1
00:00:00,860 --> 00:00:03,660
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:05,000 --> 00:00:11,800
والحمدللّه ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:17,400 --> 00:00:20,200
سيّما بقيّة اللّه في الارضين

4
00:00:20,660 --> 00:00:29,460
Çox xoş gəlmisiniz. Mənim üçün həmişə olduğu kimi çox xoş və arzulanan bir görüşdür.

5
00:00:30,800 --> 00:00:43,000
Mənim üçün də bügünkü görüşümüz bu yerdə yekunlaşmış sayılır; bu mənada ki mən bu görüşdən alacağım zövqü aldım, faydalana biləcəyim qədər faydalandım;

6
00:00:43,800 --> 00:00:53,600
əvvəla sizləri gördüm, fikirlərinizi eşitdim, xoşbəxtlikdən, bu gün gənclərimizdə görə bildiyimiz o əzm, stimul

7
00:00:54,600 --> 00:01:05,200
və ruhiyyəni sizdə hiss etdim. Və etdiyiniz çıxışlardan bəhrələndim; yəni həqiqətən də, faydalandım.

8
00:01:05,730 --> 00:01:11,930
Odur ki mən bu görüşdən öz faydamı götürdüm. İndi bir neçə cümlə də mən deyim.

9
00:01:12,330 --> 00:01:18,400
Unutmadan sizdən xahiş edim ki, müəyyən səbəblərlə,

10
00:01:18,930 --> 00:01:27,930
vəziyyət və şəraitlə bağlı builki görüşümüzdə iştirak etməyən, lakin iştirak etməyə haqqı çatan digər çoxsaylı gənc alimlərə,

11
00:01:28,260 --> 00:01:36,200
mənim əziz qardaş və bacılarıma da salamımı çatdırasınız. Mən onları da salamlayıram.

12
00:01:37,000 --> 00:01:49,330
Mən həmişə gənclərin, xüsusilə də gənc alimlərin arasında olanda ilk növbədə şükür hissi keçirirəm; Allah-taalaya şükür etmək istəyirəm;

13
00:01:49,800 --> 00:01:52,600
“Sizə gələn hər bir nemət Allahdandır”. (“Nəhl” surəsi, 53-cü ayədən)

14
00:01:53,200 --> 00:02:05,530
Siz bizim üçün Allahın nemətisiniz. Bu dövlətə canı yanan insanlar üçün ilahi bəxşiş hesab olunursunuz.

15
00:02:06,130 --> 00:02:17,800
Mənim kimi uzun ömür yaşamış şəxslər üçün siz gənclər, həqiqətən də, Allahın lütfü və nemətisiniz; şükür Allaha.

16
00:02:18,200 --> 00:02:32,130
İkincisi, ümid; ölkənin gələcəyinə, qarşımızdakı üfüqlərə önəm veririk; sizi görəndə insan bu gələcəyin,

17
00:02:32,330 --> 00:02:45,130
inşallah ki, ümid etdiyimiz və arzuladığımız kimi olacağına ümidlənir.

18
00:02:48,130 --> 00:02:58,400
Cənab Səttarinin də qeyd etdiyi kimi, ölkəmiz dünya üzrə misilsiz bir insan potensialına malikdir.

19
00:02:58,800 --> 00:03:06,800
Bu potensialın qaymaqları isə cəmiyyətimizin intellektual elitasıdır;

20
00:03:08,400 --> 00:03:17,660
onlar hər bir şəxsdə məsuliyyət hissini oyada bilər.

21
00:03:18,200 --> 00:03:25,330
İntellektual elita düzgün istiqamət götürüb doğru yolda irəlilədiyi zaman

22
00:03:25,730 --> 00:03:32,600
onları tanıyan və görən hər kəsdə məsuliyyət hissi yaranır.

23
00:03:33,860 --> 00:03:44,930
Elə ona görə də mən görkəmli şəxslərin cəmiyyətdəki rolu və əhəmiyyətinə çox böyük və dərin inam bəsləyirəm; yəni sizləri qəbul və təqdir edirəm.

24
00:03:46,260 --> 00:03:56,660
Eyni zamanda mən ümid və xahiş edirəm ki, Görkəmli Xadimlər Fondu, eləcə də hökumətdə təmsil olunan, prezidentin müavini olan cənab Səttari özü

25
00:03:57,060 --> 00:04:10,000
bütün ölkə rəsmilərinin intellektual elitanın bu rolu və əhəmiyyətinə sözün həqiqi mənasında inanması üçün çalışsınlar. Mənim gözləntilərimdən biri budur: rəsmilər ziyalılara, görkəmli şəxslərə inansınlar.

26
00:04:10,460 --> 00:04:19,730
Əvvəla inansınlar ki, bu insanlar bizdə var;  ikinci növbədə inansınlar ki, bu görkəmli şəxslər ölkənin müqəddəratını

27
00:04:20,400 --> 00:04:27,060
hər kəsin məqbul hesab edib razı qalacağı, alqışlayacağı bir şəkildə dəyişə bilərlər.

28
00:04:27,460 --> 00:04:35,860
Rəsmilərimizdən bəzilərində bu inam yoxdur, bu məsələyə diqqət və önəm vermirlər; onlarda bu inamı yaratmaq, diqqətlərini bu mövzuya çəkmək lazımdır.

29
00:04:36,400 --> 00:04:44,130
Yaxşı, mən Görkəmli Xadimlər Fondu, ictimaiyyətimizin intellektual elitası və sair barədə bir neçə cümlə deyəcəyəm,

30
00:04:44,400 --> 00:04:47,800
sonda isə siyasi mövzuda da bir cümlə qeydim olacaq.

31
00:04:48,460 --> 00:04:58,130
Birinci məsələ, yaxud birinci məqam odur ki, elmi inkişaf ölkəni qüdrətli edir.

32
00:04:58,860 --> 00:05:12,400
Dəyərli aparıcımız  bu gün bir hədis söylədi: اَلعِلمُ سُلطان – “Elm şahdır”.  “Şah” – güc, qüdrət, iqtidar deməkdir. Elm gücdür, iqtidardır.

33
00:05:13,060 --> 00:05:24,130
Həmin hədisdə elmi olan kəs haqda “صالَ” – gücü, qüdrəti olacaqdır deyilir.

34
00:05:24,930 --> 00:05:36,000
Elmi olmayanın isə “صيلَ عَلَيه” – başı üzərində güclülər ağalıq edəcəklər; yəni o, zəif və başqalarının hökmranlığı altında olacaq; elm budur.

35
00:05:36,800 --> 00:05:48,260
Bu gün siz özünüz də bunu müşahidə edirsiniz; amerikanlar və avropalılar əldə etdiklrəi elmi inkişaf sayəsində bütün dünyada ağalıq etməyə müvəffəq olublar.

36
00:05:49,000 --> 00:05:58,730
Bildiyiniz kimi, Amerika, İngiltərə, Fransa və bir çox digər Avropa ölkələri – hətta kiçik dövlətlər belə -

37
00:05:59,060 --> 00:06:10,730
uzun illər, bəziləri isə əsrlər boyu müxtəlif ölkələri işğal ediblər, onların sərvətini göyə sovuraraq məhv ediblər.

38
00:06:11,060 --> 00:06:21,460
Sahib olduqları elm sayəsində xalqlar üzərində ağalıq ediblər; daim elmi inkişaf arxasınca olublar. Biz isə bu parlaq istedadımıza,

39
00:06:21,930 --> 00:06:30,200
zəngin tarixi keçmişimizə rəğmən, qəflətə düçar olub dünya elminin karvanından geri qalmışıq; başqaları irəli gediblər. İndi biz bu boşluğu doldurmalı, bu geriliyi ortadan qaldırmalıyıq.

40
00:06:31,530 --> 00:06:41,600
Bəzi qərbmeyilli insanlar hələ 100 il öncə deyirdilər ki, əgər ölkənizin inkişaf etməsini,

41
00:06:41,860 --> 00:06:47,600
İranın irəli getməsini istəyirsinizsə, gərək Qərbin kölgəsinə sığınasınız

42
00:06:48,330 --> 00:06:55,200
(yəni qərbpərəstlik; “qərbpərəstlik” ifadəsini ilk dəfə işlədən, yazan da mərhum Ale-Əhməd olmuşdu);

43
00:06:56,000 --> 00:07:05,260
bu, yanlış bir fikir idi. Onu da deyim ki, bu ideyanı cəmiyyətdə yaymağa çalışanlardan bəziləri bunu xainlikdən,

44
00:07:05,260 --> 00:07:13,930
bəziləri isə cahillikdən edirdilər. Hələ indi də onların uzantılarından olan (tör-töküntülərindən desək, daha uyğun olar)

45
00:07:13,930 --> 00:07:22,660
bəzi insanlar bu fikri təbliğ edirlər ki, “Biz Qərbin dəstəyi ilə, Qərbin kölgəsində inkişaf etməliyik”. Xeyr, Pəhləvi dövründə

46
00:07:22,930 --> 00:07:39,260
ölkə 50 il Qərbin kölgəsində yaşadı; 50 il! O aralar bir müddət Rzaxan dövründə Almaniyaya sığınmışdıq, sonradan da sona qədər bir müddət Amerikanın kölgəsində yaşadıq;

47
00:07:39,660 --> 00:07:50,330
ölkə hansı inkişafa nail ola bilmişdi? Bədbəxtlikdən, gerilikdən, əsas sərmayəsinin məhv edilməsindən savayı nə qazanmışdı?

48
00:07:50,660 --> 00:08:00,330
Xeyr, Qərbə sığınmaqla inkişaf etmək olmur, mümkün deyil. Ölkənin Qərbin kölgəsində inkişaf edə biləcəyini deyən şəxslər nə dediklərini anlayırlarsa,

49
00:08:00,660 --> 00:08:06,000
ölkəyə xəyanət edirlər; ola da bilsin ki, cahildirlər, nə dediklərini özləri də anlamırlar.

50
00:08:07,000 --> 00:08:15,200
Yaxşı, bəs biz nə etməliyik? Asılılığa son qoymalıyıq.

51
00:08:15,200 --> 00:08:23,660
Əlbəttə ki, asılılıq hər cür olur: siyasi, iqtisadi, mədəni və sair; amma əsas siyasi asılılıqdır. Birinci növbədə

52
00:08:23,930 --> 00:08:34,200
siyasi asılılıq gəlir və ardınca digər asılılıqları gətirir. Siyasi asılılıq nəticəsində, təbii olaraq, yad mədəniyyətin də,

53
00:08:34,660 --> 00:08:44,600
iqtisadiyyatın da ölkəyə nüfuz etməsi üçün zəmin yaranır, bütün sferalarda, hətta təhlükəsizlik sahəsində belə asılılıq meydana gəlir; eynilə şah diktaturası dövründə olduğu kimi.

54
00:08:44,860 --> 00:08:51,200
O zaman biz təhlükəsizlik sferasında da asılı idik; iqtisadi asılılıq ki, ən yüksək həddə idi; mədəniyyət sahəsi eynilə.

55
00:08:51,200 --> 00:08:55,130
İslam İnqilabının bərəkəti sayəsində siyasi asılılığımız aradan götürülüb,

56
00:08:57,400 --> 00:09:05,200
lakin digər asılılıqlardan qurtulmaq daha çətindir; çalışıb-vuruşmaq lazımdır. Mən bunu indi demirəm,

57
00:09:05,200 --> 00:09:13,260
hələ ölkə prezidenti olduğum dövrdə cümə namazının xütbəsində söyləmişdim ki, siyasi asılılığımıza son qoyulub,

58
00:09:13,530 --> 00:09:21,530
əlhəmdulillah, qurtulmuşuq, amma yenə də asılıyıq; iqtisadi cəhətdən asılıyıq, mədəni cəhətdən asılıyıq;

59
00:09:21,930 --> 00:09:28,000
bunun üzərində düşünməliyik. Asılılıq acizliyə, çarəsizliyə gətirib çıxarır.

60
00:09:28,400 --> 00:09:38,800
Məhəmmədrza Pəhləvinin dostlarının yazdığı xatirələrə nəzər salanda – mən bunu o kitabların çoxunda oxumuşam –

61
00:09:39,730 --> 00:09:49,660
görürsən ki, o diktator Məhəmmədrza şahın özü bəzən amerikalıların əlindən bərk əsəbiləşirmiş.

62
00:09:50,530 --> 00:09:59,730
Onları söydüyü, nalayiq sözlər dediyi də olub; əlbəttə ki, öz kabinetində, yaxın dostlarının yanında! Evinin arxasına keçib,

63
00:10:00,330 --> 00:10:08,530
o an uzaqda olan, onu əsla eşidə bilməyəcək şəhər valisini söyən birisi kimi. Öz kabinetində arxalarınca söyüb də,

64
00:10:08,930 --> 00:10:16,060
amma buna baxmayaraq, ingilis, yaxud amerikan səfirindən bir ismarıc,

65
00:10:16,400 --> 00:10:24,660
bir telefon zəngi, bir tapşırıq gələn kimi əli qoynunda o tapşırığı yerinə yetirməyə hazır olub; başqa çarəsi olmayıb; məcbur olub.

66
00:10:24,930 --> 00:10:28,730
Asılılıq budur; buna son qoymaq lazımdır.

67
00:10:28,930 --> 00:10:37,860
Xoşbəxtlikdən, ölkəmizdə siyasi asılılığın kökü tamamilə kəsilib, lakin digər sferalarda bu baxımdan

68
00:10:38,460 --> 00:10:46,730
hələ çox iş görülməlidir. Asılılıqdan qurtuluşun başlıca amillərindən biri isə

69
00:10:47,060 --> 00:10:55,400
elə sizin vasitənizlə reallaşdırılan elmi inkişafdır. Buna əsasən, elmi-texnoloji inkişaf yolunda heç bir maneə, heç bir əngəl olmamalıdır.

70
00:10:56,000 --> 00:11:07,130
Dövlət qurumları, ictimai qurumlar, mədəniyyət və sair bu kimi müxtəlif sferaların fəalları

71
00:11:07,600 --> 00:11:12,260
elmi inkişaf yolunda heç bir əngəl yaratmamalıdırlar.

72
00:11:12,260 --> 00:11:19,860
Allaha şükürlər olsun ki, möhtəşəm potensialımız da var; nümunələrini bu gün burada gördünüz;

73
00:11:20,400 --> 00:11:31,660
mən də müxtəlif vaxtlarda çoxlu sayda belə nümunələrlə rastlaşıram, onlar barədə mənə təqdim olunan hesabatlardan məlumat alıram və ya şəxsən özləri ilə görüşürəm.

74
00:11:31,930 --> 00:11:38,260
Bilirəm ki, potensialımız fövqəladə dərəcədə böyükdür, irəli gedə bilərik. Bu, birinci məqam.

75
00:11:38,600 --> 00:11:47,400
Qeyd etmək istədiyim ikinci məqam isə Görkəmli Xadimlər Fondu və prezidentin elmi məsələlər üzrə müavinliyində mövcud olan vəziyyətlə bağlıdır. Əlhəmdulillah, xeyli inkişaf ediblər, yaxşılaşıblar.

76
00:11:47,730 --> 00:11:56,130
Son bir neçə ildə həm prezidentin elmi məsələlər üzrə müavinliyində, həm də Görkəmli Xadimlər Fondunda vəziyyətin yaxşılaşmasına şərait yaratmış bir sıra amillər özünü göstərib.

77
00:11:56,800 --> 00:12:09,330
Elmi əsaslı şirkətlər sıçrayışla inkişaf edib. Hələ 1393-cü ildə mən bu görüşdə elmi əsaslı şirkətlərin rövnəqləndirilməsinin vacib olduğunu vurğulamışdım.

78
00:12:09,660 --> 00:12:18,530
Sevindirici haldır ki, bu gün həmin şirkətlər müsbət dinamika ilə, sıçrayışlı bir şəkildə inkişaf edib; yaxşı investisiyalar yatırılıb.

79
00:12:18,730 --> 00:12:29,200
Əlhəmdulillah, universitetlərimizdə elmi heyətlər, elmi mərkəzlər yaranıb; mən bunu da dönə-dənə vurğulayırdım.

80
00:12:29,800 --> 00:12:41,460
Gənc alimlərin yetişdirilməsi prosesindəki ideoloji tendensiyalara düzəlişlər edilib. Sizin burada toxunduğunuz məqamların çoxu

81
00:12:41,730 --> 00:12:46,860
Görkəmli Xadimlər Fondu və prezidentin elmi məsələlər üzrə müavinliyində təmsil olunan rəsmilərin də

82
00:12:47,330 --> 00:13:00,930
diqqət mərkəzindədir, mənimlə bu barədə söhbətlər ediblər və əslində optimallaşdırılmış, təkmilləşdirilmiş bir kurs və metodikanın tətbiq olunması nəzərdə tutulub.

83
00:13:00,930 --> 00:13:07,930
Bütün bunlar var, intəhası yenə də məni qane etmir. “Məni qane etmir” yox,

84
00:13:08,930 --> 00:13:14,930
bunlarla kifayətlənmək olmaz. Arzulanan mövqeyə çatmaq üçün bizim qarşımızda hələ xeyli yol var, hələ o nöqtədən çox uzağıq.

85
00:13:15,730 --> 00:13:26,200
Mən bunu xüsusilə vurğulamaq istəyirəm; həm cənab Dr. Səttarinin özü üçün, həm burada iştirak edən digər rəsmilər üçün, həm də siz əzizlərim – gənc alimlər üçün.

86
00:13:26,530 --> 00:13:39,860
Elmi inkişaf məsələsində biz hansısa universitetin, tədqiqat mərkəzinin və sairin əldə etdiyi uğurlarla kifayətlənməməliyik;

87
00:13:40,400 --> 00:13:49,660
bunu ardıcıl bir proses şəklinə gətirmək lazımdır; ölkədə elm və elmi inkişaf sahəsində bir cərəyan formalaşdırılmalıdır;

88
00:13:50,460 --> 00:13:58,600
elmi inkişaf dayandırılması mümkün olmayan bir proses, cərəyan halına gəlməlidir. Hakimiyyətə gələn bu və ya digər hökumət,

89
00:13:59,000 --> 00:14:06,600
yaxud hökumət rəsmisi öz siyasi düşüncəsinə uyğun olaraq elmi inkişafa təsir göstərə, bu sahədə,

90
00:14:06,930 --> 00:14:13,600
misal üçün, müəyyən durğunluq yarada bilməməlidir. Hakimiyyətə gəlib-gedən siyasi əqidə və idarəetmə metodları

91
00:14:14,260 --> 00:14:25,730
ölkənin elmi inkişafına təsir göstərməməlidir. Bunu isə yalnız o zaman təmin etmək mümkün olacaq ki, elmi inkişaf ardıcıl gedən bir proses olsun.

92
00:14:26,330 --> 00:14:38,730
Elmi əsaslı şirkətlərə gəlincə, bu şirkətlərlə bağlı qayda və normaları azaltmaq lazım deyil. Diqqət yetirmək lazımdır ki, onların fəaliyyəti ilə bağlı qaydalar artırılsın.

93
00:14:39,200 --> 00:14:48,600
Biz təkcə kəmiyyəti artırmamalıyıq. Elm və texnologiyaya ayrılan büdcə də azaldılmamalı, əksinə, artırılmalıdır.

94
00:14:48,930 --> 00:14:57,930
Əlbəttə, dostlarımız mənə söylədilər ki, İnnovasiyalar Fondunun bəzi problemləri var. İnşallah, mən həmin problemlərin ortadan qaldırılması üçün

95
00:14:58,130 --> 00:15:03,000
tapşırıq verəcəyəm. Əlbəttə ki, maliyyə mənbələri də düzgün idarə olunmalıdır.

96
00:15:03,800 --> 00:15:09,400
Elmi məqalələrlə də bağlı bir məqama toxunmaq istəyirəm.

97
00:15:09,860 --> 00:15:18,200
Sevindirici haldır ki, bu məqalələrin sayı bizdə xeyli yüksəkdir, lakin bu, kifayət deyil; hətta deməliyik ki, bu,

98
00:15:18,600 --> 00:15:26,800
bir o qədər böyük əhəmiyyət də kəsb etmir; önəmli olan məqalələrin keyfiyyətidir. Mənim eşitdiyimə və mənə verilən məlumatlara görə,

99
00:15:27,060 --> 00:15:38,330
elmi məqalələrin keyfiyyəti baxımından bizdə vəziyyət o qədər də yaxşı deyil. Keyfiyyəti, keyfiyyət meyarlarını yüksəltmək,

100
00:15:38,800 --> 00:15:48,460
elmi məqalələrin sayı əvəzinə, onların ölkənin problemləri ilə nə dərəcədə əlaqəli olub-olmadığına diqqət yetirmək lazımdır;

101
00:15:48,660 --> 00:15:56,530
əlbəttə ki, bayaq çıxış edən tələbələrdən bəziləri də bu mövzuya toxundular. Tələbələr özləri bu barədə mənə söyləyiblər, elə mən özüm də bu fikirdəyəm ki,

102
00:15:56,930 --> 00:16:02,930
elmi araşdırma məqalələri ölkənin ehtiyclarına xidmət etməli

103
00:16:03,260 --> 00:16:11,800
və bu ehtiyaclar da elm adamları üçün açıqlanmalıdır. Onların çoxunun ölkənin real ehtiyacları barədə məlumatı olmaya bilər.

104
00:16:12,800 --> 00:16:21,600
Mövzu ilə bağlı bir məqamı da qeyd etmək istəyirəm; mən bunu daha öncə də cənab Səttarinin diqqətinə çatdırmışam. Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi

105
00:16:21,930 --> 00:16:30,530
və Elm Xadimləri Fondu vahid qərargah halında fəaliyyət göstərməyə önəm verməlidirlər. Yəni vahid qərargahın timsalında əslində

106
00:16:30,860 --> 00:16:36,800
ölkənin elm və texnologiya məsələlərinə təsir göstərə biləcək müxtəlif qurumlardan istifadə etsinlər;

107
00:16:37,000 --> 00:16:51,800
həm ali təhsillə əlaqəli iki nazirliyin, həm Azad Universitetin, həm də sənaye və neft sektorları ilə əlaqəli nazirliklərin potensialından yararlansınlar.

108
00:16:52,260 --> 00:16:58,660
Çünki bütün bu qurumlar elm və texnologiyanın inkişafına xidmət edə biləcək geniş imkanlara malikdir.

109
00:16:59,060 --> 00:17:09,260
Prezidentin elmi məsələlər üzrə müavinliyi yüksək dövlət qurumu kimi öz mövqeyinə dayanaraq bu işi həyata keçirə bilər. Paralel olaraq elm adamlarından da iş tələb etmək lazımdır;

110
00:17:10,060 --> 00:17:20,260
onlar varlıqlarının xeyirli olduğunu hiss etməlidirlər; yəni elm adamları özlərini cəmiyyət üçün xeyirli və lazımlı hiss etməlidirlər. Bu onları məmnun edəcək, xoşhallandıracaq,

111
00:17:20,600 --> 00:17:25,800
ayaqlarını yerə daha möhkəm basmalarına, ölkəyə daha çox bağlanmalarına səbəb olacaq; öz ölkələri üçün faydalı olduqlarını, ona xeyir gətirdiklərini dərk edəcəklər.

112
00:17:26,060 --> 00:17:32,200
Elm adamlarından iş istəmək lazımdır və zənnimcə, bunu az öncə qeyd etdiyim

113
00:17:32,530 --> 00:17:45,000
vahid qərargahın fəaliyyəti sayəsində reallaşdırmaq mümkündür.  Digər bir məqam budur ki, biz ölkənin sənayesi ilə bağlı nə isə bir şey fikirləşməliyik. Dostlarımızın bayaqkı çıxışlarından mən belə başa düşdüm ki,

114
00:17:46,200 --> 00:17:56,330
bu problem böyük bir kəsimi narahat edir. Bizim sənayemizin keçmişdən ona miras qalmış bir “montaj-quraşdırma” bəlası var.

115
00:17:56,730 --> 00:18:02,060
Əsas məsələ montaj etmək olduqdan sonra innovasiya bir o qədər də önəm və məna kəsb etmir;

116
00:18:02,930 --> 00:18:09,530
innovasiya olmadıqda artıq elmi iş, elmi inkişaf da olmur;

117
00:18:10,600 --> 00:18:17,200
elmi inkişaf olmadıqda isə sənaye müəssisələri ilə universitetlər arasında əlaqə məsələsi də (hansının ki, haqqında biz bu qədər dad-fəryad edirik) reallaşmır.

118
00:18:17,460 --> 00:18:23,800
Sənaye  müəssisələri və universitetlər bir-biri ilə əlaqə yaratdıqda həm universitetlər inkişaf edir, həm də sənaye; bu aydındır.

119
00:18:24,260 --> 00:18:32,460
Əlbəttə, mən bu məsələni hələ xeyli müddət bundan əvvəl hökumət iclaslarında vurğulayırdım,

120
00:18:32,860 --> 00:18:38,060
bizim təzyiq və israrımız nəticəsində sonda universitetlərlə sənaye müəssisələri arasında

121
00:18:39,060 --> 00:18:46,860
əlaqənin reallaşdırılması üçün həmin bu Elmi Məsələlər üzrə Müavinlik təsis olundu. Lakin universitetlərlə sənaye müəssisələri arasında

122
00:18:47,200 --> 00:18:53,660
sözün həqiqi mənasında əlaqə yalnız o zaman reallaşdırıla bilər ki, sənaye müəssisələri universitetlərə ehtiyac hiss etsin.

123
00:18:54,060 --> 00:19:01,000
Montaj-quraşdırma fəaliyyətində isə bu ehtiyac duyulmur. Sənaye müəssisələrinə tapşırıq vermək lazımdır;

124
00:19:01,800 --> 00:19:08,460
çıxış edən dostlarımızdan biri də söylədi ki, sənayenin qarşısına tələb qoymaq lazımdır. Bəli, ancaq sənayenin qarşısına tələb qoymaq bir şeydir,

125
00:19:09,000 --> 00:19:14,860
ölkə sənayesinin özünün ehtiyac hiss etməsi başqa bir şey. Bu ehtiyac hissini yaratmaq lazımdır ki,

126
00:19:15,200 --> 00:19:19,330
bu da bayaq qeyd etdiyim o çoxdankı bəlanın aradan qaldırılmasından asılıdır.

127
00:19:19,660 --> 00:19:28,000
Müəyyən mərhələdə, misal üçün, qarşıdakı onillikdə (çox tələsik olmasını da istəmirəm) “

128
00:19:28,200 --> 00:19:42,600
montajçılıqdan innovasiyalara keçid” məsələsi sənayemizin qarşısına bir problem kimi qoyulmalı və ölkədə bu tendensiya hakim olmalıdır.

129
00:19:44,060 --> 00:19:55,600
Elm adamları, Elm Xadimləri Fondu və sairlə bağlı digər bir məqam da budur ki, fondda mədəni işlərə də əhəmiyyət verilməlidir;

130
00:19:56,400 --> 00:20:08,930
bu, çox önəmli bir məsələdir. Biz buna diqqət yetirməliyik ki, texnologiya özü ilə mədəniyyət də gətirir;

131
00:20:09,800 --> 00:20:18,530
hər bir texnologiya bir mədəniyyətin daşıyıcısıdır; bunu nəzərə almamaq olmaz. Biz başqalarından hansısa texnologiyanı götürəndə

132
00:20:18,530 --> 00:20:25,200
əslində onların mədəniyyətini  də götürüb gətirmişik. Düzdür, biz müstəqil texnologiya arxasıncayıq,

133
00:20:25,200 --> 00:20:32,130
buna heç bir şübhə yoxdur və bu reallaşdırımalıdır, intəhası bu, birləşmiş qablar kimidir;

134
00:20:32,660 --> 00:20:40,730
bütün sferalarda “ver – götür” prinsipi işləyir. Odur ki mədəniyyət məsələsinə önəm vermək lazımdır.

135
00:20:41,000 --> 00:20:54,930
Elm Xadimləri Fondu və Elmi Məsələlər üzrə Müavinlikdə mədəniyyətlə bağlı məsələlərə önəm verilməli, düzgün və məqsədyönlü mədəni işlər həyata keçirilməlidir.

136
00:20:56,400 --> 00:21:06,330
Mövzu ilə əlaqədar son olaraq bunu qeyd etmək istərdim ki, qoy bizim əziz elm xadimlərimiz özlərindən muğayat olsunlar;

137
00:21:07,930 --> 00:21:14,800
özünüzdən muğayat olun. Dostlarımızdan biri qeyd etdi ki, müharibə gedir,

138
00:21:15,400 --> 00:21:22,330
müharibənin isə şəhidi də olar, əlili də, veteranı da. Doğrudur, müharibə gedir.

139
00:21:25,330 --> 00:21:33,660
İdeoloji terror, beyinlərin terroru fiziki terrordan daha təhlükəlidir.

140
00:21:34,860 --> 00:21:44,330
İndiyə qədər bizim alimlərimizi terror etdikləri olub, şəhid ediblər – özünüz şahidsiniz – amma elm adamlarımızı

141
00:21:45,060 --> 00:21:53,260
Alimlərimiz əsir olmamalıdır; bundan ehtiyatlı olmaq vəzifəsi isə

142
00:21:54,730 --> 00:22:01,600
birinci növbədə elə elm xadimlərimizin öz öhdəsinə düşür; elm adamları özləri özlərindən muğayat olmalıdırlar.

143
00:22:01,860 --> 00:22:07,330
Quranda başdan-sona dönə-dönə təkrarlanan təqva bu mənadadır;

144
00:22:07,530 --> 00:22:21,530
Quranın əvvəlində: هُدًي لِلمُتَّقين “Bu, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (“Bəqərə” surəsi, 2-ci ayədən)  – deyilir və bu mövzu axıra qədər dəfələrlə vurğulanır.

145
00:22:22,200 --> 00:22:38,400
Təqva – özündən muğayat olmaq, özünü saxlamaq deməkdir. Bu, hər sahədə belədir; təqvalı olmağa çalışın.

146
00:22:38,730 --> 00:22:46,060
Demişdik ki, siyasətdən də danışacağıq; bir neçə cümlə ilə deyim. Qeyd etdiyim kimi,

147
00:22:46,860 --> 00:22:56,060
siyasi asılılıq çox təhlükəli bir şeydir. Siyasi asılılığın nəticəsi başıqapazlı olmaqdır.

148
00:22:56,660 --> 00:23:09,200
Elm barədə deyilmiş “صيلَ عَلَيه” – “elmi olmayanın başı üzərində başqaları hökmranlıq edərlər” prinsipi

149
00:23:09,530 --> 00:23:16,130
siyasi asılılıq məsələsində daha ağır formada özünü göstərir; insan, həqiqətən, qapazaltıya çevrilir. Siyasi cəhətdən asılı olan bir xalq

150
00:23:17,060 --> 00:23:27,260
nökərçiliyi, qapazaltı olmağı qəbul etmək məcburiyyətindədir; qapazaltı olacaq.

151
00:23:27,730 --> 00:23:39,260
Bəli, dedik ki, elmi inkişaf bu asılılığa zidd bir amildir; indi mənim demək istədiyim budur ki, düşmənimiz bizim iqtidarımızdan, dinamikliyimizdən,

152
00:23:39,600 --> 00:23:47,930
sizin elmi inkişafa, ölkənin tərəqqisinə bu qədər can atmağınızdan son dərəcə hiddətlənir; düşmən çox əsəbiləşib.

153
00:23:48,600 --> 00:23:57,060
O, ölkədəki vəziyyəti bacardığı qədər, yaxından-uzaqdan diqqətlə izləyib

154
00:23:57,600 --> 00:24:07,600
və ölkəmizin qüdrətinin artmasından bərk narahatdır. Hazırda dünyada bizə kənardan nəzər salan hər kəsə aydındır ki,

155
00:24:08,200 --> 00:24:13,330
bugünün İranı 40 il əvvəlki İrandan yerlə-göy qədər fərqlənir.

156
00:24:13,660 --> 00:24:24,930
40 il əvvəl biz aşağı kateqoriyalı, geridəqalmış, onun-bunun əmrlərini yerinə yetirməyə məhkum bir ölkə və xalq idik, bu gün isə biz nüfuzlu, təsir gücünə malik,

157
00:24:25,660 --> 00:24:35,860
iqtidar – elmi, siyasi iqtidar yolunda iri addımlarla irəliləyən bir ölkəyik;

158
00:24:36,600 --> 00:24:41,930
bu, tam olaraq hiss olunur. Düşmən bundan narahatdır, buna görə hiddətlənir.

159
00:24:43,000 --> 00:24:56,060
Əlbəttə ki, əsas düşmən, yəni İrana və İran xalqına qarşı meydanda ən çox fəallıq göstərən də Amerika rejimidir;

160
00:24:56,260 --> 00:25:09,130
burada söhbət Amerika xalqından getmir. Səbəbini də bayaq dedim: bunlar uzun illər boyu bu ölkəyə yiyəlik ediblər,

161
00:25:10,130 --> 00:25:19,730
bu ölkənin hər bir şeyi əllərində olub, İslam İnqilabı və İran İslam Respublikası isə bu imkanları onlardan alıb.

162
00:25:20,000 --> 00:25:31,460
Elə ona görə də ilk gündən əsəbi və narahat idilər, bizə qarşı sanksiyalar qoydular, məkrli planlar cızdılar, haqqımızda nalayiq danışdılar.

163
00:25:31,730 --> 00:25:40,660
Bu günün söhbəti deyil, bu işlər ilk gündən başlayıb. O vaxt hələ ortada nə nüvə enerjisi,

164
00:25:40,660 --> 00:25:48,330
nə raket, nə də Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionunda nüfuz əldə etmək problemləri var idi. Bu mövzuların heç biri yox idi,

165
00:25:48,860 --> 00:25:52,000
amma onlar yenə də bizimlə davaya başladılar; səbəbi məlumdur: ağalıqları əllərindən çıxıb.

166
00:25:52,530 --> 00:26:02,400
Bəli, biz bu ölkədə Amerikanın ağalığını dəf edə bilmişik; yəni Amerikanın bu ölkənin başı üzərində ağalığına –

167
00:26:02,400 --> 00:26:09,660
siyasi ağalığına, təhükəsizlik məsələlərində ağalığına, iqtisadi ağalığına tam olaraq son qoya bilmişik; Amerikanın əlini bu ölkədən kəsmişik.

168
00:26:10,400 --> 00:26:18,730
Bundan əlavə, Amerikanın düşmənçiliyinə rəğmən, güclənməyi də bacarmışıq; bu, çox önəmlidir!

169
00:26:19,200 --> 00:26:32,530
Bizim timsalımızda bütün dünya xalqları gördülər ki, bir xalq super-güclərin kölgəsinə sığınmadan, hətta onların düşmənçiliyinə baxmayaraq da

170
00:26:33,660 --> 00:26:41,330
inkişaf edə, hərəkət edə, müqavimət göstərə, öz ayaqları üzərində duraraq irəli gedə bilər;

171
00:26:41,800 --> 00:26:52,600
Biz bunu əməli surətdə nümayiş etdirdik; bu da onları hiddətləndirir. İran xalqı ölkələr və xalqlar üçün bir örnəyə,

172
00:26:53,530 --> 00:27:07,330
super-güclərə müqavimət göstərib onlardan qorxmadan da inkişaf etməyin mümkün olduğunu göstərən bir nümunəyə çevrilib.

173
00:27:08,000 --> 00:27:15,860
Bilirsiniz ki, ölkəmizin müdafiə sənayesi sahəsində əldə etdiyi bütün uğurlar, bütün bu raketlər, onları bu qədər narahat edən bu texnologiyalar hamısı

174
00:27:16,260 --> 00:27:25,930
sanksiyalar dövründə əldə olunub; yəni biz sanksiya və hərtərəfli qadağalar şəraitində idik!

175
00:27:26,730 --> 00:27:35,060
Nə olubsa, bu dövrdə olub; onları təəccübləndirən və eyni zamanda narahat edən də məhz budur.

176
00:27:35,460 --> 00:27:44,930
Bir neçə il bundan əvvəl mənə bir məlumat çatdı; İsrail rejiminin generallarından biri

177
00:27:45,330 --> 00:27:55,130
qəzetlərdən birinə müsahibə vermişdi (o vaxt biz bu raketlərimizdən birini yenicə sınaqdan çıxarmışdıq;

178
00:27:55,730 --> 00:28:02,860
o adam hərbi sahədə mütəxəssis idi, hər şeydən yaxşı başı çıxırdı, anlayırdı; onlar peyk və sair vasitəsilə izləyirlər, başa düşürlər, prosesləri düzgün qiymətləndirə bilirlər), demişdi ki,

179
00:28:03,060 --> 00:28:10,930
mən İranın bu işi necə görə bildiyinə təəccüb edirəm.

180
00:28:11,330 --> 00:28:20,200
Söyləmişdi ki, mən İrana düşmənəm, ancaq bu işi həyata keçirə bildiyi üçün bu ölkəni yüksək qiymətləndirirəm; üzərində olan bu qədər ağır sanksiyalara rəğmən,

181
00:28:20,530 --> 00:28:25,600
belə bir iş  görə bilib; onun müsahibəsi təxminən bu məzmunda idi. Düşmən görür, anlayır.

182
00:28:26,530 --> 00:28:40,930
Əlbəttə ki, mən vaxtımızı Amerikanın o ağzının danışığını bilməyən, şarlatan prezidentinin  həyasız və mənasız  danışıqlarına cavab verməyə sərf etmək istəmirəm;

183
00:28:41,660 --> 00:28:50,660
buna, həqiqətən, lüzum yoxdur. Ölkə rəsmiləri çıxış ediblər, cavabını veriblər, kifayət qədər yaxşı, düzgün də veriblər.

184
00:28:51,000 --> 00:29:01,200
Mən ona cavab vermək istəmirəm; yəni onun sözlərinə baş qoşmaq əslində vaxtını puç etmək deməkdir!

185
00:29:03,530 --> 00:29:13,800
Amma sizə və mənim bu sözlərimi eşidəcək hər kəsə bir şey demək istəyirəm: düşməni tanıyın; düşməni tanıyın.

186
00:29:14,600 --> 00:29:21,130
Hər bir xalqı təhdid edən təhlükələrdən biri də öz düşmənini tanımamaq,

187
00:29:22,000 --> 00:29:30,000
onu özünə düşmən yox, ya dost, ya da bitərəf bilməkdir. Bu, çox böyük bir təhlükədir.

188
00:29:31,260 --> 00:29:43,060
Bu, qəflət yuxusunda yatmaq deməkdir. Həm düşməni tanıyın, həm də onun düşmənçilik metodlarını; baxın, görün hansı yollarla düşmənçilik edir.

189
00:29:45,400 --> 00:30:00,330
Biz qəflətdə olmamalıyıq; əks təqdirdə, qarət olunacağıq; gözləmədiyimiz anda və hazırlıqsız yaxalanacağıq; gəlin qəflətə varmayaq.

190
00:30:00,860 --> 00:30:04,860
Əmirəlmöminin (ə) “Nəhcül-bəlağə”də buyurur:

191
00:30:04,860 --> 00:30:10,460
اللَّهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَلَي طولِ اللَّدم‌

192
00:30:11,130 --> 00:30:22,460
– “Mən ovçuların dəyənəklə yeknəsəq səslər çıxararaq yuxuya verib ovladıqları heyvan kimi olmayacağam”;

193
00:30:22,800 --> 00:30:28,400
mən yatmayacağam, oyağam, ətrafımda nə baş verdiyindən xəbərim var;

194
00:30:28,860 --> 00:30:40,730
Əmirəlmöminin (ə) bizdən də bu cür davranmağımızı istəmişdir. Yuxuya getməməliyik, qəflətə varmamalıyıq.

195
00:30:41,800 --> 00:30:52,130
Əlbəttə, sizə onu da deyim ki, düşmənimiz zehni cəhətdən geridir;

196
00:30:52,460 --> 00:30:57,600
indi bu barədə bir qədər ətraflı deyəcəyəm. Təkcə o prezidentləri yox,

197
00:30:58,130 --> 00:31:05,460
hakimiyyətdə olan bütün administrasiyaları, həqiqətən də, şüur baxımından bir qədər gerilik yaşayır. Bunlar gənc,

198
00:31:05,860 --> 00:31:13,000
mömin, inqilabçı, fəal, mütərəqqi İranı 50 il əvvələ geri qaytarmaq istəyirlər;

199
00:31:14,000 --> 00:31:23,730
amma mümkün deyil axı; məlumdur ki, mümkün deyil! Yəni bu ölkənin vəziyyətini, bu xalqla olan münasibətlərini 50 il əvvəlki vəziyyətinə qaytarmağı

200
00:31:24,060 --> 00:31:30,800
xəyal edirlər. Bu, əqli gerilik deyil, bəs nədir?

201
00:31:34,060 --> 00:31:42,330
50 il bundan əvvəlki kimi düşünürlər; burada nə baş verdiyini dərk edə bilmirlər.

202
00:31:44,000 --> 00:31:53,930
Bu regionda çox mühüm proseslər baş verib; əlbəttə ki, onlardan ən önəmlisi İslam İnqilabı və İran İslam Respublikasının yaranmasıdır,

203
00:31:54,600 --> 00:32:00,800
amma yenə də ətrafımızda digər bir sıra mühüm hadisələr də baş verib; bunları düzgün dərk edə bilmirlər.

204
00:32:01,200 --> 00:32:11,460
Dərk edə bilmədiklərinə görə də məğlub olmağa məhkumdurlar; yanlış hesablamaları mütləq məğlubiyyətlərinə səbəb olur.

205
00:32:12,460 --> 00:32:18,260
İraqda hesablamaları yanlış idi, məğlubiyyətə uğradılar; Suriyada hesablamaları yanlış idi, məğlub oldular;

206
00:32:20,600 --> 00:32:27,600
bizim şərqimizdə yerləşən regionda da eynilə (indi mən təfərrüatlara varmaq istəmirəm),

207
00:32:27,930 --> 00:32:33,130
hesablamaları yanlış olduğuna görə məğlubiyyətə düçar oldular; ta bugünə qədər. Elə bizim öz ölkəmizlə də bağlı bu cürdür;

208
00:32:34,600 --> 00:32:41,200
40 ildir ki, bunlar bizimlə düşmənçilik edirlər, ağızlarının üstündən vurulur, məğlub olurlar. Nəyə görə?

209
00:32:42,260 --> 00:32:50,000
Çünki hesablamaları yanlışdır, reallığı düzgün dərk edə bilmirlər; düzgün dərkə sahib deyillər.

210
00:32:52,000 --> 00:33:03,260
Bəli, Amerika – yəni Amerika dövləti, ABŞ siyasi rejimi – əlbəttə ki, çox şər və pis bir şeydir;

211
00:33:03,600 --> 00:33:12,460
İmam Xomeyninin (r.ə) buyurduğu kimi, ən böyük Şeytandır; həqiqətən də, çox böyük bir Şeytandır. Regionumuzdakı qeyri-sabitliyin səbəbkarı Amerikadır;

212
00:33:12,930 --> 00:33:23,260
regionumuzda müşahidə etdiyiniz bütün bu asayiş pozuntusunun, konfliktlərin kökü Amerikadır. Amerika dünya sionizminin iş icraçısıdır.

213
00:33:25,530 --> 00:33:36,000
Bu gün dünyada “beynəlxalq sionizm” adlı çox çirkin və təhlükəli bir şəbəkə mövcuddur; Amerika onların icraçısıdır.

214
00:33:37,330 --> 00:33:49,260
Amerika suveren xalqlara düşməndir; regionumuzda, eləcə də dünyanın əksər bölgələrində baş verən şər əməllərdən, müharibələrdən, soyqırımlardan çoxunun arxasında Amerika durur.

215
00:33:49,530 --> 00:34:04,660
Amerika bir zəli kimi xalqların var-yoxunu, resurslarını sormaq məqsədi güdür;

216
00:34:05,130 --> 00:34:10,600
Amerika budur; Amerika siyasi rejimi bu gün budur.

217
00:34:11,800 --> 00:34:21,260
İndi nə vaxtsa bu siyasi rejimi yaradanlar işin bu cür nəticələnəcəyini bilirdilər, ya yox – bu, başqa söhbətdir,

218
00:34:21,530 --> 00:34:31,460
amma bu gün Amerika budur. Amerika administrasiyası son illər belə bir vəziyyətdədir.

219
00:34:31,730 --> 00:34:44,460
Törətdikləri cinayətlərdə sionistlərin əsas günah ortağı Amerikadır; istər Fələstində, istər Livanda, istər Suriyada, istərsə də dünyanın digər bölgələrində.

220
00:34:45,600 --> 00:34:56,600
İŞİD-i və bu fəallıq edən əlisilahlı təkfirçi cərəyanını yaradan Amerikadır;

221
00:34:56,930 --> 00:35:04,930
o adam özü seçkiqabağı təbliğat kompaniyası apardığı dövrdə bunu açıq-aşkar demişdi;

222
00:35:05,260 --> 00:35:13,600
demokratlara tutduğu iradlardan biri də bu idi ki, “İŞİD-i siz yaratmısınız!” Özü etiraf edib!

223
00:35:15,860 --> 00:35:23,660
Yaxşı, indi siz istəyirsiniz ki, bunlar İŞİD-in qarşısını almış bir qüvvəyə kin və nifrət bəsləməsinlər?!

224
00:35:24,200 --> 00:35:34,530
Onlar İŞİD-i konkret məqsədlə yaradıblar. Gördüyünüz kimi, indi cürbəcür çıxışlar edir, İŞİD-in qarşısına sədd çəkməyi bacarmış Keşikçi Korpusun əleyhinə

225
00:35:34,530 --> 00:35:39,330
hay-küy qaldırırlar; bu, tamamilə təbiidir.

226
00:35:39,800 --> 00:35:44,660
Qarşı tərəfi tanıyandan sonra onun bu davranışları adama çox təbii görünür.

227
00:35:45,930 --> 00:35:55,260
Bəli, bütün bunlara görə də bizə qarşı qəzəbli və aqressivdirlər; aqressiyalarının bir səbəbi, bayaq qeyd etdiyim kimi, bu ölkədən əllərinin kəsilməsidir;

228
00:35:55,460 --> 00:36:05,200
və bu gün də İslam Respublikası Amerikanın Orta Şərqlə bağlı planlarını poza bildiyinə görə hiddətldirlər;

229
00:36:05,460 --> 00:36:13,260
Qərbi Asiya regionunda görüləsi o qədər işləri, o qədər planları var idi axı!

230
00:36:13,600 --> 00:36:21,460
İslam Respublikası onların Livan, Suriya, İraqla bağlı planlarının hamısını pozmağa müvəffəq olub.

231
00:36:22,400 --> 00:36:31,400
Sionistlərin Livanda Hizbullaha məğlub olması; bəli, olayın arxasında bunlar var idi;

232
00:36:31,660 --> 00:36:39,000
bu, həmin vaxt idi ki, Amerikanın Xarici İşlər Naziri  çıxış edərək: “Yeni bir Orta Şərq doğulmaqdadır” – demişdi.

233
00:36:39,000 --> 00:36:44,330
Elə bilirdilər ki, böyük bir dəyişiklik həyata keçməkdədir.

234
00:36:45,000 --> 00:36:56,800
Mən üzümü siyasət, media və mədəniyyət sferalarında fəaliyyətdə olan insanlara, habelə ölkə rəsmilərinə tutaraq son hadisələr, onların bu əməlləri ilə bağlı

235
00:36:57,530 --> 00:37:04,330
bir neçə tövsiyə etmək istəyirəm. Əvvəla, hamı əmin olsun ki,

236
00:37:05,530 --> 00:37:11,060
Amerika bu dəfə də  inqilabçı İran xalqından layiqli cavabını alıb ona məğlub olacaq;

237
00:37:33,730 --> 00:37:46,400
dəqiq bilin ki, bu məhz belə olacaq. Necə ki son bir neçə onillikdə həmişə bu cür olub:

238
00:37:46,800 --> 00:37:51,130
İslam Respublikası ilə dəfələrlə qarşı-qarşıya gəliblər, amma məğlub olublar; bu, birincisi.

239
00:37:51,800 --> 00:38:00,460
İkincisi: Amerika prezidenti səfeh hərəkətlər edir, amma bu

240
00:38:00,800 --> 00:38:09,860
bizim düşmənin məkrli planlarından arxayın olub oturmağımıza səbəb olmamalıdır. Düşməni həqir və aciz hesab etmək olmaz.

241
00:38:10,660 --> 00:38:20,000
Kimisə “səfeh”, “axmaq” adlandıra bilərik (belə deyənlər var, bunları eşidirik; ola da bilsin ki, dediklərində tam haqlıdırlar),

242
00:38:20,000 --> 00:38:28,860
amma eyni zamanda bu bizdə düşmənin məkrli niyyətlərinə qarşı diqqətsizlik yaratmamalıdır.

243
00:38:29,460 --> 00:38:39,660
Hamı ehtiyatlı davranmalı, ayıq-sayıq və hazırlıqlı olmalıdır. Müharibə olmayacaq,

244
00:38:40,400 --> 00:38:45,730
amma elə şeylər var ki, müharibədən heç də az əhəmiyyət daşımır.

245
00:38:46,200 --> 00:38:51,800
Ehtiyatlı olmalı, düşmənin nə etdiyinə, nə məqsəd güddüyünə baxmalıyıq; bunları əvvəlcədən sezə bilməliyik.

246
00:38:52,600 --> 00:39:00,130
Üçüncüsü: düşmən İslam Respublikasının iqtidarına qarşıdır;

247
00:39:00,530 --> 00:39:08,460
İslam Respublikasına güc və iqtidar qazandıran nə varsa, düşmən o şeylərin əleyhinədir.

248
00:39:08,460 --> 00:39:15,930
Biz isə düşmənin bu münasibətinə rəğmən, İslam Respublikasının daxilində ona güc və iqtidar bəxş edən amilləri daha da artırmağa çalışmalıyıq.

249
00:39:17,530 --> 00:39:29,200
Onlardan biri sizin bilavasitə əlaqəli olduğunuz elmdir; elm, həqiqətən də, mübarizə meydanıdır, ölkənin qüdrət mənbəyidir.

250
00:39:31,400 --> 00:39:37,060
Digər bir amil ölkənin müdafiə gücüdür; həmin o raket məsələsi, ətrafında bu qədər hay-küy qopardıqları mövzular.

251
00:39:37,460 --> 00:39:47,660
Bu müdafiə gücü günbəgün daha da artırılmalıdır və əlbəttə ki, artırılır da; onlara göz dağı olaraq, günbəgün daha da artırılacaq.

252
00:39:50,730 --> 00:39:59,730
Üçüncü amil iqtisadi gücdür; ölkənin iqtisadi cəhətdən güclənməsi üçün çalışın.

253
00:39:59,730 --> 00:40:05,530
İqtisadi güc isə ondan-bundan asılı qalmaqla əldə oluna bilməz.

254
00:40:05,930 --> 00:40:18,400
Mən indi yox, çoxdan – bundan illər öncə  dönə-dönə demişəm ki, xaricilərin ölkəyə investisiya yatırmasına razıyam, bunun qətiyyən əleyhinə deyiləm;

255
00:40:18,730 --> 00:40:26,930
Qərb ölkələri olsun, Avropa ölkələri olsun, problem deyil; intəhası ölkənin iqtisadiyyatı

256
00:40:27,200 --> 00:40:35,330
elə bir dayağa söykənməməlidir ki, tutalım, hansısa Trampın nərəsi ilə sarsıla bilə;

257
00:40:35,600 --> 00:40:46,460
bu cür olmamalıdır. Ölkə iqtisadiyyatının o güvənilən dayağı ölkənin öz daxilinə aid olmalı,

258
00:40:46,460 --> 00:40:54,730
iqtisadiyyatımız daxildən güc alaraq inkişaf etməlidir. Başqa sözlə, müqavimət iqtisadiyyatı olmalıdır; bu barədə danışılıb, siyasətləri də elan olunub; həmin siyasətlər həyata keçirilməlidir.

259
00:40:55,130 --> 00:41:00,400
Odur ki bu da önəmli  məqamlardan biridir; ölkəni qüdrətli edən daxili amillər hamısı daha da gücləndirilməlidir: müdafiə gücü, regional məsələlərə təsir gücü və sair.

260
00:41:01,060 --> 00:41:12,530
Dördüncüsü: düşmənin qəsdən yaratdığı aldadıcı təsəvvürlərə əhəmiyyət vermək lazım deyil. Düşmən daim hansısa yanlış təsəvvürlər yaradır;

261
00:41:13,060 --> 00:41:21,260
Birgə Kompleks Tədbirlər Planı məsələsində belə bir təsəvvür yaratmağa çalışırdılar ki, əgər razılaşma əldə olunsa, düşmənçilik aradan götürüləcək, yox əgər razılaşmaya getməsək, bizimlə düşmənçilik edəcəklər.

262
00:41:21,260 --> 00:41:26,260
Yaxşı, razılaşma da əldə olundu, amma düşmənçilik heç də azalmadı, əksinə, daha da artdı.

263
00:41:27,060 --> 00:41:35,930
Düşmən özü qəsdən belə bir fikir formalaşdırırdı ki, əgər razılığa getməsək və ya gec tərpənsək, elə olacaq, belə olacaq.

264
00:41:36,860 --> 00:41:45,060
Bu gün daha ortaya başqa bir mövzu atmasınlar ki, əgər filan məsələdə razılaşma əldə olunmasa – misal üçün, ölkənin hansısa regionda iştirakı məsələsində

265
00:41:45,530 --> 00:41:54,530
razılığa getməsək – nəticəsi bizim üçün yaxşı olmaya bilər; xeyr, bunlar hamısı düşmənin təlqin etdiyi yanlış təsəvvürlərdir.

266
00:41:55,400 --> 00:42:10,930
Biz öz xeyir və mənafeyimizi özümüz ölçüb-biçməli, özümüz üzə çıxarmalı, nəyin xeyrimizə olduğunu özümüz anlamalıyıq; düşmənə qulaq asmamalıyıq.

267
00:42:11,330 --> 00:42:18,800
Beşincisi: bizim ölkənin müdafiə gücünün üzərində bu qədər israrla durmağımızın səbəbi keçmişdə yaşadığımız təcrübədir; təcrübədə şahidi olmuşuq.

268
00:42:18,800 --> 00:42:27,000
Vaxt var idi ki, bu ölkə – bax elə bu gün sizin küçələrdə, Allaha şükür, arxayınlıqla, təhlükəsiz şəraitdə gediş-gəliş etdiyiniz bu Tehran şəhəri –

269
00:42:27,330 --> 00:42:37,930
Səddamın raketlərinin altında idi; sizlərdən çoxunuz, yəqin ki, o vaxt heç dünyaya gəlməmişdiniz.

270
00:42:39,530 --> 00:42:50,530
Bizim əlimizdə heç bir müdafiə vasitəsi yox idi, Səddama isə hamı kömək edirdi; Amerika o raketləri, müxtəlif müdafiə texnikalarını,

271
00:42:51,060 --> 00:42:57,660
hətta müharibə meydanının xəritəsini əldə etmək üçün Səddama kömək göstərirdi; peykləri və sair vasitəsilə.

272
00:42:58,330 --> 00:43:06,000
Fransa kömək edirdi; Fransa həm raket verirdi, həm də təyyarə. Almaniya kömək edirdi;

273
00:43:06,000 --> 00:43:13,860
kimyəvi maddələr verirdi. Bildiyiniz kimi, Səddamın ordusu bir çox hallarda kimyəvi silahdan istifadə edib.

274
00:43:14,330 --> 00:43:20,860
Bizim kimyəvi silahlardan zərər çəkmiş nə qədər müharibə əlillərimiz var, onlardan nə qədəri dünyadan köçüb! Həmin silahlar üçün kimyəvi maddəni onlara Almaniya verirdi;

275
00:43:21,800 --> 00:43:28,600
kimyəvi silah düzəltmələri üçün Səddam ordusunu zəruri kimyəvi maddələrlə təchiz edən Almaniya idi.

276
00:43:28,930 --> 00:43:37,060
Hətta bəzən onlara birbaşa olaraq kimyəvi bombalar da verirdilər; Səddama hamı kömək edirdi, bizim isə əlimiz boş idi, heç bir müdafiə vasitəmiz yox idi;

277
00:43:37,060 --> 00:43:43,530
elə ona görə də lazımi müdafiə imkanları əldə etmək fikrinə düşdük. Başladıq; əslində sıfırdan başladıq.

278
00:43:43,860 --> 00:43:49,730
Mən sizin üçün danışsam, təsvir etsəm ki – təəssüf ki, indi heç vaxtımız da yoxdur –

279
00:43:50,060 --> 00:43:59,200
bizim ilk dəfə hazırladığımız, uzağavurma qabiliyyəti də təxminən 20 kilometr olan raket hansı olub, bəlkə də, gülməyiniz gələr!

280
00:43:59,860 --> 00:44:09,930
RPQ raketini birtəhər 15-20 kilometr uzağa ata bilməyimiz üçün

281
00:44:10,200 --> 00:44:18,730
navalça kimi bir qurğu düzəltmişdilər; bu cür başlamışdıq.

282
00:44:19,130 --> 00:44:28,130
Sonra imkanlarımızı daha da artırmağa müvəffəq olduq. Düşmən imkanlarımızın artdığını, bizim də ona eyni səviyyədə cavab verməyə qadir olduğumuzu görəndən sonra

283
00:44:28,130 --> 00:44:30,800
artıq dayandı; bu bizim yaşadığımız bir təcrübədir.

284
00:44:31,460 --> 00:44:36,530
Biz öz müdafiə gücümüzü artırmasaq,

285
00:44:37,000 --> 00:44:44,130
düşmənlərimiz cürətlənəcək, özlərində cəsarət taparaq

286
00:44:44,800 --> 00:44:55,930
üstümüzə hücum etmək həvəsinə düşəcəklər. Bizim müdafiə gücümüz elə bir səviyyədə olmalıdır ki, düşmən bizə qarşı hansısa addım atmaq, hansısa yanlış hərəkətə yol vermək fikrinə düşməyə.

287
00:44:56,200 --> 00:45:11,460
Altıncısı: Avropa dövlətləri nüvə razılaşmasının həyata keçirilməsinə təkid ediblər;

288
00:45:11,730 --> 00:45:20,930
O demişdi ki, cıracağam, nə bilim, nə edəcəyəm – qələt edir – bunlar qınayıblar, deyiblər, yox, cırmaq lazım deyil və sair.

289
00:45:20,930 --> 00:45:28,130
Yaxşı, lap yaxşı; yəni bu qədərini biz də alqışlayırıq, yaxşıdır,

290
00:45:28,660 --> 00:45:35,800
amma təkcə ona: “Anlaşmanı cırmayın!” – demələri kifayət etmir. Düzdür, Birgə Kompleks Tədbirlər planı onların xeyrinədir;

291
00:45:35,800 --> 00:45:41,460
həm Avropa dövlətləri, həm də Amerikanın öz xeyrinədir; təbii ki, cırılmasını istəməyəcəklər;

292
00:45:42,130 --> 00:45:48,260
əlbəttə, biz də demişik ki, əgər qarşı tərəf cırmasa, biz də cırmayacağıq,

293
00:45:48,460 --> 00:45:52,800
yox, əgər onlar cırsa, biz tikə-tikə doğrayacağıq!  Hərçənd bundan əvvəl  başqa bir şey demişdim.

294
00:45:53,200 --> 00:45:56,600
Odur ki bura qədər olanı yaxşıdır, amma kifayət deyil.

295
00:45:56,860 --> 00:46:04,600
Əvvəla, avropalılar Amerikanın atdığı addımlara etiraz etməlidirlər.

296
00:46:05,130 --> 00:46:13,600
O bu sazişi cırmasa belə, müddəalarını pozarsa (məsələn, hazırda konqreslərindən gözlədikləri

297
00:46:13,860 --> 00:46:22,800
sanksiya qərarları və sairlə), avropalılar ona qarşı çıxmalıdırlar; Fransa, Almaniya; ingilislərin ki, nə isə edəcəyi bir o qədər də gözlənilən deyil.

298
00:46:23,260 --> 00:46:27,600
Etiraz etməlidirlər; “Biz əleyhinəyik” – demələri kifayət deyil.

299
00:46:27,600 --> 00:46:37,600
İkincisi, bizim əsas işlərimizə, misal üçün, ölkənin müdafiə gücü və sair bu kimi məsələlərə qarışmaqdan çəkinsinlər; Amerikanın səsinə səs verməsinlər.

300
00:46:38,460 --> 00:46:45,200
Avropa dövlətlərinin Amerikanın dediyini təkrarlayaraq: “İran regionda nə üçün iştirak edir?” – deməsi

301
00:46:45,200 --> 00:46:51,800
(Gözünüzü çıxarır?! Nəyə görə iştirak etməməlidir ki?!)

302
00:46:52,660 --> 00:47:00,060
və ya o bizə: “Sizdə nə üçün 2000-3000 kilometr uzağa vuran raketlər var?” – deyə irad tutduğu zaman

303
00:47:00,930 --> 00:47:06,260
bunların da onun səsinə səs verməsi məntiqsiz və mənasızdır. Sizə nə dəxli var?

304
00:47:06,860 --> 00:47:12,460
Yaxşı, bəs onda sizin özünüzün niyə raketiniz var? Sizdə niyə nüvə raketləri var?  Sizdə niyə atom silahı var?

305
00:47:13,600 --> 00:47:24,530
Biz avropalıların İslam Respublikasının özünümüdafiə qabiliyyəti ilə bağlı məsələlərə müdaxilə edərək nə isə demələrini də qəti surətdə qəbul etmirik.

306
00:47:25,260 --> 00:47:37,600
Deməli, Amerikanın yanlış və hegemon danışıqlarını dəstəkləməsinlər; bu  da altıncısı idi.

307
00:47:37,600 --> 00:47:44,600
Yeddincisi: iqtisadiyyat sferasının rəsmiləri müqavimət iqtisadiyyatına ciddi yanaşsınlar.

308
00:47:45,260 --> 00:47:53,660
Daxili istehsalın rövnəqləndirilməsi, idxalın qadağan olunması, qaçaqmalçılığın qarşısının alınması – bunlar müqavimət iqtisadiyyatının prioritet məsələləridir. Bu il məşğulluq ilidir.

309
00:47:54,260 --> 00:48:03,400
Hazırda da mehr ayının ikinci yarısındayıq; yəni ilin yarısından çoxu geridə qalıb.

310
00:48:03,930 --> 00:48:12,530
Məşğulluq, daxili istehsal, milli istehsal sahələrində daha çox iş görülməlidir;

311
00:48:12,530 --> 00:48:16,400
səyləri ikiqat artırmaq, geridə olduğumuz cəhətləri aradan qaldırmaq lazımdır.

312
00:48:17,130 --> 00:48:25,330
Bir müddət başımız seçkiyə, seçki ilə bağlı söhbətlərə qarışdı, vaxt ötdü; bu boşluğu doldurmaq lazımdır ki,

313
00:48:25,730 --> 00:48:28,400
bu sahədə hansısa nəticə ala bilək.

314
00:48:29,530 --> 00:48:39,200
Mən demişəm: biz xarici investorları can-başla qəbul edirik, amma ümidimizi yalnız onların gördüyü işə bağlamırıq; çünki onlara etibar yoxdur.

315
00:48:39,200 --> 00:48:44,800
Xarici investor bu gün gəlir, sabah bir hadisə olan kimi, bizim üçün problem yaradır.

316
00:48:44,800 --> 00:48:48,930
Qoy xarici investorlar gəlsinlər, investisiya da yatırsınlar,

317
00:48:49,260 --> 00:48:55,800
ancaq ölkənin iqtisadiyyatı daxili amillərə söykənməlidir. Bizim daxili imkanlarımız heç də az deyil, çoxdur,

318
00:48:56,400 --> 00:49:08,130
görüləcək ilk işlər də aydındır, yaxşıdır; bayaq cənab Səttari də qeyd etdi.

319
00:49:08,130 --> 00:49:19,200
Bu məntiq də tamamilə düzgün bir məntiqdir ki, bizim iqtisadiyyatımız neft iqtisadiyyatıdır, təbii resursa söykənən bir iqtisadiyyatdır; yəni eləcə sərmayəni sat, ye;

320
00:49:19,660 --> 00:49:27,260
sərmayədir də, bəs nədir?! Bu vəziyyət dəyişilməlidir; iqtisadiyyatımız əlavə dəyərə əsaslanmalıdır.

321
00:49:27,730 --> 00:49:34,930
Biz hətta qiymətli daşlarımızın – ölkəmizdə olan qiymətli inşaat materiallarının da

322
00:49:34,930 --> 00:49:42,330
əksəriyyətini eləcə emal olunmamış formada xarici ölkələrə ixrac edirik. Bu, çox qəribədir

323
00:49:42,730 --> 00:49:51,660
və bəzi nazirlərimiz bu məsələlərdə, həqiqətən də, səhlənkarlıq ediblər. Bəli, qeyd etdiyim bu bir neçə məqam siyasi məsələlərlə bağlı idi.

324
00:49:52,130 --> 00:49:59,660
Son olaraq sizə bir şeyi də demək istəyirəm; burada da qeyd etmişəm. Əziz gənclər, fürsətdən istifadə edin.

325
00:50:00,460 --> 00:50:05,400
Bu gün sizin əlinizdə ölkənin gələcəyini qurmaq üçün fürsət var.

326
00:50:07,130 --> 00:50:16,800
Sizin dövrünüz bizim gənclik dövrümüzdən fərqlənir. Biz çox ağır, təhlükəli bir dövrdə yaşamışıq.

327
00:50:17,330 --> 00:50:24,660
Siz yaşda olanda biz ya həbsxanada olurduq, ya təzyiq və işgəncə altında, ya da sürgündə.

328
00:50:25,400 --> 00:50:37,130
Sonralar İslam İnqilabı qələbə qazanandan sonra da – inqilabın o ilk illərində – gecə-gündüz işləyirdik; dincəlmək yox idi; daim iş.

329
00:50:37,660 --> 00:50:45,600
İndi mən bir-iki ildən sonra ölkə prezidenti oldum, yoldaşlarımızdan bəziləri

330
00:50:46,000 --> 00:50:52,130
heç belə yüksək vəzifə postu da tutmamışdılar, gərgin surətdə işləyirdilər; biz də ölkə başçısı olaraq bir başqa cür çalışıb-vuruşurduq.

331
00:50:52,400 --> 00:51:01,130
Yəni siz yaşda və sizdən bir qədər böyük olduğumuz dövrlərdə biz, doğrudan da, çox çətinliklər çəkmişik.

332
00:51:02,000 --> 00:51:13,400
Sizin zəmanəniz isə bu cür deyil, siz sakit, təhlükəsiz şəraitdə yaşayırsınız, elmlə məşğul olmaq imkanınız var, bacarığınız var,

333
00:51:13,730 --> 00:51:21,330
sizə dəyər verirlər, həvəsləndirirlər! Bunun qədrini bilin, bu fürsətdən istifadə edin.

334
00:51:22,000 --> 00:51:26,400
Qiymətli bir gövhər olan gənclik sizin ixtiyarınızdadır

335
00:51:27,530 --> 00:51:34,860
və bu, elə bir qiymətli gövhərdir ki, qiyamət günü Allah-taala bizi onu hara xərclədiyimiz, necə keçirdiyimiz barədə sorğu-sual edəcək.

336
00:51:35,800 --> 00:51:41,600
Qiyamət günü bizdən soruşulacaq şeylərdən biri də budur: cavanlığını necə keçirdin? Cavab verməli olacağıq.

337
00:51:44,330 --> 00:51:53,000
Öz dini vəzifənizi və vicdan borcunuzu unutmayın; bacardığınız qədər çalışın.

338
00:51:53,800 --> 00:52:04,600
Və sizin səyləriniz xeyirli olacaq; yəni əgər ölkənin tutduğu yol yanlışdırsa, siz onu doğru istiqamətə yönəldə,

339
00:52:05,400 --> 00:52:13,330
problemli məqamları yoluna qoya bilərsiniz. Xoşbəxtlikdən, ölkəmiz doğru istiqamət götürüb, düz yoldadır;

340
00:52:13,660 --> 00:52:18,660
əlbəttə, orada-burada müəyyən problemlər var, çoxdur, amma əsas istiqamət doğrudur.

341
00:52:19,130 --> 00:52:28,530
Odur ki siz də nöqsanlı cəhətləri aradan qaldıra, düzgün tendensiyaların korlanmamasına, dəyişməməsinə, sapmamasına yardımçı ola bilərsiniz.

342
00:52:28,530 --> 00:52:36,660
Siz gənclər – gənc alimlər bu işi görə bilərsiniz. Bu fürsətdən istifadə edin

343
00:52:37,260 --> 00:52:43,460
və bilin ki, inşallah, Allah-taala da sizə yardım edəcək;

344
00:52:44,600 --> 00:52:48,130
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq”. (“Ənkəbut” surəsi, 69-cu ayədən)

345
00:52:48,460 --> 00:52:56,730
Siz Allah-yolunda çalışıb-vuruşursunuzsa, Allah-taala özü sizi doğru yola istiqamətləndirəcək.

346
00:52:57,460 --> 00:53:00,260
“Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər”. (“Təğabun” surəsi, 11-ci ayədən)

347
00:53:00,260 --> 00:53:04,530
Allah-taala sizin qəlbinizi görməli olduğunuz işlərə istiqamətləndirəcək.

348
00:53:05,400 --> 00:53:11,800
Çalışın ki, niyyətiniz öhdənizə düşən vəzifəni hiss etmək, yerinə yetirmək olsun, Allaha bağlı olsun;

349
00:53:11,800 --> 00:53:18,130
inşallah, Allah da öz köməyini edəcək. Və mən əminəm ki,

350
00:53:18,860 --> 00:53:24,130
gələcək onilliklərdə, inşallah, ölkədə hər bir işin başında durduğunuz zaman

351
00:53:24,460 --> 00:53:30,060
sizin qarşınızda bugünkündən qat-qat daha yaxşı, daha mütərəqqi,

352
00:53:30,400 --> 00:53:37,660
daha nizamlı bir İran olacaq və siz onu idarə edəcəksiniz, inşallah.

353
00:53:38,400 --> 00:53:39,860
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.