1
00:00:00,400 --> 00:00:02,970
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,600 --> 00:00:12,620
الحمدلله ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفيٰ محمّد

3
00:00:22,450 --> 00:00:31,940
و علي آله الاطيبين الاطهرين المنتجبين سيّما بقيّةالله في الارضين

4
00:00:32,170 --> 00:00:44,170
Əziz gənclər, mənim əziz balalarım, çox xoş gəlmisiniz. Ölkənin gələcəyi sizin əlinizdədir.

5
00:00:46,000 --> 00:00:58,620
Siz, sözün əsl mənasında, bu ölkənin gələcək başçıları, irəlidə onu idarə edəcək şəxslərsiniz.

6
00:00:59,080 --> 00:01:16,850
Bu gün sizin şəxsiyyətinizin formalaşmasına təsir göstərən hər bir anlayış, hər bir qərar, hər bir addım

7
00:01:17,880 --> 00:01:26,450
birbaşa bu ölkənin gələcəyinə təsir göstərir və bu, çox önəmli bir məqamdır.

8
00:01:27,140 --> 00:01:41,480
“Nur yolçuları” ekskursiyalarına gəlincə, əlhəmdulillah, artıq bir neçə ildir ki, uğurla davam etdirilən

9
00:01:41,480 --> 00:01:54,570
və günbəgün daha da genişləndirilən bu tədbir Müqəddəs Müdafiə dövrünün yaddaşlarda qorunub saxlanmasının təzahürlərindən biridir.

10
00:01:56,910 --> 00:02:06,910
Müqəddəs Müdafiə illərini, həqiqətən də, uca tutmaq, bu dövrə böyük dəyər vermək və onu yaddaşlarda qoruyub saxlamaq lazımdır.

11
00:02:07,420 --> 00:02:22,400
Çünki o 8 il – səkkiz illik Müqəddəs Müdafiə – ölkəmizin heysiyyətini, milli qürurumuzu,

12
00:02:23,020 --> 00:02:28,450
İran xalqının hazırkı təhlükəsiz yaşamını və nüfuzunu qarant altına almışdır.

13
00:02:30,220 --> 00:02:43,650
Bu dövr barədə bacardığınız qədər oxuyub araşdırma aparın, hadisələri diqqətlə izləyin, heç şübhəsiz, sonda bu nəticəyə gələcəksiniz ki,

14
00:02:43,940 --> 00:02:57,310
əgər tariximizin o mərhələsində məhz o xüsusiyyətləri ilə Müqəddəs Müdafiə olmasaydı,

15
00:02:57,820 --> 00:03:03,540
bu gün ölkəmiz və xalqımız, sözsüz ki, nə bu nüfuza, nə bu asayiş və təhlükəsizliyə,

16
00:03:04,220 --> 00:03:10,970
nə də bu azadlıq və suverenliyə sahib olardı.

17
00:03:13,250 --> 00:03:33,020
Zahirən saysız-hesabsız problemlər, təzyiqlər, müharibə, od-alov, qorxu və dəhşətlə dolu olan o 8 il mahiyyəti etibarilə bir ilahi nemət idi;

18
00:03:34,680 --> 00:03:43,020
Allahın bu ölkəyə və bu xalqa əta etdiyi gizli bir lütf idi.

19
00:03:44,170 --> 00:03:53,540
Bunlar elə şeylərdir ki, bu barədə siz özünüz araşdırıb öyrənməlisiniz; və heç şübhəsiz,

20
00:03:54,450 --> 00:03:57,820
bu sahədə tam və düzgün şəkildə araşdırma aparan hər kəs də məhz bu nəticəyə gələcək.

21
00:03:57,820 --> 00:04:04,400
Bəli, biz bu dövrü yaddaşlarda qoruyub saxlamalı, əziz tutmalı, o illərə böyük dəyər verməliyik.

22
00:04:06,110 --> 00:04:18,680
Ölkəmizin və xalqımızın bu gün sahib olduğu bu iqtidar o Müqəddəs Müdafiənin, tariximizin səhifələrinə

23
00:04:19,370 --> 00:04:34,570
və gerçəkləşdikləri o xüsusi mərhələyə qızıl hərflərlə yazılmış həmin o 8 ilin məhsuludur; biz o nurlu mərhələni yaşatmalı, yaddaşlarda qoruyub saxlamalıyıq.

24
00:04:35,710 --> 00:04:48,910
Bu gün xalqımızın düşmənləri Müqəddəs Müdafiə dövrünü ona unutdurmaqda maraqlıdır;

25
00:04:50,000 --> 00:05:00,110
bu dövrü ya unutdurmağa, ya da ləkələyib şübhə altına salmağa çalışırlar.

26
00:05:00,400 --> 00:05:12,570
İrana düşmən olan dövlətlərin başçıları bu işə pullar xərcləyirlər.

27
00:05:13,020 --> 00:05:21,480
Sizin gördüyünüz iş düşmənin bu səyləri qarşısında həyata keçirilən əzəmətli bir xalq mübarizəsidir.

28
00:05:22,110 --> 00:05:32,970
Müqəddəs Müdafiə dövrü, o tarix elə bir dəyərli ehtiyatdır ki, ondan ölkənin inkişafı, millətin tərəqqisi,

29
00:05:33,540 --> 00:05:42,850
hər bir xalqın qarşısında duran çoxsaylı mübarizə meydanlarına hazırlıq üçün istifadə etmək lazımdır.

30
00:05:43,080 --> 00:05:50,050
Müqəddəs Müdafiə barədə danışılası sözlər həddən artıq çoxdur; bunu sizə deyim.

31
00:05:50,280 --> 00:06:00,400
Bu günə qədər kitablar yazılıb, memuarlar qələmə alınıb, filmlər çəkilib, əksəriyyəti də çox yaxşı və həqiqətən də, dəyərlidir,

32
00:06:01,020 --> 00:06:19,370
amma Müqəddəs Müdafiə məsələsinin digər müxtəlif aspektləri də var ki, hələ deyilməyib, araşdırılmayıb, işlənməyib, əl dəyilməmiş qalıb.

33
00:06:19,820 --> 00:06:25,540
Bu gün mən siz əziz gənclər üçün həmin o müxtəlif və çoxsaylı aspektlərdən ikisinə

34
00:06:26,280 --> 00:06:39,820
qısaca olaraq toxunacağam: birincisi, bu savaşın başlamasına,

35
00:06:40,110 --> 00:06:48,450
İranın belə bir hücuma məruz qalmasına hansı amil səbəb olmuşdu;

36
00:06:49,420 --> 00:07:00,170
ikincisi, İslam Respublikası və İran xalqı zorla təhrik olunduğu bu müharibədə özünü necə müdafiə etdi.

37
00:07:01,880 --> 00:07:15,020
Bayaq dedim ki, ümumilikdə nəzər saldıqda bu məcburi savaş, bu müdafiə, düşmənin etdiyi o bədxahlıqlar, o xəbisliklər,

38
00:07:15,600 --> 00:07:26,400
İran xalqının o şücaəti, yaşadığı o zülmlər – bütün bunlar bir ilahi lütf idi,

39
00:07:27,250 --> 00:07:38,620
amma hər halda bunlar təhlil edilməli, öyrənilməlidir. Bu gün mən sizin üçün qısaca olaraq bu iki mövzu ətrafında söhbət edəcəyəm.

40
00:07:39,310 --> 00:07:46,110
Birinci məqam odur ki, bu müharibəni ortaya çıxaran amil nə idi? Necə oldu ki,

41
00:07:46,510 --> 00:07:54,450
İran xalqı heç bir işi olmadığı, heç bir şəkildə təcavüz etmədiyi qərb qonşusu tərəfindən

42
00:07:54,970 --> 00:08:04,000
birdən-birə hücuma məruz qaldı və bu hücum 8 il çəkdi? Səbəb nə idi? Səbəb İslam İnqilabının əzəməti,

43
00:08:04,510 --> 00:08:14,910
inqilabın ehtişamı idi. İslam İnqilabı yarandıqda onun əzəməti, ehtişamı

44
00:08:16,170 --> 00:08:23,250
dünyadakı güclü düşmənlərini qorxuya saldı; bu bir reallıqdır.

45
00:08:23,480 --> 00:08:33,540
Bir yandan bütün dünyaya ağalıq edib hamını təhdid edən

46
00:08:34,740 --> 00:08:42,280
və heç kəsdən qorxmayanları, yəni başda Amerika,

47
00:08:42,970 --> 00:08:48,050
ardınca isə Avropa dövlətləri olmaqla Qərb kapitalistlərini

48
00:08:48,680 --> 00:08:54,620
(Qərb ölkələri, doğrudan da, özlərini güc və hakimiyyətin zirvəsində görürdülər),

49
00:08:55,480 --> 00:09:05,880
o yandan isə, əlbəttə ki, Sovet İttifaqını (onu da deyəcəyəm); ölkəmizdə İslam İnqilabının ortaya çıxması ilə özünü dünyanın ən böyük gücü hesab edən

50
00:09:06,170 --> 00:09:19,310
bu dövlətlərin ağalıq taxtı sarsıldı, onlar üçün dünyada sanki bir zəlzələ baş verdi;

51
00:09:19,820 --> 00:09:32,340
doğrudan da, qorxuya düşdülər; İranda nə baş verdiyini doğru-düzgün analiz edə bilmirdilər.

52
00:09:33,540 --> 00:09:44,680
Fəzilət və mənəviyyata, xüsusilə də İslam dininə etinasız yanaşılan materialist, dinsiz dünyada,

53
00:09:45,770 --> 00:09:54,800
hakimləri Qərbin bütün istəklərini bircə-bircə yerinə yetirən bir ölkədə

54
00:09:55,370 --> 00:10:00,910
qəflətən onların istəyinə, maddiyyatçı hədəflərinə,

55
00:10:01,420 --> 00:10:09,770
doydurulmaq bilməyən dünya həvəslərinə tamamilə zidd olan bir inqilab ortaya çıxır;

56
00:10:10,220 --> 00:10:16,510
İslam dininə, mənəviyyata və fəzilətə əsaslanan bir inqilab. Əliyalın gənclərin –

57
00:10:18,220 --> 00:10:29,820
tələbələrin, şagirdlərin gəlib meydanlarda silahların qarşısında durması onlar üçün qətiyyən anlaşılmaz idi;

58
00:10:31,080 --> 00:10:44,910
özünüz bilirsiniz ki, bu ölkənin qanlı mübarizə meydanlarının mühüm iştirakçılarından biri də şagirdlər idi; şagirdlər meydanlara 13 abanda gəlmişdilər;

59
00:10:45,540 --> 00:10:57,020
o meydanlarda kimin şagird, kimin böyük kişi və sair olmağının heç bir önəmi yox idi; bütün şəhər və kəndlərdə

60
00:10:57,540 --> 00:11:04,220
orta məktəb şagirdlərindən, bəzən ondan da azyaşlılardan tutmuş ahıllara, müxtəlif sosial təbəqələrin nümayəndələrinə qədər hər kəs meydanlara çıxmışdı.

61
00:11:04,850 --> 00:11:13,370
Onları təəccübləndirən də elə bu idi, nə baş verdiyini dərk edə bilmirdilər; ona görə də qorxmuşdular. Getdikcə də

62
00:11:14,910 --> 00:11:26,970
onların bu heyrəti daha da böyük qorxuya çevrildi; yəni vaxt ötdükcə

63
00:11:27,250 --> 00:11:39,250
nəinki arxayınlaşmadılar, əksinə, problemləri, nigarançılıqları daha da artdı.

64
00:11:39,540 --> 00:11:51,310
Nəyə görə? Ona görə ki bu inqilabın dünyadakı bütün müsəlman xalqları tərəfindən alqışlandığını gördülər.

65
00:11:51,710 --> 00:12:03,880
Başçıları Amerikadan asılı olan ölkələrin xalqları İslam İnqilabına dəstək şüarları səsləndirirdilər.

66
00:12:04,740 --> 00:12:17,080
İnqilabın əvvəlində – 1358-59-cu illərdə, demək olar, bütün müsəlman ölkələrində İslam İnqilabının lehinə söhbətlər gedir,

67
00:12:17,080 --> 00:12:22,220
şüarlar səsləndirilir, çıxışlar edilir, məqalələr dərc olunurdu.

68
00:12:22,680 --> 00:12:33,710
Bu onları, həqiqətən də, dəhşətə gətirmişdi. İranın əllərindən çıxdığını görüb (İranda ağalıq edirdilər axı)

69
00:12:34,510 --> 00:12:45,600
qorxuya düşmüşdülər ki, inqilab mədəniyyətinin müsəlman xalqları arasında bu cür geniş yayılaraq onlara belə güclü təsir göstərməsi

70
00:12:46,000 --> 00:12:50,910
digər müsəlman ölkələri və dövlətlərinin də əllərindən çıxmasına səbəb olar.

71
00:12:51,650 --> 00:13:06,680
Elə ona görə də nəyin bahasına olursa-olsun bu inqilabı məhv etmək qərarına gəldilər. Səddam rejiminin İran əleyhinə müharibəsi buradan başladı.

72
00:13:08,570 --> 00:13:19,080
Səddam elə bir insan idi ki, onlar onda belə xudbincəsinə, təkəbbürlü

73
00:13:19,710 --> 00:13:31,310
və zülmkar bir hərəkət etmək potensialının olduğunu bilirdilər; yəni onu tanıyırdılar; onlar siyasi simaları tanıyırlar; Səddam təbiəti etibarilə təcavüzkar biri idi.

74
00:13:32,970 --> 00:13:40,340
İnqilab baş verdiyi zaman Səddam İraqın prezidenti də deyildi, İraqın prezidenti başqa bir şəxs – Əhməd Həsən Əlbəkr idi;

75
00:13:41,080 --> 00:13:48,570
işi elə qurdular ki, o, hakimiyyətdən kənarlaşsın, yerinə Səddam hakimiyyətə gəlsin və onu İrana hərbi hücum etməyə

76
00:13:49,200 --> 00:13:55,420
vadar etsinlər, təşviq etsinlər, təhrik etsinlər.

77
00:13:56,740 --> 00:14:04,510
İrana edilən hücumun bəhanəsi də əvvəldə bu idi ki – yəni belə deyirdilər, belə şüarlar verirdilər ki –

78
00:14:05,200 --> 00:14:12,510
neft çıxan bölgələri İrandan ayırıb, İraqa birləşdirmək istəyirlər; amma bunlar yalnız söz idi;

79
00:14:13,200 --> 00:14:20,970
söhbət neft çıxan bölgələrdən getmirdi; əsas məsələ hökumətin özü idi, inqilabın özü idi;

80
00:14:22,620 --> 00:14:32,280
inqilabı yox etmək istəyirdilər. Amerika və güclü Avropa dövlətləri

81
00:14:32,800 --> 00:14:41,710
(Avropanın 2-ci, 3-cü dərəcəli ölkələri bir o qədər də əhəmiyyət kəsb etmirdi; “əsas Avropa” , yəni İngiltərə, Fransa,

82
00:14:42,170 --> 00:14:50,970
Almaniya, İtaliya kimi Avropada mühüm mövqe və gücə sahib olan dövlətlər)

83
00:14:50,970 --> 00:14:58,450
hamısı bir nəfər kimi Səddamın arxasında durub, ona əllərindən gələn köməyi göstərdilər; əllərindən gəldiyi qədər dəstək oldular!

84
00:14:58,850 --> 00:15:08,620
Müharibənin əvvəlində Səddamın ordusunun sayı məhdud idi,

85
00:15:09,420 --> 00:15:19,940
silah və texnikası da adi idi, amma vaxt ötdükcə – 6 ay, 1 il, 2 il ərzində

86
00:15:20,280 --> 00:15:27,310
günbəgün bütün bu imkanları daha da artdı. Müharibə imkanları tükəndirir;

87
00:15:27,940 --> 00:15:36,050
misal üçün, müharibənin əvvəlində bizim müəyyən qədər tankımız var idi, sonradan bəziləri sıradan çıxdı; tutalım, müəyyən qədər topxanamız var idi,

88
00:15:36,050 --> 00:15:45,420
bəziləri aradan getdi; silah-sursatımız var idi, xeyli hissəsi aradan getdi; müharibədə imkanlar, təbii olaraq, xərclənir, müharibə imkanları azaldır;

89
00:15:46,050 --> 00:15:58,280
amma burada isə müharibə getdikcə Səddam rejiminin imkanları daha da artırdı; bunları ona kim verirdi? Fransa, İngiltərə, Almaniya, Amerika;

90
00:15:59,080 --> 00:16:06,970
Amerikanın əleyhinə olan Sovetlər Birliyi də o məsələdə Amerika ilə birləşdi;

91
00:16:07,370 --> 00:16:14,970
onun da buna öz səbəbi var idi: Sovetlər Birliyinin tərkibində müsəlman respublikalarının sayı nisbətən çox idi

92
00:16:15,710 --> 00:16:21,200
və İrandakı dini hərəkat, İslam İnqilabı həmin respublikaların

93
00:16:21,540 --> 00:16:29,940
öz dini kimlikləri barədə düşünməsinə səbəb olurdu. Elə buna görə də

94
00:16:30,340 --> 00:16:40,740
bunu heç də xoş qarşılamayan Sovetlər Birliyi o məsələdə – bizim əleyhimizə aparılan müharibə və mübarizədə özünün çoxdankı düşməni Amerika ilə eyni cəbhədə yer almışdı.

95
00:16:41,310 --> 00:16:49,650
Bir sözlə, Amerika, Sovet İttifaqı, NATO (NATO anlaşmasının üzvləri də Avropa, Amerika və sair bu kimi dövlətlərdir),

96
00:16:50,280 --> 00:16:55,480
habelə dünyada ağalıq edən digər gücü dövlətlər İslam Respublikasının əleyhinə,

97
00:16:56,340 --> 00:17:02,110
İslam Respublikasını aradan götürmək üçün Səddamın arxasında durdular; hədəf bu idi;

98
00:17:02,570 --> 00:17:14,450
hədəf Xürrəmşəhri, Qəsre-Şirini və sairi fəth etmək deyildi, hədəfləri bura gəlmək idi; necə ki elə əvvəldə Səddam da

99
00:17:14,970 --> 00:17:21,820
KİV-ə müsahibəsində demişdi ki, “biz bu gün burada söhbət edirik, bir həftə sonra Tehranda söhbət edəcəyik”; işini belə planlaşdırmışdı.

100
00:17:22,800 --> 00:17:34,220
Müharibəni doğuran faktor bu idi; yəni Məcburi savaş dünyanın ən güclü dövlətlərinin yeni yaranmış

101
00:17:34,450 --> 00:17:39,600
İslam Respublikası əleyhinə qurduqları beynəlxalq miqyaslı bir məkrli plan idi.

102
00:17:42,000 --> 00:17:56,800
Fərz edin ki, bütün vəhşi heyvanlar yalqız, əliyalın və müdafiəsiz bir insana hücum edə; reallıqda vəziyyət bu idi.

103
00:17:57,200 --> 00:18:05,140
O vaxt İslam Respublikasının nə intizamlı ordusu, nə qaydasında olan bir kəşfiyyat sistemi var idi

104
00:18:05,140 --> 00:18:08,680
(inqilabın əvvəlində belə idi də; hər şey bir-birinə qarışmışdı);

105
00:18:10,970 --> 00:18:19,820
İslam Respublkasının yalnız imanlı xalqı və İmam Xomeyni kimi güclü bir lideri var idi;

106
00:18:20,000 --> 00:18:22,450
xalqın sahib olduğu yalnız bu idi.

107
00:18:47,880 --> 00:19:01,140
Bax elə o Fransa müharibənin ortalarında İraqa ən son təyyarə və vertolyotlarını verdi;

108
00:19:02,340 --> 00:19:11,140
o Almaniya cəbhələrdə istifadə etməsi üçün Səddam rejimini

109
00:19:11,710 --> 00:19:18,450
zəhərli kimyəvi maddələrlə təmin edirdi.

110
00:19:19,370 --> 00:19:30,220
Bu gün hansısa ölkəni, hansısa hakimiyyəti kimyəvi silahdan istifadə etməkdə ittiham edənlər

111
00:19:30,220 --> 00:19:39,710
bir vaxtlar Səddama rəsmən, açıq-aşkar şəkildə kimyəvi maddələr verirdilər ki,

112
00:19:39,940 --> 00:19:50,340
kimyəvi silah istehsal edib cəbhələrdə işlətsin; və elə işlətmişdi də; bu gün müharibənin başa çatdığı gündən 30 il ötməsinə baxmayaraq

113
00:19:50,340 --> 00:19:59,820
(müharibə təqribən 29 ildir ki, sona çatıb) hələ də bizim müharibə veteranlarımız arasında vaxtilə müharibədə

114
00:20:00,110 --> 00:20:08,170
kimyəvi silahın təsirinə məruz qaldıqları üçün əziyyət çəkən, sağlamlığı ilə əlaqədar problemlər yaşayan insanlar var; hələ xeyli adam da bu səbəbdən şəhid olub.

115
00:20:08,570 --> 00:20:14,510
İngilislər kömək etdilər, amerikanlar kömək etdilər, döyüş planları, peyk vasitəsilə əldə edilmiş təsvirlər verdilər,

116
00:20:15,140 --> 00:20:30,400
dünyanın bütün şeytanxislət rejimləri İslam Respubikası əleyhinə mübarizədə o bədbəxt, təkəbbürlü, xudbin şeytana –

117
00:20:30,400 --> 00:20:40,800
yəni Səddama dəstək oldular ki, bu müharibə ortaya çıxsın, davam etsin və onun qələbəsi ilə nəticələnsin.

118
00:20:41,020 --> 00:20:48,220
Əlbəttə ki, bütün bu səylər daşa atılan ox kimi idi;

119
00:20:49,200 --> 00:21:00,450
İslam Respublikasının bir qarış belə olsa torpağını ələ keçirmək üçün 8 il özlərini öldürdülər, amma bütün səylərinə rəğmən, heç nə edə bilmədilər.

120
00:21:00,740 --> 00:21:05,200
8 il müddətində İran xalqı bütün bu dövlətlərə qalib gəldi.

121
00:21:28,970 --> 00:21:33,370
Mənim vurğulamaq istədiyim birinci məqam bu idi; yəni müharibəni ortaya çıxaran faktor bu olmuşdu.

122
00:21:33,540 --> 00:21:42,570
İkinci bir məqam: müharibə necə gedirdi, bizim döyüşçülərimiz döyüş meydanlarında hansı şəkildə müdafiə olunurdular?

123
00:21:43,080 --> 00:21:52,910
Mənim əzizlərim, sizdən heç biriniz müharibə dövrünü xatırlamırsınız (əlbəttə, bir qayda olaraq, bəzi şəxsiyyətlər haqda məlumatınız var, kitablardan oxumusunuz

124
00:21:53,200 --> 00:22:08,800
və mən də bir daha sizə tövsiyə edirəm ki, o əziz, böyük, unudulmaz və əslində müstəsna simalar haqda yazılmış kitabları

125
00:22:10,000 --> 00:22:16,220
oxuyasınız; o kitabları oxuyun); biz fövqəladə bir şəkildə,

126
00:22:16,510 --> 00:22:35,420
güclü əzm və iradə ilə müdafiə olunurduq; döyüş meydanlarımızda böyük əzm, iradə, qətiyyət müşahidə olunurdu; güclü bir inam var idi;

127
00:22:36,000 --> 00:22:44,400
yəni özümüzün haqlı, düşmənin isə haqsız olduğuna inanırdıq; bu, çox önəmlidir.

128
00:22:45,480 --> 00:22:56,570
İstənilən meydanda mübarizə aparan bir insanın ürəyində inamı varsa, yəni özünün haqlı olduğuna,

129
00:22:56,570 --> 00:23:04,280
tutduğu yolun haqq yolu olduğunu inanırsa, bu onun irəliləyişinə kömək edir.

130
00:23:04,280 --> 00:23:10,170
Üstəlik, əgər bu inam Allaha, qeybə olan inamdırsa, bu artıq fövqəladə bir şeydir;

131
00:23:10,740 --> 00:23:16,170
İslamın yer üzünə gəldiyi ilk dövrlərdə o parlaq qələbələri müsəlmanlara nəsib edən amil də məhz bu idi.

132
00:23:16,510 --> 00:23:23,140
Bu bizim dövrümüzdə də baş verdi; inam var idi, əzm var idi, fədakarlıq var idi.

133
00:23:23,420 --> 00:23:31,770
İmandan fədakarlıq doğur; yəni onlar üçün canlarından keçmək önəmli bir məsələ deyildi;

134
00:23:31,770 --> 00:23:41,250
Allah yolunda, cihad uğrunda canlarından keçməyə, həqiqətən də, hazır idilər; fədakarlığa hazır idilər.

135
00:23:42,170 --> 00:23:49,080
Bu gün qələmə alınan o xatirələr başdan-başa fədakarlıq hekayələri ilə doludur

136
00:23:49,310 --> 00:23:56,680
və bütün bunlar bizim hamımız üçün, doğrudan da, ibrətvericidir. Hər dəfə mən o kitabları oxuyanda (tez-tez də oxuyuram)

137
00:23:56,800 --> 00:24:11,650
o işlərin, o fədakarlıqların əzəməti qarşısında özümü, həqiqətən də, cılız hiss edirəm.

138
00:24:12,050 --> 00:24:24,510
Və təşəbbüskarlıq; Müqəddəs Müdafiənin xüsusiyyətlərindən biri də təşəbbüskarlıq əhval-ruhiyyəsi, yeni işlər həyata keçirməyə can atma həvəsi idi;

139
00:24:25,080 --> 00:24:30,570
diqqət yetirsəniz, görərsiniz;

140
00:24:31,140 --> 00:24:45,600
hətta dünyanın sınaqdan keçmiş, təcrübəli ordularından çoxunun geniş yayılmış hərbi ənənələrini aşırdılar,

141
00:24:45,600 --> 00:24:53,310
yeni taktikalar yaradırdılar, yeni yollar axtarıb tapırdılar;

142
00:24:53,710 --> 00:25:04,170
həqiqətən, bu cür idi; bizim döyüşçülərimizin ən önəmli xüsusiyyətlərindən biri onların təşəbbüskarlığı idi. Eyni zamanda mənəvi bağlantılar;

143
00:25:05,480 --> 00:25:12,340
cəbhə elə bir yer idi ki, adi insanlar ora düşəndə mənəvi-psixoloji cəhətdən,

144
00:25:12,340 --> 00:25:19,140
həqiqətən də, Allaha yaxınlaşmadan doğan bir saflıq və nuraniyyət atmosferinə daxil olurdular; təbii ki, özləri də bilmədən.

145
00:25:20,280 --> 00:25:29,710
Bizim döyüşçülərimizin xüsusiyyətləri bu idi. Elə buna görə də bu müharibənin özü, insan formalaşdıran bir müharibə oldu;

146
00:25:30,510 --> 00:25:37,250
yəni Müqəddəs Müdafiə bu sınaqda daha çox hərəkət edən, daha çox irəliləyən

147
00:25:37,540 --> 00:25:48,280
adi, sıravi gənclərimizdən hər birinin (şagird, tələbə, ticarətçi, kəndli, fəhlə, əkinçi,savadlı,

148
00:25:48,570 --> 00:26:03,370
savadsız; fərq etmir) daha yüksək, daha ülvi mənəvi-insani məqamlara ucalmasına səbəb oldu.

149
00:26:05,420 --> 00:26:14,570
Sizcə bu görkəmli və önəmli şəxsiyyətlər, bu Himmətlər, bu Xərrazilər necə yaranıb?

150
00:26:14,800 --> 00:26:25,200
Şəhid Himmət, Şəhid Xərrazi – hansılar ki, həqiqətən, əfsanədir – bunlar adi gənclər olub;

151
00:26:25,480 --> 00:26:38,000
onları bu cür görkəmli, böyük və həqiqətən unudulmaz şəxsiyyətlərə çevirən məhz müharibə olub;

152
00:26:38,740 --> 00:26:49,370
Bakirilər, Borunsilər. Savadsız bənna olan Əbdülhüseyn usta

153
00:26:49,820 --> 00:26:55,880
müharibə meydanında döyüşçülərin arasında durub danışanda

154
00:26:56,110 --> 00:27:06,220
(onu gözü ilə görüb, eşidənlər deyir) müdrik bir filosof kimi danışır,

155
00:27:06,220 --> 00:27:10,110
qarşısında duran əsgərlərin ideoloji tələbatını təmin edirdi; müharibə özü insan formalaşdırırdı.

156
00:27:10,110 --> 00:27:16,000
Sadaladığım bütün bu xüsusiyyətləri ilə Müqəddəs Müdafiə savaşı bu cür şəxsiyyətlər yetişdirmişdir.

157
00:27:16,280 --> 00:27:23,650
Çitsaziyan – 17-18 yaşlı bir oğlan idi, döyüş meydanına girərək

158
00:27:24,850 --> 00:27:33,770
unudulmaz bir şəxsiyyətə, parlaq bir ulduza çevrilmişdi; onun fikirlərindən,

159
00:27:34,220 --> 00:27:39,310
onun danışıqlarından mən də, siz də – hamı istifadə etməlidir və edirik də;

160
00:27:39,940 --> 00:27:44,280
müharibə meydanlarında minlərlə belə gənc yetişmişdir.

161
00:27:44,510 --> 00:27:58,970
Bu insanlar ağıllı və tədbirli insanlar idi; elə düşünmək lazım deyil ki, onlar eləcə başlarını aşağı salıb, heç nəyi düşünmədən düşmən ordusunu atəşə tutublar;

162
00:27:59,250 --> 00:28:09,540
xeyr, onlar ağılla, tədbirlə davranıblar. Bizim gənclərimiz müharibə meydanlarında düşüncəli və tədbirli şəkildə hərəkət edirdilər;

163
00:28:10,450 --> 00:28:16,220
ağıllı idilər, tədbirli idilər, şücaətli idilər,

164
00:28:17,420 --> 00:28:21,940
fədakar idilər, ibadət də edirdilər.

165
00:28:22,340 --> 00:28:31,420
Gündüzlər meydanda sözün əsl mənasında nərə çəkən aslanlar,

166
00:28:31,650 --> 00:28:47,370
gecələr isə sözün əsl mənasında zahid, abid, dua və yalvarış əhli idilər; gündüzün aslanları, gecənin abidləri; bu cür idilər.

167
00:28:48,800 --> 00:28:55,250
Məhz buna görə də o ilk fəthlərdən birindən sonra

168
00:28:55,820 --> 00:29:03,600
(60-cı ildə bir fəth olmuşdu; Bustan fəthi; hansı ki çox önəmli idi;

169
00:29:03,600 --> 00:29:12,400
bir müddət davam etmiş geriləmə və cürbəcür uğursuzluqlardan sonra Bustan fəthi çox böyük bir qələbə hesab olunurdu)

170
00:29:12,850 --> 00:29:23,310
İmam Xomeyni özünün çox dərin məzmunlu çıxışında qeyd etmişdi ki, (əlbəttə, mən ümumi məzmununu deyəcəyəm, dəqiq ifadələr kitablarda var)

171
00:29:23,310 --> 00:29:30,620
fəthlərin fəthi hansısa şəhərin fəth olunması deyil, fəthlərin fəthi bu cür gənclərin yetişdirilib ərsəyə gətirilməsidir; fəthlərin fəthi budur; doğrudan da, elə belədir.

172
00:29:32,800 --> 00:29:43,940
Bir ölkə üçün ən böyük fəth – fəthlərin fəthi odur ki, gəncləri həm ağıllı, tədbirli, imanlı və dindar olsunlar,

173
00:29:44,740 --> 00:29:52,970
Allaha dua, ibadət və yalvarış əhli olsunlar, həm düşmənin qarşısında durub mübarizə aparmaqdan çəkinməsinlər,

174
00:29:53,140 --> 00:30:04,050
həm də gözüaçıq olsunlar, düşmənin və onun əlaltılarının bütün zamanlarda apardığı

175
00:30:04,050 --> 00:30:10,570
və elə bu gün də davam etdirdiyi genişmiqyaslı təbliğata uymasınlar. Hansı ölkənin belə gəncləri olsa, o ölkə toxunulmazlıq qazanar.

176
00:30:10,570 --> 00:30:16,620
Dediyim kimi, ölkənin sabahı sizsiniz, ölkənin gələcəyi sizsiniz;

177
00:30:17,310 --> 00:30:22,910
siz özünüzü bu xüsusiyyətlərlə yetişdirib tərbiyə edə bilsəniz,

178
00:30:23,820 --> 00:30:33,880
ölkəmiz tezliklə – uzaq yox, yaxın gələcəkdə – hər cəhətdən inkişaf və yüksəlişə nail olar;

179
00:30:34,340 --> 00:30:44,220
həm elmi, həm maddi, həm siyasi, həm də iqtisadi cəhətdən zirvəyə yetişər; gənclər belədir.

180
00:30:44,510 --> 00:30:54,400
Müqəddəs Müdafiənin mahiyyəti bundan ibarətdir: bu müharibəni dünyanın güclü dövlətlərinin düşmənçiliyi ortaya çıxardı,

181
00:30:55,140 --> 00:31:02,110
bizim gənclərimizin əzəməti və fədakarlığı isə onu bizim xeyrimizə bitirdi.

182
00:31:02,680 --> 00:31:13,880
Onlar müharibəni o niyyətlə başlatmışdılar ki, İslam İnqilabını bütünlüklə aradan götürəcəklər,

183
00:31:14,220 --> 00:31:22,970
bunlar isə elə bir ruhiyyə ilə meydana atılıb, elə hərəkət etdilər ki, İslam İnqilabı günbəgün daha da gücləndi, köklərini daha da dərinə yeritdi,

184
00:31:23,880 --> 00:31:32,280
İslam Respublikası daha da möhkəmləndi;  Müqəddəs Müdafiənin mahiyyəti budur. Bu mahiyyəti qoruyub saxlamaq,

185
00:31:32,680 --> 00:31:41,710
onun keşiyində durmaq lazımdır. Sizin gördüyünüz bu iş, ölkənin dörd bir yanından “Nur yolçuları” adı ilə ekskursiyaların təşkil olunması,

186
00:31:42,170 --> 00:31:47,310
qocalı-cavanlı milyonlarla insanın hər il o yerlərə, o bölgələrə səfər etməsi,

187
00:31:47,710 --> 00:32:00,400
əslində, o nurlu dövrün, o nurlu həqiqətin – yəni Müqəddəs Müdafiənin həqiqətinin keşiyində durmanın təzahürlərindən biridir.

188
00:32:00,850 --> 00:32:11,140
Bu gün inqilabın qələbəsindən 40 il ötür, sizinsə yaşınız 18, 20, 25-dən çox deyil;

189
00:32:11,650 --> 00:32:18,170
onlar bunu istəyir və bunu gözləyirdilər ki, növbə yeni nəslə, yəni sizə çatanda, sizlər iş başına keçəndə

190
00:32:18,170 --> 00:32:21,880
bu ölkədə İslamın, inqilabın izi-tozu qalmayacaq,

191
00:32:22,400 --> 00:32:30,400
bu ölkənin siyasəti, kimliyi – hər şeyi üzərində

192
00:32:30,740 --> 00:32:38,110
amerikalılar, dünyanın güclü dövlətləri, sionist kapitalistlər ağalıq edəcəklər; onların gözləntisi bu idi;

193
00:32:38,340 --> 00:32:43,650
bu niyyətlə mübarizəyə başladılar, bu niyyətlə müharibəyə start verdilər,

194
00:32:43,820 --> 00:32:50,680
bu niyyətlə də müharibədən sonra bu günə qədər sərt və yumşaq hücumlarını davam etdirirlər.

195
00:32:50,850 --> 00:32:57,020
Bəs nəticə necədir? Nəticə belədir ki, bu nəslin içərisində

196
00:32:57,420 --> 00:33:03,370
inkişaf və çiçəklənmə potensialı, xəbis, işğalçı və təcavüzkar düşmən qarşısında

197
00:33:03,540 --> 00:33:13,420
mübarizə aparma gücü əvvəlki nəsildən də dəfələrlə çox olan insanlar var

198
00:33:13,420 --> 00:33:19,770
və əgər bizim gənclərimiz o zaman düşməni geri oturtmağı bacarıblarsa,

199
00:33:20,050 --> 00:33:25,710
heç şübhəsiz, bu gün bunu etmək üçün qat-qat daha hazırlıqlıdırlar.

200
00:33:46,510 --> 00:34:00,620
Onlar plan qurdular, məkr etdilər, İslam dini, İslam Respublikası və Allahın iradəsi isə onların planlarını puç etdi;

201
00:34:00,970 --> 00:34:07,710
inşallah, günü-gündən də daha çox puç edəcək. Gözəl gənclər! Özünüzü hazırlayın.

202
00:34:07,710 --> 00:34:17,370
Mən “Nur yolçuları” ilə bağlı bir neçə tapşırıq vermək istəyirəm: əvvəla, bütün qurumlar, hərə öz növbəsində bu hərəkata dəstək versin;

203
00:34:18,620 --> 00:34:26,110
qoy bu hərəkata yardımçı ola biləcək müxtəlif hökumət qurumları əllərindən gələn köməyi onlardan əsirgəməsinlər;

204
00:34:26,510 --> 00:34:33,140
əlbəttə, bayaqkı hesabatda qeyd olunduğuna görə, bəzi qurumlar çox yaxşı kömək edir,

205
00:34:34,050 --> 00:34:39,650
amma əsas fikir budur ki, ölkənin bütün qurumları bu işə diqqətli yanaşmalıdır.

206
00:34:41,940 --> 00:34:48,220
Bundan əlavə, qoy səlahiyyətli qurumlar və şəxslər “Nur yolçuları” ekskursiyalarının mədəni və sosial aspektlərini bacardıqları qədər gücləndirsinlər;

207
00:34:50,740 --> 00:35:01,600
bu möhtəşəm xalq hərəkatında mədəni mahiyyəti həqiqətən də necə təmin etməyin mümkün olduğunu nəzərdən keçirsinlər

208
00:35:02,050 --> 00:35:10,170
və bu istiqamətdə iş aparsınlar. Mənim digər bir tapşırığım ekskursiya rəhbərləri ilə bağlıdır.

209
00:35:10,400 --> 00:35:22,110
Nur yolçuları”nın səfər etdiyi bölgələrdə olan ekskursiyaçılar və ora gələn qonaqlar üçün vaxtilə oralarda baş vermiş hadisələri rəvayət edən insanlar

210
00:35:22,450 --> 00:35:27,370
reallıq prinsipini dəyərli bir əmanət kimi qorumalıdırlar.

211
00:35:28,450 --> 00:35:35,540
Mən şişirtmə, mübaliğə və bu kimi şeylərin qəti əleyhinəyəm; nəyisə şişirtməyə heç bir lüzum yoxdur,

212
00:35:35,770 --> 00:35:44,740
baş vermiş hadisələrin reallığı kifayət qədər şanlı, cəlbedici və ruhlandırıcıdır,

213
00:35:44,910 --> 00:35:55,600
bunun üzərinə nə isə əlavə etməyə ehtiyac yoxdur. Bəzən eşidirik ki, insanlar qeybdən gələn köməyin rolunu

214
00:35:56,400 --> 00:36:02,740
avamcasına böyüdürlər. Düzdür, qeybdən gələn kömək, sözsüz ki, olub,

215
00:36:03,600 --> 00:36:08,620
biz bunun şahidiyik, döyüşçülərimizə qeybdən yardım edildiyini bilirik,

216
00:36:09,540 --> 00:36:17,020
intəhası bu yardım bəzi insanların avamcasına təsvir etdiyi formalarda olmayıb.

217
00:36:19,540 --> 00:36:30,340
Allah-taala, mütləq, yardım edir; Bədr döyüşündə Allah-taala öz mələklərinə əmr etmişdi ki,

218
00:36:31,250 --> 00:36:39,310
gedib onun yolunda cihad edənlərə dəstək olsunlar, yardım etsinlər; Allah-taala ixlaslı insanlar üçün bunu hər yerdə edir, bu köməyi göstərir,

219
00:36:40,340 --> 00:36:49,940
amma biz belə məsələlər haqda danışarkən mübaliğəyə, şişirtməyə yol verməməliyik.

220
00:36:51,480 --> 00:36:56,450
Müqəddəs Müdafiə dövrünün parlaq hadisələri dərs kitablarına salınmalıdır;

221
00:36:57,710 --> 00:37:05,080
o dövrdə baş vermiş real, diqqətəlayiq hadisələr dərs vəsaitlərinə ötürülməlidir ki,

222
00:37:05,080 --> 00:37:13,480
bizim gənclərimiz onlar barədə xəbər tutsunlar. Doğrudur, bu mövzuda çoxlu kitablar yazılıb; bəzi kitabların həcmi böyük olduğuna,

223
00:37:14,800 --> 00:37:22,280
hadisələr təfsilatı ilə qələmə alındığına görə çoxları onları oxumaya bilər; həmin kitablardan müəyyən hissələri çıxarıb,

224
00:37:22,510 --> 00:37:28,680
yerinə görə dərs vəsaitlərində dərc etmək olar.

225
00:37:29,200 --> 00:37:38,400
“Nur yolçuları” qruplarında səfərlərə çıxan əziz qardaşlarımızın təhlükəsizliyinin təmin olunması da önəmli məsələlərdən biridir;

226
00:37:38,850 --> 00:37:42,620
rəsmilər buna da diqqət yetirsinlər.

227
00:37:42,850 --> 00:37:52,340
Bilin ki, bu “Nur yolçuları” hərəkatı ilə, ölkəmizin gənclərinin

228
00:37:52,620 --> 00:37:58,680
müxtəlif sferalarda nümayiş etdirdiyi bu yüksək stimul və motivasiya sayəsində

229
00:37:59,020 --> 00:38:06,850
düşmən bu 40 ildə heç bir iş görə bilmədiyi kimi, Allahın köməyi ilə, bundan sonra da heç bir qələt edə bilməyəcək.

230
00:38:30,170 --> 00:38:42,170
Düzdür, əziyyət verirlər, incidirlər; sanksiyalar, iqtisadi problemlər, cürbəcür təbliğatlar –

231
00:38:42,340 --> 00:38:49,710
belə işlər var, bunlar xalqa əziyyət verir, amma dayandıra bilmir.

232
00:38:49,710 --> 00:38:55,480
Hərəkət etmək, irəli getmək üçün güclü iradə və qəti qərar varsa,

233
00:38:56,340 --> 00:39:06,570
gənclər lazımi dərəcədə gözüaçıq olub qarşılarındakı düşməni tanıyırlarsa, düşməni tanımaqda qəflət və çaşqınlığa düşmürlərsə,

234
00:39:07,200 --> 00:39:13,770
özlərində düşmənə qarşı mübarizə əzminin zəifləməsinə imkan vermirlərsə,

235
00:39:14,050 --> 00:39:25,080
düşmən hərəkət edə bilməyəcək, zərbə vura bilməyəcək, bu əzəmətli hərəkatı durdura bilməyəcək.

236
00:39:25,310 --> 00:39:31,820
Ümidvaram ki, inşallah, siz gənclər gələcəkdə –

237
00:39:32,570 --> 00:39:40,340
bu ölkənin açarları sizin əlinizdə olanda onu nüfuz və iqtidarın zirvəsinə yüksəldəcəksiniz.

238
00:39:40,910 --> 00:39:43,080
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.