1
00:00:00,330 --> 00:00:02,660
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:07,130 --> 00:00:16,930
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:26,260 --> 00:00:40,860
و علي آله الاطيبين الاطهرين المنتجبين الهداة المهديّين المعصومين سيّما بقيّةالله في الارضين

4
00:00:42,460 --> 00:00:57,000
Bugünkü görüşümüzə çox sevindim. Dini təhsil alan tələbələrlə ünsiyyətdə olmaq, söhbət etmək

5
00:00:57,930 --> 00:01:14,800
mənim üçün həmişə olduqca xoş və zövqvericidir, amma bundan əlavə, bu gün bu görüşdə toxunulan məsələlər – istər bayaq dostlarımızın etdiyi çıxışlar olsun,

6
00:01:15,730 --> 00:01:23,860
istər kağızda qeyd olunub mənə çatdırılan məsələlər (yeri gəlmişkən, o qeydləri götürdüm və inşallah, imkan tapıb daha sonra bir qədər də dəqiqliklə nəzərdən keçirəcəyəm),

7
00:01:24,060 --> 00:01:38,200
istərsə də əziz qardaşlarımızdan bir neçəsinin ayağa qalxaraq etiraz, yaxud tələb şəklində səsləndirdiyi fikirlər –

8
00:01:38,460 --> 00:01:46,730
hamısı çox gözəl və mənim üçün sevindirici idi.

9
00:01:50,800 --> 00:02:10,000
Mən sizə – dini təhsil alan gənc tələbələrə baxanda imamət və vilayət bağının körpə fidanlarını görürəm.

10
00:02:11,600 --> 00:02:27,860
Allaha şükürlər olsun ki, bu fidanlar artıq qəddini dikəldib baş qaldırmaqdadır. Bəziləri artıq bəhərini verib, bəzilərinə baxanda isə bəhər verəcəyinə tam arxayın olursan;

11
00:02:28,730 --> 00:02:35,730
ümumilikdə bu görüşdən, burada edilən söhbətlərdən bu nəticəyə gəlmək olur.

12
00:02:37,930 --> 00:02:59,000
“İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür”. (“Fəth” surəsi, 29-cu ayədən)

13
00:02:59,600 --> 00:03:10,200
Bu sonuncu nüans çox önəmlidir. Sizin öz ayaqlarınız üzərində durmağınız, qəddinizi dikəltməyiniz,

14
00:03:12,200 --> 00:03:31,730
mənən dolğunlaşmağınız, cürbəcür bacarıqlarınız əkinçiləri, nə vaxtsa bu toxumları əkib, qulluq edib becərmiş insanları da heyrətləndirir,

15
00:03:32,000 --> 00:03:48,460
bu inkişafı, bu yeni fikirləri, bu optimist simaları gördükləri zaman onlar özləri də heyrətə gəlirlər,

16
00:03:48,800 --> 00:04:00,330
bundan daha önəmli olan isə لِيَغيظَ بِهِمُ الکُفّار – düşmənləriniz qəzəblənir; və bu, elə belə də olmalıdır.

17
00:04:01,730 --> 00:04:21,860
Əgər biz davranışlarımızın dinə, İslama, Quranın hakimiyyətinə düşmən olan qüvvələri qəzəbləndirmədiyini,

18
00:04:23,060 --> 00:04:34,330
düşmənlərin bizim varlığımızdan narahat olmadığını görürüksə, faydalı olduğumuza şübhə ilə yanaşmalıyıq.

19
00:04:36,660 --> 00:04:55,060
Əmirəl-möminin, onun o qətiyyəti, o davranışı və sair varsa, Müaviyə, Əmr İbn As və başqa onlar kimiləri də onun varlığından qeyzlənməlidir;

20
00:04:57,060 --> 00:05:02,330
siz də o yolla gedirsiniz; لِيَغيظَ بِهِمُ‌ الکُفّار

21
00:05:02,330 --> 00:05:13,330
Allaha şükürlər olsun ki, bu gün teoloji sferada görkəmli simaların yetişdiyini müşahidə etmək mümkündür.

22
00:05:13,800 --> 00:05:23,730
Mən bayaq sizin toxunduğunuz məqamları diqqətlə dinlədim; əlbəttə ki,

23
00:05:24,600 --> 00:05:33,800
gərək deyilənləri bir daha nəzərdən keçirəm, baxam və Allahın köməyi ilə, üzərində düşünəm,

24
00:05:36,400 --> 00:05:45,660
lakin elə eşitdiyim qədəri də mənim üçün olduqca sevindirici və ümidverici idi; çox yaxşı idi.

25
00:05:47,060 --> 00:05:57,400
Mən qısaca olaraq 2-3 məqamı qeyd etmək istəyirəm; əlbəttə, burada sizinlə söhbət etmək üçün özümdə bəzi qeydlər götürmüşəm –

26
00:05:58,260 --> 00:06:08,000
inşallah, vaxtımız olsa, onlardan bəzilərinə də toxunarıq – lakin əsasən, qısaca da olsa, bu 2-3 mövzu ətrafında danışacağam.

27
00:06:08,460 --> 00:06:18,930
Əvvəla, dərs oxumağa ciddi yanaşın. Sizin bu danışdıqlarınız, qeyd etdiyiniz o diqqətəlayiq məqamlar,

28
00:06:19,400 --> 00:06:30,130
gözəl ifadə tərziniz o demək deyil ki, siz dərslərinizi yaxşı oxumusunuz. Bütün bunlar sizin yaxşı düşüncə və danışıq qabiliyyətinizdən irəli gəlir.

29
00:06:31,130 --> 00:06:41,660
Bəs dərslərinizi də yaxşı oxumusunuzmu? Bu çıxışlardan sizin yaxşı dərs oxuyub-oxumadığınızı anlamaq olmur. Dərslərinizə yaxşı hazırlaşmalısınız.

30
00:06:43,130 --> 00:06:55,330
Bir vaxtlar mən Məşhəddə “Risael” və “Məkasib” kitablarını tədris edirdim; vaxtaşırı bizi aparıb həbs edirdilər, şagirdlərimiz pərən-pərən düşürdü;

31
00:06:56,800 --> 00:07:01,930
həbsxanadan çıxıb yenidən dərsə başlayırdıq, şagirdlərimiz yenə də yığışıb gəlirdilər.

32
00:07:03,000 --> 00:07:15,530
Bizdəki mübarizə şövqünü və vəziyyətimizi – o dövrdə şah rejimi tərəfindən üzləşdiyimiz o sərt təzyiqləri görəndə

33
00:07:16,330 --> 00:07:25,130
bəzən onlarda öyrəndikləri dərsə qarşı tərəddüd yaranırdı.

34
00:07:25,400 --> 00:07:33,260
Şeyxin  “Məkasib”,  yaxud “Kifayə” kitabında buyurduqlarının xırdalıqlarını onlar üçün ətraflı izah edəndə tərəddüd içində olduqlarını görürdüm.

35
00:07:34,860 --> 00:07:49,860
Mən onlara həmişə bunu deyirdim: mənim əziz balalarım! Bilin ki, əgər dərs oxumasanız, effektiv fəaliyyət göstərə bilməyəcəksiniz.

36
00:07:50,130 --> 00:07:55,260
Deyirdim ki, mayasız xəmirdən ancaq fətir olar; dərs oxumalısınız.

37
00:07:56,000 --> 00:08:11,460
Əgər fikirlərinizin, təkliflərinizin, psixologiyanızda, əlhəmdulillah ki, var olan o qabarıq cəhətlərin

38
00:08:11,460 --> 00:08:18,600
cəmiyyətə təsir göstərməyini istəyirsinizsə, savadlı olmalısınız, dərs oxumalısınız, mükəmməl ruhani təhsil almalısınız.

39
00:08:19,860 --> 00:08:35,200
Dərsə ciddi yanaşın; heç də deməyin ki, əşi, dünya texnoloji nailiyyətlərlə idarə olunur,

40
00:08:36,000 --> 00:08:46,460
bizsə oturub, tutalım, Molla Abdullahın şərhlərini və ya misal üçün, Müzəffərin “Məntiq”ini oxuyuruq! Yox, Müzəffərin o “Məntiq”ini oxumalısınız,

41
00:08:47,400 --> 00:08:57,660
ərəb dilinin qrammatikasına giriş olan o kitabları oxumalısınız, o fiqh və üsuli-din kitablarını oxumalısınız ki,

42
00:09:00,200 --> 00:09:11,930
bir ruhani kimi təsiriniz olsun; az sonra “ruhani” deyəndə nə başa düşüldüyü barədə də danışacağam. Dərs oxumaq lazımdır.

43
00:09:13,600 --> 00:09:23,460
O zaman ruhanilərimiz arasında elə insanlar var idi ki, mübarizədə heç bir əyər-əskikləri yox idi,

44
00:09:24,130 --> 00:09:30,730
amma elmi cəhətdən lazımi səviyyədə deyildilər;

45
00:09:31,330 --> 00:09:41,600
belələri bu mübarizənin irəliləməsinə, yaxud bu möhtəşəm hərəkatın yaranmasına diqqətəlayiq təsir göstərə bilmədilər.

46
00:09:41,600 --> 00:09:58,330
Mübarizədə uğur qazananlar İmam Xomeyni kimi elmi cəhətdən mükəmməl səviyyədə olanlar oldu. Dərs oxuyun! Mənim sizə birinci tövsiyəm budur; dərsə ciddi yanaşın.

47
00:10:00,600 --> 00:10:11,000
İkinci məqam budur ki, sizin teoloji təhsilə müəyyən iradlarınız, var; indi istər Tehran Teoloji Mərkəzi olsun, istərsə də ümumilikdə teoloji təhsil sistemi. Lap yaxşı!

48
00:10:11,600 --> 00:10:20,530
Arzuladığınız və dediyinizə görə, bu gün mövcud olmayan o teoloji təhsil sistemini siz özünüz yaradın.

49
00:10:21,930 --> 00:10:34,130
Teoloji sfera sizin istək və arzunuz əsasında formalaşır. Doğrudur, sizin əlinizdə idarəetmə imkanları

50
00:10:34,130 --> 00:10:42,800
və maliyyə resursları yoxdur ki, hansısa qərarı qəbul edən kimi, dərhal həyata keçirə biləsiniz,

51
00:10:44,130 --> 00:10:56,730
lakin dəyərli arzuların reallaşması sırf rəhbər postda oturmaq və əlində maliyyə imkanları olmaqla başa gəlmir;

52
00:10:56,730 --> 00:11:04,130
hətta bəzən bu imkanlar mövcud olduğu halda, mümkün olmur; bunun üçün başqa bir şey lazımdır. Həmin o şey sizdə var:

53
00:11:04,660 --> 00:11:26,460
stimul, istək, qətiyyət, arzuladığına can atmaq; bunlar lazımdır. Və mübarizə aparmaq lazımdır;

54
00:11:27,330 --> 00:11:34,330
mübarizəsiz heç nə əldə olunmur; sizin arzuladığınız o teoloji təhsil sistemini də mübarizə ilə əldə etmək lazımdır.

55
00:11:34,600 --> 00:11:43,260
Əlbəttə, burada “mübarizə” deyəndə mən “Yaşasın!”, “Məhv olsun!” deməyi, siyasi mübarizəni nəzərdə tutmuram.

56
00:11:43,460 --> 00:11:52,400
“Mübarizə” deyəndə mən əlindən gəldiyi qədər çalışıb səy göstərməyi, düşünüb yeni fikirlər irəli sürməyi, birlikdə ortaya hansısa ideyalar qoymağı, mütəşəkkil fəaliyyəti nəzərdə tuturam.

57
00:11:54,400 --> 00:12:07,730
Odur ki dediyiniz o teoloji təhsili də siz yaratmalısınız. Əlbəttə ki, bizim vəzifəmiz sizə kömək etməkdir; teoloji mərkəzlərin rəhbərliyi işləri asanlaşdırmaqla sizə yardımçı olmalıdır,

58
00:12:08,660 --> 00:12:20,330
lakin gələcəkdə qurulub yaradılmalı olanın ağır məsuliyyət yükünü siz özünüz öz çiyinlərinizdə hiss etməlisiniz.

59
00:12:21,200 --> 00:12:32,130
Bu işləri məhz siz görməlisiniz; indi ola bilsin ki, iş görmək üçün sizin növbəniz 5 ilə,

60
00:12:32,660 --> 00:12:39,860
10 ilə, 15 ilə gəlib çatacaq. Hər halda, bu olacaq

61
00:12:40,730 --> 00:12:46,400
və lazımi addımları atıb bu işi görməyə qadir olan məhz sizsiniz. Bu da bir məqam.

62
00:12:47,000 --> 00:12:58,000
Dostlarımızdan biri teoloji mərkəz barədə danışarkən: “Biz teoloji mərkəzə gəlmişdik ki, elə olsun, belə olsun...” – dedi.

63
00:12:58,400 --> 00:13:10,460
Mən bu ifadə ilə razı deyiləm; “gəlmişdik” deməyin, “gəlmişik” deyin. “Gəlmişdik” nə deməkdir? Deyin: “Biz gəlmişik ki, filan, filan işləri görək”;

64
00:13:11,130 --> 00:13:21,000
qoy varlığınızın, iştirakınızın davam etdiyi səsləndirdiyiniz fikirlərdə,

65
00:13:22,060 --> 00:13:34,530
ifadələrinizdə də əks olunsun. Qoy söz və ifadələrinizdə bu yola çıxmış qətiyyətli, dönməz bir yürüşçü,

66
00:13:35,330 --> 00:13:46,130
marafonçu kimi böyük, qırılmaz bir əzm müşahidə olunsun; bunu dildə də bu cür deyin;

67
00:13:48,200 --> 00:13:56,000
deyin: “Biz gəlmişik ki, belə olsun”; bəli, olmalıdır və olacaq da; siz qəti qərar versəniz,

68
00:13:56,660 --> 00:14:08,460
işin üstündə dursanız, ortaya ətraflı düşünülmüş fikirlər qoysanız, hökmən olacaq. Əlbəttə, onu da bilməlisiniz ki,

69
00:14:08,800 --> 00:14:16,260
hər bir işin düşünülmə, araşdırılma, layihə hazırlanma mərhələsi ilə həyata keçirilmə mərhələsi arasında müəyyən fasilə olur;

70
00:14:16,600 --> 00:14:26,130
tam mənası ilə lazımlı və hiss olunacaq qədər sürən bir fasilə. Bizim danışdıqlarımızın çoxu

71
00:14:26,530 --> 00:14:37,000
söz və cümlələrin qəlibində dilə gətirdiyimiz arzularımızdır; o arzunu həyata keçirmək istəyəndə isə

72
00:14:38,000 --> 00:14:49,730
bir xeyli çalışıb-vuruşmaq lazım gəlir. Gəlin bu ikisini səhv salmayaq: iş görməklə, reallıqlar meydanı ilə

73
00:14:50,330 --> 00:15:04,200
düşüncə, araşdırma, zehni təsəvvür meydanı arasında açıq-aydın bir məsafə var.

74
00:15:04,460 --> 00:15:08,800
Reallaşma məqamı çatanda bir çox işlər heç də asanlıqla irəliləmir.

75
00:15:11,730 --> 00:15:18,860
Müqəddəs Müdafiə dövründə bizim üzləşdiyimiz çətinliklərdən biri də elə bu idi. O dövrdə mən prezident idim;

76
00:15:19,260 --> 00:15:27,530
bizim idarədə hərbi toplantılar keçirilirdi; gəlirdilər, o hərbi xəritələri masanın üzərinə sərib

77
00:15:27,930 --> 00:15:35,000
deyirdilər ki, tutalım, buradan hərəkətə keçib ora çatmaq istəyirik;

78
00:15:35,730 --> 00:15:39,530
məsələn, filan qədər canlı qüvvə, yaxud bu kimi başqa şeylər lazımdır.

79
00:15:39,530 --> 00:15:49,130
Vaxt keçdikcə hərbi sahədə vəzifə postu tutmuş dostlarımızdan bəziləri baxırdılar ki, buradan ora qədər qısa bir xətt keçir,

80
00:15:50,200 --> 00:15:55,930
ona görə də tez razılaşıb söz verir, qərar qəbul edirdilər.

81
00:15:55,930 --> 00:16:01,660
Halbuki “buradan ora”nın reallığı, misal üçün, bir “Ramazan” əməliyyatı deməkdir;

82
00:16:01,860 --> 00:16:13,200
həyata keçirmək başqadır; əməl meydanı düşünmək, ideya irəli sürmək və sair bu kimi meydanlardan fərqlənir. Qeyd etmək istədiyim məqamlardan biri də bu idi.

83
00:16:13,460 --> 00:16:20,060
Digər bir məqam budur ki, bizim dediklərimiz bəzən ruhanilərimizə,

84
00:16:20,330 --> 00:16:30,260
yəni ölkəmizin “ruhani” adlandırdığımız elmi-dini ictimaiyyətinə aid olur ki,

85
00:16:30,800 --> 00:16:40,260
o da sıravi tələbəsindən tutmuş təqlid mərcəsinə qədər geniş bir əhatə dairəsinə malikdir; ruhanilərimizdən olan müəyyən gözləntiləri dilə gətirib deyirik;

86
00:16:41,730 --> 00:16:49,660
bəzən bizim yanaşmamız bu cür olur. Bəzən isə yox, bizim sözlərimiz ruhanilərimizə yox,

87
00:16:49,860 --> 00:17:06,860
teoloji mərkəzlərimizə ünvanlanır; teoloji mərkəzlər ruhanilərin tərbiyə olunduğu, tələbələrin elmi, mənəvi və ideoloji cəhətdən yetişdirildiyi bir məkandır; bu, bir başqadır.

88
00:17:07,660 --> 00:17:17,660
Bəzən də bizim teoloji mərkəzlərə xitabən söylədiklərimiz təkcə teoloji mərkəzlərlə yox,

89
00:17:18,000 --> 00:17:24,730
ümumilikdə ruhanilərlə bağlı məsələlər olur; bu fərqə diqqət yetirin.

90
00:17:25,600 --> 00:17:32,530
Elə gözləntilər var ki, onlar bütövlükdə ruhani ictimaiyyətinə aiddir;

91
00:17:33,060 --> 00:17:41,330
mərcə təqlidlər, müdərrislər, yaxud hansısa qurumda rəhbər vəzifədə çalışan ruhanilər və sair də daxil olmaqla;

92
00:17:42,400 --> 00:17:49,730
bəzən isə yox, teoloji mərkəzlərlə bağlı istək və gözləntilərimizi ifadə edirik.

93
00:17:49,730 --> 00:18:01,200
Bu tip görüşlərdə daha çox bu ikinci ön plana keçir; hərçənd birinci də çox önəmlidir, o barədə də deyiləsi sözlərimiz var.

94
00:18:02,330 --> 00:18:07,730
Dostlar! Düşünürəm ki, sizin toxunduğunuz mövzular çox gözəl idi.

95
00:18:08,800 --> 00:18:13,060
Dostlarımız əsas əhəmiyyət daşıyan məsələləri qaldırdılar.

96
00:18:14,060 --> 00:18:25,600
Bu məqamlara diqqət yetirilməsi mənim, həqiqətən də, çox xoşuma gəldi

97
00:18:26,060 --> 00:18:39,800
və Allaha şükürlər edirəm ki, əlhəmdulillah, bizim dini təhsil alan tələbələrimiz, gənc ruhanilərimiz ölkə və cəmiyyətin həyatındakı bu cür önəmli məsələlərlə yaxından maraqlanır,

98
00:18:40,330 --> 00:18:53,530
onlar ətrafında düşünür, müzakirələr aparır. İntəhası bir şeyi qeyd edim ki, inqilab hələ davam edir.

99
00:18:55,060 --> 00:19:06,200
Bəzilərinin “İnqilab bir hadisə idi, oldu, qurtardı; normal həyata qayıtmaq lazımdır” kimi fikirlərlə, bu səpkili yazılarla

100
00:19:07,400 --> 00:19:15,530
cəmiyyətdə bu cür fikir formalaşdırmağa çalışması inqilaba xəyanətdir. İnqilab sona çatmayacaq.

101
00:19:15,730 --> 00:19:20,400
O gün mən hökumət rəsmiləri ilə görüşümüzdə də dedim ki,

102
00:19:21,460 --> 00:19:30,800
inqilab keçmişdəki qayda-qanunları yerlə yeksan edərək cəmiyyətdə yeni qayda-qanunlar yaradır.

103
00:19:31,260 --> 00:19:38,730
Bu yeni qaydaların qorunub saxlanması inqilabın davam etməsi deməkdir; özü də bu heç də asan deyil, bunlar çox çətin işlərdir.

104
00:19:38,930 --> 00:19:49,330
İnqilabın özünə bütün varlığı ilə müxalif olan, işini pozmağa çalışan güclər

105
00:19:50,460 --> 00:20:00,460
onun cəmiyyətdə bərqərar etdiyi qayda-qanunların davam etdirilməsinə də qarşı çıxacaq, düşmənçilik edəcəklər; gördüyünüz kimi, edirlər də.

106
00:20:02,800 --> 00:20:12,260
Deməli, vaxtı ilə inqilab qələbəyə yetişmək üçün lazımi mübarizəni necə aparırdısa, bu gün də bizim inqilabın qayda-qanunlarını

107
00:20:15,060 --> 00:20:25,460
möhkəm surətdə bərqərar etmək üçün cəmiyyətin islami bir cəmiyyət olması üçün inqilabı ən başda nəzərdə tutulan nəticəyə çatdırmalıyıq.

108
00:20:25,800 --> 00:20:34,860
Bizdə islami cəmiyyət yoxdur; bizdə heç islami dövlət də yoxdur! Bayaq sadaladığımız o bir neçə mərhələ arasında

109
00:20:35,330 --> 00:20:41,930
biz hələ İslam dövlətində qalmışıq. İslam dövlətindən sonra növbə İslam cəmiyyətinə gələcək;

110
00:20:44,730 --> 00:20:51,660
önümüzdə bu mərhələlər var. Biz bir İslam İnqilabı –

111
00:20:52,130 --> 00:20:59,860
yəni bir inqilabi hərəkat ərsəyə gətirməyə müvəffəq olmuşuq; daha sonra bu hərəkatın təməli üzərində İslam dininə əsaslanan bir dövlət quruluşu formalaşdıra bilmişik;

112
00:21:00,930 --> 00:21:10,130
lap yaxşı, bu yerə qədər uğurla gəlmişik, çox da önəmlidir; lakin bundan sonra İslam dövlətinin yaradılması gəlir;

113
00:21:10,400 --> 00:21:23,860
yəni ölkə üçün İslam dininə uyğun bir idarəetmə sistemi qurulmalıdır. Bax bu məsələdə bizim məqsədə çatmağımıza hələ çox var.

114
00:21:25,200 --> 00:21:32,600
Əlbəttə, bunları deməklə mən kiməsə pessimist hisslər aşılamaq istəmirəm; əsla. Biz irəli getməkdəyik;

115
00:21:32,930 --> 00:21:39,460
əleyhimizə həyata keçirilən bütün fəaliyyətlərə, bütün pozucu cəhdlərə, kimlərinsə ağız büzməyinə baxmayaraq,

116
00:21:40,060 --> 00:21:43,330
hərəkət etməkdəyik, irəli gedirik, heç şübhəsiz, irəliləyişimiz var;

117
00:21:44,000 --> 00:21:56,060
buna bir çox sübutlar gətirmək olar, lakin hələ işimiz var, görüləsi işlər var; sözün əsl mənasında bir İslam dövləti yaratmağımıza hələ çox var.

118
00:21:57,460 --> 00:22:02,730
İslam dövləti yaranandan sonra isə növbə İslam cəmiyyəti yaratmağa gələcək.

119
00:22:04,260 --> 00:22:08,060
Odur ki, əzizlərim, mübarizə aparmaq lazımdır.

120
00:22:08,460 --> 00:22:14,460
İnqilabdan əvvəl də elə adamlar var idi ki,

121
00:22:15,330 --> 00:22:28,130
mübarizəyə rəğbət bəsləyirdilər, amma özləri heç bir şəkildə mübarizə aparmırdılar;

122
00:22:28,660 --> 00:22:39,930
əsla bir şey etmir, mübarizə meydanına qətiyyən yaxın gəlmirdilər, amma ona rəğbətlə yanaşırdılar, fəal mübarizə aparan şəxsləri sevirdilər.

123
00:22:40,330 --> 00:22:43,660
Elələri var idi ki, mübarizlərdən acıqları gəlirdi,

124
00:22:44,000 --> 00:22:49,460
elələri də var idi ki, mübarizlərlə düşmənçilik, düşmənlə əməkdaşlıq edirdilər; bu, öz yerində,

125
00:22:49,800 --> 00:22:58,330
amma yaxşı adamların içində mübarizlərə rəğbətlə yanaşan, lakin özü mübarizəyə qoşulmayan,

126
00:22:58,860 --> 00:23:07,200
heç bir iş görməyən insanlar heç də az deyildi. Düşmən cəbhəsinin zəiflədiyi,

127
00:23:08,600 --> 00:23:18,460
şah diktaturasının üzü süquta doğru getdiyi aydın olduğu gün, təbii ki, o nəhəng kütlə meydana daxil olaraq

128
00:23:19,060 --> 00:23:26,000
işi biryolluq bitirdi, amma mübarizənin çətin günlərində meydanda olan,

129
00:23:27,460 --> 00:23:32,800
mübarizə aparan, çalışıb-vuruşan yalnız bir qrup adam idi. Bu gün də belədir;

130
00:23:34,060 --> 00:23:45,460
eynilə o zaman mübarizəyə ehtiyac olduğu, bir kənarda oturub mübarizləri sevmək kifayət etmədiyi kimi,

131
00:23:46,000 --> 00:23:54,260
bu gün də fəal mübarizə aparmaq lazımdır. Oturub mübarizləri tərifləmək kifayət etmir;

132
00:23:54,930 --> 00:24:00,730
mübarizəyə qoşulmaq lazımdır. Əlbəttə ki, bu günün mübarizəsi o vaxtkı mübarizədən əsaslı surətdə fərqlənir,

133
00:24:01,200 --> 00:24:10,330
amma mübarizə mübarizədir; çalışıb-vuruşmaqdır, çətinliklərə sinə gərməkdir. Bu mübarizənin yolunu tapmalısınız.

134
00:24:10,860 --> 00:24:21,260
İrəli sürülən təkliflərlə də bağlı bir neçə cümlə deyim; bayaq xanımlardan və cənablardan bir neçəsi bəzi təkliflər etdi;

135
00:24:21,730 --> 00:24:33,530
inşallah, gərək baxaq, həmin təkliflər rəhbər vəzifələrdə çalışan möhtərəm qardaşlarımıza təqdim olunsun; inşallah, araşdırsınlar,

136
00:24:34,000 --> 00:24:44,460
baxaq görək reallaşdıra bilərik, ya yox. Demək istədiyim budur ki, real təkliflər irəli sürmək lazımdır.

137
00:24:45,000 --> 00:24:59,260
Hansısa təklifi etmək istəyəndə baxın görün onun reallaşması nə dərəcədə mümkündür; mövcud vəziyyətə uyğun proqramlar irəli sürün.

138
00:25:00,730 --> 00:25:07,730
Bu yerdə yenə də srağagün

139
00:25:07,730 --> 00:25:17,800
hökumət rəsmiləri ilə görüşümüzdə söylədiyim bir fikrə toxunmaq istəyirəm; belə ki onlarla olan görüşlərimizdə “proqram” sözü tez-tez işlənir: filan proqram, filan proqram. Mən onlara söylədim ki,

140
00:25:18,460 --> 00:25:25,260
proqram hazırlamaq yalnız qarşıya hansısa hədəflər qoymaq deyil; hədəfləri müəyyən etmək fəaliyyət proqramı qurmaq demək deyil.

141
00:25:26,000 --> 00:25:39,930
Proqram hazırlarmaq məqsədə doğru yol çəkmək deməkdir; proqram budur, bax buna “proqram” deyirlər.

142
00:25:41,330 --> 00:25:49,060
Əgər siz yol çəkmək istədiyiniz zaman məhəllin xüsusiyyətlərini nəzərə almasınız,

143
00:25:49,460 --> 00:25:57,600
bu xüsusiyyətlərlə üzləşməyə hazır olmasanız, əngəllərlə çox tez üzləşəcəksiniz.

144
00:25:58,130 --> 00:26:06,930
Məsələn, bir yoxuşa çatıb, “Olmadı”, – deyəcəksiniz; əvvəldən fikirləşməli idiniz ki, bu yolda yoxuşlar var,

145
00:26:06,930 --> 00:26:15,060
daş-kəsəkli yoxuşlar var, bu yoldan çay keçir, körpü lazım olacaq və sair;

146
00:26:16,730 --> 00:26:32,000
əvvəldən bunları nəzərə alıb işinizi planlaşdırmamısınızsa, əlinizdəki planı məhəllin mövcud vəziyyətinə uyğun tərtib etməmisinizsə, təbii ki, çətinliklərlə üzləşəcəksiniz, işiniz dayanacaq.

147
00:26:33,000 --> 00:26:39,330
Hər bir plan və ya proqramı mövcud vəziyyətə uyğun şəkildə qurmaq lazımdır; real olan, həyata keçirilməsi mümkün olan proqramlar ortaya qoyulmalıdır.

148
00:26:40,000 --> 00:26:48,600
Yaxşı, vaxt da keçir, mən 2-3 məqama da toxunmaq istəyirəm.

149
00:26:50,260 --> 00:27:09,860
Biri budur ki, ümumlikdə ruhani ictimaiyyəti (siz gənc ruhanilər də o ictimaiyyətin həyata keçirdiyi hərəkatın dinamik və effektiv bir hissəsisiniz)

150
00:27:10,130 --> 00:27:20,660
peyğəmbərlərin işini davam etdirir. Ruhanilərin fəaliyyətinə bu gözlə baxmaq lazımdır.

151
00:27:21,330 --> 00:27:31,860
Sizin aldığınız təhsil, gələcəyiniz üçün qurduğunuz planlar bu yanaşmaya əsaslanmalıdır; siz peyğəmbərlərin davamçılarısınız.

152
00:27:32,730 --> 00:27:35,260
Mübarək “Əraf” surəsində peyğəmbərlərin gördüyü iş barədə belə buyurulur:

153
00:27:36,260 --> 00:27:49,660
“Ad tayfasına da qardaşları Hudu (peyğəmbər gönərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur”. (“Əraf” surəsi, 65-ci ayədən)

154
00:27:49,860 --> 00:27:52,060
Məsələ tövhid məsələsidir.

155
00:27:54,400 --> 00:28:05,000
Peyğəmbərlərin bütün fəaliyyəti tövhid üçündür; peyğəmbərlərin dəvətinin əsasını tövhidə dəvət təşkil edir.

156
00:28:06,660 --> 00:28:19,330
Tövhidə dəvət təkcə insanlarda Allahın tək və yeganə olduğuna, iki, yaxud üç dənə olmadığına, bütlərin və ya bu qondarma tanrıların

157
00:28:20,330 --> 00:28:27,000
heç bir ilahi dəyəri olmadığına inam yaratmaq deyil; tövhid təkcə bu deyil;

158
00:28:28,460 --> 00:28:44,000
tövhid əqidəsi insanın bütün həyatını quran bir dünyagörüşünün əsasını, təməlini təşkil edir.

159
00:28:45,660 --> 00:28:55,730
Tövhidə inam təkallahlı bir cəmiyyət yaratmaq deməkdir; tövhid əsasında formalaşan və idarə olunan bir cəmiyyət;

160
00:28:55,730 --> 00:29:02,200
tövhid əqidəsi budur; əgər bu olmasaydı, peyğəmbərlərə qarşı düşmənçiliklər də olmazdı.

161
00:29:03,330 --> 00:29:13,930
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (bir-birini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

162
00:29:14,460 --> 00:29:27,860
Bu düşmənçiliklər ona görədir ki, peyğəmbərlər gəlib, yaşadıqları cəmiyyətdə mövcud olan qayda-qanunlara etiraz etmiş və onları dəyişdirmək,

163
00:29:28,860 --> 00:29:37,530
bəşəriyyətin yaşam tərzinə yeni bir forma, yeni bir quruluş vermək üçün çalışmışlar.

164
00:29:39,800 --> 00:29:48,600
Həmin yaşam tərzi bayaq qardaşlarımızdan birinin tilavət etdiyi o şərif ayədə haqqında söz açılan o gözəl həyatdır:

165
00:29:48,860 --> 00:29:56,060
“Ey iman gətirənlər! Peyğəmbər sizi sizi dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun peyğəmbərinin dəvətini qəbul edin”. (“Ənfal” surəsi, 24-cü ayədən)

166
00:29:56,530 --> 00:29:59,460
Əsl həyat gözəl həyatdır.

167
00:30:00,730 --> 00:30:09,130
“Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik”. (“Nəhl” surəsi, 97-ci ayədən)

168
00:30:09,400 --> 00:30:19,800
Yəni bu zahiri həyatın fövqündə duran başqa bir şey də var ki, ona “gözəl həyat” deyilir. Bəs o nədir? O, imanla yaşanan həyatdır.

169
00:30:20,400 --> 00:30:27,730
Yaşamaq üçün, havaya,

170
00:30:28,130 --> 00:30:34,600
suya, qidaya, elmə, texnologiyaya – hər şeyə ehtiyac var;

171
00:30:35,130 --> 00:30:51,200
yaşamaq üçün bütün bunlar lazımdır, lakin imansız yaşanan həyat həyat deyil; ölümdür. Quran bunu həyat hesab etmir.

172
00:30:51,600 --> 00:31:01,860
Həyat o zaman həyat olur ki, insanın gördüyü bütün işlər, yaşamının bütün amilləri imanla müşayiət olunsun; nurlansın;

173
00:31:02,200 --> 00:31:07,000
bu, zülmətlər içində bir nurun parlamasına bənzəyir.

174
00:31:09,800 --> 00:31:18,400
Ruhanilərin də missiyası bundan ibarətdir. Siz bəşər cəmiyyətinə həyat bəxş etmək istəyirsiniz.

175
00:31:20,660 --> 00:31:29,460
Təbii ki, burada da həm peyğəmbərlərin üzləşdiyi çətinliklər var, həm onların həyata keçirdiyi missiyanın icrası var, həm də peyğəmbərlərin qazanmış olduğu uğurların qazanılması;

176
00:31:29,460 --> 00:31:35,460
belə ki peyğəmbərlər öz işlərində, öz missiyalarının icrasında uğur əldə ediblər.

177
00:31:36,000 --> 00:31:44,330
Bütün peyğəmbərlərin, hətta şəhid olmuş, öz qövmü tərəfindən rədd edilmiş peyğəmbərlərin belə, çağırışı əvvəl-axır eşidilib, dediklərinə əməl olunub.

178
00:31:44,660 --> 00:31:59,800
Baxın, Həzrət Nuhun, Həzrət Hudun və öz dövründə kifayət qədər çox düşməni olmuş digər peyğəmbərlərin

179
00:32:00,130 --> 00:32:08,730
bu gün dünyada saysız-hesabsız sevənləri, maraq göstərənləri, ardıcılları var.

180
00:32:08,730 --> 00:32:13,330
Deməli, bu mesaj, bu missiya qalıcı olmuş, qələbə çalmışdır.

181
00:32:14,130 --> 00:32:23,200
Nə vaxtsa inkar olunsa belə, tədricən yer üzünə silsilə ilə gəlmiş peyğəmbərlərin fəaliyyəti sayəsində qələbə çalmışdır.

182
00:32:24,130 --> 00:32:35,660
Odur ki siz də peyğəmbərlərin missiyasını yerinə yetirdiyinizə görə həm cəmiyyətə çatdırdığınız mesajlar öz yerini alacaq və heç şübhəsiz, geniş surətdə yayılacaq,

183
00:32:35,860 --> 00:32:41,730
həm də ilahi inayət sizə nəsib olacaq; yəni Allah-taala da sizə öz yardımını göstərəcək:

184
00:32:41,730 --> 00:32:47,130
“Şübhəsiz ki, Biz öz peyğəmbərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (Qiyamət günündə) yardım edəcəyik!” (“Qafir” surəsi, 51-ci ayədən)

185
00:32:48,000 --> 00:32:54,460
Allah-taala sizə kömək edəcək – bu, bir yana –

186
00:32:54,460 --> 00:33:03,460
həmçinin, şübhə yox ki, peyğəmbərlər kimi sizin də düşmənləriniz, müxalifləriniz olacaq. Eyni vəziyyətdir;

187
00:33:03,460 --> 00:33:05,600
ona görə də özünüzü buna hazırlamalısınız.

188
00:33:06,600 --> 00:33:15,330
Hamınız gəncsiniz, bundan sonra yaşamaq, işləmək, çalışmaq üçün irəlidə,

189
00:33:16,460 --> 00:33:27,000
inşallah, 60-70 il vaxtınız var. Özünüzü qarşıdakı 50, 60, 70 ildə

190
00:33:27,400 --> 00:33:32,130
işləyib zəhmət çəkməyə hazırlayın və bilin ki,

191
00:33:32,860 --> 00:33:46,400
sizin çalışmağınız sayəsində bu yolun sonunda dünya, heç şübhəsiz, tamam dəyişib, arzulanan səmtə istiqamətlənəcək; hökmən belə olacaq.

192
00:33:46,400 --> 00:33:54,800
Mən burada bir məqamı da qeyd götürmüşəm ki, unutmayıb sizə deyim: hazırkı dövr

193
00:33:55,660 --> 00:34:06,660
teoloji mərkəzlər və ruhani ictimaiyyətimiz üçün əvvəlki dövrlərdən fərqli olan müəyyən xüsusiyyətlərə, spesifik cəhətlərə malikdir ki,

194
00:34:08,200 --> 00:34:17,060
bu cəhətlər də ruhanilərin xeyrinədir, onların uğur qazanmasına xidmət edir.

195
00:34:17,400 --> 00:34:25,460
Həmin cəhətlərdən biri İslam hökumətinin təşkil olunmasıdır; İslam hökumətinin təşkil olunması

196
00:34:26,130 --> 00:34:35,330
cəmiyyətdə islami atmosferin hakim olması deməkdir. O demək deyil ki, əleyhdarlar yoxdur; əleyhdarlar var, həmişə olub, bundan sonra da olacaq,

197
00:34:35,800 --> 00:34:44,930
amma cəmiyyətdə hökm sürən əsas siyasi-ideoloji tendensiyanın mahiyyətini İslam dini təşkil edir. Biz siz yaşda olanda

198
00:34:45,460 --> 00:34:53,130
ölkədə əsasən İslama zidd bir siyasi-ideoloji cərəyan hökm sürürdü; İslamdan uzaq yox, məhz İslama zidd.

199
00:34:55,260 --> 00:35:09,060
Mən Məşhəddə dini təhsil alırdım, eyni zamanda həm teoloji mərkəzdə dərs deyir, həm də universitet tələbələri üçün toplantılar keçirirdim. Məscid tələbələrlə dolu olurdu, onlara təfsirdən danışırdım.

200
00:35:10,330 --> 00:35:20,800
Dostlardan biri ilə (Allah ona rəhmət etsin!) Tehrana gəlmək istəyirdik, dəmir yolu vağzalında qatarın yola düşməsini gözləyərkən gəzişirdik.

201
00:35:21,600 --> 00:35:30,730
Vağzalda bizim kimi qatarı gözləyən gənclər

202
00:35:31,200 --> 00:35:40,460
orada-burada mənə məsxərə edirdilər. Mənimlə birlikdə olan o yoldaş universitet tələbəsi idi, amma onların hərəkətlərinə görə xəcalət çəkirdi.

203
00:35:41,330 --> 00:35:53,060
Mənə məsxərə edən o adamla nə düşmənçiliyimiz var idi, nə keçmişdə aramızda bir xoşagəlməz hadisə olmuşdu, nə mən ona bir pislik etmişdim,

204
00:35:53,930 --> 00:36:05,930
nə onun, yəqin ki, doğru-dürüst bir savadı var idi, amma buna baxmayaraq, belə bir iş tuturdu.

205
00:36:05,930 --> 00:36:15,860
Ruhanilər – yəni ciddi bir işlə məşğul olan, həm təhsil alan, həm dərs deyən gənc bir tələbə

206
00:36:16,400 --> 00:36:27,460
səbəbsiz-filansız məsxərə edilməli idi. Ölkədə belə bir atmosfer hökm sürürdü.

207
00:36:28,200 --> 00:36:38,860
Hələ Məşhəd İslamın mərkəzi olduğuna baxmayaraq, bu cür idi, Tehranda vəziyyət daha betər idi. Tehranda da dəfələrlə həm mən özüm, həm də bir çox başqa ruhanilər bu cür münasibətlə üzləşmişdik.

208
00:36:41,930 --> 00:36:52,000
Bu gün isə elə deyil; o demək deyil ki, bu gün ruhanilərə, dini təhsil alan, başına əmmamə qoyan tələbələrə məsxərə edən, düşmən münasibət bəsləyən, onların əleyhinə olan insanlar yoxdur;

209
00:36:52,400 --> 00:36:59,400
belələri bu gün də var, həmişə də olacaq – peyğəmbərlərə də məsxərə edənlər olub –

210
00:37:00,660 --> 00:37:10,460
lakin bu gün cəmiyyətdə siyasi-ideoloji baxımdan dinə əsaslanan bir cərəyan hökm sürməkdədir. Bu, bir cəhət; bu cəhət sizin xeyrinizədir; bundan bacardığınız qədər istifadə edin.

211
00:37:12,730 --> 00:37:21,330
Hazırkı dövrün digər bir üstün cəhəti isə budur ki, müasir dövrdə

212
00:37:21,860 --> 00:37:31,530
bütün dünyada ideoloji baxımdan bir boşluq hiss olunur, yeni bir fikrə, yeni bir ideyaya güclü ehtiyac var; bu, bütün dünyada belədir.

213
00:37:33,130 --> 00:37:41,130
Ölkələr, düşünən beyinlər, gənclər arasında müxtəlif adlı ideologiyalara qarşı –

214
00:37:42,600 --> 00:37:53,860
istər bu, solçu ideologiyalar olsun, istərsə də sağçı – bir küskünlük, pessimizm getdikcə artır. İdeoloji cəhətdən boşluq müşahidə olunur,

215
00:37:55,200 --> 00:38:09,600
yeni söz üçün yer açılmışdır. İslam Respublikasının həm insan, həm cəmiyyət, həm də siyasət mövzusunda

216
00:38:10,600 --> 00:38:16,530
dünyaya deyiləsi yeni sözləri var; İslamın yeni sözləri var.

217
00:38:17,530 --> 00:38:24,600
Əgər biz özümüzün bu yeni sözünü, yeni ideyalarını dünyada yaya, xalqların qulağına çatdıra bilsək,

218
00:38:25,530 --> 00:38:35,460
onları qəbul edib alqışlayanlar çox olacaq. Bu, müasir dövrə xas olan xüsusiyyətlərdən biridir. Vaxtikən belə deyildi;

219
00:38:35,860 --> 00:38:44,660
“vaxtikən” deyəndə mən 100 il öncəsini yox, elə öz gənclik dövrümü nəzərdə tuturam. Misal üçün,

220
00:38:45,130 --> 00:38:55,800
əksər ölkələrdə gənclər arasında marksizm geniş yayılmışdı; təkcə Amerikada və bəzi Avropa ölkələrində

221
00:38:55,800 --> 00:39:06,200
bir o qədər də kəskin şəkildə rəvac tapmamışdı, amma əksər ölkələrdə marksizmin cazibəsi güclü idi. Xüsusilə də iqtisadiyyat sahəsində sosialist ideyalar

222
00:39:06,660 --> 00:39:11,260
insanları kütləvi surətdə özünə cəlb edirdi; hətta müsəlman ölkələrində belə.

223
00:39:12,000 --> 00:39:22,660
Elə bizim öz ölkəmizdə, dini cərəyanı dəstəkləyən məşhur insanlar arasında

224
00:39:23,130 --> 00:39:28,400
(hansıların ki indi adlarını çəksəm, tanıyacaqsınız; yəni onları hamınız tanıyırsınız)

225
00:39:29,000 --> 00:39:36,930
“sosializm” nəzəriyyəsini açıq-aşkar müdafiə edən,

226
00:39:38,400 --> 00:39:49,660
İslam dinindəki iqtisadi görüşləri sosializmlə uyğunlaşdırmağın, yaxud onları cəmiyyətə sosializmə aid termin  və ifadələrlə təqdim etməyin tərəfdarı olanlar var idi.

227
00:39:50,600 --> 00:39:57,460
Onlardan bəziləri ilə ara-sıra söhbətlərimiz, debatlarımız, müzakirələrimiz olurdu.

228
00:39:58,130 --> 00:40:03,530
Bu gün isə elə deyil; bu gün sosializm iflasa uğrayıb

229
00:40:03,530 --> 00:40:11,930
və “elmi sosializm” adlandırılan nəzəriyyənin kökündən yanlış olduğu, demək olar ki, hamıya sübut olunub.

230
00:40:13,660 --> 00:40:17,860
Marksist təfəkkür tamamilə bir kənara atılıb;

231
00:40:19,000 --> 00:40:30,260
liberalizm – Qərb dünyasının fərd və cəmiyyət baxımından izah etdiyi mənada liberalizm qəbul edilmir.

232
00:40:31,600 --> 00:40:38,660
Ortada bir ideoloji boşluq yaranıb; yəni hər kəsdə bir ümidsizlik, çaşqınlıq və çarəsizlik hiss olunur.

233
00:40:39,060 --> 00:40:49,730
Bu gün İslamın sözünün yeri görünür. İslam dininin insanla, onun qət edə biləcəyi ən ülvi yol

234
00:40:49,730 --> 00:40:58,930
və sonda yetişə biləcəyi ən yüksək məqamla – Uca Yaradana doğru səfərlə bağlı təlimləri çox önəmli nəzəri görüşlərdir;

235
00:40:59,200 --> 00:41:09,460
eləcə də İslamın ölkələrin və cəmiyyətlərin siyasi idarəetmə quruluşu, yəni dinə əsaslanan xalq hakimiyyəti,

236
00:41:10,260 --> 00:41:20,060
habelə digər müxtəlif məsələlərlə bağlı görüşləri. Bütün bunlar olduqca cəlbedici ideyalardır  və özəlliklə

237
00:41:21,660 --> 00:41:31,660
əgər dünya ölkələrindəki gənc nəsillərin qulağına çatdırılsa, geniş surətdə qəbul edilib alqışlanacaq. Keçmişdə müşahidə olunmayan, bu günə xas özəlliklərdən biri də budur.

238
00:41:33,930 --> 00:41:46,130
Müasir dövrün digər bir üstün cəhəti geniş kütləyə müraciət etmək üçün texnoloji baxımdan əlverişli vasitələrin mövcud olmasıdır. Götürək elə interneti;

239
00:41:46,660 --> 00:41:55,000
bayaq bir qardaşımız bu barədə çox yaxşı və ətraflı danışdı; o, bir cümlə işlətdi, təsadüfən bu fikir daha öncə mənim də ağlıma gəlmişdi;

240
00:41:55,000 --> 00:41:59,200
qardaşımız internet barədə belə bir fikir səsləndirdi ki, “adı virtual məkandır, halbuki əslində realdır”;

241
00:42:00,130 --> 00:42:09,200
yəni bu ortam insanların əksəriyyətinin həyatında var. Bax elə o internet məkanı sizin öz mesajlarınızı

242
00:42:09,860 --> 00:42:16,600
dünyanın ən ucqar nöqtələrinə, hər kəsin qulağına çatdıra bilməyiniz üçün əlverişli bir imkan, çox effektiv bir vasitədir.

243
00:42:17,800 --> 00:42:26,200
Keçmişdə belə bir imkan yox idi, bu gün isə var. Müasir dövrün üstünlüklərindən biri də budur.

244
00:42:27,000 --> 00:42:34,860
Bugünün üstünlüklərindən biri də çoxlu sayda sualların yaranmasıdır; sual çox bərəkətli bir şeydir.

245
00:42:35,530 --> 00:42:40,930
Keçmişdə insanlarda bu qədər sual yaranmırdı, ortaya bu qədər sual çıxmırdı.

246
00:42:41,260 --> 00:42:50,600
Şübhə və sualların həmişə düşmən tərəfindən ortaya atıldığını düşünməyimiz yanlışdır; doğrudur, bəzən hansısa sual və şübhələri ortaya atan düşmən olur,

247
00:42:51,260 --> 00:43:08,130
lakin sual və şübhələr insanın yaradıcı şüurunun məhsuludur. Bu gün ölkəmizin təhsil alan, elm öyrənən, mübahisə

248
00:43:08,460 --> 00:43:22,460
və müzakirələr aparmağı sevən gənc ictimaiyyəti – ali məktəb tələbələri və sair – hamısı daim ortaya yeni-yeni suallar qoyur; bunda heç bir problem də yoxdur.

249
00:43:23,060 --> 00:43:28,200
Siz özünüz də eləsiniz; siz də gəncsiniz, yaradıcı düşüncəyə sahibsiniz;

250
00:43:29,060 --> 00:43:40,730
bu düşüncə həm ortaya müəyyən suallar çıxara, həm də onlara cavab tapa, o sualların cavabını irəli sürə bilər.

251
00:43:41,400 --> 00:43:50,530
Əlbəttə ki, sual verməklə qalmayın! Mənim sizə tövsiyəm budur. Sual verməklə qalmayın;

252
00:43:50,860 --> 00:44:05,530
o suallara cavab axtarın. Bütün sualların cavabı var; sadəcə olaraq, beyin işlətmək, düşünüb, çalışıb, uyğun cavabı tapmaq lazımdır.

253
00:44:05,930 --> 00:44:13,800
Əlbəttə ki, suallara cavab axtararkən də səhlənkarılq etmək, səthi düşünmək olmaz. Yəni hər cavab

254
00:44:14,130 --> 00:44:23,930
hər suala uyğun olmur; cavablar məntiqli, tutarlı və düzgün olmalıdır.

255
00:44:24,460 --> 00:44:32,000
Bu günün üstünlüklərindən biri sualların çoxluğudur; suallar çoxdur. Suallar çox olduqda

256
00:44:32,660 --> 00:44:47,600
ortaya çıxan məsələlər beyin işlətmək, elmin hüdudlarını aşmaq üçün geniş meydan açır; dəyərli əsərlər də məhz o zaman ərsəyə gəlir.

257
00:44:47,930 --> 00:45:01,260
İllər öncə təəssübkeş bir misirli yazıçı şiəliyin əleyhinə “Fəcrül-İslam” adlı bir kitab yazmşdı; o kitabda

258
00:45:01,660 --> 00:45:06,000
şiəliyin əleyhinə, həqiqətən də, ədalətsiz fikirlər irəli sürülürdü.

259
00:45:06,000 --> 00:45:15,200
Əlbəttə, sonradan o kitabın davamı olaraq, “Zəhyül-İslam”, “Zöhrül-İslam”, “Əsrül-İslam” və sair bu adda kitablar da yazdı.

260
00:45:16,530 --> 00:45:22,800
40-cı illərin sonları, 50-ci illərin əvvəllərində mən o kitabların hamısını oxumuşdum.

261
00:45:23,600 --> 00:45:36,060
Həmin o “Fəcrül-İslam” kitabı bizim görkəmli din alimlərimizdən bir neçəsinin çox dəyərli əsərlər yazmağına səbəb oldu.

262
00:45:36,260 --> 00:45:42,060
Onlardan biri də “Əz-zürriyyə” əsəridir; Şeyx Ağa Bozorg Tehraninin “Əz-zürriyyəsi”.

263
00:45:43,060 --> 00:45:54,260
Həmin dəyərli əsərlərdən biri də mərhum Sədrin “Təəsisüş-şiətül-fununul-İslam” əsəridir. Bütün bunlar “Fəcrül-İslam”a cavab olaraq yazılmışdı.

264
00:45:55,260 --> 00:46:05,200
Yanılmıramsa, Əhməd Əmin Misrinin “Fəcrül-İslam” kitabına qarşılıq olaraq yazılmış

265
00:46:06,130 --> 00:46:30,330
həmin görkəmli əsərlərdən biri də mərhum Seyid Mohsen Əminin din alimlərinin bioqrafiyasından bəhs edən “Əyanuş-şiə” kitabıdır.

266
00:46:30,530 --> 00:46:42,060
Yəni ortaya bir məsələ çıxmışdı və ona cavab olaraq bir neçə önəmli iş həyata keçirildi; halbuki əgər o sual olmasaydı,

267
00:46:42,060 --> 00:46:48,800
bu dəyərli işlər reallaşmayacaqdı. Bu da bir məqam.

268
00:46:49,130 --> 00:46:55,930
Odur ki müasir dövrün üstünlükləri çoxdur; belə bir dövrdə yaşadığınıza və üstünlüklərindən yararlana bildiyinizə görə

269
00:46:56,660 --> 00:47:00,000
Allaha şükür edin.

270
00:47:00,000 --> 00:47:09,130
Və son olaraq mən sizə təqvalı olmağı, günahdan çəkinməyi və ibadəti tövsiyə edirəm.

271
00:47:09,330 --> 00:47:17,400
Mənim əzizlərim! Bilin ki, bu yolda təqvalı olmaq lazımdır.

272
00:47:19,000 --> 00:47:27,600
Bilin ki, ən yaxşı təbliğ sizin carçısı olduğunuz o ideya və amalları öz şəxsi nümunənizdə, əməllərinizdə nümayiş etdirərək

273
00:47:28,930 --> 00:47:35,800
həyata keçirdiyiniz təbliğ, ətrafınızdakılara bu yolla göstərdiyiniz təsirdir:

274
00:47:37,260 --> 00:47:46,800
“Özünü başçı və rəhbər kimi görmək istəyən şəxs başqalarından əvvəl özünü ədəbləndirməlidir”.

275
00:47:47,260 --> 00:47:50,660
Əvvəlcə öz üzərimizdə işləməliyik.

276
00:47:52,060 --> 00:48:05,930
Keçmişdə bəzi mədrəsə müdirlərinin sübh vaxtı gedib tələbələrdən hansının gecə namazı qılıb-qılmadığını yoxlamaları,

277
00:48:06,600 --> 00:48:17,600
yəni tələbələrin gecə namazlarından mümkün qədər məhrum qalmamağına çalışmaları barədə danışılan əhvalatlar çox mənalıdır.

278
00:48:18,060 --> 00:48:25,800
Əlbəttə ki, o vaxt bu daha asan idi; indiki dövrdə bu televiziya kanalları, seriallar və sairlə bu işlər daha çətin olub;

279
00:48:26,460 --> 00:48:29,930
amma siz nə qədər çətin olsa da, bunu etməlisiniz.

280
00:48:31,530 --> 00:48:42,330
Əziz gənclər, özünüz üçün Allahın yolunu, təvəssül və dua yolunu,

281
00:48:45,460 --> 00:48:57,200
Həzrət Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs dualarından bəhrələnməyin yolunu açın;

282
00:48:58,600 --> 00:49:09,930
imamlardan (ə) nəql edilmiş təsirli dualardan istifadə etməyə çalışın.

283
00:49:11,600 --> 00:49:22,330
Rəvayətlərdə həqiqətən səhih sənədlərlə nəql olunmuş bəzi dualar var ki, insan onlara nəzər salanda, onları oxuyanda böyük zövq alır.

284
00:49:22,600 --> 00:49:27,330
“Səhifeyi-Səccadiyyə”dəki duaların özü olsun; hamısı bu qəbildəndir.

285
00:49:29,530 --> 00:49:38,260
Bu qapını üzünüzə həmişə açıq saxlayın; günahdan çəkinmək ən əsas məsələdir.

286
00:49:38,260 --> 00:49:46,530
Biz cavan olanda seyri-süluk mərhələlərini qət edən ariflərin bizə – onlara mənən bağlı olan,

287
00:49:46,530 --> 00:49:57,930
yanlarına gedib-gələn gənclərə birinci tövsiyəsi bu olurdu;  “Çalışın günahdan çəkinin” – deyirdilər.

288
00:49:58,660 --> 00:50:04,460
Şərif dualardan olan “Əbu Həmzə” duasında oxuyuruq:

289
00:50:04,460 --> 00:50:14,660
فَرِّق بَيني وَ بَينَ ذَنبِيَ المانِعِ لي مِن لُزومِ طَاعَتِک‌ Yəni insan hər hansı bir günaha batanda

290
00:50:15,000 --> 00:50:24,460
həmin günah onun Allaha itaətdən də soyumasına səbəb olur; Allaha itaət etməyi də özü üçün lazımlı bilmir,

291
00:50:24,800 --> 00:50:30,400
mənəvi uğurlardan məhrum olur; bunu həmişə nəzərə alın.

292
00:50:33,130 --> 00:50:42,460
Vaxtın başlanğıcında, fikrini cəmləyərək, diqqətlə qılınan namaz, Quran tilavəti,

293
00:50:43,260 --> 00:50:58,400
dua və ziyarətlərlə yaxından ünsiyyət – bütün bunlarsiz gənclər, mənim əziz qardaş və bacılarım üçün lazım olan şeylərdir;

294
00:50:58,930 --> 00:51:06,400
bunlara daim önəm verməlisiniz. Bax o zaman yaxşı dərs oxumağınızın və inşallah ki,

295
00:51:06,860 --> 00:51:14,060
riayət edəcəyiniz təqva və pərhizkarlığın,

296
00:51:14,330 --> 00:51:22,930
habelə sahib olduğunuz və bu gün mənim müşahidə etdiyim bu fəal, işlək düşüncənin bərəkəti sayəsində,

297
00:51:22,930 --> 00:51:31,200
ölkəmizin “ruhanilər” adlanan elmi-dini ictimaiyyətinin sabahı bu günündən qat-qat yaxşı olacaq, inşallah.

298
00:51:32,000 --> 00:51:33,860
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.