1
00:00:00,620 --> 00:00:02,740
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,740 --> 00:00:11,020
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:20,740 --> 00:00:27,480
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:00:27,770 --> 00:00:43,420
Əziz qardaşlar, əziz gənclər, İslam Respublikasının əziz balaları, çox xoş gəlmisiniz.

5
00:00:43,880 --> 00:01:00,200
Siz ölkəmizin, İslam Respubikasının iqtidarını təcəssüm etdirən ən həssas, ən önəmli stukturlarından birində

6
00:01:00,900 --> 00:01:08,900
xidmət edir, işləyirsiniz; arzu edirəm ki, inşallah, Allah-taala hamınıza uğurlar nəsib etsin, Uca Yaradan özü sizi dəstəkləsin,

7
00:01:08,900 --> 00:01:17,300
lütfünə layiq görsün, hamınızın sabahı bugünündən qat-qat yaxşı olsun.

8
00:01:18,000 --> 00:01:32,700
Möhtərəm komandanınıza çox gözəl və yığcam çıxışı üçün təşəkkürümü bildirirəm; həmçinin surud oxuyan o əziz gənclərimizə də

9
00:01:33,300 --> 00:01:42,300
həm sözləri, həm də ifası gözəl olan o surud üçün minnətdaram; inşallah, hamınız uğur qazananlardan, əməlləri Allah dərgahında təsdiqlənənlərdən olasınız.

10
00:01:43,800 --> 00:01:54,000
Mən fürsətdən istifadə edərək sizə bir neçə cümlə demək istəyirəm.

11
00:01:54,000 --> 00:02:09,200
19 bəhmən ölkəmiz üçün əhəmiyyətli bir gün, İran İslam Respublikası Ordusunun Hava Qüvvələri üçün çox önəmli bir iftixardır; bu doğrudur!

12
00:02:11,900 --> 00:02:26,900
Elə buna görə də hər il həm biz, həm də siz bu günü əlamətdar bir gün kimi xüsusi qeyd edir, xatirəsini uca tutur, oturub bu mövzuda söhbətlər edirik.

13
00:02:27,600 --> 00:02:38,500
Mühüm olan məqam bundan ibarətdir ki, 19 dey təkcə şirin, qürurverici bir xatirə deyil;

14
00:02:39,100 --> 00:02:51,800
əlbəttə, bu da var, amma həmin günün daha yüksək əhəmiyyəti onun İslam İnqilabının ehtiyatını, sərmayəsini daha da artırmasındadır.

15
00:02:53,100 --> 00:03:04,800
Hadisələrin gedişində Allahın qüdrətli əlinin hiss olunduğu bütün tarixi günlər bu cürdür; 22 bəhmən də bu cürdür. İnsanlıq, əzəmət

16
00:03:05,300 --> 00:03:15,500
və fədakarlığın parlaq şəkildə təcəssüm etdiyi belə unudulmaz günlərin hər biri

17
00:03:16,000 --> 00:03:30,900
hər il təkrarlandığı və onlara diqqət yetirildiyi zaman İslam İnqilabının mənəvi-ideoloji ehtiyatının üzərinə bir qədər də əlavə olunur,

18
00:03:32,500 --> 00:03:41,600
inqilabın əsasları bir qədər də möhkəmlənir. Odur ki 19 bəhmən də bu qəbildəndir.

19
00:03:43,200 --> 00:03:56,200
Sizə bir şey deyim ki, inqilab canlı bir varlıqdır. Doğrudur, mənim bu barədə deyiləsi fikirlərim var, inşallah, söhbət edəcəyəm;

20
00:03:56,200 --> 00:04:01,500
bu gün yox, yaxın gələcəkdə hansısa əlamətdar hadisə ilə bağlı çıxış edərkən bu mövzuda ətraflı danışacağam.

21
00:04:02,100 --> 00:04:09,300
İnqilab canlı bir varlıqdır; inqilabın bir qığılcım olduğunu, parlayıb söndüyünü güman edənlər

22
00:04:09,650 --> 00:04:19,880
onun həqiqətini dərk etməkdən çox-çox uzaqdırlar. İnqilab canlı bir həqiqətdir, canlı bir varlıqdır,

23
00:04:21,540 --> 00:04:31,200
müəyyən halda doğulur, inkişaf edir, varlığını davam etdirir, uzun bir ömür yaşayır,

24
00:04:32,000 --> 00:04:42,000
digər bir halda isə xəstəliyə düçar olur, məhv olub aradan gedir. Hər bir canlı varlıq kimi, inqilab da bu cürdür.

25
00:04:43,020 --> 00:04:50,680
İnqilab canlı bir varlıq olduğuna görə də arta, inkişaf edə,

26
00:04:51,540 --> 00:05:03,420
getdikcə daha da təkmilləşə bilər. Baxın, Qurani-Kərim buyurur:

27
00:05:03,650 --> 00:05:26,620
وَمَثَلُهُم فِي الاِنجيلِ کَزَرعٍ اَخرَجَ شَطئَه فَئازَرَه فَاستَغلَظَ فَاستَوي عَلي سوقِه

28
00:05:27,940 --> 00:05:35,250
Yəni Peyğəmbər səhabələri, müsəlman toplumu – yəni elə inqilabçılar – əvvəlcə torpaqdan cücərib qalxaraq özünü göstərən,

29
00:05:35,770 --> 00:05:45,710
sonra isə tədricən inkişaf edib gövdəsi möhkəmlənən, göyərib qalxan,

30
00:05:46,280 --> 00:06:00,220
kökləri ilə yerdən möhkəm yapışmış, bərəkətli, heyrətli bir bitkiyə bənzəyir.

31
00:06:00,850 --> 00:06:13,310
O bitki kimdə heyrət doğurur? Ayənin davamında buyurur: يُعجِبُ الزُّرّاع – onu torpağa əkənlərin özlərini;

32
00:06:13,600 --> 00:06:25,710
həmçinin لِيَغيظَ بِهِمُ الکُفّار – düşməni də heyrətə gətirir. İnqilab bu cürdür, günbəgün inkişaf edib daha da təkmilləşə bilər.

33
00:06:26,110 --> 00:06:34,340
Bu gün bu görüşün iştirakçılarından əksəriyyəti cavanlardır; mənim əzizlərim, mənim balalarım,

34
00:06:34,570 --> 00:06:40,740
sizdən çoxunuz o günləri görməmisiniz. İnqilabdan əvvəlki günlər ki, heç,

35
00:06:41,480 --> 00:06:53,200
inqilabın ilk günlərini də görməmisiniz. O günlər coşğu ilə, emosiya ilə dolu idi, bir qəhrəmanlıq tarixi yazılırdı, amma inqilabın dayaqlarının möhkəmlənməsi baxımından hazırda yaşadığımız mərhələ o dövrdən daha önəmlidir.

36
00:06:53,770 --> 00:07:02,570
Qəlbi inqilaba inamla dolub-daşan inqilabçılar bu gün daha möhkəm addımlarla,

37
00:07:03,420 --> 00:07:19,140
daha da mübariz, məlumatlı, gözüaçıq bir şəkildə, öz işinin nəticəsini qətiyyətlə nəzərdə tutub öz yoluna davam edir, qarşıya qoyduqları hədəfə doğru irəliləyirlər;

38
00:07:19,880 --> 00:07:29,710
bu gün vəziyyət bu cürdür; inqilab inkişaf edib, təkmilləşib; elə buna görə də mən dəfələrlə demişəm ki,

39
00:07:30,050 --> 00:07:38,050
dəyişikliklər, təbəddülat insan həyatına xas olan bir xüsusiyyət olduğu kimi, inqilaba da xas olan təbii bir xüsusiyyətdir.

40
00:07:38,340 --> 00:07:49,020
İntəhası hansı dəyişikliklər?Elə dəyişikliklər ki, onların fonunda başlıca prinsip və əsaslar sabit və dəyişməz qalsın.

41
00:07:50,680 --> 00:08:00,400
اَلَم تَرَ کَيفَ ضَرَبَ اللهُ مَثَلًا کَلِمَةً طَيِّـبَةً کَشَجَرَةٍ طَيِّبَةٍ اَصلُها ثابِتٌ وَ فَرعُها فِي السَّماءِ

42
00:08:00,850 --> 00:08:08,970
Bünövrə möhkəmdir, köklər möhkəmdir, dayaqlar həmin möhkəm və əsl dayaqlardır.

43
00:08:09,370 --> 00:08:20,970
İnsanların, cəmiyyətin həyatına özünün günbəgün yenilənən nəticələrini,

44
00:08:21,250 --> 00:08:33,200
səmərələrini, yeni-yeni töhfələrini vermək isə

45
00:08:33,540 --> 00:08:38,340
inqilabın xüsuiyyətidir; bizim inqilabımızda bu xüsusiyyət əvvəldən olub.

46
00:08:38,620 --> 00:08:52,620
Dünya inqilablarının tarixinə nəzər salsanız (“inqilabların tarixi” deyəndə, qədim dövrlər haqda nə bir o qədər geniş məlumata sahibik,

47
00:08:52,970 --> 00:09:00,970
nə də onlarla işimiz var; amma son 2-3 əsrdə dünyada baş vermiş inqilablar –

48
00:09:02,220 --> 00:09:15,650
misal üçün, Amerikanın İngiltərənin asılılığından qurtulması və ya Böyük Fransa İnqilabı, yaxud Böyük Oktyabr Sosialist İnqilabı

49
00:09:15,940 --> 00:09:24,910
və sairdən başlayaraq müxtəlif ölkələrdə baş vermiş kiçik inqilablara qədər hamısı haqda mənim dəqiq məlumatım var),

50
00:09:25,600 --> 00:09:34,220
görərsiniz ki, onların heç birində bizim inqilabımızda olan bu xüsusiyyət olmayıb və yoxdur; belə ki əsas prinsiplər sabit və möhkəm şəkildə qorunub saxlana,

51
00:09:35,080 --> 00:09:45,880
eyni zamanda bu köklü-köməcli ağac insanlara və cəmiyyətə özünün növbənöv meyvələrini təqdim edə.

52
00:09:46,910 --> 00:09:53,710
İslam İnqilabının qələbəsindən 39 il ötür, 40-cı ilə keçirik;

53
00:09:55,310 --> 00:10:02,110
bu çox önəmli bir hadisədir. İnqilab barədə bu qədər.

54
00:10:03,200 --> 00:10:12,680
Əlbəttə ki, düşmən də məhz bu məqamın əleyhinədir. Düşmən deyəndə mən kimi nəzərdə tuturam? İnqilabdan zərər çəkənləri;

55
00:10:13,200 --> 00:10:21,140
bu son dərəcə həssas regionda özlərinin əlaltısı olan, qarşılarında müti, hər şeyini –

56
00:10:22,220 --> 00:10:28,740
siyasətini, iqtisadiyyatını, gəlirlərini onların ixtiyarına vermiş bir hökuməti hakimiyyətdə saxlayanları.

57
00:10:29,020 --> 00:10:38,340
Bütün bunlar əllərindən çıxdığı üçün inqilab onlara ziyan vurub. Başda Amerika,

58
00:10:38,970 --> 00:10:46,620
həmçinin İngiltərə və sair onun kimi bəzi Avropa dövlətləri; düşmən bunlardır.

59
00:10:46,620 --> 00:11:00,450
Düşmənin hədəfi inqilabın bu qalıcılığının, möhkəmliyinin qarşısını almaqdır; və bu hədəflərini reallaşdırmaq üçün cürbəcür səylər göstərirlər.

60
00:11:01,250 --> 00:11:11,770
Əlləri çatan hər vasitədən də istifadə edirlər: psevdo-mütəfəkkirlərdən tutmuş (belələri var axı;

61
00:11:12,000 --> 00:11:23,020
həmin psevdo-mütəfəkkirlər oturub inqilabın əsaslarına qarşı özlərindən cürbəcür fikirlər düzəldirlər; ola bilsin ki, onların yazılarına

62
00:11:23,020 --> 00:11:29,940
mətbuatda, bəzi internet saytlarında və sairdə rast gəlmisiniz;

63
00:11:30,450 --> 00:11:38,510
bunlardan istifadə edirlər, pul verib: “Oturun inqilabın əleyhinə, inqilabın əsaslarının əleyhinə fikir yürüdün” – deyirlər)

64
00:11:38,850 --> 00:11:47,080
qondarma nəzəriyyələr quraşdıran saxta nəzəriyyəçilərə,

65
00:11:47,880 --> 00:11:57,140
qəzetçilərə, muzdlu yazarlara,

66
00:11:57,650 --> 00:12:09,020
virtual məkanın imkanlarına, cürbəcür təlxək adamlara qədər öz auditoriyalarını genişləndirmək üçün

67
00:12:10,000 --> 00:12:21,540
istifadə edə bildikləri hər kəsdən bacardıqları kimi istifadə edirlər. Hazırda bütün bu işlər həyata keçirilir, bütün bunlar var.

68
00:12:21,940 --> 00:12:30,800
İndi də deyil, inqilabın əvvəlindən, yəni 39 il bundan qabaqdan bəri bütün bu işlər görülür, intəhası günbəgün daha da kəskinləşib.

69
00:12:31,310 --> 00:12:36,000
Bu gün elə texnoloji vasitələr var ki, o zaman yox idi; onların hamısından istifadə edirlər.

70
00:12:36,220 --> 00:12:48,740
Yəqin ki, eşitmisiniz, 1388-ci ildə baş verən iğtişaşlar zamanı o fəal internet şəbəkələrindən birinin işi illik təmir üçün müvəqqəti dayandırılmalı imiş; deyiblər, dayandırmayın,

71
00:12:48,970 --> 00:12:57,880
təmir işlərini təxirə salın, hazırda sizin xidmətiniz bizə lazımdır; həmin internet şəbəkəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi

72
00:12:57,880 --> 00:13:04,620
və Amerikanın siyasi qurumlarına xidmətinə ara verməsinə razı olmayıblar; bütün bunlardan istifadə edirlər.

73
00:13:06,000 --> 00:13:14,170
Bəli, bütün bu səyləri göstərirlər, amma gözlənilmədən bir 22 bəhmən baş verir!

74
00:13:15,200 --> 00:13:23,310
Bunlar təkcə öz auditoriyalarını hesaba alırlar, amma 22 bəhmən günü, gördüyünüz kimi, paytaxt Tehranda, kiçik şəhərlərdə,

75
00:13:24,000 --> 00:13:33,310
ölkənin bütün bölgələrində, şərqdə, qərbdə, şimalda, cənubda insan seli küçələrə axışır,

76
00:13:34,570 --> 00:13:42,400
qışın soyuğunda, buzun üstündə, qarın-yağışın altında vahid şüarlar səsləndirir.

77
00:13:42,910 --> 00:13:52,740
Yaxud da eynilə bir 9 dey baş verir. Xüsusilə də əgər hansısa hadisələr olubsa, 1388-ci ilin 9 dey günü və ya bu ilin 9 dey günü olduğu kimi, hər kəs gəlir.

78
00:13:53,080 --> 00:13:59,650
Özünüz gördünüz, bu ilin 9 dey günü insanlarımız necə böyük şövq və həyəcanla meydanlarda idi.

79
00:13:59,820 --> 00:14:06,340
Çünki düşmənin varlığını hiss etmişdilər. Bu hər bir canlı varlığa xas olan bir xüsusiyyətdir.

80
00:14:07,020 --> 00:14:12,220
Düşmənin varlığını hiss edən kimi daha da həssaslaşır, daha da fəallaşır.

81
00:14:13,940 --> 00:14:22,620
9 dey günü ölkənin dörd bir yanında xalqın iştirakı müşahidə olundu,

82
00:14:22,970 --> 00:14:33,370
ondan sonra dey ayının 13-dən 18-nə qədər 4-5 gün dalbadal müxtəlif şəhərlərdə spontan surətdə yürüşlər oldu.

83
00:14:33,820 --> 00:14:40,110
19 dey günü mən bu hüseyniyədə toplaşmış dəyərli insanlarımıza bu barədə yığcam surətdə məlumat vermişdim.

84
00:14:40,970 --> 00:14:49,420
Baxın, canlı olmaq budur, inkişafda olmaq budur! Düşmənin o qədər səyi, o qədər fəaliyyəti heç bir təsir göstərmədi!

85
00:14:51,020 --> 00:15:00,110
Həm də təkcə virtual məkanda və sair bu kimi sferalarda görülən işlər deyil; misal üçün, sanksiyalar. Doğrudur, sanksiyalar camaatın yaşayışına təsir edir,

86
00:15:00,910 --> 00:15:08,680
iqtisadi çətinliklər yaranır və yaranıb da, bu problemlər camaatın hamısının əl-qolunu bağlayır,

87
00:15:08,680 --> 00:15:19,540
amma eyni zamanda insanlarımızın İslam İnqilabı və İslam Respublikasına bəslədiyi sevgi və bağlılıq bax bu cür reaksiyalar meydana gətirir.

88
00:15:19,880 --> 00:15:32,510
Odur ki Allahın iradə və qüdrətinin müşahidə olunduğu bu cür günləri tutduğumuz yolda daha da möhkəmlənmək üçün bir təkan hesab etməliyik. Sizə deyim ki, Allahın lütf və köməyi ilə,

89
00:15:32,850 --> 00:15:37,250
builki 22 bəhmən o möhtəşəm 22 bəhmənlərdən biri olacaq.

90
00:16:02,220 --> 00:16:13,310
Çünki xalqımız Amerikanın bəzi dövlət adamlarının bu hərzə danışıqlarından

91
00:16:14,050 --> 00:16:27,880
düşmənin pusqu quraraq hücuma keçmək üçün hazırlaşdığını hiss edir (o demək deyil ki, mütləq, hərbi hücum edəcək,

92
00:16:28,740 --> 00:16:33,710
düşmənçilik məqsədi güdür), bunu hiss etdikdə isə meydanlara çıxır, özünü göstürür.

93
00:16:34,340 --> 00:16:42,680
Allahın lütf və dəstəyi ilə, bu il xalqımızın iştirakı həmişəkindən daha emosional və coşğulu olacaq;

94
00:16:43,080 --> 00:16:47,310
Allahın köməyi ilə hamı gələcək; bu, bir məqam.

95
00:16:48,510 --> 00:16:58,340
Digər bir məqam isə İslam Respublikasının prinsipial məsələləri ilə bağlıdır. Əlbəttə, az öncə bildirdim ki, yaxın zamanlarda,

96
00:16:59,370 --> 00:17:09,080
inşallah, mən bu barədə ətraflı söhbət edəcəyəm, bu gün isə mövzuya qısaca toxunmaq istəyirəm.

97
00:17:09,600 --> 00:17:18,680
İslam İnqilabı nəticəsində yaranmış dövlət quruluşu özü üçün müəyyən prinsipial siyasətlər nəzərdə tutumuşdur.

98
00:17:19,650 --> 00:17:27,600
İslam İnqilabı bir siyasi-ictimai model irəli sürərək onu reallaşdırmışdır

99
00:17:28,280 --> 00:17:35,310
və bu hökumət modelinin inqilaba əsaslanan müəyyən prinsipləri yaranmışdır.

100
00:17:35,310 --> 00:17:42,850
Məsələn, müstəqillik – iqtisadi müstəqillik, siyasi müstəqillik, mədəni müstəqillik, təhlükəsizlik baxımından müstəqillik -

101
00:17:44,110 --> 00:17:54,280
əvvəllər möcvud olmamış həmin prinsiplərdəndir. İnqilabdan öncə bunların heç biri yox idi. Bu sahədə xeyli irəliləyişə də nail olmuşuq;

102
00:17:54,510 --> 00:17:59,770
əlbəttə, bəzi sferalarda hələ görüləsi işlərimiz çoxdur. Müstəqillik var, azadlıq var.

103
00:18:00,000 --> 00:18:06,970
Ölkənin inkişafı; inqilabın əsas prinsiplərindən biri ölkənin müxtəlif sferalarda inkişafıdır;

104
00:18:06,970 --> 00:18:11,940
ölkə elmi, texnoloji, əxlaqi baxımdan,

105
00:18:12,110 --> 00:18:15,940
maddi və mənəvi həyatın müxtəlif sferalarında inkişaf etdirilməlidir.

106
00:18:16,170 --> 00:18:24,220
Bütün bu sferalarda kifayət qədər yaxşı irəliləyiş əldə olunub da; əlbəttə, arzuladığımız, nail olmalı olduğumuz inkişafa hələ var və o məsafəni hələ qət etməliyik.

107
00:18:24,450 --> 00:18:32,620
Ədalət, sosial ədalət, əhali arasındakı təqəbələşmənin azaldılması.

108
00:18:32,620 --> 00:18:41,080
Bu sahədə, əlbəttə ki, nöqsanlarımız, geriliyimiz var, yetərli və lazımi səviyyədə

109
00:18:41,480 --> 00:18:48,050
iş görülməyib. Bu məsələyə ciddi yanaşmalıyıq

110
00:18:48,400 --> 00:18:57,020
və istərdim biləsiniz ki, Allahın köməyi ilə, bu mövzu bizim diqqət mərkəzimizdədir, bu problemə göz yummayacağıq;

111
00:18:57,020 --> 00:19:06,970
bu, İslam Respublikasının əsas dayaqlarından biridir. Əlbəttə ki, bunun yolu da zülm və korrupsiya ilə mübarizə aparmaqdır.

112
00:19:07,540 --> 00:19:17,820
Ədalət geniş məna və əhatə dairəsinə malik olan bir mövzudur; həm cəmiyyətin öz daxilində,

113
00:19:18,450 --> 00:19:25,200
həm beynəlxalq arenada, həm iqtisadiyyat, həm də siyasət sferalarında

114
00:19:26,110 --> 00:19:33,420
ədalət çox önəmli bir prinsipdir. Həm də ədalət mütləq bir dəyərdir;

115
00:19:33,770 --> 00:19:42,050
yəni digər dəyərlər hamısı müəyyən mənada nisbidir, ədalət isə mütləq bir dəyərdir, hər bir halda lazımdır

116
00:19:42,680 --> 00:19:48,850
və riayət olunmalıdır. Korrupsiyaya, zülmə qarşı mübarizə aparılmalıdır; əlbəttə, çox çətindir.

117
00:19:49,140 --> 00:19:54,280
Mən bir neçə il bundan əvvəl demişdim ki, korrupsiya əfsanəvi yeddibaşlı əjdaha kimidir;

118
00:19:54,680 --> 00:20:06,850
əfsanələrdə yeddibaşlı əjdahanın bir başını kəsirlər, qalan 6 başı ilə hərəkət edir; onu yox edib aradan götürmək o qədər də asan deyil. Korrupsiya bu cürdür;

119
00:20:07,480 --> 00:20:20,220
cəmiyyətdə korrupsiyadan mənfəət qazanan şəxslərə qarşı mübarizə aparmaq, onlarla qarşıdurmaya getmək çox ağır bir işdir, doğrudan da, çox çətindir,

120
00:20:20,570 --> 00:20:29,770
lakin mütləq surətdə həyata keçirilməli olan işlərdəndir. Bu elə bir işdir ki, hökmən görülməlidir.

121
00:20:30,450 --> 00:20:38,110
Öndərimiz Əmirəl-möminin Əli (ə) hakimiyyətdə olduğu müddət ərzində,

122
00:20:38,280 --> 00:20:44,970
demək olar ki, daim bu mühüm məsələyə diqqət ayırmışdır; əlbəttə ki, problem bununla da çözülüb qurtarmamışdır.

123
00:20:44,970 --> 00:20:54,850
Sözsüz ki, əgər Allah eləməmiş, hökumət nümayəndələri zülmə, korrupsiyaya yol verirlərsə, bu cür hallara qarşı

124
00:20:55,370 --> 00:20:58,170
daha ciddi, daha kəskin tədbirlər görülməlidir.

125
00:20:58,800 --> 00:21:12,050
Bütün qurumlar, rəhbər işçilər, ölkənin müxtəlif yerlərində biz hamımız bu məsələyə diqqətli yanaşmalı, problemin üzərindən ötüb keçməməlidirlər; zülmün üstündən keçmək olmaz.

126
00:21:12,340 --> 00:21:18,910
Eynilə beynəlxalq arenada da; imperializmin zülmü ifşa olunmalıdır.

127
00:21:19,250 --> 00:21:31,020
Bu gün dünyanın ən zalım, ən rəhmsiz sistemi Amerika hökumətidir; Amerika hamısından zalımıdır.

128
00:21:31,820 --> 00:21:40,400
O İŞİD-in nə qədər məşum, zalım və vəhşi olduğunu gördünüz? Amerika hökuməti onlardan da betərdir.

129
00:21:41,020 --> 00:21:48,110
İŞİD-ləri – təkcə İŞİD-i yox – yaradan və çirkin əməlləri üçün onlara şərait yaradan da

130
00:21:49,820 --> 00:22:01,140
elə Amerika hökumətidir; İŞİD-in meydana çıxmasının səbəbkarı Amerika olub. Artıq bu sadəcə bizim iddiamız deyil, özləri deyiblər.

131
00:22:02,050 --> 00:22:06,970
Hazırda ABŞ-ın prezidenti olan o adam özünün seçkiqabağı kompaniyası zamanı

132
00:22:07,710 --> 00:22:16,680
İŞİD-in meydana gəlməsini dönə-dönə demokratların – özünə rəqib olan partiyanın işi adlandırmışdı.

133
00:22:16,680 --> 00:22:23,200
Doğru da deyirdi; bu məsələnin sənədi-sübutu da var idi; indi də var.

134
00:22:23,940 --> 00:22:32,280
Onlar özləri İŞİD-i yaradıblar, özləri gücləndiriblər, özləri onlara silah və maliyyə dəstəyi veriblər,

135
00:22:33,370 --> 00:22:40,340
böyük ehtimalla, bəzi taktikaları da özləri onlara öyrədiblər.

136
00:22:41,310 --> 00:22:51,020
O işlərin hamısını görən Amerikanın “Blek voter” kimi dövlətlə əlaqəli vəhşi qurumlarıdır;

137
00:22:51,540 --> 00:23:01,540
onlar bu işləri yaxşı bilirlər, insanlığa qarşı törədilən bu vəhşiliklərin mütəxəssisi onlardır; olsun ki, işidçilərə təlim keçən elə onlar olub.

138
00:23:02,110 --> 00:23:08,510
Yoxsa Qafqazdan gəlmiş hansısa bədbəxt

139
00:23:08,850 --> 00:23:19,020
insana necə işgəncə vermək, işgəncə verməklə tədricən suda necə boğmaq, yaxud yandırmaq lazım olduğunu haradan bilə bilər? Yəqin ki, onlar öyrədiblər.

140
00:23:20,570 --> 00:23:28,510
Amerika dünyanın ən qəddar və daşürəkli dövləti olduğuna baxmayaraq,

141
00:23:29,310 --> 00:23:38,170
təbliğatında insan haqlarının, məzlumların hüquqlarının, hətta heyvanların belə haqqının müdafiəçisi kimi çıxış edir!

142
00:23:38,910 --> 00:23:49,370
Bunların iç üzü açılmalıdır; bunları demək lazımdır, dünya bunların kim olduğunu bilməlidir.

143
00:23:51,770 --> 00:24:00,910
Fələstinə etdikləri zülm! Hazırda fələstinlilərə hər gün zülm olunur, hər gün əziyyət verilir.

144
00:24:01,080 --> 00:24:12,970
1 il, 2 il, 10 il, 20 il, 70 ildir ki, bu zülm davam etdirilir və arxasında da əvvəllər olduğu kimi, bu gün də Amerika durur;

145
00:24:13,420 --> 00:24:22,910
bütün bunları demək lazımdır. Yəmən xalqına edilən zülm! Hazırda Yəmən hər gün bombardman edilir.

146
00:24:23,940 --> 00:24:31,770
Xalq bombalanır, insanların xeyir-şər məclisləri bombalanır, bazarlar bombalanır, ölkənin infrastrukturu bombalanır.

147
00:24:32,050 --> 00:24:43,020
Kimin vasitəsilə? Amerikanın dəstək verdiyi müttəfiqləri vasitəsilə; silahlarını da onlar təmin edir, lazım olan köməyi də onlar göstərir.

148
00:24:43,650 --> 00:24:51,080
Kənardan da durub mənzərəni qəşəngcə seyr edirlər, ən xırda etiraz belə bildirmirlər; heç qaşlarını da düyünləmirlər.

149
00:24:51,420 --> 00:24:58,170
Əlbəttə, amerikanların öz aralarından bu vəziyyətə etiraz bildirən bəzi insanlar,

150
00:24:58,170 --> 00:25:05,480
misal üçün, yazarlar var, amma Amerika dövləti onlara qətiyyən əhəmiyyət belə vermir. Sonra da gedib arsızcasına

151
00:25:05,650 --> 00:25:14,800
bir neçə mərmini ortaya qoyub deyir ki, “bunlar İranın Yəməndə mübarizə aparan qüvvələrə verdiyi raketlərindir”.

152
00:25:15,310 --> 00:25:26,800
Əsassız bir iddia irəli sürür! Yəməndə mübarizə aparan mücahidlər blokadadır, onlara nə isə çatdırmaq mümkün deyil.

153
00:25:27,080 --> 00:25:36,400
Əgər çatdırmaq mümkün olsaydı, biz onlara bir yox, 100 raket verərdik! Amma olmur, mümkün deyil; məzlumdurlar.

154
00:25:37,940 --> 00:25:43,650
کُن للظّالِمِ خَصمًا وَ لِلمَظلومِ عَونا

155
00:25:44,740 --> 00:25:54,680
Məzluma kömək edə bilirsənsə, et. Biz ayağa qalxmışıq; müqavimət məsələsində

156
00:25:54,910 --> 00:26:00,800
amerikalılar Qərbi Asiyada müqavimətin kökünü kəsməyi qərara almışdılar,

157
00:26:01,200 --> 00:26:07,480
bunu edə biləcəklərinə əmin idilər də, biz ayağa qalxıb buna imkan verməyəcəyimizi dedik.

158
00:26:09,710 --> 00:26:20,850
Bu gün dünyada hamıya sübut olunub ki, onlar istəyirdilər, bacarmadılar, biz isə istəyirdik, bacardıq da; bunu dünyada hər kəs kəs dərk edib.

159
00:26:23,140 --> 00:26:32,850
Zülmə qarşı durmaq lazımdır. İndi bu dediyim xarici zülm idi, daxili zülm də bu cürdür, hətta bəlkə müəyyən cəhətlərdən daha önəmlidir də.

160
00:26:33,420 --> 00:26:38,970
Digər bir məqam da var ki, onu da qeyd etmək lazımdır; bu, xəlqilik məsələsidir.

161
00:26:39,250 --> 00:26:48,340
İslam Respublikası quruluşunun ən böyük üstünlüklərindən biri onun xəlqiliyidir;

162
00:26:49,080 --> 00:26:55,080
ən böyük üstünlüklərdən biri bu inqilabın dini və xəlqi xarakter daşımasıdır.

163
00:26:55,540 --> 00:27:04,850
İslam İnqilabı dini bir inqilab idi, xalqın etiqadına əsaslanırdı, bu inqilab nəticəsində formalaşan sistem də dini və xəlqi mahiyyət daşıyır.

164
00:27:05,080 --> 00:27:14,510
Xalq İslam dininə inandığı üçün meydanlara axışdı. Elə ona görə də görürük ki, övladları, gəncləri cəbhələrə yollanıb

165
00:27:14,800 --> 00:27:25,310
vuruşduğuna, mübarizə apararkən öldürüldüyünə, ata-anaların qəlbinə od düşdüyünə baxmayaraq, bu xalq səbir etdi, şükür etdi, şikayət etmədi.

166
00:27:25,820 --> 00:27:34,800
Çünki bütün bunlar Allah yolunda idi, İmam Hüseyn yolunda idi. Bu, inqilabın xüsusiyyətlərindən biridir; bu inqilab xalqın inqilabıdır.

167
00:27:36,340 --> 00:27:40,800
Bütün proqramlarda xalq birinci yerdə durmalıdır.

168
00:27:41,140 --> 00:27:47,310
Bəli, xalqın adı dönə-dönə çəkilir, eşidirik;

169
00:27:47,650 --> 00:27:53,600
rəsmilərin xalqa söykənməyi, tez-tez xalq adını tutmağı yaxşıdır da;

170
00:27:54,110 --> 00:28:00,800
bu ada arxalanmaları çox yaxşıdır, intəhası xalqı tanısınlar. Biz hamımız xalqımızı tanımalıyıq.

171
00:28:01,310 --> 00:28:14,000
Baxın, şah diktaturası dövründə (sizin yadınızda olmaz; biz bütün gəncliyimizi şah diktaturasının zamanında keçirmişik, o dövrdə işləyib çalışmışıq)

172
00:28:14,340 --> 00:28:21,420
bir ziyalı tipi və ya o dövrdə fəal olan

173
00:28:23,020 --> 00:28:30,450
bir ziyalı kəsim var idi. O vaxtlar biz onların çoxu ilə əlaqə də saxlayırdıq. Xalqdan danışırdılar;

174
00:28:31,820 --> 00:28:41,140
istənilən söhbətdə yeri oldu-olmadı: “Xalq, xalq üçün, xalqı müdafiə!” – deyirdilər; bu sözlər ağızlarından düşmürdü.

175
00:28:41,310 --> 00:28:49,820
Halbuki yanılırdılar; yəni demək olmaz ki, hamısı yalan danışırdı, amma danışdıqları yalana özləri də inanmışdılar;

176
00:28:50,170 --> 00:28:54,800
nə onlar xalqı tanıyırdılar, nə də xalq onları;

177
00:28:55,200 --> 00:29:05,370
nə onlar xalqın dediyini başa düşürdülər, nə də xalq onların dediyini. Qəzet və jurnallarda nə qədər maarifləndirici məqalələr yazırdılar.

178
00:29:06,220 --> 00:29:14,340
Şah rejimi də bilirdi ki, xalq onların təsiri altına düşən deyil, çünki nə dediklərini ümumiyyətlə başa düşmür,

179
00:29:14,800 --> 00:29:25,600
bunlar eləcə söz toxuyub tökürlər, ona görə də heç bərklərini də tutmurdu. Mən özüm Məşhəddə şahidi olmuşdum ki, kommunist nəşrlər açıq-açığına,

180
00:29:26,740 --> 00:29:37,940
çox rahat şəkildə kitab mağazalarında yayılırdı, amma hansısa dini məsələyə, Fələstinə, bu tip mövzulara həsr olunmuş bir dini kitab

181
00:29:38,220 --> 00:29:42,620
cürbəcür təzyiqlərə məruz qalır, qarşısı alınırdı.

182
00:29:43,080 --> 00:29:51,770
Səbəbi bu idi ki, onların dedikləri, onların yazdıqları camaat üçün kökündən inandırıcı deyildi;

183
00:29:52,000 --> 00:29:54,400
nə onlar xalqı tanıyırdılar, nə də xalq onları tanıyırdı.

184
00:29:55,480 --> 00:30:04,680
1341-ci ildə İmam Xomeyni (r.ə) mübarizə meydanına qoşulanda isə həm o, xalqı tanıyırdı, həm də dedikləri xalqa tanış idi;

185
00:30:04,850 --> 00:30:10,910
xalq onu anladı, onun arxasınca getdi, dediyinə əməl etdi və nəticədə inqilab meydana gəldi.

186
00:30:10,910 --> 00:30:20,910
Odur ki xalqı tanımaq lazımdır. Xalq kimdir? Xalq 22 bəhmən tarixi qəhrəmanlığını yaradanlardır; xalq bu insanlardır.

187
00:30:21,710 --> 00:30:28,050
Əgər xalqın nə dediyini anlamaq istəyirsinizsə, onu dinləyin, nə istədiyini eşidin.

188
00:30:30,050 --> 00:30:38,740
Xalq o insanlardır ki, meydanda araya bir qrup iğtişaşçı girdiyi zaman

189
00:30:38,740 --> 00:30:46,680
etirazları olsa belə, iğtişaşçıların şüarlarını görən kimi bir kənara çəkilir,

190
00:30:47,650 --> 00:30:57,650
sonra isə 9 dey günü meydanlara gələrək öz şüarlarını səsləndirirlər. Xalq bu insanlardır; xalqı başqaları ilə səhv salmasınlar.

191
00:30:59,480 --> 00:31:10,110
Xalqı onun şüarları, dedikləri ilə tanısınlar və onun üçün işləsinlər.

192
00:31:10,510 --> 00:31:15,080
مُخلِصاً لِلّهِ و لِوَجهِهِ الکَريم

193
00:31:15,650 --> 00:31:23,770
Xalq üçün yaşamaqla Allah üçün yaşamaq bir-birinə heç bir vəchlə zidd deyil.  “Xalq üçün işləsinlər” deyiriksə, bu o demək deyil ki, Allah üçün olmamalıdır;

194
00:31:24,050 --> 00:31:31,540
xeyr, Allah-taala buyurub ki, “Xalq üçün işləməlisiniz”.  Allah-taala biz rəsmilərdən

195
00:31:32,170 --> 00:31:38,620
xalqa xidmət etməyimizi, xalqın xidmətçisi olmağımızı, xalq üçün işləməyimizi istəyib.

196
00:31:39,600 --> 00:31:47,420
Xalqın sözünü eşitmək lazımdır; xalqın sözü korrupsiyadan şikayətdir, ayrı-seçkilikdən şikayətdir; xalqın dediyi budur.

197
00:31:48,570 --> 00:31:59,310
Xalq bir çox problemlərə dözür, korrupsiyanı, ayrı-seçkiliyi isə qəbul etmir, bunlardan şikayətçidir, gileylənir.

198
00:31:59,770 --> 00:32:07,820
Xalqın şikayəti korrupsiyadandır, ayrı-seçkilikdəndir və rəsmilər – istər icraedici, istər qanunverici,

199
00:32:08,170 --> 00:32:13,770
istərsə də məhkəmə hakimiyyətinin rəsmiləri bu problemlərlə ciddi surətdə məşğul olmalıdırlar.

200
00:32:14,400 --> 00:32:25,820
Silahlı Qüvvələrə gəlincə; mənim son sözüm budur: Silahlı Qüvvələr öz daxilində quruculuğu günbəgün daha da artırmalıdır.

201
00:32:26,740 --> 00:32:35,080
Nəyin quruculuğunu? Əvvəla öz kimliyinin, şəxsiyyətinin quruculuğunu. Qoy hərbçilərimiz özlərini formalaşdırsınlar;

202
00:32:36,510 --> 00:32:46,400
özlərini İslam dininə layiq bir insan və hərbçi kimi tərbiyə edib formalaşdırsınlar.

203
00:32:47,420 --> 00:32:56,340
İslam dininə layiq bir hərbçi mömindir, şücaətlidir, fədakardır, tədbirlidir,

204
00:32:57,020 --> 00:33:06,000
düşmən qarşısında tam gücü ilə durur, dost qarşısında isə

205
00:33:06,740 --> 00:33:16,510
özünü əsla böyük tutaraq təkəbbür nümayiş etdirmir; İslama layiq bir hərbçinin xüsusiyyətləri bunlardır; buna nümunə olaraq Malik Əştəri göstərmək olar;

206
00:33:17,250 --> 00:33:28,110
düşmənin qarşısında o cür, Kufədə ədəbsiz bir oğlan uşağının qarşısında isə o cür; bu məsələ məşhurdur;

207
00:33:29,370 --> 00:33:33,600
onun Malik Əştər olduğunu bilməyən bir oğlan uşağı

208
00:33:34,110 --> 00:33:38,970
onu təhqir edir, daha sonra nə etdiyini anlayanda əl-ayağa düşüb arxasınca qaçır, görür ki, gedib məsciddə namaz qılır.

209
00:33:38,970 --> 00:33:43,020
Üzrxahlıq edir, Malik isə ona söyləyir ki, mən məscidə elə sənin üçün dua etməyə gəlmişəm.

210
00:33:44,620 --> 00:33:52,170
Hərbi sərkərdə, Siffeyn döyüşündə o cür böyük işlər görmüş Malik Əştər

211
00:33:52,450 --> 00:34:00,220
gənc, ədəbsiz bir oğlan uşağına qarşı bu şəkildə davranır! Özünütərbiyə bax budur.

212
00:34:00,680 --> 00:34:08,850
Və maddi-texniki quruculuq; az öncə Hava Qüvvələrinin komandanı tamamilə doğru olaraq qeyd etdi ki,

213
00:34:09,820 --> 00:34:18,620
HHQ-i Orduda maddi-texniki quruculuğa və özünütəminetmə cihadına ilk olaraq start vermiş, bu fəaliyyətində kifayət qədər aktiv olmuş və müsbət nəticələr əldə etmişdir.

214
00:34:20,000 --> 00:34:31,770
Hava Qüvvələrində xeyli iş görülüb; Hava Qüvvələrinin deyiləsi, danışılası nailiyyətləri çoxdur, onlardan biri də budur.

215
00:34:32,680 --> 00:34:44,570
Quruculuğa siz başlamısınız, o dövrdə sizin sıralarınızda olan əzmkar insanlar başlamışlar. Şükürlər olsun ki, belə insanlar bu gün də var,

216
00:34:45,940 --> 00:34:55,710
sizlər varsınız, bu işi həyata keçirə bilərsiniz. Maddi-texniki bazanızı həm yeniləyin, həm də quruculuğu ilə məşğul olun; qurun, düzəldin; siz bunu bacararsınız;

217
00:34:56,000 --> 00:35:06,740
siz gənclərin çox yaxşı istedadı var. Mən o ölkələrdən biri haqda demişdim ki,

218
00:35:07,250 --> 00:35:16,620
onların yalnız pulu var; puldan başqa heç nəyi yoxdur; nə dini, nə əxlaqı, nə ağlı, nə bacarığı, nə məharəti;

219
00:35:17,540 --> 00:35:26,110
yalnız pulları var; bəziləri bu cürdür. Ola bilər ki, sizin kifayət qədər pulunuz yoxdur, amma başqa hər şeyiniz var:

220
00:35:26,570 --> 00:35:33,250
istedadınız, düşünmək qabiliyyətiniz, təşəbbüs göstərmək əzminiz, quruculuq üçün gücünüz.

221
00:35:34,280 --> 00:35:41,420
Siz bacararsınız; qurun, düzəldin. Odur ki hər şeydən öncə həm özünüzü,

222
00:35:41,770 --> 00:35:49,480
yəni nəfsinizi tərbiyə etməyə, həm də maddi-texniki bazanızı və təşkilati strukturunuzu daha da yaxşılaşdırmağa çalışın. Təşkilatınızı bacardığınız qədər inkişaf etdirin.

223
00:35:50,110 --> 00:36:01,420
Və bilin ki, inşallah, qələbə sizinlədir. Bu illər ərzində baş vermiş bütün olaylarda,

224
00:36:01,770 --> 00:36:07,710
Allahın köməyi ilə, inqilabi qüvvələr qələbə qazanıb, gələcəkdə də,

225
00:36:08,000 --> 00:36:15,250
düşmənə göz dağı olaraq, qələbə sizin və mübariz İran xalqının olacaq.

226
00:36:15,540 --> 00:36:17,600
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.