1
00:00:00,220 --> 00:00:02,440
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:02,970 --> 00:00:10,970
و الحمدلله ربّ العالمين والصّلاة والسّلام علي سيّدنا محمد و آله الطيّبين

3
00:00:11,770 --> 00:00:17,510
و صحبه المنتجبين و من تبعهم باحسان الي يوم الدّين

4
00:00:18,260 --> 00:00:23,280
Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz!

5
00:00:25,600 --> 00:00:31,280
Burada siz öz evinizdə, öz qardaşlarınızın arasındasınız;

6
00:00:32,800 --> 00:00:43,370
ümidvaram, Allah-taala öhdənizə götürdüyünüz bu böyük işi sona çatdırmaqda

7
00:00:44,880 --> 00:00:51,510
hamınıza mənəvi dəstək və yardımçı olacaq, sizi doğru yola istiqamətləndirəcək, inşallah.

8
00:00:52,620 --> 00:01:10,440
Artıq 25 ildir ki, fəaliyyət göstərən Müsəlman Ölkələri Parlamentlərarası Birliyi önəmlli bir yer tutur:

9
00:01:13,680 --> 00:01:25,820
əvvəla, siz – müsəlman ölkələrinin parlament sədrləri və deputatları xalqların nümayəndələrisiniz,

10
00:01:26,130 --> 00:01:38,480
bu, çox mühüm bir məqamdır; ikincisi, digər bir tərəfdən, dövlətlərin qarşısında duran diplomatik məhdudiyyətlər sizdə yoxdur,

11
00:01:38,800 --> 00:01:53,880
buna görə də siz öz xalqınızın, müsəlman xalqlarının, İslam ümmətinin ehtiyaclarını dünya arenasında daha açıq, daha qətiyyətli, daha ciddi bir mövqe ilə ortaya qoya bilərsiniz.

12
00:01:55,650 --> 00:02:06,050
Düşünürəm ki, biz bu mühüm statusdan öz dini və tarixi vəzifəmizi yerinə yetirmək üçün istifadə etməliyik.

13
00:02:06,800 --> 00:02:13,880
Bizim İslam ümməti qarşısında böyük bir dini vəzifəmiz var (hamımızın;

14
00:02:14,510 --> 00:02:23,540
İslam dünyasının hansısa yerində hansısa vəzifə və mövqe sahibi olan hər kəsin; bu sıraya siz də, mən də aidik),

15
00:02:24,680 --> 00:02:33,140
hamımızın bir dini vəzifəsi var; yəni dinin, İslamın bizdən müəyyən tələbləri var; əvvəla, o vəzifəni yerinə yetirməliyik.

16
00:02:33,140 --> 00:02:36,450
İkincisi, bir tarixi vəzifəmiz də var; hiss etdiyimiz kimi,

17
00:02:37,140 --> 00:02:46,800
bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir;

18
00:02:48,800 --> 00:03:00,170
dünya çox önəmli dəyişikliklərə hamilədir; özəlliklə Asiya, Afrika, yaxud Qərbi Asiya regionu deyil, bütün dünya;

19
00:03:00,170 --> 00:03:05,370
bütün dünyada müəyyən dəyişikliklərin baş verdiyi hiss olunur;

20
00:03:05,880 --> 00:03:16,340
bu dəyişikliklərdə biz də öz rolumuzu oynamalıyıq. İslam dünyası müəyyən mərhələdə güclü zərbələr alıb;

21
00:03:17,420 --> 00:03:22,910
Birinci Dünya müharibəsindən sonra İslam dünyası parçalandı

22
00:03:23,880 --> 00:03:36,340
və müsəlman ölkələrində – Qərbi Asiyada, Şimali Afrikada – hakimiyyətə səriştəsiz, buna qətiyyən haqqı çatmayan şəxslər gəldi;

23
00:03:36,570 --> 00:03:46,400
heç bir əsasları olmadığı, əsla haqları çatmadığı halda gəldilər; nəticədə İslam dünyasında uzun müddət bunun təsirləri qaldı, İslam dünyası bu vəziyyətdən çox zərbələr aldı.

24
00:03:46,970 --> 00:03:52,340
Belə hadisələrin, bu cür təcrübələrin yenidən təkrarlanmasına yol verməməliyik.

25
00:03:53,770 --> 00:04:07,020
Mənə təqdim olunan proqrama əsasən demək olar ki, cari iclasın gündəliyində mühüm mövzular yer alır;

26
00:04:07,250 --> 00:04:15,370
az sonra mən onlardan bəzilərinə toxunacağam; lakin bəzi mövzular da var ki, toxunulmayıb,

27
00:04:15,710 --> 00:04:24,510
onlara da diqqət yetirmək olardı; məsələn, Yəmən məsələsi, Bəhreyn məsələsi; bunlar çox mühüm problemlərdir,

28
00:04:24,910 --> 00:04:32,220
İslam ümmətinə vurulmuş dərin və ağır yaralardır; bu problemlər həll olunmalıdır.

29
00:04:33,940 --> 00:04:38,800
Əlbəttə, Myanmar məsələsinə toxunulub, Kəşmir məsələsinə toxunulub.

30
00:04:39,140 --> 00:04:53,600
Mənim öz mömin qardaş və bacılarıma, müsəlmanlara tövsiyəm budur ki, İslam dünyasının əsas,

31
00:04:53,600 --> 00:04:58,850
həyat əhəmiyyətli problemlərindən söhbət gedərkən qətiyyətli olsunlar.

32
00:04:59,940 --> 00:05:05,420
Biz qətiyyətli olsaq, dünyada tendensiya yarada bilərik.

33
00:05:06,220 --> 00:05:15,420
Biz dünya ictimaiyyəti, dünyanın ziyalı insanları arasında bir tendensiya yaratmalıyıq.

34
00:05:16,170 --> 00:05:26,340
Bəzi həqiqətlər var ki, onları bütün dünyaya çatdırmaq lazımdır. Biz dünya ictimaiyyətinin rəyinə təsir göstərməliyik.

35
00:05:26,970 --> 00:05:41,820
Sizi görməzliyə vurmalarına, susqunluq planı ilə İslam dünyasının önəmli problemlərini

36
00:05:42,220 --> 00:05:55,140
dünya ictimaiyyətinin diqqətindən yayındırmalarına, onları qondarma, önəmsiz məsələlərin arxa planına keçirmələrinə imkan verməyin.

37
00:05:56,280 --> 00:06:11,310
Qərbin əksərən sionistlərin əlində olan təhlükəli və qorxunc təbliğat imperatorluğunun

38
00:06:11,650 --> 00:06:17,140
İslam dünyasının bu mühüm problemlərini görməzliyə vurmasına icazə vermək olmaz. Həmin problemlərdən bəzilərini indi mən qeyd edəcəyəm;

39
00:06:17,140 --> 00:06:25,020
Fələstin məsələsi İslam dünyasının olduqca önəmli problemlərindən biri və bəlkə də, ən önəmlisidir;

40
00:06:25,370 --> 00:06:32,220
Fələstin xalqına edilən təzyiqlər, onların üzləşdiyi çətinliklər tam olaraq görməzliyə vurulur.

41
00:06:33,310 --> 00:06:43,540
Bizim fikrimizcə, Qərb-sionist media imperatorluğunu məğlub etmək olar; bunu etmək mümkündür; hamımız əzm göstərsək, bunu edə bilərik.

42
00:06:44,570 --> 00:06:55,710
Sionistlər sərt müharibədə – hərbi əməliyyatlarda məğlub olduqları kimi, onları yumşaq müharibədə – təbliğat savaşında da məğlub etmək mümkündür;

43
00:06:57,420 --> 00:07:07,200
gördüyünüz kimi, İsrail rejimi Livanda

44
00:07:07,200 --> 00:07:11,880
məğlub olub geri çəkilməyə, məğlubiyyətini etiraf etməyə məcbur oldu;

45
00:07:12,510 --> 00:07:23,540
halbuki hamı onların məğlubedilməz bir dövlət olduğunu düşünürdü. Sionist rejimini və onların əlaltılarını eynilə yumşaq müharibədə də məğlub etmək olar.

46
00:07:23,820 --> 00:07:32,220
Mən bir neçə əsas məsələyə toxunmaq istəyirəm; əlbəttə ki, bu məsələlər hamısı cari konfransın gündəliyində də yer alır.

47
00:07:32,680 --> 00:07:42,680
Onlardan biri Fələstin məsələsidir; Fələstin məsələsini heç bir vəchlə bir an belə olsun diqqətdən kənar qoymaq olmaz;

48
00:07:43,200 --> 00:07:55,650
Fələstin problemi son dərəcə önəmli bir problemdir. Son 70-80 ildə Fələstində baş verən hadisələrə,

49
00:07:56,170 --> 00:08:04,680
zənnimcə, bütün tarix boyunca rast gəlinməyib; mənim bildiyim qədər,

50
00:08:04,970 --> 00:08:15,080
nə dövrümüzdə, nə yaxın keçmişdə, nə də tarixin hansısa dövründə buna bənzər bir şey olmayıb.

51
00:08:15,310 --> 00:08:21,940
Məsələ nədən ibarətdir? Məsələ bundan ibarətdir ki, bütöv bir xalqın başına 3 iş gətiriblər:

52
00:08:22,110 --> 00:08:27,650
əvvəla, vətənini, torpağını işğal ediblər.

53
00:08:28,680 --> 00:08:36,050
Düzdür, dünyanın başqa yerlərində də müəyyən torpaqlar yadlar tərəfindən işğal edilib; bu, tarixdə rast gəlinməyən bir məsələ deyil,

54
00:08:36,740 --> 00:08:48,910
lakin burada torpağı işğal etməklə yanaşı, insanları kütləvi şəkildə sürgün də ediblər; yəni bu gün milyonlarla fələstinli sürgün həyatı yaşayır.

55
00:08:48,910 --> 00:08:55,480
Ev-eşiyindən, şəhərindən, yurd-yuvasından didərgin düşüb,

56
00:08:55,820 --> 00:09:01,880
geri qayıtmalarına icazə verilmir. Bu, ikincisi; yəni milyonlarla insanın kütləvi surətdə sürgün edilməsi.

57
00:09:02,850 --> 00:09:08,450
Üçüncüsü isə, bu iki hadisə kütləvi qırğınlarla müşayiət olunub;

58
00:09:09,420 --> 00:09:18,570
o olayların baş verdiyi dövrdə çoxlu sayda insan qətlə yetirilib, şəhər və kəndlərdə qadınlar, kişilər, uşaqlar qətliam edilib;

59
00:09:18,850 --> 00:09:30,850
böyük bir bəşəri cinayət törədilib. Fələstin məsələsinin mahiyyəti budur: bir nəfər, yaxud bir qrup insan yox,

60
00:09:31,140 --> 00:09:38,220
bütöv bir xalq işğalçılıq, sürgün və qətl hadisəsi ilə üzləşib.

61
00:09:39,310 --> 00:09:45,770
Tarixdə belə bir hadisənin analoqu yoxdur. Düzdür, olub ki,

62
00:09:46,170 --> 00:09:54,740
bəzi ölkələrdə, misal üçün, bir qrup adamı bir bölgədən başqa bir bölgəyə köçməyə, yerlərini dəyişməyə məcbur ediblər, amma öz ölkələrində;

63
00:09:55,880 --> 00:10:05,200
daha bütöv bir xalqı öz ölkəsindən çıxarmayıblar. Hazırda özü, yaxud ata-babaları

64
00:10:05,770 --> 00:10:15,480
Fələstindən çıxarılmış fələstinlilər onilliklərdir ki, düşərgələrdə yaşayırlar. Bu nə deməkdir? Belə bir şey dünyanın heç yerində olmayıb.

65
00:10:16,110 --> 00:10:25,480
Bu, fövqəladə bir məsələdir; misilsiz bir tarixi zülmdür; bunun tarixdə misli görünməmiş bir zülm olduğuna heç bir şübhə ola bilməz.

66
00:10:26,000 --> 00:10:33,250
Və bizim çiyinlərimizə müəyyən vəzifələr düşür; yəni İslam dinində bütün məzhəblərin yekdil rəyinə əsasən,

67
00:10:33,540 --> 00:10:38,570
bu kimi hallarda müsəlmanlar meydana girərək əllərindən gələn üsul və vasitələrlə

68
00:10:38,850 --> 00:10:43,420
məzlumu müdafiə etməlidirlər. Necə olursa-olsun, bu məsələyə bir əncam çəkmək lazımdır.

69
00:10:43,710 --> 00:10:52,740
Və mənim fikrimcə, İsrail rejimi qarşısında göstərilən bu mücahidələr öz nəticəsini verəcək; biz buna inanırıq.

70
00:10:53,200 --> 00:10:58,050
Heç də belə düşünmək lazım deyil ki, artıq heç nəyin faydası yoxdur, iş işdən keçib; yox, belə deyil;

71
00:10:58,050 --> 00:11:04,970
aradan onilliklər ötdüyünə baxmayaraq, inşallah, Allahın izni ilə, mücahidələr, mütləq, öz nəticəsini verəcək;

72
00:11:05,200 --> 00:11:13,250
necə ki bu günə qədər də müqavimət irəli gedib.

73
00:11:13,540 --> 00:11:21,540
Özünüz baxın: vaxt var idi bunlar – sionistlər – “Nildən Fərata qədər!” deyirdilər, bu gün isə özlərinin ətrafına divar çəkirlər ki,

74
00:11:21,770 --> 00:11:27,020
orada – qəsb etdikləri ərazidə qala bilsinlər.

75
00:11:27,370 --> 00:11:37,310
Buna əsasən demək olar ki, müqavimət bu günə qədər irəli gedib, bundan sonra da irəli gedəcək. Və Fələstin bir bütövdur, bütöv bir ölkədir, bütöv bir tarixdir.

76
00:11:37,820 --> 00:11:46,800
Fələstin ərazisi, dəfələrlə vurğulandığı kimi, “çaydan dənizə qədər” uzanır; İordan çayından Aralıq dənizinə qədər. Fələstin ərazisi budur,

77
00:11:47,140 --> 00:12:01,600
Qüds də, heç şübhəsiz, bu Fələstinin paytaxtıdır və bu həqiqətə, bu başlıca ideyaya heç bir xələl gətirmək mümkün deyil.

78
00:12:02,000 --> 00:12:10,050
Amerikalıların bir müddət əvvəl Qüdslə bağlı atdığı o addıma gəlincə;

79
00:12:10,400 --> 00:12:12,800
hazırda ABŞ prezidenti olan o adam bu məsələdə çox böyük bir qələt etdi və etməkdədir (əlbəttə, o, bir az açıq, sərbəst davranır,

80
00:12:12,800 --> 00:12:16,570
amma elə o birilər də eyni yolu gedirdilər, onların da bundan heç bir fərqi yoxdur);

81
00:12:16,850 --> 00:12:32,000
bu, elə bir addımdır ki, heç bir nəticə verməyəcək, onlar o dediklərini həyata keçirməyə qadir deyillər.

82
00:12:32,400 --> 00:12:42,000
Bu gün bizim öz regionumuzda Amerikaya kömək edən dövlətlər isə xəyanət edirlər; buna hamı diqqət yetirsin;

83
00:12:42,000 --> 00:12:50,110
əgər kimsə hazırda Səudiyyə hökumətinin etdiyi kimi,

84
00:12:50,450 --> 00:12:55,770
İsrail kimi bir düşmənlə əlbir-dilbir olub, öz müsəlman qardaşları ilə yola getmirsə, bu, açıq-aşkar xəyanətdir.

85
00:12:55,770 --> 00:13:01,200
Belə bir iş görmək, heç şübhəsiz, İslam ümmətinə və İslam dünyasına xəyanət etmək deməkdir. Bu, birinci məsələ.

86
00:13:02,280 --> 00:13:13,710
İkinci məsələ isə müsəlman birliyi mövzusudur. Biz irq, region, dil

87
00:13:13,880 --> 00:13:21,420
və təriqət fərqlərinin aramızda ixtilaf yaratmasına imkan verməməliyik. Biz bunu hamıya demişik; həmişə demişik, bu gün də deyirik.

88
00:13:21,420 --> 00:13:28,740
Hətta bizimlə açıq-aşkar düşmənçilik edənlərə də demişik ki,

89
00:13:29,020 --> 00:13:36,910
biz sizinlə qardaşcasına davranmağa hazırıq. Əlbəttə, bəziləri bunu edə bilmir, bəzi dövlətlər heç vaxt belə bir iş görə bilməz,

90
00:13:37,420 --> 00:13:45,480
amma biz inanırıq ki, bu qədər əhaliyə, bu cür geniş imkanlara,

91
00:13:45,770 --> 00:13:54,280
bu gün həm Afrika, həm də Asiya regionunda (istər Qərbi Asiya olsun, istər mərkəzi Asiya)

92
00:13:54,510 --> 00:14:07,650
son dərəcə həssas coğrafi mövqeyə sahib olan İslam dünyasının bir yumruqda birləşməsi, heç şübhəsiz,

93
00:14:08,000 --> 00:14:15,600
dünyada effektiv ola biləcək böyük bir güc ərsəyə gətirə bilər. Biz bu birliyə nail olmalı, əməkdaşlıq etməli, bir-birimizə yardım əli uzatmalı,

94
00:14:15,940 --> 00:14:27,310
güc və imkanlarımızı bir-birinin köməyinə göndərməliyik. Hazırda adi hal almış bu konfliktlər durdurulmalıdır  (çoxunda da Amerika və İsrailin əli var;

95
00:14:27,540 --> 00:14:35,370
müsəlmanlar arasında konflikt yaradan onlardır);

96
00:14:35,770 --> 00:14:43,940
bu konfliktlər sayəsində İsrail rejimi üçün “arxayın guşə” yaratmalarına imkan verməməliyik.

97
00:14:44,220 --> 00:14:56,000
İslam dünyasının düşmənlərinin arzuladığı şeylərdən biri də budur ki, İsrailin özünü bir kənarda rahat və təhlükəsiz hiss etməsi üçün

98
00:14:56,000 --> 00:15:02,970
müsəlman dünyasında konflikt və savaşlar olsun, qanlar tökülsün. Biz buna əlimizdən gəldiyi qədər əngəl olmalıyıq.

99
00:15:03,540 --> 00:15:09,770
Üçüncü və olduqca önəmli olan bir məsələ isə elmi inkişaf üçün çalışmaqdır.

100
00:15:10,400 --> 00:15:20,340
Qərb dünyası məhz elm sayəsində sərvət və beynəlxalq nüfuz əldə etmişdir.

101
00:15:21,080 --> 00:15:29,650
Onlar elmdə inkişaf etməklə bütün dünyada ağalıq etməyə başlayıblar; intəhası imanları, mənəvi tutumları olmadığına görə

102
00:15:29,880 --> 00:15:39,310
bu elmdən pis bir şəkildə istifadə etdilər, onu zülm, istismar və imperializm alətinə çevirdilər.

103
00:15:39,540 --> 00:15:45,880
Biz bu cür işlər görmək niyyətində deyilik, amma elmi cəhətdən geriyik; İslam dünyası

104
00:15:46,280 --> 00:15:54,450
öz gənclərinin elmdə irəliləyiş etməsinə səy göstərməlidir. Bunu etmək mümkündür; biz burada – öz ölkəmizdə buna nail olmuşuq, elmi cəhətdən

105
00:15:54,450 --> 00:16:01,540
yüksək mərtəbələrə qalxmışıq. Özü də bütün bu işləri sanksiyalar dövründə həyata keçirmişik;

106
00:16:02,280 --> 00:16:12,000
biz ardıcıl olaraq uzun illərdir ki, təcavüzkar dövlətlər tərəfindən sanksiyalara məruz qalırıq, amma bu sanksiyalar

107
00:16:12,220 --> 00:16:19,480
bizə inkişaf edib çiçəklənməyimiz, özümüz haqda düşünməyimiz, özümüzü yada salıb,

108
00:16:19,710 --> 00:16:27,940
öz güc və imkanlarımızdan bəhrələnməyimiz üçün yardımçı olub. Bu gün biz çox önəmli elm sahələrində ən son nailiyyətlər əldə etmişik,

109
00:16:28,280 --> 00:16:34,850
halbuki keçmişdə çox geridə idik. Bizim gənclərimiz səhiyyədə, nanotexnologiyalarda,

110
00:16:34,970 --> 00:16:46,510
kök hüceyrələrində, nüvə elmlərində və bir çox digər elm sahələrində irəli gəlməyi bacarıblar, işləyiblər, böyük işlər həyata keçirə biliblər.

111
00:16:46,620 --> 00:16:56,910
Bu gün bizim ölkəmizdə gənc alimlərin sayı dünya ölkələrinin əksəriyyətindən çoxdur.

112
00:16:57,250 --> 00:17:05,650
Odur ki müsəlman ölkələrində hökmən görülməli olan işlərdən biri də elmi inkişaf etdirməkdir və bu, mümkündür;

113
00:17:05,820 --> 00:17:12,110
bu sahədə də bir-birimizə kömək etməliyik. Əlbəttə, sevindirici haldır ki, bəzi digər müsəlman ölkələri də

114
00:17:12,400 --> 00:17:15,310
bu sahədə çox gözəl inkişafa nail olublar.

115
00:17:15,770 --> 00:17:26,110
Digər bir önəmli məqam isə Böyük Şeytanın yalançı iddialarını ifşa etməyimizdir. Böyük Şeytan Amerikadır;

116
00:17:27,140 --> 00:17:34,280
amerikalıların irəli sürdüyü yalan iddialar ifşa olunmalıdır. Həmin iddialardan biri insan haqları məsələsidir; insan haqlarının əleyhinə olduqlarına baxmayaraq,

117
00:17:34,620 --> 00:17:42,400
insan haqlarından dəm vururlar; gördükləri işlər insan haqlarına zidd olduğu halda,

118
00:17:42,740 --> 00:17:50,570
daim insan haqlarından danışır, insan haqları məsələsini ortaya atırlar. Amerikanın hazırkı prezidenti

119
00:17:50,570 --> 00:17:57,600
bu şeyləri açıq-aşkar deyir; ondan əvvəlkilər də bu cür işlər görürdülər, amma hər şeyi bu qədər çılpaqlığı ilə bəyan etmirdilər;

120
00:17:57,940 --> 00:18:06,850
bu, bir qədər daha açıq danışır. Afrikanın, irqlərin, Latın Amerikasının,

121
00:18:07,080 --> 00:18:16,280
bütün xalqların, müsəlmanların, hər şeyin əleyhinə danışırlar; yəni insan haqlarına zidd davranırlar,

122
00:18:16,450 --> 00:18:24,110
amma insan haqlarını əldə bayraq ediblər. Bunu ifşa etmək lazımdır; bu, böyük bir yalandır və ifşa olunmalıdır.

123
00:18:24,280 --> 00:18:35,140
Və ya terrorla mübarizə; terrora qarşı mübarizə apardıqlarını iddia edirlər. Əvvəla, özləri sionistlərin terrorçu dövlətini müdafiə edirlər.

124
00:18:35,770 --> 00:18:42,910
İşğal olunmuş Fələstindəki sionist dövləti terrorçu bir dövlətdir, bunu özü də deyir;

125
00:18:43,080 --> 00:18:55,880
yəni israillilər özləri də işlərini terrorla gördüklərini inkar etmirlər. Bunu özləri deyirlər, bəzi hallarda açıq-aşkar şəkildə də ifadə edirlər,

126
00:18:56,280 --> 00:19:03,420
lakin bu dövləti bu regionda himayə edən birinci növbədə Amerikadır; terrorçu İsrail dövlətini himayə edirlər.

127
00:19:03,710 --> 00:19:11,480
Bundan əlavə, Amerika başqa terrorçuları da himayə edir. Elə regionumuzun bəzi ölkələri üçün böyük bir problemə çevrilmiş o İŞİD-i

128
00:19:11,480 --> 00:19:17,020
amerikalılar özləri yaratmışdılar; bunu özləri etiraf etdilər.

129
00:19:17,020 --> 00:19:23,940
O adam seçkiqabağı təşviqat kompaniyası apardığı dövrdə dönə-dönə özündən əvvəlki hökuməti

130
00:19:23,940 --> 00:19:28,850
İŞİD-i yaratmaqda ittiham etmişdi. Düz də deyirdi; bu, tamamilə doğrudur; İŞİD-i bunlar yaradıblar.

131
00:19:29,200 --> 00:19:36,110
İŞİD-in Suriyada son nəfəsini çəkdiyi bu yaxın vaxtlara qədər də

132
00:19:36,110 --> 00:19:41,600
amerikalılar onları himayə edib qoruyurdular; təzəlikcə, elə bu yaxınlarda.

133
00:19:41,880 --> 00:19:50,970
Odur ki bunlar özləri terrorizmin tərəfdarıdırlar, terrorçudurlar, amma eyni zamanda terrorla mübarizəni də əllərində bayraq ediblər.

134
00:19:50,970 --> 00:19:57,480
Bunları ifşa etmək, bu şeyləri dünyaya açıqlamaq lazımdır. Bir qədər əvvəl qeyd etdiyim kimi, tendensiya yaratmalısınız,

135
00:19:58,000 --> 00:20:07,310
dünya ictimaiyyətinin, dünya elitasının rəyinə təsir göstərməlisiniz, bu həqiqətləri onlara çatdırmalısınız.

136
00:20:07,880 --> 00:20:16,050
Mənim danışdıqlarım, bizim bu gün İslam Respublikasında öz qardaşlarımızla paylaşdığımız, müzakirə etdiyimiz,

137
00:20:16,050 --> 00:20:24,910
üzərində israr etdiyimiz məsələlər bizim özümüzün təcrübədən keçirdiyimiz şeylərdir; bu işlərin hamısını biz özümüz əməldə həyata keçirmişik;

138
00:20:25,310 --> 00:20:33,880
təkcə dildə demirik. Bu tip konfranslarda mənim bütün müsəlman qardaşlarımıza israrla etdiyim tövsiyələrdən biri də bu olur ki,

139
00:20:33,880 --> 00:20:41,020
qətnamə ilə, qətnamə çıxarmaqla işinizi bitmiş hesab etməyin.

140
00:20:41,250 --> 00:20:49,080
Hansısa komitədə oturmaqla, yaxud bu konfransın baş assambleyasında

141
00:20:49,420 --> 00:20:55,250
hansısa bir bəyannamə qəbul etməklə iş bitmir; bu, işin bir hissəsidir;

142
00:20:55,600 --> 00:21:02,170
işin digər bir hissəsi isə qəbul edilmiş qərarların həyata keçirilməsinə çalışmaq, bunun üçün əlindən gələn köməyi əsirgəməməkdir.

143
00:21:02,510 --> 00:21:08,970
Bunu etmək lazımdır.  Bizə qarşı iqtisadi savaş aparırlar. Ölkəmizdə  iqtisadiyyatın önəmli olduğunu anlayıblar,

144
00:21:09,140 --> 00:21:18,280
ona görə də illərdir ki, bizə qarşı iqtisadi savaş aparırlar; bu savaşı ən kəskin həddə gətirib çıxarıblar. Bu iqtisadi savaş bu gün də davam etməkdədir;

145
00:21:18,510 --> 00:21:25,540
sanksiyalar bizə qarşı aparılan iqtisadi savaşın bir hissəsidir. Allaha şükürlər olsun ki, biz məğlub olmadıq, bu problem qarşısında diz çökmədik,

146
00:21:25,540 --> 00:21:31,540
əksinə ona üstün gəldik. İnşallah, bundan sonra da üstün gələcək

147
00:21:32,000 --> 00:21:40,800
və sanksiyaları iqtisadiyyatımızın çiçəklənməsi üçün bir vasitəyə çevirəcəyik. Biz dinə əsaslanan xalq hakimiyyətini inkişaf və tərəqqinin qaynağı hesab edirik;

148
00:21:41,420 --> 00:21:53,710
həm maddi, həm də mənəvi inkişafın. Dinə əsaslanan xalq hakimiyyəti çox yüksək bir dəyərdir və biz xalqımızın dünya və axirəti üçün ondan bəhrələnirik.

149
00:21:53,710 --> 00:22:02,620
İran xalqı, Allahın köməyi ilə, bu günə qədər Amerikanın məkrli planlarını neytrallaşdıra bilib və bundan sonra da bunu bacaracaq.

150
00:22:02,970 --> 00:22:09,770
İnşallah, bundan sonra da Amerikanın bütün planlarını neytrallaşdıracağıq. Və ümidvarıq, bu stimul müsəlman ölkələri

151
00:22:10,000 --> 00:22:17,880
və müsəlman xalqlar arasında o qədər güclənəcək ki, İslam dünyasını Amerikanın bütün məkrli planlarına qarşı

152
00:22:18,110 --> 00:22:28,220
bir yumruqda birləşdirəcək. Hamınıza uğurlar arzu edirəm; bir daha hamınıza: “Xoş gəlmisiniz!” deyirəm.

153
00:22:28,220 --> 00:22:29,600
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.