1
00:00:00,280 --> 00:00:02,910
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:03,310 --> 00:00:11,940
الحمدلله ‌ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا و نبيّنا ابي‌القاسم المصطفي محمّد

3
00:00:19,600 --> 00:00:26,050
و علي آله الطّيّبين الطّاهرين سيّما بقيّة‌الله في الارضين

4
00:00:27,480 --> 00:00:42,850
Çox şadam, Allaha şükürlər edirəm ki, bu olduqca həssas və önəmli mərkəzdə bu nurlu və ümidverici kollektivlə

5
00:00:44,400 --> 00:00:49,080
bir daha birlikdə olmaq mənə nəsib oldu.

6
00:00:50,050 --> 00:01:04,280
Bu meydan, bu yeni nəsil, bu gənclər əziz ölkəmizin varlığının və yüksəlişinin təzahürlərindən biridir.

7
00:01:05,250 --> 00:01:20,740
Bir xalqın var olması və yüksəlişi, əsasən, onun güc və iqtidarın amillərini özündə gücləndirməsindən,

8
00:01:20,740 --> 00:01:30,510
onlardan yerində və vaxtında istifadə edə bilməsindən asılıdır.

9
00:01:31,140 --> 00:01:41,020
Bu gün bu meydanda gördüklərimiz həmin bu əsas prinsipi özündə əks etdirən nümunələrdəndir.

10
00:01:42,510 --> 00:02:00,110
Bu barədə izah verəcəyəm, lakin əvvəlcə siz gənclər üçün Qurandan bir ayəni qeyd etmək istəyirəm.

11
00:02:01,080 --> 00:02:18,170
Həmin şərif ayə “Ali-İmran” surəsindədir, İslamın və müsəlman toplumunun qatı düşmənlərindən söz açan ayələrdən sonra gəlir.

12
00:02:19,080 --> 00:02:35,540
Ondan əvvəlki bir neçə ayədə İslama, müsəlmanlara, Peyğəmbərə (s) sonsuz kin və nifrət bəsləyən inadkar düşmənlərdən söz açılır:

13
00:02:35,710 --> 00:02:41,420
“Onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olar. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayə)

14
00:02:42,510 --> 00:02:49,200
Həmin düşmənlər bu xüsusiyyətlərlə tanıtdırılır;

15
00:02:50,110 --> 00:02:58,340
yeri gəlmişkən, onların xüsusiyyətləri eynilə bu gün sizə –

16
00:02:58,620 --> 00:03:04,340
müsəlman İran xalqına və İran İslam dövlətinə ədavət bəsləyən düşmənlərinki ilə eynidir; həqiqətən də, –

17
00:03:04,340 --> 00:03:10,110
düşmənçilikləri danışdıqları sözlərdən bəlli olur, qəlblərində gizlətdikləri ədavət isə daha böyükdür;

18
00:03:11,020 --> 00:03:14,340
və ya “Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar”. (Tövbə” surəsi, 50-ci ayədən);  –

19
00:03:14,680 --> 00:03:23,250
siz bir uğur qazananda, qürurverici bir nailiyyət əldə edəndə onlar bərk narahat olurlar.

20
00:03:23,940 --> 00:03:33,080
“Ali-İmran” surəsində bu düşmənçilik haqda qeyd olunduqdan sonra isə sonda belə buyurulur:

21
00:03:33,600 --> 00:03:41,310
“Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

22
00:03:41,940 --> 00:03:52,400
Bu bir qanundur; yaradılışın qanunlarından biridir. Səbir və təqva buna səbəb olur ki, o inadkar düşmən,

23
00:03:53,310 --> 00:04:07,310
o çirkin kin və nifrət dağarcığı öz ixtiyarında olan, özünü təmin etdiyi bütün imkanlara rəğmən, sizin qarşınızda heç bir qələt edə bilmir;

24
00:04:08,910 --> 00:04:12,110
لَا يَضُرُّکُم کَيدُهُم شَيْئًا –

25
00:04:12,110 --> 00:04:22,110
yəni sizə heç bir ziyan yetirə bilmir. Hansı şərtlə? Səbir edib təqvalı olmaq şərti ilə.

26
00:04:22,620 --> 00:04:37,020
Bu gün mən dərin məna yükü daşıyan bu meydanda, həqiqətən də, bu xalqın gözünün nuru olan siz əziz gənclərə bunu demək istəyirəm.

27
00:04:38,110 --> 00:04:48,510
Qurandan çəkdiyim bu ibrətverici misal təkcə sizə yox, bütövlükdə xalqımıza, Keşikçi Korpusa, Silahlı Qüvvələrə,

28
00:04:49,710 --> 00:05:00,680
cəmiyyətimizin hər bir üzvünə, xüsusilə də müsəlman cəmiyyətini idarə edən vəzifəli şəxslərə, rəsmilərə aiddir; səbir və təqva oluqca önəmlidir.

29
00:05:00,680 --> 00:05:11,250
Səbir nədir? Səbir meydanda qalmaq, meydandan kənara çıxmamaq deməkdir.

30
00:05:12,740 --> 00:05:25,650
Bəziləri meydandan qaçırlar; bəziləri qaçmırlar, amma tədricən kənarlaşırlar; bu, səbirə ziddir.

31
00:05:26,280 --> 00:05:34,970
Səbir duruş gətirmək, meydanda qalmaq, mətin olmaqdır.

32
00:05:35,770 --> 00:05:46,850
Səbir etmək gözünü uzaq hədəflərə, uzaq üfüqlərə dikməkdir; uzaq hədəfləri nəzərdə tutmaqdır.

33
00:05:47,140 --> 00:05:57,200
Bəzən insan artıq qazanılmış, nağd olan hansısa uğuruna sevinir, xoşhallanır, qürrələnir

34
00:05:58,000 --> 00:06:06,800
və təhlükəlisi isə odur ki, bununla qane olur. Bu, təhlükəlidir və artıq onun meydanda qalmamasına səbəb olur.

35
00:06:07,020 --> 00:06:20,570
Uzaq hədəfləri, zirvələri nəzərdə tutmaq lazımdır. Sizlər İslam İnqilabı və İslam dövlətinin sizə çatdırdığı əsl mesajın nədən ibarət olduğuna,

36
00:06:22,000 --> 00:06:34,740
İran xalqını, İslam ümmətini və ən nəhayət, bəşər cəmiyyətini hansı hədəfə doğru çəkib aparmaq istədiyinə diqqət yetirməli və o hədəfi əsas götürməlisiniz.

37
00:06:35,480 --> 00:06:45,200
İslam İnqilabının irəliləməsi üçün bax belə bir səbir lazımdır. Baxın: İslam dininin yer üzünə gəldiyi ilkin dövrdə,

38
00:06:45,650 --> 00:06:53,650
çətinliklərin çox olduğu ilk onilliklərdə – xüsusilə də Peyğəmbəri-Əkrəmin (s) dövründə –

39
00:06:53,940 --> 00:07:05,080
müsəlmanlar səbir etmiş, mətin olmuş, müqavimət göstərmişlər. Nəticədə İslamın həqiqi göstərişinə zidd olaraq

40
00:07:05,420 --> 00:07:13,880
baş vermiş müəyyən sapmalara baxmayaraq,

41
00:07:14,400 --> 00:07:26,620
hicri tarixinin 3-4-cü əsrlərində bəşər sivilizasiyasının zirvəsi məhz müsəlmanların və müsəlman ölkələrinin adı ilə bağlı olmuşdur.

42
00:07:27,370 --> 00:07:33,480
Məsələ bu cürdür; səbir etsək, uzaq üfüqlər bizim olacaq.

43
00:07:34,170 --> 00:07:43,480
Bu gün siz möhkəm dursanız, gələcək nəsillər o zirvələrə yol tapacaq.

44
00:07:44,450 --> 00:07:50,340
Onlar zirvələri fəth edəcəklər, amma bu sizin hünəriniz, sizin əməyinizin məhsulu olacaq.

45
00:07:51,140 --> 00:08:02,800
Əlbəttə, ümidvaram, Allahın köməyi ilə, bugünün gəncləri, yeni nəsli olan sizlər də o günü görəcəksiniz; Allah qoysa, elə belə də olacaq.

46
00:08:03,140 --> 00:08:10,850
İslam İnqilabı dərinə kök salıb, bu inqilabın gələcəyi var, onu davam etdirmək lazımdır. Səbir barədə bu qədər.

47
00:08:10,850 --> 00:08:23,310
Təqvaya gəlincə; bu ayədə təqvaya geniş anlamda toxunulur;

48
00:08:23,770 --> 00:08:37,710
yəni təqva həm ümumi mənada – İslam şəriətinin müəyyən etdiyi düzgün yoldan sapmamaq üçün özündən muğayat olmaq mənasında işlənir

49
00:08:38,220 --> 00:08:50,400
(belə ki Quranın əksər yerlərində də məhz bu anlamdadır),  həm də əvvəlki ayələrdə İslamın düşmənlərindən söhbət açılmasına əsasən belə demək olar ki,

50
00:08:50,800 --> 00:09:00,740
burada “təqva”dan danışılarkən eyni zamanda düşmən qarşısında özündən muğayat olmaq, özünə qarşı tələbkar və ehtiyatlı yanaşmaq nəzərdə tutulur. “Ehtiyatlı olun, qarşınızda düşmən var!” – deyilir.

51
00:09:01,250 --> 00:09:11,940
İnsan müharibə vəziyyətində, döyüş meydanında həyatını bir cür yaşayır, müharibə olmadığı zaman isə bir başqa cür.

52
00:09:12,110 --> 00:09:20,220
İnsan səngərdə bir cür oturur, bir cür istirahət edir, bir cür yatır,

53
00:09:20,740 --> 00:09:27,370
öz evində, rahat otağında isə bütün bunları bir başqa cür edir, bir başqa cür yaşayır.

54
00:09:27,370 --> 00:09:40,050
Quran deyir ki, düşmənlə üz-üzə olduğunuzu bilin; biz hamımız bunu bilməliyik. Təqvanın mənası budur: düşmənlə qarşıdurmada özündən ehtiyatlı olmaq,

55
00:09:40,740 --> 00:09:49,880
düşmənə inanmaqdan çəkinmək. Düşmənə etimad etməyin; təqva bu deməkdir.

56
00:09:50,680 --> 00:10:06,570
Burada təqva düşmənin hiylə və məkrindən ehtiyatlı olmaq mənasındadır; düşmənə təkcə etimad etməməyi yox, həm də onun məkrli planlarını sezməyi,

57
00:10:07,140 --> 00:10:17,370
nə iş gördüyünü, nə hiylə işlətdiyini anlamağı, ehtiyatlı olmağı, hazırlıqlı olmağı tapşırır. Düşmənin hiylələri təkcə hərbi sferaya aid deyil ki!

58
00:10:17,940 --> 00:10:28,170
Təqva həm də tədbirli olmaq, ağılla hərəkət etmək deməkdir; qaydalara, ağıla zidd olan hərəkətlərdən,

59
00:10:28,680 --> 00:10:36,110
səhlənkarlıqdan, tənbəllikdən çəkinmək mənasındadır. Beləliklə, sözügedən şərif ayənin mənasını bu şəkildə açıqlamaq olar.

60
00:10:36,110 --> 00:10:42,280
Siz əziz gənclər, həmçinin ilk növbədə

61
00:10:43,080 --> 00:10:53,770
hərbi, təhlükəsizlik, iqtisadiyyat və digər sferalara cavabdeh olan rəsmilər,

62
00:10:54,680 --> 00:11:01,650
daha sonra isə bütövlükdə xalqımız, hər bir İran vətəndaşı bu təqva və səbrə riayət etsəniz,

63
00:11:02,450 --> 00:11:05,480
لا ‌يَضُرُّکُم کَيدُهُم شَيئًا –

64
00:11:05,770 --> 00:11:14,280
düşmənlər sizə heç bir zərbə vura bilməzlər, heç bir şəkildə incidə bilməzlər. Allahın köməyi ilə, elə belə də olacaq.

65
00:11:14,510 --> 00:11:19,940
Yaxşı, indi gəlin qayıdaq söhbətimizin əvvəlində qeyd etdiyim o güc və qüdrət amillərinə.

66
00:11:20,400 --> 00:11:32,110
Əzizlərim, baxın, Pəhləvi hakimiyyəti dövründə təqribən 57 il ingilislər, daha sonra isə amerikanlar

67
00:11:32,400 --> 00:11:43,370
bu ölkədə sözün həqiqi mənasında ağalıq ediblər. Necə? Belə ki şahı hakimiyyətə onlar gətirmişdilər, onlar da devirdilər,

68
00:11:43,820 --> 00:11:54,170
təzədən başqa bir şahı taxta oturtdular. Bu ölkədə hökumət kabinetləri onların rəyi əsasında formalaşırdı.

69
00:11:54,510 --> 00:12:05,820
Ölkənin ən mühüm və əsas siyasətləri  ingilislərin və amerikanların fikrinə əsasən tənzimlənirdi.

70
00:12:06,110 --> 00:12:14,510
Bu ölkə 57 il bu şəkildə idarə olunub, ondan əvvəl Qacar hakimiyyətinin sonlarında da

71
00:12:14,970 --> 00:12:24,910
ölkə və xalq üçün bədbəxtlik mənbəyi olan digər ünsürlərin təsiri nəticəsində vəziyyət bir başqa formada üzücü və təəssüfləndirici olub.

72
00:12:25,480 --> 00:12:35,370
Bütün bu müddət ərzində xalq heç kim olub, seyrçi olub.

73
00:12:35,820 --> 00:12:43,480
Bəzən hətta heç seyrçi də olmayıb! Yəni camaat arasından kimdənsə:

74
00:12:43,770 --> 00:12:48,850
“Şəhərinizin nümayəndəsi kimdir?” – deyə soruşsaydınız, bilməzdi, çünki həmin nümayəndəni o seçməmişdi.

75
00:12:49,650 --> 00:12:54,740
Əksər hallarda sadə insanlardan: “Filan nazirliyin başında kim durur?” – deyə soruşsaydınız, bilməyəcəkdilər.

76
00:12:54,740 --> 00:13:01,020
Çox vaxt heç baş naziri də tanımırdılar. Xalq heç kim idi, bir kənarda idi.

77
00:13:02,000 --> 00:13:20,050
İslam İnqilabı baş verəndən sonra (bu inqilabı meydana gətirmiş amillər, proseslərin xırdalıqları barədə uzun-uzadı danışmaq olar) xalqın əl-ayağına vurulmuş o buxovlar qırıldı.

78
00:13:20,620 --> 00:13:31,480
O vaxta qədər xalq əsir idi, heç bir ixtiyarı yox idi, yadlar onun üzərində ağalıq edirdi; İran xalqının başı üzərindən o ağalıq götürüldü,

79
00:13:31,770 --> 00:13:37,420
İran xalqı azadlıq və müstəqilliyin dadını bildi.

80
00:13:38,510 --> 00:13:51,480
Xalqımızın inqilab meydanlarındakı iştirakı və bu inqilabın qələbəsi ilə milli özünəinam yarandı;

81
00:13:52,510 --> 00:14:03,310
İran xalqı müstəqil iradə sahibi olduğunu, ölkəsində gedən proseslərə təsir göstərmək, özü də bu cür təsir göstərmək iqtidarında olduğunu, ölkədə, onların dediyi kimi,

82
00:14:04,740 --> 00:14:15,020
2500 il hökm sürmüş monarxiyanın dərin köklərini qazıb çıxararaq onu tarixin zibilliyinə atmağa qadir olduğunu dərk etdi.

83
00:14:15,480 --> 00:14:26,280
Camaat bunu hiss etdi və bu, İran xalqına özünəinam bəxş etdi. Bu milli özünəinam xalqın dini imanı ilə yanaşı idi.

84
00:14:26,570 --> 00:14:34,680
Biz inqilab etmiş bəzi digər ölkələr kimi allahsız, təvəkkülsüz, mənəviyyatsız deyildik ki,

85
00:14:34,850 --> 00:14:43,770
yolun ortasında qalaq. İmanımız bizi qorudu, düzgün istiqamətləndirdi, irəli apardı.

86
00:14:44,110 --> 00:14:52,620
Bu iman qiymətli bir gövhər idi və bu ümummilli hərəkatın ruhunu təşkil edirdi.

87
00:14:52,850 --> 00:15:01,420
Bizdə ümid, fədakarlıq ruhiyyəsi oyadan imanımız oldu.

88
00:15:01,770 --> 00:15:12,570
Bir ana çiçək kimi əlinin içində böyütdüyü 3 övladını müharibə meydanına göndərib

89
00:15:13,820 --> 00:15:25,600
öz əli ilə təhlükəyə ata, sonra da bu hərəkəti etməyi ilə fəxr edə – bu yalnız və yalnız imanın nəticəsi ola bilərdi.

90
00:15:26,620 --> 00:15:36,800
Bir gəncin öz rahat və asudə həyatından vaz keçib, döyüşə getmək üçün komandirlərin qarşısında israrla göz yaşı tökərək yalvar-yaxar etməsi

91
00:15:37,080 --> 00:15:47,880
yalnız iman sayəsində mümkün idi. İman xalqda ümid, fədakarlıq, addım atmaq əzmi oyatdı,

92
00:15:48,110 --> 00:15:56,400
gənclər hərəkətə gəldi, Keşikçi Korpus yarandı, Cihad Komitəsi yarandı, Bəsic Komitəsi yarandı, müxtəlif sferalarda ümummilli hərəkatlara başlandı,

93
00:15:56,850 --> 00:16:06,450
Silahlı Qüvvələrə yeni nəfəs gəldi, hərbçilərimiz həqiqi varlıqlarını meydanda nümayiş etdirə bildilər,

94
00:16:06,740 --> 00:16:12,220
xalqa xidmət, quruculuq qurumları yaradıldı,

95
00:16:12,850 --> 00:16:22,170
elmi müəssisələr açıldı, ölkədə azad elmi hərəkata start verildi, camaat, ziyalılar,

96
00:16:22,620 --> 00:16:33,370
fəal və çalışqan kadrlar müstəqillik, başıucalıq və vüqarın şirinliyini daddılar.

97
00:16:33,600 --> 00:16:41,140
Bütün bunlar milli iqtidarın komponentləridir; milli iqtidar budur.

98
00:16:42,400 --> 00:16:50,740
Milli iqtidar o demək deyil ki, ölkənin pullarını yad bir ölkəyə verib,

99
00:16:51,200 --> 00:17:01,370
ondan ən müasir silahlarını alıb anbara yığasan, özün də həmin silahlardan doğru-dürüst istifadə də edə bilməyəsən.

100
00:17:01,370 --> 00:17:04,400
Bu, iqtidar deyil, axmaqlıqdır.

101
00:17:06,050 --> 00:17:15,600
Milli iqtidar o da deyil ki, dünyanın o biri başından hansısa ölkə hansısa hökuməti və ya dövləti dəstəkləmək üçün

102
00:17:15,600 --> 00:17:23,420
gəlib sənin ölkəndə hərbi baza yarada, təmsil oluna, xalqın qanını sora,

103
00:17:23,820 --> 00:17:34,800
hakimiyyətdə olan o uğursuz xanədanı dəstəkləmək üçün istədiyi qələti edə. Bunlar iqtidar deyil, zillətdir.

104
00:17:35,940 --> 00:17:48,000
İqtidar odur ki, xalq özü öz daxilindən hərəkətə gələ. Özünü həm elm, həm müdafiə, həm quruculuq,

105
00:17:48,400 --> 00:18:01,820
həm də beynəlxalq nüfuz baxımından inkişaf etdirə. İran xalqını qüdrətli edən amillər bunlardır. Bu gün bunlar sizdə var, özü də Allaha şükürlər olsun ki,

106
00:18:02,450 --> 00:18:12,050
kifayət qədər yüksək səviyyədədir. Güc və iqtidarın bu amillərindən yerində və vaxtında istifadə olunmalıdır.

107
00:18:12,510 --> 00:18:20,510
Milli iqtidarımızın komponentlərindən biri Keşikçi Korpusdur; Keşikçi Korpusu günbəgün inkişaf etdirmək lazımdır.

108
00:18:20,850 --> 00:18:27,600
Mən qardaşlarımızın təqdim etdiyi hesabatları görürəm, görülən işlər barədə məlumat alıram. Yaxşı işlər həyata keçirilir,

109
00:18:27,820 --> 00:18:39,140
lakin korpusun hələ bundan sonra irəli getmək üçün qabiliyyət və imkanları xeyli genişdir. Bu işi kim görməlidir? Siz gənclər;

110
00:18:39,600 --> 00:18:54,280
bu sizin öhdənizə düşür. Özünüzü Keşikçi Korpusu – xalqımızın qüdrətinin vacib komponentlərindən biri olan bu strukturu daha da inkişaf etdirə bilmək üçün hazırlayın.

111
00:18:54,280 --> 00:19:06,570
Bəziləri deyirlər ki, mən İran xalqının güc və iqtidarından danışarkən mübaliğəyə yol verirəm. Mən isə onların cavabında deyirəm ki, xeyr, əsla! Mən mübaliğəyə yol vermirəm,

112
00:19:06,850 --> 00:19:18,340
reallığı dilə gətirirəm. İran xalqının iqtidarını, güc-qüdrətini sübuta yetirən ən böyük dəlil budur ki,

113
00:19:18,620 --> 00:19:28,680
dünyanın ən qantökən, ən amansız, ən rəzil dövləti – yəni Amerika

114
00:19:28,910 --> 00:19:38,570
40 ildir xalqımızın işinə pəl vurub şər əməllər törətməklə məşğuldur, lakin heç bir qələt edə bilməyib,

115
00:19:38,800 --> 00:19:46,800
bu xalqa heç bir ziyan vura bilməyib, İran xalqı öz yolunu tutaraq irəli gedib, daha da güclənib.

116
00:19:47,080 --> 00:19:58,910
Bu, xalqımızın nə qədər güclü olduğunu göstərir. Əgər İran xalqı və İslam Respublikası güclü və qüdrətli olmasaydı,

117
00:19:59,710 --> 00:20:08,280
düşmənlərin bütün bu səylərinin onda biri də bəs idi ki, bu xalqı məğlub edərək,

118
00:20:08,280 --> 00:20:16,110
seçib bəyəndiyi hökumət quruluşunu onun əlindən alsınlar. Dövlətimiz onların qarşısında durub, günbəgün də qüvvətlənib.

119
00:20:16,400 --> 00:20:25,540
Özü də təkcə xarici düşmənlər olmayıb; eyni düşmənçilik ölkə daxilində də olub. Sizə deyim ki, İslam İnqilabının ilk günündən

120
00:20:26,050 --> 00:20:35,650
inqilaba və İmam Xomeyninin hərəkatına qarşı ölkədə 3 əks cərəyan ortaya çıxıb:

121
00:20:35,880 --> 00:20:47,880
birincisi, Qərb və Amerika meyilli, onlardan ötrü əldən-ayaqdan gedən, məşhur ifadə ilə “liberal” adlanan cərəyan idi;

122
00:20:48,280 --> 00:20:56,450
ikinci cərəyan heç bir şeydən qorxub-çəkinməyən, əlisilahlı kommunistlər idi;

123
00:20:56,910 --> 00:21:04,050
digər bir cərəyan isə zahirdə özünü inanclı müsəlman kimi göstərən, batində isə xəbis, kafir,

124
00:21:04,340 --> 00:21:15,480
simasız, hətta gedib bədnam Səddamın bayrağı altında belə durmağa, ondan istifadə edib İslam dövlətinə qarşı mübarizə aparmağa hazır olan münafiqlər idi.

125
00:21:15,480 --> 00:21:25,540
Bu ölkədə İslam dövlətinə və inqilaba zidd olan 3 əsas cərəyan bunlar idi; hər üçü də inqilabın əli ilə əzildi, məğlub edildi,

126
00:21:25,540 --> 00:21:42,970
indi də böyük dövlətlərə yaltaqlanmaqla, Fransa, İngiltərə, Amerika və sair bu kimi dövlətlərə xəbər ötürüb casus xidmətləri göstərməklə

127
00:21:43,140 --> 00:21:51,770
onların kölgəsinin altında gün keçirirlər. Əlbəttə ki, inqilaba və inqilabi hərəkata

128
00:21:52,220 --> 00:22:03,770
bir başqa cür qarşı çıxıb problem yaradan digər bir cərəyan da daxildəki gerilikçi və mürtəce cərəyan idi.

129
00:22:03,770 --> 00:22:14,800
Düzdür, onlar diqqətəlayiq dərəcədə önəmli deyildilər və xalq da onlara əhəmiyyət vermədi; dini yanlış formada təqdim etməklə İslam dövləti üçün çətinlik yaradan mürtəce bir cərəyan idi.

130
00:22:15,310 --> 00:22:23,420
İslam Respublikası xalqın köməyi ilə, bu xalqın gənclərinin güc və təşəbbüsü sayəsində

131
00:22:23,600 --> 00:22:31,310
bütün bu xarici və daxili düşmənləri geri oturda bildi,

132
00:22:31,770 --> 00:22:44,970
onlar nəinki İslam Respublikasına heç bir xətər yetirə bilmədilər, hətta onun inkişafına əngəl olmağı belə bacarmadılar.

133
00:22:45,420 --> 00:22:57,370
Mənim əzizlərim, əziz gənclər! Bu gün sizin qarşınızda siz doğulduğunuz zaman olduğundan

134
00:22:57,650 --> 00:23:09,250
yerlə-göy qədər fərqli bir İslam Respublikası var; bu gün dövlətimizin imkanları, təcrübəsi, qazandığı uğurlar dəfələrlə inkişaf edib, artıb.

135
00:23:09,250 --> 00:23:15,710
İnşallah, gənclərimizin arasında mənəviyyat da eynilə bu cür artacaq

136
00:23:15,710 --> 00:23:22,110
və şübhəsiz ki, onlardan diqqətəlayiq dərəcədə böyük bir qismində bu elə var da.

137
00:23:22,570 --> 00:23:30,680
İslam Respublikasının gücünü sübuta yetirən dəlillərdən biri də elə Amerikanın regionda özünə müttəfiqlər axtarmasıdır.

138
00:23:31,600 --> 00:23:38,850
Əgər Amerika İslam Respublikasının qarşısında istədiyini edə bilsəydi,

139
00:23:39,200 --> 00:23:47,710
regionda bu bədnam və üzüqara mürtəce dövlətlərlə koalisiya qurmağa,

140
00:23:48,000 --> 00:23:56,220
onlardan yardım istəməyə, iğtişaşlar yaratmaq, asayiş və təhlükəsizliyi pozmaq üçün onlardan kömək almağa ehtiyacı olmazdı.

141
00:23:56,510 --> 00:24:03,020
Bu, dövlətimizin gücünü göstərir. Əlbəttə ki, onların, Amerikanın düşmənçiliyi günbəgün artdığı kimi,

142
00:24:03,250 --> 00:24:08,800
İran xalqının Amerikaya olan nifrəti də hər keçən gün daha da artıb.

143
00:24:09,370 --> 00:24:18,570
Sizə onu da deyim ki, əli hər işdən üzüləndən sonra bu gün düşmənin planı

144
00:24:18,910 --> 00:24:25,370
İslam dövləti ilə əziz xalqımız arasında uçurum yaratmaqdır.

145
00:24:25,710 --> 00:24:34,340
Bu onların axmaqlığıdır; onlar bilmirlər ki, İslam Respublikası elə İran xalqının özüdür,

146
00:24:35,250 --> 00:24:51,020
bu ikisi bir-birindən ayrılmazdır. İslam dövləti xalqdan uzaq saraylarda oturan, bürökratik bir dövlət deyil.

147
00:24:51,370 --> 00:25:02,570
İslam dövləti xalqın özündən təşkil olunmuş, hər bir vətəndaşına, xalqının imanına, sevgisinə və emosiyalarına arxalanan bir dövlətdir;

148
00:25:03,020 --> 00:25:12,620
İslam dövləti budur; bunu xalqdan necə ayırmaq istəyirlər? Əlbəttə ki, ABŞ-ın hazırkı prezidentindən əvvəl digər 6 prezidenti də

149
00:25:13,140 --> 00:25:24,800
bu kimi cəhdlər göstərmişdilər, hamısı da bu şeytani məqsədlərinə nail olmadan meydandan uzaqlaşdılar.

150
00:25:25,020 --> 00:25:35,370
Onların əsasən xalqa təzyiq göstərən bu iqtisadi sanksiyaları da xalqı yormaq, usandırmaq məqsədi daşıyır.

151
00:25:35,420 --> 00:25:44,340
Allahın köməyi ilə, biz xalqla olan bağlılığımızı gün-gündən daha da artıracaq, daha da möhkəmləndirəcəyik.

152
00:26:03,420 --> 00:26:08,400
Biz düşmənin belini qıran birlik və bölünməzliyimizi qoruyacağıq;

153
00:26:09,140 --> 00:26:20,970
mömin, stimullu, çalışqan gənclərimizi, Allahın köməyi ilə, hər gün daha da gücləndirəcəyik.

154
00:26:21,420 --> 00:26:31,770
Qoy ölkəmizin qeyrətli və əzmkar gənc nəsli bilsin ki, düşmənin onun müstəqilliyini,

155
00:26:32,450 --> 00:26:44,340
nüfuzunu, inkişafını, elm və siyasət meydanlarındakı iştirakını görməyə gözü yoxdur.

156
00:26:44,570 --> 00:26:55,020
İran xalqının düşmənləri bu xalqın müstəqilliyinə, nüfuzuna, inkişaf və yüksəlişinə düşmən olanlardır.

157
00:26:55,310 --> 00:27:06,680
Düşmən öz hiyləgərliyindən bacardığı qədər əl çəkməyəcək, lakin yəqin bilmək lazımdır ki, bu hiyləgərlikdən heç bir nəticə də əldə etməyəcək;

158
00:27:07,420 --> 00:27:18,000
bir şərtlə ki, İran xalqı, Allahın köməyi və hidayəti ilə, bu günə qədər hansı yolu tutmaq lazım olduğunu bildiyi kimi,

159
00:27:18,510 --> 00:27:28,570
bundan sonra da həmin yolu qüdrətlə davam etdirsin. O yol isə sayıqlılıq, tədbirlilik

160
00:27:28,850 --> 00:27:34,050
və milli birliklə qət olunan mübarizə, səbir və təqva yoludur.

161
00:27:34,450 --> 00:27:42,850
Elə insanlar da var ki, başqa variantları məqbul hesab edir, düşmən bizə qarşı hiyləgərlik etməsin deyə bizim təslim olmalı olduğumuzu deyirlər.

162
00:27:43,080 --> 00:27:54,050
Belələri bilmirlər ki, təslim olmaq insana müqavimət göstərib mübarizə aparmaqdan qat-qat ağır başa gəlir.

163
00:27:54,620 --> 00:28:01,310
Bəli, ola bilsin, müqavimət göstərmək çətindir, amma xalqlara onlar üçün

164
00:28:01,480 --> 00:28:12,170
həmin əziyyətdən yüz dəfələrlə dəyərli olan, böyük nailiyyətlər qazandırır. İnadkar və xəbis düşmənin qarşısında təslim olmaq isə

165
00:28:12,570 --> 00:28:22,450
zəlil olub ayaqlar altında tapdanmaqdan, kimliyini itirməkdən başqa heç bir şey gətirmir. Bunu hamı bilməlidir.

166
00:28:22,680 --> 00:28:29,370
Bu, Allah-taalanın dəyişməz qanunudur. Belə ki Quranda buyurulur:

167
00:28:29,540 --> 00:28:40,570
“Buna görə də cihadda zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə)

168
00:28:40,800 --> 00:28:47,200
İradəniz zəifləməsin, düşməni sazişə dəvət etməyin,

169
00:28:47,770 --> 00:28:53,820
Allah-taala sizi daha üstün edib, siz daha üstünsünüz.

170
00:28:54,000 --> 00:29:00,050
وَ لَن يَتِرَکُم yəni  لَن يَنقُصَکُم

171
00:29:00,280 --> 00:29:13,080
– Allah-taala etdiyiniz cihad və mübarizənin qarşılığında sizi əliboş qoymayacaq, bu mücahidənin mükafatını sizə artıqlaması ilə verəcək.

172
00:29:13,310 --> 00:29:19,480
Sonda bir məqama da toxunmaq istərdim. Düşmən haqqında bilməli olduqlarımızı

173
00:29:19,710 --> 00:29:26,620
qeyd etdik, amma biz özümüzə, öz hərəkətlərimizə qarşı da diqqətli olmalıyıq. Hamımız!

174
00:29:26,970 --> 00:29:37,370
Kiçikdən böyüyə, cavandan qocaya, adi insandan vəzifəli şəxsə qədər. Xüsusilə də rəsmilər diqqətli olmalıdırlar ki,

175
00:29:37,650 --> 00:29:43,880
səhlənkarlığa, qəflətə, tənbəlliyə yol verməsinlər, dəbdəbəli həyat tərzinə meyillənməsinlər,

176
00:29:44,510 --> 00:29:54,800
xalqa qarşı təkəbbürdən, üç-beş günlük vəzifə kürsüsünə arxalanmaqdan çəkinsinlər.

177
00:29:54,800 --> 00:30:02,510
Belə olsa, Allah-taala bu günə qədər olduğu kimi,

178
00:30:03,250 --> 00:30:08,050
bundan sonra da daim siz İran xalqına öz mənəvi dəstəyini əta edəcək.

179
00:30:08,220 --> 00:30:25,880
Gün gələcək, İran xalqı elə bir məqama yetişəcək ki, düşmənlər ona hərbi, iqtisadi, siyasi

180
00:30:26,220 --> 00:30:37,310
və təhlükəsizlik hücumları etməyi xəyallarına belə gətirməyə cürət etməyəcəklər. İnşallah, o gün uzaq deyil və Allahın köməyi ilə, siz əziz gənclər, o günün şahidi olacaqsınız.

181
00:30:37,480 --> 00:30:40,800
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.