1
00:00:00,000 --> 00:00:02,600
بسم‌الله‌الرّحمن‌الرّحيم

2
00:00:02,930 --> 00:00:11,260
و الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:22,730 --> 00:00:30,600
علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:00:31,400 --> 00:00:48,800
Çox gözəl bir görüş idi. Tələbə qardaş və bacılarımın – mənim əziz balalarımın – burada toxunduğu bütün məsələlər

5
00:00:49,200 --> 00:01:04,330
diqqətəlayiq və qürurverici idi; doğrudur, ola bilsin ki, deyilənlər ölkənin tələbə ictimaiyyətinin fikirlərini, düşündüklərini tam olaraq əks etdirmirdi;

6
00:01:04,530 --> 00:01:18,000
bu, təbiidir; gənc dostumuz da qeyd etdi; mənim üçün bu, tamamilə başadüşülən və məqbuldur;

7
00:01:19,330 --> 00:01:32,860
deyilənlər tələbə ictimaiyyətimizin fikir və düşüncələrinin bir hissəsi idi, hamısı deyildi; bu, doğrudur, lakin

8
00:01:33,600 --> 00:01:48,130
burada səslənən fikirlər çox əsaslı, güclü və ölçülüb-biçilmiş fikirlər idi; mən, həqiqətən də, zövq aldım.

9
00:01:48,730 --> 00:02:01,130
Mən çıxış edənlərdən bəzilərinin bəzi fikirlərini qəbul etməyə bilərəm,

10
00:02:02,260 --> 00:02:16,330
amma mövzunun dəqiqliyini, zehnin – bu məsələləri formulə etmiş zehnin – itiliyini inkar etmək mümkün deyil.

11
00:02:16,930 --> 00:02:29,800
Qardaş və bacılarımız – həm çıxış edən o 2 tələbə bacımız, həm də qardaşlar – çox gözəl danışdılar.

12
00:02:32,060 --> 00:02:42,930
Onların bu nigarançılığı, universitetlərlə əlaqəli müxtəlif məsələlərə mövqe bildirmək istəyi yerində idi.

13
00:02:44,000 --> 00:02:58,860
Mən özüm üçün qısa qeydlər götürdüm; çıxışlar ətraflı surətdə videoyazıya da alınıb, göstəriləcək, yəqin ki, mən də görəcəyəm;

14
00:02:59,200 --> 00:03:06,460
yəqin ki çıxışlarda toxunulan məqamları – ya tam olaraq, ya da xülasəsini – bir daha görəcəyəm

15
00:03:08,530 --> 00:03:16,060
və mənim üçün faydalı ola biləcək hissələrdən, inşallah, istifadə də edəcəyəm.

16
00:03:16,060 --> 00:03:26,000
Lakin düşünürəm ki, burada iştirak edən möhtərəm rəsmilər – istər Elmlər Nazirliyinin olsun,

17
00:03:26,260 --> 00:03:37,460
istər Azad Universitetin, istərsə də universitetlərlə əlaqəli digər sahələrin rəsmiləri – bu gənclərdən istifadə etməlidir;

18
00:03:37,730 --> 00:03:50,460
bu fikirlərdən, bu beyinlərdən istifadə etmək lazımdır. Çıxışların səviyyəsi çox yüksək, məsələlərin dərki çox güclü və düzgün idi;

19
00:03:51,000 --> 00:04:00,130
insan bundan zövq alır. Bu görüşlər illərdir ki davam edir (dəqiq neçə il olduğunu bilmirəm; xeyli vaxtdır;

20
00:04:00,730 --> 00:04:10,930
hər il tələbələrlə görüşürük; aşağı-yuxarı 20 ilə yaxındır; dəqiq yadımda deyil)

21
00:04:11,330 --> 00:04:22,130
mən açıq-aydın hiss edirəm ki, ölkəmizin tələbə ictimaiyyətinin düşüncə səviyyəsi inkişaf edib, yüksəlib.

22
00:04:22,800 --> 00:04:30,330
Bizim gözləntimiz, bizim ehtiyac duyduğumuz da elə budur.

23
00:04:31,060 --> 00:04:40,930
Əlbəttə ki, gəncdirlər, gözləntiləri, istəkləri var, çoxu da reallaşmır

24
00:04:41,860 --> 00:04:49,730
və təbii ki, giley-güzarları var, bu, öz yerində,

25
00:04:50,200 --> 00:04:54,530
amma bu fikirlər, bu söhbətlər öz təsirini göstərir.

26
00:04:54,930 --> 00:05:02,860
Elə düşünmək lazım deyil ki, burada səslənən fikirlər yalnız sözdür, danışdıq, qurtardı-getdi. Xeyr, burada edilən söhbətlər

27
00:05:03,200 --> 00:05:09,060
ölkə universitetlərinin və ümumilikdə ölkənin gələcəyinə tam təsir göstərir.

28
00:05:09,330 --> 00:05:17,660
Bunlar ümumilikdə ictimaiyyətin düşüncəsinə təsir edir; bu çıxışlar çox önəmlidir.

29
00:05:19,260 --> 00:05:32,400
Mən də vurğulayacağım bəzi məqamları özüm üçün qeyd götürmüşəm; mənim deyəcəklərim də, demək olar ki, bu əziz balalarımın fikirlərinin davamıdır.

30
00:05:33,930 --> 00:05:39,530
Mən tələbələr və universitetlər,

31
00:05:40,130 --> 00:05:49,600
onlara olan yanaşma, onlardan olan istək və gözləntilər barədə bir qədər danışmaq istəyirəm; bu barədə söhbət edəcəyəm.

32
00:05:50,260 --> 00:06:03,930
Bir qədər də tələbə təşkilatları barədə danışacağam; çıxış edən dostlarımız tələbə təşkilatlarının nümayəndələri olduğuna görə təşkilatlar barədə də söhbət etmək istəyirəm.

33
00:06:06,600 --> 00:06:09,930
Əvvəlcə bir giriş verim.

34
00:06:09,930 --> 00:06:21,400
Bizim siyasi leksikonumuzda mühüm bir açar söz var: “imperializm sistemi”.

35
00:06:23,060 --> 00:06:30,730
Bu, çox mənalı bir sözdür. İmperializm sistemi nədir?

36
00:06:34,330 --> 00:06:45,130
Mən keçmişə ötəri bir nəzər salıb bu ifadənin köklərini araşdırmaq, daha sonra isə mövzunu bugünümüzlə əlaqələndirmək istəyirəm.

37
00:06:45,400 --> 00:07:03,130
İmperializm sistemi dünya ölkələri arasında qlobal qütbləşməyə əsaslanan bir sistem deməkdir; ölkələr arasında açıq-aşkar gedən və günbəgün artan bir qütbləşməyə; imperializm sistemi budur.

38
00:07:03,930 --> 00:07:13,730
Həmin qütblərdən birində ağalıq, hökmranlıq edənlər, digərində isə birincilərin hökmranlığına, ağalığına tabe olanlar durur. Belə bir qütbləşmə mövcuddur.

39
00:07:14,730 --> 00:07:23,330
Dediyim kimi, bu ifadənin, bu açar sözün ətrafında danışılası sözlər çoxdur.

40
00:07:23,330 --> 00:07:35,400
Bu illər ərzində mən bu mövzuda müəyyən söhbətlər etmişəm, amma siz tələbələr öz aranızda, keçirdiyiniz konfranslarda

41
00:07:35,800 --> 00:07:43,330
bir araya gəlib bu mövzuda düşünsəniz, bu məsələni birlikdə təhlil etsənis, daha çox və daha yaxşı fikirlər yürüdə bilərsiniz.

42
00:07:43,530 --> 00:07:52,060
Hər halda, dünyada ölkələr 2 qrupa ayrılıb (bu, 2-3 əsr bundan əvvəldən üzü bəri baş verən bir prosesdir):

43
00:07:53,400 --> 00:08:04,460
imperialistlər və imperializmin ağalığı altında yaşayanlar. Bir qayda olaraq və ya əksəriyyət etibarilə imperialistlər həmişə Avropa dövlətləri olub; bu, necə baş verib?

44
00:08:05,200 --> 00:08:15,600
Bunun da öz səbəbləri var. Bu ölkələr hansı xüsusiyyətlərə sahib olub ki,

45
00:08:16,260 --> 00:08:22,000
sonda belə bir nəticə alınıb?

46
00:08:22,600 --> 00:08:35,800
Onlar yaradılış baxımından hansısa imtiyazlara sahibdirmi, təfəkkür, psixologiya baxımından müəyyən üstünlükləri varmı, yoxsa hansısa amillərin təsiri ilə

47
00:08:36,530 --> 00:08:45,130
dünyanın hansısa bölgəsi, hansısa dünya ölkəsi başqalarına münasibətdə üstünlük əldə edir?

48
00:08:46,060 --> 00:08:50,730
Bütün bunların öz səbəbləri, öz dəlilləri var ki, indi mən o söhbəti açmaq istəmirəm; yəni söhbətimizin mövzusu bu deyil.

49
00:08:50,730 --> 00:08:56,260
Hər halda, belə bir qütbləşmə baş verib: imperialist ölkələr və müstəmləkələr yaranıb.

50
00:08:57,460 --> 00:09:05,800
Və bunun fonunda ölkələr arasında müəyyən cəhətlərdən ikiyə ayrılmalar, bölgülər baş verib; o cümlədən inkişaf və durğunluq baxımından qruplaşma gedib;

51
00:09:06,600 --> 00:09:17,600
yəni imperialist dövlətlər durmadan, sürətlə, günbəgün inkişaf edib –

52
00:09:18,400 --> 00:09:29,460
yəni inkişaflarının sürəti də durmadan günbəgün artıb – müstəmləkə altında olan ölkələr isə durğunluq yaşayıb, geri qalıb.

53
00:09:30,260 --> 00:09:36,200
Burada mühüm bir məqam var. Elə güman olunmasın ki,

54
00:09:36,730 --> 00:09:46,130
müstəmləkə altında olan ölkələr, yəni Asiya, Afrika, yaxud bəzi Latın Amerikası ölkələri,

55
00:09:46,460 --> 00:09:55,400
misal üçün, elə əvvəldən elmdən, mədəniyyətdən, sivilizasiyadan xəbərsiz olub. Xeyr, belə deyil.

56
00:09:55,800 --> 00:10:09,530
Cəvahirləl Nehrunun  “Dünya tarixinə baxış” kitabına nəzər salın. Həmin kitabda Nehru açıqlayır ki, ingilislər Hindistana girəndə

57
00:10:10,000 --> 00:10:19,130
bu ölkədə sənaye var idi; o dövr üçün inkişaf etmiş sənaye;

58
00:10:19,660 --> 00:10:26,600
yəni o dövr üçün modern sayılan sənaye məhsulları istehsal edirdi;

59
00:10:27,600 --> 00:10:35,730
eynilə başqa ölkələr də. İngilislər Hindistana girəndən sonra bunun qarşısını aldılar;

60
00:10:36,060 --> 00:10:45,400
yəni elə etdilər ki, Hindistanın yerli sənayesi ümumiyyətlə dayansın, geriləsin, idxal sənayesinə,

61
00:10:45,600 --> 00:10:52,460
ingilis mallarına ehtiyac yaransın; bunu planlı surətdə həyata keçirirdilər.

62
00:10:52,460 --> 00:10:59,000
Və bu hər yerdə baş verdi. İranda da eyni proses getdi. Əlbəttə, İran,

63
00:10:59,460 --> 00:11:07,460
Hindistan və bəzi digər yerlər arasında fərq bundan ibarətdir ki, İran rəsmən müstəmləkə deyildi; xaricilərin mütləq nüfuzu var idi,

64
00:11:07,660 --> 00:11:14,930
amma müstəmləkə yox idi. Hindistan isə rəsmən müstəmləkə idi. Sözümün canı budur ki,

65
00:11:15,330 --> 00:11:24,060
ölkələr inkişaf və durğunluq baxımından iki qrupa ayrılıb. Həmçinin novatorluq və təqlidçilik baxımından da

66
00:11:24,460 --> 00:11:35,200
bir bölgü mövcuddur; yəni imperialist ölkələr həyat tərzində, elmdə, imkanlarda hər gün yeni bir təşəbbüslə çıxış ediblər, imperializmin ağalığı altında yaşayan ölkələr isə heç bir təşəbbüs göstərmədən

67
00:11:35,800 --> 00:11:46,400
və ya bunu etmələrinə heç bir imkan yaradılmadan daim birinciləri təqlid ediblər; daim onlar innovasiyalarla çıxış edib, bunlar da kənardan baxaraq onları təqlid ediblər.

68
00:11:49,400 --> 00:11:54,730
Müstəqillik və asılılıq bölgüsü; siyasi müstəqillik və asılılıq;

69
00:11:55,060 --> 00:12:02,730
İngiltərə kimi kiçik bir ölkə müstəqil idi, amma Hindistan, Pakistan və sonradan Banqladeşi özündə birləşdirən

70
00:12:03,000 --> 00:12:12,860
Hindistan yarımadası kimi nəhəng bir ərazi onun nüfuzu altında və siyasi cəhətdən ondan asılı idi.

71
00:12:13,260 --> 00:12:24,200
Və ya İran kimi zəngin mədəni keçmişi olan bir ölkə siyasi cəhətdən asılı idi; istər Qacar dövrünün axırlarında, istərsə də Pəhləvi dövründə.

72
00:12:24,600 --> 00:12:31,400
Kimdən asılı idi? Tutalım, İngiltərə kimi kiçik bir dövlətdən;

73
00:12:31,730 --> 00:12:37,660
yəni bu şəkildə də bir bölgü mövcud idi: siyasi müstəqillik və siyasi asılılıq.

74
00:12:38,800 --> 00:12:48,660
Özünəinam və passivlik; ayırımın bir növü də budur; imperialistlər özünəinamlı idi, öz sözünü deyir,

75
00:12:48,930 --> 00:12:53,330
tələblərini irəli sürür, bütün dünyanın onlara aid olduğunu düşünürdülər,

76
00:12:53,930 --> 00:13:06,660
sayı heç də az olmayan müstəmləkə ölkələri isə passivliyə, özünəinamsızlığa, ümidsizliyə məhkum idi.

77
00:13:09,460 --> 00:13:23,800
Öz dünyagörüşünü, mədəniyyətini və adət-ənənələrini ixrac etmək; imperializm sisteminin, belə demək mümkünsə, məntiqi nəticələrindən

78
00:13:24,260 --> 00:13:34,730
və vacib şərtlərindən biri də budur ki, inkişaf edən, yeni-yeni təşəbbüslər göstərən, özünəinamlı ölkələr öz adət-ənənələrini və dünyagörüşünü ağalıq etdikləri ölkələrə

79
00:13:35,000 --> 00:13:42,600
transfer edirlər; həmin ölkələr də bunu qəbul edir; kitab formasında, cürbəcür araşdırmalar

80
00:13:43,060 --> 00:13:49,860
və sair formasında; bunların hamısının tarixdə açıq-aydın sübutları var;

81
00:13:49,860 --> 00:13:53,930
maraqlanıb araşdırsanız, hamısını tapa bilərsiniz.

82
00:13:54,860 --> 00:14:04,400
Üstəlik bütün bunlardan əlavə, bu vəziyyətin davam etməsi üçün də konkret planlar cızırdılar;

83
00:14:04,730 --> 00:14:13,330
yəni imperialistlər başqaları üzərində ağalıqlarının əbədi olaraq,

84
00:14:13,330 --> 00:14:21,400
dəyişmədən bu şəkildə davam etməsi üçün dəqiq elmi proqramlar hazırlayırdılar.

85
00:14:22,530 --> 00:14:31,930
Dünyada belə bir vəziyyət yaranmışdı. Son 2-3 əsrdə yer üzündə vəziyyət bu şəkildə olub.

86
00:14:32,260 --> 00:14:42,400
Sözsüz ki, bu müddət ərzində müəyyən hadisələr baş verib, bəzi ölkələr bu girdabdan qurtulmağa müvəffəq olub;

87
00:14:42,800 --> 00:14:50,460
əlbəttə, tamamilə olmasa da, müəyyən qədər; misal üçün, İngiltərənin müstəmləkəsi

88
00:14:50,460 --> 00:15:00,200
və ağalığı altında olan ABŞ siyasi və iqtisadi cəhətdən asılılıqdan xilas olub, mədəni cəhətdən isə yox;

89
00:15:00,860 --> 00:15:09,400
mədəni cəhətdən tamamilə Avropanın təsiri altında və Avropa qarşısında passiv mövqedə olub

90
00:15:09,660 --> 00:15:17,730
və bu vəziyyət bu günə qədər də davam edir. Və ya misal üçün,

91
00:15:18,000 --> 00:15:24,730
Hindistan iqtisadi və siyasi cəhətdən müəyyən qədər asılılıqdan yaxa qurtara bilib,

92
00:15:24,660 --> 00:15:29,530
mədəni cəhətdən isə yox; mədəni asılılıqdan qurtula bilməyib,

93
00:15:29,800 --> 00:15:35,730
bəzi şeylər hələ də var. Mən özüm Hindistanın şəhərlərindən birində

94
00:15:36,860 --> 00:15:44,530
meydanın ortasında bir heykəl görmüşdüm; kimin heykəli olduğunu soruşanda

95
00:15:44,930 --> 00:15:50,800
vaxtilə həmin şəhəri idarə etmiş ingilis zabitinin olduğunu öyrənmişdim.

96
00:15:51,800 --> 00:16:02,000
Allah, sən saxla! İllərlə mübarizə aparıb ölkənizdən qovduğunuz zalımın indi heykəlini niyə qoymusunuz?

97
00:16:02,800 --> 00:16:09,860
O heykəl oradaca durmuşdu; bəlkə, hələ indi də var; Hindistanın cənub əyalətlərindən birində.

98
00:16:10,400 --> 00:16:21,330
Analoji hala mən Afrikada da rast gəlmişəm. Afrika ölkələrindən birində turistik məkan olan

99
00:16:21,330 --> 00:16:27,800
bir meşədə də  (təsəvvür edin ki, bizi ora gəzib-görmək üçün aparmışdılar) mən bir heykəl görmüşdüm.

100
00:16:28,600 --> 00:16:38,060
Kimin heykəli olduğu ilə maraqlanmışdım, cavab vermişdilər ki, həmin ölkədə hakimiyyətdə olmuş bir ingilisindir;

101
00:16:38,060 --> 00:16:44,800
orada adı da yazılmışdı; meşə də onun adına idi! Yəni mədəni cəhətdən asılılıqdan qurtula bilməyiblər. Dünyanın vəziyyəti budur.

102
00:16:45,000 --> 00:16:54,530
Bizim inqilabımız və İslam Respublikası isə belə bir vəziyyət qarşısında sinəsini sipər edərək

103
00:16:55,460 --> 00:17:06,600
İranı bu girdabdan tam olaraq çıxarmağa müvəffəq olub; bu olduqca önəmlidir.

104
00:17:07,530 --> 00:17:18,260
Deyə bilərsiniz ki, “Necə yəni “tam”? Avropa mədəniyyətinin bir çox elementləri hələ də ölkəmizdə var”; bəli, belədir,

105
00:17:19,060 --> 00:17:29,460
amma bunlar pozuntu hallarıdır. İslam İnqilabı dünyagörüşü baxımından, ideologiya baxımından,

106
00:17:29,660 --> 00:17:44,130
mədəniyyət baxımından, iqtisadi və siyasi baxımdan, ölkənin bütün sferalarının idarəçiliyi baxımından Qərbə tam zidd mövqedədir.

107
00:17:44,660 --> 00:17:57,000
İmam Xomeyninin İslam Respublikası üçün elan etdiyi: “İslam Respublikası nə Şərqlədir, nə də Qərblə” – şüarının mənası da məhz bu idi; ölkəmiz və dövlətimiz imperializmin təsirinə heç bir şəkildə tabe olmur.

108
00:17:57,000 --> 00:18:07,130
Əlbəttə ki, bütün bunlar qanundur, qəbul olunur, müəyyən məqamlarda da pozuntu halları baş verir; bu, ayrı söhbətdir;

109
00:18:07,530 --> 00:18:13,130
qanunun olmaması və ya bunun əksinə olması isə başqa bir söhbətdir.

110
00:18:14,130 --> 00:18:30,800
İslam Respublikasında bütün bu prinsiplər qanunlarda öz əksini tapıb; imperializm sistemində müstəmləkə altında olan ölkəyə göstərilən təsir və təzyiqlərdən xilas olmaq,

111
00:18:31,130 --> 00:18:36,000
bu çərçivələri qoparıb atmaq bizim dövlətimizin qəti və mübahisəsiz qanunudur.

112
00:18:36,330 --> 00:18:44,060
İslam Respublikası müqavimət göstərə, mübarizə apara bildi;

113
00:18:44,460 --> 00:18:51,260
yəni İslam Respublikası əleyhinə, həqiqətən də, bütün vasitələrdən istifadə olundu.

114
00:18:51,660 --> 00:19:03,400
Bayaq gənc dostlarımız bu gün baş vermiş hadisəyə toxundular, çox da gözəl danışdılar;

115
00:19:03,860 --> 00:19:13,200
onlar demişkən, qoy bugünkü nəsil, bu günün tehranlıları görsün ki, terror nədir; terror aktı nədir;

116
00:19:13,600 --> 00:19:22,730
necə olur ki, bir hadisə nəticəsində, misal üçün, 2,3,5 nəfər günahsız insan həyatını itirir və onlara hücum edənlər kimlərdir.

117
00:19:23,000 --> 00:19:33,930
Bu vəziyyət 2-3 ildir ki, ölkəmizdə daim, hər yerdə və geniş miqyasda davam edir.

118
00:19:34,330 --> 00:19:39,600
Bir vasitə kimi bundan istifadə ediblər, müharibədən istifadə ediblər, çevriliş planından istifadə ediblər,

119
00:19:40,000 --> 00:19:47,200
təbliğatdan istifadə ediblər, sanksiyalardan istifadə ediblər,

120
00:19:47,730 --> 00:19:55,800
bu dövlətin, bu inqilabın, bu möhtəşəm hərəkatın əleyhinə bütün vasitələrdən istifadə ediblər, amma uğur qazana bilməyiblər. Uğur qazanan İslam İnqilabı olub;

121
00:19:56,200 --> 00:20:01,530
inkişaf edib, irəli gedib, özünü beynəlxalq aləmə qəbul etdirib, İslam dövlətini ərsəyə gətirib.

122
00:20:01,730 --> 00:20:10,060
“Bu dövlət quruluşu uğurlu deyil” – deyə mızıldanan bəzi insanlar var. Nəyə görə? “Filan nazirlik yaxşı işləmir”. Xeyr,

123
00:20:10,200 --> 00:20:21,930
əgər bu dövlət uğurlu olmasaydı, indiyə qədər onu on dəfə udub həzm etmiş olardılar, yox olub aradan gedərdi. Bu dövlətin uğurlu olmasına ən böyük sübut elə onun özüdür, bu günə qədər varlığını davam etdirməsidir.

124
00:20:44,800 --> 00:20:52,530
Bir dövlətin öz ayaqları üzərində möhkəm durub heç kimi və heç nəyi nəzərə almadan açıq-açığına öz sözünü deməyi,

125
00:20:52,930 --> 00:20:58,460
öz qəti mövqeyini dünyada açıq şəkildə elan etməyi

126
00:20:58,800 --> 00:21:05,930
(baxmayaraq ki, necə bir düşmənçiliklə üz-üzə olduğumuzu da bilirik, düşmənçiliklərdən bixəbər deyilik;

127
00:21:06,800 --> 00:21:17,460
dövlətimizin rəsmiləri də, xalqımız da bilir, bununla belə, möhkəm durur, müqavimət göstərir) – bu, çox önəmli bir məsələdir,

128
00:21:17,800 --> 00:21:23,600
çox heyrətamiz bir faktdır! Bu dövlətin uğurlu olmağının ən böyük əlaməti budur ki,

129
00:21:23,930 --> 00:21:31,200
öz ilkin hərəkət kursunu qoruyub saxlaya bilib; hələ mən bayaq qardaşlarımızdan bəzilərinin qeyd etdiyi çoxsaylı nailiyyətləri demirəm.

130
00:21:31,200 --> 00:21:40,260
Mən özüm də bunu həmişə tövsiyə edirəm; Allahın ordusunda olan mömin və inqilabçı gənclər İslam dövlətinin qazandığı nailiyyətləri heç vaxt yaddan çıxarmamalıdırlar.

131
00:21:40,860 --> 00:21:49,060
Bu nailiyyətlər bir-iki deyil, minlərlədir. Misal üçün, bayaq vurğulandı ki,

132
00:21:50,130 --> 00:21:58,130
nə vaxtsa, tutalım, hindistanlı və ya filippinli həkimlərə müraciət olunan bir ölkədə

133
00:21:58,200 --> 00:22:05,660
bu gün ən yaxşı, ən peşəkar mütəxəssislər var. Hələ bu, mənim nümunə olaraq qeyd etdiyim kiçik bir məqamdır,

134
00:22:05,860 --> 00:22:13,130
bu qəbildən olan uğurlar onlarla, yüzlərlədir və bütün bunlar diqqətəlayiqdir.

135
00:22:13,200 --> 00:22:25,200
Hər halda, bu inqilab bizə həm öz milli kimliyimizi, həm də ideallarımızı qazandıra bilib; bu, önəmli bir məqamdır.

136
00:22:25,600 --> 00:22:34,260
Biz həm öz milli kimliyimizə qovuşduq, kim olduğumuzu, məğlub olmuş,

137
00:22:34,530 --> 00:22:43,800
qlobal siyasət və imperializm tərəfindən udulub həzm edilmiş bir xalq olmadığımızı dərk etdik, dərk etdik ki, biz varıq, biz bizik, kimliyimizi və ideallarımızı bildik,

138
00:22:44,200 --> 00:22:50,530
həm də İslam İnqilabı bizə ideallar bəxş etdi; çoxsaylı ideallar; az sonra onlar barədə də danışacağam.

139
00:22:51,060 --> 00:23:01,000
Bəli, bu çirkin çərçivə dağıdıldı və elə buna görə də, təbii olaraq, bir qarşıdurma, mübarizə başladı.

140
00:23:01,000 --> 00:23:08,130
Yaxşı, belə olan halda bəs qarşı tərəfdə duranlar kimlərdir? O gün mən İmam Xomeyni (r.ə) məqbərəsində də bunu söylədim;

141
00:23:08,460 --> 00:23:17,400
güclü dövlətlər, böyük imkanlara sahib olan güclər, son dərəcə böyük nüfuz və təsirə malik cərəyanlar; bu gün nəinki təkcə Avropada,

142
00:23:17,660 --> 00:23:23,200
bəlkə Amerikada da administrasiyaları hakimiyyətə gətirən və hakimiyyətdən aparan siyasi cərəyanlar!

143
00:23:24,460 --> 00:23:32,060
İstədikləri administrasiyanı iş başına gətirir, istədiklərini yola salırlar. Bu cərəyanlar

144
00:23:33,000 --> 00:23:41,330
hamısı İslam Respublikasının qarşısında duraraq öz güc və imkanlarını sınayıb, əlindən gələn zərbəni vurub.

145
00:23:41,330 --> 00:23:47,060
Bir mübarizə başlayıb: sərt, yarısərt və yumşaq mübarizə;

146
00:23:47,660 --> 00:23:58,930
hər 3 formada mübarizə gedir. Bu mübarizənin meydanlarından biri də universitetlərdir.

147
00:23:59,400 --> 00:24:06,730
Universitetlərin kollektivi istər-istəməz bu mübarizəyə qoşulub; ilk gündən!

148
00:24:07,530 --> 00:24:18,860
Hələ inqilabi mübarizənin getdiyi dövrdən; inqilabi mübarizəni aparan elə tələbələr idi! Bu inqilabın qələbə çaldığı, bu dövlətin qurulduğu gündən bəri də

149
00:24:19,260 --> 00:24:29,130
universitetlər mübarizə və qarşıdurma vəziyyətindədir. Mübarizə çoxlarından yan keçmədi, amma ən mühüm mərkəzlərdən biri universitetlər və tələbələr idi.

150
00:24:29,530 --> 00:24:41,800
O zaman – inqilabın əvvəllərində düşmən əsas diqqətini universitetlər və tələbələr üzərində cəmlədi və onlara hakim kəsildi;

151
00:24:41,800 --> 00:24:52,660
yəni universitetləri ələ aldı. Sizdən çoxunuz o vaxt heç dünyaya gəlməmişdiniz, sözsüz ki, heç tələbə də deyildiniz,

152
00:24:53,060 --> 00:24:57,800
amma mən o vaxtlar hər həftə Tehran Universitetində tələbələrlə görüş keçirirdim.

153
00:24:58,400 --> 00:25:06,060
Hər həftə Tehran Universitetinin məscidinə gedirdim; namaz, çıxış, sualları cavablandırmaq;

154
00:25:07,660 --> 00:25:14,060
tələbələr yığışırdılar, suallar verirdilər, şübhədə qaldıqları məqamlar olurdu, deyirdilər, biz də cavablandırırdıq.

155
00:25:15,660 --> 00:25:24,400
Tehran Universitetinin içində sözün əsl mənasında müharibə gedirdi, atışmalar olurdu; iş o yerə çatmışdı ki,

156
00:25:24,930 --> 00:25:35,530
bir gün həftədə bir dəfə çərşənbə axşamı və ya çərşənbə günləri təşkil etdiyimiz həmin toplantılardan birinə getdiyim zaman

157
00:25:35,930 --> 00:25:43,860
bir neçə adam mənə yaxınlaşıb söylədi ki, universitetə girməyim, təhlükəlidir. Özümüzün də bir neçə mühafizəçimiz var idi, onlar da: “Getməyin, təhlükəlidir”, – dedilər.

158
00:25:43,860 --> 00:25:49,260
Mən söylədim ki, olmaz, mən universitetə getməliyəm, yəqin ki, insanlar məsciddə məni gözləyir.

159
00:25:49,400 --> 00:25:58,200
Gedib universitetə daxil olduq. Xəlvətcə! Atışma gedirdi, bir-birini vururdular! Bax bu Tehran Universitetindəcə!

160
00:25:58,530 --> 00:26:05,730
Universitetin məscidinə gəldim, gördüm ki, heç kəs yoxdur, tələbələr də gəlməyib, qorxublar. Gənclərin qorxduğu yerdə də ki,

161
00:26:06,000 --> 00:26:14,400
biz onlardan qabaq qorxduq; geri qayıtdıq.  Universitetlərdə belə bir vəziyyət hökm sürürdü.

162
00:26:14,930 --> 00:26:25,130
Universitetlər, doğrudan da, döyüş meydanına çevrilmişdi; səbəbi isə düşmənin nüfuz və təsiri idi. Qarşı tərəfdə duranlar kimlər idi? Solçular da var idi,

163
00:26:25,860 --> 00:26:34,660
şahın tərəfdarları da var idi! Həmişə bir-birinə qarşı çıxanlar İslam İnqilabı, İslam dövləti və İmam Xomeyninin əleyhinə

164
00:26:34,930 --> 00:26:43,000
əl-ələ verib birləşmişdilər; müttəfiq olmuşdular. SAVAK-çıların uşaqları da var idi

165
00:26:43,400 --> 00:26:50,060
(nəticə etibarilə SAVAK-çıların da arvad-uşağı, tələbə övladları olurdu); onlar da var idi,

166
00:26:50,660 --> 00:26:58,130
solçu marksistlər də var idi; “xalq fədailəri”, “mücahidlər” və bu kimi bir çoxları (yəqin ki, onların haqqında eşitmisiniz

167
00:26:58,130 --> 00:27:05,060
və ya oxumusunuz) hamısı müsəlman tələbələrə qarşı idi.

168
00:27:06,200 --> 00:27:14,060
Əlbəttə ki, inqilabçı müsəlman tələbələr universitetləri fəth etdi; bunu biləsiniz.

169
00:27:14,400 --> 00:27:25,860
İnqilabçı müsəlman tələbələr həm polemikalarda universitetləri fəth edə bildilər, həm də döyüşlərdə;

170
00:27:26,200 --> 00:27:33,060
yəni baş verən o hadisələrdə müsəlman tələbələr universitetləri fəth etməyi bacardılar; düzdür, daha sonra universitetlərin işi müvəqqəti olaraq dayandırıldı və sair.

171
00:27:33,060 --> 00:27:40,600
İntəhası sonradan müsəlman tələbələrin öz arasında da ixtilaflar yarandı.

172
00:27:40,860 --> 00:27:45,860
Müsəlman tələbələr universitetləri fəth etdilər, casus yuvasını ələ keçirdilər,

173
00:27:46,060 --> 00:27:56,730
amma özləri daxildən məğlub oldular! Zənnimcə, bu, diqqət etməyə dəyən bir məqamdır. Bu nəyə görə baş verdi? Ona görə ki

174
00:27:57,660 --> 00:28:03,800
onların hadisələri təhlil etmə qabiliyyəti və bir kollektiv olaraq mahiyyəti zəif idi.

175
00:28:05,130 --> 00:28:13,600
Emosiyalar var idi, kifayət qədər də kəskin idi (o dövrdə tələbə gənclərdən bəziləri

176
00:28:14,130 --> 00:28:21,400
həbsdən, sürgündən yenicə qurtulmuş bizləri inqilabçı hesab etmirdilər;

177
00:28:22,260 --> 00:28:31,530
yəni yeri gələndə bizi ittiham edirdilər; o adamlar indi də var; bəziləri indi də yaşayır;

178
00:28:31,800 --> 00:28:40,660
yəni həqiqətən də, ortodoks idilər; qatı və ortodoksal inqilabçılar idi; çox sərt, qatı)

179
00:28:40,660 --> 00:28:52,600
intəhası o düşüncə tərzi ilə o adamlarda lazımi mahiyyət yox idi, ona görə də həssas bir məqamda zərbə aldılar.

180
00:28:54,860 --> 00:29:08,330
Hadisələr çoxdur, mən hamısını bir-bir qeyd etmək istəmirəm; sadəcə, universitetlərdə baş verən hadisələrin köklərinə toxunmaq istədim.

181
00:29:08,530 --> 00:29:14,130
Demək istədiyim budur ki, bu illər ərzində universitetlərin əleyhinə,

182
00:29:14,130 --> 00:29:23,930
onları mübarizə meydanından kənarlaşdırmaq üçün çox səylər göstərilib; səbəbi də odur ki, universitetlər olduqca önəmlidir.

183
00:29:24,660 --> 00:29:29,930
Universitetlərin inqilaba xidmət etməyi çox önəmlidir;

184
00:29:30,130 --> 00:29:39,060
effekti digər ictimai təbəqələrdən qat-qat çoxdur. Əvvəla, hamısı gəncdir, bağlantıları azdır, hər an işə keçməyə hazırdırlar,

185
00:29:40,530 --> 00:29:48,200
beyinləri işləyir, dərrakəlidirlər; bunlar çox vacib məqamlardır;

186
00:29:49,660 --> 00:30:02,930
bundan başqa, cəmiyyətə təsir etmə gücünə malikdirlər; yəni inqilabçı tələbələr ətrafına təsir göstərə bilər;

187
00:30:03,200 --> 00:30:10,200
ailəsinə, münasibətdə olduğu insanlara, dostlarına və içində olduğu sosial mühitə təsir göstərir.

188
00:30:10,200 --> 00:30:19,600
Elə buna görə də universitetləri öz inqilabi mahiyyətindən məhrum etmək üçün çox çalışıblar,

189
00:30:20,060 --> 00:30:28,660
çox işlər görüblər, bu sahədə çox siyasətlər həyata keçiriblər.

190
00:30:29,530 --> 00:30:36,260
Təəssüf ki, inqilabın, yəni inqilabi ruhiyyənin,

191
00:30:36,600 --> 00:30:45,060
mübarizə ruhiyyəsinin, Allahın ordusunda olmaq ruhiyyəsinin universitetlərdən kənarlaşdırılmasına

192
00:30:45,060 --> 00:30:48,530
bizim öz içimizdən də kömək edənlər çox olub. Bunlar başlanğıc idi.

193
00:30:48,730 --> 00:31:02,660
Sizə bir şeyi demək istəyirəm: əlbəttə, mən bilirəm ki, bu cür görüşlərdə ölkəmizin ali məktəblərində təhsil alan tələbə kollektivi özünün bütün müxtəlifliyi –

194
00:31:03,000 --> 00:31:11,060
cürbəcür qrupları, stimulları, meyilləri ilə iştirak etmir; mən bunu bilirəm.

195
00:31:11,400 --> 00:31:19,060
Mən ölkə universitetlərində hökm sürən vəziyyət barədə məlumatsız deyiləm,

196
00:31:19,400 --> 00:31:26,330
lakin mən sözümü bütün inqilabçı, inqilabi məsələlərə etinasız yanaşmayan tələbələrə xitabən deyirəm.

197
00:31:27,000 --> 00:31:37,730
İslam İnqilabını sevənlər, onu sözün əsl mənasında bu ölkənin nicatı və xoşbəxt gələcəyinin təmin olunması üçün

198
00:31:38,060 --> 00:31:41,660
vasitə hesab edənlər – mənim sözüm onlaradır.

199
00:31:41,660 --> 00:31:48,660
Mən deyirəm ki, siz tələbələr özünüzü bu mübarizənin ön sıralarında görməlisiniz.

200
00:31:49,000 --> 00:31:56,400
Ortada bir mübarizə var, hələ də davam edir, başa çatmayıb, ola bilsin, heç bu yaxın vaxtlarda başa çatmasın, davam etsin;

201
00:31:57,800 --> 00:32:04,600
siz özünüzü bu mübarizənin ön sıralarında görməli, bu sıralarda yer almalısınız.

202
00:32:07,000 --> 00:32:15,600
Qarşıdurma meydanını görməlisiniz. Böyük problemlərdən biri budur ki, bəziləri ortada gedən qarşıdurmanı hiss etmir,

203
00:32:15,600 --> 00:32:20,660
qarşıdurma meydanını görmür, bizim bir qarşıdurma içində olduğumuzu anlamır.

204
00:32:23,130 --> 00:32:28,530
Bu mübarizənin sizinlə də əlaqəsi olduğunu nəzərə alın.

205
00:32:28,930 --> 00:32:40,200
Hər bir tələbə özündə insani, milli, dini, ictimai və beynəlxalq məsuliyyət hiss etməlidir;

206
00:32:41,200 --> 00:32:44,860
tələbələrdən gözlənən budur.

207
00:32:47,800 --> 00:32:57,000
Tələbələrin ölkədə gedən proseslərə yanaşması; mən tələbələrin burada ifadə etdiyi tənqidi yanaşmanı yüzdə-yüz dəstəkləyirəm.

208
00:32:57,330 --> 00:33:06,860
Əlbəttə, ola bilsin ki, bəzi tənqidləri haqlı hesab etmirəm; istər icraedici hakimiyyətlə bağlı olanlar olsun, istər məhkəmə hakimiyyəti ilə,

209
00:33:06,860 --> 00:33:12,930
istərsə də Ali Rəhbərlik Baş İdarəsi ilə. Səslənən tənqidlərdən bəziləri haqlı, bəziləri isə haqsız ola bilər,

210
00:33:13,660 --> 00:33:23,330
lakin bu tənqidi yanaşmanın özünü mən yüzdə-yüz dəstəkləyir və alqışlayıram. Mənim fikrimcə, universitetləri bu tənqidi, narahat, nigaran yanaşmadan

211
00:33:23,660 --> 00:33:27,460
məhrum etmək olmaz.

212
00:33:28,860 --> 00:33:35,330
Bir bu tənqidi yanaşmadan, bir də ideallara can atmadan. Tələbələr idealların arxasınca getməlidirlər.

213
00:33:36,460 --> 00:33:44,260
Çatışmazlıqların, əyintilərin üzərinə sual işarəsi qoymalıdırlar;

214
00:33:44,260 --> 00:33:54,130
tələbələr çatışmazlıqları, əyintiləri, nöqsan və eyibləri görməli, onlar haqda sual verməlidirlər.

215
00:33:54,400 --> 00:34:04,200
Ola bilsin ki, qarşı tərəfin həmin məsələdə keçərli bir üzrü var, amma bu, sizin sual verməməyiniz üçün səbəb olmamalıdır;

216
00:34:04,400 --> 00:34:14,600
siz sual verin, soruşun. Tələbələrdə sual vermək, yaxşı olan şeylərə çağırış etmək, pisliklərdən çəkindirmək,

217
00:34:14,600 --> 00:34:18,730
dəyər və idealları ciddi surətdə tələb etmək psixologiyası həmişə arzulanandır və təqdirəlayiqdir.

218
00:34:19,000 --> 00:34:26,460
Bir də: tələbələr müvəqqəti uğursuzluqlardan məyus olmamalıdır; buna diqqət yetirin;

219
00:34:27,060 --> 00:34:33,800
haradasa hansısa sözü demişdik, olmadı, filan yerdə filan məqsədi qarşıya qoymuşduq, reallaşmadı –

220
00:34:34,200 --> 00:34:42,400
belə şeylərə görə pessimizm və ümidsizlik əhval-ruhiyyəsinin sizə hakim olmasına əsla imkan verməyin. Uğursuzluqlardan məyus olmaq məsləhət olsaydı,

221
00:34:42,730 --> 00:34:55,800
biz istər inqilabi mübarizə dövründə, istərsə də 8 il davam etmiş məcburi savaşda yüz dəfə pessimizmə qapılıb geri çəkilməli idik.

222
00:34:56,330 --> 00:35:02,060
Gecə ilə adamın evinə tökülüşüb arvad-uşağının gözü qarşısında döyür,

223
00:35:03,600 --> 00:35:11,260
əllərini qandallayıb aparırdılar; hələ bu harasıdır, bundan da artığını edirdilər.

224
00:35:12,730 --> 00:35:23,400
Əgər insan zərbə almaqla və ya o əziz qızımız demişkən, kötəklənməklə ruhdan düşməli, narahat olmalı olsaydı,

225
00:35:23,600 --> 00:35:30,000
onda gərək inqilabi mübarizə dövründə mübarizə aparan insanlar o vaxt ruhdan düşüb məyus olaydılar; amma olmadılar.

226
00:35:30,200 --> 00:35:36,330
Onlar ruhdan düşsəydilər, mübarizə qələbə ilə nəticələnməzdi. Müharibədə də eynilə;

227
00:35:36,860 --> 00:35:44,800
müharibə vaxtı dəfələrlə olurdu ki, vəziyyət bizim təsəvvür etdiyimiz və ya öncədən proqnozlaşdırdığımız kimi olmurdu.

228
00:35:45,000 --> 00:36:04,800
Tutalım, “Ramazan” əməliyyatında elə bilirdik ki, əməliyyat uğurla həyata keçəcək, yay fəsli idi, hava da isti idi,

229
00:36:05,200 --> 00:36:14,330
ramazan ayı idi də, amma uşaqlarımızdan çoxu şəhid oldular, əməliyyat da uğursuzluqla nəticələndi. Ruhdan düşdükmü? Ruhdan düşdülərmi?

230
00:36:16,060 --> 00:36:22,260
“Kərbəla – 4”də də eynilə, “Vəl-fəcr”ə hazırlıq əməliyyatında da eynilə.

231
00:36:22,260 --> 00:36:28,660
“Vəl-fəcr”ə hazırlıq əməliyyatında bəsicilərdən böyük bir qrupu cəbhəyə getmişdi;

232
00:36:28,860 --> 00:36:39,460
bir məntəqə də seçmişdilər, təxminən, arxayın idilər də ki, əməliyyat uğurla keçəcək, biz irəliləyəcəyik

233
00:36:39,460 --> 00:36:48,000
(əməliyyat İraq Əmarəsinin qarşısında keçirilirdi) amma hər şey puç oldu, əməliyyat çox qəribə formada bir uğursuzluqla nəticələndi.

234
00:36:49,130 --> 00:37:00,800
Əgər insan hər etapda üzləşdiyi uğursuzluqdan ruhdan düşməli olsaydı, heç bir şey yoluna-qaydasına düşməzdi.

235
00:37:01,330 --> 00:37:13,330
Yaşadığınız etapda qarşınıza çıxan, müvəqqəti uğursluzluqlar həyatda qətiyyən sizi məyus etməsin.

236
00:37:14,730 --> 00:37:26,000
Daha bir məqama toxunmaq istəyirəm, bunu bir qədər əvvəl də qeyd etdim; qazanılmış uğur və nailiyyətləri həmişə nəzərinizdə saxlayın;

237
00:37:26,200 --> 00:37:36,460
onlardan bəziləri, həqiqətən, misilsizdir; yəni İslam İnqilabı ilə fəxr edin.

238
00:37:36,730 --> 00:37:49,260
Baxın, əzizlərim! Bu gün dünyanın super-dövlətlərinin Qərbi Asiya regionunda izlədiyi siyasətlər puça çıxıb, yürüməyib;

239
00:37:50,600 --> 00:37:58,800
onlar özləri də bunun səbəbinin İslam Respublikasının regiondakı nüfuz və iqtidarı olduğunu deyirlər; bu olduqca önəmlidir.

240
00:38:00,800 --> 00:38:10,530
Onlar İraq, Suriya və ya digər ölkələrin başına istədikləri oyunu açmaq niyyətində idilər, amma bunu edə bilmədilər.

241
00:38:11,060 --> 00:38:17,930
Bu çox önəmlidir; sizin istədiyiniz də elə bu idi; inqilabın istədiyi bu idi.

242
00:38:18,400 --> 00:38:26,800
İnqilabın istəyi gerçəkləşdi, Amerika və onun havadarlarının – təkcə Amerikanın yox – istəyi isə gerçəkləşmədi.

243
00:38:27,260 --> 00:38:34,600
Bu, bizim çoxsaylı qələbələrimizin, irəliləyişlərimizin, müvəffəqiyyətlərimizin yalnız bir nümunəsidir;

244
00:38:34,600 --> 00:38:43,930
bunları heç vaxt yaddan çıxarmayın. Düşmənin işlətdiyi hiylələrdən biri “siz bacarmırsınız”,  “siz məğlub oldunuz”,

245
00:38:44,260 --> 00:38:54,460
“siz heç bir işin öhdəsindən gələ bilməzsiniz”, “sizin kitabınız bağlanıb” deməkdir. Düşmənin işlətdiyi hiyləgər metodlardan biri də budur. Onun bu hiyləsinə heç bir vəchlə uymayın.

246
00:38:56,000 --> 00:39:08,260
Əlbəttə, ölkə daxilində də düşmənin bu arzusunu dilinə gətirib yüksək səslə deyənlər var;

247
00:39:08,260 --> 00:39:13,860
düşmənin ölkəmizdə formalaşdırmaq istədiyi ictimai rəyi

248
00:39:14,400 --> 00:39:20,060
burada qəzetlər, internet (indi daha internet də var) və ixtiyarlarında olan

249
00:39:20,330 --> 00:39:26,260
digər ruporlar vasitəsilə təbliğ edib yayan insanlar yox deyil.

250
00:39:26,600 --> 00:39:36,860
Elə buna görə də mən deyirəm ki, o narahatlığı, o xəbərdarlıq etmə niyyətini,

251
00:39:37,660 --> 00:39:47,400
hökumətin nöqsanlarına, problemli cəhətlərinə olan o tələbkar yanaşmanı yüzdə-yüz dəstəkləyirəm.

252
00:39:47,660 --> 00:40:00,730
Əlbəttə, burada haşiyəyə çıxaraq bir şeyi də qeyd edim ki, hökumətdəki problemlərə bir həkim kimi – çarəsini tapmaq, əlac etmək niyyəti ilə yanaşmaq lazımdır.

253
00:40:01,000 --> 00:40:08,800
Həkim bəzən xəstəsini danlaya da bilər, acı söz də deyə bilər, amma məqsədi onu müalicə etməkdir.

254
00:40:09,400 --> 00:40:16,060
Bunun əksinə, düşmənə göstərilən münasibət isə qəti, barışmaz,

255
00:40:16,930 --> 00:40:27,130
onun özünün göstərdiyi münasibətə uyğun, yəni düşmən münasibət olmalıdır. Daxildə, hökumətə göstərilən münasibətdə isə yox; canıyananlıqla, problemlərə əlac etmək və sair bu kimi niyyətlərlə hərəkət etmək lazımdır.

256
00:40:27,330 --> 00:40:37,130
Əlbəttə, siz xarici düşmənə göstərdiyiniz münasibətdə, ona qarşı seçdiyiniz danışıq tərzində, mövqedə və sairdə azadsınız.

257
00:40:37,130 --> 00:40:45,000
Düzdür, diplomatiya aləmində müəyyən formallıqları gözləmək lazımdır; bunu diplomatların öhdəsinə buraxaq;

258
00:40:45,330 --> 00:40:50,260
qoy onlar istədiklərini etsinlər, gedib o formal qaydalara istədikləri kimi əməl etsinlər.

259
00:40:50,600 --> 00:40:58,460
Siz isə tələbələr olaraq, tələbə təşkilatları olaraq sözünüzü açıq-açığına, qətiyyətlə və yüksək səslə deyin.

260
00:40:58,930 --> 00:41:07,460
Universitetlərlə bağlı bir məqamı da qeyd edim, yaddan çıxmasın: universitet elm ocağıdır.

261
00:41:07,930 --> 00:41:15,730
Mənim bütün bu danışdıqlarımın mənası o deyil ki, universitetlər artıq elm ocağı yox, siyasi fəaliyyət mərkəzidir.

262
00:41:16,330 --> 00:41:25,600
Xeyr, universitetin əsas dayağı elmdir. Bu nə deməkdir? Bu o deməkdir ki, universitetlər həm alim istehsal etməli,

263
00:41:26,660 --> 00:41:34,660
həm elm istehsal etməli, həm də elmə və alimə düzgün istiqamət verməlidir;

264
00:41:35,200 --> 00:41:43,930
universitetlərdə bu 3 əsas cəhət olmalıdır. Alim istehsal etmək –  yəni alim yetişdirmək;

265
00:41:45,060 --> 00:41:50,730
elm istehsal etmək barədə artıq illərdir ki danışırıq;

266
00:41:51,260 --> 00:42:01,800
yəni elmin hüdudlarını aşaraq irəli getmək. Biz hələ ölkəmizdə bu işi

267
00:42:02,460 --> 00:42:09,800
İslam Respublikası quruluşuna layiq bir səviyyədə həyata keçirə bilməmişik. Əlbəttə, müəyyən işlər görülüb, lakin geriyik.

268
00:42:10,530 --> 00:42:17,460
Elmi cəhətdən irəli getməyi bacarmalıyıq; elm irəliləsə, texnologiya da irəliləyəcək;

269
00:42:17,730 --> 00:42:21,660
texnologiya irəli gedəndə bunun həyatımıza da böyük təsiri olacaq;

270
00:42:22,600 --> 00:42:31,400
texnologiya irəli gedəndən sonra dünyanın gözləri sizə dikiləcək, başqaları sizə ehtiyac duyacaq;

271
00:42:31,530 --> 00:42:37,200
insanların həyatına təsir göstərməyə başlayacaqsınız. Bunlar çox önəmli məsələlərdir.

272
00:42:37,600 --> 00:42:44,600
Məhz buna görə mən həmişə elm, texnologiya və bu kimi məsələlərin əhəmiyyətini vurğulayıram; bu şeyləri yaddan çıxarmayın.

273
00:42:45,000 --> 00:42:55,000
Elmi inkişafın bütün subyektləri – möhtərəm nazirimizdən tutmuş rektorlara,

274
00:42:55,000 --> 00:43:04,200
professor-müəllim heyətinə, tələbələrə, dərs proqramına, tədris prosesinə, laboratoriyalara və sairə qədər –

275
00:43:04,530 --> 00:43:13,260
bütün bunlar hamısı məhz bu prinsiplər əsasında fəaliyyət göstərməlidir; yəni elm istehsal etmək, alim istehsal etmək və bu ikisini düzgün istiqamətləndirmək üçün çalışmalıdır.

276
00:43:13,530 --> 00:43:26,000
Bu üçüncüyə diqqət yetirin: elmə və alimə düzgün istiqamət vermək. Maddiyyatçı sivilizasiyada elm və alim bəşəriyyətin bədbəxtliyi üçün vasitə olub:

277
00:43:26,400 --> 00:43:32,130
atom bombasının, kimyəvi silahların,

278
00:43:32,860 --> 00:43:40,930
cürbəcür təhlükəli virusların yaranmasına yol açıb (təəssüflər olsun ki, bu gün güclü dövlətlər

279
00:43:41,330 --> 00:43:48,860
bu virusları müxtəlif yollarla toplumlarda yayır). Elm belə bir istiqamət götürüb, doğru yoldan sapıb.

280
00:43:49,400 --> 00:43:59,660
Elm düz yolda olmalı, insanın xeyrinə, mükəmməlləşməsinə xidmət etməlidir. Tələbələr və onlarla bağlı məsələlər barədə bu qədər.

281
00:44:00,000 --> 00:44:07,800
Tələbə təşkilatlarına gəlincə; əlbəttə, mən bilirəm ki,

282
00:44:08,060 --> 00:44:15,660
ölkəmizdə cürbəcür tələbə təşkilatları var; mən bunu ötən il də dedim ki, “birdəfəlik istifadə üçün nəzərdə tutulan”

283
00:44:15,860 --> 00:44:20,060
bəzi təşkilatlar da var; misal üçün, seçki öncəsi yaradılan bəzi tələbə təşkilatları kimi.

284
00:44:20,260 --> 00:44:30,460
Və ya tələbə təşkilatlarının başqa bir növü də var ki, birdəfəlik istifadə üçün olmasa da,

285
00:44:30,660 --> 00:44:34,930
ümumiyyətlə dini-inqilabi qurumlarla mübarizə məqsədilə yaradılır; bunlarla işim yoxdur.

286
00:44:35,530 --> 00:44:44,800
Mən o təşkilatlara müraciət edirəm ki, hansı adı daşıdıqlarından asılı olmayaraq, inqilaba, dinə,

287
00:44:45,130 --> 00:44:53,530
İslam dövlətinə, bu möhtəşəm mübarizəyə inanırlar; fərqi yoxdur hansı ad altında fəaliyyət göstərirlər; sözüm onlaradır.

288
00:44:53,800 --> 00:45:02,930
Əvvəla, ideallara can atmağı unutmayın; həmişə ideallara doğru gedin. Bizim ideallarımız hansılardır? Ədalətli,

289
00:45:03,400 --> 00:45:13,330
azad, mütərəqqi, mömin, ibadət edən, rifah səviyyəsi yüksək olan,

290
00:45:14,400 --> 00:45:22,600
yumruq kimi birləşmiş, güclü, möhkəm bir cəmiyyət qurmaq – bütün bunlar bizim ideallarımızdır.

291
00:45:24,130 --> 00:45:35,260
Bu dəyərlər naminə və Allah yolunda canından belə keçməyə dəyər. “Nisa” surəsinin o şərif ayəsində də buyurulduğu kimi:

292
00:45:35,460 --> 00:45:37,800
“(Ey müsəlmanlar) Sizə nə olub ki, Allah yolunda və aciz kişi, qadın və uşaqların qurtuluşu uğrunda vuruşmursunuz?” (“Nisa” surəsi, 75-ci ayədən)

293
00:45:38,130 --> 00:45:42,860
Belədir; öz ölkənin, əzilənlərin və zülmə məruz qalanların qurtuluşu yolunda

294
00:45:43,330 --> 00:45:48,860
vuruşmaq, ölüb-öldürmək əmri verilib. İndi əlbəttə ki, bu ayə vuruşmaq, ölüb-öldürmək barədədir; o qardaşımız bu məqama diqqət yetirsin ki,

295
00:45:49,130 --> 00:45:57,860
bu ayə cihad barədə yox, vuruşmaq barədədir; cihad bir şeydir, vuruşmaq, ölüb-öldürmək başqa bir şey; aralarında mütləq ümumi-xususi əlaqəsi var.

296
00:45:59,330 --> 00:46:10,400
Odur ki bu, İslamın prinsipidir, İslamın əsas götürdüyü istiqamətdir. Bu ideallara doğru getmək lazımdır.

297
00:46:10,800 --> 00:46:16,060
Sizin hədəfiniz sadaladığım bu ideallardır, elə bir cəmiyyətdir. Daim ideallara can atmağı unutmayın.

298
00:46:16,060 --> 00:46:23,060
Reallıqları görmək; reallıqları görməyə çalışın. Bir dəfə mən ramazan ayında hökumət rəsmiləri ilə burada keçirdiyimiz görüşdə

299
00:46:23,400 --> 00:46:31,600
söylədim ki, mənə həmişə: “Realist olun”, “Reallıqları görün” – deyirlər; bununla demək istəyirlər ki, əngəlləri görün, maneələrin fərqinə varın.

300
00:46:32,200 --> 00:46:38,860
Mən: “Reallıqları görün” – deyəndə isə bunu nəzərdə tuturam ki, müsbət reallıqları görün.

301
00:46:39,800 --> 00:46:46,130
Gənc və istedadlı insanlarımızı, onların yüksək imkanlarını,

302
00:46:46,460 --> 00:46:55,130
xalqımızın fövqəladə istedad və potensialını, yeraltı resurslarını, ölkəmizin əlverişli coğrafi mövqeyini,

303
00:46:55,530 --> 00:46:57,860
İslam Respubikasının əldə etdiyi inkişafı; bunları görün, bunlar hamısı reallıqdır.

304
00:46:58,260 --> 00:47:01,460
Bütün bunlar görüləsi, diqqət yetiriləsi reallıqlardan yalnız bir qismidir.

305
00:47:01,930 --> 00:47:10,130
Reallıqların digər bir qismi isə bundan ibarətdir ki, siz idealları rəhbər tutur, ideallara doğru can atırsınızsa,

306
00:47:10,460 --> 00:47:19,060
bilməlisiniz ki, insan öz ideallarına möcüzə ilə çata bilməz;

307
00:47:19,660 --> 00:47:29,660
ortada problemlər, əngəllər var; bu maneələrin arasından yol tapıb keçmək lazımdır; reallığı görmək budur.

308
00:47:29,930 --> 00:47:42,460
Bax bu gün siz burada çox yaxşı çıxış etdiniz, əngəlləri ard-arda sadaladınız; görəsən, bu əngəllərin arasında sizi irəli aparacaq bir yol var, ya yox?

309
00:47:43,130 --> 00:47:48,860
O yolu axtarıb tapın. Mən sizə deyim ki, o yol, mütləq və heç şübhəsiz, vardır;

310
00:47:49,530 --> 00:47:53,460
axtarıb onu tapın. Reallığı görmək budur.

311
00:47:56,460 --> 00:48:08,930
Əlbəttə ki, bütün bunlar üçün nəzəri – qərbmeyilli adamlar demişkən, “teoretik” – bəhslərə ehtiyac var.

312
00:48:08,930 --> 00:48:14,730
Bütün bu dediklərim üzərində düşünülməli olan işlərdir.

313
00:48:16,000 --> 00:48:23,200
Üçüncü tövsiyəm: tələbə təşkilatları seyrçi mövqedə durmamalı,

314
00:48:24,000 --> 00:48:31,400
fəal rol oynamalıdır. Təşkilatlar yalnız oturub, irəliləyiş müşahidə olunan hansısa hadisəyə sevinərək,

315
00:48:31,660 --> 00:48:43,800
geriləmə olan hansısa hadisədən kədərlənməməlidir. Təşkilatlar fəal olmalı, hər iki halda aktivlik nümayiş etdirməlidir; seyrçi olmamalıdır.

316
00:48:45,130 --> 00:48:54,060
Növbəti tövsiyəm: tələbə təşkilatları universitetlərdə inqilabi diskursun üstünlüyünü təmin etmək üçün ciddi və hərtərəfli surətdə çalışmalıdır.

317
00:48:54,660 --> 00:49:03,060
“Artıq universitetlərdə iş görmək olmur” – deməyin. Eşitdiyimə görə, bəziləri universitetlərdə artıq heç bir iş görmək mümkün olmadığını deyirlər. Xeyr,

318
00:49:03,400 --> 00:49:09,660
dostlar, universitetlərdə çox işlər görmək olar; işi elə universitetlərdə görmək lazımdır. Univesitetlərdə işi kim görməlidir? Siz.

319
00:49:10,530 --> 00:49:17,730
Universitetlərdə işi siz tələbə təşkilatları görməlisiniz. Əlbəttə ki, bu sözləri

320
00:49:18,730 --> 00:49:27,660
mən təkcə bu gün bu görüşdə iştirak edənlərə yox, hamıya ünvanlayıram. Mən ölkədəki bütün cihad ruhlu elm və maarif ocaqlarına,

321
00:49:28,330 --> 00:49:35,400
mədəni və ideoloji mərkəzlərə daim bu sözü deyirəm ki, hər biriniz çalışın; müstəqil şəkildə;

322
00:49:36,930 --> 00:49:48,330
hərbi terminlə desək, sərbəst atəşlə. Əlbəttə, müharibədə komanda verən

323
00:49:49,000 --> 00:49:56,060
bir mərkəzi qərargah olur, amma qərargahla əlaqə kəsildiyi

324
00:49:57,130 --> 00:50:05,400
və ya qərargahda hansısa problem yarandığı zaman komandirlər “Sərbəst atəş!” əmri verir. Sizlər də yumşaq müharibənin zabitlərisiniz –

325
00:50:06,060 --> 00:50:10,130
danışmışıq axı; yumşaq müharibənin zabitləri sizsiniz –

326
00:50:12,000 --> 00:50:19,600
mərkəzdə nə isə bir problem yarandığını, qərargahın meydanı düzgün idarə edə bilmədiyini hiss etdiyiniz məqamda

327
00:50:19,600 --> 00:50:31,000
sizin üçün atəş sərbəstdir; yəni özünüz düşünüb qərar verməli, yol tapıb hərəkət etməli, tədbir görməlisiniz.

328
00:50:52,000 --> 00:50:59,860
Bəzən hiss edirsən ki, siyasi, ideoloji, mədəni və sair bu kimi funksiyalar daşıyan mərkəzi qurumların işində boşluq var,

329
00:51:00,200 --> 00:51:04,460
işləmirlər; bu, həqiqətən də, bəzən hiss olunur.

330
00:51:04,800 --> 00:51:11,200
Misal üçün, ölkəmizdə mədəniyyət sferasında bu qədər problemlər var;

331
00:51:11,460 --> 00:51:19,200
başlasam, bəlkə 10-a yaxın mühüm problem sadalaya bilərəm.

332
00:51:19,200 --> 00:51:27,060
Bunun xeyri yoxdur. Tutalım, kino məsələsi önəmli bir məsələdir; yəni ölkədə

333
00:51:28,260 --> 00:51:37,660
kinomotoqrafiyanın necə idarə olunması, haradan dəstək alması (hazırda bəzən kinofilmlərə xaricdən də dəstək tapırlar) önəmli bir mədəniyyət problemidir;

334
00:51:38,730 --> 00:51:46,530
ölkədə incəsənətin, kino sahəsinin idarə edilməsi xırda bir məsələ deyil. Bu kimi onlarla problem saymaq olar;

335
00:51:46,930 --> 00:51:54,130
amma bir də görürsən ki, hansısa mahnını iftardan qabaq yayımlayıb-yayımlamamaq bir nömrəli problemə çevrilir;

336
00:51:55,460 --> 00:52:05,860
bunun üçün bizə məktubla müraciət edirlər!  Əsas məsələləri ikinci-üçüncü dərəcəli məsələlərdən seçib fərqləndirə bilməyən,

337
00:52:06,400 --> 00:52:14,330
ümumiyyətlə heç bir əhəmiyyətə malik olmayan, təfərrüat mahiyyətli bir məsələni əsas problem kimi önə çəkərək şişirdən bu kimi qurumlarda nə isə bir boşluq olduğu məlum məsələdir.

338
00:52:14,660 --> 00:52:21,260
Mərkəzi qurumların işində bu şəkildə boşluq olduğu zaman, bayaq qeyd etdiyim kimi, sərbəst surətdə atəş açmağın məqamı gəlir.

339
00:52:24,930 --> 00:52:33,660
Real ünsiyyət qurmağa çalışın; internet yaxşı bir şeydir, əlverişli bir imkandır, amma kifayət deyil.

340
00:52:34,060 --> 00:52:42,800
Bəziləri mesajlarını çatdırmaq üçün yalnız internetdən – tviter və sairdən yapışıblar. Bunun xeyri yoxdur.

341
00:52:43,800 --> 00:52:48,200
Real ünsiyyət lazımdır, bir masa arxasında oturmaq, çıxışlar etmək,

342
00:52:48,800 --> 00:52:55,930
müxtəlif nəşrlər çap edib yaymaq, iki və üçnəfərlik müzakirələr təşkil etmək, analitik görüşlər keçirmək

343
00:52:56,460 --> 00:53:01,800
və buna bənzər başqa işlər görmək lazımdır; üzvlərinizlə bu formatda görüşməlisiniz.

344
00:53:02,730 --> 00:53:10,000
Növbəti tövsiyə: bir neçə başlıca açar söz var ki, onları yaddan çıxarmayın;

345
00:53:10,260 --> 00:53:18,530
“hakimiyyətdə xalqın rolu” – həmin açar sözlərdən biri budur; bu bir açar sözdür.

346
00:53:18,730 --> 00:53:26,130
Yaxşı, inqilabçı uşaqlardan bəziləri mənim elə hey: “Seçkidə iştirak edin, seçkidə iştirak edin” – deməyimə təəccüblənirlər;

347
00:53:26,400 --> 00:53:32,200
camaatı daim seçkidə iştiraka təşviq etdiyim üçün məndən gileylidirlər.

348
00:53:32,600 --> 00:53:42,060
Cənablar! Bir şeyi yaddan çıxarmayın ki, xalqın seçki qutusuna arxa çevirdiyi gün fəlakət olar;

349
00:53:43,400 --> 00:53:54,060
fəlakət budur; düşmən də bunu istəyir. Əhalimizin 90 faizinin seçkidə iştirak etməyəcəyi

350
00:53:54,400 --> 00:54:03,000
günü necə gözlədiklərini, arzuladıqlarını, bu barədə dilə gətirib nələr dediklərini sizlər məndən əvvəl eşitmiş olarsınız, mən də eşitmişəm.

351
00:54:04,660 --> 00:54:13,800
Misal üçün, elan edildi ki, iyirmi neçə faiz seçici seçki məntəqəsinə gəlməyib.

352
00:54:14,330 --> 00:54:23,000
Deyirlər, yox, bu bəs deyil, gərək elə edək ki, 90 faiz seçkidə iştirak etməsin; fəlakət o zaman olar.

353
00:54:23,730 --> 00:54:31,400
Mən bunu görürəm. Əhalinin seçkiyə qatılması böyük bir nemətdir.

354
00:54:32,330 --> 00:54:37,660
“Xalq hakimiyyəti” – bu da başlıca açar sözlərdən biridir; bunu unutmayın.

355
00:54:38,200 --> 00:54:45,260
Bəli, əgər siz xalqın bu və ya digər şəxsə səs verməyini istəyirsinizsə, çalışın insanlar

356
00:54:47,600 --> 00:54:51,860
sizin istədiyiniz adama səs versinlər. Xalqın seçki məntəqələrinə gəlişinin qarşısını almayın.

357
00:54:52,860 --> 00:54:57,600
Bayaq qeyd etdiyim müstəqillik məsələsi də olduqca önəmlidir;

358
00:54:57,930 --> 00:55:06,130
o “2030” məsələsi – “2030-cu ilədək inkişaf planı” da bu qəbildəndir;

359
00:55:06,130 --> 00:55:12,530
burada məsələ müstəqillik məsələsidir. İndi bəzi adamlar gəlib deyir ki, tutalım, biz qeydlərimizi etmişik,

360
00:55:12,730 --> 00:55:22,660
filan-filan şeyləri qəbul etmədiyimizi bildirmişik; söhbət bunlardan getmir. Tutalım, o sənəddə İslam dininə

361
00:55:23,130 --> 00:55:27,460
açıq-aşkar zidd olan heç bir şey yoxdur – hərçənd, sözsüz ki, var;

362
00:55:28,200 --> 00:55:36,930
bizim o sənəd barədə düzgün məlumat almadığımızı düşünənlər yanılır; bizim aldığımız məlumatlar kifayət qədər doğru məlumatlardır –

363
00:55:58,860 --> 00:56:09,260
mənim dediyim odur ki, ölkəmizin təhsil sistemi, təhsil proqramı ölkədən kənarda yazılmamalıdır; mən bunu deyirəm.

364
00:56:10,130 --> 00:56:17,800
Siz deyirsiniz ki, məsələn, bunda, İslam dininə zidd bir şey yoxdur; istər olsun, istərsə də olmasın, bura İrandır,

365
00:56:18,600 --> 00:56:24,330
bura İslam Respublikasıdır, buranın xalqı böyük bir xalqdır.

366
00:56:24,860 --> 00:56:30,060
Nəyə görə bizim təhsil sistemimizi UNESCO və ya BMT-də oturanlar yazmalıdır? Niyə?

367
00:56:30,530 --> 00:56:35,130
Bax bu, həmin o müstəqillik məsələsidir. Müstəqilliyin aspektləri bu yerlərə qədər gəlib çıxır.

368
00:56:35,530 --> 00:56:40,060
“İmperializm sistemini rədd etmək” məsələsi başlıca açar sözlər sırasına daxildir;

369
00:56:40,060 --> 00:56:47,060
“azadlıq” başlıca açar sözlərdəndir; azadlığın mənasını düzgün açıqlamaq lazımdır;

370
00:56:47,330 --> 00:56:53,330
“ədalət” məsələsi əsas açar sözlərdəndir; və sair bu qəbildən olan mövzular.

371
00:56:53,330 --> 00:57:00,460
Bu mövzuları açıqlamalı, izah etməlisiniz. Yəni mənim tələbə təşkilatlarına tövsiyəm budur ki,

372
00:57:00,800 --> 00:57:08,530
bu əsas və önəmli açar sözləri düzgün izah etsinlər. Bunun üçün İmam Xomeyninin çıxışlarından və sairdən istifadə edə bilərsiniz.

373
00:57:08,530 --> 00:57:15,130
Daha bir tövsiyəm isə budur ki, danışığınızda və davranışınızda dindarlığın, möminliyin tələblərinə riayət edin.

374
00:57:15,400 --> 00:57:26,600
İllər öncə bir tələbə təşkilatının keçirdiyi tədbirdə şəriətə zidd bir olay baş vermişdi (doğrudur, həmin təşkilat bizimlə də əlaqə saxlayırdı; kifayət qədər də isti münasibətlərimiz var idi);

375
00:57:27,000 --> 00:57:42,330
o hadisə barədə eşitdiyim gün mənim heç yadımdan çıxmır. Çox narahat olmuşdum; ona görə yox ki, onlar günah etmişdilər –

376
00:57:42,600 --> 00:57:50,330
əlbəttə ki, buna görə də narahat olmağına dəyərdi – düşünmüşdüm ki, olmaya bunlar yollarını dəyişiblər; sonra gördüm ki, həqiqətən də, elə imiş; yəni doğrudan da:

377
00:57:50,660 --> 00:57:56,800
“Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!” (“Rum” surəsi, 10-cu ayədən)  –

378
00:57:57,660 --> 00:58:07,400
insan üzərinə düşən şəri vəzifəyə uyğun hərəkət etməyəndə, ibadəti bir kənara buraxanda Allah-taala da hidayətini ondan çəkir.

379
00:58:07,660 --> 00:58:15,200
Bir də sizə atdığınız addımlarda cəsarətli olmağı tapşırıram. Bəzən bəzi tələbə təşkilatları düşünür ki,

380
00:58:15,730 --> 00:58:23,800
misal üçün, filan işi görsək, filankəs və ya filan qurum narahat olacaq və sair.

381
00:58:24,260 --> 00:58:33,460
Siz addımınızı atın, intəhası o addımın yanlış olduğunu dərk etdiyiniz anda dayanın,

382
00:58:33,460 --> 00:58:41,130
yəni yolun o yerindən geri qayıdın. Demək istədiyim budur ki, bir iş görərkən, addım atarkən cəsarətli olun.

383
00:58:41,530 --> 00:58:48,800
Əlbəttə ki, insan hər hansı bir addımı atdığı zaman o işi hərtərəfli düşünüb-daşınmalıdır.

384
00:58:59,330 --> 00:59:06,460
Daha bir tövsiyəm isə tələbə bacılarımızadır.

385
00:59:06,730 --> 00:59:15,000
O iki tələbə bacımız, insafən, çox yaxşı çıxış etdilər və hər ikisi çox gözəl məqamlara toxundular.

386
00:59:15,330 --> 00:59:26,660
Mən tələbə təşkilatlarının üzvü olan tələbə bacılarımıza tövsiyə edirəm ki, “Qərbdə qadın” mövzusunu da araşdırsınlar.

387
00:59:27,130 --> 00:59:33,930
Biz bu məsələni daha az araşdırırıq. Əlbəttə, illər öncə görüşlərimizdən birində bir bacımız –

388
00:59:34,330 --> 00:59:42,800
yadımda deyil tələbə idi, ya müəllimə – bu mövzuda çox gözəl və ətraflı danışmışdı,

389
00:59:43,460 --> 00:59:53,400
amma mənim fikrimcə, bu sahədə hələ işləmək lazımdır və işləmək üçün meydan da var. Bu da belə.

390
00:59:53,400 --> 01:00:03,000
Və son olaraq demək istəyirəm ki, qoy tələbə təşkilatları tələbə ictimaiyyətinə ümid və optimizmi aşılasınlar.

391
01:00:03,660 --> 01:00:15,800
Özləri də optimist olsunlar, universitetlərə, tələbələrə də ümid, optimizm əhval-ruhiyyəsi aşılasınlar; pessimizm atmosferinin yaranmasına imkan verməsinlər.

392
01:00:16,130 --> 01:00:23,200
Sonda iki məqamı da qeyd edim. Birincisi, korrupsiya məsələsi; dostlarımız da dedilər,

393
01:00:23,600 --> 01:00:32,530
kənardan da bu barədə eşitmişdim. Baxın, mənim yanaşmam, mənim fikrim budur ki, ölkəmizdə korrupsiya sistematik xarakter daşımır.

394
01:00:32,800 --> 01:00:41,860
Bunu deyənlər boş danışır. Sistematik korrupsiya başqa bir şeydir; bu, şah dövründə var idi.

395
01:00:42,200 --> 01:00:53,200
Sistem özü təbii olaraq korrupsiyaya yol açır, bu işə rəvac verirdi; yəni o sistemdə sağlam bir adam tapmaq çətin idi.

396
01:00:53,730 --> 01:01:00,460
Bu gün isə elə deyil; düzdür, korrupsiya var, çox pis formaları da var, amma bu təzahürə ayrı-ayrı hallarda rast gəlinir

397
01:01:01,200 --> 01:01:10,060
və buna qarşı mübarizə aparmaq lazımdır. Sizin vurğuladığınız şəffaflıq məsələsi çox doğru və gözəl bir məsələdir, mən bunu özüm üçün də qeyd götürdüm,

398
01:01:10,460 --> 01:01:21,060
bu, öz yerində, intəhası belə deyil ki, korrupsiya sistematik xarakter daşıya. Korrupsiyaya ayrı-ayrı hallarda rast gəlinir və buna əlac etmək mümkündür.

399
01:01:21,260 --> 01:01:30,200
İkinci məqam: müəyyən qüvvələr ölkəni Qərb mədəniyyəti içərisində batırmağa,

400
01:01:30,530 --> 01:01:36,730
Qərb mədəniyyətinə meyli ölkədə günbəgün daha da artırmağa çalışır; bu bir reallıqdır, bu var.

401
01:01:37,260 --> 01:01:45,860
Bəziləri Qərb mədəniyyətinə olan inam və etiqadları üzündən, bəziləri isə nəfslərinin zəifliyi, xaraktersizlikləri,

402
01:01:45,860 --> 01:01:52,800
dəyərlərə qarşı diqqətsizlikləri ucbatından ölkəni Qərb mədəniyyətinə sarı çəkir; bu var;

403
01:01:53,060 --> 01:02:08,330
lakin bilin ki, onlar inqilabı öz kursundan uzaqlaşdıra, ölkəni Qərb mədəniyyətində qərq edə bilməyəcəklər; belə bir şey əsla baş verməyəcək.

404
01:02:30,730 --> 01:02:42,400
Hazırda, Allaha şükürlər olsun ki, yetişən və əhatəsi geniş olan, İslam İnqilabına, İslam dininə mənən bağlı olan bu nəsil

405
01:02:42,930 --> 01:02:51,800
belə bir şeyin baş verməsinə imkan verməyəcək və hər keçən gün də,

406
01:02:52,130 --> 01:03:03,130
heç şübhəsiz, bu nəsil daha da genişlənəcək və ideoloji, intellektual baxımdan dərinləşəcək; necə ki sizin bu gün burada etdiyiniz çıxışlar,

407
01:03:03,660 --> 01:03:11,400
səsləndirdiyiniz fikirlər sizdən əvvəlki tələbələrin, məsələn, 5 il öncə burada səsləndirdiyi fikirlərdən daha dərin və daha güclü idi.

408
01:03:11,660 --> 01:03:20,600
İran xalqı irəli addımlayır, irəliləməkdədir; bu cür işlər, bu gün törədilmiş  atəşbazlıq imitasiyasına bənzər hərəkətlər

409
01:03:20,600 --> 01:03:28,330
xalqın iradəsinə heç bir təsir göstərməyəcək; bunu hamı bilsin; bunlar İran xalqının və ölkəmizin rəsmilərinin

410
01:03:28,330 --> 01:03:34,130
iradəsinə təsir göstərmək üçün həddən artıq cılız hərəkətlərdir və əlbəttə,

411
01:03:34,130 --> 01:03:42,330
bayaq dostlarımızın da qeyd etdiyi kimi, bu hadisələr özləri onu göstərir ki, əgər İslam Respublikası

412
01:03:42,600 --> 01:03:53,000
bu fitnə-fəsadın əsas mərkəzi olan o nöqtənin üzərində möhkəm durmasaydı, indiyə qədər biz ölkə daxilində bu cəhətdən çox problemlərlə üzləşərdik.

413
01:03:53,330 --> 01:03:55,730
İnşallah, bunların kökü kəsilər.

414
01:03:55,730 --> 01:04:01,400
Pərvərdigara! Bu əziz gənclərə günbəgün daha çox uğurlar nəsib et.

415
01:04:02,530 --> 01:04:08,730
Pərvərdigara! Bu əziz gənclərimizin hamısını, eləcə də bizi doğru yolda sabitqədəm et.

416
01:04:09,800 --> 01:04:18,660
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bura toplaşmış bu qardaşlarımıza öz lütf, mərhəmət və inayətini əta et, onların hacətlərini yerinə yetir.

417
01:04:19,930 --> 01:04:29,260
Bu əzizlərimizi və bu həqir bəndəni bu mübarək ayda, xüsusilə də qədr gecələrində ruhən günbəgün daha da saflaşmağa, təmizlənməyə müvəffəq et.

418
01:04:30,000 --> 01:04:33,730
Dahi liderimiz İmam Xomeynini və şəhidlərimizi Qiyamət günü məhşərə Peyğəmbərlə (s) birgə gətir.

419
01:04:34,260 --> 01:04:37,860
İmam Mehdi Sahibəz-zamanın (ə.f) müqəddəs qəlbini bizdən razı və məmnun et.

420
01:04:38,730 --> 01:04:40,260
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.