1
00:00:00,340 --> 00:00:02,740
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,370 --> 00:00:15,370
“Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən!

3
00:00:16,000 --> 00:00:19,820
Halımızı dəyişib ən gözəl şəklə sal!”

4
00:00:20,680 --> 00:00:28,050
اللّهُمَّ اهدِنا هُدَي المُهتَدين وَارزُقنَا اجتِهادَ المُجتَهِدين

5
00:00:28,850 --> 00:00:39,310
Ölkənin dörd bir yanında, dünyanın istənilən bölgəsində yaşayan əziz həmvətənlərimizi,

6
00:00:40,110 --> 00:00:48,450
və eləcə də Novruzu bayram edən bütün xalqları təbrik edirəm.

7
00:00:49,020 --> 00:00:59,940
Bu bayram münasibətilə özəlliklə də möhtərəm şəhid ailələrini, əlil və veteranlarımızı, onların ailə üzvlərini,

8
00:01:01,080 --> 00:01:10,740
ölkənin elmi hərəkatının avanqardları olan,

9
00:01:11,370 --> 00:01:18,220
ümidverici yeniyetmə və gənclərimizi təbrik edirəm.

10
00:01:18,220 --> 00:01:27,880
Ümidvaram, sevinc dolu, ürəkaçan bir Novruz yaşayacaqsızınız, yeni iliniz xeyir-bərəkətlə dolu olacaq.

11
00:01:29,600 --> 00:01:39,710
Bu il təbiətin baharı mənəviyyat baharı ilə üst-üstə düşür;

12
00:01:40,220 --> 00:01:47,770
yəni fərvərdin, ordibeheşt və xordad ayları rəcəb, şəban və mübarək ramazan aylarına təsadüf edir.

13
00:01:49,140 --> 00:02:02,620
Ümidvaram ki, inşallah, bu il ölkəmiz və xalqımız təbiətin inkişafı, çiçəklənməsi ilə paralel olaraq mənəviyyatın inkişafını, çiçəklənməsini də yaşayacaq.

14
00:02:03,250 --> 00:02:13,080
Qəlbimdə belə bir ümid baş qaldırır ki, inşallah, maddi inkişafla yanaşı əldə edəcəyimiz mənəvi inkişaf

15
00:02:13,710 --> 00:02:25,140
bu ölkənin və bu xalqın gələcəyi üçün dəyərli bir ehtiyat olacaqdır. İmam Mehdi Sahibəzzamanı (ə.f) da olduğu o pak və müqəddəs məkanda salamlayır,

16
00:02:25,820 --> 00:02:33,540
dahi liderimiz İmam Xomeynini (r.ə) ehtiramla yad edir, ruhuna salavat göndəririk.

17
00:02:34,740 --> 00:02:43,020
Mən geridə qoyduğumuz 1396-cı, habelə irəlidə qarşılayacağımız 1397-ci il barədə bir neçə cümlə demək istəyirəm;

18
00:02:43,370 --> 00:02:55,600
bütün başqa illər, həyatın bütün mərhələləri kimi, 1396-cı il də eniş-yoxuşlarla, acılı-şirinli günlərlə dolu idi.

19
00:02:56,280 --> 00:03:08,970
1396-cı ilin ürəkaçan, xoş cəhəti əvvəldən sona qədər xalqın iqtidar və əzəmətini, ictimai-siyasi proseslərdə fəal iştirakını nümayiş etdirməsi idi.

20
00:03:10,050 --> 00:03:23,250
İlin əvvəlində xalqımız ölkə prezidentliyinə və yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə çox möhtəşəm və diqqətəlayiq bir səviyyədə iştirak etdi;

21
00:03:23,710 --> 00:03:32,850
ölkə əhalisinin 40 milyonundan çoxu bu seçkilərə qatıldı və bu, çox anlamlı, yüksək səviyyəli bir iştirak idi.

22
00:03:33,080 --> 00:03:39,880
Daha sonra isə xalqımız mübarək ramazan ayında keçirilən Qüds günü yürüşündə,

23
00:03:40,220 --> 00:03:54,740
ilin sonunda 9 dey yürüşündə və bunların hamısından daha izdihamlı bir şəkildə, görməli bir mənzərə olan 22 bəhmən yürüşündə möhtəşəm bir iştirak sərgilədi.

24
00:03:54,970 --> 00:04:02,000
Əlbəttə ki, 9 deydə o ərəfədə ortaya çıxmış iğtişaşlarla əlaqədar olaraq (az sonra deyəcəyəm)

25
00:04:02,680 --> 00:04:09,650
ölkənin müxtəlif şəhərlərində camaat bir neçə gün dalbadal spontan surətdə baş tutan yürüşlər keçirdi.

26
00:04:09,940 --> 00:04:15,200
Bunlar hamısı böyük, uzaqgörən, zirək, vaxtında işə keçməyi bacaran

27
00:04:15,480 --> 00:04:27,650
İran xalqının ehtiyac duyulan bütün meydanlarda iştiraka hazır olduğunu göstərirdi.

28
00:04:28,740 --> 00:04:38,400
Ötən ilin digər bir önəmli və xoş cəhəti isə İslam Respublikasının regional təhdidləri fürsətə çevirməyi bacarması idi;

29
00:04:39,310 --> 00:04:47,250
hansı ki, bu təhdidlərin (ən azından, onlardan birinin) hədəfi İslam Respublikasına zərbə vurmaq idi.

30
00:04:47,710 --> 00:04:58,050
Bu təhdidlər nəinki təkcə ölkəyə heç bir xətər yetirə bilmədi,

31
00:04:58,220 --> 00:05:07,600
hətta bizim üçün fürsətə çevrildi. Beynəlxalq məsələlərdən xəbərdar olan insanlar bunun nə demək olduğunu yaxşı başa düşürlər.

32
00:05:08,220 --> 00:05:19,540
Ötən ilin digər bir müsbət cəhəti isə elan olunmuş “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” şüarının reallaşdırılması istiqamətində

33
00:05:20,400 --> 00:05:29,140
görülən işlərdir. Milli istehsal və məşğulluğun dirçəldilməsi üçün bir sıra müsbət işlər həyata keçirilib

34
00:05:29,140 --> 00:05:35,420
(əlbəttə, görüləsi işlər də hələ çoxdur)

35
00:05:35,710 --> 00:05:46,620
və ilin şüarı ölkədə müəyyən dərəcədə reallaşdırılıb, lakin bu devizin, inşallah ki, tam olaraq gerçəkləşməsi üçün ardıcıl surətdə işləmək lazımdır.

36
00:05:46,970 --> 00:05:56,280
1396-cı ildə acılı, kədərli günlərimiz də oldu; sel, zəlzələ kimi təbii fəlakətlər, sərnişin təyyarəsinin və gəminin qəzaya uğraması;

37
00:05:56,620 --> 00:06:03,020
əzizlərimizin həlakına səbəb olmuş bu hadisələr bizim üçün çox acı idi.

38
00:06:03,370 --> 00:06:09,020
Bunlardan əlavə, ölkənin bəzi bölgələrində quraqlıq müşahidə olundu və bu, hələ də davam edir;

39
00:06:09,770 --> 00:06:13,820
ümidvarıq, Allah-taala öz mərhəməti ilə baharda bu vəziyyəti düzəldəcək.

40
00:06:14,340 --> 00:06:24,800
Həmçinin əhalinin bəzi təbəqələrinin illərdir yaşadığı məişət problemləri də ötən il boyu davam etdi. Bu problemlərin, inşallah ki, aradan qaldırılması üçün

41
00:06:25,310 --> 00:06:29,600
çalışmaq lazımdır, hamı səy göstərməlidir; bu məsələyə də toxunacağam.

42
00:06:30,110 --> 00:06:41,250
Əlbəttə, ilin son aylarında İran xalqının düşmənlərinin hazırladığı bir plan əsasında ölkədə bəzi iğtişaşlar da baş verdi;

43
00:06:41,710 --> 00:06:52,170
İran xalqı özü meydana girdi; hətta o adamlar ki, düşmən bu iğtişaşları onların ayağına yazmaq istəyirdi, onlar özləri belə, meydanlara girərək

44
00:06:52,170 --> 00:07:01,420
iğtişaşçıların qarşısında durdular. Ümumilikdə bu da bir hadisə idi, baş verdi və İran xalqının əzəmətini aşkara çıxardı.

45
00:07:02,400 --> 00:07:15,770
Bu andan etibarən başlayan 1397-ci ilə gəlincə, önəmli olan budur ki, bu ildə hamı gərgin surətdə işləməlidir.

46
00:07:16,050 --> 00:07:23,020
Adətən mən hər yeni il üçün şüar seçdiyim zaman əsasən rəsmilərin fəaliyyətini nəzərdə tuturdum;

47
00:07:23,020 --> 00:07:29,710
bu il üçün seçdiyim şüar isə xalqımızın hər bir nümayəndəsinə, o cümlədən rəsmilərə aiddir.

48
00:07:30,050 --> 00:07:36,970
Öncə bir giriş verərək söyləyim ki, iqtisadiyyat, mədəniyyət və sair bu kimi müxtəlif məsələlər hamısı əhəmiyyətlidir,

49
00:07:37,200 --> 00:07:46,850
lakin bu il də bizim əsas problemimiz iqtisadiyyatla, xalqın məişət rifahı ilə bağlıdır. Hamı işləməli, çalışmalıdır,

50
00:07:47,250 --> 00:07:58,110
əsas mehvər isə milli istehsaldır; yəni əgər milli istehsalın inkişafına hər kəs önəm verib, bu istiqamətdə əlindən gələni etsə (inşallah ki, ilin ilk günü edəcəyim çıxışda

51
00:07:58,680 --> 00:08:08,000
bu barədə ətraflı danışacağam) iqtisadi problemlərin, əhalinin gündəlik həyatda yaşadığı məişət çətinliklərinin çoxu –

52
00:08:08,000 --> 00:08:17,080
məşğulluq problemi də, investisiya problemi də, digər bir sıra problemlər də – həllini tapacaq. Sosial bəlalar

53
00:08:17,370 --> 00:08:27,310
önəmli dərəcədə azalacaq; yəni əsas mehvər milli istehsaldır. Odur ki əgər milli istehsalın inkişaf tempi sürətlənərsə, problemlərin əksəriyyəti çözüləcək.

54
00:08:27,650 --> 00:08:35,650
Yeni ilin şüarı üçün əsas mehvər olaraq mən məhz bu məsələni götürmüşəm; bu ilin şüarı belədir: “İran məhsuluna dəstək”;

55
00:08:36,000 --> 00:08:42,000
“İran məhsuluna dəstək ili”. Bu təkcə rəsmilərə aid deyil;

56
00:08:42,000 --> 00:08:50,620
xalqın bütün nümayəndələri bu sahədə yardımçı ola, sözün əsl mənasında qollarını çırmayıb meydana girə bilərlər.

57
00:08:50,850 --> 00:08:58,340
Əlbəttə ki, bu dəstək çoxaspektlidir, məsələyə 5-6 baxımdan yanaşmaq olar; inşallah,

58
00:08:58,570 --> 00:09:05,250
çıxışımda mən bu aspektləri də açıq şərh edəcək, əhalinin müxtəlif təbəqələrinin

59
00:09:05,250 --> 00:09:11,480
və rəsmilərin milli istehsalın inkişafına dəstək olmaq üçün nələr edə biləcəyi barədə ətraflı danışacağam.

60
00:09:11,770 --> 00:09:18,510
Ümidvaram, Allah-taala öhdələrinə düşən vəzifələri ən gözəl şəkildə yerinə yetirməkdə,

61
00:09:18,800 --> 00:09:26,570
bu yeni il üçün seçilən “İran məhsuluna dəstək” şüarını sözün həqiqi mənasında reallaşdırmaqda

62
00:09:26,800 --> 00:09:31,370
həm xalqımıza, həm də vəzifəli şəxslərə yardımçı olacaq, inşallah.

63
00:09:31,940 --> 00:09:35,200
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.