1
00:00:00,570 --> 00:00:03,420
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

2
00:00:04,680 --> 00:00:12,620
و الحمدلله ‌ربّ العالمين و الصّلاة و السّلام علي سيّدنا محمّد و آله الطّاهرين

3
00:00:16,910 --> 00:00:19,880
سيّما بقيّةالله في الارضين

4
00:00:20,450 --> 00:00:34,510
Əziz qardaşlar, əziz bacılar, xoş gəlmisiniz. Ədliyyə günü, yaxud həftəsi münasibətilə

5
00:00:35,600 --> 00:00:49,080
sizin hamınızı – bu mühüm və həyat əhəmiyyətli işi həyata keçirən bütün ədliyyə işçilərini təbrik edir, Allah-taaladan hər birinizə mənəvi dəstək olmasını,

6
00:00:49,370 --> 00:01:02,400
yardım etməsini, sizi daim doğru yola istiqamətləndirməsini,

7
00:01:02,680 --> 00:01:11,020
həmçinin gördüyünüz işə görə bu dünyada və axirətdə, inşallah ki, sizə böyük əcr və savab nəsib etməsini diləyirəm.

8
00:01:11,370 --> 00:01:26,400
Məhkəmə hakimiyyətinin möhtərəm sədri cənab Amoliyə geniş və müfəssəl məruzəsinə görə təşəkkürümü bildirirəm. Çox mükəmməl və hərtərəfli bir məruzə idi. Məhkəmə hakimiyyətinin möhtərəm sədri cənab Amoliyə geniş və müfəssəl məruzəsinə görə təşəkkürümü bildirirəm. Çox mükəmməl və hərtərəfli bir məruzə idi.

9
00:01:27,540 --> 00:01:40,220
Arzu edərdim ki, həmin məruzədə qeyd olunan məqamlar barədə geniş ictimaiyyətə də münasib bir üsulla məlumat verilsin.

10
00:01:40,680 --> 00:01:53,020
Düzdür, görülən işlər haqda bizə məruzə olunur, hesabatlar verilir və mən bu görüşdən əvvəl də ədliyyə sahəsindəki fəaliyyətlərlə bağlı geniş və müfəssəl bir hesabatla tanış olmuşdum,

11
00:01:53,370 --> 00:02:03,540
lakin buna baxmayaraq, cənab Amolinin toxunduğu bəzi məsələlər mənim üçün də yeni idi,

12
00:02:03,820 --> 00:02:09,080
onlardan xəbərim yox idi. Hələ biz ölkədə həyata keçirilən işlər barədə mütəmadi olaraq məlumat alırıq,

13
00:02:09,600 --> 00:02:16,450
xalqın isə bunlardan heç xəbəri olmur; inşallah, bu gün mən təbliğat məsələsi barədə də danışacağam.

14
00:02:18,110 --> 00:02:29,080
Hər halda, cənab Amolinin məruzəsi çox yaxşı, müfəssəl və hərtərəfli bir məruzə idi və mən bu çıxışına görə ona təşəkkürümü bildirirəm.

15
00:02:30,050 --> 00:02:45,820
İslami təqvimimizin digər əlamətdar günləri kimi, Ədliyyə günü və Ədliyyə həftəsi də şəhidliklə bağlıdır,

16
00:02:46,450 --> 00:02:57,420
bu gün də Allah yolunda fədakarlıq, bu yolda qətlə yetirilmək əsasında müəyyən olunmuşdur;

17
00:02:57,420 --> 00:03:10,450
eynilə Müəllimlər günü, 15 xordad və Allah yolunda şəhadət əsasında təsis edilmiş digər günlər kimi.

18
00:03:12,910 --> 00:03:23,650
Bu fakt ölkəmizin ədliyyə sistemini xüsusi bir tərzdə tanıdır, ona xüsusi bir mahiyyət qazandırır.

19
00:03:24,850 --> 00:03:35,310
Məhkəmə hakimiyyəti sırf müəyyən vəzifələri həyata keçirib, bu barədə hesabat verməli olan bir hakimiyyət strukturu deyil.

20
00:03:35,880 --> 00:03:45,020
Bu, böyük bir insan kollektividir və burada cihad – hərtərəfli cihad həyata keçirilməlidir.

21
00:03:45,480 --> 00:03:53,820
Məhkəmə hakimiyyətində fədakarlıq olmalıdır – fədakarlığınsa zirvəsi şəhadətdir –

22
00:03:56,110 --> 00:04:04,570
öz mənafeyindən, şəxsi istəklərindən keçmək,

23
00:04:05,770 --> 00:04:15,250
ali, ülvi hədəflərə xidmət etmək olmalıdır. Məhkəmə hakimiyyəti bu deməkdir. Bu prinsip çox önəmlidir

24
00:04:15,250 --> 00:04:29,480
və məhkəmə sistemində çalışan insanların çiyinlərinə kağız üzərindəki rəsmi, idarəçilik işlərindən daha yüksək vəzifə və məsuliyyət qoyur.

25
00:04:31,080 --> 00:04:37,600
Mən məhkəmə hakimiyyəti sahəsində həyata keçirilmiş işlərə görə, həqiqətən də, təşəkkürümü bildirmək istəyirəm;

26
00:04:38,620 --> 00:04:55,310
istər Ali Məhkəmənin sədrinə – hansı ki, Allaha şükür, yüksək bacarıq və peşəkarlıqla, iş və inkişaf əzmi ilə bu meydana daxil olub,

27
00:04:56,400 --> 00:05:06,170
çalışır, səy göstərir – istər kollegiyaların rəsmilərinə, istərsə də hakimlər, müxtəlif əməliyyat idarələrinin əməkdaşları da daxil olmaqla

28
00:05:06,570 --> 00:05:20,400
ölkənin dörd bir yanında məhkəmə sistemində çalışan bütün insanlara. Mən onların hamısına, həqiqətən də, təşəkkür edirəm; doğrudan da, çox çalışırlar.

29
00:05:22,110 --> 00:05:37,420
Az öncə cənab Amolinin qeyd etdiyi işləri də yalnız ümumi, kollektiv fəaliyyət sayəsində həyata keçirmək mümkündür.

30
00:05:37,420 --> 00:05:46,400
Kollektivin iştirakı və köməyi olmadan, bir qrup adamın başda oturmağı ilə bu işləri görmək mümkün olmazdı.

31
00:05:46,970 --> 00:05:52,170
Aydındır ki, bütövlükdə məhkəmə hakimiyyətinin bütün kollektivi, Allaha şükür, işləyəndir, çalışqandır.

32
00:05:53,310 --> 00:06:01,770
Mühüm olan bir məqam var və o da bundan ibarətdir ki, məhkəmə hakimiyyəti ölkədə hökumətin öhdəsinə düşən bir vəzifəni həyata keçirir;

33
00:06:02,050 --> 00:06:12,970
bu, sözsüzdür; məhkəmə hakimiyyətinin gördüyü işi ölkədə hökumət görməlidir.

34
00:06:12,970 --> 00:06:23,310
Dünyanın hər yerində də belədir. Məhkəmə hakimiyyətinin vəzifəsi ədaləti bərqərar edib hökm çıxarmaqdan, çəkişmələri araşdırmaqdan,

35
00:06:23,650 --> 00:06:31,370
qanunu pozanları cəzalandırmaqdan ibarətdir, bu isə hökumətin öhdəsinə düşən bir işdir.

36
00:06:32,110 --> 00:06:43,020
Məhkəmə orqanları öz vəzifələrini yaxşı həyata keçirəndə xalq hökumətdən razı qalır.

37
00:06:44,740 --> 00:06:53,250
Əksinə, pis bir şəkildə həyata keçirəndə, işində nöqsan və çatışmazlıqlar olanda isə

38
00:06:54,280 --> 00:07:01,600
xalq hökumətdən qayğılı və narazı olur.

39
00:07:02,280 --> 00:07:12,570
Misal üçün, heç kim: “Məhkəmə sistemində problem var”, – demir; yox, bu, hökumətin öhdəsinə düşən bir vəzifədir

40
00:07:13,540 --> 00:07:20,400
və bu sahədə yol verilən nöqsanlara görə bütövlükdə ölkəni idarə edən hakimiyyət məsuliyyət daşıyır.

41
00:07:21,140 --> 00:07:35,370
Bu isə sizin işinizin həssaslığını daha da artırır. Özü də məhkəmə orqanlarının öhdəsinə düşən vəzifələr lazımınca yerinə yetiriləndə xalq təkcə razı qalmır,

42
00:07:35,370 --> 00:07:44,450
bunun təsir və bərəkəti xalqın həyatının reallığında da, həqiqətən, hiss olunur. Yəni əgər qanun pozuntularına qarşı,

43
00:07:44,970 --> 00:07:52,050
həqiqətən də, ciddi, düzgün, məntiqli və ardıcıl şəkildə tədbir görülsə,

44
00:07:52,280 --> 00:07:59,600
görün bu, ölkəyə nə qədər təsir edər! Birgə yaşayışın əsasında qanuna riayət edilməsi durur.

45
00:08:00,680 --> 00:08:08,970
Elə məhkəmə sisteminin vəzifələrindən biri də qanun pozuntuları ilə mübarizə aparmaq, qanunu pozanlara: “Dur!” – deməkdir.

46
00:08:09,940 --> 00:08:19,080
Və ya müxtəlif ədavət və çəkişmələrin həll edilməsi; məhkəmə orqanları vətəndaşlar arasında rast gəlinən ədavət və çəkişmələri uğurla həll edə bilsə,

47
00:08:19,080 --> 00:08:23,820
görün bu, xalqın həyatına nə qədər müsbət təsir edər!

48
00:08:24,510 --> 00:08:30,850
Dava-dalaşlar, şikayətlər, narazılıqlar əhalinin gündəlik həyatına daşınmadan,

49
00:08:31,080 --> 00:08:39,310
sirayət etmədən məhkəmə salonlarında yoluna qoyulub bitsə, bunun bərəkəti həddən artıq çox olar.

50
00:08:40,400 --> 00:08:51,370
Digər bir önəmli məqam odur ki, daşıdığı bu ağır məsuliyyətlə yanaşı, məhkəmə hakimiyyəti həm də özündə ədaləti təzahür etdirməlidir;

51
00:08:51,710 --> 00:09:03,250
yəni məhkəmələrdə ədalətin var olduğunu hamı hiss etməlidir. Mən bunu dostlarımızla əvvəlki görüşlərimizdən birində də söyləmişdim;

52
00:09:03,650 --> 00:09:13,200
məhkəmə sistemi elə bir səviyyəyə çatmalıdır ki, ölkənin istənilən yerində haqsızlıqla üzləşən,

53
00:09:13,820 --> 00:09:23,480
kimdənsə və ya hansısa qurumdan şikayəti olan hər bir vətəndaş: “Gedib məhkəməyə müraciət edərəm”, – deyib özünü sakitləşdirə bilsin.

54
00:09:24,340 --> 00:09:33,310
Yəni vətəndaşlar arxayın olmalıdır ki, məhkəməyə müraciət edən kimi problemləri həll olunacaq. Biz bu səviyyəyə çatmalıyıq;

55
00:09:33,710 --> 00:09:39,200
yəni hədəf budur. Məhkəmələr ədalətin təzahür etdiyi bir məkan olmalıdır.

56
00:09:40,510 --> 00:09:47,480
Haqqı tapdanan, hüquqları pozulan

57
00:09:47,710 --> 00:09:53,420
və ya hər hansı qanun pozuntusu ilə üzləşən istənilən vətəndaş tam arxayın olmalıdır ki, gedib məhkəməyə müraciət edərək haqqını bərpa edəcək.

58
00:09:55,140 --> 00:10:04,280
Məhkəmələrə sığına bilmək şansı vətəndaşlarımıza psixoloji rahatlıq gətirməlidir.

59
00:10:04,910 --> 00:10:13,820
Həmçinin ictimai hüquqların bərpası; cənab Amoli qeyd etdi; bu da məhkəmə hakimiyyətinin öhdəsinə düşən vəzifələrdən biridir.

60
00:10:14,620 --> 00:10:22,570
O, bir neçə misal çəkdi, həmin hadisələrdən mənim də xəbərim var;

61
00:10:22,910 --> 00:10:31,770
ət məsələsi, prospekt məsələsi, təyyarə məsələsi və sair; analoji hallar baş verən kimi

62
00:10:32,000 --> 00:10:41,370
insanlar düşünməlidir ki, lap yaxşı, eybi yox, biz də gedib bu barədə məhkəməyə şikayət edərik. Camaat hara müraciət etməli olduğunu bilməli və arxayın olmalıdır ki,

63
00:10:41,940 --> 00:10:51,020
məhkəməyə müraciət etdikdə həmin ictimai hüquqları bərpa olunacaq.

64
00:10:51,880 --> 00:10:53,880
Məhkəmə hakimiyyəti bu səviyyəyə çatdırılmalıdır; meyarımız bu olmalıdır.

65
00:10:54,970 --> 00:11:04,800
İslahatlar məsələsinə toxunuldu; məhkəmə hakimiyyətinin nümayəndələri ilə – istər hazırkı çağırışda təmsil olunanlarla,

66
00:11:04,800 --> 00:11:10,000
istərsə də bundan öncəki dostlarımızla keçirdiyimiz görüşlərdə mən bu məsələni həmişə dönə-dönə vurğulamışam.

67
00:11:10,400 --> 00:11:17,420
Yaxşı, bəs islahatlar necə həyata keçirilməlidir? Əvvəlcə biz bu islahatların göstəricisini müəyyənləşdirməliyik;

68
00:11:17,820 --> 00:11:27,370
biz bilməliyik ki, nələr baş verərsə, bu artıq məhkəmə sistemində islahatların həyata keçirilməsi demək olacaq. “İslahatlar” deyərkən nəyin nəzərdə tutulduğu çox önəmlidir.

69
00:11:28,110 --> 00:11:38,340
Əvvəlcə islahatların göstəricisi müəyyən olunmalı, daha sonra isə həmin göstəricilərin əldə olunması üçün konkret zaman bölgüsü aparılmalıdır.

70
00:11:38,740 --> 00:11:49,540
Əks təqdirdə və bayaq da qeyd olunduğu kimi – mən bunu məruzədə də oxumuşdum – islahatlara doğru tədricən getsək,

71
00:11:49,540 --> 00:11:57,770
bu, islahat olmayacaq. Çünki bu cür asta hərəkət edəsi olsaq,

72
00:11:58,220 --> 00:12:07,820
problemlər həmişə bizdən öndə gedəcək. İslahatlar, belə demək mümkünsə, birbaşa həyata keçirilməli olan bir işdir.

73
00:12:08,220 --> 00:12:18,450
Diqqət edin, mən “mütləq surətdə” demirəm, “belə demək mümkünsə” deyirəm. Yəni sürətlə, uyğun templə elə bir şey baş verməlidir ki, islahatların həyata keçirildiyi,

74
00:12:18,450 --> 00:12:21,370
o göstəricinin reallaşdırıldığı məlum olsun.

75
00:12:21,770 --> 00:12:30,450
Ali Məhkəmənin sədrləri kifayət qədər münasib bir müddətə seçilir

76
00:12:30,450 --> 00:12:39,770
və bu vaxt ərzində sözün həqiqi mənasında islahatlar həyata keçirilə bilər. Bir neçə onillik ərzində

77
00:12:40,170 --> 00:12:47,770
ölkənin məhkəmə hakimiyyətində bir neçə dəfə islahatlar aparılmasının da heç bir problemi yoxdur; bu, çox adi və təbii bir işdir.

78
00:12:48,340 --> 00:12:58,340
Tutalım, cənab Amoli çalışıb-vuruşub məhkəmə hakimiyyətində hansısa bir islahatı həyata keçirir,

79
00:12:58,620 --> 00:13:06,850
bir yenilik edir, məhkəmə sisteminə təzə nəfəs və dinamik əhval-ruhiyyə gətirir; sanki məhkəmə sistemi yenidən hərəkətə başlayır.

80
00:13:07,080 --> 00:13:15,420
Başqa bir dönəmdə kimsə gəlib həmin işi daha da yaxşı, daha da mükəmməl formada inkişaf etdirir.

81
00:13:16,000 --> 00:13:20,400
Biz məhkəmə hakimiyyətində islahatların aparılmasına bu cür yanaşmalıyıq.

82
00:13:21,710 --> 00:13:33,770
Məhkəmə hakimiyyəti ilə bağlı mühüm məqamlardan biri də xalqın etimadı məsələsidir; görürəm, bu məsələ məhkəmə hakimiyyətinin möhtərəm rəsmilərini

83
00:13:34,850 --> 00:13:41,200
və şəxsən cənab Amolini çox narahat edir. Bu sahədə görülən tədbirlər də bir qayda olaraq istənilən nəticəni vermir; yəni işlər düzgün aparılmır.

84
00:13:42,000 --> 00:13:49,140
Bayaq mən bu məsələyə ötəri toxundum, indi bir qədər daha ətraflı danışmaq istəyirəm.

85
00:13:50,800 --> 00:14:00,220
Bəli, ictimai rəy çox önəmlidir. Biz düşmənlərimizin, bədxahlarımızın,

86
00:14:00,570 --> 00:14:09,820
əleyhimizə yönələn məkrli plan, yalan və böhtanların qarşısında möhkəmlik və qətiyyətlə davranmalıyıq. İnsafla demək lazımdır ki, əlhəmdulillah, cənab Amolinin bu kimi hallar qarşısında mövqeyi

87
00:14:10,050 --> 00:14:20,620
həmişə çox yaxşı olub. Elə onun srağagün etdiyi çıxış da

88
00:14:20,620 --> 00:14:24,910
çox güclü idi və xalq tərəfindən çox yüksək səviyyədə, rəğbətlə qarşılandı.

89
00:14:25,080 --> 00:14:35,940
Yəni böhtan atan, fitnə-fəsad törədən, işlərə pəl vuran adamın qarşısında bu cür qüdrətlə durmaq lazımdır.

90
00:14:36,220 --> 00:14:44,910
Xalqın, ictimaiyyətin qarşısında isə bu cür çıxış etmək olmaz. İctimaiyyətin qarşısına təvazökarlıqla, sevgi ilə,

91
00:14:45,140 --> 00:14:53,820
canıyananlıqla çıxmaq, camaatla qarşılıqlı anlaşma yaratmaq lazımdır. Xalqın, ictimaiyyətin etimadını qazanmaq üçün

92
00:14:55,200 --> 00:14:58,620
bu, çox önəmlidir.  İctimaiyyətin etimadını qazanmaq

93
00:14:59,710 --> 00:15:08,400
məhkəmə hakimiyyəti üçün əsas məsələlərdən biridir.

94
00:15:08,740 --> 00:15:14,850
Əlbəttə ki, bu, bütün hakimiyyət strukturları üçün vacib əhəmiyyət kəsb edir, lakin məhkəmə hakimiyyətinin işi əksər hallarda dava və çəkişmələr,

95
00:15:15,600 --> 00:15:24,450
hüquq və qanun pozuntuları ilə əlaqəli olduğundan

96
00:15:24,740 --> 00:15:29,020
digər qurumlarla müqayisədə xalqın etimadını qazanmağa daha çox ehtiyacı var;

97
00:15:30,000 --> 00:15:35,140
həm məhkəmə hakimiyyətinin özünün, həm də onun inzibati strukturlarının; onlar da eynilə.

98
00:15:35,540 --> 00:15:44,340
Misal üçün, məhkəmə hakimiyyətinin inzibati qüvvəsi olan polislərə xalq inanmalıdır ki,

99
00:15:44,570 --> 00:15:49,540
lazım olan yerdə güc tətbiq edəndə, sərt bir tədbir görəndə

100
00:15:49,820 --> 00:15:57,770
camaat onlara etimad edərək:“Yeri idi, lazım idi, etməli idilər, etdilər”, – desin.

101
00:15:59,540 --> 00:16:13,020
Yaxşı, bəs bu etimadın qazanılması üçün nə etməliyik? Mənim fikrimcə, bunun üçün iki əsas işin görülməsi vacibdir.

102
00:16:14,050 --> 00:16:18,910
Bunlardan biri əməli, digəri isə təbliğat xarakterli işdir.

103
00:16:19,820 --> 00:16:31,880
Əvvəlcə təbliğat işi barədə danışaq; baxın, bu gün məhkəmə hakimiyyəti media və təbliğat orqanlarının ən kəskin formada təzyiqlərinə məruz qalır!

104
00:16:33,250 --> 00:16:41,480
Həm xarici düşmənlər, həm də ölkə daxilindəki dünyadan bixəbər müxalif qüvvələr tərəfindən.

105
00:16:41,480 --> 00:16:47,080
Hələ mən onlara nikbin yanaşaraq “dünyadan bixəbər” olduqlarını deyirəm.

106
00:16:48,450 --> 00:17:00,800
Tutalım, hansısa rəhmsiz qatil asayişin keşiyində duran bir neçə polis işçisini öldürür,

107
00:17:02,050 --> 00:17:12,280
məhkəmə hakimiyyəti də bir neçə ay davam edən hüquqi prosedurla onun törətdiyi bu cinayəti araşdıraraq

108
00:17:12,680 --> 00:17:21,710
barəsində hökm çıxarır və o hökm icra olunur; yəni tamamilə ədalətli, insaflı və düzgün bir iş həyata keçirilir.

109
00:17:22,680 --> 00:17:30,620
Düşmənin təbliğatında isə bu məsələ lazım olduğu kimi yox, tam əksinə işıqlandırılır; yəni həmin o amansız qatil

110
00:17:31,020 --> 00:17:43,310
zülmə məruz qalan birisi kimi, məzlumların layiqli hüquqlarını bərpa etmək üçün can yandıran məhkəmə hakimiyyəti isə zalım,

111
00:17:43,310 --> 00:17:49,310
yaxud hüquq pozucusu kimi təqdim olunur; yəni indi təbliğat bu şəkildə gedir.

112
00:17:50,970 --> 00:18:02,680
Əks-təbliğat isə daha çox təsir göstərir; adətən belə olur; yəni bir qayda olaraq böhtan, şayiə və əsassız sözlər

113
00:18:02,970 --> 00:18:10,510
hələ təkzib edilincə, düzəliş olununca, həqiqət açıqlanınca

114
00:18:10,850 --> 00:18:17,820
özünə daha geniş yer açır. Bu problemi necə həll etmək lazımdır? Bunun qarşılığında təbliğat işi aparmaq lazımdır.

115
00:18:18,280 --> 00:18:29,020
Təbliğatın hədəfi isə həqiqəti auditoriyanın qulağına yox, qəlbinə çatdırmaq olmalıdır;

116
00:18:30,340 --> 00:18:37,080
auditoriyanın qəlbinə təsir göstərmək lazımdır. Bəli, bu, peşəkarlıq, bacarıq və ustalıq tələb edən bir işdir.

117
00:18:37,710 --> 00:18:45,310
Bu gün dünyada təbliğatla insanlara qaranın ağ kimi sırınması çox geniş yayılıb.

118
00:18:45,880 --> 00:18:52,220
Baxın, hazırda dünya miqyasında, necə deyərlər, “propoqanda” məhz bu cür aparılır.

119
00:18:52,620 --> 00:19:04,000
Yanlış bir şeyi doğru, başdan-ayağa həqiqətə zidd olan bir şeyi isə həqiqət kimi qələmə verirlər, insanlar da buna inanır.

120
00:19:04,510 --> 00:19:14,050
Bunu necə edirlər? Sırf deməklə, oturub alim, müctəhid kimi söhbət etməklə? Xeyr!

121
00:19:14,450 --> 00:19:19,710
Bunun öz metodları var; bu, bir sənətdir. Sizin öhdənizə düşən ən önəmli işlərdən biri də budur;

122
00:19:20,400 --> 00:19:34,740
yəni güclü və peşəkar bir media komandası qurun, qoy oturub layihə hazırlasınlar, bir-iki günlük və ya bir aylıq yox, ardıcıl olaraq işləsinlər ki,

123
00:19:35,370 --> 00:19:46,170
siz: “Filan qədər hakimi işdən kənarlaşdırdıq”,

124
00:19:46,400 --> 00:19:55,020
yaxud “Filan islahatı həyata keçirdik, qanunda filan dəyişikliyi etdik, filan uzunmüddətli proqnozu verdik”, – deyəndə

125
00:19:55,480 --> 00:20:00,910
dərhal o açıqlamanı xalqa düzgün formada çatdıra bilsinlər, xalq bunu görsün.

126
00:20:01,710 --> 00:20:09,540
Bu, çox vacib bir işdir. İndiyə qədər biz bu işə çox etinasız yanaşmışıq. Təkcə məhkəmə hakimiyyəti də deyil,

127
00:20:09,710 --> 00:20:21,140
dövlət qurumlarımızın əksəriyyətində bu çatışmazlıq var, amma məhkəmə hakimiyyətinin xalqın etimadını, nikbin yanaşmasını qazanmağa daha çox ehtiyacı var.

128
00:20:21,650 --> 00:20:29,310
Xalqın etimadını qazanmaq üçün vacib olan iki əsas işdən biri düzgün və peşəkar formada aparılan təbliğatdır,

129
00:20:29,650 --> 00:20:39,820
bunun üçün isə media təbliğatı işinə yüksək səviyyədə bələd olan, peşəkar bir jurnalist komandası olmalıdır;

130
00:20:40,110 --> 00:20:42,800
bunu həyata keçirmək lazımdır. Biri budur.

131
00:20:43,140 --> 00:20:52,680
İkinci növbədə isə məhkəmə hakimiyyətinin özünün daxilində ciddi formada bir iş aparılmalıdır ki, əlbəttə, buna da artıq start verilib. Mənim xəbərim var,

132
00:20:52,850 --> 00:20:58,740
onlar özləri də bu barədə mənə deyiblər, bir neçə dəfə söhbətlərimiz olub, məsələ qaldırılıb,

133
00:20:59,140 --> 00:21:03,880
tutalım, lazım olan yerdə mən də demişəm ki,

134
00:21:04,400 --> 00:21:15,020
qoy işçiləriniz özlərini tanıtmadan gedib məhkəmələrdə otursunlar, vəziyyətlə, xalqın müraciətləri ilə tanış olsunlar,

135
00:21:15,370 --> 00:21:22,850
sonra həmin hakimə və ya müstəntiqə müraciət edib baxsınlar, görsünlər, məhkəmələr necə işləyir, prokurorluqlar necə işləyir,

136
00:21:22,850 --> 00:21:33,710
necə hökm çıxarır? Bu, çox yaxşı bir şeydir, intəhası bu işləri hazırkından 10 dəfə artıq görmək lazımdır.

137
00:21:34,340 --> 00:21:40,620
10 dəfə! Mən bunu dəqiq hesablama apardığıma görə belə demirəm; eləcə fikrimi deyirəm, mənə belə gəlir.

138
00:21:40,620 --> 00:21:50,220
Lazım gələndə, 10 yox, 100 dəfə deyirəm, indi burda bir qədər ehtiyatlandım. Ən azı 10 dəfə artıq etmək lazımdır,

139
00:21:51,420 --> 00:21:59,020
çünki şikayətlər çoxdur. Bir qayda olaraq sizə də, bizə də müraciətlər gəlir.

140
00:21:59,770 --> 00:22:09,020
Bir dəfə görüşlərimizdən birində – məncə, ötən il, yaxud inişil idi – mən söyləmişdim ki, sizin yaxşı hakimləriniz az deyil,

141
00:22:09,420 --> 00:22:19,770
çox yaxşı hakimləriniz var; gecəsi-gündüzü olmayan, hansısa işin dərinliyinə getmək, həqiqətini, mahiyyətini araşdırıb üzə çıxarmaq üçün

142
00:22:20,050 --> 00:22:29,650
yuxusundan, istirahətindən, ailəsinə sərf etməli olduğu vaxtdan kəsib çalışan hakimlər;

143
00:22:29,650 --> 00:22:36,680
işləyən, çalışqan, təmiz mənəviyyatlı, gözütox.

144
00:22:36,970 --> 00:22:42,170
Lap yaxşı, onlardan bir neçəsini ədliyyənin simasına çevirin, tanıdın.

145
00:22:43,080 --> 00:22:52,910
Misal üçün, nə qədərsə məhkəmə işini tərəfləri, yaxud yuxarı instansiya məhkəməsini qane edəcək

146
00:22:53,370 --> 00:23:02,450
ən yaxşı formada araşdırıb sonlandırmış hakimlərdən birini müəyyən edib, ictimaiyyətə təqdim edin.

147
00:23:03,020 --> 00:23:12,910
Görkəmli müəllimlər, professorlar, tədqiqatçılar, sahibkarlar kimi, görkəmli hakimləri də tanınmış simaya çevirin ki,

148
00:23:14,110 --> 00:23:24,970
başqaları bu tərzdə işləməyə həvəslənsinlər. Axı hörmətli olmaq hər kəsin xoşuna gələn bir şeydir, bu isə həmin insanlara cəmiyyət içərisində hörmət və nüfuz qazandıracaq.

149
00:23:25,140 --> 00:23:32,970
Görülə biləcək işlərdən biri budur. Və eynilə əksinə; indi mən demirəm ki, azacıq nöqsana yol verən hər kəsi o dəqiqə məşhur edin –

150
00:23:32,970 --> 00:23:41,940
ola bilsin, heç buna ehtiyac, yaxud müəyyən hallarda heç icazə də olmaya – amma bəzi hallarda tanıtmaq lazımdır; müəyyənləşdirin, tanıdın.

151
00:23:42,510 --> 00:23:51,940
Ədalət mühakiməsinə xəyanət etmiş hakimləri ictimaiyyət tanımalıdır; istər hakimlər olsun,

152
00:23:52,570 --> 00:23:58,620
istər prokurorlar olsun, fərqi yoxdur. Nə problem var? Qoy belələrini hamı tanısın.

153
00:23:59,250 --> 00:24:01,880
Bəzi hallarda bunu etmək lazımdır.

154
00:24:02,620 --> 00:24:17,820
Və zənnimcə, məhkəmə sistemində daxili islahatlar istiqamətində görülən tədbirlər ardıcıl olmalı, hansısa mərhələdə əsla dayandırılmamalıdır.

155
00:24:18,280 --> 00:24:23,650
Onu da deyim ki, sizin açdığınız hər bir önəmli cinayət işi,

156
00:24:24,340 --> 00:24:32,850
ədalətlə tamamladığınız hər bir məhkəmə çəkişməsi bir sədəqədir, savabdır,

157
00:24:33,310 --> 00:24:36,450
Allah tərəfindən sizə bəxş olunan bir nemətdir.

158
00:24:36,680 --> 00:24:39,420
“Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” (“Zuha” surəsi, 11-ci ayə)

159
00:24:39,420 --> 00:24:49,480
Bu neməti açıqlayın, deyin ki, hamı bunun baş verdiyindən xəbərdar olsun. Mənim qeyd etmək istədiyim məqamlardan biri də bu idi.

160
00:24:50,280 --> 00:25:02,850
Vurğulanması vacib olan digər bir məqam isə korrupsiya ilə mübarizədir. Zənnimcə, bu, çox önəmli bir məsələdir.

161
00:25:03,420 --> 00:25:10,170
Bu gün ölkədə başlıca problemlərdən biri iqtisadi problemlərdir.

162
00:25:12,000 --> 00:25:23,940
Ölkə iqtisadiyyatının idarə olunmasında isə əsas məsuliyyət icraedici və müəyyən qədər də qanunverici hakimiyyətin öhdəsinə düşür; bu, şübhəsiz, belədir;

163
00:25:25,080 --> 00:25:30,800
lakin iqtisadiyyat məsələsində müxtəlif məqamlarda məhkəmə hakimiyyəti də rol oynaya bilər.

164
00:25:30,800 --> 00:25:38,510
Ölkə iqtisadiyyatında islahatların həyata keçirilməsi baxımından məhkəmə hakimiyyətinin özünəməxsus rol oynaya biləcəyi məqamlardan biri

165
00:25:38,910 --> 00:25:46,620
iqtisadiyyat üçün stabil və təhlükəsiz atmosferin yaradılmasıdır. Bu, məhkəmə hakimiyyətinin işidir.

166
00:25:47,420 --> 00:25:59,310
Məhkəmə hakimiyyəti asayişi pozanlara qarşı elə tədbir görməlidir ki,

167
00:25:59,310 --> 00:26:10,510
insanların həyat, əmək və biznes fəaliyyəti üçün təhlükəsiz bir mühit yaransın.

168
00:26:12,110 --> 00:26:18,050
Məhkəmə hakimiyyətinin iqtisadi problemlərin həlli üçün ata biləcəyi addımlardan, ölkə iqtisadiyyatına verə biləcəyi töhfələrdən digər biri isə,

169
00:26:18,050 --> 00:26:23,250
iqtisadi korrupsiya ilə, iqtisadiyyatda korrupsiyaya yol verən qüvvələrlə mübarizədir.

170
00:26:24,800 --> 00:26:37,650
Məhkəmə orqanlarımız bu sahədə açıq, qətiyyətli, bəzən hətta ölkədə böyük hay-küyə səbəb olacaq addımlar atmalıdırlar.

171
00:26:38,000 --> 00:26:52,850
Mənim fikrimcə, ümumilikdə hökumət iqtisadi problemlərlə mübarizədə ikibaşlı bir səhvə yol verir.

172
00:26:53,200 --> 00:27:02,570
Bir yandan elə danışır, elə hərəkət edirik ki, camaatda ölkədə korrupsiyanın kütləvi hal aldığı barədə rəy formalaşır.

173
00:27:03,540 --> 00:27:10,170
Halbuki ölkəmizdə korrupsiya kütləvi bir təzahür yox, bir qrup azsaylı korrupsionerin əməlidir.

174
00:27:10,340 --> 00:27:20,280
İstər hökumət idarələrində, istər qeyri-hökumət təşkilatlarında, istərsə də biznes mühitində korrupsionerlərin sayı barmaqla sayılacaq qədər azdır.

175
00:27:20,510 --> 00:27:28,910
Biz isə danışanda elə danışırıq ki, camaat korrupsiyanın hər yanı bürüdüyünü düşünür!

176
00:27:29,820 --> 00:27:37,310
Bu, yanlışdır, reallıq bu deyil. Səhvimizin bir başı budur.

177
00:27:37,600 --> 00:27:44,620
Bir yandan da korrupsiyanın həqiqətən olduğu məqamlarda açıq və qətiyyətli tədbirlər görmürük; amma olmalıdır;

178
00:27:44,970 --> 00:27:50,740
harada ki, doğrudan da, iqtisadi korrupsiya halına rast gəlinir, o yerdə birbaşa və açıq surətdə tədbir görülməlidir.

179
00:27:52,340 --> 00:28:03,600
Və əlbəttə ki, görülən tədbirlər də ictimaiyyətə açıqlanmalıdır. Mühüm işlərdən biri də budur. Bu isə yenə də bayaq danışdığım təbliğat məsələsi isə əlaqəlidir.

180
00:28:04,050 --> 00:28:11,770
Yəni iqtisadi korrupsiyaya yol vermiş bir şəxsi mühakimə edib, ona hər hansı bir cəzanı verdikdə

181
00:28:12,400 --> 00:28:20,050
bunu xalqa elə formada açıqlamalısınız ki,

182
00:28:20,680 --> 00:28:24,450
insanlar bunun düzgün bir iş olduğunu və məhz bu şəkildə görülməli olduğunu hiss etsinlər.

183
00:28:24,740 --> 00:28:34,220
Mənim indi yadıma düşdü ki, bizim keçmiş tariximizdə bu olub. İmam Həsənin (ə) həyatında belə bir şey baş verib:

184
00:28:34,680 --> 00:28:44,510
bir səhər oyananda görüblər ki, imamın ordusunun çox mühüm bir hissəsinin komandanı olan Übeydullah ibn Abbas çadırında yoxdur,

185
00:28:44,850 --> 00:28:54,340
qaçıb Müaviyənin ordusuna qoşulub; gəlib rüşvət veriblər, pul-filan veriblər,

186
00:28:54,620 --> 00:29:05,600
Müaviyənin tərəfinə keçib. Bu, İmam Həsənin (ə) ordusu üçün psixoloji cəhətdən çox sarsıdıcı bir hadisə idi.

187
00:29:06,000 --> 00:29:12,340
Orada imamın yaxın səhabələrindən biri (dəqiq kim olduğu yadımda deyil, çoxdan oxumuşam; Hücr ibn Ədi idi, yaxud başqa biri)

188
00:29:12,620 --> 00:29:27,310
gəlib camaatın qarşısında açıqlama verir, çıxış edir. Elə bir nitq söyləyir ki, onun o nitqindən sonra hamı həmin şəxsin ordudan uzaqlaşdığına sevinib, Allaha şükürlər edir.

189
00:29:27,770 --> 00:29:33,600
Baxın, sözün əsl mənasında açıqlama, təbliğat bax budur;

190
00:29:34,280 --> 00:29:39,820
gəlib söhbət edir, danışır və açıqlayır ki, baş vermiş hadisə bizim xeyrimizədir.

191
00:29:39,820 --> 00:29:50,850
Yəni hazırda geniş yayılmış ifadə ilə desək, təhlükəni fürsətə çevirir. Məhkəmə hakimiyyətində də bu olmalıdır.

192
00:29:51,420 --> 00:30:00,620
Biznes fəaliyyəti üçün təhlükəsiz atmosferin yaradılması, iqtisadi korrupsiya ilə qətiyyətli mübarizə, problemlərin həllində hökumətlə əməkdaşlıq;

193
00:30:00,620 --> 00:30:06,450
məhkəmə hakimiyyətinin iqtisadiyyat sahəsində həyata keçirə biləcəyi işlər sırasına bunlar da daxildir.

194
00:30:06,850 --> 00:30:15,250
Beynəlxalq hüquq və insan haqları məsələsinə toxunuldu; insafla demək lazımdır ki, dövlətimizin məhkəmə hakimiyyəti bu sahədə əvvəllər rast gəlinməmiş, çox yaxşı işlər həyata keçirib.

195
00:30:15,710 --> 00:30:23,600
Cənab Amolinin qeyd etdiyi o 120 milyard dollar – indi onu ala biləcəyik, ya bilməyəcəyik, o, sonrakı məsələdir –

196
00:30:23,880 --> 00:30:32,110
amma proses özü tamamilə düzgün bir prosesdir. Yaxud elə insan haqları məsələsi ilə bağlı mövcud olan qarşıdurma, bizə qarşı yönələn ittihamlar;

197
00:30:32,280 --> 00:30:39,600
insan haqları məsələsində biz dünyanın qarşısında cavab verməli deyilik, əksinə, biz dünyadan cavabdehlik tələb edirik!

198
00:30:40,170 --> 00:30:49,710
İnqilabın əvvəllərində mən mütəmadi olaraq universitetlərə gedir, çıxışlar edir,

199
00:30:50,170 --> 00:30:58,170
tələbələrin suallarını cavablandırırdım. Bir dəfə tələbələrdən biri məndən soruşdu ki, qadın hüquqları məsələsində sizin özünüzü müdafiə etmək üçün arqumentləriniz hansıdır?

200
00:30:58,450 --> 00:31:03,480
İslam Respublikası özünü necə müdafiə edə bilər? Mən ona söylədim ki, biz bu məsələdə müdafiə olunmuruq. Biz müdafiə olunan yox, qarşı tərəfin üstünə gedən,

201
00:31:04,340 --> 00:31:11,600
hücuma keçən tərəfik. Müdafiə nədir?! Qadın hüquqları məsələsində biz iddiaçı tərəfik.

202
00:31:11,940 --> 00:31:18,910
Qadın məsələsində biz dünyanın qarşısında, şah diktaturası qarşısında – o vaxt bu söhbətlər aktual idi – iddia qaldırırıq, özümüzü müdafiə etmirik.

203
00:31:19,420 --> 00:31:24,910
İnsan haqları məsələsində də eynilə bu cür; biz müdafiə olunmamalıyıq, hücuma keçməliyik!

204
00:31:25,310 --> 00:31:34,170
Saysız-hesabsız cinayətlərə yol verənlər, fitnə-fəsad törədənlər – təkcə tarix boyu yox, hazırda, müasir dövrdə –

205
00:31:34,340 --> 00:31:46,510
misal üçün, elə fransızlar insan haqlarının təmsilçisi olublar. Fransızların Afrikada törətdiyi o faciə,

206
00:31:46,510 --> 00:31:55,770
Əlcəzairdə və digər yerlərdə gördükləri işlər barədə oxuyanda, doğrudan da, adamın bütün bədəni titrəyir!

207
00:31:56,570 --> 00:32:07,370
Təsəvvür edin, bir gölü, yaxud böyük bir bataqlığı neft və ya bu kimi başqa bir maddə ilə qarışdırırlar,

208
00:32:07,540 --> 00:32:17,710
sonra çoxlu sayda adamı – qadın, kişi, uşaq – yaşadıqları kənddən ora sarı qovurlar, daha sonra bu insanları güllə yağışına tuturlar,

209
00:32:17,940 --> 00:32:22,280
gülləbaran edilən insanlar qorxudan həmin gölə pənah aparırlar və bundan sonra o gölə od vururlar!

210
00:32:23,140 --> 00:32:30,280
Təsəvvür edin ki, belə bir hadisə, həqiqətən də, baş verib! Misal üçün, bunu fransızlar edib.

211
00:32:30,740 --> 00:32:41,820
Və ya ingilislər; Hindistanda bir bağda 6 min nəfər etiraz aksiyası keçirmək üçün toplaşır, ingilislər gəlib həmin bağın qapısının ağzında avtomatlarla dururlar,

212
00:32:42,000 --> 00:32:48,620
bir gündə, daha doğrusu, bir neçə saatın içində 6 min nəfəri ucdantutma qətlə yetirirlər.

213
00:32:49,080 --> 00:32:58,220
İndi bunlar, 50, 100 il bundan əvvəl olan məsələlərdir, amma elə dövrümüzdə də görün bunlar İŞİD məsələsində,

214
00:32:58,220 --> 00:33:04,400
Suriya və Myanmar məsələlərində nələr ediblər?!

215
00:33:05,600 --> 00:33:10,570
Sonra da insan haqlarından dəm vururlar! İnsan haqları barədə bizim dünyaya deyiləsi sözümüz var,

216
00:33:11,310 --> 00:33:19,650
insan haqları iddiası edən yalançı və utanmazlara qarşı iddia qaldırmalı olan bizik! Bunlar çox yaxşı işlərdir

217
00:33:19,650 --> 00:33:27,250
və Allaha şükürlər olsun ki, məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilir.

218
00:33:28,110 --> 00:33:40,800
İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun, yardım etsin ki,

219
00:33:41,200 --> 00:33:55,310
qeyd olunduğu kimi, Uca Yaradanın bəyəndiyi, ölkəmizin yaxşı və insaflı insanlarının,

220
00:33:55,600 --> 00:34:01,140
eləcə də İslam dövlətinin arzuladığı bir məhkəmə sistemi qurasınız, ən azından bunun üçün zəmin yarada biləsiniz.

221
00:34:02,450 --> 00:34:08,280
Bu yolda hər kəs bir addım belə atsa, qənimətdir. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin.

222
00:34:08,620 --> 00:34:10,280
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.