.

82
00:12:50,330 --> 00:12:56,730
Onun gözü sizdədir, diqqətlə izləyib, sizi nə vaxt yuxu aparacağını gözləyir.

83
00:12:58,260 --> 00:13:07,530
“Müharibə” sözündən qorxmaq lazım deyil; düşmən hazırda müharibə vəziyyətindədir; top-tüfəngli müharibə deyil

84
00:13:08,000 --> 00:13:12,130
(əlbəttə ki, top-tüfəng götürüb üstümüzə hücum etmirlər, belə bir fikrə düşsələr də, qələt edərlər),

85
00:13:35,800 --> 00:13:44,400
amma müharibə var, yumşaq müharibə gedir, ortada top-tüfəngli müharibələrdən daha təhlükəli müharibələr var; düşmən bizimlə müharibə aparmaqdadır.

86
00:13:44,660 --> 00:13:57,330
Odur ki bu məqama diqqətli yanaşın: təbliğ düşmənlə qarşıdurmaya girmək deməkdir; düzgün təbliğ həqiqətin düşmənləri ilə,

87
00:13:57,730 --> 00:14:04,600
zülmlə, qaranlıqlarla sinə-sinəyə durmaqdır; təbliğin mənası budur; təbliğin həqiqi mahiyyəti bundan ibarətdir.

88
00:14:05,400 --> 00:14:15,000
Bəli, biz artıq 40-cı ilə yaxınlaşırıq. Nəyin 40-cı ilinə?

89
00:14:15,800 --> 00:14:23,060
Dünyada güc balansını dəyişə bilmiş bir fenomenin 40-cı ilinə.

90
00:14:24,800 --> 00:14:34,730
Siz baxmayın ki, dünyada hansısa hay-küylü dövlət hələ də öz yerində durmaqdadır; bəli,

91
00:14:35,530 --> 00:14:43,400
biz dünyadakı bütün super-gücləri aradan götürəcəyimizi iddia etmirik (bu bizim işimiz deyil; bir gün olacaq;

92
00:14:44,060 --> 00:14:48,730
bu iş ilahi bir əlin vasitəsilə nə vaxtsa həyata keçəcək),

93
00:14:50,330 --> 00:15:01,460
bizim işimiz dünyada bərqərar olunmuş güc və hakimiyyət sistemini, yəni imperializm sistemini yox etməkdir; yox etmişik də.

94
00:15:02,200 --> 00:15:13,060
İmperializm sistemi dünya ölkələrinin, dünya xalqlarının iki qrupa bölünməsi deməkdir:

95
00:15:13,730 --> 00:15:18,530
müstəmləkəçilər və müstəmləkə altında olanlar.

96
00:15:18,860 --> 00:15:25,600
Biz dünyada bu sistemi, bu yanlış formatı pozmuşuq.

97
00:15:25,600 --> 00:15:35,130
Biz göstərmişik ki, yox, dünyada nə müstəmləkəçi olan, nə də müstəmləkə altında yaşayan bir xalq da ola bilər. Elə bir xalq ki,

98
00:15:35,930 --> 00:15:43,930
nə özü kiminsə üzərində hegemonluq etmək niyyətində ola, nə də heç kəsin hegemonluğuna tabe olmaya.

99
00:15:44,260 --> 00:15:55,200
İran xalqı bunu əməli surətdə nümayiş etdirib. Doğrudur, kitablarda yazırlar, mütəfəkkirlər, siyasi analitiklər bu mövzular ətrafında danışırlar;

100
00:15:55,600 --> 00:16:07,460
intəhası kitab, məqalə hara, reallıq hara? Bu reallığı İslam İnqilabı meydana gətirdi. İslam İnqilabı sistemi kökündən dəyişdi.

101
00:16:08,130 --> 00:16:16,200
Onlar da bu dəyişikliyin qarşısında boş-bikar oturmadılar; düşmənçiliklər ilk gündən başladı;

102
00:16:16,530 --> 00:16:26,460
bu günə qədər 40 ilə yaxındır. Bu 40 il ərzində növbənöv, cürbəcür düşmənçiliklər ediblər (sizlər, əlbəttə ki, bilirsiniz,

103
00:16:26,730 --> 00:16:38,660
amma yetişməkdə olan gənc nəsil üçün bütün bunları açıqlamaq lazımdır); müharibədən, sanksiyalardan, nalayiq ittihamlardan tutmuş

104
00:16:39,130 --> 00:16:48,400
ölkə daxilinə nüfuz etməyə, təhlükəsizliyi hədəfə alan məkrli planlara, mədəni işlərə, daxildə konflikt yaratmaq cəhdlərinə qədər

105
00:16:48,860 --> 00:16:57,800
İranda əllərindən gələn hər bir işi görmək üçün böyük məbləğdə pullarını belə əsirgəməyiblər. Amma bütün hallarda da məğlubiyyətə uğrayıblar. Artıq 40 il ötür.

106
00:16:59,200 --> 00:17:06,400
Əgər onların məkrli planlarının bir təsiri olsaydı, indiyə qədər İslam Respublikası yüz dəfə süqut etməli idi,

107
00:17:07,460 --> 00:17:11,530
necə dəyərlər, yeddi kəfən çürütməli idi.

108
00:17:12,330 --> 00:17:18,130
Bizim isə bu gün 40 illik iqtidarımız var.

109
00:17:18,130 --> 00:17:30,260
İran xalqı düşmənçiliklərin, xəbisliklərin, təzyiqlərin qarşısında 40 il müqavimət göstərərək onlara üstün gəlməyi bacarıb.

110
00:17:30,530 --> 00:17:43,130
İran xalqı elə çətin etaplardan keçə bilib ki, başqa xalqlar onların heç birindən də keçə bilmirlər; özünüz müqayisə edin.

111
00:17:43,800 --> 00:17:54,660
İslami oyanış yadınızdadır? Müəyyən ölkələrdə xalq hərəkatları start götürdü, əzəmətli nümayişlər müşahidə olundu, xalqlar ayağa qalxıb müqavimət göstərdi, etiraz etdi,

112
00:17:55,930 --> 00:18:01,060
amma aqibəti necə oldu? Nə yerdə qaldı? Nə edə bildilər?

113
00:18:01,860 --> 00:18:10,800
Ərəb ölkələrindəki – Şimali Afrika və Qərbi Asiya regionlarındakı islami oyanış hərəkatı

114
00:18:11,460 --> 00:18:21,130
vətəndaş müharibəsi ilə, daxili fitnələrlə, qardaş qırğını ilə, məzhəb və etnik mənsubiyyət zəminində konfliktlərlə nəticələndi; hələ də bu bəlalardan yaxa qurtara bilməyiblər.

115
00:18:21,600 --> 00:18:27,730
Bu, birinci mərhələ idi. Birinci mərhələdən belə keçə bilmədilər,

116
00:18:28,730 --> 00:18:36,130
İran xalqı isə bütün bu mərhələlərdən qüdrət və başıucalıqla keçib.

117
00:18:36,530 --> 00:18:44,260
Monarxiyanın devrilməsi, kökünün kəsilməsi balaca bir iş deyildi; bu ölkədə bu baş verib.

118
00:18:45,460 --> 00:18:50,860
Bu ölkədə əsrlər boyu monarxiya – xalqa məhəl qoymayan,

119
00:18:51,460 --> 00:18:58,660
ictimai rəyə əsaslanmayan, istədiyini edən, istədiyi qərarları verən

120
00:18:59,400 --> 00:19:07,460
mütləq güc və hakimiyyət hökm sürmüşdü; biz əsrlər boyu bu cür yaşamışdıq.

121
00:19:08,060 --> 00:19:18,200
İslam Respublikası, ümmətin İmamı, İmamın arxasında duran xalq bu hökumətin kökünü qoparıb ata bildi; bu, çox böyük bir iş idi,

122
00:19:18,200 --> 00:19:29,260
amma ölkədə monarxiyanın kökünün kəsilməsindən sonra baş vermiş bəzi işlər ondan da böyük və əzəmətli idi.

123
00:19:30,460 --> 00:19:44,730
Bu 40 il ərzində İslam dövlətinin qorunub saxlanması bilirsiniz, bu ölkəyə, bu xalqa necə böyük təzyiqlər bahasına başa gəlib?

124
00:19:44,730 --> 00:19:50,400
Amma bu xalq duruş gətirə bilib, dözüb.

125
00:19:51,600 --> 00:20:03,000
İslam İnqilabı ilə ərəb ölkələrində baş vermiş o hay-küylü qiyam və inqilablar arasında az öncə apardığımız müqayisə

126
00:20:03,260 --> 00:20:13,200
ibrətvericidir. Onların uğur qazananları da – misal üçün,

127
00:20:13,460 --> 00:20:21,460
Fransa və sairlə mübarizə nəticəsində müstəqillik əldə edə bilmiş bəzi Şimali Afrika ölkələri –

128
00:20:21,460 --> 00:20:30,860
bir müddət sonra elə müstəmləkəçilərin mədəniyyəti içərisində əriyib gediblər.

129
00:20:31,600 --> 00:20:45,200
Mən prezident olduğum dövrdə həmin ölkələrdən birinin baş naziri bura gəlmişdi (indi ad çəkmək istəmirəm), görüşümüz olmuşdu;

130
00:20:45,600 --> 00:20:56,800
söhbətə başladı, ərəbcə danışırdı; hansısa mövzuya toxunmaq istəyirdi, həmin sözün ərəbcəsini bilmədiyi üçün

131
00:20:57,730 --> 00:21:07,130
çevrilib, arxasında oturmuş müşavirinə fransızcasını dedi

132
00:21:08,130 --> 00:21:11,860
və ərəbcə qarşılığını soruşub öyrəndi.

133
00:21:12,260 --> 00:21:23,530
Yəni Fransa mədəniyyəti həmin ölkədə o dərəcədə hakim olmuşdu ki, ölkənin baş naziri

134
00:21:23,860 --> 00:21:34,260
doğma dili olan ərəb dilini doğru-dürüst bilmirdi. Ərəbcə deyilən bir sözü onun üçün fransızcaya tərcümə etməli idilər ki, nədən söhbət getdiyini anlasın.

135
00:21:35,000 --> 00:21:40,130
Bu ölkələr bu cür yarıyolda ilişib qaldılar;

136
00:21:41,200 --> 00:21:48,130
halbuki İslam Respublikası bu yolu 40 ildir ki, qüdrətlə irəliləyərək gəlir.

137
00:21:48,730 --> 00:21:55,000
Bəli, bu düşmənçiliklər olub, bu gün də var.

138
00:21:55,330 --> 00:22:07,600
Diqqət edin: mühüm olan budur ki, biz hər bir mərhələdə düşmənin düşmənçiliyinin mahiyyətini dərk edək, əleyhimizə hansı işi gördüyünü bilək;

139
00:22:08,460 --> 00:22:12,330
düşmənin planını anlayaq; eynilə müharibədə olduğu kimi.

140
00:22:12,730 --> 00:22:23,000
Müharibədə düşmənin planının nə olduğunu əvvəlcədən ehtimal edə bilsən, qarşısını alırsan, hazırlaşırsan;

141
00:22:23,730 --> 00:22:31,000
ya yaxşıca müdafiə olunursan, ya da ilk olaraq özün hücuma keçirsən; hərbi savaşda belədir.

142
00:22:32,130 --> 00:22:42,530
Təbliğat müharibəsində, iqtisadi müharibədə, mədəni savaşda, təhlükəsizlik müharibəsində, nüfuz müharibəsində

143
00:22:42,860 --> 00:22:50,060
(hamısı müharibədir) – bütün bunlarda da eyni vəziyyətdir: düşmənin nə etmək istədiyini düzgün ehtimal etməlisiniz.

144
00:22:50,060 --> 00:22:57,460
Bu gün heç ehtimallara da ehtiyac yoxdur; sayıq və məlumatlı olan hər kəs üçün vəziyyət aydındır.

145
00:22:58,400 --> 00:23:08,600
Bu xalqa doğru bir vaxtlar olmayan, hazırda isə hər kəs üçün əlçatan olan yollarla

146
00:23:09,260 --> 00:23:22,800
minlərlə “topxana”dan –yalan topxanalarından, problemləri şişirtmə topxanalarından gecə-gündüz atəş açmaqdadırlar. Biz internet məkanı ilə bağlı həmişə bunu xatırladırıq;

147
00:23:23,660 --> 00:23:31,330
deyirik ki, virtual aləmdə düşmən topxanalarından açılan atəşlərə qarşı diqqətli olun, sayıqlığınızı əldən verməyin.

148
00:23:32,060 --> 00:23:42,330
Düşmən virtual aləmdən sizin kimliyinizin, varlığınızın, dövlətinizin, inqilabınızın əleyhinə istifadə edir.

149
00:23:44,530 --> 00:23:50,530
Əsassız statistikalar təqdim edir, yalanlar uydurur, iftira edir,

150
00:23:51,930 --> 00:24:00,130
xalqın sevdiyi, camaatın inamını qazanmalı olan şəxslərin imicini korlayır,

151
00:24:00,660 --> 00:24:12,060
inqilabın uğurlarını ört-basdır edir, yalan-yanlış təsəvvür yaratmağa çalışırlar;

152
00:24:13,660 --> 00:24:26,130
uğursuzluqlar, zəif cəhətlər, çatışmazlıqlar birdirsə, yüzmüş kimi göstərir, bir yerdədirsə, hər yerə aid edirlər;

153
00:24:26,860 --> 00:24:40,200
düşmənin gördüyü işlər bunlardır; düşmən bunları edir; nəyə görə? Ona görə ki düşmən İslam İnqilabının qələbəsinin sirrini anlayıb.Ona görə ki düşmən İslam İnqilabının qələbəsinin sirrini anlayıb.

154
00:24:40,660 --> 00:24:53,130
O bilir ki, bu qələbənin sirri xalqın inam və etiqadındadır, elə ona görə də bu inamı yox etmək istəyir. Orta və yaşlı nəsildə bu inamı məhv edə bilməsə də,

155
00:24:53,660 --> 00:25:03,660
yetişməkdə olan gənc və yeniyetmələrdə etmək istəyir ki, daha camaat bu inqilabın və bu dövlətin arxasında durmasın; məqsədi budur.

156
00:25:04,930 --> 00:25:14,530
Bu gün düşmən insanlarımızın ümidini qırmağa, onları pessimistləşdirməyə, xalqımızın özünəinamını yox etməyə,

157
00:25:15,600 --> 00:25:19,330
gələcəyi ona qaranlıqmış kimi göstərməyə çalışır.

158
00:25:19,330 --> 00:25:28,000
Təəssüf ki, ölkə daxilində də bir qrup adam düşmənin bu işini həyata keçirir;

159
00:25:28,260 --> 00:25:35,530
indi bəziləri nə etdiyini dərk etmir, bəziləri isə bunu bilə-bilə edir.

160
00:25:35,800 --> 00:25:45,600
Eynən düşmənin etdiyini edirlər: xalqın ümidini yox etmək, onu-bunu günahlandırmaq, xalqın düşüncəsinə doğruların əvəzinə,

161
00:25:46,000 --> 00:25:56,930
düşmənin uydurduğu ağ yalanları yeritmək. Təəssüf ki, daxildə də bir qrup adam bunları edir.

162
00:25:57,200 --> 00:26:11,130
Ölkədə düşmənin dəyirmanına su tökənlər Allahdan qorxmurlar; onların siyasəti dini olmaq əvəzinə

163
00:26:11,130 --> 00:26:18,660
dinləri siyasidir; dinləri siyasətdir.

164
00:26:19,330 --> 00:26:33,200
Bizim siyasətimiz dini olmalıdır, daha dindarlığımız siyasətə, rəzil siyasi hədəflərə xidmət etməməlidir;

165
00:26:34,130 --> 00:26:41,330
bunlarsa bu cürdür; bunlarda təqva yoxdur; hansısa siyasi cinaha dəstək olmaq, hansınısa vurmaq,

166
00:26:41,660 --> 00:26:52,330
kiminsə siyasi nüfuzunu qaldırmaq, kimisə yerə vurmaq üçün düşmənin gördüyü işi görürlər. Təəssüf ki, daxildə də bu işlərə əl atanlar var.

167
00:26:53,330 --> 00:27:03,460
Bəzilərinin ixtiyarında media yoxdur, bəzilərinin isə öz mediası, xəbər portalı, təbliğat ruporu var,

168
00:27:04,130 --> 00:27:14,200
danışa bilirlər; danışırlar, amma nə Allahı, nə dini, nə də insafı nəzərə alırlar,

169
00:27:15,260 --> 00:27:25,060
bununla da düşmənin istədiyini etmiş olurlar. Düşmən də daxildə belə şeylərin baş verməsini böyük zövq və həvəslə izləyir;

170
00:27:26,000 --> 00:27:34,660
görürsən ki, səhər bunlar danışan kimi, elə o gecəsi Amerika və İngiltərə radiosunda həmin məsələlər geniş əks-səda doğurur.

171
00:27:35,200 --> 00:27:43,730
Bunlar düşməni sevindirir, onu xalqın və dövlətin əleyhinə xoşhallandırır;

172
00:27:45,400 --> 00:27:53,400
xalqı, yetişməkdə olan gənc nəsli ümidsizləşdirmək bahasına.

173
00:27:54,060 --> 00:28:03,260
Özəlliklə də bu gün rəhbər postda olan, yaxud da dünənə qədər əllərində hər cür idarəçilik imkanları olmuş şəxslər; fərqi yoxdur.

174
00:28:05,000 --> 00:28:15,060
Elə insanlar var, görürsən ki, ya bu gün ölkənin bütün idarəçilik imkanları əllərindədir,

175
00:28:15,330 --> 00:28:26,060
yaxud da dünənə qədər bütün işlər ixtiyarlarında olub, amma müxalifət rolu oynayırlar.

176
00:28:26,200 --> 00:28:34,660
Belə şəxslərin daha ölkənin əleyhinə danışmaq, mövqe tutmaq haqqı yoxdur;

177
00:28:34,660 --> 00:28:41,000
onlar özlərində məsuliyyət hiss edərək mövqe seçməli, cavabdehlik etməlidirlər. Mənim əlimdə imkanlar varsa,

178
00:28:41,600 --> 00:28:49,600
mən daha kimisə ittiham edə bilmərəm, əksinə, cavabdehlik etməli, ixtiyarımda olan imkanlarla hansı işləri gördüyüm barədə hesabat verməliyəm.

179
00:28:50,930 --> 00:29:01,530
O insanlarsa cavabdehlik etmək əvəzinə, gəlib kimlərinsə əleyhinə danışır, hansısa iddialarla çıxış edir, kimisə günahlandırırlar; belə olmaz;

180
00:29:02,060 --> 00:29:08,930
xalq bunu qəbul etmir. Kimlərsə bu hərəkətlərinin xalqa təsir göstərdiyini güman edə bilər,

181
00:29:08,930 --> 00:29:15,000
amma belə deyil, xalqımız gözüaçıq bir xalqdır, hər şeyi yaxşı başa düşür, belə şeyləri qəbul etmir.

182
00:29:15,330 --> 00:29:25,730
İslam Respublikasının bütün rəhbər şəxslərinin – ilk gündən bu günə qədər – mühüm xidmətləri olub;

183
00:29:26,130 --> 00:29:35,260
görmüşük, şahidi olmuşuq; biz də yanlarında olmuşuq, bu xalqa, bu dövlətə necə xidmət etdiklərini görmüşük. Əlbəttə, bəzən ziyan vurduqları da olub;

184
00:29:36,730 --> 00:29:39,800
xidmətləri də olub, ziyan vurduqları da.

185
00:29:43,200 --> 00:29:54,730
Bütün bu vaxt ərzində hökumətdə, parlamentdə və ədliyyə sistemində təmsil olunan aparıcı simaların göstərdiyi dəyərli xidmətlərə görə Allaha şükürlər etmək lazımdır;

186
00:29:56,800 --> 00:30:04,330
əksəriyyəti də, həqiqətən, xidmət edən insanlar olub. Nöqsanları, dəyən ziyanları tənqid etmək də lazımdır,

187
00:30:04,330 --> 00:30:15,930
intəhası bu tənqid insaflı və məsuliyyətli olmalıdır, daha təhqiramiz ifadə və haqsız ittihamlarla müşayiət olunmamalıdır.

188
00:30:16,600 --> 00:30:24,860
Tənqid, tənqidə dözümlü yanaşmaq vacibdir, amma iftira, böhtan haramdır.

189
00:30:26,600 --> 00:30:34,730
Tənqid bir şeydir, iftira etmək, böhtan atmaq, düşmənin dediyini təkrarlamaq başqa bir şeydir; bu ikisi bir-birindən fərqlidir;

190
00:30:36,130 --> 00:30:45,930
tənqid insaflı, məntiqli, məsuliyyətli olmalıdır. Kiməsə qara yaxmaq hünər deyil;

191
00:30:46,600 --> 00:30:59,000
əsassız və məsuliyyətsiz şəkildə, aralarında fərq qoymadan o qurumu, bu qurumu, o hakimiyyət orqanını, bu hakimiyyət orqanını ittiham etmək yaramaz;

192
00:30:59,000 --> 00:31:06,600
yoldan ötən hər kəs, hər bir uşaq əlinə daş alıb camaatın şüşələrini sındıra bilər; bu, hünər deyil ki;

193
00:31:09,060 --> 00:31:16,860
hünər odur ki, insan məntiqlə, insafla danışa, nəfsinin,

194
00:31:17,600 --> 00:31:28,260
şəxsi maraqlarının diktəsi ilə, güc və nüfuz əldə etmək xatirinə danışmaya,  Allahı nəzərə ala;

195
00:31:29,060 --> 00:31:37,200
“Qulaq, göz və ürək (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (“İsra” surəsi, 36-cı ayədən)

196
00:31:40,200 --> 00:31:52,460
Bilin ki, bu gün danışdığınız sözlər Qiyamət günü təcəssüm edərək qarşınızda duracaq əməllərdir, Allah-taala onlara görə sizi sorğu-sual edəcək.

197
00:31:54,130 --> 00:32:03,800
İnsan ürəyi istədiyi hər sözü danışa bilməz. Özünü inqilabçı kimi göstərmək başqadır, həqiqətən inqilabçı olmaq başqa.

198
00:32:05,530 --> 00:32:14,200
Özünü inqilabçı kimi göstərmək odur ki, insan özündə bir inqilabçı görüntüsü yaradır, özünü elə göstərir ki, guya inqilabı dəstəkləyir; inqilabçı olmaq isə çətin işdir;

199
00:32:14,860 --> 00:32:18,460
ürəkdən bağlılıq lazımdır, dindar olmaq lazımdır.

200
00:32:21,060 --> 00:32:32,530
İnsan on il boyunca ölkədə hər işin başında durduğu halda, o biri onillikdə ölkənin əleyhinə danışan müxalif bir qüvvəyə çevrilə bilməz ki; belə bir şey ola bilməz axı;

201
00:32:36,260 --> 00:32:43,530
bütün əzəməti ilə 9 dey xalqın bu oyunlara verdiyi cavab idi.

202
00:32:43,800 --> 00:32:54,600
9 dey dini, inqilabi dəyərlərin müdafiəsi idi.

203
00:32:55,730 --> 00:33:03,400
Bizim orada göstərdiyimiz müqavimət seçkilərin müdafiəsi naminə göstərilən müqavimət idi. O zaman mən açıq-aşkar bildirdim ki,

204
00:33:03,730 --> 00:33:12,130
bizə seçkinin nəticələrinin ləğv olunması üçün təzyiq göstərirlər, amma mən bu təzyiqlərə tabe olmayacağam; mən bunu açıq elan etdim.

205
00:33:12,330 --> 00:33:20,460
Söhbət inqilabi dəyərlərdən, İslam dövlətinin dəyərlərindən gedir; o vaxt da belə idi, hazırda da belədir.

206
00:33:24,000 --> 00:33:33,200
Biz özümüzə qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıyıq. İmam buyurmuşdur ki, insanların hazırkı vəziyyətini meyar bilmək lazımdır.

207
00:33:33,530 --> 00:33:44,130
Bu nə deməkdir? İmam müdrik bir insan idi; bu o deməkdir ki, heç kəsin ölənə qədər dürüst qalacağına zəmanət yoxdur,

208
00:33:44,400 --> 00:33:53,330
hər bir kəs özünə qarşı diqqətli olmalıdır. Hafiz demişkən: حکم مستوري و مستي همه بر عاقبت است

209
00:33:54,400 --> 00:34:05,200
İmamın hərəkatı başlanandan bəri – 1340-42-ci illərdən bu yana –

210
00:34:05,800 --> 00:34:14,000
bu 40-50 ildə biz nələr görməmişik?! Enişlər, yüksəlişlər, kəskin davranışlar, passiv davranışlar, ifratlar, təfritlər.

211
00:34:14,860 --> 00:34:20,800
Bu müddətdə əcaib şeylər görmüşük. Özümüzə qarşı son dərəcə diqqətli və tələbkar olmalıyıq.

212
00:34:23,330 --> 00:34:35,200
Təbliğat sferasında görülməli olan işlərdən biri də xalq arasında qəsdən yayılmış şübhələri cavablandırmaqdır.

213
00:34:36,400 --> 00:34:45,860
Əlbəttə ki, təbliğat qurumlarımız hamısı – İslami Maarifləndirmə Nazirliyi, Təbliğat Komitəsi, Təbliğat Baş İdarəsi,

214
00:34:46,860 --> 00:34:56,260
media, informasiya və kommunikasiya sahələrinə cavabdeh olan qurumlar, Dövlət Teleradiosu və sair

215
00:34:56,530 --> 00:35:07,800
Hamısı ehtiyatlı olmalıdırlar, çünki düşmən daim şübhə yaratmaqdadır; ardıcıl olaraq, çoxlu sayda şübhələr! Bu şübhələri aradan qaldırmaq, bu düyünləri açmaq,

216
00:35:08,730 --> 00:35:15,000
insanların təfəkkürünü bu şübhələrdən azad etmək lazımdır.

217
00:35:15,930 --> 00:35:24,660
Gənclərimiz çaşqınlıq və təəccüb hissi keçirməməlidir;

218
00:35:25,660 --> 00:35:36,200
cürbəcür qüvvələr daim hansısa şübhələr yaradır, ortaya bir problem atırlar! Gənclərə kömək etmək lazımdır, beyinlərə yardımçı olmaq lazımdır.

219
00:35:37,260 --> 00:35:41,460
Düşmən həm şübhə yaradır, həm də özünü şişirdir.

220
00:35:42,600 --> 00:35:51,330
Düşmənlərimiz öz informasiya və təbliğat qurumlarında elə danışırlar ki,

221
00:35:52,200 --> 00:36:01,060
elə bil, real auditoriyalarından min dəfə çox auditoriyaları var. Min nəfəri milyon adam kimi təqdim edirlər; belə bir təsəvvür yaradırlar.

222
00:36:01,060 --> 00:36:08,930
Onların bu yalanlarına, bu şişirtmələrinə də inanmaq lazım deyil.

223
00:36:12,260 --> 00:36:19,260
Onların İslam Respublikası ilə bağlı təqdim etdiyi təhlillər – ki, İslam Respublikasında filan sahə dağılıb gedir,

224
00:36:19,600 --> 00:36:25,460
filan sahə viran qalıb, filan sahədə vəziyyət acınacaqlıdır –

225
00:36:26,130 --> 00:36:34,330
bütün bunlar reallığa uyğun olsaydı, bayaq dediyim kimi, biz indiyə qədər yüz dəfə kəfən çürütməli idik.

226
00:36:35,200 --> 00:36:44,930
İlk gün də deyirdilər ki, İslam Respublikası 6 aya dağılacaq; sonra gördülər ki, 6 aya olmadı, dedilər, 2 ilə yox olacaq;

227
00:36:45,330 --> 00:36:55,530
40 il keçib! Hamı bilsin ki, Allahın lütfü və köməyi sayəsində, biz hazırkı mərhələdə

228
00:36:56,130 --> 00:37:06,330
və həmişə düşmənlərimizin, cinayətkar Amerikanın və onunla əlbir olanların kürəyini yerə vuracağıq!

229
00:37:28,860 --> 00:37:41,730
Bizim başlıca düşmənimiz olan ABŞ dünyanın ən zalım və korrupsion dövlətlərindən biridir.

230
00:37:57,130 --> 00:38:08,860
Terrorçuları himayə edir, İŞİD-i əlindən gəldiyi qədər himayə edib terroru dəstəkləyir (aldığımız xəbərlərə görə, hap-gopuna baxmayaraq,

231
00:38:09,060 --> 00:38:18,200
hazırda da altdan-altdan İŞİD-ə və onlar kimi başqa təkfirçilərə dəstək verməkdədir),

232
00:38:19,330 --> 00:38:25,460
terroristləri, diktator hökumətləri dəstəkləyir;

233
00:38:25,860 --> 00:38:38,860
vaxtilə İran şahını da dəstəkləyirdi, hazırda da Səudiyyədə hakimiyyətdə olan zalım kral ailəsini, habelə regiondakı bəzi zalım sülalələri dəstəkləyir.

234
00:38:39,600 --> 00:38:50,130
Daha bundan yanlış nə iş, bundan böyük nə korrupsiya ola bilər?! Cinayətkarları himayə edir;

235
00:38:50,600 --> 00:39:00,330
istər Fələstində cinayət törədən İsrail rejimi olsun, istərsə də

236
00:39:00,730 --> 00:39:05,730
Yəməndə hər gün bir qrup insanı qanına qəltan edən cinayətkarlar.

237
00:39:09,330 --> 00:39:17,930
Hətta öz ölkələrində belə cinayətkarlıq edir, qaradərililərə təzyiq göstərirlər;

238
00:39:19,330 --> 00:39:31,800
Amerika polisi heç bir tutarlı səbəb olmadan qaradərili kişi, qadın, uşaq və gəncləri qətlə yetirir,

239
00:39:32,400 --> 00:39:38,330
Amerika məhkəmələri isə bu cinayətləri törədən polis nəfərləri üçün bəraət hökmü çıxarır, onları sərbəst buraxır.

240
00:39:39,260 --> 00:39:52,660
Öz məhkəmə sistemləri budur, sonra da başqa ölkələrin məhkəmələrinə, eləcə də bizim ölkəmizin dinə əsaslanan ədliyyə sisteminə

241
00:39:54,260 --> 00:39:59,330
irad bildirirlər, nöqsan tuturlar! Əlbəttə ki, bizim ədliyyə sistemimiz tamamilə nöqsansız deyil.

242
00:39:59,660 --> 00:40:09,060
Biləsiniz ki, mən ölkəmizin ədliyyə strukturlarında, eləcə də icraedici hakimiyyət orqanlarında olan nöqsanlar barədə məlumatsız deyiləm.

243
00:40:09,200 --> 00:40:16,600
Bu barədə mənim məlumatım, bəlkə də, başqalarından da çoxdur, lakin mən müsbət cəhətləri də görürəm.

244
00:40:18,060 --> 00:40:21,130
Əminullahı ziyarət edərkən duada deyirik:

245
00:40:21,130 --> 00:40:23,660
ذاکِرَةً لِسَوابِغِ آلائِک

246
00:40:24,000 --> 00:40:27,330
İnsan Allahın ona verdiyi nemətləri də nəzərə almalıdır.

247
00:40:28,130 --> 00:40:40,330
Bəli, rüşvətxor hakimlərimiz də var, ədalətli və etibarlı hakimlərimiz də; ucdantutma hamını rədd etməyə haqqımız yoxdur.

248
00:40:40,600 --> 00:40:51,800
İcraiyyə orqanlarında vəzifəpərəst, həyasız və pulgir məmurlarımız da var, əli təmiz və zəhmətkeş məmurlarımız da;

249
00:40:51,800 --> 00:41:01,060
eyni ittihamı ucdantutma hamısına aid edə bilmərik; diqqətli olmaq lazımdır.

250
00:41:02,800 --> 00:41:15,400
Qərb dünyasında, o cümlədən Amerikada olan məhkəmələr və dövlət orqanları göz önündədir (həbsxanalarında necə rüsvayçı vəziyyət hökm sürür,

251
00:41:15,730 --> 00:41:21,400
vətəndaşları üçün necə qəribə problem və çətinliklər yaradırlar;

252
00:41:22,330 --> 00:41:31,130
rüşvət və sair;) amma Hollivud filmlərində elə göstərirlər ki, elə bil, bunlardakı kimi saf və təmiz administrasiya yoxdur.

253
00:41:31,130 --> 00:41:40,060
Bayaq misal çəkdiyim kimi: Amerikada bir qaradərili qətlə yetirilirsə, qatilin cəzasına çatıb-çatmayacağına

254
00:41:40,060 --> 00:41:45,200
heç kəs zəmanət verə bilməz; Amerika dövləti budur.

255
00:41:47,730 --> 00:41:57,400
Bəli, qarşımızda belə bir düşmən var və bu düşmən bizə qarşı əlindən gələn hər bir şeyi edir, kifayət qədər çox pullar da xərcləyir, planlar da cızır.

256
00:41:58,200 --> 00:42:07,200
Ölkə daxilində əhali arasında konflikt yaratmaq üçün – istər siyasi zəmində olsun, istər məzhəb və etnik mənsubiyyət zəminində,

257
00:42:07,400 --> 00:42:13,400
istərsə də dil fərqi zəminində – bacardığını edir.

258
00:42:13,860 --> 00:42:20,800
Ölkəmizin əleyhinə hansısa işlər görə bilmək üçün ətrafımızdakı bu pullu dövlətləri də bizə qarşı kökləyib,

259
00:42:21,000 --> 00:42:25,400
onlardan da maddi dəstək alır.

260
00:42:25,860 --> 00:42:32,860
Əllərindən gələn hər bir işi görürlər, amma Allahın köməyi ilə, bu günə qədər hər zaman burunları ovulub

261
00:42:33,200 --> 00:42:36,460
və bilsinlər ki, biz qüdrətlə irəli gedəcəyik.

262
00:42:59,000 --> 00:43:05,400
Allahın izni ilə, biz hər bir sahədə Amerikanı məyus edəcəyik.

263
00:43:08,600 --> 00:43:16,530
İndiyə qədər Amerika hökumətinin başında duranlar da bikar oturmamışdılar, onlar da çox işlər görürdülər.

264
00:43:18,060 --> 00:43:26,060
Reyqan Trampdan  həm güclü, həm də ağıllı idi;

265
00:43:30,060 --> 00:43:39,330
bizə qarşı təhdid və hay-küy formasında olsa belə, əməli surətdə bəzi addımlar da atmışdı. O, peşəkar idi, aktyorluğu da bundan daha yaxşı idi,

266
00:43:40,600 --> 00:43:51,330
əleyhimizə bəzi əməli işlər də görmüşdü; təyyarəmizi vurmuşdular, elə bir iş görmüşdülər. Bu gün Reyqan haradadır, İslam Respublikası harada?

267
00:43:52,860 --> 00:44:03,330
Bu gün İslam Respublikası Reyqan dövründəki ilə müqayisədə qat-qat irəli gedib, inkişaf edib; bütün sferalarda.

268
00:44:04,400 --> 00:44:15,130
O isə hazırda ilahi əzab içərisindədir, bədəni çürüyüb torpağa qarışıb, ruhu isə, bizim əqidəmizə görə,

269
00:44:16,260 --> 00:44:23,860
ilahi ədalətin tənbeh və cəzasını çəkir. İndikilər də eynilə o cür olacaq;

270
00:44:24,860 --> 00:44:31,200
Allahın köməyi ilə, İslam Respublikası öz ayaqları üzərində möhkəm duracaq,

271
00:44:31,460 --> 00:44:41,260
İslam Respublikasının zəifləyib məhv olması arzusu isə bir dağ kimi onların ürəyində qalacaq.

272
00:45:03,260 --> 00:45:13,400
Əlbəttə ki, bəziləri əllərinə geydikləri “məxmər əlcək” sayəsində bizdən bəzilərimizin başını qatmağa müvəffəq olublar;

273
00:45:14,130 --> 00:45:22,930
müəyyən etapda zahirən yumşaq davranışları, yaxud altında polad əl gizlətdikləri “məxmər əlcəkləri” ilə

274
00:45:23,260 --> 00:45:29,460
bizlərin başını qata biliblər, lakin tezliklə rüsvay olublar.

275
00:45:30,260 --> 00:45:43,600
Bu gün ABŞ-ın İslam, müsəlmanlar və İslam Respublikası əleyhinə bəslədiyi çirkin niyyətlər barədə həqiqətlər tamamilə aşkara çıxıb.

276
00:45:44,200 --> 00:45:56,530
Biz onların görə biləcəyi işləri əvvəldən bilməliyik; sanksiya tətbiq edirlər, biz iqtisadiyyatımızı daxildən rövnəqləndirməli,

277
00:45:57,000 --> 00:46:03,260
daxili potensial əsasında gücləndirməli, müqavimət iqtisadiyyatını təmin etməliyik ki, sanksiyalar ona təsir göstərməsin.

278
00:46:05,460 --> 00:46:14,000
Möhtərəm rəsmilərimiz müqavimət iqtisadiyyatına ciddi yanaşmalı, yalnız bu barədə danışmaqla kifayətlənməməlidirlər.

279
00:46:15,000 --> 00:46:23,060
Müqavimət iqtisadiyyatı ilə lüzumsuz idxal uyğun gəlmir, istehsalın zəif olması uyğun gəlmir;

280
00:46:23,730 --> 00:46:37,330
daxili istehsalı gücləndirməlidirlər. Dövlət və hökumət idarələri xarici məhsullardansa, onların daxildəki analoqlarına üstünlük verməlidirlər.

281
00:46:37,930 --> 00:46:45,330
Daxili bazarın önəmli alıcılarından biri də elə hökumət idarələridir; onların müxtəlif məhsullara ehtiyacı var, hər şey alırlar;

282
00:46:46,800 --> 00:46:54,200
qoy daxili məhsula üstünlük versinlər. Qoy əhali də daxili məhsula meyil və həvəs göstərsin.

283
00:46:54,460 --> 00:46:59,730
Düşmənin sanksiyalarının tilsimini sındırmaq üçün vasitə bunlardır;

284
00:47:00,400 --> 00:47:07,530
ola bilsin ki, bu tədbirlər tez bir zamanda, yəni 6 ay, 1 il müddətində nəticə verməyəcək, amma real çözüm yolu yalnız budur.

285
00:47:08,060 --> 00:47:17,260
Təbliğat işlərində, ideoloji müharibədə, düşmənin içimizə sızmasına qarşı mübarizədə də eynilə;

286
00:47:17,860 --> 00:47:25,660
ehtiyatlı olmaq lazımdır ki, düşmən mühüm qərarların işlənib hazırlandığı və qəbul edildiyi dövlət orqanlarına nüfuz edə bilməsin.

287
00:47:25,800 --> 00:47:36,200
Düşmənin yaltaq davranışlarına isə ciddi yanaşmasınlar; onun o sevgi və xoş münasibət ifadə etməsini, “gəl əl tutub görüşək”, “oturub söhbət edək”

288
00:47:36,660 --> 00:47:41,530
və sair bu kimi səmimiyyətsiz mesajlarını ciddi qəbul etməsinlər; düşmənin nə etmək istədiyini bilsinlər. Bunları bilsəniz,

289
00:47:41,860 --> 00:47:48,660
bunları bilsək, bunlara riayət etsəniz, bunlara riayət etsək, bilin ki,

290
00:47:49,060 --> 00:47:56,460
İslam Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da irəliyə doğru hərəkətini davam etdirəcək;

291
00:47:56,460 --> 00:48:04,200
bu gün mövcud olan problemləri – mən əhalimizin öz gündəlik məişət həyatında bahalıq, inflyasiya, durğunluq

292
00:48:04,460 --> 00:48:10,200
və sair bu kimi müxtəlif problemlər yaşadığını bilirəm – bütün bu çətinlikləri

293
00:48:10,200 --> 00:48:16,930
rəsmilərin əzmkar əməyi sayəsində həll etmək mümkündür və Allah-taala

294
00:48:17,260 --> 00:48:21,730
problem və düyünləri çözəcək bu əzmin mükafatını verəcək, inşallah.

295
00:48:21,730 --> 00:48:31,460
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi öz razılıq və köməyin olan işlərə istiqamətləndir və bizə yardım et.

296
00:48:32,660 --> 00:48:34,130
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.